|
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydə almışdır: tarix "13" sentyabr 1999-cu il qeydiyyat №190 Nazir ____________S. HƏSƏNOVA |
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının "19-3" nömrəli "26" avqust 1999-cu il tarixli qərarı ilə təsdiq edilmişdir Nazir __________Ə. NAĞIYEV |
|
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin "18" avqust 1999-cu il tarixli 1262 saylı qərarı ilə təsdiq edilmişdir AHİK sədri ______________S. MEHBALIYEV |
Müəssisədə
işçilərin əməyinin mühafizəsi
üzrə təlimi və
biliklərinin yoxlanılması
haqqında Nümunəvi
ƏSASNAMƏ
Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi
Bakı -
1999-cu il
Müəssisədə işçilərin əməyinin mühafizəsi
üzrə təlimi və biliklərinin yoxlanılması
haqqında Nümunəvi
ƏSASNAMƏ
1. Müəssisədə
işçilərin əməyinin mühafizəsi üzrə təlimi
və biliklərinin yoxlanılması
haqqında bu Nümunəvi Əsasnamə * Azərbaycan
Respublikasının Əmək
Məcəlləsinin müəssisə işçilərinin
əməyin mühafizəsi üzrə məcburi təlimini və biliklərinin
yoxlanılmasını nəzərdə tutan 215, 219-cu
maddələrinin həyata keçirilməsi məqsədi ilə
hazırlanmışdır.
2. Təsərrüfat
fəaliyyəti növündən, mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq
bütün müəssisələrin işçilərinin əməyinin mühafizəsi üzrə təliminin və
biliklərinin yoxlanılmasının ümumi qaydalarının müəyyən edilməsi,
istehsal prosesində əməyin mühafizəsi üzrə qanunlara və digər normativ hüquqi
aktlara* riayət olunmasının təmin edilməsinə yönəldilmişdir.
Bu Nümunəvi Əsasnamə
əsasında müvafiq icra hakimiyyəti
orqanları, müəssisələr
yerli spesifik xüsusiyyətləri nəzərə almaqla müvafiq
əsasnamə hazırlaya
bilərlər.
3. Bu Nümunəvi Əsasnamə ilə müəyyən
edilmiş qaydada aşağıdakıların əməyinin mühafizəsi üzrə
təlim və biliklərinin yoxlanılması həyata keçirilməlidir:
- müəssisə işçilərinin;
- istehsalat təcrübəsi keçən
tələbələrin və şagirdlərin;
- müəssisələrdə
işə cəlb edilmiş hərbi qulluqçuların;
- məhkəmə hökmlərinin
icrası yerlərində işləyən məhkumların;
- təbii fəlakətin
nəticələrinin aradan qaldırılmasına, habelə
hərbi və fövqəladə
vəziyyət rejimində işlərin görülməsinə
cəlb edilən şəxslərin;
4. İşə başlamış işçilərin
əməyinin mühafizəsi üzrə biliklərinin yoxlanılması onların
vəzifəyə təyin edildikləri gündən sonra bir aydan
gec olmayaraq,
işləyənlərin isə dövrü olaraq üç ildə bir
dəfədən az olmayaraq həyata
keçirilməlidir.
5. Ümumi müəssisədə
əməyin mühafizəsi üzrə biliklərin
yoxlanmasının və təlimin vaxtında və
keyfiyyətli təşkilinin məsuliyyət
müəssisənin rəhbərinə, müəssisənin bölmələrində isə (sexdə,
sahədə, şöbədə, laboratoriyada, emalatxanada və
s.) bölmə rəhbərlərinə həvalə olunur.
6. Müəssisədə işə
başlamamışdan əvvəl işçilər,
əməyin mühafizəsi üzrə mühəndisin və ya müəssisə rəhbərinin
əmri ilə bu vəzifə həvalə edilmiş şəxsin apardığı ilkin
təlimatlandırmadan keçərək
aşağıdakılarla tanış olmalıdırlar:
- müəssisədə
(bölmələrdə) əməyin mühafizəsinin,
şəraitinin, istehsal zədələnmələrinin
və peşə xəstəliyinin vəziyyəti ilə;
- müəssisədə kollektiv müqavilə,
əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlarla ilə;
- müəssisədə (bölmədə)
əməyin mühafizəsini təmin etmək üzrə özünün vəzifə borcları ilə;
əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş
əməyin təhlükəsizliyi, gigiyenası və
yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək
və onlara əməl etmək; əmək funksiyasını özünü və başqa işçiləri
təhlükəyə məruz qoymayacağı təqdirdə
icra etmək, şəxsi buraxılışı olmadan
qurğularda, dəzgahlarda, partlayış və həyat üçün
təhlükəli digər
mənbələrdə iş görməmək; verilmiş xüsusi
geyimdə və ayaqqabıda işləmək,
texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda,
qaydalarda və təlimatlarda
nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə
vasitələrindən istifadə
etmək; əməyin mühafizəsi qaydalarının bütün
pozuntuları haqqında, həmçinin
baş vermiş qəzalar və bədbəxt hadisələr
haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək;
müntəzəm olaraq əməyin mühafizəsi normaları
və qaydaları barədə biliklərini artırmaq;
əməyin mühafizəsi məsələləri
ilə əlaqədar işəgötürənin, iş yeri üzrə
rəhbərinin, mütəxəssislərin
tapşırıqlarına, məsləhətlərinə,
tövsiyələrinə əməl etmək.
- işçilərin təhlükəli və
zərərli istehsalat amillərindən fərdi və kollektiv mühafizə vasitələri
ilə təmin olunmasının qayda və vəziyyəti
ilə.
İşçilərin təlimininik
və ixtisas artırmanın bütün formalarında əməyin mühafizəsi üzrə təlim
nəzərdə tutulmalıdır. İşəgötürən
işə qəbul edilən və başqa işə keçirilən işçilərə
əməyin mühafizəsi üzrə təlimatlar verməli, onlara təhlükəsiz iş
üsullarından istifadə etməyin və bədbəxt
hadisələrdən zərərçəkənlərə
ilk tibbi yardım göstərilməsi qaydalarının
öyrədilməsini təşkil
etməlidir.
Zərərli, ağır
istehsalatlardakı iş yerlərinə,
peşələrə (vəzifələrə) və
yüksək təhlükə mənbəyi olan maşın,
mexanizmlərdə, avadanlıqlarda işlməmk üçün işə götürülən
işçilərin qabaqcadan əməyin mühafizəsi üzrə təlimatlandırılması
keçirilmədən əmək funksiyasının icrasına başlamasına yol verilmir.
İşəgötürən bu təlimatlandırmaların xüsusi
jurnallarda qeydiyyatını və onların uçotunu aparmağa
borcludur.
7. Müəssisədə
işçilərin əməyinin mühafizəsi və
biliklərinin növbədənkənar
yoxlanılması əvvəlki yoxlamanın keçirilməsinin
müddətindən asılı
olmayaraq aşağıdakı hallarda aparılır:
- müəssisədə əməyin
mühafizəsi üzrə yeni və ya yenidən
hazırlanmış (əlavə) qanunvericilik və digər normativ hüquqi aktların
tətbiq edildiyi halda;
- texnoloji proseslərin və
avadanlıqların dəyişdirilməsi ilə
əlaqədar olaraq
xidmətedici həyətə əməyin mühafizəsi
üzrə əlavə biliklərin tələb olunduğu halda;
- işçilərin başqa işə
keçirilməsi və ya təyin edilməsi ilə
əlaqədar olaraq yeni
vəzifənin (onların vəzifə borclarının
yerinə yetirməyə başlamazdan əvvəl) əməyin mühafizəsi üzrə
əlavə bilikləri tələb etdiyi halda;
-
kifayət
səviyyədə biliyin olaması müəyyən olunduqda
Dövlət əmək müfəttişliyinin
tələbi ilə;
-
qəza,
bədbəxt hadisələrdən sonra, həmçinin
əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri işçilər
tərəfindən pozulduqda;
- bir vəzifədə, işdə bir
ildən çox fasilə olduğu halda.
8.
İşçilərin
əməyin mühafizəsi üzrə növbəti
(növbədənkənar) biliklərinin
yoxlanılmasından əvvəl əməyin mühafizəsinin
daha zəruri məsələləri
üzrə bilikləri artırmaq məqsədilə xüsusi
hazırlıq kursları (qısa müddətli seminarlar,
söhbətlər, məsləhətlər və s.)
təşkil edilir, biliklərin yoxlanılma günü və yeri haqqında işçilərə
azı 15 gün əvvəl xəbərdar edilməlidir.
9.
Müəssisədə
işçilərin əməyin mühafizəsi üzrə
biliklərinin yoxlanılması
üçün müəssisənin rəhbərinin əmri ilə xüsusi
komissiya (bir və ya bir neçə)
yaradılır.
10. Müəssisə
işçilərin əməyin mühafizəsi üzrə
biliklərinin yoxlanılması
üzrə Komissiyaya* əməyin mühafizəsi xidmətinin
rəhbərləri və mütəxəssisləri,
baş mütəxəssislər (texnoloq, mühəndis, energetik
və s.), əməyin mühafizəsi
üzrə dövlət əmək müfəttişləri (onlarla
razılaşaraq), müvafiq seçkili
həmkarlar orqanının nümayəndəsi, digər
nəzarət orqanları ilə biliklərin yoxlanılması hallarında isə bu
orqanların (onlarla razılaşmaqla) nümayəndələri daxil edilir.
Biliklərin yoxlanılması
üzrə Komissiyanın tərkibi, işinin qayda və forması müəssisənin
rəhbəri tərəfindən müəyyən edilir.
11. Bilikləri yoxlama Komissiyasının üzvləri onların
səlahiyyətlərini təsdiq
edən sənədə malik olmalıdırlar.
12. İşçilərin
sayı biliklərin yoxlanılması üzrə Komissiyanın yaradılmasına imkan verməyən
müəssisələrin işçilərinin həmçinin
əməyin mühafizəsi
üzrə əlavə tələblər göstərilən
işlərlə əlaqədar olaraq sahibkarlıq
fəaliyyəti ilə məşğul olan
şəxslərin, peşə təhsili müəssisələrinin mühəndis
və pedaqoji işçilərinin əməyin mühafizəsi
üzrə biliklərinin
yoxlanılmasına və təlim keçirilməsinə
icazəsi olan tədris mərkəzlərin,
kombinatların, institutların biliklərinin yoxlanılması
komissiyalarında aparıla
bilər.
13. Bütün səviyyələrdə biliklərin
yoxlanılması komissiyası sədrdən sədr müavinindən (zəruri hallarda),
katibdən və komissiyanın üzvlərindən ibarət olur.
Komissiya əməyin mühafizəsi
üzrə bilikləri üç nəfərdən az olmayan tərkibdə yoxlaya bilər.
14. Biliklərin yoxlanılması üzrə komissiya öz işini
müəssisənin rəhbəri tərəfindən təsdiq edilmiş qrafik üzrə
həyata keçirir.
Biliyinin yoxlanılmasında
keçən şəxs, bu qrafiklə tanış edilməlidir. Təsdiq edilmiş qrafikin nüsxəsi
Dövlət Əmək Müfəttişliyinə göndərilir.
15.
Müəssisədə
işçilərin əməyin mühafizəsi üzrə
biliklərinin yoxlanılması
onların istehsal fəaliyyətinin xarakteri və
vəzifə borclarına daxil
olan əməyin mühafizəsi üzrə normativ aktlara riayət
edilməsi nəzərə alınmaqla keçirilir.
16.
Müəssisədə
işçilərin əməyin mühafizəsi üzrə
biliklərinin yoxlanılması zamanı
əvvəlcədən suallarla tanış olmağa imkan yaradılmalıdır.
17.
Müəssisədə
işçilərin biliklərinin yoxlanılması bu Nümunəvi
Əsasnaməyə İN-li əlavəyə uyğun olaraq
protokollaşdırılmalıdır.
Protokollar Komissiyanın sədri
və onun işində iştirak edən üzvləri tərəfindən imzalanmalı
və biliklərin növbəti yoxlanılmasına kimi saxlanılmalıdır.
18. Bu Nümunəvi
Əsasnamənin 2 №-li əlavəsinə uyğun olaraq
əməyin mühafizəsi
üzrə biliyi yoxlanılman şəxsə komissiyanın
sədrinin imzası və müəssisənin
möhürü ilə təsdiq edilmiş vəsiqə verilir.
19. Kifayət qədər
hazırlıqları olmadıqlarına görə əməyin
mühafizəsi üzrə biliklərin
yoxlanılmasından keçməyən işçilər bir ay
müddətindən gec olmayaraq
təkrar biliklərinin yoxlanılmasından
keçməlidirlər.
20. Əməyin mühafizəsi üzrə
biliklərin yoxlanılmasın görə verilən vəsiqə
Azərbaycan Respublikasının
bütün ərazisində qüvvədədir, o cümlədən ezamiyyətdə olan işçilər
üçün.
21. Müəssisədə işçilərin əməyin
mühafizəsi üzrə təlim keçmələri müəssisələrdə,
ixtisasartırma institutlarında (faultələrdə)
onların ixtisasları
(peşə) üzrə ixtisas artırılmanın bütün
formalarında qüvvədə olan
qaydalar müvafiq olaraq, həmçinin Azərbaycan Respublikası
Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi xüsusi kurslarda
həyata keçirilir.
22. Müəssisədə biliklərin növbəti
yoxlanılmasından əvvəl Dövlət Əmək Müfəttişliyinin nümayəndəsinin
iştirakı ilə əməyin mühafizəsinin atual məsələləri üzrə
işçilərin bilik səviyyələrinin
artırılması üzrə məqsədli tədbirlər (mühazirələr, tematik
kurslar və s.) keçirilə bilər.
23. Müəssisədə işçilərin əməyin
mühafizəsi üzrə biliklərinin yoxlanılması və təlimin keçirilməsi
Azərbaycan Respublikası Əmək
və Əhalinin
Sosial Müdafiəsi nazirliyi tərəfindən təsdiq
edilmiş Nümunəvi proqram əsasında keçirilir.
24. Müəssisədə işçilərin əməyin
mühafizəsi üzrə sahə nümunəvi təlim proqramları Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşmaqla müvafiq
icra hakimiyyət orqanları, dövlət konsern şirkət tərəfindən hazırlanır
və təsdiq edilir.
25. Müəssisədə işçilərin
əməyik mühafizəsi üzrə biliklərinin yoxlanılmasına nəzarəti
Dövlət Əmək Müfəttişliyi həyata keçirir.
Əlavə 1
________________________________
(müəssisənin adı)
İşçilərin
əməyin mühafizəsi üzrə
biliklərin yoxlama
komissiyasının
iclasının
______ №-li PROTOKOLU
Müəssisənin
rəhbərinin
_____
____________199____ il №__ li əmrinə
(sərəncamına) uyğun olaraq
aşağıdakı
tərkibdə komissiya
Sədr
______________________________________________________________
(adı, atasının adı,
soyadı, vəzifəsi)
Üzvlər
____________________________________________________________________
(soyadı, adı, atasının
adı, vəzifəsi)
İşçilərin
vəzifə borclarına uyğun olan əməyin
mühafizəsi üzrə bilikləri yoxlayıb:
|
Soyadı, adı, atasının
adı |
Vəzifəsi |
Bölmənin adı
(sex, sahə,
şöbə, laboratoriya, emalatxana) |
Yoxlamanın
nəticəsi (cavab verilib-verilməyib) |
Biliyin
yoxlanılmasının səbəbi (növbəti,
növbədən kənar və s.) |
Yoxlama
aparanın imzası |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Komissiyasının
sədri _______________________
(a., soyadı, imza)
Komissiyanın
üzvləri ______________________
(a., soyadı, imza)
____ ________________199_____ il
Əlavə
2
(üz
tərəfi)
Əməyin
mühafizəsi üzrə biliyin yoxlanılması
haqqında
VƏSİQƏ
(sol
tərəfi)
______________________________________________________________________________
(idarə,
müəssisə, təşkilatın tam adı)
VƏSİQƏN ______
______________________________________________________________________________________
(müəssisənin,
təşkilatın adı)
_________________
vəzifəsində işləyən
___________________________________________________
(adı,
atasının adı, soyadı)
verilir,
ondan ötrü ki, onun vəzifə borclarına uyğun
həcmdə əməyin mühafizəsi üzrə bilikləri
yoxlanılıb.
________________199____
il ______№-li Protokol
Komissiyasının sədri
_____________________________
(adı, soyadı, imza)
(sağ tərəfi)
Biliklərin təkrar
yoxlanılması haqqında məlumat:
___________________________________ ______________ vəzifədə
vəzifə
(idarə,
müəssisə, təşkilatın adı)
borclarına uyğun həcmdə
əməyin mühafizəsi üzrə bilikləri təkrar
yoxlanılmışdır.
_____________199____ il ___№-li
Protokol
Komissiyasının
sədri
___________________________
(adı, soyadı, imza)
_____________________________________ ________________ vəzifədə
vəzifə
(idarə,
müəssisə, təşkilatın adı)
borclarına
uyğun həcmdə əməyin mühafizəsi üzrə
bilikləri təkrar yoxlanılmışdır.
_____________199___
il ___№-li Protokol
Komissiyasının sədri
______________________________
(adı,
soyadı, imza)
Əlavə
3
İşçilərin əməyinin
mühafizəsi üzrə təlimatlandırılmalarının
qeydiyyat və uçot jurnalı
|
№-si |
Təlimatın keçirildiyi tarix |
Adı, atasının adı, soyadı |
Peşəsi |
Təlimatın
növü |
Təlimatın
mövzusu |
Təlimat
alanın imzası |
Təlimat
keçənin vəzifəsi, adı, atasının adı,
soyadı |
Təlimat
keçənin imzası |
Qeydlər |
|
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
9 |
10 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|