Telekommunikasiya haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında telekommunikasiya
sahəsində fəaliyyətin hüquqi, iqtisadi, təşkilati
əsaslarını müəyyənləşdirir və telekommunikasiya
resurslarının məqsədyönlü planlaşdırılmasını
və ədalətli istifadə olunmasını tənzimləyir.
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1 . Əsas anlayışlar
1.0. Bu Qanunda aşağıdakı anlayışlardan
istifadə olunur:
1.0.1. telekommunikasiya - elektrik və ya elektromaqnit
rabitə vasitələri (kabel, optik və radio əlaqəsi və
digər vasitələr) ilə hər hansı siqnalın, səsin
və təsvirin məsafəyə ötürülməsi və
qəbul edilməsi;
1.0.2. telekommunikasiya şəbəkəsi
- telekommunikasiyanın təmin edilməsi üçün vahid
texniki və texnoloji sistemdə birləşdirilmiş müxtəlif
növ vasitə və qurğuların məcmusu;
1.0.3. ümumistifadəli telekommunikasiya şəbəkəsi
- müvafiq qaydalar, standartlar, xidmət göstərilməsi və
ödəmə şərtləri əsasında abunəçinin
istifadə edə biləcəyi telekommunikasiya xidmətlərinin
göstərilməsi üçün nəzərdə tutulan
və bütün istifadəçilərə qoşulma imkanını
verən telekommunikasiya şəbəkəsi, yaxud onun bir hissəsi;
1.0.4. telekommunikasiya xidməti - müvafiq
telekommunikasiya şəbəkəsi vasitəsilə hüquqi,
fiziki şəxslərin və qanuni əsaslarla fəaliyyət
göstərən digər subyektlərin telekommunikasiyaya olan tələbatının
ödənilməsi məqsədilə həyata keçirilən
fəaliyyət;
1.0.5. universal telekommunikasiya xidməti - bütün
istifadəçilərə müyəssər olan telekommunikasiya
xidmətlərinin məcmusu;
1.0.6. telekommunikasiya vasitələri - müvafiq
şəbəkə və sistemlərin yaradılması, telekommunikasiya
xidməti göstərilməsi üçün istifadə edilən
avadanlıqlar, proqram təminatı;
1.0.7. telekommunikasiya qurğuları - müvafiq
şəbəkə və sistemlərin yerləşdirilməsi,
telekommunikasiya xidməti göstərilməsi üçün
istifadə edilən bina, qüllə və digər mühəndis-texniki
obyektlər;
1.0.8. telekommunikasiya operatoru (bundan sonra - operator)
- mülkiyyətində olan telekommunikasiya şəbəkəsi
vasitəsilə qanuni əsaslarla telekommunikasiya xidmətləri
göstərən hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti
ilə məşğul olan fiziki şəxs;
1.0.9. telekommunikasiya provayderi (bundan sonra -
provayder) – telekommunikasiya operatorunun şəbəkəsindən
istifadə edərək telekommunikasiya xidmətləri göstərən
hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə
məşğul olan fiziki şəxs;
1.0.10. telekommunikasiya şəbəkəsinin
son nöqtəsi (bundan sonra – son nöqtə) - abunəçilərin
telekommunikasiya şəbəkəsinə qoşulduğu, yaxud
qoşula biləcəyi nöqtə;
1.0.11. son telekommunikasiya avadanlığı
(bundan sonra - son avadanlıq) - telekommunikasiya xidmətlərindən
istifadə məqsədilə telekommunikasiya şəbəkəsinin
qoşulma nöqtələrinə birləşdirilən avadanlıqlar
(telefon aparatı, kompüter və s.);
1.0.12. telekommunikasiya xidməti istifadəçisi
(bundan sonra - istifadəçi) - hüquqi əsaslarla telekommunikasiya
xidmətlərindən istifadə edən şəxs;
1.0.13. telekommunikasiya xidməti abunəçisi
(bundan sonra - abunəçi) operator, provayder ilə bağladığı
müqavilə əsasında telekommunikasiya xidmətlərindən
istifadə edən şəxs;
1.0.14. nömrə resursu - rəqəmli,
hərfi işarələmə və ya həmin işarələrin
kombinasiyası, o cümlədən telekommunikasiya şəbəkəsinin
və (və ya) onun qovşaq və ya son nöqtələrinin
birmənalı şəkildə müəyyənləşdirilməsi
üçün nəzərdə tutulan və telekommunikasiya şəbəkəsində
istifadəsi mümkün olan kodların (nömrələnmə
variantlarının) məcmusu və ya onların bir hissəsi;
1.0.15. məxsusiləşdirmə kodu - operatorun,
provayderin və abunəçinin müəyyənləşdirilməsi
üçün tətbiq edilən rəqəmlər və (və
ya) işarələr;
1.0.16. trafik - telekommunikasiya şəbəkəsində
və ya telekommunikasiya şəbəkələri arasında ötürülən
siqnallar (məlumatlar) toplusu;
1.0.17. elektromaqnit uyğunluğu - radioelektron
vasitələrinin və (və ya) yüksək tezlikli qurğuların
qəbul olunmuş keyfiyyətlə ətraf elektromaqnit şəraitində
digər radioelektron vasitələrinə və (və ya) yüksək
tezlikli qurğuların işinə yolverilməz maneələr
yaratmadan işləmək qabiliyyəti;
1.0.18. radiotezlik - açıq fəzada (efirdə)
sərbəst yayılan elektromaqnit dalğaları spektrinin ayrı-ayrı
tərkib hissələri;
1.0.19. “az” ölkə kodlu yüksək səviyyəli
domen - qlobal İnternet şəbəkəsində ölkəyə
məxsus milli seqmenti əks etdirən şərti işarə;[1]
1.0.20. domen adlarının milli inzibatçısı -
“az” ölkə kodlu yüksək səviyyəli domen zonasında
domen adlarının inzibatçılığını həyata
keçirən səlahiyyətli şəxs.[2]
Maddə 2 . Telekommunikasiyanın təyinatı
Telekommunikasiya ölkənin istehsal və
sosial infrastrukturunun tərkib hissəsi olmaqla, dövlət hakimiyyəti
orqanlarının, fiziki və hüquqi şəxslərin, həmçinin
xarici dövlətlərin Azərbaycan Respublikasında fəaliyyət
göstərən diplomatik nümayəndəliklərinin və
beynəlxalq təşkilatların filial və nümayəndəliklərinin
telekommunikasiya xidmətlərinə olan tələbatlarını
təmin edir.
Maddə 3 . Telekommunikasiya fəaliyyətinin əsas prinsipləri
və istiqamətləri
3.1. Telekommunikasiya fəaliyyəti aşağıdakı
prinsiplər əsasında həyata keçirilir:
3.1.1. operatorların, provayderlərin, istifadəçilərin
hüquq bərabərliyi və qanuni mənafelərinin qorunması;
3.1.2. xüsusi təyinatlı telekommunikasiya
şəbəkələri və vasitələri ilə məlumatların
qəbulunun və ötürülməsinin qanunvericilikdə nəzərdə
tutulan qaydada məxfiliyinin təmin edilməsi;
3.1.3. şəbəkə əməliyyatlarının
təhlükəsizliyinin təmin edilməsi;
3.1.4. tarif siyasətinin tənzimlənməsi;
3.1.5. telekommunikasiya şəbəkəsinin
bütövlüyünün qorunması;
3.1.6. telekommunikasiya şəbəkələrinin
qarşılıqlı fəaliyyətinin operativliyi;
3.1.7. radiotezliklərin, nömrə resurslarının
və qısa kodların səmərəli istifadəsi;
3.1.8. telekommunikasiya xidmətləri bazarında
inhisarçılığın yolverilməzliyi və sağlam
rəqabət mühitinin təmin edilməsi;
3.1.9. qərarların qəbul edilməsində
şəffaflıq və aşkarlığın təmin edilməsi;
3.1.10. telekommunikasiya sahəsində dövlət
tənzimləmə funksiyalarının təsərrüfat funksiyalarından
ayrılması;
3.1.11. telekommunikasiya sahəsində beynəlxalq
əməkdaşlıq.
3.2. Telekommunikasiya fəaliyyəti aşağıdakı
istiqamətlər əsasında həyata keçirilir:
3.2.1. vahid dövlət siyasətinin formalaşdırılması
və həyata keçirilməsi;
3.2.2. dövlət tənzimlənməsinin
həyata keçirilməsi;
3.2.3. telekommunikasiya sahəsinin inkişafı
və onun beynəlxalq telekommunikasiya şəbəkələri
ilə inteqrasiyasının təmin olunması üçün
şəraitin yaradılması;
3.2.4. dövlət idarəçiliyi, ölkənin
müdafiəsi, milli təhlükəsizliyi və ictimai asayişin
qorunmasında telekommunikasiya xidmətlərinə tələbatın
ödənilməsinə zəruri şəraitin yaradılması;
3.2.5. fövqəladə hallarda telekommunikasiya
şəbəkələrinin dayanıqlı işləməsinin
təmin edilməsi;
3.2.6. operatorlar arasında arabağlantı
münasibətlərinin tənzimlənməsi;
3.2.7. milli informasiya resurslarının formalaşdırılması;
3.2.8. qanunvericilikdə müəyyən
edilmiş tələblərə əməl olunmasına dövlət
nəzarətinin həyata keçirilməsi.
Maddə 4 . Telekommunikasiya fəaliyyətinin obyektləri və
subyektləri
4.1. Dövlətin, hüquqi və fiziki
şəxslərin, həmçinin xarici dövlətlərin
Azərbaycan Respublikasında fəaliyyət göstərən
diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların
filial və nümayəndəliklərinin maraq dairəsinə
aid olan mövcud informasiya məkanı, telekommunikasiya vasitələri
və qurğuları telekommunikasiya obyekti hesab edilirlər.
4.2. Telekommunikasiya xidmətləri göstərən,
onları tənzimləyən, habelə bu
xidmətlərdən və radiotezliklərdən istifadə
edən bütün dövlət orqanları (qurumları),
fiziki və hüquqi şəxslər, həmçinin xarici dövlətlərin
Azərbaycan Respublikasında fəaliyyət göstərən
diplomatik nümayəndəlikləri və beynəlxalq təşkilatların
filial və nümayəndəlikləri telekommunikasiya fəaliyyətinin
subyektləridirlər. Telekommunikasiya fəaliyyətinin subyektləri
arasında münasibətlər qanunvericilikdə nəzərdə
tutulan tələblər və müqavilələr əsasında
qurulur. [3]
4.3. Telekommunikasiya fəaliyyətinin obyektləri
və subyektləri Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyinə və onun tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun olaraq Azərbaycan
Respublikasının ərazisində və onun hüdudlarından
kənarda mövcud ola bilərlər.
Maddə 5 . Telekommunikasiya haqqında qanunvericilik
5.1. Telekommunikasiya haqqında qanunvericilik
Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan,
digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən
ibarətdir.
5.2. Televiziya və radio yayımı ilə
bağlı münasibətlər "Media
haqqında" Azərbaycan Respublikasının Qanunu,
bu Qanun və digər normativ aktlarla tənzimlənir. [4]
II fəsil
TELEKOMMUNİKASİYA FƏALİYYƏTİNİN
TƏNZİMLƏNMƏSİ
Maddə 6 . Telekommunikasiya fəaliyyətinin dövlət tənzimlənməsi
6.1. Azərbaycan Respublikasında telekommunikasiya
fəaliyyətinin tənzimlənməsi dövlətin səlahiyyətindədir
və aşağıdakı istiqamətlərdə həyata
keçirilir:
6.1.1. nömrə resursundan istifadənin
təşkili;
6.1.2. telekommunikasiya fəaliyyətinin lisenziyalaşdırılması;
6.1.3. telekommunikasiya sahəsində sertifikatlaşdırmanın təşkili;[5]
6.1.4. telekommunikasiya xidmətləri və
radiotezliklərdən istifadə üzrə tariflərin tətbiqi;
6.1.5. telekommunikasiya sahəsində sağlam
rəqabət mühitinin və antiinhisar fəaliyyətin
tənzimlənməsi;[6]
6.1.6. radiotezliklərdən istifadənin
təşkili;
6.1.7. operatorlar arasında qarşılıqlı
arabağlantı münasibətlərinin tənzimlənməsi;
6.1.7-1. internet telekommunikasiya xidməti göstərən
operatorların və provayderlərin uçotunun aparılması;[7]
6.1.8. qanunvericiliklə müəyyən
edilmiş digər tənzimləmə istiqamətləri.
Maddə 7 . Nömrə resursundan istifadənin təşkili
7.1. Ölkənin nömrə resursu, ölkə
kodu, həmçinin “az” ölkə kodlu yüksək səviyyəli
domen dövlətə məxsusdur. Ölkə ərazisində
nömrə resurslarının tənzimlənməsi dövlətin
müstəsna hüququdur.
7.2. İstifadəçilərin telekommunikasiya
xidmətlərinə olan tələbatını ödəmək
üçün nömrə resursu qanunvericiliklə müəyyən
olunmuş qaydalarda operatora, provayderə ayrılır.
7.3. Nömrə resursu müvafiq icra hakimiyyəti
orqanı ilə operator, provayder arasında bağlanan müqaviləyə
uyğun olaraq ödənişli əsaslarla müddətli və
ya daimi istifadəyə verilir.
7.4. Telekommunikasiya operatoruna, provayderinə
,eyni zamanda digər hüquqi və fiziki şəxslərə
nömrə resurslarının ayrılması müvafiq icra hakimiyyəti
orqanı tərəfindən aşağıdakı prinsiplər
nəzərə alınmaqla hazırlanan nömrə resurslarının
ayrılması və istifadəsi qaydalarına uyğun olaraq həyata
keçirilir:[8]
7.4.1. operatorun, provayderin mövcud maddi-texniki
bazasının genişləndirilməsi;
7.4.2. operatorun, provayderin mövcud texnoloji
fəaliyyət rejiminin pozulmaması;
7.4.3. sağlam rəqabətə şərait
yaradılması;
7.4.4. istifadəçilərin telekommunikasiya
xidmətlərindən istifadə etmək hüquqlarının
məhdudlaşdırılmaması.
7.5. Nömrə resursunun verilməsindən
yalnız qanunla müəyyən edilən hallarda imtina oluna bilər
və bu imtinadan inzibati qaydada və (və ya) məhkəməyə
şikayət verilə bilər.[9]
7.6. Operatora, provayderə nömrə resursunun
ayrılması, dəyişdirilməsi və geri alınması
haqqında məlumatlar kommersiya sirri təşkil etmir.
7.7. Operator, provayder onun üçün
ayrılmış nömrə resursunu və ya onun bir hissəsini
yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı
ilə digər operatora, provayderə verə bilər.
7.8. Hüquqi şəxsin yenidən təşkili
zamanı onun üçün ayrılmış nömrə resursu
üzrə sənədlər, o cümlədən hüquqi varisin
ərizəsi, bir neçə varis olduqda onların birgə ərizəsi
əsasında təkrar ödəniş tələb olunmadan yenidən
təsdiq edilir. Hüquqi varislər arasında nömrə resursları
üzrə mübahisələr məhkəmə yolu ilə həll
olunur.
7.9. Ölkənin qarşılıqlı
əlaqədə olan vahid telekommunikasiya şəbəkələrinin
nömrə resurslarının, o cümlədən beynəlxalq
telekommunikasiya şəbəkəsinin Azərbaycan seqmentinin (ölkə
kodu) nömrə resurslarının ayrılması və istifadəsi
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir. Həmin orqan təsdiq edilmiş nömrələmə
sistemini və planını, həmçinin Azərbaycan Respublikasının
üzv olduğu beynəlxalq təşkilatların tövsiyələrini
nəzərə alır.[10]
7.10. “az” ölkə kodlu yüksək səviyyəli
domen adlarının qeydiyyatı və istifadəsi qaydaları,
habelə domen adlarının reyestrinə daxil edilən məlumatlar
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.[11]
7.10-1. “az” ölkə kodlu yüksək səviyyəli
domen zonasında domen adlarının qeydiyyatı və onlara texniki
xidmət üzrə ödənişin məbləği müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
ilə razılaşdırılmaqla, domen adlarının milli
inzibatçısı tərəfindən müəyyən edilir.[12]
7.11. Bu Qanun qüvvəyə minənədək
operatora, provayderə verilmiş nömrə resursunun ilkin istifadə
müddəti bitdikdə, həmin nömrə resursunun istifadəçisi
müvafiq nömrə resursundan növbəti müddətə
istifadə edilməsinə dair müqavilənin bağlanmasında
üstünlük hüququna malikdir.
Maddə 8 . Telekommunikasiya fəaliyyətinin lisenziyalaşdırılması
Telekommunikasiya fəaliyyəti sahəsində
lisenziyalaşdırma Azərbaycan Respublikasının qanunvericiliyinə
əsasən tənzimlənir.
Maddə 9 . Telekommunikasiya sahəsində sertifikatlaşdırma
9.1. Ümumistifadəli telekommunikasiya şəbəkələrində
istifadə edilən telekommunikasiya vasitələri və qurğuları
qanunvericilikdə müəyyən olunmuş qaydada sertifikatlaşdırılmalıdır.
9.2. Qanunvericiliklə müəyyən edilmiş
uyğunluq sertifikatı olmayan telekommunikasiya vasitələrinin
və qurğularının ümum istifadəli telekommunikasiya
şəbəkələrində istismarına yol verilmir.
9.3. Telekommunikasiya vasitələrinin və
qurğularının zəruri texniki sınağının aparılması,
texniki və təhlükəsizlik göstəriciləri üzrə
rəy verilməsi Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
9.4. Telekommunikasiya vasitələri və
qurğularının sertifikatlaşdırılması müvafiq icra hakimiyyəti orqanının
akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu
və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən
qurumlar tərəfindən həyata keçirilir.
9.4-1. Bu Qanunun 9.4-cü maddəsində nəzərdə
tutulan uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası
“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
olunmuş qaydada həyata keçirilir.[13]
9.5. Ümum istifadəli telekommunikasiya xidmətlərinin
sertifikatlaşdırılması könüllü qaydada aparılır.
9.6. Telekommunikasiya fəaliyyəti sahəsində
sertifikatlaşdırmanın qaydaları müvafiq icra hakimiyyəti
tərəfindən müəyyən edilir.
Maddə 10 . Telekommunikasiya xidmətləri və radiotezliklərdən
istifadə üzrə tariflərin tətbiqi
10.1. Telekommunikasiya xidmətləri və
radiotezliklərdən istifadə üzrə tariflər Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.[14]
10.2. Azərbaycan Respublikasında ixtisaslaşdırılmış
təcili yardım xidmətlərinin (yanğından mühafizə,
polis, təcili tibbi yardım, qaz və elektrik qəza xidməti
və qanunvericilikdə nəzərdə tutulan digər bu kimi
xidmətlər) çağırılması üçün
istənilən telekommunikasiya şəbəkələrindən
bütün hüquqi və fiziki şəxslərin pulsuz istifadəsinə
təminat verilir. İstifadəçilərin bu hüquqlarını
məhdudlaşdıran operatorlar, provayderlər və onların
vəzifəli şəxsləri qanunvericiliklə müəyyən
edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 11. Telekommunikasiya sahəsində sağlam rəqabət
mühitinin və antiinhisar fəaliyyətin tənzimlənməsi[15]
11.1. Telekommunikasiya sahəsində fəaliyyət
göstərən operatorlar, provayderlər, digər hüquqi və
fiziki şəxslər, habelə avadanlıqların istehsalçıları
və təchizatçıları telekommunikasiya şəbəkələrinin
yaradılmasında və inkişaf etdirilməsində, xidmətlərin
göstərilməsində bərabərhüquqlu subyektlər
hesab edilirlər.
11.2. Müvafiq telekommunikasiya xidməti bazarında
rəqabət qanunvericiliyinə
əsasən hökmran mövqe tutan operator, provayder fəaliyyətində
rəqabət qanunvericiliyinə
və aşağıdakı şərtlərə riayət
etməlidir:[16]
11.2.1. telekommunikasiya xidməti bazarına
bərabərhüquqlu daxilolmanı təmin etmək məqsədilə
hökmran mövqe tutan operator eyni xidməti göstərən
digər operatorlar arabağlantı məqsədləri üçün
şəbəkələrin qoşulması və trafik mübadiləsi
üzrə bərabər şərait yaratmağa borcludur;
11.2.2. qanunda
nəzərdə tutulmuş hallar istisna olunmaqla, hökmran mövqe
tutan operator, provayder arabağlantı məqsədləri üçün
öz şəbəkəsinə digər operatorun, provayderin müvafiq
müqavilə əsasında qoşulmasından imtina edə bilməz;[17]
11.2.3. qanunda
nəzərdə tutulmuş hallar istisna olunmaqla, hökmran mövqe
tutan operator, provayder öz şəbəkəsi vasitəsilə
xətləri (kanalları) digər operatorlara, provayderlərə
ümumi müqavilə əsasında icarəyə verir;
11.2.4. müvafiq icra hakimiyyəti orqanı
hökmran mövqe tutan operatorun, provayderin uyğun fəaliyyəti
üzrə xüsusi tələblər müəyyən edir.
11.3. Müvafiq icra hakimiyyəti orqanları
telekommunikasiya sahəsində haqsız rəqabətin və inhisarçı
fəaliyyətin qarşısının alınması üzrə
qanunvericiliklə müəyyən edilmiş tədbirlər görür.
11.4. Haqsız rəqabətə, istifadəçilərin
maraq və hüquqlarının pozulmasına, yaxud qanuna zidd olan
hər hansı digər əməllərə yol verən şəxslər
qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət
daşıyırlar.
Maddə 12 . Operatorlar arasında qarşılıqlı arabağlantı
münasibətlərinin tənzimlənməsi
12.1. Operatorlar öz şəbəkələri
arasında qarşılıqlı arabağlantını müqavilə
(bundan sonra - arabağlantı müqaviləsi) əsasında həyata
keçirirlər.
12.2. Arabağlantı müqaviləsində
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilən şərtlərə zidd olmayan texniki, iqtisadi (şəbəkələrarası
qoşulma haqları, qarşılıqlı arabağlantıda
trafikin ötürülməsi zamanı pay bölgüsü,
ixtisaslaşdırılmış təcili yardım xidmətlərinə
edilən zənglərə görə ödənişlər
və s. nəzərə alınmaqla) və qanunvericiliyə uyğun
olaraq müqaviləni bağlayan tərəflərin müəyyən
etdiyi digər məsələlər nəzərə alınmalıdır.
12.3. Operator hər bir ümumistifadəli
telekommunikasiya şəbəkəsi operatoru ilə 2 ay müddətindən
gec olmayaraq arabağlantı müqaviləsi bağlamalıdır.
Göstərilən müddət ərzində hər hansı
operator ilə razılıq əldə edilmədikdə, müvafiq
icra hakimiyyəti orqanı tərəfindən, mübahisənin
predmeti nəzərə alınmaqla, müəyyən olunan şərtlər
əsasında tərəflər arasında 7 iş günü
müddətində arabağlantı müqaviləsi bağlanmalıdır.
Arabağlantı müqaviləsinin bağlanması ilə əlaqədar
mübahisələr məhkəmə qaydasında həll edilir.
12.4. Ümumistifadəli telekommunikasiya şəbəkəsinə
qoşulma və istifadə qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 13 . Radiotezliklərdən istifadənin təşkili
13.1. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr ilə
müəyyənləşdirilmiş hədlərdə, radioelektron
vasitələrinin və ya yüksək tezlikli qurğuların
işləməsi üçün istifadə oluna bilən radiotezliklər
dövlətə məxsusdur və onların tənzimlənməsi
dövlətin müstəsna hüququdur.
13.2. Radiotezliklər istifadə üçün
bu Qanuna və “Lisenziyalar və icazələr
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən
10 il müddətinə ayrılır. [18]
13.2-1. Radiotezliklərin ayrılması
haqqında qərar “Lisenziyalar və icazələr
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş hallarla yanaşı,
həmçinin aşağıdakı hallarda ləğv edilir: [19]
13.2-1.1. telekommunikasiya xidmətlərinin
göstərilməsi üçün verilən lisenziya
ləğv edildikdə, o cümlədən sellülar (mobil)
telekommunikasiya xidmətləri üçün verilən
lisenziyanın müddəti bitdikdə;
13.2-1.2. radiotezliklərin ayrılması
haqqında qərar alındıqdan sonra 1 ay
müddətində radiotezlik istifadəçisi
tərəfindən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanla (qurumla)
radiotezliklərdən istifadəyə dair müqavilə
bağlanılmadıqda;
13.2-1.3. radiotezlik istifadəçisi
tərəfindən radiotezliklərdən istifadəyə dair
bağlanılmış müqavilədə olan
öhdəliklər yerinə yetirilmədikdə, o
cümlədən tezlik nominalları üçün
mövcud tariflərə uyğun 2 il müddətində
ödənişlər tam aparılmadıqda və
ayrılmış radiotezliklər 3 ay müddətində
istifadə edilmədikdə.
13.2-2. Radiotezliklərdən
istifadəyə dair müqavilədə tərəflərin
hüquq və vəzifələri, radiotezliklərdən
istifadə və ödəniş şərtləri,
müqavilənin ləğvi və dəyişdirilməsi
qaydaları və əsasları, habelə müqavilənin
predmetinə dair digər mühüm şərtlər əks
etdirilir. Radiotezliklərdən istifadəyə dair
müqavilənin nümunəvi forması müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilir.
13.3. Radiotezliklərdən, radioelektron vasitələrdən
və bu sahədə mülki təyinatlı qurğulardan istifadə
qaydalarının müəyyənləşdirilməsi, onların
icrasına nəzarət və telekommunikasiya vasitələrinin
elektromaqnit sahəsinin monitorinqi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən həyata keçirilir.
13.3-1. Radiotezliklərin ayrılması
haqqında qərar olmadan radiotezliklərdən istifadə
etməklə radioelektron vasitələrin
layihələndirilməsi, quraşdırılması və
istismar edilməsi, habelə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
müəyyən etdiyi radioelektron vasitələrin
istifadəsinə icazə vərəqəsi olmadan radioelektron
vasitələrin quraşdırılması və istismar
edilməsi qadağandır. [20]
13.3-2. Radiomüşahidə və
radionəzarət aparmaq üçün geniş tezlik
diapazonlu radioqəbuledici qurğuların və müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilən güc
meyarı həddindən artıq olan
radioötürücülərin xüsusi icazə olmadan
əldə edilməsi və idxalı qadağandır.
13.4. Radiotezliklər aşağıdakılar
nəzərə alınmaqla ayrılır:
13.4.1. tezlik zolaqlarının ayrılma cədvəli
və radiotezliklər spektrinin perspektiv istifadə planı;
13.4.2. dövlət hakimiyyəti, o cümlədən
müdafiə, təhlükəsizlik və asayişi mühafizə
orqanlarının ehtiyaclarını təmin etmək məqsədilə
ayrı-ayrı subyektlərə ayrılmış radiotezliklərin
başqa radiotezliklərə keçirilməsi şərtilə
qanunvericiliklə müəyyən olunmuş qaydada dəyişdirilməsi;
13.4.3.
planlaşdırılan radiotezliklər və həmin
radiotezliklərdə istifadə olunan radioelektron vasitələrin
elektromaqnit uzlaşması üzrə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi.[21]
13.4-1.
Beynəlxalq və ölkə səviyyəli tədbirlərin,
o cümlədən idman yarışlarının
keçirildiyi müddətdə radiotezlik istifadəçilərinin
radiotezlik zolaqlarından istifadə hüququ müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) təklifi ilə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı
əsasında dövlət təhlükəsizliyi məqsədləri
üçün müstəsna hallarda məhdudlaşdırıla
bilər. Bu zaman müvafiq tədbirin, o cümlədən
idman yarışının təşkilatçısının
vəsaiti hesabına radiotezlik istifadəçilərinə
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada
kompensasiya ödənilir.[22]
13.5. Ayrılmış tezlik diapazonları
üçün verilmiş hüquqları məhdudlaşdırmadan
tezlik zolaqlarının ayrılması cədvəlinə 4 ildə
bir dəfədən və radiotezliklər spektrindən perspektiv
istifadə planına 10 ildə bir dəfədən az olmayaraq
yenidən baxılır və müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir.
13.6. Radiotezliklərdən istifadə təyinatı,
radiotezliklərin sayı, zolağı və istismar olunan radioelektron
vasitələri nəzərə alınmaqla birdəfəlik və
müddətli (aylıq və ya illik) ödənişlər müəyyən
olunur. Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi
və ödənişlərin təyin olunması qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən normativ
hüquqi aktlar vasitəsilə müəyyənləşdirilir.[23]
13.7. Bütün növ radiovericilərin
və digər radiotezlikli qurğuların yaratdığı radiomaneələrin
qarşısının alınması qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
13.8. Televiziya və radio yayımının
ehtiyacları üçün radiotezliklərin istifadəsi qanunvericiliyə
uyğun olaraq müvafiq dövlət orqanı tərəfindən
tənzimlənir.
Maddə 13-1.
İnternet
telekommunikasiya xidməti göstərən operatorların və
provayderlərin uçotu[24]
13-1.1.
İnternet telekommunikasiya xidməti göstərən operatorlar
və provayderlər xidmət göstərməyə başladıqları
vaxtdan 15 gün müddətində müvafiq icra hakimiyyəti
orqanında uçota durmalıdırlar, habelə uçot məlumatlarında
baş vermiş dəyişiklik barədə müvafiq icra hakimiyyəti
orqanına dəyişikliyin baş verdiyi vaxtdan 10 gün müddətində
məlumat verməlidirlər.
13-1.2.
İnternet telekommunikasiya xidməti göstərən operatorların
və provayderlərin uçotu müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydada aparılır.
III
fəsil
TELEKOMMUNİKASİYA FƏALİYYƏTİNİN
TƏŞKİLİ VƏ FƏALİYYƏTƏ DÖVLƏT
NƏZARƏTİ
Maddə 14 . Telekommunikasiya fəaliyyətinin təşkili
14.0. Azərbaycan Respublikasında telekommunikasiya
fəaliyyəti aşağıdakı istiqamətlər üzrə
təşkil edilir:
14.0.1. telekommunikasiya sahəsində fəaliyyətə
dövlət nəzarətinin həyata keçirilməsi;
14.0.2. telekommunikasiya sahəsində vahid
dövlət siyasətinin və elmi-texniki proqramların hazırlanmasında
iştirak edir və onların qanunvericilikdə nəzərdə
tutulmuş qaydada həyata keçirilməsi;
14.0.3. telekommunikasiya xidmətlərinin standartlarının
müəyyən edilməsi;
14.0.4. telekommunikasiya xidmətlərinin növlərinin
və onların xüsusiyyətlərinin müəyyən edilməsi.
Maddə 15 . Hərbi və fövqəladə vəziyyət
şəraitində telekommunikasiya şəbəkələrinin
idarə olunması
15.1. Hərbi və fövqəladə vəziyyət
şəraitində ümum istifadəli telekommunikasiya şəbəkələri
müvafiq icra hakimiyyəti orqanı tərəfindən mərkəzləşdirilmiş
qaydada idarə olunur.
15.2. Hərbi və fövqəladə vəziyyətin
elan olunmasına səbəb olmuş hadisələrin və onların
nəticələrinin aradan qaldırılması məqsədilə
Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun
olaraq telekommunikasiya sahəsində müvəqqəti idarəetmə
orqanları yaradıla bilər.
Maddə 16 . Fövqəladə hallarda, fövqəladə
və
ya hərbi vəziyyət şəraitində
telekommunikasiya şəbəkələrindən və vasitələrindən
istifadədə üstünlük[25]
16.1. Fövqəladə hallarda, fövqəladə
və ya hərbi vəziyyət
şəraitində Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq səlahiyyətli dövlət hakimiyyəti orqanları
zəruri telekommunikasiya şəbəkələrinin, qurğularının
və vasitələrinin istifadəsində üstünlük
hüququna malikdirlər və onların istifadəsini dayandıra,
məhdudlaşdıra və ya rabitədən istifadə üçün
xüsusi qaydalar tətbiq edə bilərlər. Fövqəladə və hərbi vəziyyət
şəraitində rabitədən istifadə üçün
xüsusi qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən
edir.[26]
16.2. Operatorlar, provayderlər qəzalar, epidemiyalar,
epizootiyalar və təbii fəlakətlər zamanı dövlət
idarəçiliyinin, ölkənin müdafiəsinin, təhlükəsizliyinin
təmin olunması ilə bağlı təxirəsalınmaz
tədbirlər haqqında məlumatların mübadiləsinə
mövcud imkanlar daxilində üstünlük verməlidirlər.
Maddə 17 . Telekommunikasiya fəaliyyətinə dövlət nəzarəti
17.1. Telekommunikasiya haqqında qanunvericiliyin
tələblərinə əməl olunmasına dövlət
nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata
keçirir.
17.1-1. Sahibkarlara münasibətdə telekommunikasiya
fəaliyyətinə dövlət nəzarəti “Sahibkarlıq
sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi haqqında”
Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə
alınmaqla həyata keçirilir.[27]
17.2. Telekommunikasiya sahəsində fəaliyyətə
dövlət nəzarətinin həyata keçirilməsi qaydası
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
17.3. Telekommunikasiya haqqında qanunvericiliyə
əməl olunmasına dövlət nəzarətini həyata
keçirən müvafiq icra hakimiyyəti orqanı qanunvericiliyin
tələblərini pozmuş şəxslər barədə öz
səlahiyyətləri çərçivəsində tədbirlər
görür.
17.4. Telekommunikasiya haqqında qanunvericiliyə
riayət olunmasına dövlət nəzarətini həyata keçirən
orqanın səlahiyyətlərindən sui-istifadə hallarından
inzibati qaydada və (və ya) məhkəməyə şikayət
edilə bilər.[28]
IV fəsil
TELEKOMMUNİKASİYA ŞƏBƏKƏLƏRİ
VƏ XİDMƏTLƏRİ
Maddə 18 . Telekommunikasiya şəbəkəsinin strukturu və
təsnifatı
18.1. Azərbaycan Respublikası daxilində
mövcud olan telekommunikasiya şəbəkələrinin normal
idarə edilməsi və düzgün istismar rejimində saxlanması
məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
onların təşkilati-texniki strukturu müəyyənləşdirilir.
18.2. Telekommunikasiya şəbəkələri
struktur baxımından aşağıdakı təsnifata malikdir:
18.2.1. ümumistifadəli telekommunikasiya şəbəkəsi;
18.2.2. fiziki və hüquqi şəxslərin
telekommunikasiya şəbəkəsi;
18.2.3. xüsusi təyinatlı telekommunikasiya
şəbəkəsi;
18.2.4. televiziya və radio yayımı şəbəkəsi.
Maddə 19 . Ümumistifadəli telekommunikasiya şəbəkəsi
19.1. Ümumistifadəli telekommunikasiya şəbəkəsi
operatorlar arasında bağlanan arabağlantı müqavilələr
əsasında istifadəçilərə vahid prinsiplərlə
telekommunikasiya xidmətləri göstərmək üçün
təşkil edilir.
19.2. Qanunvericilikdə nəzərdə tutulan
hallar istisna olmaqla, ümum istifadəli telekommunikasiya şəbəkəsinin
xidmətlərindən istifadə edilməsinə məhdudiyyət
qoyulmur.
19.3. Ümumistifadəli telekommunikasiya şəbəkələrinin
inkişafı, təkmilləşdirilməsi, səmərəli
və etibarlı istifadə edilməsi məqsədi ilə müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş
siyasət üzrə telekommunikasiya operatorları tərəfindən
tədbirlər həyata keçirilir.
Maddə 20 . Fiziki və hüquqi şəxslərin telekommunikasiya
şəbəkələri
20.1. Fiziki, hüquqi şəxslər öz
daxili ehtiyaclarını ödəmək üçün qanunvericilikdə
müəyyən edilmiş qaydada telekommunikasiya şəbəkələri
yarada bilərlər.
20.2. Fiziki, hüquqi şəxslərin telekommunikasiya
şəbəkələri müvafiq müqavilə əsasında
ümum istifadəli telekommunikasiya şəbəkəsinə
qoşula bilərlər. Bu cür qoşulma fərdi telekommunikasiya
şəbəkələrinə məxsus telekommunikasiya vasitələrinin
və qurğularının ümum istifadəli telekommunikasiya
şəbəkəsinin telekommunikasiya vasitələri və qurğuları
üçün nəzərdə tutulan mövcud standart və
normalara uyğunluğu barədə təqdim edilən sertifikat
əsasında həyata keçirilir.
20.3. Telekommunikasiya şəbəkələrinin
ümum istifadəli telekommunikasiya şəbəkəsinə
qoşulması qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
20.4. Telekommunikasiya şəbəkəsi
ümum istifadəli telekommunikasiya şəbəkəsinə
qoşulduqda ümumistifadəli telekommunikasiya şəbəkəsi
kateqoriyasına keçmiş hesab edilir.
20.5. Korporativ telekommunikasiya şəbəkələri
idarə, istehsalat daxili və texnoloji telekommunikasiya şəbəkələri
kimi yaradıla bilər.
20.6. İstehsaldaxili və texnoloji telekommunikasiya
şəbəkələri ümum istifadəli telekommunikasiya
şəbəkəsinə qoşulmadan ayrı-ayrı müəssisələr,
idarələr, təşkilatlar və digər subyektlərin istehsaldaxili
əlaqələrinin və texnoloji proseslərin idarə və
müşahidə edilməsində operativliyi və konfidensiallığı
təmin edir. Belə telekommunikasiya şəbəkələri
müvafiq telekommunikasiya standartlarına uyğun olaraq, ümumistifadəli
telekommunikasiya şəbəkəsinin işinə xələl
gətirməmək şərtilə qurulur və kənar istifadəçilərin
ehtiyaclarını ödəmək üçün telekommunikasiya
xidmətləri göstərə bilməzlər.
Maddə 21 . Xüsusi təyinatlı telekommunikasiya şəbəkəsi
21.1. Dövlət hakimiyyəti orqanlarında
xüsusi təyinatlı telekommunikasiya şəbəkələri
yaradıla bilər.
21.2. Dövlət hakimiyyəti orqanlarının
xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin
qurulması, istismarı, təhlukəsizliyinin təmin edilməsi,
onlara sərəncam verilməsi qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
21.3. Dövlət hakimiyyəti orqanlarının
xüsusi təyinatlı telekommunikasiya şəbəkələri
ümumistifadəli telekommunikasiya şəbəkələrinə
qoşulduqda ümumistifadəli telekommunikasiya şəbəkələri
kateqoriyasına keçmir və onun xidmətlərindən istifadə
edilməsindəki məhdudiyyətlər saxlanılır.[29]
Maddə 22 . Televiziya və radio yayımı şəbəkəsi
Televiziya və radio yayımı şəbəkəsi
və bu şəbəkə ilə televiziya və radio yayımı
" Media haqqında "
Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 23 . Telekommunikasiya xidmətinin növləri
23.0. Telekommunikasiya xidməti aşağıdakı
təsnifatdan ibarətdir:
23.0.1. telefon (məftilli);
23.0.2. sellülar (mobil);
23.0.3. peycinq;
23.0.4. radiotrank və simsiz telefon;
23.0.5. respublikadaxili və beynəlxalq telekommunikasiya
xidməti;
23.0.6. İnternet xidməti;
23.0.7. televiziya və radio yayımı xidmətləri;
23.0.8. universal telekommunikasiya xidmətləri;
23.0.9. qanunvericilikdə nəzərdə
tutulan digər telekommunikasiya xidmətləri.
Maddə 24 . Telefon (məftilli)
Telefon (məftilli) xidməti - hərəkətsiz
(stasionar) son avadanlıqdan istifadə etməklə göstərilən
telekommunikasiya xidmətidir.
Maddə 25 . Sellülar (mobil) xidmət
Sellülar (mobil) xidmət - istifadəçinin
son avadanlığı telekommunikasiya şəbəkəsinin
bütün son nöqtələri çərçivəsində
sərbəst hərəkət edərək mobil stansiyanın
məxsusiləşdirmə kodunu saxlamaqla radiotexnologiyaları
tətbiq etməklə göstərilən telekommunikasiya xidmətidir.
Sellülar (mobil) xidmətlərdən
istifadə ilə əlaqədar, mobil cihazların müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeydiyyatı
aparılmalıdır. Mobil cihazın qeydiyyatının aparılmasından
yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin
(tək və bənzərsiz olaraq yaradılmış beynəlxalq
identifikasiyanı (eyniləşdirməni) göstərən nömrə)
dəyişdirilməsi və ya surətinin köçürülməsi,
habelə mobil operator tərəfindən İMEİ nömrələri
mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan
mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış
ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya
xidmətlərinin göstərilməsi qadağandır.[30]
Maddə 26 . Peycinq xidməti
Peycinq xidməti - istifadəçiyə
məlumatların birtərəfli ötürülməsini təmin
edən fərdi radioçağırış sistemi vasitəsilə
göstərilən telekommunikasiya xidmətidir.
Maddə 27 . Radiotrank və simsiz telefon xidməti
Radiotrank və simsiz telefon xidməti - istifadəçinin
son avadanlığının telekommunikasiya şəbəkəsinin
bir kommutasiya mərkəzinə qoşulmuş son nöqtələri
hüdudlarında sərbəst hərəkət etməklə
və məxsusiləşdirmə kodunu saxlamaqla radiotexnologiyalardan
istifadə etməklə göstərilən telekommunikasiya xidmətidir.
Maddə 28 . Ölkədaxili və beynəlxalq telekommunikasiya xidməti
Ölkədaxili telekommunikasiya xidməti
- ölkə daxilində, o cümlədən respublikanın ayrı-ayrı
şəhərləri və rayonları arasında, beynəlxalq
telekommunikasiya xidməti isə ölkədən xaricə və
xaricdən ölkəyə müxtəlif vasitələrlə
(kabel, radiorele, peyk və sair) telekommunikasiyanın yaradılması
məqsədilə göstərilən xidmətdir.
Maddə 29 . İnternet telekommunikasiya xidməti
İnternet telekommunikasiya xidməti - beynəlxalq
standartlarla müəyyən olunan İnternet protokol əsasında
qlobal informasiya şəbəkəsində göstərilən
telekommunikasiya xidmətidir.
Maddə 30 . Televiziya və radio yayımı xidmətləri
Televiziya və radio yayımı xidmətləri
" Media haqqında "
Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 31 . Universal telekommunikasiya xidməti
31.1. Universal telekommunikasiya xidməti - Azərbaycan
Respublikasının bütün ərazisində müəyyən
müddət ərzində və keyfiyyətlə, əlverişli
qiymətlə hər hansı telekommunikasiya xidməti istifadəçisinə
göstərilməsi operatorlar, provayderlər üçün
icbari olan telekommunikasiya xidmətidir.
31.2. Dövlət universal telekommunikasiya xidmətinin
göstərilməsinə təminat verir.
31.3. Universal xidmətin təsnifatı, təşkili,
keyfiyyəti, müddəti və digər tələblər müvafiq
icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı
prinsiplər nəzərə alınmaqla müəyyən edilir:
31.3.1. hər yaşayış məntəqəsində
yanğınsöndürmə, polis, təcili tibbi yardım, qaz,
elektrik qəza və qanunvericilikdə nəzərdə tutulan
digər ixtisaslaşdırılmış təcili yardım xidmətləri
ilə ödənişsiz əlaqə yaratmaq məqsədilə,
ən azı bir taksofon (və ya kollektiv istifadəli telefon) quraşdırılmalıdır;
31.3.2. bütün hallarda nəqliyyat vasitəsindən
istifadə etmədən universal telekommunikasiya xidməti vasitəsinə
çatması üçün sərf edilən vaxt müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
olunan müddətdən artıq olmamalıdır.
31.4. Universal telekommunikasiya xidmətinin göstərilməsi
qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra
hakimiyyəti orqanı tərəfindən keçirilən müsabiqə
əsasında seçilmiş operator, provayder tərəfindən,
müsabiqə baş tutmadığı halda isə müvafiq
icra hakimiyyəti orqanı tərəfindən üzərinə
universal xidmətlərin göstərilməsi öhdəliyi qoyulmuş
telekommunikasiya operatoru, provayderi tərəfindən müqavilə
əsasında həyata keçirilir.
Ümumistifadəli telekommunikasiya şəbəkəsində
hökmran mövqe tutan telekommunikasiya operatoru, provayderi onun üzərinə
qoyulmuş bu öhdəlikdən imtina edə bilməz.[31]
31.5. Universal telekommunikasiya xidmətlərinin
göstərilməsi üçün operatora, provayderə lazım
olan vəsaitin ayrılması və bu məqsədlə sərf
olunan vəsaitin geri qaytarılması (kompensasiya) qaydası müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
31.6. Bu maddənin tələbləri, müvafiq
yaşayış məntəqəsində eyni xidmətlərin
digər şəxslər tərəfindən göstərilməsindən
asılı olmayaraq tətbiq edilir.
31.7. Operatorlar, provayderlər tərəfindən
təmin edilən universal telekommunikasiya xidmətləri üzrə
tariflər və hesablaşma qaydaları müvafiq icra hakimiyyəti
orqanı ilə operator arasında bağlanan müqavilə əsasında
tənzimlənir.
V fəsil
TELEKOMMUNİKASİYA
SUBYEKTLƏRİNİN HÜQUQLARI,VƏZİFƏLƏRİ
VƏ MƏSULİYYƏTİ
Maddə 32 . Operatorların və provayderlərin hüquqları
32.1. Operatorlar aşağıdakı hüquqlara
malikdirlər:
32.1.1. öz telekommunikasiya şəbəkələrini
planlaşdırmaq və inkişaf etdirmək (genişləndirmək);
32.1.2. qanunvericiliklə müəyyən
olunmuş qaydada nömrə resurslarını və radiotezlikləri
almaq və onlardan istifadə etmək;
32.1.3. qanunvericiliklə başqa qayda nəzərdə
tutulmayıbsa, göstərdikləri telekommunikasiya xidmətlərinin
tariflərini və ödəmə qaydasını müstəqil
müəyyən etmək;
32.1.4. ayrılmış nömrə resursundan
abunəçilərinə məxsusiləşdirmə kodlarını
vermək;
32.1.5. operator və abunəçi arasında
bağlanmış müvafiq müqavilədə müəyyən
edilən istifadə qaydalarına riayət etməyən abunəçilərə
telekommunikasiya xidmətlərinin göstərilməsini dayandırmaq;
32.1.6. qanunvericiliyə uyğun qaydada telekommunikasiya
sahəsində fəaliyyətini dayandırmaq (yaxud fəaliyyətinə
xitam vermək);
32.1.7. qanunvericiliklə müəyyən
edilmiş digər hüquqları həyata keçirmək.
32.2. Provayderlər aşağıdakı
hüquqlara malikdirlər:
32.2.1. müvafiq operatorla bağladığı
müqavilə əsasında ümumistifadəli telekommunikasiya
şəbəkəsinə qoşulmaq və xidmətlər göstərmək;
32.2.2. qanunvericiliklə müəyyən
olunmuş qaydada nömrə resurslarından və radiotezliklərdən
istifadə etmək;
32.2.3. göstərdikləri telekommunikasiya
xidmətlərinin tariflərini və ödəmə qaydasını,
qanunvericiliklə başqa qayda nəzərdə tutulmayıbsa,
müstəqil müəyyən etmək;
32.2.4. qanunvericiliklə müəyyən
edilmiş digər hüquqları həyata keçirmək.
32.3. “Lotereyalar haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş lotereya
təşkilatçısının və “Bədən tərbiyəsi
və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş idman mərc oyunları operatorunun operator
və ya provayderlərin telekommunikasiya şəbəkələrindən istifadəsi
ilə bağlı münasibətlər onlar arasında bağlanmış
müqavilə ilə tənzimlənir.[32]
Maddə 33 . Operatorların və provayderlərin vəzifələri
33.1. Operatorlar aşağıdakı vəzifələri
daşıyırlar:
33.1.1. telekommunikasiya sahəsində müəyyən
olunmuş normativ hüquqi aktlara uyğun fəaliyyət göstərmək;
33.1.2. abunəçi ilə bağlanan müqaviləyə
əsasən üzərinə düşən vəzifələri
yerinə yetirmək;
33.1.3. istehlakçıların hüquqlarını
pozmamaq;
33.1.3-1. abunəçinin müraciəti
əsasında uşaqların zərərli informasiyadan qorunması
üçün internet informasiya ehtiyatlarından təhlükəsiz
istifadə imkanlarını “Uşaqların zərərli informasiyadan
qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri
nəzərə alınmaqla təmin etmək;[33]
33.1.3-2. rabitə vasitələrinin satışı və
istifadəsi zamanı xidmət göstərilən fiziki və
hüquqi şəxslərlə bağlanılan müqavilələrdə
və abunəçilərə dair məlumat bazalarında nəzərdə
tutulması vacib olan məlumatları daxil etmək;
33.1.3-3. telefon nömrələrinin (sabit (məftilli),
mobil) operatorların şəbəkəsində aktivləşdirilməsini
ərizəçiyə dair məlumatların vahid məlumat bazasına
onlayn rejimdə elektron formada daxil edildikdən sonra təmin etmək;[34]
33.1.4. qarşılıqlı arabağlantı
müqavilələrini bağlamaq;
33.1.5. telekommunikasiya xidmətlərini müəyyən
edilmiş standart, norma və qaydalara uyğun keyfiyyətlə
göstərmək;
33.1.6. trafikin normativ hüquqi aktlara uyğun
istiqamətləndirilməsinə əməl etmək;
33.1.7. abunəçilər və istifadəçilər
tərəfindən ixtisaslaşdırılmış təcili
yardım xidmətlərinin çağırılması üçün
telekommunikasiya şəbəkələrindən ödənişsiz
istifadəni təmin etmək;
33.1.8. telekommunikasiya xidmətinin göstərilməsi
məhdudlaşdırıldığı halda da ixtisaslaşdırılmış
təcili yardım xidmətləri ilə əlaqəni mümkün
həddədək təmin etmək;
33.1.9. müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətli nümayəndəsinə telekommunikasiya vasitələri
və qurğularının istifadə olunduğu yerdə yoxlanılmasına
qanunvericiliklə müəyyən edilmiş qaydada şərait
yaratmaq;
33.1.9-1.
bu Qanunun 13-1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada
uçota durmaq, habelə uçot məlumatlarında baş vermiş
dəyişiklik barədə dəyişikliyin baş verdiyi vaxtdan
10 gün müddətində məlumat vermək;[35]
33.1.9-2.
müvafiq icra hakimiyyəti orqanının, habelə məhkəmələrin
və ya hüquq mühafizə orqanlarının sorğularına
3 iş günündən gec olmayaraq cavab vermək və tələb
olunan məlumatları təqdim etmək (bu müddətdə
həmin informasiyanın aktuallığını itirməsi ilə
əlaqədar sorğunun təcili olması barədə sorğu
verənin qeydi olduqda, sorğuya dərhal, bu mümkün olmadıqda
isə 24 saatdan gec olmayaraq cavab vermək);
33.1.9-3. operator və ya provayderin
telekommunikasiya şəbəkəsinə qoşulmaqla təşkil
edilən qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin qarşısının
alınması üçün texniki vasitələrdən, avadanlıqlardan
və ya proqram təminatından istifadə etməklə tədbirlər
görmək;[36]
33.1.9-4. yerli investisiyalı məhdud
məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı zamanı
mobil nömrənin identifikasiyası məqsədilə müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) sorğusuna real vaxt rejimində cavab vermək;[37]
33.1.9-5. “Uşaqların zərərli
informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş tələblərə
riayət etmək;[38]
33.1.9-6.
telekommunikasiya xidmətləri vasitəsilə qumar oyunlarının
təşkili və keçirilməsinin,
qumar oyunlarında iştirak üçün biletlərin satışının
təşkili və (və ya) satışı, həmçinin
qumar oyunlarında iştirakın, o cümlədən ölkə
ərazisindən xarici lotereya təşkilatçılarının
və idman mərc oyunları operatorlarının, habelə onların
satıcılarının virtual mühitə
çıxışlarının qarşısının alınması
üçün qanunla müəyyən edilmiş qaydada tədbirlər
görmək;[39]
33.1.10. qanunvericiliklə müəyyən
edilmiş digər vəzifələr.
33.2. Bu Qanunun 33.1-ci maddəsində
göstərilmiş vəzifələr, bu Qanunun 33.1.3-2-ci, 33.1.3-3-cü, 33.1.4-cü və 33.1.9-4-cü maddələri istisna olmaqla, provayderlərə də şamil
edilir.[40]
33.3. Host provayder və internet provayderlər
internet informasiya ehtiyatlarında yayılması qadağan edilən
informasiyanın yerləşdirilməsinin qarşısının
alınması üçün “İnformasiya, informasiyalaşdırma
və informasiyanın mühafizəsi haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş tədbirləri
həyata keçirməlidirlər.[41]
Maddə 34 . Abunəçilərin hüquq və vəzifələri
34.1. Abunəçilər aşağıdakı
hüquqlara malikdirlər:
34.1.1. operatoru, provayderi sərbəst seçmək;
34.1.2. keyfiyyətli telekommunikasiya xidmətlərini
tələb etmək;
34.1.2-1. uşaqların zərərli informasiyadan
qorunması üçün texniki proqram və avadanlıq vasitələrinin
tətbiqi ilə müvafiq tədbirlər görülməsini
tələb etmək;[42]
34.1.3. operatorun, provayderin əməllərindən
qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət
vermək;
34.1.4. qanunvericiliklə müəyyən
edilmiş digər hüquqları həyata keçirmək.
34.2. Abunəçilər aşağıdakı
vəzifələri daşıyırlar:
34.2.1. qanunvericiliyə uyğun müəyyən
edilmiş telekommunikasiya xidmətlərindən istifadə qaydalarına
riayət etmək;
34.2.2. telekommunikasiya şəbəkəsinə
operator, provayder ilə bağlanmış müqavilələrə,
qanunvericiliklə müəyyən edilmiş standartlara və digər
tələblərə uyğun son avadanlıq qoşmaq;
34.2.3. telekommunikasiya şəbəkələrinin
istismarını, bütövlüyünü, qarşılıqlı
bağlantısını, informasiya mühafizəsini, radioelektron
vasitələrinin elektromaqnit uyğunluğunu təhlükə
altına qoyan, habelə digər subyektlər üçün
telekommunikasiya xidmətlərinin göstərilməsini çətinləşdirən,
yaxud qeyri-mümkün edən əməllərə yol verməmək;
34.2.4. operator, provayder ilə bağlanmış
müqavilələrin şərtlərinə əməl etmək,
o cümlədən istifadə etdikləri telekommunikasiya xidmətləri
haqlarını vaxtlı-vaxtında ödəmək;
34.2.5. son avadanlığın istifadə
olunduğu yerdə yoxlanılması üçün müvafiq
icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndəsinə,
qanunvericiliklə müəyyən edilmiş qaydada şərait
yaratmaq;
34.2.6. qanunvericiliklə müəyyən
edilmiş digər vəzifələr.
Maddə 35 . Telekommunikasiya şəbəkələrinin, vasitələrinin
və qurğularının mühafizəsi
35.1. Azərbaycan Respublikasında telekommunikasiya
şəbəkələri, vasitələri və qurğularının
mühafizəsinə dövlət tərəfindən hüquqi
təminat verilir. Telekommunikasiya şəbəkələrinə,
vasitələri və qurğularına qanunvericiliklə müəyyən
olunmuş mühafizə zonası və zolaqları ayrılır.
35.2. Layihə və tikinti ilə məşğul
olan hüquqi və fiziki şəxslər binaların, tikililərin,
şəbəkələrin, qurğuların tikintisi, təmiri,
yenidən qurulması və bərpası zamanı tikinti sahələrində
mövcud olan telekommunikasiya şəbəkələrini, vasitələrini
və qurğularını mühafizə etməlidirlər.
35.3. Telekommunikasiya şəbəkələrinə,
vasitələrinə və qurğularına razılaşdırılmamış
qoşulma, müdaxilə və zədələnmə nəticəsində
yaranan zərərin əvəzi təqsirkar şəxslər
tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə
ödənilir.
35.4. Telekommunikasiya şəbəkələrinin,
vasitə və qurğularının mühafizə qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir. Operatorlar, provayderlər bu qaydalara zidd olmayan əlavə
mühafizə tədbirləri görə bilərlər.
Maddə 36 . Telekommunikasiya vasitə və qurğularının
digər infrastruktur obyektlərində yerləşdirilməsi
36.1. Mövcud yaşayış məntəqələrini
inkişaf etdirmək, yeni yaşayış məntəqələri
salmaq məqsədilə baş planlar hazırlayarkən və
ayrı-ayrı yaşayış məntəqələrini və
komplekslərini, inzibati-ictimai binaları və tikililəri layihələndirərkən
dövlət hakimiyyəti və yerli özünüidarəetmə
orqanları qüvvədə olan normativlərə uyğun olaraq,
telekommunikasiya vasitə və qurğularının yerləşdirilməsi
üçün binaların tikintisi məqsədilə onların
mülkiyyətində olan sahələr ayırmalıdırlar.
Eyni zamanda tikilməkdə olan yaşayış və ya inzibati
binalarda telekommunikasiya xidmətlərinin göstərilməsi
üçün texniki normalara uyğun gələn xüsusi otaqları
və sahələri müvafiq qaydada operatorlara, provayderlərə
istifadəyə verməlidirlər.
36.2. Binaların, körpülərin, kollektorların,
tunellərin (o cümlədən metropoliten tunellərinin), avtomobil
və dəmir yollarının, digər mühəndis obyektlərinin
və texnoloji meydançaların mülkiyyətçiləri
ilə magistral şəbəkə operatoru arasında bağlanmış
müqaviləyə əsasən bu obyektlərdə mövcud
normativlərə uyğun olaraq telekommunikasiya şəbəkələrinin
və qurğularının quraşdırılması, tikintisi
və istismarı təmin edilir.
36.3. Dövlət və yerli özünüidarəetmə
orqanları zədələnmiş telekommunikasiya şəbəkələrinin
və qurğularının bərpası üzrə təxirəsalınmaz
qəza-texniki işlər aparılması üçün operatorlara,
provayderlərə lazım olan nəqliyyat vasitələri və
xüsusi texnikanın müvafiq qaydada ayrılmasını təmin
edirlər.
Maddə 37 . Telekommunikasiya şəbəkəsinin elektrik enerjisi
ilə təchizatı
37.1. Azərbaycan Respublikasında telekommunikasiya
şəbəkələri, vasitələri və qurğuları
elektrik enerjisinin birinci dərəcəli istehlakçısı
hesab edilməklə, ölkənin vahid enerji sistemi vasitəsilə
fasiləsiz təchiz olunmalıdırlar.
37.2. Operatorlar, provayderlər dayanıqlı
fəaliyyət göstərmək üçün ehtiyat enerji
mənbələri yaradırlar.
Maddə 38 . Telekommunikasiyada məxfiliyin təmin olunması
38.1. Azərbaycan Respublikasında telekommunikasiya
şəbəkələri vasitəsilə ötürülən
məlumatların məxfiliyi Azərbaycan Respublikasının
Konstitusiyası və digər müvafiq normativ hüquqi aktlarla
qorunur.
38.2. Telekommunikasiya şəbəkələri
vasitəsilə ötürülən məlumatların məxfiliyinin
məhdudlaşdırılmasına yalnız qanunvericiliklə
müəyyən edilmiş hallarda yol verilir.
38.3. Operatorlar, provayderlər şəbəkələri
vasitəsilə ötürülən məlumatların məxfiliyini
təmin etməlidirlər.
38.4. Telekommunikasiya şəbəkələrindən
istifadə haqqında məlumatlar yalnız qanunvericiliklə müəyyən
edilmiş hallarda verilə bilər.
38.5. Telefon danışıqlarının
və digər telekommunikasiya vasitələri ilə ötürülən
məlumatların açıqlanmasına yalnız qanunvericilikdə
müəyyən edilmiş hallarda yol verilir.
38.6. Tərkibində dövlət sirri olan
məlumatların telekommunikasiya şəbəkələri vasitəsilə
ötürülməsi Azərbaycan Respublikasının qanunvericiliyi
ilə tənzimlənir.
Maddə 39. Operatorların, provayderlərin əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat
fəaliyyətini həyata keçirən
orqanlarla qarşılıqlı əlaqəsi
39.1. Operatorlar, provayderlər qanunla müəyyən
edilmiş qaydada əməliyyat-axtarış, kəşfiyyat
və əks-kəşfiyyat tədbirlərinin keçirilməsi
üçün şərait yaratmağa, bu məqsədlə
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi
şərtlərə uyğun telekommunikasiya şəbəkələrini
əlavə texniki vasitələrlə təchiz etməyə,
təşkilati məsələləri həll etməyə və
bu tədbirlərin keçirilməsində istifadə olunan üsulları
gizli saxlamağa borcludur.[43]
39.2. Bu tələblərin pozulmasına
görə operator, provayder qanunla müəyyən edilmiş qaydada
məsuliyyət daşıyır.
Maddə 40 . Abunəçi ilə bağlanan müqaviləyə
dair zəruri tələblər
40.1. Müvafiq telekommunikasiya xidmətlərinin
göstərilməsi qanunvericiliyin tələbləri və operator,
provayder ilə abunəçi arasında bağlanan müqavilə
əsasında həyata keçirilir.
40.2. Operator, provayder texniki imkanlarına uyğun
olan telekommunikasiya xidmətinin göstərilməsi üçün
müraciət edən abunəçi ilə belə xidmətin
göstərilməsinə dair müqavilə bağlamaqdan, qanunvericilikdə
nəzərdə tutulan hallar istisna olmaqla, imtina edə bilməz.
40.3. Müqavilədə və onun tərkib
hissəsi sayılan digər sənədlərdə aşağıdakı
müddəalar əks etdirilir:
40.3.1. telekommunikasiya xidmətindən istifadə
üçün abunəçinin məxsusiləşdirmə
kodu zəruri olduqda abunəçinin son avadanlığının
qoşulma ünvanı;
40.3.2. xidmətin ödənilmə qaydası;
40.3.3. son avadanlığının telekommunikasiya
şəbəkəsinə qoşulmasının və istifadəsinin
müddəti (vaxtı) və şərtləri;
40.3.4. müqavilənin dayandırılmasının
və ləğv edilməsinin şərtləri;
40.3.5. tərəflərin vəzifələri,
hüquqları və məsuliyyəti;
40.3.5-1. Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş məlumatlar;
40.3.5-2. abunəçinin identifikasiya modulunun
(Sim kartlar və s.) başqa şəxslərə daimi istifadə
üçün, habelə mütəmadi gəlir (mənfəət)
əldə etmək məqsədi ilə kirayəyə verilməsinə
qadağa qoyulması barədə qeyd;
40.3.5-3. abunəçinin identifikasiya modulunun (Sim kartlar
və s.) və mobil telefon aparatının oğurlanması və
itirilməsi barədə fiziki və hüquqi şəxslər
tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının
məlumatlandırılması barədə qeyd;
40.3.6. telekommunikasiya xidmətlərinin keyfiyyətinə
dair tələblər;
40.3.7. abunəçiyə təklif olunan
texniki qulluq;
40.3.7-1. bu Qanunun 33.1.3-1-ci maddəsində
göstərilmiş vəzifənin həyata keçirilməsi
üçün abunəçinin razılığı (etirazı);[44]
40.3.8. mübahisələrə baxılma
qaydası;
40.3.9. abunəçi barədə məlumatların
sorğu-məlumat mənbələrində göstərilməsinə
onun razılığı (etirazı);
40.3.10. qanunvericiliyə zidd olmayan digər
şərtlər.
40.3-1. Müqavilə Azərbaycan Respublikasının dövlət
dilində bağlanılmalı və həmin müqaviləyə
abunəçinin (hüquqi şəxs tərəfindən bağlanıldığı
təqdirdə, istifadə edən fiziki şəxsin) fotoşəkillə
olan şəxsiyyətini təsdiq edən sənədinin surəti
əlavə olunmalıdır.
40.4. Abunəçi telekommunikasiya xidməti
üzrə bağlanılan müqavilənin şərtlərinin
pozulması barədə iddia qaldırarsa, iddianın baxıldığı
müddətdə telekommunikasiya xidmətindən məhrum edilə
bilməz.
40.4-1. Dini ekstremizm əleyhinə xüsusi
əməliyyatın aparılma zonasında fiziki və hüquqi
şəxslərə rabitə xidmətlərinin göstərilməsi
bu əməliyyatı aparan orqanın göstərişi əsasında
müvəqqəti dayandırıla bilər.[45]
40.5. Fövqəladə hallar, dini ekstremizm əleyhinə
xüsusi əməliyyatın aparıldığı hallar
və təbii fəlakətlər istisna olmaqla, hər hansı
səbəbdən telekommunikasiya xidmətləri məhdudlaşdırıldığı
və ya dayandırıldığı halda operator, provayder abunəçini
onun səbəbləri və müddəti barədə əvvəlcədən
məlumatlandırır.[46]
40.6. Operator, provayder yenidən təşkil
olunarsa, qanunvericilikdə müəyyən edilən tələblərə
riayət etmək şərtilə abunəçinin əvvəlki
operator, provayder ilə bağladığı müqavilə ilə
müəyyən edilmiş hüquqları əsassız məhdudlaşdırıla
bilməz.
40.7. Abunəçilərə telekommunikasiya
xidmətlərinin göstərilməsinə dair hər bir operator,
provayder tərəfindən tətbiq edilən müqavilənin
nümunəsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
nəzarət edilir.
Maddə 41 . Telekommunikasiya fəaliyyətinin həyata keçirilməsi
ilə əlaqədar dəymiş zərərin ödənilməsi
41.1. Telekommunikasiya fəaliyyətinin həyata
keçirilməsi ilə əlaqədar hər hansı subyektə
dəymiş zərərin əvəzi qanunla müəyyən
edilmiş qaydada ödənilir.
41.2. Nömrə resursu genişlənmə
ilə əlaqədar dəyişdirildikdə operatorlar, provayderlər
ayrılmış nömrə resursundan istifadə etməli, müəyyən
olunmuş müddətdə şəbəkənin nömrəsini
dəyişməli və bununla bağlı bütün zəruri
xərcləri ödəməlidir.
41.3. Ümumistifadəli telekommunikasiya şəbəkəsində
operatordan, provayderdən asılı olan səbəblərdən
yaranan nasazlıqlar istisna olmaqla, telekommunikasiya xidmətlərinin
istifadəçisinin xətlərində ümum istifadəli
telekommunikasiya şəbəkəsinə qoşulmuş son avadanlığında
nasazlıqların aradan qaldırılması üzrə xərclər
telekommunikasiya xidmətinin istifadəçisi tərəfindən
ödənilir.
Maddə 42 . Dövlət ehtiyacları üçün telekommunikasiya
şəbəkələri kanallarının ayrılması
42.1. Azərbaycan Respublikasının dövlət
hakimiyyəti, o cümlədən müdafiə, təhlükəsizlik
və hüquq mühafizə orqanlarının ehtiyacları üçün
ümum istifadəli və idarə telekommunikasiya şəbəkələrinin
kanalları qanunvericilikdə nəzərdə tutulmuş qaydada
müqavilə əsasında icarəyə verilir.
42.2. Operatorlar, provayderlər dövlət
hakimiyyəti, o cümlədən müdafiə, təhlükəsizlik
və mühafizə orqanlarının ehtiyacları üçün
telekommunikasiya kanallarının ayrılmasını, etibarlığını
ilk növbədə təmin etməli, telekommunikasiya kanalları
zədələndikdə onların dəyişdirilməsi, bərpası
üçün təxirəsalınmaz tədbirlər görməlidirlər.
Maddə 43 . Telekommunikasiya fəaliyyəti sahəsində hüquqpozmalara
görə məsuliyyət
43.1. Bu Qanunun tələblərinin pozulması
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş məsuliyyətə səbəb olur.[47]
43.2. Telekommunikasiya fəaliyyəti subyektləri
yol verdikləri hüquqpozmalara görə qanunla və mövcud
müqavilələrdə nəzərdə tutulan əsaslar ilə
məsuliyyətə cəlb edilə bilərlər.
43.3. Qanunvericilikdə başqa qayda müəyyən
edilməyibsə, telekommunikasiya şəbəkələri ilə
ötürülən məlumatların məzmununa görə
operatorlar və provayderlər məsuliyyət daşımırlar.
43.4.
İnternet telekommunikasiya xidməti göstərən operatorlar
və provayderlər xidmət göstərməyə başladıqları
vaxtdan 15 gün müddətində müvafiq icra hakimiyyəti
orqanında uçota durmadıqda qanunla müəyyən edilmiş
qaydada məsuliyyət daşıyırlar.[48]
43.5. İnternet telekommunikasiya
xidməti göstərən operatorlar və provayderlər uçota
alınması üçün zəruri olan sənədlərdəki
çatışmazlıqları aradan qaldıraraq 15 gün müddətində
yenidən müraciət etmədikdə və ya uçot məlumatlarında
baş vermiş dəyişiklik barədə müvafiq icra hakimiyyəti
orqanına dəyişikliyin baş verdiyi gündən 10 gün
müddətində məlumat vermədikdə qanunla müəyyən
edilmiş qaydada məsuliyyət daşıyırlar.
VI fəsil
TELEKOMMUNİKASİYA SAHƏSİNDƏ
FƏALİYYƏTİN İQTİSADİ ƏSASLARI
Maddə 44 . Telekommunikasiya şəbəkələri və vasitələri
üzərində mülkiyyət hüququ
44.1. Telekommunikasiya şəbəkələri,
qurğuları və vasitələri dövlət, bələdiyyə
və xüsusi mülkiyyətdə ola bilər.
44.2. Dövlət, mülkiyyət formasından
asılı olmayaraq, operatorlar, provayderlər üçün
bərabər hüquqi şərait yaradır.
44.3. Dövlət mülkiyyətində
olan telekommunikasiya şəbəkələri, qurğuları
və vasitələrinin təsnifatı normativ hüquqi aktlarla
müəyyən edilir.
Maddə 45 . Telekommunikasiya şəbəkələri, qurğuları
və vasitələri ilə bağlı mülkiyyət formasının
dəyişdirilməsi
45.1. Telekommunikasiya şəbəkələri,
qurğuları və vasitələrinin (o cümlədən dövlətin
mülkiyyətində olanların) mülkiyyət forması qanunla
nəzərdə tutulmuş qaydada dəyişdirilə bilər.
45.2. İstənilən hüquqi və fiziki
şəxslər telekommunikasiya sahəsində fəaliyyət
göstərən dövlət müəssisələrinin özəlləşdirilməsində,
icarəyə və idarəetməyə verilməsində Azərbaycan
Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
iştirak edə bilərlər.
45.3. Telekommunikasiya şəbəkələri,
qurğuları və vasitələri üzərində mülkiyyət
formasının dəyişdirilməsinə onların mövcud
maddi-texniki bazasını zəiflətməmək və texnoloji
fəaliyyəti pozmamaq, habelə fiziki və hüquqi şəxslərin
telekommunikasiya xidmətlərindən istifadə etmək hüquqlarını
əsassız məhdudlaşdırmamaq şərtilə qanunvericiliklə
müəyyən olunmuş qaydada yol verilir.
Maddə 46 . Telekommunikasiya ehtiyacları üçün torpaqdan
və digər daşınmaz əmlakdan istifadə
46.1. Telekommunikasiya şəbəkələri,
vasitələri və qurğuları qanuna uyğun olaraq dövlət,
bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlarda
yerləşdirilə bilər.
46.2. Torpaq sahələrinin ayrılması,
mühafizə zona və zolaqlarının müəyyənləşdirilməsi
qaydaları, onlardan istifadə müvafiq qanunvericilik aktları
ilə müəyyən edilir.
46.3. Telekommunikasiya fəaliyyəti üçün
fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin,
o cümlədən mühafizə zona və zolaqlarının
ölçüsü bu fəaliyyət növü üçün
torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə
müvafiq olaraq müəyyənləşdirilir.
46.4. Yaşayış məntəqələrinin
yenidənqurulması, ayrı-ayrı binaların, yolların, körpülərin
təmiri, meliorasiya işlərinin görülməsi, faydalı
qazıntı yataqlarının emalı zamanı və bu kimi
digər hallarda telekommunikasiya qurğularının köçürülməsi
və ya yenidənqurulması sifarişçinin vəsaiti hesabına,
mövcud standartlara və telekommunikasiya şəbəkəsinin
mülkiyyətçisinin texniki şərtlərinə uyğun
şəkildə həyata keçirilir.
46.5. Azərbaycan Respublikasının sərhədyanı
ərazilərində, o cümlədən sərhəd çaylarında,
Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində
telekommunikasiya vasitələrinin və qurğularının tikintisi,
istismarı və qəza bərpa işlərinin aparılması
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyənləşdirilir.
46.6. Telekommunikasiya şəbəkələrinin
və qurğularının layihələşdirilməsi, tikintisi,
təmiri, yenidənqurulması, quraşdırılması və
yerdəyişməsi müvafiq dövlət və sahə standartlarına,
müəyyən edilmiş norma və qaydalara uyğun olaraq həyata
keçirilir.
Maddə 47 . Telekommunikasiyanın inkişafına investisiya qoyuluşu
və onun fəaliyyətinin maliyyələşdirilməsi mənbələri
47.1. Telekommunikasiyanın inkişafına
investisiya qoyuluşu Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq həyata keçirilir.
47.2. Telekommunikasiyanın inkişafı üçün
investisiya qoyuluşuna dair qərarlar qanunvericilikdə müəyyən
olunmuş qaydada, müvafiq dövlət proqramları və müqavilələr
əsasında qəbul olunur.
47.3. Müvafiq ərazilərin sosial-iqtisadi
inkişaf proqramlarına uyğun olaraq telekommunikasiyanın inkişafı
üçün aidiyyəti icra hakimiyyəti orqanları da müəyyən
tədbirlər görürlər.
47.4. Xarici investisiyaların telekommunikasiyanın
inkişafına cəlb edilməsi və onların qorunması
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə və
tərəfdar çıxdığı beynəlxalq müqavilələrə
uyğun olaraq təmin edilir.
47.5. Telekommunikasiyanın inkişafı üzrə
tədbirlər uyğun olaraq büdcə və büdcədənkənar
vəsaitlər, operatorların, provayderlərin öz vəsaitləri,
kreditlər, qrantlar və qanunvericiliklə qadağan edilməmiş
digər mənbələr hesabına maliyyələşdirilir.
47.6. Dövlət hakimiyyəti orqanlarının
telekommunikasiya xidmətləri və telekommunikasiya təyinatlı
strukturlarının maddi-texniki bazasının inkişafı üçün
nəzərdə tutulmuş xərclər həmin orqanlar üçün
ayrılmış müvafiq büdcə vəsaitinin tərkibinə
daxil edilir.
47.7. Fiziki və hüquqi şəxslərə
məxsus telekommunikasiya şəbəkələrinin inkişafı
qanunvericiliklə qadağan edilməmiş mənbələr hesabına
təmin edilir.
Maddə 48 . Telekommunikasiya xidmətlərinin göstərilməsi
ilə əlaqədar məlumatların emalı
48.1. Telekommunikasiya xidmətlərinin göstərilməsinə
görə ödənişlər müvafiq qaydada emal edilmiş
məlumatlar əsasında həyata keçirilir.
48.2. Operatorlar, provayderlər telekommunikasiya
xidmətlərindən istifadəyə və ya şəbəkəyə
qoşulmaya görə aşağıdakı məlumatları
emal edir:
48.2.1. abunəçinin, yaxud onun son avadanlığının
məxsusiləşdirilməsini mümkün edən məlumat;
48.2.2. abunəçinin ünvanı;
48.2.3. ümumistifadəli telekommunikasiya xidmətlərinə
görə abunəçinin ödədiyi məbləğin
hesabatının aparılmasına əsas olan ölçü
vahidləri;
48.2.4. istifadə edilən xidmət vahidi
üzrə aidiyyəti əsas göstəricilər (məxsusiləşdirilmə
nömrəsi, xidmətdən istifadə müddəti, həcmi
və s.);
48.2.5. telekommunikasiya xidmətini göstərən
şəxsə istifadəçinin avans olaraq, yaxud hissə-hissə
köçürdüyü ödənişlər barədə
məlumatlar;
48.2.6. telekommunikasiya xidmətini göstərən
şəxs tərəfindən xəbərdarlıqlar və telekommunikasiya
xidmətlərinə məhdudiyyətlər barədə məlumatlar.
48.3. Operator, provayder bu maddədə göstərilmiş
məlumatları mühafizə etməlidir və qanunvericilikdə
nəzərdə tutulmuş hüquqi əsas olmadan üçüncü
şəxslərə (aidiyyəti abunəçi istisna olmaqla)
verməməlidir.
48.4. Operatorlar, provayderlər bu maddədə
göstərilmiş məlumatların mülki qanunvericiliklə
müəyyən edilmiş iddia müddətləri bitənə
qədər saxlanmasını təmin etməlidirlər.
48.5. Mobil telekommunikasiya xidməti göstərən operatorlar
şəbəkələrində rouminq rabitəsində olan xarici
istifadəçilərə aid qeydiyyata alınmış bütün
məlumatların ən azı 1 (bir) il müddətində saxlanılmasını
təmin etməlidirlər.
Maddə 49 . Telekommunikasiya şəbəkələrində qəzaların
nəticələrinin aradan qaldırılması
49.1. Telekommunikasiya şəbəkələrində
qəzaların nəticələrinin aradan qaldırılması
işləri telekommunikasiya vasitələrinin yerləşdiyi
torpaq sahəsi, bina və ya qurğu mülkiyyətçisi, icarəçisi
ilə əldə edilən qarşılıqlı razılıq
əsasında aparılır. Fövqəladə və təxirəsalınmaz
hallarda, dövlət və ya ictimai mənafelərin təmin edilməsi
tələb olunduqda belə işlərin aparılmasına həmin
şəxslərin razılığı tələb olunmur.
49.2. Bərpa və təmir işləri
zamanı dəyən zərər qanunvericiliklə müəyyən
edilmiş qaydada ödənilməlidir.
49.3. Telekommunikasiya şəbəkələrində
qəzaların nəticələrinin aradan qaldırılması
işlərinə qəza nəticəsində zədələnmiş
telekommunikasiya vasitələrinin bərpası və ya yenidən
qurulması ilə yanaşı, təbiətin mühafizəsi
üzrə zəruri tədbirlərin görülməsi də
daxildir.
Maddə 50 . Telekommunikasiya vasitələrinin idxalı, ixracı,
istehsalı, satışı və onlardan istifadə
Telekommunikasiya vasitələrinin idxalı,
ixracı, istehsalı, satışı və istifadəsi qanunvericiliyə
uyğun həyata keçirilir.
Maddə 50-1. Telekommunikasiya vasitələri və qurğuları ilə
yayımlanan reklam
50-1.1. Operator və provayder reklamverici ilə
bağlanılan müqavilə əsasında reklam yayımlaya
bilər. Operator və provayder abunəçiyə reklamı yalnız
abunəçi ilə bağlanılan yazılı müqavilədə
reklamın göndərilməsi razılaşdırıldığı
halda fərdi qaydada yayımlaya bilər. Operator və provayder abunəçiyə
reklam göndərilməsindən istənilən vaxt imtina etmək
və ya abunəçinin yalnız arzuladığı reklamı
yayımlamaq üçün imkan yaratmalıdır. Abunəçinin
razılığı olmadan və ya “Reklam haqqında” Azərbaycan
Respublikası Qanununun müddəalarına zidd olan reklamın
göndərilməsi üçün operator və provayder məsuliyyət
daşıyır.
50-1.2. Operator və provayder ilə abunəçi
arasında bu Qanunun 50-1.1-ci maddəsinin ikinci cümləsində
göstərilən reklamın göndərilməsi barədə
müqavilə bağlanıldığı halda, abunəçinin
reklam göndərilməsindən imtina etməsi barədə
operatora və (və ya) provayderə sorğusu əsasında abunəçiyə
məxsus son telekommunikasiya avadanlığına reklamın yayımlanması
dərhal dayandırılır.
Operatora və provayderə məlumat üçün
müraciət edən abunəçinin sorğusuna cavab verilənədək,
reklam yayımlana bilər. Məlumat xidməti ödənişli
olduqda, reklamın yayımlanması arayışın dəyərinə
daxil edilə bilməz.
50-1.3. Telekommunikasiya qurğularında tündlüyü
5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamı yerləşdirilə
bilməz.[49]
VII
fəsil
TELEKOMMUNİKASİYA XİDMƏTLƏRİ
GÖSTƏRİLMƏSİNİN XÜSUSİYYƏTLƏRİ
Maddə 51 . Telekommunikasiya sahəsində istifadə olunan dil
51.1. Azərbaycan Respublikasının ərazisində
operatorlar, provayderlər kargüzarlıq işini qanunvericiliyə
uyğun olaraq Azərbaycan dilində aparırlar.
51.2. Azərbaycan Respublikasının ərazisində
operatorların, provayderlərin qəbul etdikləri və ötürdükləri
yazılı məlumatların ünvanları Azərbaycan dilində
tərtib edilir.
51.3. Ölkə hüdudlarından kənara
ötürülən məlumatlar Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə
müəyyən edilmiş dillərdə tərtib edilə bilər.
Maddə 52 . Telekommunikasiya sahəsində uçot vaxtı
52.1. Azərbaycan Respublikası ərazisində
telekommunikasiya xidmətləri üçün vahid uçot-hesabat
vaxtı - Bakı vaxtı tətbiq edilir.
52.2. Beynəlxalq telekommunikasiya sahəsində
uçot-hesabat vaxtı Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
əsasən müəyyən edilir. Əgər beynəlxalq müqavilələrdə
ayrı qayda nəzərdə tutulmayıbsa, uçot-hesabat vaxtı
ümumdünya sistemləşdirilmiş vaxtı ilə müəyyənləşdirilir.
VIII
fəsil
TELEKOMMUNİKASİYA FƏALİYYƏTİ
SAHƏSİNDƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
Maddə 53 . Telekommunikasiya sahəsində
beynəlxalq əməkdaşlığın əsasları
53.1. Telekommunikasiya sahəsində beynəlxalq
əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyinə
və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə,
telekommunikasiya operatorlarının xarici telekommunikasiya operatorları
ilə bağladığı müqavilələrə müvafiq
olaraq həyata keçirilir.
53.2. Müvafiq icra hakimiyyəti orqanı
səlahiyyətləri çərçivəsində digər
dövlətlərin telekommunikasiya qurumları ilə qarşılıqlı
əlaqələr yaradır, beynəlxalq təşkilatlarda Azərbaycan
Respublikasını təmsil edir və maraqlarını qoruyur.
53.3. Azərbaycan Respublikasının telekommunikasiya
sahəsi üzrə beynəlxalq təşkilatlarda iştirakı
ilə bağlı üzvlük haqları qanunvericiliyə uyğun
olaraq ödənilir.
53.4. Xarici dövlətlərin hüquqi
və fiziki şəxslərinin Azərbaycan Respublikasının
ərazisində telekommunikasiya sahəsində fəaliyyəti
Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar
çıxdığı beynəlxalq müqavilələr ilə
müəyyən olunmuş qaydada tənzimlənir.
Maddə 54 . Telekommunikasiya sahəsində
beynəlxalq əməkdaşlığa tətbiq olunan hüquq
Telekommunikasiya sahəsində beynəlxalq
layihələrin həyata keçirilməsində iştirak edən
Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri
ilə xarici hüquqi və fiziki şəxslər arasında
bağlanan müqavilələrdə tətbiq edilən hüquq
göstərilməlidir.
IX fəsil
TELEKOMMUNİKASİYA FƏALİYYƏTİ
SAHƏSİNDƏ MÜBAHİSƏLƏRİN HƏLLİ
Maddə 55. Beynəlxalq telekommunikasiya şəbəkələrindən
istifadə edilərkən mübahisələrin həll olunması
Azərbaycan Respublikasının və xarici
dövlətlərin telekommunikasiya operatorları, provayderləri
arasında mübahisələr Azərbaycan Respublikasının
tərəfdar çıxdığı müvafiq beynəlxalq
müqavilələrdə və tərəflər arasında
bağlanmış müqavilələrdə nəzərdə
tutulmuş qaydada həll olunur.
Maddə 56. Telekommunikasiya fəaliyyətinin həyata keçirilməsi
ilə əlaqədar yaranan mübahisələrin həlli
56.1. Telekommunikasiya fəaliyyəti subyektləri
arasında yaranan mübahisələr qanunvericiliklə müəyyən
olunmuş qaydada həll edilir.
56.2. Operatorlar arasında arabağlantı,
xüsusi çıxış və icarə olunan xətlər,
kanallar məsələləri üzrə yaranan mübahisələr
müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll
edilir. Mübahisə ilə bağlı qəbul edilmiş qərar
dərc olunur və onun mətni mübahisədə iştirak
edən tərəflərə təqdim olunur. Qəbul edilmiş
qərarla razılaşmayan tərəfin məhkəməyə
müraciət etmək hüququ vardır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
14 iyun 2005-ci il
¹ 927-IIQ
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 20 oktyabr 2006-cı
il tarixli 170-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə 932)
2. 1 may 2007-ci
il tarixli 324-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 442)
3. 9 oktyabr 2007-ci
il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə 1053)
4. 29 aprel 2016-cı il tarixli 212-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 iyun
2016-cı il, ¹ 121, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6, maddə
969)
5. 28 oktyabr 2016-cı
il tarixli 371-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 dekabr 2016-cı il, ¹ 277, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 1989)
6. 10 mart 2017-ci
il tarixli 540-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 19 mart 2017-ci il, ¹ 61, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə 346)
7. 14 aprel 2017-ci
il tarixli 608-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 iyun 2017-ci il, ¹ 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹ 6, maddə 1024)
8. 16 may 2017-ci
il tarixli 672-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2017-ci il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 6, maddə 1046)
9. 31 may 2017-ci
il tarixli 700-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2017-ci il, ¹ 147, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹7, maddə 1266)
10. 1 dekabr 2017-ci il tarixli 900-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2017-ci il, ¹ 285, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 12, I kitab, maddə 2255)
11. 1 may 2018-ci il tarixli 1102-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2018-ci il, ¹ 142, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, ¹6, maddə 1161)
12. 29 mart 2019-cu il tarixli 1539-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel 2019-cu il, ¹ 83, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹4, maddə 588)
13. 17 may 2019-cu il tarixli 1590-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 iyul 2019-cu il, ¹ 144,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
7, maddə 1177)
14. 19 noyabr 2019-cu il tarixli 1692-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 22 dekabr 2019-cu il, ¹ 285, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹ 12, maddə 1882)
15. 29 iyun 2020-ci
il tarixli 149-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 avqust 2020-ci
il, ¹ 158, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 8, maddə 1012)
16. 27 dekabr 2021-ci
il tarixli 460-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci
il, ¹ 286, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə 1343)
17.
8 iyul 2022-ci il tarixli 586-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 5 avqust 2022-ci il “Azərbaycan”
qəzeti, 6 avqust 2022-ci il, ¹ 165, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2022-ci il, ¹8, maddə 833)
18. 27 dekabr
2022-ci il tarixli 768-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 4 fevral 2023-cü il, “Azərbaycan”
qəzeti, 5 fevral 2023-cü il, ¹ 26, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 2, maddə 203)
19. 27 dekabr 2022-ci
il tarixli 771-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 28 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 29 yanvar
2023-cü il, ¹ 20,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 1, maddə 31)
20. 17 fevral
2023-cü il tarixli 810-VIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, ¹ 73,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 4, maddə 448)
21. 18 mart
2025-ci il tarixli 161-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
8 aprel 2025-ci il,
“Azərbaycan”
qəzeti, 9 aprel 2025-ci il, ¹ 68, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 4, I kitab, maddə 318)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK
VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 1 dekabr 2017-ci il tarixli 900-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2017-ci il, ¹ 285, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 12, I kitab, maddə 2255) ilə 1.0.19-cu
maddədə və 7.1-ci maddənin birinci
cümləsində “ölkə
kodlu” sözləri “az”
ölkə kodlu” sözləri ilə əvəz edilmişdir.
[2] 29 iyun 2020-ci il tarixli 149-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
13 avqust 2020-ci il, ¹ 158, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 8, maddə 1012) ilə 1.0.19-cu
maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilmişdir və
yeni məzmunda 1.0.20-ci maddə əlavə edilmişdir.
[3] 27 dekabr 2022-ci il tarixli 768-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 fevral
2023-cü il, “Azərbaycan” qəzeti, 5 fevral 2023-cü il, ¹ 26, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 2, maddə 203) ilə 4.2-ci maddənin birinci
cümləsində “və bu
xidmətlərdən istifadə edən bütün dövlət
hakimiyyəti orqanları” sözləri “, habelə bu xidmətlərdən və radiotezliklərdən
istifadə edən bütün dövlət orqanları
(qurumları)” sözləri ilə əvəz edilmişdir.
[4] 17 fevral 2023-cü il tarixli 810-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, ¹ 73,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 4, maddə 448) ilə 5.2-ci, 22-ci və 30-cu maddələrində “Televiziya və radio yayımı
haqqında” sözləri “Media
haqqında” sözləri ilə əvəz
edilmişdir.
[5] 14 aprel 2017-ci il tarixli 608-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 8 iyun 2017-ci il, ¹ 122, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 6, maddə 1024) ilə 6.1.3-cü maddədə “sertifikatlaşdırma”
sözü “sertifikatlaşdırmanın
təşkili” sözləri ilə əvəz
edilmişdir.
[6] 18 mart 2025-ci il tarixli 161-VIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
8 aprel 2025-ci il,
“Azərbaycan” qəzeti,
9 aprel 2025-ci il,
¹ 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci
il, ¹ 4, I kitab, maddə 318) ilə 6.1.5-ci maddədən “və antiinhisar fəaliyyətin”
sözləri çıxarılmışdır.
[7] 10 mart
2017-ci il tarixli 540-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, ¹ 61,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
3, maddə 346) ilə yeni məzmunda
6.1.7-1-ci maddə əlavə edilmişdir.
[8] 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə 932) ilə
7.4-cü maddədə “provayderinə” sözlərindən
sonra “,eyni zamanda digər hüquqi və fiziki şəxslərə”
sözləri əlavə edilsin, “ayrılması
qaydalarına” sözləri “ayrılması və istifadəsi
qaydalarına” sözləri ilə əvəz edilmişdir.
[9] 9 oktyabr 2007-ci il
tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə
1053) ilə 7.5-ci maddədə “qanuna uyğun olaraq” sözləri “inzibati qaydada və (və ya)” sözləri ilə əvəz
edilmişdir.
[10] 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə 932) ilə
7.9-cu maddənin birinci cümləsində
“bölüşdürülməsi və istifadəsi
qaydası” sözləri “ayrılması və istifadəsi
qaydaları” sözləri ilə əvəz edilmişdir.
[11] 1 dekabr 2017-ci il tarixli 900-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2017-ci il, ¹ 285, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 12, I kitab, maddə 2255) ilə 7.10-cu
maddə yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
7.10. Ölkə kodlu domen adlarının qeydiyyatı,
istifadəsi qaydaları beynəlxalq normalara uyğun olaraq
müvafiq icra hakimiyyəti orqanı və aidiyyəti
qurumların birgə iştirakı ilə tənzimlənir.
[12] 29 iyun 2020-ci il tarixli 149-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
13 avqust 2020-ci il, ¹ 158, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 8, maddə 1012) ilə yeni məzmunda
7.10-1-ci maddə əlavə edilmişdir.
[13] 14 aprel 2017-ci il tarixli 608-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 8 iyun 2017-ci il, ¹ 122, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 6, maddə 1024) ilə 9.4-cü maddədə “Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı”
sözləri “müvafiq icra
hakimiyyəti orqanının akkreditasiya edilmiş
uyğunluğu qiymətləndirən qurumu və ya
akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən
qurumlar” sözləri ilə əvəz edilmişdir və
yeni məzmunda 9.4-1-ci maddə əlavə edilmişdir.
[14] 1 may 2007-ci il tarixli 324-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə
442) ilə 10.1-ci maddəsində “tənzimlənir”
sözü “müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir” sözləri ilə əvəz edilmişdir.
[15] 18 mart 2025-ci il tarixli 161-VIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
8 aprel 2025-ci il,
“Azərbaycan” qəzeti,
9 aprel 2025-ci il,
¹ 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci
il, ¹ 4, I kitab, maddə 318) ilə 11-ci maddənin adından “və antiinhisar fəaliyyətin”
sözləri çıxarılmışdır.
[16] 18 mart 2025-ci il tarixli 161-VIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
8 aprel 2025-ci il,
“Azərbaycan” qəzeti,
9 aprel 2025-ci il,
¹ 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci
il, ¹ 4, I kitab, maddə 318) ilə 11.2-ci maddənin birinci
abzasında “antiinhisar
qanunvericiliyə” sözləri “rəqabət qanunvericiliyinə” sözləri ilə
əvəz edilmişdir və həmin maddəyə “fəaliyyətində”
sözündən sonra “rəqabət
qanunvericiliyinə və” sözləri əlavə
edilmişdir.
[17] 18 mart 2025-ci il tarixli 161-VIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
8 aprel 2025-ci il,
“Azərbaycan” qəzeti,
9 aprel 2025-ci il,
¹ 68, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci
il, ¹ 4, I kitab, maddə 318) ilə 11.2.2-ci və 11.2.3-cü maddələrdə
“qanunvericilikdə”
sözü “qanunda”
sözü ilə əvəz edilmişdir.
[18] 27 dekabr 2022-ci il tarixli 768-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 fevral
2023-cü il, “Azərbaycan” qəzeti, 5 fevral 2023-cü il, ¹ 26, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 2, maddə 203) ilə 13.2-ci maddədə “mövcud qanunvericiliyə” sözləri “bu Qanuna və “Lisenziyalar və
icazələr haqqında” Azərbaycan
Respublikasının Qanununa” sözləri ilə əvəz
edilsin və həmin maddəyə “tərəfindən” sözündən sonra “10 il müddətinə”
sözləri əlavə edilmişdir.
[19] 27 dekabr 2022-ci il tarixli 768-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 fevral
2023-cü il, “Azərbaycan” qəzeti, 5 fevral 2023-cü il, ¹ 26, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 2, maddə 203) ilə yeni məzmunda 13.2-1-ci və
13.2-2-ci maddələr əlavə
edilmişdir.
[20] 27 dekabr 2022-ci il tarixli 768-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 fevral
2023-cü il, “Azərbaycan” qəzeti, 5 fevral 2023-cü il, ¹ 26, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 2, maddə 203) ilə yeni məzmunda 13.3-1-ci və
13.3-2-ci maddələr əlavə
edilmişdir.
[21] 27 dekabr 2022-ci il tarixli 768-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 fevral
2023-cü il, “Azərbaycan” qəzeti, 5 fevral 2023-cü il, ¹ 26, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 2, maddə 203) ilə 13.4.2-ci maddənin sonunda
nöqtə işarəsi nöqtəli vergül işarəsi
ilə əvəz edilmişdir və yeni məzmunda 13.4.3-cü maddə
əlavə edilmişdir.
[22] 27 dekabr 2022-ci il tarixli 768-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 4 fevral
2023-cü il, “Azərbaycan” qəzeti, 5 fevral 2023-cü il, ¹ 26, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 2, maddə 203) ilə yeni məzmunda 13.4-1-ci maddə
əlavə edilmişdir.
[23] 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə 932) ilə
13.6-cı maddədə, birinci cümlədə “radioelektron
vasitələr nəzərə alınmaqla birdəfəlik və
müddətli” sözləri “istismar olunan radioelektron vasitələri
nəzərə alınmaqla birdəfəlik və müddətli
(aylıq və ya illik)” sözləri ilə əvəz
edilmişdir.
ikinci cümlədə “Birdəfəlik
və müddətli ödənişlərin təyin
olunması, bölüşdürülməsi və istifadəsi
qaydası” sözləri “Radiotezliklərin ayrılması,
qeydiyyatı, istifadəsi və ödənişlərin təyin
olunması qaydaları” sözləri ilə əvəz
edilmişdir.
[24] 10 mart
2017-ci il tarixli 540-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, ¹ 61,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
3, maddə 346) ilə yeni məzmunda
13-1-ci maddə əlavə edilmişdir.
[25] 1 may 2018-ci il tarixli 1102-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 iyun 2018-ci il, ¹ 142, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹6, maddə 1161) ilə 16-cı maddəsinin adına və 16.1-ci maddəyə
“fövqəladə”
sözündən sonra “və
ya hərbi” sözləri əlavə edilmişdir.
[26] 1 may 2018-ci il tarixli 1102-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 iyun 2018-ci il, ¹ 142, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹6, maddə 1161) ilə 16.1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə
edilmişdir.
[27] 8 iyul 2022-ci il tarixli 586-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 5 avqust 2022-ci il “Azərbaycan”
qəzeti, 6 avqust 2022-ci il, ¹ 165, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹8, maddə
833) ilə yeni məzmunda 17.1-1-ci maddə əlavə
edilmişdir.
[28] 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə
1053) ilə 17.4-cü maddədə “məhkəməyə” sözündən əvvəl
“inzibati qaydada və (və ya)”
sözləri əlavə edilmişdir.
[29] 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə 932) ilə
21.3-cü maddədə “keçmiş” sözü
“keçmir” sözü ilə əvəz edilmişdir.
[30] 27 dekabr 2022-ci il tarixli 771-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi
internet saytı, 28 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 29 yanvar
2023-cü il, ¹ 20,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü
il, ¹ 1, maddə 31) ilə 25-ci maddəyə yeni məzmunda
ikinci və üçüncü cümlələr əlavə
edilmişdir.
[31] 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə 932) ilə
31.4-cü maddədə “keçirilən müsabiqə nəticəsində”
sözləri “müvafiq icra hakimiyyəti orqanı tərəfindən
keçirilən müsabiqə əsasında” sözləri
ilə, “üzərinə” sözü “müvafiq icra hakimiyyəti
orqanı tərəfindən üzərinə” sözləri
ilə, “vəzifəsi qoyulmuş telekommunikasiya operatoru”
sözləri “öhdəliyi qoyulmuş telekommunikasiya
operatoru, provayderi” sözləri ilə əvəz edilsin, maddəyə
yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
[32] 27 dekabr 2021-ci il tarixli 460-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, ¹ 286,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
12, maddə 1343) ilə yeni məzmunda
32.3-cü maddə əlavə edilmişdir.
[33] 29 aprel 2016-cı il tarixli 212-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7
iyun 2016-cı il, ¹ 121, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6,
maddə 969) ilə yeni məzmunda 33.1.3-1 maddə əlavə edilmişdir.
19 noyabr 2019-cu il tarixli 1692-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 22 dekabr 2019-cu il, ¹ 285, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə 1882) ilə
33.1.3-1-ci maddədə “sağlamlığına və
inkişafına ziyan vuran” sözləri “zərərli” sözü ilə əvəz
edilmişdir və “istifadə
imkanlarını” sözlərindən sonra “Uşaqların zərərli
informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası
Qanununun tələbləri nəzərə alınmaqla”
sözləri əlavə edilmişdir.
[34] 16 may
2017-ci il tarixli 672-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2017-ci il, ¹ 137,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
6, maddə 1046) ilə 33.1.3-2-ci, 33.1.3-3-cü, 40.3.5-1-ci,
40.3.5-2-ci, 40.3.5-3-cü, 40.3-1-ci və 48.5-ci maddələr
əlavə edilmişdir.
[35] 10 mart
2017-ci il tarixli 540-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, ¹ 61,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
3, maddə 346) ilə yeni məzmunda
33.1.9-1-ci və 33.1.9-2-ci maddələr əlavə
edilmişdir.
[36] 29 mart 2019-cu il tarixli 1539-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel 2019-cu il, ¹ 83, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹4, maddə 588) ilə yeni
məzmunda 33.1.9-3-cü maddə əlavə
edilmişdir.
[37] 17 may 2019-cu il tarixli 1590-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 iyul 2019-cu il, ¹ 144,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
7, maddə 1177) ilə yeni məzmunda 33.1.9-4-cü maddə əlavə
edilmişdir.
[38] 19 noyabr 2019-cu il tarixli 1692-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 22 dekabr 2019-cu il, ¹ 285,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1882) ilə yeni məzmunda 33.1.9-5-ci maddə
əlavə edilmişdir.
[39] 27 dekabr 2021-ci il tarixli 460-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, ¹ 286,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
12, maddə 1343) ilə yeni məzmunda
33.1.9-6-cı maddə əlavə edilmişdir.
[40] 10 mart
2017-ci il tarixli 540-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, ¹ 61,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
3, maddə 346) ilə 33.2-ci
maddədə “32.1.4-cü”
sözləri “33.1.4-cü”
sözləri ilə əvəz edilmişdir.
16 may 2017-ci il tarixli 672-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 30 iyun 2017-ci il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 6, maddə
1046) ilə 33.2-ci maddədə “33.1.4-cü maddəsi” sözləri “33.1.3-2-ci, 33.1.3-3-cü və
33.1.4-cü maddələri” sözləri ilə əvəz
edilmişdir.
17 may 2019-cu il tarixli 1590-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 iyul 2019-cu il, ¹ 144,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
7, maddə 1177) ilə 33.2-ci maddədə “və 33.1.4-cü” sözləri “, 33.1.4-cü və 33.1.9-4-cü” sözləri
ilə əvəz edilmişdir.
[41] 1 dekabr 2017-ci il tarixli 900-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2017-ci il, ¹ 285, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 12, I kitab, maddə 2255) ilə yeni
məzmunda 33.3-cü maddə əlavə edilmişdir.
[42] 29 aprel 2016-cı il tarixli 212-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7
iyun 2016-cı il, ¹ 121, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6,
maddə 969) ilə yeni məzmunda 34.1.2-1 maddə əlavə edilmişdir.
19 noyabr 2019-cu il tarixli 1692-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 22 dekabr 2019-cu il, ¹ 285, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə 1882) ilə
34.1.2-1-ci maddədə “sağlamlığına və
inkişafına ziyan vuran” sözləri “zərərli” sözü ilə əvəz
edilmişdir və “qorunması
üçün” sözlərindən sonra “texniki proqram və avadanlıq
vasitələrinin tətbiqi ilə müvafiq” sözləri
əlavə edilmişdir.
[43] 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə 932) ilə39-cu
maddənin adında və 39.1-ci maddədə “əməliyyat-axtarış”
sözlərindən sonra “, kəşfiyyat və əks-kəşfiyyat”
sözləri əlavə edilmişdir.
[44] 29 aprel 2016-cı il tarixli 212-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7
iyun 2016-cı il, ¹ 121, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6,
maddə 969) ilə yeni məzmunda 40.3.7-1-ci maddə
əlavə edilmişdir.
[45] 28 oktyabr
2016-cı il tarixli 371-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr
2016-cı il, ¹ 277, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 1989) ilə
yeni məzmunda 40.4-1-ci maddə
əlavə edilmişdir.
[46] 28 oktyabr
2016-cı il tarixli 371-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr
2016-cı il, ¹ 277, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 1989) ilə 40.5-ci maddədə “Fövqəladə hallar” sözlərindən sonra “, dini ekstremizm əleyhinə
xüsusi əməliyyatın aparıldığı hallar”
sözləri əlavə edilmişdir.
[47] 20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə
932) ilə 43.1-ci maddənin mətni yeni redaksiyada verilmişdir.
[48] 10 mart
2017-ci il tarixli 540-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2017-ci il, ¹ 61,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
3, maddə 346) ilə yeni məzmunda
43.4-cü və 43.5-ci maddələr əlavə
edilmişdir.
[49] 31 may 2017-ci il tarixli 700-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2017-ci il, ¹ 147, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹7 , maddə 1266) ilə 50-1-ci
maddə əlavə edilmişdir.