“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

1. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normalarını müəyyən etsin.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə tapşırılsın ki:

4.1. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim formasını daşıma Qaydaları”nı təsdiq etsin;

4.2. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının xüsusi geyim və hərbi ləvazimatının tərkibi, təsviri, təminat və daşımaq Qaydaları”nı təsdiq etsin.

5. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 iyul 2005-ci il

                  № 268

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 22 iyul tarixli 268 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında

ƏSASNAMƏ

1 - c i f ə s i l

 

ÜMUMİ MÜDDƏALAR

 

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının (bundan sonra - DQ) hərbi geyim forması - DQ-nin hərbi qulluqçuları üçün müəyyən edilmiş hərbi geyim əşyaları, fərqləndirmə nişanları və hərbi ləvazimatların dəstidir.

2. Hərbi geyim əşyalarına aiddir:

üst geyimləri - qış paltosu, qış yarımpaltosu, demisezon palto, qış səhra gödəkçəsi, plaş, kitel, gödəkçələr, kombinezonlar, xalatlar və s;

baş geyimləri - qulaqlı papaq, furajka, şlyapa, pilotka, beret və s;

ayaqqabılar - tufli, botinka, uzunboğaz çəkmə və s;

digər paltar əşyaları - köynəklər, yun köynəklər, şərflər, əlcəklər və s.

3. Hərbi qulluqçuların fərqləndirmə nişanları - hərbi geyim formasında rəmzlərlə şərti təsvir olunaraq, hərbçilərin dövlət mənsubiyyətini, habelə onların DQ-yə, hərbi rütbəyə, hərbi qulluqçuların heyətinə mənsubiyyətini göstərir.

Bu nişanları (hərbi rütbəyə görə və hərbi qulluqçuların heyətinə görə fərqləndirmə nişanlarından başqa) Azərbaycan Respublikasının daxili işlər naziri təsis edir, həmçinin fərqləndirmə nişanları haqqında əsasnamələri və onların təsvirlərini təsdiq edir. Hərbi rütbəyə görə və hərbi qulluqçuların heyətinə görə fərqləndirmə nişanları və onların təsvirləri bu Əsasnamə ilə müəyyən edilir (bu Əsasnamənin 36-38, 41-ci maddələri).

4. Fərqləndirmə nişanlarına aiddir: poqonlar, yaxa nişanları, döş və qol nişanları (jetonlar, tikmələr), baş geyimlərindəki nişanlar (kokardalar, emblemlər), poqon və yaxalıqlardakı nişanlar (emblemlər, ulduzlar və s.), kantlar və lampaslar. Bundan əlavə, hərbi geyim formasındakı rəng, biçim, geyimin komplektliyi, düymələr və geyimin başqa detalları kimi digər xarici fərqləndirmə əlamətlərindən də həmin məqsədlərlə istifadə edilir.

5. Hərbi ləvazimat - şəxsi silahı və əmlakı gəzdirmək üçün nəzərdə tutulmuş əşyalar dəstidir. Ona aiddir: bel kəməri, aşırma kəmər, səhra jileti, əşya torbası, qumquma və bel üçün üzlüklər, səhra çantası, qobur və s.

6. Hərbi geyim forması mərasim, gündəlik, səhra geyim formalarına və xüsusi geyimlərə, onlardan hər biri isə öz növbəsində yay və qış geyimlərinə bölünür.

Xüsusi geyim formaları aşağıdakı növlərə bölünür:

xüsusi parad, rəsmi qəbullar üçün xüsusi mərasim, xüsusi xidmət formaları, xüsusi texniki, xüsusi peşə, xüsusi iş, istiləşdirilmiş xüsusi, xüsusi yay, xüsusi hospital, xüsusi mülki paltarlar. Xüsusi geyim formaları Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən təsdiq edilir.

Yay geyim forması tikilərkən nazik parçalardan istifadə edilir.

7. Mərasim geyim forması xüsusilə təntənəli hallarda, istirahət və bayram günlərində, habelə xidmətdənkənar vaxtda geyinmək üçün nəzərdə tutulmuşdur.

8. Səhra geyim forması döyüş şəraitində, sutkalıq naryadlarda (qərargahlarda, idarələrdə və müəssisələrdə növbətçilikdən başqa), təlimlərdə, manevrlərdə, döyüş növbələrində və təlim mərkəzlərindəki məşğələlərdə geyinmək üçün nəzərdə tutulmuşdur.

9. Gündəlik geyim forması qalan bütün hallarda geyilir.

10. Xüsusi parad geyim formasını Azərbaycan Respublikasının daxili işlər nazirinin əmri ilə hərbi orkestrlərin hərbi qulluqçuları geyinirlər.

11. DQ-nin zabitləri istər ölkə daxilində, istərsə də xaricdə rəsmi qəbullarda, dövlət və hökumət rəhbərlərinin iştirak etdikləri konsertlərdə, öz toylarında (öz istəyi ilə) və digər hallarda hərbi hissə komandirinin, DQ-nin tabeliyində olan idarə rəisinin əmri ilə rəsmi qəbullar üçün xüsusi mərasim geyim formasını geyinirlər.

12. Xüsusi xidmət geyim formasını komendant xidməti, patrul xidməti, qarovul xidməti, naryadda daxili xidmət çəkmək üçün təyin edilən, silahlara nəzarət üzrə nümayəndə heyətini müşayiət edən və digər xidməti fəaliyyətdə olan hərbi qulluqçular geyinirlər.

13. Xüsusi peşə paltarını xidməti fəaliyyətlərinə xas olan vəzifələrlə əlaqədar hərbi qulluqçular (xüsusi bölmələrin hərbi qulluqçuları, cərrahlar və başqaları) geyinirlər.

14. Xüsusi texniki paltarı xidmətləri silahların və hərbi texnikanın istismarı, onlara qulluq edilməsi və təmiri ilə əlaqədar hərbi qulluqçular (piyadanın döyüş maşınının, zirehli transportyorların və onların bazası əsasında yaradılmış maşınların heyətlərinə daxil olan hərbi qulluqçular, bilavasitə silahların və hərbi texnikanın təmiri ilə məşğul olan təmir bölmələrinin və hərbi hissələrin hərbi qulluqçuları və başqaları) geyinirlər.

15. Xüsusi iş paltarını hərbi qulluqçular təsərrüfat, inşaat işlərini yerinə yetirdikdə, müalicə müəssisələrində, yeməkxanalarda işlədikdə geyinirlər.

16. İstiləşdirilmiş xüsusi paltarı (yarımkürklər, gödəkçələr, şalvarlar, xəz əlcəklər, yun köynəklər, keçə çəkmələr və s.) hərbi qulluqçular qış vaxtı, havanın temperaturu aşağı olan şəraitdə keçirilən məşğələlərdə, təlimlərdə və işlərdə, xüsusilə soyuq iqlimli, havanın temperaturu aşağı olan və güclü küləklər əsən rayonlarda isə hər gün geyinirlər.

17. Xüsusi yay paltarını (qısaqol gödəkçələr və s.) hərbi qulluqçular yay vaxtı, havanın temperaturu yuxarı olan şəraitdə keçirilən məşğələlərdə, təlimlərdə, işlərdə, havanın temperaturu yuxarı olan rayonlarda isə hər gün geyinirlər. 18. Xüsusi hospital paltarını müalicə müəssisələrində müalicə edilən hərbi qulluqçular geyinirlər.

19. Xüsusi mülki paltarı ofisiant təyin edilmiş hərbi qulluqçular xidmət vaxtı, eləcə də xidməti zərurətlə bağlı digər hallarda geyinirlər.

20. Konkret tədbirlərdə (sıra baxışlarında, sıra düzümlərində, müşavirələrdə və s.) iştirak etmək üçün geyim forması tapşırıqların xarakteri və yerinə yetirilməsi şəraiti nəzərə alınmaqla həmin tədbirləri keçirən komandirlər (rəislər) tərəfindən müəyyən edilir.

21. Hərbi geyim formasını daşımaq hüququna DQ-də həqiqi hərbi xidmət keçən bütün hərbi qulluqçular, toplantılara çağırılmış hərbi vəzifəli şəxslər, habelə ehtiyata, yaxud istefaya buraxılmış hərbi geyim forması daşımaq hüququ olan hərbi qulluqçular malikdir.

Hərbi geyim formasını daşımaq hüququ olmayan vətəndaşların hərbi qulluqçuların fərqləndirmə nişanları olan geyim formasını geyməsi qadağandır.

22. Hərbi geyim forması Azərbaycan Respublikası daxili işlər nazirinin təsdiq etdiyi “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim formasını daşıma qaydaları”na uyğun olaraq daşınır.

23. Hərbi qulluqçular hərbi geyim forması ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi normalar üzrə təmin edilirlər. Hərbi geyim forması ilə təmin edilmə qaydası Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən müəyyən edilir.

24. Xüsusi geyim və hərbi ləvazimatın tərkibi, təsviri, təminat və daşımaq qaydaları Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən müəyyən edilir.

 

2 - c i f ə s i l

 

DQ-nin ZABİTLƏRİNİN, GİZİR VƏ MÜDDƏTDƏN ARTIQ HƏRBİ

XİDMƏT HƏRBİ QULLUQÇULARININ GEYİM FORMASI

 

(xüsusi geyimdən başqa)

 

25. DQ-nin zabitlərinin, gizir və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının mərasim geyim formasının tərkibinə aşağıdakı hərbi geyim əşyaları aiddir:

Yay paltarı (şək.1-4).

Furajka (qadınlarda şlyapa) - zeytun rəngli.

Yay kiteli - zeytun rəngli.

Yay şalvarı (qadınlarda - yubka) - zeytun rəngli.[1]

Şalvar qayışı - zeytun rəngli.

Aşırma qayış - qızılı rəngli (yalnız zabitlər üçün).

Köynək - ağ rəngli.

Qalstuk - qara rəngli, qızılı rəngli sıxacla.

Əlcəklər - ağ rəngli.

Corablar - (qadınlarda - ət rəngli neylon corablar) - qara rəngli.

Yay tuflisi - qara rəngli.

Qılınc (yalnız zabitlər üçün).

Qış paltarı (şək.5-6).

Qulaqlı papaq - zeytun rəngli xəzdən, yaxud furajka (qadınlarda şlyapa) - zeytun rəngli.

Qış paltosu - zeytun rəngli.

Qış kiteli - zeytun rəngli.

Qış şalvarı (qadınlarda - yubka) - zeytun rəngli.

Şalvar qayışı - zeytun rəngli.

Aşırma qayış - qızılı rəngli (yalnız zabitlər üçün).

Köynək - ağ rəngli.

Qalstuk - qara rəngli, qızılı rəngli sıxacla.

Əlcəklər - ağ rəngli.

Corablar - (qadınlarda - ət rəngli neylon, yaxud yarımyun corablar) – qara rəngli.

Qış, yaxud yay tuflisi - (qadınlarda - uzunboğaz çəkmə) - qara rəngli.

Qılınc (yalnız zabitlər üçün).

26. DQ-nin zabitlərinin, gizir və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının mərasim geyim forması əşyalarının təsviri.

Furajka - zeytun rəngli.

Oval formalı dibcikdən, təpə, dövrə, günlük hissələrindən, qara (zabitlərdə - qızılı) rəngli çənəaltı qayışcıqdan və forma düymələrindən ibarətdir. Kitelin hazırlandığı parçadan hazırlanır.

Dibcik, təpə və dövrə zeytun rəngdədir. Dövrənin üstündən zeytun rəngli bəzək lenti keçir. Qabaqdan furajkanın təpəsində və dövrəsində DQ-nin hərbi qulluqçularının heyətləri üçün müəyyən edilmiş (bu Əsasnamənin 41-ci maddəsi) qızılı rəngdə tikmə kokarda vardır.

Günlük qara (baş və ali zabitlərdən başqa) rəngdədir. DQ-nin baş və ali zabitləri üçün günlük - zeytun rəngdədir. Ali və baş zabitlərin günlüyünün üstünə, onlar üçün müəyyən edilmiş özünəməxsus qızılı rəngdə naxış olan, zeytun rəngli üzlük tikilir (şək.7).

Qara (qızılı) rəngli çənəaltı qayışcıq, üstündə aypara və səkkizguşəli ulduz (ali zabitlər üçün isə Azərbaycan Respublikasının gerbi) həkk edilmiş iki qızılı rəngli kiçik forma düyməsinə bağlanır (şək.8).

Şlyapa (qadın hərbi qulluqçular üçün) - zeytun rəngli.

Kənarları yanlarından və arxadan azca qaldırılmış, qara (zabitlərdə - qızılı) rəngli qayışcığı iki kiçik forma düyməsinə bağlanan baş geyimidir. Kənarlarının eni 90 mm-dir. Kitelin hazırlandığı parçadan hazırlanır. Şlyapanın aşağı qırağı ilə kənarlarının üstündən eni 30 mm olan zeytun rəngli bəzək lenti keçir.

Şlyapanın qabaq hissəsinin ortasında DQ-nin hərbi qulluqçularının heyətləri üçün müəyyən edilmiş (bu Əsasnamənin 41-ci maddəsi) qızılı rəngdə tikmə kokarda vardır.

Qabaqdan şlyapanın kənarlarının üstündə ali və baş zabitlər üçün müəyyən edilmiş özünəməxsus qızılı rəngdə naxış vardır (şək.7a).

Qulaqlı papaq - zeytun (ali zabitlər və polkovniklər üçün qəhvəyi) rəngli xəzdən.

Zeytun rəngli qoyun (polkovniklər üçün qəhvəyi rəngli qaragül) dərisindən tikilir.

Silindr formalı, dibcikdən, dövrədən və qulaqlıqdan ibarətdir.

Qulaqlı papağın içində sarjadan (ali zabitlər və polkovniklər üçün ipəkdən) astar vardır.

Qulaqlı papağın dövrəsində qabaqdan DQ-nin hərbi qulluqçularının heyətləri üçün müəyyən edilmiş (bu Əsasnamənin 41-ci maddəsi) qızılı rəngdə tikmə kokarda vardır.

Qış paltosu - zeytun rəngli.

Qızılı rəngli üç böyük forma düyməsi (şək.8) ilə düymələnən iki bortlu, qatlanan boyunluqludur. Layları yanlardan köklənmiş və yan kəsmə, qapaqlı ciblidir.

Kürəkdə ortada aşağıdan şlitsa ilə tamamlanan tikiş vardır. Bel səviyyəsində paltonun böyür tikiş yerlərinə bərkidilmiş qızılı rəngli iki böyük forma düyməsi ilə düymələnən tənzimləyici kəmərcik vardır.

Qolları iki tikişli, qol köbəli, içəridən tikiləndir.

Vatinlə istiləşdirilmiş astarın ətəkləri sərbəstdir.

Astarında iki kəsmə qoltuq cibi vardır.

Yun parçadan hazırlanan paltonun elə həmin parçadan da tikilmiş taxılıb- çıxarılan poqonlar üçün (yalnız zabitlər üçün) kəmərcikləri vardır. Kəmərciklər qızılı rəngli kiçik forma düymələri ilə düymələnir.

Paltonun sağ (qadın hərbi qulluqçuları üçün sol) bortuna, yaxanı düymələmək üçün adi düymə tikilmişdir.

Paltonun yaxalıqlarının künclərində ali zabitlər üçün yaxa nişanları, hərbi qulluqçuların qalan kateqoriyaları üçün qızılı rəngdə DQ-nin metal emblemləri bərkidilir (bu Əsasnamənin 40-cı maddəsi).

Ali zabitlər üçün paltonun boyunluğunun kənarı boyu və qol köbəsinin üstündən qırmızı rəngli mahuddan kant vardır.

Paltonun sol qolunun xarici səthində DQ-nin fərqləndirmə qol nişanı tikilir.

Gizirlər və müddətdən artıq hərbi xidmət çavuşları üçün paltonun hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 38-ci maddəsi).

Döşəmədən paltonun ətəyinədək olan məsafə 40-42 sm-dir.

Yay (qış) kiteli - zeytun rəngli.

Açıq, təkbortlu, qatlanan boyunluqludur. Bortu ortadan dörd böyük forma düyməsi (şək.8) ilə düymələnir. Layları kəsmə yan hissəli olub, qabaqdan köklənmişdir. Onlarda üstdən tikilmiş və kiçik forma düymələri ilə düymələnən iki şaquli qırçınlı, fiqurlu qapaqlı döş cibləri, habelə fiqurlu qapaqları forma düymələri ilə düymələnən yan kəsmə cibləri vardır.

Kürəkdə, ortada aşağıdan şlista ilə tamamlanan tikiş vardır.

Qolları iki tikişli, qol köbəli, içəridən tikiləndir.

Kitel ətəyindən astarlıdır. Astarında iki kəsmə qoltuq cibi vardır.

Kostyum parçasından hazırlanan kitelin elə həmin parçadan da tikilmiş taxılıbçıxarılan poqonlar üçün (yalnız zabitlər üçün) kəmərcikləri vardır. Kəmərciklər qızılı rəngli kiçik forma düymələri ilə düymələnir. Kitelin yaxalıqlarının künclərində qızılı rəngdə DQ-nin emblemi (ali zabitlərdə palıd budaqları şəklində qızılı rəngdə naxış) yerləşir (bu Əsasnamənin 40-cı maddəsi).

Ali zabitlər üçün kitelin boyunluğunun kənarı boyu və qol köbəsinin üstündən qırmızı rəngli mahuddan kant vardır.

Kitelin sol qolunun xarici tərəfində DQ-nin fərqləndirmə qol nişanı tikilir (bu Əsasnamənin 35-ci maddəsi).

Gizirlər və müddətdən artıq hərbi xidmət çavuşları üçün kitelin hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 38-ci maddəsi).

Kitelin sol döş cibinin düyməsindən DQ-nin fərqləndirmə döş nişanı asılır (bu Əsasnamənin 39-40-cı maddələri).

Yay (qış) şalvarı - zeytun rəngli.

Tikilmə qurşaq aşırma ilgəklə düymələnir.

Şalvarın kəsmə yan cibləri, qurşağının sol yarısındakı tikiş yerində saat cibi, arxadan sağ tərəfində qapaqlı kəsmə cibi vardır.

Şalvarın miyançası qarmaq və zəncirbəndlə bağlanır, yaxud 3-4 düymə ilə düymələnir. Qurşaqda ensiz kəmər üçün 7 halqa (körpü) vardır.

Şalvar zeytun rəngli kostyum parçasından tikilir. Zabitlərin və gizirlərin şalvarına qırmızı rəngli mahuddan kant (ali zabitlər üçün - lampas) tikilir.

Müddətdən artıq hərbi xidmət hərbi qulluqcuları üçün şalvar kantsız hazırlanır.

Yay (qış) tumanı - zeytun rəngli. [2]

Tikilmə qurşaqlı, sarjadan, yaxud satindən astarı vardır. Arxasında zəncirbənd və şlitsa vardır. İki parçadan ibarətdir.

Arxa və ön hissələri bel səviyyəsində köklənmişdir. Qurşağında kəmər üçün 7 ensiz halqa (körpü) vardır.

Köynək - ağ rəngli.

Ağ rəngli köynəklik parçadan hazırlanır. Tikilmə qatlanan boyunluqludur.

Bortu ortadan düymələnir. Poqonlar üçün kəmərcikləri (yalnız zabitlər üçün), iki şaquli qırçınlı fiqurlu qapaqlı döş cibləri vardır. Qolları manjetli və yarıqlıdır.

Kəmərciklər, bortlar, fiqurlu qapaqlar və manjetlər adi düymələrlə düymələnir.

Kürəyi koketkalıdır. Ətəyi qurşaqlı, yanlardan rezinlidir. Qadın hərbi qulluqçular üçün köynəyin qabağı yan tikişlərlə köklənmişdir.

Zabitlər köynəyi zeytun rəngli taxılıb-çıxarılan poqonlarla (bu Əsasnamənin 37-ci maddəsi) gəzdirirlər. Gizirlər və müddətdən artıq hərbi xidmət çavuşları üçün köynəyin hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 38-ci maddəsi).

Qalstuk - qara rəngli. İti ucla tamamlanan uzanmış trapesiya şəkilli əsas hissədən, metal ilgəkli

rezinli qaytandan və daimi düyündən ibarətdir. Qalstuk qızılı rəngdə metal sıxacla gəzdirilir (şək.8a).

Şərf - ağ rəngli.

Trikotaj, yun, ipək, yaxud adi parçadan hazırlanır. Ölçüləri 120 x 20 sm-dir.

Yay tuflisi - qara rəngli.

Qara rəngli xromdan hazırlanır. Tənzimləyici rezinciyi, yaxud bağları vardır.

Dabanı qəliblənmişdir. Altlığı göndəndir. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir.

Qadın yay tuflisi alçaqdabanlıdır. Burnu ensiz, arxa hissəsi möhkəmləndirilmişdir.

Qış tuflisi - qara rəngli.

Qara rəngli xromdan hazırlanır. Zəncirbəndi, yaxud bağları vardır. Altlığı qəliblənmişdir. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir.

Uzunboğaz çəkmə (qadınlar üçün) - qara rəngli.

Qara rəngli xromdan hazırlanır. Dabanı orta ölçüdədir. Burnu ensizdir.

Zəncirbəndlə bağlanır. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir.

27. DQ-nin zabitlərinin, gizir və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının gündəlik geyim formasının tərkibinə aşağıdakı hərbi geyim əşyaları aiddir:

Yay paltarı (şək. 9-11).

Furajka (qadınlarda şlyapa) - zeytun rəngli.

Yay kiteli (demisezon gödəkçə, yun köynək) - zeytun rəngli.

Yay şalvarı (qadınlarda - yubka) - zeytun rəngli. [3]

Şalvar qayışı - zeytun rəngli.

Köynək (qısaqol köynək) -bej rəngli.

Qalstuk - qara rəngli, qızılı rəngli sıxacla.

Corablar - (qadınlarda - ət rəngli neylon corablar) - qara rəngli.

Yay tuflisi - qara rəngli.

Çanta (qadınlar üçün) - uzun qayışcıqlı, qara rəngli.

Zabitlərə, gizirlərə, müddətdən artıq hərbi xidmət hərbi qulluqçularına gündəlik yay geyim formasını kitelsiz, demisezon gödəkçədə, yun köynəkdə, qısaqol köynəkdə pilotka ilə (qadınlar - beretlə), yaxud furajka (qadınlar - şlyapa) ilə geyilməsinə icazə verilir (şək.12-16).

Qulaqlı papaq - zeytun rəngli xəzdən, yaxud furajka (qadınlarda şlyapa) -zeytun rəngli.

Qış paltosu - zeytun rəngli.

Qış kiteli - zeytun rəngli.

Qış şalvarı (qadınlarda - yubka) - zeytun rəngli.

Şalvar qayışı - zeytun rəngli.

Köynək - bej rəngli.

Qalstuk - qara rəngli, qızılı rəngli sıxacla.

Əlcəklər - qara rəngli.

Şərf - zeytun rəngli.

Corablar- (qadınlarda - ət rəngli neylon, yaxud yarımyun corablar) – qara rəngli.

Qış, yaxud yay tuflisi - (qadınlarda - uzunboğaz çəkmə) - qara rəngli.

Çanta (qadınlar üçün) - uzun qayışcıqlı, qara rəngli.

28. DQ-nin zabitlərinin, gizir və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının gündəlik geyim forması əşyalarının təsviri.

Furajka - zeytun rəngli.

Mərasim geyim forması üçün - furajkanın (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Şlyapa (qadın hərbi qulluqçular üçün) - zeytun rəngli.

Mərasim geyim forması üçün şlyapanın (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Pilotka - zeytun rəngli.

Kitelin hazırlandığı parçadan hazırlanır.

Pilotka iki divarcıqdan və qulaqlıqdan ibarətdir.

Qulaqlığın dairəvi və iti ucları pilotkanın qabaq hissəsində bir-birinin üstünə qoyulur. Pilotkanın astarı vardır.

Pilotkanın kənarı boyu (yalnız zabitlərin pilotkaları üçün) qızılı rəngdə zolaq tikilir.

Pilotkanı kokardalar ilə daşıyırlar. Kokardalar pilotkanın sol tərəfində olmalıdır.

Beret – zeytun rəngli. [4]

Beret dibcikdən, qabaq və arxa divarcıqlardan ibarətdir. Beretin dibciyində və qabaq divarcığında parça ilə astarın arasında ara qat vardır. Beretin aşağı kənarı içərisində tənzimləyici qaytan keçən dəridən haşiyələnmişdir.

Bereti kokardalar ilə daşıyırlar. Kokarda beretin ön tərəfində ortada olmalıdır.

Qulaqlı papaq - zeytun rəngli xəzdən.

Mərasim geyim forması üçün qulaqlı papağın (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Qış paltosu - zeytun rəngli.

Mərasim geyim forması üçün qış paltosunun (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur (zabitlər üçün poqonlardan başqa). Poqonları tikilmədir. Tikilmə poqonlarının yuxarı hissəsində qızılı rəngli kiçik forma düyməsi yerləşdirilmişdir.

Qış yarımpaltosu - zeytun rəngli (yalnız ali zabitlər üçün).

Yağışa davamlı parçadan tikilmişdir, qatlanan boyunluqludur. Paltonun iki yan tərəflərində üstdən tikmə cibləri və toqqası olan kəməri vardır, orta hissədən iki bort zəncirbəndlə bağlanır.

Qolları bir tikişlidir.

Astarda iki kəsmə qoltuq cibi vardır.

Paltonun elə həmin parçadan tikilmiş taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər qızılı rəngli kiçik forma düymələri ilə düymələnir.

Paltonun taxılıb-çıxarılan və ya təbii xəzdən istiləşdirilmiş astarı vardır.

Paltonun sol qolunun xarici səthində DQ-nin fərqləndirmə qol nişanı tikilir (bu Əsasnamənin 35-ci maddəsi).

Demisezon palto - zeytun rəngli.

Paltonun rənginə uyğun, üç adi düymə ilə düymələnən ikibortlu, qatlanan boyunluqlu və açıq yaxalıdır. Yan kəsmə cibləri və plastmas toqqası olan kəməri vardır.

Kürəkdə, ortada aşağıdan şlitsa ilə tamamlanan tikiş vardır.

Qolları iki tikişli, içəridən tikilən, kəmərciklidir.

Astarında iki kəsmə qoltuq cibi vardır.

Kostyum parçasından hazırlanan paltonun və onun kəmərinin, elə həmin parçadan da tikilmiş taxılıb-çıxarılan poqonlar üçün (yalnız zabitlər üçün) kəmərcikləri vardır. Kəmərciklər qızılı rəngli kiçik forma düymələri ilə düymələnir.

Paltonun yaxalıqlarının künclərində ali zabitlər üçün yaxa nişanları, hərbi qulluqçuların qalan kateqoriyaları üçün qızılı rəngdə DQ-nin metal emblemləri bərkidilir (bu Əsasnamənin 40-cı maddəsi).

Paltonun sol qolunun xarici səthində DQ-nin fərqləndirmə qol nişanı tikilir (bu Əsasnamənin 35-ci maddəsi).

Gizirlər və müddətdən artıq hərbi xidmət çavuşları üçün paltonun hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 38-ci maddəsi).

Döşəmədən paltonun ətəyinədək olan məsafə 40-42 sm-dir.

Plaş - zeytun rəngli.

Plaşın rənginə uyğun üç adi düymə ilə düymələnən ikibortlu, qatlanan boyunluqlu və açıq yaxalıdır. Yan kəsmə cibləri və plastmas toqqası olan kəməri vardır.

Kürəkdə koketka, ortada aşağıdan şlitsa ilə tamamlanan tikiş vardır.

Qolları iki tikişli, içəridən tikilən, kəmərciklidir.

Plaş parçasından hazırlanan plaşın və onun kəmərinin, elə həmin parçadan da tikilmiş taxılıb-çıxarılan poqonlar üçün (yalnız zabitlər üçün) kəmərcikləri vardır. Kəmərciklər plaşın rənginə uyğun kiçik adi düymələr ilə düymələnir.

Gizirlər və müddətdən artıq hərbi xidmət çavuşları üçün plaşın hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 38-ci maddəsi).

Döşəmədən plaşın ətəyinədək olan məsafə 40-42 sm-dir.

Demisezon gödəkçə - zeytun rəngli.

Bortları zəncirbəndlə bağlanır, astarlıdır. Laylarında yan kəsmə, fiqurlu qapağı basma düymə ilə düymələnən cibləri vardır. Kürəyi bütöv, düz siluetlidir.

Qolları tək tikişlidir, aşağı kənarlarına elastik trikotaj manjet tikilmişdir.

Gödəkçənin qurşağı trikotajdandır. Sol laydakı qurşağa basma düymə ilə düymələnən fiqurlu kəmərcik tikilmişdir.

Boyunluğu dikdir, trikotajdandır, gödəkçənin parçasından hazırlanan taxılıb- çıxarılan poqonlar üçün (yalnız zabitlər üçün) kəmərcikləri vardır. Kəmərciklər basma düymə ilə düymələnir.

Gödəkçənin sol qolunun xarici səthində DQ-nin fərqləndirmə qol nişanı tikilir (bu Əsasnamənin 35-ci maddəsi).

Gödəkçənin sol döşünə DQ-nin fərqləndirmə döş nişanı taxılır (bu Əsasnamənin 39-40-cı maddələri).

Gizirlər və müddətdən artıq hərbi xidmət çavuşları üçün gödəkçənin hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 38-ci maddəsi).

Yun köynək - zeytun rəngli.

Yundan toxunulur, yaxası üçbucaq şəkilli, açıqdır. Zeytun rəngli, taxılıb-çıxarılan poqonlar üçün (yalnız zabitlər üçün) elə həmin rəngdə kəmərcikləri vardır. Kəmərciklər yun köynəyin rənginə uyğun kiçik adi düymələr ilə düymələnir və ya tekstil lent ilə bağlanır.

Yun köynəyin çiyin və dirsək hissələrinə köynəyin öz rəngində möhkəm parçadan əlavə qatlar tikilir.

Gizirlər və müddətdən artıq hərbi xidmət çavuşları üçün yun köynəyin hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 38-ci maddəsi).

Yay (qış) şalvarı - zeytun rəngli.

Mərasim geyim forması üçün şalvarın (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Yay (qış) yubkası- zeytun rəngli.

Mərasim geyim forması üçün yubkanın (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Köynək - bej rəngli.

Mərasim geyim forması üçün ağ rəngli köynəyin (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Qısaqol köynək - bej rəngli.

Qısaqol, tikilmə, qatlanan boyunluqludur. Kiçik forma düyməsi ilə düymələnən taxılıb-çıxarılan poqonlar üçün (yalnız zabitlər üçün) elə həmin rəngdən kəmərcikləri vardır.

Bortu ortadan 7 forma düyməsi ilə düymələnir. Üstdən tikilmiş və kiçik forma düymələri ilə düymələnən, iki şaquli qırçınlı, fiqurlu qapaqlı, döş cibləri vardır.

Qısaqol köynək və onun poqonlar üçün kəmərcikləri nazik kostyum parçasından hazırlanır.

Kürəyi koketkalıdır. Ətəyi qurşaqlı, yanlardan rezinlidir.

Gizirlər və müddətdən artıq hərbi xidmət çavuşları üçün köynəyin hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 38-ci maddəsi).

Köynəyin sol döş cibinin düyməsinə DQ-nin fərqləndirmə döş nişanı asılır (bu Əsasnamənin 39-40-cı maddələri).

Köynək qalstuksuz daşınır.

Qalstuk - qara rəngli.

Mərasim geyim forması üçün qalstukun (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Şərf - zeytun rəngli.

Mərasim geyim forması üçün ağ rəngli şərfin (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Yay tuflisi - qara rəngli.

Mərasim geyim forması üçün yay tuflisinin (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Qış tuflisi - qara rəngli.

Mərasim geyim forması üçün qış tuflisinin (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Uzunboğaz çəkmə (qadınlar üçün) - qara rəngli.

Mərasim geyim forması üçün uzunboğaz çəkmənin (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur.

Çanta (qadınlar üçün) - uzun qayışcıqlı, qara rəngli.

Qayışcığın uzunluğu 100 mm, eni 30 mm-dir. Çantanın ölçüləri: eni 180 mm, hündürlüyü 220 mm, qalınlığı 40 mm, çanta qapağının aşağı hissəsi dəyirmidir və ilgəklə çantanın xarici tərəfinə bərkidilir.

29. DQ-nin zabitlərinin, gizir və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının səhra geyim formasının tərkibinə aşağıdakı hərbi geyim əşyaları aiddir:

Yay paltarı (şək. 21-22).

Yay furajkası - kamuflyaj rəngli.

Yay gödəkçəsi - kamuflyaj rəngli.

Yay şalvarı - kamuflyaj rəngli.

Şalvar qayışı - zeytun rəngli.

Qısaqol mayka - kamuflyaj (zeytun) rəngli alt paltarları əşyaları tərkibində.

Bel kəməri - zeytun rəngli.

Corablar - qara rəngli.

Uzunboğaz botinka - qara rəngli.

Qış paltarı (şək.23).

Qulaqlı papaq - zeytun (ali zabitlər və polkovniklərdə - qəhvəyi) rəngli xəzdən, yaxud kamuflyaj rəngli qış furajkası.

İstiləşdirilmiş qış gödəkçəsi - kamuflyaj rəngli.

Qış gödəkçəsi - kamuflyaj rəngli.

Qış (istiləşdirilmiş qış) şalvarı - kamuflyaj rəngli.

Şalvar qayışı - zeytun rəngli.

Uzunqol mayka - kamuflyaj (zeytun) rəngli alt paltarları əşyaları tərkibində.

Yun köynək - zeytun rəngli.

Bel kəməri - zeytun rəngli.

Əlcəklər - qara (zeytun) rəngli.

Şərf - zeytun rəngli.

Corablar - qara rəngli.

Uzunboğaz botinka - qara rəngli.

30. DQ-nin zabitlərinin, gizir və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının səhra geyim forması əşyalarının təsviri.

Yay furajkası - kamuflyaj rəngli.

Dörd yan, bir ön xiştəkdən və günlük hissələrindən ibarətdir. Kamuflyaj rəngli parçadan hazırlanır.

Qabaqdan furajkanın ön xiştəyi üstündə DQ-nin hərbi qulluqçularının heyətləri üçün müəyyən edilmiş (bu Əsasnamənin 41-ci maddəsi) qara rəngdə tikmə (preslənmiş) kokarda vardır.

İki arxa xiştək furajkanın ölçüsünü tənzimləyən elastik lentlə yığılır və ya tekstil lentlə bağlanılır.

Günlük - üzərinə kamuflyaj rəngli parça çəkilmiş bərk materialdan hazırlanır.

Günlüyün üstündə ali və baş zabitlər üçün müəyyən edilmiş özünəməxsus qara rəngdə naxış vardır.

Qış furajkası - kamuflyaj rəngli. Dörd yan, bir ön xiştəkdən, qulaqlıqdan, günlük hissələrindən ibarətdir.

Kamuflyaj rəngli parçadan hazırlanır. İstiləşdirilmiş astarı vardır.

Qabaqdan furajkanın ön xiştəyi üstündə DQ-nin hərbi qulluqçularının heyətləri üçün müəyyən edilmiş (bu Əsasnamənin 41-ci maddəsi) qara rəngdə tikmə (preslənmiş) kokarda vardır.

Günlük üzərinə kamuflyaj rəngli parça çəkilmiş bərk materialdan hazırlanır. Günlüyün üstündə ali və baş zabitlər üçün müəyyən edilmiş özünəməxsus qara rəngdə naxış vardır.

Qulaqlı papaq - zeytun (ali zabitlər və polkovniklər üçün - qəhvəyi) rəngli xəzdən.

Mərasim geyim forması üçün qulaqlı papağın (bu Əsasnamənin 26-cı maddəsi) təsvirinə uyğundur, ancaq qara rəngli tikmə kokardası vardır.

Yay (qış) gödəkçəsi - kamuflyaj rəngli.

Kamuflyaj rəngli parçadan tikilir, qatlanan boyunluqludur. Adi düymə ilə düymələnən taxılıb-çıxarılan poqonlar üçün (yalnız zabitlər üçün) kəmərcikləri vardır.

Bortları ortadan beş (dörd görünməyən, yuxarıda isə görünən) adi düymələrlə düymələnir. Laylarda üstündən tikilmiş və görünməyən adi düymələrlə düymələnən, qapaqlı, döş və yan cibləri vardır. Sol döş cibində gizli qələm cibi vardır.

Gödəkçə ətəyinə qədər astarlıdır.

Kürəyi bütövdür.

Qolları iki tikişlidir, dirsək hissələrində gödəkçənin öz rəngində əlavə qat tikilmişdir, qollarının ağzı kəmərciklidir.

Gödəkçənin yaxalıqlarının künclərində qara rəngdə DQ-nin emblemi (ali zabitlərdə - palıd budaqları şəklində qara rəngdə naxış) yerləşir.

Gödəkçənin sol qolunun xarici səthində DQ-nin qara rəngli fərqləndirmə qol nişanı tikilir (bu Əsasnamənin 35-ci maddəsi).

Gizirlər və müddətdən artıq hərbi xidmət çavuşları üçün gödəkçənin hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 38-ci maddəsi).

Gödəkçənin sağ döş cibinin qapağı üstündə hərbi qulluqçunun şəxsi nömrəsi, soyadı, qan qrupu və rezus-faktoru göstərilən zeytun rəngdə döş nişanı tikilir.

İstiləşdirilmiş qış gödəkçəsi - kamuflyaj rəngli.

Kamuflyaj rəngli parçadan tikilir, dik boyunluqludur. Boyunluqda başlığı qoymaq üçün zəncirbəndlə bağlanan kəsmə cib vardır. Boyunluğun sol tərəfində tekstil lentlə bağlanan kəmərcik, boyunluğun hər iki kənarına isə tekstil lent tikilir.

Başlıq astarlıdır.

Adi düymə ilə düymələnən taxılıb-çıxarılan poqonlar üçün (yalnız zabitlər üçün) kəmərcikləri vardır.

Bortları ortadan görünməyən zəncirbənd və altı basma düymələrlə bağlanır.

Laylarda üstdən tikilmiş qapaqlı döş cibləri və qapaqlı yan kəsmə cibləri vardır. Cib qapaqları görünməyən basma düymələrlə düymələnir.

Gödəkçənin taxılıb-çıxarılan süni və ya təbii xəzdən istiləşdirilmiş astarı vardır.

Kürəyi bütöv, hər iki tərəfdən qoldibi istiqamətində qatla hazırlanır.

Qolları iki tikişlidir, dirsək hissələrində gödəkçənin öz rəngində əlavə qat tikilmişdir, qollarının ağzı kəmərciklidir.

Gödəkçənin içərisindən bel səviyyəsində və aşağı kənarından tənzimləyici qaytan keçirilir.

Gödəkçənin sol qolunun xarici səthində DQ-nin qara rəngli fərqləndirmə qol nişanı tikilir (bu Əsasnamənin 35-ci maddəsi).

Gizirlər və müddətdən artıq hərbi xidmət çavuşları üçün gödəkçənin hər iki qolunun xarici səthində onların hərbi rütbələrinə uyğun fərqləndirmə qol nişanları tikilir (bu Əsasnamənin 38-ci maddəsi).

Gödəkçənin sağ döş cibinin qapağı üstündə hərbi qulluqçunun şəxsi nömrəsi, soyadı, qan qrupu və rezus-faktoru göstərilən zeytun rəngdə döş nişanı tikilir.

Yay (qış) şalvarı - kamuflyaj rəngli.

Şalvarla birlikdə - biçilmiş qurşağı, üstdən tikilmiş və adi görünməyən düymələrlə düymələnən, qapaqlı yan, qapaqlı kəsmə arxa və kəsmə yan cibləri vardır.

Qurşaqda yan tikiş yerlərinin üstündə, belin ölçüsünü tənzimləyən, iki düymə ilə düymələnən iki kəmərcik və ləvazimat gəzdirmək üçün 7 enli halqa (körpü) vardır.

Şalvarın miyançası qurşaqda olan 4 düymə ilə düymələnir.

Şalvar kamuflyaj rəngli parçadan hazırlanır, diz hissələrinə həmin parçadan əlavə qat tikilir. Şalvarın balaqlarında enli elastik lentdən üzəngilər vardır.

İstiləşdirilmiş qış şalvarı - kamuflyaj rəngli.

İstiləşdirilmiş astar əlavə edilməklə kamuflyaj rəngli şalvarın təsvirinə uyğundur.

Yun köynək - zeytun rəngli.

Yundan toxunulur, yaxası boğazacandır.

Yun köynəyin çiyin və dirsək hissələrinə köynəyin öz rəngində möhkəm parçadan əlavə qatlar tikilir. Üzərində heç bir fərqləndirmə nişanı yoxdur.

Şərf - zeytun rəngli.

Trikotaj, yun və yaxud adi parçadan hazırlanır.

Ölçüləri: 120 x 20 sm-dir.

Uzunboğaz botinka - qara rəngli.

Dabanı və altlığı bütövdür, qəliblənmişdir, bağları vardır. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir.

 

2-1-ci fəsil. [5]

 

DQ-nin Hərbi İnstitutu kursantlarının geyim forması (xüsusi geyimdən başqa) [6]

 

30-1. DQ-nin Hərbi İnstitutu kursantlarının mərasim geyim forması aşağıdakı hərbi geyim əşyalarından ibarətdir:

30-1.1. yay paltarı (şəkil 6-1, 6-2):

30-1.1.1. furajka (qadınlarda şlyapa) — zeytun rəngli;

30-1.1.2. kitel — zeytun rəngli;

30-1.1.3. şalvar (qadınlarda yubka) — zeytun rəngli;

30-1.1.4. şalvar qayışı — zeytun rəngli;

30-1.1.5. köynək — ağ rəngli;

30-1.1.6. qalstuk — qara rəngli, qızılı rəngli sıxacla;

30-1.1.7. əlcək — ağ rəngli;

30-1.1.8. akselbant — sarı rəngli;

30-1.1.9. corab — qara rəngli (qadınlarda ətrəngi neylon);

30-1.1.10. yay tuflisi — qara rəngli;

30-1.2. qış paltarı (şəkil 6-3, 6-4):

30-1.2.1. qulaqlı papaq — zeytun rəngli xəzdən, yaxud furajka (qadınlarda şlyapa) — zeytun rəngli;

30-1.2.2. qış paltosu — zeytun rəngli;

30-1.2.3. kitel — zeytun rəngli;

30-1.2.4. şalvar (qadınlarda yubka) — zeytun rəngli;

30-1.2.5. şalvar qayışı — zeytun rəngli;

30-1.2.6. köynək — ağ rəngli;

30-1.2.7. qalstuk — qara rəngli, qızılı rəngli sıxacla;

30-1.2.8. əlcək — ağ rəngli;

30-1.2.9. akselbant — sarı rəngli;

30-1.2.10. şərf — ağ rəngli;

30-1.2.11. corab — qara rəngli (qadınlarda ətrəngi neylon, yaxud yarımyun);

30-1.2.12. qış, yaxud yay tuflisi — qara rəngli (qadınlarda uzunboğaz çəkmə).

30-2. DQ-nin Hərbi İnstitutu kursantlarının mərasim geyim forması əşyalarının təsviri

30-2.1. DQ-nin Hərbi İnstitutu kursantlarının mərasim geyim forması əşyalarının təsviri DQ-nin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının mərasim geyim formasına daxil olan müvafiq əşyaların təsviri ilə eynidir (bu Əsasnamənin 26-cı hissəsi).

30-2.2. DQ-nin Hərbi İnstitutu kursantlarının furajkalarında (şlyapalarında), qulaqlı papaqlarında DQ-nin əsgər və çavuşları üçün müəyyən edilmiş kokardalarla (bu Əsasnamənin 41-ci hissəsi) eyni olan kokardalar vardır və furajkaların (şlyapaların) çənəaltı qayışcığı qara rəngdədir.

30-2.3. DQ-nin Hərbi İnstitutu kursantlarının tikilmə və taxılıb-çıxarılan poqonlarına oxuduqları kursu göstərən Roma rəqəmlərinin və şəxsi nömrələrini göstərən ərəb rəqəmlərinin qızılı rəngli təsvirləri yerləşdirilir (bu Əsasnamənin 37-1-ci hissəsi).

30-2.4. DQ-nin Hərbi İnstitutunun kursantları kiteli sarı rəngli akselbantla geyinirlər. Kitelin sol döş cibinin düyməsindən DQ-nin Hərbi İnstitutuna mənsubiyyəti bildirən fərqləndirmə döş nişanı asılır (bu Əsasnamənin 39-cu hissəsi). DQ-nin Hərbi İnstitutu kursantlarının şalvarı kantsızdır.

30-3. DQ-nin Hərbi İnstitutu kursantlarının gündəlik geyim forması aşağıdakı hərbi geyim əşyalarından ibarətdir:

30-3.1. yay paltarı (şəkil 16-1, 16-2):

30-3.1.1. furajka (pilotka) və qadınlarda şlyapa (beret) — zeytun rəngli;

30-3.1.2. kitel (yun köynək) — zeytun rəngli;

30-3.1.3. şalvar (qadınlarda yubka və ya şalvar) — zeytun rəngli;

30-3.1.4. şalvar qayışı — zeytun rəngli;

30-3.1.5. köynək — bej rəngli;

30-3.1.6. qalstuk — qara rəngli, qızılı rəngli sıxacla;

30-3.1.7. corab — qara rəngli (qadınlarda ətrəngi neylon);

30-3.1.8. yay tuflisi — qara rəngli;

30-3.1.9. DQ-nin Hərbi İnstitutunun kursantlarına gündəlik yay geyim formasını kitelsiz, demisezon gödəkcə, yun köynək, uzunqol və qısaqol köynəklərdə pilotka ilə (qadınlara beretlə), yaxud furajka ilə (qadınlara şlyapa ilə) geyinməyə icazə verilir (şəkil 16-3 — 16-10).

30-3.2. qış paltarı (şəkil 20-1, 20-4):

30-3.2.1. qulaqlı papaq — zeytun rəngli xəzdən, yaxud furajka (qadınlarda şlyapa) — zeytun rəngli;

30-3.2.2. qış paltosu (demisezon palto) — zeytun rəngli;

30-3.2.3. kitel (yun köynək) — zeytun rəngli;

30-3.2.4. şalvar (qadınlarda yubka və ya şalvar) — zeytun rəngli;

30-3.2.5. şalvar qayışı — zeytun rəngli;

30-3.2.6. köynək — bej rəngli;

30-3.2.7. qalstuk — qara rəngli, qızılı rəngli sıxacla;

30-3.2.8. əlcək — qara rəngli;

30-3.2.9. şərf — zeytun rəngli;

30-3.2.10. corab — qara rəngli (qadınlarda ətrəngi neylon, yaxud yarımyun);

30-3.2.11. qış, yaxud yay tuflisi (qadınlarda uzunboğaz çəkmə) — qara rəngli;

30-4. DQ-nin Hərbi İnstitutu kursantlarının gündəlik geyim forması əşyalarının təsviri

30-4.1. DQ-nin Hərbi İnstitutu kursantlarının gündəlik geyim forması əşyalarının təsviri DQ-nin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının gündəlik geyim formasına daxil olan müvafiq əşyaların təsvirləri ilə eynidir (bu Əsasnamənin 28-ci hissəsi).

30-4.2. DQ-nin Hərbi İnstitutu kursantlarının furajkalarında (şlyapalarında), qulaqlı papaqlarında DQ-nin əsgər və çavuşları üçün müəyyən edilmiş kokardalarla (bu Əsasnamənin 41-ci hissəsi) eyni olan kokardalar, pilotkalarında isə Daxili Qoşunların növlərinin emblemləri vardır. Furajkaların (şlyapaların) çənəaltı qayışcığı qara rəngdədir.

30-4.3. DQ-nin Hərbi İnstitutu kursantlarının tikilmə və taxılıb-çıxarılan poqonlarına oxuduqları kursu göstərən Roma rəqəmlərinin və şəxsi nömrələrini göstərən ərəb rəqəmlərinin qızılı rəngli təsvirləri yerləşdirilir (bu Əsasnamənin 37-1-ci hissəsi).

30-4.4. Kitelin, uzunqol və qısaqol köynəklərin sol döş cibinin düyməsindən DQ-nin Hərbi İnstitutuna mənsubiyyəti bildirən fərqləndirmə döş nişanı asılır (bu Əsasnamənin 39-cu hissəsi). Köynəklərin sağ döş cibinin üst kəsiyinə (sağ tərəfinə) kursantın soyadı göstərilən ağ rəngli döş nişanı tikilir (taxılır). DQ-nin Hərbi İnstitutu kursantlarının şalvarı kantsızdır.

30-5. DQ-nin Hərbi İnstitutu kursantlarının səhra geyim forması əşyalarının tərkibi və təsviri

30-5.1. DQ-nin Hərbi İnstitutu kursantlarının səhra geyim forması əşyalarının tərkibi və təsviri DQ-nin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının səhra geyim formasının tərkibi və müvafiq əşyalarının təsviri ilə eynidir (bu Əsasnamənin 29 və 30-cu hissələri).

30-5.2. DQ-nin Hərbi İnstitutu kursantlarının səhra geyim formasında DQ-nin əsgər və çavuşları üçün müəyyən edilmiş kokardalarla (bu Əsasnamənin 41-ci hissəsi) eyni olan qara rəngli kokardalar vardır.

30-5.3. DQ-nin Hərbi İnstitutu kursantlarının poqonlarına oxuduqları kursu göstərən Roma rəqəmlərinin və şəxsi nömrələrini göstərən ərəb rəqəmlərinin qara rəngli təsvirləri yerləşdirilir.

3 - c ü f ə s i l

 

DQ-nin MÜDDƏTLİ HƏQİQİ HƏRBİ XİDMƏT HƏRBİ

QULLUQÇULARININ GEYİM FORMASI

 

(xüsusi geyimdən başqa)

 

31. DQ-nin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının mərasim geyim formasının tərkibi və təsviri.

DQ-nin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının mərasim geyim formasının tərkibi və təsviri DQ-nin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının səhra geyim formasının tərkibi və müvafiq əşyalarının təsviri kimidir (bu Əsasnamənin 29-30-cu maddələri).

Kokardalar (bu Əsasnamənin 41-ci maddəsi) və hərbi rütbələrə uyğun fərqləndirmə qol nişanları DQ-nin müddətdən artıq hərbi xidmət hərbi qulluq çuları üçün müəyyən edildiyi kimidir (bu Əsasnamənin 38-ci maddəsi).

DQ-yə mənsubiyyəti bildirən qol nişanı rəngli təsvirdə, hərbi rütbələrə uyğun fərqləndirmə qol nişanları və kokardalar - qızılı (sarı) rəngdədir (şək. 24-25).

32. DQ-nin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının gündəlik və səhra geyim forması əşyalarının tərkibi və təsviri.

DQ-nin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının gündəlik və səhra geyim formasının tərkibi DQ-nin zabit, gizir və müddətdən artıq hərbi xidmət hərbi qulluqçularının səhra geyim formasının tərkibi kimidir (bu Əsasnamənin 29-30-cu maddələri).

Kokardalar (bu Əsasnamənin 41-ci maddəsi) və hərbi rütbəyə uyğun fərqləndirmə qol nişanları qara rəngdədir və DQ-nin müddətdən artıq hərbi xidmət hərbi qulluqçuları üçün müəyyən edildiyi kimidir (bu Əsasnamənin 38-ci maddəsi).

 

4 - c ü  f ə s i l

 

HƏRBİ QULLUQÇULARIN FƏRQLƏNDİRMƏ NİŞANLARI

 

33. Hərbi qulluqçular üçün aşağıdakı fərqləndirmə nişanları müəyyən edilir:

- dövlət mənsubiyyətinə görə;

- DQ-yə mənsubiyyətə görə;

- hərbi rütbəyə görə;

- hərbi qulluqçuların heyətinə görə.

34. Hərbi qulluqçunun dövlət mənsubiyyətinə görə fərqləndirmə nişanı, üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri olan qol nişanıdır.

Dövlət mənsubiyyətinə görə fərqləndirmə qol nişanını qış paltosunun, demisezon paltonun, demisezon gödəkçənin, kitelin (rəsmi qəbullar üçün xüsusi mərasim geyiminin kitelindən başqa) sağ qolunun xarici səthində daşıyırlar.

35. Hərbi qulluqçunun DQ-yə mənsubiyyətinə görə fərqləndirmə nişanı, üstündə “Azərbaycan Daxili Qoşunları” sözləri yazılmış DQ-nin hərbi embleminin təsviri olan qol nişanıdır.

DQ-yə mənsubiyyətə görə fərqləndirmə qol nişanını DQ-nin bütün hərbi qulluqçuları qış paltosunun, demisezon paltonun, demisezon gödəkçənin, kamuflyaj rəngli gödəkçənin, kitelin (rəsmi qəbullar üçün xüsusi mərasim geyiminin kitelindən başqa) sol qolunun xarici səthində daşıyırlar.

36. DQ-nin hərbi qulluqçularının hərbi rütbəyə görə fərqləndirmə nişanları - poqonlar, eləcə də hərbi rütbəyə görə fərqləndirmə qol nişanlarıdır.

Poqonlar və hərbi rütbəyə görə fərqləndirmə qol nişanları - hərbi rütbənin, eləcə də hərbi qulluqçuların DQ-yə mənsub olduğunu müəyyən etmək üçündür.

Poqonları zabit heyətindən olan hərbi qulluqçular (şək.26) və DQ-nin Hərbi İnstitutunun kursantları daşıyırlar. DQ-nin Hərbi İnstitutu kursantlarının poqonları onların kursant olduqlarını və neçənci kursda oxuduqlarını göstərən nişandır (şəkil 26-1). Taxılma üsuluna görə poqonlar tikilmə və taxılıb - çıxarılan poqonlara bölünür. [7]

Tikilmə poqonlar mərasim və gündəlik geyim formasının qış paltosu, kiteldə daşınır.

Taxılıb - çıxarılan poqonlar mərasim geyim formasının qış paltosu, kiteldə;

gündəlik geyim formasının demisezon palto, plaş və yun köynəklərində;

gündəlik, səhra, xüsusi xidmət geyim formalarının, xüsusi texniki paltarın gödək çələrində;

xüsusi texniki, xüsusi xidmət paltarlarının kombinezonlarında;

xüsusi istiləşdirilmiş paltarın yarımkürklərində daşınır.

Poqonların rəngləri (səhra geyim formasının, zabitlərin rəsmi qəbullar üçün xüsusi mərasim geyim formasının poqonlarından başqa) zeytun rəngində müəyyən edilir. Mərasim geyim formasının, xüsusi parad geyim formasının, zabitlərin rəsmi qəbullar üçün xüsusi mərasim geyim formasının poqonlarında qızılı rəngdə naxış vardır (şək.27).

Ali zabitlərin poqonlarının kənarlarında qırmızı rəngli kant vardır. Səhra geyim formasının poqonları kamuflyaj rəngdədir.

Tikilmə poqonların yuxarı hissəsində qızılı rəngli kiçik forma düyməsi yerləşdirilir.

Taxılıb-çıxarılan poqonlar - poqonlar üçün nəzərdə tutulan kəmərciklərə taxılır.

Səhra geyim formasının və xüsusi geyimin (xüsusi parad geyim formasından başqa) poqonlar üçün nəzərdə tutulan kəmərcikləri adi, mərasim və gündəlik geyim formasının geyim predmetlərində (köynək, plaş, yun köynəkdən başqa) poqonlar üçün nəzərdə tutulan kəmərcikləri isə qızılı rəngli kiçik forma düyməsi ilə düymələnir.

Mərasim geyim formasının köynəklərindəki, gündəlik geyim formasının köynəyindəki (qısaqol köynəkdən başqa), plaş və yun köynəklərindəki poqonlar üçün nəzərdə tutulan kəmərciklər adi düymə ilə düymələnir.

Gizirlərin, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının və müddətdən artıq həqiqi hərbi xidmət çavuşlarının hərbi rütbəyə görə fərqləndirmə qol nişanları hərbi geyim formasının (xüsusi peşə, xüsusi hospital və xüsusi mülki paltardan başqa) hər iki qolunun xarici səthinə tikilir.

Poqon və hərbi rütbəyə görə fərqləndirmə qol nişanlarının əvəzinə xüsusi iş paltarının gödəkçə, xalat və kombinezonlarının sağ döşündə hərbi rütbəyə görə fərqləndirmə döş nişanı tikilir (şək.28).

Xüsusi peşə, xüsusi hospital və xüsusi mülki paltarda fərqləndirmə nişanları daşınmır.

37. Zabitlərin poqonlarının təsviri.

Zabitlərin (ali zabitlərdən başqa) tikilmə poqonlarında onların hərbi rütbələrinə müvafiq metaldan qızılı rəngli səkkizguşəli ulduzlar yerləşdirilir. Ali zabitlərin poqonlarında ulduzlar qızılı rəngli sap ilə tikilir.

Zabitlərin mərasim, xüsusi parad, rəsmi qəbullar üçün xüsusi mərasim geyim formaları üçün taxılıb-çıxarılan poqonlar istisna olmaqla (şək. 27), onların taxılıb-çıxarılan poqonlarında sarı (səhra geyim formasından başqa) və qara (səhra geyim forması üçün) rəngli səkkizguşəli ulduz tikilir (preslənir).

Zabitlərin mərasim, xüsusi parad, rəsmi qəbullar üçün xüsusi mərasim geyim formaları üçün taxılıb-çıxarılan poqonlarında onların hərbi rütbələrinə müvafiq metaldan, qızılı rəngli səkkizguşəli ulduzlar yerləşdirilir.

Ulduzlar - guşələrindən biri poqonun düyməsinə doğru istiqamətlənmiş halda yerləşdirilir.

Ali zabitlərin poqonlarının aşağı kənarında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qızılı (səhra geyim formasından başqa) və qara (səhra geyim forması üçün) rəngli emblemi yerləşdirilir. Emblemin ölçüləri: 30x45 mm-dir.

Baş zabitlərin tikilmə poqonlarında qızılı rəngli metaldan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çarpazlaşdırılmış qılınclarsız emblemi, taxılıb-çıxarılan poqonlarında isə sarı (səhra geyim formasından başqa) və qara (səhra geyim forması üçün) rəngli Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çarpazlaşdırılmış qılınclarsız emblemi tikilir (preslənir). Emblemin ölçüləri:

25x40 mm-dir. Azərbaycan Respublikasının Dövlət gerbi, DQ-nin emblemi, səkkizguşəli ulduzların təsvirinin ölçüsü onların ətrafına çəkilmiş xəyali çevrənin diametri ilə ölçülür.

Zabitlərin heyətindən asılı olaraq onların poqonlarındakı ulduzların ölçüləri müxtəlifdir: kiçik zabitlər üçün - 17 mm, baş zabitlər üçün - 22 mm, ali zabitlər üçün (ordu generallarından başqa) - 25 mm-dir. Zabitlərin poqonlarındakı ulduzlar uzununa sıra ilə yerləşdirilir:

general-leytenant üçün - 2 ulduz;

general-mayor üçün - 1 ulduz;

polkovnik üçün - 3 ulduz;

polkovnik-leytenant üçün - 2 ulduz;

mayor üçün - 1 ulduz;

kapitan üçün - 4 ulduz;

baş leytenant üçün - 3 ulduz;

leytenant üçün- 2 ulduz;

kiçik leytenant üçün - 1 ulduz.

37-1. DQ-nin Hərbi İnstitutu kursantlarının poqonlarının təsviri[8]

37-1.1. DQ-nin Hərbi İnstitutu kursantlarının tikilmə poqonlarına onların neçənci kursda oxuduqlarını göstərən qızılı rəngli metaldan Roma rəqəmləri və şəxsi nömrələrini göstərən ərəb rəqəmləri tikilir (preslənir).

37-1.2. DQ-nin Hərbi İnstitutu kursantlarının taxılıb-çıxarılan poqonlarında onların neçənci kursda oxuduqlarını göstərən sarı (səhra geyim formasından başqa) və qara (səhra geyim forması üçün) rəngli Roma rəqəmləri və şəxsi nömrələrini göstərən ərəb rəqəmləri yerləşdirilir.

37-1.3. DQ-nin Hərbi İnstitutu kursantlarının poqonlarında şəxsi nömrələri onların neçənci kursda oxuduqlarını göstərən rəqəmdən aşağıda poqonun eninə yerləşdirilir.

38. Gizirlərin, müddətli və müddətdən artıq həqiqi hərbi xidmət çavuşlarının hərbi rütbəyə görə fərqləndirmə nişanlarının təsviri.

Gizirlərin, müddətli və müddətdən artıq həqiqi hərbi xidmət çavuşlarının hərbi rütbəyə görə fərqləndirmə qol nişanları zirvələri aşağı yönəlmiş 120 dərəcəli bucaq olan günyələrdir (şək. 29-30).

Gizirlərin hərbi rütbəyə görə fərqləndirmə qol nişanları üçün günyələrin tərəfləri arasında ortada, müddətli və müddətdən artıq həqiqi hərbi xidmət baş çavuşlarının fərqləndirmə qol nişanlarının günyələrinin üstündə yuxarı istiqamətlənmiş uclarının arasında səkkizguşəli ulduz olan aypara yerləşdirilir.

Gizirlərin hərbi rütbəyə görə fərqləndirmə qol nişanları üçün günyələrin eni 6 mm, aralarındakı məsafə 3 mm, müddətli və müddətdən artıq həqiqi hərbi xidmət baş çavuşları üçün isə müvafiq olaraq 13 mm və 1 mm-dir. Gizirlərin hərbi rütbəyə görə fərqləndirmə qol nişanları üçün ulduzun diametri 15 mm, müddətli və müddətdən artıq həqiqi hərbi xidmət baş çavuşları üçün isə 20 mm-dir.

Günyələr və aypara ilə ulduz sarı və ya qızılı (səhra geyim formasında - qara) rəngdədir.

Günyələr və aypara ilə ulduz zeytun və kamuflyaj (səhra geyim forması üçün) rəngli parçanın üstündə tikilir (preslənir).

Gizirlərin hərbi rütbəyə görə fərqləndirmə qol nişanları üçün günyələrin sayı aşağıdakı kimi müəyyən edilir:

baş gizir üçün - üç;

gizir üçün - iki;

kiçik gizir üçün - bir.

Müddətli və müddətdən artıq həqiqi hərbi xidmət baş çavuşlarının hərbi rütbəyə görə fərqləndirmə qol nişanları üçün günyələrinin sayı aşağıdakı kimi müəyyən edilir:

baş çavuş üçün - üç və onların üstündə aypara ilə ulduz;

çavuş üçün - üç;

kiçik çavuş üçün - iki.

Baş əsgərlərin hərbi rütbəyə görə fərqlənqdirmə qol nişanlarında bir günyə vardır.

Gizirlərin, müddətli və müddətdən artıq həqiqi hərbi xidmət çavuşlarının hərbi rütbəyə görə fərqləndirmə qol nişanları hərbi geyim formasının (xüsusi peşə, xüsusi hospital və xüsusi mülki geyimdən başqa) üst geyiminin, yun köynəyin (yaxası boğazacan olan yun köynəkdən başqa), köynəklərin hər iki qolunun xarici səthində daşınır.

39. Hərbi qulluqçunun DQ-yə mənsubiyyətinə görə fərqləndirmə nişanı - metaldan (parçadan) hazırlanmış, üzərində DQ-nin emblemi yerləşdirilmiş döş nişanıdır.

DQ-yə mənsubiyyəti göstərən fərqləndirmə nişanlarını DQ-nin zabitləri, gizirləri, DQ-nin Hərbi İnstitutunun kursantları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları daşıyırlar. [9]

Dəri altlıqlı metal nişan kitelin, kitelsiz gündəlik yay geyim formasında isə uzunqol və qısaqollu köynəyin sol döş cibinin düyməsindən asılır.

Parçadan olan nişan zeytun rəngli demisezon gödəkçənin sol döşünə taxılır (bərkidilir).

40. DQ-nin emblemini qış paltosunun, demisezon paltonun, kamuflyaj rəngli yay, yaxud istiləşdirilmiş qış gödəkçəsinin, kitelin yaxalıqlarının künclərində daşıyırlar. Bundan başqa DQ-nin hərbi qulluqçuları (ali zabitlərdən başqa) DQ-nin emblemini pilotkalarda və beretlərdə daşıyırlar.

Ali zabitlər qış paltolarının yaxalıqlarında qırmızı yaxa nişanları, kitellərin yaxalıqlarının künclərində isə ali zabitlər üçün tikmə naxış daşıyırlar.

41. Hərbi qulluqçuların heyətinə görə fərqləndirmə nişanları və onların təsviri.

Hərbi qulluqçuların heyətinə görə fərqləndirmə nişanı - baş geyimi nişanı olan kokardadır.

Kokardalar qızılı və ya sarı (səhra geyim formasında - qara) rəngli tikiləndirlər (preslənəndir).

Kokardaların təsvirindəki fon zeytun (ali zabitlərdə - qırmızı) rəngdədir. - Ali zabitlərin kokardalarının təsviri (şək. 31);

- Zabitlərin kokardalarının təsviri (şək. 31) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çarpazlaşan qılınclarsız emblemi kimidir;

- Gizirlərin kokardalarının təsviri (şək.31) zabitlərin kokardalarının təsvirinə uyğundur, ancaq palıd yarpaqlarının təsviri kiçildilmişdir. - Əsgərlərin və çavuşların kokardaları ucları yuxarı istiqamətlənmiş və onların arasında səkkizguşəli ulduz olan ayparadan ibarətdir (şək. 31). Kokardalar pilotkalarda, beretlərdə (yalnız ali zabitlər) sol tərəfdən, qulaqlı papaqlarda, furajkalarda və şlyapalarda qabaqdan taxılmaqla daşınır.

 


 

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 22 iyul tarixli 268 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi

qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının

 

TƏSVİRLƏRİ[10]

 

N07_IYL05_S1872

 

Şəkil 6-1.

Daxili Qoşunların Hərbi İnstitutunun kursantlarının mərasim yay geyim forması. [11]

Şəkil 6-2.

Daxili Qoşunların Hərbi İnstitutunun qadın kursantlarının mərasim yay geyim forması.

 

 

 

 

Şəkil 6-3.

Daxili Qoşunların Hərbi İnstitutunun kursantlarının mərasim qış geyim forması.

Şəkil 6-4.

Daxili Qoşunların Hərbi İnstitutunun qadın kursantlarının mərasim qış geyim forması.

 

 

N07_IYL05_S1873

N07_IYL05_S1874

N07_IYL05_S1875

N07_IYL05_S1876

Şəkil 16-1.

Daxili Qoşunların Hərbi İnstitutunun kursantlarının gündəlik yay geyim forması.

Şəkil 16-2.

Daxili Qoşunların Hərbi İnstitutunun qadın kursantlarının gündəlik yay geyim forması.

 

Şəkil 16-3.

Daxili Qoşunların Hərbi İnstitutunun kursantlarının uzunqol köynəkdə gündəlik yay geyim forması.

Şəkil 16-4.

Daxili Qoşunların Hərbi İnstitutunun qadın kursantlarının uzunqol köynəkdə gündəlik yay geyim forması.

 

 

Şəkil 16-5.

Daxili Qoşunların Hərbi İnstitutunun kursantlarının qısaqol köynəkdə gündəlik yay geyim forması.

Şəkil 16-6.

Daxili Qoşunların Hərbi İnstitutunun qadın kursantlarının qısaqol köynəkdə gündəlik yay geyim forması.

 

Şəkil 16-7.

Daxili Qoşunların Hərbi İnstitutunun kursantlarının demisezon gödəkçədə gündəlik yay geyim forması

Şəkil 16-8.

Daxili Qoşunların Hərbi İnstitutunun qadın kursantlarının demisezon gödəkçədə gündəlik yay geyim forması.

 

Şəkil 16-9.

Daxili Qoşunların Hərbi İnstitutunun kursantlarının yun köynəkdə gündəlik yay geyim forması.

Şəkil 16-10.

Daxili Qoşunların Hərbi İnstitutunun qadın kursantlarının yun köynəkdə gündəlik yay geyim forması.

 

 

 


 

 

N07_IYL05_S1877

 

Şəkil 20-1.

Daxili Qoşunların Hərbi İnstitutunun kursantlarının gündəlik qış geyim forması.

Şəkil 20-2.

Daxili Qoşunların Hərbi İnstitutunun qadın kursantlarının gündəlik qış geyim forması.

 

Şəkil 20-3.

Daxili Qoşunların Hərbi İnstitutunun kursantlarının demisezon paltoda gündəlik qış geyim forması.

Şəkil 20-4.

Daxili Qoşunların Hərbi İnstitutunun qadın kursantlarının demisezon paltoda gündəlik qış geyim forması.

 

N07_IYL05_S1878

 

 

Şəkil 26-1.

Daxili Qoşunların Hərbi İnstitutunun kursantlarının tikilmə paqonları.

 

N07_IYL05_S1879

N07_IYL05_S1880

N07_IYL05_S1881

N07_IYL05_S1882

 

N07_IYL05_S1883

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.      24 sentyabr 2013-cü il tarixli 985 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 25 sentyabr 2013-cü il, № 211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1051)

2.      22 may 2024-cü il tarixli 69 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 may 2024-cü il, “Xalq” qəzeti, 23 may 2024-cü il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab, maddə 521)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 24 sentyabr 2013-cü il tarixli 985 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 25 sentyabr 2013-cü il, № 211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1051) ilə “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında “Əsasnamə”nin 25-ci hissənin beşinci və on səkkizinci abzaslarında “tuman” sözü “yubka” sözü ilə əvəz edilmişdir.

 

[2] 24 sentyabr 2013-cü il tarixli 985 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 25 sentyabr 2013-cü il, № 211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1051) ilə “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında “Əsasnamə”nin 26-cı hissənin qırx beşinci abzasında “tumanı” sözü “yubkası” sözü ilə əvəz edilmişdir.

 

[3] 24 sentyabr 2013-cü il tarixli 985 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 25 sentyabr 2013-cü il, № 211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1051) ilə “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında “Əsasnamə”nin 27-ci hissənin beşinci və on yeddinci abzaslarında “tuman” sözü “yubka” sözü ilə əvəz edilmişdir.

 

[4] 24 sentyabr 2013-cü il tarixli 985 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 25 sentyabr 2013-cü il, № 211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1051) ilə “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında “Əsasnamə”nin 28-ci hissənin on ikinci abzasında “qara” sözü “zeytun” sözü ilə, əlli yeddinci abzasında “tumanı” sözü “yubkası” sözü ilə, əlli səkkizinci abzasında isə “tumanın” sözü “yubkanın” sözü ilə əvəz edilmişdir.

 

[5] 24 sentyabr 2013-cü il tarixli 985 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 25 sentyabr 2013-cü il, № 211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1051) ilə “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında “Əsasnamə”ə yeni məzmunda 2-1-ci fəsil əlavə edilmişdir.

 

[6] 22 may 2024-cü il tarixli 69 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 may 2024-cü il, “Xalq” qəzeti, 23 may 2024-cü il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab, maddə 521) ilə “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamənin 2-1-ci fəslinin adında, 30-1-ci və 30-2-ci hissələrinin birinci abzaslarında, 30-2.130-2.3-cü bəndlərində, 30-2.4-cü bəndinin birinci, ikinci və üçüncü cümlələrində, 30-3-cü hissəsinin birinci abzasında, 30-3.1.9-cu yarımbəndində, 30-4-cü hissəsinin birinci abzasında, 30-4.130-4.3-cü bəndlərində, 30-4.4-cü bəndinin birinci və üçüncü cümlələrində, 30-5-ci hissəsinin birinci abzasında, 30-5.130-5.3-cü bəndlərində, 36-cı hissəsinin üçüncü abzasının birinci və ikinci cümlələrində, 37-1-ci hissəsinin birinci abzasında, 37-1.137-1.3-cü bəndlərində və 39-cu hissəsinin ikinci abzasında ismin müvafiq hallarında “Ali Hərbi Məktəb” sözləri ismin müvafiq hallarında “Hərbi İnstitut” sözləri ilə əvəz edilmişdir.

 

[7] 24 sentyabr 2013-cü il tarixli 985 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 25 sentyabr 2013-cü il, № 211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1051) ilə “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında “Əsasnamə”nin 36-cı hissənin üçüncü abzasında “daşıyırlar” sözü “və DQ-nin Ali Hərbi Məktəbinin kursantları daşıyırlar. DQ-nin Ali Hərbi Məktəbi kursantlarının poqonları onların kursant olduqlarını və neçənci kursda oxuduqlarını göstərən nişandır (şəkil 26-1)” sözləri ilə əvəz edilmişdir.

 

[8] 24 sentyabr 2013-cü il tarixli 985 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 25 sentyabr 2013-cü il, № 211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1051) ilə “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında “Əsasnamə”ə yeni məzmunda 37-1-ci hissə əlavə edilmişdir.

 

[9] 24 sentyabr 2013-cü il tarixli 985 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 25 sentyabr 2013-cü il, № 211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1051) ilə “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında “Əsasnamə”nin 39-cu hissənin ikinci abzasında “gizirləri,” sözündən sonra “DQ-nin Ali Hərbi Məktəbinin kursantları,” sözləri, üçüncü abzasında isə “kitelin” sözündən sonra “, kitelsiz gündəlik yay geyim formasında isə uzunqol” sözləri əlavə  edilmişdir.

 

[10] 24 sentyabr 2013-cü il tarixli 985 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 25 sentyabr 2013-cü il, № 211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1051) ilə “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbi kursantlarının geyim formalarına dair 6-1, 6-2, 6-3, 6-4, 16-1, 16-2, 16-3, 16-4, 16-5, 16-6, 16-7, 16-8, 16-9, 16-10, 20-1, 20-2, 20-3, 20-4, 26-1 nömrəli şəkillər əlavə edilmişdir.

 

[11] 22 may 2024-cü il tarixli 69 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 22 may 2024-cü il, “Xalq” qəzeti, 23 may 2024-cü il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab, maddə 521) ilə “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamənin “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”ndə 6-16-4, 16-116-10, 20-120-4 və 26-1 nömrəli şəkillərində “Ali Hərbi Məktəbinin” sözləri “Hərbi İnstitutunun” sözləri ilə əvəz edilmişdir.