Birləşmiş
Millətlər Təşkilatının Korrupsiya
əleyhinə Konvensiyasının təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. 2004-cü il fevralın 27-də imzalanmış
Birləşmiş Millətlər Təşkilatının Korrupsiya
əleyhinə Konvensiyası Azərbaycan Respublikasının
ona dair qeyd şərtləri və bəyanatları ilə
(qeyd-şərtlərin və bəyanatların
mətnləri əlavə olunur) təsdiq edilsin.
II. Bu
Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr
2005-ci il
¹ 1003-IIQ
Birləşmiş Millətlər
Təşkilatının korrupsiya əleyhinə
KONVENSİYASI
Baş Assambleyanın 2003-cü il 31 oktyabr tarixli 57/169 nömrəli
Qətnaməsi ilə qəbul edilmişdir
PREAMBULA
Bu
Konvensiyanın iştirakçısı olan
Dövlətlər,
korrupsiyanın, demokratik institutları
və dəyərləri, etik dəyərləri və
əda-ləti sarsıdaraq, davamlı
inkişafa və hüququn aliliyinə xələl
gətirərək, cəmiyyətin stabilliyi və
təhlükəsizliyi üçün doğurduğu
problemlərin və təhdidlərin ciddiliyindən narahat olaraq,
həmçinin korrupsiya və
cinayətkarlığın digər formaları,
xüsusən mütəşəkkil cinayətkarlıq və iqtisadi
cinayətkarlıq, o cümlədən pul vəsaitlərinin
yuyulması arasında
əlaqələrdən narahat olaraq,
dövlətlərin
resurslarının xeyli hissəsini təşkil edə
bilən böyük həcmli aktivlərlə
bağlı olan, bu dövlətlərin siyasi stabilliyini və
sabit inkişafını təhlükə altına qoyan korrupsiya hallarından narahat olaraq,
korrupsiyanın artıq lokal
problem deyil, bütün ölkələrin cəmiyyət
və iqtisadiyyatına toxunan, buna görə də
qarşısının alınması və əleyhinə mübarizə
aparılması sahəsində
beynəlxalq əməkdaşlığın müstəsna
dərəcədə vacib əhəmiyyət kəsb etdiyi transmilli bir təzahür
olmasına əmin olaraq,
korrupsiyanın
səmərəli surətdə qarşısının
alınması və ona qarşı mübarizə aparılması üçün
ümum əhatəli və çox şaxəli
yanaşmanın zəruriliyinə inanaraq,
texniki
yardımın mövcudluğunun, habelə potensialı
artırmaq və institutlar yaratmaq yolu ilə, korrupsiyanın
səmərəli surətdə qarşısının
alınması və ona qarşı mübarizə
aparılması sahəsində dövlətlərin imkanlarını
genişləndirəcəyini qət edərək,
qanunsuz olaraq
şəxsi var-dövlət əldə edilməsinin demokratik
təsisatlara, milli
iqtisadiyyata və hüquq qaydalarına ciddi ziyan vura
bilməsinə əmin olaraq,
qanunsuz
əldə edilmiş aktivlərin beynəlxalq
köçürmələrinin daha səmərəli
surətdə qarşısını almaq, onları
aşkarlamaq və dəf etmək, habelə aktivlərin geri
qaytarılması üzrə tədbirlər
görülməsi sahəsində beynəlxalq
əməkdaşlığı möhkəmlətmək
əzmi ilə çıxış edərək,
cinayət
təqibi, mülki və ya inzibati icraat gedişində əmlak
hüquqlarının müəyyən edilməsi üçün düzgün
hüquq tətbiqinin əsas prinsiplərini təsdiq
edərək,
korrupsiyanın
qarşısının alınması və aradan
qaldırılmasının bütün dövlətlərin
vəzifəsi olduğunu, bu sahədə öz
səylərinin səmərəliliyini təmin etmək üçün dövlətlərin
bir-biri ilə əməkdaşlıq etməli, habelə
dövlət sektorundan xaricdə
ayrı-ayrı şəxslərin və qrupların,
məsələn vətəndaş cəmiyyətinin, qeyri-hökumət
təşkilatlarının, icma bazasında fəaliyyət
göstərən təşkilatların dəstəyinə və iştirakına
güvənməli olduğunu nəzərə alaraq,
həmçinin dövlət
işlərinin və dövlət əmlakının
düzgün idarə olunması, ədalət, məsuliyyət və qanun qarşısında
bərabərlik prinsiplərini, vicdanlılığın
təmin olunması,
korrupsiyanı istisna edən mədəniyyətin
formalaşmasına imkan yaradılması
zərurətini nəzərə alaraq,
Cinayətkarlığın
qarşısının alınması və cinayət
mühakiməsi Komissiyasının və
Birləşmiş Millətlər Təşkilatının
Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin
korrupsiyanın qarşısının alınması və
ona qarşı mübarizə aparılması sahəsində gördüyü
işlərə yüksək qiymət verərək,
digər beynəlxalq və
regional təşkilatların, məsələn Afrika
İttifaqının, Avropa Birliyinin, Ərəb
Dövlətləri Liqasının, Amerika
Dövlətləri Təşkilatının, İqtisadi Əməkdaşlıq
və İnkişaf Təşkilatının, Avropa
Şurasının və Gömrük
Əməkdaşlığı Şurasının
(həmçinin Ümumdünya Gömrük
Təşkilatı kimi tanınır) bu sahədə apardığı işlərə istinad
edərək,
korrupsiyanın
qarşısının alınması və korrupsiyaya
qarşı mübarizə sahəsində çoxtərəfli sənədlərə, o
cümlədən Amerika Dövlətləri Təşkilatı
tərəfindən 29 mart 1996-cı il tarixdə qəbul
olunmuş Korrupsiya ilə mübarizəyə dair Amerika konvensiyasına, Avropa Birliyinin
Şurası tərəfindən 26 may 1997-ci il
tarixdə qəbul olunmuş Avropa İttifaqının
vəzifəli şəxsləri və Avropa Birliyinə üzv dövlətlərin
vəzifəli şəxsləri ilə bağlı
korrupsiyaya qarşı mübarizəyə dair
Konvensiyaya, İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatı tərəfindən 21 noyabr
1997-ci il tarixdə qəbul olunmuş Beynəlxalq kommersiya
əqdlərində xarici
vəzifəli şəxslərin rüşvətlə
ələ alınmasına qarşı mübarizəyə
dair Konvensiyaya, Avropa Şurasının Nazirlər
Komitəsi tərəfindən 27 yanvar 1999-cu il tarixdə qəbul olunmuş Korrupsiya
ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiyaya, Avropa Şurasının
Nazirlər Komitəsi tərəfindən 4 noyabr 1999-cu il
tarixdə qəbul olunmuş Korrupsiya ilə əlaqədar
mülki-hüquqi məsuliyyət haqqında
Konvensiyaya və Afrika İttifaqı dövlət və
hökumət başçıları tərəfindən 12 iyul 2003-cü il tarixdə
qəbul olunmuş Korrupsiyanın qarşısının
alınması və korrupsiyaya qarşı mübarizə
haqqında Afrika İttifaqı Konvensiyasına rəğbət hissi ilə diqqət
yetirərək,
Birləşmiş
Millətlər Təşkilatının Transmilli
mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasının
29 sentyabr 2003-cü il tarixdə qüvvəyə minməsini
alqışlayaraq,
aşağıdakılar
barəsində razılığa gəlmişlər:
Fəsil
I
ÜMUMİ
MÜDDƏALAR
M ad də 1
Məqsədlər
Bu
Konvensiyanın məqsədləri
aşağıdakılardır:
a) korrupsiyanın
qarşısının alınması və korrupsiyaya
qarşı mübarizənin daha
səmərəli və təsirli qurulması
üçün tədbirlərin təşviq edilməsi
və gücləndirilməsi;
b) korrupsiyanın
qarşısının alınması və korrupsiyaya
qarşı mübarizə, habelə
aktivlərin geri qaytarılması üzrə tədbirlər
görülməsi sahəsində beynəlxalq əməkdaşlığın və
texniki yardımın təşviq edilməsi,
asanlaşdırılması və dəstəklənməsi;
c) dövlət
işlərinin və dövlət əmlakının
idarə olunması zamanı vicdanlılığın,
məsuliyyətliliyin və düzgün idarəçiliyin
təşviq edilməsi.
Maddə
2
Anlayışlar
Bu
Konvensiyanın məqsədləri üçün:
a) "dövlət
vəzifəli şəxs" dedikdə: i)
İştirakçı Dövlətin qanunverici, icra, inzibati
və ya məhkəmə orqanlarında daimi və ya
müvəqqəti əsaslarla, əmək haqqı almaqla və ya almadan, təyinetmə və ya
seçki əsasında hər hansı vəzifə
tutan, vəzifə səviyyəsindən asılı olmayaraq
hər hansı şəxs; ii) dövlət təsisatı və dövlət
müəssisəsi də daxil olmaqla hər hansı
dövlət funksiyası yerinə yetirən, yaxud
İştirakçı Dövlətin daxili qanunvericiliyi
ilə müəyyən edildiyi kimi və ya qanunvericiliyin
müvafiq sahəsində qəbul olunduğu kimi hər hansı dövlət xidmətləri
göstərən istənilən digər şəxs; iii)
İştirakçı Dövlətin daxili qanunvericiliyində
"dövlət vəzifəli şəxs" kimi qəbul
olunan hər hansı digər şəxs başa
düşülür. Bununla belə, bu Konvensiyanın II fəslində
nəzərdə tutulmuş bəzi konkret tədbirlərin
məqsədləri üçün "dövlət
vəzifəli şəxs" dedikdə, İştirakçı Dövlətin daxili
qanunvericiliyi ilə müəyyən edildiyi kimi və ya
qanunvericiliyin müvafiq sahəsində qəbul olunduğu
kimi, hər hansı dövlət funksiyaları
yerinə yetirən və ya hər hansı dövlət
xidmətləri göstərən istənilən şəxs nəzərdə
tutla bilər;
b) "xarici
dövlət vəzifəli şəxs" dedikdə, xarici
dövlətin qanunvericilik, icra, inzibati və ya
məhkəmə orqanlarında təyinetmə və ya
seçki əsasında hər hansı vəzifə tutan
hər hansı şəxs; habelə dövlət
təsisatı və dövlət müəssisəsi də daxil
olmaqla, xarici dövlət üçün hər hansı
dövlət funksiyalarını yerinə yetirən
şəxs başa düşülür;
c) "dövlətlərarası
beynəlxalq təşkilatın qulluqçusu" dedikdə,
bu təşkilat tərəfindən
onun adından fəaliyyət göstərmək
üçün icazə verilmiş beynəlxalq qulluqçu və ya istənilən
digər şəxs nəzərdə tutulur;
d) "əmlak"
dedikdə, maddi və ya qeyri-maddi, daşınar və ya
daşınmaz əşyalarda və ya hüquqlarda ifadə
edilən istənilən aktivlər, habelə belə
aktivlərə mülkiyyət hüququnu və ya onlarla
bağlı marağı təsdiq edən hüquqi
sənədlər və aktlar başa düşülür;
e) "cinayət
yolu ilə əldə edilmiş gəlirlər"
dedikdə, hər hansı cinayətin törədilməsi
nəticəsində birbaşa və ya dolayı yolla
əldə edilmiş və ya alınmış hər hansı
əmlak başa düşülür;
f)
"həbs" və ya
"götürmə" dedikdə, məhkəmənin
və ya digər səlahiyyətli orqanın
qərarı ilə əmlakın verilməsinin,
dəyişdirilməsinin, özgəninkiləşdirilməsinin
və ya daşınmasının müvəqqəti olaraq
qadağan edilməsi, yaxud belə əmlaka
müvəqqəti olaraq sahiblik edilməsi və ya bu
əmlaka müvəqqəti nəzarət edilməsi
başa düşülür;
g) "müsadirə"
dedikdə, məhkəmənin və ya digər
səlahiyyətli orqanın qərarı ilə
əmlakdan həmişəlik məhrum etmə başa
düşülür;
h) "əsas
hüquqpozma" dedikdə, törədilməsi
nəticəsində bu Konvensiyanın 23-cü maddəsi ilə
müəyyən edilən hüquqpozmanın predmeti ola
bilən gəlirin əldə
edilməsinə səbəb olan hüquqpozma başa
düşülür;
i)
"nəzarətli göndəriş" dedikdə, hər
hansı hüquqpozmanın istintaqı və onun
törədilməsində iştirak edən
şəxslərin aşkara çıxarılması
məqsədilə bir və ya bir neçə dövlətin
ərazisində bu dövlətlərin səlahiyyətli
orqanlarını məlumatlandırmaqla və onların
nəzarəti altında qanunsuz və ya şübhəli
yük partiyalarının gətirilməsi,
keçirilməsi və aparılmasını
nəzərdə tutan metod başa düşülür.
M a d d
ə 3
Tətbiq sahəsi
1.
Bu
Konvensiya, müvafiq müddəalarına uyğun olaraq,
korrupsiyanın qarşısının
alınması, istintaqı və cinayət təqibinə,
habelə bu Konvensiyaya uyğun olaraq
tanınmış hüquqpozmalardan əldə edilmiş
gəlirlər üzərinə həbs qoyulması,
onların götürülməsi, müsadirəsi və geri
qaytarılmasına tətbiq olunur.
2. Bu
Konvensiyanın məqsədləri üçün,
əgər onda başqa qayda nəzərdə tutulmamışdırsa,
göstərilən hüquqpozmalar nəticəsində
dövlətin əmlakına zərər və ya ziyan
vurulması vacib sayılmır.
M add ə 4
Suverenliyin qorunması
1.
İştirakçı
Dövlətlər bu Konvensiyada müəyyən olunmuş
öhdəliklərini dövlətlərin suveren
bərabərliyi və ərazi bütövlüyü,
habelə dövlətlərin daxili işlərinə
qarışmama prinsiplərinə uyğun olaraq həyata
keçirirlər.
2.
Bu Konvensiyanın heç bir
müddəası İştirakçı Dövlətə
başqa dövlətin ərazisində bu dövlətin daxili
qanunvericiliyi ilə müstəsna olaraq onun öz orqanlarının
səlahiyyətinə aid edilmiş yurisdiksiyanı və ya
funksiyaları həyata keçirmək hüququ vermir.
Fəsil II
KORRUPSİYANIN
QARŞISININ ALINMASI ÜZRƏ TƏDBİRLƏR
M addə 5
Korrupsiyanın qarşısının alınması
və ona qarşı əks-təsir
siyasəti və praktikası
1.
Hər bir İştirakçı
Dövlət öz hüquq sisteminin əsas
prinsiplərinə uyğun olaraq, cəmiyyətin korrupsiya ilə
mübarizədə iştirakını təşviq edən,
qanunun aliliyi, dövlət işlərinin və dövlət
əmlakının düzgün idarə olunması,
vicdanlılıq, şəffaflıq və
məsuliyyətlilik prinsiplərini özündə əks
etdirən korrupsiyaya qarşı səmərəli və
uzlaşdırılmış siyasət hazırlayır
və tətbiq edir.
2. Hər bir
İştirakçı Dövlət korrupsiya ilə
mübarizə praktikasının səmərəli növlərini
müəyyən etməyə və təşviq
etməyə səy göstərir.
3. Hər bir
İştirakçı Dövlət müvafiq hüquqi
sənədlərin və inzibati tədbirlərin korrupsiyanın
qarşısının alınması və onunla
mübarizə baxımından uyğunluğunu
müəyyən etmək üçün onların dövri
dəyərləndirilməsinə səy göstərir.
4. İştirakçı
Dövlətlər, lazım gəldikdə və öz
hüquq sistemlərinin əsas prinsiplərinə uyğun
olaraq, bu maddədə göstərilən tədbirlərin
hazırlanması və inkişaf etdirilməsində bir-biri
ilə və müvafıq beynəlxalq və regional
təşkilatlarla qarşılıqlı
fəaliyyət göstərirlər. Belə
qarşılıqlı fəaliyyət korrupsiya ilə mübarizəyə
yönəlmiş beynəlxalq proqram və
layihələrdə iştirak formasında da ola bilər.
M addə 6
Korrupsiyanın
qarşısının alınması üzrə orqan və
ya orqanlar
1. Hər bir
İştirakçı Dövlət öz hüquq sisteminin
əsas prinsiplərinə uyğun olaraq, aşağıdakı tədbirlər
vasitəsilə korrupsiyanın qarşısının
alınması sahəsində
fəaliyyət göstərən orqanı, lazım
gəldikdə, orqanları yaradır:
a)
bu Konvensiyanın 5-ci maddəsində
nəzərdə tutulan siyasətin həyata keçirilməsi
və lazım gəldikdə, bu siyasətin həyata
keçirilməsinə nəzarət edilməsi və
onun koordinasiyası;
b) korrupsiyanın
qarşısının alınması
məsələləri üzrə biliklərin
genişləndirilməsi və yayılması.
2. Hər bir
İştirakçı Dövlət bu maddənin 1-ci
bəndində göstərilən orqan və ya orqanların
öz funksiyalarını səmərəli surətdə
və hər hansı kənar təsirdən azad
şəraitdə həyata keçirə bilməsi
üçün, daxili hüquq sisteminin əsas prinsiplərinə
uyğun olaraq, onların zəruri müstəqilliyini təmin
edir. Göstərilən məqsədlə, zəruri maddi
resursları və ixtisaslı heyəti, bu heyətin
üzərinə düşən funksiyaların yerinə
yetirilməsi üçün tələb olunan
hazırlığı təmin etmək lazımdır.
3. Hər bir
İştirakçı Dövlət korrupsiyanın
qarşısının alınması üzrə
tədbirlərin hazırlanması və həyata
keçirilməsində digər İştirakçı
Dövlətlərə kömək göstərəcək
orqan və ya orqanlarının ad və ünvanları
barədə Birləşmiş Millətlər
Təşkilatının Baş Katibinə məlumat verir.
Maddə 7
Dövlət sektoru
1. Hər bir
İştirakçı Dövlət lazım gəldikdə
və öz hüquq sisteminin əsas prinsiplərinə uyğun olaraq, dövlət
qulluqçularının işə qəbulunun,
seçilməsinin, qulluq keçməsinin, qulluqda
irəli çəkilməsinin və istefaya
çıxmasının elə bir
sistemini yaratmağa, təmin etməyə və
möhkəmləndirməyə çalışır ki, bu sistem:
a) səmərəlilik,
şəffaflıq prinsiplərinə və layiqlilik,
ədalətlilik və bacarıqlılıq kimi obyektiv meyarlara əsaslanır;
b) korrupsiyaya
xüsusilə həssas olan
dövlət vəzifələrini tutmaq üçün şəxslərin seçilməsi
və hazırlanmasının, lazım gəldikdə, bu
şəxslərin digər vəzifələrə yerdəyişməsinin adekvat
prosedurlarını nəzərdə tutur;
c) İştirakçı
Dövlətin iqtisadi inkişaf səviyyəsini
nəzərə alan müvafiq əmək haqlarının
ödənilməsinə və ədalətli maaşların
müəyyən olunmasına imkan verir;
d) bu
şəxslərin dövlət funksiyalarmı düzgün,
vicdanla və lazımi qaydada yerinə yetirməsi üçün
təhsil və tədris proqramlarının həyata
keçirilməsinə imkan verir,
habelə öz funksiyalarının yerinə
yetirilməsindən irəli gələn korrupsiya riskləri
barədə məlumatlandırmaq üçün onların
ixtisaslaşmış və müvafiq hazırlığını təmin
edir. Belə proqramlar tətbiq edilən sahələr
üzrə etik davranış
kodekslərinə və standartlarına istinad edə bilər.
2. Dövlət
vəzifələrinə namizədliyə və
seçkiyə aid meyarları müəyyən etmək üçün hər bir
İştirakçı Dövlət bu Konvensiyanın
məqsədlərinə və öz hüquq sisteminin
əsas prinsiplərinə uyğun olan müvafiq qanunvericilik
və inzibati tədbirlərin qəbul olunması
məsələsini nəzərdən keçirir.
3. Hər bir
İştirakçı Dövlət seçkili
dövlət vəzifələrinə namizədliyin
maliyyələşdirilməsində və mümkün
hallarda siyasi partiyaların maliyyələşdirilməsində
şəffaflığı gücləndirmək
üçün bu Konvensiyanın məqsədlərinə
və öz hüquq sisteminin əsas prinsiplərinə
uyğun olan müvafiq qanunvericilik və inzibati
tədbirlərin qəbul olunması məsələsini
də nəzərdən keçirir.
4. Hər bir
İştirakçı Dövlət öz hüquq sisteminin
əsas prinsiplərinə uyğun olaraq
şəffaflığı təmin edən və
maraqların toqquşmasının qarşısını alan
sistemləri yaratmağa, saxlamağa və
möhkəmləndirməyə səy göstərir.
Maddə 8
Dövlət vəzifəli şəxslər
üçün davranış kodeksləri
1.
Korrupsiya ilə mübarizə
məqsədilə hər bir İştirakçı Dövlət,
digər tədbirlərlə
yanaşı həmçinin daxili hüquq sisteminin əsas
prinsiplərinə uyğun olaraq,
öz dövlət vəzifəli şəxslərinin
vicdanlılığını, şərəfliliyini və
məsuliyyətliliyini
təşviq edir.
2. Xüsusilə,
hər bir İştirakçı Dövlət, dövlət
funksiyalarının düzgün, vicdanla və lazımi
qaydada yerinə yetirilməsi üçün öz
institusional və hüquqi sistemləri
çərçivəsində davranış kodekslərini
və standartlarım tətbiq etməyə çalışır.
3.
Bu maddənin müddəalarının
tətbiq edilməsi üçün hər bir
İştirakçı Dövlət, lazım
gəldikdə və öz hüquq sisteminin əsas
prinsiplərinə uyğun olaraq, regional, regionlararası
və çoxtərəfli təşkilatların müvafiq
təşəbbüslərini, məsələn, Baş Assambleyanın 12
dekabr 1996-cı il tarixli 51/59 qətnaməsinin əlavəsində əks olunmuş
dövlət vəzifəli şəxslərin beynəlxalq
davranış kodeksini
nəzərə alır.
4. Hər bir
İştirakçı Dövlət, dövlət
vəzifəli şəxslərin öz funksiyalarını yerinə
yetirən zaman aşkar etdiyi korrupsiya əməlləri
barədə müvafiq orqanlara xəbər
verməsinə şərait yaradan tədbir və sistemləri
müəyyən etmək məsələsini də
öz hüquq sisteminin əsas prinsiplərinə uyğun
olaraq nəzərdən keçirir.
5.
Hər bir İştirakçı
Dövlət, lazım gəldikdə və öz daxili
qanunvericiliyinin əsas prinsiplərinə uyğun olaraq,
dövlət vəzifəli şəxslər qismində
onların vəzifələrinə münasibətdə
maraqlar toqquşması yarada bilən, digərləri ilə
yanaşı
həmçinin qulluqdan kənar fəaliyyəti,
məşğuliyyəti, investisiyaları, aktivləri və
əhəmiyyətli hədiyyələri və ya faydaları
barədə müvafiq orqanlara bəyannamə vermək öhdəliyini
doğuran tədbir və sistemləri müəyyən
etməyə çalışır.
6. Hər bir
İştirakçı Dövlət bu maddəyə
uyğun olaraq qəbul edilmiş kodeksləri və
standartları pozan dövlət vəzifəli
şəxslər barəsində intizam və digər
tədbirlər görülməsi məsələsini öz
daxili qanunvericiliyinin əsas prinsiplərinə uyğun
surətdə nəzərdən keçirir.
Maddə 9
Dövlət satınalmaları və dövlət
maliyyəsinin idarə edilməsi
1. Hər bir
İştirakçı Dövlət, digər
məsələlərlə yanaşı, həmçinin
korrupsiyanın
qarşısının alınmasında səmərəli
olan və şəffaflığa, rəqabətə,
qərar qəbulunda obyektiv
meyarlara əsaslanan müvafiq satınalma sistemləri yaratmaq
üçün öz hüquq sisteminin əsas
prinsiplərinə uyğun olaraq zəruri tədbirlər
görür. Tətbiq olunduqları halda müvafiq
dəyər hüdudlarını nəzərdə tuta
bilən bu
sistemlər digər
məsələlərlə yanaşı, həmçinin
aşağıdakılara əməl edir:
a) potensial tender
iştirakçılarının tender təkliflərini
hazırlamasına və təqdim etməsinə
kifayət qədər vaxt vermək üçün,
satınalma prosedurları və müqavilələri
barədə məlumatların, o cümlədən tenderdə
iştirak üçün dəvət və müqavilələrin
bağlanması üçün lazımi məlumatların
ictimai yayılması;
b) seçilmə
və müqavilə bağlanması da daxil olmaqla, iştirak
şərtlərinin və tender qaydalarının
əvvəlcədən
müəyyənləşdirilməsi və dərc
olunması;
c) qayda və prosedurların
düzgün tətbiq edilməsinin sonradan yoxlanmasını asanlaşdırmaq
məqsədilə, dövlət satınalmaları
qərarları üçün obyektiv və
əvvəlcədən müəyyənləşdirilən
meyarlardan istifadə olunması;
d) bu bəndə
uyğun olaraq müəyyən edilən qayda və prosedurlara
əməl olunmadığı hallarda hüquqi
mübahisələndirmə və hüquqi müdafiə
vasitələrini təmin edən səmərəli
daxili nəzarət sistemi, o cümlədən
səmərəli şikayət sistemi;
e) lazım
gəldikdə, satınalmalara görə məsul olan
heyətlə bağlı məsələlərin
tənzimlənməsi tədbirləri, məsələn,
konkret dövlət satınalmalarında maraqlı olan
şəxslərin bu barədə bəyanat vermək
vəzifəsi, dövlət qulluğunda işləməsinin mümkün
olub-olmamasının qabaqcadan yoxlanılması prosedurları
və treninq tələbləri.
2. Hər
bir İştirakçı Dövlət, öz hüquq sisteminin
əsas prinsiplərinə uyğun olaraq, dövlət
maliyyəsinin idarə olunmasında
şəffaflığı və hesabatlılığı
stimullaşdırmaq üçün müvafiq
tədbirlər görür. Belə tədbirlər digər
məsələlərlə yanaşı,
həmçinin aşağıdakıları
nəzərdə tutur:
a) milli
büdcənin təsdiq olunması prosedurlarını;
b) gəlirlər
və xərclərə dair hesabatların mütəmadi
təqdimini;
c) mühasibat uçotu və
audit standartları sistemini və onlarla bağlı
nəzarəti;
d) risklərin
idarə olunmasının və daxili nəzarətin
səmərəli və təsirli sistemlərini və;
e) lazım
gəldikdə, bu bənddə müəyyən olunmuş
tələblərin pozulduğu halda düzəliş
tədbirlərini.
3) Dövlət gəlir və
xərclərinə aid olan mühasibat kitablarının,
qeydlərinin, maliyyə cədvəllərinin və digər
sənədlərin tamlığını qorumaq və
onların saxtalaşdırılmasının
qarşısını almaq üçün hər bir
İştirakçı Dövlət daxili qanunvericiliyin
əsas prinsiplərinə uyğun olaraq zəruri ola bilən
mülki-hüquqi və inzibati
tədbirləri görür.
Maddə 10
İctimaiyyətin məlumatlandırılması
Korrupsiya ilə mübarizənin
zəruriliyini nəzərə alaraq hər bir
İştirakçı Dövlət, daxili qanunvericiliyinin
əsas prinsiplərinə uyğun olaraq, öz administrasiyasında, o
cümlədən onun təşkilində,
fəaliyyətində və lazım gəldikdə, qərarlar qəbulu prosesində
şəffaflığı gücləndirmək
üçün müvafiq tədbirləri görür. Belə tədbirlər, digər
məsələlərlə yanaşı, həmçinin
aşağıdakıları əhatə edə bilər:
a) geniş
ictimaiyyətin nümayəndələri tərəfindən,
lazım gəldikdə, dövlət administrasiyasının
təşkili, fəaliyyəti və qərar qəbulu
prosesləri, habelə şəxsi həyatın və
şəxsi məlumatların qorunması
şərtlərinə əməl edilməklə, ictimaiyyətin
mənafeyinə toxunan qərar və hüquqi aktlar
barədə məlumat alınmasına imkan verən prosedur
və qaydaların qəbul edilməsi;
b) qərar
qəbul edən səlahiyyətli orqanlara müraciət
edilməsini asanlaşdırmaq üçün,
lazım gəldikdə, inzibati prosedurların
sadələşdirilməsi; və
c) dövlət
administrasiyasında korrupsiyanın təhlükələri
barədə dövri hesabatları
da özündə əks etdirə bilən məlumatların
dərc olunması.
Maddə 1 1
Məhkəmə və prokurorluq orqanları
barədə tədbirlər
1.
Məhkəmə hakimiyyətinin
müstəqilliyini və korrupsiya ilə mübarizədə onun
həlledici rolunu nəzərə alaraq hər bir
İştirakçı Dövlət, öz hüquq sisteminin əsas
prinsiplərinə uyğun olaraq və məhkəmə
orqanlarının müstəqilliyinə xələl
gətirmədən, məhkəmələrin və
məhkəmə orqanları işçilərinin vicdanlılığının
möhkəmləndirilməsi və onlar arasında korrupsiya
imkanlarına yol verilməməsi üçün
lazımi tədbirləri görür. Belə
tədbirlərə məhkəmə orqanları işçilərinin
davranışı ilə bağlı qaydalar daxil ola
bilər.
2.
Prokurorluq orqanları məhkəmə
hakimiyyətinin tərkibinə daxil olmayan, lakin
məhkəmə orqanları ilə analoji
müstəqillikdən istifadə edən İştirakçı
Dövlətlərdə, bu maddənin 1-ci bəndinə
əsasən qəbul edilən eyni mahiyyətli tədbirlər
prokurorluq orqanlarına münasibətdə qəbul edilə
və tətbiq edilə bilər.
Maddə 12
Özəl sektor
1.
Hər bir İştirakçı
Dövlət öz daxili qanunvericiliyinin əsas
prinsiplərinə uyğun
olaraq, özəl sektorla bağlı korrupsiyanın
qarşısının alınması, bu sektorda mühasibat
uçotu və audit standartlarının gücləndirilməsi
üçün tədbirlər görür və lazım gəldikdə, bu
tədbirlərə əməl edilməməsinə
görə səmərəli, müvafiq və
çəkindirici təsir göstərən
mülki-hüquqi, inzibati və ya cinayət sanksiyaları müəyyən edir.
2.
Bu məqsədlərə nail
olunmasına yönəlmiş tədbirlər, digər
məsələlərlə yanaşı,
həmçinin aşağıdakıları əhatə
edə bilər:
a)
hüquq mühafizə orqanları və müvafiq
özəl təşkilatlar arasında
əməkdaşlığın təşviqi;
b) müvafiq
özəl təşkilatların fəaliyyətində
vicdanlılığın təmin edilməsinə
yönəlmiş standart və prosedurların, habelə
sahibkarlar və bütün müvafiq peşə
nümayəndələri tərəfindən
fəaliyyətin düzgün, vicdanlı və lazımi
formada həyata
keçirilməsi, maraqlar toqquşmasının
qarşısının alınması və kommersiya
müəssisələri arasında, o cümlədən
onların dövlətlə müqavilə münasibətlərində
vicdanlı kommersiya praktikasından istifadənin təşviqi
üçün davranış
kodekslərinin
hazırlanmasına yardım;
c) özəl
təşkilatların fəaliyyətində
şəffaflığın təmininə yardım
edilməsi, lazım gəldikdə, həmçinin korporativ
təşkilatların yaradılması və idarə olunmasında
iştirak edən hüquqi və fiziki şəxslərin
müəyyənləşdirilməsi üzrə tədbirlər
görülməsi;
d) özəl
təşkilatların fəaliyyətini tənzim edən
prosedurlardan, o cümlədən kommersiya
fəaliyyətinin həyata keçirilməsi
üçün dövlət orqanlarının verdiyi subsidiya
və lisenziyalara aid prosedurlardan sui-istifadə hallarının
qarşısının alınması;
e) keçmiş
dövlət vəzifəli şəxslərin peşəkar
fəaliyyəti və ya dövlət vəzifəli şəxslərin istefaya
və ya pensiyaya çıxmasından sonra özəl
sektordakı işi onların
dövlət vəzifəsində olduğu dövrdə
yerinə yetirdikləri və ya yerinə yetirilməsinə nəzarət
etdikləri funksiyalarla birbaşa bağlı olduqda, zəruri
hallarda və ağlabatan müddətə
məhdudiyyətlər qoymaq yolu ilə, maraqlar toqquşmasının qarşısının
alınması;
f)
strukturundan və
ölçülərindən asılı olaraq özəl
təşkilatlarda korrupsiya əməllərinin
qarşısının alınması və aşkara
çıxarılmasına kömək məqsədi
daşıyan qənaətbəxş daxili audit mexanizmləri
yaradılmasının, habelə bu təşkilatların
hesablarında və tələb olunan maliyyə
cədvəllərində müvafiq audit və sertifikatlaşdırma
prosedurlarının tətbiqinin
mümkünlüyünün təmin edilməsi.
3. Korrupsiyanın
qarşısını almaq məqsədilə hər bir
İştirakçı Dövlət öz daxili
qanunvericiliyinə və mühasibat uçotunun
aparılmasını, maliyyə hesabatlarının təqdimini, habelə mühasibat uçotu
və audit standartlarını tənzim edən qaydalara əsasən, bu Konvensiyaya
uyğun olaraq tanınmış hər hansı hüquqpozmanın törədilməsinə
yönəlmiş aşağıdakı
hərəkətlərin qadağan edilməsi
üçün lazım olan
tədbirləri görür:
a) uçotdankənar
hesabların tərtib olunması;
b) uçota
alınmamış və ya düzgün qeydiyyata
alınmamış əməliyyatların aparılması;
c) mövcud olmayan
xərclərin uçotunun aparılması;
d) obyekti düzgün
müəyyən edilməyən passivlərin qeydə
alınması;
e) saxta
sənədlərdən istifadə olunması; və
f)
mühasibat sənədlərinin
qanunvericiliklə müəyyən edilmiş müddət
başa çatmadan
qəsdən məhv edilməsi.
4. Hər bir
İştirakçı Dövlət bu Konvensiyanın 15
və 16-cı maddələrinə uyğun olaraq təsbit
edilən hüquqpozmaların tərkibinin
əlamətlərindən biri olan rüşvət hesab olunan xərclərin, habelə
lazım gəldikdə, korrupsiya əməllərinə yardım məqsədilə
çəkilmiş xərclərin vergitutmadan azad
olunmasından imtina edir.
Maddə 1 3
İctimaiyyətin iştirakı
1. Dövlət
sektoruna aid olmayan şəxslərin və qrupların,
məsələn, vətəndaş
cəmiyyətinin, qeyri-hökumət
təşkilatlarının, icma bazasında fəaliyyət göstərən
təşkilatların korrupsiyanın qarşısının
alınmasında və korrupsiyaya
qarşı mübarizədə fəal iştirakına
yardım etmək üçün, habelə korrupsiyanın mövcudluğu, onun
səbəbləri, təhlükəli xarakteri və
təhdidləri barədə cəmiyyətin
maarifləndirilməsini artırmaq üçün hər bir
İştirakçı Dövlət daxili qanunvericiliyin əsas prinsiplərinə uyğun
olaraq və öz imkanları daxilində lazımi
tədbirləri görür. Belə iştirak
aşağıdakı tədbirlərin köməyi ilə gücləndirilməlidir:
a) qərarların
qəbul edilməsi prosesində şəffaflığın
gücləndirilməsi və bu prosesdə
ictimaiyyətin iştirakının təşviq edilməsi;
b) ictimaiyyətin
məlumatlardan səmərəli istifadə etməsinə
imkan yaradılması;
c) əhalidə
korrupsiyaya qarşı dözümsüzlük ruhunun
yaranmasına xidmət edən məlumatlandırma
tədbirlərinin, habelə məktəb və
universitetlər də daxil olmaqla, ictimai tədris
proqramlarının təşkil edilməsi;
d) korrupsiyaya dair
məlumatların axtarılması, əldə edilməsi,
dərc etdirilməsi və yayılması azadlığına
hörmət edilməsi, təşviq edilməsi və
müdafiə edilməsi. Göstərilən azadlığa
məhdudiyyətlər müəyyən oluna bilər, ancaq belə
məhdudiyyətlər qanunla nəzərdə tutulur və
aşağıdakı zərurətlərdən irəli
gəlir:
i) başqa şəxslərin
hüquqlarına və nüfuzuna hörmət edilməsi;
ii) milli təhlükəsizliyin və ya
ictimai qaydanın, yaxud əhalinin
sağlamlığının və ya
mənəviyyatının qorunması.
2. Hər bir
İştirakçı Dövlət bu Konvensiyada
göstərilmiş korrupsiya ilə mübarizə aparan
orqanların ictimaiyyətə məlum olmasını təmin
edən tədbirlər
görür və lazım gəldikdə, bu Konvensiya ilə
əhatə olunan hər hansı hüquqpozma yarada bilən hallar barədə
məlumatların, anonim forma da daxil olmaqla, həmin orqanlara verilməsi üçün
imkan yaradır.
M ad d ə 14
Pul
vəsaitlərinin yuyulmasının qarşısının
alınması üzrə tədbirlər
1. Hər bir
İştirakçı Dövlət:
a) pul vəsaitlərinin və
qiymətlilərin köçürülməäi ilə
bağlı rəsmi və ya qeyri-rəsmi xidmət
göstərən bank və bank sayılmayan maliyyə
təsisatlarına, o cümlədən fiziki və
hüquqi şəxslərə, habelə zəruri hallarda, pul
vəsaitlərinin
yuyulması baxımından öz səlahiyyətləri
daxilində xüsusən zəif sayılan digər orqanlara
pul vəsaitlərinin yuyulmasının bütün
formalarının qarşısının alınması
və aşkar edilməsi məqsədilə
ümuməhatəli daxili tənzim və nəzarət
rejimi müəyyən edir ki, bu rejim ilk növbədə,
müştərilərin, lazım gəldikdə isə
benefisiar mülkiyyətçilərin şəxsiyyətinin
müəyyənləşdirilməsi, hesabat
aparılması və şübhəli əqdlərlə
bağlı məlumatlar verilməsi kimi tələblərə
əsaslanır;
b) bu
Konvensiyanın 46-cı maddəsinə zidd olmamaq
şərtilə, pul vəsaitlərinin yuyulması
ilə mübarizə aparan inzibati, tənzimləyici, hüquq
mühafizə və
digər orqanların (həmçinin daxili qanunvericilik
nəzərdə tutduqda məhkəmə orqanlarının)
daxili qanunvericiliklə müəyyən olunmuş
şərtlərlə milli və beynəlxalq
səviyyədə əməkdaşlıq və məlumat mübadiləsi
edə bilmələrini təmin edir və bu
məqsədlə, pul vəsaitlərinin yuyulmasının
bütün mümkün hallarına aid məlumatların
yığılması, təhlili və yayılması
üçün milli mərkəz kimi fəaliyyət
göstərəcək maliyyə-kəşfiyyat qurumunun
təsis olunması
məsələsini nəzərdən keçirir.
2. İştirakçı
Dövlətlər nağd pul vəsaitlərinin və
müvafiq dövriyyə alətlərinin onların
sərhədindən keçməsi hallarının aşkar
edilməsi və belə yerdəyişməyə nəzarət
edilməsi üzrə praktiki mümkün tədbirlərin
tətbiqi barədə məsələni nəzərdən
keçirirlər, bir şərtlə ki, bu zaman
məlumatların düzgün istifadəsini vəd edən
təminatlar pozulmamalı, habelə qanuni kapitalın yerdəyişməsinə hər
hansı
çətinlik
yaradılmamalıdır.
Həmin
tədbirlərə həmçinin fiziki
şəxslərin və kommersiya müəssisələrinin
xeyli miqdarda nağd pul vəsaitlərinin və müvafıq
dövriyyə alətlərinin transsərhəd yerdəyişmələri
barədə məlumat verməli olması tələbi daxil
edilə bilər.
3. İştirakçı
Dövlətlər lazımi və praktiki mümkün
tədbirləri tətbiq edərək maliyyə
müəssisələrinin, o cümlədən pul
vəsaitlərinin köçürülməsi üzrə
müəssisələrin öhdəsinə elə
vəzifələr qoyurlar ki, onlar:
a)
vəsaitlərin elektron
köçürmələri üzrə formulyarlara və
onlarla bağlı məlumatlara göndərici barədə
dəqiq və məzmunlu informasiya daxil edirlər;
b) ödənişin
həyata keçirilməsinin bütün
şəbəkələri üzrə həmin informasiyalan
saxlayırlar; və
c)
göndərici barədə tam
informasiya olmayan hallarda vəsaitlərin köçürülməsini
dərindən yoxlayırlar.
4. Bu maddənin
müddəalarına uyğun olaraq və bu Konvensiyanın
başqa
maddələrinə zidd olmamaq şərtilə daxili
tənzim və nəzarət rejimlərini müəyyən
edərkən İştirakçı
Dövlətlərə regional, regionlararası və
çoxtərəfli təşkilatların pul
vəsaitlərinin yuyulmasına qarşı
yönəlmiş müvafiq təşəbbüslərini
rəhbər tutmaq təklif olunur.
5. İştirakçı
Dövlətlər pul vəsaitlərinin yuyulmasına
qarşı mübarizə məqsədilə
məhkəmə və hüquq mühafizə orqanları,
habelə maliyyə tənzimi orqanları arasında qlobal,
regional, regionlararası və ikitərəfli
əməkdaşlığın inkişaf
etdirilməsinə və stimullaşdırılmasına
səy göstərirlər.
Fəsil III
KRİMİNALLAŞDIRMA VƏ
QANUNVERİCİLİYİN TƏTBİQİ
Maddə 15
Dövlət vəzifəli şəxslərin
rüşvətlə ələ alınması
Hər bir
İştirakçı Dövlət, qəsdən
törədildiyi halda, aşağıdakı
əməlləri cinayət
hüquqpozması kimi təsnif etmək üçün
lazım gələn qanunvericilik və başqa tədbirləri görür:
a)
dövlət vəzifəli
şəxsə vəzifə öhdəliklərini yerinə
yetirərkən hər hansı bir hərəkətin
edilməsinə və ya onun edilməsindən
çəkinməyə görə vəzifəli şəxsin
özü və ya digər fiziki və ya hüquqi
şəxslər üçün, birbaşa və ya
dolayı yolla hər hansı qeyri-qanuni
üstünlüyün vəd olunması, təklif
edilməsi və ya verilməsi;
b) dövlət
vəzifəli şəxs tərəfindən vəzifə
öhdəliklərini yerinə yetirərkən hər hansı
hərəkətin edilməsinə və ya edilməsindən
çəkinməyə görə vəzifəli şəxsin
özü və ya digər fiziki və ya hüquqi
şəxslər üçün, birbaşa və ya dolayı yolla
hər hansı qeyri-qanuni üstünlüyün
istənilməsi və ya qəbul edilməsi.
M ad də 16
Xarici dövlət vəzifəli şəxslərinin
və beynəlxalq dövlətlərarası
təşkilatların qulluqçularının
rüşvətlə ələ alınması
1.
Hər bir İştirakçı
Dövlət beynəlxalq işlərin aparılması
ilə bağlı hər hansı kommersiya və ya digər
qeyri-qanuni üstünlüyün əldə edilməsi
və ya saxlanılması məqsədilə xarici dövlət
vəzifəli şəxsə və ya beynəlxalq
dövlətlərarası təşkilatın
qulluqçusuna öz vəzifə öhdəliklərini
yerinə yetirən zaman hər hansı
hərəkətin edilməsinə və ya edilməsindən
çəkinməyə görə bu şəxslərin
özü və ya digər fiziki və ya hüquqi
şəxslər üçün, birbaşa və ya
dolayı yolla, hər
hansı qeyri-qanuni üstünlüyün vəd
olunmasını, təklif edilməsini və ya verilməsini,
bu, qəsdən edildikdə, cinayət hüquqpozması kimi təsnif
etmək üçün lazımi
qanunvericilik və başqa tədbirləri görür.
2. Hər bir
İştirakçı Dövlət xarici dövlət
vəzifəli şəxs və ya beynəlxalq dövlətlərarası
təşkilatın qulluqçusu tərəfindən öz
vəzifə öhdəliklərini yerinə yetirən zaman
hər hansı hərəkətin edilməsinə və ya
edilməsindən çəkinməyə görə
özü və ya digər fiziki və ya hüquqi
şəxslər üçün, birbaşa və ya dolayı yolla,
hər hansı qeyri-qanuni üstünlüyün
istənilməsini və ya qəbul edilməsini, bu,
qəsdən edildikdə, cinayət hüquqpozması kimi
təsnif etmək üçün lazımi qanunvericilik
və başqa tədbirləri görür.
Maddə 1 7
Dövlət vəzifəli şəxs
tərəfindən əmlakın talanması,
mənimsənilməsi
və ya başqa cür
məqsəddən kənar istifadəsi
Hər bir
İştirakçı Dövlət vəzifəli
şəxs tərəfindən, həyata keçirdiyi
vəzifələr əsasında ona tapşırılmış
hər hansı əmlakın, dövlət və ya
özəl vəsaitlərin və ya qiymətli
kağızların və ya hər hansı digər
qiymətli predmetlərin vəzifəli şəxsin
özü və ya digər fiziki və ya hüquqi
şəxslərin nəfinə talanmasını, mənimsənilməsini
və ya məqsəddən kənar istifadə edilməsini,
bu, qəsdən edildikdə, cinayət hüquqpozması kimi
təsnif etmək üçün lazımi qanunvericilik və
başqa tədbirləri görür.
Maddə 18
Nüfuz alveri
Hər bir
iştirakçı Dövlət, aşağıdakı
əməlləri, qəsdən törədildiyi halda, cinayət
hüquqpozması kimi təsnif etmək üçün
lazım gələn qanunvericilik və başqa
tədbirlərin görülməsi məsələsini
nəzərdən keçirir:
a) dövlət
vəzifəli şəxs və ya hər hansı digər
şəxs tərəfindən öz həqiqi və ya güman
edilən nüfuzundan sui-istifadə etməklə,
İştirakçı Dövlətin administrasiyasından
və ya dövlət hakimiyyəti orqanından hər
hansı qeyri-qanuni üstünlüyün, bu
hərəkətlərin ilkin
təşəbbüskarının və ya istənilən
başqa şəxsin nəfinə əldə
edilməsinə görə həmin vəzifəli və ya
digər şəxsə birbaşa və ya dolayı yolla
hər hansı qeyri-qanuni üstünlüyün vəd
olunması, təklif edilməsi və ya verilməsi;
b) dövlət
vəzifəli şəxs və ya hər hansı digər
şəxs tərəfindən öz həqiqi və ya güman
edilən nüfuzundan sui-istifadə etməklə
İştirakçı Dövlətin administrasiyasından
və ya dövlət hakimiyyəti orqanından hər
hansı qeyri-qanuni üstünlüyün alınması
üçün özü və ya başqa şəxsin
nəfinə hər hansı qeyri-qanuni
üstünlüyün istənilməsi və ya qəbul edilməsi.
Maddə 19
Vəzifə
səlahiyyətlərindən sui-istifadə
Hər bir
İştirakçı Dövlət vəzifə
səlahiyyətlərindən və ya vəzifə
mövqeyindən sui-istifadəni,
yəni dövlət vəzifəli şəxs
tərəfindən öz vəzifələrinin yerinə
yetirilməsi zamanı, hər hansı qeyri-qanuni
üstünlüyün onun özü və ya başqa fiziki və ya hüquqi şəxsin
nəfinə əldə edilməsi məqsədilə,
qanunları pozaraq hər hansı hərəkətin
edilməsini və ya edilməməsini, bu, qəsdən
edildikdə, cinayət hüquqpozması kimi təsnif etmək
üçün lazım gələn qanunvericilik və başqa tədbirlərin
görülməsi məsələsini nəzərdən
keçirir.
M a d d ə
2 0
Qanunsuz varlanma
Öz konstitusiyasına və hüquq
sisteminin əsas prinsiplərinə riayət etmək şərtilə hər bir
İştirakçı Dövlət qanunsuz varlanmanı,
yəni dövlət vəzifəli şəxsin
əmlakının onun öz qanuni gəlirlərinə
nisbətdə ağlabatan surətdə əsaslandıra
bilmədiyi xeyli artımını, bu, qəsdən
edildikdə, cinayət hüquqpozması kimi təsnif etmək üçün lazım
gələn qanunvericilik və başqa tədbirlərin
görülməsi
məsələsinə baxır.
Maddə 2 1
Özəl sektorda
rüşvətlə ələ alma
Hər
bir İştirakçı Dövlət iqtisadi, maliyyə
və ya kommersiya fəaliyyəti gedişində,
qəsdən törədildiyi halda, aşağıdakı
əməlləri cinayət hüquqpozması kimi
təsnif etmək üçün lazım gələn
qanunvericilik və başqa tədbirlərin görülməsi
məsələsinə baxır:
a) özəl
sektora aid təşkilata rəhbərlik edən və ya
belə təşkilatda hər hansı qisimdə
fəaliyyət göstərən hər hansı
şəxsə, öz öhdəliklərini pozaraq istənilən
hərəkətin edilməsinə və ya onun
edilməsindən çəkinməyə görə bu
şəxsin özü və ya başqa şəxs
üçün, hər hansı qeyri-qanuni
üstünlüyün birbaşa və ya
dolayı vəd olunması, təklif edilməsi və ya
verilməsi;
b) özəl
sektora aid təşkilata rəhbərlik edən və ya belə
təşkilatda hər hansı qisimdə
fəaliyyət göstərən hər hansı şəxs
tərəfindən öz öhdəliklərini pozaraq
istənilən hərəkətin edilməsinə və ya
onun edilməsindən çəkinməyə görə
özü və ya başqa şəxs üçün
hər hansı qeyri-qanuni üstünlüyün birbaşa
və ya dolayı istənilməsi və ya qəbul
edilməsi.
Maddə 22
Özəl sektorda
əmlakın talanması
Hər bir
İştirakçı Dövlət özəl sektora aid
təşkilata rəhbərlik edən və ya belə
təşkilatda hər hansı qisimdə fəaliyyət
göstərən hər hansı şəxs
tərəfindən həyata keçirdiyi
vəzifələr əsasında ona
tapşırılmış hər hansı əmlakın,
özəl vəsaitlərin və ya
qiymətli kağızların və ya hər hansı
digər qiymətli predmetlərin
iqtisadi, maliyyə və ya kommersiya fəaliyyəti
gedişində talanmasını, bu, qəsdən
edildikdə, cinayət hüquqpozması kimi təsnif etmək
üçün lazım gələn qanunvericilik və başqa tədbirlərin
görülməsi məsələsini nəzərdən
keçirir.
Maddə 23
Cinayət yolu
ilə əldə edilmiş gəlirlərin yuyulması
1. Daxili qanunvericiliyinin əsas
prinsiplərinə uyğun olaraq hər bir İştirakçı Dövlət, qəsdən
törədildiyi halda, aşağıdakı
əməlləri cinayət hüquqpozması kimi
təsnif etmək üçün lazım gələn
qanunvericilik və başqa tədbirlərin görülməsi məsələsinə
baxır:
a) i) cinayət yolu ilə
əldə edildiyi məlum olan əmlakın cinayətkar
mənbəyinin
gizlədilməsi və ya itirilməsi məqsədilə,
yaxud əsas hüquq pozuntusunun törədilməsində iştirak
etmiş hər hansı şəxsin öz
əməllərinə görə məsuliyyətdən
yayınması üçün ona kömək
göstərilməsi məqsədilə həmin
əmlakın konversiyası və ya köçürülməsi;
ii) cinayət
yolu ilə əldə edildiyi məlum olan əmlakın
əsl xarakterinin, mənbəyinin,
olduğu yerin, sərəncam və ya daşınma
üsulunun, bu əmlaka hüquqların
və ya onun mənsubiyyətinin gizlədilməsi və ya
itirilməsi;
b) öz hüquq sisteminin
əsas prinsiplərinə riayət etmək
şərtilə, həmçinin aşağıdakı
əməllərin:
i) əldə
edildiyi zaman cinayət yolu ilə əldə edilən gəlir
olduğu məlum olan əmlakın əldə
olunması, ona sahiblik edilməsi və ya istifadə
edilməsi;
ii) bu maddəyə uyğun olaraq
tanınmış hər hansı hüquqpozmanın
törədilməsində
iştirakçılıq, təşkilatlanma və ya
qabaqcadan əlbir olma, onun törədil-məsinə cəhd, habelə onun
törədilməsində vasitəçilik,
təhrikçilik, kömək etmə və ya məsləhət vermə.
2. Bu maddənin
1-ci bəndinin həyata keçirilməsi və tətbiqi
məqsədilə:
a) hər bir
İştirakçı Dövlət bu maddənin 1-ci
bəndini əsas hüquqpozmaların ən geniş
dairəsinə tətbiq etməyə çalışır;
b) hər bir
İştirakçı Dövlət, ən azı, bu
Konvensiya ilə cinayət hüquqpozması kimi tanınan
əməlləri bütünlüklə əsas
hüquqpozmaların sırasına daxil edir;
c) (b)
yarımbəndinin mənasında, müvafiq
İştirakçı Dövlətin yurisdiksiyasının
istər hüdudlarında, istərsə də hüdudlarından
kənarda törədilən hüquqpozmalar əsas
hüquqpozmalara aiddir. Lakin hər hansı
İştirakçı Dövlətin yurisdiksiyası
hüdudlarından kənarda törədilmiş
hüquqpozmalar ancaq o halda əsas hüquqpozma hesab edilir ki,
belə əməllər ərazisində törədildiyi
dövlətin daxili qanunvericiliyinə əsasən,
cinayət hüquqpozması sayılır və bu maddəni
həyata keçirən və ya tətbiq edən
İştirakçı Dövlətdə
törədilmiş olsaydı, həmin dövlətin daxili
qanunvericiliyinə əsasən cinayət hüquqpozması
hesab edilərdi;
d) hər bir
İştirakçı Dövlət bu maddənin
müddəalarının həyata keçirilməsini təmin
edən öz qanunlarının mətnini, habelə belə
qanunlara bütün sonrakı dəyişikliklərin
mətnlərini və ya onların məzmununu
Birləşmiş Millətlər Təşkilatının
Baş katibinə göndərir;
e) əgər İştirakçı
Dövlətin daxili qanunvericiliyinin əsas prinsipləri
tələb edirsə, onda nəzərdə tutula bilər ki, bu
maddənin 1-ci bəndinə göstərilmiş cinayətlər
əsas hüquqpozmanı törətmiş
şəxslərə aid edilmir.
Maddə 24
Gizlətmə
Bu
Konvensiyanın 23-cü maddəsinin müddəalarına zidd
olmamaq şərtilə, hər bir İştirakçı
Dövlət, bu Konvensiya ilə tanınmış hər
hansı hüquqpozmanın törədilməsindən sonra,
bu törədilmədə iştirak edilmədən və
əldə edilən əmlakın bu Konvensiya ilə
tanınan hüquqpozmalardan əldə edildiyini bilərək,
həmin
əmlakın gizlədilməsini və ya fasiləsiz
saxlanmasını, bu, qəsdən edildikdə, cinayət hüquqpozması
kimi təsnif etmək üçün lazım gələn
qanunvericilik və başqa
tədbirlərin görülməsi məsələsinə
baxır.
Maddə 25
Ədalət
mühakiməsinin həyata keçirilməsinə mane olma
Hər
bir İştirakçı Dövlət
aşağıdakı əməlləri, qəsdən
törədildiyi halda, cinayət
hüquqpozması kimi təsnif etmək üçün
lazım gələn qanunvericilik və başqa tədbirləri görür:
a) bu Konvensiyaya
uyğun olaraq tanınmış hüquqpozmaların
törədilməsilə bağlı icraat gedişində yalan
ifadə verməyə təhrik etmək, yaxud ifadə
vermə və ya sübutları təqdimetmə prosesinə
müdaxilə etmək məqsədilə fiziki qüvvə tətbiq etmə,
hədələmə və ya qorxutma, qeyri-qanuni
üstünlüyü vəd etmə, təklif etmə və ya təqdim etmə;
b) bu Konvensiyaya uyğun olaraq
tanınmış hüquqpozmaların törədilməsilə bağlı
məhkəmə və ya hüquq mühafizə
orqanlarının vəzifəli şəxslərinin öz vəzifə öhdəliklərini
yerinə yetirməsinə müdaxilə məqsədilə
fiziki qüvvə tətbiq etmə,
hədələmə və ya qorxutma. Bu yarımbənd
İştirakçı Dövlətlərdə
dövlət vəzifəli şəxslərin digər
kateqoriyalarını müdafiə edən qanunvericilik müddəalarının olması hüququna
xələl gətirmir.
Maddə 26
Hüquqi şəxslərin məsuliyyəti
1.
Hər bir İştirakçı
Dövlət, hüquqi şəxslərin bu Konvensiyaya
uyğun olaraq tanınmış hüquqpozmaların
törədilməsində iştirakına görə
məsuliyyət müəyyən edilməsi üçün
öz hüquq prinsiplərinə uyğun olaraq lazım
gələn tədbirləri görür.
2. İştirakçı
Dövlətin hüquq prinsiplərinə riayət edilməsi
şərtilə, hüquqi şəxslər
üçün cinayət, mülki-hüquqi və ya inzibati
məsuliyyət müəyyən oluna bilər.
3. Belə
məsuliyyətin müəyyən edilməsi bu
hüquqpozmaları törətmiş fiziki
şəxslərin cinayət məsuliyyətinə
xələl gətirmir.
4. Hər bir
İştirakçı Dövlət bu maddəyə
uyğun olaraq məsuliyyətə cəlb edilən hüquqi şəxslər
barəsində səmərəli, proporsional və
çəkindirici təsir göstərən cinayət və qeyri-cinayət, o
cümlədən pul sanksiyalarının tətbiq olunmasını təmin edir.
Maddə 27
İştirakçılıq
və cəhd
1.
Hər bir İştirakçı
Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış
hər hansı
hüquqpozmanın törədilməsində istənilən
qisimdə, xüsusən, birgə icraçı,
köməkçi, təhrikçi qismində
iştirakçılığı öz daxili
qanunvericiliyinə uyğun olaraq cinayət hüquqpozması
kimi təsnif etmək üçün lazım gələn
qanunvericilik və
başqa tədbirləri görür.
2.
Hər bir İştirakçı
Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış
hər hansı
hüquqpozmanın törədilməsinə istənilən
cəhdi öz daxili qanunvericiliyinə uyğun olaraq
cinayət hüquqpozması kimi təsnif etmək
üçün lazım gələn qanunvericilik və
başqa tədbirləri görə bilər.
3.
Hər bir İştirakçı
Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış
hər hansı
hüquqpozmanın törədilməsinə
hazırlığı öz daxili qanunvericiliyinə uyğun
olaraq cinayət hüquqpozması kimi təsnif etmək
üçün lazım gələn qanunvericilik və
başqa tədbirləri görə bilər.
Maddə 28
Dərketmə, niyyət və qəsd
hüquqpozmanın əlamətləri kimi
Bu Konvensiyaya
uyğun olaraq tanınmış hər hansı
hüquqpozmanın əlamətləri kimi tələb
olunan dərketmə, niyyət və qəsd işin obyektiv
faktiki hallarından müəyyən edilə bilər.
Maddə 29
Müddətin keçməsi ilə bağlı
məsuliyyətdən azad etmə
Hər bir
İştirakçı Dövlət, lazımi hallarda, öz
daxili qanunvericiliyinə əsasən, bu Konvensiyaya uyğun
olaraq tanınmış hər hansı hüquqpozma ilə
bağlı icraatın başlanması
üçün uzun müddət müəyyən edir,
cinayət törədilməsində
şübhəli şəxsin ədalət
mühakiməsindən yayındığı hallarda isə
daha uzun müddət və ya
müddətin axımının dayandırılması
imkanını təmin edir.
Maddə 30
Cinayət
təqibi, məhkəmə qərarlarının və
sanksiyaların çıxarılması
1.
Hər
bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun
olaraq tanınmış hüquqpozmaların
törədilməsinə görə hüquqpozmanın
təhlükəlilik dərəcəsinə uyğun olan sanksiyalar müəyyən edir.
2. Hər bir
İştirakçı Dövlət, bir tərəfdən,
öz dövlət vəzifəli şəxslərinə onların funksiyalarının
yerinə yetirilməsi ilə əlaqədar verilmiş
bütün immunitetlər və
yurisdiksiya imtiyazları, digər tərəfdən isə, bu
Konvensiyaya uyğun olaraq
tanınmış hüquqpozmalarla bağlı
səmərəli istintaq, cinayət təqibi aparmaq və məhkəmə
qərarları çıxarmaq imkanı arasında, öz
hüquq sisteminə və
konstitusiya prinsiplərinə uyğun olaraq lazımi
müvazinət müəyyənləşdirmək və təmin etmək üçün
zəruri tədbirləri görür.
3. Hər bir
İştirakçı Dövlət bu Konvensiyaya uyğun
olaraq tanınmış hüquqpozmalarla
mübarizədə hüquq mühafizə tədbirlərinin
maksimum səmərəliliyinə nail olmaq
üçün və belə hüquqpozmaların
törədilməsinin qarşısını almaq zərurətini lazımi
səviyyədə nəzərə alaraq, bu hüquqpozmalara
görə təqib olunan şəxslər
barəsində daxili qanunvericilikdə nəzərdə
tutulmuş diskresion hüquqi
səlahiyyətlərin istifadə olunmasını təmin
etməyə çalışır.
4. Bu Konvensiyaya
uyğun olaraq tanınmış hüquqpozmalarla bağlı
hər bir İştirakçı
Dövlət öz daxili qanunvericiliyinə uyğun olaraq
və müdafiə hüququnu
lazımi səviyyədə nəzərə almaqla lazım
gələn tədbirlər görməlidir ki,
məhkəməyə qədər və məhkəmə
qərarından şikayət zamanı azadlığa buraxılma
ilə bağlı tələb edilən şərtlər
təqsirləndirilən şəxsin cinayət
icraatının sonrakı gedişində
iştirak etmək zərurətini nəzərə alsın.
5. Hər bir
İştirakçı Dövlət müvafiq
hüquqpozmalara görə məhkum olunmuş
şəxslərin vaxtından əvvəl və ya
şərti azad edilməsi məsələsinə baxarkən bu
hüquqpozmaların təhlükəlilik dərəcəsini
nəzərə alır.
6. Hər bir
İştirakçı Dövlət, öz hüquq sisteminin
əsas prinsiplərinə əsasən, bu Konvensiyaya uyğun
olaraq tanınmış hüquqpozmanın
törədilməsində təqsirləndirilən
dövlət vəzifəli şəxslərin, lazım gəldikdə,
təqsirsizlik prezumpsiyası prinsipinə hörmət
edilmək şərtilə müvafiq orqanlar
tərəfindən vəzifədən azad edilməsinə, vəzifələrinin
icrasının müvəqqəti dayandırılmasına
və ya başqa vəzifəyə
keçirilməsinə imkan verən prosedurların
müəyyən edilməsi məsələsinə
baxır.
7. Hər bir İştirakçı
Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış
hüquqpozmalara görə
məhkum olunmuş şəxslərin, bu hüquqpozmaların
təhlükəlilik dərəcəsi
əsas verən hallarda məhkəmənin qərarı
ilə və ya digər müvafiq vasitələrin köməyi ilə, qanunvericilikdə
nəzərdə tutulmuş müəyyən
müddətə aşağıdakı
hüquqlardan məhrum edilməsi üçün öz
hüquq sisteminin əsas prinsiplərinə
uyğun olan prosedurlar müəyyən edir:
a) dövlət
vəzifəsi tutmaq; və
b) tam və ya
qismən dövlət mülkiyyətində olan hər
hansı müəssisədə vəzifə tutmaq.
8.
Bu maddənin 1-ci bəndi
səlahiyyətli orqanların dövlət
qulluqçuları barəsində intizam
səlahiyyətləri həyata keçirməsinə mane
olmur.
9. Bu
Konvensiyanın heç bir müddəası bu Konvensiyaya
uyğun olaraq tanınmış hüquqpozmaların
anlayışının və əməllərin qanuniliyini
müəyyən edən hüquq müdafiə
vasitələrinin və ya digər hüquqi prinsiplərin
hər bir İştirakçı Dövlətin daxili
qanunvericiliyi ilə müəyyən edilməsi və belə
hüquqpozmalara görə cinayət təqibi və
cəzalandırmanın bu qanunvericiliyə uyğun olaraq həyata
keçirilməsi prinsiplərinə toxunmur.
10. İştirakçı
Dövlətlər bu Konvensiyaya uyğun olaraq
tanınmış hüquqpozmalara
görə məhkum olunmuş şəxslərin
cəmiyyətə reinteqrasiyasına kömək etməyə çalışırlar.
Maddə 3 1
Həbs,
götürmə və müsadirə
1. Hər bir
İştirakçı Dövlət öz daxili hüquq
sistemi çərçivəsində, mümkün olan
maksimum dərəcədə, aşağıdakıların
müsadirə olunması üçün lazım
gələn tədbirləri görür:
a) bu Konvensiyaya
uyğun olaraq tanınmış hüquqpozmalardan əldə
edilmiş
gəlirlərin, yaxud dəyəri bu gəlirlərin
dəyərinə uyğun gələn əmlakın;
b) bu Konvensiyaya
uyğun olaraq tanınmış hüquqpozmaların
törədilməsində istifadə olunmuş və ya
istifadə üçün nəzərdə tutulmuş
əmlak, avadanlıq və digər vasitələrin.
2. Hər bir
İştirakçı Dövlət bu maddənin 1-ci
bəndində sadalananlardan hər hansı
birinin müsadirə məqsədilə aşkara
çıxarılması, izlənməsi, üzərinə
həbs qoyulması və ya
götürülməsi üçün lazım
gələn tədbirləri görür.
3. Hər bir
İştirakçı Dövlət bu maddənin 1 və
2-ci bəndlərində göstərilən, üzərinə
həbs qoyulmuş, götürülmüş və ya
müsadirə edilmiş əmlakın səlahiyyətli orqanlar
tərəfindən idarə olunmasını nizama salmaq
üçün öz daxili qanunvericiliyinə
uyğun olaraq lazım gələn qanunvericilik və başqa
tədbirləri görür.
4. Həmin
cinayət yolu ilə əldə edilmiş gəlirlər tam
və ya qismən başqa əmlaka
çevrilmiş və ya dəyişdirilmişdirsə, bu
maddədə göstərilən tədbirlər həmin
əmlak barəsində tətbiq olunur.
5. Həmin
cinayət yolu ilə əldə edilmiş gəlirlər
qanuni mənbədən əldə edilmiş
əmlakla qarışdırılmışdırsa,
götürməyə və ya həbs etməyə aid
hər hansı səlahiyyətə xələl
gətirmədən, əmlakın
qarışdırılmış gəlirin dəyəri
qədər olan hissəsi müsadirə edilir.
6. Həmin
cinayət yolu ilə əldə edilmiş
gəlirlərdən, bu cür gəlirlərin dəyişdirildiyi
və ya çevrildiyi əmlakdan, yaxud həmin cinayət
gəlirlərinin qarışdırıldığı
əmlakdan əldə edilmiş mənfəət və ya
başqa fayda barəsində də cinayət yolu ilə əldə edilmiş
gəlirlərlə bağlı bu maddədə
göstərilmiş tədbirlər eyni surətdə və eyni dərəcədə
tətbiq olunur.
7. Bu
maddənin və bu Konvensiyanın 55-ci maddəsinin
məqsədləri üçün hər
bir İştirakçı Dövlət öz
məhkəmələrinə və ya digər
səlahiyyətli orqanlarına bank, maliyyə və ya kommersiya
sənədlərinin təqdim olunması və ya götürülməsi barədə
qərar çıxarmaq səlahiyyəti verir.
İştirakçı Dövlət bank sirrinin qorunması zərurətinə
əsaslanaraq, bu maddənin müddəalarına uyğun tədbirlər görməkdən boyun
qaçırmır.
8.
İştirakçı
Dövlətlər öz daxili qanunvericiliyinin əsas
prinsiplərinə və məhkəmə və
ya başqa icraatın xarakterinə uyğun olaraq belə bir
tələb müəyyən edə
bilərlər ki, cinayət törətmiş şəxs
cinayət yolu ilə əldə olunduğu güman edilən
və müsadirə edilməli olan gəlirlərin və ya
digər əmlakın qanuni mənbədən əldə
olunduğunu sübut etməlidir.
9. Bu
maddənin müddəaları vicdanlı
üçüncü tərəfin hüquqlarının
zərərinə təfsir oluna bilməz.
10. Bu maddənin
müddəaları bu maddədə göstərilən
tədbirlərin İştirakçı Dövlətin daxili
qanunvericiliyinin müddəalarına uyğun olaraq və onlara
riayət etmək
şərtilə müəyyən edilməsi və həyata
keçirilməsi prinsipinə toxunmur.
Maddə 32
Şahid, ekspert və
zərərçəkənlərin müdafiəsi
1.
Hər bir
İştirakçı Dövlət bu Konvensiyaya uyğun
olaraq tanınmış hüquqpozmalarla
bağlı ifadə verən şahid və ekspertlərin,
lazım gəldikdə isə onların
qohumlarının və başqa yaxın adamlarının
ehtimal edilən qisas və qorxutma
hallarından səmərəli müdafiəsini təmin
etmək üçün, imkan daxilində, öz daxili
hüquq sisteminə uyğun olaraq zəruri tədbirlər
görür.
2. Bu
maddənin 1-ci bəndində nəzərdə tutulmuş
tədbirlər, təqsirləndirilən şəxsin
hüquqlarına, o cümlədən düzgün
araşdırma hüququna zərər gətirməmək
şərtilə, digər məsələlərlə
yanaşı həmçinin aşağıdakıları
əhatə edə bilər:
a)
belə
şəxslərin fiziki müdafiəsi üçün
prosedurların müəyyən edilməsi, məsələn,
zərurət və imkan daxilində onların yerlərinin
dəyişdirilməsi və belə
şəxslərin şəxsiyyəti və olduğu
yerlə bağlı məlumatların
açıqlanmasına icazə
verilməməsi və ya belə açıqlamaya
məhdudiyyətlər qoyulması;
b) şahid
və ekspertlərə belə şəxslərin
təhlükəsizliyini təmin edən surətdə ifadə
verməyə imkan verən sübutetmə qaydalarının
qəbul edilməsi, məsələn, videorabitə və ya
başqa müvafiq vasitələr kimi kommunikasiya texnologiyalarından
istifadə etməklə ifadə verilməsinə icazə
verilməsi.
3. İştirakçı
Dövlətlər bu maddənin 1-ci bəndində
göstərilmiş şəxslərin yerlərinin dəyişməsi ilə bağlı
saziş və müqavilələrin bağlanması
imkanlarını nəzərdən
keçirirlər.
4. Bu
maddənin müddəaları, şahid qismində çıxış
etdikləri təqdirdə, həmçinin
zərərçəkənlər barəsində tətbiq
edilir.
5. Hər
bir İştirakçı Dövlət, daxili
qanunvericiliyinə əsasən, müdafiə hüquqlarına
xələl gətirmədən, cinayət icraatının
müvafiq mərhələlərində zərərçəkmiş
şəxslərin fikir və narahatlıqlarının
cinayət törətmiş şəxslərə
qarşı təqdim edilməsinə
və onların nəzərə alınmasına imkan
yaradır.
Maddə 33
İnformasiya verən şəxslərin
müdafiəsi
Hər
bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun
olaraq tanınmış hüquqpozmalarla
bağlı faktlar barədə səlahiyyətli orqanlara
vicdanla və ağlabatan əsaslarla məlumat verən
şəxslərin hər hansı ədalətsiz
münasibətdən müdafiəsini
təmin etmək üçün öz hüquq sisteminə
müvafiq tədbirlərin daxil edilməsi məsələsini
nəzərdən keçirir.
Maddə 34
Korrupsiya əməllərinin nəticələri
Üçüncü
tərəflərin vicdanla əldə etdiyi hüquqları
lazımi qaydada nəzərə almaqla hər bir
İştirakçı Dövlət korrupsiyanın
nəticələri barədə məsələləri
tənzimləmək
üçün öz daxili qanunvericiliyinin əsas
prinsiplərinə uyğun olaraq tədbirlər görür. Bu kontekstdə
İştirakçı Dövlətlər korrupsiyanı
müqavilənin ləğv edilməsi və ya pozulması,
yaxud konsessiyaların və ya analoji vasitələrin geri
götürülməsi, yaxud da yaranmış
vəziyyətin qaydaya salınması üzrə başqa
tədbirlərin görülməsi üzrə icraatda
əhəmiyyət kəsb edən amil kimi nəzərdən keçirə
bilərlər.
Maddə 35
Zərərə görə kompensasiya edilməsi
Hər
bir İştirakçı Dövlət hər hansı
korrupsiya əməli nəticəsində zərər
çəkmiş fiziki və ya hüquqi
şəxslərin, kompensasiya əldə etmək
məqsədilə, bu zərərə görə
məsuliyyət daşıyan şəxslər
barəsində icraat başlaması hüququnu təmin etmək üçün,
öz daxili qanunvericiliyinə uyğun olaraq, lazım
gələn tədbirləri
görür.
M
a d də 3 6
İxtisaslaşmış orqanlar
Hər bir
İştirakçı Dövlət öz hüquq sisteminin
əsas prinsiplərinə uyğun olaraq hüquq mühafizə tədbirləri
vasitəsilə korrupsiya ilə mübarizə aparmaq üçün
ixtisaslaşmış orqan və ya orqanların, yaxud
şəxslərin mövcudluğunu təmin edir. Belə orqan və ya
orqanların, yaxud şəxslərin öz
funksiyalarını səmərəli
surətdə və hər hansı kənar müdaxilə
olmadan yerinə yetirməsi üçün onlara İştirakçı
Dövlətin hüquq sisteminin əsas prinsiplərinə
uyğun olaraq zəruri müstəqillik verir. Belə
şəxslər, yaxud belə orqan və ya orqanların
əməkdaşları öz vəzifələrini yerinə
yetirmək üçün lazımi peşəkarlığa
və resurslara malik olmalıdırlar.
Maddə 37
Hüquq mühafizə orqanları
ilə əməkdaşlıq
1.
Hər
bir İştirakçı Dövlət bu Konvensiyaya uyğun
olaraq tanınmış hüquqpozmaların
törədilməsində iştirak edən və ya
iştirak etmiş şəxslərin səlahiyyətli
orqanlara istintaq və ya sübutetmə üçün
faydalı olan informasiya verməsini,
yaxud hüquqpozmanı törədən şəxslərin
cinayət yolu ilə əldə edilmiş
gəlirlərdən məhrum edilməsi və belə
gəlirlərin geri qaytarılması işində
səlahiyyətli orqanlara faktiki, konkret kömək
göstərməsini stimullaşdırmaq üçün lazımi tədbirlər görür.
2. Hər bir
İştirakçı Dövlət bu Konvensiyaya uyğun
olaraq tanınmış hər hansı hüquqpozma
üzrə istintaq və ya cinayət təqibi ilə
əhəmiyyətli surətdə əməkdaşlıq
edən təqsirləndirilən şəxsin
cəzasının lazım gəldikdə
yüngülləşdirilməsi imkanını
müəyyən etmək məsələsinə baxır.
3. Hər bir
İştirakçı Dövlət bu Konvensiyaya uyğun
olaraq tanınmış hüquqpozmanın
istintaqı və ya cinayət təqibində
əhəmiyyətli surətdə əməkdaşlıq edən şəxsə cinayət
təqibindən immunitet verilməsi imkanının
müəyyən edilməsi məsələsini daxili
qanunvericiliyin əsas prinsiplərinə uyğun olaraq
nəzərdən keçirir.
4. Belə
şəxslərin müdafiəsi, mutatis mutandis, bu
Konvensiyanın 32-ci maddəsində nəzərdə
tutulmuş qaydada həyata keçirilir.
5. Bu maddənin
1-ci bəndində göstərilən və
İştirakçı Dövlətlərdən birinin ərazisində olan
şəxs digər İştirakçı Dövlətin
səlahiyyətli orqanları ilə əhəmiyyətli surətdə
əməkdaşlıq edə bilirsə, maraqlı
İştirakçı Dövlətlər belə
şəxsə digər
İştirakçı Dövlət tərəfindən bu
maddənin 2 və 3-cü bəndlərində
göstərilmiş rejimin tətbiq olunması barədə,
öz daxili qanunvericiliklərinə uyğun
olaraq, saziş və ya
müqavilə bağlanması məsələsini
nəzərdən keçirə bilərlər.
Maddə 38
Milli orqanlar arasında əməkdaşlıq
Hər bir İştirakçı
Dövlət öz dövlət orqanları, habelə
dövlət vəzifəli şəxsləri ilə
cinayətlərin istintaqı və təqibinə məsul
olan orqanları arasında əməkdaşlığı
stimullaşdırmaq üçün daxili qanunvericiliyə
uyğun olaraq lazım gələn tədbirləri
görür. Belə əməkdaşlıq
aşağıdakıları əhatə edə bilər:
a) bu
Konvensiyanın 15, 21 və 23-cü maddələrinə
uyğun olaraq tanınmış hər hansı hüquqpozmanın
törədildiyini güman etməyə ağlabatan əsaslar
olduğu hallarda belə məsul
orqanlara öz təşəbbüsü ilə məlumat vermək;
yaxud
b) belə məsul orqanların
müvafiq sorğusu olduqda onlara bütün zəruri məlumatları təqdim etmək.
Maddə 39
Milli orqanlar və özəl sektor
arasında əməkdaşlıq
1.
Hər bir İştirakçı
Dövlət milli istintaq orqanları və prokurorluq orqanları ilə
özəl sektorun təşkilatları, xüsusən
maliyyə müəssisələri arasında bu Konvensiyaya
uyğun olaraq tanınmış hüquqpozmaların
törədilməsilə bağlı məsələlər
üzrə əməkdaşlığın
stimullaşdırılması üçün, öz daxili
qanunvericiliyinə uyğun olaraq, lazım gələn
tədbirləri görür.
2. Hər bir
İştirakçı Dövlət bu Konvensiyaya uyğun
olaraq tanınmış hər hansı hüquqpozmanın
törədilməsi barədə milli istintaq orqanlarına
və prokurorluq orqanlarına
məlumat vermək üçün öz
vətəndaşlarını və adətən onun
ərazisində yaşayan başqa şəxsləri
stimullaşdırmaq məsələsini nəzərdən
keçirir.
Maddə 40
Bank sirri
Hər bir
İştirakçı Dövlət bu Konvensiyaya uyğun
olaraq tanınmış hüquq-pozmalarla bağlı yerli orqanlar
tərəfindən istintaq aparılan hallarda bank sirri
haqqında qanunvericiliyin tətbiqi nəticəsində yarana
bilən çətinliklərin aradan qaldırılması
üçün öz daxili hüquq sistemində lazımi
mexanizmlərin olmasını təmin
edir.
M addə 4 1
Məhkumluq
barədə məlumatlar
Hər bir İştirakçı
Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış
hüquq-pozma ilə bağlı
cinayət icraatında istifadə olunması üçün,
cinayət törədilməsində
şübhəli şəxsin əvvəllər başqa
dövlətdə məhkum edilməsi barədə məlumatı lazımi hesab etdiyi
şərtlər və məqsədlər daxilində
nəzərə almaq üçün lazım gələn qanunvericilik və
başqa tədbirləri görə bilər.
Maddə 42
Yurisdiksiya
1. Hər bir İştirakçı
Dövlət bu Konvensiyaya uyğun olaraq tanınmış
hüquqpozmalarla bağlı öz
yurisdiksiyasını müəyyən etmək
üçün lazım gələn tədbirləri aşağıdakı hallarda
görür:
a) hüquqpozma bu
İştirakçı Dövlətin ərazisində
törədildikdə; yaxud
b) hüquqpozma, törədildiyi
anda bu İştirakçı Dövlətin bayrağı
altında üzən gəmidə
və ya törədildiyi anda bu Dövlətin
qanunvericiliyinə uyğun surətdə qeydiyyatda olan hava gəmisində baş
verdikdə.
2. Bu Konvensiyanın 4-cü maddəsinə
riayət etmək şərtilə İştirakçı
Dövlət hər hansı
belə hüquqpozma barəsində öz
yurisdiksiyasını aşağıdakı hallarda təsbit edə bilər:
a) hüquqpozma bu
İştirakçı Dövlətin
vətəndaşına qarşı törədildikdə;
yaxud
b) hüquqpozmanı
bu İştirakçı Dövlətin
vətəndaşı və ya adətən onun
ərazisində yaşayan vətəndaşlığı
olmayan şəxs törətdikdə; yaxud
c) hüquqpozma bu
Konvensiyanın 23-cü maddəsinin 1 (b) (ii) bəndinə uyğun olaraq tanınmış
hüquqpozmalardan biri olduqda və bu Konvensiyanın 23-cü maddəsinin 1 (a) (i) və ya (ii)
bəndi, yaxud (b) (i) bəndi ilə nəzərdə tutulan hüquqpozmalardan hər hansı
birinin bu Dövlətin ərazisində törədilməsini
təmin etmək
məqsədilə onun ərazisindən kənarda
törədilmiş olduqda; yaxud
d) hüquqpozma bu
İştirakçı Dövlətə qarşı
törədilmiş olduqda.
3. Bu
Konvensiyanın 44-cü maddəsinin məqsədləri
üçün hər bir İştirakçı Dövlət bu Konvensiyaya
uyğun olaraq tanınmış hüquqpozmanın
törədilməsində
şübhəli şəxsin onun ərazisində olduğu
və bu şəxsi öz vətəndaşı olduğuna
görə ekstradisiya etmədiyi hallarda, həmin
hüquqpozmalar barəsində öz yurisdiksiyasını
təsbit etmək üçün lazım gələn
tədbirləri görür.
4. Hər bir
İştirakçı Dövlət bu Konvensiyaya uyğun olaraq
tanınmış hüquqpozmaların
törədilməsində şübhəli şəxsin onun
ərazisində olduğu və bu şəxsi ekstradisiya
etmədiyi hallarda, həmin hüquqpozmalar barəsində
öz yurisdiksiyasını
təsbit etmək üçün lazım gələn
tədbirləri görə bilər.
5. Bu maddənin 1
və ya 2-ci bəndlərinə uyğun olaraq öz
yurisdiksiyasını həyata keçirən
İştirakçı Dövlət digər hər hansı
İştirakçı Dövlətlərin həmin əməllərlə
bağlı istintaq, cinayət təqibi və ya
məhkəmə icraatı apardığı barədə
məlumat alır və ya bu barədə başqa cür
xəbərdar olursa, bu İştirakçı
Dövlətlərin səlahiyyətli orqanları öz
hərəkətlərini koordinasiya etmək üçün
lazımi hallarda
bir-biri ilə məsləhətləşmə aparırlar.
6. Bu Konvensiya
İştirakçı Dövlətin öz daxili
qanunvericiliyinə uyğun olaraq
təsbit etdiyi hər hansı cinayət yurisdiksiyasının
beynəlxalq ümumi hüquq normalarına zidd olmamaq
şərtilə həyata keçirilməsini istisna etmir.
Fəsil
IV
BEYNƏLXALQ
ƏMƏKDAŞLIQ
Maddə 43
Beynəlxalq əməkdaşlıq
1.
İştirakçı
Dövlətlər bu Konvensiyanın 44-50-ci
maddələrinə uyğun olaraq, cinayət-hüquqi məsələlər
üzrə əməkdaşlıq edirlər.
Məqsədəmüvafiq olduqda və daxili hüquq
sistemlərinə uyğun gəldikdə,
İştirakçı Dövlətlər korrupsiya ilə
bağlı mülki-hüquqi və inzibati
məsələlər üzrə istintaq və icraat aparılmasında
bir-birinə yardım etmək imkanlarını müzakirə
edirlər.
2. Müvafiq əməlin
qarşılıqlı olaraq cinayət kimi tanınması
prinsipi beynəlxalq
əməkdaşlıq məsələləri
baxımından tələb olunursa və əgər
barəsində yardım
tələb olunan, cinayət tərkibi yaradan əməl
hər iki İştirakçı Dövlətin qanunvericiliyi
ilə cinayət hüquqpozması kimi tanınırsa,
sorğu edilən İştirakçı Dövlətin qanunlarının
həmin hüquqpozmanı, sorğu edən
İştirakçı Dövlətdə olduğu
kimi, eyni kateqoriyaya daxil etməsindən və
hüquqpozmanı eyni terminlərlə
adlandırmasından asılı olmayaraq, göstərilən
prinsip riayət olunmuş sayılır.
M addə 44
Ekstradisiya
1.
Bu maddə, ekstradisiya olunması
xahiş edilən şəxs sorğu edilən
İştirakçı Dövlətin ərazisində
olduğu hallarda, bu Konvensiyaya uyğun olaraq tanınmış
hüquqpozmalara tətbiq edilir, o şərtlə ki,
sorğunun aid olduğu hüquqpozma həm sorğu
edən, həm də sorğu edilən
İştirakçı Dövlətin qanunvericiliyi ilə
cəzalandırılsın.
2. Qanunvericiliyi
imkan verirsə, İştirakçı Dövlət bu
maddənin 1-ci bəndinin müddəalarına baxmayaraq, bu
Konvensiya ilə əhatə olunan, lakin onun daxili
qanunvericiliyi ilə cəzalandırılmayan istənilən
hüquqpozmaya görə hər hansı şəxsin
ekstradisiya edilməsinə icazə verə bilər.
3. Ekstradisiya
haqqında sorğu bir neçə ayrı-ayrı
hüquqpozmaya aiddirsə və bunlardan ən azı biri bu
maddəyə əsasən ekstradisiyaya əsas ola
bilərsə və digərləri azadlıqdan
məhrum etmə müddətinə görə ekstradisiyaya
əsas ola bilmirsə, ancaq bu Konvensiyaya uyğun olaraq
tanınmış hüquqpozma ilə əlaqəlidirsə,
sorğu edilən İştirakçı Dövlət bu
maddəni həmin hüquqpozmalar barəsində də
tətbiq edə bilər.
4. Bu maddənin
tətbiq olunduğu hər bir hüquqpozma
İştirakçı Dövlətlər arasında
ekstradisiyaya dair bütün müqavilələrə
ekstradisiyaya əsas ola bilən hüquqpozma kimi daxil
edilmiş hesab edilir. İştirakçı
Dövlətlər belə hüquqpozmaları
gələcəkdə öz aralarında bağlanacaq
bütün müqavilələrə ekstradisiyaya əsas
olan hüquqpozmalar kimi daxil etməlidirlər. Bu Konvensiyanı
ekstradisiya
üçün əsas kimi istifadə edən
İştirakçı Dövlət, əgər
qanunvericiliyi yol verirsə, bu Konvensiyaya uyğun olaraq
tanınmış hüquqpozmalardan hər hansı birini siyasi
hüquqpozma hesab etmir.
5. Ekstradisiyanı
müqavilənin olması ilə şərtləndirən
İştirakçı Dövlət ekstradisiyaya dair müqaviləsi olmayan başqa
İştirakçı Dövlətdən ekstradisiya ilə bağlı sorğu
alırsa, o, bu Konvensiyanı bu maddənin tətbiq olunduğu
istənilən hüquqpozma
ilə bağlı ekstradisiya üçün hüquqi
əsas kimi qəbul edə bilər.
6. Ekstradisiyanı
müqavilənin olması ilə şərtləndirən
İştirakçı Dövlət:
a)
bu Konvensiyanın ratifikasiya, qəbul
olunması və ya təsdiqi və ya ona qoşulması barədə
sənədini saxlanca verərkən, bu Konvensiyanın
digər İştirakçı
Dövlətləri ilə ekstradisiya
məsələlərində əməkdaşlıq
etmək üçün bu Konvensiyam
hüquqi əsas kimi qəbul edib-etməməsi barədə
Birləşmiş Millətlər Təşkilatının
Baş katibinə məlumat verir; və
b) əgər o,
ekstradisiya məsələsində əməkdaşlıq
üçün bu Konvensiyanı hüquqi əsas kimi qəbul
etmirsə, bu maddənin tətbiq olunmasını təmin
etmək məqsədilə
bu Konvensiyanın digər İştirakçı
Dövlətləri ilə zəruri hallarda ekstradisiya
barədə müqavilələr bağlamağa
çalışır.
7. Ekstradisiyanı
müqavilənin olması ilə
şərtləndirməyən İştirakçı
Dövlətlər bu maddənin tətbiq olunduğu
hüquqpozmaları öz münasibətlərində ekstradisiyaya əsas
olan hüquqpozma kimi tanıyırlar.
8. Ekstradisiya sorğu edilən
İştirakçı Dövlətin daxili
qanunvericiliyində və tətbiq
olunan ekstradisiya müqavilələrində nəzərdə
tutulmuş şərtlərə uyğun olaraq həyata
keçirilir, bu şərtlərə, digər məsələlərlə
yanaşı, həmçinin ekstradisiya
üçün minimum cəza tələbi ilə
bağlı şərtlər və sorğu edilən
İştirakçı Dövlətin ekstradisiyadan imtina
etməsi üçün irəli sürəcəyi
əsaslar da daxildir.
9. Bu maddənin tətbiq olunduğu
bütün hüquqpozmalara münasibətdə İştirakçı Dövlətlər öz
daxili qanunvericiliklərinə riayət etmək
şərtilə, ekstradisiya
prosedurunu sürətləndirmək və onunla bağlı
sübutların təqdim olunması tələblərini sadələşdirmək
üçün səy göstərirlər.
10. Daxili
qanunvericiliyinin və ekstradisiya barədə müqavilələrinin
müddəalarına
riayət etmək şərtilə, sorğu edilən
İştirakçı Dövlət şəraitin
tələb etməsinə və
təxirəsalınmaz xarakter daşımasına əmin
olduqda, sorğu edən İştirakçı
Dövlətin sorğusu ilə, öz ərazisində olan
və ekstradisiyası sorğu edilən şəxsi həbsə
ala və ya ekstradisiya proseduru gedişində onun
iştirakını təmin etmək
üçün zəruri olan digər tədbirləri
görə bilər.
11.
Əgər ərazisində cinayət
törətməkdə şübhəli şəxs olan
İştirakçı Dövlət bu maddənin tətbiq
olunduğu hüquqpozma ilə əlaqədar həmin
şəxsi onun öz vətəndaşı olmasını
yeganə əsas tutaraq ekstradisiya etmirsə, onda ekstradisiyanı
istəyən İştirakçı Dövlətin
sorğusu üzrə işi cinayət təqibi
məqsədilə, əsassız gecikdirmə olmadan, öz
səlahiyyətli orqanlarına təqdim etməlidir. Bu orqanlar
İştirakçı Dövlətin qanunvericiliyində
təhlükəli xarakterli sayılan istənilən digər hüquqpozma
üçün müəyyən edilmiş qaydada öz
qərarlarını qəbul edir
və icraat aparırlar. Maraqlı İştirakçı
Dövlətlər belə təqibin səmərəliliyini
təmin etmək üçün bir-biri ilə,
xüsusən prosessual məsələlər və
sübutetmə məsələləri
üzrə əməkdaşlıq edirlər.
12. İştirakçı
Dövlətin daxili qanunvericiliyi onun öz
vətəndaşlarından hər hansı birinin,
sorğunun aid olduğu məhkəmə araşdırması
və ya icraatı nəticəsində təyin
olunmuş cəzanın çəkilməsi üçün
yenidən bu İştirakçı Dövlətə qaytarılması
şərtilə, ekstradisiyasına və ya başqa üsulla
göndərilməsinə icazə verirsə və bu
İştirakçı Dövlət və həmin
şəxsin ekstradisiyasını sorğu edən İştirakçı
Dövlət belə bir qayda ilə və zəruri hesab
etdikləri digər şərtlərlə razılaşmışlarsa,
bu cür şərti ekstradisiya və ya göndərmə bu
maddənin 11-ci bəndində müəyyən
olunmuş öhdəliyin yerinə yetirilməsi
baxımından kifayət sayılır.
13.
Sorğu
edilən İştirakçı Dövlət hökmün
icraya yönəldilməsi üçün ekstradisiyası sorğu edilən vətəndaşını
ekstradisiya etməkdən imtina edirsə, sorğu edən İştirakçı
Dövlətin daxili qanunvericiliyinə uyğun olaraq
çıxarılmış hökmü və ya hökmün qalan hissəsini, əgər
buna sorğu edilən İştirakçı Dövlətin daxili qanunvericiliyi yol verirsə və
əgər bu onun qanunvericiliyinin tələblərinə uyğundursa, sorğu edən
İştirakçı Dövlətin müraciəti
üzrə icraya yönəltmək
məsələsini nəzərdən keçirir.
14.
Hər hansı şəxsin işi
üzrə bu maddənin tətbiq olunduğu istənilən
hüquqpozma ilə bağlı icraat aparılırsa, bu
şəxsə icraatın bütün mərhələlərində
onunla
ədalətli davranılacağına, o cümlədən
ərazisində olduğu İştirakçı Dövlətin daxili
qanunvericiliyilə nəzərdə tutulmuş bütün
hüquq və təminatların həyata
keçiriləcəyinə təminat verilir.
15. Sorğu
edilən İştirakçı Dövlət ekstradisiya
barədə sorğunun hər hansı şəxsi cinsinə,
irqinə, dini etiqadına, vətəndaşlığına,
etnik mənşəyinə və ya siyasi
baxışlarına görə cinayət təqibinə
cəlb etmək və ya cəzalandırmaq məqsədi
daşıdığını, yaxud həmin sorğunun
təmin olunmasının bu şəxsin vəziyyətinə
göstərilən səbəblərin hər hansı biri
üzündən zərər vuracağını güman etmək
üçün mühüm əsaslara malikdirsə, bu
Konvensiyanın heç bir müddəası ekstradisiya
öhdəliyi kimi şərh oluna bilməz.
16. İştirakçı
Dövlətlər hüquqpozmanın həmçinin vergi
məsələləri ilə bağlı olmasını yeganə əsas
götürərək, ekstradisiya üçün sorğunu
yerinə yetirməkdən imtina
edə bilməzlər.
17. Ekstradisiyaya
imtina etməzdən əvvəl sorğu edilən
İştirakçı Dövlət, zəruri hallarda,
sorğu edən İştirakçı Dövlətə
öz fikirlərini təqdim etməyə və öz
tələbləri ilə bağlı məlumatları
təmin etməyə lazımi imkan yaratmaq məqsədilə
onunla məsləhətləşmə aparır.
18. İştirakçı
Dövlətlər ekstradisiyanın həyata
keçirilməsi və səmərəliliyinin
yüksəldilməsi məqsədilə bir-birilə
ikitərəfli və ya çoxtərəfli saziş və
ya müqavilələr
bağlamağa çalışırlar.
Maddə 45
Məhkum edilmiş şəxslərin verilməsi
İştirakçı
Dövlətlər bu Konvensiyaya uyğun olaraq
tanınmış hüquqpozmalara
görə azadlıqdan məhrum etmə və ya
azadlığı məhdudlaşdıran digər cəzalara
məhkum edilmiş şəxslərin cəza müddətini
öz ərazilərində çəkməsini təmin
etmək üçün onların verilməsinə dair
öz aralarında ikitərəfli və ya çox-tərəfli müqavilə və ya sazişlər
bağlamaq imkanını nəzərdən keçirə
bilərlər.
M addə 4 6
Qarşılıqlı hüquqi yardım
1.
İştirakçı
Dövlətlər bu Konvensiya ilə əhatə olunan
hüquqpozmalarla bağlı istintaq, cinayət təqibi
və məhkəmə icraatı üzrə bir-birinə
ən geniş formada hüquqi yardım göstərirlər.
2.
Sorğu edən
İştirakçı Dövlətin ərazisində bu
Konvensiyanın 26-cı maddəsinə əsasən hüquqi
şəxslərin məsuliyyətə cəlb olunmasına
səbəb ola bilən hüquqpozmalarla bağlı istintaq,
cinayət təqibi və ya məhkəmə icraatı
üzrə qarşılıqlı hüquqi yardım sorğu
edilən İştirakçı Dövlət
tərəfindən onun müvafıq qanunlarına,
beynəlxalq müqavilələrinə, saziş və
razılaşmalarına uyğun olan maksimum mümkün
həddə göstərilir.
3.
Bu maddəyə uyğun olaraq
göstərilən qarşılıqlı hüquqi
yardım aşağıdakı hər hansı
məqsədlərdən biri üçün istənilə
bilər:
a) ayrı-ayn
şəxslərdən şahid ifadələrinin və ya
ərizələrin alınması;
b) məhkəmə
sənədlərinin verilməsi;
c) axtarışın,
götürmənin və həbsin həyata
keçirilməsi;
d) obyektlərin
və yerlərin baxışının keçirilməsi;
e) məlumatların,
maddi sübutların və ekspert rəylərinin təqdim
edilməsi;
f)
müvafıq sənəd və
materialların, o cümlədən hökumət, bank,
maliyyə, korporativ və ya kommersiya sənədlərinin
əslinin və ya təsdiqlənmiş surətlərinin
təqdim edilməsi;
g) cinayət yolu
ilə əldə edilmiş gəlirlərin, əmlakın,
cinayət törədilməsi üçün
istifadə olunan vasitələrin və digər predmetlərin
sübut etmə məqsədilə aşkar edilməsi və
ya yerinin müəyyən edilməsi;
h) müvafiq
şəxslərin sorğu edən İştirakçı
Dövlətin orqanlarına könüllü gəlməsinə
yardım;
i) sorğu
edilən İştirakçı Dövlətin daxili
qanunvericiliyinə zidd olmamaqla istənilən başqa
formada yardım edilməsi;
j) bu
Konvensiyanın V fəslinin müddəalarına uyğun
olaraq, cinayət yolu ilə əldə edilən
gəlirlərin aşkar edilməsi, üzərinə həbs
qoyulması və ya yerinin müəyyən edilməsi;
k) bu
Konvensiyanın V fəslinin müddəalarına uyğun
olaraq aktivlərin götürülməsi.
4. İştirakçı
Dövlətin səlahiyyətli orqanları
cinayət-hüquq məsələlərinə aid
məlumatların digər İştirakçı
Dövlətdə aparılan istintaq və cinayət təqibi
prosesinin
müvəffəqiyyətlə həyata
keçirilməsinə və ya başa
çatdırılmasına kömək edə
biləcəyini, yaxud həmin dövlətin bu Konvensiyaya
uyğun olaraq tərtib edilmiş sorğusuna səbəb
olacağını hesab edərsə, öz daxili qanunvericiliyinə zidd
olmamaq şərtilə, həmin İştirakçı
Dövlətin sorğusunu gözləmədən bu
məlumatları
onun səlahiyyətli orqanına verə bilər.
5. Bu maddənin
4-cü bəndinə uyğun olaraq məlumatlar onları
verən səlahiyyətli orqanların təmsil etdiyi
Dövlətdə istintaq və cinayət icraatı prinsiplərinə
zidd olmamaq şərtilə verilir. Məlumatları alan
səlahiyyətli orqanlar bu məlumatların məxfiliyinin
qorunması barədə xahişi müvəqqəti olsa da
yerinə yetirir və ya onun istifadəsində
məhdudiyyətlərə əməl edirlər. Lakin bu,
məlumatları
almış İştirakçı Dövlətdə
aparılan icraat gedişində təqsirləndirilən şəxsə
bəraət qazandıran məlumatların
açıqlanmasına mane olmur. Belə hallarda, məlumatları
almış İştirakçı Dövlət həmin
məlumatları açıqlamazdan əvvəl, məlumatları verən
İştirakçı Dövləti bu barədə
xəbərdar edir və əgər məlumatları
təqdim etmiş İştirakçı Dövlətin
müvafiq məsləhətləşmə aparılması
barədə xahişi olarsa, bu xahişi yerinə yetirir.
Müstəsna hallar üzündən həmin xəbərdarlığı
əvvəlcədən etmək mümkün olmadıqda,
məlumatları alan İştirakçı Dövlət məlumatları vermiş
İştirakçı Dövlətə belə
açıqlama barədə dərhal məlumat verir.
6. Bu maddənin
müddəaları qarşılıqlı hüquqi
yardım məsələlərini tam və ya qismən
tənzim edən və ya tənzim edəcək digər
hər hansı ikitərəfli və ya çoxtərəfli
müqavilələr üzrə öhdəliklərə
toxunmur.
7. Müvafiq
İştirakçı Dövlətlər
qarşılıqlı hüquqi yardım barədə
hər hansı müqavilə ilə bağlı deyilsə,
bu maddənin 9-29-cu bəndlərinin müddəaları bu
maddə əsasında göndərilən sorğulara
tətbiq olunur. İştirakçı Dövlətlər
belə müqavilə
ilə bağlı olarsa və belə müqavilə
müddəalarının əvəzinə bu maddənin 9-29-cu
bəndlərinin tətbiq olunacağı barədə onlar
arasında razılaşma yoxdursa, həmin müqavilənin
müvafiq müddəaları tətbiq edilir.
8. İştirakçı
Dövlətlər bank sirrinin qorunması tələbini
əsas tutaraq, bu maddə üzrə
qarşılıqlı hüquqi yardım
göstərməkdən imtina etmirlər.
9. a) Sorğu
edilən İştirakçı Dövlət, müvafiq
əməlin qarşılıqlı olaraq cinayət kimi
tanınmadığı hallarda bu maddəyə əsasən
yardım göstərilməsi barədə sorğuya cavab
verərkən bu Konvensiyanın 1-ci maddəsi ilə
müəyyən edilən məqsədləri
nəzərə alır;
b) müvafiq
əməlin qarşılıqlı olaraq cinayət kimi
tanınmadığı hallarda İştirakçı
Dövlətlər bu maddə əsasında yardım
göstərməkdən imtina edə bilərlər. Lakin sorğu
edilən İştirakçı Dövlət, öz
hüquq sisteminin əsas prinsiplərinə uyğun olan
hallarda, məcburi tədbirlər tətbiq edilməyən
yardım göstərir. Yardım edilməsi barədə sorğu de
minimus xarakterli məsələlərlə, yaxud sorğu
edilən
əməkdaşlığın və ya yardımın bu
Konvensiyanın başqa müddəaları ilə təmin
olunduğu məsələlərlə bağlıdırsa,
belə yardımın göstərilməsindən imtina oluna
bilər;
c) hər bir
İştirakçı Dövlət, müvafiq əməlin
qarşılıqlı olaraq cinayət kimi
tanınmadığı hallarda, bu maddəyə əsasən
ona daha geniş həcmdə yardım göstərmək imkanı verəcək zəruri
ola bilən tədbirləri görmək
məsələsinə baxa bilər.
10. Bir İştirakçı Dövlətin
ərazisində həbsdə olan və ya azadlıqdan
məhrumetmə cəzası
çəkən şəxs bu Konvensiya ilə əhatə
olunan hüquqpozmalarla bağlı
istintaq, cinayət təqibi və ya məhkəmə
icraatı məqsədilə şəxsiyyətinin müəyyən edilməsi, ifadə
verməsi və ya sübutların əldə olunmasına
başqa formada kömək
göstərilməsi üçün digər
İştirakçı Dövlətdə olmalıdırsa,
aşağıdakı
şərtlərə riayət olunmaqla verilə bilər:
a) həmin
şəxs buna sərbəst və şüurlu
surətdə razılıq verdikdə;
b) hər iki
İştirakçı Dövlətin səlahiyyətli
orqanları bu İştirakçı Dövlətlərin lazımi hesab
etdiyi şəraitdə razılığa gəldikdə.
11. Bu maddənin 10-cu maddəsinin
məqsədləri üçün:
a) şəxsi
verən İştirakçı Dövlət başqa
formanı xahiş etməmiş və ya başqa cür
sanksiya verməmişdirsə, şəxsin verildiyi
İştirakçı Dövlət verilmiş şəxsi həbsdə
saxlamağa haqlıdır və borcludur;
b) şəxsin
verildiyi İştirakçı Dövlət
əvvəlcədən
razılaşdırıldığı kimi və ya hər iki
İştirakçı Dövlətin səlahiyyətli
orqanları arasında başqa cür
razılaşdırıldığı kimi, bu şəxsin onu
vermiş İştirakçı Dövlətə
qaytarılması üzrə öhdəliyini
təxirə salınmadan yerinə yetirir;
c) şəxsin
verildiyi İştirakçı Dövlət bu şəxsi
vermiş İştirakçı Dövlətdən onun
qaytarılması üçün ekstradisiya proseduru
başlamağı tələb etmir;
d) verilən
şəxsin onun verildiyi İştirakçı
Dövlətdə həbsdə olduğu müddət onu verən
dövlətdə çəkməli olduğu cəza
müddətindən çıxılır.
12. Bu maddənin 10 və 11-ci bəndlərinə
əsasən hər hansı şəxsi verməli olan İştirakçı
Dövlətin razılığı olmadan bu şəxs,
vətəndaşlığından asılı olmayaraq, onu
verəcək dövlətin ərazisini tərk edəcəyi
müddətə qədər olan dövrdə etdiyi hansısa hərəkət,
hərəkətsizlik və ya məhkumluğa görə,
veriləcəyi başqa İştirakçı
Dövlətin ərazisində cinayət təqibinə,
həbsə, cəzalandırılmaya və ya şəxsi
azadlığının başqa cür
məhdudlaşdırılmasına məruz qala bilməz.
13. Hər bir İştirakçı
Dövlət qarşılıqlı hüquqi yardımın
göstərilməsi üzrə sorğuların qəbul edilməsinə və ya
onların yerinə yetirilməsinə, yaxud bu sorğuların
yerinə yetirilməsi üçün müvafiq
səlahiyyətli orqanlara verilməsinə görə məsuliyyət daşıyan
və müvafiq səlahiyyətlərə malik olan
mərkəzi orqan təyin
edir. Əgər İştirakçı Dövlətdə
qarşılıqlı hüquqi yardım
göstərilməsi üçün ayrıca sistemi olan
xüsusi region və ya ərazi mövcuddursa, o bu region və
ya əraziyə
münasibətdə eyni funksiyanı yerinə yetirən
xüsusi mərkəzi orqan təyin edə bilər.
Mərkəzi
orqanlar qəbul edilmiş sorğuların operativ olaraq və
lazımi qaydada yerinə yetirilməsini və ya aidiyyəti
üzrə göndərilməsini təmin edirlər. Əgər mərkəzi orqan
sorğunun yerinə yetirilməsi üçün
səlahiyyətli orqana göndərirsə,
bu sorğunun səlahiyyətli orqan tərəfindən
operativ olaraq və lazımi qaydada yerinə
yetirilməsinə kömək göstərir. Hər bir
İştirakçı Dövlət bu Konvensiyanın
ratifikasiya edilməsi, qəbul və ya təsdiq edilməsi və
ya ona qoşulma barədə
sənədini saxlanca verərkən, Birləşmiş
Millətlər Təşkilatının Baş katibinə
həmin məqsədlə təyin olunmuş mərkəzi
orqan barədə məlumat verir.
Qarşılıqlı hüquqi yardımın
göstərilməsi barədə sorğular və ya onlara
aid olan bütün məlumatlar İştirakçı
Dövlətlərin təyin etdiyi mərkəzi orqanlara göndərilir. Bu tələb
İştirakçı Dövlətlərin belə sorğu
və məlumatların onlara diplomatik kanallar
vasitəsilə, yaxud fövqəladə hallarda, əgər
İştirakçı Dövlətlər bu barədə
razılaşmışlarsa, Beynəlxalq Cinayət Polisi Təşkilatı
vasitəsilə, əgər
mümkündürsə, göndərilməsini tələb
etmək hüququna xələl gətirmir.
14.
Sorğular yazılı formada, yaxud
yazılı formanı tərtib etməyə imkan verən hər
hansı vasitənin köməyi ilə və sorğu
edilən İştirakçı Dövlət
üçün qəbul edilən dildə, habelə bu
İştirakçı Dövlətə autentikliyi
müəyyən etməyə imkan verən
şərtlərlə göndərilir. Bu Konvensiyanın
ratifikasiya edilməsi, qəbul və ya təsdiq
edilməsi və ya ona qoşulma barədə sənədin
saxlanca verilməsi zamanı Birləşmiş
Millətlər Təşkilatının Baş katibinə
hər bir iştirakçı Dövlət üçün
qəbulu mümkün olan dil və ya dillər barədə
məlumat verilir. Fövqəladə hallarda və
İştirakçı Dövlətlər arasında
müvafiq razılaşma olduqda sorğular şifahi formada
göndərilə bilər, lakin dərhal yazılı formada
təsdiq olunur.
15. Qarşılıqlı
hüquqi yardımın göstərilməsi barədə
sorğuda aşağıdakılar göstərilir:
a) sorğu
ilə müraciət edən orqanın adı;
b) sorğunun aid
olduğu məsələnin mahiyyəti və aparılan
istintaqın, cinayət təqibinin və ya
məhkəmə icraatının xarakteri, habelə bu
istintaqı, cinayət təqibini və ya məhkəmə
icraatını aparan orqanın adı və funksiyaları;
c) məhkəmə
sənədlərinin verilməsi sorğusuna aid faktlar istisna
olmaqla, bütün digər müvafiq faktların qısa
xülasəsi;
d) sorğu
edilən yardımın təsviri və sorğu edən
İştirakçı Dövlətin riayət olunmasını
istədiyi bütün konkret prosedurlar barəsində
müfəssəl məlumat;
e) hər hansı
müvafiq şəxsin şəxsiyyəti, olduğu yer
və vətəndaşlığı barədə məlumatlar;
f)
sorğu edilən sübutların,
məlumatların və ya tədbirlərin məqsədi.
16.
Sorğu edilən
İştirakçı Dövlət o halda əlavə
məlumatlar istəyə bilər ki, belə məlumatlar onun
daxili qanunvericiliyinə uyğun olaraq sorğunun yerinə yetirilməsi
üçün zəruridir və ya belə məlumatlar
sorğunun yerinə yetirilməsini asanlaşdıra
bilər.
17. Sorğu onun ünvanlandığı
İştirakçı Dövlətin daxili
qanunvericiliyinə uyğun olaraq və bu Dövlətin
daxili qanunvericiliyinə zidd olmayan dərəcədə, habelə
sorğuda göstərilmiş prosedurlara mümkün
qədər uyğun olmaqla yerinə yetirilir.
18. İştirakçı
Dövlətlərdən birinin ərazisində olan
şəxsi digər İştirakçı Dövlətin məhkəmə orqanlarında
şahid və ya ekspert qismində dinlənilməlidirsə
və bu şəxsin həmin Dövlətdə
şəxsən olması qeyri-mümkün və ya
arzuolunmazdırsa, şəxsin ərazisində olduğu
İştirakçı Dövlət digər
İştirakçı Dövlətin sorğusu ilə bu
şəxsin video rabitə vasitəsilə
dinlənilməsinə icazə verə bilər. İştirakçı
Dövlətlər dinləmənin sorğu edilən
İştirakçı Dövlətin məhkəmə orqanı nümayəndələrinin
iştirakı ilə, sorğu edən
İştirakçı Dövlətin məhkəmə orqanı tərəfindən
aparılması barədə razılığa gələ
bilərlər.
19. Sorğu
edən İştirakçı Dövlət sorğu
edilən İştirakçı Dövlətin təqdim
etdiyi məlumatları və ya sübutları istintaq,
cinayət təqibi və ya məhkəmə istintaqı
aparılması istisna olmaqla, başqa məqsədlər
üçün sorğu edilən İştirakçı
Dövlətin razılığı olmadan başqasına
vermir və istifadə etmir. Bu bəndin heç bir
müddəası sorğu edən İştirakçı
Dövlətin öz orqanları tərəfindən
aparılan icraat gedişində təqsirləndirilən
şəxsə bəraət verən məlumatları və
ya sübutları açıqlamasına mane olmur. Belə
hallarda, sorğu edən İştirakçı Dövlət
məlumatları
və ya sübutları açıqlamazdan əvvəl,
sorğu edilən iştirakçı Dövlətə bu barədə
məlumat verir və əgər sonuncunun müvafiq sorğusu
olarsa, onunla məsləhətləşmə aparır.
Müstəsna hallarda, əvvəlcədən məlumat vermək
mümkün
olmadıqda, sorğu edən İştirakçı
Dövlət sorğu edilən İştirakçı
Dövlətə
belə açıqlama barədə dərhal məlumat verir.
20. Sorğu
edən İştirakçı Dövlət sorğu
edilən İştirakçı Dövlətdən
sorğunun mövcudluğu faktının və onun
mahiyyətinin, sorğunun yerinə yetirilməsi
üçün zəruri olan məlumatlar istisna olmaqla,
məxfi saxlanmasını tələb edə bilər. Sorğu
edilən İştirakçı Dövlət məxfilik
tələbini yerinə yetirə bilmirsə, bu barədə
sorğu edən İştirakçı Dövləti
dərhal məlumatlandırır.
21. Qarşılıqlı
hüquqi yardımın göstərilməsindən
aşağıdakı hallarda imtina edilə bilər:
a)
sorğu bu maddənin
tələblərinə uyğun surətdə
edilmədikdə;
b) sorğu
edilən İştirakçı Dövlət sorğunun
yerinə yetirilməsi nəticəsində onun
suverenliyinə, təhlükəsizliyinə, ictimai
qaydalarına və ya digər həyati əhəmiyyətli
mənafelərinə zərər vurulacağım hesab
etdikdə;
c) əgər
sorğu edilən İştirakçı Dövlətin
daxili qanunvericiliyi onun orqanlarına, onun yurisdiksiyası
daxilində istintaq, cinayət təqibinin və ya məhkəmə
icraatının predmeti ola bilən hər hansı oxşar
hüquqpozmaya dair sorğu edilən tədbirlərin həyata
keçirilməsini qadağan edirsə;
d) sorğunun
yerinə yetirilməsi İştirakçı Dövlətin
qarşılıqlı hüquqi yardımla bağlı
hüquq sistemi müddəalarına ziddirsə.
22. İştirakçı
Dövlətlər qarşılıqlı hüquqi yardım
barədə sorğunun həmçinin vergi məsələləri ilə
bağlı olmasını yeganə əsas
göstərərək onun yerinə yetirilməsindən
imtina edə bilməzlər.
23. Qarşılıqlı hüquqi
yardımın göstərilməsindən imtina
bütün hallarda əsaslandırılmalıdır.
24. Sorğu
edilən İştirakçı Dövlət
qarşılıqlı hüquqi yardımın
göstərilməsi barədə sorğunu mümkün
qədər qısa müddətdə yerinə yetirir və
sorğu edən İştirakçı Dövlət
tərəfindən təklif olunmuş və sorğunun
özündə əsaslandırılmış hər
hansı hüdud müddətlərini imkan daxilində
bütünlüklə nəzərə alır. Sorğu
edən İştirakçı Dövlət onun sorğusunun
təmin edilməsi üzrə sorğu edilən
İştirakçı Dövlətin gördüyü
tədbirlərin statusu və həyata keçirilməsi gedişatı
üzrə məlumatları almaq üçün ağlabatan
sorğularla müraciət edə bilər. Sorğu
edilən İştirakçı Dövlət sorğunun
statusu və təmin edilmə gedişatı barədə
sorğu edən İştirakçı Dövlətin
ağlabatan sorğularına cavab verir. Sorğu edən
İştirakçı Dövlət sorğu edilmiş
yardıma daha ehtiyac olmadıqda, sorğu edilən
İştirakçı Dövləti bu barədə operativ
olaraq məlumatlandırır.
25. Sorğu edilən
İştirakçı Dövlət qarşılıqlı
hüquqi yardımın göstərilməsini onun ərazisində həyata
keçirilən istintaqa, cinayət təqibinə və ya
məhkəmə icraatına mane olması əsası ilə
təxirə sala bilər.
26. Bu maddənin
21-ci bəndinə əsasən sorğunun yerinə
yetirilməsindən imtina etməzdən və ya bu
maddənin 25-ci bəndinə əsasən sorğunun
yerinə yetirilməsini təxirə salmazdan əvvəl,
sorğu edilən İştirakçı Dövlət
yardımın onun tərəfindən zəruri hesab
edilən müddətlərdə və
şərtlərlə göstərilə biləcəyini
müəyyən etmək üçün, sorğu edən
İştirakçı Dövlətlə
məsləhətləşmə aparır. Sorğu
edən İştirakçı Dövlət yardımın belə
şərtlərlə göstərilməsini qəbul
edərsə, həmin şərtlərə riayət edir.
27. Bu maddənin
12-ci bəndinin tətbiqinə xələl
gətirmədən, İştirakçı Dövlətin
sorğusu ilə sorğu edən İştirakçı
Dövlətin ərazisində icraat zamanı ifadə verməyə
və ya istintaq, cinayət təqibi və ya məhkəmə
icraatı zamanı yardım etməyə
razılıq verən şahid, ekspert və ya başqa
şəxs sorğu edilən İştirakçı Dövlətin
ərazisindən çıxmasınadək edilmiş
hərəkət, hərəkətsizlik və ya məhkumluq ilə
əlaqədar sorğu edən İştirakçı
Dövlətin ərazisində cinayət təqibinə,
həbsə, cəzaya və ya şəxsi
azadlığının hər hansı başqa formada
məhdudlaşdırılmasına
məruz qoyulmur. Şahid, ekspert və ya başqa şəxs
onun iştirakına məhkəmənin ehtiyacı
olmadığı barədə rəsmən
məlumatlandırıldıqdan sonra ardıcıl olaraq
on beş gün ərzində və ya
İştirakçı Dövlətlər arasında
razılaşdırılmış hər hansı
müddət ərzində sorğu edən
İştirakçı Dövlətin ərazisini tərk
etmək imkanı olduğu halda bu ərazini tərk
etməmiş və ya tərk etdikdən sonra öz
iradəsi ilə geriyə qayıtmışdırsa,
şəxsi təhlükəsizliyə verilən həmin təminat
qüvvədən düşür.
28. Maraqlı
İştirakçı Dövlətlər başqa cür
razılığa gəlməmişlərsə, sorğunun yerinə yetirilməsi ilə
bağlı adi xərclər sorğu edilən
İştirakçı Dövlətlər
tərəfindən ödənilir. Sorğunun yerinə
yetirilməsi böyük və ya əhəmiyyətli miqdarda xərc tələb edir və ya
edəcəksə, İştirakçı
Dövlətlər sorğunun yerinə yetirilmə
şərtlərini və xərclərin ödənilmə
qaydasını müəyyən etmək üçün
məsləhətləşmə aparırlar.
29. Sorğu edilən İştirakçı Dövlət:
a)
sərəncamında olan və daxili
qanunvericiliyinə əsasən ictimaiyyət üçün açıq
olan hökumət materiallarının, sənəd və
məlumatların surətlərini sorğu edən
İştirakçı Dövlətə təqdim edir;
b) sərəncamında
olan və daxili qanunvericiliyinə əsasən ictimaiyyət
üçün açıq olmayan hər hansı
hökumət materiallarının, sənəd və
məlumatların surətlərini öz mülahizəsi
ilə tam və ya qismən, yaxud lazımi hesab etdiyi
şərtlərə riayət etməklə sorğu
edən İştirakçı Dövlətə təqdim
edə bilər.
30. İştirakçı
Dövlətlər, lazım gəldikdə, bu maddənin
məqsədlərinə cavab verən,
praktikada onun tətbiqini təmin edən və ya onun
müddəalarını möhkəmləndirən ikitərəfli və ya
çoxtərəfli saziş və ya müqavilələrin
bağlanması imkanını nəzərdən
keçirirlər.
Maddə 47
Cinayət icraatının verilməsi
Bu Konvensiyaya
uyğun olaraq tanınmış hüquqpozmalarla bağlı
cinayət təqibi məqsədilə icraatın
qarşılıqlı surətdə verilməsi
ədalət mühakiməsinin lazımi qaydada həyata
keçirilməsi tələblərinə cavab verirsə
və xüsusən işin bir neçə
yurisdiksiyaya aid olduğu hallarda, cinayət işlərinin
birləşdirilməsi məqsədilə
İştirakçı Dövlətlər icraatın
qarşılıqlı surətdə verilməsi
imkanını nəzərdən
keçirirlər.
Maddə 4 8
Hüquq mühafizə orqanları arasında
əməkdaşlıq
1. İştirakçı
Dövlətlər bu Konvensiya ilə əhatə olunan
hüquqpozmalarla mübarizədə hüquq
mühafizə tədbirlərinin səmərəliliyini
yüksəltmək məqsədilə, öz daxili hüquq
və inzibati sistemlərinə uyğun surətdə
bir-birilə sıx əməkdaşlıq
edirlər. İştirakçı Dövlətlər,
xüsusən, aşağıdakıların təmin
edilmə-sinə
yönəlmiş səmərəli tədbirlər
görürlər:
a) bu Konvensiya
ilə əhatə olunan hüquqpozmaların bütün
aspektləri, habelə, əgər maraqlı
İştirakçı Dövlətlər lazım hesab
edərlərsə, digər cinayətkar fəaliyyətlərlə
bağlı əlaqələrə aid etibarlı və
çevik informasiya mübadiləsini təmin etmək üçün
onların səlahiyyətli orqanları, təşkilatları
və xidmətləri arasında
əlaqə kanallarının möhkəmləndirilməsi
və ya zəruri olduqda belə kanalların qurulması;
b) bu Konvensiya
ilə əhatə olunan hüquqpozmalarla bağlı
təhqiqatın aparılmasında digər
İştirakçı Dövlətlərlə
aşağıdakıları üzə çıxarmaq
məqsədilə əməkdaşlıq edilməsi:
i) belə
hüquqpozmaların törədilməsində iştirak
etməkdə şübhəli şəxslərin şəxsiyyəti,
olduğu yer və fəaliyyəti və ya bununla
əlaqəsi olan digər şəxslərin olduğu yer;
ii) cinayət
yolu ilə əldə edilən gəlirlərin və ya
belə cinayətlərin törədilməsi
nəticəsində əldə olunmuş əmlakın
yerdəyişməsi;
iii) belə hüquqpozmaların
törədilməsi üçün istifadə olunmuş
və ya istifadəsi
nəzərdə tutulmuş əmlakın,
avadanlıqların və ya digər vasitələrin yerdəyişməsi;
c) zəruri
predmetlərin, yaxud zəruri miqdarda şeylərin, lazım
gəldikdə, analiz və ya istintaq məqsədilə
təqdim olunması;
d) bu Konvensiya
ilə əhatə olunan hüquqpozmaların
törədilməsində istifadə olunan konkret vasitə
və üsullar, habelə fəaliyyətin gizlədilməsi
üçün saxta şəxsiyyət
vəsiqələrindən, dəyişdirilmiş və ya
saxtalaşdırılmış sənədlərdən
və digər vasitələrdən istifadə barədə
informasiyanın lazım gəldikdə digər
İştirakçı Dövlətlərlə
mübadiləsi;
e) onların səlahiyyətli
orqanları, təşkilatları və xidmətləri
arasında səmərəli koordinasiyanı
asanlaşdırmaq, əməkdaşların və
ekspertlərin mübadiləsini, habelə maraqlı İştirakçı
Dövlətlər arasında ikitərəfli saziş və
müqavilələrin mövcud olduğu hallarda
əlaqələndirici əməkdaşların
göndərilməsini təşviq etmək;
f)
informasiya mübadiləsi və bu
Konvensiya ilə əhatə olunan hüquqpozmaların
vaxtında aşkar edilməsi məqsədilə zəruri
hallarda görülən inzibati və başqa
tədbirlərin koordinasiyası.
2. Bu
Konvensiyanı praktiki tətbiq etmək məqsədilə
İştirakçı Dövlətlər öz hüquq mühafizə
orqanları arasında bilavasitə
əməkdaşlığa dair ikitərəfli və ya çoxtərəfli saziş və ya
müqavilələrin bağlanması, belə saziş və
ya müqavilələrin
artıq mövcud olduğu hallarda isə onların
dəyişdirilməsi imkanlarını nəzərdən
keçirirlər. Maraqlı İştirakçı
Dövlətlər arasında həmin saziş və ya müqavilələrin olmadığı
hallarda İştirakçı Dövlətlər bu Konvensiya
ilə əhatə olunan
hüquqpozmalar üzrə hüquq mühafizə orqanları
arasında qarşılıqlı əməkdaşlıq edilməsi
üçün bu Konvensiyanı əsas kimi
nəzərdə tuta bilərlər. Lazımi hallarda
İştirakçı Dövlətlər öz hüquq
mühafizə orqanları arasında əməkdaşlığı genişləndirmək
üçün saziş və ya müqavilələri, o
cümlədən beynəlxalq və ya regional təşkilatların mexanizmlərini tam
həcmdə istifadə edirlər.
3. İştirakçı
Dövlətlər bu Konvensiya ilə əhatə olunan,
müasir texnologiyadan istifadə etməklə
törədilən hüquqpozmaların
qarşısının alınması məqsədilə öz
imkanları daxilində əməkdaşlıq etməyə
səy göstərirlər.
Maddə 49
Birgə istintaqlar
İştirakçı
Dövlətlər bir və ya bir neçə
dövlətdə istintaq, cinayət təqibi və ya
məhkəmə icraatının predmeti olan
işlərlə bağlı səlahiyyətli orqanların
birgə istintaq
qurumları yarada bilməsinə imkan verən ikitərəfli
və ya çoxtərəfli saziş və ya
müqavilələrin bağlanmasını
nəzərdən keçirirlər. Belə saziş və ya
müqavilələrin olmadığı hallarda birgə
istintaqlar hər bir xüsusi hal üzrə razılaşma
əsasında həyata keçirilir. Müvafiq
İştirakçı Dövlətlər ərazisində
belə istintaqın
aparılmalı olduğu iştirakçı Dövlətin
suverenliyinə tam hörmət olunmasını təmin
edirlər.
Maddə 50
Xüsusi istintaq üsulları
1. Korrupsiyaya
qarşı səmərəli mübarizə
məqsədilə hər bir İştirakçı
Dövlət öz ərazisində onun səlahiyyətli
orqanlarının nəzarətli
göndərişlərindən və müvafiq hesab etdiyi
hallarda elektron müşahidə və digər
müşahidə formaları, agentura
əməliyyatları kimi xüsusi istintaq üsullarından
lazımi formada istifadə etməsini, habelə bu
üsulların köməyi ilə əldə edilmiş
sübutların
məhkəmədə qəbul edilməsini təmin
etmək üçün, öz daxili hüquq sisteminin
əsas prinsiplərinə
uyğun olan həddə və daxili qanunvericiliyi ilə
müəyyən edilmiş şərtlərlə,
imkan daxilində olan tədbirləri görür.
2. Bu Konvensiya
ilə əhatə olunan hüquqpozmaların istintaqı
məqsədilə İştirakçı
Dövlətlər həmin xüsusi
istintaq üsullarının beynəlxalq səviyyəli əməkdaşlıq
çərçivəsində istifadə edilməsi
üçün, zəruri hallarda, müvafiq ikitərəfli
və ya çoxtərəfli saziş və ya müqavilələrin
bağlanmasına həvəsləndirilir. Belə saziş
və ya müqavilələr dövlətlərin suveren
bərabərliyi prinsipinə tam riayət etməklə
bağlanılır və tətbiq edilir və bu saziş
və ya müqavilələrin
şərtlərinə ciddi riayət etməklə həyata
keçirilir.
3. Bu maddənin
2-ci bəndində göstərilən saziş və ya
müqavilələr mövcud olmadıqda, həmin xüsusi
istintaq üsullarının beynəlxalq səviyyədə
istifadəsi barədə qərar hər bir xüsusi hal
üzrə qəbul olunur və zəruri olduqda, maraqlı
İştirakçı Dövlətlərin yurisdiksiyanı
həyata keçirməsinə münasibətdə maliyyə
müqavilələrini və qarşılıqlı
anlaşmaları nəzərə ala bilər.
4. Nəzarətli
göndərişlərin beynəlxalq səviyyədə
istifadə olunması barədə qərarlara maraqlı
İştirakçı Dövlətlərin
razılığı olduqda, yük və ya vasitələrin
tutulması
və onların toxunulmadan, yaxud tam və ya qismən
götürülərək və ya
dəyişdirilərək davam etdirilməsinə icazə
verilməsi kimi metod və vasitələr daxil edilə
bilər.
Fəsil
V
AKTİVLƏRİN QAYTARILMASI ÜZRƏ
TƏDBİRLƏR
Maddə 5 1
Ümumi müddəalar
Bu fəslə uyğun olaraq aktivlərin
qaytarılması bu Konvensiyanın əsas prinsipidir və
İştirakçı Dövlətlər bununla
bağlı ən geniş surətdə bir-birilə
əməkdaşlıq edir və
bir-birinə yardım göstərirlər.
Maddə 52
Cinayət yolu ilə əldə
edilmiş gəlirlərin köçürülməsinin
aşkar edilməsi və
qarşısının alınması
1. Bu Konvensiyanın 14-cü
maddəsinə zidd olmamaq şərtilə hər bir
İştirakçı
Dövlət öz yurisdiksiyası altında olan maliyyə
müəssisələrindən müştərilərin
şəxsiyyətinin yoxlanılmasını, hesablara
böyük həcmdə yatırılmış vəsaitlərin benefisiar
mülkiyyətçilərinin şəxsiyyətinin
müəyyən
edilməsini və əhəmiyyətli dövlət
vəzifələrini yerinə yetirən və ya yetirmiş
şəxslərin, onların
ailə üzvlərinin və onlarla sıx bağlı olan
tərəfdaşların və ya bunların hər hansı birinin adından
çıxış edən şəxslərin
açmağa çalışdığı və ya malik
olduğu hesablar üzərində daha sərt nəzarətin
həyata keçirilməsi məqsədilə ağla-batan tədbirlərin
görülməsini tələb etmək üçün,
öz daxili qanunvericiliyinə uyğun
olaraq, zəruri olan tədbirlər görür.
Belə daha
sərt nəzarət tədbirləri şübhəli
əməliyyatlar barədə səlahiyyətli orqanlara məlumat verilməsi
üçün onları aşkara çıxarmaq
məqsədi daşıyır və onlar maliyyə
müəssisələrinin hər hansı qanuni müştəri
ilə iş aparmasına maneə
və ya qadağa kimi təfsir olunmamalıdır.
2. Bu
maddənin 1-ci bəndində nəzərdə tutulmuş
tədbirlərin həyata keçirilməsinə yardım göstərmək
məqsədilə hər bir İştirakçı
Dövlət öz daxili qanunvericiliyinə
uyğun olaraq və regional, regionlararası və
çoxtərəfli təşkilatların pul vəsaitlərinin yuyulmasına qarşı
təşəbbüslərini rəhbər tutaraq:
a) öz yurisdiksiyasının şamil
olunduğu maliyyə müəssisələri
tərəfindən hesabları
üzərində daha sərt nəzarət
tədbirlərinin tətbiq ediləcəyi
gözlənilən fiziki
və ya hüquqi şəxslərə, xüsusi diqqət
yetirilməsi tələb olunan hesab və əməliyyatlara, hesabların
açılması və aparılması üzrə
müvafıq tədbirlərə, habelə belə hesablar üzrə qəbul
ediləcək hesabatların aparılmasına
münasibətdə tövsiyə xarakterli
göstərişlər verir;
b) öz
yurisdiksiyasının şamil olunduğu maliyyə
müəssisələri tərəfindən şəxsiyyəti başqa formada
müəyyən olunan şəxslərə əlavə
olaraq, hesabları üzərində
daha sərt nəzarət tədbirlərinin tətbiq
ediləcəyi gözlənilən konkret fiziki və ya hüquqi
şəxslərin şəxsiyyəti barədə, digər
İştirakçı Dövlətin sorğusu ilə və ya öz
təşəbbüsü ilə, bu
müəssisələrə lazımi hallarda məlumat verir.
3.
Bu maddənin 2 (a) bəndinin
kontekstində hər bir İştirakçı Dövlət
öz maliyyə
müəssisələrinin bu maddənin 1-ci bəndində
göstərilən şəxslərə aid hesab və
əməliyyatlar barədə lazımi hesabatı
müvafıq müddət ərzində saxlamasını
təmin etmək üçün tədbirlər görür
ki, belə hesabatlara, ən azı, müştərinin, habelə
mümkün olduğu dərəcədə benefisiar
mülkiyyətçinin şəxsiyyətinə aid olan
məlumat daxil edilməlidir.
4. Bu Konvensiyaya
uyğun olaraq tanınmış hüquqpozmalardan əldə
olunmuş gəlirlərin köçürülməsinin
qarşısının alınması və aşkar
edilməsi məqsədilə hər bir
İştirakçı Dövlət fiziki mövcud olmayan
və hər hansı tənzimlənən maliyyə qrupuna daxil olmayan
bankların təsis edilməsinə, öz tənzimləyici
və nəzarət
orqanlarının köməyi ilə, yol verilməməsi
üçün zəruri və təsirli tədbirlər
görür. Bundan başqa, İştirakçı
Dövlətlər bu cür qurumlarla müxbir bank münasibətlərinə
girməkdən və bu münasibətləri davam
etdirməkdən imtina etmək,
habelə fiziki mövcud olmayan və ya heç bir
tənzimlənən maliyyə qrupuna daxil olmayan banklarda olan hesablarından istifadə
edən xarici maliyyə qurumları ilə
münasibətlər qurmaqdan çəkinmək
tələblərini müəyyən edə bilərlər.
5. Hər bir
iştirakçı Dövlət, öz daxili
qanunvericiliyinə uyğun olaraq, müvafiq dövlət
vəzifəli şəxslər tərəfindən
maliyyə xarakterli məlumatlar barədə məlumat
verilməsi üçün səmərəli sistemlərin
yaradılmasını nəzərdə tutur və bu
tələblərin yerinə yetirilməməsi üzrə
lazımi sanksiyalar müəyyən edir. Hər bir
İştirakçı Dövlət həmçinin elə
tədbirlər qəbul edə bilər ki, onun səlahiyyətli orqanları bu
Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan
əl-də edilən gəlirlər üzrə istintaq
aparılması, onların tələb edilməsi və geri
qaytarılması üçün zəruri olan hallarda
digər İştirakçı Dövlətin
səlahiyyətli orqanları
ilə belə informasiyanın mübadiləsini həyata
keçirə bilsinlər.
6. Hər bir
İştirakçı Dövlət hər hansı xarici
ölkədə hansısa maliyyə hesabı ilə
bağlı marağı və ya imza hüququ olan, yaxud
başqa səlahiyyətlərə malik olan müvafiq dövlət
vəzifəli şəxslərin bu barədə lazımi
orqanlara məlumat verməsini və belə hesablara dair
lazımi hesabat aparılmasını təmin etmək üçün,
öz daxili qanunvericiliyinə uyğun olaraq, tələb olunan
tədbirləri görür. Belə tədbirlər həmçinin həmin
tələblərin yerinə yetirilməməsinə
görə müvafiq sanksiyaların
tətbiqini nəzərdə tutur.
Maddə 53
Əmlakın bilavasitə geri qaytarılması
üzrə tədbirlər
Hər bir
İştirakçı Dövlət öz daxili qanunvericiliyinə
uyğun olaraq:
a) lazım
gələn elə tədbirlər görür ki, digər
İştirakçı Dövlət bu Konvensiyaya uyğun
olaraq tanınmış hər hansı hüquqpozmanın
törədilməsi nəticəsində əldə
olunmuş əmlaka hüququn və ya sahibliyin tanınması
üçün mülki iddia ilə onun
məhkəmələrinə müraciət edə bilsin;
b) lazım
gələn elə tədbirlər görür ki, onun
məhkəmələri bu Konvensiyaya uyğun olaraq
tanınmış hüquqpozmaları törətmiş
şəxslərin üzərinə bu hüquqpozmalardan
zərər çəkmiş digər
İştirakçı Dövlətə kompensasiya
ödəmək və ya zərərlərin
əvəzini ödəmək öhdəliyi qoya bilsinlər;
c) lazım
gələn elə tədbirlər görür ki, onun
məhkəmələri və ya səlahiyyətli orqanları müsadirə
barədə qərar çıxararkən digər
İştirakçı Dövlətin bu Konvensiyaya uyğun olaraq tanınmış
hər hansı hüquqpozmanın törədilməsi
nəticəsində
əldə olunmuş əmlak üzərində qanuni
mülkiyyət hüququnun tanınması tələbini nəzərə ala bilsinlər.
Maddə 5 4
Müsadirə məqsədilə beynəlxalq
əməkdaşlıq vasitəsilə
əmlakın geri qaytarılması mexanizmləri
1. Hər bir
İştirakçı Dövlət bu Konvensiyaya uyğun
olaraq tanınmış hüquq-pozmalardan hər hansı
birinin törədilməsi nəticəsində əldə
edilmiş və ya belə hüquqpozmaların
törədilməsi üçün istifadə olunmuş
əmlakla əlaqədar bu Konvensiyanın 55-ci maddəsinə
əsasən qarşılıqlı hüquqi yardım
göstərilməsi məqsədilə, öz
qanunvericiliyinə uyğun olaraq:
a) lazım
gələn elə tədbirlər görür ki, onun
səlahiyyətli orqanları digər
İştirakçı Dövlətin
məhkəmələri tərəfindən çıxarılmış
müsadirə qərarlarmı icra edə bilsinlər;
b) lazım
gələn elə tədbirlər görür ki, onun
səlahiyyətli orqanları pul vəsaitlərinin
yuyulması ilə bağlı hüquqpozma və ya onun
yurisdiksiyası altına düşən digər hüquqpozmalar
üzrə məhkəmə qərarları
çıxararkən, yaxud onun qanunvericiliyi ilə icazə verilən
digər prosedurlardan istifadə edərkən xarici mənşəli həmin
əmlakın müsadirəsi barədə öz
yurisdiksiyaları çərçivəsində qərar çıxara bilsinlər;
c)
lazım gələn elə tədbirlər görür ki,
cinayət törətmiş şəxsin ölümü,
gizlənməsi və ya olmaması səbəbindən
təqib oluna bilmədiyi hallarda, yaxud digər müvafiq hallarda cinayət məsuliyyətinə
məhkum edilmədən həmin əmlakın müsadirə edilməsi
mümkün olsun.
2. Hər bir
İştirakçı Dövlət bu Konvensiyanın 55-ci
maddəsinin 2-ci bəndinə əsasən edilmiş sorğu
üzrə qarşılıqlı hüquqi yardım
göstərilməsi məqsədilə, öz daxili
qanunvericiliyinə uyğun olaraq:
a)
lazım gələn elə
tədbirlər görür ki, onun səlahiyyətli
orqanları, həbs və ya götürmə tədbirlərinin
görülməsi üçün kifayət qədər
əsaslar olduğu, habelə əmlakın son
nəticədə bu maddənin 1 (a) bəndinin məqsədləri
üçün müsadirənin predmeti olacağı
barədə sorğu edilən İştirakçı
Dövləti inanmağa vadar edən ağlabatan əsaslar
göstərən sorğu edən İştirakçı
Dövlətin məhkəmələri və ya səlahiyyətli orqanları
tərəfindən çıxarılmış həbs
və ya götürmə haqqında qərara əsasən
əmlakı götürə və ya onun üzərinə
həbs qoya bilsinlər;
b) lazım
gələn elə tədbirlər görür ki, onun
səlahiyyətli orqanları, həbs və ya
götürmə tədbirlərinin görülməsi
üçün kifayət qədər əsaslar olduğu,
habelə əmlakın son nəticədə bu maddənin 1
(a) bəndinin məqsədləri üçün
müsadirənin predmeti olacağı barədə sorğu
edilən İştirakçı Dövləti inanmağa
vadar edən ağlabatan əsaslar göstərən sorğu edən
İştirakçı Dövlətin sorğusuna əsasən
əmlakı götürə və ya onun üzərinə
həbs qoya bilsinlər;
c)
əlavə olaraq elə tədbirlər
görür ki, onun səlahiyyətli orqanları bu cür əmlakı:
məsələn, onun əldə edilməsi ilə
bağlı həbsə və ya ittihamın elan edilməsinə
dair xarici qərar əsasında müsadirə
məqsədilə saxlaya bilsinlər.
Maddə 55
Müsadirə məqsədilə beynəlxalq
əməkdaşlıq
1. İştirakçı Dövlət onun
ərazisində yerləşən bu Konvensiyanın 31-ci maddəsinin 1-ci
bəndində göstərilmiş cinayət yolu ilə
əldə edilmiş gəlirləri, əmlakı,
avadanlıqları və cinayət törədilməsinin
digər vasitələrini müsadirə etmək üçün
bu Konvensiyaya uyğun olaraq tanınmış hüquqpozmalardan
hər hansı birinə
yurisdiksiyası olan digər İştirakçı
Dövlətdən sorğu aldıqda, öz daxili hüquq sistemi
çərçivəsində mümkün olan maksimum
dərəcədə:
a) müsadirə
barədə qərar çıxarılması
üçün bu sorğunu öz səlahiyyətli orqanlarına
təqdim edir və belə qərarın
çıxarıldığı halda onu icraya
yönəldir; yaxud
b) Bu
Konvensiyanın 31-ci maddəsinin 1-ci bəndinə və
54-cü maddəsinin 1 (a) bəndinə əsasən sorğu
edən İştirakçı Dövlətin
məhkəməsi tərəfindən çıxarılmış
müsadirə qərarını sorğuda
göstərilən həcmdə icra edilməsi
üçün öz səlahiyyətli orqanlarına təqdim
edir, o şərtlə ki, həmin sorğu sorğu edilən
İştirakçı Dövlətin ərazisində
yerləşən və 31-ci maddənin 1-ci bəndində
göstərilən cinayət yolu ilə əldə edilən
gəlirlərə, əmlaka, avadanlıqlara və
cinayətin digər törədilmə vasitələrinə
aid olsun.
2. Bu Konvensiyaya
uyğun olaraq tanınmış hüquqpozmalardan hər
hansı birinə
yurisdiksiyası olan digər İştirakçı
Dövlətdən sorğu aldıqdan sonra, sorğu edilən
İştirakçı Dövlət bu Konvensiyanın 31-ci
maddəsinin 1-ci bəndində göstərilmiş
cinayət gəlirlərinin, əmlakın,
avadanlıqların və cinayət törədilməsinin digər
vasitələrinin sorğu edən İştirakçı
Dövlət və ya bu maddənin 1-ci bəndinə
əsasən sorğu edilən İştirakçı
Dövlət tərəfindən ediləcək mümkün müsadirəsi
məqsədilə aşkarlanması, izlənməsi,
həbsi və ya götürülməsi üçün
tədbirlər görür.
3. Bu
Konvensiyanın 46-cı maddəsinin müddəaları bu
maddəyə mutatis mutandis tətbiq olunur.
Bu maddə əsasında göndərilən sorğularda
46-cı maddənin 15-ci bəndində göstərilmiş
məlumatlara əlavə olaraq həmçinin
aşağıdakılar göstərilir:
a) bu maddənin 1
(a) bəndində nəzərdə tutulmuş sorğu ilə
əlaqədar - müsadirə edilməli olan əmlakın
təsviri, o cümlədən mümkün olduğu qədər
yerləşdiyi yer barədə və lazım olduğu halda,
əmlakın təqribi dəyəri, habelə sorğu edən
İştirakçı Dövlətin istinad etdiyi və
sorğu edilən İştirakçı Dövlətin
öz daxili
qanunvericiliyinə uyğun olaraq qərar çıxara
bilməsi üçün kifayət edəcək faktların
xülasə edildiyi bəyanat;
b) bu maddənin 1
(b) bəndində nəzərdə tutulmuş sorğu ilə
əlaqədar - sorğu edən İştirakçı
Dövlət tərəfindən verilən və sorğunun əsaslandığı
müsadirə
qərarının hüquqi cəhətdən qəbul
edilən surəti, faktların xülasə olunduğu bəyanat
və qərarın hansı həcmdə icra edilməsinin
xahiş edildiyi barədə məlumat, vicdanlı
üçüncü tərəflərə lazımi
məlumatların göndərilməsi və lazımi hüquqi
prosedurlara riayət edilməsinin təmin olunması
üçün sorğu edən İştirakçı
Dövlətin gördüyü tədbirləri
göstərən bəyanat, müsadirə
qərarının qəti olduğunu göstərən bəyanat;
c) bu maddənin
2-ci bəndində nəzərdə tutulmuş sorğu
ilə əlaqədar - sorğu edən İştirakçı
Dövlətin istinad etdiyi faktları xülasə edən
bəyanat və sorğu edilən tədbirlərin
təsviri, habelə, əgər varsa, sorğunun
əsaslandığı qərarın hüquqi
cəhətdən qəbul edilən surəti.
4. Bu maddənin 1
və 2-ci bəndlərində nəzərdə tutulmuş
qərar və tədbirlər sorğu edilən
İştirakçı Dövlət tərəfindən onun
daxili qanunvericiliyinin müddəalarına və ya prosessual
normalarına, yaxud sorğu edən İştirakçı
Dövlətlə münasibətlərində bağlı
olduğu hər hansı ikitərəfli və ya çoxtərəfli
saziş və ya müqavilələrə
uyğun olaraq və onlara riayət edilməsi
şərtilə qəbul edilir.
5. Hər bir
İştirakçı Dövlət bu maddənin
müddəalarının həyata keçirilməsini təmin
edən öz qanım və qaydalarının
mətnlərini, habelə belə qanun və qaydalara
bütün sonrakı dəyişikliklərin
mətnlərini və ya onların xülasəsini Birləşmiş
Millətlər Təşkilatının Baş katibinə
təqdim edir.
6. İştirakçı
Dövlət bu maddənin 1 və 2-ci bəndlərində
göstərilmiş tədbirlərin görülməsi
üçün müvafıq müqavilənin mövcud
olmasını istəyərsə, onda həmin
İştirakçı Dövlət bu Konvensiyanı
zəruri və kifayət edici müqavilə əsası kimi
nəzərdə tutur.
7. Sorğu
edilən İştirakçı Dövlətin kifayət
hesab etdiyi sübutlar ona vaxtında verilmədikdə
və ya əmlak cüzi dəyərə malik olan hallarda bu
maddə üzrə əməkdaşlıqdan imtina edilə
və ya qətimkan tədbirləri dayandırıla bilər.
8.
Bu maddəyə uyğun olaraq
görülmüş hər hansı qətimkan tədbirini
dayandırmazdan
əvvəl, sorğu edilən İştirakçı
Dövlət mümkün olan hər bir halda sorğu
edən İştirakçı Dövlətə imkan verir
ki, belə tədbirlərin davam etdirilməsinin lehinə
öz əsaslarını göstərə bilsin.
9. Bu maddənin
müddəaları vicdanlı üçüncü
tərəflərin hüquqlarının zərərinə
təfsir olunmur.
M addə 5 6
Xüsusi əməkdaşlıq
Öz daxili
qanunvericiliyinə zidd olmadan hər bir
İştirakçı Dövlət, açıqlayacağı məlumatların
onu alan İştirakçı Dövlətə istintaq,
cinayət təqibi və ya məhkəmə icraatı
başlamaqda və aparmaqda kömək edəcəyini, yaxud bu
İştirakçı
Dövlət tərəfindən Konvensiyanın bu
fəslinə əsasən sorğu edilməsinə səbəb olacağını hesab
edərsə, elə tədbirlər görməyə
çalışır ki, bu tədbirlər ona özünün apardığı
istintaq, cinayət təqibi və ya məhkəmə
icraatlarına xələl
gətirmədən bu Konvensiyaya uyğun olaraq
tanınmış hüquqpozmalardan əldə edilmiş gəlirlər
barədə məlumatları sorğu edilməsini
gözləmədən digər İştirakçı Dövlətə
təqdim etməyə imkan versin.
Maddə 57
Aktivlərin geri qaytarılması və onlara
sərəncam verilməsi
1.
Bu Konvensiyanın 31 və ya 55-ci
maddələrinə əsasən İştirakçı
Dövlət tərəfindən müsadirə edilmiş
əmlaka, onun bu maddənin 3-cü bəndinə əsasən
öz
əvvəlki qanuni sahibinə qaytarılması da daxil olmaqla,
həmin İştirakçı Dövlət bu
Konvensiyanın müddəalarına və öz daxili
qanunvericiliyinə uyğun olaraq sərəncam verir.
2. Hər bir
İştirakçı Dövlət öz daxili
qanunvericiliyinin əsas prinsiplərinə uyğun olaraq,
lazım gələn elə qanunvericilik və digər
tədbirlər görür ki, onun səlahiyyətli
orqanları başqa İştirakçı Dövlətin bu
Konvensiyaya əsasən etdiyi sorğu üzrə
hərəkət edərkən, müsadirə edilmiş
əmlakı vicdanlı üçüncü
tərəflərin hüquqları nəzərə
alınmaqla geri qaytara bilsinlər.
3. Bu
Konvensiyanın 46 və 55-ci maddələrinə və bu
maddənin 1 və 2-ci bəndlərinə uyğun olaraq,
sorğu edilən İştirakçı Dövlət:
a) bu
Konvensiyanın 17 və 23-cü maddələrində
göstərildiyi kimi dövlət vəsaitlərinin
talandığı və ya talanmış dövlət vəsaitlərinin
qeyri-qanuni leqallaşdırıldığı
hallarda, əgər müsadirə 55-ci maddəyə uyğun
olaraq və sorğu edən İştirakçı
Dövlətin qəti məhkəmə qərarı
əsasında icra edilmişdirsə, baxmayaraq ki, o, bu
tələbdən imtina edə bilər, müsadirə
edilmiş əmlakı sorğu edən
iştirakçı Dövlətə qaytarır;
b) bu Konvensiya
ilə əhatə olunan hər hansı hüquqpozmadan
əldə edilmiş gəlirlərlə bağlı hallarda,
əgər müsadirə 55-ci maddəyə uyğun olaraq
və sorğu edən
İştirakçı Dövlətin qəti
məhkəmə qərarı əsasında icra
edilmişdirsə, baxmayaraq ki, o, bu tələbdən imtina
edə bilər, müsadirə edilmiş əmlakı sorğu edən
İştirakçı Dövlətə qaytarır, o halda
ki, sorğu edən İştirakçı Dövlət
müsadirə edilmiş belə
əmlaka özünün əvvəllər mövcud
olmuş mülkiyyət hüququnu
sorğu edilən İştirakçı Dövlət
qarşısında ağlabatan surətdə sübut edir, yaxud sorğu edilən
İştirakçı Dövlət sorğu edən
İştirakçı Dövlətə vurulmuş
ziyanı müsadirə edilmiş əmlakın geri
qaytarılmasının əsası kimi tanıyır;
c) bütün
digər hallarda, müsadirə edilmiş əmlakın
sorğu edən İştirakçı Dövlətə
qaytarılmasını və ya belə əmlakın öz
əvvəlki qanuni sahiblərinə qaytarılmasını,
yaxud cinayətdən zərərçəkənlərə
kompensasiya ödənilməsini prioritet
məsələ kimi nəzərdən keçirir.
4. Lazım
gələn hallarda, əgər İştirakçı
Dövlətlər başqa cür qərar qəbul etməzlərsə,
sorğu edilən İştirakçı Dövlət
müsadirə edilmiş əmlakın bu maddəyə
uyğun olaraq geri qaytarılması və ya ona sərəncam
verilməsi ilə əlaqədar istintaq, cinayət
təqibi və ya məhkəmə icraatı gedişində
çəkilmiş ağlabatan xərcləri
çıxa bilər.
5. Lazım
gələn hallarda İştirakçı
Dövlətlər müsadirə edilmiş əmlaka qəti sərəncam
verilməsi ilə bağlı hər bir konkret hal
üçün saziş və ya qarşılıqlı surətdə
qəbul olunan müqavilə bağlanması imkanlarını
xüsusən nəzərdən keçirə
bilərlər.
Maddə 58
Maliyyə-kəşfiyyat qurumu
İştirakçı
Dövlətlər bu Konvensiyaya uyğun olaraq
tanınmış hüquqpozmalardan əldə edilmiş
gəlirlərin köçürülməsinin
qarşısını almaq və onunla mübarizə aparmaq,
habelə belə gəlirlərin tutulmasının yol və
üsullarından istifadə
edilməsinə kömək göstərmək
məqsədilə bir-birilə əməkdaşlıq edir
və bu məqsədlə, şübhəli maliyyə
əməliyyatları barədə məlumatların
alınmasına, təhlilinə və səlahiyyətli
orqanlara göndərilməsinə görə
məsuliyyət daşıyacaq maliyyə-kəşfiyyat qurumunun yaradılması
məsələsini nəzərdən keçirirlər.
Maddə 59
İkitərəfli və çoxtərəfli
saziş və müqavilələr
İştirakçı
Dövlətlər Konvensiyanın bu fəslinə
əsasən həyata keçirilən beynəlxalq əməkdaşlığın
səmərəliliyini yüksəltmək üçün
ikitərəfli və ya çoxtərəfli saziş və ya müqavilələrin
bağlanması imkanlarını nəzərdən
keçirirlər.
Fəsil
VI
TEXNİKİ YARDIM VƏ MƏLUMAT
MÜBADİLƏSİ
Maddə 60
Kadr
hazırlığı və texniki yardım
1. Hər bir İştirakçı Dövlət
korrupsiyanın qarşısının alınması və
onunla mübarizəyə görə məsuliyyət
daşıyan heyəti üçün zəruri olan
həddə xüsusi hazırlıq proqramları
işləyib hazırlayır, həyata keçirir və ya
təkmilləşdirir. Belə hazırlıq
proqramları, digər məsələlərlə
yanaşı, həmçinin aşağıdakı
sahələri əhatə edir:
a) korrupsiyanın
qarşısının alınması, aşkar edilməsi,
cəzalandırılması, habelə sübutların toplanması
və istintaq aparılması metodlarından istifadə də
daxil olmaqla onunla mübarizə
üçün səmərəli tədbirlər;
b) korrupsiyaya
əks təsir üzrə strateji siyasətin işlənib
hazırlanması və planlaşdırılması
sahəsində potensialın yaradılması;
c) qarşılıqlı
hüquqi yardıma dair bu Konvensiyanın
tələblərinə uyğun sorğuların tərtib
olunması məsələsi üzrə səlahiyyətli
orqan əməkdaşlarının hazırlanması;
d) təsisatların, dövlət xidmətlərini idarəetmənin, dövlət maliyyələrini, həmçinin dövlət
satınalmalarını idarəetmənin və özəl
sektorun dəyərləndirilməsi
və möhkəmləndirilməsi;
e) bu Konvensiyaya
uyğun olaraq tanınmış hüquqpozmalardan əldə
edilmiş
gəlirlərin köçürülməsinin
qarşısının alınması, habelə belə
gəlirlərin götürülməsi;
f) bu Konvensiyaya uyğun olaraq
tanınmış hüquqpozmalardan əldə edilmiş gəlirlərin
köçürülməsi üzrə
əməliyyatların aşkar olunması və
dayandırılması;
g) bu Konvensiyaya uyğun olaraq tanınmış
hüquqpozmalardan əldə edilmiş gəlirlərin
yerdəyişməsinin, habelə belə gəlirlərin
köçürülməsi, gizlədilməsi və ya
ört-basdır edilməsi üçün istifadə olunan
metodların izlənməsi;
h) bu Konvensiyaya
uyğun olaraq tanınmış hüquqpozmalardan əldə
edilmiş gəlirlərin
geri qaytarılmasına imkan verən müvafiq və
səmərəli hüquqi və inzibati mexanizm
və metodlar;
i)
məhkəmə orqanları ilə əməkdaşlıq
edən zərərçəkən və şahidlərin
müdafiəsi
üçün istifadə edilən metodlar;
j)
əməkdaşların milli və beynəlxalq qaydalara,
habelə dillərin öyrənilməsinə aid
məsələlər üzrə hazırlanması.
2. İştirakçı
Dövlətlər özlərinin korrupsiya ilə
mübarizə üzrə müvafiq plan və proqramları
ilə bağlı bir-birinə, xüsusən inkişaf
etməkdə olan ölkələrin mənafeyi naminə,
öz imkanları daxilində ən geniş formada texniki
yardım göstərmək məsələsini
nəzərdən keçirirlər ki, belə yardıma
həmçinin bu maddənin 1-ci bəndində
göstərilən sahələr üzrə maddi yardım
və kadr hazırlığı, habelə ekstradisiya
və qarşılıqlı hüquqi yardım
sahəsində İştirakçı Dövlətlər arasında
beynəlxalq əməkdaşlığa kömək
edəcək kadr hazırlığı, yardım
göstərilməsi və müvafiq təcrübə və
xüsusi biliklərin qarşılıqlı mübadiləsi
daxildir.
3.
İştirakçı
Dövlətlər beynəlxalq və regional
təşkilatlarda, habelə, müvafiq ikitərəfli və
çoxtərəfli saziş və ya müqavilələr
çərçivəsində görülən praktiki və treninq
tədbirlərinin səmərəliliyinin
yüksəldilməsinə yönəlmiş səylərini
zəruri olan
dərəcədə gücləndirirlər.
4. İştirakçı
Dövlətlər səlahiyyətli orqanların və
ictimaiyyətin iştirakı ilə korrupsiyaya qarşı
mübarizə strategiyasının və fəaliyyət
planlarının hazırlanması məqsədilə, öz
ölkələrində korrupsiyanın növləri, səbəbləri,
nəticələri və məsrəfləri ilə bağlı
qiymətləndirmələrin, tədqiqat və
işlərin aparılmasında bir-birinə müvafiq
sorğu üzrə yardım etmək imkanlarını
nəzərdən keçirirlər.
5. Bu Konvensiyaya
uyğun olaraq tanınmış hüquqpozmalardan əldə
edilmiş
gəlirlərin tutulmasına yardım məqsədilə
İştirakçı Dövlətlər bu
məqsədə nail olmağa kömək edəcək
ekspertlərin adlarmı bir-birinə bildirmək
üçün əməkdaşlıq edə
bilərlər.
6. İştirakçı
Dövlətlər əməkdaşlığa və texniki
yardıma imkan yaratmaq, habelə
qarşılıqlı maraq doğuran problemlərin, o
cümlədən inkişaf etməkdə olan ölkələrin və keçid
iqtisadiyyatlı ölkələrin xüsusi problem və
tələbatının müzakirəsini
stimullaşdırmaq üçün subregional, regional
və beynəlxalq konfrans və seminarlardan istifadə
imkanlarını nəzərdən keçirirlər.
7. İştirakçı
Dövlətlər inkişaf etməkdə olan
ölkələrin və keçid iqtisadiyyatlı
ölkələrin texniki yardım sahəsində proqram
və layihələr həyata keçirməklə bu
Konvensiyanı tətbiq etmək səylərinə maliyyə
dəstəyi vermək üçün könüllü
mexanizmlərin yaradılması imkanlarını
nəzərdən keçirirlər.
8. Hər bir
İştirakçı Dövlət inkişaf etməkdə
olan ölkələrdə bu Konvensiyanın həyata
keçirilməsinə yönəlmiş proqram və
layihələrin realizəsinə Birləşmiş
Millətlər Təşkilatının Narkotiklər və
Cinayətkarlıq üzrə İdarəsi vasitəsilə
yardım etmək məqsədilə, İdarənin
ehtiyacları üçün könüllü
ianələrin ayrılması imkanlarını
nəzərdən keçirir.
M ad d ə 6 1
Korrupsiyaya dair məlumatların toplanması
və təhlili, bu məlumatların mübadiləsi
1.
Hər bir İştirakçı
Dövlət öz ərazisində korrupsiya sahəsində
təmayüllərin,
habelə korrupsiya hüquqpozmalarının törədildiyi
şəraitin ekspertlərin iştirakı
ilə təhlil edilməsi imkanlarını
nəzərdən keçirir.
2. İştirakçı
Dövlətlər korrupsiyaya dair analitik biliklərin, statistik
məlumatların və
korrupsiyanın qarşısının alınması və
onunla mübarizə üçün mümkün dərəcədə ümumi anlayışlar,
standartlar və metodologiyalar hazırlamaq məqsədilə, həmçinin
ən yaxşı praktika haqqında məlumatların
hazırlanmasını və
onların birbaşa və beynəlxalq və ya regional
təşkilatlar vasitəsilə mübadiləsini nəzərdən
keçirirlər.
3. Hər bir
İştirakçı Dövlət korrupsiya ilə
mübarizə üzrə öz siyasətinə və praktiki
tədbirlərinə nəzarət edilməsi, habelə
onların səmərəliliyinin və təsirliliyinin
qiymətləndirilməsi imkanlarını nəzərdən
keçirir.
Maddə 62
Başqa
tədbirlər: bu Konvensiyanın iqtisadi inkişaf
və
texniki yardım vasitəsilə həyata keçirilməsi
1. İştirakçı
Dövlətlər korrupsiyanın bütövlükdə
cəmiyyət üçün, o cümlədən sabit inkişaf
üçün mənfi nəticələrini
nəzərə alaraq, beynəlxalq əməkdaşlıq
vasitəsilə bu Konvensiyanın optimal səviyyədə
həyata keçirilməsinə imkan verən tədbirlər
görürlər.
2.
İştirakçı
Dövlətlər aşağıdakı
məqsədlərə nail olmaq üçün bir-biri
ilə, habelə
beynəlxalq və regional təşkilatlar ilə koordinasiya
şəraitində və imkan daxilində konkret
səylər göstərirlər:
a) inkişaf
etməkdə olan ölkələrin korrupsiyanın
qarşısının alınması və onunla
mübarizə sahəsində imkanlarını
gücləndirmək məqsədilə bu
ölkələrlə müxtəlif
səviyyələrdə əməkdaşlığın
fəallaşdırılması;
b) inkişaf
etməkdə olan ölkələrin korrupsiyanın
səmərəli surətdə qarşısının
alınması və onunla mübarizə üzrə
səylərini dəstəkləmək və onlara bu Konvensiyanı
müvəffəqiyyətlə həyata keçirməkdə
kömək etmək məqsədilə maliyyə və maddi
yardımın genişləndirilməsi;
c) inkişaf
etməkdə olan ölkələrin və keçid
iqtisadiyyatlı ölkələrin bu Konvensiyanın həyata
keçirilməsi ilə bağlı
tələbatlarının ödənilməsinə
kömək etmək üçün onlara texniki
yardım göstərilməsi. Bunun üçün,
İştirakçı Dövlətlər
Birləşmiş Millətlər Təşkilatı
tərəfindən yaradılmış maliyyələşdirmə
mexanizmində
konkret olaraq həmin məqsəd üçün
nəzərdə tutulmuş hesaba müntəzəm olaraq
kifayət miqdarda könüllü ianələr
köçürməyə çalışırlar.
İştirakçı
Dövlətlər bu Konvensiyanın müddəalarına
əsasən müsadirə olunmuş pul vəsaitlərinin müəyyən hissəsini və ya
cinayət yolu ilə əldə edilmiş gəlirlərin
və ya əmlakın müvafiq qismini yuxarıda
göstərilən hesaba köçürmək
məsələsini öz daxili qanunvericiliyinə və bu
Konvensiyanın müddəalarına uyğun olaraq ayrıca
nəzərdən keçirə bilərlər;
d) digər
İştirakçı Dövlətləri və maliyyə
qurumlarını, lazımi hallarda bu maddəyə uyğun
olaraq həyata keçirilən səylərə
qoşulmağa, xüsusən inkişaf etməkdə olan
ölkələrə bu Konvensiyada nəzərdə
tutulmuş məqsədlərə nail olmaqda yardım etmək
üçün daha çox hazırlıq proqramları
və müasir avadanlıqla təmin etməyə
həvəsləndirmə və inandırma.
3.
Bu tədbirlər ikitərəfli,
regional və ya beynəlxalq səviyyəli xarici yardım və ya
maliyyə əməkdaşlığı barədə
digər müqavilələrə aid mövcud öhdəliklərə
imkan daxilində xələl gətirmir.
4. İştirakçı
Dövlətlər bu Konvensiya ilə nəzərdə
tutulmuş beynəlxalq əməkdaşlığın
səmərəliliyinin təmin edilməsi, habelə
korrupsiyanın qarşısının alınması və
aşkar edilməsi və onunla mübarizə aparılması
üçün zəruri olan maliyyə müqavilələrini
nəzərə alaraq öz aralarında maddi-texniki yardıma
dair ikitərəfli və ya
çoxtərəfli saziş və ya müqavilələr
bağlaya bilərlər.
Fəsil
VII
TƏTBİQ MEXANİZMLƏRİ
M addə 6 3
Konvensiyanın İştirakçı
Dövlətlərinin Konfransı
1.
Bu Konvensiya ilə müəyyən
olunan məqsədlərə nail olunması yolunda
İştirakçı Dövlətlərin
imkanlarının və onlar arasında
əməkdaşlığın təkmilləşdirilməsi
məqsədilə, habelə bu Konvensiyanın tətbiq
edilməsinin təşviq və təhlil edilməsi
üçün Konvensiyanın İştirakçı
Dövlətlərinin Konfransı təsis olunur.
2. Birləşmiş
Millətlər Təşkilatının Baş Katibi bu
Konvensiyanın qüvvəyə minməsindən sonra bir
ildən gec olmayaraq İştirakçı
Dövlətlərin Konfransını
çağırır. Bundan sonra İştirakçı
Dövlətlərin Konfransında qəbul edilmiş prosedur
qaydalarına uyğun olaraq Konfransın növbəti
iclasları keçiriləcək.
3.
İştirakçı
Dövlətlərin Konfransı prosedur qaydalarını
və bu maddədə göstərilmiş fəaliyyət
növlərinin həyata keçirilməsini
tənzimləyən qaydaları, o cümlədən
müşahidəçilərin qəbul edilməsi və
iştirakına, habelə bu fəaliyyət növlərinin
həyata keçirilməsinə çəkilmiş
xərclərə aid qaydaları qəbul edir.
4. İştirakçı
Dövlətlərin Konfransı bu maddənin 1-ci
bəndində göstərilmiş məqsədlərə
nail olunması üçün fəaliyyət növləri,
iş prosedurları və metodları barədə
razılığa gəlir ki, bunlara həmçinin aiddir:
a) bu
Konvensiyanın 60 və 62-ci maddələrinə və II-V fəsillərinin
müddəalarına
uyğun olaraq, həmçinin könüllü
ianələrin toplanmasını stimullaşdırmaq yolu
ilə İştirakçı Dövlətlərin
fəaliyyətinin dəstəklənməsi;
b) digər
vasitələrlə yanaşı, həmçinin bu
maddədə göstərildiyi kimi, aidiyyəti
məlumatların dərc edilməsi yolu ilə,
korrupsiyanın formaları və bu sahədə
təmayüllər, korrupsiyanın qarşısının
alınması və onunla mübarizə, cinayət yolu
ilə əldə edilmiş gəlirlərin geri
qaytarılması üçün uğurlu təcrübə
barədə İştirakçı Dövlətlər
arasında məlumat mübadiləsinə kömək
göstərilməsi;
c) müvafiq
beynəlxalq və regional təşkilat və
mexanizmlərlə, habelə qeyri-hökumət
təşkilatları ilə əməkdaşlıq;
d) bir işin
lazımsız olaraq təkrarən görülməsinin
qarşısını almaq üçün digər
beynəlxalq və regional mexanizmlərin korrupsiyanın
qarşısının alınması və onunla
mübarizə məqsədilə hazırladıqları
müvafiq məlumatların lazımi qaydada istifadə
edilməsi;
e) bu
Konvensiyanın onun İştirakçısı olan
Dövlətlər tərəfindən tətbiq edilməsinin dövri olaraq
nəzərdən keçirilməsi;
f) bu
Konvensiyanın təkmilləşdirilməsinə və onun
tətbiqinə dair tövsiyələrin hazırlanması;
g) bu
Konvensiyanın tətbiqi üzrə İştirakçı
Dövlətlərin texniki yardıma olan ehtiyacının nəzərə alınması
və bununla bağlı Konfransın zəruri hesab edəcəyi bütün
hərəkətlər üzrə tövsiyələrin
hazırlanması.
5.
Bu maddənin 4-cü bəndinin
məqsədləri üçün İştirakçı
Dövlətlərin Konfransı İştirakçı
Dövlətlərin bu Konvensiyanın tətbiqi
üçün gördüyü tədbirlər
və bu zaman qarşılaşdıqları
çətinliklər barədə, onların özlərinin
təqdim etdiyi məlumat əsasında və
İştirakçı Dövlətlərin Konfransı
tərəfindən yaradıla bilən əlavə
nəzarət mexanizmləri əsasında zəruri məlumat
alır.
6. Hər bir
İştirakçı Dövlət öz proqramları,
planları və təcrübəsi barədə, habelə bu
Konvensiyanın tətbiqinə yönəlmiş qanunvericilik
və inzibati tədbirlər barədə
İştirakçı Dövlətlərin Konfransına
tələb olunan qaydada məlumat təqdim edir.
İştirakçı Dövlətlərin Konfransı,
digər mənbələrlə yanaşı, həmçinin
İştirakçı Dövlətlərdən və
səlahiyyətli beynəlxalq təşkilatlardan alınmış
məlumatlar da daxil olmaqla, məlumatların
alınmasının və onun əsasında müvafiq
qərarlar qəbul edilməsinin ən səmərəli
yollarını öyrənir. Müvafiq qeyri-hökumət təşkilatlarından
alınmış və
İştirakçı Dövlətlərin Konfransının
qərarı ilə müəyyən ediləcək
prosedurlara əsasən lazımi qaydada akkreditə olunmuş
materiallar da nəzərdən keçirilə bilər.
7. Bu maddənin 4-6-cı
bəndlərinə uyğun olaraq İştirakçı
Dövlətlərin Konfransı Konvensiyanın
səmərəli surətdə tətbiq edilməsinə
kömək məqsədilə, zəruri hesab edərsə,
hər hansı müvafiq mexanizmi və ya orqanı təsis edir.
M addə 64
Katiblik
1.
Birləşmiş
Millətlər Təşkilatının Baş katibi
Konvensiyanın İştirakçı Dövlətlərinin Konfransını
zəruri katiblik xidməti ilə təmin edir.
2. Katiblik:
a) bu
Konvensiyanın 63-cü maddəsi ilə müəyyən
edilən fəaliyyətin həyata
keçirilməsində İştirakçı
Dövlətlərin Konfransına kömək göstərir,
habelə İştirakçı Dövlətlərin
Konfransının sessiyalarını təşkil edir və
onları zəruri xidmətlə təmin edir;
b) İştirakçı
Dövlətlərə, onların xahişi üzrə, bu
Konvensiyanın 63-cü maddəsinin 5 və 6-cı
bəndlərində nəzərdə tutulduğu kimi,
İştirakçı Dövlətlərin Konfransına
məlumatlar verməkdə kömək göstərir; və
c) digər
müvafiq beynəlxalq və regional təşkilatların
katiblikləri ilə zəruri koordinasiyanı təmin edir.
Fəsil
VIII
YEKUN
MÜDDƏALAR
M a d d
ə 6 5
Konvensiyanın
təsdiq edilməsi
1.
Hər bir İştirakçı
Dövlət bu Konvensiya üzrə öhdəliklərin
yerinə yetirilməsini təmin etmək
üçün, öz daxili qanunvericiliyinin əsas
prinsiplərinə uyğun olaraq, zəruri tədbirlər, o
cümlədən qanunvericilik və inzibati tədbirlər görür.
2. Hər bir
İştirakçı Dövlət korrupsiyanın
qarşısının alınması və onunla mübarizə məqsədilə, bu Konvensiyada
nəzərdə tutulan tədbirlərdən daha ciddi və sərt tədbirlər
görə bilər.
M a d d
ə 6 6
Mübahisələrin
həlli
1.
İştirakçı
Dövlətlər bu Konvensiyanın təfsiri və
tətbiqi ilə bağlı yaranan mübahisələri
danışıqlar yolu ilə həll etməyə
çalışırlar.
2. Bu
Konvensiyanın təfsiri və ya tətbiqi ilə
bağlı iki və ya daha çox sayda
İştirakçı Dövlət arasında
yaranmış mübahisə danışıqlar yolu ilə
ağlabatan müddət ərzində həll edilə
bilməzsə, bu İştirakçı
Dövlətlərdən birinin müraciəti ilə
mübahisə arbitraj araşdırmasına verilir. Arbitraj
barədə müraciətin edildiyi gündən
altı ay ərzində bu İştirakçı
Dövlətlər arbitrajın təşkili barədə razılığa
gələ bilmirsə, bu İştirakçı
Dövlətlərdən hər hansı biri Beynəlxalq Ədalət
Məhkəməsinin Nizamnaməsinə uyğun olaraq
müraciət etməklə, mübahisəni
həmin Məhkəməyə verə bilər.
3. Hər bir
İştirakçı Dövlət bu Konvensiyanı
imzalayarkən, ratifikasiya edərkən, qəbul və ya
təsdiq edərkən, yaxud ona qoşularkən bəyan
edə bilər ki, o özünü bu maddənin 2-ci
bəndinin müddəaları ilə bağlı hesab etmir.
Digər
İştirakçı Dövlətlər belə
qeyd-şərt etmiş hər hansı
İştirakçı Dövlətə bu maddənin 2-ci
bəndinə münasibətdə bağlı deyillər.
4. Bu maddənin
3-cü bəndinə əsasən qeyd-şərt etmiş
İştirakçı Dövlət Birləşmiş
Millətlər Təşkilatının Baş katibinə
bildiriş göndərmək yolu ilə istənilən zaman bu
qeyd-şərti geri götürə bilər.
M addə 6 7
İmzalama, ratifikasiya, qəbuletmə,
təsdiqetmə və qoşulma
1.
Bu Konvensiya 2003-cü il dekabr
ayının 9-dan 11-dək Meksikanın Merida
şəhərində, sonra isə Nyu-Yorkda
Birləşmiş Millətlər Təşkilatının
Baş Qərargahında
2005-ci il 9 dekabr tarixinədək bütün
dövlətlər tərəfindən imzalanmaq
üçün açıqdır.
2. Bu Konvensiya regional iqtisadi
inteqrasiya təşkilatları tərəfindən imzalanmaq üçün də açıqdır,
lakin belə təşkilatların üzvü olan
dövlətlərdən ən azı biri bu Konvensiyam bu maddənin 1-ci
bəndinə uyğun olaraq imzalamış olmalıdır.
3. Bu Konvensiya
ratifikasiya, qəbul və ya təsdiq edilir. Ratifikasiya, qəbul və ya
təsdiq sənədləri Birləşmiş Millətlər
Təşkilatının Baş katibinə saxlanca təhvil verilir. Regional
iqtisadi inteqrasiya təşkilatı, əgər onun
üzvü olan dövlətlərdən
ən azı biri bu qaydada üzvlüyə qəbul
olunmuşdursa, öz ratifikasiya, qəbul və ya təsdiq
sənədini saxlanca təhvil verə bilər. Belə
ratifikasiya, qəbul və ya
təsdiq sənədində həmin təşkilat bu
Konvensiya ilə tənzimlənən məsələlərlə bağlı öz
səlahiyyət dairəsini bildirir. Həmin təşkilat
öz səlahiyyət dairəsində istənilən
müvafiq dəyişiklik barədə də depozitariyə
məlumat verir.
4. Bu Konvensiya
hər hansı dövlətin və ya üzv
dövlətlərindən ən azı biri bu Konvensiyanın
İştirakçısı olan regional iqtisadi inteqrasiya
təşkilatının qoşulması
üçün açıqdır. Qoşulma barədə
sənədlər Birləşmiş Millətlər
Təşkilatının Baş Katibinə saxlanca təhvil
verilir. Qoşulma zamanı regional iqtisadi inteqrasiya təşkilatı bu Konvensiya
ilə tənzimlənən məsələlərlə
bağlı öz səlahiyyət
dairəsini bildirir. Həmin təşkilat öz
səlahiyyət dairəsində istənilən müvafiq dəyişiklik barədə
də depozitariyə məlumat verir.
Maddə 68
Qüvvəyə minmə
1. Bu Konvensiya otuzuncu ratifikasiya, qəbul
və ya təsdiq sənədinin saxlanca təhvil verilməsi tarixindən
sonrakı doxsanıncı gün qüvvəyə minir. Bu
bəndin məqsədləri üçün, regional iqtisadi
inteqrasiya təşkilatı tərəfindən saxlanca
verilmiş hər hansı sənəd bu təşkilata
üzv dövlətlər tərəfindən saxlanca verilmiş sənədlərə
əlavə kimi hesab edilmir.
2. Otuzuncu
ratifikasiya, qəbul və ya təsdiq sənədinin saxlanca
verilməsindən sonra bu Konvensiyanı ratifikasiya, qəbul
və ya təsdiq edən, yaxud ona qoşulan hər bir
dövlət və ya regional iqtisadi inteqrasiya
təşkilatı üçün bu Konvensiya belə
dövlət və ya təşkilat tərəfindən
müvafıq sənədin saxlanca verildiyi tarixdən
sonrakı otuzuncu gün, yaxud bu maddənin 1-ci bəndinə əsasən bu
Konvensiyanın qüvvəyə mindiyi gün, bu iki
tarixdən hansının daha sonra gəlməsindən asılı
olaraq, qüvvəyə minir.
Maddə 69
Düzəlişlər
1.
Bu Konvensiyanın qüvvəyə
minməsindən beş il keçdikdən sonra İştirakçı
Dövlət düzəliş təklif edə və onu
Birləşmiş Millətlər Təşkilatının
Baş katibinə
göndərə bilər ki, o da bu təklifin baxılması
və qərar qəbul edilməsi məqsədilə
düzəlişi İştirakçı
Dövlətlərə və İştirakçı
Dövlətlərin Konfransına göndərir.
İştirakçı Dövlətlərin Konfransı
hər bir düzəlişlə bağlı konsensusa
nail olmaq üçün bütün səylərini
göstərir. Əgər konsensusa nail olmaq üçün bütün
səylər göstərilmiş, bununla belə
razılıq əldə olunmamışdırsa, onda ən son tədbir
kimi, düzəlişin qəbul edilməsi üçün,
İştirakçı Dövlətlərin Konfransının iclasında
iştirak edən və səs verən
İştirakçı Dövlətlərin
üçdə iki səs çoxluğu
tələb olunur.
2. Regional iqtisadi inteqrasiya
təşkilatları öz səlahiyyətlərinə aid
olan məsələlərdə bu
maddəyə əsasən səs hüququnu bu Konvensiyanın
İştirakçısı olan öz üzv dövlətlərinin sayına
bərabər səs sayı ilə həyata keçirir.
Belə təşkilatın
üzvü olan dövlətlər səs hüquqlarından
özləri istifadə edirlərsə, təşkilat səs
hüququnu həyata
keçirmir və əksinə.
3. Bu maddənin
1-ci bəndinə əsasən qəbul edilən
düzəliş İştirakçı Dövlətlər
tərəfindən ratifikasiya, qəbul və ya təsdiq edilir.
4. Bu maddənin
1-ci bəndinə əsasən qəbul edilən
düzəliş İştirakçı Dövlətə
münasibətdə bu düzəlişin ratifikasiya, qəbul
və ya təsdiq sənədinin Birləşmiş Millətlər
Təşkilatının Baş katibinə saxlanca verildiyi
tarixdən doxsan gün sonra
qüvvəyə minir.
5. Düzəliş
qüvvəyə mindikdə, onunla bağlı olmağa
razılıq vermiş İştirakçı
Dövlətlər üçün məcburi olur. Digər
İştirakçı Dövlətlər bu Konvensiyanın
müddəaları və əvvəllər ratifikasiya,
qəbul və ya təsdiq etdikləri
düzəlişlərlə bağlı olaraq
qalırlar.
Maddə
70
Denonsasiya
1.
İştirakçı Dövlət
Birləşmiş Millətlər Təşkilatının
Baş katibinə yazılı bildiriş göndərmək yolu ilə
bu Konvensiyanı denonsasiya edə bilər. Belə denonsasiya bildirişin baş katib
tərəfindən alındığı tarixdən bir il
keçdikdən sonra qüvvəyə
minir.
2. Regional iqtisadi
inteqrasiya təşkilatının üzvü olan
bütün dövlətlər bu Konvensiyanı denonsasiya
etdikləri halda, həmin təşkilatın bu Konvensiyaya
tərəf olması dayandırılır.
Maddə 7 1
Depozitari və dillər
1.
Bu Konvensiyanın depozitarisi
Birləşmiş Millətlər Təşkilatının
Baş katibi təyin
olunur.
2. Bu
Konvensiyanın ingilis, ərəb, ispan, çin, rus və
fransız dillərində bərabər autentik
mətnlərdə olan əsli Birləşmiş
Millətlər Təşkilatının Baş katibinə saxlanca
verilir.
Bunun təsdiqi olaraq, öz
hökumətləri tərəfindən lazımi qaydada
səlahiyyətləndirilmiş
aşağıda imza edən səlahiyyətli
nümayəndələr bu Konvensiyanı imzaladılar.
Birləşmiş Millətlər
Təşkilatının korrupsiya Əleyhinə
Konvensiyasına dair Azərbaycan Respublikasının
QEYD-ŞƏRTLƏRİ VƏ BƏYANATLARI
1.
Azərbaycan Respublikası bəyan edir
ki, o, Ermənistan Respublikası tərəfindən
işğal olunmuş ərazilərində Konvensiyanın
müddəalarının yerinə yetirilməsinə
həmin ərazilərin işğaldan azad olunmasına
qədər təminat vermək iqtidarında deyildir
(işğal olunmuş ərazilərin sxematik xəritəsi
əlavə olunur).
2. Azərbaycan
Respublikası bəyan edir ki, Konvensiyada öz əksini
tapmış heç bir hüquq, öhdəlik və müddəa
Azərbaycan Respublikası tərəfindən Ermənistan
Respublikasına münasibətdə tətbiq
edilməyəcəkdir.
3. Azərbaycan
Respublikası Konvensiyanın 44-cü maddəsinin 6-cı
bəndinin "a"
yarımbəndinə uyğun olaraq bəyan edir ki, o,
cinayət törətmiş şəxslərin verilməsi
(ekstradisiya) üzrə digər iştirakçı
dövlətlərlə əməkdaşlıq
üçün bu Konvensiyadan hüquqi əsas kimi
istifadə edəcəkdir.
4. Azərbaycan Respublikası
Konvensiyanın 46-cı maddəsinin 13-cü bəndinə uyğun olaraq bildirir ki,
qarşılıqlı hüquqi yardımın
göstərilməsi üzrə sorğuların qəbul edilməsinə və ya
onların yerinə yetirilməsinə, bu sorğuların yerinə yetirilməsi üçün
müvafiq səlahiyyətli orqanlara verilməsinə
görə məsuliyyət daşıyan mərkəzi
orqan kimi Azərbaycan Respublikasının Baş Prokurorluğu təyin olunur.
Ünvan: Azərbaycan
Respublikası, Bakı şəhəri, AZ 1001, Nigar
Rəfibəyli küçəsi, 7.
5. Azərbaycan
Respublikası Konvensiyanın 46-cı maddəsinin 14-cü
bəndi ilə
əlaqədar bəyan edir ki, qarşılıqlı
hüquqi yardım göstərilməsi barədə sorğular və
onlara əlavə edilən sənədlər Azərbaycan
dilinə tərcümə edilməklə BMT-nin rəsmi
dillərindən olan rus və ya ingilis dilində təqdim
oluna bilər.
6. Azərbaycan
Respublikası Konvensiyanın 66-cı maddəsinin 3-cü
bəndinə
istinadən bildirir ki, o, özünü sözügedən
Konvensiyanın 66-cı maddəsinin 2-ci bəndinin
müddəaları ilə bağlı hesab etmir.