Azərbaycan Respublikası

Nazir əvəz           S.C.Həsənova

QEYDƏ ALINMIŞDIR

Qeydiyyat №93

27 yanvar 1998-ci il

Ədliyyə Nazirliyində

 

Azərbaycan Respublikası Dövlət

Sədr                                       A.Vəliyev

1998-ci il  tarixli 3/7 saylı

qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

Statistika Komitəsinin 26.01.

 

 

17 №-li TƏHCİZAT FORMASI ÜZRƏ ƏLVAN METAL

QIRINTILARI VƏ TULLANTILARININ İLLİK

BALANSININ TƏRTİB EDİLMƏSİNƏ DAİR

TƏLİMAT

 

I. Ümumi müddəalar

 

1.   17 №-li təchizat forması üzrə əlvan metal qırıntıları və tullantılarının illik icra balansı mülkiyyət formasından asılı olmayaraq, əlvan metal (qırıntı və tullantılar da daxil edilməklə) istehlak edən və ya Azərtəkrarəlvan - metala əlvan metalların bütün növləri üzrə qırıntı və tullantı təhvil verən müəssisə və təşkilatlar tərəfindən tərtib edilir və apreli 1-dən gec olmayaraq müəssisənin yerləşdiyi ərazinin statistika idarəsinə və ya öz yuxarı təşkilatına təqdim olunur.

2.   Əlvan metal qırıntıları və tullantılarının icra balansında, dövriyyə metalı istisna olmala, bütün növlərdən olan əlvan metal qırıntıları və tullantıları nəzərə alınır. Dövriyyə metalına aşağıdakılar aid edilir:

a)   əlvan tökmə istehsalı zamanı - tökmə sexlərinin dövriyyə tullantılarının bütün növləri (novlar, xılt, artım, tökmə brakı və s);

b)   əlvan metallardan külçələrin, prokatın, döyülmüş metal parçalarının və ştamplarının istehsalı zamanı - prokat və dəmirçi-pres sexlərinin dövriyyə tullantılarının bütün növləri;

v)   akkumulyatorların istehsalı zamanı - novlar, artım, qlov, tilişkələr, tökmə və mexanika sexlərinin brakı və qurğuşun tozunun istehsalı zamanı tullantılar;

q)  qurğuşun örtüklü kabel məmulatının istehsalı zamanı - qurğuşun yanığından başqa, qurğuşun qabıq və dikər qurğuşun dövriyyə tullantıları;

ğ) sink ağardıcısının istehsalı zamanı - boz sink oksidi;

d)  əlvan metallardan şrifttökmə istehsalı zamanı - yanıqdan başqa, dövriyyə tullantılarının bütün növləri.

Tullantıların istər yarandığı müəssisələrdə, istərsə də ixtisaslaşdırılmış təkrar əlvan metallurgiya zavodlarında istehsal prosesində istifadə edilməsi mümkün olmayan (məsələn, atılan şlaklarda, çirkli sularda və s.) növləri həmçinin balansda uçota alınmır.

3.    Əlvan metalların qırıntı və tullantılarının icra balansında tökmə, metallurgiya və kimya istehsalatlarında biryolluq itirilmiş itkilər uçota alınmır.

4.    Əlvan metal qırıntıları və tullantılarının illik icra balansı əlvan metal qırıntıları və tullantılarının hərəkəti haqqında mühasibat uçotu məlumatlarının əsasında tərtib edilir.

5.    Balansın A bölməsində, əlvan metalların ayrı-ayrı növlərinin məsrəfi göstərilir. Tərkibində mis olan ərintilər buraya daxil olmur. Onlar da bürünc və tunc kimi ayrıca göstərilir.

6.    Qırıntı və tullantıların icra balansının bütün göstəriciləri kiloqramla, tam ədədlərlə qeyd edilir.

7.    17 №-li təchizat forması üzrə əlvan metal qırıntıları və tullantılarının illik balansı müəssisənin (təşkilatın) rəhbəri tərəfindən imzalanır.

 

II. Əlvan metal qırıntıları və tullantılarının illik balansının tərtib edilməsi qaydası

 

8. Əlvan qırıntıları və tullantıları resuslarının “Cəmi” (kod 001) əlvan metalların istehsalı (kod 021) və emal zamanı (kod 041), əsas vəsaitin ləğv edilməsi (kod 052), əsaslı və cari təmir (kod 057) nəticəsində müəssisədə yaranan və qırıntı kimi siyahıdan silinən (kod 100) qırıntıları və tullantıların, eləcə də ilin əvvəlinə olan vəziyyətə görə qırıntıları və tullantı qalıqlarının cəmi ilə müəyyənləşdirilir.

9. “İstehsal zamanı” I bölməsində 002, 004, 006, 008, 010, 012, 014 və 016 kodları üzrə 1-16-cı qrafalarda, istehsalın ayrı-ayrı növlərində qırıntıları və tullantılar da daxil edilməklə, əlvan metalın  istifadə edilmiş  növlərinin miqdarı, 003, 005, 007, 009, 011, 013, 015 və 017 kodları üzrə eyni qrafalarda, dövriyyə tullantıları istisna olmaqla, yaranmış tullantıların miqdarı göstərilir.

10. “Prokat istehsalı zamanı” 002 kodu üzrə əlvan metallardan, məsələn, təbəqələrin, lentlərin, millərin, məftillərin (kabel məmulatı üçün məftillərdən başqa), boruların, zərvərəqin, alüminium prokatının istehsalı üzrə plana daxil edilmiş alüminium ştamplamalarının və döymələrin, titan prokatının istehsalı üzrə plana daxil edilmiş titan döymələri və balonlarının prokatının istehsalına sərf edilən əlvan metalların bütün növləri (istər Azərtəkrarəlvanmetaldan və öz sisteminin müəssisələrindən alınan, istərsə də müəyyənləşdirilmiş limit çərçivəsində yerlərdə yaranan çoşkalar, katodlar, külçələr, döymələr, qırıntılar və tullantılar və s.) göstərilir.

Bu kodda qara metal prokatının istehsalına sərf olunan əlvan metal göstərilmir.

003 kodunda əlvan metallardan prokat istehsalı zamanı yaranmış tullantıların miqdarı, yəni 1-ci qrafada mis prokatı istehsalı zamanı mis tullantılarının miqdarı, 7-ci qrafada sink prokatı istehsalı zamanı sink tullantılarının miqdarı göstərilir.

11. “Kabel məmulatlarının istehsalı zamanı” 004 kodunda kabel məmulatı istehsal edən zavodlar əlvan metalların məsrəfini, məsələn, tökmə vərdənələr şəklində mis məsrəfini 1-ci qrafada, külçə və tökmə vərdənələr şəklində alüminium məsrəfini 5-ci qrafada, bürünc prokatı məsrəfini 3-cü qrafada, qurğuşun məsrəfini 6-cı qrafada, qalay məsrəfini 8-ci qrafada və s, 005 kodunda isə yaranmış tullantıların miqdarını göstərirlər.

Kənardan alınmış məftil və ya vərdənədən (tökmədən başqa) kabel məmulatı hazırlayan müəssisələr 004 kodunu doldurmurlar, yalnız 005 kodunda yaranmış tullantıların miqdarını göstərirlər.

12. “Təkrar tökmə ərintilərinin istehsalı zamanı” 006 kodunda təkrar ərintilər (çoşkalar, oyma və korput şəklində tunc tökmələr) hasil edən Azərtəkrarəlvanmetal müəssisələri tunc, bürünc, alüminium və s. təkrar tökmə ərintilərinin hasilatında mis, qurğuşun, sink, alüminium və digər əlvan metalların qırıntı və tullantılarının məsrəfini; 007 kodunda yaranmış tullantılarının miqdarını göstərirlər. Qeyd etmək lazımdır ki, tunc, bürünc şlakları onların tərkibində mis, sinkin və qalayın olmasına əsasən uçota alınır.

13. “Tökmə istehsalı zamanı” 008 kodunda bütün növlərdən olan əlvan tökmənin, məsələn, polad, çuqun tökmələrindən və maqnit ərintilərindən başqa tunc, bürünc tökmələrinin və bimetal tökmələrin (əlvan metalların həcmində) istehsalına sərf olunan əlvan metalların (o cümlədən ayrılmış limit çərçivəsində qırıntı və tullantıların) miqdarı göstərilir. Qeyd etmək lazımdır ki, misin məsrəfi 1-ci qrafada, təkrar tuncun məsrəfi 2-ci qrafada, təkrar bürüncün məsrəfi 3-cü qrafada, sinkin məsrəfi 7-ci qrafada və s. göstərilir.

009 kodunun bu qrafalarında tökmə istehsalı zamanı (onun emalı zamanı deyil) yaranmış bütün tullantıların miqdarı göstərilir və əsas metal üzrə uçota alınır (məsələn, təkcə bürünc və tuncdan başqa, mis tökməsi mis üzrə, alüminium ərintiləri alüminium üzrə və s.)

14. “Kimya məhsulu istehsalı zamanı” 010 kodunda kimya sənayesi məhsullarının istehsalına sərf olunan əlvan metalların miqları göstərilir. Məsələn, 1-ci qrafada mis kuporosunun, mis xlor oksidinin, katalizatorların istehsalına sərf olunan misin (qırıntı və tullantılar da daxil edilməklə) miqdarı, 7-ci qrafada ağ boyaq, ronqalit, natrium hidrosulfit və s. istehsalına sərf olunan sinkin miqdarı (qırıntı və tullantılar, eləcə də oksidlərin tərkibində olan sink daxil edilməklə), alüminium katalizatorlarının istehsalında istifadə edilən alüminium 5-ci qrafada və nikel 9- cu qrafada, sülükən istehsalında işlədilən qurğuşun 6-cı qrafada və s. göstərilir.

011 kodunda yaranmış tullantıların miqdarı, məsələn, 1-ci qrafada mis kuporosunun istehsalı zamanı yaranmış şlaklar, toz göstərilir.

15. “Digər məhsul növlərinin istehsalı zamanı” 012 kodunda qalan bütün məhsulların istehsalına sərf olunan əlvan metalların (qırıntı və tullantılar da daxil edilməklə) göstərilir.

Məsələn: qara metal (bimetal da daxil edilməklə) istehsalında, polad və çuqun tökməsi və döymələrinin istehsalında istifadə edilən mis, alüminium, titan, volfram metalı, molibden metalı, kobalt, nikel, maqnium və digər əlvan metallar; qurğuşun külçəsi, akkumulyatorlar üçün qurğuşun tozu; babbit, lehim, nəşriyyat ərinti və qırmalarının istehsalında istifadə edilən qurğuşun, qalay və sürmə; alüminium və titan prokatı istehsalının planına daxil edilən alüminium və titandan başqa, əlvan metallardan hazırlanmış döymə və ştampların istehsalında istifadə edilən bürünc, tunc və digər əlvan metallar, difmanometrlərin təmiri üçün civə; əlif yağı istehsalı üçün kobalt (kobalt oksidində kobaltın çəkisi üzrə) və s.

Həmin kodda müəssisələr maqnit ərintilərinin istehsalına sərf olunan nikelin, kobaltın, misin və alüminiumun miqdarını, 013 kodu üzrə 9 və 13-cü qrafalarda yaranmış tullantılarının miqdarını göstərirlər.

013 kodunda yaranmış tullantıların miqdarı göstərilir, lakin qeyd etmək lazımdır ki, bimetal tullantıları onların tərkibindəki misə görə 1-ci qrafada uçota alınır;

Əgər mürəkkəb prokatın, boruların, qara metal döymə və tökmələrinin tullantılarının tərkibində olan nikel, mis, kobalt, volfram, molibden və alüminium 9 -li təchizat “Qara metal qırıntılarının icra balansı” formasında metal tullantıları kimi uçota alınarsa, həmin mürəkkəb tullantılar burada uçota alınmır.

Əgər mürəkkəb tullantılardan polad və çuqun istehsalında istifadə edilə bilməzsə (sumbata tozu, yanıq dəmir və s.) və onlar tərkibindəki nikel və kobaltın çəkisi əsasında tullantı kimi təhvil verilirsə, bu halda onlar 9 və 13-cü qrafalarda uçota alınmalıdırlar.

16.   “Qaynar örtmə zamanı” 014 kodunda bütün qaynar örtmə növlərində istifadə olunmuş əlvan metalların bütün növləri, məsələn, sinkləmədə sink və qurğuşunun, qalaylamada qalay və lehimin, mina çəkmədə oksid şəklində nikelin, kobaltın və sink məftillərin məsrəfi və s, 015 kodunda yaranmış tullantıların miqdarı göstərilir.

17.   “Elektrik örtmə zamanı” 016 kodunda elektrik ötürməsinin bütün növlərinə sərf edilmiş bütün əlvan metal növləri, məsələn, mislə örtmə zamanı mis anodların və misin

(1-ci qrafa), sinkləmə zamanı sinkin və sink prokatının (7-ci qrafa), ağ dəmir istehsalı zamanı qalayın (8-ci qrafa), nikelləmədə nikelin və nikel anodların (9-cu qrafa) məsrəfi və s. göstərilir.

18. “Metal emalında” II bölməsində “Prokatın və çəkilmə məmulatın emalı zamanı” 031 kodunda əlvan metalların bütün prokat növlərinin istehlakı, məsələn, məhsul istehsalı, texniki təchizat, təmir-istismar ehtiyacları və tikinti üçün təbəqələr, lentlər, millər, məftillər (kabel məmulatı üçün məftillərlən başqa), borular, zərvərəqlər, alüminium prokatı üçün fondlar üzrə alınan alüminium ştamplamaları və döymələri, titan prokatı üçün fondlar ürə alınan titan döymələri və balonları və s. (istər kənardan alınmış, istərsə də öz istehsalı olan) göstərilir.

032 kodunda prokat və çəkilmə məmulatlarında tətbiq edilərkən yaranmış tullantıların tam miqdarı, 033 kodunda o cümlədən yaranmış yonqarın miqdarı göstərilir.

031 kodunun 5-ci qrafasında bütün müəssisə və təşkilatlar alüminium prokatının bütün növlərinin, məsələn, lent təbəqələrinin, boruların, alüminium prokatı üçün fondlar üzrə alınan, döymə və ştamplamaların və s. məsrəfini, 032 kodunda isə mil və təbəqələrdən olan detalların döyülməsi və ştamplanması zamanı yaranan tullantılar da daxil edilməklə, yaranmış bütün alüminium tullantılarının miqdarı göstərməlidirlər.

5-ci qrafanın 031 kodunda həmçinin ərzaq məhsullarının (yağ, pendir, konfetlər, süd, araq və s.) qablaşdırılması, ətriyyat sənayesindən ötrü məhsulların (pasta üçün tübiklər və s.) istehsalı, tikinti işləri zamanı istilik izolyasiyası üçün bütün növlərdən olan alüminium zərvərəqlərin məsrəfi, 032 kodunda isə yaranmış bütün tullantıların miqdarı göstərilir.

Bütün əlvan metal növləri mexaniki emaldan keçmiş metalar kimi metal istehlakının ümumi həcminə daxil edilməlidir.

19. “Tökmənin emalı zamanı” 034 kodunda həm kooperasiya qaydasında kənardan alınan, həm də öz istehsalı olan bütün əlvan metal tökmələrinin növlərinin məsrəfi (qara çəki ilə), o cümlədən təkrar tunc və təkrar bürünc üçün fondlar üzrə alınmış tunc və bürünc korputlar, 035 kodunda isə yaranmış bütün tullantıların, o cümlədən əgər detallar, tökmələr döyülürsə və ya ştamplanırsa, döymə və ştamplama zamanı alınan tullantıların miqdarı göstərilir, ancaq tökmə sexlərində yaranan tullantılar burada göstərilmir və 009 kodunda uçota alınır. 036 kodunda yaranmış yonqarın miqdarı göstərilir.

034 kodunun 9-cu qrafasında nikel əsaslı tökmənin miqdarı, 035 kodu üzrə isə yaranmış tullantıların miqdarı göstərilir.

20.   “Kabel məmulatlarının emalı zamanı” 037 kodu üzrə 1, 5 və 6-cı qrafalarda komplektləşdirmə, tikinti və təmir- istismar ehtiyacları üçün kabel məmulatlarının bütün növlərinin məsrəfi (kabel məmulatı istehsal edən və ondan istifadə edən müəssisələr də daxil edilməklə), 038 kodu üzrə isə uc şəklində yaranmış tullantıların miqdarı göstərilir. İşlənib hazırlanmamış kabelin tullantıların 16-cı qrafada əks etdirilir, bu halda 037 kodu doldurulmur.

21.   “Sair istehlak zamanı” 039 kodunda prokat və tökmədən başqa, bütün əlvan metal növlərinin məsrəfi göstərilir (əgər döymə və ya dəzgahda işləmə üsulu ilə ondan detallar hazırlanırsa), Dəmir Yolu idarəsinin müəssisələri istər fondlar, istərsə də təmir və dəmir yolu vaqonları üçün yastıqların yenidən tökülməsi zamanı əritmə nəticəsində alınan babbitlərin məsrəfini göstərirlər. 040 kodunda isə yaranmış tullantıların miqdarı göstərilir.

040 kodunun 6 və 8-ci qrafalarında babbitlərin, lehimlərin və mətbəə ərintilərinin məsrəfi zamanı yaranmış tullantıların miqdarı onların tərkibindəki qurğuşun və qalayın çəkisinə əsasən göstərilir. Dəmir Yolu idarəsi müəssisələri təkrar əritmə zamanı şlaklar, eləcə də yastıqların emalı zamanı yonqarlar şəklində yaranmış tullantıların miqdarını göstərirlər. Qalan müəssisələr babbit ərintilərini göstərmirlər.

039 kodunun 9-cu qrafasında tərkibində nikel olan ayrı-ayrı qara metal prokatı növlərinin məsrəfi, 040 kodunda isə bu prokatın tullantı və qırıntıları göstərilir (əgər onlar qara metal qırıntısı kimi deyil, tərkibindəki nikelin çəkisinə əsasən nikel qırıntısı və tullantısı kimi təhvil verilirlərsə).

039 kodunun 13-cü qrafasında tərkibində kobalt olan ayrı-ayrı qara metal növlərinin məsrəfi, 040 kodunda isə bu prokatın tullantı və qırıntıları göstərilir (əgər onlar qara metal qırıntısı kimi deyil, tərkibindəki kobaltın çəkisinə əsasən kobalt qırıntısı və tullantısı kimi təhvil verilirlərsə).

9 və 13-cü qrafalar üzrə 039 kodunda maqnit ərintilərinin məsrəfi, bu qrafalar üzrə 040 kodunda tullantıların miqdarı göstərilir.

22.   “Amortazizasiya qırıntısı” III bölməsində əsas vəsaitin ləğv edilməsi nəticəsində, avadanlığın və qurğuların əsaslı və cari təmiri zamanı, qırıntı kimi sair siyahıdan silinmə nəticəsində, eləcə də kopyor sexlərində əlvan metal qırıntılarının qara metal qırıntılarının arasından seçilib çıxarıldığı zaman və gərəksiz yığımların və filizin yararsız laylarının tədqiqi nəticəsində əmələ gələn qırıntılar göstərilir.

23.   “Əsas vəsaitin ləvğ edilməsi nəticəsində” 052 kodunda aşınma nəticəsində əsas vəsaitin ləğv edilməsi zamanı yaranan əlvan metal qırıntılarının (növlər üzrə), o cümlədən kabel şəbəkələri, trassalar, şaxtalar, mədən quyuları və s. ləğv edilərkən kanal və xəndəklərdən çıxarılan kabelin miqdarı göstərilir. Bu kod köhnəlmə və aşınma, eləcə də təbii fəlakət və qəzalar nəticəsində vəsaitin siyahıdan silinməsi haqqında aktlar (çəki göstərilən aktlar) əsasında müəssisələr tərəfindən doldurulur.

24.   053 kodu üzrə 6-cı qrafada siyahıdan silinmiş texnikanın (avtomobillərin, traktorların, buldozerlərin və s.) tərkibində qurğuşun olan akkumulyatorlarının qırıntıları göstərilir.

25.   “Əsaslı və cari təmir zamanı” 057 kodunda istehsalat avadanlığının, nəqliyyat vasitələrinin, alətlərin və s. cari və əsaslı təmiri zamanı detalların, hissələrin dəyişdirilməsi nəticəsində əmələ gələn qırıntıların, o cümlədən dəyişən avadanlığın siyahıdan silinməsi nəticəsində yaranan qırıntıların miqdarı göstərilir.

26.   “Prokatdan hazırlanan detalların dəyişilməsi zamanı” 060 kodunda detalların və digər ehtiyat hissələrinin (aşınmış detal və hissələri əvəz etmək üçün) hazırlanmasına sərf olunan əlvan metal prokatının miqdarı göstərilir. Onların hazırlanması zamanı yaranan tullantılar isə 032 kodunda əks etdirilir. Aşınmış detallar dəyişdirildiyi zaman əmələ gələn qırıntıların miqdarı isə (aşınmış detalların çəkisi) 061 kodunda göstərilir.

27.   “Tökmə detalların dəyişdirilməsi zamanı” 070 kodunda istər təkrar ərintilərin tökməsinə, istərsə də kooperasiya və ya öz istehsalı qaydasında alınan ilkin tökməyə əlvan tökmələrin, o cümlədən detal, məmulat və digər ehtiyat hissələrinin (aşınmaları əvəz etmək üçün) hazırlanmasından ötrü təkrar tunc tökməsi və təkrar bürünc tökməsi üçün fondlar üzrə tunc və bürünc korput və oymaqların məsrəfi göstərilir. Tökmə zamanı yaranan tullantılar burada deyil (yəni burada detalların yalnız xalis çəkisi verilir), 035 kodunda uçota alınır. 071 kodunda isə aşınmış detal, məmulat və ya dikər ehtiyat hissələrinin dəyişdirilməsi nəticəsində yaranmış qırıntıların miqdarı (aşınmış detalların, məmulatların və s. çəkisi) göstərilir.

28.   “Kənardan alınan ehtiyat hissələri” 080 kodunda təmir-istismar ehtiyacları üçün alınmış ehtiyat hissələrinin (tərkibində qurğuşun olan akkumulyatorlar, avtomobil və traktor radiatorları, elektrik mühərrikləri, sənaye armaturası, cihazlar və s.) əlvan metalların növlərinə görə çəkisi göstərilir. 081 kodunda isə yaranmış qırıntıların miqdarı (aşınmış detalların çəkisi) göstərilir.

Təmir-istismar ehtiyacları üçün (tərkibində qurğuşun olan akkumulyatorlardan başqa) avtomobil və traktor hissələri alan müəssisə və təşkilatlar 080 və 081 kodlarını doldurmurlar.

Kənd təsərrüfatı təşkilatları 080 kodunda təmir-istismar ehtiyacları üçün satılmış ehtiyat hissələrinin əlvan metalların növləri üzrə miqdarını göstərirlər. Məsələn: avtomobil radiatorları 3-cü qrafada, tunc oymaqlar 2-ci qrafada, pistonlar 5-ci qrafada əks etdirilir. 081 kodunda isə həm yeni ehtiyat hissələrinin müəssisə və təşkilatlara buraxıldığı zaman onlardan alınan, həm də müəssisə və təşkilatlar tərəfindən Azərtəkrarəlvanmetala təhvil verilən aşılanmış avtomobil və traktor radiatorlarının, pistonların, oymaqların, starterlərin və əlvan metallardan hazırlanmış digər detalların miqdarı göstərilir. Belə hallarda qəbul edilmiş məmulatların hazırlandığı əlvan metalın tipləri üzrə miqdarı və çəkisi göstərilən qəbzlər (onlar təhvil verən tərəfindən Azərtəkrarəlvanmetala göndərilir) 081 kodunu doldurmaq üçün əsas hesab edilir.

29. “Kabel məmulatı” 090 kodunda təmir-istismar ehtiyacları (elektrik mühərriklərinin, cihazların, elektrik ötürücü xətlərinin və s. təmiri) üçün alınmış kabel məmulatının, məsələn, elektrik mühərriklərinin çəkisi (yəni aşınmışları əvəz etmək üçün kabel məmulatının xalis çəkisi) göstərilir. Təmir zamanı kabel məmulatından istifadə edilərkən yaranmış tullantılar 038 kodunda əks etdirilir. Yaranmış bütün qırıntıların miqdarı isə (aşınmış kabel məmulatının çəkisi) 091 kodunda göstərilir.

30. “Qırıntı kimi sair siyahıdan silinmələr” 100 kodunda polad, alüminium, titan və əlvan metallardan hazırlanmış digər külçələrin istehsalı zamanı istifadə edilən kristallizatorların, zibilliklərdə və filizin yararsız laylarında tədqiqat aparılarkən işlənmiş katalizatorların, kimyəvi reaktivlərinin və s. qırıntı kimi siyahıdan silinməsi uçota alınır.

Bu kod üzrə 6 və 8-ci qrafalarda tərkibindəki qurğuşun və qalayın çəkisinə uyğun olaraq işlənmiş mətbuat şriftləri, 9-cu qrafada işlənmiş qələvi akkumulyatorlarının tərkibində olan nikel (dəmir nikeli və kadmium nikeli) 1000 amper-saat üçün 4 kq hesabı ilə göstərilir.

100 kodunda Azərtəkrarəlvanmetal müəssisələri (təşkilatları) kənardan daxil olmuş qara metal qırıntılarının bölünüb ayrılmasından alınan əlvan metal qırıntılarını göstərirlər.

31. “Qırıntı və tullantılarının ilin əvvəlinə olan qalığı” V bölməsinin 141 kodunda ilin əvvəlinə mövcud metal qırıntı və tullantılarının miqdarı göstərilir.

32. Əlvan metal qırıntıları və tullantılarının icra balansının bölüşdürücü hissəsi qırıntı və tullantılarının öz sisteminin müəssisələrinə göndərilməsindən (kod 220), yarandığı yerdə qırıntı və tullantılarından müəssisə və təşkilatlar tərəfindən istifadə edilməsindən (kodlar: 320, 330, 340, 350, 390) və ilin axırına qırıntı və tullantıların qalıqlarından (kod 700) ibarətdir.

33. “Qırıntı və tullantılar təhvil verilmişdir” I bölməsinin “Aaartəkrarəlvanmetala” 210 kodunda Azərtəkrarəlvanmetal təşkilatlarına təhvil verilən əlvan metal qırıntıları və tullantıları göstərilir. Azərtəkrarəlvanmetal təşkilatlarına təhvil verilən qırıntıların miqdarı əlvan metal qırıntı və tullantılarının qəbul-təhvil aktlarındakı məlumatlara uyğun gəlməlidir.

34. “Digər müəssisələrə verilmişdir” 220 kodunda əlvan metal qırıntı və tullantılarının emalına icazəsi olan müəssisə və təşkilatlar yaranma yerlərində qırıntı və tullantılardan istifadə etmək limitləri çərçivəsində digər müəssisələr verilmiş qırıntı və tullantıların növləri üzrə miqdarını göstərirlər.

35.    “Yarandığı yerdə istehsala qırıntı və tullantı sərf edilmişdir” II bölməsinin 320, 330, 340, 350 və 390 kodlarında müəssisə və ya təşkilatlarda yaranmış əlvan metal qırıntı və tullantılarının məsrəfi və qırıntı və tullantılarından istifadə edilməsi limitləri çərçivəsində digər müəssisələrdən daxil olmuş qırıntı və tullantılar haqqında məlumatlar göstərilir (dövriyyə tullantıları göstərilmir).

36.    “İstehsala əlvan metal prokatı sərf edilmişdir” 320 kodunda prokatla əlaqədar olan sexlərdən, məsələn, çoxişlənən mallar, alətqayırma və s. sexindən, eləcə də öz sistemindən olan müəssisələrdən daxil olmuş qırıntı və tullantıların məsrəfi göstərilir.

37.    “Əlvan metallardan tökmələr” 330 kodunda bu müəssisədə tökmənin emalı nəticəsində yaranmış yonqarların və digər tullantıların, eləcə də təmir zamanı aşınmış detalların çıxarılmış və tökmə sexlərində istifadə edilmiş və öz sistemindən olan müəssisələrdən alınmış qırıntılar haqqında məlumatlar göstərilir.

38.    “Kimyəvi məhsullar” 340 kodunda müəssisədə yaranmış tullantıların məsrəfi haqqında məlumatlar göstərilir. Məsələn, 7-ci qrafada ronqalit, ağ mufel boyağı istehsalı zamanı yaranmış tullantılardan ağ veteril boyağının hazırlanmasında istifadə edilməsi göstərilir.

39.    “Xalq istehlakı malları” 350 kodunda öz istehsalında yaranmış göstərilən məqsədlər üçün əlvan metal tullantılarının məsrəfi əks etdirilir.

40.    “Sair məhsul növləri” 390 kodunda qalan istehsal növlərinə sərf olunan əlvan metal qırıntıları və tullantıları göstərilir. Məsələn, Dəmir Yolu idarəsinin müəssisələri 6-cı qrafada dəmir yolu vaqonları üçün yastıqların tökülməsində təkrar istifadə edilən babbit qırıntılarının məsrəfini əks etdirirlər.

41.    III bölmənin “İlin axırına qırıntı və tullantı qalıqları” 700 kodunda hesabat ilinin mövcud olan əlvan metal qırıntıları və tullantılarının ayrı-ayrı növlərinin miqdarı göstərilir.

                                         

                                                                    Maddi ehtiyatlar statistikası şöbəsi


 

DÖVLƏT STATİSTİKA HESABATI

 

                                :0609230             :              :             :            :

                                _________________________________________________________________

                                :     1      :      2     :      3      :     4      :      5     :      6

                                :   İST    :  Şt üzrə  : DİOQS üzrə :

                                :_________________________________________________________________

                                :                          Kodlar

                                :_________________________________________________________________

 

 

Kimə göndərilir_____________________________________________

                                          alanın adı və ünvanı

___________________________________________________________                                          

Nazirlik(idarə)________________________________________                                                    17-təchizat -li forma

Sənaye birliyi, baş idarə (idarə), konsern, assosisasiya və s.

təsərrüfat birlikləri____________________________________                                  Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin

İstehsal birlikləri                                                                                                               27.05.92 il tarixli 11/7 -li qərarı ilə təsdiq edilmişdir.

müəssəsələr (təşkilatlar)______________________________________                                                                 Poçtla-illik

Ünvanı_____________________________________________________                      Əlvan metaldan 50 tondan az olmayaraq istifadə edən və

Nəqliyyat forması____________________________________________                     yaxud 15 tondan az olmayaraq əlvan metal qırıntısı və

                                                                                                                               tullantısı  təhvil  verən  istehsal  birlikləri,  müəssisələ,

                                                                                                                        təşkilatlar fevral ayının 15-dən gec olmayaraq təqdim

                                                                                                                                     edirlər:

                                                                                                                               1.Yerlədikləri ərazinin statistika orqanlarına;

                                                                                                                                              2. Özlərinin baş idarələrinə;

                                                                                                                                              3. Rayon, şəhər statistiлa idarələrinə.

 

          

 

 

199  il üçün ƏLVAN METALLARIN QIRINTISI VƏ TULLANTILARIN İCRA BALANSI HAQQINDA HESABAT