“Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının Qanununa və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4, I kitab, maddə 250, № 5, maddə 323) 5-ci maddəsi çıxarılsın.

II. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4, I kitab, maddə 250; 2002-ci il, № 12, maddə 709; 2003-cü il, № 8, maddə 420; 2004-cü il, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005-ci il, №2, maddə 61. Azərbaycan Respublikasının 2005-ci il 10 iyun tarixli, 925-IIQD nömrəli, 2005-ci il 24 iyun tarixli, 948-IIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 11.3-cü maddə çıxarılsın.

2. 13-cü maddədə “, öz riski ilə” sözləri çıxarılsın.

3. 14.3-cü maddədə “Dövlət” sözü “Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət” sözləri ilə əvəz edilsin.

4. 15.1-ci maddə çıxarılsın.

5. 15.2-ci maddədə “hüquqları həyata keçirməkdən imtina etməsi” sözləri “mülki hüquqlardan istifadə etməməsi” sözləri ilə əvəz edilsin.

6. 16.2-ci, 17.2-ci, 17.3-cü və 20-ci maddələr çıxarılsın.

7. 21.1-ci maddədə “Hüququ pozulmuş şəxs” sözləri “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs” sözləri ilə əvəz edilsin.

8. 21.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.”.

9. 22-ci maddə çıxarılsın.

10. 28.4-cü maddədə “qəyyumun” sözü “himayəçinin” sözü ilə əvəz edilsin.

11. 28.8-ci maddəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

“Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.”.

12. 29.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan onun valideynləri,

övladlığa götürənlər və qəyyumlar tərəfindən bəyənildikdə etibarlıdır.”.

13. 30.1-ci maddənin birinci cümləsində “qəyyumun” sözü “himayəçinin” sözü ilə əvəz edilsin, ikinci cümləsində isə “qəyyum” sözü “himayəçi” sözü ilə əvəz edilsin və “yazılı surətdə” sözləri çıxarılsın.

14. 30.2-ci maddədə “qəyyumun” sözü “himayəçinin” sözü ilə əvəz edilsin.

15. 30.2.3-cü maddə çıxarılsın.

16. 30.4-cü maddədə “qəyyumun” sözü “himayəçinin” sözü ilə əvəz edilsin.

17. 32.1-ci maddəyə aşağıdakı məzmunda altıncı cümlə əlavə edilsin:

“Fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin himayəçinin razılığı tələb olunan hallarda, belə razılıq olmadan bağladığı əqd sonradan himayəçinin yazılı razılığı ilə etibarlı hesab edilə bilər.”.

18. 4-cü fəslin 4-cü və 5-ci paraqrafları çıxarılsın.

19. Üçüncü bölmənin adı aşağıdakı redaksiyada verilsin:

“Əmlak və əşya hüququ”

20. 135.5-ci maddədə:

20.1. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak nemətləridir.”.

20.2. aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) ilə bağlı münasibətlər onların hər birinə aid olan xüsusi qanunvericiliyin müddəalarına müvafiq olaraq tənzimlənir.”.

21. 135.10-cu maddənin ikinci cümləsinin əvvəlinə “Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla,” sözləri əlavə edilsin.

22. 137-ci maddə çıxarılsın.

23. 139.2-ci maddədə “Daşınmaz” sözü “Daşınar” sözü ilə əvəz edilsin.

24. Məcəlləyə aşağıdakı məzmunda 139.3-cü maddə əlavə edilsin:

“139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.”.

25. 140-cı maddə aşağıdakı məzmunda verilsin:

 “Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası

Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna

olmaqla, həqiqi hesab edilir.”.

26. 141-ci maddə aşağıdakı məzmunda verilsin:

“Maddə 141 . Daşınmaz əmlakın dövlət reyestrində düzəlişin aparılması

141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.”.

27. 142-ci, 143-cü və 145-ci maddələr çıxarılsın.

28. 147-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“147.1. Torpaq sahəsinə olan hüququn və ya torpaq sahəsini yüklü edən hüququn əldə edilməsinə və ya ləğvinə, yaxud belə hüququn məzmununun və ya növbəliliyinin dəyişdirilməsinə dair tələbi təmin etmək üçün daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydiyyat aparıla bilər. Gələcək və ya şərti tələblərin təmin edilməsi üçün də qabaqcadan qeydiyyatın aparılmasına yol verilir.

147.2. Qabaqcadan qeydiyyat aparıldıqdan sonra torpaq sahəsinə və ya ona olan hüquqa dair verilən sərəncam, onun göstərilən tələbin həyata keçirilməsinə təsir etdiyi və ya mane olduğu hissəsində etibarsızdır. Həmin qayda sərəncamın məcburi icra və ya həbsin qoyulması qaydasında verildiyi halda da tətbiq edilir.

147.3. Hüququn əldə edilməsinə yönəldilmiş tələbin üstünlüyü qabaqcadan qeydiyyat üçün tələb barəsində ərizənin reyestrə təqdim edilməsi vaxtı ilə müəyyən edilir.”.

29. 149.1-ci maddə çıxarılsın.

30. 151-ci və 157.3-cü maddələr çıxarılsın.

31. 157.5-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

 “Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.”.

32. 158.3-cü maddədə “olur” sözü “olmur” sözü ilə əvəz edilsin, yeni “olmur” sözündən sonra vergül qoyulsun və aşağıdakı sözlər əlavə edilsin: “bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.”.

33. 167-ci və 168-ci maddələr çıxarılsın.

34. 178.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.”.

35. 178.5-ci maddədə “daha həmin sahə barəsində ona etiraz edilə bilməz” sözləri “həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır” sözləri ilə əvəz edilsin.

36. Məcəlləyə aşağıdakı məzmunda 178.8-ci maddə əlavə edilsin:

“178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.”.

37. 179.1-ci maddə çıxarılsın.

38. 181.4-cü maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

“Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir.”.

39. 181.5-ci və 181.8-ci maddələr çıxarılsın.

40. 188.2-ci maddədən “, yeni əmlaka mülkiyyət hüququnu emal edən şəxs əldə etdikdə isə o, materialların dəyərini mülkiyyətçisinə ödəməlidir” sözləri çıxarılsın.

41. Məcəlləyə aşağıdakı məzmunda 191-1-ci maddə əlavə edilsin:

“Maddə 191-1 . Yeni mülkiyyətçiyə qarşı zərərin əvəzinin ödənilməsi tələbi

191-1.1. Bu Məcəllənin 188-ci, 190-cı və 191-ci maddələrinə müvafiq olaraq mülkiyyətini itirən və ya hüquqları başqa qaydada pozulan şəxs mülkiyyətçi olmuş şəxsdən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əvvəlki vəziyyətin bərpa olunması tələbi yolverilməzdir.

191-1.2. Əgər yeni mülkiyyətçi əşyanı əvəzli müqavilə əsasında üçüncü şəxsdən əldə edibsə, bu Məcəllənin 191-1.1-ci maddəsində nəzərdə tutulmuş tələb əmələ gəlmir.”.

42. Məcəlləyə aşağıdakı məzmunda 194.3-194.5-ci maddələr əlavə edilsin:

 “194.3. Kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblərin, o cümlədən alimentlər haqqında və həyata və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında tələblərin güzəşt edilməsinə yol verilmir. 194.4. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir.

194.5. Orderli qiymətli kağız üzrə tələbin güzəşti həmin qiymətli kağız üzrə indossament yolu ilə həyata keçirilir.”.

43. 196-cı maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 196 . Kreditorun başqa şəxsə güzəşt edilən tələblərinin həcmi

Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər.”.

44. 197-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Eyni qayda gələcəkdə yaranan tələblərə də şamil edilir.”.

45. 198-ci və 199-cu maddələr aşağıdakı redaksiyada verilsin:

“Maddə 198 . Yeni kreditorun tələblərinin sübutu

198.1. Borclu yeni kreditora öhdəliyi tələbin həmin şəxsə keçdiyinə dair sübutlar ona təqdim edilənədək icra etməyə bilər.

198.2. Tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları bildirməyə borcludur.

Maddə 199 . Yeni kreditorun tələblərinə qarşı borclunun etirazları

199.1. Borclu öhdəlik üzrə tələblərin yeni kreditora güzəşt edildiyi barədə bildirişi aldığı məqamda ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditorun tələbinə qarşı irəli sürə bilər.

199.2. Əgər borclu borc öhdəliyi barədə sənəd vermişsə, borc öhdəliyinin təqdim edilməsi üzrə tələbin güzəşti zamanı o, yeni kreditor qarşısında buna istinad edə bilməz ki, öhdəlik münasibətlərinə girməsi və onların təsdiqi yalnız görüntü yaratmaq üçün edilmişdir və ya ilkin kreditorla razılaşmaya görə güzəşt istisna edilmişdir, amma güzəşt zamanı yeni kreditorun işin təfsilatını bildiyi və ya bilməli olduğu hallar istisna təşkil edir.”.

46. 200-201-ci maddələr və 207.2-ci maddə çıxarılsın.

47. Məcəlləyə aşağıdakı məzmunda 225.6-cı maddə əlavə edilsin:

“225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.”.

48. 227.1-ci maddədə “avadanlığı” sözündən sonra “, habelə yerləşdiyi torpaq sahəsi” sözləri əlavə edilsin.

49. 240.2-cı maddədə “Əgər müqavilə ilə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq” sözləri “Torpaq” sözü ilə əvəz edilsin.

50. 242.1-ci maddə çıxarılsın.

51. 243.3-cü maddədən “o cümlədən, əgər bu, həmin sahədən istifadənin müqavilə ilə müəyyənləşdirilmiş şərtlərinə zidd deyildirsə,” sözləri “habelə” sözü ilə əvəz edilsin.

52. 245-ci maddənin ikinci cümləsində “Əgər binanın və ya qurğunun özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq” sözləri “Torpaq” sözü ilə əvəz edilsin.

53. 248-ci maddənin adında “məhkəmənin qərarı ilə alınması” sözləri “alınması haqqında qərardan iddianın verilməsi” sözləri ilə əvəz edilsin.

54. 248.1-ci maddədə “qərarla” sözü “müvafiq icra hakimiyyəti orqanının qərarı ilə” sözləri ilə, “həmin qərarı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı məhkəməyə torpaq sahəsinin alınması haqqında” sözləri isə “o, həmin qərar barəsində məhkəməyə” sözləri ilə əvəz edilsin.”

55. 248.2-ci maddədə “iddia” sözü “qərardan iddia” sözləri ilə əvəz edilsin.

56. 269.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür.”.

57. 269.5-ci maddədə “öhdəlikdir” sözü “əşya hüququdur” sözləri ilə əvəz edilsin.

58. 271.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140-cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir.”.

59. 275-ci maddə çıxarılsın.

60. 290.1-ci maddədə “bələdiyyə ehtiyacları” sözləri “ictimai ehtiyaclar” sözləri ilə əvəz edilsin.

61. 291.2-ci maddə çıxarılsın.

62. 308.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu halda digər hüquqların növbəliliyi dəyişmir.”.

63. Məcəlləyə aşağıdakı məzmunda 309.3-cü maddə əlavə edilsin:

“309.3. İpoteka və tələb yeni kreditora köhnə kreditorda olduğu kimi keçir. Daşınmaz əmlakın dövlət reyestrində kreditorun maraqlarına cavab verən məlumatların qeydiyyatı düzgün hesab edilir. Bu halda borclu tələbin mövcud olmamasına istinad edə bilməz. Əgər yeni kreditor reyestrdəki yazıların düzgün olmadığını bilirdisə, bu qayda tətbiq edilmir.”.

64. 317.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

 “Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.”.

65. 319.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.”.

66. 319.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“319.2. İpoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər. Razılıqda həmçinin nəzərdə tutula bilər ki, ipoteka predmeti borclunun borclarının tam hesablanması şərtilə bazar qiymətinə satılsın və (və ya) satış zamanı ipoteka predmeti olmuş mənzili (yaşayış sahəsini) əldə edən şəxs qarşısında gələcəkdə borcluya və onun ailə üzvlərinə həmin mənzilin (yaşayış sahəsinin) kirayəçisi olmaq hüququ verən şərt qoyulsun.”.

67. Məcəlləyə aşağıdakı məzmunda 319.4-319.6-cı maddələr əlavə edilsin:

“319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər.

319.5. Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac təkrarən keçirilməsinə istinad edilərək birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

319.6. Bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir.

Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.”.

68. Məcəlləyə aşağıdakı məzmunda 323-1-ci maddə əlavə edilsin:

“Maddə 323-1 . Mülkiyyətçinin ipotekaya dair etirazları

Daşınmaz əmlakın mülkiyyətçisi eyni zamanda ipoteka ilə təmin edilmiş tələbin şəxsi borclusu olmasa da, o, ipoteka saxlayana yalnız şəxsi borcluya məxsus olan qarşılıqlı tələb irəli sürə bilər; xüsusi olaraq bu pul öhdəliklərinin əvəzləşdirilməsi və tələbdən şikayətin verilməsi ilə bağlı qarşılıqlı tələblərdir. Bu, həmçinin mülkiyyətçinin ipoteka saxlayanın şəxsi borclusu olduğu hala da aiddir.

69. 325.2-ci maddə çıxarılsın.

70. 329.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.”.

71. 330-cu maddə çıxarılsın.

72. 331.3-cü maddədə “elektron-rəqəmli” sözləri “elektron” sözü ilə əvəz edilsin və aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin:

“Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir.”.

73. 332-ci, 333-cü, 334.3-cü və 335-ci maddələr çıxarılsın.

74. 336-cı maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“336.1. Əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir.

336.2. Zərərin əvəzinin ödənilməsi ilə bağlı digər hüquqlar toxunulmaz qalır.”.

75. 337.1-ci maddəyə aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin:

“Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.”.

76. 337.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.”.

77. 337.3-cü maddənin ikinci və üçüncü cümlələri və 338-ci maddə çıxarılsın.

78. 339.1-ci maddədə “zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər” sözləri “zərərçəkən tərəfindən mübahisələndirilə bilər” sözləri ilə əvəz edilsin.

79. 339.2-ci maddədə:

- birinci və üçüncü cümlələrində “əqdin etibarsız sayılmasını tələb edə bilər” sözləri “əqdi mübahisələndirə bilər” sözləri ilə əvəz edilsin;

- ikinci cümləsində “Bu tələb” sözləri “Belə mübahisələndirmə” sözləri ilə, “irəli sürülür” sözləri isə “həyata keçirilir” sözləri ilə əvəz edilsin.

80. 339.3-cü maddədə:

- birinci cümləsində “etibarsız sayılması” sözləri “mübahisələndirilməsi” sözü ilə əvəz edilsin;

- ikinci cümləsində “əqdin etibarsız sayılmasını tələb edə bilər” sözləri “əqd mübahisələndirilə bilər” sözləri ilə əvəz edilsin;

- üçüncü cümləsində “əqdin etibarsız sayılmasını” sözləri “əqdi mübahisələndirsin” sözləri ilə əvəz edilsin.

81. 339.4-cü maddədə:

- birinci cümləsində “əqdin etibarsız sayılmasını tələb etsin” sözləri “əqdi mübahisələndirsin” sözləri ilə əvəz edilsin;

- dördüncü cümləsində “etibarsız sayılmasını tələb edilməsinə” sözləri “mübahisələndirilməsinə” sözü ilə əvəz edilsin.

82. 339.5-ci maddənin birinci cümləsində “digər tərəf əqd üzrə aldıqlarının hamısını zərərçəkənə qaytarır, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəyir” sözləri “bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir” sözləri ilə əvəz edilsin.

83. 340.2-ci maddənin ikinci cümləsində “etibarsızdır” sözü “əhəmiyyətsizdir” sözü ilə əvəz edilsin.

84. 342.2-ci maddədə “tələbi ilə məhkəmə tərəfindən” sözləri “razılığı ilə” sözləri ilə əvəz edilsin.

85. 344.1-ci maddədə “On” sözü “Bu Məcəllənin 29-cu maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, on” sözləri ilə əvəz edilsin.

86. 344.2-ci və 344.3-cü maddələr çıxarılsın.

87. 345.1-ci maddədə “valideynlərin, övladlığa götürənlərin və ya himayəçinin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər” sözləri “etibarsızdır” sözü ilə əvəz edilsin.

88. 347.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.”.

89. 347.7-ci maddədə:

- birinci cümləsində “Əqd iddiasına əsasən etibarsız sayılmış” sözləri “Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş” sözləri ilə əvəz edilsin;

- ikinci cümləsində “iddiasına əsasən əqd etibarsız sayılmış” sözləri “vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş” sözləri ilə əvəz edilsin.

90. 348-ci maddə çıxarılsın.

91. 349-cu maddədən “və ya müvafiq fəaliyyətlə məşğuliyyət üçün xüsusi icazəsi (lisenziyası) olmayan hüquqi şəxsin bağladığı əqd” sözləri çıxarılsın və “şəxsin, onun təmsilçisinin və ya hüquqi şəxsin fəaliyyətinə nəzarət edən orqanın iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər” sözləri “şəxs və ya onun təsisçisi tərəfindən mübahisələndirilə bilər” sözləri ilə əvəz edilsin.

92. 350-ci maddədə “şəxsin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər” sözləri “şəxs tərəfindən mübahisələndirilə bilər” sözləri ilə əvəz edilsin.

93. 354-cü maddənin adında “iddia müddətləri” sözləri “müddətlər” sözü ilə əvəz edilsin.

94. 354.1-ci maddədə “on gün” sözləri “bir il” sözləri ilə əvəz edilsin.

95. 354.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.”.

96. 360.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

 “360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından fəaliyyət göstərmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, başqa şəxsin (təmsil edilənin) əqdi bağlayan şəxsdən (təmsil edəndən) həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.”.

97. 362.1-ci maddənin birinci cümləsindən “yazılı” sözü çıxarılsın.

98. 363.1-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Etibarnamə istənilən müddətə verilə bilər.”.

99. 364.3-cü maddə çıxarılsın.

100. 374-cü maddənin adı aşağıdakı redaksiyada verilsin:

“İddia müddətlərinin müəyyənləşdirilməsi”.

101. 374.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir.”.

102. 384.0.3-cü maddənin ikinci cümləsində “ərzində” sözü “bitdikdən sonra” sözləri ilə əvəz edilsin.

103. 385.2-ci maddədə “üzərinə” sözündən sonra “istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra” sözləri əlavə edilsin.

104. 400-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“400.1. Əgər müqavilə tərəflərindən biri bazarda üstün mövqe tutursa, o, fəaliyyətin bu sahəsində kontragentlə müqavilə bağlamaqdan əsassız imtina etməməli, habelə kontragentə qeyri-bərabər şərtlərini təklif etməməlidir.

400.2. Sahibkarlıq məqsədi olmadan və ya özünün zəruri ehtiyaclarının ödənilməsi üçün əmlak və ya xidmət əldə edən və ya onlardan istifadə edən şəxslə, əgər digər tərəf özünün sahibkarlıq fəaliyyəti həddində hərəkət edirsə, müqavilə bağlamaqdan əsassız imtina edilə bilməz.”.

105. 402.2-ci maddənin birinci cümləsindən “, əsas müqavilənin forması müəyyənləşdirilmədikdə isə yazılı formada” sözləri çıxarılsın.

106. 406.1-ci maddənin ikinci cümləsi çıxarılsın.

107. 407.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.”.

108. 407.3-cü maddə çıxarılsın.

109. 408.4-cü və 408.5-ci maddələr çıxarılsın.

110. Məcəlləyə aşağıdakı məzmunda 409.10-cu və 409.11-ci maddələr əlavə edilsin:

“409.10. Bu Məcəllənin 409.8-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ünvanında olan şəxsə verilmiş oferta dərhal qəbul və ya rədd edilməlidir.

409.11. Bu Məcəllənin 409.8-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ünvanında olmayan şəxsə verilmiş oferta yalnız oferta vermiş şəxsin adətən cavab gözləyə biləcəyi müddətədək qəbul edilə bilər.”.

111. 412-ci və 413-cü maddələr çıxarılsın.

112. 419-cu maddənin birinci abzasının əvvəlinə “419.1.” nömrəsi və Məcəlləyə aşağıdakı məzmunda 419.2-ci maddə əlavə edilsin:

“419.2. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.”.

113. 421.2-ci maddənin birinci cümləsindən “məhkəmənin qərarına əsasən” sözləri çıxarılsın.

114. 422.1-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.”.

115. 429-cu, 430.3-cü və 444-cü maddələr çıxarılsın.

116. 445.6-cı maddədə:

116.1. birinci cümlə çıxarılsın;

116.2. ikinci cümlədə “O,” sözü “Borclu” sözü ilə əvəz edilsin.

117. 445.8-ci maddənin üçüncü cümləsi çıxarılsın.

118. Məcəlləyə aşağıdakı məzmunda 445.9-cu maddə əlavə edilsin:

“445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır.”.

119. 450.2-ci maddədə “etmir” sözü “edir” sözü ilə əvəz edilsin.

120. 455-ci və 457-ci maddələr çıxarılsın.

121. 461.1-ci maddədən “və ya məhkəmənin qərarına əsasən” sözləri çıxarılsın.

122. 461.2-ci maddə çıxarılsın.

123. 476-cı maddənin ikinci cümləsi və 490-cı maddə çıxarılsın.

124. Məcəlləyə aşağıdakı məzmunda 509.3-cü maddə əlavə edilsin:

“509.3. Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir.”.

125. 26-cı fəslin adı aşağıdakı redaksiyada verilsin:

“26-cı fəsil. Öhdəliklərin verilməsi”.

126. 26-cı fəslin 1-ci paraqrafı çıxarılsın.

127. 26-cı fəsildən “ 2. Öhdəliklərin verilməsi” sözləri çıxarılsın.

128. 522.5-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Kreditor icazə verməyənədək, öhdəliyi üzərinə götürmüş şəxs şübhə olduğu halda borcluya münasibətdə kreditoru vaxtında təmin etmək öhdəliyi daşıyır.”.

129. 532.2-ci maddə çıxarılsın.

130. 564.1-ci maddədə “ödənilməməlidir,” sözündən sonra “bu şərtlə ki, ziyan son zərurət vəziyyətinin baş verməsinə səbəb olmuş təhlükəni yaradan şəxsə və ya əşyaya vurulsun” sözləri əlavə edilsin.

131. 572.1-ci maddənin ikinci cümləsindən və 573.1-ci maddədən “və ya bilməli olduğu” sözləri çıxarılsın.

132. 587.1-ci maddədə “ixtiyarı var ki,” sözlərindən sonra “satıcının təqsiri olub-olmamasından asılı olmayaraq,” sözləri əlavə edilsin.

133. Məcəlləyə aşağıdakı məzmunda 587.5-ci maddə əlavə edilsin:

“587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur.

Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.”.

134. 589.2-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər.”.

135. 600.6-cı maddə çıxarılsın.

136. 603-cü maddə çıxarılsın.

137. Məcəlləyə aşağıdakı məzmunda 606.4-cü maddə əlavə edilsin:

“606.4. Alğı-satqı müqaviləsində alıcıya verilmiş əşyaya mülkiyyət hüququnun mal ödənilənədək satıcıda qaldığı nəzərdə tutulduqda alıcı mülkiyyət hüququ ona keçənədək əşyanı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya əşyanın təyinatından və xassələrindən ayrı qayda irəli gəlmirsə, özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz.”.

138. 614.2-ci maddə çıxarılsın.

139. 624.2-ci maddə, 624.4-cü maddənin ikinci cümləsi, 624.5-ci, 626-cı, 627.2-ci və 628-ci maddələr çıxarılsın.

140. 634.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“634.2. Malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir.”.

141. 644-cü maddə çıxarılsın.

142. 647-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 647 . Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin rəsmiləşdirilməsi xərcləri

Alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir.”.

143. 657.1-ci, 658.3-cü və 663.2-ci maddələr çıxarılsın.

144. 668.1.1-ci maddədən “və daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqda” sözləri çıxarılsın.

145. 668.1.2-ci maddədən “və müvafiq rəsmi reyestrdə qeydə alındıqda” sözləri çıxarılsın.

146. 668.2-ci maddə çıxarılsın.

147. 716-cı maddənin ikinci cümləsi çıxarılsın.

148. 756.1-ci maddənin birinci cümləsində “podratçı” sözündən sonra “yerinə yetirilməmiş işin haqqını və” sözləri əlavə edilsin.

149. 757-ci maddədə “etdiyi” sözündən sonra “sifarişçiyə məxsus” sözləri əlavə edilsin.

150. 758-ci maddədə “ucaldıldığı” sözündən sonra “sifarişçiyə məxsus” sözləri əlavə edilsin.

151. 759-cu maddənin birinci abzasının əvvəlinə “759.1.” nömrəsi əlavə edilsin və Məcəlləyə aşağıdakı məzmunda 759.2-ci maddə əlavə edilsin:

“759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.”.

152. 760-cı maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa

marağı olsun.

760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər.”.

153. 761-ci maddə çıxarılsın.

154. 765-ci maddədə “nəticəsində” sözündən sonra “, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa,” sözləri əlavə edilsin.

155. 777.3-cü maddə çıxarılsın.

156. 778.3-cü maddənin ikinci cümləsində “, tapşırıq yalnız vəkalət alanın bunun nəticəsində əmələ gələn zərəri öz öhdəsinə götürdüyü halda icra edilmiş sayılır” sözləri “o, vurulmuş zərərin əvəzini ödəməlidir” sözləri ilə əvəz edilsin.

157. 779.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.”.

158. 786.1-ci maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin.”.

159. Məcəlləyə aşağıdakı məzmunda 786.5-ci və 786.6-cı maddələr əlavə edilsin:

“786.5. Əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər.

786.6. Əgər vəkalət alan tərəfindən müqavilə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verməyən və ya həmin hərəkətlə bağlı olmayan səbəbə görə ləğv edilirsə, vəkalət alan görülmüş işlərin haqqının ödənilməsini yalnız o halda tələb edə bilər ki, vəkalət verənin görülmüş işlərdə hansısa marağı olsun.”.

160. 43-cü fəslin adı aşağıdakı redaksiyada verilsin:

“Kommersiya konsessiyası”

161. 808.2-ci maddə çıxarılsın.

162. 819.4-cü maddənin birinci cümləsindən “kreditorun vicdanlılığına baxmayaraq” sözləri çıxarılsın.

163. 820.1-ci maddənin ikinci cümləsində “'EElduğuna ağlabatan şəkildə bel bağlayaraq arxayın” sözləri “olduğunu vicdanlı” sözləri ilə, “ona bu girov hüququ mənsubdur” sözləri isə “komisyonçu bu mala girov hüququnu əldə edir” sözləri ilə əvəz edilsin.

164. 824.1-ci maddənin birinci cümləsində “öz işlərində adətən göstərdiyi vicdanlılıq üçün” sözləri “qəsd və/və ya kobud ehtiyatsızlığa görə” sözləri ilə əvəz edilsin.

165. 825.2-ci maddənin birinci cümləsinin sonuna “, bu şərtlə ki, həmin tələb tapşıran üçün açıq-aşkar qeyri-münasib vaxtda irəli sürülməsin və əlverişsiz müddətdə icra edilməli olmasın” sözləri əlavə edilsin.

166. 828.1-ci maddənin əvvəlinə “Bu Məcəllənin 1078-ci maddəsinə uyğun olaraq,” sözləri əlavə edilsin və həmin maddədən “, bir şərtlə ki, onun müvafiq icra hakimiyyəti orqanından icazəsi olsun” sözləri çıxarılsın.

167. 830.3-cü maddədə “mallarına” sözündən sonra “komisyonçu kimi” sözləri əlavə edilsin.

168. 860.1-ci maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

“Yükə girov hüququnun əldə edilməsinə bu Məcəllənin 182-ci maddəsinin müddəaları şamil edilir. Yük göndərənin yükün mülkiyyətçisi olmadığı, lakin həmin yük barəsində yük göndərənin yükün mülkiyyətçisindən sərəncam vermək səlahiyyəti olması ilə əlaqədar daşıyıcının vicdanlı olduğu hallarda da yükə girov hüququ əldə edilir.”.

169. 860.3-cü maddə çıxarılsın.

170. 49-cu fəslin adında “razılaşması” sözündən sonra “və mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” sözləri əlavə edilsin.

171. 881.4-cü maddə çıxarılsın.

172. 882.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.”.

173. Məcəlləyə aşağıdakı məzmunda 882.5-ci maddə əlavə edilsin:

“882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.”.

174. Məcəlləyə aşağıdakı məzmunda 897.3-cü və 897.4-cü maddələr əlavə edilsin:

“897.3. Əgər sığortalı bu Məcəllənin 897.1-ci maddəsində nəzərdə tutulan vəzifəni icra etməzsə, sığortaçı təhlükənin artması nəticəsində sığorta hadisəsi baş verdiyi təqdirdə sığorta ödənişini həyata keçirmək vəzifəsindən azad edilir, bu şərtlə ki, sığortalı həmin vəzifənin onun təqsiri olmadan həyata keçirilməməsini sübut edə bilməsin.

897.4. Əgər sığortaçı təhlükə haqqında vaxtında xəbərdar idisə və ya təhlükə haqqında məlumatın olmaması onun tərəfindən sığorta ödənişinin həyata keçirilməsinə mane ola bilməzdisə, sığortaçı sığorta ödənişini həyata keçirmək vəzifəsindən azad edilmir.”.

175. 944.2-ci maddənin ikinci cümləsi çıxarılsın.

176. 945.2-ci maddənin birinci cümləsində “ona” sözü “qanuna” sözü ilə əvəz edilsin.

177. 947.2-ci maddənin birinci cümləsində “əmanətin məbləğini və ya onun bir hissəsini hər iki tərəfi qane edən ağlabatan müddətdə, lakin 15 gündən gec olmayaraq” sözləri “əmanətin məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində” sözləri ilə əvəz edilsin.

178. Məcəlləyə aşağıdakı məzmunda 953.3-cü və 953.4-cü maddələr əlavə edilsin:

“953.3. Bank, bank kitabçasını qeyri-qanuni yollarla və ya itirmə nəticəsində əldə etmiş şəxslə həmin kitabça üzrə hesablaşma apararsa, məsuliyyətdən azad olunur, bu şərtlə ki, həmin hallar barədə məlumata malik olmasın.

Lakin, əgər bank kobud ehtiyatsızlıq üzündən belə məlumata malik olmazsa, məsuliyyətdən azad edilmir.

953.4. Banka qarşı olan tələbi bu Məcəllə ilə müəyyən edilmiş qaydada həmin tələbin güzəşti yolu ilə əldə etmiş yeni kreditor, ona bank kitabçasının verilməsini tələb edə bilər.”.

179. Məcəlləyə aşağıdakı məzmunda 957.4-cü maddə əlavə edilsin:

“957.4. Əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin.”.

180. 961-ci maddənin adında “çəkdiyi xərclərin” sözləri “xidmətlərinin haqqının” sözləri ilə əvəz edilsin.

181. 961.1-ci maddədən “Bank hesabı müqaviləsində nəzərdə tutulmuş hallarda” sözləri çıxarılsın.

182. Məcəlləyə aşağıdakı məzmunda 969.2.3-cü maddə əlavə olunsun:

“969.2.3. ciddi əsaslar olduqda, xüsusilə də bank hesabı sahibinin bank hesabından qeyri-leqal məqsədlər üçün istifadə etməsi sübut edilsin.”.

183. 971.2-ci maddə çıxarılsın.

184. 974.3-cü maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Ödəyicinin hesabında vəsait olmadıqda bank bu barədə ona məlumat verir.”.

185. 978.3-cü maddədə “ayrısı birbaşa müəyyənləşdirilmir” sözləri “bu hal birbaşa müəyyənləşdirilir” sözləri ilə əvəz edilsin.

186. 980.1-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“İcraçı bank həmin sənədlərin yalnız formal baxımdan qaydada olmasını yoxlamalıdır.”.

187. 1089.2-ci maddədə “ehtiyatsızlıq” sözü “kobud ehtiyatsızlıq” sözləri ilə əvəz edilsin.

188. 1089.3-cü maddədə “işlərin idarə olunması” sözləri “işlərin aparılması” sözləri ilə, 1090.1-ci maddədə “işlərin idarə edilməsi”, “işlərin idarə edilməsinin” sözləri müvafiq olaraq “işlərin aparılması”, “işlərin aparılmasının” sözləri ilə, 1090.2-ci maddədə “işlərin idarə etməyə”, “işlərin idarə olunması” sözləri müvafiq olaraq “işlərin aparmağa” və “işlərin aparılması” sözləri ilə əvəz edilsin.

189. Məcəlləyə aşağıdakı məzmunda 1090.3-cü maddə əlavə edilsin:

“1090.3. İşlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun.”.

190. 1091.1-ci maddədə “əmlakından nə isə götürmüş olsun” sözləri “hesabına əmlak əldə etsin” sözləri ilə əvəz edilsin.

191. 1092.1.1-ci maddənin əvvəlinə “bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin.

192. 1092.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.”.

193. 1094-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.”.

194. 1096.3-cü, 1097.2-ci, 1097.4-cü və 1102-ci maddələr çıxarılsın.

195. 1104.4-cü maddədə “verilir” sözü “verilmir” sözü ilə əvəz edilsin.

196. 1108-ci maddənin adında “mülki hüquq pozuntusu üçün” sözləri “zərərə görə” sözləri ilə əvəz edilsin.

197. 1108.1-ci maddənin ikinci cümləsi, 1109-cu və 1116-cı maddələr çıxarılsın.

198. 1128.1-ci maddədən “, yaxud hüquqi şəxsin əmlakına” sözləri çıxarılsın və maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun.”.

199. 1128.2-ci və 1128.7-ci maddələr çıxarılsın.

200. Məcəlləyə aşağıdakı məzmunda 1129.4-cü maddə əlavə edilsin:

“1129.4. Keyfiyyətsiz məhsulun nəticəsində vurulmuş zərəri məhsulun satıcısı ödədiyi halda bu Məcəllənin 1114.2-ci maddəsinin müddəaları tətbiq edilir.”.

201. 1130.2-ci maddə çıxarılsın.

202. 1144-cü maddədə “bərabər” sözü “paylarına mütənasib surətdə” sözləri ilə əvəz edilsin.

203. Məcəlləyə aşağıdakı məzmunda 1157-1-ci maddə əlavə edilsin:

 “Maddə 1157 - 1 . Miras şərikləri tərəfindən mirasın idarə edilməsi

1157-1.1. Miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir.

1157-1.2. Mirasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri hər bir vərəsə digər miras şəriklərinin razılığı olmadan da həyata keçirə bilər.

1157-1.3. Mirasın idarə edilməsi ilə bağlı xərcləri vərəsələr özlərinin miras paylarına mütənasib surətdə çəkirlər.”.

204. 1165.2-ci maddə çıxarılsın.

205. 1178-ci maddədə “bərabər” sözü “paylarına mütənasib surətdə” sözləri ilə əvəz edilsin.

206. 1194-cü maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.”.

207. 1199-cu, 1204-cü və 1243.4-cü maddələr çıxarılsın.

208. 1246-cı maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.”.

209. 1247-ci maddədə “üç aydan az olduqda isə üç ayadək” sözləri “altı həftədən az olduqda isə altı həftəyədək” sözləri ilə əvəz edilsin.

210. 1251-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 1251 . Mirasa daxil olan ayrı-ayrı əşyalar üzərində səlahiyyətsiz şəxsin sərəncam verməsinin nəticələri

Əgər səlahiyyətsiz şəxs mirasa daxil olan əşya üzərində həqiqi vərəsəyə münasibətdə etibarlı olan sərəncam vermişsə, o bunun nəticəsində əldə etdiyini həqiqi vərəsəyə verməyə borcludur.”.

211. Məcəlləyə aşağıdakı məzmunda 1273-1-ci maddə əlavə edilsin:

“Maddə 1273-1 . Vərəsənin susması

Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.”.

212. 1277-ci, 1295-ci və 1296-cı maddələr çıxarılsın.

213. 1306.1-ci maddədə “surətdə” sözündən sonra “birgə borclu kimi” sözləri əlavə edilsin.

214. 1306.3-cü, 1310-cu, 1311-ci və 1316-cı maddələr çıxarılsın.

215. 1317-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“1317.1. Mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması üçün tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir.

1317.2. Notariat orqanı mirasın qorunması üçün mirası siyahıya ala bilər.”.

216. 1318-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 1318 . Vərəsələrin axtarılması

Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.”.

217. 1319-cu və 1320-ci maddələr aşağıdakı məzmunda verilsin:

“Maddə 1319 . Əmlak idarəçisinin təyin edilməsi

Bu fəsildə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün notariat orqanı əmlak idarəçisini təyin edə bilər.

Maddə 1320 . Bu fəsildə nəzərdə tutulmuş tədbirlərlə bağlı xərclər

Bu fəsildə nəzərdə tutulmuş tədbirlərlə bağlı xərclər mirasın passivinə aid edilir.”.

218. Məcəlləyə aşağıdakı məzmunda 1321.3-cü maddə əlavə edilsin:

“1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün

olmadığını bilməmiş olsun.”.

219. 1322-ci maddənin birinci cümləsində “ərzində” sözü “keçdikdən sonra” sözləri ilə əvəz edilsin.

III. Bu Qanun 2005-ci il noyabrın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 iyun 2005-ci il

№ 949-IIQD