|
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qeydə almışdır Qeydiyyat ¹ 42 04 aprel 1997-ci il Nazir əvəzi S.Həsənov |
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 mart 1997-ci il tarixli 16-4/1 nömrəli kollegiya qərarı ilə təsdiq edilmişdir Nazir Ə.Nağıyev |
Tikinti,
quraşdırma və təmir-tikinti işləri
bölməsi üzrə fəhlə peşələri
və işlərin vahid tarif-ixtisas sorğu kitabçası
Hissə - 3
Bölmə:
“Təmir, quraşdırma və təmir tikinti işləri”.
GİRİŞ
Fəhlə peşələri və işlərin
Vahid tarif-ixtisas sorğu kitabçasının, “Tikinti,
quraşdırma və tarif-tikinti” bölməsi Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 25 aprel 1995-ci il 93 ¹-li
“Fəhlə peşələri və qulluqçu
vəzifələrinin ümumrespublika təsnifatının
və fəhlə peşələri və qulluqçu
vəzifələrinin Vahid tarif-ixtisas sorğu
kitabçalarının işlənib hazırlanması
haqqında” qərarının icrası ilə əlaqədar
olaraq hazırlanmışdır.
Bölməyə daxil edilən fəhlə
peşələrinin tarif-ixtisas xüsusiyyətləri ancaq
tikinti sahəsi üçün spesifik olan peşələr
üzrə verilmişdir. Sahə üçün spesifik
olmayan, ümumi xarakter daşıyan fəhlə
peşələrinin tarif-ixtisas xüsusiyyətləri
VTİSK 1-in “Bütün sahələr üçün
ümumi olan fəhlə peşələri və
işlər” hissəsinə daxil edilmişdir.
VTİSK - vahid normativ sənəddir və onun
tətbiqi mülkiyyət və təsərrüfat
formalarından asılı olmayaraq bütün
müəssisə və təşkilatlar üçün məcburidir.
VTİSK-in hazırkı bölməsinə daxil
edilən peşələr üzrə tarif-ixtisas
xüsusiyyətləri 6 dərəcəli tarif cədvəli
üzrə, işlərin mürəkkəbliyi
nəzərə alınmaqla, bir qayda olaraq əmək
şəraiti nəzərə alınmadan verilmişdir.
Lazım gəldikdə əmək şəraiti müvafiq
orqanlar tərəfindən təsdiq edilmiş
yüksəldilmiş tarif maaşları tətbiq
edilməklə nəzərə alınır.
Tarif ixtisas xüsusiyyətlərindən
istifadə, dərəcələrin təyin edilməsi və
artırılması, dəyişikliklər və
əlavələrin edilməsi qaydası VTİSK-in
/VTİSK-1/ “Bütün sahələr üçün
ümumi olan fəhlə peşələri və
işlər” hissəsinin “Ümumi müddəaları”nda
göstərilmişdir.
VTİSK-dən istifadəni asanlaşdırmaq
məqsədi ilə bir sorğu materialı kimi
“Bölməyə daxil olan fəhlə peşələrinin
indiyə qədər fəaliyyətdə olan
peşələri müqayisəli adları və
dərəcələri diapazonu” və “Fəhlə
peşələrinin əlifba sırası ilə adları
və dərəcələr diapazonu” əlavə
edilmişdir.
Bölməyə daxil olan
fəhlə peşələrinin əlifba sırası
ilə adları və dərəcələr diapazonu
|
Sıra ¹-si |
Peşə adları |
Dərəcələr
diapazonu |
Səhifə |
|
1. 2. 3. 4. 5. 6. 7. 8. 9. 10. 11. 12. 13. 14. 15. 16. 17. 18. 19. 20. 21. 22. 23. 24. 25. 26. 27. 28. 29. 30. 31. 32. 33. 34. 35. 36. 37. 38. 39. 40. 41. 42. 43. 44. 45. 46. 47. 48. 49. 50. 51. 52. 53. 54. 55. 56. 57. 58. 59 . 60. 61. 62. 63. 64. 65. 66. 67. 68. 69. 70. 71. 72. 73. 74. 75. 76. 77. 78. 79. 80. 81. 82. 83. 84. 85. 86. 87. 88. 89. 90. 91. 92. 93. 94. 95. 96. 97. 98. 99. 100. 101. 102. 103. 104. 105. 106. 107. 108. 109. 110. 111. 112. 113. 114. 115. 116. 117. 118. 119. 120. 121. 122. 123. 124. 125. 126. 127. 128. 129. 130. 131. 132. 133. 134. 135. 136. 137. 138. 139. 140. 141. 142. 143. 144. 145. 146. 147. 148. 149. 150. 151. 152. 153. 154. 155. 156. 157. 158. 159. 160. 161. 162. 163. 164. 165. 166. 167. 168. 169. 170. 171. 172. 173. 174. 175. 176. 177. 178. 179. 180. 181. 182. 183. 184. 185. 186. 187. 188. 189. 190. 191. 192. |
Avtomatik nəzarət, tənzimləmə və
idarəetmə cihaz və aparaturalarının
quraşdırıcısı Avtomatik nəzarət, tənzimləmə və
idarəetmə cihaz və aparatura və sistemlərinin
sazlayıcısı (NÖC və avtomatikanın
sazlayıcısı) Ağac emalı müəssisələrinin
avadanlıqlarının quraşdırıcısı Akkumulyator batareyaları üzrə elektrik
quraşdırıcısı Armaturçu Asfaltbetonçu Asfalt və beton bişirən[1] Atom elektrik stansiyası avadanlıqlarının
quraşdırıcısı Betonçu Bənna Boruaqreqat və sinxron kompensatorların
quraşdırıcısı Ventilyasiya, havanı kondisiyalaşdıran,
pnevmonəqliyyat və aspirasiya sistemlərinin detal və
düyünlərinin hazırlanması üzrə
çilingər Ventilyasiya, havanı kondisiyalaşdıran,
pnevmonəqliyyat və aspirasiya sistemlərinin
quraşdırıcısı Qazan qurğu avadanlıqlarının
quraşdırıcısı Qumpüskürdücü Quraşdırmada takelajçı Qurğuşun üzrə lehimləyici
(qurğuşun lehimləyicisi) Daşyonan Daxili sanitar-texniki sistem və avadanlıqların
quraşdırıcısı Dəmiryol nəqliyyatında blokirovka və
mərkəzləşmə avadanlıqlarının
quraşdırıcısı Dəmiryol nəqliyyatı və metropolitenin
yerüstü xətlərində siqnalizasiya,
mərkəzləşdirmə və blokirovka üzrə elektrik
quraşdırıcısı Dirək çaxan maşını idarə
edən Doğrayıcı-üyüdücü və
çeşidləyici saflaşdırıcı
avadanlıqların quraşdırıcısı Döşəyici Dülgər Elektrik qaldırıcılarının
(liftlərin) quraşdırıcısı Elektrik maşınları üzrə elektrik
quraşdırıcısı Elektrik
quraşdırıcısı-sazlayıcı Əhəng söndürən İzolə edici plyonkaçı İkinci dövrə üzrə elektrik
quraşdırıcısı İnşaat elektrik çilingəri İnşaat materialları müəssisə
avadanlıqlarının quraşdırıcısı İnşaat maşınlarının
sazlayıcısı İnşaat maşın və mexanizmlərinin
quraşdırıcısı İnşaat rəngsazı İnşaat xarratı İnşaat çilingəri İşıqlandırma və işıqlanma
şəbəkələri üzrə elektrik
quraşdırıcısı Yaşıl tikinti fəhləsi Qida sənayesi
müəssisələri avadanlıqlarının
quraşdırıcısı[2] Yerqazan Yer səthindən sualtı-texniki, qabion və
faşin işlərini yerinə yetirən çay
fəhləsi Yerüstü mədən (şaxta) avadanlıqlarının
quraşdırıcısı Yol montyoru Yol fəhləsi Yuyuntu xəritələrinin fəhləsi Yüksək gərginlikli hava xətti və
kontakt şəbəkələrin quraşdırılması üzrə elektrik
montyoru-xəttçəkən Kabel şəbəkələri üzrə
elektrik quraşdırıcısı Kessonçu-aparatçı Kessonçu-qazmaçı Kessonçu-elektrik quraşdırıcısı Kessonçu-çilingər Kənd
təsərrüfatı
avadanlıqlarının
quraşdırıcısı Kimya və neft sənayesi müəssisə
avadanlıqlarının quraşdırıcısı Kokskimya istehsalı avadanlıqlarının
quraşdırıcısı Kompressor, nasos və
havadəyişdiricilərin quraşdırıcısı Güc
şəbəkəsi
və elektrik avadanlıqları üzrə elektrik
quraşdırıcısı Maşın
və qurğuların maşinisti (59-145) Avtobetonsındıran Avtobetonnasos Avtovışka və avtohidroqaldırıcı Avtoqreyder Avtoqudronator Avtokompressor Avtoyükləyici Avtokran Avtomobil yollarını nişanlamaq
üçün markalayıcı Avtosuvarma maşını Avtoçuxurqazan Asfalt və beton
döşəyən[3] Ballastirovka edən maşın Bar qurğusu Betondöşəyən Beton qarışıqlarını hazırlamaq
üçün, fasiləsiz işləyən
avtomatlaşdırılmış səyyar qurğu Betonnasos Bituməridən səyyar qurğu Borutəmizləyən Borudüzən Buzkəsən Buldozer Vakuum qurğusu Qazneftməhsul kəmərinin izolyasiyası
üçün maşın Qazneftməhsul
kəmərlərinin
qaynağı
üçün səyyar kontakt qaynaq qurğusu Qartəmizləyən və
yoltəmizləyən Qırmadaş təmizləyən Qoşma qreyder Qoşma qravitasiyalı sement
paylaşdırıcı Qreyder - elevator Dalğıclara hava vermək üçün
kompressor Daxili yanacaq mühərrikli səyyar kompressor Daxili yanacaq mühərrikli səyyar elektrik qaynaq
aqreqatı Dorlu, sütunlu və şaxtalı
qaldırıcı Drenaj maşını Düzəltmə-altdanvurma- bəzəkvurma
maşını Düzəltmə-altdanvurma-son düzəltmə
maşını Ekskavator-birçalovlu Ekskavator-rotorlu Elektrik mühərrikli səyyar kompressor Elektrik bucurqad Enli dəmiryol düzən Ensiz dəmiryolu düzən İnşaat yüksərnişin qaldırıcısı Yol işlərinin icrasında tikişləri
düzəldən maşın Yol hamarlayan Yüksək təzyiqli havasız
səpələyici aqreqat Kopyor Kopyorsuz vibroendirici Kopyorsuz dizel - çəkic Gərginləşdirilmiş armaturlu
konstruksiyaların hazırlanması üçün mexanikləşdirilmiş
dartıcı Möhkəmləndirici zolağı
düzəltmək üçün maşın Məhlul nasosu Özühərəkətedən qazma-kran
maşını Özühərəkətedən aerasiya sement
paylaşdırıcısı Özühərəkətedən payaları endirən vibro-çökdürücü Özühərəkətedən
tikişkəsən Özühərəkətedən hidrosəpici Özühərəkətetməyən
üzücü torpaqsoran Özühərəkətetməyən üzücü torpaqsoran maşın və torpaqnasos
qurğularının mexaniki avadanlığı Özühərəkətetməyən üzücü torpaqsoran maşın və torpaqnasos
qurğularının elektrik avadanlığı Özühərəkətetməyən hidromonitor-ejektorlu
üzücü qurğu Plyonka əmələgətirici mayeni
çökmək üçün maşın Pnevmatik şinlərdə
özühərəkətedən və yarı qoşulan
vərdənə Profilləşdirici Rels qaldıran Rixtovka maşını Rele düzən Səyyar asfaltbetonqarışdırıcı Səyyar betonqarışdırıcı Səyyar boruəyən Səyyar elektrik stansiyası Səyyar məhlulqarışdırıcı Səyyar rəngsazlıq stansiyası Səyyar suvaq stansiyası Sıxlaşdıran və hamarlayıb
sıxlaşdıran maşın Skreper Torpağın basılması və üfüqi
qazılması üzrə qurğu Finişer Freyzerli torpaq qazan
özühərəkətedən maşın Xizəkli-tırtıllı inşaat
maşını Xopper-dozator Halqa sökən Halqayığan və halqasökən Hamar yayanlarla özühərəkət edən
vərdənə Hərəkətedən (sürüşən)
qəliblərin qaldırılması üzrə
mexanikləşdirilmiş avadanlıq Şpalları altdan döyəcləyən Memarlıq detallarını yapan Memarlıq detallarının modelçisi Metalkəsici
və
dəmirçi-presləyici
avadanlıqların quraşdırıcısı Metallurgiya zavod avadanlıqlarının quraşdırıcısı Odadavamlı işlər üzrə fəhlə Özühərəkətetməyən üzücü maşın və
digər üzücü vasitələrin istismarı
və xidməti üzrə çay fəhləsi Paylaşdırıcı
qurğular
üzrə elektrik quraşdırıcısı Parketçi Peç (soba) düzəldən Polad və dəmirbeton konstruksiyaların
quraşdırıcı Polad dam örtüyü üzrə
taxtapuşçu Poliqrafiya sənayesi müəssisə
avadanlıqlarının quraşdırıcısı Rabitə avadanlıqlarının
quraşdırıcısı Rabitə
quraşdırıcısı-antenaçı Rabitə
quraşdırıcısı-kabelçi Rabitəquraşdırıcısı-lehimləyici Rabitəquraşdırıcısı-xətçi Rulon və ədədi materiallardan dam
örtükləri üzrə taxtapuşçu Sanitar-texniki sistemlərin düyün və detallarının
hazırlanması üzrə çilingər Sementasiyaçı Sellüloz kağız sənaye
müəssisə avadanlıqlarının
quraşdırıcısı Səyyar termik qurğularda operator-termist Sənaye dəmir-beton borularının
düzücüsü Sənaye kərpic bacalarının baca
hörücüsü Sintetik materiallarla üzləyici Soyuducu qurğu avadanlıqlarının
quraşdırıcısı Suvaqçı Taxıl anbarı və taxıl sənaye emalı
üzrə müəssisə avadanlıqlarının
quraşdırıcısı Termoizolyasiya işlərində izoləedici Texnoloji borukəmərlərinin
quraşdırıcısı Texnoloji borukəmərlərinin düyün
və detallarının hazırlanması üzrə
çilingər Toxuculuq sənayesi
müəssisə
avadanlıqlarının quraşdırıcısı Turşuyadavamlı qatları çəkən
viniplastçı Turşuyadavamlı qatları
çəkən-yapışqançəkən Üzləyici-mərmərçi Üzləyici-mozaikaçı Üzləyici-pardaxlayıcı Üzləyici tava döşəyən Fasilə
ilə
işləyən qaldırıcı nəqliyyat
avadanlıqlarının quraşdırıcısı Fasiləsiz işləyən qaldırıcı
nəqliyyat avadanlıqlarının
quraşdırıcısı Futerçi (turşuya davamlı qatları
düzəldən) Xarici borukəmərlərinin
quraşdırıcısı Hidroaqreqatların quraşdırıcısı Hidroizolyasiya işlərində izoləedici Hidrotexniki qurğuların mexaniki
avadanlıqlarının quraşdırıcısı Çeşidləşdirici təpə
avadanlıqlarının quraşdırıcısı Şüşəsalan |
2-6 4-6 2-6 2-6 1-6 1-5 2-5 2-6 1-5 2-6 2-6 2-6 2-6 2-6 3-4 2-6 2-6 2-6 2-6 2-6 2-6 2-6 2-6 2-5 2-6 2-6 2-6 4-6 2-4 3-5 2-6 2-6 2-6 5-6 2-6 2-6 2-6 2-6 2-6 1-6 2-6 1-5 2-4 2-6 1-6 1-5 2-5 2-6 2-6 4-6 5-6 6 4-6 2-6 2-6 2-6 2-6 2-6 5 5-6 4-6 5-6 5 4-5 4 4-6 5 4 5 6 6 4-6 6- 5-6 4-5 6 5-6 5-6 4 4-6 5 4-6 6 5-6 5-6 4-5 4 6 5 4-6 3-6 3 5 5-6 6 4-6 5-6 3-4 2-3 5-6 5 4 4 5 4 5-6 5 5 5 5 3 5 5 5-6 5 4 5-6 4-6 4-6 6 5 6 6 5 5-6 5 6 3-5 4-5 5-6 3-4 4 4 5 5-6 6 5 6 6 5 4 5-6 4-6 5 6 2-5 5-6 2-6 2-6 1-6 2-3 2-6 2-6 2-5 2-6 2-5 2-6 2-6 2-6 2-6 2-6 2-6 2-5 2-6 2-6 2-6 2-6 4-6 4-6 2-5 2-6 2-6 2-6 1-6 2-6 2-6 2-6 3-6 2-6 3-6 2-6 3-5 2-5 2-6 2-6 2-6 2-6 2-6 1-6 2-6 2-6 2-5 |
24 28 31 34 37 41 44 46 50 54 58 61 65 69 72 73 77 80 83 88 91 96 99 102 105 111 115 119 122 124 126 130 133 136 139 146 149 152 155 159 165 169 172 175 178 183 186 189 195 199 200 201 202 203 206 209 212 215 220-227 228 231 232 235 243 247 249 255 257 259 266 268 271 276 280 283 286 289 292 296 299 302 306 308 310 313 316 320 323 329 334 338 341 344 347 349 351 352 354 357 360 363 368 371 374 377 379 |
“Tikinti, quraşdırma və
təmir-tikinti işləri bölməsinə daxil olan
fəhlə peşə adlarının indiyə qədər
fəaliyyətdə olan peşə adları ilə
müqayisəsi və dərəcələr diapazonu”
|
Sıra ¹-si |
Bölməyə daxil olan peşələrin adları |
Dərəcələr diapazonu |
İndiyə qədər fəaliyyətdə olan peşə adları |
Dərəcələr diapazonu |
|
1 |
2 |
3 |
4 |
5 |
|
1. |
Avtomatik
nəzarət, tənzimləmə və idarəetmə
cihaz və aparaturalarının quraşdırıcısı |
2-6 |
Ìîíòàæíèê ïðèáîðîâ è àïïàðàòóðû àâòîìàòè÷åñêîãî êîíòðîëÿ, ðåãóëèðîâàíèÿ è óïðàâëåíèÿ |
2-6 |
|
2. |
Avtomatik
nəzarət, tənzimləmə və idarəetmə
cihaz, aparatura və sistemlərinin sazlayıcısı
(NÖC və avtomatikanın sazlayıcısı) |
4-6 |
Íà÷àëíèê ïðèáîðîâ, àïïàðàòóðû è ñèñòåì àâòîìàòè÷åñêîãî êîíòðîëÿ, ðåãóëèðîâàíèÿ è óïðàâëåíèÿ (íàëàä÷èê ÊèÏ è àâòîìàòèêè) |
4-6 |
|
3. |
Ağac
emalı müəssisələrinin
avadanlıqlarının quraşdırıcısı |
2-6 |
Ìîíòàæíèê îáîðóäîâàíèÿ äåðåâîîáðàáàòûâàþùèõ ïðåäïðèÿòèé |
2-6 |
|
4. |
Akkumulyator
batareyaları üzrə elektrik
quraşdırıcısı |
2-6 |
Ýëåêòðîìîíòàæíèê ïî àêêóìóëÿòîðíûì áàòàðåÿì |
2-6 |
|
5. |
Armaturçu |
1-6 |
Àðìàòóðùèê |
1-6 |
|
6. |
Asfaltbetonçu |
1-5 |
Àñôàëüòîáåòîíùèê |
1-5 |
|
7. |
Asfaltbetonçu-asfaltbişirən |
2-5 |
Àñôàëüòîáåòîíùèê âàðèëüùèê |
2-5 |
|
8. |
Atom elektrik
stansiyası avadanlıqlarının
quraşdırıcısı |
2-6 |
Ìîíòàæíèê îáîðóäîâàíèÿ àòîìíûõ ýëåêòðè÷åñêèõ ñòàíöèé |
2-6 |
|
9. |
Betonçu |
1-5 |
Áåòîíùèê |
1-5 |
|
10. |
Bənna |
2-6 |
Êàìåíùèê |
2-6 |
|
11. |
Boruaqreqat və
sinxron kompensatorların quraşdırıcısı |
2-6 |
Ìîíòàæíèê òðóáîàãðåãàòîâ è ñèíõðîííûõ êîìïåíñàòîðîâ |
2-6 |
|
12. |
Ventilyasiya,
havanı kondisiyalaşdıran, pnevmonəqliyyat və
aspirasiya sistemlərinin detal və düyünlərinin
hazırlanması üzrə çilingər |
2-6 |
Ñëåñàðü ïî èçãîòîâëåíèþ äåòàëåé è óçëîâ
ñèñòåì âåíòèëÿöèè, êîíäèíöèîíèðîâàíèþ âîçäóõà, ïíåâìîòðàíñïîðòà è àñïèðàöèè |
2-6 |
|
13. |
Ventilyasiya,
havanı kondisiyalaşdıran, pnevmonəqliyyat və
aspirasiya sistemlərinin quraşdırıcısı |
2-6 |
Ìîíòàæíèê ñèñòåì âåíòèëÿöèè, êîíäèöèðîâàíèÿ âîçäóõà, ïíåâìîòðàíñïîðòà è àñïèðàöèè |
2-6 |
|
14. |
Qazan qurğu
avadanlıqlarının quraşdırıcısı |
2-6 |
Ìîíòàæíèê îáîðóäîâàíèÿ êîòåëüíûõ óñòàíîâîê |
2-6 |
|
15. |
Qumpüskürdücü |
3-4 |
Ïåñêîñòðóéùèê |
3-4 |
|
16. |
Quraşdırmada
takelajçı |
2-6 |
Òàêåëàæíèê íà ìîíòàæå |
2-6 |
|
17. |
Qurğuşun
üzrə lehimləyici (qurğuşun lehimləyicisi) |
2-6 |
Ïàÿëüùèê ïî ñâèíöó (ñèâèíöîâîïîÿëüùèê) |
2-6 |
|
18. |
Daşyonan |
2-6 |
Êàìíîòåñ |
2-6 |
|
19. |
Daxili
sanitar-texniki sistem və avadanlıqların quraşdırıcısı |
2-6 |
Ìîíòàæíèê âíóòðåííèõ ñàíèòàðíî-òåõíè÷åñêèõ ñèñòåì è îáîðóäîâàíèÿ |
2-6 |
|
20. |
Dəmiryol
nəqliyyatında blokirovka və
mərkəzləşmə avadanlıqlarının
quraşdırıcısı |
2-6 |
Ìîíòàæíèêè îáîðóäîâàíèÿ áëîêèðîâêè è öåíòðàëèçàöèÿ íà æåëåçíîäîðîæíîì òðàíñïîðòå |
2-6 |
|
21. |
Dəmiryol
nəqliyyatı və metropolitenin yerüstü
xətlərində siqnalizasiya,
mərkəzləşdirmə və blokirovka üzrə
elektrik quraşdırıcısı |
2-6 |
Ýëåêòðîìàíòàæíèê ïî ñèãíàëèçàöèè è áëîêèðîâêå íà æåëåçíîäîðîæíîì òðàíñïîðòå è íàäçåìíûõ ëèíèÿõ ìåòðîïîëèòåíà |
2-6 |
|
22. |
Dirək
çaxan maşını idarə edən |
2-6 |
Êîïðîâùèê |
2-6 |
|
23. |
Doğrayıcı-üyüdücü
və çeşidləyici-saflaşdırıcı
avadanlıqların quraşdırıcısı |
2-6 |
Ìîíòàæíèê äðîáèëüíî-ðàçìîëüíîãî îáîðóäîâàíèÿ è îáîðóäîâàíèÿ äëÿ ñîðòèðîâêè è îáîãàùåíèÿ |
2-6 |
|
24. |
Döşəyici |
2-5 |
Ìîñòîâùèê |
2-5 |
|
25. |
Dülgər |
2-6 |
Ïëîòíèê |
2-6 |
|
26. |
Elektrik
qaldırıcılarının (liftlərin)
quraşdırıcısı |
2-6 |
Ìîíòàæíèê ýëåêòðè÷åñêèõ ïîäúåìíèêîâ (ëèôòîâ) |
2-6 |
|
27. |
Elektrik
maşınları üzrə elektrik
quraşdırıcısı |
2-6 |
Ýëåêòðîìîíòàæíèê ïî ýëåêòðè÷åñêèì ìàøèíàì |
2-6 |
|
28. |
Elektrik
quraşdırıcısı-sazlayıcı |
4-6 |
Ýëåêòðîìîíòàæíèê-íàëàä÷èê |
4-6 |
|
29. |
Əhəng
söndürən |
2-4 |
Èçâåñòåãàñèëüùèê |
2-4 |
|
30. |
İzoləedici-plyonkaçı |
3-5 |
Èçîëèðîâùèê-ïëåíî÷íèê |
3-5 |
|
31. |
İkinci
dövrə üzrə elektrik
quraşdırıcısı |
2-6 |
Ýëåêòðîìîíòàæíèê ïî âòîðè÷íûì öåïÿì |
2-6 |
|
32. |
İnşaat
elektrik çilingəri |
2-6 |
Ýëåêòðîñëåñàðü ñòðîèòåëüíûé |
2-6 |
|
33. |
İnşaat
materialları müəssisə avadanlıqlarının
quraşdırıcısı |
2-6 |
Ìîíòàæíèê îáîðóäîâàíèÿ ïðåäïðèÿòèé ñòðîèòåëüíûõ ìàòåðèàëîâ |
2-6 |
|
34. |
İnşaat
maşınlarının sazlayıcısı |
5-6 |
Íàëàä÷èê ñòðîèòåëüíûõ ìàøèí |
5-6 |
|
35. |
İnşaat
maşın və mexanizmlərinin
quraşdırıcısı |
2-6 |
Ìîíòàæíèê ñòðîèòåëüíûõ ìàøèí ìåõàíèçìîâ |
2-6 |
|
36. |
İnşaat
rəngsazı |
2-6 |
Ìàëÿð ñòðîèòåëüíûé |
2-6 |
|
37. |
İnşaat
xarratı |
2-6 |
Ñòîëÿð ñòðîèòåëüíûé |
2-6 |
|
38. |
İnşaat
çilingəri |
2-6 |
Ñëåñàðü ñòðîèòåëüíûé |
2-6 |
|
39. |
İşıqlandırma
və işıqlanma şəbəkələri
üzrə elektrik quraşdırıcısı |
2-6 |
Ýëåêòðîìîíòàæíèê ïî îñâåùåíèþ è îñâåòèòåëüíûì ñåòÿì |
2-6 |
|
40. |
Yaşıl
tikinti fəhləsi |
1-6 |
Ðàáî÷èé çåëåíîãî ñòðîèòåëüñòâà |
1-6 |
|
41. |
Qida
sənayesi müəssisələri
avadanlıqlarının quraşdırıcısı[4] |
2-6 |
Ìîíòàæíèê îáîðóäîâàíèÿ ïðåäïðèÿòèé ïèùåâîé ïðîìûøëåííîñòè |
2-6 |
|
42. |
Yerqazan |
1-5 |
Çåìëåêîï |
1-5 |
|
43. |
Yer
səthindən sualtı-texniki, qabion və faşin
işlərini yerinə yetirən çay fəhləsi |
2-4 |
Ðå÷íîé ðàáî÷èé íà ïîäâîäíî-òåõíè÷åñêèõ, ãëóáèííûõ è ôàøèííûõ ðàáîòàõ, âûïîëíÿåìûõ ñ ïîâåðõíîñòè |
2-4 |
|
44. |
Yerüstü
mədən (şaxta) avadanlıqlarının
quraşdırıcısı |
2-6 |
Ìîíòàæíèê øàõòíîãî îáîðóäîâàíèÿ íà ïîâåðõíîñòè |
2-6 |
|
45. |
Yol montyoru |
1-6 |
Ìîíòåð ïóòè |
1-6 |
|
46. |
Yol
fəhləsi |
1-6 |
Ìîíòåð ïóòè |
1-6 |
|
47. |
Yuyuntu
xəritələrinin fəhləsi |
2-5 |
Ðàáî÷èé êàðòû íàìûâà |
2-5 |
|
48. |
Yüksək
gərginlikli hava xətti və kontakt
şəbəkələrin quraşdırılması
üzrə elektrik montyoru-xəttçəkən |
2-6 |
Ýëåêòðîìîíòåð-ëèíåéùèê ïî ìîíòàæó âîçäóøíûõ ëèíèé âûñêîãî íàïðÿæåíèÿ è êîíòàêòíîé ñåòè |
2-6 |
|
49. |
Kabel
şəbəkələri üzrə elektrik
quraşdırıcısı |
2-6 |
Ýëåêòðîìîíòàæíèê ïî êàáåëüíûì ñåòÿì |
2-6 |
|
50. |
Kessonçu-aparatçı |
4-6 |
Êåñîùèê-àïïàðàò÷èê |
4-6 |
|
51. |
Kessonçu-qazmaçı |
5-6 |
Êåñîíùèê-ïðîõîä÷èê |
5-6 |
|
52. |
Kesonçu-elektrik
quraşdırıcısı |
6 |
Êåñîíùèê- ýëåêòðîìîíòàæíèê |
6 |
|
53. |
Kessonçu-çilingər |
4-6 |
Êåñîíùèê-ñëåñàðü |
4-6 |
|
54. |
Kənd
təsərrüfatı avadanlıqlarının
quraşdırıcısı |
2-6 |
Ìîíòàæíèê ñåëüñêîõîçÿéñòâåííîãî îáîðóäîâàíèÿ |
2-6 |
|
55. |
Kimya və neft
sənayesi müəssisə avadanlıqlarının quraşdırıcısı |
2-6 |
Ìîíòàæíèê îáîðóäîâàíèÿ ïðåäïðèÿòèé õèìè÷åñêîé è íåôòÿíîé ïðîìûøëåííîñòè |
2-6 |
|
56. |
Kokskimya
istehsalı avadanlıqlarının
quraşdırıcısı |
2-6 |
Ìîíòàæíèê îáîðóäîâàíèÿ êîêñîõèìè÷åñêèõ ïðîèçâîäñòâ |
2-6 |
|
57. |
Kompressor, nasos
və havadəyişdiricilərin
quraşdırıcısı |
2-6 |
Ìîíòàæíèê êîìïðåññîðîâ, íàñîñîâ è âåíòèëÿòîðîâ |
2-6 |
|
58. |
Güc
şəbəkəsi və elektrik avadanlıqları
üzrə elektrik quraşdırıcısı Maşın
və qurğuların maşinisti
(5-145) |
2-6 |
Ýëåêòðîìîíòàæíèê ïî ñèëîâûì ñåòÿì è ýëåêòðîîáîðóäîâàíèþ |
2-6 |
|
59. |
Avtobetonsındıran |
5 |
Ìàøèíèñò àâòîáåòîíîëîìà |
5 |
|
60. |
Avtobetonnasos |
5-6 |
Ìàøèíèñò àâòîáåòîíîíàñîñà |
5-6 |
|
61. |
Avtovışka və
avtohidroqaldırıcı |
4-6 |
Ìàøèíèñò àâòîâûøêè è àâòîãèäðîïîäúåìíèêà |
4-6 |
|
62. |
Avtoqreyder |
5-6 |
Ìàø èíèñò àâòîãðåéäåðà |
5-6 |
|
63. |
Avtoqudronator |
5 |
Ìàøèíèñò àâòîãóäðîíàòîðà |
5 |
|
64. |
Avtokompressor |
4-5 |
Ìàøèíèñò àâòîêîìïðåññîðà |
4-5 |
|
65. |
Avtoyükləyici |
4 |
Ìàøèíèñò àâòîìîáèëüíîãî ïîãðóç÷èêà |
4 |
|
66. |
Avtokran |
4-6 |
Ìàøèíèñò êðàíà àâòîìîáèëüíîãî |
4-6 |
|
67. |
Avtomobil yollarını nişanlamaq
üçün markalayıcı |
5 |
Ìàøèíèñò ìàðêèðîâî÷íîé ìàøèíû äëÿ ðàçâåòêè àâòîìîáèëüíûõ äîðîã |
5 |
|
68. |
Avtosuvarma
maşını |
4 |
Ìàøèíèñò àâòîïîëèâî÷íîé ìàøèíû |
4 |
|
69. |
Avtoçuxurqazan |
5 |
Ìàøèíèñò àâòîÿìîáóðà |
5 |
|
70. |
Asfaltbeton
döşəyən |
6 |
Ìàøèíèñò óêëàä÷èêà àñôàëüòîáåòîíà |
5 |
|
71. |
Ballastirovka
edən maşın |
6 |
Ìàøèíèñò áàëàñòèðîâî÷íîé ìàøèíû |
6 |
|
72. |
Bar qurğusu |
4-6 |
Ìàøèíèñò áàðîâîé óñòàíîâêè |
4-6 |
|
73. |
Betondöşəyən |
6 |
Ìàøèíèñò áåòîíîóêëàä÷èêà |
6 |
|
74. |
Beton
qarışıqlarını hazırlamaq
üçün, fasiləsiz
işləyən avtomatlaşdırılmış
səyyar qurğu |
5-6 |
Ìàøèíèñò óñòàíîâêè ïåðåäâèæíîé àâòîìàòèçèðîâàííîé íåïðåðûâíîãî äåéñòâèÿ äëÿ ïðèãîòîâëåíèÿ áåòîííûõ ñìåñåé |
5-6 |
|
75. |
Betonnasos |
4-5 |
Ìàøèíèñò áåòîíîíàñîñíîé óñòàíîâêè |
4-5 |
|
76. |
Bituməridən
səyyar qurğu |
6 |
Ìàøèíèñò áèòóìîïëàâèëüíîé ïåðåäâèæíîé óñòàíîâêè |
6 |
|
77. |
Borutəmizləyən |
5-6 |
Ìàøèíèñò òðóáîî÷èñòèòåëüíîé ìàøèíû |
5-6 |
|
78. |
Borudüzən |
|
Ìàøèíèñò òðóáîóêëàä÷èêà |
5-6 |
|
79. |
Buzkəsən |
4 |
Ìàøèíèñò ëåäîðåçíîé ìàøèíû |
4 |
|
80. |
Buldozer |
4-6 |
Ìàøèíèñò áóëüäîçåðà |
4-6 |
|
81. |
Vakuum qurğusu |
5 |
Ìàøèíèñò âàêóóìíîé óñòàíîâêè |
5 |
|
82. |
Qazneftməhsul kəmərinin izolyasiyası üçün
maşın |
4-6 |
Ìàøèíèñò ìàøèíû äëÿ èçîëÿöèè ãàçîíåôòåïðîäóêòîïðîâîäîâ |
4-6 |
|
83. |
Qazneftməhsul
kəmərlərinin
qaynağı
üçün səyyar
kontakt qaynaq qurğusu |
6 |
Ìàøèíèñò êîíòàêòíîñâàðî÷íîé óñòàíîâêè ïåðåäâèæí. äëÿ ñâàðêè ìàãèñòð, ãàçîíåôòåïðîäóêòîâ |
6 |
|
84. |
Qartəmizləyən və yoltəmizləyən |
5-6 |
Ìàøèíèñò ñíåãîóáîðî÷íîé è óáîðî÷íîé ïóòåâîé ìàøèíû |
5-6 |
|
85. |
Qırmadaş
təmizləyən |
5-6 |
Ìàøèíèñò ùåäêîâî÷èñòèòåëüíîé ìàøèíû |
5-6 |
|
86. |
Qoşma qreyder |
4-5 |
Ìàøèíèñò ãðåéäåðà ïðèöåïíîãî |
4-5 |
|
87. |
Qoşma qravitasiyalı sement
paylaşdırıcı |
4 |
Ìàøèíèñò ðàñïðåäåëèòåëÿ öåìåíòà ãðàâèòàöèîííîãî ïðèöåïíîãî |
4 |
|
88. |
Qreyder – elevator |
6 |
Ìàøèíèñò ãðåéäåðýëåâàòîðà |
6 |
|
89. |
Dalğıclara
hava vermək üçün kompressor |
5 |
Ìàøèíèñò êîìïðåññîðà äëÿ ïîäà÷è âîçäóõà âîäîëàçàì |
5 |
|
90. |
Daxili yanacaq mühərriki səyyar kompressor |
4-6 |
Ìàøèíèñò êîìïðåññîðà ïåðåäâèæíîãî ñ äâèãàòåëåì |
4-6 |
|
91. |
Daxili yanacaq
mühərrikli səyyar elektrik qaynaq aqreqatı |
3-6 |
Ìàøèíèñò ýëåêòðîñâàðî÷íîãî àãðåãàòà ñ äâèãàòåëåì âíóòðèñãîðàíèÿ |
3-6 |
|
92. |
Dorlu, sütunlu
və şaxtalı qaldırıcı |
3 |
Ìàøèíèñò ïîäúåìíèêà ìà÷òîâîãî, ñòîå÷íîãî è øàõòíîãî |
3 |
|
93. |
Drenaj
maşını |
5 |
Ìàøèíèñò äðåíàæíîé ìàøèíû |
5 |
|
94. |
Düzəltmə-altdanvurma
- bəzək vurma maşını |
5-6 |
Ìàøèíèñò âûïðîâî÷-íîïîäáèâî÷íî-îòäåëî÷íîé ìàøèíû |
5-6 |
|
95. |
Düzəltmə-altdan vurma-son
düzəltmə
maşını |
6 |
Ìàøèíèñò âûïðîâà÷íîïîäáèâî÷íî-ðèõòîâî÷íîé ìàøèíû |
6 |
|
96. |
Ekskavator-birçalovlu |
4-6 |
Ìàøèíèñò ýêñêàâàòîðà îäíîêîâøîâîãî |
4-6 |
|
97. |
Ekskavator-rotorlu |
5-6 |
Ìàøèíèñò ýêñêàâàòîðà ðîòîðíîãî |
5-6 |
|
98. |
Elektrik mühərrikli səyyar
kompressor |
3-4 |
Ìàøèíèñò êîìïðåññîðà ïåðåäâèæíîãî ñ ýëåêòðîäâèãàòåëåì |
3-4 |
|
99. |
Elektrik bucurqad |
2-3 |
Ìàøèíèñò ýëåòðîëå-áåäêè |
2-3 |
|
100. |
Enli dəmiryol
düzən |
5-6 |
Ìàøèíèñò ïóòåóêëàä÷èêà øèðîêîé êîëåè |
5-6 |
|
101 |
Ensiz
dəmiryolu düzən |
5 |
Ìàøèíèñò ïóòåóêëàä÷èêà óçêîé êîëåè |
5 |
|
102. |
İnşaat
yüksərnişin qaldırıcısı |
4 |
Ìàøèíèñò ïîäúåìíèêà ãðóçî ïàññàæèðíîãî ñòðîèòåëüíîãî |
4 |
|
103. |
Yol işlərinin icrasında tikişləri düzəldən maşın |
4 |
Ìàøèíèñò ìàøèíû äëÿ óñòðîéñòâà øâîâ ïðè âûïîëíåíèè äîðîæíûõ ðàáîò |
4 |
|
104. |
Yol hamarlayan |
5 |
Ìàøèíèñò ïóòåâîãî ñòðóãà |
|
|
105. |
Yüksək təzyiqli havasız səpələyici
aqreqat |
4 |
Ìàøèíèñò àãðåãàòà áåçâîçäóøíîãî ðàñøûëåíèÿ âûñîêîãî äàâëåíèÿ |
4 |
|
106. |
Kopyor |
5-6 |
Ìàøèíèñò êîïðà |
5-6 |
|
107. 108. 109. 110. 111. 112. 113. 114. 115. 116. 117. 118. 119 120 |
Kopyorsuz vibroendiriçi Kopyorsuz
dizel-çəkic Gərginləşdirilmiş
armaturlu konstruksiyaların hazırlanması üçün
mexanikləş-dirilmiş dartıcı Möhkəmləndirici
zolağı düzəltmək üçün
maşın Məhlulnasosu Özühərəkətedən
qazma-kran maşını Özühərəkətedən
aerasiya sement paylaşdırıcısı Özühərəkətedən
payaları endirən vibro-çökdürücü Özühərəkətedən
tikişkəsən Özühərəkətedən
hidrosəpici Özühərəkətetməyən
üzücü torpaqsoran Özühərəkətetməyən
üzücü torpaqsoran maşın və torpaqnasos
qurğularının mexaniki avadanlığı Özühərəkətetməyən
üzücü torpaqsoran maşın və torpaqnasos
qurğularının elektrik avadanlığı Özühərəkətetməyən
hidromonitor-ejektorlu üzücü qurğu |
5 5 5 5 3 5 5 5-6 5 4 5-6 4-6 4-6 6 |
Ìàøèíèñò âèáðîïîãðóæàòåëÿ Ìàøèíèñò äèçåëü-ìîëîòà áåñêîïðîâîãî Ìàøèíèñò ìåõàíèçèðîâàííîãî íàòÿõíîãî óñòðîéñòâà äëÿ èçãîòîâëåíèÿ íàïðÿæåííî-àðìèðîâàííûõ êîíñòðóêöèé Ìàøèíèñò ìàøèíû äëÿ óñòðîéñòâà óêðåïèòåëüíûõ ïîëîñ Ìàøèíèñò ðàñòâîðíàñîñà Ìàøèíèñò áóðèëüíîêðàíîâîé ñàìîõîäíîé ìàøèíû Ìàøèíèñò ðàñïðåäåëèòåëÿ öåìåíòà àåðàöèîííîãî ñàìîõîäà Ìàøèíèñò âèáðîâäàâëèâàþùåãî ïîãðóæàòåëÿ ñâàé ñàìîõîäíîãî Ìàøèíèñò íàðåç÷èêà øâîâ ñàìîõîäíîãî Ìàøèíèñò ãèäðîñåÿëêè ñàìîõîäíîé Ìàøèíèñò çåìëåñîñíîãî ïëàâó÷åãî íåñî ìîõîäíîãî ñíàðÿäà Ìàøèíèñò ìåõàíè÷åñêî ãî îáîðóäîâàíèÿ çåìëå ñîñíûõ ïëàâó÷èõ íåñîìî õîäíûõ ñíàðÿäîâ è ãðóí òîíàñîñíûõ óñòàíîâîê Ìàøèíèñò ýëåêòðè÷åñêîãî îáîðóäîâàíèÿ çåìëåíà-ñîñíûõ ïëàâó÷èõ íåñîìî-õîäíûõ ñíàðÿäîâ è ãðóíòî-íàñîñíûõ óñòàíîâîê Ìàøèíèñò ãèäðîìîíè-òîðíîýæåêòîðíîãî ïëàâó÷åãî íåñàìîõîäíîãî ñíàðÿäà |
5 5 5 5 3 5 5 5-6 5 4 5-6 4-6 4-6 6 |
|
121. |
Plyonka əmələgətirici mayeni
çəkmək üçün maşın |
5 |
Ìàøèíèñò ìàøèíû äëÿ íàñåíèÿ ïëåíêîîáðàçóþùåé æèäêîñòè |
5 |
|
122. |
Pnevmatik şinlərdə
özühərəkətedən və yarı qoşulan
vərdənə |
6 |
Ìàøèíèñò êàòêà ñàìîõîäíîãî ïîëóïðèöåðíîãî íà ïíåâìàòè÷åñêèõ øèíàõ |
6 |
|
123. |
Profilləşdirici |
6 |
Ìàøèíèñò ïðîôèëèðîâùèêà |
6 |
|
124. |
Rels qaldıran |
5 |
Ìàøèíèñò ïóãåïîäåìíèêà |
5 |
|
125. |
Rixtovka
maşını |
5-6 |
Ìàøèíèñò ðèõòîâî÷-íîé ìàøèíû |
5-6 |
|
126. |
Rele
düzən |
5 |
Ìàøèíèñò ðåëüñîóêëàä÷èêà |
5 |
|
127. |
Səyyar
asfaltbetonqarışdırıcı |
6 |
Ìàøèíèñò ñìåñèòåëÿ àñôàëüòîáåòîíà ïåðåäâèæíîãî |
6 |
|
128. |
Səyyar beton
qarışdırıcı |
3-5 |
Ìàøèíèñò áåòîíîñìåñèòåëÿ ïåðåäâèæíîãî |
3-5 |
|
129. |
Səyyar
boruəyən |
|
Ìàøèíèñò òðóáîãèáî÷íîé óñòàíîâêè ïåðåäâèæíîé |
4-5 |
|
130. |
Səyyar elektrik
stansiyası |
4-6 |
Ìàøèíèñò ýëåêòðîñòàíöèè ïåðåäâèæíîé |
4-6 |
|
131. |
Səyyar məhlul
qarışdırıcı |
3-4 |
Ìàøèíèñò ðàñòâîðîñ-ìåñèòåëÿ ïåðåäâèæíîãî |
3-4 |
|
132. |
Səyyar
rəngsazlıq stansiyası |
4 |
Ìàøèíèñò ìàëÿðíîé ñòàíöèè |
4 |
|
133. |
Səyyar suvaq
stansiyası |
5 |
Ìàøèíèñò øòóêàòóðíîé ñòàíöèè |
5 |
|
134. |
Sıxlaşdıran və
hamarlayıb
sıxlaşdıran maşın |
5 |
Ìàøèíèñò óïëîòíÿþùåé è ïëàíèðîâî÷íî-óïëîòíÿþùåé ìàøèíû |
5 |
|
135. |
Skreper |
5-6 |
Ìàøèíèñò ñêðîâîðà |
5-6 |
|
136. |
Torpağın basılması və üfüqi qazılması üzrə
qurğu |
6 |
Ìàøèíèñò óñòàíîâêè ïî ïðîäàâëèâàíèþ ãîðèçîíòàëüíîìó áóðåíèþ ãðóíòà |
6 |
|
137. |
Finişer |
5 |
Ìàøèíèñò ôèíèøåðà |
5 |
|
138. |
Freyzerli torpaq
qazan özühərəkətedən maşın |
6 |
Ìàøèíèñò çåìëåðîé-íî-ôðåçåðíîé ñàìîõîäíîé ìàøèíû |
6 |
|
139. |
Xizəkli-tırtıllı
inşaat maşını |
6 |
Ìàøèíèñò âåçäåõîäà ñòðîèòåëüíîãî ãóñåíè÷íîãî |
6 |
|
140. |
Xopper-dozator |
5 |
Ìàøèíèñò õîïïåð-äîçàòîðà |
5 |
|
141. |
Halqa
sökən |
4 |
Ìàøèíèñò çâåíñðàñ-øèâî÷íîé ìàøèíû |
4 |
|
142. |
Halqayığan
və halqasökən |
5-6 |
Ìàøèíèñò çâåíîñáî-ðî÷íîé è çâåíîðàçáî-ðî÷íîé ìàøèíû |
5-6 |
|
143. |
Hamar yayanlarla
özühərəkətedən vərdənə |
4-6 |
Ìàøèíèñò êàòêà ñàìîõîäíîãî ñ ãëóõèìè âàëüöàìè |
4-6 |
|
144. |
hərəkətedən
(sürüşən) qəliblərin
qaldırılması üzrə mexanikləşdirilmiş
avadanlıq |
5 |
Ìàøèíèñò ìåõàíèçèðîâàííîãî îáîðóäîâàíèÿ ïî ïîäúåìó ïîäâèæíîé (ñêîëüçÿùåé) îïàëóáêè |
5 |
|
145. |
Şpalları
altdan döyəcləyən |
6 |
Ìàøèíèñò øïàëîïîäáèâî÷íîé ìàøèíû |
6 |
|
146. |
Memarlıq
detallarını yapan |
2-5 |
Ëåíùèê àðõèòåêòóðíûõ äåòàëåé |
2-5 |
|
147. |
Memarlıq
detallarının modelçisi |
5-6 |
Ìîäåëüùèê àðõèòåêòóðíûõ äåòàëåé |
5-6 |
|
148. |
Metalkəsici
və dəmirçi-presləyici avadanlıqların
quraşdırıcısı |
2-6 |
Ìîíòàæíèê ìåòàëëîðåæóùåãî è êóçíå÷íî-ïðåññîâîãî îáîðóäîâàíèÿ |
2-6 |
|
149. |
Metallurgiya zavod avadanlıqlarının
quraşdırıcısı |
2-6 |
Ìîíòàæíèê îáîðóäîâàíèÿ ìåòàëëóðãè÷åñêèõ çàâîäîâ |
2-6 |
|
150. |
Odadavamlı
işlər üzrə fəhlə |
1-6 |
Îãíåóïîðùèê |
1-6 |
|
151. |
Özühərəkətetməyən
üzücü maşın və digər üzücü
vasitələrin ,istismarı və xidməti üzrə
çay fəhləsi |
2-3 |
Ðå÷íîé ðàáî÷èé ïî ýêñïëóàòàöèè è îáñëóæèâàíèÿ íåñàìîõîäíûõ ïëàâó÷èõ ñíàðÿäîâ è äðóãèõ ïëàâó÷èõ ñðåäñòâ |
2-3 |
|
152. |
Paylaşdırıcı
qurğular üzrə elektrik quraşdırıcısı |
2-6 |
Ýëåêòðîìîíòàæíèê ïî ðàñëðîäåëèòåëüíûì óñòðîéñòâîì |
2-6 |
|
153. |
Parketçi |
2-6 |
Ïàðêåò÷èê |
2-6 |
|
154. |
Peç (soba)
düzəldən |
2-5 |
Ïå÷íèê |
2-5 |
|
155. |
Polad və
dəmirbeton konstruksiyaların quraşdırılması
üzrə quraşdırıcı |
2-6 |
Ìîíòàæíèê ïî ìîíòàæó ñòàëüíûõ è æåëåçîáåòîííûõ êîíñòðóêöèé |
2-6 |
|
156. |
Polad dam
örtüyü üzrə taxtapuşçu |
2-4 |
Êðîâîëüùèê ïî ñòàëüíûì êðîâëÿì |
2-4 |
|
157. |
Poliqrafiya
sənayesi müəssisə avadanlıqlarının
quraşdırıcısı |
2-6 |
Ìîíòàæíèê îáîðóäîâàíèÿ ïðåäïðèÿòèé ïîëèãðàôè÷åñêèé ïðîìûùëåííîñòè |
2-6 |
|
158. |
Rabitə
avadanlıqlarının quraşdırıcısı |
2-6 |
Ìîíòàæíèê îáîðóäîâàíèÿ ñâÿçè |
2-6 |
|
159. |
Rabitə
quraşdırıcısı-antenaçı |
2-6 |
Ìîíòàæíèê ñâÿçè-àíòåíùèê |
2-6 |
|
160. |
Rabitə
quraşdırıcısı-kabelçi |
2-6 |
Ìîíòàæíèê ñâÿçè-êàáåëüùèê |
2-6 |
|
161. |
Rabitəquraşdırıcısı
-lehimləyici |
2-6 |
Ìîíòàæíèê ñâÿçè-ñïàéùèê |
2-6 |
|
162. |
Rabitə
quraşdırıcısı-xəttçi |
2-5 |
Ìîíòàæíèê ñâÿçè-ëèíåéùèê |
2-5 |
|
163. |
Rulon və
ədədi materiallardan dam örtükləri üzrə
taxtapuşçu |
2-5 |
Êðîâåëüùèê ïî ðóëîííûì êðîâëÿì è ïî êðîâëÿì ïî øòó÷íûì ìàòåðèàëàì |
2-5 |
|
164. |
Sanitar-texniki
sistemlərin düyün və detallarının
hazırlanması üzrə çilingər |
2-6 |
Ñëåñàðü ïî èçãîòîâëåíèþ óçëîâ è äåòàëåé ñàíèòàðíî-òåõíè÷åñêèõ ñèñòåì |
2-6 |
|
165. |
Sementasiyaçı |
2-6 |
Öåìåíòàòîð |
2-6 |
|
166. |
Sellüloz
kağız sənaye müəssisə avadanlıqlarının
quraşdırıcısı |
2-6 |
Ìîíòàæíèê îáîðóäîâàíèÿ ïðåäïðèÿòèé öåëëèëîçíî-áóìàæíîé ïðîìûøëåííîñòè |
2-6 |
|
167. |
Səyyar termik
qurğularda operator-termist |
2-6 |
Îïåðàòîð-òåðìèñò íà ïåðåäâèæíûõ òåðìè÷åñêèõ óñòàíîâêàõ |
2-6 |
|
168. |
Sənaye dəmir-beton
borularının düzücüsü |
4-6 |
Òðóáîóêëàä÷èê ïðîìûøëåííûõ æåëåçîáåòîííûõ òðóá |
4-6 |
|
169. |
Sənaye
kərpic bacalarının baca hörücüsü |
4-6 |
Òðóáîóêëàä÷èê ïðîìûøëåííûõ êèðïè÷íûõ òðóá |
4-6 |
|
170. |
Sintetik
materiallarla üzləyici |
2-5 |
Îáëèöîâùèê ñèíòåòè÷åñêèìè ìàòåðèàëàìè |
2-5 |
|
171. |
Soyuducu qurğu
avadanlıqlarının quraşdırıcısı |
2-6 |
Ìîíòàæíèê îáîðóäîâàíèÿ õîëîäèëüíûõ óñòàíîâîê |
2-6 |
|
172. |
Suvaqçı |
2-6 |
Øòóêàòóð |
2-6 |
|
173. |
Taxıl
anbarı və taxıl sənaye emalı üzrə
müəssisə avadanlıqlarının
quraşdırıcısı |
2-6 |
Ìîíòàæíèê îáîðóäîâàíèÿ çåðíîõðàíèëèù è ïðåäïðèÿòèé ïî ïðîìûøëåííîé ïåðåðàáîòêå çåðíà |
2-6 |
|
174. |
Termoizolyasiya
işlərində izoləedici |
1-6 |
Èçîëèðîâùèê íà òåðìîèçîëÿöèè |
1-6 |
|
175. |
Texnoloji
borukəmərlərinin quraşdırıcısı |
2-6 |
Ìîíòàæíèê òåõíîëîãè÷åñêèõ òðóáîïðîâîäîâ |
2-6 |
|
176. |
Texnoloji
borukəmərlərinin düyün və
detallarının hazırlanması üzrə
çilingər |
2-6 |
Ñëåñàðü ïî èçãîòîâëåíèþ óçëîâ äåòàëåé, òåõíîëîãè÷åñêèõ òðóáîïðîâîäîâ |
2-6 |
|
177. |
Toxuculuq sənayesi
müəssisə avadanlıqlarının
quraşdırıcısı |
2-6 |
Ìîíòàæíèê îáîðóäîâàíèÿ ïðåäïðèÿòèé òåêñòèëüíîé ïðîìûøëåííîñòè |
2-6 |
|
178. |
Turşuyadavamlı
qatları çəkən viniplastçı |
3-6 |
Êèñëîòîóïîðùèê~âè-íèïëàñò÷èê |
3-6 |
|
179. |
Turşuyadavamlı
qatlarıçəkən-yapışqançəkən |
2-6 |
Êèñëîòîóïîðùèê-ãóì-ìèðîâùèê |
2-6 |
|
180. |
Üzləyici-mərmərçi |
3-6 |
Îáëèöîâùèê-ìðàìîðùèê |
3-6 |
|
181. |
Üzləyici-mozaikaçı |
2-6 |
Îáëèöîâùèê-ìîçàè÷íèê |
2-6 |
|
182. |
Üzləyici-pardaxlayıcı |
3-5 |
Îáëèöîâùèê-ïîëèðîâùèê |
3-5 |
|
183. |
Üzləyici
tava döşəyən |
2-5 |
Îáëèöîâùèê-ïëàòî÷íèê |
2-5 |
|
184. |
Fasilə
ilə işləyən qaldırıcı nəqliyyat
avadanlıqlarının quraşdırıcısı |
2-6 |
Ìîíòàæíèê ïîäúåìíîãî îáîðóäîâàíèÿ ïðîðûâíîãî äåéñòâèÿ |
2-6 |
|
185. |
Fasiləsiz
işləyən qaldırıcı nəqliyyat avadanlıqlarının
quraşdırıcısı |
2-6 |
Ìîíòàæíèê ïîäúåìíî-òðàíñïîðòíîãî îáîðóäîâàíèÿ íåïðåðûâíîãî äåéñòâèÿ |
2-5 |
|
186. |
Futerçi
(turşuya davamlı qatları düzəldən) |
2-6 |
Ôóòåðîíùèê (êèñëîó-ïîðùèê) |
2-6 |
|
187. |
Xarici
borukəmərlərinin quraşdırıcısı |
2-6 |
Ìîíòàæíèê íàðóæíûõ òðóáîïðîâîäîâ |
2-6 |
|
188. |
Hidroaqreqatların
quraşdırıcısı |
2-6 |
Ìîíòàæíèê ãèäðîàãðåãàòîâ |
2-6 |
|
189. |
Hidroizolyasiya
işlərində izoləedici |
1-6 |
Èçîëèðîâùèê íà ãèäðîèçîëÿöèè |
1-6 |
|
190. |
Hidrotexniki
qurğuların mexaniki avadanlıqlarının
quraşdırıcısı |
2-6 |
Ìîíòàæíèê ìåõàíè÷åñêîãî îáîðóäîâàíèÿ ãèäðîòåõíè÷åñêèõ ñîîðóæåíèé |
2-6 |
|
191. |
Çeşidləşdirici
təpə avadanlıqlarının
quraşdırıcısı |
2-6 |
Ìîíòàæíèê îáîðóäîâàíèÿ ñîðòèðîâî÷íûõ ãîðîê |
2-6 |
|
192. |
Şüşəsalan |
2-5 |
Ñòåêîëüùèê |
2-5 |
TARİF - İXTİSAS
XÜSUSİYYƏTLƏRİ
§ 1. Avtomatik nəzarət,
tənzimləmə və idarəetmə cihaz və aparaturalarının
quraşdırıcısı
2-ci dərəcə
İşin xüsusiyyəti. Avtomatik nəzarət, tənzimləmə və
idarəetmə cihaz və aparatura və onlarla bağlı konstruksiyaların
quraşdırılmasında ən sadə işlərin
icrası.
Bilməlidir:
Avadanlıqların açılma üsullarını. Ən
sadə takelaj ləvazimatlarının növlərini və
onların tətbiq edilmə qaydalarını. Bərkitmə
detallarının əsas növlərini. Çilingər
alətlərinin təyinatını. Cihaz və
aparaturaların quraşdırılmasında tətbiq
edilən boru və materialların növlərini.
İş nümunələri. Boru və elektrik şəbəkələri
üçün ən sadə bərkitmə
detallarının hazır nişanlama üzrə qurulması,
Qeyri vacib detalların boltla bərkidilməsi. Avadanlıqların
açılması. Aparat, kabel, boru və avadanlıqlarda
markalarına birkaların hazırlanması və qurulması.
Boru, ventil, fasonlu detal, bərkitmələrin
çeşidlənməsi, yardımçı
materialların hazırlanması.
§ 2.
Avtomatik nəzarət, tənzimləmə və
idarəetmə cihaz və aparaturalarının
quraşdırılması
3-cü dərəcə
İşin xüsusiyyəti. Avtomatik nəzarət, tənzimləmə və
idarəetmə cihaz və aparatura və onlarla bağlı
konstruksiyaların quraşdırılmasında ən sadə
işlərin icrası.
Bilməlidir:
işlədilən materialların əlamətlərini. (çeşidlənməsini).Quraşdırılan
avadanlıqların təyinatını.
Qeyri-mürəkkəb quraşdırma işlərinin
yerinə yetirilmə üsullarını. Sadə takelaj
vasitələrindən istifadə etmə qaydalarını
və onların quruluşunu.
İş nümunələri. Ülgü üzrə detalların
nişanlanması. Mexanikləşdirilmiş alətlə
deşiklərin deşilməsi. Yivli və flanslı
birləşmələrin yığılması. Əl
alətləri ilə yivlərin kəsilməsi. Altlıq
və aralıqların hazırlanması.
Metalkonstruksiyaların düzəldilməsi. Qovuşmaların
quraşdırıcı boltlarla bərkidilməsi.
Lövhələrin hazır, kəsilmiş yerlərində
və qurulmuş konstruksiyalarda cihazların
quraşdırılması. Boru və elektrik
şəbəkələrinin bərkidilməsi.
§ 3. Avtomatik nəzarət,
tənzimləmə və idarəetmə cihaz və
aparaturalarının quraşdırıcısında mürəkkəb
işlərin icrası
4-cü dərəcə
İşin xüsusiyyətləri. Avtomatik nəzarət, tənzimləmə və
idarəetmə cihaz və aparatura və onlarla bağlı
konstruksiyaların quraşdırılmasında ən sadə
işlərin icrası.
Bilməlidir: boru və
elektrik şəbəkələrin
quraşdırılmasında tətbiq edilən material,
məmulat, alət və ləvazimatların
nomenklaturasını. Boru və elektrik
şəbəkəsinin quraşdırma qaydalarını.
Boru xəttinin sıxlıq və möhkəmliyə
sınaqdan keçirilmə üsul və qaydalarını.
Lövhə və pultlara boru keçirilmələrini.
Lövhə və pultların konstruksiya, tiplərini və
onların quraşdırma qaydalarını. I, II kateqoriya
mürəkkəbli cihazların və III kateqoriya
mürəkkəbli potensiometr və difmanometrlərin
təyinatı, işləmə prinsipi və quraşdırma
qaydalarını. Cihaz və avtomatlaşdırma
vasitələri altı konstruksiyaların qoyulması
üçün avtomatlaşdırma vasitələrinin
nişanlama üsullarını. Lövhə və
konstruksiyalarda cihazların boru bağlamalarının əsas
elementlərini. Quraşdırılmış avadanlıqların
yoxlanılıb düzəldilməsinin ön sadə
üsullarını. Yüklərin ilmələnmə və
yerdəyişmə, habelə mexanikləşdirilmiş
takelaj avadanlıqlarından istifadə etmə
üsullarını.
İş nümunələri. I-IV kateqoriyalı boru xəttinin
quraşdırılma və sınaqdan keçirilməsi.
Lövhə və konstruksiyalarda cihazların mis, polietilen,
polad boruları ilə bağlamasının yerinə
yetirilməsi. I və II mürəkkəblik kateqoriyalı
cihazların quraşdırılması: datçiklər -
temperatur releləri; millivoltmetr və pirometrik laqometrlər;
manometrik termometrlər; temperatur ölçmək
üçün komplektlər; potensiometrlər; körpü
və milliampermetrlər; manometr; dartıcı
maşınların gücünü ölçən cihaz;
təzyiqölçənlər; vakuummetrlər,
səviyyə siqnalizatorların elektron blokları; indikator
və təzyiq siqnalizatorları; ikinci elektrik cihaz; elektron,
pnevmatik göstərici, inteqrasiya və tənzimləmə
qurğusu ilə olan göstəriciləri məsafəyə
ötürməklə özüyazanlar; qazoanalizatorların
yardımçı qurğusu; sənaye pnevmoavtomatika
elementlərinin unifikasiya edilmiş sistemlərinin
aparaturaları (USEPPA); elektrik və elektrik mexaniki
tənzimçi; kompensasiya qutuları; transformatorlar; hesablayıcı-impulslu
və hesablayıcı-addımlı rele; əl distansiya
idarəetmə pnevmatik kran və panelləri; hava reduktor
və süsgəcləri; III kateqoriya mürəkkəbli
potensiometr və difmanometrlər. Boru və elektrik xətti
trassı üçün konstruksiyaların
quraşdırması. Divar və örtükdən
keçməklə tək keçidlərin qurulması. Metal
qolların çəkilməsi. Qoruyucu
borukəmərlərinin çəkilməsi (partlayış
təhlükəli borulardan savayı). Naqillərin qutu və
qoruyucu borularda çəkilməsi. Kabel və boru
girişlərinin lövhə və pultlarda
quraşdırılması. Lövhə, pult və
cihazların yerlə birləşmələrinin
quraşdırılması. Boru xəttinin cihaz və
seçmə qurğulara qoşulması. Cihaz və icra
mexanizm altı konstruksiyaların quraşdırılması.
Şkaf və panel lövhə və pultlarının
quraşdırılması. Genişləndirici,
nəmayırıcı, kondensasiya,
bölüşdürücü və
səviyyələndirici qabların
quraşdırılması. Bağlayıcı armaturların
quraşdırma və yoxlanması. Endirilmə, təzyiq
və qaz analiz etmə cihazların seçmə
qurğularının quraşdırılması.
Quraşdırılmış cihaz və aparaturalarının
yoxlanması.
§ 4. Avtomatik nəzarət,
tənzimləmə və idarəetmə cihaz və
aparaturalarının quraşdırıcısı
5-ci dərəcə
İşin xüsusiyyəti. Avtomatik nəzarət, tənzimləmə və
idarəetmə cihaz və aparaturalarının
quraşdırıcısında mürəkkəb
işlərin icrası.
Bilməlidir: Yük daşıyan
konstruksiyaların qurulmasına qoyulan tələbləri
və boru və elektrik xətti trassasının nişanlama
üsullarını. Bloklarla boru xətti və I və II
kateqoriya boru xəttinin quraşdırılmasına qoyulan
əlavə tələbləri. Partlayış və
yanğın təhlükəli zonalarda quraşdırma
işlərinin yerinə yetirilməsinin qayda və
üsullarını. Tək və qruppalı boru və elektrik
xəttinin sıxlaşdırılmış
keçidlərinin quraşdırma üsullarını.
Pnevmatik, elektron və hidravlik tənzimləyici və icra
mexanizmlərinin təyinat, iş prinsip və quraşdırma
qaydalarını. Quraşdırılmış avtomatizasiya
sistemlərinin təhvil verilmə qaydalarını və
ən sadə sazlama işlərinin yerinə yetirilməsini.
İş nümunələri. Eskizləri tərtib etməklə boru və
elektrik xətlərinin çəkilmə yerinin
nişanlanması. I-II kateqoriyalı boru xətlərinin
(tək və bloklarla) quraşdırma və sınaqdan
keçirilməsi. Qruppalı boru və elektron xəttinin
sıxlaşdırıcı keçidlərinin
quraşdırılması. III kateqoriya mürəkkəbli
cihazların quraşdırılması: “Pusk-ZP”, “Pusk-ZS”
pnevmatik sistem; avtomatik tənzimləmənin elektron-hidravlik
“Kristal”-sistemi, elektrik pnevmatik cihaz komanda cihazları;
Bişmə qabağı xəbərdar etmə bloklarla
dövrə vuran çox nöqtəli qurğular. (“Sentr”-sistemi).
Cihaz, icra mexanizm və konstruksiyaların bloklu
quraşdırılması. Lövhə və konstruksiyalarda
mis, polietilen və polad borularla cihazların mürəkkəb
boru bağlaması. Manometrik termometr kapillyarlarının
çəkilməsi. Partlayış və yanğın
təhlükəli zonalarda quraşdırma işlərinin
yerinə yetirilməsi. Tənzimləyici orqanlarla icra
mexanizmlərinin mexaniki birləşmələrinin
quraşdırılması. Quraşdırılmış
cihaz və aparaturaların yoxlanması.
§ 5.
Avtomatik nəzarət,
tənzimləmə və idarəetmə cihaz və
aparaturalarının quraşdırıcısı
6-cı dərəcə
İşin xüsusiyyəti. Avtomatik nəzarət, tənzimləmə və idarəetmə
cihaz və aparaturalarının
quraşdırıcısında mürəkkəb
işlərin icrası.
Bilməlidir: Fiziki-mexaniki
analiz üçün cihazların və onların
seçmə qurğularının işləmə prinsipi
və quraşdırma xüsusiyyətlərini. Yüksək
təzyiqli boru xətti, habelə oksigen kömürünün
quraşdırılması üzrə qoyulan əlavə
tələbləri. Quraşdırılmış
sistemlərin fərdi sınaqdan keçirilmə
qaydalarını, cihaz və avtomatizasiya sistemlərinin
quraşdırılmasında üstü
örtülmüş işlərin tərtib
olunmasını.
İş nümunələri. Fotoelektrik pirometr və kalorimetr, qazanalizator,
xromatoqraf, konsentrometr, sıxlığı
ölçənlərin quraşdırılması.
Quraşdırılmış cihaz və aparaturaların
yoxlanması. Eskizləri tərtib etməklə
mürəkkəb boru xətləri trass sahələrinin
ölçülməsi.
Bloklarla çoxpanelli lövhələrin quraşdırılması.
Fiziki-kimyəvi analiz cihazları və
nümunələri seçmə sistemlərinin
quraşdırılması. Bütün tipli məntiq
elementləri, hesablama texnikası, texnoloji prosesin AİS-nin
quraşdırılması.
§ 6. Avtomatik
nəzarət, tənzimləmə və idarəetmə cihaz,
aparatura və sistemlərinin sazlayıcı (NÖC və
avtomatikanın sazlayıcısı)
4-cü dərəcə
İşin xüsusiyyəti I kateqoriya mürəkkəbli avtomatik
nəzarət, tənzimləmə və idarəetmə
aparaturasının quraşdırmaqabağı yoxlanması,
avtonom və kompleks sazlama.
Bilməlidir: Elektrotexnika
və elektronikanın əsaslarını. 1-ci kateqoriya
mürəkkəbli avtomatik nəzarət,
tənzimləmə və idarə-etmə aparaturasının
təyinatı, quruluşu və işləmə
prinsiplərini. İşçi ölçmə sistemini
yoxlamaq üçün ayrılmış nümunəvi cihaz
və qurğuları. 1-ci kateqoriya mürəkkəbli
cihazların quraşdırma və sazlama üsullarını.
1-ci kateqoriya mürəkkəbli cihazların yoxlanması
üzrə dəyişikliklərlə QOST 8.002-71
“Ölçmə vasitələrinin yoxlama,
təftişi və ekspertizasının təşkili və
keçirilmə qaydaları” və QOST 8.513-84 “Ölçü
vasitələrinin yoxlanması” Elektrik sxemlərinin oxunma
qaydalarını.
İş nümunələri. Ayrı-ayrı element, ilkin və
ötürücü dəyişdiricilərin (datçik),
blokirovkanın, idarəetmə sxemlərində
işlədilən siqnalizator, qoruyucu, KS, ASK və digər
vahid şəklə salınmış komplekslərin ikinci
cihazlarının quraşdırmaqabağı yoxlanma və
tənzimlənməsi, məsafə idarəetmə elektrik
sxemlərinin avtonom və kompleks sazlanması.
§ 7. Avtomatik
nəzarət, tənzimləmə və idarəetmə cihaz,
aparatura və sistemlərinin
sazlayıcısı (NÖC və avtomatikanın
sazlayıcısı)
5-ci dərəcə
İşin xüsusiyyəti. 2-ci kateqoriya mürəkkəbli avtomatik
nəzarət, tənzimləyici və idarəetmə
aparaturasının quraşdırmaqabağı yoxlanması,
avtonom və kompleks sazlanması.
Bilməlidir: İstehsal
proseslərinin avtomatlaşdırılması ilə
bağlı əsas anlayış və istilahları. 2-ci
kateqoriya mürəkkəbli avtomatik nəzarət,
tənzimləyici və idarəetmə aparaturasının təyinat, quruluşu və
işləmə prinsiplərini. 2-ci kateqoriya
mürəkkəbli cihazların quraşdırılma və
sazlama üsullarını. 2-ci kateqoriya mürəkkəbli
texniki cihazların yoxlanması üzrə
dəyişikliklərlə QOST 8002-71 “Ölçmə
vasitələrinin yoxlama, təftişi və
ekspertizasiyasının təşkili və keçirmə
qaydaların və QOST 8.513-84 “Ölçmə
vasitələrinin yoxlanması” Avtomatik idarəetmənin
elektrik və pnevmatik sxem və hidravlik sxemlərinin
işləmə prinsiplərini. Orta ixtisas təhsil
tələb olunur.
İş nümunələri. Unifikasiya edilmiş KS, ASK komplekslərinin funksional
və tənzimləyici qurğularının ayrı-ayrı
elementlərinin və digər hidravlik tənzimləmə
sistemləri, qazların tərkib və yığım
üzrə siqnalizatorları, lokal funksional və
tənzimləyici qurğuların quraşdırmaqabağı
yoxlanma və tənzimlənməsi; elektrik, pnevmatik, hidravlik
idarəetmə və mühafizə sistemləri, parametrlərə
nəzarət edən sistem və lokal cihazların avtonom
və kompleks sazlanması.
§ 8.
Avtomatik nəzarət tənzimləmə və
idarəetmə cihaz, aparatura və sistemlərinin
sazlayıcısı (NÖC və avtomatik sazlayıcı)
6-cı dərəcə
İşin xüsusiyyəti. 3-cü kateqoriya mürəkkəbli avtomatik
nəzarət, tənzimləyici və idarəetmə
aparaturalarının quraşdırmaqabağı
yoxlanması, avtonom və kompleks sazlanması.
Bilməlidir: Kontaktsız
və hesablayıcı-həlledici qurğularla bağlı
əsas anlayış və istilahları. 3-cü kateqoriya
mürəkkəbli avtomatik nəzarət, tənzimləyici
və idarəetmə aparaturasının təyinat, quruluş
və işləmə prinsiplərini. 3-cü kateqoriya
mürəkkəbli cihazların quraşdırılma və
sazlanma üsullarını. 3-cü kateqoriya
mürəkkəbli texniki cihazların yoxlanması
üzrə dəyişikliklərlə QOST 8.002-71
“Ölçmə vasitələrinin yoxlanma, təftiş
və ekspertizasiyasının təşkili və
keçirilmə qaydalarını və QOST 8.513-74
Ölçmə vasitələrinin yoxlanması” Avtomatik
tənzimləmə sistemləri haqqında əsas
anlayış və onlardan ən sadələrinin sazlanma
metodlarını. Orta ixtisas təhsil tələb olunur.
İş nümunələri. Qazanalizator, rN-metr, plotnomer, viskozometr,
xromatoqrafların, ayrı-ayrı elementlərinin
quraşdırmaqabağı yoxlanma və
tənzimlənməsi. İdarəetmə sisteminin avtonom
və kompleks sazlanması və kontaktsız qurğu hesablama
texnikası, “P” və “N” qanuni tənzimləmə, ilə
avtomatlaşdırılmış tənzimlənmə
sistemləri, kontaktsız qurğu və hesablama texnikası
əsasında idarəetmə və qorunma sistemlərinin
avtonom və kompleks sazlanması.
Qeyd: Cihaz, aparatura və
avtomatik nəzarət, tənzimləmə və
idarəetmə, cihaz, aparatura və sistemlərin sazlanması
üzrə daha mürəkkəb işlər
mühəndis-texniki heyət tərəfindən yerinə
yetirilir.
§ 9. Ağac emalı
müəssisələrinin avadanlıqlarının quraşdırıcısı
2-ci dərəcə
İşin xüsusiyyəti. Ağac emal edən müəssisə
avadanlığının və onunla bağlı
konstruksiyaların quraşdırılması ən sadə
işlərin yerinə yetirilməsi.
Bilməlidir:
Avadanlığın açılma üsullarını.
Ən sadə takelaj ləvazimatlarının növləri
və onların istifadə edilmə üsullarını.
Avadanlıq detallarının yağlama üsullarını.
Çilingər alətlərinin təyinatını.
İş nümunələri. Qeyri-vacib detalların boltla bərkidilməsi.
Avadanlığın açılması. Aparat və
avadanlıqdan nömrə lövhəciklərinin
hazırlanma və qurulması.
§ 10. Ağac emalı
müəssisələrinin avadanlıqlarının quraşdırıcısı
3-cü dərəcə
İşin xüsusiyyəti. Ağac emal edən müəssisə
avadanlığının və onunla bağlı
konstruksiyaların quraşdırılmasında sadə
işlərin yerinə yetirilməsi.
Bilməlidir: İstifadə
edilən materialların əlamətlərini.
Mürəkkəb olmayan quraşdırma işlərinin
yerinə yetirmə üsullarını. Sadə takelaj
vasitələrinin quruluşunu və onlardan istifadə
qaydalarını.
İş nümunələri. Ülgü üzrə detalların
nişanlanması. Dişli çarx və drellə
oyuqların deşilməsi. Yivli və flanslı
birləşmələrin yığılması. Yivlərin
əl alətləri ilə kəsilməsi. Altlıq və
aralıqların hazırlanması. Metalkonstruksiyasının
düzəldilməsi. Bitişmə yerlərinin
quraşdırıcı boltla bərkidilməsi. Mişarlama
dəzgahı üçün mühafizə
örtüyünün qoyulması.
§ 11. Ağac emalı
müəssisələrinin avadanlıqlarının quraşdırıcısı
4-cü dərəcə
İşin xüsusiyyəti. Ağac emal edən müəssisə
avadanlığının və onunla bağlı
konstruksiyaların quraşdırılmasında orta
mürəkkəbli işlərin yerinə yetirilməsi.
Bilməlidir: Orta mürəkkəbli
avadanlıqaltı bünövrə
ölçülərinin yoxlama üsullarının və bu
avadanlığın quraşdırma metodlarını.
Mexanikləşdirilmiş alətlərdən istifadə
etmə üsullarını. Quraşdırılmış
avadanlığın yoxlanılıb düzəldilməsinin
ön sadə üsullarını. Hidravlik sınağın
keçirmə üsullarını. Yükün
ilmələnmə və yerdəyişmə
üsullarını. Mexanikləşdirilmiş takelaj
avadanlıqdan istifadə etmə qaydalarını. Quraşdırılan
avadanlığın quruluşunu.
İş nümunələri. Yapışqan qarışdıran, yapışqan
yayma dəzgahı bakelizator,
qabırğayapışdırıcı lentli dəzgahlar,
balansir mişar, çoxmişarlı, dairəvi,
qıraqkəsən və mişaritiləyən
dəzgahların quraşdırılması. Verilmə,
dartıcı və qulpun zəncirinin mexanizm, mişar
dəzgahının verilmə mexanizmi və tormoz sisteminə
qoyulması. Şalbandaşıyanın işçi
zəncirinin qoyulması. Kronşteynlər və zəncirin
istiqamətləndirici təkərciklərinin, mexaniki
tullayıcı dönən ling və kömək edici
arabacıq komplektində sıxaclı hidrofiksasiyalı
arabacıqların qurulması.
§ 12. Ağac emalı
müəssisələrinin avadanlıqlarının quraşdırıcısı
5-ci dərəcə
İşin xüsusiyyəti. Ağac emal edən müəssisə
avadanlıqlarının və onunla bağlı
konstruksiyaların quraşdırılmasında
mürəkkəb işlərin icrası.
Bilməlidir: Quraşdırma
oxlarının nişanlanma, qurulma və yerinin
dəyişdirilmə üsullarını.
Quraşdırmaaltı bünövrə və
avadanlığın qurulma yerinin yoxlanma və qəbul
qaydalarını. Mürəkkəb avadanlıqların
quraşdırma üsullarını. Quraşdırılan
avadanlığın tarazlaşma,
mərkəzləşmə, yoxlanılıb
düzəldilmə və tənzimlənmə
üsullarını. Yağlama sisteminin quruluşunu və
işləmə prinsiplərini. Maşın və
mexanizmlərin quraşdırılmasına qoyulan
tələbləri və müəyyən edilmiş yol
verilə bilən artıq-əskikliyi. Mürəkkəb
avadanlığın istismara təhvil verilmə
qaydalarını.
İş nümunələri. Press-rəndələmə, dilçəkli,
bıçaq itiləyən, qurucu və mərkəzləşdirmə
dəzgahların, çəpinə yapışdırmaq
üçün dartavalı presslərin, konveyerli mexaniki
vaymların, şalbandaşıyan, calaq vuranlar, rəndələyən,
formatkəsən, pultlarsız idarəedilən yonqarlı,
tavalı dəzgahların quraşdırılması.
Yonqarlı-tavalı qurğuların quraşdırılması:
çəkici qırıcı, dozatorlar nəzarət
tərəzilər, qarışdırıcılar,
təkərcikli transportyorlar, tavaatanlar, ağaclifli tavaları
uzununa və eninə kəsmək üçün
dəzgahlar. Taxta-şalban kəsən sexin
avadanlığının quraşdırılması: taxta
mişarlayan dəzgah, avtomatik şalban daşıyan, mexaniki
atıcı, sıxaclı hidrofikasiyalı arabacıq,
hidravlik zəncirli şalban götürüb qoyan, rolqanq
və zəncirli transportyorlar.
§ 13. Ağac emalı
müəssisələrinin avadanlıqlarının quraşdırıcısı
6-cı dərəcə
İşin xüsusiyyəti. Ağac emal edən müəssisələr
avadanlığın quraşdırılması üzrə
yüksək dəqiqlik tələb edən xüsusi
mürəkkəb işlərin yerinə yetirilməsi.
Bilməlidir: Xüsusi
mürəkkəb avadanlığın quraşdırılma
üsullarını. Avadanlığın
tənzimlənmə və sazlanma üsullarını. Aqreqat
və maşınların istismara verilməsində onların
yoxlama qaydalarını.
İş nümunələri. Qabıq təmizləyən dəzgah,
hidrokommunikasiyalı yapışqanlayıcı press,
cilalayıcı, sıyırıcı, pultla idarə olunan
yonqarlı - tavalı dəzgahların hidravlik press, doldurucu -
boşaldıcı mexanizmi olan pressli doldurucu və
boşaldıcı etajerka və hidrosilindrlərlə
üfüqi qaldırıcı etajerkaların
quraşdırılması.
§ 14. Akkumulyator batareyaları
üzrə elektrik quraşdırıcısı
2-ci dərəcə
İşin xüsusiyyəti. Akkumulyator batareyalarının quraşdırılmasında
ən sadə işlərin icrası.
Bilməlidir: Naqil və
kabellərin əsas markalarını. Əlvan və qara
metalların əlamətlərini. Akkumulyator
batareyalarının hazırlanma və
quraşdırılmasında tətbiq edilən əsas
materialları. Bərkitmə detal və xırda konstruksiyaların
əsas növlərini. Elektrik quraşdırma
işlərində tətbiq edilən alətlərin əsas
növlərini.
İş nümunələri. Bərkitmə detallarının qoyulması.
Dəqiq ölçülər tələb olunmayan xırda
bərkitmə detal və aralıqların hazırlanması.
Akkumulyatorlar üçün qablarla olan yeşiklərin
açılması.
§ 15. Akkumulyator batareyaların
üzrə elektrik quraşdırıcısı
3-cü dərəcə
İşin xüsusiyyəti. Akkumulyator batareyalarının
quraşdırılmasında sadə işlərin icrası.
Bilməlidir: Bərkitmə
detal və armaturların əsas növlərini. Sadə cihaz,
elektrik aparat, tətbiq edilən elektrikləşdirilmiş
və pnevmatik alətlərin quruluş əsaslarını.
Sadə elektrik sxemlərini. Takelaj vasitələrinin əsas
növlərini və onlardan istifadə edilən qaynaq
avadanlıqlarının növlərini və ondan istifadə
etmə qaydalarını.
İş nümunələri, Barabanları qoymaqla naqillərin
açılması. Avadanlığın
rənglənməsi. Müxtəlif ziddiyyətli
elektrodların quraşdırmaya hazırlanması.
Elektrodların təmizlənməsi və son
hazırlığı (rixtovkası). Qurğuşun
elektrodlarının qablara qoyulması. Elektrodların
yoxlanılıb düzəldilməsi.
§ 16. Akkumulyator batareyaları
üzrə elektrik quraşdırıcısı
4-cü dərəcə
İşin xüsusiyyəti. Akkumulyator batareyalarının
quraşdırılması üzrə orta mürəkkəb
işlərin icrası.
Bilməlidir: Akkumulyator
batareyalarının quruluş əsaslarını.
Armaturların tərtib etmə qaydasını.
İzolyasiyanın müqavimətinin ölçmə
üsullarını. Orta mürəkkəbli elektrik
sxemlərini. Kəsiyinin sahəsi 70 mm2 qədər olan
bütün markalı naqil və kabellərin
birləşmə uclarının bağlama və qoşulma
üsullarını. Avadanlıqların ilmələnmə
və yerdəyişmə qaydalarını.
Mexanikləşdirilmiş takelaj avadanlığından istifadə
etmə üsullarını və onun quruluşunu. Porşenli
quraşdırıcı tapançaların quruluşunu
və onların xidmət etmə qaydalarını. Rele
mühafizəsinin təyinatını. Maksimal cərəyan
mühafizəsinin işləmə prinsip və sxemlərini.
Akkumulyator batareyalarının quraşdırılması
üzrə, işin yerinə yetirilməsi üçün,
material və avadanlıqların komplektləşmə
qaydalarını. Elektrolitin hazırlanma və tökülmə
qaydalarını. Akkumulyator batareyalarının doldurulma
və boşaldılmasında təhlükəsizlik
tədbirlərini.
İş nümunələri. Kəsiyinin sahəsi 70 mm2 qədər,
bütün markalardan olan naqil və kabellərin, qaynaqdan
savayı, bütün üsullarla birləşmə,
ucların bağlanma və qurğuları. Mühafizə
qurğuları, örtük və çəpərlərin
qurulması. Porşenli - quraşdırıcı
tapançanın köməyi ilə konstruksiya və aparatların
bərkidilməsi. Ucluqların kabel və naqil damalarına
lehimlənməsi və ya preslənməsi. Dəmirbənd
və metal dayaq konstruksiyalarının qurulması.
Konstruksiyaların yapışdırmaqla bərkidilməsi.
Bütün növ stellajların quraşdırılması.
Akkumulyator şkafının quraşdırılma və
yoxlanılıb düzəldilməsi. Akkumulyator
batareyalarının axmasının yoxlanması.
Qurğuşun atmalarının qurulması. Şkaflarda
akkumulyator batareyalarının quraşdırılması.
Plastinin lehimlənməsi.
§ 17. Akkumulyator batareyaları
üzrə elektrik quraşdırıcısı
5-ci dərəcə
İşin xüsusiyyəti. Akkumulyator batareyalarının
quraşdırılması üzrə mürəkkəb
işlərin icrası.
Bilməlidir: Quraşdırılan
akkumulyator batareyalarının elektrik sxemlərini və
onların yoxlama üsullarını. Stend və emalatxanalarda
hazırlamaq üçün, naqillərin ayrı-ayrı düyünlərinin
ölçülmə və eskizlərinin hazırlanma
qaydalarını. İcra olunmuş sxemlərin yoxlanma
üsullarını. Elektrodların qaynaq etmə
qaydalarını və akkumulyator batareyalara birləşmə
qaydalarını. Akkumulyator batareyalarının texniki
xüsusiyyətlərini.
İş nümunələri. Akkumulyator batareya altı stellajların
nişanlanması. Aparma tipli akkumulyator batareyalarının
stellajlarda quraşdırılması. Akkumulyator
batareyalarının şinlənməsi. Tumboçkaların
qurulma yerlərinin nişanlanması. Plastinlərarası
və polyus kontaktarası izolyasiyanın yoxlanılması.
Elementlər arası birləşmələrin qaynaq
edilməsi. Mis, alüminium və ya polad şinlərin kabel
ucluqlarına lehimlənməsi.
§ 18. Akkumulyator batareyaları
üzrə elektrik quraşdırıcısı
6-cı dərəcə
İşin xüsusiyyəti. Akkumulyator batareyalarının
quraşdırılması üzrə xüsusi
mürəkkəb işlərin icrası.
Bilməlidir: Güc,
nəzarət və xüsusi kabellərin hazırlanma və
quraşdırma üsullarını. Paylaşdırma
lövhə, pult, idarəetmə və mühafizə
lövhələrinin konstruksiyalarını. Elektrik texniki
qurğuların quruluşunu. Obyektlərin istismara təhvil
verilməsinin texniki şərtlərini. Partlayış
təhlükəli zonalarda işlərin yerinə yetirilmə
qaydalarını. Akkumulyator batareyalarının tərtib
etmə sxem və üsullarını.
İş nümunələri. Bütün tipli akkumulyator batareyalarının
tərtib edilməsi. Stellajlarda stasionar tipli akkumulyator
batareyalarının yoxlanma və sınaqdan keçirilməsi
(bütün tipli akkumulyator batareyalarının sazlama
üçün təhvil verilməyə
hazırlığı). Quraşdırma yerində
ölçülmə işinin yerinə yetirilməsi,
sifarişin qrafik hissəsinin tərtib edilməsi, eskiz və
sxemlərin işlənib hazırlanması.
§ 19. Armaturçu
1-ci dərəcə
İşin xüsusiyyəti. Armatur və armokonstruksiyaların hazırlanma
və quraşdırılmasında yardımçı
işlərin yerinə yetirilməsi.
İş nümunələri. Armatur poladların pasdan təmizlənməsi.
Armatur poladların qəfəslərə və qalaqlarla
yığılması. Armatur və armokonstruksiyaların
əl ilə daşınması.
§ 20. Armaturçu
2-ci dərəcə
İşin xüsusiyyəti. Armatur və armokonstruksiyaların hazırlanma
və quraşdırılmasında yardımçı
işlərin yerinə yetirilməsi.
Bilməlidir: Armatur
poladların növlərini. Poladın açılma və yığılma
qaydalarını. Armatur poladların növlərini.
Poladın açılma və kəsilmə qayda və
üsullarını. Hazır karkasların nəqledilmə
və yığılma qaydalarını. Armaturları
açan, düzəldən və kəsən əl bucurqad
və əl dəzgahlarının quruluşunu. Armatur
konstruksiyaların quraşdırılmasında ən sadə
işarələrin verilmə qaydalarını.
İş nümunələri. Armatur poladların marka və diametrlər
üzrə çeşidlərə ayrılması. Əl
bucurqad ilə armatur poladların açılması və
dartılması, Armatur poladın düzləndirilməsi.
Əl dəzgahlarında armatur poladın kəsilməsi.
Əl dəzgahında armatur poladın əyilməsi, sadə
yastı karkasların bağlanması. İnventar stroplarla
armatur konstruksiyaların ilişdirilməsi.
§ 21. Armaturçu
3-cü dərəcə
İşin xüsusiyyəti. Armatur və armokonstruksiyaların hazırlanma
və quraşdırılmasında yardımçı
işlərin yerinə yetirilməsi.
Bilməlidir: Armaturun əsas
növlərini. Armatur hazırlayan əl,
ötürücü və yarımavtomat dəzgahların
quruluş əsaslarını. Armaturun hazırlanma
qaydalarını. Sadə armatur və armokonstruksiyaların
yığılma, qurulma və bərkidilmə
üsullarını. Armatur və armokonstruksiyaların
hazırlanma və quraşdırılmasında yol verilə
bilən artıq-əskikliyi.
İş nümunələri. Elektrik bucurqadı ilə armatur poladın
açılması və dartılması.
Ötürücü və yarımavtomat dəzgahlarda armatur poladın
kəsilməsi. Bir mildə dördə qədər
əyilmə tələb olduğu hallarda, əl və mexaniki
dəzgahlarda armatur poladın əyilməsi.
Sadə konstruksiyaların qəlibində mil və
karkasların yerləşdirilməsinin nişanlanması.
Kütləsi 100 kq-a qədər olan sadə tor və
yastı sadə karkasların yığılması və
qurulması. Konstruksiya və məmulatlarda ən sadə
qoyulma hissələrin yerləşdirilməsi və
bərkidilməsi. Bünövrə və tavalara
ayrı-ayrı millərdən olan armaturun qoyulması.
§ 22. Armaturçu
4-cü dərəcə
İşin xüsusiyyəti. Armatur və armokonstruksiyaların hazırlanma
və quraşdırılmasında yardımçı
işlərin yerinə yetirilməsi.
Bilməlidir: Bütün
növlərdən olan armatur, armokonstruksiyaların
quraşdırılması, armaturun qabaqcadan
gərginləşdirilməsi üçün takelaj qurğu
və mexanizmlərin tətbiq olunma üsullarını. Mil,
sadə tor və yastı karkasların ülgü (şablon)
və ya konduktorda yerləşdirilməsinin
nişanlanması, cizgi və eskiz üzrə yoxlanılıb
düzəldilməsi. Armaturun qaynaq üçün, o
cümlədən vanna üsulu ilə hazırlanma
qaydalarını.
İş nümunələri. Bir mildə əyilmələrin sayı
dörddən çox olduğu hallarda əl və
ötürücü dəzgahlarda armatur poladın
əyilməsi. Kütləsi 100 kq-dan çox olan sadə tor
və yastı karkasların və kütləsi 100 kq-a
qədər olan ikiqat torların yığılma və
quraşdırılması. Ayrı-ayrı millərdən olan
armaturun massiv, sütunaltı, sütun, divar və
arakəsmələrə qoyulması. Sütunların armatur
mil və dəstələrinin qabaqcadan dartılması. Orta
mürəkkəbli konstruksiyalarda anker boltları və qoyulma
detalların yerləşdirilməsi. Yerləşdirilmiş
tor və karkasların yoxlanılıb düzəldilməsi.
Vanna tikişli qaynaq üçün, armatur
çıxıntılarının hazırlanması.
§ 23. Armaturçu
5-ci dərəcə
İşin xüsusiyyəti. Armatur və armokonstruksiyaların hazırlanma
və quraşdırılmasında yardımçı
işlərin yerinə yetirilməsi.
Bilməlidir: Yarı armatur
karkas və blokların qəbul qaydalarını. Cizgi və
eskizlər üzrə faza karkas, armoqəlib blok və
fermopaketlərin yığılmasında millərin
yerləşməsinin nişanlanmasını.
Quraşdırılmış armatur və
armokonstruksiyaların yoxlanılıb düzəldilmə
qaydasını. Qoyulma ventilyasiya detalları və AES-in boru
keçidlərinin yerləşdirilmə qaydalarını.
İş nümunələri. Mürəkkəb tor və yastı karkasların
(kütləsindən asılı olmayaraq), sadə fəza
karkaslarında kütləsi 100 kq-dan çox olan 2 qat
torların yığılma və quraşdırılması.
Hərəkət edən qəlibdə betonlanan konstruksiyalar
üçün, armaturun yığılması. Cizgi
üzrə tavalı əsaslarda, tirsiz və
qabırğalı örtüklərdə, pilləkən
marşlarında aşırımlı körpü
tikililərində, tərs (əks) tağlarda
dağ-mədən yerlərinin əyri xətli
divarlarında, lağım, (mədən dəhlizi) soyuducu
qurğularda (qradiriya), qüllələrdə, borularda və
s. ayrı-ayrı millərdən olan armaturun
yerləşdirilməsini nişanlamaqla quraşdırılması.
Tavalı və aşırımlı körpü
tikililərinin armatur mil və dəstələrinin qabaqcadan
gərginləşdirilməsi. Mürəkkəb
konstruksiyalarda anker bolt və qoyulma detalların
yerləşdirilməsi. Qoyulan ventilyasiya detalları və AKS
boru keçidlərinin qurulması.
§ 24. Armaturçu
6-cı dərəcə
İşin xüsusiyyəti. Xüsusi mürəkkəb armatur işlərinin
yerinə yetirilməsi.
Bilməlidir: Xüsusi
mürəkkəb armaturların hazırlanma və
quraşdırılma texnologiyasını. Fəza armatur,
karkas, armoqəlib blok və fermopaketlərin yığılma
qaydalarını. Armatur dəstələrinin ayrı-ayrı
və hörülmüş məftillərdən
hazırlanma texnologiyasını.
İş nümunələri. Xüsusi mürəkkəb fəza armatur, karkas,
armoqəlib-blok və fermopaketlərin yığılma və
quraşdırılması. Darvaza üçün qoyulma
hissələri yerləşdirməklə, şlyuzların
başında, sorucu borularda, spiral kameralarda,
götürücü tirlərdə, generatoraltı konstruksiyalarda,
dibli və birləşdirici borularda, dəhlizlərdə,
havakeçiricilərində, borugeneratorlarının
bünövrələrində, bunkerlərdə, bunker
dəhlizlərində, qübbələrdə və
nazikdivarlı örtüklərdə (qabıq),
tağüstü tikililərin sütunlarında, tağlarda
və tağlararası birləşmələrdə
ayrı-ayrı millərdən hazırlanan armaturun
quraşdırılması. Ayrıca ayrı-ayrı və
hörünmüş məftillərdən armatur dəstələrinin
hazırlanması. Karkas, tor və qabaqcadan
gərginləşdirilmiş mil və
dəstələrdən aşırımlı körpü
tikililəri armaturun quraşdırılması.
Qabırğalı və qutu şəkilli aşırım
tikililərində dəstələrin qabaqcadan
dartılması. Körpü dayaqlarının və
suburaxıcı boruların armaturunun
quraşdırılması.
§ 25. Asfaltbetonçu
1-ci dərəcə
İşin xüsusiyyəti. Asfaltbeton və qara büzücü
maddələrlə emal edilən materiallardan yol
örtüyünün düzəldilməsi və
təmirində yardımçı işlərin yerinə
yetirilməsi.
İş nümunələri. Özüllərin tozdan və çirkdən
əl və sıxılmış hava ilə
təmizlənməsi. Örtüyün sökülməsi
və ya çapılmasından sonra, materialların
yığışdırılması. Avtomaşın
gövdəsinin qarışıq qalığından
təmizlənməsi.
§ 26. Asfaltbetonçu
2-ci dərəcə
İşin xüsusiyyəti. Asfaltbeton və qara büzücü
maddələrlə emal edilən materiallardan yol
örtüyünün düzəldilməsi və
təmirində ən sadə işlərin yerinə yetirilməsi.
Bilməlidir:
Örtüyün düzəldilməsi üçün,
özüllərin hazırlanma qayda və
üsullarını. Örtüyün əl ilə
sökülməsi və çapılması
üsullarını.
İş nümunələri. Örtüyün düzəldilməsi və
təmiri vaxtı özüllərin hazırlanması.
Örtüyün əl ilə sökülməsi və
çapılması. Yol materiallarının
düzləndirilməsi və qalağa
yığılması. Sındırıcı çəkic
ilə özülün təmizlənməsi.
§ 27. Asfaltbetonçu
3-cü dərəcə
İşin xüsusiyyəti. Asfaltbeton və qara büzücü
maddələrlə emal edilən materiallardan yol
örtüyünün düzəldilməsi və
təmirində ən sadə işlərin yerinə
yetirilməsi.
Bilməlidir: Asfaltbeton
örtüyün və qara büzücü
maddələrlə emal edilən materiallardan olan
örtüyün əsas növlərini. Qara
örtüyün düzəldilməsində istifadə olunan
mastika, emulsiya, asfalt qarışığı və
təsirsiz (inert) doldurucuların növlərini. Asfalt-beton
örtüyünün və eləcə də qara
büzücü maddələrlə emal edilən
örtüyün mexanikləşdirilmiş
alətlərlə sökülmə, çatılma və
üstünü bağlamaq üsullarını.
İş nümunələri. Əl paylaşdırıcısının
köməyi ilə özüllərin qara büzücü
materiallarla emal edilməsi. Dayaqlı tirlərin (brusların)
qurulması. Asfaltbeton qarışığı və isti
və soyuq vəziyyətdə qara büzücü
maddələrlə emal edilmiş materialların əl ilə
verilməsi və yerləşdirilməsi.
Nümunələrin kəsilib çıxarılması
və yarılmış yerin üstünün
örtülməsi. Asfaltbeton örtüyünün
çatlarının təmizlənməsi və
üstünün örtülməsi. Əl və
asfaltqızdırıcı və ya təmiredici qurğulardan
istifadə etməklə, asfaltbeton və qara büzücü
maddələrlə emal edilən materiallardan
örtüklərin kiçik təmiri. Asfaltbeton
örtüyün və qara büzücü
maddələrlə emal edilən materiallardan
örtüyün mexanikləşdirilmiş
alətlərlə sökülmə və
çapılması. Örtükaltı özüllərin
düzəldilməsi.
§ 28. Asfaltbetonçu
4-cü dərəcə
İşin xüsusiyyəti. Asfaltbeton və qara büzücü
maddələrlə emal edilən materiallardan yol
örtüyünün düzəldilməsi və
təmirində orta mürəkkəbli işlərin
yerinə yetirilməsi.
Bilməlidir: asfaltbeton
örtüyü altı və qara büzücü
maddələrlə emal edilən materiallardan
örtükaltı özüllərə qoyulan əsas
tələblər. Mastika, emulsiya, asfaltbeton
qarışığının keyfiyyətinə qoyulan
tələbləri. Örtüklərin düzəldilmə,
təmir və qəbulu qaydalarını. Asfaltbeton
örtüyün və qara büzücü maddələrlə
emal edilən materiallardan örtüyün çuxur
təmirinin qayda və üsullarını.
İş nümunələri. Mayak və mayak reykalarını qurmaqla, asfaltbeton
və qara büzücü maddələrlə emal edilən
materiallardan yol örtüyünün profilləməsi və
bəzəyi. Asfaltbeton və qara qarışıqla
örtüyün çuxur təmiri.
§ 29. Asfaltbetonçu
5-ci dərəcə
İşin xüsusiyyəti. Asfaltbeton və qara büzücü
maddələrlə emal edilən materiallardan yol
örtüyünün düzəldilməsi və
təmirində mürəkkəb işlərin icrası.
Bilməlidir: Asfaltbeton
örtük və qara büzücü maddələrlə
emal edilən materiallardan örtüyə qoyulan
tələbləri. Asfaltbeton qarışığı və
qara büzücü maddələrlə emal edilən materialların
sıxlaşdırılmasının qayda və sxemlərini.
Qarışıqların və qara büzücü
maddələrlə emal edilən materialların qoyulma və
sıxlaşdırılmasının temperatur rejimini.
Təkminləşdirilmiş örtüyün
düzəldilmə qaydalarını. Səthi-fəal
əlavələrlə müxtəlif asfalt-beton
qarışığından istifadə üsullarını.
Örtük zolaqlarını bir-biri ilə, habelə quyu
lyukları, qəfəslər və tramvay yolları ilə
birləşdirmə üsullarını. Asfaltbeton örtüyün
və qara büzücü maddələrlə emal edilən
materiallardan örtüyün altındakı
mürəkkəb konfiqurasiyalı özülün
bölgü üsullarını. Asfaltbeton örtükdə
kələ-kötür səthin qurulma sxemlərini.
İş nümunələri. Örtük materiallarını əl və
mexanikləşdirilmiş üsulla düzməklə,
asfaltbeton və qara büzücü maddələrlə emal
edilən materiallardan olan yol və meydan örtüklərinin
profilləşdirilməsi və bəzəyi.
Asfaltlaşdırmadan əvvəl düzəldiləcək
zolağın bölgüsü. Katok altında
sıxlaşdırılan (bərkidilən)
döşənən materialı vərdənə (katok)
ilə sıxlaşdırmaqdan öncə onun qatının
qalınlığını tənzimləmək. Asfaltdöşəyənin
qarışığı döşəməsindən sonra,
asfaltbeton və qara büzücü maddələrlə emal
edilən materiallardan olan örtüklərdə sonuncu
bəzək işlərinin aparılması. Yüksək
yapışma əmsallı xüsusi seçilmiş
qarışıqlardan və rəngli asfaltbetondan olan
örtüklərdə bəzək işlərinin aparılması.
§ 30. Asfalt və beton bişirən[5]
2-ci dərəcə
İşin xüsusiyyəti. Yol örtüyü üçün, emulsiya,
mastika, qara büzücü materiallar və asfalt
qarışıqlarının hazırlanmasında ən
sadə işlərin yerinə yetirilməsi.
Bilməlidir: Bitum və
qətran büzücü materialların açılma,
daşınma və saxlanma qaydalarını. Asfalt
qarışıqlarının əsas komponentlərinin
tərkibini. Qara büzücü materialları çəkib
vuran əl nasoslarının quruluşunu.
İş nümunələri. Taraların açılması. İnert
doldurucuların xəlbirlənməsi. Əl nasosu ilə qara
büzücü materialların çəkib vurulması.
Odunun yarılması.
§ 31. Asfalt və beton bişirən
3-cü dərəcə
İşin xüsusiyyəti. Yol örtüyü üçün, emulsiya,
mastika, qara büzücü materiallar və asfalt
qarışıqlarının hazırlanmasında ən
sadə işlərin yerinə yetirilməsi.
Bilməlidir: Mastika, emulsiya,
qara büzücü material və inert doldurucuların əsas
xüsusiyyətlərini və tərkibini. Qara
büzücü materialların qızdırılma
üsullarını, mastika və emulsiyaların hazırlanma
üsullarını. Qarışdırıcı
qurğuların quruluş əsaslarını.
Qarışdırıcı qurğuların
təmizlənmə üsullarını.
İş nümunələri. Tiyanlarda qara büzücü materialların
qızdırılması. Bitumun yarılması. Tiyan və
bitum anbarlarının material qalıqlarından
təmizlənməsi. Bitum buraxan novların və
qarışdırıcı qurğuların təmizlənməsi.
Dəmiryol sistemlərindən bitumun boşaldılması
üçün, axıdıcı lövhə navalça
və digər qurğuların qurulması və yığışdırılması.
Açıq bitum bişirən tiyanların
tərkiblərlə doldurulması.
§ 32. Asfalt və beton bişirən
4-cü dərəcə
İşin xüsusiyyəti. Açıq tiyanlarda asfalt
qarışıqlarının hazırlanması.
Bilməlidir: Qara
büzücü materiallar və asfalt
qarışıqlarının əsas xüsusiyyət və
tərkiblərini. Asfalt qarışıqlarının
hazırlanma üsullarını. Material və
qarışıqların keyfiyyətinə qoyulan əsas
tələbləri. Nəqliyyat vasitələrindən bitumun
boşaltma üsullarını.
İş nümunələri. Açıq tiyanlarda asfalt
qarışıqlarının bişirilməsi. Elektrotermik
üsulla qara büzücü materiallardan hazırlanması.
Emulsiya qurğusunda bitum emulsiyasının hazırlanması.
Sistern, bunker və yükünü özüboşaldan -
vaqonlardan bitumun boşaldılması.
§ 33. Asfalt və beton
bişirən
5-ci dərəcə
İşin xüsusiyyəti. Səyyar qarışdırıcı qurğuda
asfalt qarışıqlarının hazırlanması.
Bilməlidir: Səyyar
qarışdırıcı qurğunun quruluşunu. Asfalt
qarışıqlarının tərkibi, xüsusiyyəti
və hazırlanma üsullarını. Materialların
nəmliyini, keyfiyyətini, qranulometrik tərkibini, habelə
örtüyün konstruksiyasını nəzərə almaqla
optimal tərkibli qarışıqların seçilməsinin
üsullarını.
İş nümunələri. Səyyar qarışdırıcı qurğularda
asfalt qarışıqların hazırlanması. Tərkibli
səthi-fəal əlavələrin hazırlanması.
Rəngli asfalt qarışıqların hazırlanması.
§ 34. Atom elektrik stansiyası
avadanlıqlarının quraşdırıcısı
2-ci dərəcə
İşin xüsusiyyətləri. Reaktorlar və atom elektrik stansiyaların
yardımçı sistemlərinin avadanlıqlarının
və onlarla bağlı konstruksiyaların
quraşdırılmasında ən sadə işlərin
icrası.
Bilməlidir:
Avadanlığın açılma üsullarını.
Ən sadə takelaj ləvazimatlarının növlərini
və onların istifadə edilmə üsullarını.
Çilingər alətlərinin təyinatını.
İş nümunələri. Qeyri-vacib detalların boltla bərkidilməsi.
Avadanlığın açılması.
§ 35. Atom elektrik stansiyası
avadanlıqlarının quraşdırıcısı
3-cü dərəcə
İşin xüsusiyyətləri. Reaktorlar və atom elektrik stansiyaların
yardımçı sistemlərinin avadanlıqlarının
və onlarla bağlı konstruksiyaların
quraşdırılmasında ən sadə işlərin
icrası.
Bilməlidir: İstifadə
edilən materialların əlamətlərini.
Mürəkkəb olmayan quraşdırma işlərinin
yerinə yetirmə üsullarını. Sadə takelaj vasitələrinin
quruluşunu və onlardan istifadə etmə qaydalarını.
Avadanlıq düyün və detallarının
konservasiyasının götürmə üsullarını.
İş nümunələri: Ülgü üzrə detalların
nişanlanması. Dişli çarx və drellə deşiyin
açılması. Yivli və flanslı
birləşmələrin yığılması. Əl
alətləri ilə yivin kəsilməsi. Altlıq və
aralıqların hazırlanması. Metal konstruksiyasının
düzəldilməsi. Bitişmə yerlərinin
quraşdırıcı boltlarla bərkidilməsi. Boru
uclarının emal edilməsi. Konservasiyanın
götürülməsi.
§ 36. Atom stansiyası avadanlıqlarının
quraşdırıcısı
4-cü dərəcə
İşin xüsusiyyəti. Reaktor və atom elektrik stansiyaların
yardımçı sistemlərinin avadanlıqlarının
quraşdırılmasında orta mürəkkəbli
işlərin icrası.
Bilməlidir: Orta
mürəkkəbli avadanlıq altı bünövrə
ölçülərinin yoxlama üsullarını və bu
avadanlığın quraşdırma metodlarını.
Mexanikləşdirilmiş alətlərdən istifadə
etmək üçün onun üsullarını. Quraşdırılmış
avadanlığın yoxlanıb düzəldilməsinin ən
sadə üsullarını. Hidravlik sınağın
üsullarını. Mexanikləşdirilmiş takelaj avadanlıqdan
istifadə qaydalarını. Quraşdırılan
avadanlığın quruluşunu və
quraşdırılmasının texnologiyasını.
İş nümunələri. Avadanlığa xidmət göstərilməsi
üçün meydançaların yığılma və
qurulması. Dayaq çərçivələrin qurulması.
Qoyma hissələrlə sıxlığı yoxlamaqla hovuz
sürgülərinin quraşdırılması.
Deşiklərin ölçüsünü reaktorların
traktlarının qoyulması üçün
çatdırılması. Reaktorların boru elementlərinin
keçmə qabiliyyətinin şarla yoxlanması. Qrafitli
blokların quraşdırmaya hazırlanması. Kanalların
qurulması prosesində onların
vakuumlaşdırılması. PSK şaquli
yığılmış boruların və traktların
qoyulması üçün hazırlanması.
Termobuxaraltı üzlüyün qurulması.
Avadanlığın düyünlərinin
kənarlarının qaynaq üçün
hazırlanması, nöqsanların seçilməsi və
qaynaq birləşmələrində tikiş köklərinin
təmizlənməsi. Avadanlıq səthlərinin və
qaynaq tikişlərinin R2=40 təmizliyinə
qədər təmizlənməsi.
§ 37. Atom stansiyası
avadanlıqlarının quraşdırıcısı
5-ci dərəcə
İşin xüsusiyyəti. Reaktor və atom elektrik stansiyaların
yardımçı sistemlərinin avadanlıqlarının
quraşdırılmasında mürəkkəb işlərin
yerinə yetirilməsi.
Bilməlidir:
Quraşdırıcı oxların nişanlanma, qurulma və
avadanlığın qurulma yerinin yoxlanması və qəbul
qaydalarını. Mürəkkəb avadanlığın
quraşdırma üsullarını. Quraşdırılan
avadanlığın tarazlaşma,
mərkəzləşmə, yoxlanılıb
düzəldilmə və tənzimlənmə
üsullarını. Yağlama sistemlərinin quruluşunu
və işləmə prinsipini. Avadanlığın
quraşdırılmasına qoyulan texniki tələbləri
və müəyyən edilmiş yol verilə bilən
artıq-əskikliyi. Mürəkkəb avadanlığın
istismara verilmə qaydalarını.
İş nümunələri. Baş sirkulyasiya borukəməri bloklarının
bitişməsi. Dayaq tava mühafizə
qabığının çön konstruksiya və digər
avadanlığın taraz və yüksəklik
nöqtələri üzrə yoxlanılıb
düzəldilməsi. Silfonlu kompensatorların
quraşdırılması. Buxar generator asmalarının
quraşdırılması. Baş sirkulyasiya ilmələrinin
yaylı dayağının quraşdırılması.
Təmiz və çirkli kondensat çənlərinin
quraşdırılması. İstilik izolyasiya
bloklarının quraşdırılması. Xüsusi
sutəmizləmə avadanlıqların
quraşdırılması (süzgəclər,
istilikdəyişdirənlər, buxarlandırıcı
aparatlar). Avadanlıq və borukəmərlərinin yoxlanma
və quraşdırma qabağı hazırlığı.
İstilik mühafizə örtüyünün qurulması,
üzləmələrin quraşdırılması. Texnoloji
kanal, sulu və buxarsulu kommunikasiyaların sistemlərinin
sıxlığının sınaqdan keçirilməsi.
Reaktorlu qurğuların (vtulkalar, dayaq stakanları, digər
mühafizə ekranları, diafraqmalar), traktların
daxilində ayrı-ayır detal və düyünlərin
quraşdırılması. XSK və YSK bloklarının
yığılması, YSK şaquli birləşmiş
boruların flanslarının quraşdırılması.
Korpusdaxili qurğuların ayrı-ayrı detalların
səadət nümunələri, kasset imitatorları, dayaq
borularının sökülməsi. Kanalların
kalibirlənməsi. Hidravlik sınaqdan keçirilməklə
“SUZ” örtüyün qurulması. Avadanlıq
səthlərinin və qaynaq tikişlərinin P2=20
təmizliyinə qədər təmizlənməsi,
Avadanlıq səthlərinin. Şaberlə
işlənməsi.
§ 38. Atom stansiyası
avadanlıqlarının quraşdırıcısı
6-cı dərəcə
İşin xüsusiyyəti. Reaktorlar və atom elektrik stansiyaların
yardımçı sistemlərinin avadanlıqlarının
və onlarla bağlı konstruksiyaların
quraşdırılmasında xüsusi mürəkkəb
işlərin yerinə yetirilməsi.
Bilməlidir: Xüsusi
mürəkkəb avadanlığın quraşdırma
üsullarını, Avadanlığın
tənzimlənmə və sazlanması üsullarını.
Aqreqat və maşınların sınaqdan keçirilmə
qaydaları.
İş nümunələri. Bioloji mühafizə konstruksiyaların
quraşdırılması. Baş sirkulyasiya
borukəmərlərinin quraşdırılması. Koordinat
yüksəklik nöqtələri və tarazları, reaktor
korpuslarının yoxlayıb düzəltməklə
quraşdırılması. Reaktorun korpusdaxili qurğusunun
quraşdırılması. Oxlar üzrə yoxlanılıb
düzəltməklə yuxarı blokun reaktorun
üstündə qurulması. Ox və koordinatlar üzrə
ötürücünü yoxlayıb
düzəltməklə reaktorun idarəetmə və
mühafizə sisteminin ötürücülərinin
quraşdırılması. Seperatorun buxar generatorunun
quraşdırılması. Baş sirkulyasiya
nasoslarının quraşdırılması. Texnoloji kanal, su
və buxarsu kommunikasiyaların quraşdırılması.
Nəqliyyat-texnoloji avadanlıqların
quraşdırılması. Hermetikliyinə nəzarət edici
sistem avadanlığının quraşdırılması.
RBMK reaktorlarının sistem konstruksiyalarının və
onların reaktorları üçün
kompensatorlarının quraşdırılması. Reaktordaxili
qurğunun quraşdırılması (dayaq tavaları,
flanslar). İonizasiya kamera üzlüyünün qurulması.
Elementlərin qurulması və baş sökmənin
sıxlaşdırılması. Reaktorun helium sıxlıq
sınaqlarına hazırlanması. Təzyiq kompensator və
SAOZ hidrotutumlarının quraşdırılması. Qrafitli
hörgünün quraşdırılması.
§ 39. Betonçu
1-ci dərəcə
İşin xüsusiyyəti. Beton qarışığın hazırlanması
və onun konstruksiyaya qoyulmasında yardımçı
işlərin yerinə yetirilməsi.
İş nümunələri. Qaya özüllərinin və beton
səthlərinin təmizlənməsi. Beton
qarışığının bir yerdən o biri yerə
atılması, habelə nov və xortumlar vasitəsi ilə endirilməsi.
§ 40. Betonçu
2-ci dərəcə
İşin xüsusiyyəti. Beton qarışığın hazırlanması
və onun konstruksiyaya qoyulmasında ən sadə
işlərin icrası.
Bilməlidir: Əl
alətləri ilə beton qarışığının
hazırlanma üsullarını. Beton səthlərinin
çərtmə üsullarını. Hazır beton
qarışıqlarının konstruksiyalarını. Əl
alətləri ilə beton və dəmir-beton
konstruksiyaların sökmə üsullarını. Ən
sadə konstruksiya qəliblərinin sökmə
üsullarını. Qəliblərin betondan
təmizlənməsini.
İşin nümunələri. Əl alətləri ilə beton səthinin
çərtilməsi. Nəqliyyat vasitələrindən beton
qarışığının qəbulu. Qurğuların
köməyi ilə (tək təkərli əl arabaları,
ölçücülər) kütlə və həcm
üzrə tərkib hissələrin miqdarının
müəyyən edilməsi. Beton
qarışığının əl alətləri ilə
hazırlanması. Beton və dəmir-beton konstruksiyaların
əl alətləri ilə sökülməsi. Əl
alətləri ilə beton və dəmir-beton konstruksiyalarda
deşiklərin və şırımların açılması.
Betona qulluq edilməsi. Ən sadə konstruksiya
qəliblərinin sökülməsi. Qəlibin betondan
təmizlənməsi.
§ 41. Betonçu
3-cü dərəcə
İşin xüsusiyyəti. Sadə beton və dəmir-beton monolit
konstruksiyaların betonlaşdırılması.
Bilməlidir: Sement, doldurucu
və beton qarışıqlarının əsas
xüsusiyyət və markalarını. Monolit, beton və
dəmir-beton konstruksiyaların əsas elementlərini. Beton
qarışıqlarının qoyulma və
sıxlaşdırılmasının əsas
üsullarını. Elektrikləşdirilmiş və pnevmatik
alətlərin quruluşunu və onlarla işləmə
üsullarını. Sadə konstruksiya qəliblərinin
yığılma qaydalarını. Qəlib və armaturun
qurulmasına qoyulan tələbləri. Mexanikləşdirilmiş
alətlərin köməyi ilə beton və dəmir-beton
konstruksiyaların sındırılma üsullarını.
Yüklərin yerdəyişmə və verilmə qaydalarını.
İş nümunələri. Bünövrə, özül və
massivlərə beton qarışığının
qoyulması. Üfüqi müstəvilərə beton
qarışıqlarının qoyulması. Yontalanmış
daşdan hazırlanan beton məhlulunu
bünövrələrə tökmək.
Döşəməaltı çatların və
döşəmələrin beton özüllərinin
düzəldilməsi. Hamarlayıcı sement qatın
düzəldilməsi. İnventar stroplarla badyaları
ilmədən (qulpdan, qarmaqdan) ilişdirilməsi. Beton və
dəmir-beton konstruksiyaların pnevmatik və
elektrikləşdirilmiş alətlərlə çapılma
və sındırılması. Çuxur, deşik və
şırımların beton qarışığı ilə
tutulması. Düzxətli lövhəli qəliblərin
düzəldilməsi, habelə bütün qəlib
növlərinin düzxətli elementlərinin qoyulması.
Sadə konstruksiya qəliblərinin sökülməsi.
Dəmir-beton payaların başlarının əl və
pnevmatik alətlərlə yarılması. Kanal təşkil
edən konstruksiyaların quraşdırılması.
§ 42. Betonçu
4-cü dərəcə
İşin xüsusiyyəti. Orta mürəkkəbli monolit, beton və
dəmir-beton konstruksiyaların betonlaşdırılması.
Bilməlidir: Beton
qarışığı, hazır konstruksiya və
məmulatların keyfiyyətinə qoyulan əsas
tələbləri. Sement-beton yol örtüyünün
hazırlanmasında tikililəri düzəldən
maşın və qurğular. Betonçu və beton
bəzəyən yol maşınlar, vibrator, vibromeydança
və vakuum aqreqatlarının növlərini və
quruluş əsaslarını. Qış vaxtı
konstruksiyaların betonlaşdırma qaydalarını və
betonun qızdırma üsullarını. Şaxtaya
qarşı əlavələri və onların tətbiq
olunma dairəsini. Orta mürəkkəbli konstruksiya
qəliblərinin və onları saxlayan taxta-şalbanın
qurulma, sökülmə qaydalarını. Sadə
armaturların yığılma və qurulma qayda və üsullarını.
İş nümunələri. Beton qarışığının sütun,
divar, tir, tava və körpü dayaqlarına qoyulması. Beton
qarışığının maili səthlərə
(bənd, kanal və dambo, yamacları) qoyulması. Xüsusi
və ağır beton qarışığının atom
elektrik stansiyaların (AKS) konstruksiyalarına qoyulması.
Tikinti meydança poliqonlarında aşırımlı
körpü tikililərinin tavalı bloklarının
hazırlanması. Zolaqlara və damalara doğranmış
təmiz sement döşəmənin düzəldilməsi
və təmiri. Vakuumlaşdırma üsulu ilə
təmiz-beton döşəmənin düzəldilməsi.
Beton döşəmələri düzəldilməsi və
təmiri. Boruların şaquli yerdəyişmə üsulu
ilə beton qarışığının suyun altında
qoyulması və suyun altında yontalanmış
daşların arasındakı boşluqların məhlul
ilə doldurulması. Sement səpməklə səthlərin
metal və pardaxlayıcı alətlə hamarlanması.
Sement-beton yol örtüyünün
düzəldilməsində temperatur tikişlərinin
kəsilməsi və bəzək işlərinin
aparılması. Sement-beton yol örtüyünü səthi
və tikişlərin kənarlarında bəzək
işlərinin aparılması. Betonun elektrik və buxarla
qızdırılması.
§ 43. Betonçu
5-ci dərəcə
İşin xüsusiyyəti. Mürəkkəb d/beton (monolit) konstruksiyaların
betonlaşdırılması.
Bilməlidir:
Gərginləşdirilmiş – armaturlu konstruksiya və
məmulatların hazırlanma üsullarını.
Mürəkkəb konstruksiya qəliblərinin qurulma
qaydalarını. Mürəkkəb armaturların
yığılma və qurulma qayda və üsullarını.
Betonun möhkəmlik və sukeçirməməzliyinə
nəzarət üsullarını.
İş nümunələri. Nazik divarlı günbəz, qübbə,
çən və bunkerlərin aerasiya kameraların
konstruksiyalarına, yuyulan dəhlizlərin aradan kəsən
divarına, kameralararası durucuların divarlarına, buruq
şəklində olan kameraların divarlarına,
hidroqurğuların sorucu boru və örtüklərinə,
qabırğalı, qutu şəkildə,
aşırımlı körpü tikililərin digər
mürəkkəb konstruksiyalarına, habelə
gərginləşmiş armaturla hazırlanan bütün
monolit konstruksiyalara beton qarışığının
qoyulması. Xüsusi ağır beton
qarışığının atom elektrik stansiyası (AES)
konstruksiyalarına qoyulması. Beton
qarışığının üzlüklərin
arxasına və qazma hissəli şırımlara
tökülməsi. Tikinti meydançalarının
poliqonlarında gərginləşdirilmiş armaturla
dəmir-beton məmulatların (aşırımlı
körpü və yol kəmərləri tikililəri,
uzunölçülü paya və dayaq, böyük
aşırımlı ferma və tirlər) hazırlanması.
Qazma üsulu ilə vurulan payaların qurulması.
Qeyd: Dəmir beton boru,
radioqüllə və digər nazik divarlı hündür
qurğuların qurulması, sənaye dəmir-beton
boruların boruquranları ilə yerinə yetirilir və bu
peşə üzrə ixtisas xüsusiyyətlərinə
uyğun tarifləşdirilir.
§ 44. Bənna
2-ci dərəcə
İşin xüsusiyyəti.
Bina, körpü, sənaye və hidrotexnik qurğuların
daş konstruksiyalarının hörgü və
təmirində ön sadə işlərin yerinə
yetirilməsi.
Bilməlidir: Divar
materiallarının əsas növlərini. Məhlulların
hazırlanma üsullarını. Divar hörgüsündə
yuva və deşiklərin açılma üsullarını.
Bünövrə, divar və sütun hörgülərinin
sökülmə qaydalarını. Stropların
ilişdirmə ləvazimatlarının növlərini.
Takelaj avadanlıqlarının əsas növlərini.
Kiçik kütləli yüklərin yerdəyişmə
və yığılma qaydalarını.
İş nümunələri. Döşəmə laqalarının altında
kərpic sütunların hörgüsü, öl
alətləri ilə məhlulların hazırlanması.
Kərpicin məhluldan təmizlənməsi. Əl üsulu
ilə kərpic, yontalanmamış daşdan olan
hörgülərdə, yuva, şırım və
deşiklərin açılması. Əl alətləri
ilə yontalanmamış daşdan olan
bünövrələrin, divar və sütun kərpic
hörgüsünün sökülməsi. Qanov (nov) və ya
qutuların toz materialları və ya mineral pambıqla
doldurulması. Diblik, konteyner, dəmir-beton məmulat və
digər yüklərin inventar stroplarla quraşdırma
ilmə, qulp, qarmaq və s. ilə ilişdirilməsi.
§ 45. Bənna
3-cü dərəcə
İşin xüsusiyyəti. Bina, körpü, sənaye və hidrotexnik
qurğuların daş konstruksiyalarının hörgü
və təmirində sadə işlərin yerinə
yetirilməsi.
Bilməlidir: Divar, material
və məhlulların, habelə bünövrə və
divarların izolyasiyası üçün istifadə
edilən hidroizolyasiya materiallarının əsas
xüsusiyyətlərini. Sadə hörgü və
tikişlərin bağlanma sistemlərini. Sadə divar
hörgülərinin üsullarını. Divarda məhlulun
yayılma, kərpicin qoyulma və hörgünün
içinin doldurulma üsullarını. Pnevmatik və
elektrikləşdirilmiş alətlərlə
işləmə qaydalarını. Daş bina və
qurğuların tikilməsində istifadə edilən detal
və yığma konstruksiyaların əsas növlərini.
Kərpic hörgüsünə və daş binalarda
quraşdırılan yığma dəmir-beton
konstruksiyaların keyfiyyətinə qoyulan tələbləri.
İş nümunələri. Kərpic və xırda bloklardan suvaq altı
və ya hörgü aparılan vaxtı tikişləri
bağlamaqla sadə divar hörgüsü. Məhlulu
əlavə etməklə yontalanmamış daş və
kərpic qırıntılarından
bünövrələrin düzəldilməsi. Sement
qatının düzəldilməsi. Rulon materiallarla
bünövrələrin üfüqi hidroizolyasiyası.
Şırım, yuva və deşiklərin
kərpic və betonla doldurulması.
Mexanikləşdirilmiş alətin köməyilə
kərpic və yontalanmamış daşdan olan divarlarda
boşluqların açılması.
Mexanikləşdirilmiş alətin köməyi ilə
körpü dayaq hörüklərinin sökülməsi.
Mexanikləşdirilmiş alətlərlə yuva,
şırım və deşiklərin açılması.
Daş binalarda pəncərə və qapı boşluq və
taxta üstü dəmir beton atmaların
quraşdırılması.
§ 46
BƏNNA
4-cü dərəcə
İşin xüsusiyyəti. Bina, körpü, sənaye və hidrotexniki
qurğuların daş konstruksiyalarının hörgü
və təmirində orta mürəkkəbli işlərin icrası.
Bilməlidir: Orta
mürəkkəbli divarların hörgü
üsullarını. Üzləmə ilə eyni vaxtda
düzəldilən sadə divarların hörgü
üsullarını. Yüngülləşdirilmiş
konstruksiyalı divarların hörgü üsullarını.
Şüşəbloklardan hörgü üsullarını.
Orta kütləli yığma element və detalların
quraşdırma üsullarını. Quraşdırılan
elementlərin stroplama və bərkitmə
üsullarını. Kərpic divar və
arakəsmələrin armaturlaşdırılması.
İş nümunələri
1. Bina və sənaye qurğuları.
Kərpic və xırda
bloklardan suvaqaltı və ya hörgü aparılan vaxtı tikişləri
bağlamaqla orta mürəkkəbli divar hörgüsü.
Üzləmə ilə eyni vaxtda sadə divarların
hörgüsü. Yüngülləşdirilmiş
konstruksiyalı sadə divarların hörgüsü. Daş
binalarda dəmir beton tir, mərtəbəarası və
örtük tava, arakəsmə, pilləkən, marş,
meydança, balkon, tava, pillələrin
quraşdırılması. Pəncərə və qapı
balkon qutu və blokların, pəncərəaltı taxta
və tavaların qurulması. Kərpicdən, habelə
qipsoşlak və digər tavalardan arakəsmələrin
düzəldilməsi. Əvvəlcədən qoyulmuş
hörgüdə tikişlərin bağlanması.
Yığma dəmir-beton konstruksiyalarından olan
mərtəbəarası və dam örtüklərində
tikişlərin kəpitkələnməsi və məhlul
ilə doldurulması. Hörgüyə polad element və
detalların qoyulması. Bel tiyəsi
hündürlüyündə yontalanmış daşdan divar
və bünövrələrin hörgüsü. Daimi
kəsikli quyu və düzbucaqlı kəsikli kollektorların
hörgüsü. Bütün növ kərpic tağların
sökülməsi. Lazımsız kərpicləri
sındırmaq, yeni kərpicləri qoymaq və köhnə
hörgü ilə tikişləri bağlamaqla, kərpic
divarların səthlərinin təmiri. Mövcud binalarda
kərpic və yontalanmamış daşdan olan
bünövrələrin təmiri və onların
ayrı-ayrı hissələrinin dəyişdirilməsi.
Pencərə altı tava və pilləkən pillələrinin
dəyişdirilməsi. Ventilyasiya bloklarının
quraşdırılması.
Şüşəbloklardan konstruksiyaların
hörgüsü. Daş binalarında boşluq və
arakəsmələrin şüşəprofilitlə
doldurulması. Zibil kəmərləri üçün
asbestsement boruların quraşdırılması.
2. Körpülər və hidrotexnik qurğular.
Bünövrə və körpü dayaqlarının
hörgüsü. Dayaqların birləşdirici və üz
divarlarının hörgüsü. Liman
qurğularının düzxətli suüstü divar və
kardon daşlarının hörgüsü. Daş
körpü və hidrotexnik qurğuların tikintisində orta
kütləli yığma beton və dəmir-beton konstruksiya
elementlərinin quraşdırılması.
§ 47
BƏNNA
5-ci dərəcə
İşin xüsusiyyəti. Daş konstruksiyası bina, sənaye
qurğuları, körpü və hidrotexniki qurğuların
daş konstruksiyalarının hörgü və
təmirində mürəkkəb işlərin yerinə
yetirilməsi.
Bilməlidir:
Mürəkkəb divarların hörgü
üsullarını. Orta mürəkkəbli
mürəkkəb divarları, eyni vaxtda
üzləməklə hörgüsünün üsullarını.
İş nümunələri.
1. Binalar və sənaye qurğular.
Suvaqaltı və divarlarda hörgü aparılan vaxt
tikişləri bağlamaqla mürəkkəb divarların
hörgüsü. Düzbucaq kəsikli sütunların
hörgüsü. Karnizlərin hörgüsü. Kərpicin
fiqurlu yonulması. Orta mürəkkəbli və mürəkkəb
divarların eyni vaxtda üzləməsi ilə
hörgüsü. Orta mürəkkəbli və
mürəkkəb yüngülləşdirilmiş
konstruksiyalı divar hörgüsü. Pazlı atmaların
hörgüsü. Dəyişən kəsikli quyu və
dairəvi və çadır kəsikli kollektorların
hörgüsü. Köhnə hörgünü sökməklə
pazlı atmaların bir yerdən başqa yerə
keçirilməsi. Verilmiş şəkil üzrə dekorativ
rəngli kərpiclə, eyni vaxtda üzləməklə,
hörgünün aparılması.
2. Körpü və hidrotexniki qurğular.
Tağlı körpülərin suüstü
tikililərinin təbii daşdan hörgüsü. Boru,
növ və başlıqların təbii daşdan
hörgüsü. Düzxətli kontur boyunca körpü
dayağının xarici hörgü cərgələrinin
yonulmuş daşdan hazırlanması.
§ 48
BƏNNA
6-cı dərəcə
İşin xüsusiyyəti. Daş konstruksiyası bina, sənaye
qurğuları körpü və hidrotexniki qurğuların
daş konstruksiyalarının hörgü və
təmirində xüsusi mürəkkəbli işlərin
yerinə yetirilməsi.
Bilməlidir: Xüsusi
mürəkkəbli konstruksiya hörgülərinin
üsullarını, onların tikilməsini və
tağşəkilli qəliblərin
açılmasını.
İş nümunələri
1. Bina və sənaye qurğuları.
Xüsusi mürəkkəbli daş konstruksiyası,
qübbə və tağların (o cümlədən eyni
vaxtda üzləmə ilə) hörgü və bərpa
olunma təmiri. Dairəvi və dəyişən kəsikli
sütunların hörgüsü.
2. Körpü və
hidrotexniki qurğular
Daşları seçmək ilə, təbii
yonulmuş daşdan buzkəsənin hörgüsü.
Körpü dayaqlarının karniz və ferma altı
daşlarının qoyulması. Daş körpülərin
qübbə və tağlarında dabanaltı daşların
hörgüsü. Tağ və qübbələrin
hörgüsü.
§ 49 Boruaqreqat və sinxronlu
kompensatorların quraşdırıcısı
2-ci dərəcə
İşin xüsusiyyəti. Boruaqreqat, sinxronlu kompensator və onlarla
bağlı konstruksiyaların quraşdırılmasında
ən sadə işlərin icrası.
Bilməlidir:
Avadanlıqların açılma üsullarını. Ən
sadə takelaj ləvazimatlarının növlərini və
onların işlədilmə üsullarını. Avadanlıq
detallarının yağlanma üsullarını.
Çilingər alətlərinin təyinatını.
İş nümunələri. Qeyri-vacib detalların boltla bərkidilməsi.
Avadanlıqların açılması.
§ 50 Boruaqreqat və sinxronlu kompensatorların
quraşdırıcısı
3-cü dərəcə
İşin xüsusiyyəti. Boruaqreqat, sinxronlu kompensator və onlarla
bağlı konstruksiyaların quraşdırılmasında
ən sadə işlərin icrası.
Bilməlidir:
İşlədilən materialların əlamətlərini.
Qeyri-mürəkkəb quraşdırma işlərinin
yerinə yetirilmə üsullarını. Sadə takelaj
vasitələrinin quruluşunu və onlardan istifadə edilmə
qaydalarını. Avadanlıq detal və düyünlərinin
konservasiyadan çıxarılma üsullarını.
İş nümunələri. Ülgü üzrə detalların
nişanlanması. Dişli çarx və qurğu ilə
deşiklərin dəlinməsi. Yivli və flanslı birləşmələrin
yığılması. Əl alətləri ilə
yivlərin kəsilməsi. Altqatın və aralıq
qatının hazırlanması. Konservasiyanın
çıxarılması.
§ 51 Boruaqreqat və sinxronlu
kompensatorların
quraşdırıcısı
4-cü dərəcə
İşin xüsusiyyəti. Boruaqreqat, sinxronlu kompensator və onlarla
bağlı konstruksiyaların quraşdırılmasında
orta mürəkkəbli işlərin icrası.
Bilməlidir: Orta
mürəkkəbli avadanlıq altı bünövrə
ölçülərinin yoxlama üsullarını və bu
avadanlıqların quraşdırma metodlarını.
Mexanikləşdirilmiş alətdən istifadə etmək
üsullarını. Quraşdırılmış
avadanlıqların yoxlanıb düzəldilməsinin ən
sadə üsullarını. Hidravlik sınaqdan
keçirilmə üsullarını. Avadanlıqların
işlənmə və yerdəyişmə, habelə
mexanikləşdirilmiş takelaj avadanlığından
istifadə etmə üsullarını. Quraşdırılan
avadanlığın quruluşunu və onun quraşdırma
texnologiyasını.
İş nümunələri. Kondensator borucuqlarının yenidən
kəsilmə və yastıladılması. Axıtma
borucuqlarının qurulması. Silindrlərin
sökülmə yerlərində boltların qoyulması və
bağlanması. Generatorun çıxışlarının
qutularının qoyulması.
§ 52 Boruaqreqat və sinxronlu
kompensatorların
quraşdırıcısı
5-ci dərəcə
İşin xüsusiyyəti. Boruaqreqat, sinxronlu kompensator və onlarla
bağlı konstruksiyaların quraşdırılmasında
mürəkkəb işlərin icrası.
Bilməlidir: Quraşdırma
oxunun nişanlanma, qurulma və yerdəyişmə
üsullarını. Bünövrənin və
avadanlıqların qurulma yerlərinin yoxlanma və
quraşdırma üçün qəbul qaydalarını.
Mürəkkəb avadanlıqların quraşdırma
üsullarını. Quraşdırılan avadanlıqların
tarazlaşma, mərkəzləşmə, yoxlanıb
düzəldilmə və tənzimlənmə
üsullarını. Sürtgü sistemlərinin quruluş
və iş prinsiplərini. Maşın və mexanizmlərin
quraşdırılmasına qoyulan texniki tələbləri
və buraxıla bilən artıq-əskikliyi.
Mürəkkəb avadanlıqların istismara təhvil
verilmə qaydalarını.
İş nümunələrini. Silindr və axarlı hissə
düyünlərinin quraşdırmaya hazırlanması. QTU
kompressorlarının quraşdırmaya hazırlanması. QTU kondensat
yığıcıları, servomator təzyiq akkumulyator,
dönən diafraqmaların quraşdırılması.
Yoxlayıcı ştift və distansiya boltların qurulması.
Rotorun nəzarət sisteminin vericisi və
göstəricilərinin, taxometrlərin qurulması. Yağ
çən və odadavamlı maye çən, yağsoyuducu,
su və yağ süzgəc, ejektorların
quraşdırılması. Kondensator borucuqlarının
kəpitkələnməsi. Travers və şotka
saxlayıcı aparatların qurulması. Staterdə
lövhələrin qurlması. Avadanlıqların
səthlərinin şaberlə işlənməsi.
§ 53 Boruseqreqat və sinxronlu
kompensatorların
quraşdırıcısı
6-cı dərəcə
İşin xüsusiyyəti. Yüksək dəqiqlik tələb edən
xüsusi mürəkkəb işlərin icrası.
Buxarturbinli və qaz turbinli aqreqat və xüsusi
mürəkkəb yardımçı avadanlıq və
sinxronlu kompensatorların quraşdırılması.
Bilməlidir: Xüsusi
mürəkkəb avadanlıqların quraşdırma
üsullarını. Avadanlıqların tənzimlənmə
sazlanma üsullarını. Aqreqat və maşınların
istismara verilməsində onların yoxlama qaydalarını.
İş nümunələri. Bünövrə çərçivə və
tavalarının qurulması. Silindr, rotor və QTU kompensator
və podşipniklərin quraşdırılması.
Buxarpaylaşdırıcıların klapanları və
paylaşdırıcı qurğularının
quraşdırılması. Təhlükəsizlik avtomat
və sürətləndiricilərin tənzimləmə
və qorunma sistem avadanlığı, buxar-yağ
tənzimləyicilərin quraşdırılması. QTU yanma
kameralarının quraşdırılması. Generator rotoru
və turbin rotorunun mərkəzləşdirilməsi. Stator,
rotor, sinxronlu kompensatorun qıcıxlandırıcı və
buraxıcı mühərrikinin quraşdırılması.
Qazsoyuducu qurğuların qurulması. Sinxronlu kompensatorun maqnit
sistemlərin vəziyyətinin yoxlanılıb düzəldilmə
və tənzimlənməsi. Stator və rotorun germetikliyinin
yoxlanması. Kondensatorların quraşdırılması.
Boruaqreqat və sinxronlu krmpensator üzrə
buraxılış işləri.
§ 54 Ventilyasiya, havanı
kondisiyalalaşdıran,
pnemonəqliyyat və aspirasiya
sistemlərinin
hazırlanması üzrə
çilingər
2-ci dərəcə
İşin
xüsusiyyəti. Ventilyasiya,
havanı kondisiyalalaşdıran, pnemonəqliyyat və
aspirasiya sistemlərinin hazırlanmasında ən sadə
işlərin icrası.
Bilməlidir: Ventilyasiya
sistemlərinin hazırlanmasında istifadə edilən
əsas materialları. Əl üsulu ilə hazır
nişanlama üzrə təbəqəli metal, metalloplast,
polimer materialların düzxətli və əyrixətli
kəsilmə üsullarını. Yüklərin
ilmələnmə və yerdəyişmə
qaydalarını. Düyün və detalların
birləşmə üsullarını.
İş nümunələri. Əl üsulu ilə hazır nişanlama
üzrə təbəqəli metal, polimer materialların
düzxətli və əyrixətli kəsilməsi. Əl
üsulu ilə düzxətli falsların əyilməsi.
Falsların əliflənməsi. Falsların cüt-cüt
kompleksləşdirilməsi. Təbəqəli metalda
deşiklərin açılması. Damğa vurmaq üsulu
və rəngləmə ilə düyünlərin
markirovkalanması. Aralıq qatlarının qoyulması. Yüklərin
yerdəyişməsi.
§ 55 Ventilyasiya, havanı
kondisiyalalaşdıran,
pnevmonəqliyyat və aspirasiya
sistemlərinin
hazırlanması üzrə
çilingər
3-cü dərəcə
İşin xüsusiyyəti. Ventilyasiya, havanı kondisiyalalaşdıran,
pnevmonəqliyyat və aspirasiya sistemlərinin
hazırlanmasında sadə işlərin icrası.
Bilməlidir:
Təbəqəli və profilli metal, metalloplast, viniplast və
polietilenin əsas xüsusiyyət və emal edilmə
üsullarını. Havaaparanların və fasonlu
hissələrin bərkidilmə tiplərini. Ventilyasiya, hava kondisiyalaşdırıcı,
pnevmonəqliyyat, aspirasiya sistemlərinin detallarını
və onların təyinatını. Nişanlama
işarələrini. Tədarüklərin kənarları dəzgah,
ziq-maşınlar və faleprokat dəzgahlarında emal
edilmə üsullarını. Viniplast və polietilenin qaynaq
edilmə üsullarını. Təbəqəli və profilli
metallar və metalloplast emalı üçün dəzgah
və mexanizmlərin, kontaktlı qaynaq üçün
nöqtəvi maşınların quruluş
əsaslarını və istismar qaydalarını.
Mexanikləşdirilmiş alətdən istifadə etmə
qaydalarını.
İş nümunələri. Hazırlanan lövhələrdə
“pəncərə”nin buraxılması. Ziq-maşında
dairəvi havaaparan (havagötürən) elementlərinin
kənarlarının düzəldilməsi. Ötürücü
dəzgahlarda deşiklərin dəlinməsi. Flanslı
birləşmələr üçün aralıq
qatının hazırlanması. Metaldan sərtlik
çərçivəsinin hazırlanması.
Düzbucaqlı flansların hazırlanması. Viniplast və
polietilen təbəqələrin şaquli və üfüqi
vəziyyətində qaynaq edilməsi. Tor və hərəkət
edən jalyuz şəbəkələrinin qurulması.
Flanslarda deşiklərin açılması. Dəzgahlarda
təbəqəli metal, metalplast və viniplastın
düzxətli kəsilməsi. Ötürücü
dəzgahlara flans birləşmələrinin yayılması
və çökülməsi.
§ 56 Ventilyasiya, havanı
kondisiyalalaşdıran,
pnevmonəqliyyat və aspirasiya sistemlərinin
hazırlanması üzrə
çilingər
4-cü dərəcə
İşin xüsusiyyəti. Ventilyasiya, havanı kondisiyalalaşdıran,
pnemonəqliyyat və aspirasiya sistemlərinin
hazırlanmasında orta mürəkkəb işlərin
icrası.
Bilməlidir: Metal, metalloplast
və viniplastdan sadə detalların nişanlanma və
biçilmə üsullarını.
Havaaparan və fasonlu hissələrin
birləşmə və bərkitmə növlərini.
Detallaşdırma eskizlərini. Pərçimləmə
işlərin yerinə yetirilmə üsullarını. Metal,
metalloplast, viniplast və polietilendən havaaparanların
düz sahələri hazırlanma texnologiyasını.
İş nümunələri. Ötürücü dəzgahlarda təbəqəli
metal, metalloplast, polietilen və viniplastların əyrixətli
kəsilməsi. Yayma dəzgahlarında təbəqəli
metal, metalloplast, polietilen və viniplastdan silindrik detalların
yayılması. Metal, metalloplast, viniplast və polietilendən
havaaparanın düz hissəsinin, bandajlar, reykalar,
sürgü, qaytarıcı işlənmiş havanı
buraxan çanaqlar droil-klapanlar və bütün növ
səs batırıcıların hazırlanması. Hərəkət
etməyən jalyuz şəbəkələrinin
hazırlanması. Dairəvi flans və sanfaların
hazırlanması. Spiral-qaynaq və spiral-qıfıllı
havaaparanların hazırlanması. Havaaparan və fasonlu
hissələrdə flansların qurulması. Ventilyasiya, hava
kondisiyalaşdırıcı, pnevmonəqliyyat və aspirasiya
sistemlərinin komplektləşdirilməsi. Kronşteyn
(çəp dayaq), planka dayaqları və traversaların
havaaparanları bərkitmək üçün
hazırlanması. Viniplast və polietilendən orta
mürəkkəbli məlumatların qaynağı.
§ 57 Ventilyasiya, havanı
kondensiyalalaşdıran,
pnemonəqliyyat və aspirasiya
sistemlərinin
hazırlanması üzrə
çilingər
5-ci dərəcə
İşin xüsusiyyəti. Ventilyasiya, havanı kondisiyalalaşdıran,
pnevmonəqliyyat və aspirasiya sistemlərinin
hazırlanmasında mürəkkəb işlərin
icrası.
Bilməlidir:
Təbəqəli metal, metalloplast, viniplast və
polietilendən havaaparanın fasonlu hissələrinin
hazırlanma texnologiyası. Ventilyasiya, hava
kondisiyalaşdırıcı, pnevmonəqliyyat, aspirasiya
sistemlərinin quruluşunu, iş prinsipini və avadanlıqların nomenklaturasını.
Bütün növ sistem elementlərinin keyfiyyətinə
qoyulan tələbləri.
İş nümunələri. Bütün növ havaaparanların fasonlu
hissələri, şiber, qıf, örtük, çətir,
deflektor və diffuzorların hazırlanması. Drossel -
klapanların idarəetmə sektorlarının
hazırlanması. Siklonların hazırlanması. Ayırma
hissələrin kopir-şablonun köməyi ilə
kəsilməsi və ziq-maşında onların yığılması.
Yumşaq birləşmələrin hazırlanması.
§ 58 Ventilyasiya, havanı
kondisiyalalaşdıran,
pnevmonəqliyyat və aspirasiya
sistemlərinin
hazırlanması üzrə
çilingər
6-cı dərəcə
İşin xüsusiyyəti. Ventilyasiya, havanı kondisiyalaşdıran,
pnevmonəqliyyat və aspirasiya sistemlərinin
hazırlanmasında mürəkkəb işlərin
icrası.
Bilməlidir: Piramida və
konusşəkilli havaaparan və fasonlu hissələrin
nişanlanması və hazırlanması
üsullarını. Ventilyasiya, hava
kondisiyalaşdırıcı, pnevmonəqliyyat və aspirasiya
sistemlərinin düyünlərinin yoxlama yığım
üsullarını.
İş nümunələri. Xüsusi mürəkkəb, qeyri-standart havaaparan
və fasonlu hissələrin nişanlanma və
hazırlanması. Separator, skrubber, gəlmə və sorucu
sütuncuq, qeyri-simmetrik keçidlərin hazırlanması.
Buxarkeş, qol boru, hava pərdələrin hazırlanması.
Bütün növ ülgülərin nişanlanma və
hazırlanması. Bütün növ sistemlərin yoxlama
yığılması.
§ 59
VENTİLYASİYA, HAVANI KONDİSİYALAŞDIRAN,
PNEVMONƏQLİYYAT VƏ ASPİRASİYA
SİSTEMLƏRİNİN QURAŞDIRICISI
2-ci dərəcə
İşin xüsusiyyəti. Ventilyasiya, havanı kondisiyalalaşdıran,
pnevmonəqliyyat və aspirasiya sistem və
avadanlıqlarının quraşdırılmasında ən
sadə işlərin icrası.
Bilməlidir: Ventilyasiya,
havanı kondisiyalaşdıran, pnevmonəqliyyat və
aspirasiya sistem və avadanlıqlarının əsas detal
və düyünlərini. Yüklərin ilmələnmə
və yerdəyişməsini. Çilingər
alətlərinin təyinatını. Ventilyasiya detallarının
birləşmə üsullarını.
İş nümunələri. Havakeçirən, bolt və qaykaların düz
və fasonlu hissələrinin çeşidlərə
ayrılması. Havakeçirənlərin detal və düyünlərinin nəql edilməsi.
İnventar stroplarla yüklərin ilişdirilməsi.
Aralıq qatının qurulması və əl
alətlərinin işlətməklə havaaparan və
avadanlıqların flansı və flanssız
birləşmələrinin yığılması.
§ 60 Ventilyasiya, havanı
kondisiyalaşdıran,
pnevmonəqliyyat və aspirasiya
sistemlərinin
quraşdırıcısı
3-cü dərəcə
İşin xüsusiyyəti. Ventilyasiya, havanı kondisiyalaşdıran,
pnevmonəqliyyat və aspirasiya sistem avadanlıqlarının
quraşdırılmasında sadə işlərin icrası.
Bilməlidir:
Düyünlərin iriləşdirilmiş
üsullarını. Mexanikləşdirilmiş alətdən
istifadə etmə üsullarını. Havakeçirən
və fasonlu hissələrin bərkidilmə tiplərini.
Sadə takelaj ləvazimatlarını və onlardan istifadə
etmə qaydalarını. Quraşdırma layihəsində
işlədilən şərti işarələri. Elektrik
və pnevmatik alətin quruluşunu və ondan istifadə
etmə qaydalarını.
İş nümunələri. Profilli poladın kəsilmə və
doğranması. Çərçivənin mil və
qarmaqlarına, yağ süzgəc və taxılma karkaslara
torların dartınıb çəkilməsi. Sadə
birləşmələrin uyğunlaşdırılması.
Əl və mexanikləşdirilmiş alətlərin
köməyi ilə düyünlərin
iriləşdirilmiş yığılması. Konstruksiyalarda
oyuqların deşilmə və ya vurub açılması.
Bərkitmənin qurulması. Kronşteynlərin qurulma və
bağlanması. Elektrik və pnevmatik alətin köməyi
ilə ventilyasiya detal və avadanlıqlarının
flanslı və flanssız birləşmələrinin
yığılması.
§ 62 Ventilyasiya,
havanı kondisiyalaşdıran,
pnevmonəqliyyat
və aspirasiya sistemlərinin
quraşdırıcısı
4-cü dərəcə
İşin xüsusiyyəti. Ventilyasiya, havanı kondisiyalaşdıran,
pnevmonəqliyyat və aspirasiya sistem və
avadanlıqlarının quraşdırılmasında orta
mürəkkəbli işlərin icrası.
Bilməlidir:
Havakeçirən və orta mürəkkəbli
avadanlıqların quraşdırma
texnologiyasını. Porşenli quraşdırıcı tapançaların
quruluşunu və onlarla işləmə qaydalarını.
Əl və mexaniki ötürücülü qapaq, əks
klapan, şiber, drossel-klapan, yumşaq taxmaq taxma və deflektorların
quraşdırılma qaydalarını.
İş nümunələri. Zavodda hazırlanmış deflektorların
yığılması. Germetik qapı, şiber, qapaq, qıf,
örtük, deflektor, çətir, yumşaq taxmaq,
vibroizolyator və digər sistem düyünlərinin
quraşdırılması. Kalorifer, ventilyator və digər ventilyasiyası
avadanlıqları altı altlıq, çərçivə
və meydançaların, yoxlanılıb
düzəldilmədən qurulması. Odsaxlayıcı,
ləçəkli və avtomatik əks klapanların
quraşdırılması. Avadanlıqların
hərəkət edən hissələri üçün
çəpərlərin qurulması. Hərəkət
etməyən jalyuz şəbəkələrinin qurulması.
Yoxlama vaxtı avadanlıqların ayrı-ayrı
düyünlərinin sökülmə və
yığılması. Elementlərin uyğunlaşdırma
və bərkitməklə orta mürəkkəbli ventilyasiya
sistemlərinin quraşdırılması.
Birləşmənin köməyi ilə konstruksiyaların
bərkidilməsi. Blanklar üzrə havakeçirən və
fasonlu hissələrin komplektlənməsi.
Şüşə-lif və materialplastın sarğılı
və reykalı birləşmələrində viniplasdan
havakeçirənlərin quraşdırılması.
§ 63 Ventilyasiya, havanı
kondisiyalaşdıran,
pnevmonəqliyyat və aspirasiya
sistemlərinin
quraşdırıcısı
5-ci dərəcə
İşin xüsusiyyəti. Ventilyasiya, havanı kondisiyalaşdıran, pnevmonəqliyyat,
aspirasiya etmə sistem və avadanlıqların
quraşdırılmasında mürəkkəb işlərin
icrası.
Bilməlidir:
Avadanlıqların detal və düyünlərinin yoxlama
üsullarını. Detalların yığılmasında
buraxıla bilən artıq-əskiklik və oturmanı
mürəkkəb sistem və avadanlıqların
quraşdırma texnologiyasını. Oxlu və
mərkəzdən qaçan ventilyator, kondisioner,
süzgəc, siklon, skrubberlərin nömrə və
növlərini. Havapaylayıcıların tipləri və
onların qurulma üsullarını. 6 və 5—sinə
qədər ventilyatorların sökülmə və
yığılma qaydalarını. Quraşdırma işinin
təşkili və istehsalı üzrə texniki
sənədlərdən istifadə etmə qaydalarını.
İş nümunələri. Ayrı-ayrı hazır kamera, seksiya və
düyünlərindən bütün
çeşidlərdən olan kondisionerlərin
quraşdırılması. Kalorifer ventilyator və digər ventilyasiya
avadanlıqları altı altlıq, çərçivə
və meydançaların yoxlanılıb
düzəldilməsi. Ventilyasiya və avadanlıq
sistemlərinin yoxlanılıb düzəldilməsi.
Quraşdırılan sistem elementlərinin yerində
uyğunlaşdırılması. Qol boru və
keçidlərin yerində hazırlanması.
Hərəkət edən jalyuz şəbəkələrinin
qurulması. Framuqaları açmaq üçün
mexanizmlərin quraşdırılması. 6 və 5 ¹-yə
qədər olan ventilyatorların quraşdırılması.
Şkivləri mərkəzləşdirməklə ventilyator
və elektrik mühərrikli şkivlərinə teksstrop
qayışların salınması. Ventilyatorların
tarazlaşmasının yoxlanması. Siyirməli
(dilçəkli) tikişdə panelli ventilyasiya
bloklarının quraşdırılması. Damdan
keçməklə binanın damında işlənmiş
şaxtaların quraşdırılması.
Havapaylaşdırıcı yerli sovurucu,
tozsuzlandırıcı aqreqatların, özəkli filtr
və səsbatırıcıların
quraşdırılması. Viniplast, şüşəlifli
və metalplastdan olan ventilyasiya sistemlərinin yoxlanılıb
düzəldilməsi.
§ 64 Ventilyasiya, havanı kondisasiyalaşdıran,
pnevmonəqliyyat və aspirasiya
sistemlərinin
quraşdırıcı
6-cı dərəcə
İşin xüsusiyyəti. Ventilyasiya, havanı kondisasiyalaşdıran,
pnevmonəqliyyat, aspirasiya sistem və avadanlıqların
quraşdırılmasında xüsusi mürəkkəb
işlərin icrası.
Bilməlidir:
Quraşdırılan sistem və onların elementlərinin
iş prinsiplərini. Quraşdırma ox və yüksəklik
nöqtələrinin nişanlama üsullarını.
Quraşdırılmış avadanlıq və ventilyasiya
sistemlərinin yoxlanma, yığılma və
sökülmə, sınaqdan keçirilmə, buraxılma,
tənzimləmə və kompleks sınağının
keçirilmə qaydalarını. Eskiz və quraşdırma
sxemlərini yerinə yetirmə qaydalarını.
Ventilyasiyalı sistemlərin aerodinamik sınaqlarının
üsullarını.
İş nümunələri. Eskiz və quraşdırma sxemlərinin yerinə
yetirilməsi. Naturadan ölçülərin
çıxarılması. Havakeçirmə sistem və
avadanlıqlarının qurulmalarının bölgüsü.
Ayrı-ayrı detallardan seksiya, kamera və
düyünləri yığmaqla bütün tiplərdən
olan kondisionerlərin quraşdırılması. Təmiz hava
verən kamera və xüsusi mürəkkəb
havakeçirmə sistemlərinin quraşdırılması.
6 və 5-ci nömrələrdən yüksək olan
ventilyatorların quraşdırılması. Siklon, skrubber,
rulonlu və qollu süzgəclərin
quraşdırılması. Quraşdırılmış
sistem və avadanlıqların işlənməsinin yoxlanması
və tənzimlənməsi. İşləyərkən
yoxlamaqla ventilyatorların tarazlaşması. Yerində
hazırlamaq üçün mürəkkəb
keçidlərin nişanlanması. Havaüfürən
sistemlərin aerodinamika sınaqdan keçirilməsi.
§ 64 QAZAN-QURĞU AVADANLIQLARININ
QURAŞDIRICISI
2-ci dərəcə
İşin xüsusiyyəti. Qazan-qurğu avadanlıqları və onunla
bağlı konstruksiyaların quraşdırılmasında
ən sadə işlərin yerinə yetirilməsi.
Bilməlidir:
Avadanlıqların açılıb boşaldılması
üsullarını.
Ən sadə takelaj qurğularının
növləri və onların istifadə edilmə
üsullarını. Detalların yağlama
üsullarını. Çilingər alətlərinin təyinatı.
İş nümunələri. Qeyri vacib detalların boltla bərkidilməsi.
Avadanlığın açılıb boşaldılması.
§ 65 Qazan-qurğu
avadanlıqlarının quraşdırıcısı.
3-cü dərəcə
İşin xüsusiyyəti. Qazan qurğu avadanlıqları və onunla
bağlı konstruksiyalarının
quraşdırılmasında sadə işlərin yerinə
yetirilməsi.
Bilməlidir: İstifadə
edilən materialların əlamətlərini.
Mürəkkəb olmayan quraşdırma
işlərinin yerinə yetirmə üsullarını.
Sadə takelaj vasitələrinin quruluşunu və onlardan
istifadə edilmə qaydalarını.
İş nümunələri. Şablon üzrə detalların
nişanlanması. Dişli çarx və drellə
oyuqların deşilməsi. Yivli və flanslı
birləşmələrin yığılması. Yivin əl
alətləri ilə kəsilməsi. Altlıq və
aralıqların hazırlanması. Bitişmə yerlərinin
quraşdırıcı boltlarla bərkidilməsi.
Boru yuvalarının təmizlənməsi. Qaynaq
üçün boru uclarının təmizlənməsi
(mişarlanma). Bərkidici detalların quraşdırmaya
hazırlanması. Konservasiyanın götürülməsi.
Blok, domkrat, əl bucurqadlarının köməyi
ilə avadanlıqların yerinin dəyişdirilməsi.
§ 66 Qazan-qurğu
avadanlıqlarının quraşdırıcısı
4-cü dərəcə
İşin xüsusiyyəti. Qazan-qurğu avadanlıqları və onunla
bağlı konstruksiyaların quraşdırılmasında
orta mürəkkəbli işlərin yerinə yetirilməsi.
Bilməlidir: Orta
mürəkkəbli qazanxana avadanlığı altı
bünövrə ölçülərinin yoxlanma
üsullarını və bu avadanlığın quraşdırılma metodlarını.
Mexanikləşdirilmiş alətlərdən istifadə
etmə üsullarını. Quraşdırılan
avadanlıqların yoxlanılıb düzəldilməsinin ən
sadə üsullarını. Hidravlik sınağın
keçirmə üsullarını. Yükün
ilmələnmə və yerdəyişmə
üsullarını. Mexanikləşdirilmiş takelaj avadanlıqlarından
istifadə edilmə qaydalarını. Quraşdırılan
avadanlıqların quruluşunu.
İş nümunələri. Boru uclarının yastılanması. Baca və
baxıcı lyuklar, qoruyucu örtük və
çəpərlər, bünövrə tava və
boltların qurulması. Toz-qaz və hava kəmərlərinin
düz hissəsinin quraşdırılması, sipər,
miqalka və klapanların qurulması. Toz-qaz və hava
kəmərlərinin asılan hissələrin
dayaqlarının qurulması. Düzxətli örtük
yerlərində metal təbəqələrin
quraşdırılması. Avadanlıq düyünlərinin
kənar və boru uclarının qaynaq üçün hazırlanması.
Qaynaq birləşmələrində nöqsanların
seçilməsi. Avadanlıq və qaynaq
birləşmələrinin səthlərinin təmizliyi R2=40
qədər təmizlənməsi. Bir blokdan ibarət olan
qazanların quraşdırılması. Avadanlıqların
hidravlik domkrat, elektrik bucurqad və kranla yerinin
dəyişməsi. Bağlayıcı karkas
konstruksiyaların quraşdırılması.
§ 67 Qazan qurğu
avadanlıqlarının quraşdırıcısı
5-ci dərəcə
İşin xüsusiyyəti. Qazan-qurğu avadanlıqları və onunla
bağlı konstruksiyaların quraşdırılmasında
orta mürəkkəbli işlərin yerinə yetirilməsi.
Bilməlidir:
Quraşdırıcı oxların nişanlanma, qurulma və
yerdəyişmə üsullarını. Quraşdırma
üçün bünövrə və qazanxana
avadanlıqlarının qurulma yerinin yoxlanılma və
qəbul edilmə qaydalarını. Mürəkkəb qazanxana
avadanlıqlarının quraşdırma üsullarını,
Quraşdırılan avadanlıqların tarazlaşma,
mərkəzləşmə, yoxlanılıb
düzəldilmə və tənzimlənmə
üsullarını. Sürtgü sisteminin quruluşunu və
işləmə prinsiplərini.
Avadanlıqların quraşdırılmasına
qoyulan texniki tələbləri və müəyyən
edilmiş yol verilə bilən artıq-əskikliyi. Qazan
qurğularının mürəkkəb
avadanlıqlarının istismara təhvil verilmə
qaydalarını.
İş nümunələri. Qaynaq üçün spiral boru və boruların
bitişdirilməsi. Qabırğalı boruların su
ekonomeyzer, ötürücülərlə şlaklı
və küllü sürgülərin, üfürücü
aparatların quraşdırılması. Separasiya qurğu
detallarının qoyulması. Siklon və toz
separatorlarının farsunka quraşdırılması.
Süzgəc, durulduğu dekarboni zitor və saturatorların
qurulması. Süzgəclərin drenaj sistemlərinin yığılması.
Çökdürücü və koronirləşdirən
elektrodlar, elektrosüzgəclərin yığılması.
Tək koronirləşdirən elektrodlar və izolyator
qutularının qurulması. Kül yuyucu aparat və digər
gül şlak götürən avadanlıqların
quraşdırılması. Batareyalı siklon elementlərinin
quraşdırılması. Mexaniki ocaqların
quraşdırılması. Çən və rezervuarların
fasonlu üzləməsinin quraşdırılması.
Qızdırma qazan səthlərinin ayrı-ayrı boru,
sugətirən və buxaraparan boruların
quraşdırılması. Təmizləmə qurğusunun
quraşdırılması. Quraşdırmaqabağı
yoxlama və dayaq və asılmaların qurulması.
Yükdaşıyan portalların quraşdırılması.
İki-üç blokdan ibarət olan qazanların
quraşdırılması.
§ 68 Qazan-qurğu
avadanlıqlarının quraşdırıcısı
8-ci dərəcə
İşin xüsusiyyəti. Yüksək dəqiqlik tələb edilən
xüsusi mürəkkəb işlərin yerinə yetirilməsi.
Xüsusi mürəkkəb qazan-qurğu
avadanlıqlarının quraşdırılması.
Bilməlidir: Xüsusi
mürəkkəb qazanxana avadanlıqlarının
quraşdırılma, tənzimləmə və sazlanma
üsullarını. Qazan qurğularının istismara
verilməsində, onların yoxlanma qaydalarını.
İş nümunələri. Qazanların karkasları, elektrik
süzgəclərinin korpuslar, skrubber və batareya
siklonlarının quraşdırılması. Qazanların
barabanlarının, kollektor və buxarsoyuducularının
texniki baxışı və qurulması. Qazanların
qızdırma səthlərinin (ekranlar, radiasiya
səthlərinin, buxarqızdırıcılarının,
sulu ekonomayzerlərin quraşdırılması). Borulu və
regenarativ havaqızdırıcılarının
quraşdırılması. Odluğun qurulması.
Mürəkkəb konfiqurasiyalı toz-qaz və hava
kəmərləri və kompensatorların
quraşdırılması. Elektrik süzgəclərin
çökücü və koronizasiya elektrodlarının
quraşdırılması. Elektrol və onların
ötürücülərinin silkələmə
mexanizmlərinin quraşdırılması.
Avadanlığın fərdi sınaqdan keçirilməsi.
§ 69 Qumpüskürdücü
3-cü dərəcə.
İşin xüsusiyyəti. Qumpüskürdücü aparatla səthlərin
təmizlənməsində yardımçı işlərin
yerinə yetirilməsi.
Bilməlidir. Aparatı qum
ilə doldurma üsullarını. Qumun qurudulma üsul və
rejimlərini. Qumpüskürdücü aparata qulluq etmək
qaydalarını. Qoruyucu vasitə və ləvazimatların növ
və təyinatını.
İş nümunələri. Doldurmaq üçün qumun hazırlanması.
Qumpüskürdücü aparatın doldurulması.
İşə müşahidə və
qumpüskürdücü aparata xidmət edilməsi.
§ 70 QUMPÜSKÜRDÜCÜ
4-cü dərəcə
İşin xüsusiyyəti. Qumpüskürdücü aparatın köməyi
ilə tikinti konstruksiyası, aparatura və
avadanlıqların səthlərinin təmizlənməsi.
Bilməlidir:
Qumpüskürdən aparatın quruluşunu və texniki
istismar qaydalarını. Şlanqların bərkidilmə
və uzadılması və uclarının bərkidilməsi
üsullarını. Qumpüskürdücü aparatın
köməyi ilə səthlərin təmizlənmə
qaydalarını. Təmizlənmənin
ardıcıllığını şaquli səthlərin təmizlənməsində
nərdivanların yerdəyişmə və bərkidilmə
qaydalarını. Qumpüskürdücü aparatlarla
səthlərin təmizlənməsində istifadə edilən
qoruyucu qurğuların qurulması.
İş nümunələri. Qumpüskürdücü aparatın köməyi
ilə inşaat konstruksiya, aparat və avadanlıqların
səthlərinin təmizlənməsi. Şlanqların
bərkidilməsi və uzadılması. Ucluqların
bərkidilməsi. İşin gedişində mənni və
asma nərdivanlarının yerinin dəyişməsi və
bərkidilməsi.
§ 71 QURAŞDIRMADA TAKELAJ
2-ci dərəcə
İşin xüsusiyyəti. Tikinti konstruksiya və texnoloji avadanlıqların
quraşdırılmasında ən sadə takelaj
işlərin icrası.
Bilməlidir: İnventar
stroplar, tutucu vasitə, takelaj ləvazimatlarının əsas
növlərini və onların yol verilə bilən
yüklənmə normalarını. Tikinti konstruksiya və
avadanlıqlarının quraşdırma yerinə verilmə
qaydalarını. Konstruksiya və avadanlıqların
quraşdırılmasında işarə vermə
qaydalarını.
İş nümunələri. Tikinti konstruksiya və avadanlıqların inventar
stroplarla xüsusi qurğu, quraşdırıcı ilmə,
qarmaq və s. ilmələnməsi (ilişdirilməsi) və
quraşdırma və ya qurulma yerinə ilmədən
(ilişdirilmədən) açılması.
§ 72 QURAŞDIRMADA
TAKELAJÇI
3-cü dərəcə
İşin xüsusiyyəti. Kütləsi 10 t-a qədər olan tikinti
konstruksiyası və texnoloji avadanlıqların
quraşdırılmasında sadə takelaj işlərinin icrası.
Bilməlidir: Sadə takelaj
avadanlıq və qurğularının quruluş və
onların istifadə edilmə qaydalarını. Tikinti
konstruksiya və avadanlıqlarının ilmələnmə
və ilmədən açılma üsullarını. Takelaj
düyünlərini (düz düyün, qaykalı və
qarmaqlı düyün, bərk-bərk və
xaçşəkilli ilgək). Polad kanatların boltlu
sıxaclarla bərkidilmə üsullarını.
Quraşdırma yerində tikinti konstruksiya və
avadanlıqlarının əl və
mexanikləşdirilmiş vasitələrlə
qaldırılma və salınma üsullarını. Tikinti
konstruksiya və avadanlıqlarının qaldırma və
endirməsində, onların hündürlükdə və
sıxıntılı şəraitdə
quraşdırılmasında işarə vermə
qaydalarını. Takelaj işlərin icrasına dövlət
dağ-mədən texniki nəzarətin qaydaları ilə
qoyulan tələbləri.
İş nümunələri. Kütləsi 10 t-a qədər olan tikinti konstruksiya
və avadanlıqların iş yerində
ilmələnməsi və ilmədən açılması.
Dartıcı burazlarla tənzimlənmə. Kanatların
açılması və sərinməsi. Takelaj
düyünlərinin bağlanması (düz, qaykalı
və qarmaqlı düyün, bərk-bərk və
xaçşəkilli ilgək). Polad kanatların boltlu
sıxaclarla bərkidilməsi. Tikinti konstruksiya və
avadanlıqlarının əl və mexanizmlərlə
quraşdırma yerinə qaldırılma və endirilməsi.
Blok, tal, polispast, bucurqad və yükqaldırma qabiliyyəti
10 t-a qədər olan domkratların qurulması.
§ 73 QURAŞDIRMADA TAKELAJÇI
4-cü dərəcə
İşin xüsusiyyəti. Kütləsi 10 t-dan 25 t-a qədər olan tikinti
konstruksiyası və texnoloji avadanlıqların
quraşdırılmasında orta mürəkkəbli
işlərin icrası.
Bilməlidir:
Yükqaldırma qabiliyyəti 25 t-a qədər olan takelaj
və avadanlıqların qaldırılma və endirilməsi
üçün işlədilən bütün
növlərdən olan takelaj, düyün, strop və
ilişdirmələri. Vintli reykalı və hidravlik
domkratların konstruksiyalarını. Mil - traverslərin
tətbiq edilməsini və onlarla ilmələmək
qaydalarını.
İş nümunələri. Kütləsi 10 t-dan 25 t-a qədər olan tikinti
konstruksiya və avadanlıqların iş yerində
ilmələnməsi və ilmədən açılması.
Blok, tal və yükqaldırma qabiliyyəti 10 t-dan 25 t-a
qədər olan polispastların qurulma və
çıxarılması. Tikinti konstruksiya və
avadanlıqların quraşdırılmasında
müvəqqəti gərmə dartıcıların
bərkidilməsi və çıxarılması.
Qüvvəsi 245 kn (25 d.q.) qədər olan
lövhələrin hazırlanma və qoyulması.
Yükqaldırma qabiliyyəti 25 t-a qədər olan
polispastların troslarla təchiz olunması. Quraşdırmada
şpallardan hündürlüyü 1,5 m-ə qədər
olan müvəqqəti qəfəslərin qurulması. Tikinti
konstruksiya və kütləsi 10 t-dan 25 t-a qədər olan
avadanlıqların əl üsulu və mexanikləşdirilmiş vasitələrin
köməyi ilə qaldırma, yerdəyişmə və
endirilməsi: dəmir-beton və metal formalar, körpü
kranları, soyuducular, kondensatorlar,
istilikdəyişdiricilər, vakuumquruducular, turşu
qüllələri, seperatorlar, refrijeratorlar,
kristallaşdırıcılar, nasoslar, ventilyatorlar,
borukəmərlərinin blok və düyünləri,
buxarlandırıcılar və digər texnoloji
avadanlıqlar.
§ 74 QURAŞDIRMAYA
TAKELAJÇI
5-ci dərəcə
İşin xüsusiyyəti. Kütləsi 25 t-dan 60 t qədər olan texniki
konstruksiya və texnoloji avadanlıqların
quraşdırılmasında mürəkkəb işlərin
icrası.
Bilməlidir:
Quraşdırmada işlədilən bütün
yükqaldırıcı vasitələrin quruluşunu,
istifadə olunma qaydası, təchiz edilmə və
sınaqdan keçirilmə üsullarını.
Müxtəlif takelaj işləri üçün
kanatların seçilməsini. Sınaqdan keçmə, polad
kanatların qaydalarını, sıradan çıxma, sürtmə
müddətini. Polad kanat və stropların
zaylığının müəyyən edilməsi
üzrə Dövlətdağmədəntexniki
nəzarətinin qaydalarını. Quraşdırma yerinə
qaldırma və endirmədə ağırçəkili
tikinti konstruksiya və avadanlıqlarının
ilmələnmə və ilmədən açılma
üsullarını. Takelaj avadanlığı, ləvazimat
və qurğulara Dövlətdağmədəntexniki
nəzarətinin qaydaları ilə qoyulan tələbləri.
İş nümunələri. Ağırçəkili tikinti konstruksiya və
silindrik avadanlıqların ilmələnmə və
ilmədən açılması. Universal stropların
hazırlanması. Yükqaldırma qabiliyyəti 25 t-dan 60 t-a
qədər olan blok, tal, polispast, dönən qol (strela) və
tir-kranların qurulma və çıxarılması. Polad
kanatların birləşdirilməsi, yükqaldırma
qabiliyyəti 60 t-a qədər yükqaldırıcı
şevr, polispast və örtücü blokların təchiz
olunması və konstruksiyalarda polispastların
bərkidilməsi, örtücü blokların
bərkidilməsi. Takelaj avadanlıqların yoxlanması.
Qüvvəsi 245 kn-dan 588 kn-ə qədər (25-dən 60
d.q.) olan lövhələrin hazırlanma və qoyulması.
Yükqaldırma qabiliyyəti 60 t-a qədər olan
quraşdırıcı və şevrlərin
yığılma, qurulma və sökülməsi.
Estakadaların qurulması. Dor, kran, şevr,
tərpənməyən qolların köməyi ilə
kütləsi 25 t-dan 60 t-a qədər olan tikinti konstruksiya
və avadanlıqların qaldırılma,
yerdəyişmə və endirilməsi: dəmir-beton metal,
ağac fermalar, körpü kranları, aşırımlı
körpü tikintiləri, metal domna örtüklər,
kadperlər, skrubberlər, qazqolderlər, borulu
havaqızdırıcılar, qahavakeçiriciler, toztutanlar,
kontaktorlar, kompressorlar və digər texnoloji avadanlıqlar.
§ 75 QURAŞDIRMADA
TAKELAJÇI
6-cı dərəcə
İşin xüsusiyyəti. Kütləsi 60 t-dan artıq olan tikinti konstruksiya
və texnoloji avadanlıqların
quraşdırılmasında xüsusi mürəkkəb
işlərin icrası.
Bilməlidir: Tikinti konstruksiya
və avadanlıqlarda xüsusi mürəkkəb takelaj
işləri icrasının qayda və üsullarını.
Quraşdırıcı dorun köməyi ilə tikinti
konstruksiya və avadanlıqların qaldırılma və
endirilmə üsullarını.
Qoşalandırılmış kranlar, gərilmiş kran
qolundan istifadə etməklə yenidən
avadanlıqlaşdırılmış kranlar,
qoşalandırılmış tirli kranlarla
ağırçəkili konstruksiya və avadanlıqların
qaldırma və endirmə üsullarını.
Quraşdırıcı və retranslyasiya dor qaz və
tüstü borularının yerdəyişmə və qurulma
üsullarını. Qoşalaşdırılmış
kranlarla işləyərkən tarazlaşdırıcı
traversaların tətbiq edilməsi. Domna və marten
peçlərin bünövrələrində yaxınlaşdırma
üsullarını. Quraşdırma yerinə
ağırçəkili və iriqabaritli yüklərin
nəql edilmə üsullarını.
İş nümunələri. Yükqaldırma qabiliyyəti 60 t-dan artıq olan
quraşdırıcı dorların cihaz edilmə, qurulma
və yerləşdirilməsi. Kütləsi 60 t-dan artıq
olan tikinti konstruksiya və avadanlıqlarının ilmələnmə,
qaldırılma və endirilməsi. Domna və marten
peçləri bünövrələrinə çəkib
salınması. Texnoloji avadanlıq və aparatların
onların üzərində quraşdırılmış,
ümumi kütləsi 60 t-dan artıq olanda texnoloji boru
kəmərləri ilə “bağlanmış”
işlənmə, qaldırılma və quraşdırma
səviyyəsinə endirilməsi; texnoloji sütun,
dəyirman, bişirmə peç, absorbsiya qüllə,
deasfaltizator, adsorber, reaksiya kameraları, soyuducu-krekinqlər
və s. Qoşalandırılmış kranlar, gərilmiş
kran qolu, kran qolu alt müvəqqəti dirək,
düşən kran qolu və şevrlərin köməyi
ilə yenidən avadanlıqlaşdırılmış
kranlarla tikinti konstruksiyası və avadanlıqlarının
qaldırılma və endirilməsi. Texnoloji avadanlıq və
tikinti konstruksiyalarının iriləşdirilmiş bloklarla
qaldırılması. Ağırçəkili və
iriqabaritli yüklərin quraşdırma yerinə nəql
edilməsi. Qüvvəsi 588 kn (60 d.q.)-dan çox olan
lövhələrin hazırlanma və qurulması.
§ 76 QURĞUŞUN
ÜZRƏ LEHİMLƏYİCİ
(qurğuşun lehimləyicisi)
2-ci dərəcə
İşin xüsusiyyəti. Ən sadə qurğuşun-lehimləmə
işlərinin yerinə yetirilməsi.
Bilməlidir: Asetilen
generatorları, oksigen və asetilen balonlarının
quruluş əsaslarını və onlarla rəftar
qaydalarını. Hazır ilmə və tutacaqların
növləri və onların istifadə edilmə
üsullarını. Səthlərin təmizlənmə
üsullarını.
İş nümunələri. Lehimləmə və qalaylama altı
səthlərin hazırlanması. Hazır nişanlanma
üzrə qurğuşunun düzxətli doğranması.
Çubuqların tökülməsi. Boruların qum ilə
doldurulası. Asetilen generator və balonlarının yerinin
dəyişdirilməsi.
§ 77 QURĞUŞUN
ÜZRƏ LEHİMLƏYİCİ
(qurğuşun lehimləyici)
3-cü dərəcə
İşin xüsusiyyəti. Sadə qurğuşun - lehimləmə
işlərinin yerinə yetirilməsi.
Bilməlidir: Qurğuşunun
əsas xüsusiyyətlərini. Hidrogen aparat və
elektriklehimləyicilərin quruluşunu və onlarla rəftar
etmək qaydalarını. Lehimləmə və qaynaqlamada
temperatur rejimlərini. Sadə takelaj avadanlıqlarının
quruluşunu və istifadə edilmə üsullarını.
İş nümunələri. Hazır nişanlama üzrə qurğuşunun
fiqurlu doğranması, sadə detalların
tökülməsi: yuva və tıxaclar. Asetilen generatorlara
xidmət edilməsi. Turşu ilə səthlərin
sürtülməsi. Təzyiqsiz işləyən sadə
detalların lehimlənmə və qalaylanması (bortşayba,
boru kənarları və s).
§ 78 QURĞUŞUN ÜZRƏ
LEHİMLƏYƏCİ
(qurğuşun lehimləyici)
4-cü dərəcə
İşin xüsusiyyəti. Orta mürəkkəbli
qurğuşun-lehimləyici işlərinin icrası.
Bilməlidir:
Təbəqəli qurğuşunun və qurğuşun
borularının əlamətlərini. Qurğuşunun
nişanlanma və biçilmə üsullarını.
Borukəməri və spiral boruların sınaqdan
keçirilmə üsullarını.
İş nümunələri. Qurğuşun təbəqələrinin
düzəldilməsi. Qurğuşun
təbəqələrinin açılması. Deformasiya
olmuş qurğuşun boruların düzəldilməsi. Qolların
əyilməsi, boru və ştuserlərin
kənarlarının düzəldilməsi. Diametri 100 mm-ə
qədər olan qurğuşun boruların
çəkilməsi. İki-üç burulma ilə spiral
boruların hazırlanması. Qurğuşun sapların
hazırlanması. Diametri 100 mm-ə qədər olan boru
bitişmə yerlərinin lehimlənməsi.
§ 79 QURĞUŞUN ÜZRƏ
LEHİMLƏYƏCİ
(qurğuşun lehimləyici)
5-ci dərəcə
İşin xüsusiyyəti. Mürəkkəb qurğuşun - lehimləmə
işlərinin yerinə yetirilməsi.
Bilməlidir: Seksiyalı qol,
borukəməri detal və borukəmərləri
trassalarının salınmasının nişanlanma
üsullarını. Qurğuşunlu aparatura və
borukəmərlərinin sınaqdan keçirilmə
üsullarını.
İş nümunələri: lülə qurğuşunla profilli poladın
örtülməsi. Diametri 100 mm-dən çox olan
qurğuşunlu borukəmərlərinin qoyulması.
Qurğuşun boru və fasonlu detalların hazırlanması.
Diametri 100 mm-dən çox olan boruların bitişmə
yerlərinin lehimlənməsi. Mürəkkəb spiral
boruların hazırlanması.
§ 80 QURĞUŞUN
ÜZRƏ LEHİMLƏYİCİ
(qurğuşun lehimləyici)
6-cı dərəcə
İşin xüsusiyyəti. Xüsusi mürəkkəb qurğuşun -
lehimləmə işlərinin yerinə yetirilməsi.
Bilməlidir: Aparaturaların
hazırlanması, aparat və maşınların
bürünməsi üçün qurğuşunun
nişanlanma üsullarını. Qurğuşunun aparata və
platirovkalara hemogen lehimləmə ilə asılma
üsullarını.
İş nümunələri. Qurğuşunun böyük tutumlu aparatlara
asılması. (stabilizatorlar, yuyulan qüllələr və
s). Mürəkkəb konfiqurasiyalı aparatların
qurğuşunla bürünməsi (qüllə,
qarışdırıcı, soyuducular, durulducular, sulfat
turşusu konsentratorları və s). Bu aparatların
hazırlanmasında qurğuşunun lehimlənməsi.
Qurğuşunlu aparaturaların düyün və
detallarının hazırlanması (lyuk, ağızlıq,
navalça). Hemogen lehimləmə ilə platirovka
(süzgəclər, ventilyator pərləri və s). Elektrik
süzgəcləri üzrə qurğuşun-lehimləmə
işləri.
§ 81 DAŞYONAN
2-ci dərəcə
İşin xüsusiyyəti. Səthlərin təbii daş və süni
tavalarla üzlənməsində ən sadə işlərin
yerinə yetirilməsi.
Bilməlidir: Təbii daş
və tavalarla üzləmədə istifadə edilən
əsas materialların növlərini. Məhlul və quru
qarışıqların hazırlanma
üsullarını. Səthlərin üzlənmə
üçün hazırlanma üsullarını.
İş nümunələri. Verilən tərkib üzrə məhlul və quru
qarışıqların hazırlanması.
Üzlənilən səthdə üzlüyün
bərkidilməsi üçün yuvaların əl üsulu
ilə açılması. Üzləmələrin
səthlərinin və tişlərinin təmizlənməsi.
Mərmər tavaların və bağlamalardan
çıxardılıb açılması və qalağa
vurulması. Üzlüyün sökülməsindən sonra,
tava və daşların təmizlənməsi. Təbii
daşdan olan səkilərin sökülməsi. Tavaların çeşidlərə
ayrılması.
§ 82 Daşyonan
3-cü dərəcə
İşin xüsusiyyəti. Səthlərin təbii daş və süni
tavalarla üzlənməsində sadə işlərin
icrası.
Bilməlidir:
Üzlüklərin bərkidilməsinin üsul və
yollarını.
Üzləmə işlərin istehsalında
istifadə edilən materialların xüsusiyyətlərini
və onların keyfiyyətinə qoyulan tələbləri.
Daşın kobud emal edilməsi və düzxətli
səthlərin üzlənməsi üsullarını.
Yastı səthlərin üzləmə keyfiyyətinə
qoyulan əsas tələbləri.
İş nümunələri. Hazır mayaklar üzrə döşəmə
və divarların, yonulmuş daş və süni tavalarla
üzlənmə və təmiri. Səkilərin
əhəngdaşı, qumdaşı və qranit
tavalarından düzəldilməsi. Hörgünün
arası qırılmış daşların qoyulması
və sement məhlullarının tökülməsi.
Üzləmədə tikişlərin çapılması.
Kəpitkə ilə üzləmə tikişlərinin
tıxanması. Əl alətləri ilə daşın kobud
emal edilməsi. Tavalarda yuvaların açılması.
Daşın yarılma və yonulması. Daşın yataq
hissəsinin zəif yonulması. Üzləmədə
şırım və yuvaların açılması.
Tavaların arxa tərəfinin emal edilməsi. Tava və
daşlarda deşiklərin açılma və
deşilməsi və əl alətləri ilə yuvaların
sındırılması.
§ 83 DAŞYONAN
4-cü dərəcə
İşin xüsusiyyəti. Səthlərin təbii daşlarla
üzlənməsində orta mürəkkəbli
işlərin icrası.
Bilməlidir:
Üzlənən düzxətli səthlərin bölgü
və nişan qoyma üsul və yollarını.
Düzxətli səth və faskaların yarımtəmiz yonma
üsullarını və ardıcıllığını.
Blok və daşların mişarlanma və frezerlənməsi
üçün mexanizmlərin quruluşunu. Cilalanmış
və pardaxlanmış tavalarla yastı səthlərin
üzləmə keyfiyyətinə qoyulan tələbləri.
İş nümunələri. Cilalanmış və pardaxlanmış tavalarla
döşəmə, divar və pilləkən
meydançalarının üzlənmə və təmiri.
Hazır yonulmuş bloklardan hamar sütunların
yığılması. Mayakları qurmaqla üzlənən
yastı səthlərin bölgü və nişan
qoyulması. Təbii daşdan ayrı-ayrı pillələrin
qoyulması və dəyişdirilməsi. Sahilyanı
divarların yonulmuş tavalarla üzlənməsi. Parapet
və sütun məhəccərlərinin yonulmuş
detallardan qurulması. Yol və səkilərin tavalarla
döşənməsində yan daşların qurulması.
Üzləmə üçün tava və daşların
cizgi və spesifikasiya üzrə komplektləşmə və
markalaşdırılması. Üzləmənin bütün
növ tikişlərinin məhlulla bağlanması.
Qumpüskürdən aparatların köməyi ilə
səthlərin təmizlənməsi. Düzxətli
səthləri və daş faskalarının
mexanikləşdirilmiş alətlərlə kobud
yonulması. Düzxətli səthlərin və daş
faskalarının əl və mexanikləşdirilmiş
alətlərlə yarıtəmiz yonulması. Daşın
şubaya bənzər işlənməsi və qranit
üzləmənin döyəclənməsi. Pillə, parapet
və tağ daşlarının yonulması.
Mexanikləşdirilmiş alətlə daş və tavalarda
pəncərələrin, qapıların qoyulması
üçün xüsusi yerlərin və daxili
künclərin yarıb çıxarılması və
deşiklərin açılması. Mərmər tavaların
çapılması. Mexanikləşdirilmiş alətlə
daş blokların tinlərinin hamarlanması.
§ 84 Daşyonan
5-ci dərəcə
İşin xüsusiyyəti, Səthlərin təbii daşlarla
üzlənməsində mürəkkəb işlərin
icrası.
Bilməlidir: Əyrixətli
üzlənən səthlərin bölgü üsul və
yollarını. Daş və tavaların təmiz yonulma
üsullarını və ardıcıllığını.
Memarlıq detallarının növlərini. Daşı emal
edən dəzgahların quruluşunu. Əyrixətli
səthlərin üzlənməsinə qoyulan
tələbləri.
İş nümunələri. Əyrixətli səthlərin yonulmuş tava
və fasonlu daşlarla üzlənmə və təmiri.
Kappelyuralı sütunların hazır yonulmuş bloklardan
yığılması. Pəncərə və qapı
boşluqları və pəncərəaltı tavaların
çərçivələnməsi. Pillələrin mozaik
tavalarla üzlənməsi. Düzxətli pilləkən
çəpərlərinin üzlənməsi. Taxça,
daş çıxıntısı (pilyastra), sütun və
onlara bənzər səthlərin cilalanmış və
pardaxlanmış tavalarla üzlənmə və təmiri.
Mürəkkəb üzləmə detallarının cizgi
və təsnifat üzrə komplektləşdirmə və
markalaşdırılması.
Faska və lentlərin düzxətli səthlərinin
əl və mexanikləşdirilmiş alətlərlə
təmiz və döyəcləmə ilə yonulması. Əyrixətli səthlərin və fasonlu detalların kobud
və yarıtəmiz yonulması. Pəncərəaltı
tava və boşluqların çərçivə
detallarının hazırlanması. Orta mürəkkəbli
şablon və lekalların çəkilməsi və
hazırlanması. Lekal və şablonlar üzrə xətli
daşların hazırlanması. Dəzgahlarda təbii
daşların emal edilməsi.
§ 85 Daşyonan
6-cı dərəcə
İşin xüsusiyyəti. Səthlərin təbii daşlarla
üzlənməsində xüsusi mürəkkəbli
işlərin icrası.
Bilməlidir: Memarlıq
detalları üçün daşın seçilmə
və emal edilməsinə qoyulan tələbləri. Xüsusi
mürəkkəb səthlərin üzlənməsi
üçün nişanlama və bölgü
üsullarını. Zədələnmiş
üzləmələrin qoyulma təmir üsullarını.
İş nümunələri. Əyrixətli səthlərin bütün
növlərinin cilalanmış və pardaxlanmış
tavalarla üzlənmə və təmiri. Daimi və
dəyişkən kəsikli hamar və kappelyuralı
sütunların hazır cilalanmış və
pardaxlanmış bloklardan yığılması.
Əyrixətli pilləkən çəpərlərinin
üzlənməsi. Körpü dayaq və
aşırımlı körpü tikililərinin asma
üzlənməsi. Lekallı deşiklərin mərmər
tavalarla çərçivəyə alınması. Təmiz
yonulmuş fasonlu detal və memarlıq məmulatlarının
bütün növlərinin hazırlanması.
Əyrixətli səthlərin, faska və lentlərin
təmiz yonulması. Mürəkkəb memarlıq şablon
və lekallarının çəkilmə və
hazırlanması. Hərf və rəqəmlərin
nişanlanma və həkk olunması, təbii daşda ornament
həkk edilməsi. Mürəkkəb profilli fasonlu detal və
memarlıq bəzəklərinin qurulması.
§ 86 DAXİLİ SANİTAR -
TEXNİKİ SİSTEM VƏ
AVADANLIQLARIN
QURAŞDIRICISI
2-ci dərəcə
İşin xüsusiyyəti. Mərkəzi istilik, su təchizatı,
kürəbənd, qaz təchizatı və suaxıdan daxili
sistemlərin quraşdırılma və təmirində
ən sadə işlərin icrası.
Bilməlidir: Sanitar-texniki
material və avadanlıqların çeşidlərini və
təyinatını. Boru, fasonlu hissə, armatur və
bərkidici vasitələrin növlərini. Çilingər
alətlərinin təyinatını. Boru, fitinq və
armaturların diametrinin ölçmə üsullarını.
İş nümunələri. Boru, fitinq, fasonlu hissə, armatur və bərkidici
vasitələrin növlərə ayrılması.
Yardımçı materialların hazırlanması (kətan
hörüyü, surik, məhlul və s.) Birləşmə
yerlərinə aralıqların
qoyulmasını. Sqonların bilərzik və kontrqayka,
blotların – qaykalarla komplektləşdirilməsi.
Müxtəlif qoruyucu tıxacların borulara qoyulması
və çıxarılması. Boru kəmərlərinin
detalları, sanitar-texniki cihazlar və digər yüklərin
nəql edilməsi.
§ 87 Daxili sanitar-texniki sistem və
avadanlıqların
quraşdırıcısı
3-cü dərəcə
İşin xüsusiyyəti. Mərkəzi istilik, su təchizatı,
kürəbənd, qaz təchizatı və suaxıdan daxili
sistemlərin quraşdırılma və təmirində
sadə işlərin icrası.
Bilməlidir: Sanitar-texniki
sistemin əsas detallarının, boruların
birləşdirilmə və boru kəmərlərinin
bərkidilmə növlərini. Mərkəzi istilik, su
təchizatı, kürəbənd, qaz təchizatı və
suaxıdanların daxili sistemlərinin təyinatı,
quruluşu və quraşdırılma
xüsusiyyətlərini. Deşiklərin burğu ilə
deşilməsi və əl alətlərin ilə vurub
açılma üsullarını. Oksigen və asetilen
balonlarla rəftar etmə və onların nəql edilmə
qaydalarını. Mexanikləşdirilmiş
alətlərdən istifadə etmə qaydalarını.
İş nümunələri. Bükmə və sadə düyünlərin
yığılması. Flanslı birləşmələrin
yığılması. Boru kəmərlərinin
ayrı-ayrı düyünlərinin sökülməsi
(quraşdırmada). Cihaz və borukəmərlər altı
bərkitmənin qoyulması və bağlanması.
Konstruksiyalarda deşiklərin burğu ilə deşilməsi
və ya əl alətləri ilə vurub açılması.
Çuqun boru kəmərlərində bilərziklərin
(rastrub) tutulması. Əl alətləri ilə boruların
(stoyak) fasonlu hissələrinin qoyulması. Çuqun
qazanların borukəmərlərində açılması.
Növbəti qaynaq üçün istilikboru qazanların
tikişlərinin kənarlarının kəsilməsi.
Çuqun qazan seksiyalarının xaricdən və daxildən
yumaqla təmizlənməsi. İstilikboru qazanların
zaklyopkalarının vurub çıxardılması.
Unitazın manjetinin dəyişdirilməsi.
§ 88 Daxili sanitar-texniki sistem
və avadanlıqlarının
quraşdırıcısı
4-cü dərəcə
İşin xüsusiyyəti.
Mərkəzi istilik, su təchizatı, kürəbənd, qaz
təchizatı və suaxıdan daxili sistemlərin
quraşdırılma və təmirində orta
mürəkkəbli işlərin icrası.
Bilməlidir:
Şaquli-birləşmiş borulardan ayrılma sistemlərini
Polad və polimer borulardan boru kəməri sistemlərinin quruluşunu və onların
quraşdırılma üsullarını.
Quraşdırıcı porşenli tapançaların
quruluşunu və onlarla işləmə qaydalarını.
Yapışqanla polad boruların birləşməsini.
Bərkitmə və cihazların qoyulma yerini nişanlama üsullarını.
Sanitar və qızdırıcı cihazların qoyma
qaydalarını. Cihazların qoyulmasında deşiklərin
nişanlanması üçün şablonların
növlərini və onlardan istifadə qaydalarını.
İş nümunələri. Diametri 200 mm-ə qədər olan boru
kəmərləri və kilidli armaturların quraşdırılması.
Palçıqyığan silindrin və bütün
növlərdən çənlərin qurulması. Sanitar
cihazlarının armaturla (rakovina, əl-üzyuyan, moyka, trap,
vanna, unitaz yuyub təmizləyən baçok və s.)
qoyulması və boru kəmərlərinə
birləşdirilməsi. Sanitar-tibbi avadanlıqlarının
(vidua, inventar çuqun moyka, altlıq sudnoların yuyulması
üçün qurğu, duş kafedrası qoyulması
və s). Ticarət və ictimai iaşə məsələlərinin
modelləşdirilmiş avadanlıqların (yuyucu vanna,
balığın difrotasiyası üçün vanna,
ikiyuvalı vanna və s.) quraşdırılması.
Kimyəvi və fiziki laboratoriyaları üçün
laboratoriya avadanlıqlarının (laboratoriya stolu, fiziki
çəkici şkaf, laboratoriya rakovinası üçün
tumba) quraşdırılması. Cihazların qoyulduğu
yerlərinin nişanlanması, yuyub təmizləyən
baçokların tənzimlənməsi. Quraşdırma
yerində çuqun radiatorların quraşdırılması
və onların artırılması. Qızdırıcı
panel, sanitar-texniki kabin və bloklara boru kəmərlərinin
birləşdirilməsi. Sökülən su, tualet
kranlarının və su
qarışdırıcılarının qoyulması. Buxar
qazanlarının təmirində yerində yamaqların
uyğunlaşdırma və qoyulması. Polad istilikborulu qazan
qapaqlarının çıxarılması və ya
qurulması. Kran suqarışdırıcı və
ventillərin dəyişdirilməsi. Bina və
tikililərdə mərtəbələr, şaquli
birləşən borular və seksiyalar üzrə sanitar-texniki
sistemlərin qurulması üçün material, avadanlıq
və məmulatların seçilmə və
komplektləşdirilməsi. Boru kəmərlərinə
qızdırıcı cihazların qoyulması və
birləşdirilməsi. Yivli, qaynaqlı, yapışqanlı
və ya boru bilərzikli birləşmələrdə polimer
borulardan su kəməri və kanalizasiyanın
quraşdırılması. Sorucu boruların qurulması.
Sulayıcı yanğın kranlarının qurulma və
dəyişdirilməsi. Quraşdırıcı porşenli
tapançanın köməyi ilə detal və cihazların
bərkidilməsi. Su təchizatı boru kəmərlərinin
yuyulma və xlorlaşdırılması.
§ 89 DAXİLİ
SANİTAR-TEXNİKİ SİSTEM VƏ
AVADANLIQLARIN
QURAŞDIRILMASI
5-ci dərəcə
İşin xüsusiyyəti. Mərkəzi istilik, su təchizatı,
kürəbənd, qaz təchizatı və suaxıdan daxili
sistemlərin quraşdırılma və təmirində
mürəkkəbli işlərin icrası.
Bilməlidir:
Bütünlükdə daxili sanitar-texniki borukəməri
sistemlərinin quruluşunu və onların
quraşdırılma üsullarını. Sanitar-texniki
avadanlıqlarının təyinatı və quraşdırma
üsullarını (Həcmli və seksiyalı
suqızdırıcıları, kaloriferlər, hava - istilik
aqreqatlar, kondisionerlər, mərkəzdənqaçma nasoslar
və nasos aqreqatlar). Diametri 200 mm-dən artıq olan
boruların uc-uca qoyulması və onların
kənarlarının təmizlənmə
üsullarını. Boru kəmərlərinin sınaqdan
keçirilmə və nöqsanların ləğv edilmə
qaydaları. Sanitar-texniki işlərin istehsal və qəbul
qaydalarını.
İş nümunələri: Həcmli və seksiyalı
suqızdırıcı (broyler) kalorifer, havaistilik aqreqat,
mərkəzdən qaçan nasos və nasos aqreqat, elevator
və suölçən düyün, kalorifer, blok və
daraqlarının quraşdırılması. Çuqun, tiyan
örtüyü, laz və tiyan qarniturlarının
qurulması. Tiyanlar üçün atma qurğularının
qoyulması. Hava və suqızdırıcılarının
qoyulması və düzəldilməsi. Diametri 200 mm-dən
400 mm-ə qədər olan borukəməri və
armaturların quraşdırılması. Çuqun boru və
fasonlu hissələrdən şaquli birləşmiş
boruların və cihazlar üçün boru
çıxıntıların çəkilməsi. Diametri
200 mm-dən 400 mm-ə qədər olan siyirtmələrin
qoyulması. Manometr, suölçən şüşə,
havayığıcı, üçgedişli kranların
qoyulması. Qaz aparatura və tənzimləyicilərin
qoyulması. Dayağı tənzimləməklə
kompensatorların qoyulması. Üçboğaz, çarpaz
birləşmə və seksiyalı ayırmaların
qoyulması. Qaz plitə, kolonka və
suqızdırıcıların qoyulma və
birləşdirilməsi. Çuqun borudan olan borukəməri
hissələrinin dəyişdirilməsi. Quraşdırıcı
layihə üzrə borukəmərlərinin qoyulma yerinin
nişanlanması. Kürəbənd və suaxıdan boru
kəmərlərinin sınaqdan keçirilməsi. Boru
kəmərlərinin sınaqdan keçirilməsində
qüsurlu yerlərin müəyyən edilməsi.
§ 90 DAXİLİ
SANİTAR-TEXNİKİ SİSTEM VƏ
AVADANLIQLARIN
QURAŞDIRILMASI
5-ci dərəcə
İşin xüsusiyyəti. Mərkəzi istilik, su təchizatı,
kürəbənd, qaz təchizatı və suaxıdan daxili
sistemlərin quraşdırılma və təmirində
xüsusi mürəkkəb işlərin icrası.
Bilməlidir: Sanitar-texniki
sistemlərin sınaqdan keçirilmə qaydalarını.
Obyektin quraşdırma üçün
hazırlığına qoyulan tələbləri. İcra
olunmuş işlərin Dövlətdağmədən texniki
nəzarətə təhvil verilmə qaydalarını. Boru
kəmərlərinin qoyulma yerinin nişanlanma, avadanlıq
və borukəmərlərinin yerləşməsi
üzrə yerlərdə ölçmələrin
aparılması. Yerlərdə və tikinti cizgiləri
üzrə qaralama və ölçmə eskizlərinin
çəkilmə qaydalarını.
İş nümunələri. Ayrı-ayrı seksiyalardan ayrı-ayrı paket
və iri bloklarla yığılan polad və çuqun
qazanları bağlamaqla quraşdırılması. İstilik
idarəetmə məntəqə və mərkəzi istilik
məntəqələrinin blok və ayrı-ayrı detallarla
quraşdırılması. Borukəməri sistemləri,
avadanlıq və aparaturaların sınaqdan keçirilmə
və təmizlənməsi. Qızdırıcı
cihazları tənzimləməklə onların
qızdırma qabiliyyətinin yoxlanılması. Sistemin
təhvil verilməsi. Tikinti cizgiləri üzrə və
yerlərdən, boru kəmərlərinin qoyulması
üçün, ölçülərin
götürülməsi və qoyulma yerlərin
nişanlanması. Tikinti cizgiləri və mövcud boru
kəmərləri üzrə detallaşdırılma və
spesifikasiyaları tərtib etməklə qaralama və
ölçmə eskizlərinin çəkilməsi.
Komplektləşdirmə siyahısının tərtib
edilməsi. Qazanxanaların bərk yanacaqdan qaz yanacağa
keçirilməsi üçün termotənzimləyici,
biosüzgəc, yanğınsöndürmənin avtomatik
sistem, tənzimləmə ilə olan qazla yanan
qurğuların quraşdırılması. Sanitar-texniki
sistemin işə buraxılma və sazlanması.
Tənzimləyici məntəqələrin quraşdırma
və sınaqdan keçirilməsi (QTM) qazanxanalarda qazı rediksiya
edən düyünlərin quraşdırılma və
sınaqdan keçirilməsi, mayeləşmiş qaz
bazaların qruplaşmış qurğularının blok
şəklində quraşdırılması, onları
sınaqdan keçirməklə boru düyünləri
ilə bağlanması.
§ 91 Dəmiryol
nəqliyyatında blokirovka və mərkəzləşmə
avadanlıqlarının
quraşdırıcısı
2-ci dərəcə.
İşin xüsusiyyəti. Dəmiryol nəqliyyatında blokirovka və mərkəzləşmə
avadanlıqlarının və onlarla bağlı
konstruksiyaların quraşdırılmasında ən sadə
işlərin yerinə yetirilməsi.
Bilməlidir:
Avadanlığın açılma üsullarını.
Ən sadə takelaş ləvazimatlarının
növləri və onların istifadə olunma
üsullarını. Avadanlıq detallarının yağlanma
üsullarını. Çilingər alətlərinin
təyinatını.
İş nümunələri. Qeyri-vacib detalların boltla bərkidilməsi.
Avadanlığın açılması. Aparat və
avadanlıqlarda nömrə lövhəciklərinin
hazırlanma və qurulması.
§ 92 Dəmiryol
nəqliyyatında blokirovka, mərkəzləşmə
avadanlıqlarının
quraşdırıcısı
3-cü dərəcə
İşin xüsusiyyəti. Dəmiryol nəqliyyatında blokirovka və
mərkəzləşmə avadanlıqlarının və
onlarla bağlı konstruksiyaların
quraşdırılmasında sadə işlərin yerinə
yetirilməsi.
Bilməlidir: İstifadə
edilən materialların əlamətlərini.
Mürəkkəb olmayan quraşdırma işlərinin
yerinə yetirilmə üsullarını. Sadə takelaj
vasitələrinin quruluşunu və onlardan istifadə
etmə qaydalarını.
İş nümunələri. Ülgü üzrə detalların
nişanlanması. Dişli çarx və drellə
deşiklərin açılması. Yivli və flanslı
birləşmələrin yığılması. Əl
alətləri ilə yivlərin kəsilməsi. Altlıq
və aralıqların hazırlanması.
Metalkonstruksiyaların düzəldilməsi. Bitişmə
yerlərinin quraşdırıcı boltlarla
bərkidilməsi.
§ 93 Dəmiryol
nəqliyyatında blokirovka, mərkəzləşmə avadanlıqlarının
quraşdırıcısı
4-cü dərəcə
İşin xüsusiyyəti. Dəmiryol nəqliyyatında blokirovka və
mərkəzləşmə avadanlıqlarının və
onlarla bağlı konstruksiyaların quraşdırılmasında
orta mürəkkəbli işlərin yerinə yetirilməsi.
Bilməlidir: Orta
mürəkkəbli avadanlıq altı
bünövrələrin ölçülərinin yoxlama
üsullarını və bu avadanlığın
quraşdırma üsul-larını. Mexanikləşdirilmiş
alətlərdən istifadə edilmə üsullarını.
Quraşdırılan avadanlığın yoxlanılıb
düzəldilməsinin ən sadə üsullarını.
Yükün ilmələnmə və yerdəyişmə,
habelə mexanikləşdirilmiş takelaj avadanlıqdan
istifadə etmə üsullarını. Quraşdırılan
avadanlığın quruluşunu.
İş nümunələri. Bütün tiplərdən olan calaqlı və
strelkalı (qollu) birləşmələrin qurulması.
Döşəməyə qoyulan avadanlığın
sökülməsi (rele şkafları, batareya quyuları,
svetoforlar, semaforlar, komensatorlar, drosellər).
Əyilgən-dartıcılar üçün dayaq və
şkivlərin yığılma və qurulması.
§ 94 Dəmiryol
nəqliyyatında blokirovka, mərkəzləşmə
avadanlıqlarının
quraşdırıcısı
5-ci
dərəcə
İşin xüsusiyyəti. Dəmiryol nəqliyyatında blokirovka və
mərkəzləşmə avadanlıqlarının və
onlarla bağlı konstruksiyaların quraşdırılmasında
mürəkkəb işlərin yerinə yetirilməsi.
Bilməlidir: Quraşdırma
oxlarının nişanlanma, qurulma və yerini
dəyişdirmə üsullarını. Quraşdırma
üçün bünövrənin və
avadanlığın qurulma yerinin yoxlanma və qəbul
qaydalarını. Mürəkkəb avadanlıqların
quraşdırma üsullarını. Quraşdırılan
avadanlığın tarazlaşma, mərkəzləşmə,
yoxlanılıb düzəldilmə və
təmizlənmə üsullarını. Yağlama sisteminin
quruluşunu və işləmə prinsiplərini. Mexanizm
və maşınların quraşdırılmasına qoyulan
texniki tələbləri və müəyyən edilmiş
yol verilə bilən artıq-əksikliyi. Mürəkkəb
avadanlığın istismara verilmə qaydalarını.
İş nümunələri. Strelkalı ayıranların hissələrinin
və strelkalı elektrik ötürücülərin
qarniturasının və ötürücüqapamaların
izolyasiyası. Yol drosellərinin qurulma və qoşulması.
Svetoforların komplektləşdirilməsi və
yığılması. Manevredici kolonka, strelkalı
nəzarət qıfıl, svetofor, rele şkafları, batareya
quyuları, semafor və kompensatorların qurulması. SÇB
avadanlığının elektrik mərkəzləşmə
postuna qaldırma və quraşdırılması.
Nəzarət qıfılı, strelkalı
mərkəzləşdiricilərin asılı yeşiklərin
götürüb-qoyulması və təmizlənməsi,
semafor detal, strelkalı və siqnal linglərinin
dəyişilməsi və təmizlənməsi.
Əyilgən dartıcı xəttin qurulması.
§ 95 Dəmiryol
nəqliyyatında blokirovka, mərkəzləşmə
avadanlıqlarının
quraşdırıcısı
6-cı dərəcə
İşin xüsusiyyəti. Dəmiryol
nəqliyyatında blokirovka və mərkəzləşmə
avadanlıqlarının quraşdırılması
üzrə yüksək dəqiqlik tələb olunan
xüsusi mürəkkəb işlərin icrası.
Bilməlidir: Xüsusi
mürəkkəb avadanlıqların
quraşdırılması üsullarını.
Avadanlıqların tənzimlənmə və sazlanma
üsullarını. Aqreqat və mexanizmlərin istismara
verilməsində onların yağlanma qaydalarını.
İş nümunələri. Qarnituranı uyğunlaşdırıb
komplektləşdirməklə və
elektrikgötürücüləri qoyulmaq üçün
hazırlamaqla strelkal elektrikötürücülərinin qurulması.
Nəzarət elektrik qıfıllarının qurulması.
Elektrikqoşma və elektrikqurma mexanizmlərinin qurulması.
Semafor və disklərin tənzimlənməsi. Mexaniki
mərkəzləşmə blok-aparatının asılı
yeşiklərinin sökülüb düzəldilməsi.
Mexaniki mərkəzləşmə aparatlarında və
yarımavtomat blokirovkalarda cihazların qurulması. Blok-mexanizm
və blokirovka induktorunun sökülmə,
təmizlənmə və yığılması.
§ 96 Dəmiryol nəqliyyatı
metropolitenin yerüstü
xətlərində siqnalizasiya,
mərkəzləşdirmə və
blokirovka üzrə elektrik
quraşdırıcısı
2-ci dərəcə
İşin xüsusiyyəti. Dəmiryol nəqliyyatı və metropolitenin
yerüstü xətlərində siqnalizasiya,
mərkəzləşdirmə və blokirovkanın
quraşdırılmasında ən sadə işlərin
icrası.
Bilməlidir: Yol nişan
və işarələrini. Naqil və kabellərin əsas
markalarını. Poladın əlamətlərini. Elektrik
konstruksiyaların hazırlanma və
quraşdırılmasında işlədilən əsas
materialları. Bərkitmə detal və xırda
konstruksiyaların əsas növlərini. Elektrik
quraşdırma işlərində işlədilən
alətlərin əsas növlərini.
İş nümunələri. Bərkitmə detallarının qoyulma və
bağlanması. Əl ilə kabelin üst cüt
örtüyünün çıxarılması. Dəqiq
ölçülər tələb olunmayan, xırda
bərkitmə detal və aralıqların hazırlanması.
Yerlə birləşmə elektrodlarının əl
alətləri ilə vurulması. Kabel naqilləri və
şinlərin rənglənməsi. Kabellərin xəndək
və kanallarda örtülməsi. Əl alətləri
ilə hazır nişanlanma üzrə yuva, deşik və
şırımların açılması.
§ 97 Dəmiryol nəqliyyatı
və metropolitenin yerüstüxətlərində
siqnalizasiya, mərkəzləşdirmə və blokirovka
üzrə elektrik quraşdırıcısı.
3-cü dərəcə
İşin xüsusiyyəti. Dəmiryol nəqliyyatı və metropolitenin
yerüstü xətlərində siqnalizasiya, mərkəzləşdirmə
və blokirovka üzrə sadə işlərin icrası.
Bilməlidir. Bərkitmə
detal və armaturların əsas növlərini. Sadə cihaz,
elektrik aparatları, elektrikləşdirilmiş və pnevmatik
alətlərin quruluş əsaslarını. Sadə elektrik
sxemlərini. Sadə takelaj vasitələrindən istifadə
edilmə üsullarını və onların quruluşunu.
Elektrik quraşdırma işlərində işlədilən
qaynaq avadanlıqlarının növlərini və onlardan
istifadə etmə qaydalarını.
İş nümunələri. Uclarını müvəqqəti bağlamaqla
gərginliyi 10 kv-yə qədər olan kabellərin
kəsilməsi. Qurulmamış konstruksiyalarda izolyatorların
qoyulması. Dyübellərin qoyulması. Bütün növ
naqil və şinlərin keçid yerlərinin tutulması. Barabanları
qurmaqla naqil və kabellərin açılması. Yerlə
birləşmə şəbəkə və
sıfırlaşdırıcı qurğuların
quraşdırılması. Avadanlığı rəglənməsi. Bağlı və ya
açıq tipli paylaşdırıcı
məntəqələrin (şkafların)
çıxarılması. Sadə aparat və cihazların
sökülməsi (dayaq izolyatorları, rubilnik, lingli
ötürücü ilə dəyişdirici açar,
qoruyucu, reostat, cərəyan və gərginlik
transformatorları və s). Mexanikləşdirilmiş
üsulla qaynaq yerinin emal edilməsi.
Mexanikləşdirilmiş alətlə deşiklərin
açılması. Kabel və naqillər üçün
paylaşdırıcı qutuların qoyulması.
§ 98 Dəmiryol nəqliyyatı
və metropolitenin yerüstü xətlərində siqnalizasiya,
mərkəzləşmə və blokirovka üzrə
elektrik quraşdırıcısı.
4-cü dərəcə
İşin xüsusiyyəti. Dəmir yol nəqliyyatı və metropolitenin
yerüstü xətlərində siqnalizasiya,
mərkəzləşdirmə və blokirovkanın
quraşdırılmasında orta mürəkkəbli
işlərin icrası.
Bilməlidir:
Quraşdırılan elektrik avadanlıqlarının
quruluş əsaslarının. Armaturların komponovka
edilmə qaydasını. İzolyasiya
müqavimətlərinin ölçülmə üsullarını.
Orta mürəkkəbli elektrik sxemlərini. Kəsiyinin
sahəsi 70 mm2 qədər, bütün markalardan olan
naqil və kabellərin birləşmə, uclarının
bağlanma və bir-biri ilə birləşmə
üsullarını. Polad və plastmas boru, kabel və
ayrıcıların markalanma üsullarını.
Yüklərin ilmələnmə və yerdəyişmə
qaydalarını. Mexanikləşdirilmiş takelaj
avadanlıqlarından istifadə etmə üsullarını
və onun quruluşunu. Tikinti quraşdırma
tapançanın quruluşunu və ona xidmət etmə
qaydalarını. Rele mühafizənin təyinatını.
Maksimum cərəyan mühafizəsinin işləmə
prinsipi və sxemlərini. Elektrik quraşdırma
işlərini yerinə yetirmək üçün və
mühəndis qurğularında material və
avadanlıqların komplektləşdirmə qaydalarını.
İş nümunələri. Qaynaqdan savayı bütün üsullarla
kəsiyinin sahəsi 70 mm2 qədər olan
bütün markalı naqil və kabellərin
birləşdirmə, uclarının bağlanma və bir-biri
ilə birləşdirilməsi. Qoruyucu qurğu, örtük
və çəpərlərin qurulması.
Çəkilmiş boru, kabel və ayrıcıların
markalanması. Porşenli-quraşdırıcı
tapançanın köməyi ilə konstruksiya və
aparatların bərkidilməsi. Ucluqların kabel və naqil
damarlarına qaynaq edilməsi. Cərəyan və
gərginliyin elektromaqnit relesinin yoxlanma və
tənzimlənməsi. Dəmirbənd və metal dayaq
konstruksiyalarının qurulması. Yapışdır-maqla
konstruksiyaların bərkidilməsi. Şırımlarda polad
plastmass boruların çəkilməsi. Kabel novları və
deşilmiş quraşdırıcı profillərin qoyulması.
Mühəndis qurğularında elektrik quraşdırma
işlərini yerinə yetirmək üçün material
və avadanlıqların komplektləşdirilməsi.
Kabel dayaq, rele və transformator yeşikləri, unifikasiyası
edilmiş bilərzik, drosell, qoyma və
döşəməüstü qurğular üçün
yerlə birləşdirmələrin qurulması. Elektrik
naqilləri üçün kommutasiyanın
hazırlanması. Rele şkafları, batareya quyuları və
rele stellajlarında cihazların qoyulması və
birləşdirilməsi. Siqnal kabelinin qoyulması.
Körpücükdə qurulmuş svetofora kabelin
çəkilməsi. Blok-aparatın giriş
şkafının qoyulma və quraşdırılması.
Plastmass izolyasiya ilə kabel uclarının
işlənməsi. Dorlu svetoforları quraşdırmaq
üçün kommutasiya cudlarının hazırlanması.
Bütün növ naqillərin quraşdırılması.
Rele və transformator yeşikləri, kabel dayaqlarının
quraşdırılması. Batareya quyularının
lövhəciklərinin quraşdırılması. Kabel
yeşiklərinin quraşdırılmasında naqillərin
lehimlənməsi.
§ 99 Dəmiryol nəqliyyatı
və metropolitenin yerüstü
xətlərində siqnalizasiya,
mərkəzləşdirmə və
blokirovka üzrə elektrik
quraşdırıcısı
5-ci dərəcə
İşin xüsusiyyəti. Dəmiryol nəqliyyatı və metropolitenin
yerüstü xətlərində siqnalizasiya,
mərkəzləşdirmə və blokirovka üzrə
mürəkkəb işlərin icrası.
Bilməlidir:
Quraşdırılan elektrik avadanlıqlarının elektrik
sxemlərini və onları yoxlama üsullarını. Dayaq
konstruksiyaları və avadanlıqların qoyulma yerlərinin,
naqil, kabel və şinlərin çəkilmə
trasslarının nişanlanma qaydalarını. Stend və
emalatxanalarda hazırlamaq üçün naqillərin
ayrı-ayrı düyünlərində
ölçülmələrin aparılma və eskizlərin
tərtib edilmə qaydalarını. Açıq və
ekranlı şin kəmərlərinin yığılma
və bərkidilmə qaydalarını. Çəkilmiş
naqillərdə fazaları müəyyən etmə
qaydaları və yerinə yetirilmiş sxemlərin yoxlama
metodlarını. İdarəetmə, siqnalizasiya və avtomatika
qurğularının yoxlama və sazlama üsullarını.
Transformatorların izolyasiya xüsusiyyətlərini.
İş nümunələri. Strelkalı elektrik örtücülərində
kommutasiyalarında quraşdırılması. Rele
şkafları, batereya quyu və yeşikləri, rele
stellajlarının quraşdırılması. Qruppalı
sonuncu, birləşdirici və unifikasiya edilmiş
bilərziklərdə siqnal kabellərin hazırlanması.
SÇB qurğularına kabelin çəkilməsi (pasta,
rele budkasına). Açılıb və cərəyanla
yoxlamaqla siqnal kabel damarlarının qoşulması. Siqnal
kabellərin yoxlanması. Kabellərin torpaqda və
konstruksiyalara qoymaqla konstruksiyalar üzrə
çəkilməsi. Batareya quyularında ABN-72
akkumulyatorlarının qoyulma və qoşulması. Kabel
yeşiklərinin qoyulma və quraşdırılması, yol
indikatorlarının qoyulma və qoşulması. Jezl
aparatların qoyulma və qoşulması.
§ 100 Dəmiryol nəqliyyatı
və metropoliteninin yerüstü
xəttində siqnalizasiya,
mərkəzləşdirmə və blokirovka
üzrə elektrik
quraşdırıcısı
6-cı dərəcə
İşin xüsusiyyəti. Dəmiryol nəqliyyatı və metropolitenin
yerüstü xətlərində siqnalizasiya,
mərkəzləşdirmə və blokirovkanın
quraşdırılmasında xüsusi mürəkkəb
işlərin icrası.
Bilməlidir: Nəzarət
kabellərinin hazırlanma və quraşdırılma
üsullarını. Paylaşdırıcı lövhə,
pultidarəetmə və mühafizə lövhələrin
konstruksiyasını. Elektrik sxemləri, elektrik
avadanlıqlarının yoxlama və tənzimləmə
metodlarını. Bütün markalı naqil və
trosların quraşdırma üsullarını. Transformatorların
texniki xüsusiyyətlərini. Elektrik texniki qurğuların
quruluşunu. Obyektlərin istismara təhvil verilməsinin
texniki şərtlərini. Partlayış təhlükəli
zonalarda işin icra edilmə qaydalarını. Rele
mühafizəsi haqqında ümumi məlumatları.
İş nümunələri. Svetofor, işıq göstəriciləri, manevr
kolonkaları, strelkalı mərkəzləşdirici,
çıxma tabloların quraşdırılması.
Blok-aparatların yenidən quraşdırılması. Elektrik
mərkəzləşmə postlarında
vidalandırıcı və paylaşdırıcı
qurğuların quraşdırma və qoşulması. Prinsip
sxemləri üzrə “SÇB” qurğularının
quraşdırılmasının koetaktlar üzrə
yoxlanması. Elektrik mərkəzləşmə və yol avtoblokirovka
qurğularının siqnalizasiyasının post və
döşəmə üstü qurğularının
tənzimlənməsi. “SÇB” qurğularının
birləşmədən açılmadan dəyişdirici
açarla yerinin dəyişdirilməsi. Mexaniki
mərkəzləşmə və yarımavtomat blokirovka
aparatlarında cihazların qoşulması və
tənzimlənməsi.
§ 101 DİRƏK ÇAXAN
MAŞINI İDARƏ EDƏN
2-ci dərəcə
İşin xüsusiyyəti. Payanın salınmasında, dirək çaxan
maşınların quraşdırma və
sökülməsində ən sadə işlərin
icrası.
Bilməlidir: Takelaj və
ilişdirmə ləvazimatlarının əsas
növlərini. Paya işlərinin istehsalında işarə
vermə qaydalarını.
İş nümunələri, Payaları, dirək çaxan maşınların
detalları və digər materialların saxlanması
üçün meydançaların
hamarlaşdırılması. Paya və dirək çaxan
maşın detallarının yerdəyişməsi.
Konstruksiyaların inventar stroplar ilə quraşdırma
ilmələrinə stroplanması.
§ 102 DİRƏK ÇAXAN
MAŞINI İDARƏ EDƏN
3-cü dərəcə
İşin xüsusiyyəti. Sadə paya işlərinin icrası.
Bilməlidir: Paya və
qabıqların əsas növlərini və endirmə
üsullarını. Bucurqad, tal, domkrat və digər takelaj
ləvazimatlarının quruluş əsaslarını.
İş nümunələri. Diametri 0,6 m-ə qədər olan paya və
qabıqların stroplama, yaxınlaşdırma, dartılma
və stropdan azad edilməsi. Vibroyükləyicilərin
ilmələnməsi. Vibroendiricinin keçid hissəyə
və ya qabığa bərkidilməsi və onun
açılması. Xomutların və başlıqların
qoyulması və çıxarılması.
§ 103 DİRƏK ÇAXAN
MAŞINI İDARƏ EDƏN
4-cü dərəcə
İşin xüsusiyyəti. Orta mürəkkəbli paya işlərinin
icrası.
Bilməlidir: Qeyri universal
dirək maşınların quruluşunu, yığılma
və sökülmə üsullarını və onların
sərbəst düşən çəkiclərlə
təchiz edilməsini. Bütün növ paya və
qabıqların dirək çaxan maşının
hərəkət edən hissələrində
nəqledilmə, qaldırma, qurma və bərkitmə
üsullarını. Paya və şpuntların dartılıb
çıxarılmasında onların bərkidilmə
üsullarını. Vintli payaların kranla nəqledilmə
üsullarını. Paya və qabıqların
keyfiyyətinə qoyulan tələbləri.
İş nümunələri. Sərbəst düşən çəkicli
qeyri-universal dirək çaxan maşınların
yığılma, təchiz edilmə və
sökülməsi. Paya və şpuntun qeyri universal
sərbəst düşən çəkicli quru yollarda və
sularda hərəkət edən dirək çaxan
maşınla vurulması. Diametri 0,6 m-dən çox olan
qabıqların stroplanması və stroplardan azad edilməsi.
Qabıqların birləşmə yerlərinin boltla
bərkidilməsi. Vibratorun başlığına payaların
qoyulması. Dirək çaxan maşınların
yerdəyişməsi və bərkidilməsi. Kranın
köməyi ilə vintli payaların yerdəyişməsi.
Tal və bucurqadların köməyi ilə paya və
şpuntların dartılıb çıxarılması.
Metal ucluqların itiləşmiş paya ucuna oturdulması.
§ 104 DİRƏK ÇAXAN
MAŞINI İDARƏ EDƏN
5-ci dərəcə
İşin xüsusiyyəti. Mürəkkəb paya işlərinin icrası.
Bilməlidir: Universal dirək
çaxan qurğuların yığılma,
sökülmə üsullarını və quruluşunu.
Dirək çaxan qurğuların və asılma avadanlıqlarının kranda qurulma
üsullarını. Dirək çaxan qurğu və
kranların buxarlı pnevmatik və dizel çəkicləri
və vibroendiricilərlə təchiz edilmə
üsullarını. Paya və qabıqların
endirilməsində onların yuyulma üsullarını.
Payaların qoyulmasında istifadə edilən qazma və
çaxma üsulları.
İş nümunələri. Vintli şaquli və mailli payaların qurulma və
vəziyyətinin yoxlanılıb düzəldilməsi.
Deşikli atmaların qoyulmasında ülgülərin yerinin
dəyişdirilmə və yoxlanılıb
düzəldilməsi. Yuyulan və yuyulmayan dəmir-beton
payaların buxar , pnevmatik və dizel çəkiclər və
vibroendiricilər ilə şaquli endirilməsi. Vibroendiricinin
qoyulması və götürülməsi. Universal dirək
çaxan qurğuların yığılma və
sökülməsi. Dirək çaxan qurğunun asma
avadanlığının kranda qurulması. Dirək
çaxan qurğu və kranların buxar, pnevmatik və dizel çəkicləri
və vibroendiricilər ilə təchiz edilməsi. Paya və
şpuntun iki əməlli çəkic və
vibroendirmələrin köməyi ilə dartıb
çıxarılması.
§ 105 DİRƏK ÇAXAN
MAŞINI İDARƏEDƏN
6-cı dərəcə
İşin xüsusiyyəti. Xüsusi mürəkkəb paya işlərinin
icrası.
Bilməlidir: Qabıq, maili
və vintli payaların endirilməsinin üsul və
qaydalarını. Qoyulmuş tuşlama hasarı və
istiqamət üzrə paya əsaslarının və
şpunt xəttinin bölgü qaydalarını. Maili
payaların vurulmasında dirək çaxan qurğunun
hərəkət edən hissəsinin mailliyinin yoxlama
üsullarını. Dolamaçarxların (kabestanların)
yığılma, avadanlıqlaşdırma və
sökülmə üsullarını.
İş nümunələri. Hazır istiqamət üzrə paya əsasları
və şpunt xətləri yerlərinin bölgüsü.
Dolamaçarxın köməyi il vintli payaların
vurulması. Qabıqların vibroendiricilərlə
endirilməsi. Dolamaçarxların yığılma və
sökülməsi. Maili payaların endirilməsi.
§ 106
DOĞRAYICI-ÜYÜDÜCÜ VƏ
ÇEŞİDLƏYİCİ-
SAFLAŞDIRICI AVADANLIQLARIN
QURAŞDIRICISI
2-ci dərəcə
İşin xüsusiyyəti. Doğrayıcı-üyüdücü
avadanlıq və çeşidləmə-saflaşma
üçün avadanlıq və onlarla bağlı
konstruksiyaların quraşdırılmasında ən sadə
işlərin icrası.
Bilməlidir:
Avadanlığın açılma üsullarını.
Ən sadə takelaj ləvazimatlarının növlərini
və onların işlədilmə üsullarını.
Avadanlıq detallarının yağlanma üsullarını.
Çilingər alətlərinin təyinatını.
İş nümunələri. Qeyri vacib detalların boltla bərkidilməsi.
Avadanlığın açılması. Aparat və
avadanlıqlarda lövhəciklərin hazırlanma və
qurulması.
§ 107
Doğrayıcı-üyüdücü və
çeşidləyici-saflaşdırıcı
avadanlıqların quraşdırıcısı
3-cü dərəcə
İşin xüsusiyyəti. Doğrayıcı-üyüdücü
avadanlıq və çeşidləmə-saflaşma
üçün avadanlıq və onlarla bağlı
konstruksiyaların quraşdırılmasında sadə
işlərin icrası.
Bilməlidir:
İşlədilən metalların növlərini.
Mürəkkəb olmayan quraşdırma işlərinin
yerinə yetirilmə üsullarını. Sadə takelaj
vasitələrinin quruluşunu və onlardan istifadə
qaydalarını. Ülgü üzrə detalların
nişanlanması. Dişli çarx və drel ilə
deşiklərin açılması. Yiv və flanslı
birləşmələrin yığılması. Yivlərin
öl alətləri ilə kəsilməsi. Altlıq və
aralıqların hazırlanması. Metalkonstruksiyasının
düzəldilməsi. Bitişmə yerlərinni
quraşdırıcı boltlarla bərkidilməsi.
§
108 Doğrayıcı-üyüdücü və
çeşidləyici-saflaşdırıcı
avadanlıqların
quraşdırıcısı
4-cü dərəcə
İşin xüsusiyyəti. Doğrayıcı-üyüdücü
avadanlıq və çeşidləmə-saflaşma
üçün avadanlıq və onlarla bağlı
konstruksiyaların quraşdırılmasında orta
mürəkkəbli işlərin icrası.
Bilməlidir: Orta
mürəkkəbli avadanlıqaltı bünövrə
qabaritlərinin yoxlama üsullarını və bu
avadanlıqların quraşdırma metodlarını.
Mexanikləşdirilmiş alətlərdən istifadə
etmə üsullarını. Quraşdırılmış
avadanlıqların yoxlanılıb düzəldilməsinin
ən sadə üsullarını. Yüklərin
ilmələnmə və yerdəyişmə
üsullarını. Mexanikləşdirilmiş takelaj
avadanlığından istifadə etmə qaydalarını.
Quraşdırılan avadanlıqların quruluşunu.
İş nümunələri. Bütün cəmdə kütləsi 5 t-a
qədər olan xəlbirlərin qurulması.
Ələklərin quraşdırılması. Doğrayıcıların
quraşdırılması. Yuyucu navalçaların,
materialların verilmə və aparılması
üçün navalça və əl arabalarının
quraşdırılması. Meydança, çəpər
və qoruyucu örtüklərin yığılma və
qurulması. Maşın və avadanlıqların
ayır-ayrı düyünlərinin yoxlanmasında onların
sökülmə, təmizləmə və yağlanması.
§ 109 Doğrayıcı-üyüdücü və
çeşidləyici-saflaşdırıcı
avadanlıqların
quraşdırıcısı
5-ci dərəcə
İşin xüsusiyyəti. Doğrayıcı-üyüdücü
avadanlıq və çeşidləmə-saflaşma
üçün avadanlıq və onlarla bağlı
konstruksiyaların quraşdırılmasında
mürəkkəb işlərin icrası.
Bilməlidir: Quraşdırma
oxunun nişanlama, qurulma və yerdəyişmə
üsullarını. Quraşdırma üçün
bünövrə və avadanlıqların qurulma yerinin
yoxlanma və qəbul qaydalarını. Mürəkkəb
avadanlıqların quraşdırma üsullarını. Quraşdırılan
avadanlıqların tarazlaşma, mərkəzləşmə,
yoxlanılıb düzəltmə və tənzimləmə
üsullarını. Yağlama sistemlərinin quruluşunu
və iş prinsiplərini. Mexanizm və maşınların
quraşdırılmasına qoyulan texniki tələbləri
və müəyyən edilmiş buraxıla bilən artıq-əksikliyi.
Mürəkkəb avadanlıqların istismara təhvil
verilmə qaydalarını.
İş nümunələri. Ayrı-ayrı düyün və detallardan və
bütün cəmdə kütləsi 5 t-dan artıq olan
xəlbirlərin quraşdırılması. Kütləsi 10
t-a qədər olan doğrayıcıların
quraşdırılması. Dairəvi sürtüb -
narınladıcı və metal vərdənəli
xırdalayıcı maşınların
quraşdırılması. Kömür üçün
dezinteqratorların quraşdırılması qumyuyan və
yuyucu maşınların quraşdırılması.
Qidalandırıcı və sürgülərin
quraşdırılması. Dairəvi
yumşaldıcıların quraşdırılması. Separator,
toztutan aparat, cəm halında qatışdırma və
susuzlaşdırma üçün aparatların
quraşdırılması. Aeronavalçaların
quraşdırılması. Dəyirman yağ sistemi və
bilərzikli birləşmələrin
quraşdırılması. Yarım bilərziklərin
çıxarılması və taxılması,
yarımbilərziklər üzrə valın
mərkəzləşməsi, podşipnik qapaqlarının
tənzimlənməsilə aralıqların
ölçülməsi. Zirehli təbəqə, dəyirman
tava və doğrayıcıların qurulması. Yoxlama
prosesində maşın və avadanlıqların
ayrı-ayrı düyünlərinin yığılması.
§ 110
Doğrayıcı-üyüdücü və
çeşidləyici-saflaşdırıcı
avadanlıqların
quraşdırıcısı.
6-cı dərəcə
İşin xüsusiyyəti. Yüksək dəqiqlik tələb edən,
xüsusi mürəkkəb işlərin icrası.
Çeşidləmə və saflaşma üçün
xüsusi mürəkkəbli doğrayıcı-üyüdücü
avadanlıqların quraşdırılması.
Bilməlidir: Xüsusi
mürəkkəb avadanlıqların quraşdırma
üsullarını. Avadanlıqların tənzimləmə
və sazlama üsullarını. Aqreqat və
maşınları istismara təhvil verərkən, onların
yoxlanma qaydalarını.
İş nümunələri. Kütləsi 10 t-dan artıq olan
doğrayıcıların quraşdırılması.
Şarlı, şaxtalı və aerobilli dəyirmanların
quraşdırılması. Klassifikatorların
quraşdırılması. Separator, toztutan aparat,
ayrı-ayrı düyün və detallardan
qatılaşdırma və susuzlaşdırma
üçün aparatların quraşdırılması.
Quruducu qurğuların quraşdırılması. Fdotasiv
və çökücü maşınların
quraşdırılması.
§ 111 DÖŞƏYİCİ
2-ci dərəcə
İşin xüsusiyyəti. Döşəmədə ən sadə
işlərin icrası.
Bilməlidir:
Döşəmənin əsas növlərini. Əl üsulu
ilə döşəmənin sökülməsini.
İş nümunələri: Damın qalağa vurulması. Daş
qırıntılarının xəlbirlənmə və
çeşidlənməsi. Daş döşəmənin
konstruksiyasının sökülməsi. Döşəmə
konstruksiyalarından daşların sökülməsi.
Döyəcləməklə vepstləri göstərən
dirəyin ətrafına torpağın tökülməsi.
§ 112 DÖŞƏYİCİ
3-cü dərəcə
İşin xüsusiyyəti. Daşla döşəmənin yol,
sahilbərkidici və düzəldici qurğuların qurulma
və təmirində sadə işlərin icrası.
Bilməlidir:
Döşənmə üçün işlədilən
daşların çeşidlərini və onların
keyfiyyətinə qoyulan tələbləri. Səthlərin
bölgüsünün sadə üsullarını.
İş yerində daş materiallarının
paylaşdırma üsullarını. Süzgəclərin,
döşənmələrin sadə növlərini.
Onların qurulma və təmir üsullarını.
Qruntların klassifikasiyasından asılı olaraq yamaclarda yol
verilə bilən enişləri.
İş nümunələri
1. Yol işləri
Səthlərin bölgü və hamarlanması.
Daşın iş yerində paylaşdırılması.
Daşın növlərə ayrılması və
yarılması. Döşənəcək yola qırma
daş və qumun tökülməsi. Döşəmənin
yolun tikişlərinin doldurulması. Ayrı-ayrı
yerlərə qumlu əsası sıxlaşdırmaqla tökülməsi.
2. Sahil
möhkəmlətmə və düzəldici işlər.
Səthlərin kəndir, payacıq və
vizirlərin köməyi ilə hamarlanması. Yamacların
mamırlı birqatlı daş döşəməsi ilə
bərkidilməsi. Bəndin aşağı hissəsinin gilli
əsasının təmiri. Şlyuz kamera dib oyuğunun
daş atıntıları ilə tutulması. Daş
döşənmə altı
əsasın qırmadaş, mamır və gildən
düzəldilməsi. Çınqıl əsaslı daş
döşəməsinin və bəndin aşağı
hissəsinin dam örtüyünün
mexanikləşdirilmiş alətin köməyi ilə
sökülməsi.
§ 113 Döşəyici
4-cü dərəcə
İşin xüsusiyyəti. Sahilbərkidici və düzəldici
qurğuların tikililərin daş
döşəmələrinin qurulma və təmirində orta
mürəkkəbli işlərin icrası.
Bilməlidir: Kobud
yarılmış çay və yol döşəməsinin
düzəldilmə və təmir üsullarını.
Ülgülərin qurulma və onlardan istifadə etmə
qaydalarını. Əks süzgəclərin qurulma
üsullarını. Səthlərin
möhkəmləndirilməsində istifadə edilən
materialların xüsusiyyətlərini. Döşənmə
işlərində istifadə edilən pnevmatik
alətlərin quruluşunu, təyinatı və onlarla
işləmə qaydalarını. Döşənmə
və yamacların keyfiyyətinə qoyulan tələbləri.
İş nümunələri
1.
Yol işləri. Yol döşəməsi, aralıqaltı və
enişlərin kobud yarılmış və
çaydaşından döşənməsi. Bina
səkilərinin döşənməsi. Ayrı-ayrı xəritələrlə
yol döşəməsinin və aralıqaltıların
təmiri. Əl alətləri ilə daşın
hamarlanması. Səki haşiyə daşının
qurulması.
2.
Sahil
möhkəmlətmə və düzəldici işlər.
Daşları mükəmməl qoymaqla, daş
qırıntılarından səthlərin bəzəyi.
Süzgəclərin qoyulma daş döşənək və
ya beton tavaların qoyulması üçün
əsasların profillənməsi. Əks
süzgəclərin qurulması. Yamac və
meydançaların beton və ya daş tavalarla
döşənməsi. Daşdan və ya qırmadaşdan
ülgü üzrə dayaq prizmaların bəzəyi. Yamacların
daş və ya beton tavalarla bərkidilmələrində
çökmə yerlərinin ləğv edilməsi.
Tökülmüş daş üzrə qırmadaşla bir
qat döşənmə yamaclarının bərkidilməsi.
Döşənmədə qoyulmuş beton və ya daş
tavalar arası bitişmə yerlərinin tutulması. Pnevmatik
döyəc və ya çəkiclərin köməyi
ilə daş və ya qırma daşdan olan
bərkitmələrin sıxlaşdırılması.
§ 114 DÖŞƏYİCİ
5-ci dərəcə
İşin xüsusiyyəti. Bütün növlərdən olan daşla
döşənmiş yol, sahil bərkidici və
düzəldici qurğuların qurulma və təmirində
mürəkkəb işlərin icrası.
Bilməlidir: Dörttin
daş klinkerdən, habelə mozaik
döşənmədən döşəmələrin
qurulma və təmir üsullarını. Süzgəc
yamacları drenaj və axar
sistemlərinin döşənməsi üzrə bölgü
işlərinin icra üsullarını. Dayaqlı
qurğuların çeşidlərini. Yamac və
meydançaların bərkidilməsi üzrə
işlərin icra üsullarını.
İş nümunələri
1.
Yol işləri. Dördtin daşdan döşənək və
novların qurulma və təmiri. Klinkerli yol
döşənəyinin qurulma və təmiri. Mozaikadan yol
döşənəyinin düzəldilmə və təmiri.
Drenajların qurulması.
2.
Sahil
möhkəmlətmə və düzəldilmə
işləri
Beton və ya daş tavalarla yamacların
döşənməsi üçün bölgü
işləri. Yol döşəməsindən aparma və
novçaların qurulması. Drenajların qurulması.
Daş atıntı və ya qırmadaşdan dayaq
prizmalarının qurulması. Qırmadaşlı
hörgülü qəfəslərdə daş
döşənməsi. Məsaməli betondan
süzgəclərin düzəldilməsi. Banketlərin
daş və ya qırmadaşdan düzəldilməsi.
Qırmadaş əsasda şnekli döşəmənin
yamaclarının bərkidilməsi. Süzgəci bərpa
etməklə ikiqat daş döşəmənin təmiri.
Daş döşənmədə novça və
aparmaların təmiri. Bəndin başı aşağı
hissəsində daş döşənmənin təmiri.
§ 115 DÜLGƏR
2-ci dərəcə
İşin xüsusiyyəti. Ən sadə dülgərlik və qəlib
işlərinin yerinə yetirilməsi. Quru halda mıxla vurulma
rulon dam örtüyünün və ədədi materiallardan
dam örtüyünün qurulmasında ən sadə işlərin
yerinə yetirilməsi.
Bilməlidir: Ağac
materiallarının əsas növləri və ağacın
xüsusiyyətlərini. Ağac materiallarının kobud emal
etmə üsullarını. Antiseptik və oddan
mühafizə tərkiblərindən istifadə etmək
qaydalarını və fırçanın köməyi
ilə örtüyün taxta detal və
konstruksiyalarının onlarla örtülməsini. Sadə
ağac konstruksiyaların sökülmə və onların
təmizlənmə üsullarını. Kiçik
kütləli yüklərin yerinin dəyişməsi və
yığma qaydalarını. Rulon və ədədi dam
örtüyü materiallarının növlərini. Rulon
və ədədi materiallardan sadə dam
örtüyünün sökülmə üsullarını.
İş nümunələri. Ağac materiallarının kobud yonulma,
rəndələmə, eninə mişarlanma və
qabığının soyulması. Köndələn
tirlərin və qəliblərin sürtülməsi.
Fırça ilə ağac konstruksiya və detalların
antiseptik və oddan mühafizə tərkiblərlə
sürtülməsi. Ağac konstruksiya elementlərinin
qatranlanması, keçə və tol ilə üz
çəkilməsi. Bünövrə, divar və
arakəsmə qəliblərinin sökülməsi.
Müvəqqəti bina, hasar, körpücük və
döşənəklərin sökülməsi.
Döşəmə, bacanın peçdən tüstü
borusuna qədər olan hissə altının və
köndələn tirlərin sökülməsi. Hasar
divarının sökülməsi. Qəlibin beton və məhluldan təmizlənməsi.
Rulon dam örtüyü materiallarının
töküntüdən təmizlənməsi. Ədədi dam
örtüyü materiallarının növlərə
ayrılması.
§ 116 DÜLGƏR
3-cü dərəcə
İşin xüsusiyyəti. Sadə dülgərlik və qəlib
işlərinin yerinə yetirilməsi. Sadə formalı
damın rulon (quru halda) və ədədi dam örtüyü
materialları ilə örtülməsi.
Bilməlidir: Ağacın
əsas növ və qüsurlarını. Elektriklənmiş
alətin quruluş əsaslarını. Ağac
materiallarının təmiz rəndələnmə,
şablonların ynoulma və tək-tək svay və
təksütunlu dayaqların tədarük
üsullarını. Qəliblərin düzxətli
lövhələri və suvaq altı arakəsmələrin
tədarükedilmə üsullarını.
Kürsülük, taxta döşənək, arakəsmə,
qara üzləmə və dam elementlərinin qurulma
üsullarını. Antiseptik və oddan mühafizə
tərkiblərinin hazırlanma üsullarını.
Rəngləyici pult və tozlandırıcılarla antiseptik
və oddan mühafizə tərkiblərinin
çəkilmə üsullarını.
Rulon və ədədi dam örtüyü
materiallarının əsas xüsusiyyətlərini. Sadə
damların nişanlanması və onların rulon (quru halda)
və ədədi dam örtüyü materialları ilə
örtülmə üsullarını.
İş nümunələri.
1. Ümumi tikinti işləri.
Suvaqaltı arakəsmələr üçün
sadə lövhələrin hazırlanması.
Barmaqlıqların qurulması.
Divar tavanların suvaq və üzləmə
altı taxtalarla örtülməsi. İkiqatlı
döşəmələrdə aşağı taxta
döşənəyin qara döşəmələr
qurulması. Döşəmə yaşmağının
və qaltellərin qurulması. Çəpərin qurulması
və kürsülüyün təmiri. Divar
pəncərə boşluqlarının
kəpitkələnməsi. Çatı ayaqlarının
barmaqlıq və karnizlərin (pərvazların) vurulması.
Müvəqqəti hasar və darvazaların qurulması.
Rəngləyici pult və tozlandırıcılarla ağac
konstruksiya və detallara antiseptik və oddan mühafizə
tərkiblərinin çəkilməsi. Ağac
suyığıcı quyu, növ və zumpfların
qurulması. Sadə tikinti inventarlarının hazırlanma
və təmiri. Şalbanın qaytan və dairəvi
yonulması, taxta və plastik kənarlarının
yonulması. Şalban uclarının yonulması. Ağac
materiallarının təmiz rəndələnməsi, oyuq,
daraq və çərəklərin seçilməsi.
Elektriklənmiş alətlərlə taxta
materiallarının emal edilməsi. Barmaqlıq və taxta dam
örtüyünün sökülməsi. Tir və taxta
döşənəcəklərin qoyulması. Üzən
pərdiləyənin hazırlanması. Divarların və
buzkəsənlərin taxta ilə üzlənməsi.
Tək-tək svayların hazırlanması və svaya
dəmir halqa və başmaqların oturdulması. Svay başlarının və
zivana sırası yuxarısının mişarlanması.
Rabitə və elektrikötürücü xəttinin
təksütunlu dayaqlarının tədarükü. Səthlərə
quru suvaqla bəzək vurulması. Divarda qurulmuş
şkaflara quru suvaqla bəzək vurulması. Birenişli
və günbəzli damın quru halda mıxla vurulan rulon
materialı, asbestsement təbəqələr və ya
tavacıq (şiferlə) ilə örtülməsi və
təmiri, bu materiallardan olan dam örtüyünün
təmiri. Sallanma və bitişdirmə yerlərinin
düzəldilməsi. Ayaqaltıların sökülməsi.
2. Qəlib işləri. Düzxətli
düzbucaqlı və çəpbucaqlı qəlib
lövhələrinin və bütün qəlib
növlərinin düzxətli elementlərinin hazırlanma
və təmiri. Uzadılmamış qəlibləri saxlayan
sadə taxta-bənd elementlərinin tədarükü.
Örtük, tir, sütun, buzkəsən, tirli
aşırımlı və tağüstü körpü
tikililərinin sökülməsi.
§ 117 Dülgər
4-cü dərəcə
İşin xüsusiyyəti. Orta mürəkkəbli dülgərlik və
qəlib işlərinin yerinə yetirilməsi. Orta
mürəkkəbli damların ödədi dam
örtüyü materialları ilə örtülməsi.
Bilməlidir: Binanın
ağac hissələri və ağac konstruksiyalarının
əsas əsamentlərini və onların keyfiyyətinə
qoyulan əsas tələbləri. Divar karkas, təmiz
üzləmələrin qurulma və müvəqqəti
qurğu-ların qurulma üsullarını. Zivana
svaylarının tədarük üsullarını. Sadə
bitişdirmə kərtik ilə detalların
birləşdirmə üsullarını. Quru antiseptirləmə
üsullarını. Ağac konstruksiya və detalların
vannalarda antiseptik və oddan mühafizə
tərkiblərlə hopdurulma üsullarını. Orta
mürəkkəbli damların nişanlanma və
örtülmə üsullarını. Ədədi dam material
və örtüyünün keyfiyyətinə qoyulan
tələbləri. Porşenli quraşdırıcı
tapançaların quruluşunu və onlarla işləmə
qaydalarını.
İş nümunələri
1. Ümumtikinti işləri. Arakəsmə karkaslarının
qurulması. Mauerlat və söykənən
çatıların tədarükü,
yığılması, qurulması, sökülməsi və
dəyişdirilməsi. Şalbandan daxili divarların
tikilməsi. Sadə müvəqqəti qurğuların
qurulması. Meydança, eyvan, dəhliz, artırma, habelə
talvar, mərək, keşikçi köşkü, kontor,
keçid, susaxlanılan yer, duş və ayaqyolular. Taxta
əsas və stulların qurulma və dəyişdirilməsi.
Karkaslı divarların qurulması. Divar və tavanların
təmiz üzlənməsi. Ayrı-ayrı taxtalardan üst
taxta örtüyün təmiz döşəmələrin
qurulma, yenidən döşəmə
kipləşdirilməsi. Kiçik tir, yapışqanlı
lövhə, ağac-lifli tava, yol daşından, ağac-yonqar
tavalardan bitişmə yerlərini tutmaqla döşəmələrin qurulması. Quraşdırıcı
porşenli tapançanın köməyi ilə xarratlıq
məmulatlarının dəmir-beton detallarına bərkidilməsi.
Pəncərə və qapı
çərçivələri, blok və
pəncərəaltı taxtaların qurulması. Təmiz
hasarın düzəldilməsi. Quru antiseptirləşdirmə.
Vannalarda taxta konstruksiya və detalların antiseptiki və oddan
mühafizə hopdurulması. Sütun və stulda
çənbərlərin qurulması. Laq tir və baş
tirlərin hazırlanma, qoyulma, sökülmə və
dəyişdirilməsi. Mərtəbəarası və
çardaq örtüyünün dəyişdirilməsi.
Sütunun hündürlüyünü artırmadan
ayaqaltı, taxtabənd və estakadaların qurulması. Bloklu
ayaqaltıların quraşdırılması. Karkaslı
divarların, döşəmə və taxta dam
örtüyünün təmiri. Kərtik, plastinli ağac
mıx panel və işkil birləşmələrin
köməyi ilə bucaqaltı birləşdirmələrin
qurulması. Taxta buzkəsən və maili
körpülərin qurulması. Ağırçəkili
konstruksiya və avadanlıqaltı şpallı
qəfəsələrin qurulması. Aşırımlı
körpü tikililərinin örtülməsində
diyirlədici yolun düzəltmə və altdan paz
vurulması. Svay və ya sütun, tutacaqların içlik sıxac,
maili dirək, çəp vurulan dayaq və buzkəsən
çatıların hazırlanması. Riqellərin
hazırlanması, svaylarda işkilli burusların qoyulması.
Buzkəsənin bıçağının qurulması. Dayaq
brusların qoyulması və onların başlıqlarla
bərkidilməsi. Dayaqlarda mauerlat bruk, enlik, qoruyucu, çarx
dəfedici brusların hazırlanma və qoyulması. Ağac
zivana svayların və zivana paketlərin tədarükü.
Dayaqaltıların xarrat dəzgahında hazırlanma və
qoyulması. Mayak svayları və zivana sırası ilə
taxtaların qoyulması, Rabitə və
elektrikgötürücüsü xəttinin A-şəkilli
üçsütunlu, P-şəkilli ağac
dayaqlarının tədarükü və
yığılması. Planda üç və dördmailli qübbali
dam, çadır şəkilli, mansardlı, yal, T və
Q-şəkilli damların asbestsement təbəqələr
və tavacıqlarla (şiferlə) örtülməsi və
təmiri.
Çıxıntı, birləşmə yeri, yol,
qabırğa və dam pəncərəsinin
düzəldilməsi. Bütün tipli asma tavanlar
üçün, taxta karkasların qurulması və
divarların taxtalarla üzlənməsi. Taxta karkas
üzrə, akmiqran tavacıq, alümin tava, ATQ tava və
s.-dən asma tavanların qurulması. Ağac-lifli və
ağac/yonqarlı tavalarla (dekorativdən savayı) divar və
tavanların üzlənməsi. Zavod şəraitində hazırlanmış
kiçik formaların qurulması.
2. Qəlib işləri
Qəlibi saxlayan taxta-bəndlərin qurulması.
Sütun, tir, örtük tavası, divar və arakəsmə,
bünövrə, massiv, çərçivə sütunu
və baş tirləri üçün qəliblərin
qurulması. Domkrat çərçivələrin tağ
qəlib, səsbatırıcı, sürüşən
qəlibləri üçün lövhələr və
işçi döşənəklərin hazırlanma və
qurulması. Uzununa və eninə lyuklarla dəniz hidrotexniki
qurğu massivləri üçün lövhə
qəlibləri və qabırğa ilə iripanelli
lövhə qəliblərinin hazırlanma və təmiri.
Taxta və kiçik tirlərdən
əyilib düzələn tikişlərdə
döşənəklərin qurulması. Tac, günbəz,
qübbə, qabırğa, rezervuar, çən, bunker, buruq,
kamera, sovurucu və çəkilən boruların, habelə
qəlibləri saxlayan taxtabəndlərin sökülməsi.
§ 118 Dülgər
5-ci dərəcə
İşin xüsusiyyəti, Mürəkkəb dülgərlik və qəlib
işlərinin yerinə yetirilməsi.
Bilməlidir:
Mürəkkəb ağac konstruksiya, mürəkkəb
birləşmə və kərtiklərin nişanlanma və
hazırlanma üsullarını. Ağac konstruksiyaların
qurulmasında istifadə edilən takelaj qurğuların
quruluşunu. Kompressor qurğusunun köməyi ilə ağac
konstruksiya və detalların antiseptik və oddan qoruyucu
tərkiblərlə hopdurulma üsullarını.
İş nümunələri
1.
Ümumi tikinti
işləri. Şalbandan xarici
divarın tikilmə, şalban və tirlərdən evlərin
yığılması. Yapışqanlı konstruksiya və
kərtik bitişdirmədə (naqel, mıxla, boltlu və
işkilli birləşmələrdə) konstruksiyaların
hazırlanması. Asma çatı, çatı ferma,
habelə aşırımı 15 m-ə qədər olan tac
və tirlərin yığılma və qurulması.
İşıq fənərlərinin qurulması.
Uzadılmış sütunlarla taxtabənd və
estakadaların qurulma və sökülməsi. Şalban
və tirlərdən divarın yuxarı hissələrinin
dəyişdirilməsi. Şalban və tirlərdən divarda
boşluqların açılma və tutulması. Kompressor
qurğularının köməyi ilə ağac konstruksiya
və detalların antiseptik və oddan mühafizə
tərkibləri ilə hopdurulması.
Çərçivəli dayaqların hazırlanma və
yığılması. Tirli körpülərin
aşırımlı tikililərinin hazırlanma və
yığılması. Tirlərdən dayaqların
yığılması və şalbanlardan dayaqların
qurulması. Konstruksiya elementləri: körpü-sütun, maili
dirək, ana tir, baş tir, maili dirəkli yastıq,
məhəccər və yanğın əleyhinə
meydançalarının hazırlanma, düzülmə
və qoyulması. Qurğuların istiqamətində
dayaqların yerdəyişməsi, suya enməsi və
qurulması. Taxta dirək çaxanların hazırlanma və
yığılması. Rabitə və
elektrikötürücü xəttinin taxta PP-şəkilli,
dayaqlarının hazırlanma və yığılması.
2.
Qəlib işləri. Qalereya, rezervuar, çən, bunker, ana tir,
hündür dayaqların qəliblərinin qurulması.
Aşırımı 50 m-ə qədər olan
körpülərin tağ qəlibinin yığılma
və yerin qoyulması. Çoxşaxəli və
əyrixətli qəliblərin qurulması. Dəyişən
kəsikli sütun qəliblərin qurulması. Sovurucu və
çatdırıcı boru dayaq konstruksiyaları və buruq
kameraların iriləşdirilmiş yığılması.
Lövbər qəliblərin tam səthlərinin
lövhələrinin qurulması və boltlarla, dayaq
tirləri ilə bərkidilməsi. Tağlı
körpülərin qəliblərində yantaxtaların
hazırlanma və qoyulması. Qəlibli əyrixətli
iripanelli lövhələrin təmiri.
§ 119 Dülgər
6-cı dərəcə
İşin xüsusiyyəti. Xüsusi mürəkkəb qəlib
işlərinin yerinə yetirilməsi.
Bilməlidir: Vacib
mühəndis qurğularının xüsusi
mürəkkəb ağac konstruksiyalarını. Bütün
növlərdən olan qəliblərin konstruksiyalarını
və qurulma üsullarını. İriölçülü
elementlərin inventar ülgülərinin hazırlanma
üsullarını.
İş nümunələri. Qübbə, qabıq və günbəz
qəliblərinin qurulması Tağ qəliblərinin
qurulması. Aşırımı 50 m-dən çox olan
körpülərin tağ qəliblərinin yığılma
və yerində qoyulması. Tağ qəliblərin
yantaxtalarının nişanlanması üçün
ülgülərin hazırlanması. Tağ qəlib
qutularının yığılması.
Aşırımı 16 m-dən çox olan tikinti, ferma
və tirlərinin yığılma və qurulması.
§ 120 Elektrik
qaldırıcılarının (liftlərin)
quraşdırıcısı
2-ci dərəcə
İşin xüsusiyyəti. Elektrik qaldırıcılarının
(liftlərin) quraşdırılmasında ən sadə
işlərin icrası.
Bilməlidir: Elektrotexnika
haqqında elementar anlayışı. Liftin
quraşdırılması üzrə təlimatların
hissəsini (əsasnaməsini) Liftlərin əsas
düyünlərinin ad və təyinatını.
Liftlərin quraşdırılmasında işlədilən
alət, material və takelaj avadanlıqlarının
çeşidlərin və təyinatını.
Liftlərdə işlədilən naqil və kabellərin
əsas markalarını. Bərkidici məmulatların
əsas çeşidləri və avadanlıq detallarının
ən sadə bərkitmə üsul-larını. ən
sadə takelaj işlərinin yerinə yetirilmə
qaydalarını.
İş nümunələri. Hazır nişanlanma üzrə metalın
çapılma və kəsilməsi. Detalların
həlledicilərdə yuyulma və yağlanması.
Avadanlıqların açılması. Metizlərin,
materialların və alətin seçilməsi. Ən sadə
elektrikaparaturaların doldurulma və qurulması.
İstiqamətləndiricilərin bitişmə plankalarının,
kronşteynlərin yığılması:
istiqamətləndirici, mərtəbəli dəyişdirici
açar, şuntlar, vericilər və s. İnventar stroplarla
yüklərin ilmələnməsi.
§ 121 Elektrik
qaldırıcılarının (liftlərin)
quraşdırıcısı
3-cü dərəcə
İşin xüsusiyyəti. Elektrik qaldırıcılarının
(liftlərin) quraşdırılmasında sadə
işlərin icrası.
Bilməlidir: Elektrik
qaldırıcılarının əsas qurğularını
və iş prinsiplərini. Hərəkət sürəti
0,71 m/s qədər olan liftlərin idarə olunması
üçün idarəetmə elektrik sxemləri. Sadə
quraşdırma işlərinin icra üsul və
yollarını. Mexanikləşdirilmiş alətdən
istifadə ötmə qaydalarını. Lift
avadanlıqlarının yerlə birləşdirmə və sıfırlaşdırma
qaydalarını. Elektrik naqillərinin qoyulma
qaydalarını. Avadanlıqların ilmələnmə
və yerdəyişmə üsullarını. Dövlətdağ-mədənnəzarətin
“Liftlərin qurulma və təhlükəsiz istismar
qaydaları”nın LQTİQ və 22845 -85 “Sərnişin
və yük elektrik liftləri dövlət standartının
əsas tələbləri”ni. İstehsalın təşkili
və quraşdırma işlərinin qəbul
qaydalarını. Qurğuları qoymaq üçün cizgilər
(lift üçün layihələri).
İş nümunələri, Şaxtada inventar döşənəyin
qurulması. Şaxta qapılarının
iriləşdirilmiş yığılması. Axır
nişanlanma üzrə elektrik və mexaniki avadanlıqların
bərkidilməsi üçün kronşteynlərin
qurulması. Dyübellərin qoyulması. Elektrik açar
basma düyməli gözətçi yeri, dəyişdirici
açar, giriş qurğu, transformator, işıq
tablolarının doldurulma və qurulması. Naqil və
kabellərdən cərəyan buraxmaqla yoxlanılması.
Şaxtada klemma qutularının qoşulması. Yerə
bağlama şəbəkəsinin quraşdırılması.
İstiqamətləndiricilərin bitişmə yerinin
təmizlənməsi. Quraşdırıcı bucurqad və
blokların qurulması. Avadanlıqların
ilmələnməsi.
§ 122 Elektrik
qaldırıcılarının (liftlərin)
quraşdırıcısı
4-cü dərəcə
İşin xüsusiyyəti. Elektrik qaldırıcılarının (liftlərin)
quraşdırılmasında orta mürəkkəbli
işlərin icrası.
Bilməlidir: Şaxta
qabaritlərinin və onların layihə
tələblərinə və texniki şərtlərə
uyğunluğunun yoxlama üsullarını. Texnoloji
ardıcıllığı, hərəkət sürəti 1
m/s qədər olan yükdaşıyan və sərnişin
liftlərinin mexaniki və elektrik avadanlıqlarının
quraşdırma və tənzimləmə
üsullarını, onların sazlanma və istismara təhvil
vermə qaydalarını. Hərəkət sürəti 1 m/s
qədər olan liftlərin (qrup və idarə) olunan
liftlər istisna olmaqla elektrik sxemlərini. İzolyasiyanın
yerlə bərkidilməsinin müqavimətinin ölçmə üsullarını.
Dövlət dağ-mədən texniki nəzarətin PUBKL
qaydalarını. Dövlət dağ-mədəntexniki
nəzarətin yükqaldıran maşın və
çıxan yüktutucu ləvazimatlardan istismar
qaydalarını. Lift qurğularının tikinti hissəsinə
tələbləri elektrik qurğuların qurulma
qaydalarını PUE KQQQ
İş nümunələri. Metal şaxtaların karkaslarının
quraşdırılması. İstiqamətləndiricinin
quraşdırılması. Kabin və
əks-çəkilərin yığılması və onların
qurulması. Şaxta qapılarının qurulması. Maşın
otağı avadanlıqlarının
quraşdırılması və hərəkət
sürəti 1 m/s qədər olan yükdaşıyan və
sərnişin liftlərinin mexaniki və elektrikli
düyünlərinin tənzimlənməsi və onların
istismara təhvil verilməsi. Hərəkət sürəti 1
m/s qədər olan liftlərin (qrupla və qoşa idarə
olunan liftlər istisna olmaqla) naqillərinin qoyulma və
qoşulması. Kabin kanatlarının və sürət
məhdudlaşdırıcılarının asılma və
bərkidilməsi. İzolyasiya və yerlə
birləşdirmənin müqavimətinin
ölçülməsi. Avadanlıqların maşın
otağına qaldırılması. Lift şaxtasının
daxilində telefon-dispetçer rabitəsinin
quraşdırılması. Şaxtanın həndəsi
ölçülərinin yoxlanması və onların
nişanlanması.
§ 123 Elektrik
qaldırıcılarının (liftlərin)
quraşdırıcısı
5-ci dərəcə
İşin xüsusiyyəti. Elektrik qaldırıcılarının liftlərin
quraşdırılmasında mürəkkəb işlərin
icrası.
Bilməlidir:
Dəyişən cərəyanda işləyən,
hərəkət sürəti 1 m/s-dən artıq olan
liftlərin mexaniki və elektrik avadanlıqlarının
quraşdırılma üsullarını. Dəyişən
cərəyanda işləyən bütün liftlərin
elektrik sxemlərini.
Hərəkət sürəti 1 m/s qədər olan
qruplu və qoşa idarə olunan liftlərin sazlama,
sınaqdan keçirilmə və istismara təhvil verilmə
qaydalarını.
İş nümunələri. Dəyişən cərəyanda
işləyən hərəkət sürəti 1 m/s-dən
artıq olan liftlərin maşın otağı və
çuxur avadanlıqlarının
quraşdırılması. Hərəkət sürəti 1
m/s qədər olan qrup və qoşa idarə edilən
liftlərin elektrik naqillərinin qoyulma və qoşulması,
bütün düyünlərinin tənzimlənməsi,
idarəetmə sisteminin sazlanması. Liftlərin istismara
verilməsi və onların Dövlət-texniki
nəzarətin müfəttişliyi tərəfindən
aparılan qəbulunda iştirak etmək.
§ 124 Elektrik
qaldırıcılarının (liftlərin)
quraşdırıcısı
6-cı dərəcə
İşin xüsusiyyəti. Elektrik qaldırıcılarının
(liftlərin) quraşdırılmasında xüsusi
mürəkkəb işlərin icrası.
Bilməlidir:
Dəyişən və daimi cərəyanda işləyən
hərəkət sürəti 1 m/s-dən artıq olan
kontaktlı və kontaktsız aparaturalı və lift və
xüsusi qaldırıcıların elektrik sxemlərini,
quraşdırma, tənzimləmə, sazlama, sınaqdan
keçirilmə və istismara təhvil verilmə
qaydalarını. Liftlərin hazırlanma və
quraşdırılması üzrə normativ
sənədləri.
İş nümunələri. Daimi cərəyanda işləyən liftlərin
maşın otağı və çuxur
avadanlıqlarının quraşdırılması
maşın otağı və avadanlıqlarının və
xüsusi qaldırıcının istiqamətləndiricilərinin
quraşdırılması. Hərəkət sürəti 1
m/s-dən artıq olan, dəyişən və daimi
cərəyanla işləyən liftlərin və xüsusi
qaldırıcıların elektrik naqillərinin qoyulma və
qoşulması, bütün düyünlərinin
tənzimlənməsi və idarəetmə sistemlərinin
sazlanması. Liftlərin və xüsusi
qaldırıcıların istismara verilməsi və
onların Dövlət dağ-mədən texniki
nəzarət müfəttişliyi tərəfindən
aparılan qəbulunda iştirak etmək.
§ 125 Elektrik MAŞINLARI
ÜZRƏ ELEKTRİK
QURAŞDIRICISI
2-ci dərəcə
İşin xüsusiyyəti. Elektrik maşınlarının
quraşdırılmasında ən sadə işlərin
icrası.
Bilməlidir: Naqil və
kabellərin əsas markalarını. Əlvan və qara
metalların əlamətlərini. Elektrik konstruksiyaların
hazırlanma və quraşdırılmasında
işlədilən əsas materialları. Bərkitmə detal
və xırda konstruksiyaların əsas növlərini.
Elektrik-quraşdırma işlərində tətbiq edilən
alətlərin əsas növlərini. Ən sadə elektrik
sxemlərini.
İş nümunələri. Naqil və yerləbirləşmə
şinləri üçün bərkitmə
detallarının qurulma və bağlanması. Maqnit
buraxıcıları üçün, bənd, qarmaq,
konstruksiyaların qurulması. Əl üsulu ilə
kabeldən üst cut örtüyünün
çıxarılması. Dəqiq ölçülər
tələb olunmayan xırda bərkitmə detal və
aralıqların hazırlanması. Yerləbirləşmə
elektrodlarının əl alətləri ilə vurulması.
Naqil, kabel və şinlərin rənglənməsi.
§ 126 Elektrik
maşınları üzrə elektrik
quraşdırıcısı
3-cü dərəcə
İşin xüsusiyyəti. Elektrik maşınlarının
quraşdırılmasında sadə işlərin icrası.
Bilməlidir: Bərkitmə
detal və armaturların əsas növlərini. Sadə cihaz,
elektrik aparatları və tətbiq edilən
elektrikləşdirilmiş və pnevmatik alətin quruluş
əsaslarını. Sadə elektrik sxemlərini. Sadə
takelaj vasitələrindən istifadə etmə
üsullarını və onların quruluşunu.
Elektrik-quraşdırma işlərində tətbiq edilən
qaynaq avadanlıqlarının növlərini və onlardan
istifadə etmə qaydalarını. Müvəqqəti
işıqlandırma naqillərinin quraşdırma və
sökülmə üsullarını.
İş nümunələri. Uclarını müvəqqəti bağlamaqla
gərginliyi 10 kv qədər olan kabellərin kəsilməsi.
Dyübellərin qurulması. Divar örtükdə
bütün növ naqil və yerləbirləşmə
şinlərinin keçid yerlərinin bağlanması.
Barabanları qurmaqla naqil və kabellərin
açılması. Yerləbirləşmə
şəbəkə və sıfırlaşma
qurğularının quraşdırılması. Avadanlıqların
rənglənməsi. Sadə aparat və cihazların
sökülməsi, dayaq izolyatorları, rubilnik və ling
ötürücülü dəyişdirici açar, qoruyucu,
reostat, cərəyan və gərginlik transformatorları
və s. Yerləbirləşmə şinlərinin
qaynağı və onların dəmirbənd və bərkitmə
detallarına qaynaq edilməsi. Mexanikləşdirilmiş
alətlə qaynaq yerinin emal edilməsi.
Mexanikləşdirilmiş alətlə deşiklərin
açılması.
§ 127 Elektrik
maşınları üzrə elektrik
quraşdırıcısı
4-cü dərəcə
İşin xüsusiyyəti. Elektrik maşınlarının quraşdırılması
üzrə orta mürəkkəbli işlərin icrası.
Bilməlidir:
Quraşdırılan elektrik avadanlıqlarının
quruluş əsaslarını. Armaturların tərtib etmə
qaydasını. İzolyasiya müqavimətinin
ölçülmə üsullarını. Orta
mürəkkəbli elektrik sxemlərini. Kəsiyinin sahəsi
70 mm2 qədər bütün növ naqil və kabel
damarlarının birləşmə, uclarının
bağlanma və bir-biri ilə birləşməsi. Polad
və plastmass boru, kabel və ayrıcıların markalanma
üsullarını. Avadanlıqların ilmələnmə
və yerdəyişmə qaydalarını.
Mexanikləşdirilmiş takelaj avadanlığından
istifadə etmə üsullarını və onların
quruluşunu. Porşenli-quraşdırıcı
tapançaların quruluşunu və ona qulluq edilmə
qaydalarını. Rele mühafizənin təyinatını.
Maksimal-cərəyan mühafizəsinin işləmə
prinsipi və sxemlərini. Paylaşdırıcı qurğuların
quraşdırma üsullarını.
Yağı qurutmaq və tökmək üçün
aparatların quruluşunu. Transformatorların əsas
düyün və detallarını.
İş nümunələri. Qaynaqdan savayı, bütün üsullarla
kəsiyinin sahəsi 70 mm2 qədər olan
bütün markalı naqil və kabellərin
birləşmə uclarının bağlanma və bir-biri
ilə birləşməsi, Mühafizəedici qurğu,
örtük və çəpərlərin qurulması. Boru,
kabel və ayrıcıların markalanması.
Porşenli-quraşdırıcı tapançanın
köməyi ilə konstruksiya və aparatların
bərkidilməsi. Ucluqların kabel və naqil damarlarına
lehimlənməsi. Cərəyan və gərginlik elektrik
maqnit relelərinin yoxlanma və tənzimlənməsi.
Dəmirbənd və metal dayaq konstruksiyalarının
qoyulması. İzolyasiya müqavimətinin
ölçülməsi.
§ 128 Elektrik maşınları
üzrə elektrik
quraşdırıcısı
5-ci dərəcə
İşin xüsusiyyəti. Elektrik maşınlarının
quraşdırılması üzrə mürəkkəb
işlərin icrası.
Bilməlidir: Elektrik
avadanlıqlarının yoxlanma və qurutma
üsullarını. Quraşdırılan elektrik
avadanlıqlarının elektrik sxemlərini və onların
yoxlanma üsullarını. Dayaq konstruksiya və
avadanlıqların qoyulma yerlərinin, naqil, kabel və
şinlərin çəkilmə trasslarının
nişanlanma qaydalarını. Stend və emalatxanalarda
hazırlama üçün, naqillərin ayrı-ayrı
düyün, konstruksiya, elektrik avadanlıqlarının
düyün və bloklarının ölçülmə və
eskizlərin tərtib edilmə qaydalarını. Açıq
və ekranlaşdırılmış şin
kəmərlərinin yığılma və bərkidilmə
qaydalarını. Çəkilmiş naqillərdə
fazaların müəyyən etmə qaydası və
yerinə yetirilməsi sxemlərin yoxlama metodlarını.
Transformatorların izolyasiya xüsusiyyətlərini.
İş nümunələri. Elektrik maşınlarının qurulma yerinin
nişanlanması. Bütün növ
birləşmələrdə kütləsi 500 kq-a
qədər olan elektrik maşın və aqreqatların quraşdırma
və mərkəzləşdirilməsi. Maşınlarda
yardımçı qurğuların qoyulması.
Kollektorların cilalanması və işlənməsi.
Şotkaların lazımi vəziyyətdə qoyulması.
Kütləsi 500 kq-a qədər olan elektrik
maşınlarının qoşulma sxemlərinin yoxlanması
və onların qoşulma üçün hazırlanması.
Kütləsi 50 kq-a qədər olan rotor, dişli çarx
və bilərziklərin çıxarılma və
taxılması.
§ 129 Elektrik
maşınları üzrə elektrik
quraşdırıcısı
6-cı dərəcə
İşin xüsusiyyəti. Elektrik maşınlarının
quraşdırılması üzrə xüsusi
mürəkkəb işlərin icrası.
Bilməlidir: Yüksək
voltlu, nəzarət və xüsusi kabellərin hazırlanma
və quraşdırma üsullarını.
Paylaşdırıcı lövhə, pult, idarəetmə
və mühafizə lövhələrinin
konstruksiyalarını. Elektrik sxemləri, elektrik
avadanlıqlarının yoxlama və tənzimləmə
metodlarını. Transformatorların texniki
xüsusiyyətlərini. Elektrik texniki qurğuların
quruluşunu. Obyektlərin istismara təhvil verilməsinin
texniki şərtlərini. Partlayış təhlükəli
zonalarda işin yerinə yetirilmə qaydalarını. Rele
mühafizəsi haqqında ümumi məlumatları.
İş nümunələri. Elektrik maşın aqreqatlarının qurulma yeri
oxlarının nişanlanması. Kütləsi 500 kq-dan
artıq olan maşın və aqreqatları, sinxron
kompensatorları, yastılanma mühərrik və
yenidənəmələgəlmələrin
quraşdırılma, yoxlanma və
mərkəzləşdirilməsi. Kütləsi 50 kq-dan
artıq olan rotor, nazim çarx, dişli çarx və
bilərziklərin çıxarılma və taxılması.
Quraşdırılmış maşın və
aqreqatların qoşulma sxemlərinin yoxlanması. Fırlanan
maşınların qurudulması. Elektrik
avadanlıqlarının yoxlanması və qurudulması.
Cədvəl üzrə elektrik avadanlığı və
yanğın qurutma rejimlərinin seçilməsi. Elektrik
avadanlıqlarının qoşulmaq üçün
hazırlığının yoxlanması. İnduksiya itkisi
metodu ilə elektrik avadanlıqlarının qurudulmasında
sərinmənin yerinə yetirilməsi.
§ 130 Elektrik
quraşdırıcısı – sazlayıcı
4-cü dərəcə
İşin xüsusiyyəti. Sənaye və mülki tikintisində gərginliyi
1 kv qədər olan elektrik təchizat obyektlərinin,
habelə sadə idarəetmə sxemli, gərginliyi 1 kv
qədər olan dəyişən cərəyanlı elektrik
ötürücülərinin sazlanması.
Bilməlidir: Elektrotexnikanın
əsaslarını. Elektrik ölçü cihaz, elektrik
maşın və aparatlarının təyinatı və
işləmə prinsiplərini. Elektrik sxem elementlərinin
şərti qrafik işarələrini. Cərəyan və
istilikdən maksimum mühafizə edicilərin işin
təyinatı, işləmə prinsipi və quruluşunu.
Qeyri mürəkkəb elektrik sxem və aparatlarının
yoxlanma və kökləmə metodlarını.
Buraxılış-sazlama işləri istehsalında
ölçmə və sınaqdan keçirilmə
sxemlərini. Elektrik qurğularının qurulma
qaydalarını. III qrup çərçivəsində
TB və PTE (təhlükəsizlik texnikası və texniki
istehsalat) qaydalarını.
İş nümunələri. Sadə ölçmə və sınaqdan
keçirilmə sxemlərinin yığılması. Avtomatik
elektrik açarı və maqnit buraxıcılarında
maksimal və istilik qoruyucularının yoxlanması. Qısa
qapanma rotorları ilə dəyişən cərəyanlı
elektrik ötürücülərinin idarəetmə
sxemlərinin yoxlanması. Elektromaqnitli cərəyan və
gərginlik relelərinin köklənməsi.
Elektrikavadanlıq və kabellərin izolyasiya
müqavimətinin ölçülməsi. Elektrik
maşın və aparatları sarğısının daimi
cərəyan müqavimətinin ölçülməsi.
Yerləbirləşdirmə qurğusunun müqavimətinin
ölçülməsi.
§ 131 Elektrik
quraşdırıcısı-sazlayıcı
5-ci dərəcə
İşin xüsusiyyəti. Sənaye və mülki tikintisində sadə
qoruyucu növlü gərginliyin 10 kv qədər olan
elektriktəchizetmə obyektlərinin sazlanması.
Gərginliyin 10 kv qədər birbaşa qoşulan
dəyişən cərəyanlı elektrik
ötürücülərinin sazlanması.
Bilməlidir: Elektrik-texniki
maşın və aparatların konstruksiya və quruluşunu.
Elektrik təchizatı və dəyişən
cərəyanlı elektrik ötrücülərinin
sxemlərini. Elektrik təchizatı obyektlərinin elektrik
avadanlığının, o cümlədən orta
mürəkkəbli releli mühafizəni və
dəyişən cərəyanlı elektrik örtücüklərini
daxil etməklə sazlama metodlarını. Sazlamada istifadə
edilən cihazların tiplərini və texniki
xüsusiyyətlərini. Daimi cərəyanın
tənzimlənməyən mənbələrinin quruluşu
və işləmə prinsipini. Elektrik qurğularının
qurulma qaydalarını. Tikinti norma və qaydalarını. IV
qrup həcmində TB və PTE qaydalarını.
Orta ixtisas təhsil tələb olunur.
İş nümunələri. Qeyri-mürəkkəb releli mühafizə
aparatlarının yoxlanma və köklənməsi.
Ölçmə və sınaqdan keçirilmə
sxemlərinin yığılması. Gücü 1000 kv-a
qədər və gərginliyi 10 kv qədər olan komplekt
köməkçi transformator stansiyaların KKTS rele
mühafizəsi və idarəetmə sxemlərinin yoxlanması.
Kran, telfer, nasos, kompressorların dəyişən
cərəyanlı elektrikötürücülərinin
çox sürətli elektrikötürücülərinin
sazlanması. Tənzimlənməyən daimi cərəyan
mənbələrin sazlanması: qidalanma blokları BPT, BPN
akkumulyator batareyaları. Ampermetr, voltmetr, sayğac, izolyasiyaya
nəzarət edən cihazların qoşulmasının
yoxlanması. Sınaqdan keçirilmə və kabellərin
zədələnmə yerlərinin müəyyən edilməsi.
§ 132 Elektrik
quraşdırıcısı – sazlayıcısı
6-cı dərəcə
İşin xüsusiyyəti. Sənaye və mülki tikintidə
mürəkkəb növlü rele mühafizə ilə
gərginliyi 10 kv qədər olan elektrik təchizatı
obyektlərinin sazlanması. Avtomatika elementləri ilə
gərginliyi 10 kv qədər olan, dəyişən
cərəyanlı elektrik ötürücüləri, rele
kontaktor idarəetmə və tənzimləmə sxemi ilə
daimi cərəyanlı elektrik ötürücülərinin
sazlanması.
Bilməlidir:
Mürəkkəb rele mühafizə növlərinin
quruluş, təyinat və işləmə prinsiplərini.
Mürəkkəb mühafizə növlərinin sazlama
metodlarını. Kabellərdə zədələnmə
yerlərini axtarmaq üçün yüksəkvoltlu sınaq
qurğu və aparaturaların qurulmasını. Kabellərin
yüksəkvoltlu sınaqdan keçmə və
zədələrin axtarma metodlarını. Avtomatika və
yarımkeçirici texnikasının əsaslarını.
Avtomatika və yarımkeçirici texnika elementləri ilə
dəyişən cərəyanlı elektrik
örtücülərinin sazlama metodlarını. Daimi
cərəyan maşınlarının
xüsusiyyətlərini. Rele - kontaktor idarəetmə sxemi
və avtomatika elementləri ilə daimi cərəyanlı
elektrik ötürücülərinin sazlanma
metodlarını. Elektrik təhlükəsizliyinin
müdafiə tədbirlərini. Orta ixtisas təhsil
tələb olunur.
İş nümunələri, İstiqamətli mühafizə, güc transformator
və mühərriklərin diferensial mühafizəsi ilə
gərginliyi 10 kv qədər olan fiderlərin sazlanması.
Asinxron elektrik mühərriki qısa qapanan və ya faza rotoru
ilə və avtomatika elementləri ilə elektrikötürücüsünün
sazlanması. Bilavasitə şəbəkədən qidalanan
və vaxt və ya cərəyan funksiyasında
tənzimlənən daimi cərəyan elektrikötürücüsünün
sazlanması. Elektrik təchizat obyektləri və
nəqliyyat-axın sistemlərinin dispeçer
idarəetməsi və siqnalizasiyasının sazlanması.
Operativ əməli daimi cərəyan sistemlərinin
sazlanması. Cərəyan verən aqreqatlar akkumulyator
batareyaları Gücü 500 kvt qədər olan
tənzimlənməyən maşın və
yarımkeçirici cərəyan dəyişdirici
aqreqatların sazlanması.
Qeyd: Daha
mürəkkəb buraxılış-sazlama işləri orta
ixtisas və ali təhsilli olan mütəxəssislər
tərəfindən yerinə yetirilir.
§
133 ƏHƏNG SÖNDÜRƏN
2-ci dərəcə
İşin xüsusiyyəti. Əhəngin söndürülməsində
ən sadə işlərin yerinə yetirilməsi.
Bilməlidir: Əhəngin
müxtəlif növlərini. Sönməmiş və
sönmüş əhəngin saxlanma və nəql edilmə
qaydalarını. Əhəngin
söndürülməsində istifadə edilən qoruyucu
vasitələrin növü və təyinatını.
İş nümunələri. Sönməmiş əhəngi saxlamaq
üçün meydançanın hamarlanması və
əsasın düzəldilməsi. Sönməmiş
əhəngin nəql edilməsi. Söndürən çuxur
və çuxurüstü tutumlu qabların
təmizlənməsi.
§ 134 Əhəng
söndürən
3-cü dərəcə
İşin xüsusiyyəti. Əl üsulu ilə əhəngin
söndürülməsi.
Bilməlidir: Əhəng
söndürən çuxur və çuxurüstü tutumlu
qabların növlərini və quruluşunu. Əhəng
söndürən çuxurların sönməmiş əhənglə
doldurulma və üstünə su tökmə
üsullarını. Əhəngin çuxurüstü tutumlu
qablarda söndürmə üsullarını.
Sönmüş və sönməmiş əhəngin
xüsusiyyətlərini. Əhəngin
söndürülməsində istifadə olunan qoruyucu
vasitələrin quruluşunu.
İş nümunələri. Yanmamış əhəngin əhəng
söndürən çuxura qat-qat doldurulması və
sulanması.
Çuxurüstü tutumlu qablarda əhəngin
söndürülməsi, əhəngin doldurulması, suyun
tökülməsi, qarışdırılması,
kütlənin tordan süzülməsi. Əhəng
söndürən çuxurdan söndürülmüş
əhəngin boşaldılması. Əhəng söndürən
çuxur və çuxurüstü tutulma qabların
bərkidilməsi və təmiri.
§ 135 Əhəng
söndürən
4-cü dərəcə
İşin xüsusiyyəti. Səyyar əhəng söndürən maşınlarda
əhəngin söndürülməsi.
Bilməlidir: Mexaniki və
termomexaniki əhəng söndürən maşınların
quruluşunu, texniki istismar qaydalarını və onların
konstruktiv tiplərini. Əhəng söndürən maşınlarda
əhəngin söndürülmə texnologiyasını.
İş nümunələri. Sönməmiş əhənglə əhəng
söndürən qabların doldurulması. Müəyyən
miqdar və nəmlik dərəcəsinin dəqiqliyinə
riayət olunması. Əhəngin sönmə
müddətinə riayət etməklə, əhəng
kütləsinin söndürmə prosesinin aparılması.
Əhəng söndürən maşınların işini
müşahidə etmək. Söndürülmüş
əhəng kütləsinin buraxılması. Xidmət
edən avadanlığın təmizlənmə və
yağlanması.
§ 136 İZOLƏEDİCİ
– PLYONKAÇI
3-cü dərəcə
İşin xüsusiyyəti. Korroziyaya qarşı plyonka izolyasiyası
üzrə sadə işlərin icrası.
Bilməlidir: Xüsusi
tərkiblərin növ və əsas
xüsusiyyətlərini. Xüsusi tərkibli
astarlayıcı və şpatlyovkaların hazırlanması
və onların düzxətli səthlərə
çəkilmə üsullarını.
İş nümunələri. Perxlorvinil və bakelit əsaslı və
habelə üzvü qara qatran və sopolimer məhlullarından
xüsusi rəngləyici tərkiblərin hazırlanması.
Düzxətli səthlərə fırça ilə
şpatlyovka və rəngləyici xüsusi tərkiblərin
çəkilməsi. Bakelitli laka hopdurulmuş parça
ilə səthlərin örtülməsi.
§ 137 İZOLƏEDİCİ
– PLYONKAÇI
4-cü dərəcə
İşin xüsusiyyəti. Korroziyaya qarşı plyonka izolyasiyası
üzrə orta mürəkkəbli işlərin icrası.
Bilməlidir: Xüsusi
tərkiblərin keyfiyyətinə qoyulan tələbləri.
Silindr və konus şəkilli səthlərin, habelə
tikinti konstruksiyalarının səthlərinə
fırça ilə şpatlyovka, astarlayıcı və
rəngləyici tərkiblərin çəkilmə
üsullarını. Şüşə, parça və
kimyəvi lif əsaslı parçaların sintetik qara
qatrandan hazırlanmış qarışıqlarla
yapışdırma üsullarını.
İş nümunələri. Silindr və konus şəkilli aparaturaların,
habelə konstruksiyaların xarici və daxili
səthlərinə fırça ilə xüsusi
qarışıqların çəkilməsi.
Mürəkkəb konfiqurasiyalı səthlərin
astarlanması və şpatlyovkalanması. Detektorla
plyonkalı örtüyün yoxlanması. Boru, çapraz
və üçtərəfli istiqamətdə
birləşən elementlərin daxili səthlərinə
fırça ilə xüsusi qarışıqların
çəkilməsi. Qoyma detalların korroziyaya qarşı
tərkiblə rənglənməsi və yaxılması.
Səthlərə şüşə parça və
kimyəvi lif əsaslı parçaları sintetik qara qatrandan
hazırlanmış qarışıqlarla
yapışdırılması.
§ 138 İzoləedici –
PLYONKAÇI
5-ci dərəcə
İşin xüsusiyyəti. Korroziyaya qarşı plyonkalı izolyasiya
üzrə mürəkkəb işlərin icrası.
Bilməlidir:
Mürəkkəb konfiqurasiyalı səthlərə
mexanizmlərin köməyi, habelə fırça ilə
xüsusi qarışıqların çəkilmə
üsullarını. Etinol örtüyün
polimerləşmə rejimini və bakelit örtüklərin
bərkimə rejimini. Rəngləyici aqreqatların
quruluşunu. Bütün növlərdən olan
plyonkaçı izolyasiyaların keyfiyyətinə qoyuldan tələbləri.
İş nümunələri. Mürəkkəb
konfiqurasiyalı aparaturaların, boru çarpaz və
üçtərəfli istiqamətdə birləşən
elementlərin xarici və daxili səthlərinə, habelə
tikinti konstruksiyalarına mexanikləşdirilmiş üsulla
xüsusi plyonkalı qarışıqların
çəkilməsi. Etinol örtüklərin
polimerləşməsi və bakelit örtüklərinin
bərkiməsi.
§ 139 İkinci dövrə
üzrə elektrik quraşdırıcısı
2-ci dərəcə
İşin xüsusiyyəti. İkinci dövrünün
quraşdırılmasında ən sadə işlərin
icrası.
Bilməlidir: Naqil və
kabellərin əsas markalarını. Əlvan və qara
metalların əlamətlərini. Elektrik
avadanlıqlarının quraşdırılmasında
tətbiq edilən əsas materialları. Bərkitmə detal
və xırda konstruksiyaların əsas növlərini.
Elektrik-quraşdırma işlərində tətbiq edilən
alətlərin əsas növlərini. Ən sadə elektrik
sxemlərini.
İş nümunələri. Bərkitmə detallarının qoyulma və
bağlanması şruplar, diyircəklər. Əl üsulu
ilə kabeldən üst cut örtüyünün
çıxarılması. Dəqiq ölçülər
tələb olunmayan xırda bərkitmə detal və
aralıqların hazırlanması. Naqil və kabellərin
rənglənməsi.
§ 140 İkinci dövrə
üzrə elektrik quraşdırıcısı
3-cü dərəcə
İşin xüsusiyyəti. İkinci dövrənin
quraşdırılması üzrə sadə işlərin
icrası.
Bilməlidir: Bərkitmə detal və
konstruksiyaların əsas növlərini.
Elektrik-avadanlıqlarının əsas tiplərini. Elektrik
şəbəkələrinin növlərini və
çəkilmə üsullarını. Sadə cihaz, elektrik
aparat və tətbiq edilən elektrikləşdirilmiş
və pnevmatik alətlərinin quruluş əsaslarını.
Sadə elektrik sxemlərini. Sadə takelaj
vasitələrindən istifadə etmə üsullarını
və onların quruluşunu. Elektrik-quraşdırma işlərində
tətbiq edilən qaynaq avadanlıqlarının
növlərini və onlardan istifadə etmə
qaydalarını.
İş nümunələri. Uclarını müvəqqəti bağlamaqla
gərginliyi 10 kv qədər olan kabellərin kəsilməsi.
Dyübellərin qoyulması. Divar və
ötrüklərdə bütün növ şəbəkələrin
keçid yerlərinin tutulması. Barabanları qoymaqla naqil
və kabellərin açılması.
Yerləbirləşmə şəbəkə və
sıfırlaşma qurğularının quraşdırılması.
Sadə aparat və cihazların sökülməsi. (dayaq
izolyatorları, elektrik açar və ling
ötürücü dəyişdirici açar, qoruyucu,
reostat, cərəyan və gərginlik transformatorları
və s), Mexanikləşdirilmiş alətlə
deşiklərin açılması. Kabel və naqillər
üçün qolları ayıran qutuların qoyulması.
§ 141 İkinci dövrə
üzrə elektrik quraşdırıcısı
4-cü dərəcə
İşin xüsusiyyəti. İkinci dövrənin
quraşdırılması üzrə orta
mürəkkəbli işlərin icrası.
Bilməlidir:
Quraşdırılan elektrik avadanlıqlarının
quruluş əsaslarını. Armaturların tərtib etmə
qaydasını. İzolyasiya müqavimətinin
ölçülmə üsullarını. Orta
mürəkkəbli elektrik sxemlərini. Kəsiyinin sahəsi
70 mm2 qədər bütün markalardan olan naqil və
kabellərin damarlarının birləşmə,
uclarının bağlanma və qoşulma
üsullarını. Polad və plastmass boru, kabel və
ayırıcıların markalanma üsullarını.
Avadanlıqların ilmələnmə və
yerdəyişmə qaydalarını. Mexanikləşdirilmiş
takelaj avadanlığından istifadə etmə
üsullarını və onun quruluşunu.
Porşenli-quraşdırıcı, tapança, hidravlik
və zərbə endirici-fırlanma fəaliyyətli
alətlərin quruluşunu, onlara xidmət və istifadə
etmə qaydalarını. Rele mühafizəsinin təyinatını.
Maksimal-cərəyanlı mühafizənin iş prinsip və
sxemlərini. Sənaye bina və mühəndis
qurğularında elektrik-quraşdırma işlərini
yerinə yetirmək üçün material və
avadanlıqların komplektləşmə qaydalarını.
İş nümunələri. Qaynaqdan savayı, bütün üsullarla kəsiyin
sahəsi 70 mm2 qədər, bütün markalardan olan
naqil və kabel damarlarının birləşmə,
uclarının bağlanma və qoşulması. Qoruyucu
qurğu, örtük və çəpərlərin
qurulması. Porşenli-quraşdırıcı
tapançanın köməyi ilə konstruksiya və
aparatların bərkidilməsi. Ucluqların kabel və naqil
damarlarına lehimlənmə və ya preslənməsi.
Elektromaqnit cərəyan və gərginlik relesinin yoxlanma
və tənzimlənməsi. Dəmirbənd və metal dayaq
konstruksiyalarının qoyulması. Yapışdırmaqla
konstruksiyaların bərkidilməsi. Kabel novçaları
və deşilmiş quraşdırıcı profillərin
çəkilməsi. Sənaye bina mühəndis
qurğularında elektrik-quraşdırma işlərini
yerinə yetirmək üçün, material və
avadanlıqların komplektləşdirilməsi. Naqillərin
çəkilməsi üçün polad qutu və ensiz metal
təbəqələrinin qoyulması. Nəzarət,
ölçü və özüyazan qurğularla təchiz
edilməyə siqnal cihazlarının hazır nişanlanma
üzrə qoyulması. Orta mürəkkəbli ikinci dövrələrin
quraşdırılmasında naqil uclarının
birləşdirilməsi və markalanma. Yığılma
klemmaların qoyulması, izolyasiya müqavimətinin
ölçülməsi. “KSA” tipli aparatların qoyulması
və onların tənzimlənməsi. Naqil və
kabellərin cərəyanla yoxlanması.
§ 142 İkinci dövrə
üzrə elektrik
quraşdırıcısı
5-ci dərəcə
İşin xüsusiyyəti. İkinci dövrənin
quraşdırılmasında mürəkkəb işlərin
icrası.
Bilməlidir:
Quraşdırılan elektrik avadanlıqları, elektrik
sxemlərini və onların yoxlanma üsullarını. Dayaq
konstruksiya və avadanlıqların qoyulma yerlərinin, naqil
və kabellərin çəkilmə trasslarının
nişanlanma qaydalarını. Stend və emalatxanalarda
hazırlamaq üçün şəbəkələrin
ayrı-ayrı düyünlərinin ölçülmə
və eskizlərin tərtib edilmə qaydalarını.
Çəkilmiş şəbəkələrdə
fazaların müəyyən etmə qaydasını və
yerinə yetirilən sxemin yoxlanma metodlarını.
İdarəetmə, siqnalizasiya qurğularının yoxlama
üsullarını.
İş nümunələri. Qutu,
novça və simlərdə dəstələrlə naqil
və kabellərin çəkilməsi. Bütün növ
nəzarət və xüsusi kabel uc bağlanmalarının
quraşdırılması. Lövhə və punt
panellərində cihazlar və sıxaclararası qoyulmuş
naqillərin markalanması. Ölçü cihazları,
mühafizə və idarəetmə cihazlarının qurulma
yerinin nişanlanması və özüyazan qurğularla
təchiz edilmiş cihazların qoyulması. Stend və
emalatxanalarda hazırlamaq üçün şəbəkələrin
ayrı-ayrı düyünlərinin ölçülməsi
və eskizlərinin tərtib edilməsi.
§
143 İkinci dövrə
üzrə elektrik quraşdırıcısı
6-cı dərəcə
İşin xüsusiyyəti. İkinci dövrənin
quraşdırılması üzrə xüsusi
mürəkkəb işlərin icrası.
Bilməlidir:
Yüksəkvoltlu və nəzarət kabellərinin
hazırlanma və quraşdırma üsullarını.
Paylaşdırıcı lövhə, pult, stansiya
düyünlərinin idarəetmə və mühafizə
lövhələrinin konstruksiyalarını. Elektrik
sxemlərini, elektrik avadanlıqlarının yoxlanma və
tənzimlənmə üsullarını. Bütün
markalardan olan naqil və kabellərin quraşdırma
üsullarını. Transformatorların texniki
xüsusiyyətlərini. Elektrik-texniki qurğuların
quruluşunu. Obyektlərin istismara təhvil verilməsinin
texniki şərtlərini. Partlayış təhlükəli
zonalarda işin yerinə yetirilmə qaydalarını. Rele
mühafizəsi haqqında ümumi məlumatları.
İş nümunələri. İkinci kommutasiya sxemləri üzrə naqil və
kabellərin çəkilmə yerlərinin
nişanlanması. Quraşdırılmış sxemlərin
cərəyanla yoxlanması. Nəzarət kabellərin
birləşdirici bilərziklərin
quraşdırılması. Cihaz və aparatların qoşulma
üçün hazırlanması.
§ 144 İNŞAAT ELEKTRİK
ÇİLİNGƏRİ
2-ci dərəcə
İşin xüsusiyyəti. Elektrik konstruksiyalarının hazırlanma və
quraşdırılmasında ön sadə işlərin
icrası.
Bilməlidir: Elektrik
konstruksiyalarının hazırlanma və
quraşdırılmasında işlədilən əsas
materialları. Elektrik konstruksiya və detalların əsas
növlərini.
İş nümunələri. Naqil, yerlə birləşdirilmə
şəbəkəsinin bərkidilmə, elektrik
avadanlıqlarının qurulması üçün xırda
detalların hazırlanması. Konstruksiyalarda xırda
detalların qurulması. Dəqiq ölçüləri
tələb olunmayan, izolyasiyalı arakəsmələrin
hazırlanması. Ən sadə növlü
avadanlıqların, kabel və naqil barabanlarının
açılması. Əl üsulu ilə qaynaq yerinin emal
edilməsi.
§ 145 İNŞAAT ELEKTRİK
ÇİLİNGƏRİ
3-cü dərəcə
İşin xüsusiyyəti. Elektrik konstruksiyalarının hazırlanma və
quraşdırılmasında sadə işlərin icrası.
Bilməlidir: Elektrik
konstruksiyalarının hazırlanmasında
işlədilən qara və rəngli metal, polad və
plastmass boruların əlamətlərini. Gərginliyi 1 kv
qədər olan naqil və kabellərin əsas
markalarını. İstifadə edilən izolyasiya
materiallarının əsas xüsusiyyətlərini.
İşlədilən elektrifisirlənmiş və pnevmatik
alət, dəzgah və mexanizmlərin quruluş
əsaslarını və onlarla işləmə
qaydalarını. Ən sadə takelaj vasitələrinin
əsas növlərini və onlardan istifadə etmə
qaydalarını. Material və avadanlıqların
komplektləşdirilməsinin əsas qaydalarını.
İş nümunələri. Əl alət qurğuların
işlədilməsilə dairəvi, zolaqlı və
güclü poladdan tədarükün kəsilmə,
doğranma və düzəldilməsi. Elektrik konstruksiya detallarında
oyuqların deşilmə və çapılması.
İki-üç detaldan ibarət olan mürəkkəb
olmayan elektrik konstruksiyalarının hazırlanması.
Hazır deşiklər üzrə gərginliyi 1 kv
qədər olan elektrik konstruksiyalarında
şinsaxlayıcı, basmaqəlib (klipslər) və
qoruyucuların qurulması. Əl üsulu ilə metal ilə
plastmas boruların kəsilməsi. Mexanikləşdirilmiş
üsul ilə qaynaq yerinin emal edilməsi.
§ 146 İNŞAAT ELEKTRİK
ÇİLİNGƏRİ
4-cü dərəcə
İşin xüsusiyyəti. Elektrik konstruksiyalarının hazırlanma və
quraşdırılmasında orta mürəkkəbli
işlərin icrası.
Bilməlidir: Orta
mürəkkəbli elektrik sxemlərini. Quraşdırılan
cihaz və aparatların quruluş əsaslarını.
Texnoloji xətlərdə işləmə qaydalarını.
Detal və konstruksiyaların markalanma qayda və
üsullarını. Material və avadanlıqların
komplektləşdirmə qaydalarını. Yüklərin ilmələnmə
və yerdəyişmə və üsul, habelə
mexanikləşdirilmiş takelaj avadanlıqlarının
quruluşunu və onlardan istifadə etmə qaydalarını.
İş nümunələri. Dəzgahlarda təbəqəli və profilli polad,
boru, şinlərin düzəldilmə, nişanlanma və
kəsilməsi. Boru ucunda zengerləmə yivlərin
kəsilməsi, boru başlıqlarının
hazırlanması. Bütün üsullarla təbəqəli
profilli polad, boru və şinlərin əyilməsi.
Kabelləri bərkitməklə, trolle üçün
konstruksiya, işıqlandırıcı armaturaltı
kronşteyn (dirsək), tək-tək aparatların, qoruyucu
örtük, torlu çəpərlərin və s.
qoyulması üçün konstruksiyaların hazırlanma
və yığılması. İzolyasiya
materiallarının emal edilməsi. Konstruksiyalarda izolyator,
gərginliyi 1 kv-dan artıq olan qoruyucu, rubilnik, siqnal
lampalarının və s. qurulması. Dairəni və
zolaqlı şinlərin düzəldilməsi.
§ 147 İNŞAAT ELEKTRİK
ÇİLİNGƏRİ
5-ci dərəcə
İşin xüsusiyyəti. Elektrik konstruksiyalarının hazırlanma və
quraşdırılmasında mürəkkəb işlərin
icrası.
Bilməlidir:
Yüksəkvoltlu cihaz və aparatların quruluş
əsaslarını. Kontaktlı səthlərin emal edilmə
üsullarını.
İş nümunələri. Nümunə və cizgilər üzrə
konstruksiya detallarının nişanlanması. Orta
mürəkkəbli ülgülərin hazırlanması.
Lövhə, pult, şkaf və svetofor, karkas və
panellərinin, elektrik konstruksiyalarının
hazırlanması. Blok və parketlərdə boruların
yığılması. Yığma magistral və kəsiyin
sahəsi 800 mm2 qədər olan budaq şinlərin
hazırlanma və bloklara yığılması. Şin
və elektrik avadanlıqlarının kontaktlı
çıxışına üstlük və aralıq
qatının hazırlanması. Elektrik avadanlığı
və şinlərdə kontaktlı səthlərin emal
edilməsi. Ayırıcıların və onların
məftillərinin qurulması. Konstruksiyalarda
yüksəkvoltlu elektrik avadanlığı cihaz və
ölçü, idarəetmə və qoruyucu aparatların
qurulması. Mürəkkəb elektrik konstruksiya detal və
düyünlərinin qaynaq üçün
yığılması. Lüminessentli çıraqların 4
lampaya qədər bloklara yığılması. Kabel
konstruksiya, qutu və novların bloklara
yığılması.
§ 148 İNŞAAT ELEKTRİK
ÇİLİNGƏRİ
6-cı dərəcə
İşin xüsusiyyəti. Elektrik konstruksiyalarının hazırlanma və
quraşdırılmasında xüsusi mürəkkəb
işlərin icrası.
Bilməlidir:
Paylaşdırıcı lövhə, idarəetmə və
qoruyucu pult və şkafların tip və
konstruksiyalarını. Elektrik avadanlıqlarının yoxlama
və tənzimləmə üsulu və metodlarını.
İş nümunələri. Cizgi üzrə xüsusi mürəkkəbli
elektrik konstruksiyalarının hazırlanmasında nişanlanma.
Xüsusi mürəkkəbli nişanlanma və
quraşdırıcı şablonların hazırlanması.
Aşağı və yuxarı voltlu komplektli
paylaşdırıcı qurğuların hazırlanması,
quraşdırılması və onların bloka
yığılması. Elektrik avadanlıqlarının
tənzimlənməsi. Magistral yığma və kəsiyinin
sahəsi 800 mm2-dən artıq olan şaxə
şinlərinin hazırlanma və bloklara
yığılması. 4 lampadan artıq lüminessentli
çıraqların bloklara yığılması. Şkaf,
lövhə və idarəetmə stansiyalarının bloklara
yığılması.
§ 149 İNŞAAT MATERİALLARI
MÜƏSSİSƏLƏRİNİN
AVADANLIQLARININ QURAŞDIRICISI
2-ci dərəcə
İşin xüsusiyyəti. İnşaat materialları müəssisə
avadanlıq və onlarla bağlı konstruksiyaların
quraşdırılmasında ən sadə işlərin
icrası.
Bilməlidir:
Avadanlığın açılma üsullarını.
Ən sadə takelaj avadanlığının növləri
və onlardan istifadə etmə üsullarını.
Avadanlıq detallarının yağlanma üsullarını.
Çilingər alətlərinin təyinatını.
İş nümunələri. Qeyri-vacib detalların boltla bərkidilməsi.
Avadanlıqların açılması. Bünövrə
boltlarının yivli hissələrinin yerinə
oturdulması.
§ 150 İnşaat materialları
müəssisələrinin
avadanlıqlarının
quraşdırıcısı
3-cü dərəcə
İşin xüsusiyyəti. İnşaat materialları müəssisə
avadanlıq və onlarla bağlı konstruksiyaların quraşdırılmasında
sadə işlərin icrası.
Bilməlidir:
İşlədilən materialların əlamətlərini.
Mürəkkəb olmayan quraşdırma işlərini
yerinə yetirmə üsullarını. Sadə takelaj vasitələrinin quruluşunu və
onlardan istifadə etmə qaydalarını.
İş nümunələri: Şablon üzrə detalların
nişanlanması. Oyuqların deşilməsi. Yivli və
flanslı birləşmələrin yığılması.
Əl alətləri ilə yivlərin kəsilməsi.
Altlıq və aralıqların hazırlanması.
Detalların düzəldilməsi. Bitişmə yerlərinin
quraşdırıcı boltlarla bərkidilməsi. Blok, lingli
bucurqad və domkratlardan istifadə etməklə
avadanlıqların inventar stroplar ilə ilmələnmə,
yerdəyişmə, qoyulma və ilmədən
açılması.
§ 151 İnşaat materialları
müəssisələrinin
avadanlıqlarının
quraşdırıcısı
4-cü dərəcə
İşin xüsusiyyəti. İnşaat materialları müəssisə
avadanlıq və onlarla bağlı konstruksiyaların
quraşdırılmasında orta mürəkkəbli
işlərin icrası.
Bilməlidir: Orta
mürəkkəbli avadanlıqaltı bünövrə
qabaritlərinin yoxlanma üsullarını və bu
avadanlıqların quraşdırma metodlarını.
Mexanikləşdirilmiş avadanlıqdan istifadə etmə
üsullarını. Quraşdırılmış
avadanlıqların yoxlanılıb düzəldilməsinin
ən sadə üsullarını. Hidravlik sınağın
üsullarını. Yüklərin ilmələnmə və
yerdəyişmə üsullarını.
Mexanikləşdirilmiş takelaj avadanlığından
istifadə etmə qaydalarını. Quraşdırılan
avadanlıqların quruluşunu.
İş nümunələri. Sement
sobalarının ayrı-ayrı düyünlərinin
quraşdırılması, sıxlaşdırıcı
qurğular, yoxlayıcı lyüklər, zəncirli
pərdənin zəncirlərin asılması. Kamera,
elektriksoba və bişirmə sobalarının
ayrı-ayrı düyünlərinin
quraşdırılması. Qəfəsli (kolosnikli)
soyuducuların töküntüləri üçün
bunkerlərin quraşdırılması. Armatur və armatur
torlarının düzəldilməsi, kəsilməsi və
əyilməsi üçün dəzgahların
quraşdırılması. Paylaşdırıcı bunker
beton üçün badya, quruducu şkafın
quraşdırılması. Avadanlıqların
yoxlanılmasında ayrı-ayrı düyünlərin
sökülmə, təmizləmə, və yağlanması.
Avadanlıqların hidravlik domkrat, elektrikbucurqad və
kranların köməyi ilə yerdəyişmə.
§ 152 İnşaat materialları
müəssisələrinin
avadanlıqlarının quraşdırıcısı
5-ci dərəcə
İşin xüsusiyyəti. İnşaat materialları müəssisə
avadanlıqları və onlarla bağlı konstruksiyaların
quraşdırılmasında mürəkkəb işlərin
icrası.
Bilməlidir: Quraşdırma
oxlarının nişanlanma, qurulma və
köçürmə üsullarını.
Quraşdırmaaltı bünövrələrin və
avadanlıqların qurulma yerinin yoxlanma və qəbul
qaydalarını. Mürəkkəb avadanlıqların
quraşdırma üsullarını. Quraşdırılan
avadanlıqların tarazlaşma, mərkəzləşmə,
yoxlanılıb düzəldilmə və
tənzimlənmə üsullarını. Sürtgü
sisteminin quruluşunu və işləmə prinsipini.
Avadanlığın quraşdırılmasına qoyulan texniki
tələbləri və müəyyən edilmiş
buraxıla bilən artıq-əskikliyi. Mürəkkəb
avadanlığın istismara təhvil verilmə qaydalarını.
İş nümunələri. Sement sobalarının ayrı-ayrı
düyünlərinin quraşdırılması: korpus
blokları, yardımçı ötürücülər,
hidrodayaqlar, istilik-dəyişdirici qurğular. Yükləyici
və boşaldıcı düyün, borulu
dəyirmanların yardımçı ötürücü,
quru və yaş özüxırdalayıcı
dəyirmanların quraşdırılması.
Enerjiverənlər, pnevmatik qaldırıcı,
avtosementdaşıyan və dəmiryol vaqonlarını
avtomatik çəkili doldurulması üçün
qurğu, qəfəsli soyuducuların yuxarı örtük
və jalyüzlü sürgü, sement siloslarının
pnevmoboşaldıcılarının quraşdırılması.
Odadavamlı (futerli) tavaların qurulması. Formalar
üçün paketləşdirici vibromeydança,
betonqoyucu, qarışdırıcıların quraşdırılması.
Kontaktlı, nöqtəli, çoxelektrodlu və
bitişmə qaynaq üçün maşınların
quraşdırılması. Qoşqulu
özühərəkətedən arabacıqların
quraşdırılması. Millərin elektrik termik
qızması üçün qurğunun
quraşdırılması. Elektrik metallizatorların
quraşdırılması. Kəsici maşınların
quraşdırılması. Borulardan karkasları hazırlayan
qurğunun quraşdırılması. Düzkəsici
avtomatın quraşdırılması.
§ 153 İnşaat materialları
müəssisələrinin
avadanlıqlarının
quraşdırıcısı
6-cı dərəcə
İşin xüsusiyyəti. İnşaat materialları müəssisə
avadanlıq və onlarla bağlı konstruksiyaların
quraşdırılmasında xüsusi mürəkkəb
işlərin icrası.
Bilməlidir: Xüsusi
mürəkkəb avadanlıqların quraşdırma
üsullarını. Avadanlıqların tənzimləmə
və sazlama üsullarını. Aqreqat və
maşınların istismara təhvil verilməsində
onların yoxlanma qaydalarını.
İş nümunələri. Sement sobalarının quraşdırma və
yoxlanılıb düzəldilməsi: diyircək-dayaq,
tamamlayan dişli çarx, sarğı (bandaj) baş
ötürücülər. Soba korpusunun düzxətliliyinin
yoxlanması. Baş ötürücü, podşibnik və
quru və yaş özüxırdalanan boru dəyirmanların
barabanlarının quraşdırılma və
yoxlanılıb düzəldilməsi. Şlam
qarışdırıcı, soyuducu, pnevmatik kameralı və
vintli nasos itələyici-boşaldıcı
qablaşdırıcı maşınların
quraşdırılması. Pressləyən, nöqtəvi
asılma maşınlarının
quraşdırılması.
§
154 İNŞAAT
MAŞINLARININ SAZLAYICISI
5-ci dərəcə
İşin xüsusiyyəti. Sadə və orta mürəkkəbli inşaat
maşınlarının hidravlik, pnevmatik mexaniki, elektron
və elektrik avadanlıqlarının sazlama,
tənzimləmə, texniki xidməti, cari təmiri aqreqat,
düyün və idarəetmə sistemlərinin
sökülmə və quraşdırılması.
Maşın elementlərinin son hədd vəziyyətinin müəyyən
edilməsi. İstismar bazasının yarımstasionar və
səyyar vasitələrinə texniki xidmət və cari
təmiri. İnşaat maşınlarının düyün,
aqreqat və idarəetmə sistemlərinin
nasazlığının səbəblərinin
müəyyən edilməsi. Yanacaq-sürtgü
materiallarının rasional sərf edilmə rejiminin təmin
olunması.
Bilməlidir: Quruluş,
kinematik və elektrik sxemləri, sazlamanın cari təmirin
üsul və qaydalarını:
xidmət edilən inşaat
maşınlarının aqreqat və düyünlərinin
daxili yanacaqlı mühərrik və elektrik
avadanlıqlarının sökülmə və
quraşdırılmasını: maşınların
nasazlığının səbəblərini, onlara yol
verməmək və ləğv etmə üsullarını,
maşınların baxmaq, xidmət və nəql edilmə
qaydalarını; icra olunan işlər
çərçivəsində çilingər
işlərini; qaldırıcı-nəqliyyat, qaynaq və
təmizləyici avadanlıqların istifadə edilmə
üsullarını; yanacaq və yağın
təmizlənmə üsullarını; İstismar
bazasının səyyar və stasionar vasitələrinin quruluşunu;
elektrotexnika hidravlika və mexanikanın əsaslarını.
İş nümunələri. İnşaat maşınlarının aqreqat,
düyün və işarəetmə sistemlərinin sazlama,
tənzimləmə, texniki xidmət, cari təmir,
sökülmə və quraşdırılması:
1.
Məhsuldarlığı
4 m3/dəq qədər olan avtokompressorlar.
2.
Dizelli səyyar
elektrik-qaynaq aqreqatları.
3.
Gücü 43 kvt (60
a.q.) qədər olan buldozerlər.
4.
Kütləsi 5 t-a
qədər olan hamar vallı
özühərəkətedən vərdənələr.
5.
Daxili yanacaq
mühərrikli məhsuldarlığı 10 m3/dəq
qədər olan səyyar kompressorlar.
6.
Yükqaldırma
qabiliyyəti 6,3 t-a qədər olan avtomobil kranları.
7.
Yükqaldırma
qabiliyyəti 10 t-a qədər olan
özühərəkətedən qülləli kranlar.
8.
Yükqaldırma
qabiliyyəti 16 t-a qədər olan tırtıllı və
pnevmotəkərli kranlar.
9.
Su
məhsuldarlığı 2000 m3/saat qədər olan
üzücü özühərəkətetməyən
torpaqsoran maşınlar və nasos qurğuları.
10.
Səyyar rəngsaz və suvaq
stansiyalarının avadanlıqları.
11.
Avtomobilli yükləyicilər.
12.
Diametri 1200 mm qədər olan
boruları əymək üçün səyyar boruəyici
qurğular.
13.
Çalovunun tutumu 0,5 m3
qədər olan birçalovlu ekskavatorlar.
14.
Mühərrikinin gücü 37 kvt
(50 a.q.) qədər olan səyyar elektrik stansiyaları.
§ 155 İNŞAAT
MAŞINLARININ SAZLAYICISI
6-cı dərəcə
İşin xüsusiyyəti. Mürəkkəb və xüsusi
mürəkkəb inşaat maşınlarının hidravlik,
pnevmatik, mexaniki, elektrik və elektron avadanlıqlarının
sazlama, tənzimləmə, texniki xidməti cari təmiri,
aqreqat, düyün və idarəetmə sistemlərinin
sökülmə və quraşdırılması və
onların texniki vəziyyətinə qiymətvermə
üzrə diaqnostik işlərin icrası. Detalların
təkrar istifadə olunma mümkünlüyü
məqsədilə onların vəziyyətinin
müəyyən edilməsi. Detalların dağılma
səbəblərinin müəyyən edilməsi. Reklamasiyaların
tərtib edilməsi. İnşaat maşınlarının
sazlama və tənzimlənməsində lazımi texniki
hesabatın aparılması. Yanacaq sürtgü materiallarının
sərf edilmə rasional rejimini təmin olunması.
Bilməlidir: Quruluş,
kinematik, elektrik və elektron sxemləri aqreqat
düyünlərin (sazlama, cari təmiri, sökmə)
quraşdırılması və inşaat
maşınlarına xidmət edən təmiri zonasında
hərəkət etmənin üsullarını,
qaydalarını; elektrik maşın və elektron
qurğularının sazlama qaydalarını yükqaldıran
mexanizm və təzyiq altında işləyən qabların
sınaq və şəhadət müddətini,
zədələnmiş və köhnəlmiş detalları
qiymətləndirmə üsullarını; diaqnostik
avadanlıqların istifadə edilmə qaydalarını;
xarici əlamətlər üzrə, maşının
işində nasazlığın aşkaretmə
metodlarını.
İş nümunələri. İnşaat maşınlarının aqreqat,
düyün və idarəetmə sistemlərinin sazlama,
tənzimləmə, texniki xidmət etmə , cari təmir,
sökülmə və quraşdırılması:
1.
Avtobetonnasoslar.
2.
Avtoqreyderlər.
3.
Məhsuldarlığı
4 m3/dəq.-dən artıq olan avtokompressorlar.
4.
Gücü 43 kvt (60
a.q.)-dən artıq olan buldozerlər.
5.
Kopyorsuz
vibroendiricilər.
6.
Kütləsi 5 t-dan
artıq olan hamar vallı özügedən
vərdənələr.
7.
Daxili yanacaq
mühərrikli mühsuldarlığı 10 m3/dəq-dən
artıq olan səyyar kompressorlar.
8.
Yükqaldırma
qabiliyyəti 6,3 t-dan artıq olan avtomobil kranlar.
9.
Yükqaldırma
qabiliyyəti 10 t-dan artıq olan özügedən
qülləli kranlar.
10.
Yükqaldırma qabiliyyəti 10
t-dan artıq olan tırtırlı və pnevmo təkərli
kranlar.
11.
Boru kəmərlərinin
izolyasiyası üçün maşınlar.
12.
Borutəmizləyici maşınlar.
13.
Su məhsuldarlığı 2000 m3/saat-dan
artıq olan üzücü özühərəkət
etməyən maşınlar və nasos qurğuların
mexaniki və elektrik avadanlığı.
14.
Borudüzənlər.
15.
Magistral qaz-neftkəmərinin
qaynağı üçün səyyar kontakt qaynaq
qurğuları.
16.
Qruntun basılıb əyilməsi
və üfüqi qazılması üzrə qurğular.
17.
Diametri 1200 mm-dən artıq olan
boruların əyilməsi üçün səyyar
boruəyici qurğular.
18.
Çalovunun tutumu 0,5 m3-dən
artıq olan birçalovlu ekskavatorlar.
19.
Rotorlu xəndək ekskavatorları.
20.
Mühərrikin gücü 37 kvt (50
a.q.) dən artıq olan səyyar elektrik stansiyaları.
§ 156 İNŞAAT MAŞIN
VƏ MEXANİZMLƏRİNİN
QURAŞDIRICISI
2-ci dərəcə
İşin xüsusiyyəti. İnşaat maşın və mexanizmlərinin
quraşdırılma və sökülməsində ən
sadə işlərin icrası.
Bilməlidir: Ən sadə
takelaj ləvazimatlarının növ və
işlədilmə üsullarını. Takelaj və
quraşdırma ləvazimatlarının daşınması
üçün onların nəqliyyat vasitələrinə
yükləmə üsullarını. Nəqliyyat
vasitələrində onların bərkitmə
üsullarını. Detalların yağlanma üsullarını.
Çilingər alətlərinin təyinatını.
İş nümunələri. Qeyri-vacib detalların quraşdırılması.
Daşınmadan əvvəl nəqliyyat
vasitələrində takelaj və quraşdırıcı
ləvazimatların bərkidilməsi və daşınmadan
sonra onların açılması.
§ 157 İNŞAAT MAŞIN
VƏ MEXANİZMLƏRİNİN
QURAŞDIRICISI
3-cü dərəcə
İşin xüsusiyyəti. İnşaat maşın və mexanizmlərinin
quraşdırılma və sökülməsində sadə
işlərin icrası.
Bilməlidir:
İşlədilən materialların əlamətlərini.
Mürəkkəb olmayan quraşdırma işlərinin
yerinə yetirilmə üsullarını. Sadə takelaj
vasitələrinin quruluşunu və istifadə edilmə
qaydalarını.
İş nümunələri. Sadə detalların nişanlanması. Drel ilə
oyuqların deşilməsi. Yivli və flanslı
birləşmələrin yığılma və
sökülməsi. Metal konstruksiyaların
düzəldilməsi. Bitişmə yerlərinin
quraşdırıcı boltlarla bərkidilməsi.
Qülləli kranın dayaq-hərəkət edən
hissəsinə ballastın yüklənməsi və
bərkidilmədən çıxarılması. Yan
gərmənin və lövbər kanatın
açılması. Baş inventar lövhələrin
sökülməsi, ilmə, qurşaq, saxlayıcı
kanatları birləşmədən açmaqla, dayaq
altlığını çıxartmaqla, köməkçi
inventar lövbərlərin qurulma və sökülməsi.
Qarmaqlı qurşaqlardan dartıcıların
açılması. Qüllə konsolundan əksyükləyici
konsolun çıxarılması. Kran qülləsinin
hərəkət edən və hərəkət
etməyən seksiyalarının ayrılması. Qısa
kanatların kouşların dönən platformadan və strela
məftilinin qüllənin quraşdırıcı
prouşinalarından bağlanılması və
açılması. Kanatların bağlanılması.
Quraşdırıcı barabanın bərkidilməsi.
İdarəetmə şkaf, kabin, xidmət üçün
meydança, pilləkən, məhəccərlərin
çıxarılması. Qaldırıcı dorlarını
qurmaq üçün, özülün hazırlanması.
Qaldırıcıların dayaq çərçivəsinin
çıxarılması. Dorun binadan açılması.
Pnevmoçarxların endirilməsi. Səyyar inşaat
maşınlarının sökülməsində yük
burazının açılması. Ballast yeşiyinə
əks yükün qoyulması və boşaldılması.
Yük bucurqadının çıxan mexanizminin
kanatının açılması. Beton
qarışdırıcı,
məhlulqarışdırıcı, yuyucu-çeşidləyici
baraban, doğrayıcı-çeşidləyici və
daşdoğrayan qurğu, xəlbir, doğrayıcı,
dairəvi poladı düzəltmək, kəsmək,
əymək üçün dəzgahların
quraşdırılma və sökülməsində
yardımçı quraşdırıcı qurğuların
(ləvazimatlarının) quraşdırılma və
sökülməsi. Maşınların
bünövrələrdən açılması və
çıxarılması. Maşınların
götürülməsi və çarxların
tormozlaşmanın azad edilməsi (səyyar maşınlar
üçün).
§ 158 İNŞAAT MAŞIN
VƏ MEXANİZMLƏRİNİN
QURAŞDIRICISI
4-cü dərəcə
İşin xüsusiyyəti. İnşaat maşın və mexanizmlərinin
quraşdırılma və sökülməsində orta
mürəkkəbli işlərin icrası.
Bilməlidir: Orta
mürəkkəbli quraşdırma və sökülmə
işlərinin yerinə yetirilmə üsullarını.
Quraşdırılmış avadanlıq və maşın,
mexanizm hissələrinin yoxlanılıb
düzəldilməsinin ən sadə üsullarını
(qülləli kranlar, dorlu qaldırıcılar, səyyar
inşaat
kranları,
betonqarışdırıcılar,
məhlulqarışdırıcılar,
yuyucu-çeşidləyici barabanlar,
doğrayıcı-çeşidləyici və
daşdoğrayan qurğular, xəlbirlər, dairəvi
poladı düzəltmək, kəsmək və əymək
üçün dəzgahlar). Mexanikləşdirilmiş
alətdən istifadə etmə üsullarını.
Yükqaldırıcı mexanizm və takelaj
vasitələrinin quruluşunu və istifadə edilmə
qaydalarını, onların sınaqdan keçmə üsullarını,
buraz və kanatların köhnəlmə müddətini
və sınaqdan keçirmə qaydalarını. Kran və
digər maşınların elementlərinin qaldırma və
yerdəyişmə qaydalarını.
İş nümunələri. Qülləli kranın rele yolunda bərkidilməsi
və oradan açılması. Qülləli kranın dayaq
hərəkətedən və dönən
hissələrində balastın bərkidilməsi.
Qüllə seksiyalarının bir-biri ilə
birləşdirilmə və birləşdirilmədən
açılması. Qüllənin baş hissəsinin
bərkidilmə və açılması. Qüllənin
baş hissəsinin əksçəki konsolunun
bərkidilməsi. Kranda idarəetmə kabinasının
qurulma, bərkidilmə və açılması. Kranın
qolunun (strela) və kranın yığılması, onu
hərəkət edən hissə və dayaq
altlığı ilə birləşdirilməsi,
quraşdırma vəziyyətinə qaldırılmaq
üçün hazırlanma və qaldırılması.
Qurşaq və kanatların ilmələrini
bərkitməklə, dayaq altlığı qoymaqla, baş
lövbərin qurulması. Kranın qolunu
quraşdırıla vəziyyətindən endirilməsi, onun dayaq-hərəkətetmə
hissə və ya dayaq altlığından
açılması, işçi vəziyyətinə
qaldırmaq üçün hazırlıq.
Əksçəki konsolundan ballastın yüklənmə
və boşalması. Çıxma mexanizmin kanatının
yük bucurqadına yığılması.
Quraşdırıcı və kran qolunun polispast kanatlarının
açılması. Kranın maşın ilə
birləşdirilməsi və açılması.
Diyirlənən arabacığın açılması.
Dirəklərin yük daşıyan bucurqad və
avtokranların köməyi ilə açılması.
Teleskopik dirəklərin boltlarının bərkidilməsi
və bərkidilmədən azad edilməsi.
Quraşdırıcı sütunun polispast kanatlarının
zəifləndirilməsi. Qaldırıcı dorların
çərçivədə çəp dayaqlarla
bərkidilməsi. Dora yük platformasının qurulma və çıxarılması.
Dorlu qaldırıcının işçi burazlarının
yığılması və açılması. Dorların
kronşteynlərlə binaya bağlanması. Betonqarışdırıcı,
məhlulqarışdırıcı,
yuyucu-çeşidləyici baraban və
doğrayıcı-çeşidləyici, daşdoğrayan
qurğu, xəlbir, doğrayıcı, dairəvi poladı
düzəltmək, kəsmək və əymək
üçün dəzgahların qurulma, yoxlanılıb
düzəldilmə və bərkidilməsi. Yeri dəyişdirilmiş
kran kanatlarının çıxarılması və
sərilməsi. Qəbuledici qurğunun qurulma, açılma
və çıxarılması. Maşınların
təhvil verməyə hazırlanması. Kanatın ucunun
dönən platforma ilə birləşdirilməsi və
polispastın dartılması. Quraşdırıcı
dayağın qaldırılma, endirilmə və bərkidilməsi.
Qarmaqlı qurşağın işçi
vəziyyətinə qaldırılması. Yük və qollu
bucurqadın kanatlarının açılması.
Dönən platformalarla yük və bucurqadların
bərkidilməsi. Mexanizmlərin
bərkidilməsi. Kran və maşın düyün və
elementlərinin nəqliyyat bağlamalarından azad
edilməsi. Çalovunun tutumu 0,5 m3-ə qədər
olan ekskavator mexanizmlərinin quraşdırılması.
§ 159 İNŞAAT MAŞIN
VƏ MEXANİZMLƏRİNİN
QURAŞDIRICISI
5-ci dərəcə
İşin xüsusiyyəti. İnşaat maşın və mexanizmlərinin
quraşdırılma və sökülməsində
mürəkkəb işlərin icrası.
Bilməlidir: İnşaat
maşınlarının quraşdırılma və
sökülməsində mürəkkəb işlərin
yerinə yetirilmə üsullarını. (Yükqaldırma
qabiliyyəti 5 t-a qədər olan qülləli kran, dorlu
qaldırıcı, səyyar inşaat kran,
betonqarışdırıcı, yoğumun həcmi 750 l-ə
qədər olan məhlulqarışdırıcı,
yuyucu-çeşidləyici baraban, daşdoğrayan qurğu,
xəlbir, doğrayıcı, dairəvi poladı
düzəltmək, kəsmək, əymək
üçün dəzgahlar). Quraşdırılan
avadanlıq və maşın, mexanizm hissələrinin
tarazlaşma, mərkəzləşmə, yoxlanılıb
düzəldilmə və tənzimləmə
üsullarını. Maşın və mexanizmlərin
quraşdırılmasına qoyulan texniki tələbləri
və buraxıla bilən artıq-əskikliyi. İstismara
təhvil verilmə qaydalarını. Müxtəlif
yükqaldırıcı mexanizm və takelaj
vasitələrinin konstruksiyasını,
yerdəyişmədə ağırçəkili
yüklərin ilmələnmə qayda və
üsullarını. İnşaat maşın və
mexanizmlərinin qaldırılan və
yeridəyişdirilən element və düyünlərinin
ağırlıq mərkəzinin müəyyən edilmə
üsullarını. Yükün çəki, qabarit və
konfiqurasiyasından asılı olaraq, buraz, kanat, zəncir
və xüsusi ləvazimatların seçilmə və
sınaqdan keçirilmə qaydalarını.
İş nümunələri. Kranaltı yol relsləri arasında yedəyə
alan avtomobil ilə qülləli kranın qurulması. Kran
qülləsi altında quraşdırıcı
dayağın qurulması. Diyirlənən
arabacığın açılması və diyirlənməli
və ya pnevmotəkərlərin çıxarılması.
Kranın qolunu diyirlənən arabacıq və ya rels yoluna
qoyulması. Kran qülləsinin şaquli vəziyyətə
qaldırılması. Kranın qolunun qaldırılması
və qüllədə işçi vəziyyətində
bərkidilməsi. Kran qolunun işçi vəziyyətdən
açılması və aşağı salınması.
Kran qülləsinin inventar ayaqaltılarına şaquli
vəziyyətdən endirilməsi, kran qülləsinin
teleskopik seksiyalarının irəliləməsi və
endirilməsində elektrik bucurqadın köməyi ilə
seksiyaların irəliləməsi (enməsi). Yoxlama, quraşdırma
qüsurunun ləğvi, kran mexanizmlərinin
tənzimlənməsi. Dövlət dağ-mədən texniki
nəzarətin tələbinə uyğun onların
sınaqdan keçirilməsi və istismara təhvil
verilməsi.
Dorun hündürlüyü 10 m-ə qədər
olduqda, qaldırıcı dor seksiyalarını öz
bucurqadının köməyi ilə şaquli
vəziyyətə qaldırmaqla quraşdırılması,
hündürlüyü 10 m-dən artıq olduğu hallarda
qalan seksiyaların quraşdırıcı dayaqların
köməyi ilə uzadılması.
Yığılmış halda doru qaldırmaqla və ya
yardımçı dorların köməyi ilə onu uzatmaqla
quraşdırılması. Mezanizmləri
tənzimləməklə qaldırıcıların
sınaqdan keçirilməsi və onun istismara təhvil
verilməsi. Dorun hündürlüyü 10 m-ə
qədər olduqda öz bucurqadının köməyi
ilə dorun üfüqi vəziyyətə salınması,
dorun hündürlüyü 10 m-dən artıq olduqda
quraşdırıcı dirəyin köməyi ilə
seksiyaların çıxarılması.
Qaldırıcıların dayaq-istiqamətləndirici
seksiyalarının sökülməsi. Dönən
platformalı səyyar (arabacıqlı) inşaat
kranlarının işlək hissəsinin qurulması.
Hərəkət edən kranların burazlarının
yığılması, platformada kran qolunun bərkidilməsi.
Dönən platformadan kranın işlək hissəsinin
çıxarılması. Mexanizmin tənzimlənməsi.
Hərəkət edən inşaat kranlarının sınaqdan
keçirilməsi və onların istismara təhvil
verilməsi. Beton qarışdırıcı,
məhlulqarışdırıcı,
yuyucu-çeşidləyici baraban, daşdoğrayan qurğu,
xəlbir, doğrayıcı, dairəvi poladın
düzəltmə, kəsmə və əyilməsi
üçün dəzgahların, elektrik mühərriki
qurmaq, yoxlayıb düzəltmək, tənzimləmək
və bütün hissə və düyünlərinin
quraşdırılması və işçi
vəziyyətə salınması, boş-boşuna yoxlamaq
(sınaqdan keçirilməklə). Yuxarıda adları
çəkilən maşınların
sökülməsində bütün hissə,
düyünlərin sökülməsi, elektrik mühərrikin
birləşmədən açılması. Suvaq
stansiyalarının quraşdırılması. Keramzitvericinin
quraşdırılması. Məhsuldarlığı saatda
300 m3-ə qədər torpaq olan torpaqsoran
maşın, torpaqvuran qurğunun quraşdırılması.
Çalovunun tutumu 0,5 m3-dan 1 m3-ə
qədər olan ekskavator mexanizmlərinin
quraşdırılması.
§ 160 İNŞAAT MAŞIN
VƏ MEXANİZMLƏRİNİN
QURAŞDIRICISI
6-cı dərəcə
İşin xüsusiyyəti. İnşaat maşınlarının və
mexanizmlərinin quraşdırılma və
sökülməsində yüksək dəqiqlik tələb
edən xüsusi mürəkkəb çilingər işlərinin
icrası.
Bilməlidir: İnşaat
maşınlarının quraşdırılma və
sökülməsində xüsusi mürəkkəb
işlərin yerinə yetirilmə üsullarını
(yükqaldırma qabiliyyəti 5 t-dan artıq olan
qülləli kranlar,
doğrayıcı-çeşidləyici qurğular).
Tənzimləmə və sazlama üsullarını.
İstismara verilmədə onları yoxlama
üsullarını.
İş nümunələri. Rels yolunda kranın dayaq-işlək
hissələrinin yığılma və qurulması.
Qüllənin yığılması və onu
dayaq-işlək hissə ilə birləşdirilməsi.
Qüllənin şaquli vəziyyətə
qaldırılması. İnventar ayaqaltılara qoymaqla və
dayaq-işlək hissədən açmaqla qüllənin
şaquli vəziyyətdən endirilməsi.
Başlığın qülləyə
birləşdirilməsi. Əksçəki konsolun qaldırılma
və birləşdirilməsi. Əksçəki konsolda
ballastın bərkidilməsi və açılması.
Qüllədə işçi vəziyyətində kran
qolunun qaldırılma və bərkidilməsi. Kran qolunun
qüllə başlığından açılması. Kran
qolunun işçi vəziyyətindən endirilməsi. Kran
dayaq-işlək hissəsinin sökülməsi və rels
yollarından çıxarılması. Qülləli
kranların yedəyə alan avtomobil ilə krannaltı yolun
relsləri arasında qurulması. Kranların qülləsi
altında quraşdırıcı dayağın qurulması.
Diyirlənən arabanın açılması və
diyirlətməklə çıxarılması və ya pnevmotəkərlərin
çıxarılması. Kranın dayaq-işlək
hissəsinin diyirlənən araba və ya
pnevmotəkərdə qurulması. Tarazlaşma (işlək)
arabacıqların bərkidilmədən açılması,
ox milinin (arabada) toplamadan açılması və
sürgünün açılması. Avtokran və yük
daşıyan bucurqadın köməyi ilə
quraşdırıcı dirəyin dönən platformadan
kanatın dartılmasından əvvəl
qaldırılması. Quraşdırıcı dayaq
domkratlarının köməyi ilə kranın
dartıcı avtomobilinin dayağında qoyulması.
İrəli çıxan mexanizmin oynaq çənbərinin
birləşmədən açılması və
çıxarılması. Quraşdırıcı
çəp dayaq və quraşdırıcı dayağın
qurulması və çıxarılması. Dönən
platformada yükdaşıyan və qollu bucurqadların
qurulması. Halqaşəkilli çərçivəli
dönən yelqovanların birləşdirilmə və
onları kranaltı yol relslərinin eni üzrə ayrılması.
İşlək arabaların yelqovanlarla
birləşdirilməsi. İşlək hissənin
halqaşəkilli çərçivəsində
diyircəkli dönən dayaq dairə ilə yığılmaqda
olan dönən platformanın qurulma və bərkidilməsi.
Diyircəkli dönən dayaq-dairə ilə
yığılmada olan dönən platformanın çıxardılması.
Dönmə mexanizminin qurulma və
çıxardılması. Yuxarıdakı ilə
yığılmada olan aralıq seksiyanın portal daxilində
qurulması. Tirlərin başlıqda qurulma və
bərkidilməsi. Kran qolunun köklü seksiyalarının
qurulması və onun portala bərkidilməsi. Qüllə dirəklərinin
işçi vəziyyətə qaldırılması və
qollu poliplastın zəif yerinin seçilməsi.
Çənbəri portalla birləşdirən
dartıcının açılması. Diaqonal tirlərin
açılması və bərkidilməsi. Kran qolunun
yığma seksiyasının köklü seksiyalarının
deşiyinə asılması və qolun qüllədən
onun tam düzlənməsinə qədər ayrılması.
Qolun köklü seksiyasının qüllədən
açılması, kanat dartıcılarının çıxarılması.
Qol kərməsinin dartılması və kərmə
uclarının quraşdırıcı deşiklərlə
bərkidilməsi. Quraşdırıcı poliplastın bucurqad
və blokda açılması, işçi poliplastın
yük daşıyan bucurqad və blokla açılması.
Quraşdırıcı burazın qüllənin teleskopik
seksiyanın irəli çıxan blokunda açılması,
qollu poliplastın kanatlarının açılması,
kanatların açılıb yığılması.
Görülən işlərdən asılı olaraq, kran
qüllələri hündürlüyünün
artırılıb azaldılması. Kran mexanizmlərinin yoxlanma, quraşdırma qüsurunun
ləğvi və tənzimlənməsi. Kranların
Dövlət dağ-mədən texniki nəzarətin
tələblərinə uyğun sınaqdan keçirilməsi
və onların istismara təhvil verilməsi. Doğrayıcı-çeşidləyici
qurğunun işçi vəziyyətinə
gətirilməsi. İlkin və ikinci doğrama
aqreqatlarının domkratda çıxarılması.
Boş-boşuna qurğuların tənzimlənmə və
yoxlanması. İş qurtardıqda
doğrayıcı-çeşidləyici qurğunun
çıxarılması. Pnevmobetonsındıran və svaykəsənlərin
quraşdırılması. Çalovunun tutumu 1 m3-dən
artıq olan ekskavator mexanizmlərinin,
özühərəkətedən asfaltbeton
döşəyənlərin, torpaqsoran maşınların
və məhsuldarlığı saatda 300 m3 torpaqdan
artıq olan torpaqvuran qurğuların
quraşdırılması.
§ 161 İNŞAAT RƏNGSAZI
2-ci dərəcə
İşin xüsusiyyəti. Səthlərin rənglənməsi,
yapışdırılması və təmirində ən
sadə işlərin icrası.
Bilməlidir: Rəngsazlıq
və divar kağızı ilə yerinə yetirilən
işlərdə istifadə olunan əsas materialların
çeşidlərini.
Rəngləmə və yapışdırma
altı üçün səthlərin hazırlanma
üsullarını. Əl alət və
qurğularının adları və təyinatını.
İş nümunələri. Səthlərin metal, şpatel, ərsin, şotka
əski-üskü, tozsoran, kompressorun hava cərəyanı
ilə təmizlənməsi. Səthlərin süngər
daşı ilə hamarlanması. Səthlərin
fırça və valik ilə əliflənməsi.
Ayrı-ayrı yerlərin sürtülməsi.
Neytrallaşdıran məhlulu hazırlamaqla sement
suvağının təmizlənməsi. Köhnə
rəngin qaşınması, çökəklərin
təmizlənməsi və çatların
örtülməsi. Səthlərin rəng sıçratmalarından
qorunması.
§ 162 İNŞAAT RƏNGSAZI
3-cü dərəcə
İşin xüsusiyyəti. Səthlərin rənglənməsi,
yapışdırılması və təmirində sadə
işlərin icrası.
Bilməlidir: Rəngsazlıq
keyfiyyətinə qoyulan əsas tələbləri.
Rəngsazlıq və divar kağızlarının
yapışdırılması işlərində istifadə
edilən əsas material və qarışıqların
xüsusiyyətlərini. Şpatlyovka
qarışıqlarını hazırlayan və
qarışdıran mexanizmlərin quruluşunu.
Yapışqanın bişirmə üsullarını. Divar
kağızının biçilmə üsullarını.
İş nümunələri. Budaqcıq
və qatran yığılmış yerlərin
kəsilməsi, çatların örtülməsi.
Şpatlyovka qarışıqlarının hazırlanması
və sürtülüb üyütməsi. Səthlərin
əl alətləri ilə şpatlyovkalanması.
Mexanikləşdirilmiş üsulla çəkilmiş
şpatlyovka qarışığının hamarlanması.
Səthlərin fırça, valik ol rəng cihazları
ilə astarlanması. Astarlanmış, rənglənmiş
və şpatlyovkalanmış səthlərin pardaxlanması.
Bitum əsaslı lakların əl üsulu ilə
səthlərə çəkilməsi. Əl alətləri
ilə divar kağızlarının kənarlarının
kəsilməsi. Yapışqan
qarışığının səthlərə
çəkilməsi. Divarlara kağızın
yapışdırılması. Yapışqanın
bişirilməsi.
§ 163 İNŞAAT RƏNGSAZI
4-cü dərəcə
İşin xüsusiyyəti. Səthlərin rənglənməsi,
yapışdırılması və təmirində orta
mürəkkəbli işlərin icrası.
Bilməlidir: Rəngsazlıq
və divar kağızları ilə görülən
işlərdə istifadə edilən materialların
keyfiyyətinə qoyulan tələbləri.
Rənglənən və yapışdırılan
səthlərin keyfiyyətinə qoyulan tələbləri.
Rəngləyici qarışığın hazırlanma
üsullarını. Rəngsazlıq işləri üçün
(yüksək təzyiqli aqreqatlar istisna olmaqla) istifadə
edilən maşın, mexanizm və mexanikləşdirilmiş
alətlərin quruluşunu və istismar qaydalarını.
Divar kağızı kəsən maşınların
quruluşunu və işləmə prinsipini. Səyyar
rəngsazlıq stansiyaların quruluşunu və istismar qaydalarını.
İş nümunələri. Mexanikləşdirilmiş alətlə
səthlərin şpatlyovkalanması, əliflənməsi
və astarlanması. Səthlərin fırça, valik və
əl rəngçəkən cihazlar ilə
rənglənməsi. Haşiyənin (filyonka)
ora-burasını düzəltməklə
çəkilməsi. Traferat üzrə bir rəngin
çəkilməsi. Hazır resept üzrə astar,
rəngləyici qarışıqların, emulsiya və
pastaların hazırlanması. Sadə və orta kipli divar
kağızların və ya parçaların divar
səthlərinə yapışdırılması.
Bir-birinə keçirilməklə
yapışdırılmış divar
kağızlarını kəsən maşınla divar
kağızlarının kənarlarının
kəsilməsi. Dəzgahda oboyların paketli
biçilməsi.
§ 164 İNŞAAT RƏNGSAZI
4-cü dərəcə
İşin xüsusiyyəti. Səthlərin rənglənməsi,
yapışdırılması və təmirində
mürəkkəbli işlərin icrası.
Bilməlidir: Yüksək
təzyiqli rəngçəkən aqreqatların quruluşunu
və istismar qaydalarını. Rəngləyici
qarışığın (tərkibin) seçilmə
üsullarını (ağartma, rəngdəyişmə)
İş nümunələri. Səthlərin mexanikləşdirilmiş alət
və yüksək təzyiqli aqreqatlarla rənglənməsi.
Səthlərə tuşlamaqla taxtanın yan hissəsi ilə rəngin
çəkilməsi və yastı fırça ilə
hamarlanması. İki və daha çox rəngin trafaret
üzrə çəkilməsi. Tuşlama ilə haşiyələrin
çəkilməsi. Bir və ya bir neçə
rəngdə səthin dekorativ bəzəyi. Ağac və
daşa bənzər səthlərin rənglənməsi.
Eskizlər üzrə divar səthinə yapışqan
qarışıqlarının 2 rəngdə
çəkilməsi. Hər hansı mürəkkəb
trafaretlərin surətinin çıxarılması və kəsilməsi.
Sayı 4-dən çox olmayan piqmentlər ilə lazımi
rəngdə boya qarışıqların
düzəldilməsi. Divarın yüksək keyfiyyətli
divar kağızları, dermantin, ağaclı oboyla və s.
ilə yapışdırılması. Tavanların divar
kağızları ilə yapışdırılması.
Uc-uca yapışdırılan divar kağızlarının
dəyişdirilməsi. Səthlərin sıçratma
üsulu ilə rəngli dekorativ qırıntılarla
örtülməsi.
§ 165 İNŞAAT RƏNGSAZI
6-cı dərəcə
İşin xüsusiyyəti. Səthlərin rənglənməsi, bədii
(alfrey) bəzəyi və təmirində xüsusi
mürəkkəb işlərin icrası.
Bilməlidir: Divar
naxışı və şriftlərin
çeşidlərini. Trafaretlərin seçilməsi və
tərtib edilməsi üsullarını. Səthlərə
naxışların vurma üsul və yollarını.
Rəngin əmələ gəlmə qaydalarını və
piqmentlərin digər materiallar ilə kimyəvi
birləşməsini nəzərə almaqla onların
qarışma üsullarını.
İş nümunələri. Relyefli və fakturlu rəngləmə.
Səthlərin aeroqrafik bəzənməsi. Bir neçə
tonlarda ornamental naxışın vurulması. Həcmli
naxışların vurulması. Şəkil və eskizlər
əsasında əl üsulu və naxış
ülgüsü üzrə naxışların vurulması.
Səthlərin dekorativ laklanması, bürünc,
qızıl və gümüş suyun vurulması.
§ 166 İNŞAAT
XARRATI
2-ci dərəcə
İşin xüsusiyyəti. Ən sadə xarrat işlərinin icrası.
Bilməlidir: Ağacların
əsas xüsusiyyətlərini. Xarrat
yapışqanının hazırlama üsullarını.
İş nümunələri. Maşınların materiallarının
seçilmə və çeşidlərə
ayrılmasını. Rəndə ilə yonmaq, uzununa və
eninə mişarlamaqla ölçülər üzrə əl
üsulu ilə xarrat məmulatları üçün
kiçik tirlərin hazırlanması. Xarrat
yapışqanının bişirilməsi.
§ 167 İNŞAAT XARRATI
3-cü dərəcə
İşin xüsusiyyəti. Sadə xarrat işlərinin icrası. Əl
və elektrikləşdirilmiş alətlərlə
ağacın emal edilməsi. Sadə xarrat məmulatlarının
hazırlanma və qurulması.
Bilməlidir: Ağacın
əsas növ və qüsurlarını.
Elektrikləşdirilmiş alətlərlə rəftar
etmə qaydalarını.
İş nümunələri. Əl üsulu ilə düzxətli xarrat kargiz
və sadə profilli düzxətli tutacların hazırlanma
və qurulması. Əl üsulu və ya
mexanikləşdirilmiş alətin işlədilməsi
ilə xarrat məmulatların düzxətli
tədarüklərinin hazırlanması. Mexaniki emal
edilmədən sonra detalların təmizlənməsi.
Yerində uyğunlaşdırmaqla üstdən qoyulan
pəncərə və çərçivələrin
və qapı cihazlarının salınması.
Birləşdirilmiş çərçivələrdə
bərkidici qaytanın qoyulması. Budaqcıq və
qatranlamaların kəsilməsi.
§
168 İNŞAAT XARRAT
4-cü dərəcə
İşin xüsusiyyəti. Orta mürəkkəbli xarrat işlərinin
icrası.
Bilməlidir: Xarrat
məmulatı elementlərinin birləşmə yerlərini
hazırlamaqla yığılma üsullarını.
Ağacın ayrı-ayrı yerlərinin tutulma
üsullarını. Orta mürəkkəbli xarrat
məmulatlarının hazırlanma üsullarını.
İş nümunələri
1. Ümumtikinti işləri. Detalların
hazırlanması və onlardan düzbucaqlı formaların
bütün növlərindən qapı tayı və
pəncərə çərçivələrinin
yığılması. Mülki və sənaye binaları
üçün, düzxətli xəfəng
(nəfəslik), pəncərə layı, bütün
çərçivələrin yığılma və
təmiri. Bütün çərçivə
nəfəsliklərin yerinə salınması.
Xonçalı (filyonkalı) arakəsmələrin
qoyulması. Qapı və pəncərə blok,
pəncərəaltı şaxta və
quraşdırıcı kiçik tirlərin qurulması.
Yerində uyğunlaşdırmaqla, sadə keçmə
qismən içəri keçən tirlərin qurulması.
Cihazların (plankalı qapı diyircəkləri, qapı
və pəncərə dəstələri, eninə
siyirtmələrin və s.) salınması. Qoruyucu dekorativ
radiator barmaqlıqlarının yığılma və
qurulması. Yaşayış evlərində divar mebelin
yığılma və qurulması. Divarların ağac-yonqar
tavalarla üzlənməsi.
2. Taxıl dəni emaledici avadanlıqların
quraşdırılması. Meydança və düz qol
boru örtüyü, öz-özünə axıdan qurğu
detal, avadanlıqları bərkitmək üçün asma
və kronşteynlərin hazırlanması.
§ 169 İNŞAAT XARRATI
5-ci dərəcə
İşin xüsusiyyəti. Mürəkkəb xarrat işlərinin icrası.
Bilməlidir: Bərk növ
ağacın xüsusiyyətlərini və onun emal edilmə
üsullarını. Mürəkkəb xarrat
məmulatlarının hazırlanma, uyğunlaşdırma
və asılma üsullarını.
İş nümunələri
1. Ümumi tikinti işləri. Tutacaqların dəyirmələşdirmə
hissələrinin hazırlanma və qurulması.
Yarımdairəvi birləşmiş çərçivə
və qutuların hazırlanma, yığılma və
qurulması. Həncəmaları oyub
yerləşdirməklə pəncərə
çərçivə və qapı laylarının
uyğunlaşdırma və asılması. Eskiz üzrə
nişanlama və suvaq üçün ülgü, yanma
işləri üçün isə formaların
hazırlanması. Mürəkkəb keçmə və
qismən içəri keçən cihazların (birbaşa
gedən şpinqaletlər, nəfəslik cihazları,
çevrilən dəstəkli və avtomatik qıfıllar
və s.) yerinə uyğunlaşdırmaqla salınması.
2. Taxıl dəni
emaledici avadanlıqların quraşdırılması.
Dairəvi və fasonlu qol boru, özüaxıdan boru
kəməri detallarının qutu, şneklər
üçün təknə, novlu enmə və qəbuledici,
masa texnoloji avadanlıqaltı
çərçivələrin hazırlanma və
qurulması.
§ 170 İNŞAAT XARRATI
6-cı dərəcə
İşin xüsusiyyəti. Xüsusi mürəkkəb xarrat işlərinin
icrası.
Bilməlidir: Xüsusi
mürəkkəb xarrat məmulatlarının hazırlanma
və qurulma üsullarını.
İş
nümunələri
1. Ümumi tikinti
işləri. Bərk
ağac və qiymətli ağac növlərin xüsusi
mürəkkəb fiqurlu və lekallı tutacaq,
döşəmə yaşmağı, ensiz üzlük taxta,
döşəmə məhəccər sütunu və
karnizlərin hazırlanma, qurulma və bərpa təmiri.
2. Taxıl dəni
emaledici avadanlıqların quraşdırılması.
Noriyaların (çalovlu elevator) başlıq, boşluq
və borularının, yayma maşın üstü qutu, yayma
maşın altı konus, aspirasiya qutu, doğrama
maşını üçün qanov, çən və
yük girməsi, vintli enmə, qol boru,
ağırçəkili avadanlıqları asmaq
üçün ağac konstruksiyalarının hazırlanma
və qoyulması.
§ 171 İNŞAAT
ÇİLİNGƏRİ
2-ci dərəcə
İşin xüsusiyyəti. Tikinti meydançasında ən sadə
çilingər işlərinin icrası.
Bilməlidir: Bolt və bolt
birləşmələrinin əsas növlərini.
Detalların yağlama üsullarını. Strop
və ilişdirici ləvazimatlarının növlərini.
Çilingər alətinin təyinatını və ondan
istifadə etmə qaydalarını.
İş nümunələri. Qeyri-vacib detalların boltla bərkidilməsi.
Boş (azad) ölçü üzrə detalların
çilingər emalı.
§ 172 İNŞAAT
ÇİLİNGƏRİ
3-cü dərəcə
İşin xüsusiyyəti. Tikinti meydançasında sadə çilingər
işlərinin icrası.
Bilməlidir: Emal edilən
metalların əsas xüsusiyyətlərini. Ülgü
üzrə detalların nişanlanması. Detalların
çilingər emalının üsullarını. Mexanizm
düyünlərinin və polad sürüşən
qəlib elementlərinin yığılma və
sökülmə üsullarını. Sadə takelaj
vasitələrinin quruluşunu və onlardan istifadə
edilmə qaydalarını.
İş nümunələri. Qayka və boltların kəsilmə və
sıvantlanıb düzəldilməsi. Şayba, üstdən
qoyulma və aralıqların əl üsulu ilə
hazırlanması. Ülgü üzrə detalların
nişanlanması. Əl alətləri ilə
deşiklərin dəlinməsi. Poladın kəsilmə
və çapılması. Detalların boltla
bərkidilməsi. Lövhə və polad
sürüşən qəlib lövhə və
qutularının yığılma, sökülmə və
təmiri.
§ 173 İNŞAAT
ÇİLİNGƏRİ
4-cü dərəcə
İşin xüsusiyyəti. Avadanlıq və ləvazimatların hazırlanma
və təmiri üzrə tikinti meydançasında orta
mürəkkəbli çilingər işlərinin yerinə
yetirilməsi.
Bilməlidir: Alətlərin
hazırlanması üçün, istifadə edilən
metalların əsas xüsusiyyətlərini. Alətlərin
hazırlanma və bərkidilməsinin əsas qayda və
üsullarını. Təmirdə işlədilən takelaj
avadanlıq, mexanikləşdirilmiş alət və
dəzgahların quruluş və istifadə edilməsini. Yol
verilə bilən artıq-əskiklik və
yerləşdirmə haqda ümumi məlumatları.
İş nümunələri. Xüsusi mexanikləşdirilmiş alətlərin
tətbiqi ilə avadanlıq detallarının
çilingər emal edilməsi. Kəsmə və deşmə üçün detalların
nişanlanması. Anker bolt, asma, kronşteyn, flans, kargiz,
xamıt, düzxətli axıtma, navalça, mühafizə
örtüyü və çəpər, ayaqaltılar
üçün boru sütunları, bunker, pəncərə,
pilləkən və balkon məhəccərlərinin
hazırlanması. Polad sütun, tir və örtük
tavaların köçürülən qəliblərinin
qurulma və sökülməsi. Əl domkratları ilə
sürüşən polad qəliblərin qaldırıcı
qurğularının qurulma və sökülməsi.
Sürüşən qəliblərin konusluğunun
tənzimlənməsi. Buldozerlərin qaldırıcı
bucurqadlarının tənzimlənməsi. Əl domkratı,
yükqaldırma qabiliyyəti 5 t-a qədər olan blok,
armaturu əymək və kəsmək üçün
dəzgah, lentli transformatorların dartıcı və
örtücü qurğu, ekskavatorların çalov və
zəncir, betonqarışdırıcıların çalov
və baraban, rəng pultları, qaldırıcı,
mexanikləşdirilmiş şpatlyovka üzrə
aqreqatların sökülmə, təmir və
yığılması. Daxili yanacaqlı
mühərriklərin sökülmə, təmir və
yığılması. (porşenli halqaların qoyulması,
sürgü qolu, şatunlu və əsas podşipniklərin
dartılması, nasos, karbürator və maqnetoların
yığılması). Detalların cizgi və eskiz
üzrə nişanlanması.
§ 174 İNŞAAT
ÇİLİNGƏRİ
5-ci dərəcə
İşin xüsusiyyəti. Avadanlıq və ləvazimatların hazırlanma
və təmiri, mexanizm, maşın və
mühərriklərin təmiri üzrə tikinti
meydançasında mürəkkəb çilingər
işlərinin yerinə yetirilməsi.
Bilməlidir: Alətlər
düzəldilən poladların əlamət və
markalarını. Ərintilər haqda əsas
məlumatları. Mexanikləşdirilmiş alətləri
tətbiq etməklə mürəkkəb detalların
çilingər və termiki emaletmə üsullarını.
Detalların emal edilmə və yığılmasında yol
verilə bilən artıq-əskiklik və
yerləşdirmələri. Ülgü və kalibrlər
üzrə detalların uyğunlaşdırılma
üsullarını. Maşın, habelə daxili yanacaqlı
mühərriklərin qoyulma, sökülmə və
tənzimləmə qayda və üsullarını.
Alətlərin bərkitmə, kövrəkliyini azaltma və
bişirmə üsullarını.
İş nümunələri. Bütün növ emal edilmə üçün,
cizgi üzrə mürəkkəb ülgülərin
hazırlanması və detalların nişanlanması. Tikinti
və quraşdırma işləri üçün,
mürəkkəb ləvazimatların hazırlanması.
Avadanlıqların komplektləşdirilməsi
üçün ayrı-ayrı detal və
düyünlərin hazırlanması. Hidravlik və elektrik
domkratların və sürüşən qəliblərin
quraşdırılması. Betonlaşdırma prosesində
mexanikləşdirilmiş domkratlarla sürüşən
qəliblərə xidmət edilməsi. Sıradan
çıxmış detalların bərpa edilməsi. Tormoz
kolodka və traktor, kran və ekskavatorların tormoz
lentlərinin pərçimlənməsi. Traktor, skreper, buldozer, vərdənə,
betonqarışdırıcı, betonnasos və məhlulnasos,
yükqaldırma qabiliyyəti 5 t-dan artıq olan blok,
ötürücü bucurqad, məhsuldarlığı saatda
300 m3 qədər olan torpaqsoran maşın və qurğu,
məhsuldarlığı dəqiqədə 6 m3/dəq
qədər olan kompressor, motovoz, buxar çəkic,
mərkəzdən qaçan nasos, yayma dəzgahı,
qalınlığı 13 mm qədər olan
təbəqəli metalı kəsmək üçün
press-qayçıların sökülməsi, təmiri və
yığılması.
§ 175 İNŞAAT
ÇİLİNGƏRİ
6-cı dərəcə
İşin xüsusiyyəti. Avadanlıqların və ləvazimatların
hazırlanma və təmiri, mexanizm, maşın və
mühərriklərin təmiri üzrə tikinti
meydançasında xüsusi mürəkkəb işlərin
icrası.
Bilməlidir: Bərk
ərintilərin marka, növ və xüsusiyyətlərini.
Xüsusi mürəkkəb detalların çilingər
və termiki emaletmə və uyğunlaşdırma
üsullarını. Detalların qovuşmasında yol
verilə bilən artıq-əskiklik və oturdulması.
İş nümunələri. Eksentriklərin oturdulması. Xüsusi
mürəkkəb ülgü, kalibr və konduktorların
hazırlanması. Xüsusi mürəkkəb və vacib
detal, məlumat və ləvazimatların hazırlanma və
təmiri. Məhsuldarlığı saatda 300 m3-dan
artıq olan torpaqsoran maşın və torpaq çəkib
vuran qurğu, ekskavator və qülləli kran, avtoyükləyici,
qalınlığı 13 mm-dən artıq olan
təbəqəli metalı kəsmək üçün
press-qayçı, hidravlik və pnevmatik press,
məhsuldarlığı dəqiqədə 6 m3-dan
artıq olan kompressorların təmir, qaydaya salınması
və sınaqdan keçirilməsi. Daxili yanacaqlı
mühərriklərin təmizlənməsi.
§ 176 İşıqlandırma
və işıqlanma
şəbəkələri
üzrə
elektrik
quraşdırıcısı
2-ci dərəcə
İşin xüsusiyyəti. İşıq naqil və
şəbəkələrinin quraşdırılma və
sökülməsində ən sadə işlərin
icrası.
Bilməlidir: Naqil və kabellərin əsas markalarını.
Əlvan və qara metalların əlamətlərini. Elektrik
konstruksiyaların hazırlanma və
quraşdırılmasında tətbiq edilən əsas
materialları. Bərkitmə detal və xırda
konstruksiyaların əsas növlərini. Elektrik
quraşdırma işlərində tətbiq edilən
alətlərin əsas növlərini. Ən sadə elektrik
sxemlərini.
İş nümunələri. İşıqlandırıcı naqillər
üçün (vint, şrup, diyircəklər)
bərkitmə detallarının qoyulma və bağlanması.
Dəmir
bənd, qarmaq və konstruksiyaların
qoyulması. Əl ilə kabeldən üst cut qatının
çıxarılması. Dəqiq ölçü
tələb etməyən xırda bərkitmə detal və
aralıq qatlarının hazırlanması. Naqil və
kabellərin rənglənməsi. Hazır nişanlama
üzrə əl alətləri ilə, yuva, deşik və
şırımların açılması.
§ 177 İşıqlandırma
və işıqlanma şəbəkələri üzrə
elektrik
quraşdırıcısı
3-cü dərəcə
İşin xüsusiyyəti. İşıq naqilləri və
şəbəkələrinin quraşdırma və
sökülməsində sadə işlərin icrası.
Bilməlidir: Dayaq konstruksiya
və armaturların əsas növlərini. Sadə cihaz,
elektrik-aparat və çıraqların quruluş
əsaslarını. Tətbiq edilən
elektrikləşdirilmiş və pnevmatik alətin
quruluşunu və ondan istifadə etmə qaydalarını.
Sadə elektrik sxemlərini. Sadə takelaj
vasitələrindən istifadə etmə üsullarını
və onların quruluşunu. Elektrik quraşdırma
işlərində tətbiq edilən qaynaq
avadanlıqlarının növlərini və onlardan
istifadə etmə qaydalarını. Müvəqqəti
işıqlandırıcı naqillərin quraşdırma
və sökülmə üsullarını.
Yaşayış, mədəni-məişət və inzibati
binalarda elektrik-quraşdırma işlərini yerinə
yetirmək üçün, material və avadanlıqların
komplektləşdirmə qaydalarını.
İş nümunələri. Uclarını müvəqqəti bağlamaqla
gərginliyi 10 kv qədər olan kabellərin kəsilməsi.
Dyubellərin qoyulması, 6 lampaya qədər
(lüminessentlilərdən savayı) olan bütün növ
çıraqlara elektrik açar, dəyişdirici açar
və ştepselli rozetkalara cərəyanın verilməsi
və onların qoyulması. Divar və örtükdən keçən
bütün növ çəkilmələr üçün
keçidlərin tutulması. Baraban qoymaqla naqillərin
açılması. Yerləbirləşdirmə
şəbəkəsi və sıfırlaşdırma
qurğusunun quraşdırılması. İzolyasiya
borucuqlarında olan naqil, atma və ayrıcıların
sökülməsi. Sadə aparat və cihazların
sökülməsi (dayaq izolyatorları, elekrik açar,
rubilnik və lingin ötürücülü
dəyişdirici açar, qoruyucu, reostat, cərəyan və
gərginlik transformatorları və s).
Mexanikləşdirilmiş alətlə yuva və
deşiklərin açılması. Müvəqqəti
işıqlandırıcı naqillərin
çəkilməsi. Birsütunlu dayaq və armaturlaşdırılmış
və izolyatorları qoymaqla, xarici işıqlanma
kronşteynlərin qoyulması. Kabel və məftillər
üçün bölüşdürücü qutuların
qoyulması. Yaşayış, mədəni-məişət
və inzibati binalarda elektrik-quraşdırma işlərini yerinə
yetirmək üçün, material və avadanlıqların
komplektləşdirilməsi.
§ 178 İşıqlandırma
və işıqlanma şəbəkələri üzrə
elektrik quraşdırıcısı
4-cü dərəcə
İşin xüsusiyyəti. İşıq naqil və
şəbəkələrin quraşdırılması
üzrə orta mürəkkəbli işlərin icrası.
Bilməlidir:
Quraşdırılan elektrik avadanlıq və
şəbəkələrin quruluş əsaslarını.
İzolyasiyanın müqavimətinin ölçülmə
üsullarını. Orta mürəkkəbli elektrik
sxemlərini. Kəsiyinin sahəsi 70 mm2 qədər
olan markalı naqil və kabel damarlarının
birləşmə, uclarını bağlama və bir-biri
ilə bağlanma üsullarını. Polad və plastmass boru
və kabellərin markalanma üsullarını.
Yüklərin ilmələnmə və yerdəyişmə
qaydalarını. Mexanikləşdirilmiş takelaj
avadanlığından istifadə etmə üsullarını
və onun quruluşunu. Porşenli quraşdırma
tapança, barıtlı preslərin quruluşu və onlara
xidmət etmə qaydalarını. Sənaye bina və
mühəndis qurğuların elektrik quraşdırma
işlərini yerinə yetirmək üçün material
və avadanlıqların komplektləşdirilmə
qaydalarını.
İş nümunələri. Kəsiyinin sahəsi 70 mm2 qədər
bütün markalardan olan naqil və kabel damarlarının
qaynaqdan savayı bütün üsullarla birləşmə,
ucların bağlanma və bir-biri ilə birləşməsi.
Örtük, çəpər və qoruyucu qurğuların
qoyulması. Qoyulmuş boru, kabel və
ayırıcıların markalanması. Porşenli
quraşdırıcı tapançanın köməyi
ilə konstruksiya və aparatların bərkidilməsi. Ucluqların
preslənməsi və boruların barıt presləri ilə
birləşməsi. Kabel və məftil damar
ucluqlarının qaynaq edilməsi. Dəmir bənd və metal
dayaq konstruksiyaların qoyulması. Konstruksiyaların
yapışdırmaqla bərkidilməsi. Troslu
çəkilmələr üçün, konstruksiyaların
qoyulması. Döşəmə, divar, forma və sütunlar
üzrə şırımlarda polad və plastmas boruların
qoyulması. Kabel novları və deşilmiş
quraşdırıcı profillərin çəkilməsi.
Sənaye bina və mühəndis qurğularında elektrik
quraşdırma işlərini yerinə yetirmək
üçün, material və avadanlıqların
komplektləşdirilməsi. Kəsiyinin sahəsi 70 mm2
qədər bütün növ markalardan olan naqillərin çəkilməsi
(partlama təhlükəli zonalardan savayı). Metal qolların
çəkilməsi. 7-dən 12-yə qədər lampalı
çıraq, 4 lampaya qədər lüminessent çıraqları,
su və tozdan mühafizə olunan bütün tip
armaturların qoyulması və onlara cərəyanın
verilməsi. Projektor, siqnal cihazları və aparatların
qoyulması. İşıqlandırıcı naqillər
üçün, bir yerli qutuların qoyulması.
Üçfazalı rozetkaların quraşdırılması.
Naqil və kabellərin qüsurlarının elektrik
cərəyanı ilə yoxlanılması.
§ 179 İşıqlandırma
və işıqlanma şəbəkələri üzrə
elektrik
quraşdırıcısı
5-ci dərəcə
İşin xüsusiyyəti. İşıq naqil və
şəbəkələrin quraşdırılması
üzrə mürəkkəb işlərin icrası.
Bilməlidir: Elektrik
avadanlıqlarının təftiş və yoxlama
üsullarını. Kəsiyinin sahəsi 70 mm2-dan
artıq olan bütün markalı naqil və kabel
damarlarının birləşmə, uclarının
bağlanma və bir-biri ilə birləşməsi
üsullarını. Dayaq konstruksiya, avadanlıqların qurulma
yerlərinin naqil və kabellərin çəkilmə
trassalarının nişanlanma qaydalarını. Stend və
emalatxanalarda hazırlamaq üçün, naqil düyünlərinin
ölçülmə və eskizlərin tərtib edilmə
qaydalarını. Çəkilmiş naqillərdə
fazaların müəyyən etmə qaydalarını və icra
olunmuş sxemlərin yoxlama metodlarını.
İdarəetmə, siqnalizasiya və avtomatik
qurğularının yoxlama üsullarını.
İş nümunələri. Kəsiyinin sahəsi 70 mm2-dən
artıq, bütün markalardan olan naqillərin nişanlanma
və çəkilməsi (partlama təhlükəli zonadan
savayı). Naqillərin hazırlanması və troslarda
quraşdırılması. 12-dən artıq lampası olan
çıraq, kronşteyn və 4-dən artıq lampası
olan lüminessent çıraqların qoyulması və onlara
cərəyanın verilməsi. Cərəyan verən və
paylaşdırıcı pult və lövhələrin
quraşdırılması. Civə lampaları ilə olan
çıraqların qoyulması və onlara
cərəyanın verilməsi. Partlayışdan
mühafizə olunan və buraxılış
tənzimləmə qurğularla qoyulması və onlara
cərəyanın verilməsi.
Projektor çıraq və qutuların bloklarla
quraşdırılması. Kütləsi 500 kq-a qədər
olan bloklarla boruların quraşdırılması. Qutu,
növ və tellərdə naqil və kabellərin
dəstələrdə çəkilməsi.
Ölçmələrin yerinə yetirilməsi və naqil
düyünlərinin eskizlərinin tərtib edilməsi.
§ 180 İşıqlandırma
və işıqlanma şəbəkələri üzrə
elektrik
quraşdırıcısı
6-cı dərəcə
İşin xüsusiyyəti. İşıq naqil və
şəbəkələrin quraşdırılması
üzrə xüsusi mürəkkəb işlərin
icrası.
Bilməlidir: Yüksəkvoltlu
və nəzarət kabellərin hazırlanma və
quraşdırma üsullarını.
Paylaşdırıcı lövhə, pultların
konstruksiyalarını. İşıqlandırma şəbəkəsinin
elektrik sxemlərini, elektrik avadanlıqlarının yoxlama
və tənzimləmə metodlarını. Bütün növlərdən olan
işıqlandırıcı naqilləri. Quraşdırma
üsullarını. Elektrik texniki qurğuların
quruluşunu. Obyektlərin istismara təhvil verilməsi
üzrə texniki şərtləri. Partlayış
təhlükəli zonalarda işin yerinə yetirilmə
qaydalarını.
İş nümunələri. Daxili və xarici işıq şəbəkə
trasslarının nişanlanması.
Ölçülmələrin icrası, borukəməri
və mürəkkəb boru ayrılmalarının eskizlərinin
tərtib edilməsi. Partlayış təhlükəli
zonalarda borukəməri və naqillərin
çəkilməsi və sınaqdan keçirilməsi. Nadir
çıraqların qoyulması və onlara
cərəyanın verilməsi. Troslu naqillərin
partlayış təhlükəli zonalarda
quraşdırılması. Kütləsi 500 kq-dan artıq
olan bloklarla boruların quraşdırılması.
§ 181 Yaşıl tikinti
fəhləsi
1-ci dərəcə
İşin xüsusiyyəti. Yaşıl bitkilərin əkilməsidə qazon,
bağçaların bölgüsü və idman
meydançalarının tikintisində yardımçı
işlərin yerinə yetirilməsi.
İş nümunələri. Torpaq tökülmüş yerlərin
hamarlanması. Çuxurun doldurulması. Torpağın
səpələnməsi və başqa yerə
aparılması. Qum, çınqıl, qırmadaş və
səpənin bir yerdən o biri yerə atılması.
Dibçəklərə güllərin qoyulması.
Avtomaşında şlanqla kül və ağacların
sulanması. Ağacların payalara bağlanması. Peyinin
əl üsulu ilə səpələnməsi. Payanın
daşınması. Sahənin tikinti tullantısı, zibil,
kəsilmiş budaq, biçilmiş ot, qardan
təmizlənməsi, onların yükləmə və
boşaldılması. Kol bitkilərinin dəstədə
bağlanma və açılması. Qablaşdırılma
material və digər qeyri-vacib yüklərin
yükləmə və boşaldılması. Ağacların
bərkidilməsi üçün payaların
yükləmə və boşaldılması. Kol
bitkilərinin onların müvəqqəti saxlanma və ya
əkilmə yerinə gətirilməsi.
§ 182 Yaşıl tikinti
fəhləsi
2-ci dərəcə
İşin xüsusiyyəti. Yaşıl bitkilərin əkilməsi, qazon,
bağçaların bölgüsü və idman
meydançalarının tikilməsində ən sadə
işlərin yerinə yetirilməsi.
Bilməlidir: Tikinti
şəraitində yaşıl əkinaltı torpağın
bellənmə üsullarını. Gözəyarı meydan,
lək, bağça və cığırların hamarlanma
üsullarını. Açıq kök sistemi ilə kol
bitkilərinin torpağa müvəqqəti basdırılma
üsullarını. Donu açılmış torpaqda
çuxur və xəndəklərin qazılma
üsullarını. Bitkili torpaq və çimin hazırlanması üsullarını. Kol
bitkiləri və çimin nəqledilmə qaydalarını.
Əkmə vaxtı qazon otlarının sulanma
üsullarını. Kolların kəsmə və
seyrəşdirilmə üsullarını.
İş nümunələri. Torpağın bellə bellənməsi. Kol,
daşların yığışdırılması və
torpaq topalarını xırdalamaqla meydan və
cığırların (gözəyarı) üfüqi
hamarlanması. Açıq kök sistemi ilə olan kol
bitkilərinin torpağa müvəqqəti
basdırılması. Ağac gövdəsinin yanında
kiçik çuxur və novların qurulma və
bərpası. Əkilmə vaxtı, ağacları
bağlamaq üçün payaların hazırlanma və
qurulması. Əl vərdənəsi ilə qazon və cığırların
ütülənməsi. Əl alətləri ilə
torpağın döyəclənməsi. Bitki
üçün torpaq və çimin hazırlanması.
Çimləmə üçün millərin hazırlanması.
Ağac gövdəsi yanındakı kiçik çuxurlarda
torpağın yumşaldılması. Çiçək
ləkinin yumşaldılması. Ağacların yenidən əkilməsi.
Əl ilə qazon boşluqlarında otun əkilməsi.
Cərgə və şırımların nişanlanması
(markalanması). Əkin üçün ağac-kol
bitkilərinin hazırlanması. Qazon və vazalarda
güllərin əkilməsi. Qazon otları və ağac-kol
bitkilərinin sulanması. Əkin sahəsi üzrə
üzvi gübrələrin səpilməsi. Torpağın
mineral məhlullarla gübrələnməsi. Kol
bitkilərinin kəsilmə və seyrəşdirilməsi.
Şitillərin dibçək və yeşiklərlə
daşınması. Donu açılmış torpaqda əkin
çuxur və xəndəklərinin qazılması.
Ağac tingləri və kol bitkilərini qoymaqla yüklənmə
və boşaldılması.
§ 183 YAŞIL
TİKİNTİ FƏHLƏSİ
3-cü dərəcə
İşin xüsusiyyəti. Yaşıl bitkilərin əkilməsi, qazon,
bağçaların bölgüsü və
meydançalarının tikintisində sadə işlərin
yerinə yetirilməsi.
Bilməlidir: Meydan, lək,
cığır və yamacların reyka və ülgü
ilə hamarlanma üsullarını. Donmuş torpaqda
çuxur və xəndəklərin qazılma
üsullarını. Torpağın donunun açılma
üsullarını. Əkin üçün çuxur və
xəndəklərin ölçülərini. Çuxur
və xəndəklərdə əkin yerinin hazırlanma
üsullarını. Tikinti dövründə ağacları
zədələrdən qorumaq və qışda şaxtadan
qorumaq üsullarını. Üfüqi səthlərdə
qazon otlarının əkilmə üsullarını.
Üfüqi səthlərin sulanma üsullarını.
Açıq sistemi olan ağacların nəql edilmə
qaydalarını. Kiçik mexanizasiya vasitələrini v
onlarla işləmə qaydalarını. Standart ağac
budaqlarının və seyrəkləşdirmə
üsullarını. Qazon və canlı
çəpərlərin qayçılanma
üsullarını.
İş nümunələri. Meydan, lək, cığırların və
yamacların reyka və ülgü üzrə hamarlanması.
Donmuş torpaqda əkin çuxur və
xəndəklərinin qazılması.
Standart ağac və kol bitkilərinin əkilməsində
çuxur və xəndəklərin əsaslarının
hazırlanması. Donmuş torpaqda (payız-qış)
dövründə açıq kök sistemi olan standart
ağac və kol bitkilərinin üzdən
basdırılması. Ağacların zədələrdən
və qış vaxtı şaxtadan qorunma tədbirləri.
Açıq göy sistemi olan tinglərin kotan altından
seçilməsi. Ağacların qırma,
gövdələrin mişarlanması. Əl üsulu ilə
kötüklərin və kolların
çıxarılması və yığılması.
Ağaclarda zoğların budanması. Əkilmədə
tinglərin kötüklərinin budanması. Üfüqi
səthlərin əl və mexanikləşdirilmiş
üsulla qazon otlarının əkilməsi. Qazonların
əl və qazonbiçənlərlə biçilməsi.
Bitkilərə mineral gübrələrin verilməsi. Gül
bitkilərinin qazılıb çıxarılması.
Ağac, kolların hidroqazma və gül bitkilərinin əl
üsulu ilə sulanması. Tökülən torpaqlarda çiçək
ləki və gül kərdisinin düzəldilməsi.
Üfüqi səthlərin və yamacların
başdan-başa dama-dama çimləməsi.
Çimləmənin təmiri. Açıq sistemi olan standart
ağacların yüklənmə və
boşaldılması.
§ 184 YAŞIL
TİKİNTİ FƏHLƏSİ
4-cü dərəcə
İşin xüsusiyyəti. Yaşıl bitkilərin əkilməsində,
bağça, qazonların bölgü və idman
meydançalarının tikintisində orta
mürəkkəbli işlərin yerinə yetirilməsi.
Bilməlidir: Kiçik
mexanizasiya vasitələrini və onlarla işləmə
qaydalarını. Standart ağac və kollu bitkilərin
kondisiyasını və onların massiv və
şitilliklərdən seçilmə üsullarını.
Açıq kök sistemi olan standart ağac və kollu
bitkilərin qazılıb çıxarılma
üsullarını. Ağacların zədələnmiş
kök və çətirlərinin budaqlarının
götürülmə üsullarını. Ağac çətirlərinin
budanma və kəsilmə üsullarını. Geodeziya
nöqtələri üzrə sahə, lək,
cığır və yamacların hamarlanması. Bitki və
torpağın təsnifatını və strukturunu. Torpaq
qarışığının tərtibetmə
üsullarını. Yaşıl əkilmənin inkişaf
etməsi üçün stimulyator, üzvi və mineral
gübrələrin əsas növlərini və onların
torpağa verilmə üsullarını. Güllüklərin
düzəldilmə üsullarını. Park, bağça
və bulvarların salınmasında standart ağac, kolluq,
birillik soğanaqlı və çoxillik bitkilərin
əkilmə üsullarını. Mexaniki
çimkəsənlərlə çimlilərin hazırlanma
üsullarını. Kimyəvi zəhər məhlulları
ilə ağac və kolluqların çilənmə
üsullarını. Kimyəvi zəhərli preparatlar ilə
işləyərkən təhlükəsizlik
texnikasını. Ting və kollu bitkilərin dibini
belləmə qaydalarını. Şitil və kollu
bitkilərin qablaşdırma üsullarını.
İş nümunələri. Kondisiya üzrə standart ağac və kollu
bitkilərin meşə massiv və şitilliklərdən
seçilməsi. İynəyarpaqlı tinglərin topalarla birlikdə qazıb
çıxarılması. Topanın
qablaşdırılması. Açıq kök sistemli olan
ağac və kollu bitkilərin qazılıb
çıxarılması. Zədələnmiş ağac
kök və çətirlərin budaqlarının
seçilmə və götürülməsi. Geodeziya
nöqtələri üzrə sahə, lək, cığır
və yamacların hamarlaşdırılması. Açıq
kök sistemi olan ağacların paya-arası dartıb
uzatmaqla, hazır əkin çuxurlarında əkilməsi.
Açıq kök sistemi olan kollu bitkilərin hazır
əkin xəndəklərində əkilməsi. Orta
mürəkkəbli birillik soğanaqlı və çox llik
bitkilərin açıq torpağa basdırılması. Dik
yamaclarda qazon otlarının əkilməsi. Bitki torpaq
qarışığının hazırlanması. Bitkili
qarışıqların əkilmə prosesində boyatma
stimulyator, üzvi mineral gübrələrin verilməsi. Kol
və ağaclara kimyəvi zəhər məhlullarının
çilənməsi. Bitkilərin
çimləmə-sulayıcı maşınlarla
sulanması. Mexaniki çimkəsicilərlə qazon
torpaqlarının kəsilməsi. Ağac karkasları
düzəltməklə çuqun gövdəyanı
barmaqlıqları qurulması. Güllüklərin
düzəldilməsi, güllüklərin şpaler
qayçısı ilə kəsilməsi. Mexaniki
çimkəsənlərlə çimin hazırlanması.
§ 185 YAŞIL
TİKİNTİ FƏHLƏSİ
5-ci dərəcə
İşin xüsusiyyəti. Yaşıl bitkilərin qoyulması,
bağça, qazonların bölgüsü və idman
meydançalarının tikilməsində mürəkkəb
işlərin yerinə yetirilməsi.
Bilməlidir: Aqrotexnika və
drenologiya haqqında əsas məlumatları. Köklü
sistemləri qorumaqla qazma (iriölçülü
ağacların) qaydalarını. Ağac topalarının
qablaşdırma üsullarını. Yumşaq və sərt
qablarda ağacların topa torpaqla yükləmə,
boşaltma və əkmə üsullarını. Ağacların
möhkəmləndirmə üsullarını.
Bağça-park cığır və
meydançalarının düzəldilməsi
üsullarını. Fiqurlu arx kənarı, qazon, güllük,
parter və digər sahələrin çimləmə
üsullarını. Canlı yaşıllıq
çəpərlərin fiqurlu kəsilmə
üsullarını. Ağacların cavanlaşdırma
üsullarını. Bitkilərin bioloji
xüsusiyyətlərini. Xalçamozaik güllüklərin
düzəldilmə və xalça-qələm
güllərin əkilmə üsullarını.
İş nümunələri. Torpaq topası ilə ağacların
qazılıb çıxarılması. Ağac
topalarının qablaşdırılması. Ağac qabdan
azad etməklə avtokranlarla ağacların
yüklənməsi, boşaltma və əkin
çuxurlarında basdırılması. Köklü
sistemlərin kəsik yerlərinin emal edilməsi və
təmizlənməsi. Ağacların
cavanlaşdırılması. Zədələnmiş
budaqların seçilmə və götürülməsi.
Quru budaqcıqların kəsilməsi. Ağacların
çətirlərinin formaya salınması. Ağac
çətirlərinin budanma və kəsilməsi. Torpaq
yatağını hazırlamaqla qazon, güllük, parter və digər
meydançaların kənarlarının konturlu və fiqurlu
çimlənməsi. Canlı çəpərlərin
fiqurlu kəsilməsi. Geodeziya nöqtələri üzrə
xətlərin yolunun müəyyən edilməsi.
Hamarlanmış güllük səthinə
şəkillərin çəkilməsi. Şəkil
üzrə gül şitili və çoxillik güllərin əkilməsi.
Layihə en profil və uzununa mailiyyətə riayət
etməklə qırmadaşdan çığır və
meydançaların qurulması. Qırmadaşlı,
çınqıllı örtük, vərdənə və
vibrodöyəcləyənlərlə qat-qat
sıxışdırılmaqla qırmadaş,
çınqıl və xüsusi qarışıqdan
örtüyün qoyulması. Xalçamozaik parterlərin
mürəkkəb şəkillərin
çəkməklə və layihə relyefini saxlamaqla
düzəldilməsi.
§ 186 YAŞIL
TİKİNTİ FƏHLƏSİ
6-cı dərəcə
İşin xüsusiyyəti. Yaşıl bitkilərin əkilməsi,
bağça, qazonların bölgüsü və idman
meydançalarının tikilməsində xüsusi
mürəkkəb işlərin icrası.
Bilməlidir:
Yaşıllaşdırma layihəsinin həyata
keçirmə üsullarını. Futbol meydançaları,
qaçış yol və idman meydançalarının
qurulma üsullarını.
İş nümunələri. Geodeziya nöqtələri üzrə
yaşıllaşdırma layihələrinin həyata
keçirilməsi. Əsas nivelir və teodolit
nöqtələrinə bağlamaqla futbol meydançasının
şaquli və üfüqi bölgüsü (perimetr, uzununa
və eninə oxlar). Verilmiş mailliyə riayət
etməklə idman meydançalarında qum,
balıqqulağı və digər materiallardan
başdan-başa drenaj qurulması.
Yaxşılaşdırıcı üzvü və mineral
əlavələri qatmaqla futbol meydançalarına
yaşıllıq qatının qoyulması. İdman
meydançalarında qazon otlarının iki
istiqamətdə, layihə sxemi üzrə qazon toxum
qarışıqlarını hazırlamaqla əkilməsi,
vərdənələmə ilə üstünə bitki
qarışığının qoyulması. Reykaaltı
ədədli çimi qoymaqla idman meydançalarının
başdan-başa kəsilməsi, hər çim hissəsi
üçün yatağın hazırlanması, bitkili torpaq,
qazon toxum qarışıqları ilə torpaqla tutulma,
şaquli səviyyələri yoxlamaqla yüngül
vərdənə ilə çimli səthlərin
basılıb hamarlanması. Vərdənə ilə
vərdənələmədən sonra ayrı-ayrı
çimlərin çəkmə yerinin aradan
götürülməsi. Əsas nivelir və teodolit nöqtələrinə
bağlamaqla qaçış yol və idman
meydançalarının şaquli və üfüqi
bölgüsü. Vərdənənin köməyi ilə
xüsusi qarışığın hazırlanması və
qaçış yol, idman meydançalarına qoyulması.
Şaqul nöqtələrin yoxlanması və
vərdənələmədən sonra çökmə
yerinin düzəldilməsi.
§ 187 QİDA SƏNAYESİ MÜƏSSİSƏLƏRİ AVADANLIQLARININ
QURAŞDIRICISI[6]
3-cü dərəcə
İşin xüsusiyyəti. Qida sənayesi müəssisələri avadanlıq
və onlarla bağlı konstruksiyaların
quraşdırılmasında ən sadə işlərin
yerinə yetirilməsi.
Bilməlidir:
Avadanlığın açılıb boşaldılma
üsullarını. Ək sadə takelaj
ləvazimatlarının növləri və onların
istifadə edilmə üsullarını.
Avadanlıq detallarının yağlanma
üsullarını, Çilingər alətlərinin
təyinatını.
İş nümunələri. Qeyri-vacib detalların boltla bərkidilməsi.
Avadanlığın açılıb boşaldılması.
§ 188 Qida sənayesi müəssisələri
avadanlıqlarının quraşdırıcısı[7]
3-cü dərəcə
İşin xüsusiyyəti. Qida sənayesi müəssisələri avadanlıq
və onlarla bağlı konstruksiyaların
quraşdırılmasında sadə işlərin yerinə
yetirilməsi.
Bilməlidir: İstifadə
edilən materialların əlamətlərini.
Mürəkkəb olmayan quraşdırma işlərinin
yerinə yetirmə üsullarını. Sadə takelaj
vasitələrinin quruluşunu və onlardan istifadə
etmə qaydalarını.
İş nümunələri. Şablon üzrə detalların
nişanlanması. Dişli çarx və drellə
oyuqların deşilməsi. Yivli və flanslı,
birləşmələrin yığılması. Yivlərin
əl alətləri ilə kəsilməsi. Altlıq və
aralıqların hazırlanması. Metalkonstruksiyanın
düzəldilməsi. Bitişmə yerlərinin
quraşdırıcı boltlarla bərkidilməsi. Boru
yuvalarının təmizlənməsi. Boru uclarının
bişirmə və emal edilməsi.
§ 189 Qida sənayesi müəssisələri
avadanlıqlarının quraşdırıcısı
4-cü dərəcə
İşin xüsusiyyəti. Qida sənayesi müəssisələri avadanlıq
və onlarla bağlı konstruksiyaların
quraşdırılmasında orta mürəkkəbli
işlərin yerinə yetirilməsi.
Bilməlidir: Orta
mürəkkəbli avadanlıqaltı bünövrə
ölçülərinin yoxlanma üsullarını və bu
avadanlıqların quraşdırılma metodlarını. Mexanikləşdirilmiş
alətlərdən istifadə etmə üsullarını.
Quraşdırılmış avadanlıqların
yoxlanılıb düzəldilməsinin ən sadə üsullarını.
Hidravlik sınaqdan keçirilmə üsullarını.
Yükün ilmələnmə və yerdəyişmə,
habelə mexanikləşdirilmiş takelaj avadanlığından
istifadə edilmə üsullarını.
Quraşdırılan avadanlıqların quruluşunu.
İş nümunələri. Xəmirbölən
yumrulayan və yayan maşın, avtounölçən burat,
reşefer, yuyucu və sürtücü maşınların
quraşdırılması. Quyruqcuq klassifikatorları, şiberlər,
kükürdlü peç, kisətikən
maşınların quraşdırılması. Ət
kombinatları asma konveyerləri üçün
ötürücü stansiya, asma yolların strelka,
jironovkaların quraşdırılması.
Kazeinparçalayan, kazeinkəsən və pendir hazırlayan
vannaların quraşdırılması.
§ 190 Qida sənayesi müəssisələri
avadanlıqlarının quraşdırıcısı
5-ci dərəcə
İşin xüsusiyyəti. Qida sənayesi müəssisələri avadanlıq
və onlarla bağlı konstruksiyaların
quraşdırılmasında mürəkkəb işlərin
yerinə yetirilməsi.
Bilməlidir:
Quraşdırıcı oxların nişanlanma, qurulma və
yerdəyişmə üsullarını. Quraşdırma
üçün bünövrənin və
avadanlıqların qurulma yerinin yoxlama və qəbul
qaydalarını. Mürəkkəb avadanlıqların
quraşdırma üsullarını. Quraşdırılan
avadanlıqların tarazlaşma, mərkəzləşmə,
yoxlanılıb düzəldilməsi və
tənzimlənmə üsullarını. Sürtgü
sisteminin qurulma və işləmə prinsiplərini. Mexanizm
və maşınların quraşdırılmasına qoyulan
texniki tələbləri və müəyyən edilmiş
yol verilə bilən artıq-əskikliyi. Mürəkkəb
avadanlığın istismara təhvil verilmə
qaydalarını. Avadanlığın hidravlik və pnevmatik
sınağın istehsal qaydalarını.
İş nümunələri. Xəmir tabağı
aşırdıcıları, bükücü maşın,
xəmiryoğuran və xəmirbölən aqreqat,
tökən avtomat, etiketyapışdıran xətti-kəsici
və ştamplayıcı aqreqat, yayan maşın,
buxarlayıcı və vakuum aparat, butulkayuyan maşın,
çuğunduryuyan, utfelqarışdıran sadə tipli
konveyer peçləri, quruducu, lentli və zəncirli
norilərin quraşdırılması. Saman-tağtutan,
daştutan, elektromaqnitli separator, qızdırıcı, qranul
düzəltmək üçün qurğu, diskli
süzgəc, mərkəzdənqaçan
qatışdırıcı, əhəngsöndürən
aparat, xüsusi qarışdırıcı, barometrli
kondensator, laver, qəndi ələmək üçün
maşınların quraşdırılması.
Donuz cəmdəklərini qaynar su
çənlərinə salmaq üçün aparat,
yastıfincanlı qaldırıcı, avtomatik boks, buynuzlu
mal-qara və donuzu doğramaq üçün maşın,
qoyun və donuz cəmdəyindən dərini soymaq
üçün qurğu, iribuynuzlu mal-qaranın
çənəsini ayırmaq üçün maşın,
buynuz və sümükləri kəsmək üçün
avadanlıq, yuyucu baraban, bağırsağın emal
edilməsi üçün maşın, dırnaq
təmizləyən maşın, quşlardan (lələk)
tükləri çıxarmaq üçün maşın,
qişalı ürək, ciyər və böyrəyin
emalı üçün maşın, donuz cəmdəyini
yumaq üçün maşın, kutter
mərkəzdənqaçan maşın və
xırdalayıcı, parçalayıcı, dəyirman,
farş üçün qarışdırıcı,
piykəsən, dilimlə piyi kəsmək üçün
maşın, piyi əritmək və piyli olmayan xammalın
qurudulması üçün qazan, avtoklav, bişirici qazan,
durulducu hidromexanik maşın, yandırma peçi,
sosiskanı hazırlamaq üçün
avtomat-ölçücülər, yumurta yumaq və qurutmaq
üçün maşınların
quraşdırılması. Boruşəkilli pasterizator,
suvarma, soyuducu, uzunmüddətli pasterizasiya vanna, separator
süzgəc, sentrifuqa, qaymaq yetişdirən vanna,
yağəmələgətirici, teketurator, pendir
bişirmək üçün qazan, pendirəridici
qəlibləmə aparatı, parafiner, kəsmik
üçün soyuducu, yayan, dondurmadüzəldən, vafli
stəkanlarını bişirmək üçün
yarımavtomat, kəsmik, yağ, pendir, şirin kəsmiyi
bölüşdürmək və qablaşdırmaq
üçün maşın. Mehtərəyə südü
tökmək üçün maşın, yeşikləri
yumaq üçün maşın, pendiri yumaq
üçün maşınların
quraşdırılması. Balıqları növlərə
ayırmaq üçün, balıqları kəsmək,
balıqları duzlamaq üçün maşınların
quraşdırılması. Tüstügenerator, qlazur
çəkən aparat, balıqları millərə
keçirmək üçün maşın, balıqları
millərdən çıxarmaq üçün
maşınların quraşdırılması.
§ 191 Qida sənayesi müəssisələrinin
avadanlıqlarının quraşdırıcısı[8]
6-cı dərəcə
İşin xüsusiyyəti. Yüksək dəqiqlik tələb edən
xüsusi mürəkkəbli işlərin yerinə
yetirilməsi.
Qida sənayesi müəssisələrinin xüsusi
mürəkkəb avadanlıqlarının
quraşdırılması.
Bilməlidir: Xüsusi
mürəkkəb avadanlıqların quraşdırılma
üsullarını. Avadanlıqları tənzimləmə
və sazlama üsullarını. Aqreqat və
maşınları istismara təhvil verərkən, onların
yoxlamadan keçirmə üsullarını.
İş nümunələri. Sentrifuqa, çuğundurkəsən, fasiləsiz
işləyən press, balıqayıran və
balıqdüzən mürəkkəb maşın,
özüdüzən, çörəyi endirən və
seçən avtomat, çoxyaruslu durulducu, müxtəlif
avtomat, avtomat arasıkəsilməz (konveyerli) xətt,
qablaşdırıcı və
yapışqançəkən maşın avtomat, biskvit
aqreqat, mürəkkəb konveyer peç, vakuum və təzyiq altında
işləyən aparat, dəmirbankalı və səriyici
avtomatların quraşdırılması.
Buxarlayıcılar, maili və şaquli tipli
diffuziya aparatları. Cecə qurutmaq üçün qurğu,
vakuum-süzgəc, quruducu-soyuducu aqreqat, əhəng
bişirmə peçlərinin quraşdırılması.
Donuz başlarını emal etmək
üçün aqreqat, iribuynuzlu mal-qara cəmdəyindən
dərini soymaq üçün qurğu, qaynar su
çəni, ərsinmaşın, ləti təmizləyən
maşınların quraşdırılması. Tomoqenezator
yağhazırlayan, frizer, eskimogenerator, zənbilləri
yığmaq və sökmək üçün avtomat,
plastvari pasterizator-soyuducu, tökən-qablaşdıran
avtomaşınların quraşdırılması.
§ 192 YERQAZAN
1-ci dərəcə
İşin xüsusiyyəti. Əvvəlcədən qazılmış
torpağın yumşaldılması və yerinin
dəyişdirilməsi.
İş nümunələri: Əvvəlcədən qazılmış
torpağın yumşaldılması.
Yumşaldılmış torpağın yerdəyişən
cihazlara yüklənməsi. Yerdəyişən cihazlardan
torpağın boşaldılması, Cihazların
təmizlənməsi. Təzə tökülmüş
torpağın hamarlandırılması. Üfüqi
istiqamətdə torpağın atılması. Xəndək,
çala və bünövrə yanlarının torpaqla
doldurulması.
§
193 Yerqazan
2-ci
dərəcə
İşin xüsusiyyəti. Qayasız və donmamış I-III qrup
torpağın bərkidilməmiş çala və
xəndəklərdə əl alətləri ilə
qazılması.
Bilməlidir: Qayasız
torpağın donunun açılma üsullarını.
Bərkidilməmiş çala və
xəndəklərdə torpağın əl alətləri
ilə qazılma üsullarını. Səthlərin
gözəyarı hamarlanma üsullarını. Çimlinin
hazırlanma və qoyulması üsullarını.
Torpağın əl alətləri ilə
sıxlaşdırma üsullarını.
İş nümunələri. Torpağı qazılan yerin kənarına atmaqla
və ya yerdəyişən cihazlara yükləməklə
bərkidilməmiş xəndək və çalalarda,
yüngül, orta və ağır torpağın əl
alətləri ilə qazılması. Donmuş torpağın
tüstülü qazlarla donunun açılması. Əl
döyəcləyiciləri ilə torpağın
sıxlaşdırılması. Səthlərin
gözəyarı hamarlanması və təmizlənməsi.
Səpilmiş torpaq və dağ ətəklərində
pillə və yamacların kəsilməsi. Əl ilə
çimlinin hazırlanması. Çimlini bərkitmək
üçün millərin hazırlanması. Yerin yastı
və enli hisdə yamaclarının başdan-başa
çimlənməsi.
§
194 Yerqazan
3-cü dərəcə
İşin xüsusiyyəti. Əvvəlcədən bərkidilmədən azad
edilmiş və ya eyni vaxtda bərkidilmələrin
düzəldilməsi ilə I-III qrup torpağın çala
və xəndəklərdə əl alətləri ilə qazılması.
IV qrup torpağın, habelə qayasız donmuş və
qayalı torpağın əl alətləri ilə
qazılması. Mexanikləşdirilmiş alətdən
istifadə etməklə bütün qruplardan olan
torpaqların qazılması.
Bilməlidir: Qayalı və
donmuş torpağın növləri və əsas
xüsusiyyətlərini. Bərkitmələr olan hallarda
çala və xəndəklərdə torpağın
qazılma üsullarını. Çala və
xəndəklərin bərkitmələrinin qurulma və sökülmə
qaydalarını. IV qrup torpağın, habelə qayalı
və donmuş torpağın qazılma üsullarını.
Pnevmatik və elektrikləşdirilmiş alətlərin
quruluşunu. Yer qurğularının bölgüsündə
ən sadə üsulları. Xəndək və
çalalardan torpağın qaldırılmasında
yükqaldırıcı ləvazimatlardan istifadə
qaydalarını. Yamacların qoyulma qaydalarını.
İş nümunələri. IV qrup dərəcə torpağın, habelə
qayalı və qayasız donmuş torpağın
qazılması. Bərkitmələrdən azad edilmiş
çala və xəndəklərdə I-III qrup
torpağın qazılması. Pnevmatik və
elektrikləşdirilmiş alətlərlə torpağın
yumşaldırılması və
sıxlaşdırılması. Yerin yastı və enli
hissəsində kyuvet, nov və təknələrin
düzəldilməsi və tikinti konstruksiyaları
üçün çuxurların qazılması. Reyka və
şablon üzrə səthlərin hamarlanması və
təmizlənməsi. Ekskavatorla qazılmış
yerlərdə yamacların şablon üzrə
kəsilməsi və hamarlanması. Xəndək və
çalalardan qaldırıcı ləvazimat və mexanizmlərin
köməyi ilə torpağın qaldırılması.
Yamacların dama-dama və bütöv çimləmə
ilə bərkidilməsi. Boruların qoyulması ilə
bağlı səpilmə və maili səthi drenajların
qurulması. Süzgəc döşəkcələrlə
drenaj quyularının doldululması. Mürəkkəb
çevrəli çox qatlı yastı süzgəclərin
qoyulması. Dulusçulu deşilmiş boruların
qoyulması.
§ 195 Yerqazan
4-cü dərəcə
İşin xüsusiyyəti. Arası kəsilməyən və şpuntlu
bərkitmə ilə səpilən qumların (səhra və
dənizkənarı qum təpələri) və axan
torpağın əl alətləri ilə qazılması.
İçməli və sugötürən
quyuların qazılması.
Bilməlidir: Səpilən
qum və axan torpağın növlərini və
xüsusiyyətlərini. Səpilən qumlar və axan
torpaqlarda qazma işlərinin yerinə yetirilmə qayda və
üsullarını. Səpilən qumlar və axan torpaqlarda
arası kəsilməyən və şpuntlu
bərkitmələrin qurulma üsullarını.
Zədələnmiş bərkitmələrin
dəyişdirilməsi qayda və üsullarını. Su
təsərrüfat təyinatlı quyuların
qurulmasının qayda və üsullarını.
İş nümunələri. Səpilən qumlar və axan torpaqda xəndək
və çalaların qazılması. Axan torpaqda
xəndək və çalaların şpuntlu
bərkitmələrin qurulması. Səpilən qumlarda
xəndək və çalaların bütövlüklə
bərkidilməsi. Zədələnmiş
bərkitmələrin dəyişdirilməsi. Quyuların qazılması
və onların içində ağac qatı və ya
dəmir-beton halqaların qurulması. Quyularda dib və yan
süzgəclərin qurulması.
§ 196 Yerqazan
İşin xüsusiyyəti. Endirilən quyuların qazılması.
Bilməlidir: Endirilən
quyularda torpağın qazılma üsul və
qaydalarını. Endirilən quyuların yerinə oturtma
üsullarını.
İş nümunələri. Endirilən. quyunun bıçağı
altında əl və pnevmatik alətlərin köməyi ilə
torpaqların qazılması. Quyunun bıçağı
altında daş və digər maneələrin
çıxarılması.
Endirilən quyunun yerinə oturdulmasında
hazırlıq və oturdulması. Endirilən quyudan
torpağın çıxarılması.
§ 197 YER SƏTHİNDƏN
SUALTI-TEXNİKİ, QABİON VƏ FAŞİN
İŞLƏRİNİ YERİNƏ YETİRƏN ÇAY
FƏHLƏSİ
2-ci dərəcə
İşin xüsusiyyəti. Ən sadə sualtı-texniki,
sahilmöhkəmləndirici və düzəldilmə
işlərin icrası.
Bilməlidir: Sahilbərkidici
və düzəldilmə qurğularında istifadə olunan
materialları və onların tədarük olunma
üsullarını. Üzücü vasitələrin
yüklənmə və boşaldılması üzrə
işlərin icra üsullarını.
Sahilmöhkəmləndirici və düzəltmə
qurğularının işlənib hazırlanma üsullarını.
Buz parçalama işlərinin istehsal üsullarını.
Dalğıc stansiyalarına xidmət etmə
qaydalarını.
İş nümunələri. Çırpılı buraz və
döşəklər üçün küknar, sarğı
payacıq, şüvül, dəstək, vis,
çırpının tədarükü. Çırpı
və qamış burazların hörülməsi. Çubuq,
qamış və çırpı
lövhələrindən faşin və silindrik
zənbillər və sualtı döşəklər
üçün çırpılı sırğaların
hazırlanması. Su anbarları dib yamaclarının
bərkidmələrinin qamış lövhələri
ilə sökülməsi. Qışda buzdan
lövhələrdə budaqlı, çırpılı
və küknarlı çəpərlərin qurulması.
Küknarlı və budaqlı
pərdənin sökülməsi. Bənd və
yarımbəndi qurmaq üçün, daşların suya
atılması. Buzda çuxur, çapıq,
şırımların açılması və hidrotexniki
qurğuların ətrafında olan buz kənarlarının
yonulması. Şalban və ankerlərin qurulma və
çıxarılması (yararsızların). Akvatoriya
dibinin, hissələrinin dalğıc stansiya
tərəfindən aparılan müayinədə iştirak
etmə və köndələn atılan tirlərin
çıxarılması. Sahildən, buzdan və ya
üzücü vasitələrdən sualtı boru
kəmərlərini dib üzrə dartıb
sürüməklə qoyulmasında, habelə digər
sualtı-texniki işlərdə iştirak edilməsi:
ağac konstruksiyaların qurulma və sökülməsi, svay
və zivana cərgələrinin, elementlərin əl
üsulu ilə mişarlanması, ağac svayların
dartılıb çıxarılması, burazların su
anbarından çəkilməsi, sualtı betonlama üçün,
lövhəli qəliblərin qurulma və
sökülməsi, beton qarışığının su
altına qoyulması, batan əşyaların
qaldırılması, materialların sahildən suda olan
qurğulara çatdırılması. Material və
adamların qayıq ilə nəql edilməsi. Daş və
faşinlərin barjadan sahilə boşaldılması. Buz
üzrə xizəklə daş, qum və
çırpıların yerinin dəyişdirilməsi.
§ 198 YER SƏTHİNDƏN
SUALTI-TEXNİKİ, QABİON VƏ FAŞİN
İŞLƏRİNİ YERİNƏ YETİRƏN ÇAY
FƏHLƏSİ
3-cü dərəcə
İşin xüsusiyyəti. Sadə sualtı-texniki,
sahilmöhkəmləndirici və düzəldilmə işlərin
icrası.
Bilməlidir:
Möhkəmləndirici konstruksiyalarının
növlərini və onların hazırlanma
üsullarını. Faşin və kanatların
çırpılı konstruksiyalara qoyulma, qabionlu karkasların
hörülməsi və onların qurulma və
yükləmə üsullarını. Üzücü
stapellərin qurulmasını. Tutucu ləvazimatların
quruluş və təyinatını. Üzücü
vasitələrin qurulma qaydalarını. Üzücü
vasitə və buzun üstündən boşaldılma
qaydalarını. Yer səthindən sualtı torpağın
qazılma üsullarını. Dərinliyin
ölçülmə qaydalarını.
İş nümunələri. Hidrotexniki qurğu yamaclarının çırpı
və ya söyüdlük salmaqla
möhkəmləndirilməsi. Quruda hörülmüş
hasarların qurulması. Yamac və meydançaların
çırpılı örtüklə
möhkəmləndirilməsi. Suüstü və sualtı
çırpılı döşəklərin
hörülməsi. Döşəkləri hörmək
üçün üzücü stapelin qurulması. Sualtı
çırpılı döşəklərin qoyulması.
Qabion karkasların hörülməsi. Hazır bölgü
üzrə qurğulara qabion yeşiklərin qoyulması
və daşların ölçü üzrə
seçməklə yeşiklərə doldurulması.
Faşin və ya çırpıların qutuya qoyulması.
Sipay və hörgülü lövhələrin qurulması.
Yarıbəndlərin süpürgəli
lövhələrdən qurulması. Çırpının
bütün növlərindən asan düzəldilən
qurğuların qurulması. Yuyuntu qruntu üçün, lövhə çəpərlərin qurulması.
Sualtı maneələrin tralla götürülməsi.
Çay yatağının təmizlənməsi üzrə
işdə iştirak etmək. Borukəmərlərinin sualtı
xəndəyə qoyulması, borukəməri seksiyalarında
birləşdirici bilərziklərin su altında qurulması,
qruntun su altında partlayışlarla qazılması
işlərində sahil, buz və ya üzücü
vasitələrdə iştirakı. Üzücü
vasitələr üçün trapların qurulması.
§
199 YER SƏTHİNDƏN
SUALTI-TEXNİKİ, QABİON VƏ FAŞİN
İŞLƏRİNİ YERİNƏ YETİRƏN
ÇAY FƏHLƏSİ
4-cü dəracə
İşin xüsusiyyəti. Orta mürəkkəbli sualtı-texniki,
sahilmöhkəmləndirici və düzəldilmə
işlərinin icrası.
Bilməlidir: Bütün
növlərdən düzəldilmə və sahil
möhkəmləndirmə qurğularının qurma
üsullarını. Skreper qurğusunda
kötük-qaldırıcı kranda işləmə
qaydalarını. Bütün növlərdən olan
tralların konstruksiyası və onlardan istifadə
qaydalarını. Qabion hörgü qaydalarını. Qabion
işləri üçün dəzgahların quruluşunu
və onların istismar qaydalarını. İnşaat
materialları və qurğu elementlərinə qoyulan əsas
texniki tələbləri.
İş nümunələri. Ağır faşinlərin hörülmə
və sualtına qoyulması. Çırpılı
lövhələri hörmək üçün
dəzgahın hazırlanması. Buzdan turun qurulması.
Üzücü vasitələrin köməyi ilə çay
yatağından kötük və digər maneələrin
ilmələnmə, aradan götürülməsi.
Düzəldici qurğuların qurulması. Skreper qurğusu
və sualtı xəndəkləri qazılması.
Dərinliyi ölçməklə gəmi
hərəkətinin tralla tənzimlənməsi.
Qapamaların düzəldilməsi və onların
üzən vəziyyətdə bərkidilməsi.
Hörgü altı bölgü ilə qabionlu
döşəklərin hörgüsü.
§ 200 Yerüstü mədən
(şaxta) avadanlıqlarının quraşdırıcısı
2-ci dərəcə
İşin xüsusiyyəti. Şaxta avadanlıqları və onlarla bağlı
konstruksiyaların yerüstü quraşdırılmasında
ön sadə işlərin icrası.
Bilməlidir:
Avadanlıqların açılma üsullarını. Əl
sadə takelaj ləvazimatlarının növlərini və
onların işlədilmə üsullarını.
Çilingər alətlərinin təyinatını.
İş nümunələri. Qeyri-vacib detalların boltla bərkidilməsi.
Avadanlıqların açılması. Nömrə
lövhəciklərinin hazırlanması, aparat və
avadanlıqlarda qurulması.
§ 201 Yerüstü mədən
(şaxta) avadanlıqlarının quraşdırıcısı
3-cü dərəcə
İşin xüsusiyyəti. Üzdə şaxta avadanlıqları və onlarla
bağlı konstruksiyaların quraşdırılmasında
sadə işlərin icrası.
Bilməlidir:
İşlədilən materialların əlamətlərini.
Qeyri-mürəkkəb quraşdırma işlərinin
yerinə yetirilmə üsullarını. Sadə takelaj
vasitələrinin quruluşu və onlardan istifadə
edilmə qaydalarını.
İş nümunələri. Ülgü üzrə detalların
nişanlanması. Dişli çarx və burğu ilə deşiklərin
dəlinməsi. Yivli və flanslı
birləşmələrin yığılması. Əl
alətləri ilə yivlərin kəsilməsi. Alt qatın
və aralıq qatın hazırlanması.
Metalkonstruksiyaların düzəldilməsi. Qovuşmaların
quraşdırıcı boltlarla bərkidilməsi. Boru
yuvalarının təmizlənməsi, boru uclarının
bişirmə və emal edilməsi.
§ 202 Yerüstü mədən
(şaxta) avadanlıqlarının quraşdırılması
4-cü dərəcə
İşin xüsusiyyəti. Üzdə şaxta avadanlıqları və
onlarda bağlı konstruksiyaların
quraşdırılmasında orta mürəkkəbli
işlərin icrası.
Bilməlidir: Orta
mürəkkəbli avadanlıqaltı bünövrə
ölçülərinin yoxlanma üsullarını və bu
avadanlıqların quraşdırma metodlarını.
Mexanikləşdirilmiş alətdən istifadə etmə
üsullarını. Quraşdırılmış
avadanlıqların yoxlanılıb düzəldilməsinin
ən sadə üsullarını. Hidravlik sınaq
üsullarını. Yüklərin işlənmə və
yerdəyişmə üsullarını, habelə
mexanikləşdirilmiş takelaj avadanlığından
istifadə etmə qaydalarını. Quraşdırılan
avadanlıqların quruluşunu
İş nümunələri. Dartıcı gücü 50 Kn (5 t) qədər,
yığımda olan bucurqadların qurulması.
Əskçəkilərin qoyulması. Maşın və
avadanlıqların çəpər və
örtüklərinin yığılma və qurulması.
Buraxmamaq qabiliyyətinin sınağından sonra hava və
yağ sistemi ayrı-ayrı düyünlərinin
yoxlanılması. Yoxlamada maşın və
avadanlıqların ayrı-ayrı düyünlərinin
sökülmə, təmizlənmə və yağlanması.
§ 203 Yerüstü mədən
(şaxta) avadanlıqlarının quraşdırılması
5-ci dərəcə
İşin xüsusiyyəti. Üzdə şaxta avadanlıqları və
onlarla bağlı konstruksiyaların
quraşdırılmasında mürəkkəb işlərin
icrası.
Bilməlidir: Quraşdırma
oxlarının nişanlanma, qurulma və yerinin
dəyişdirilmə üsullarını. Bünövrə
və avadanlıqların qurulma yerlərinin yoxlanma,
quraşdırma üçün qəbulu qaydalarını.
Mürəkkəb avadanlıqların quraşdırılma
üsullarını. Quraşdırılan avadanlıqların
tarazlaşma, mərkəzləşmə, yoxlanılıb
düzəldilmə və tənzimləmə
üsullarını. Yağlama sistemlərinin quruluşu
və iş prinsipi. Mexanizmlərin quraşdırılmasına
qoyulan texniki tələbləri və müəyyən
edilmiş buraxıla bilən artıq-əskikliyi.
Mürəkkəb avadanlıqların istismara təhvil
verilmə qaydalarını.
İş nümunələri. Ayrı-ayrı düyün və detallardan,
dartıcı gücü 50 Kn (5 ts) qədər olan
bucurqadların quraşdırılması. ədartıcı
gücü 50 Kn (5 ts)-dən artıq olan bucurqadların və
yığılmış qaldırıcı
maşınların quraşdırılması.
İstiqamətləndirici və dövrələyici
şkivlərin quraşdırılması. Bir və ikiuclu
qaldırıcı maşınların qaldırıcı
şaxta kanatlarının asılması, Tormoz
qurğularının yığılma və qurulması. Yol
bağlayıcıların (stoporlarının)
yığılma və qurulması. Qazma badyalarının
asılması. Yoxlama prosesində maşın və
avadanlıqların ayrı-ayrı düyünlərinin
yığılması. Yığılmış
vəziyyətdə aşırdıcı və itələyicilərin
quraşdırılması.
§ 204 Yerüstü mədən
(şaxta) avadanlıqlarının quraşdırıcısı
6-cı dərəcə
İşin xüsusiyyəti. Yüksək dəqiqlik tələb edən xüsusi
mürəkkəb işlərin icrası. Üzdə
xüsusi mürəkkəb şaxta avadanlıqlarının
quraşdırılması.
Bilməlidir: Xüsusi
mürəkkəb avadanlıqların quraşdırma
üsullarını. Avadanlıqların tənzimləmə
və sazlama üsullarını. Aqreqat və
maşınların istismara buraxılmasında onların
yoxlanma üsullarını.
İş nümunələri. Dartıcı gücü 50 Kn (5 ts)-dan artıq
olan bucurqad və ayrı-ayrı düyün və detallardan
olan qaldırıcı maşınların
quraşdırılması. Kopyorlu və qazma şkivlərin
quraşdırılması. Yellənən
meydançaların quraşdırılması. Skiplər
üçün boşaltma qurğusunun
quraşdırılması. Yüksəklik
kompensatorlarının yığılma və qurulması. Şaxta qəfəs və
skiplərinin quraşdırılması. Çoxkanatlı
qaldırıcı maşınların şaxta
kanatlarının asılması. Ayrı-ayrı düyün
və detallardan mexaniki aşırdıcı və itələyicilərin
quraşdırılması. Paraşüt
qurğularının quraşdırılması.
§ 205 YOL MONTYORU
1-ci dərəcə
İşin xüsusiyyəti. Yol örtüyünün yuxarı hissəsinin
və metropolitenin yerüstü xəttinin
konstruksiyalarının quraşdırma, sökülmə
və təmirində yardımcı işlərin icrası.
İş nümunələri. Material və detalların
(bəndləmələr, farfor izolyatorlar, kronşteynlər,
qutu və s.) gətirilmə və
yığışdırılması. Ballastın şpal
yeşiklərinə atılması. Qar lövhələrinin
çıxarılması və qoyulması. Xətlərin
bölünmə və nivelirləməsində
payacıqların çaxılması.
Bəndləmələrin yüklənmə, boşaldılma
və nəql edilməsi üsulu ilə yolların qardan təmizlənməsi.
§ 206 YOL MONTYORU
2-ci dərəcə
İşin nümunələri. Yol örtüyünün yuxarı hissəsinin
və metropolitenin yerüstü xəttinin konstruksiyalarının,
quraşdırma, sökülmə və təmirində
ən sadə işlərin icrası.
Bilməlidir: Yol nişan
və işarələrini. Yol örtüyünün
yuxarı hissəsinin qurulması üçün istifadə
edilən əsas materialların çeşidlərini. Yol
örtüyünün yuxarı hissəsinin və torpaq
örtüyünün qurulması üzrə ümumi
göstərici və onların istismarı üzrə
ümumi tələbləri. Yol örtüyünün
yuxarı hissəsinin konstruksiyalarının
quraşdırılma və sökülməsində sadə
işlərin yerinə yetirilmə üsul və
yollarını. Yol örtüyünün yuxarı hissə
və torpaq örtüyünün əsas elementlərinin
adlarını.
İş nümunələri. Şpal və bəndləmələrin əl
üsulu ilə düzülməsi. Şpallarda kəllə
açarı ilə şurupların burub bərkidilməsi
və burub çıxardılması. Şpal və bruslara
(kiçik tirlər) əl alətləri ilə
antiseptiklərin çəkilməsi. Klemm bolt və
şaybaları ilə klemmlərin
komplektləşdirilməsi. Rele bitişmə yerlərinin
sökülməsi. Yol nişan və qardan qoruyucu
çəpərlərin qurulma və yerinin
dəyişdirilməsi. Farfor izolyator və kroşteynlərin
xətt üzrə düzəlməsi. Kyuvet, suaparan və
dağüstü qanovların təmizlənməsi.
Strelkalı keçirmələrin cari baxışı və
onlara xidmətin göstərilməsi. Strelkalı
keçirmələrin təmizlənmə və yağlanması
(mərkəzləşdirilmişlər istisna olmaqla). Şpal
yeşiklərindən şpalın altına qədər
ballastın kəsib çıxarılması.
§ 207 YOL MONTYORU
3-cü dərəcə
İşin xüsusiyyəti. Yol örtüyünün yuxarı hissəsinin
və metropolitenin yerüstü xəttinin
konstruksiyalarının quraşdırma, sökülmə
və təmirində sadə işlərin icrası.
Bilməlidir: Yol
örtüyünün yuxarı hissəsinin qurulması
üçün materialların bütün
çeşidlərini. Taxta şpallarla olan yolun, saxlanma
normalarını. Yol örtüyünün yuxarı
hissəsinin konstruksiyalarının tənzimlənmə
qaydalarını (sürətli sahə və dəmir-beton
əsaslı sahələr istisna olmaqla)
Ümumitəyinatlı elektrikləşdirilmiş əl
və pnevmatik alət və hidravlik cihazların
işlədilməsilə işlərin yerinə yetirmə
üsul və yollarını. Hidravlik cihazların saxlanma
qaydalarını. Rels, şpal paketləri və kiçik
tirlərin ilmələnmə üsullarını.
Müəyyən edilmiş nişanlarla icra olunan iş
yerlərinin hasarlanması qaydalarını. Əl alət
və ləvazimatlarını işlətməklə torpaq
örtüyünün qurulmasında işlərin yerinə
yetirilmə üsul və yollarını.
İş nümunələri. Kranın köməyi ilə, şpal, kiçik
tir, rels, rele-şpal şəbəkə və strelkalı
keçirmələrin yükləmə, boşaltma və
düzəldilməsi. Epyura üzrə şpalların
tənzimlənməsi. Elektrik burğusu ilə şpallarda
deşiklərin deşilməsi. Rels bitişmə
yerlərinin quraşdırılması. Kontaktlı rels
qutularının çıxarılması.
Qaçırtmağa qarşı qurğunun
sökülməsi. Rele-şpal şəbəkə
elementlərinin tək-tək dəyişdirilməsi.
Yarıvaqonlardan ballastın boşaldılması. Əks
relsləri çıxartmaqla taxta keçid
döşənəyinin sökülməsi. Metropolitenin
kontaktlı relesinin bərkidilmiş düyününün
sökülməsi. Hidravlik sürət vermə cihazları
ilə rele aralıqlarının tənzimlənməsi. Planda
hidravlik düzəldici cihazların rele-şpal
şəbəkələrinin tənzimlənməsi. Şablon
üzrə relsli dəmiryolunun eninin ölçülmə
və tənzimlənməsi. Əl üsulu ilə
hündürlük və səviyyə üzrə relsli
xəttin vəziyyətinin tənzimlənməsi.
Qoşalaşmış şpal və kiçik tirlərin
quraşdırılması. İcra olunan iş yerlərinin
işarə nişanları ilə çəpərlənməsi.
Ballast prizmalarının düzəldilməsi.
Mərkəzləşdirilmiş strelkalı
keçirmələrin təmizlənmə və
yağlanması. Boltların bərkidilməsi. Başı
əyri mıxların vurulub başa çatması. Yollarda
şpalların təmiri. Çərtiklərin və şlak
yastıqlarının düzəldilməsi. Ballastın
şpal altlığından aşağı kəsilməsi.
Yoldüzənlərin köməyi ilə torpaq
örtüyünə hazır dəmiryollarının
hissələrlə qoyulması. Hazır dəmir
yollarının hissələrlə yığan xəttin
şpal qidalandırıcısının xidmət
edilməsi.
§ 208 YOL MONTYORU
4-cü dərəcə
İşin xüsusiyyəti. Yol örtüyünün yuxarı hissəsinin
və metropolitenin yerüstü xəttinin
konstruksiyalarının quraşdırma, sökülmə
və təmirində orta mürəkkəbli işlərin
icrası.
Bilməlidir: Sürətli
sahə və dəmir-beton şpal, tava və bloklarla olan
sahələrdə yolların saxlanma normalarını.
Avtoblokirovkanın rels zəncirinin saxlanması.
Elektrik və pnevmatik alət və
mexanizmlərdən istifadə etməklə yol örtüyünün
yuxarı hissəsinin konstruksiyalarının quraşdırma,
sökülmə və tənzimlənməsi üzrə
işlərin icra olunma qaydalarını. Avtoblokirovkanın relsli
zənciri üzrə işlərin icra olunma
qaydalarını. Yol elektrik və pnevmatik alətin
quruluşunu, istismar və xidmət etmə qaydalarını.
Yol örtüyünün yuxarı hissələrinin
konstruksiyalarının sürətli sahə və
dəmir-beton əsaslı sahələrdə
tənzimlənmə qaydalarını.
İş nümunələri. Relslərin şpal və kiçik tirlərə
əl üsulu və başı əyri mıx vuranlarla
bərkidilməsi. Ayrılmış bəndləmədə
relslərin altlıqlara klemmalı boltlarla bərkidilməsi.
Relelərin elektrik relskəsən dəzgahlarla
kəsilməsi. Relslərlə elektrik buruqlu dəzgahlarla
deşiklərin deşilməsi. Altlıqların
dəmir-beton şpallara şurupburan və elektrikaçarlarla
bərkidilməsi. İzolyasiya edilmiş bitişmə yerinin
quraşdırılma və sökülməsi. Rels
aralıqlarının sürəət, sahə və
dəmir-beton şpal, tava və bloklarla olan yol sahələrində
hidravlik sürətvermə cihazları ilə
tənzimlənməsi. Planda relsşpallı
şəbəkələrin sürətli sahə və
dəmir-beton şpallarla olan yol sahələrində hidravlik
düzəltmə cihazlarla tənzimlənməsi. Şablon
üzrə sürətli sahə və dəmir-beton
şpallı sahələrdə relsli dəmiryolu enişin
ölçülmə və tənzimlənməsi. Rels
xətlərinin vəziyyətinin hündürlük və
səviyyə üzrə, sürətli sahələrdə
dəmir-beton şpal, tava və bloklarla olan
sahələrdə hidravlik və elektrik aləti istifadə
ötməklə və ağac şpallı
sahələrdə elektrik aləti istifadə etməklə
ölçülmə və tənzimlənməsi. Rele
xətlərinin vəziyyətinin hündürlük və
səviyyə üzrə girdablı yerlərdə tənzimlənməsi.
Sürətli sahələrdə və dəmir-beton şpal,
tava və bloklarla olan sahələrdə relsşpallı
şəbəkələrin elementlərinin tək-tək dəyişdirilməsi.
Avtoblokirovkanın relsli zəncirinin saxlanma və təmiri.
Şpalın yapışma çərçivəsinə
boltlarla bərkidilməsi. Bitişmə yerlərini boltla
bərkitmək və boltdan açmaqla metropolitenin
yerüstü xətlərinin əks relslərinin
quraşdırılması. Metropolitenin yerüstü
xəttinin əks rels bağlayıcı,
düyünlərinin quraşdırılması.
Yapışan yolların kəsişməaltı
yerlərinə çərçivələrin hazırlanma
və quraşdırılması, Elektrik aləti ilə
hazır rels hissələrinin ayrı-ayrı
elementlərə sökülməsi. Əks relsləri qoymaqla
daimi keçid döşənəcəyinin
quraşdırılması. Keçidin dəmir-beton
döşənəcəyinin sökülməsi. Suaxıdan
dəmir-beton novun quraşdırılma və sökülməsi.
§ 209 Yol montyoru
5-ci dərəcə
İşin xüsusiyyəti. Yol örtüyünün yuxarı hissəsinin
və metropolitenin yerüstü xəttinin
konstruksiyalarının quraşdırma, sökülmə
və təmirində mürəkkəb işlərin
icrası.
Bilməlidir:
konstruksiyaların quruluşunu, bitişməsiz yol və
strelkalı keçirmələrin saxlanma normasını.
Bitişməsiz yol və strelkalı keçirmələrin
quraşdırılmasının icra qaydalarını.
Bitişməsiz yol və strelkalı keçirmələrin
tənzimlənməsi üzrə işlərin icra olunma
qaydalarını. Yol örtüyünün yuxarı
hissəsinin qurulmasının keyfiyyətinə qoyulan
tələbləri. Yol nişanlarının
təyinatını. Hazır dəmiryollarını
hissələrlə yığan xətt və
stendlərdə deşikaçan qurğunun quruluşunu
və işləmə prinsipini.
İş nümunələri. Strelkalı keçirmələrin
quraşdırılması və onların şpal, kiçik
tirlərə başıyastı mıxvuranlarla
bərkidilməsi. Uzunluq üzrə relslərin
seçilməsi və onların bucaqlıq və aralıqlar
yoxlayan üzrə qoyulmasının yoxlanması. Optiki
cihazlardan istifadə etməklə yolların layihə
vəziyyətində qurulmasında, profildə dəmiryol,
tramvay və slipli yol və metropolitenin yerüstü
xətlərinin vizirlənməsi. Əks relelərin qurulma
və bərkidilməsi. Kronşteynlərin (çəp
dayaqların) və metropolitenin xəttinin kronşteyn və
kontakt relenin yoxlanılıb düzəldilməsi.
Bitişməsiz yolların bir-birinə qaynaq edilmiş
relslərinin uclarının vəziyyətinin vintli dartıb
yaxınlaşdıranlarla tənzimlənməsi. Tarazlayan
cihazların qurulma və sökülməsi. Bitişməsiz
yolların bir-birinə birləşmiş relslərinin
qüsurlu sahəsinin dəyişdirilməsi. Strelkalı
keçirmələrin, bütöv
kəsişmələrin, üfüqi və maili yolların,
habelə gəmiqaldırıcı qurğuların
(sliplərin) yollarının kəsişmələrinin
ülgü, taraz və istiqamət üzrə
ölçülmə və tənzimlənməsi.
Dəmir-beton tava və bloklarla olan yol sahəsində, relsşpal
şəbəkələrin planda hidravlik cihazlarla
tənzimlənməsi. Dəmir-beton tava və bloklarla olan yol
sahəsində, ülgü üzrə relsli dəmiryolunun
eninin ölçülmə və tənzimlənməsi.
§ 210 Yol montyoru
6-cı dərəcə
İşin xüsusiyyəti. Yol örtüyünün yuxarı hissəsinin
və metropolitenin yerüstü xəttinin
konstruksiyalarının quraşdırma, sökülmə
və təmirində xüsusi mürəkkəb
işlərin icrası.
Bilməlidir: Strelkalı
keçirmələrin bölgü və onların
tənzimlənmə üsullarını. Əyri yol sahəsi
üçün, qısaldılmış relslərin
seçilmə üsullarını. Əyintinin oxu
üzrə əyri xəttin ölçülmə
üsullarını. Hazır dəmiryol hissələrini
yığan xəttin yığıcı dəzgahın quruluşunu
və işləmə prinsipini.
İş nümunələri. Yolların əyri sahələri üçün
qısaldılmış relslərin hesablanma və
seçilməsi. Uzunluq üzrə relslərin
seçilməsi və süni qurğuların körpü
tirlərində künya ilə onların qoyulmasının
yoxlanması. Əyintinin oxu üzrə əyri xətlərin
ölçülməsi hesablaşmalar
dəyişmələr üzrə, layihə
vəziyyətinə gətirməklə dəmiryolları
və yerüstü metropoliten xətlərinin dairəvi və
keçidli əyrilərinin vizirləmə və
bölgüsü. Strelkalı keçirmənin
bölgüsü və ayıran mexanizmi
tənzimlənməklə onun yoxlanılıb düzəldilməsi.
Ayıran mexanizmi tənzimləməklə onun qurulma və
tənzimlənməsi. Qaynaqla bir-birinə birləşmiş
relslər ilə inventar relsləri dəyişmək
üçün arabacıqların qurulma və
tənzimlənməsi. Hazır hissə yığan xəttin
yığma dəzgahında dəmiryolunun hazır
hissələrinin yığılması.
Qeyd:
İşləyən metropoliten xəttinin cari saxlanmasında
məşğul olan yol montyorları bu tarif-ixtisas
xüsusiyyətləri üzrə tarifləndirilir.
§ 211 Yol Fəhləsi
1-ci dərəcə
İşin xüsusiyyəti. Avtomobil yol və səkilərin tikinti, təmiri
və saxlanmasında yardımçı işlərin
yerinə yetirilməsi.
İş nümunələri. Əl alətləri ilə özülün
və örtüyün qardan, çirkdən və tozdan təmizlənməsi.
Qum, çınqıl və qırmadaşın
atılması. Özülün və örtüyün
sulanması. Sement-beton örtüyün
düzəldilməsində rels-formaların səthlərinin
təmizlənmə və yağlanması. Sement-beton
örtüyünə qumun səpilməsi. Yol nişanları
və yol avadanlıqlarının elementlərinin əl
alətləri ilə təmizlənməsi.
§ 212 Yol Fəhləsi
2-ci dərəcə
İşin xüsusiyyəti. Avtomobil yol, onların üzərində olan
süni qurğu və səkilərin tikinti, təmiri və
saxlanmasında ən sadə işlərin yerinə
yetirilməsi.
Bilməlidir: Yol-tikinti
materialları, yol geyimlərinin konstruksiyası və yollarda
qoyulan süni qurğuların əsas növlərini.
Asfaltbeton, sement-beton, bitummineral və digər
qarışıqların hazırlanma üsullarını. Buz
bağlama və qar axını ilə mübarizə
üsullarını. Yol hərəkəti qaydalarını.
İş nümunələri. Yol özül və örtüklərinin
düzəldilməsi və təmiri üçün
yol-tikinti materiallarının
bölüşdürülməsi. Yerqazan maşından sonra
təknənin (çanağın) əl ilə
təmizlənməsi. Rels-formaların yamaqlanması.
Özül, örtük və səki bordürlərin əl
alətləri ilə sökülməsi. Çimləmənin
başdan-başa düzəldilməsi və təmiri.
Səyyar iri xəlbirlərdə qum, çınqıl və
qırmadaşın əl ilə xəlbirlənməsi.
§ 213 Yol fəhləsi
3-cü dərəcə
İşin xüsusiyyəti. Avtomobil yolu, onların üzərində olan
süni qurğu və səkilərin tikinti, təmiri və
saxlanmasında sadə işlərin yerinə yetirilməsi.
Bilməlidir: Yol-tikinti
materiallarının əsas xüsusiyyətlərini. Torpaq
(qrunt) və yaxşılaşdırılmış torpaq
yollarının səkilərinin və asfaltbeton, sement-beton
örtükaltı özüllərin düzəldilməsi
və təmiri qaydalarını. Yolların tikintisi və
təmirində tətbiq olunan mexanikləşdirilmiş
alətdən istifadə qaydalarını.
Mexanikləşdirilmiş alətlərin köməyilə
örtük və özülün sökülmə və
kəsilməsi üsullarını. Yol geyimlərinin
dağılması nəticələrinin ləğvi və
bərpası üsullarını. Sementbeton yolların
tikintisində, rels-formaların altındakı
özüllərin hazırlanması üsullarını.
Drenajın düzəldilmə əsaslarını.
İş nümunələri. Mayak, mayak reykası, şablon üzrə qum,
qum-sement, çınqıl, qırmadaşdan yol
özüllərinin vərdənələmə
üçün düzəldilməsi və
profilləşdirilməsi. Torpaq və
yaxşılaşdırılmış torpaq yollarının
profilləşdirilməsi. Yol nişanlarının
qoyulması. Drenajların düzəldilməsi və
təmiri. Yaxşılaşdırılmış torpaq
yollarının və çınqıl qırmadaş
örtüklərinin çuxur təmiri, habelə torpaq
yollarının ayrı-ayrı xəritələrlə
təmiri. Mexanikləşdirilmiş alətlərin
köməyi ilə yol örtük və özüllərin
sökülməsi. Dama-dama şəklində
çimləmənin düzəldilməsi və təmiri.
Yan daşların altında özüllərin
düzəldilməsi. Boyunca mailliyə və
köndələn profilə riayət ötməklə küvetlərin,
suaparan və dağ üstü novçaların
düzəldilməsi və bərpası.
§ 214 Yol fəhləsi
4-cü dərəcə
İşin xüsusiyyəti. Avtomobil yol, onlarda qoyulan süni qurğu və
səkilərin tikinti, təmiri və saxlanmasında orta
mürəkkəbli işlərin yerinə yetirilməsi.
Bilməlidir: Yolun
düzəldilməsi və təmirində istifadə
edilən materialların keyfiyyətinə qoyulan
tələbləri. Qış vaxtı betonlaşdırma
qaydalarını və betonun qızdırma
üsullarını. Yol geyimi, süni qurğu və yol
avadanlıqlarının tikinti və istismar qaydalarını.
İş nümunələri. Mayak, mayak reyka
və şablonlar üzrə əl alətləri ilə
çınqıl və qırmadaşdan örtüyün
düzəldilməsi və profilləşdirilməsi.
Ayrı-ayrı xəritələrlə qırmadaşlı,
çınqıllı örtüklərin təmiri.
Maşınlarla düzləndiriləndən sonra yol
örtüyü səthinin sonuncu hamarlanması. Səki
bordurların qoyulması. Mayak və mayak reykalarının
qurulması. Dayaq və boru bünövrələrinin
altına qırmadaş və çınqıldan hazırlıq
qatının düzəldilməsi. Yol və süni
qurğulardan atmosfer yağıntılarının kənar
edilməsi. Tikişin kənarının və sement-beton
örtük səthinin bəzəyi və təmiri.
Alçaq divar və troslu çəpərlərin
qurulması və onlara qulluq edilməsi.
§ 215 Yol fəhləsi
5-ci dərəcə
İşin xüsusiyyəti. Avtomobil yolu, onların üzərində olan
süni qurğu və səkilərin tikinti, təmiri və saxlanmasında
mürəkkəb işlərin yerinə yetirilməsi.
Bilməlidir: Yol
örtüyü və süni qurğuların
vəziyyətini qiymətləndirmə metodlarını.
Geodeziya alətlərinin quruluşunu və istifadə etmə
qaydalarını. Torpaq eroziyası ilə mübarizə
metodlarını. Yollarda buzlaşmanı ləğvetmə
üsullarını.
İş nümunələri. Yol örtüyündə çəkmə
yerlərinin ləğvi. Boru, nov, başlıq, istinad divar
və parapetlərin qurulması və təmiri. Avtomobil
yollarının memarlıq tərtibatlı elementlərin
ayrı-ayrı zədələrinin düzəldilməsi.
Planda piketaj və yol elementlərinin bölgüsü.
Geodeziya alətlərinin köməyi ilə yol
qurğularının yüksəklik nöqtələrinin
müəyyən edilməsi. Süzgəcləri bərpa
etməklə drenajların və daşla
döşənmiş yolun qurulması və təmiri.
Çəpər və siqnal qurğularının
qurulması. Böyüyən dərənin
bərkidilməsi.
§ 216 Yuyuntu
xəritələrinin fəhləsi
2-ci dərəcə
İşin xüsusiyyəti. Qurğunun yuyuntusunda, bəndləri qurmaqla və
bəndsiz pulpların müəyyən edilmiş yerə
atılmasında və qurğuların birtərəfli
yuyuntusunda qruntun suyun altında qoyulması.
Bilməlidir: Qruntların
və ağac materialların əsas növlərini. Pult
istiqamətləndirici yerdəyişən lövhə, nov
və çıxıntıların növlərini və
təyinatını. Qruntun qoyulmasında və torpaq
qurğularının yuyuntusunda işarəvermə
qaydalarını. Yuyuntu xəritəsində qruntun
qoyulmasının əsas qaydalarını. Ağac
materiallarının kobud emal edilmə üsullarını.
Sadə ağac konstruksiyalarının sökülmə
üsullarını. İlmə, ilişdirici ləvazimat
və takelaj növlərini. Boru və ağac
materiallarının yerdəyişmə qaydalarını.
İş nümunələri. Daşınan lövhə, çıxıntı
və novların köməyi ilə yuyuntu
xəritəsində pulp axınının
paylaşdırılması. Lekal üzrə yuyulmuş
qruntdan düzəldilmiş bəndin bərpa edilməsi
və artırılması. Ağac materiallarının kobud,
yonulma, eninə mişarlanma və qabığının
soyulması. Tənzimləyici pulpalarının uzadılma
və qısaldılması. Pulp axınının bir
xəritədən digərinə keçirilməsi.
Şandorlu taxta və şaquli qol borularının qurulması.
Pulpaxıdan qanov və zumpfların təmizlənməsi.
Yuyuntu və zibilin yuyuntu qurğuları sərhədindən
yığışdırılması. Sadə ağac
konstruksiyalarının sökülməsi. Boru və digər
yüklərin inventar stroplarla quraşdırıcı
ilmə, çənbər və qarmaqla ilişdirilməsi. Ağac
materialların ilmələnməsi.
§ 217 YUYUNTU
XƏRİTƏLƏRİNİN FƏHLƏSİ
3-cü dərəcə
İşin xüsusiyyəti. Sahə təzyiqsiz torpaq qurğu və
qalaqların enli profilli və ensiz profilli hissələrinin
yuyuntusunda qruntun qoyulması.
Bilməlidir: Qruntların
əsas xüsusiyyətlərinin və hidravlik nəql
edilmənin çətinliyi üzrə onların
təsnifatını. Təzyiqsiz torpaq qurğularının
yuyuntu qayda və üsullarını. Əl alətləri
ilə ağac materiallarının emal edilmə
üsullarını. Su axıdan qurğuları.
İş nümunələri. Təzyiqsiz torpaq qurğuları və
qalaqların yuyuntu prosesinin idarə edilməsi. Su axıdan
qutu, nov və zumpfların qurulma və artırılması.
Suaxıdan sistemi tənzimləməklə kölcüyün
lazımi səviyyəsini (horizontunu) saxlamaq. Suaxıdan qutu,
dayaq və estakada detallarının hazırlanma və
təmiri. Şalbanın haşiyəli və dairəvi
yonulması.
§ 218 YUYUNTU
XƏRİTƏLƏRİNİN FƏHLƏSİ
4-cü dərəcə
İşin xüsusiyyəti. Təzyiqli torpaq qurğularının enli profilli
və ensiz profilli hissələrinin yuyuntusunda, hidrotexniki
qurğu boşluqlarının yuyuntusunda, dəmiryol xətti
və avtomobil yollarının torpaq bəndinin qurulmasında,
körpülərə yanaşmaların yuyuntusunda qruntun
qoyulması.
Bilməlidir: Təzyiqli torpaq
qurğularının enli profilli və ensiz profilli
hissələrinin yuyuntusunda, hidrotexniki qurğu
boşluqlarının yuyulmasında, dəmiryol xətti
və avtomobil yollarının torpaq bəndinin
çəkilməsində, körpüyə yanaşmanın
yuyuntusunda qruntun qoyulma qayda və üsullarını.
Təzyiqli torpaq qurğularının yuyuntusunun icra olunma
qaydalarını və onlara qoyulan texniki tələbləri.
Drenaj sistemini.
İş nümunələri. Təzyiqli torpaq qurğu, dəmiryol xətti
və avtomobil yolunun torpaq bəndi, körpüyə yanaşma
və ya hidrotexniki qurğu boşluqlarının yuyuntusunda
yuyuntu prosesinin idarə edilməsi (profil hissələrində
qruntun qoyulması, gölməciyin dərinliyi və
sərhədlərini dəyişməklə fraksiya
üzrə qurğular, pulp axınlarının
istiqamətinin dəyişilməsi, habelə pulp
çıxıntılarının yerdəyişməsi).
İşçi pulpkəməri və
gölməçə sərhədinin oxunun
bölgüsü. Suyığıcı sistemlərin
tutulması, şandor və qol boruların optimal qurulma
hündürlüyünü seçməklə su axıdan
quyuların artırılması. Gilli hissə yuyuntusuna
gözəyarı qiymət verilməsi.
§ 219 YUYUNTU
XƏRİTƏLƏRİNİN FƏHLƏSİ
5-ci dərəcə
İşin xüsusiyyəti. Xüsusi vacib özəkli təzyiqli torpaq
qurğularının yuyuntusunda qruntun qoyulması.
Bilməlidir: Özəyin
formalaşdırma üsullarını. Özəkli torpaq
qurğularının yuyuntusunda, o cümlədən
qış vaxtı, işin icra qaydalarını və texniki
tələbləri.
İşin nümunələri. Xüsusi vacib özəkli torpaq
qurğularının yuyuntu prosesinin idarə edilməsi.
Qurğunun gövdəsində qoyulmuş qruntun
müəyyən edilmiş qranulometrik tərkib və
sıxlığa uyğun gəlməsi. Xüsusi vacib
özəkli torpaq sistemlərin qurulma və
artırılması, bu qurğularda su axıdan sistemlərin
tutulması. Plan və hündürlük üzrə qruntun
qoyulma texnologiyasına riayət olunması.
§
220 Yüksək gərginlikli
hava xətti və kontakt
şəbəkələrinin quraşdırılması üzrə
elektrik montyoru-xətt
çəkən
2-ci dərəcə
İşin xüsusiyyəti. Kontakt şəbəkələrin
elektrikötürücü hava xətlərinin və
açıq paylaşdırıcı qurğuların
qurulmasında ən sadə işlərin icrası.
Bilməlidir: Xətti armatur,
izolyator, naqil və burazların əsas markalarını. Polad
və metizlərin əlamətlərini. Antiseptik
tərkiblərlə rəftar etmə qaydalarını.
Ağac materiallarına antiseptik tərkiblərinin
çəkmə üsullarını. Əl üsulu ilə
yerləbirləşənlərin dərinləşdirmə üsullarını.
Naqillərin və yerləbirləşmə şinlərinin
rənglənmə üsullarını. Dəmiryol
nəqliyyatında siqnalizasiya qaydalarını. Əl alət
və ləvazimatlarının ad və təyinatını.
İş nümunələri. Dəqiq ölçülər tələb
olunmayan xırda bərkitmə detallarının
hazırlanması. Yerləbirləşmələrin əl
üsulu ilə dərinləşdirilməsi. Qurulmamış
metal EVX (elektrik verilişi xətləri) konstruksiya və
açıq yarımstansiyaların pasdan
təmizlənməsi. Söykənmələr və
yerləbirləşmə şinlərin bərkitmə
detallarının rənglənməsi. Ağac dayaqlarına
fırça ilə antiseptik tərkiblərin
çəkilməsi. Əl üsulu ilə naqil və
burazların açılması. Barabanlardan
örtüklərin çıxarılması və
onların sökülməsi. Yüklərin üfüqi
nəql edilməsi.
§ 221 Yüksək gərginlikli
hava xətti və kontakt şəbəkələrin
quraşdırılması üzrə elektrik montyoru - xətt
çəkən
3-cü dərəcə
İşin xüsusiyyəti. Elektrikötürücü hava xətlərinin,
kontakt şəbəkələrin və açıq
paylaşdırıcı qurğuların qurulmasında
sadə işlərin icrası.
Bilməlidir: Bərkitmə
detal, armatur, izolyator, naqil və burazların növlərini.
Sadə elektrikləşdirilmiş və pnevmatik əl
alətlərinin quruluşunu. Gərginliyi 20 kv-a qədər
olan elektrikötürücü hava xətti dayaqlarının
tiplərini. Dayaq və açıq yardımçı
stansiyalarının elektrik konstruksiyaları üçün
bünövrələrin əsas tiplərini və onların
qurulma üsullarını. Sadə takelaj
vasitələrindən istifadə etmə qaydalarını
və onların quruluşunu. Yerləbirləşdirmə
və sıfırlaşdırma qaydalarını.
İş nümunələri. Qurulmamış dayaq və konstruksiyaların
qarmaq, və izolyatorla təchiz edilmə və
armaturlaşdırılması. Gərginliyi 20 kv-a
qədər olan elektrikötürücü hava xətti
üçün, izoləedici asmalarda izolyator və xətti
armaturların yığılması. Barabanı qoymaqla polad
kanat, tros və birdamarlı naqillərin açılması.
Gərginliyi 20 kv-a qədər olan
elektrikötürücü hava xəttinin bir sütunlu
dayaqlarına naqillərin qaldırılması.
Elektrikötürücü hava xətti və kontakt
şəbəkələrinin yerləbirləşmə
və sıfırlamalarının
quraşdırılması. Mexanikləşdirilmiş
alətlərlə yerləbirləşmələrin
dərinləşdirilməsi. Naqil və trosların
kəsilmə və doğranması. Dəmir-beton
konstruksiyaların hidroizolyasiyası. Qurulmamış dayaq
və açıq yardımçı stansiya
konstruksiyalarının rənglənməsi. Naqil və
burazların barabana sarınması. Barabanın sarınmış
naqil və troslarla olan barabanın örtülməsi.
Dayaqların nömrələnməsi. Dayaqlarda cədvəl
və plakatların bərkidilmə-si. Gərginliyi 1 kv-a
qədər olan elektrikötürücü hava xətti
və kontakt şəbəkələrin naqil və
burazlarının sökülməsi.
§ 222 Yüksək gərginlikli
hava xətti və kontakt şəbəkələrin
quraşdırılması üzrə elektrik montyoru - xətt
çəkən
4-cü dərəcə
İşin xüsusiyyəti. Kontakt şəbəkələrin
elektrikötürücü hava xətlərinin və
açıq paylaşdırıcı qurğuların
qurulmasında orta mürəkkəbli işlərin icrası.
Bilməlidir: Kütləsi 5
t-a qədər olan açıq yardımçı stansiya
konstruksiyalarının dayaqlarının yığılma
üsullarını. KütLəsi 1,5 t-a qədər olan dayaq
və açıq yardımçı stansiya
konstruksiyalarının qurulma üsullarını.
Gərginliyi 220 kv-a qədər olan elektrikötürücü
xətti üçün izolyasiyaedici asmalarda izolyator və
armaturların tərtibetmə və yığılma
qaydalarını. Kəsiyinin sahəsi 70 mm2-ə
qədər olan bütün markalı naqillərin
birləşmə və qoşulma üsullarını. Naqil
və burazların qaldırılma və dayaqlarda
bərkidilmə üsullarını. Bütün markalardan
olan polad kanat naqillərdən şin, atma enmələri
və ilmələrin hazırlanma və qurulma
üsullarını, təyinatını. Dayaqlarda yük məhdudlaşdırıcı
və fider kronşteynlərinin qurulma üsullarını.
Boşaldıcıların (gərginliyi azaldanların) qurulma
üsullarını. Keçidlər üçün
mühafizə növləri və onların qoyulma
üsullarını. Mexanikləşdirilmiş takelaj
avadanlıq və alətlərindən istifadə etmə
qaydalarını.
İş nümunələri. Kütləsi 5 t-a qədər olan dayaq və
açıq yardımçı stansiya
konstruksiyalarının yığılması. Kütləsi
1,5 t-a qədər olan dayaq və açıq
yardımçı stansiya konstruksiyalarının qurulma
və sökülməsi. Burazların açılması
və gərginliyi 500 kv-a qədər olan
elektrikötürücü hava xətti dayaqlarına
qaldırılması. Naqillərin açılması və
gərginliyin 150 kv-a qədər olan
elektrikötürücü hava xətti dayaqlarına
qaldırılması. Naqil və burazlardan enmə, atma,
ilmə və yarımilmələrin hazırlanması.
Boşaldıcıların qoyulması. Keçidlər
üçün mühafizənin hazırlanması və
qurulması. Gərginliyin 220 kv qədər olan elektrikötürücü
hava xəttinin izolyasiya asmalarında izolyator və
armaturların yığılması. Kəsiyinin sahəsi 70
mm2-ə qədər olan naqil və burazların
birləşdirilməsi. Yerdən yükdaşıyan
burazlarda hissəli və elastik simlərin nişanlanma və
qurulması. Armaturların konsol və əyilgən,
köndələn atılan qoyulmalarda qurulması. Dayaqlarda
müvazinətləşdirilmiş ankerləmənin yük
məhdudlaşdırıcısı, fiksator və fider
kronşteynlərinin qurulması. Yerdən
yükdaşıyan burazların dayaqlara asılması.
Yerdə orta ankerlənmənin quraşdırılması.
Yerdən izolyatorların naqil və burazlara
keçirdilməsi. Relslərarası
birləşmələrin quraşdırılması.
Gərginliyi 1 kv qədər olan elektrikötürücü
hava xəttində naqillərin quraşdırılması.
Burazlı dartıcıların hazırlanması və
dayaqlara birləşdirilməsi. Sərt köndələn
tirlərin komplektləşdirilməsi. Qurulmuş dayaq və
açıq yardımçı stansiya
konstruksiyalarının rənglənmə-si. Gərginliyin 1
kv-dan 150 kv-a qədər olan elektrikötürücü hava
xətti və kontakt şəbəkələrinin naqil və
burazlarının sökülməsi. 20 kv-a qədər olan
elektrikötürücü xətt dayaqlarının
düzəldilməsi. Dəmir-beton kabel kanalları və
açıq yardımçı stansiya qəza
yağaxıdıcılarının qurulması. Hava
xətinin binaya girəcəklərinin
quraşdırılması.
§
223 Yüksək gərginlikli
hava xətti və kontakt şəbəkələrin quraşdırılması
üzrə elektrik montyoru-xətt çəkən
5-ci dərəcə
İşin xüsusiyyəti. Elektrikötürücü hava xətləri,
kontakt şəbəkə və açıq
paylaşdırıcı qurğuların qurulmasında
mürəkkəb işlərin icrası.
Bilməlidir: Çala və
elektrikötürücü hava xətti və kontakt şəbəkələrinin
piketlərndə svayların (payaların) salınma yerinin
bölgü üsullarını. Kütləsi 5 t-dan 10 t-a
qədər olan açıq yardımçı stansiya dayaq
və konstruksiyalarının yığılma
üsullarını. Kütləsi 1,5 t-dan 5 t-a qədər
olan açıq yardımçı stansiya dayaq və konstruksiyalarının
qurulma üsullarını. Gərginliyi 220 kv-dan artıq olan
elektrikötürücü xətti üçün,
izolyasiya asmalarında izolyator və armaturların tərtibetmə
və yığılma qaydalarını. Kontakt
şəbəkələrin elektrikötürücü hava
xətti naqillərində fazaları müəyyənetmə
qaydasının və sxemlər üzrə yerinə
yetirilmiş işin yoxlanma üsullarını. Kəsiyinin
sahəsi 70 mm2-ə artıq olan naqil və
burazların birləşdirmə üsullarını.
Əlvan metallardan çoxsimli naqillərin açılma
üsullarını. Burazların açılması. Gərginliyi
500 kv-dan artıq olan elektrikötürücü hava
xəttinin dayaqlarına, habelə naqillərin
açılması və gərginliyi 150 kv-dan 500 kv-a
qədər olan elektrikötürücü hava xəttinin
dayaqlarına qaldırılma qaydasını.
Elektrikötürücü hava xətti naqil və
burazlarında distansiya dirəkləri və vibrasiya
söndürücüləri və kontakt naqilin
məhdudlaşdırıcılarının qurulma
üsullarını. İlmə, yarımilmə,
əyilgən köndələn tir, birləşdirmə,
ankerli hissələrin quraşdırma, seksiyalı
ayırıcıların quraşdırma və
tənzimləmə üsullarını. Gərginliyi 150 kv-a
qədər olan elektrikötürücü
xətlərində naqil və burazların, mənzil və
stansiyalarda kontakt asmaların zəncirlərinin
tənzimləmə qaydalarını. Kontakt
şəbəkə dayaqlarında sərt ankerləmə
üsullarını. Gərginliyi 500 kv-a qədər olan
elektrikötürücü hava xətti dayaqlarında naqil
və burazların təzədən yığılma
üsullarını. Kontakt şəbəkələrin strelka
və kəsişmələrinin quraşdırma və
sökülməsi.
İş nümunələri. Kütləsi 5 t-dan 10 t-a qədər olan
açıq yardımçı stansiya dayaq və
konstruksiyalarının yığılması.
Bünövrədə qurulan buraz dartıcılarında olan
dayaqlarından savayı, kütləsi 1,5 t-dan 5 t-a
qədər olan açıq yardımçı stansiya dayaq
və konstruksiyalarının qurulma və sökülməsi.
Kəsiyinin sahəsi 70 mm2-dən artıq olan naqil
və burazların birləşdirilməsi. Əlvan metallardan
olan çoxsimli naqil açılması. Burazların
açılması və gərginliyi 500 kv-dan artıq,
naqillərin isə 150 kv-dan 500 kv-a qədər olan
elektrikötürücü hava xətti və dayaqların
qaldırılması. Milli izolyatorlarda naqillərin
bərkidilməsi. Gərginliyi 220 kv-dan artıq olan
elektrikötürücü hava xətti üçün
izolyasiya asmalarında izolyator və armaturların
yığılması. Naqil və burazlarda vibrasiya
söndürücü və distansiya dirəklərinin
qurulması. Gərginliyi 500 kv-a qədər olan
elektrikötürücü hava xətti dayaq-larında naqil və
burazların yenidən yığılması. Gərginliyi 150
kv-a qədər olan elektrikötürücü hava
xətlərində naqil və burazların dartılma və
tənzimlənməsi. İlmə və yarımilmələrin
quraşdırılması. Ankerli hissələrin
üçaşırımlı birləşmə
şleyflərinin quraşdırılması.
Quraşdırıcı vışkadan hissəli və elastik
simlərin qurulması. Kontakt naqilinin
məhdudlaşdırıcısının qurulması.
Biryollu və ikiyollu konsolların qurulması. Əyilgən
köndələn tirlərin quraşdırılması.
Quraşdırıcı vışkalardan orta
ankerləmənin quraşdırılması. Bütün
tiplərdən olan elektrik birləşdirici və
ayırıcıların qurulması. Yükdaşıyan
buraz, qidalandıran və gücləndirən naqillərin
sərt ankerlənməsi. Konsol dayağının altına
zəncirli asılmanın qaldırılması və
yəhərə keçirilməsi. Gərginliyi 150 kv-dan
artıq olan elektrikötürücü hava xətti naqil
və burazlarının sökülməsi.
§ 224 Yüksək gərginlikli hava xətti və
kontakt şəbəkələrin
quraşdırılması üzrə elektrik montyoru –
xətt çəkən
6-cı dərəcə
İşin xüsusiyyəti. Kontakt şəbəkələrin
elektrikötürücü hava xətlərinin və
açıq paylaşdırıcı qurğuların
qurulmasında xüsusi mürəkkəb işlərin
icrası.
Bilməlidir: Kütləsi 10
t-dan artıq olan açıq yardımçı stansiya dayaq
və konstruksiyalarının yığılma
üsullarını. Kütləsi 5 t-dan artıq olan
açıq yardımçı stansiya dayaq və
konstruksiyalarının, habelə dartılmada bərkidilən
oynaq birləşmələrdə olan dayaqların qurulma
üsullarını. Bünövrələrin qurulma və
yoxlanılıb düzəldilmə qaydalarını.
Bütün gərginlikdə xətlərlə naqillərin
yerdəyişmə qurğularının quraşdırma
qaydalarını. Keçidlərdə naqil və
burazların quraşdırma qaydalarını. Kontakt naqili
və yükdaşıyan burazların
müvazinətləşdirilmiş ankerləmə
üsullarını. Zəncirli asma dartıcıları,
ankerli hissələrinin birləşmələri, hava
strelkaları, sünü qurğularda kontakt
şəbəkələri, seksiyalı izolyatorların
quraşdırma üsullarını. Magistral və stansiya
dəmir yol xəttlərində metal, dəmirbeton və
ağac dayaqların qurulma və yoxlanılıb
düzəldilmə üsullarını. Vertolyotların
köməyi ilə elektrikötürücü hava
xəttinin çəkilməsində quraşdırma
işlərinin yerinə yetirilmə üsullarını. Naqil
və burazların quraşdırılmasında tətbiq
edilən yerini dəyişən radiostansiyaların
növlərini və onlarla rəftar etmə
qaydalarını.
İş nümunələri: Kütləsi 10 t-dan artıq olan açıq
yardımçı stansiya dayaq və konstruksiyalarının
yığılması. Kütləsi 5 t-dan artıq olan
açıq yardımçı stansiya dayaq və konstruksiyaları
və dartıcılarda bərkidilən şarnirli
birləşmələrdə olan dayaqların qurulma və
sökülməsi. Bünövrələrin qurulma və
yoxlanılıb düzəldilməsi. Keçidlərdə
naqil və burazların quraşdırılması.
Bütün gərginlikli xətlərdə naqillərin
yerdəyişin qurğularının
quraşdırılması. Kontakt naqillərin
dartılmasının müvazinətləşdirilmə
düyünlərinin quraşdırılması. Kontakt naqilin
və yükdaşıyan burazın
müvazinətləşdirmə ankerlənməsi.
Zəncirli asmaların yerini müəyyən edən
dartıcıların, anker hissələrin
birləşmələri, hava strelkaları, süni
qurğularda kontakt şəbəkələri və
seksiyalı izolyatorların quraşdırılması.
İstismarda olan magistral dəmir yollarında metal,
dəmir-beton və ağac dayaqların qurulması.
Gərginliyi 150 kv-dan artıq olan elektrikötürücü
xətlərində naqil və burazların dartılma və
tənzimlənməsi. Vertolyotların köməyi ilə
bünövrə və dayaqların qoyulması, naqil və
burazların açılması. Gərginliyi 200 kv-a
qədər olan elektrikötürücü hava xətti
trasslarının bölgüsü. Gərginliyi 20 kv-dan
artıq olan elektrikötürücü hava xətti dayaqlarının
düzəldilməsi.
§
225 Kabel şəbəkələri üzrə
elektrik quraşdırıcısı
2-ci dərəcə
İşin xüsusiyyəti. Kabel şəbəkələrinin
quraşdırılma və sökülməsində ən
sadə işlərin icrası.
Bilməlidir: Kabellərin
əsas markalarını. Əlvan və qara metalların
əlamətlərini. Elektrik konstruksiyaların hazırlanma
və quraşdırılmasında tətbiq edilən əsas
materialları. Bərkitmə detal və xırda
konstruksiyaların əsas növlərini. Elektrik
quraşdırma işlərində tətbiq edilən
alətlərin əsas növlərini. Ən sadə elektrik
sxemləri.
İş nümunələri. Bərkitmə detallarının qoyulma və
bağlanması. Kabelin yuxarı cüt
örtüyünün əl üsulu ilə
çıxarılması. Dəqiq ölçülər
tələb olunmayan xırda bərkitmə detal və
aralıq qatların hazırlanması. Kabellərin
rənglənməsi. Xəndək və qanovlarda kabellərin
örtülməsi. Əl alətləri ilə hazır
nişanlanma üzrə yuva, deşik və
şırımların açılması.
§ 226 Kabel
şəbəkələri üzrə elektrik
quraşdırıcısı
3-cü dərəcə
İşin xüsusiyyəti. Kabel şəbəkələrinin
quraşdırılma və sökülməsində sadə
işlərin icrası.
Bilməlidir: Bərkidici
detalların əsas növlərini. Alətdə sadə
cihaz, elektrik aparatları, tətbiq edilən
elektrikləşdirilmiş və pnevmatik alətlərin
elektrik aparatlarının quruluş əsaslarını.
Sadə elektrik sxemləri. Sadə takelaj vasitələrinin
quruluşu və ondan istifadə edilmə üsullarını.
Elektrik-quraşdırma işlərində tətbiq edilən
qaynaq avadanlıqlarının növlərini və onlardan
istifadə etmə qaydalarını. Elektrik-quraşdırma
işini yerinə yetirmək üçün material və
avadanlıqların komplektləşdirilmə
qaydalarını.
İş nümunələri. Uclarını müvəqqəti bağlamaqla
gərginliyi 10-a kv qədər olan kabelin kəsilməsi.
Bütün növ kabellərin divar və örtükdən
keçid yerlərinin bağlanması. Kabellərin
çəkilməsində yardımçı işlərin
yerinə yetirilməsi. Bilərzik və kabel uclarını
bağlayan hissələrin kəsilməsi. Hazır
nişanlanma üzrə mexanikləşdirilmiş
alətlə yuva, deşik və şırımların
açılması. Kabellər üçün bölüşdürücü
qutuların qoyulması. Yaşayış,
mədəni-məişət və inzibati binalarda
elektrik-quraşdırma işlərinin yerinə yetirilməsi
üçün material və avadanlıqların
komplektləşdirilməsi.
§ 227 Kabel
şəbəkələri üzrə elektrik
quraşdırıcısı
4-cü dərəcə
İşin xüsusiyyəti. Kabel şəbəkələrinin
quraşdırılma və sökülməsində orta
mürəkkəbli işlərin icrası.
Bilməlidir:
İzolyasiyanın müqavimətinin ölmə
üsullarını. Orta mürəkkəbli elektrik
sxemlərini. Kəsiyinin sahəsi 70 mm2 qədər
bütün markalardan olan kabellərin birləşməsi,
ucların bağlanması və kabel damarlarının
birləşməsi. Polad və plastmas boru və kabellərin
markalanma üsullarını. Yüklərin ilmələnmə
və yerdəyişmə qaydalarını.
Mexanikləşdirilmiş takelaj avadanlığından
istifadə etmə üsullarını və onun quruluşunu.
Porşenli-quraşdırıcı tapançaların
qurulmasını hidravlik və zərbəli-fırlanan
alətlərin quruluşunu, onlara xidmət
göstərmək və onlardan istifadə etmə
qaydalarını. Qurutma üçün aparaturaların
quruluşunu və yağın tökülməsini.
Sənaye, bina və mühəndis qurğularında elektrik
quraşdırma işini yerinə yetirmək
üçün, material və avadanlıqların
komplektləşmə qaydalarını.
İş nümunələri. Kəsiyinin sahəsi 70 mm2 qədər
bütün markalardan olan kabellərin qaynaqdan savayı
bütün üsullarla birləşdirmə. uclarının
bağlanması və bir-biri ilə birləşməsi.
Qoruyucu qurğu, örtük və çəpərlərin
qurulması. Çəkilmiş boru və kabellərin
markalanması. Porşenli quraşdırıcı
tapançanın köməyi ilə konstruksiya və
aparatların bərkidilməsi. Kabel damarına ucluqların
lehimlənmə və ya preslənməsi. Dəmir bənd
və metal dayaq konstruksiyaların qurulması.
Konstruksiyaların yapışdırmaqla bərkidilməsi.
Polad və plastmas boruların şırımlarda,
döşəmə, divar, ferma və sütun üzrə
çəkilməsi. Kabel novları, deşilmiş
quraşdırma profillərin və polad qutuların
çəkilməsi. Sənaye bina və mühəndis
qurğularında elektrik quraşdırma işini yerinə
yetirmək üçün material və avadanlıqların
komplektləşdirilməsi. Gərginliyi 1 kv-a qədər
olan kabellərdə bütün növ uc bağlamaları
və birləşdirici bilərziklərin
quraşdırılması. Gərginliyi 10 kv-dan artıq olan
kabel və yağla doldurulmuş kabellərin kəsilməsi.
Kabel bilərzikləri və qıfların bərkidilməsi.
Kabel uclarının qurğuşun başlıqlarla
tutulması. Qaynara vermək üçün kütlə
və lehimlərin hazırlanması. Quyularda yağ
doldurulmuş kabel zirehlərinin bərkidilməsi. Ekranın
sarınması. Kabel girəcəklərinin qurulması
(partlama təhlükəli zonadan savayı) İzolyasiyanın
müqavimətinin ölçülməsi. Yağ
nümunələrinin yoxlama üçün
seçilməsi. Yağ doldurulmuş kabel borularının
zədələnmiş səthlərinə korroziyaya
qarşı örtüyün çəkilməsi.
§ 228 Kabel
şəbəkələri üzrə elektrik
quraşdırıcısı
5-ci dərəcə
İşin xüsusiyyəti. Kabel şəbəkələrinin
quraşdırılma və sökülməsində
mürəkkəb işlərin icrası.
Bilməlidir: Kabellərin
çəkilməsində dayaq konstruksiya və trasların
yerinin nişanlanma qaydalarını. Stenlərdə və
emalatxanalarda naqil düyünlərini hazırlamaq
üçün, kabel çəkilmə yerlərinin
ölçülməsi və eskizlərin tərtib edilmə
qaydalarını. Yerinə yetirilmiş
çəkilmədə fazaların yerləşdirmə
qaydasını və yerinə yetirilmiş sxemin yoxlanma
metodlarını. Gərginliyi 10 kv-a qədər olan güc
və nəzarət kabellərin hazırlama və
quraşdırılma üsullarını.
İş nümunələri. Gərginliyi 10 kv-a qədər olan
kabellərdə bütün növ uc bağlama və
birləşdirici bilərziklərin
quraşdırılması. Kəsiyinin sahəsi 70 mm2-dan
artıq olan kabellərin uclarının bütün
üsullarla bağlanması və onların
birləşdirilməsi. Birləşdirici qurğuşun
bilərziklərinin hazırlanması. Güc və
nəzarət kabellərin (yağ doldurulmuşdan savayı)
xəndək, növ, tunel və bina daxilində (partlama
təhlükəli zonadan savayı) kabel qoruyucularını
tətbiq etmədən bütün üsullarla qoyulması.
Kabellərin markalanması, girəcək qurğuların,
ayırıcı və neytrallerlərin qoyulması və
çıxarılması. Fazaların müəyyən
edilməsi. Kabellərin bağlanmağa hazırlanması.
Yağın təzyiqinin ölçülməsi. Yağ
doldurulmuş kabel xətləri üçün, yağ
verən aqreqatların quraşdırılması.
Üçağızlı ayırıcıların
hazırlanma və yığılması.
§ 229 Kabel
şəbəkələri üzrə elektrik
quraşdırıcısı
6-cı dərəcə
İşin xüsusiyyəti. Kabel şəbəkələrinin
quraşdırılmasında xüsusi mürəkkəb
işlərin icrası.
Bilməlidir: Gərginliyi 10
kv-dan artıq olan güc nəzarət kabellərin
hazırlanma və quraşdırma üsullarını.
Elektrik-texniki qurğuların quruluşunu. Obyektlərin
istismara təhvil verilməsinin texniki şərtlərini.
Partlama təhlükəli zonalarda işin yerinə
yetirilməsi qaydalarını.
İş nümunələri. Kabellərin çəkilmə traslarının
nişanlanması. Partlama təhlükəli binalarda
kabellərin çəkilməsi. Su anbarlarında
bütün növ güc və nəzarət kabellərin
qoyulması. Yağla doldurulmuş növ kabellərin
qoyulması. Gərginliyi 10 kv-dan artıq olan kabellərdə
bütün növ uc bağlama və birləşdirici
bilərziklərin quraşdırılması. Qruntda
deşiklərin açılması. Bilərzik və boru
kəmərinin qurudulma, vakuumlaşdırma və azotla
doldurulması. Qurğularda yağın qazdan
təmizlənməsi. Təzyiq çənlərinə
cərəyanın verilməsi və dəyişdirilməsi.
Yağ verən sistemlərin sınaqdan keçirilməsi.
Təzyiq ötürücülərinin qoyulması.
Transformatorların söykənmə xətti kabel girəcəklərin
quraşdırılması, onların
vakuumlaşdarılması və yağla doldurulması.
Mənfi temperaturlar olduqda kabellərin
qızdırılması.
§
230 KESSONÇU – APARATÇI
4-cü dərəcə
İşin xüsusiyyəti. Şlyuz aparatlarına xidmət
göstərmək üzrə orta mürəkkəbli
işlərin icrası.
Bilməlidir: Şlyuz
aparatlarının kamerayanı yerlərin və mərkəzi
kameraların quruluşunu. Şlyuz aparatından adamların
girib-çıxma qaydalarını. Qoruyucu ləvazimat,
ölçü, cihaz və siqnalizasiyanın
yerləşmə və quruluşunu.
İş nümunələri. Fəhlələrin şlyuz aparatlarından girib
və çıxması, şlyuzların
açılması və bağlanması. Kamera yanı
yerlərə yüklərin qəbulu və ya boş badya
və vaqonetkaların verilməsi. Material, avadanlıq və
alətlərin kamerayanı yerlərə
ötürülməsi.
§
231 Kessonçu – aparatçı
5-ci dərəcə
İşin xüsusiyyəti. Şlyuz
aparatlarına xidmət göstərmək üzrə
mürəkkəb işlərin icrası.
Bilməlidir: Müxtəlif
sistemli şlyuz aparatlarının quruluşunu. Şlyuz
aparatından badya, alət, material və avadanlıqların
qəbul və verilmə qaydalarını.
İş nümunələri. Şlyuz
aparatından badya, alət, material və şlyuz aparat
qapılarının açılma və bağlanma
avadanlıqların qəbul və verilməsi. Şaxta
borularının quraşdırılması və
sökülməsi. Şlyuz aparatının
sökülməsi. Poliplastların yığılması
və ötürülməsi. Blokların bərkidilməsi
və polad kanat düyünlərinin toxunması. Şaxta
borularının uzadılması və sökülməsi.
Şlyuz aparatında rels yollarının qurulması.
§
232 Kessonçu
– aparatçı
5-ci dərəcə
İşin xüsusiyyəti. Şlyuz
aparatının qaldırıcı mexanizmlərinin idarə
olunması və xüsusi mürəkkəbli
quraşdırma və sökülmə işlərinin
icrası.
Bilməlidir: Kesson
avadanlıqlarının quraşdırma və kesson
işlərinin istehsal qaydalarını. Şlyuz aparatı
işçi kamerasından alət, material və
avadanlıqların buraxılma qaydalarını.
İş nümunələri. Badyaların
endirmə və qaldırılması. İşçi
kameradan alət, material və avadanlıqların
keçirilməsi. Şaxta boru-ları boyunca tirlərin
qoyulma və çıxarılmasında
sıxılmış havanın təzyiqinin
tənzimlənməsi. Araya qoyulan elementləri
düzməklə və flansları boltlarla
birləşdirməklə şlyuz aparatının
mərkəzi kamerasının qurulması. Kamerayanı
yerlərin və qapıların qoyulması.
§ 233 KESSONÇU -
QAZMAÇI
5-ci dərəcə
İşin xüsusiyyəti. Kessonda torpağın qazılması və
nəql edilməsi üzrə mürəkkəb
işlərin icrası.
Bilməlidir: Torpaqların
əsas xüsusiyyətlərini və onların əl və
mexanikləşdirilmiş alətlə qazılma
üsullarını. Şlyuz aparat və istifadə edilən
qaldırıcı-nəqliyyat qurğularının
quruluşunu. Kessonlarda işi yerinə yetirərkən
yüklərin storplama və nəql edilmə
üsullarını.
İş nümunələri. Kessonda
əl və ya pnevmatik alətlərlə, torpağı atmaq
və badyaya doldurmaqla qazmaq. Şpurların qazılması.
Kessonun kamerasında torpağın verilmə və
materialların qəbulu. Kessonun kamerasında şpal
qəfəslərinin qurulma və sökülməsi.
§ 234 Kessonçu – qazmaçı
6-cı dərəcə
İşin xüsusiyyəti. Torpağın qazılması və kessonun
kamerasının doldurulması üzrə xüsusi
mürəkkəb işlərin icrası.
Bilməlidir: Hidromonitorlarla
Torpağın qazılma üsullarını. Sifondan
istifadə etmə qaydalarını. Quraşdırma
işlərinin istehsal qaydalarını.
İş nümunələri. Kessonun bıçağı altında
torpağın qazılması. Kessonun altlıqdan
götürülməsi və oturdulması. Hidromonitoru
tətbiq etməklə kessonda torpağın qazılması.
Kessonun endirmə prosesində kessonun bıçağı
altından maneələrin götürülməsi. Kesson
kamerasının doldurulmasında, beton, yontalanmış
daşdan olan betonun qoyulması. Şaxta boruları boyunca
tirlərin qoyulma və çıxarılması.
§ 236 KESSONÇU –
ELEKTRİKQURAŞDIRICISI
6-cı dərəcə
İşin xüsusiyyəti. Şlyuz aparatı və kessonda elektrik
avadanlıqlarının quraşdırma, xidmət və
təmiri.
Bilməlidir: Kesson
avadanlıqları və telefon rabitə sistemlərinin
quruluşunu. İşarəvermə qaydalarını.
İş nümunələri. Kesson elektrik-avadanlıq, elektikaparat, armatur, telefon,
bütün növ elektrik kəmərlərinin və
siqnalizasiya sistemlərinin quraşdırma və
sökülməsi. Gərginlik altında
quraşdırmanın düzgünlüyünün
yoxlanması. Şəbəkə və elektrik
qurğularının işində qeyri-sazlığın
müəyyənləşdirilməsi və aradan
götürülməsi.
§ 237 KESSONÇU – ÇİLİNGƏR
4-cü dərəcə
İşin xüsusiyyəti. Şlyuz aparatı və boru kəmərlərinin
armaturlarının quraşdırılması və
sökülməsi üzrə ortamürəkkəbli
işlərin icrası.
Bilməlidir: Səsli
siqnalizasiya qaydalarını. Şlyuz aparat və boru
kəmərlərinin armaturlarının quruluşunu.
İş nümunələri. Kessonun bıçaq hissələrinin
qoyulması. Şlyuz aparatının avadanlıqlarının
sökülməsi (bucurqadlar, reduktorlar). Yuyulan (su ilə
əlaqədə olan) ləvazimatların
quraşdırılması və sökülməsi. Sifonlu,
havaüfürən, sutəzyiqli və pulpakəməri
xətlərinin quraşdırma və sökülməsi.
§ 238 Kessonçu – çilingər
5-ci dərəcə
İşin xüsusiyyəti. Kesson avadanlıqları mexanizmlərinin
quraşdırılması və cari təmiri üzrə
mürəkkəb işlərin yerinə yetirilməsi.
Bilməlidir: Şlyuz
aparatlarının quruluşunu. Kesson avadanlıqlarının
istismar qaydalarını, hidromonitor, hidroelevator və torpaqsoran
qurğuların quruluşunu. Mexanizmləri yağlamaq
üçün işlədilən sürtgü və
yağların xüsusiyyət və istifadə etmə
üsullarını.
İş nümunələri. Qaldırıcı mexanizm və şlyuz
aparatları armaturlarının təmiri. Sifonlu,
havaüfürən, sutəzyiqli və pulpakeçirdən
boru kəmərlərinin, hidromonitor və hidroelevatorların
təmiri. Kessonda hidromexanizasiya avadanlıqlarının
quraşdırılması. Şaxta boru hissələrinin
qurulması. İstiqamətverici planka və
pilləkənlərin qurulması.
§ 239 Kessonçu -
çilingər
6-cı dərəcə
İşin xüsusiyyəti. Şlyuz aparatlarının bütün
sistemlərinin mexanizm və armaturlarının
quraşdırılması üzrə xüsusi
mürəkkəbli işlərin icrası.
Bilməlidir:
Avadanlıqların quraşdırma və cari təmirinin icra
qaydalarını. Nəzarət cihazlarının
göstərdiyinin düzgünlüyünün yoxlama
üsullarını.
İş nümunələri. Bütün növ və şlyuz
aparatlarının armatur qaldırıcı mexanizmlərinin
quraşdırılması.
§ 240 Kənd
təsərrüfatı avadanlıqlarının
quraşdırıcısı
2-ci dərəcə
İşin xüsusiyyəti. Kənd təsərrüfatı
avadanlığı və onunla bağlı konstruksiyaların
quraşdırılmasında ən sadə işlərin
icrası.
Bilməlidir:
Avadanlıqların açılma üsullarını. Ən
sadə takelaj ləvazimatlarının növləri və
onların tətbiq edilmə üsullarını. Avadanlıq
detallarına sürtgünün çəkilmə
üsullarını. Çilingər alətlərinin
təyinatını.
İş nümunələri. Qeyri-vacib detalların boltla bərkidilməsi.
Avadanlıqların açılması. Aparat və
avadanlıqda nömrə lövhəciklərinin hazırlanma
və qurulması.
§ 241 Kənd
təsərrüfatı avadanlıqlarının
quraşdırıcısı
3-cü dərəcə
İşin xüsusiyyəti. Kənd təsərrüfatı
avadanlığı və onunla bağlı konstruksiyaların
quraşdırılmasında sadə işlərin icrası.
Bilməlidir:
İşlədilən materialların əlamətlərini.
Qeyri mürəkkəb quraşdırma işlərinin
yerinə yetirilmə üsullarını. Sadə takelaj
vasitələrindən istifadə edilmə qaydalarını
və onların quruluşunu.
İş nümunələri. Ülgü üzrə detalların
nişanlanması. Deşiklərin dişli çarx və
burğu ilə deşilməsi. Yivli və flanslı
birləşmələrin yığılması. Yivlərin
əl alətləri ilə kəsilməsi. Altlıq və
aralıqların hazırlanması. Metalkonstruksiyaların
düzəldilməsi. Qovuşmaların
quraşdırıcı boltlarla bərkidilməsi. Boru
yuvalarının təmizlənməsi, boru uclarının
bişirmə və emal edilməsi. Quşların
qəfəsdə saxlanması üçün
qəfəslərin quraşdırılması.
§ 242 Kənd
təsərrüfatı avadanlıqlarının
quraşdırıcısı
4-cü dərəcə
İşin xüsusiyyəti. Kənd təsərrüfat avadanlığı
və onunla bağlı konstruksiyaların quraşdırılmasında
orta mürəkkəbli işlərin icrası.
Bilməlidir: Orta
mürəkkəbli avadanlıqaltı bünövrə
ölçülərinin yoxlama üsullarını və bu
avadanlıqların quraşdırma metodlarını
(üsullarını). Mexanikləşdirilmiş
alətdən istifadə etmə üsullarını.
Quraşdırılmış avadanlığın
yoxlanılıb düzəldilməsinin ən sadə
üsullarını. Hidravlik sınaqdan keçirilmə
üsullarını. Yüklərin ilmələnmə və
yerdəyişmə üsullarını, habelə
mexanikləşdirilmiş takelaj avadanlığından
istifadə etməni. Quraşdırılan avadanlıqların
quruluşunu.
İş nümunələri. Nasos və bucurqad altı karkasların
qoyulması. Bucurqad mexanizmləri, təmizləyici
süzgəclərin ştanqlarının yığılma
və sökülməsi. Çənlərin
quraşdırılması. Fermadaxili nəqliyyat
(ötürücüdən savayı)
avadanlığının quraşdırılması. Süd
maşınlarının quraşdırılması
(ötürücü və nasoslardan savayı) yemin emal
edilməsi üzrə avadanlıqların
quraşdırılması (ötürücü
hissədən savayı) pörtmə çənləri,
pörtmə qarışdırıcı siklonlar,
süzgəc qurğuları, özüaxıdan boru
kəmərləri, samankəsici əl barabanı, donuz və
quşlar üçün qeyri-mürəkkəb avtomatik yem
qutularının quraşdırılması. Qəfəsli
batareya karkaslarının quraşdırılması.
Yumurtaların yığılma və emalı üzrə
şinlərin quraşdırılması.
Porşenli-quraşdırıcı tapançaların
köməyi ilə detal və cihazların bərkidilməsi.
§ 243 Kənd
təsərrüfatı avadanlıqlarının
quraşdırıcısı
5-ci dərəcə
İşin xüsusiyyəti. Kənd təsərrüfatı
avadanlığı və onunla bağlı konstruksiyaların
quraşdırılmasında mürəkkəb işlərin
icrası.
Bilməlidir:
Quraşdırıcı oxların nişanlama, qurulma və
yerdəyişmə üsullarını.
Quraşdırmaaltı bünövrə və
avadanlıqların qurulma yerlərinin yoxlama və qəbul
qaydalarını. Mürəkkəb avadanlığın
quraşdırma üsullarını. Quraşdırılan
avadanlığın tarazlaşma,
mərkəzləşmə, yoxlanılıb
düzəldilmə və tənzimləmə
üsullarını. Sürtkü sistemlərinin quruluş
və işləmə prinsiplərini. Mexanizm və
maşınların quraşdırılmasına qoyulan texniki
tələb və buraxıla bilən artıq-əskikliyi.
Mürəkkəb avadanlıqların istismara təhvil
verilmə qaydalarını.
İş nümunələri. Su təzyiqli nasos və elektrikmotorları
vakuumnasos, sentrifuqa, dizel, güclü 73 kvt-a (100 a.q.)
qədər olan buxar və külək
mühərriklərinin quraşdırılması. Lent və
plastinli trasporter, xırdalanmış yemləri verən
pnevmatik sistemlərin quraşdırılması. Stasionar
və yerdəyişən sağıcı qurğu, turşu
tərtib edən maşın, pendir və kəsmik
üçün preslərin quraşdırılması. Silosu
toxaclayıcı, çeçədoğrayan,
kökkəsən, kartofəzən, aqreqatların və
fermadaxili nəqliyyatın ötürücü hissə, orta
mürəkkəbli süd tanklarının
quraşdırılması. Peyinxaricedən nasos və cavan
heyvanları su ilə bəsləmək üçün
qurğuların quraşdırılması. Bloklardan
bütün tip və sistemlərdən olan inkubatorların
quraşdırılması.
§ 244 Kənd
təsərrüfatı avadanlıqlarının
quraşdırıcısı
6-cı dərəcə
İşin xüsusiyyəti. Kənd təsərrüfatı
avadanlıqlarının quraşdırılması
üzrə yüksək dəqiqlik tələb edən
xüsusi mürəkkəb işlərin icrası.
Bilməlidir: Xüsusi
mürəkkəb avadanlıqların quraşdırma
üsullarını. Avadanlıqların tənzimləmə
və sazlama üsullarını. Aqreqat və
maşınların istismara təhvil verilməsində
onların yoxlanma qaydalarını.
İş nümunələri. Supüskürdən qurğu, kompressoru qurmaqla
erlift, avtomatik suçıxardanların
quraşdırılması. Skreper və kanat-skreper qurğu,
avtomatik nəqliyyat və asma yol avadanlıqlarının
quraşdırılması. Sağılma zal
avadanlığı, soyuducu qurğu, buxarfışqıran
vakuumlu qurğuların, buxar pasterizatorları, fasiləsiz
işləyən yağhazırlayıcı,
mürəkkəb süd tankları, universal
vərdənəli və jernovlu dəyirmanların
quraşdırılması. Bütün tip və sistemlərdən
olan inkubatorların ayrı-ayrı düyünlərdən,
qoyunları qırxmaq üçün mexanika və elektrik
qırxıcı aqreqat, yunları presləmək üçün
press, dizel, gücü 7 kvt-dan (1000 a.t.) artıq olan buxar
və külək mühərriklərinin
quraşdırılması.
§
245 Kimya və neft sənayesi müəssisə
avadanlıqlarının
quraşdırıcısı
2-ci dərəcə
İşin xüsusiyyəti. Kimya və neft sənayesi müəssisə
avadanlıq və onlarla bağlı konstruksiyaların
quraşdırılmasında ən sadə işlərin
icrası.
Bilməlidir:
Avadanlıqların açılma üsullarını. Ən
sadə takelaj ləvazimatların növlərini və
onların tətbiq olunma üsullarını. Avadanlıq
detallarının yağlama üsullarını.
Çilingər alətlərinin təyinatını.
İş nümunələri. Qeyri-vacib
detalların boltla bərkidilməsi. Avadanlığın
açılması.
§ 246 Kimya və neft sənayesi
müəssisə avadanlıqlarının
quraşdırıcısı
3-cü dərəcə
İşin xüsusiyyəti. Kimya və neft sənayesi müəssisə
avadanlıq və onlarla bağlı konstruksiyaların
quraşdırılmasında sadə işlərin icrası.
Bilməlidir: İşlədilən
materialların əlamətlərini. Qeyri-mürəkkəb
quraşdırma işlərinin yerinə yetirilmə
üsullarını. Sadə takelaj vasitələrinin
quruluşu və onlardan istifadə ötmə
qaydalarını.
İş nümunələri. Ülgü üzrə detalların
nişanlanması. Yivli və flanslı
birləşmələrin yığılması. Altlıq
və aralıqların hazırlanması.
Metalkonstruksiyaların düzəldilməsi. Qovuşmaların
quraşdırıcı boltlarla bərkidilməsi. Boru yuvalarının
təmizlənməsi və boru uclarının bişmə
və emal edilməsi.
§
247 Kimya və neft
sənayesi müəssisə avadanlıqlarının
quraşdırıcısı
4-cü
dərəcə
İşin xüsusiyyəti. Kimya və neft sənaye müəssisə
avadanlıq və onlarla bağlı konstruksiyaların
quraşdırılmasında orta mürəkkəb
işlərin icrası.
Bilməlidir: Orta
mürəkkəbli avadanlıqaltı bünövrə
ölçülərinin yoxlanma üsullarını və bu
avadanlıqların quraşdırma metodlarını.
Mexanikləşdirilmiş alətlərdən istifadə
etmə üsullarını. Quraşdırılmış
avadanlıqların yoxlanılıb düzəldilməsinin
ən sadə üsullarını. Hidravlik sınaqdan
keçirilmə üsullarını. Yüklərin
ilmələnmə və yerdəyişmə
üsullarını. Mexanikləşdirilmiş takelaj
avadanlığından istifadə etmə qaydalarını.
Quraşdırılmış avadanlıqların
quruluşunu.
İş nümunələri. Düyün və bloklarda ümumi kütləsi 3
t-a qədər, yığmada isə 10 t-a qədər daxil
olan texnoloji avadanlıqların quraşdırılması.
Qızdırıcı, icbari fəaliyyətli qapaq və
digər orta mürəkkəbli havabölüşdürücü
blok aparaturasının quraşdırılması.
Külək çəp dayaqları və dartıcıların
qurulması. Qızdırıcı borulu peçlərin
şaquli şəbəkə bucaqlarının qurulması.
§ 248 Kimya və neft sənayesi
müəssisə avadanlıqlarının
quraşdırıcısı
5-ci dərəcə
İşin xüsusiyyəti. Kimya və neft sənaye müəssisə
avadanlıq və onlarla bağlı konstruksiyaların
quraşdırılmasında mürəkkəb işlərin
icrası.
Bilməlidir:
Quraşdırıcı oxların nişanlanma, qurulma və
yerinin dəyişdirilmə üsullarını.
Quraşdırmaaltı bünövrə və
avadanlıqların quraşdırma yerinin yoxlanma və
qəbul qaydalarını. Mürəkkəb
avadanlığın qəbul və yoxlanma qaydalarını.
Mürəkkəb avadanlıqların quraşdırma
üsullarını, Quraşdırılan avadanlıqların
tarazlaşma, mərkəzləşmə, yoxlanılıb
düzəldilmə və tənzimlənmə
üsullarını. Sürtkü sistemlərinin quruluş
və işləmə prinsiplərini. Mexanizm və
maşınların quraşdırılmasına qoyulan texniki
tələbləri və müəyyən edilmiş
buraxıla bilən artıq-əskikliyi. Mürəkkəb
avadanlıqların istismara təhvİl verilmə
qaydalarını.
İş nümunələri. Düyün və bloklarda ümumi kütləsi 3
t-dan 10 t-a qədər, yığılmada isə 10 t-dan 25 t-a
qədər daxil olan texnoloji avadanlıqların quraşdırılması.
Hündürlüyü 16 m-ə qədər olan sütun
tipli aparatların quraşdırılması. 10 MPA (100 kqs/sm2)
qədər işçi təzyiqi ilə işləyən
kütləsi 25 t-a qədər olan texnoloji
avadanlıqların quraşdırılması. Şaquli
hörülmüş bişmə və borulu mexaniki
peçlərin quruducu barabanlarının
quraşdırılması. Borulu peç
avadanlıqlarının qurulması. Regenerator və havanı
bölmə bloklarının qapaqlı qutularının
quraşdırılması, texnoloji kütləsi 25 t-a
qədər olan hündür texnoloji metal konstruksiyaların
(etajerlərin) iriləşdirilmiş yığılma və
quraşdırılması.
§ 249 Kimya və neft sənayesi
müəssisə avadanlıqlarının
quraşdırıcısı
6-cı dərəcə
İşin xüsusiyyəti. Kimya və neft sənayesi müəssisə
avadanlıqlarının quraşdırılmasında
xüsusi mürəkkəb və yüksək dəqiqlik
tələb edən işlərin icrası.
Bilməlidir: Xüsusi
mürəkkəb avadanlıqların qəbulu və yoxlama
qaydalarını. Xüsusi mürəkkəb
avadanlıqların quraşdırma üsullarını.
Xüsusi mürəkkəb avadanlıqların
tənzimləmə və sazlama üsullarını. Aqreqat
və maşınların istismara təhvil verilməsində
onların yoxlanma qaydalarını.
İş nümunələri. Aparatın düyün və bloklarda ümumi
kütləsi 10 t-dan yuxarı, yığılmada isə 25
t-dan yuxarı olan texnoloji avadanlıqların
quraşdırılması. 10 MPA (100 kqs/sm2)-dən
çox işçi təzyiq ilə işləyən
texnoloji avadanlıqların quraşdırılması.
Hündürlüyü 16 m-də artıq olan sütun tipli
aparatların quraşdırılması. Qoruyucu qapaqların
tənzimlənməsi.
§
250 KOKS-KİMYA İSTEHSALI
AVADANLIQLARININ
QURAŞDIRICISI
2-ci dərəcə
İşin xüsusiyyəti. Koks-kimya istehsalı avadanlıqları və onunla
bağlı konstruksiyaların quraşdırılmasında
ən sadə işlərin yerinə yetirilməsi.
Bilməlidir:
Avadanlıqların açılıb boşaldılma
üsullarını. Ən sadə takelaj
qurğularının növlərini və onların
istifadə olunma üsullarını. Avadanlıq
detallarının yoxlama üsullarını. Çilingər
alətlərinin təyinatını.
İş nümunələri. Qeyri-vacib detalların boltla bərkidilməsi.
Avadanlıqların açılıb boşaldılması.
Aparat və avadanlıqda nömrə lövhəciklərinin
hazırlanması və qurulması.
§
251 KOKS-KİMYA İSTEHSALI
AVADANLIQLARININ
QURAŞDIRICISI
3-cü dərəcə
İşin xüsusiyyəti. Koks-kimya istehsalı avadanlıqları və onunla
bağlı konstruksiyaların quraşdırılmasında
sadə işlərin yerinə yetirilməsi.
Bilməlidir: İstifadə
edilən materialların əlamətlərini.
Mürəkkəb olmayan quraşdırma işlərinin
yerinə yetirilmə üsullarını. Sadə takelaj
vasitələrinin quruluşunu və onlardan istifadə
etmə qaydalarını.
İş nümunələri. Ülgü üzrə detalların
nişanlanması. Dişli çarx və drellə
oyuqların deşilməsi. Yivli və flanslı
birləşmələrin yığılması. Yivin əl
alətləri ilə kəsilməsi. Altlıq və
aralıqların hazırlanması. Metalkonstruksiyanın
düzəldilməsi. Bitişmə yerlərinin
quraşdırıcı boltla bərkidilməsi. Boru
üçün yuvanın təmizlənməsi, boru
uclarının bişirmə və emal edilməsi.
§ 252 KOKS-KİMYA İSTEHSALI
AVADANLIQLARININ
QURAŞDIRICISI
4-cü dərəcə
İşin xüsusiyyəti. Koks-kimya istehsalı avadanlıqları və onunla
bağlı konstruksiyaların quraşdırılmasında
orta mürəkkəbli işlərin yerinə yetirilməsi.
Bilməlidir: Orta
mürəkkəbli avadanlıqaltı bünövrə
ölçülərinin yoxlama üsullarını və bu
avadanlıqların quraşdırma metodlarını.
Mexanikləşdirilmiş alətlərdən istifadə etmə
üsullarını. Quraşdırılmış
avadanlıqların yoxlanılıb düzəldilməsinin
ən sadə üsullarını. Hidravlik sınağın
keçirmə üsullarını. Yükün
ilmələnmə və yerdəyişmə
üsullarını. Mexanikləşdirilmiş takelaj avadanlıqdan
istifadə etmə qaydalarını. Quraşdırılan
avadanlıqların quruluşunu.
İş nümunələri. Aşağı anker bağlayıcıları,
koks maşınları üçün çətir və
trolleylər hasarı, yüklənən vaqonun trolleyaltı
qoruyucu sütun ekranlarının, kömür qülləsi
bunkerlərinin sürgüsünün qızma boru qolunun
quraşdırılması. Baxıcı
gözlüklərə qızdırıcı sistemin
qazçəkmə borularına qapaqların qoyulması.
§
253 Koks-kimya
avadanlıqlarının quraşdırıcısı
5-ci
dərəcə
İşin xüsusiyyəti. Koks-kimya istehsalı avadanlıqları və onunla
bağlı konstruksiyaların quraşdırılmasında
mürəkkəb işlərin
yerinə yetirilməsi.
Bilməlidir:
Quraşdırıcı oxların nişanlanma, qurulma və
yerdəyişmə üsullarını.
Quraşdırmaaltı bünövrənin və
avadanlıqların qurulma yerinin yoxlama və qəbul
qaydalarını. Mürəkkəb avadanlığın
quraşdırma üsullarını. Quraşdırılan
avadanlıqların tarazlaşma, mərkəzləşmə,
yoxlanılıb düzəldilmə və
tənzimləmə üsullarını. Sürtgü
sisteminin quruluşunu və işləmə prinsiplərini.
Mexanizm və maşınların quraşdırılmasına
qoyulan texniki tələbləri və müəyyən
edilmiş yol verilə bilən artıq-əskikliyi.
Mürəkkəb avadanlığın istismara təhvil
verilmə qaydalarını.
İş nümunələri. Qaz topları, şaquli birləşmiş boru,
kömür qüllə sürgü, şiber, uzununa olan anker
bağlayıcı və koksu yoxlamaq üçün
barabanların quraşdırılması. Ankerli sütun, koks
peçlərinin qapı çərçivə, ehtiyat
qapı stansiya, haşiyəli və qrafitsəzləndirən
bucurqad, koks maşın yolları, xidmətedici meydança,
aşırma qaz kəməri, naftalin əridici, kristallizator
və deemulsatorların quraşdırılması.
Kütləsi 10 t-a qədər olan defleqmator, distiləedici
bölücü, rektifikasiyalı və ammiaklı və
sütunyanlarının quraşdırılması.
§ 254 Koks-kimya
avadanlıqlarının quraşdırıcısı
5-ci dərəcə
İşin xüsusiyyəti. Koks-kimya istehsalı avadanlığı
üzrə xüsusi mürəkkəb və yüksək
dəqiqlik tələb edən işlərin yerinə
yetirilməsi.
Bilməlidir: Xüsusi
mürəkkəb avadanlıqların quraşdırma
üsullarını. Avadanlıqların tənzimləmə
və sazlama üsullarını. Aqreqat və
maşınların istismara verilməsində, onların
yoxlanma qaydalarını.
İş nümunələri. Koks maşın, koks peçləri qapı,
haşiyə düzəldən qurğu, qüllə tipli
aparatların quraşdırılması. Kütləsi 10 t-dan
çox olan defleqmator, distiləedici, bölücü,
rektifikasiyalı və ammiak sütunların
quraşdırılması. Zireh, qazhavalı klapan,
buxarinjeksiya sistemi, qızdırıcı armatur, koksun quru
üsulla söndürmə qurğu, mexanikləşdirilmiş
rəngağardan, saturator, elektriksüzgəc
vaqonlaşdırıcıların
quraşdırılması.
§ 255 Kompressor, nasos və
havadəyişdiricilərin
quraşdırıcısı
2-ci dərəcə
İşin xüsusiyyəti. Kompressor, nasos, Havadəyişdiricilərin və
onlarla bağlı konstruksiyaların
quraşdırılmasında ən sadə işlərin
yerinə yetirilməsi.
Bilməlidir:
Avadanlıqların açılması və konservasiyadan
çıxarılma üsullarını. Ən sadə takelaj
ləvazimatının növləri və onların
işlədilmə üsullarını. Avadanlıq
detallarının yağlanma üsullarını.
Çilingər alətlərinin təyinatını.
İş nümunələri. Qeyri-vacib detalların boltla bərkidilməsi.
Avadanlıqların açılma və konservasiyadan
çıxarılması. Bünövrələrin
dayaqlı səthlərinin hamarlanma, çərtilmə,
təmizlənməsi və onların su ilə yuyulması.
Avadanlıqlardan tozun, çirkin və konservasiya
qatının götürülməsi.
§ 256 Kompressor, nasos və
havadəyişdiricilərin
quraşdırıcısı
3-cü dərəcə
İşin xüsusiyyəti. Kompressor, nasos, Havadəyişdiricilərin və
onlarla bağlı konstruksiyaların
quraşdırılmasında sadə işlərin yerinə
yetirilməsi.
Bilməlidir:
İşlədilən materialların növlərini.
Mürəkkəb olmayan quraşdırma işlərinin
yerinə yetirilmə üsullarını. Sadə takelaj
vasitələrinin quruluşunu və onlardan istifadə
etmə qaydalarını.
İş nümunələri. Ülgü üzrə detalların
nişanlanması. Avadanlıq düyün və detalların
həlledicilərlə yuyulması və quruyana qədər
onların silinməsi. Altlıq və araqatının
hazırlanması, Yivli və flanslı
birləşmələrin yığılması. Metal
konstruksiyasının düzəldilməsi. Bitişmə
yerlərinin quraşdırıcı boltlarla
bərkidilməsi.
§ 257 Kompressor, nasos və
havadəyişdiricilərin
quraşdırıcısı
4-cü dərəcə
İşin xüsusiyyəti. Kompressor, nasos, Havadəyişdiricilərin və
onlarla bağlı konstruksiyaların
quraşdırılmasında orta mürəkkəbli
işlərin icrası.
Bilməlidir: Orta
mürəkkəbli avadanlıq bünövrələrinin
yoxlama üsullarını və avadanlıqların
quraşdırma metodlarını. Mexanikləşdirilmiş
alətdən istifadə etmə üsullarını.
Quraşdırılmış avadanlıqların
yoxlanılıb düzəldilməsinin ən sadə
üsullarını. Hidravlik sınaqdan keçirmə
üsullarını. Avadanlıqların ilmələnmə
və yerdəyişmə üsullarını.
Mexanikləşdirilmiş takelaj avadanlığından
istifadə etmə qaydalarını. Quraşdırılan
avadanlığın quruluşunu və onun
quraşdırılma texnologiyasını.
İş nümunələri. Altlığın bünövrəyə uyğun
qoyulması. Bünövrə boltlarının qurulması.
Diametri 200 mm-ə qədər şərti təzyiqi 4 MPa
qədər olan avadanlıqla birlikdə alınan qaz və su
boru kəmərlərinin quraşdırılması.
Üfürücü çənlərin, nəmayrıcı
və ölçücü kolonkaların qurulması. Yağ
kəməri elementlərinin kimyəvi üsulla
təmizlənməsi. Korroziya izlərinin kənar edilməsi,
yoxlama və avadanlıqların quraşdırma prosesində
yağlanması.
§ 258 Kompressor, nasos və
havadəyişdiricilərin
quraşdırıcısı
5-ci dərəcə
İşin xüsusiyyəti. Kompressor, nasos, Havadəyişdiricilərin və
onlarla bağlı konstruksiyaların
quraşdırılmasında mürəkkəb işlərin
icrası.
Bilməlidir:
Quraşdırıcı oxların nişanlama, qurulma və
yerinin dəyişdirilmə üsullarını.
Quraşdırma üçün bünövrə və
avadanlıqların qurulma yerinin yoxlama və qəbul etmə
qaydalarını. Mürəkkəb avadanlıqların
quraşdırma və sınaqdan keçirmə
üsullarını. Quraşdırılan avadanlıqların
tarazlaşma, mərkəzləşmə, yoxlanılıb
düzəldilmə və tənzimlənmə
üsullarını. Yağlama elementlərinin quruluşunu
və fəaliyyət prinsiplərini, Mexanizm və
maşınların quraşdırılmasına qoyulan texniki
tələb və müəyyən edilmiş buraxıla
bilən artıq-əskikliyi. Mürəkkəb
avadanlıqların istismara təhvil vermə qaydalarını.
İş nümunələri. Kütləsi 1 t-a qədər olan kompressor
(sınaqsız) və nasos aqreqatların
quraşdırılması. Yığılmış
vəziyyət alınmış havadəyişdiricilər
və tüstü soranların quraşdırılması.
Kütləsi 0,75 t-a qədər olan nasosların
quraşdırılması. Kütləsi 0,5 t-a qədər
olan elektrik mühərriklərinin (mexaniki hissəsi)
quraşdırılması. Qeyd olunan avadanlıqların
quraşdırılması üçün
bünövrənin qəbulu. Aqreqatların hava və
valıdönən mexanizmlərin tənzimləyici
kolonkasının qurulması. Kütləsi 50. kq-a
qədər olan bilərziklərin çıxarılma və
qoyulması. Diametri 200 mm-ə qədər şərti
təzyiqi 4 MPa-dan 10 MPa-ya qədər olan (40-dan 100 kq/sm2-ə
qədər) maşın çərçivəsində boru
kəmərlərinin quraşdırılması. Diametri 200
mm-dən 300 mm şərti təzyiqi 4MPa (40 g/sm) olan
avadanlıqla birlikdə daxil olan borukəmərinin
quraşdırılması.
Nasos, rezervuar, süzgəc, maye
yağsürtücü sistemlərin soyuducularının
quraşdırılması, boru kəmərlərinin
quraşdırılması və tutumu 0,75 m3-ə
qədər olan yağ sistemlərinin yuyulması.
Yarımbilərziklər ilə valların
mərkəzləşməsi. Sürüşmə
podşipnikin dartıcı qapağını
tənzimləməklə aralıqların
ölçülməsi. Səthlərin şaberlə
yonulması. Yoxlama və quraşdırmada avadanlıqların
mürəkkəb düyünlərinin sökülmə,
yoxlanma və yığılması.
§ 259 Kompressor, nasos və
havadəyişdiricilərin
quraşdırıcısı
6-cı dərəcə
İşin xüsusiyyəti. Yüksək dəqiqlik tələb edən,
xüsusi mürəkkəb kompressor, nasos,
Havadəyişdiricilərin quraşdırılması.
Bilməlidir: Xüsusi
mürəkkəb avadanlıqların quraşdırma
üsullarını. Avadanlıqların tənzimlənmə
və sazlanma üsullarını. Aqreqat və
maşınların istismara verilməsində, onların
yoxlanma qaydalarını.
İş nümunələri. Kütləsi 1 t-dan artıq olan kompressor və
nasos aqreqatlarının quraşdırılması.
Kütləsindən asılı olmayaraq aqreqat
şəklində olmayan kompressorların quraşdırılması.
Kompressor və kompressor aqreqatların sınaqdan
keçirilməsi. Hissələrlə daxil olan havadəyişdiricilər
və tüstü soranların quraşdırılması.
Kütləsi 0,75 t-dan artıq olan nasosların
quraşdırılması. Kütləsi 0,5 t-dan artıq olan
elektrik mühərriklərinin quraşdırılması,
Reduktor, aralıq qaz soyuducularının
quraşdırılması. Xüsusi mürəkkəb avadanlıqların
quraşdırılması üçün
bünövrələrin qəbulu. Diametri 200 mm-dən 400
mm-ə qədər, şərti təzyiqi 4MP-dan 10 MPa-ya
(40,-dan 100 kqs/sm2) qədər olan avadanlıqla
birlikdə daxil olan qaz və su boru kəmərlərinin
maşın çərçivəsində
quraşdırılması. Diametri 400 mm-dən artıq,
təzyiqdən asılı olmayan boru kəmərlərinin
quraşdırılması. Şərti təzyiqi 10 MPa (100
kqs/sm2)-dan artıq olan borukəmərlərinin
quraşdırılması. Tutumu 0,75 m3-dən
artıq olan mərkəzləşmiş maye
yağsürtmə sistemlərinin boru kəmərlərinin
quraşdırılması. Nasosla məhlulvurma və yağla
yumaq üsulu ilə yağ sisteminin kimyəvi
təmizlənməsi və işə hazırlanması.
Yoxlama və quraşdırmada avadanlıqların xüsusi
mürəkkəb düyünlərinin sökülmə,
yoxlama və yığılması.
§ 260 Güc
şəbəkəsi və elektrik avadanlıqları üzrə
elektrik
quraşdırıcısı
2-ci dərəcə
İşin xüsusiyyəti. Güc şəbəkəsi və elektrik
avadanlıqlarının quraşdırılmasında ən
sadə işlərin yerinə yetirilməsi.
Bilməlidir: Naqil və
kabellərin əsas markalarını. Əlvan və qara
metalların əlamətlərini. Elektrik
konstruksiyalarının hazırlanma və
quraşdırılmasında tətbiq edilən əsas
materialları. Bərkitmə detal və xırda
konstruksiyaların əsas növlərini. Elektrik
quraşdırma işlərində işlədilən
alətlərin əsas növlərini. Ən sadə elektrik
sxemlərini.
İş nümunələri. Bərkitmə
detallarının qoyulma və bağlanması. Maqnit
buraxıcıları üçün dəmir bənd, qarmaq,
konstruksiyaların qoyulması. Əl ilə kabelin üst cut
örtüyünün çıxarılması. Dəqiq ölçülər
tələb olunmayan xırda bərkitmə detal və
aralıqların hazırlanması. Yerlə
birləşdirmə elektrodlarının əl alətləri
ilə vurulması. Kabel və yerlə birləşmə
şinlərinin rənglənməsi. Əl alətləri
ilə hazır nişanlanma üzrə yuva, deşik və
şırımların açılması.
§ 261 Güc
şəbəkəsi və elektrik avadanlıqları
üzrə
elektrik
quraşdırıcısı
3-cü dərəcə
İşin xüsusiyyəti. Güc şəbəkəsi və elektrik
avadanlıqlarının quraşdırılmasında sadə
işlərin yerinə yetirilməsi.
Bilməlidir: Bərkitmə
detallarının əsas növlərini. Sadə cihaz, elektrik
aparatları və işlədilən
elektrikləşdirilmiş və pnevmatik alətin quruluş
əsaslarını. Sadə elektrik sxemlərini. Sadə
takelaj vasitələrindən istifadə etmə
üsullarını və onların quruluşunu, Elektrik quraşdırma
işlərində tətbiq edilən qaynaq
avadanlıqlarının növlərini və onlardan
istifadə etmə qaydalarını. Yaşayış,
mədəni-məişət və inzibati binalarda elektrik
quraşdırma işlərini yerinə yetirmək
üçün material və avadanlıqların komplektləşmə
qaydalarını.
İş nümunələri. Uclarını müvəqqəti bağlamaqla
gərginliyi 10 kv-a qədər olan kabelin kəsilməsi. Divar
və örtükdən keçən bütün növ
naqil və yerləbirləşdirmə şinləri
üçün keçidlərin bağlanması.
Yerləbirləşmə şəbəkə və
sıfırlaşdırıcı qurğuların
quraşdırılması. Avadanlıq və şinlərin
rənglənməsi (Yerləbirləşmə
şinlərindən savayı). Bağlı və
açıq tipli paylaşdırıcı məntəqələrin
(şkafların) sökülməsi. Sadə
buraxılış tənzimləmə aparat və
cihazların sökülməsi. Yerləbirləşdirmə
şinlərinin qaynaq edilməsi və onların dəmir
bənd və bərkitmə detallarına qaynaq edilməsi.
Mexanikləşdirilmiş üsul ilə qaynaq yerinin emal
edilməsi. Mexanikləşdirilmiş alət ilə
deşiklərin açılması. Kabellər
üçün paylaşdırıcı qutuların
qoyulması. Yaşayış, mədəni-məişət
və inzibati binalarda elektrik-quraşdırma işlərini
yerinə yetirmək üçün material və
avadanlıqların komplektləşdirilməsi.
§
262 Güc şəbəkəsi və elektrik
avadanlıqları üzrə
elektrik
quraşdırıcısı
4-cü dərəcə
İşin xüsusiyyəti. Güc şəbəkəsi və elektrik
avadanlıqlarının quraşdırılması üzrə
orta mürəkkəbli işlərin yerinə yetirilməsi.
Bilməlidir:
Quraşdırılan elektrik avadanlıqlarının
quruluş əsaslarını. İzolyasiya müqavimətinin
ölçülmə üsullarını. Orta
mürəkkəbli elektrik sxemlərini. Kəsiyinin sahəsi
70 mm2-ə qədər olan bütün markalı naqil
və kabel damarlarının birləşmə,
uclarının tutulma və bir-biri ilə birləşmə
üsullarını. Polad və plastmass boru, kabel və
ayırıcıların markalanma üsullarını.
Avadanlıqların ilmələnmə və
yerdəyişmə qaydalarını.
Mexanikləşdirilmiş takelaj avadanlığından istifadə
etmə üsullarını və onun quruluşunu. Porşenli
quraşdırıcı tapançaların quruluşunu
və onlara qulluq etmə qaydalarını.
Paylaşdırıcı qurğuların
quraşdırılma üsullarını. Transformatorların
əsas düyün və detallarını. Sənaye bina
və mühəndis qurğularında elektrik-quraşdırma
işlərini yerinə yetirmək üçün material
və avadanlıqların komplektləşdirmə
qaydalarını.
İş nümunələri. Qaynaqdan savayı, bütün üsullarla
kəsiyinin sahəsi 70 mm2-ə qədər olan
bütün markalı naqil və kabellərin
birləşmə, uclarının bağlanma və bir-biri
ilə birləşməsi. Örtük və
çəpərlərin mühafizə qurğularının
qoyulması. Çəkilmiş boru, kabel və
ayırıcıların markalanması.
Porşenli-quraşdırıcı tapançanın
köməyi ilə konstruksiya və aparatların
bərkidilməsi. Partlayıcı kamerada ucluqların
preslənməsi. Ucluqların kabel və naqil damarlarına
lehimlənməsi. Elektrik maqnit cərəyan və
gərginlik relesinin yoxlanma və tənzimlənməsi.
Dəmirbənd və metal dayaq konstruksiyalarının
qoyulması. Konstruksiyaların yapışdırmaqla
bərkidilməsi. Troslu çəkilmələr
üçün konstruksiyaların qurulması.
Şırımlarda, döşəmə, divar, ferma və
sütunlar üzrə polad və plastmass boruların
çəkilməsi. Kabel novları və deşilmiş
quraşdırıcı profillərin çəkilməsi.
Sənaye bina və mühəndis qurğularında elektrik
quraşdırma işlərini yerinə yetirmək
üçün, material və avadanlıqların
komplektləşdirilməsi. Hazır nişanlanma üzrə
və paylaşdırıcı yeşik, lövhəcik,
svetofor, nizamlayıcı, nəzarətçi yol və sonuncu
elektrik açarı, müqavimət yeşikləri,
aşağıvoltlu aparatlarla yeşiklər, bağlı
paylaşdırıcı şin kəmərləri
üçün giriş və paylaşdırıcı
qutuların və kütləsi 50 kq-a qədər olan
digər analoji avadanlıqların qoyulması. Avadanlıqlara
yağın tökülməsi və yağın
buraxılması. Trollesaxlayıcı və klislərin
qoyulması. Elektrik avadanlığı, kabel və
naqillərin izolyasiya müqavimətlərinin
ölçülməsi.
§ 263 Güc
şəbəkəsi və elektrik avadanlıqları
üzrə
elektrik
quraşdırıcısı
5-ci dərəcə
İşin xüsusiyyəti. Güc şəbəkəsi və elektrik
avadanlıqlarının quraşdırılması
üzrə mürəkkəb işlərin yerinə
yetirilməsi.
Bilməlidir: Elektrik
avadanlıqlarının təftiş, qurutma və yoxlama
üsullarını. Dayaq konstruksiya, avadanlıqların qoyulma
yerləri, kabel, naqil və şinlərin çəkilmə
trasslarının nişanlama qaydalarını. Stend və
emalatxanalarda hazırlamaq üçün,
çəkilmələrin ayrı-ayrı düyün,
konstruksiya, elektrik avadanlıqlarının düyün və
bloklarında ölçmələrin aparılması və
eskizlərin tərtib edilmə qaydalarını. Açıq
və ekranlaşmış şin kəmərlərinin
yığma və bərkitmə qaydalarını.
Çəkilmiş naqillərdə fazaların
müəyyən etmə qaydalarını və yerinə
yetirilmiş sxemin yoxlama metodlarını. Transformatorların
izolyasiya xüsusiyyətlərini.
İş nümunələri. Buraxılış-tənzimləmə siqnal
aparaturası, qidalandırıcı və
paylaşdırıcı məntəqə cihazları,
lövhəcik, mexanizmləri idarəetmə pultları,
svetofor, reostat, distansiya, idarəetmə
tənzimləyiciləri, nəzarətçi, yol və
sonuncu elektrik açarları, müqavimət yeşikləri,
tormoz maqnitləri, aşağı voltlu aparatura ilə
yeşiklərin və digər, kütləsi 100 kq-a
qədər olan oxşar avadanlıqların qurulma yerinin
nişanlanma və quraşdırılması. Özüyazan
qurğularla təchiz olunmuş cihaz və aparatların
quraşdırılması. 800 mm2 qədər
kəsikli bağlı və açıq şin
kəmərlərinin quraşdırılması (magistral,
paylaşdırıcı, işıqlandırıcı
və trolleyli). Transformator yağının
süzülməsi və qurulması. Siqnalizasiyalı
mühərriklərin distansiya idarəetmə sxemlərinin
yoxlanması, aktiv və reaktiv energiya sayğaclarının
qoşulması. Buraxıcı, kontaktor, elektrik yağ ötürücüləri
və digər buraxılış-tənzimləmə
aparaturların tənzimlənməsi. Kütləsi 500 kq-a
qədər olan paket və bloklarla boruların
çəkilməsi. Bünövrə, maşın zalı
və yayma maşınlarının örtüklərində
boru kəmərlərinin çəkilməsi.
§ 264 Güc
şəbəkəsi və elektrik avadanlıqları
üzrə
elektrik
quraşdırıcısı
6-cı dərəcə
İşin xüsusiyyəti. Güc şəbəkəsi və elektrik
avadanlıqlarının quraşdırılması
üzrə xüsusi mürəkkəb işlərin
yerinə yetirilməsi.
Bilməlidir:
Yüksəkvoltlu, nəzarət və xüsusi kabellərin
hazırlanma və quraşdırma üsullarını.
Paylaşdırıcı lövhə, pult, idarəetmə
və qoruyucu lövhə, stansiya düyünlərinin
konstruksiyalarını. Elektrik sxemlərini, elektrik
avadanlıqlarının yoxlama və tənzimləmə
metodlarını. Trasformatorların texniki
xüsusiyyətlərini. Elektrotexniki qurğuların
quruluşunu. Obyekti istismara təhvil verilməsinin texniki
şərtlərini. Partlama təhlükəli zonalarda işin
yerinə yetirilmə qaydalarını. Rele mühafizəsi
haqqında ümumi məlumatları. Orta ixtisas təhsil
tələb olunur.
İş nümunələri. Konstruksiya və elektrik avadanlıqlarının
qoyulma yerlərinin əsas oxlarının nişanlanması.
Kütləsi 100 kq-dan artıq olan elektrik
avadanlıqlarının quraşdırılması.
İdarəetmə stansiyaların paylaşdırıcı
lövhələri (o cümlədən
yarımkeçiricilərdə), yüksəkvoltlu
avadanlıqlarla olan şkaf, elektrik süzgəclərinin
qoyulması. Kəsiyinin sahəsi 800 mm2-dən
artıq olan açıq şinkəməri və
trollerlərin quraşdırılması. Kütləsi 500
kq-dan artıq borulardan olan blokların çəkilməsi. Partlayış
təhlükəli zonalarda güc elektrik
avadanlıqlarının quraşdırılması, bu
avadanlıqların yoxlanma və tənzimlənməsi.
Elektroliz vannalarının şinlənməsinin
quraşdırılması. Civəli, silisiumlu və digər
düzləndiricilərin və onlara aid olan elektrik
avadanlıqları və forvakuum nasoslarının
seçilmə və quraşdırılması. Xüsusi
mürəkkəb güc naqilləri, cihaz, aparat və elektrik
avadanlıqlarının ayrı-ayrı düyünlərinin
ölçülməsinin icrası və quraşdırma
eskizlərinin tərtib edilməsi.
MAŞİNİST
İşin xüsusiyyəti. Tikinti quraşdırma və təmir-tikinti
işlərinin (siyahıya uyğun) yerinə
yetirilməsində istifadə olunan maşın və
mexanizmlərin idarə olunması.
Bilməlidir: (idarə olunan
maşın və mexanizmlər üzrə) maşının
(mexanizmin) quruluşunu, onun istismarı, texniki xidməti və
profilaktik təmiri üzrə qayda və təlimatları.
Müvafiq
maşınlarla işin istehsal üsullarını.
İşin, material və qurğuların elementlərinin
keyfiyyətinə qoyulan texniki tələbləri. Yanacaq
və sürtkü materiallarının, elektrik
energiyasının məsrəf normalarını. Maşinistə
verilmiş dərəcədən bir dərəcə
aşağı, tikinti çilingəri üçün
nəzərdə tutulmuş həcmdə çilingər
işini.
Maşın və mexanizmlərin siyahısı
§
265 Maşinist
2-ci dərəcə
Yoğurum həcmi 250 l-ə qədər olan
səyyar betonqarışdırıcılar.
§ 266 Maşinist
3-cü dərəcə
Yoğurum həcmi 452 l-ə qədər olan
səyyar betonqarışdırıcılar.
Məhsuldarlığı 10 m3/dəq qədər
olan elektrik mühərriki səyyar kompressorlar.
Çoxbarabanlı elektrik bucurqadları
Dorlu, sütunlu və şaxtalı
qaldırıcılar
Yoğurum həcmi 325 l-ə qədər olan səyyar
məhlulqarışdırıcılar
Məhlul nasosları
Gücü 37 kvt (50 a.q) qədər olan daxili yanma
mühərriki səyyar elektrik qaynaq aqreqatları.
§ 267 Maşinist
4-cü dərəcə
Qaldırma hündürlüyü 15 m qədər
olan avtomat və avtohidroqaldırıcılar
Məhsuldarlığı 3 m3/dəq
qədər olan avtokompressorlar
Avtosuvarma maşınları
Yüksək təzyiqli havasız
səpələyici aqreqatlar
Gücü 43 kvt (60 a.q) qədər olan traktorda
yerləşən bar qurğuları.
Məhsuldarlığı 20 m3/saat
qədər olan betonnasos qurğuları.
Yoğurum həcmi 425-dən 1200 l-ə qədər
olan səyyar betonqarışdırıcılar.
Özühərəkət edən
hidrosəpicilər.
Bıçağın uzunluğu 3000 mm-ə
qədər olan (uzadıcısız) qoşma qreyderlər
halqabirləşdirici maşınlar
Kütləsi 5 t-a qədər olan hamar yaymalı
(statistik və vibrasiya olan) özühərəkətedən
vərdənə
Məhsuldarlığı 10 m3/dəq
qədər olan daxiliyanma mühərrikli səyyar kompressorlar
Məhsuldarlığı 10 m3/dən
çox olan elektrik mühərrikli səyyar kompressorlar
Yükqaldırma qabiliyyəti 6,3 t-a qədər
olan (istisna etməklə) avtomobil kranları
Buzkəsən maşınlar
Səyyar rəngsazlıq stansiyaları
Stasionar şəraitdə qaz-neft-ərzaq
kəmərlərinin izolyasiyası üçün
maşınlar
Yol işlərinin icrasında təzə
tökülmüş betonda tikişləri dolduran
maşınlar.
Su məhsuldarlığı 2000 m3/saat
qədər olan özühərəkət etməyən
üzən torpaqsoran maşın və torpaqnasos
qurğularının mexaniki avadanlığı.
İnşaat yüksərnişin
qapdırıcıları.
Avtomobil yükləyiciləri
Qoşma qravitasiya sement
paylaşdırıcıları.
Yoğurum həcmi 325-dən 750 l-ə qədər
səyyar məhlulqarışdırıcılar
Diametri 1200 mm-ə qədər olan boruları
əymək üçün səyyar boruəyən
qurğular
Səyyar suvaq stansiyaları
Su məhsuldarlığı 2000 m3/saat
qədər olan özü hərəkət etməyən
üzən torpaqsoran maşın, torpaqnasos
qurğularının elektrik avadanlığı.
Gücü 37-dən 73 kvt-a qədər olan
(50-dən 100 a.q. qədər) daxili-yanma mühərrikli
səyyar elektrik-qaynaq aqreqatları
Gücü 37 kvt-a qədər olan (50 a.q.)
mühərrikli səyyar elektrik-stansiyalar.
§ 268 MAŞİNİST
5-ci dərəcə
Avtobetonsındıranlar
Məhsuldarlığı 40 m3/saata
qədər olan avtobetonnasosları. Qaldırma hündürlüyü
15-dən 25 m-ə qədər olan avtovışka və
avtohidroqaldırıcılar.
Mühərrikin gücü 59 kvt (80 a.q.)
qədər olan avtoqreyderlər. Avtoqudronatorlar
Məhsuldarlığı 3 m3/dəq
çox olan avtokompressorlar
Avtoçuxurqazanlar
Gücü 43-dən 73 kvt-a qədər olan (60-dan
100 a.q. qədər) traktorlarda bar qurğuları.
Yoğurum həcmi 1200-dən 2400 l-ə
qədər olan səyyar betonqarışdıranlar
Məhsuldarlığı 20 m3/saat olan
betonnasos qurğular
Özühərəkət edən qazma-kran
maşınları
Vakuum qurğuları
Mühərrikin gücü 77 kvt-a (100 a.q.)
qədər olan özühərəkətedən payaları
vibroçökdürən endiricilər
Kopyorsuz vibroendiricilər
Düzəltmə - altdan vurma – bəzəkvurma
maşınları
(ayrı-ayrı işçi düyünləri,
mexanizmlər və dizelgeneratorlu elektrik qüvvəli
qurğular)
Bıçağın (uzadıcısız)
uzunluğu 3000 mm-dən çox olan qoşma qreyderlər
Kopyorsuz dizel-çəkicilər.
Drenaj maşınları
Halqayığan və halqasökən
maşınlar (ayrı-ayrı düyünlər və
mexanizmlər)
Sugötürmə məhsuldarlığı 2000 m3/saat
özühərəkətetməyən üzən
torpaqsoranmaşınlar
Kütləsi 5-dən 10 t-a qədər olan hamar
yayanlarla özühərəkətedən
vərdənələr (statik və vibrasiya olunan)
Dalğıclara hava vermək üçün
kompressorlar.
Məhsuldarlığı 10-dan 50 m3/dəq-yə
qədər olan daxiliyanma mühərrikli səyyar kompressorlar
Quruyollu sadə kopyorlar.
Yükqaldırma qabiliyyəti 6,3-dən 10 t-a
qədər (istisna olmaqla) avtomobil kranları.
Avtomobil yollarını nişanlamaq
üçün markalayıcı maşınlar
Diametri 800 mm-ə qədər (istisna olmaqla) olan
qazneftməhsul kəmərlərinin trassa şəraitində
izolyasiyası üçün maşınlar
Plenkaəmələgətirici mayeni
çəkmək üçün maşınlar
Gərginləşdirilmiş - armaturlu
konstruksiyaların hazırlanması üçün
mexanikləşdirilmiş dartıcı qurğular
Hərəkətedən
(sürüşdürülən) qəliblərin
qaldırılması üzrə mexanikləşdirilmiş
avadanlıq
Su məhsuldarlığı 2000-dən 4000 m3
saata qədər olan özühərəkətetməyən
üzən torpaqsoran maşınların və torpaq-nasos
qurğuların mexaniki avadanlığı
Özühərəkətedən
tikişkəsənlər
Relsqaldıran maşınlar
Yol hamarlayan
Ensiz dəmiryolu düzən maşınlar
Enli dəmiryolu düzən maşınlar
(düzən və ya yükləyən kranın
yük-qaldırıcı və dartıcı bucurqadları)
Özühərəkətedən aerasiya sement
paylaşdırıcıları
Relsdüzən maşınlar
Çıxarıla bilən sonuncu
düzəltmə (rixtovka) işlərini aparan maşınlar
Qartəmizləyən və yoltəmizləyən
maşınlar
Diametri 1200 mm-dən çox olan boruları
əymək üçün səyyar boruəyən
qurğular
Mühərrikin gücü 73 kvt (100 a.q.
qədər) olan borutəmizləyən maşınlar
Mühərrikin gücü 73 kvt (100 a.q.
qədər) olan borudüzən maşınlar
Sıxlaşdıran və hamarlayıb
sıxlaşdıran maşınlar
Məhsuldarlığı 60 m3/saata
qədər olan beton qarışıqlarını
hazırlamaq üçün fasiləsiz işləyən
avtomatlaşdırılmış səyyar qurğular
Finişer
Xopper-dozatorlar
Qırmadaş - dozatorlar
Qırmadaş təmizləyən (ballast
təmizləyən) maşınlar (ayrı-ayrı
işçi düyünləri, mexanizmlər) və elektrik
güc qurğuları.
Su məhsuldarlığı 2000-dən 4000 m3/saata
qədər olan özühərəkətetməyən
üzən torpaqsoran maşınların və torpaq-nasos
qurğuların elektrik avadanlığı
Gücü 73-dən 110 (100-dən 150 a.q.)
qədər olan daxiliyanma mühərrikli səyyar elektrik
qaynaq aqreqatları
Mühərrikin gücü 37-dən 110 kvt
(50-dən 150 a.q.) qədər olan səyyar elektrikstansiyalar
§
269 MAŞİNİST
6-cı dərəcə
Məhsuldarlığı 40 m3/saatdan
çox olan avtobetonnasosları Qaldırma
hündürlüyü 25 m-dən çox olan
avtovışka və avtohidroqaldırıcı
Mühərrikin gücü 59 kvt-dan (80 a.q.)
çox olan avtoqreyderlər.
Ballastirovka edən maşınlar
Gücü 73 kvt-dan çox olan (100 a.q.) traktorda bar
qurğuları
Beton düzən maşınlar
Bituməridən səyyar qurğular
Xizəkli - tırtıllı inşaat
maşınları
Mühərrikin gücü 73 kvt (100 a.q.)-dən
çox olan özühərəkətedən payaları
endirən vibroçökdürücülər.
Düzəltmə - altdanvurma - bəzəkvurma
maşınları
Düzəltmə - altdanvurma - son
düzəltmə maşınları
Hidromonitor - ejektorlu
özühərəkətetməyən üzən
maşınlar
Qreyder - elevatorlar
Halqaları birləşdirən və halqaları
sökən maşınlar
Frezerlər torpaqqazan
özühərəkətedən maşınlar.
Su məhsuldarlığı 2000 m3/saatdan
çox olan özühərəkətetməyən
üzən torpaqsoran maşınlar
Pnevmatik şinlərdə özü
hərəkətedən və yarıqoşulan
vərdənələr
Kütləsi 10 t-dan çox olan hamar yayanlarla
(statik və vibrasiya olunan) özühərəkətedən
vərdənələr.
Məhsuldarlığı 50 m3/dəq-dən
çox olan daxiliyanma mühərrikli səyyar kompressorlar
Qaz-neft məhsulları kəmərlərinin
qaynağı üçün səyyar kontaktlı
qaynaq-qurğuları.
Universal kopyorlar, kopyor-kranlar,
özühərəkətetməyən üzən kopyorlar.
Yükqaldırma qabiliyyəti 10 t və daha
çox olan avtomobil kranları
Diametri 800 mm və daha çox olan qaz-neft
məhsulları kəmərlərinin trassa
şəraitində izolyasiyası üçün
maşınlar.
Su məhsuldarlığı 4000 m3/saatdan
çox olan özühərəkətetməyən
üzən torpaqsoran maşınların və torpaq-nasos
qurğuların mexaniki avadanlığı.
Profilləşdiricilər
Enli dəmiryoldüzəldənlər (relsli
hissə paketlərin dartılması və motorlu
platformanın yerdəyişməsi üçün
bucurqadlar)
Rixtovka maşınları (çıxarıla
bilənlər istisna olmaqla)
Səyyar
asfaltbetonqarışdırıcıları
Elektriklə idarə olunan
qaryığışdıran və
yolyığışdırıcı maşınlar.
Gücü 73 kvt-dan çox olan (100 a.q.)
borutəmizləyən maşınlar
Mühərrikin gücü 73 kvt-dan (100 a.q.)
çox olan borudüzən.
Asfaltbeton qoyanlar.
Məhsuldarlığı 60 m3/saatdan
çox olan beton qarışıqları
Hazırlamaq üçün fasiləsiz
işləyən avtomatlaşdırılmış səyyar
qurğuları
Torpağın basılması və üfüqi
qazılması üzrə qurğular
Şpalları altdan döyəcləyən
maşınlar.
Qırmadaşı təmizləyən
maşınlar
Su məhsuldarlığı 4000 m3/saatdan
çox olan özühərəkətetməyən
üzən torpaqsoran maşınların və torpaq-nasos
qurğularının elektrik avadanlığı.
Gücü 110 kvt-dan (150 a.q.) yuxarı olan daxiliyanma
mühərrikli səyyar elektrik qaynaq aqreqatları.
Mühərrikin gücü 110 kvt-dan (150 a.q.)
çox olan səyyar elektrostansiyalar.
MAŞİNİST (BULDOZER
VƏ SKREPER)
İşin xüsusiyyəti. Avtomobil və dəmiryol, suvarma və
gəmiüzən kanal, bənd, qoruyucu torpaq damba, bina və
tikililəraltı xəndək, elektrik-götürücü
xətt və kontakt şəbəkələrin dayaq,
yeraltı kommunikasiyaların xəndək, suaxıdan
küvet, dağüstü və banket arxası qanov və digər
oxşar mürəkkəbli tikililərin inşasında,
habelə dağ-mədən yerlərinin yeraltı üsulu
ilə keçidində çuxur, torpaq töküntüsü,
ehtiyat, kavalyer və banketlərin düzəldilməsində
torpağın qazılması, yerdəyişməsi və
hamarlanması.
Bilməlidir: Yedəkçi
və asma avadanlıqların quruluşunu, iş prinsipi və
texniki xüsusiyyətlərini. Asma avadanlıqların
quraşdırılma və sökülməsini. Nasazlığın
əmələgəlmə səbəblərini və
onların ləğvetmə üsullarını.
Müxtəlif dərinlikdə qazılan müxtəlif
kateqoriyalı torpağın qazma və yerdəyişmə
qaydalarını; Tökülən torpağın qat-qat
tökülmə qaydalarını. Verilmiş profillər
və yüksəklik nöqtələr üzrə
çuxurların qazılması, tökülmüş
torpağın götürülməsi və sahənin
hamarlama qaydalarını.
§ 270 MAŞİNİST
(BULDOZER)
4-cü dərəcə
Gücü 43 kvt-a (60 a.q.) qədər olan buldozerin
idarə edilməsində
§ 271 MAŞİNİST
(BULDOZER VƏ SKREPER)
5-ci dərəcə
Gücü 43-dən 73 kvt-a qədər olan (60-dan
100 a.q. qədər) buldozerin, gücü 73 kvt-a (100 a.q.)
qədər olan özühərəkətedən skreperin
və ya gücü 73 kvt-a (100 a.q.) qədər olan yedəkçi
ilə hərəkət edən skreperin idarə
edilməsində
§ 272 MAŞİNİST
(BULDOZER VƏ SKREPER)
6-cı dərəcə
Buldozerin, özühərəkətedən skreperin
və ya gücü 73 kvt (100 a.q.)-dan çox olan
yedəkçi ilə hərəkət edən skreperin
idarə edilməsində
Qeyd. Dağ-mədən
və əsaslı dağ-mədən işlərin,
habelə iş xüsusiyyətində
göstərilməyən bütün digər işlərin
yerinə yetirilməsi ilə məşğul olan ekskavator
və buldozer maşinistləri. Vahid tarif-ixtisas sorğu
kitabçasının “Dağ-mədən, əsaslı
dağ-mədən işləri, saflaşma, aqlomerasiya və
briketlərin hazırlanması” bölməsinə uyğun
tarifləşdirilir.
MAŞİNİST (EKSKAVATOR)
İşin xüsusiyyəti. Avtomobil və dəmiryol, suvarma və
gəmiüzən kanal, bənd, qoruyucu torpaq damba, bina və
tikililəraltı xəndək, elektrikgötürücü
xətt və kontakt şəbəkələrin dayaq,
yeraltı kommunikasiyaların xəndək, suaxıdan
küvet, dağüstü və banket arxası çanov,
dağ-mədən yerlərinin yeraltı üsulu ilə
keçidində və digər oxşar mürəkkəbli
tikililərin inşasında çuxur, torpaq
tökülməsi, kavalyer və banketlərin düzəldilməsində
torpağın qazılması.
Bilməlidir: Ekskavatorların
quruluş, iş prinsipi və texniki xüsusiyyətlərini.
Mexaniki hidravlik və elektrik avadanlıqlarının iş
prinsiplərini. Ekskavatorların asma avadanlıqlarının
quraşdırılma və sökülməsini.
Nasazlığın əmələgəlmə
səbəblərini və onların ləğv etmə
üsullarını.
Müxtəlif dərinlikli quyulardan (zaboy)
müxtəlif kateqoriyalı torpaqların ekskavasiya
qaydalarını.
Verilmiş profil və yüksəklik
nöqtələrinə riayət etməklə
torpağın ekskavasiya qaydalarını.
§ 273 MAŞİNİST
(EKSKAVATOR)
4-cü dərəcə
Çalovun tutumu 0,15 m3-ə qədər
olan birçalovlu ekskavatorun idarə edilməsində
§ 274 MAŞİNİST
(EKSKAVATOR)
5-ci dərəcə
Çalovun tutumu 0,15-dən 0,4 m3-ə
qədər olan birçalovlu ekskavatorun və ya çalovun
tutumu 20 l qədər olan rotorlu ekskavatorun (qanov qazanlar və
xəndəkli) idarəedilməsində.
§ 275 MAŞİNİST
(EKSKAVATOR)
6-cı dərəcə
Çalovun tutumu 0,4 m3-dən çox olan
birçalovlu ekskavatorun və ya çalovun tutumu 20 m-dən
çox olan rotorlu ekskavatorun (qanov qazanlar və
xəndəkli) və ya E-2516, E-4010 “Satur” tipli universal yerqazan
- hamarlayan maşının idarəedilməsində.
§ 276 MEMARLIQ DETALLARINI YAPAN
2-ci dərəcə
İşin xüsusiyyəti. Yapma memarlıq detallarının hazırlanma,
qurulma və təmirində ən sadə işlərin
icrası.
Bilməlidir: Model və yapma
memarlıq detallarının hazırlanmasında
işlədilən əsas materialların
çeşidlərini. Yapışqan, formoplast,
heykəltəraşlıq gili və gips məhlulların
hazırlanma üsullarını.
İş nümunələri. Yapışqanın və formoplastın
bişirilməsi. Heykəltəraşlıq gilin
hazırlanması. Verilmiş tərkib üzrə məhlul,
sürtgü və kağız-yapışqan
kütlələrinin (papye-maşe) hazırlanması. Armatur,
kəpitgə və çığların
tədarükü. Əsası təmizləməklə yapma
memarlıq detallarının çıxarılması
(saxlamamaqla)
§ 277 Memarlıq
detallarını yapan
3-cü dərəcə
İşin xüsusiyyəti. Yapma memarlıq detallarının hazırlanma,
qurulma və təmirində sadə işlərin icrası.
Bilməlidir:
İşlədilən materialların əsas
xüsusiyyətlərini. Gips (parçalı) və elastik
formalarının düzəldilməsi. Kiçik gilli
modellərin hazırlanma üsullarını və onlardan
qaralama formaların düzəldilməsi.
İş nümunələri: Hamar səthli və ya sadə orta-lentli kiçik
yastı yapma memarlıq detalları üçün, gips
modelləri üzrə formaların hazırlanması. Gilli
və ya plastilin modellərdən qaralama formaların
hazırlanması, bu formalarda gips modelləri və ya
onların hissələrinin tökülmə üsulu ilə
düzəldilməsi və formaların
çıxardılması. Gips və ya sement parçalı
formaların hazırlanması. Yapışqanlı və ya
formaplastlı elastik formaların hazırlanması.
Bütün ölçülərdə gips və sement
yastı, kiçikhəcmli məmulat, hamar səthli və
sadə ornamentli yapma memarlıq detallarının tökmə
və döyəcləmə üsulu ilə
hazırlanması. Hamar səthli və ya sadə ornamentli
kağız-yapışqan kütləsinin kiçik-yastı
məmulatlara vurulması. Kiçik, yastı məmulat və
hamar səthli və ya sadə ornamentli yapma memarlıq
detallarının qoyulması. Sadə ornamentli kiçik
ölçü yapma memarlıq detallarının
çıxarılması və onların tökmə
formalarının hazırlanması üçün
saxlanılması. Yastı məmulat və sadə ornamentli
yapma memarlıq detallarının təmizlənməsi.
§ 278 MEMARLIQ DETALLARINI YAPAN
4-cü dərəcə
İşin xüsusiyyəti. Yapma memarlıq detallarının hazırlanma,
qurulma və təmirində orta mürəkkəbli
işlərin icrası.
Bilməlidir: Gips və
yapışqandan, gips və formaplastdan, gips və ağacdan
kombinasiya edilmiş formaların qurulmasını. Məmulat
və yapma memarlıq detallarının keyfiyyətinə
qoyulan tələbləri. Böyük gil modellərinin
hazırlanma üsullarını və onlar üzrə qaralama
formaların düzəldilməsini.
İş nümunələri. Məmulat və yapma memarlıq detallarının
tökmə üsulla düzəldilməsi üçün
gips modelləri üzrə formaların hazırlanması.
Yastı iri məmulat, hamar səthli və ya sadə ornamentli,
kiçik-orta mürəkkəbli və ya mürəkkəb
ornamentli yapma memarlıq detallarının qurulması. Hamar
səthli və ya sadə ornamentli kiçik və hamar
səthli iri həcmli məmulatların qoyulması. Kombinasiya
edilmiş formaların hazırlanması. Bütün
növlərdən olan məmulat və yapma memarlıq
detallarının tökmə, döyəcləmə və
vurma üsulları ilə hazırlanması. Bütün
növlərdən olan məmulatlara bəzəyin
vurulması. Mürəkkəb ornamentli və ya (çox iri)
yapma memarlıq detallarının çıxarılması
və onların tökmə formalarının
hazırlanması üçün saxlanması.
§ 279 MEMARLIQ DETALLARINI YAPAN
5-ci
dərəcə
İşin xüsusiyyəti. Yapma memarlıq detallarının hazırlanma,
qurulma və təmirində mürəkkəb işlərin
icrası.
Bilməlidir: Otaq və
fasadların mürəkkəb bəzək vurulmasında
istifadə edilən yapma məmulatların nişanlanma
üsullarını.
İş nümunələri. Gilli və plastilinli modellər üzrə qaralama
formaların hazırlanması, gipsli modellərin və ya
onların hissələrinin qaralama formalarda tökmə
üsulu ilə düzəldilməsi.
Gipsdən parça, kombinasiya edilmiş və
elastik formaların hazırlanması, 3 və 4-cü
dərəcəli iş nümunələrində adları
çəkilməyən məmulatların qurulması.
Qeyd. Kiçik yastı
məmulatlara aiddir: hündürlüyü 500 mm-ə
qədər olan üstdən qoyulan hərf, diametri 500 mm
qədər olan əklil, sahəsi 0,5 m2-ə
qədər olan ventilyasiyalı şəbəkə,
hündürlüyü 500 mm qədər olan gerb, uzunluğu
(əzilən yeri üzrə) 750 mm-ə qədər olan
zəncirə, ən böyük ölçüsü 500
mm-ə qədər olan kartuş, uzunluğu 650 mm-ə
qədər olan təbəqələr,
hündürlüyü 500 mm-ə qədər olan
maska-qıfıl, paqonlu məmulatlar
(hamar-hündürlüyün və yamacın cəmi,
relyefli-hündürlük, qabarıqlı-əymə
üzrə hündürlük) 500 mm-ə qədər olan
rozetka (dairəvi-diametr, ellips şəkilli - baş oxların
yarı cəmi, romb şəkilli diaqonalların
yarıcəmi) 500 mm-ə qədər,
hündürlüyü 750 mm-ə qədər olan triqlif,
diametri 500 mm-ə qədər olan dairəvi emblem sahəsi 0,5
m2-ə qədər olan portal emblemlər.
Kiçik həcmli məmulatlara aiddir:
hündürlüyü (tavasız) 250 mm qədər olan vaza,
hündürlüyü 750 mm-ə qədər olan
məhəccər sütunu, ən böyük
ölçüsü 500 mm-ə qədər olan vaza,
hündürlüyü 250 mm-ə qədər olan kapitel,
hündürlüyü 500 mm-ə qədər olan
ədədi daşlar, ən böyük
ölçüsü 500 mm-ə qədər olan kronşteyn,
ən böyük ölçüsü 500 mm-ə
qədər olan modulon, uzunluğu 1000 mm-ə qədər olan
sürahi, hündürlüyü 500 m-ə qədər olan
ədədi “suxari”, uzunluğu 1000 mm-ə qədər olan
gərilmiş ip, hündürlük 500 mm-ə qədər
olan qozalar.
Ölçüləri yuxarıda
göstərilənlərdən artıq olan məmulatlar, iri
hesab olunur.
§ 280 MEMARLIQ DETALLARININ
MODELÇİSİ
5-ci dərəcə
İşin xüsusiyyəti. Modellərin kildən, plastilindən və
gipsdən hazırlanması və yapışması
üzrə mürəkkəb işlərin icrası.
Bilməlidir: Memarlıq
detallarının çeşidlərini və onların
tərkib hissələrini. Yapma ornamentin
çeşidlərini. Modellərin hazırlanması
üçün istifadə olunan materialların
xüsusiyyətlərini və onların keyfiyyətinə
qoyulan tələbləri, Modellərin detallarının
yonulması və dartılması üçün dəzgah
və qurğuların quruluş əsaslarını.
İş nümunələri. Sadə ornamentli yastı modellərin gildən
yapılması. Lazımi ülgülərin kəsilməsi
və ağac qəliblərin hazırlanması. Yastı
modellərin gips əsasının dartılması. Həcmli
modellərin hissələrinin dartılması, yonulması
və kəsilməsi. Hamar səthli yastı və həcmli
gips modellərin, habelə sadə ornamentli yastı
modellərin yığılması. Gipsdən suxarı, damcı,
muncuq və ona bənzər kiçik məmulatların
kəsilməsi. Sadə ornamentin gips modellərində
kəsilməsi. Hamar səthli yastı və həcmli
modellərin, habelə sadə ornamentli yastı modellərin
təmizlənməsi.
§ 281 MEMARLIQ DETALLARININ
MODELÇİSİ
6-cı dərəcə
İşin xüsusiyyəti. Modellərin gildən, plastilindən və
gipsdən hazırlanması və yapışması
üzrə xüsusi mürəkkəb işlərin
icrası.
Bilməlidir: Memarlıq
detallarının qurulma üsullarını. Yapma ornamentin
kompozisiya üsullarını.
İş nümunələri. Mürəkkəb ornamentli yastı və
həcmli modellərin gildən və plastilindən
yapılması. Mürəkkəb ornamentli modellərin,
habelə sadə ornamentli həcmli gips modellərin
yığılması. Gips modellərində
mürəkkəb ornamentlərin kəsilməsi.
Mürəkkəb ornamentli modellərin təmizlənməsi.
§ 282 METALKƏSİCİ VƏ
DƏMİRÇİ-PRESLƏYİCİ
AVADANLIQLARIN QURAŞDIRICISI
2-ci dərəcə
İşin xüsusiyyəti. Metalkəsici və dəmir-presləyici
avadanlıq və onlarla bağlı konstruksiyaların
quraşdırılmasında ən sadə işlərin
yerinə yetirilməsi.
Bilməlidir:
Avadanlığın açılma üsullarını.
Ən sadə takelaj ləvazimatlarının növlərini
və onların istifadə olunma üsullarını.
Avadanlıq detallarının yağlanma
üsullarını. Çilingər alətlərinin
təyinatını.
İş nümunələri. Qeyri-vacib detalların boltla bərkidilməsi.
Avadanlığın açılması. Aparat və
avadanlıqlarda nömrə lövhəciklərin
hazırlanması və qurulması.
§ 283 Metalkəsici və
dəmirçi-presləyici avadanlıqların
quraşdırıcısı
3-cü dərəcə
İşin
xüsusiyyəti. Metalkəsici və
dəmir-presləyici avadanlıq və onlarla bağlı
konstruksiyaların quraşdırılmasında sadə
işlərin yerinə yetirilməsi.
Bilməlidir: İstifadə
edilən materialların növlərini. Mürəkkəb
olmayan quraşdırma işlərinin yerinə yetirilmə
üsullarını. Sadə takelaj vasitələrinin
quruluşunu və onlardan istifadə qaydalarını.
İş nümunələri. Şablon üzrə detalların
nişanlanması. Mat-qab və burğu ilə deşiyin
açılması. Yivli və flanslı
birləşmələrin yığılması. Əl
alətləri ilə yivlərin kəsilməsi. Altlıq
və aralıqların hazırlanması.
Metalkonstruksiyaların yerinə salınması.
Bitişmələrin quraşdırıcı boltlarla
bərkidilməsi.
§ 284 Metalkəsici və
dəmirçi-presləyici avadanlıqların
quraşdırıcısı
4-cü dərəcə
İşin xüsusiyyəti. Metalkəsici və dəmir-presləyici
avadanlıq və onlarla bağlı konstruksiyaların
quraşdırılmasında orta mürəkkəbli
işlərin yerinə yetirilməsi.
Bilməlidir: Orta
mürəkkəb avadanlıq üçün
bünövrənin ölçülərinin yoxlanması
üsullarını və bu avadanlığın
quraşdırılma metodlarını.
Mexanikləşdirilmiş alətdən istifadə etmə
üsullarını. Quraşdırılan
avadanlığın yoxlanılıb düzəldilməsinin
ən sadə üsullarını. Hidravlik sınaqların
üsullarını. Yükün ilmələnmə və
yerdəyişməsi üsullarını.
Mexanikləşdirilmiş takelaj avadanlıqlardan istifadə
qaydalarını. Quraşdırılan avadanlığın
quruluşunu.
İş nümunələri: Kütləsi 1 t-a qədər olan
yığılmış vəziyyətdə daxil olan
metalkəsici dəzgahların quraşdırılması:
bıçqılı mişar, yonma, çıvantlanıb
düzəldilən, borukəsən, stolüstü - burğu
və yonma dəzgahları. Krivoşip, eksentrik, vintli,
pedallı, döymə, rəqqaslı, vibrasiya, yumruqcuqlu
və digər mexaniki preslərin, habelə
yığılmış halda alınan, kütləsi 1 t-a
qədər olan dəmirçi-presləyici avtomatların
quraşdırılması.
§ 285 Metalkəsici və
dəmirçi-presləyici avadanlıqların
quraşdırıcısı
5-ci dərəcə
İşin xüsusiyyəti. Metalkəsici və dəmir-presləyici
avadanlıq və onlarla bağlı konstruksiyaların
quraşdırılmasında mürəkkəb işlərin
icrası.
Bilməlidir:
Quraşdırıcı oxların nişanlanma, qurulma və
yerdəyişmə üsullarını. Quraşdırma
üçün bünövrənin və
avadanlığın qurulma yerinin yoxlanma və qəbul
qaydalarını. Mürəkkəb avadanlığın
quraşdırma üsullarını. Quraşdırılan
avadanlığın tarazlaşma, mərkəzləşdirmə,
yoxlanılıb düzəldilməsi və
tənzimlənmə üsullarını. Yağlama
sistemlərinin quruluşunu və iş prinsipini. Maşın
və mexanizmlərin quraşdırılmasına qoyulan texniki
və müəyyən edilmiş buraxıla bilən
artıq-əskikliyi. Mürəkkəb avadanlığın
istismara vermə qaydalarını.
İş nümunələri. Yığılmış vəziyyətdə
daxil olan, kütləsi 1-dən 20 t-a qədər olan
metalkəsici dəzgahların quraşdırılması:
şaquli-dəlik açan, yonma, yivaçan,
mərkəzivallı kəsici, soyucu və boltkəsən.
Yığılmış halda kütləsi 1-dən 20 t-a
qədər olan alınan sürtünmə təsirilə
hərəkət edən, buxarhavalı, pnevmatik, yaylı
çəkiclərin (prujinli) mexanik və hidravlik
preslərin, dəmirçi-presli avtomatların, döymə
maşın və qayçıların, əyici və
düzləyici maşınların
quraşdırılması. Sökülmüş
vəziyyətdə daxil olan mürəkkəb dəzgah
və dəmirçi - presləyici avadanlığın
yığılması.
§ 286 Metalkəsici və
dəmirçi-presləyici avadanlıqların
quraşdırıcısı
6-cı dərəcə
İşin xüsusiyyəti. Metalkəsici və dəmir-presləyici
avadanlıq və onlarla bağlı konstruksiyaların
quraşdırılmasında üzrə yüksək
dəqiqlik tələb edən xüsusi mürəkkəb
işlərin yerinə yetirilməsi.
Bilməlidir: Xüsusi
mürəkkəb avadanlığın
quraşdırılması üsullarını.
Avadanlığın tənzimlənmə və sazlanması
üsullarını. Aqreqat və maşınların istismara
verilməsində, onların yoxlanılma qaydalarını.
İş nümunələri. Sökülmüş
halda daxil olan bütün tip və
ölçülərdən çəkisi 20 t-dan çox
olan dəzgah və dəmirçi-presləyici
avadanlığın, habelə xüsusi mürəkkəb
dəzgah və preslərin quraşdırılması.
§ 287 METALLURGİYA ZAVOD
AVADANLIQLARININ
QURAŞDIRICISI
2-ci dərəcə
İşin xüsusiyyəti. Metallurgiya zavod avadanlıqları və onlarla
bağlı konstruksiyaların quraşdırılmasında
ən sadə işlərin yerinə yetirilməsi.
Bilməlidir:
Avadanlığın açılıb boşaldılması
üsullarını. Ən sadə takelaj ləvazimatlarının
istifadə edilmə üsullarını və
növlərini. Çilingər alətlərinin
təyinatını. Texnoloji avadanlıqlarda istifadə
edilən yağ və sürtkülərin
əlamətlərini. Sürtkü və hidravlik
sistemlərinin ən sadə avadanlıqlarının
yağlama və konstruksiyasının götürmə
üsullarını.
İş nümunələri. Yumaq, taxta və metal bağlamada daxil olan
avadanlıq düyün və detalların açılıb
boşaldılması. Bünövrə boltlarının yivli
hissələrinin keçirilməsi. Oyuqların
deşilməsi. Beton səthlərinin altlıqlar
üçün hamarlanması. Avadanlıq və aparatda nömrəli
lövhəciklərin hazırlanma və qurulması.
İşçi reperlərin, plastina və oxsaxlayanların
qurulması üçün yerin hazırlanması. Qeyri-vacib
yivli birləşmələrin boltla bərkidilməsi və
açılması. Detalların mişarlanıb
düzəldilməsi və yivlərin kəsilməsi.
Sürtkü və hidravlik sistem avadanlığından
konservasiyanın götürülməsi. Ən sadə
avadanlıqların yağlanması.
§ 288 Metallurgiya zavod
avadanlıqlarının
quraşdırıcısı
3-cü dərəcə
İşin xüsusiyyəti. Metallurgiya zavod avadanlıqları və onlarla
bağlı konstruksiyaların quraşdırılmasında
sadə işlərin yerinə yetirilməsi.
Bilməlidir: İstifadə
edilən materialların əlamətlərini.
Mürəkkəb olmayan quraşdırma işləri
yerinə yetirmə üsullarını. Sadə takelaj
vasitələrinin quruluşunu və onlardan istifadə
etmə qaydalarını. Emulsiya, hidravlik və pnevmatik
qurğulara qatı, may sürtkü sürtən yağlama
stansiya və sistemlərin tiplərini və əsas
parametrlərini. Əl üsulu ilə işləyən
stansiya qatı yağlama süzgəcləri, hidravlik
qurğunun axıdan armaturlarının quruluş, təyinat
və quraşdırma üsullarını.
İş nümunələri. Şablon üzrə detalların
nişanlanması. Yivli və flanslı
birləşmələrin yığılması. Verilmiş
ölçülər üzrə altlıq və aralıqların
hazırlanması. Metal konstruksiyasının
düzəldilməsi. Quraşdırıcı boltlarla
bitişmə yerlərinin bərkidilməsi. Boru
yuvalarının təmizlənməsi, boru uclarının
bişirilmə və emal edilməsi. Kütləsi 10 t-a
qədər olan avadanlığın inventar stroplarla
yerdəyişmə, qoyulma, ilmədən azad edilməsi,
ilmələnmə, sadə takelaj vasitələrindən
istifadə edərək (bloklar, lingli bucurqadlar) istismar
üçün sürtkünün çəkilməsi.
Həlledicilərlə detal və düyünlərin
yuyulması. Çuqun və şlakın stasionar
navalçaları, tozyığan domna sobalarının
lazlarının lyüklərini, siyirtmələrin,
şiberlərin, marten sobaları qaz kəmərinin drossel
klapanlarının, mikser lyük və bacaların konverter
altı çuqun-tava örtüyü, alqomeratın
səpilməsi üçün qıflarda
şəbəkələrin, rolqanqların bortlarının
tava örtüyü, boruların təmizlənmə və
yuyulması üçün vannaların əl üsulu
ilə idarə edilən stansiya və qatı yağlama
süzgəclərin, diametri 150 mm-ə qədər olan
hidravlik sistemin axıdıcı armaturlarının
işçi pəncərə və elektrikpeç
gözlərinin (gözlük) yandırılması üçün
qurğuların, DEV-3, 2Q1 soba altlıqlarının
quraşdırılması.
§ 289 Metallurgiya zavod
avadanlıqlarının
Quraşdırıcısı
4-cü dərəcə
İşin xüsusiyyəti. Metallurgiya zavod avadanlıqları və onlarla
bağlı konstruksiyaların quraşdırılmasında
orta mürəkkəbli işlərin yerinə yetirilməsi.
Bilməlidir: Orta
mürəkkəbli avadanlıqaltı bünövrə
qabaritlərinin yoxlama üsullarını və bu avadanlıqların
quraşdırma metodlarını (yollarını).
Mexanikləşdirilmiş alətlərdən istifadə
etmə üsullarını. Quraşdırılan
avadanlıqların yoxlanılıb düzəldilmə
üsullarını. Hidravlik sınağın keçirmə
üsullarını. Yüklərin ilmələnmə və
yerdəyişmə üsullarını. Quraşdırılan
avadanlıqların quruluşunu. Emulsiya, hidravlik və pnevmatik
qurğulara qatı və maye sürtkü çəkən
mərkəzləşmiş sistemlərdə istifadə
edilən boruların əlamətlərini.
Boruların kimyəvi təmizlənməsində
istifadə edilən materialların əlamətlərini
və aşındırma məhlullarının
hazırlanması və boruların kimyəvi
təmizlənmə üsullarını, Emulsiya, hidravlik
və pnevmatik qurğulara qatı və maye sürtkü
çəkən işçi təzyiqi 4 MPa (40 kqs/sm2)
qədər olan sistemlərin quruluşunu,
təyinatını və quraşdırma
üsullarını.
İş nümunələri. Universal takelaj vasitə və qaldırıcı
kranlardan istifadə etməklə kütləsi 25 t-a
qədər olan avadanlıqların ilmələmə,
yerdəyişmə, qoyulma və ilmədən
açılması. Bünövrənin xarici yoxlanması.
Orta mürəkkəbli detalların nişanlanması. Detal
səthlərinin cilalanması. Deşiklərin
açılması. Diametri 100 mm-ə qədər olan
armaturda sıxlaşdırıcı səthlərin
sürtülüb yerləşdirilməsi, diametri 100 mm-ə
qədər olan armaturların qurulması. Kipcəklərin
qoyulması. Detalların və səthlərin yüksək
ixtisaslı fəhlə nəzarəti altında
şaberlə işlənməsi. Detalların bişirmə
və buraxılması. Nəqliyyat lent və
qayışların bənd edilməsi. Yoxlanılıb
düzəldilmənin ən sadə üsullarının
yerinə yetirilməsi. İşçi təzyiqi 4 MPa (40
kqs/sm2) qədər olan avadanlıqların hidravlik
və pnevmatik sınaqdan keçirilməsi.
Avadanlığın sazlanması. Bunker, aqlomerat və
əlavələr şiber, atma nov, aqlomerat xəlbir və
bunker estakada koks örtüklərinin, çuqunun
tökülməsi üçün navalça, stopor
naborları üçün stol, polad və şlak buraxmaq
üçün navalçaların: meydança,
pilləkən və qoruyucu mikser örtükləri,
şlaklı çalov üçün stend, vakuum
kameralarının qaz tənzimləyici qurğu, aqlomerasiya
maşınlarının, aqlomerat qəbuledici tava,
aqlomeratı səpmək üçün navalçada
şəbəkələrin; boru və xırda növ metal
üçün dirək, bufer, amortizator, qratçıxardan,
dozator, çeşidləyici, atan, örtənlərin;
qalaylama, qırma püskürən, qum püskürdən,
lakçəkən, fasiləsiz kimyəvi təmizlənmə
və bişirmə aparatlarının, yardımçı
mexanizm, boru tullayıcıları, cib və
qəbuledicilərin; təchizetmə qurğularına qatı
sürtkü magistral boru kəmərindən qolların
çəkilməsi, qatı yağlamanın zolotnikləri,
yağ axma göstəriciləri, dolama boru qol və
vannalararası atmaların; kütləsi 0,5 t-a qədər
olan hidropanel, diametri 150 mm-dən çox olan axıdan armatur,
kütləsi 0,5 t-a qədər boru kəmərlərinin
fasonlu detal, elektrik poladəridən soba tüstüsovuran
qurğuların metalkonstruksiyalarının
quraşdırılması.
§ 290 Metallurgiya zavod
avadanlıqlarının
quraşdırıcısı
5-ci dərəcə
İşin xüsusiyyəti. Metallurgiya zavod avadanlıqları və onlarla bağlı
konstruksiyaların quraşdırılmasında
mürəkkəb işlərin yerinə yetirilməsi.
Bilməlidir:
Quraşdırıcı oxların nişanlanma, qurulma və
yerdəyişmə üsullarını. Quraşdırma
üçün bünövrənin və
avadanlıqların qurulma yerinin yoxlanma və qəbul
edilmə qaydalarını. Mürəkkəb
avadanlığın quraşdırılma
üsullarını. Quraşdırılan avadanlıqların
tarazlaşma, mərkəzləşmə və
tənzimlənmə üsullarını. 2-ci və 3-cü
dəqiqlik dərəcəsi olan nivelirlə
avadanlıqların yoxlanıb düzəldilmə
üsullarını. Sürtkü sisteminin quruluşunu və
işləmə prinsiplərini. Mexanizm və
maşınların quraşdırılmasına qoyulan texniki
tələblər və müəyyən edilmiş, yol
verilə bilən artıq-əskikliyi. Mürəkkəb
avadanlıqların istismara təhvil verilmə
qaydalarını. İşçi təzyiqi 20 MPa (200 kqs/sm2)
qədər olan emulsiyalı hidravlik və pnevmatik
qurğuların qatı və maye sürtkü sistemlərinin
qurulma, təyinat və quraşdırılma
üsullarını.
İş nümunələri. Universal takelaj vasitə və qaldırıcı
kranlardan istifadə etməklə kütləsi 60 t-a
qədər olan avadanlıqların ilmələnmə
yerdəyişmə, qoyulma və ilmədən
açılması. Cizgi və spesifikasiyalara uyğun markalar
üzrə avadanlıqların düyün detallarının
komplektləşmə və çeşidlərə
ayrılması. Mürəkkəb bünövrələrin
həndəsi parametrlərinin yoxlanması. 0,01 mm
dəqiqliklə detalların dəqiq mişarlanma, şaberlə
işləmə, cilalanma və
uyğunlaşdırılması. Sahəsi 0,5 m2-ə
qədər olan detalların şaberlə
işlənməsi. Diametri 800 mm-ə qədər olan
avadanlıq detallarının statik tarazlanması.
Bünövrələrin bütün növlərinin
quraşdırma üçün nişanlanması.
Quraşdırma üçün qəbul. Mexanizmlərin
mərkəzləşmə və tənzimlənməsi. Layihəyə
uyğun hər cür mürəkkəbli avadanlıqaltı
quraşdırıcı oxların nişanlanma, qurulma və
yerdəyişməsi. 2-ci və 3-cü dərəcəli
dəqiqlik nivelirlə avadanlıqların yoxlanılıb düzəldilməsi.
Avadanlığın altına məhlul tökmək-dən
qabaq avadanlığın yoxlanılması. Texniki
şərtlərə uyğun olaraq, dişli
ilişdirmədə aralıqların yoxlanması. Diametri 600
mm-ə qədər olan armaturda sıxlaşdırıcı
səthlərin sürtülüb yerləşdirilməsi,
diametri 600 mm-ə qədər olan armaturun qurulması.
İşçi təzyiqi 20 MPa (200 kqs/sm2)
qədər olduqda avadanlıqların hidravlik və pnevmatik
sınaqdan keçirilməsi. Avadanlığın
sazlanması. Aşağıda göstərilən
avadanlıqların quraşdırılması: domna sex
avadanlığı-deşikaçan maşın,
navalçaları qurutmaq üçün qurğu, furmaları
dəyişmək üçün mexanikləşdirilmiş
meydança, atmosfer və buxar klapanları,
bölmələri olan qurğularla dönən və
yellənən navalçalar, havaqızdırıcılar,
toztutanlar, doldurucular, buxarlandırıcı soyuducular, şlak
çalovlarına çiləmək üçün
qurğu, tökən maşınların avadanlığı
təkərcik və muldalı konveyer istisna olmaqla.
Sürüşdürücü bucurqad, maili körpü
şkivləri, təchizetmə qurğular, xəlbirlər,
bunker estakadasının barabanlı ələkləri.
Marten sex avadanlıqları - keçirici qurğunun
klapan və şiberləri su sürgüləri.
Yüklənmə tərəfin avadanlığı (bucurqad
və uçuntu pəncərə çəpərinin
əks çəkisi, uçuntu maşın, pnevmatik
çəkic, siferblatlı tərəzilər istisna olmaqla).
Şlakı yığışdırmaq üçün
qurğu elektrik bucurqad istisna olmaqla). Tökmə
tərəfin avadanlığı (navalça, çalovu
qurutmaq üçün qurğu, şlak daşıyan,
poladı tökmək üçün elektrik
arabacıqları, peçin soyuducu elementləri istisna
olmaqla). Şixta həyətin avadanlığı
(boşqabvari dəyirmanlar, qarışdıran
qaçığılar, dəmiryol tərəziləri
və kopyorların elektrik bucurqadları istisna olmaqla). Konverter
sex avadanlıqları - iriləşdirilmiş
yığım və konveyer örtüyünün dayaqlara
diyirlədən qurğu itələyici arabacıq, polad
qəlib üçün arabacıq furmu vermək
üçün arabacıq, stoporların
mexanikləşdirilmiş yığılma qurğusu,
blokirovka və ötürücüsü olan
tökücü lyüklər.
Aqlomerasiya fabrik və dəmir filizini
yığın vəziyyətinə salan fabrik
avadanlıqları - aqlomerasiya və yandırma
maşınlarının karkası, vakuum-kameralar,
sıxlaşdırma, təchiz etmə qurğuları, ocaq
qəfəslərinin silkələnmə və təmizlənmə
mexanizmləri. Yığıntı üçün
vibroqurğu, aqlomaşınların örtüyü, skreper
qurğu, şaxtanın paylaşdırıcıları,
klapanlı və tozlu sürgülər, qazlı kollektor
və qaz kəməri, multi siklonlar, xəlbirlər, avtomatik
konveyer tərəziləri:
Yayma dəzgahların avtomatik
mərkəzləşmiş qatı maye sürtgü
sistemləri - avtomatik qatı sürtkü stansiyaları,
təchiz etmə qurğuları və onlardan yağlama
nöqtələrinə gedən qollar, qatı sürtgü
sistemlərinin yuyulma, mazla doldurma və preslənməsi nasos
qurğuları, istilikdəyişdiricilər,
süzgəclər, qızdırıcılar,
yağtəmizləyən maşınların
kommunikasiyaları (sentrifuqa), mexanizmlər üçün
maye sürtkü boruların çəkilməsi. Hidravlik
və pnevmatik qurğuların avadanlıq, aparat və boru
kəmərləri-doldurucular, doldurucu klapanlar, kütləsi 5
t-a qədər olan baş paylaşdırıcılar,
kütləsi 0,5 t-a qədər olan paylaşdırıcı
və təzyiqli tənzimləyici armatur, kütləsi 2 t-a
qədər olan yüksək təzyiqli, armatur, kütləsi
I t-a qədər olan hidroaqreqatlar, kütləsi 0,5 t-dan
çox olan hidropanel və boru kəmərlərinin fasonlu
detalları, boru kəmərində qoyulan hidrozərbə
kompensatorları. Poladəritmə peçləri-dayaqlı
iki-tavrlı tirlər, çirkab axıdan dimdik, ferroərinti
elektrik peçlərinin yandırma gözü
üçün qurğu. Çirkab axıdan dimdik,
işçi pəncərə, ekonomayzer, yükləyici
zənbillər poladəritmə peçlərin
elektrodlarını artırmaq üçün mexanizmlər.
Polad qəliblərin aşırıcıları.
Külçələri itələyib çıxaranlar,
reykalı itələyicilər, külçələr
damğalayıcılar. Qövslü vakuum peçləri
kristallizatorlarının dəyişdirmə və geri çəkilmə
mexanizmləri.
§ 291 Metallurgiya zavod
avadanlıqlarının
quraşdırıcısı
6-cı dərəcə
İşin xüsusiyyəti. Yüksək dəqiqlik tələb edən
xüsusi mürəkkəb işlərin yerinə
yetirilməsi.
Bilməlidir: Xüsusi
mürəkkəb avadanlıqların 1-ci dərəcəli
dəqiqlik nivelirlə və teodolitlə yoxlanılıb
düzəldilmə üsullarını. Aqreqat və
maşınları istismara təhvil verərkən, onların
yoxlamadan keçirilmə qaydalarını. Qatı və duru
yağlama sistemləri, işçi təzyiqi 20 MPa (200 kqs/sm2)-dan
çox olan emulsiya, hidravlik və pnevmatik qurğuların
quruluşunu, təyinat və quraşdırılma
üsullarını.
İş nümunələri. Universal takelaj vasitə və qaldırıcı
kranlardan istifadə etməklə kütləsi 60 t-dan
çox olan avadanlıqların ilmələmə, yerdəyişmə,
qoyulma və ilmədən açılması. Sahəsi 0,5 m2-dən
artıq olan düyün və detalların şaberlə
işləməsi. Diametri 800-dən çox olan detalların
statik tarazlaşması. Diametri 600 mm-dən çox olan
armaturda sıxlaşdırıcı səthlərin
sürtülüb yerləşdirilməsi, diametri 600
mm-dən çox olan armaturun qurulması. İşçi
təzyiqi 20 MPa (200 kqs/sm2)-dən çox olduqda
quraşdırılan avadanlıqların hidravlik və
pnevmatik sınaqdan keçirilməsi. Avadanlıqların 1-ci
dəqiqlik sinifli nivelir və teodolitlə yoxlanılıb
düzəldilməsi. Maşın və aqreqatların
buraxılışı və qabaqcadan
sazlanmış avadanlıqlarla onların istismara təhvil
verilməsi. Aşağıda göstərilən
avadanlıqların quraşdırılması: Domna sex
avadanlığı - domna peçi, deşici maşın
istisna olmaqla navalçaları qurutmaq üçün
qurğu, furaları dəyişmək üçün
mexanikləşdirilmiş meydança. Atmosfer və buxar
klapanları istisna olmaqla, domna peçin ağız
hissələrində olan qurğu avadanlığı,
tökmə sex həyətinin dayandırıcı qurğusu
olan itələyicilər. Skip qaldırıcı binasında
avadanlıq, skiplər, vintvari transportorlar və plastinkalı
konveyerlər, aqlomeratın paylayıcıları,
qıf-tərəzi, vaqon-tərəzi, qaztəmizləyən
avadanlıq, diyircəkli və muldla konveyer, çevirmə
bucurqad;
Marten
sexlərinin avadanlığı - bucurqadlar,
əksçəkilər, keçirici qurğunun dayaq və blokları,
bucurqad və uçuntu pəncərəsinin
çəpərinin əks çəkisi, uçuntu
maşını, pnevmatik çəkic, siferblatlı
tərəzilər, şlakı yığışdırmaq
üçün elektrik bucurqad qurğusu, çalovu qurutmaq
üçün qurğu, poladı tökmək
üçün elektrik arabacıq, şlakdaşıyan, polad
qəlib hazırlayan bölmənin avadanlığı,
boşqababənzər dəyirman, xırdalamaq və
qarışdırmaq üçün maşın, dəmiryol
tərəzisi, şixtalı həyətin dirək çaxan
maşının elektrik bucurqadı;
Konverter
sexinin avadanlığı - dönmə mexanizmi və
meydançası olan konverter, oksigen furmlar, konverter buxarası
(yarım-sipər) qurğusu, domkratlı arabacıq, teleskoplu
qaldırıcı, konverteri yükləmək
üçün, muldlu arabacıq, nümunə götürmək
üçün, səyyar meydança,
özühərəkətedən polad daşıyan
arabacıq, konverter qurutmaq üçün qurğu,
poladtökən çalovları qurutmaq üçün
qurğu; dəzgah çatısı, diyircəkli
kəmər, mikserin dönmə mexanizminin örtük və
ötürücüsü, qaz hava kəmərləri və
mikserin qaz olduğu, boşaldan maşın, mikser
tərəzisi.
Aqlomerasiya
fabrik və dəmir filizi dübür-dübür (yumrulayan)
edən fabrik avadanlıqları - aqlomaşınlar
ötürücüsü, bitişdirici arabacıqların
hərəkətinin istiqamətləndiriciləri,
bitişdirici arabacıqlar, kürə, aqlomaşınların
qaz olduğu və boşaldıcı qurğusu,
akskausterlər, aqlomeratın soyuducuları, şixtanın
yumrulaşdırıcıları, geri qayıdan
materialların soyudulma barabanları, aqlomeratın
doğrayıcıları. Yayma dəzgahlar sexinin
avadanlığı - işçi qaldırıcı
qurğu, soyuq və isti yayma maşınları, dişli
çarxlı qaldırıcı qurğu və reduktorlar,
şpindel birləşmələr və bilərziklər,
manipulyatorlar, çevirmə və aşırdıcılar,
soyuq və isti kəsən qayçılar, itələyici
və itələyib salanlar, konveyerlər, transportorlar və
soyuducular, sarıyıcı. açan qurğular, stollar,
bəzəkvuran maşınlar, nəqledici və qəbuledici
qurğular, bərkidilmə quruducuları, hidravlik preslər;
Yayma dəzgahlarının avtomatik
mərkəzləşmiş qatı və maye sürtkü
sistemləri - rezervuarlar və presçəkənlər,
sentrifuqa, maye sürtkü sisteminin kommunikasiyası, qatı
və maye sürtkü magistral boru kəmərləri.
Hidravlik
və pnevmatik qurğu aparatura və boru kəmərlərinin
avadanlığı - akkumulyatorlar aralıq flanslı
birləşmələr, işçi silindrlərinə
çəkmələr, doldurmalar, baş paylaşdırıcılar,
kütləsi 5 t-dan çox olan doldurma klapanları;
kütləsi 2 t-dan çox olan yüksək təzyiqli
armatura, bünövrə üzərində qoyulan hidrolizə
kompensatorları; paylaşdırıcılar və
kütləsi 0,5 t-dan çox olan təzyiqli tənzimedici
armatura, kütləsi 1 t-dan çox olan hidroaqreqatlar.
Poladəritmə
peçləri - vannaların dönmə mexanizminin
ötürücü kəməri və poladəridən
peçlərin tağının qaldırma və
dönmə mexanizmi. Dişli tac, vannanın dönm
ötürücü mexanizmi, ferrosplav peçlərin
asılma örtüklə elektrik saxlayıcıları.
Vakuum sistemi, dayaq sütunları, qövslü vakuum elektrik
peçlərinin rels yolları.
§ 292 ODADAVAMLI İŞLƏR ÜZRƏ
FƏHLƏ
1-ci dərəcə
İşin
xüsusiyyəti. Odadavamlı hörgüdə
yardımçı işlərin yerinə yetirilməsi.
İş
nümunələri. Odadavamlı materialların
dibliyə, konteynerə və digər yerdəyişən
cihazlara qoyulması. Qalağa vurmaqla odadavamlı
materialların yığılması. Odadavamlı kərpicin
çirkdən və məhluldan təmizlənməsi.
Rəf və meydançalardan odadavamlı materialları
boşaltdıqdan sonra, onların
yığışdırılması. Odadavamlı
materialların nəql edilməsi.
§ 293 Odadavamlı işlər
üzrə fəhlə
2-ci dərəcə
İşin
xüsusiyyəti. Odadavamlı hörgüdə
ən sadə işlərin yerinə yetirilməsi.
Bilməlidir:
Odadavamlı materialların əsas çeşidlərini.
Odadavamlı materialların çeşidlərə ayırma
qaydalarını. Tikinti üçün və ən sadə
odadavamlı məhlulların əl alətləri ilə
hazırlanma üsullarını. Adi gil kərpicdən
hörgünün sökülmə üsullarını.
İş
nümunələri. Tikinti üçün və
ən sadə odadavamlı məhlulların əl
alətlərilə hazırlanması. Odadavamlı normal,
izolyasiyaedici, adi kil kərpic və lif əsaslı materiallardan
olan məmulatların çeşidlərə
ayrılması. Odadavamlı tozun qəliblənməsi. Adi gil
kərpicdən olan massiv hörgülərin və
döşəmələrin sökülməsi.
§ 294 Odadavamlı işlər
üzrə fəhlə
3-cü dərəcə
İşin
xüsusiyyəti. Sadə odadavamlı
işlərin yerinə yetirilməsi.
Bilməlidir:
Odadavamlı məhlul (xüsusilərdən savayı) və
istiliyə davamlı betonların hazırlanma
üsullarını. Əsas odadavamlı material, məhlul
və kaolin lif əsaslı məmulatların növ və
təyinatlarını. Odadavamlı materialların forma və
ölçüləri üzrə keyfiyyətinə qoyulan
əsas tələbləri. Odadavamlı kərpicdən
hörgünün sökülmə üsullarını. Fasonlu
odadavamlı məmulatların (xüsusi markalardan savayı)
çeşidlərə ayırma üsullarını.
İş
nümunələri. Adi gil, izolyasiyalı kərpic
və lifli tavalardan massiv və döşəmələrin
hörgüsü, hörgü aralığına kərpic
və daş paralarının düzülməsi və
hörülməsi. Toz material, asbestli karton və qaytanlı
hörgünün izolyasiya edilməsi. Ekranlı boruların
(qazanların) hörməklə qapanan hissədən
keçdiyi yerlərin asbest qaytan və ya mineralpambıqlı
tavalarla izolyasiyası. Əl alətləri ilə
odadavamlı məhlul (xüsusilərdən savayı) və
istiliyə davamlı betonların hazırlanması. Qalağa
yığmaqla fasonlu odadavamlı məmulatların (xüsusi
markalardan savayı) çeşidlərə ayrılması
və markalanması. Odadavamlı kərpicdən olan
hörgünün və fasonlu məmulatların (xüsusi
markalardan savayı) sökülməsi.
§ 295 Odadavamlı işlər
üzrə fəhlə
4-cü dərəcə
İşin
xüsusiyyəti. Orta mürəkkəbli
odadavamlı işlərin yerinə yetirilməsi.
Bilməlidir:
Fasonlu odadavamlı və termoizolyasiyalı məmulat karbonlu
və istiliyə davamlı blok, lifli tava və istiliyə
davamlı betonların çeşid və markalarını,
onların qəbulu və saxlanma qaydasını. Sənaye soba
elementlərinin hörgüsünə qoyulan əsas
tələbləri. Odadavamlı tərkiblərlə
torkretləmə üsullarını.
İş
nümunələri. Adi gil kərpicdən və
lifli tavalardan düzxətli divar və odadavamlı
kərpicdən massivlər, döşənmə, peç
yerinin döşənmə və başlıqların
hörgüsü. Qaz və hava kəmərlərinin
futerləməsində izolyasiyalı odadavamlı
hörgü. Odadavamlı beton və izolyasiyalı
kütlə ilə irəli çəkilən
döşənmiş peç yerinin, sac, qapıcıq və
aralıqların doldurulması. Karbonlu blok və karbonlu
kütlələrin hazırlanması. Özək,
başlıq, hava qızdırıcıların
təmizlənməsi. Verilmiş tərkib üzrə xüsusi
məhlul, beton (turşuya-davamlı, istiyədavamlı) və
izolyasiyalı kütlələrin əl üsulu ilə
hazırlanması. Kərpic və karbonlu blok səthlərinin
əl üsulu ilə konstruktiv və uyğunlaşma
yonulması.
Xüsusi
markalı odadavamlı fasonlu məmulatların
çeşidlərə ayrılması və xarici
görkəm üzrə zay fasonlu məmulatların
müəyyən edilməsi. Odadavamlı xüsusi markalı
odadavamlı məmulatlardan olan odadavamlı hörgünün
sökülməsi. Qazanların izolyasiyası, qazan
bloklarına beton qarışığının qoyulması.
Qazanların mürəkkəb olmayan qarnituralarının
qurulması. Xarici səthlərin odadavamlı
tərkiblərlə torkretlənməsi.
§ 296 Odadavamlı işlər
üzrə fəhlə
5-ci dərəcə
İşin
xüsusiyyəti. Mürəkkəb
odadavamlı işlərin yerinə yetirilməsi.
Bilməlidir:
Odadavamlı materialların emalı üzrə mexanizmlərin
quruluşunu və istismar qaydalarını. Sənaye peç
və qazanların istismarında, onlardakı temperatur
hədləri. Yaxılma və doldurmaların tərkibini.
Sənaye peçləri konstruktiv element hörgülərinin
keyfiyyətinə qoyulan tələbləri.
İş
nümunələri. Normal və odadavamlı fasonlu
kərpicdən regenerator divarlarının hörgüsü.
Regeneratorların və kokslu kameraların
örtüyünün hörgüsü.
Regenerator
və havaqızdırıcı başlıqların
hörgüsü. Qapı və dikboruların
futerlənməsi. Adigilli və istilikizolyasiyalı
kərpicdən peçlərin əyrixətli divar,
qübbə və tağlarının hörgüsü.
Odadavamlı kərpicdən, tikişlərin
qalınlığı 2 mm-ə qədər olduqda, peç
yerinin işçi döşənmə, peçin
qübbə və tağlarının hörgüsü.
Odadavamlı kərpicdən hava və qaz
kəmərlərinin futerlənməsi. Peç yerinin
döşənmə və alışdırıcı
qatın odadavamlı doldurulma ilə tutulması. Odadavamlı
bloklardan sənaye peç konstruksiyalarının yığma
elementlərinin quraşdırılması. Qazanlarla
mürəkkəb çuğun qarniturların qurulması.
Karbonlu kütlənin karbonlu bloklararası tikiş və
aralıqlara doldurulması. Karbonlu kütlədən
düzəldirici qatın qoyulması. Domnalar dibi altında
istiliyə davamlı məhlul və ya karbonlu pastaların
tökülməsi. Daxili səthlərin (reaktorlardan
savayı) odadavamlı tərkiblərlə
torkretlənməsi. Müstəvi üzrə əl
alətləri ilə fasonlu odadavamlı məmulatların
konstruktiv yonulması. Odadavamlı kərpic və karbonlu
blokların mexanikləşdirilmiş emalı. Üfüqi
və şaquli temperatur tikişlərinin qurulması.
Odluğun buğum yerinə, ekran (qazanların) boruların
bərkitmə qurşaqlarına birləşdirmə
yerlərinə beton qarışığının
qoyulması. Sıxlaşdırıcı yaxma və doldurucu
kütlənin çəkilməsi.
§ 297 Odadavamlı işlər
üzrə fəhlə
6-cı dərəcə
İşin
xüsusiyyəti. Xüsusi mürəkkəb
odadavamlı işlərin yerinə yetirilməsi.
Bilməlidir:
Sənaye peçlərin bütün konstruktiv element və
qazanların verilmiş ox və səviyyələr
üzrə bölgü üsullarını. Karbonlu
blokların qoyulma və tikişin qalınlığı 1
mm-ə qədər olan bütün odadavamlı hörgü
növlərinin yerinə yetirilmə üsullarını.
Polad konstruksiyaların qazan hörgüsü ilə
birləşdirmə üsullarını.
İş
nümunələri. Tikişin
qalınlığı 1 mm-ə qədər olan bütün
divar növləri, peç yerinin döşənməsi,
peçlərin qübbə və tağlarının
odadavamlı hörgüsü. Karbonlu blokların quru halda
və pasta ilə qoyulması. Koks peçləri
başlıqlarının qoyulması, registr və
odluqların qurulması. Koks batareya hörgüsü
qurtardıqdan sonra başlığın yuxarı
cərgəsinin qoyulması. Cizgi üzrə qapanma
hörgüsü üçün qazanın
nişanlanması. Xüsusi mürəkkəb vacib
yerlərdə qazanın armaturlaşdırma və
hörməklə qapanması. Odadavamlı kərpic və
fasonlu məmulatların əl alətləri ilə fiqurlu
yonulması. Reaktorların odadavamlı tərkiblərlə
torkretlənməsi.
§ 298 ÖZÜHƏRƏKƏTETMƏYƏN
ÜZÜCÜ MAŞIN VƏ DİGƏR
ÜZÜCÜ VASİTƏLƏRİ
İSTİSMAR VƏ XİDMƏTİ ÜZRƏ
ÇAY FƏHLƏSİ
2-ci dərəcə
İşin
xüsusiyyəti.
Özühərəkətetməyən üzücü
torpaqsoran maşın, üzücü torpaqnasos qurğu
və digər üzücü vasitələrin istismar və
xidməti üzrə ən sadə işlərin icrası.
Bilməlidir:
Üzücü vasitələrin istismar qaydalarını.
Üzücü vasitələrin yükləmə və
boşaldılması üzrə iş istehsal
üsullarını. Dalğıc stansiyalarına
xidmətetmə qaydalarını. Üzücü
vasitələrin gövdə hissə və göyərtə
üst tikişlərinin adı və təyinatını.
İnventar ilmə və takelaj ləvazimatlarının
əsa növlərini. Buzqırma işlərin icra
üsullarını. Xilasedici, suaxıdıcı,
yanğına qarşı inventarların təyinatını.
Özühərəkətetməyən üzücü
torpaq-qazan maşın və qurğu, üzücü pulpa
kəmərləri və digər üzücü
vasitələrin quruluş əsaslarını. Ən sadə
gəmi takelaj, çilingər, rəngsaz və xarrat
işlərinin istehsal qaydalarını.
İş
nümunələri. Qayıq və yastıdibli
çay qayıqlarında material və adamların nəql
edilməsi. Əl dalğıc nasoslarında (pompa)
işləmə. Batan əşyaların su anbarı dibindən
çıxarılması. Ankeraltı çuxurların
qazılması. Papilonaj buraz və lövbərlərin
daşınması və yerlərinin dəyişdirilməsi.
Yumşaldıcı və torpaq nasoslarının
zibillənmədən təmizlənməsi. İstiqamət
nişanlarının qoyulması. Buzda yarıqların
açılması. Göyərtənin və xidmət
otaqlarının yuyulması.
§ 299
Özühərəkətetməyən üzücü
maşın və digər üzücü
vasitələrin istismar və xidməti
üzrə çay fəhləsi
3-cü dərəcə
İşin
xüsusiyyəti.
Özühərəkətetməyən üzücü
torpaqsoran maşın, üzücü torpaqnasos qurğu
və digər üzücü vasitələrin istismar və
xidməti üzrə sadə işlərin icrası.
Bilməlidir:
Üzücü vasitələrin yedəyə alma və yan
almaq qaydalarını. Yedək və bağlanma
qurğularını. Daxili çay yolları üzrə
müəyyən edilmiş gəmiçilik qaydaları
ilə fərqləndirici gəmi işıqları,
istiqamət nişanları və əsas işarələri.
Dərinliyin ölçülmə qaydalarını. Sadə
kəmi takelaj, çilingər, rəngsaz və xarrat
işlərinin istehsal qaydalarını. Onlarla bağlı
iş icra üsullarını.
İş
nümunələri. Üzücü
vasitələrin yedəyə alınmasına
hazırlanması. Nişan və işarələrin
düzülməsi. Polad tros və kəndirli kanatların
birləşdirilməsi. Gövdə zədələrinin
təmiri. Üzücü vasitələrin tabel əmlakı
və yardımçı avadanlıqlarının kiçik
təmiri. Göyərtə üst tikili elementlərinin
rənglənməsi. Dərinliyin ölçülməsi,
Torpaq maşın, üzücü kran və digər
üzücü vasitələrin qurulma və gərilməsi.
Gəmi takelaj işlərinin yerinə yetirilməsi.
Qayığın kəpitkələnmə və
qatranlanması. Üzücü vasitələrin donunun
açılması. Torpaq maşınlarında
üzücü pulpa kəmərlərinin uzadılıb
və qısaldılması. Şlyupka və katerin köməyi
ilə bağlama uclarının yerinə
çatdırılması.
§ 300 Paylaşdırıcı qurğular
üzrə elektrik
quraşdırıcısı
2-ci dərəcə
İşin
xüsusiyyəti. Paylaşdırıcı
qurğuların quraşdırılmasında ən sadə
işlərin yerinə yetirilməsi.
Bilməlidir:
Naqil və kabellərin əsas markalarını. Əlvan
və qara metalların əlamətlərini. Elektrik
konstruksiyaların hazırlanmasında tətbiq edilən
əsas materialları. Bərkitmə detal və xırda
konstruksiyaların əsas növlərini.
Elektrik-quraşdırma işlərində tətbiq edilən
alətlərin əsas növlərini. Ən sadə elektrik
sxemlərini.
İş
nümunələri. Bərkitmə
detallarının qoyulma və bağlanması. Əl ilə
kabelin yuxarı cut örtüyünün
çıxarılması. Dəqiq ölçülər
tələb olunmayan xırda bərkitmə detal və
aralıqların hazırlanması. Yerlə
birləşmə elektrodlarının əl üsulu ilə
vurulması. Naqil, kabel və şinlərin
rənglənməsi. Əl alətləri ilə hazır
nişanlanma üzrə, yuva, deşik və
şırımların açılması.
§ 301 Paylaşdırıcı qurğular
üzrə elektrik
quraşdırıcısı
3-cü dərəcə
İşin
xüsusiyyəti. Paylaşdırıcı
qurğuların quraşdırılmasında sadə
işlərin yerinə yetirilməsi.
Bilməlidir:
Bərkitmə detal və armaturların əsas
növlərini. Sadə cihaz, elektrik aparatlarının,
tətbiq edilən elektrikləşdirilmiş və pnevmatik
alətlərin quruluş əsaslarını. Sadə elektrik
sxemləri. Sadə takelaj vasitələrindən istifadə
edilmə üsullarını və onların quruluşunu.
Elektrik quraşdırma işlərində tətbiq edilən
qaynaq avadanlıqlarının növlərini və onlardan
istifadə etmə qaydalarını. Yaşayış,
mədəni məişət və inzibati binalarda
elektrik-quraşdırma işlərini yerinə yetirmək
və inzibati binalarda elektrik-quraşdırma işlərini
yerinə yetirmək üçün, material və
avadanlıqların komplektləşdirilmə
qaydalarını.
İş
nümunələri. Uclarını
müvəqqəti bağlamaqla gərginliyi 10 kv-a
qədər olan kabellərin kəsilməsi. Dyübellərin
qoyulması. Divar və örtüklərdə bütün
növ naqil və yerləbirləşdirmə
şinlərinin keçdiyi yerlərinin tutulması.
Barabanı qurmaqla naqillərin açılması.
Yerləbirləşdirmə şəbəkə və
sıfırlaşdırıcı qurğuların
quraşdırılması. Avadanlıqların
rənglənməsi. Qapalı və ya açıq tipli
paylaşdırıcı məntəqələrin
(şkafların) çıxarılması. Sadə aparat
və cihazların (dayaq izolyatorları, rubilnik və ling ötürücülü
dəyişdirici açarlar, qoruyucular, reostatlar,
cərəyan və gərginlik transformatorları və s.)
sökülməsi. Mexanikləşdirilmiş alətlə
deşiklərin açılması. Kabel və naqillər
üçün paylaşdırıcı qutuların
qoyulması. Yaşayış, mədəni-məişət
və inzibati binalarda elektrik-quraşdırma işlərini
yerinə yetirmək üçün, material və
avadanlıqların komplektləşdirilməsi.
§ 302 Paylaşdırıcı qurğular
üzrə elektrik
quraşdırıcısı
4-cü
dərəcə
İşin
xüsusiyyəti. Paylaşdırıcı
qurğuların quraşdırılmasında orta
mürəkkəbli işlərin yerinə yetirilməsi.
Bilməlidir:
Paylaşdırıcı qurğuların əsas
növlərini. İzolyasiya müqavimətlərinin
ölçmə üsullarını. Orta
mürəkkəbli elektrik sxemləri. Kəsiyinin sahəsi 70
mm2-a qədər olan bütün markalı naqil
və kabel damarlarının birləşmə, ucların
bağlanması və bir-biri ilə birləşmə
üsullarını. Polad və plastmas boru, kabel və
ayrıcılarının markalandırılma
üsullarını. Avadanlıqların ilmələnmə
və yerdəyişmə qaydalarını.
Mexanikləşdirilmiş takelaj avadanlığından
istifadə etmə üsullarını və onun quruluşunu.
Porşenli-quraşdırıcı tapançaların
quruluşu və onlara xidmət etmə qaydalarını.
Ucluqların preslənmə və kabellərin kəsilməsi
üçün partlayıcı kameraların
qurulmasını. Rele mühafizəsinin təyinatını.
Maksimal - cərəyan mühafizəsinin işləmə
prinsip və sxemlərini. Paylaşdırıcı
qurğuların quraşdırılma üsullarını.
Qurutma və yağ tökmək üçün
aparaturaların quruluşunu. Transformatorların əsas
düyün və detallarını. Sənaye bina və
mühəndis qurğularında elektrik quraşdırma
işlərini yerinə yetirmək üçün material
və avadanlıqların komplektləşdirmə
qaydalarını.
İş
nümunələri. Qaynaqdan savayı bütün
üsullarla kəsiyinin sahəsi 70 mm2-ə qədər
bütün markalardan olan naqil və kabellərin
birləşmə, uclarının bağlanma və bir-biri
ilə birləşməsi. Mühafizəedici qurğu,
örtük və çəpərlərin qoyulması.
Çəkilmiş boru, kabel və ayrıcıların
markalandırılması. Porşenli-quraşdırıcı
tapançanın köməyi ilə konstruksiya və
aparatların bərkidilməsi. Partlayıcı kamerada
ucluqların preslənməsi. Kabel və naqil damarlarına
ucluqların lehimlənməsi. Elektrikmaqnitli cərəyan
və gərginlik relesinin yoxlanma və tənzimlənməsi.
Dəmirbənd və metal dayaq konstruksiyalarının
qoyulması. Yapışdırmaqla konstruksiyaların
bərkidilməsi. İzolyasiya müqavimətinin
ölçülməsi. Döşəmə, divar, ferma
və sütun üzrə şırımlarda polad və
plastmas boruların çəkilməsi. Kabel novları və
deşikli quraşdırma-profillərinin
çəkilməsi. Sənaye bina və mühəndis
qurğularında elektrik-quraşdırma işlərini
yerinə yetirmək üçün material və
avadanlıqların komplektləşdirilməsi. Dayaq izolyator,
qoruyucu, 1 kv-dan artıq olan gərginliyə əlavə
müqavimətlərin armaturlaşdırılma və
qoyulması.
İzolyasiya
materialları və qoruyucu karkaslardan tavaların qoyulması.
Keçid tavalarının qoyulması. Açıq və
ekranlaşdırılmış şin kəməri
detallarının qoyulması və qaynaq üçün
hazırlanması (kompensator, örtük, ekran, kontakt
plastinləri, flanslar və s). Yağ kəmərlərinin
hazırlanması. Transformator çəninə
maqnitləşdirici sarğının sarınması. Elektrik
hava açarları üçün izolyatorların hidravlik
sınaqdan keçirilməsi. Şin, enmə, ilmə və
atmaların hazırlanma və əyilməsi. Sürgü,
kran, ştuser, manometr və termometrlərin qoyulması.
Yağın yoxlamaya götürülməsi. Paylaşdırıcı
qurğuların köməkçi stansiyaları
üçün izolyasiya asılmasında armatur və
izolyatorların yığılması. Avadanlıqlara
yağın tökülməsi və yağın
süzülməsi. Transformatorların
quraşdırılmasında boru kəmərlərində
sürgülərin yoxlanması və qoyulması.
Gərginlik ilə izolyatorların sınaqdan
keçirilməsi. Naqil və kabellərin cərəyan
ilə yoxlanması.
§ 303 Paylaşdırıcı qurğular
üzrə elektrik
quraşdırıcısı
5-ci dərəcə
İşin
xüsusiyyəti. Paylaşdırıcı
qurğuların quraşdırılmasında
mürəkkəb işlərin yerinə yetirilməsi.
Bilməlidir:
Elektrik sxemləri. Gərginliyi 220 kv-a qədər olan elektrik
avadanlıqlarının quraşdırma,
quraşdırmaqabağı yoxlama, qurutma və
tənzimlənmə üsullarını. Dayaq, konstruksiya,
avadanlıqların qoyulma yerləri, naqil, kabel və şinlərin
çəkilmə traslarının nişanlanma
qaydalarını. Stend və emalatxanalarda hazırlamaq
üçün naqillərin, kontruksiyaların
ayrı-ayrı düyünləri, elektrik
avadanlıqlarının düyün və bloklarında
ölçülmələrin icrası və eskizlərin
tərtib edilmə qaydalarını. Açıq və ekranlı
şin kəmərlərinin yığılma və
bərkitmə qaydalarını . Çəkilmiş
naqillərdə fazaların müəyyənetmə
qaydalarını və icra olunmuş sxemlərin yoxlanma
metodlarını. Transformatorların izolyasiya
xüsusiyyətlərini.
İş
nümunələri. Gərginliyi 220 kv-a
qədər olan açılma, ayırıcı, qısa
qapananlar və yerlə birləşmələrin
quraşdırılması. Gərginliyi 220 kv-a qədər
olan cərəyan azaldıcılarının quraşdırılması.
Cərəyankəsən elektrik açar, işarə
aparatları və rele ilə olan yeşik, blokirovka
kilidlərinin qoyulması. Cərəyan və gərginliyi 220
kv-a qədər olan transformatorların
quraşdırılması. Gücü 63 min.kv.A qədər,
gərginliyi 220 kv-a qədər olan artıq, gücü 125
min. kv.A qədər gərginliyi 110 kv-a qədər olan
güc transformator və avtotransformatorların
quraşdırılması. Kütləsi 3 t-a qədər
olan reaktorların quraşdırılması. Magistral
yığma və qol şinləri,
əyilib-düzələn ayrıcı və kəsiyinin
sahəsi 1000 mm2-ə qədər olan
kompensatorların quraşdırılması. Kütləsi 250
kq-a qədər olan hazır paket və şin
bloklarının quraşdırılması. Qurğuların
fazalaşdırılması. Avadanlığın
quraşdırılmasında ölçmələrin
yerinə yetirilməsi və eskizlərin tərtib edilməsi.
Radiatorların sınaqdan keçirilməsi və
quraşdırılması. Yağ nasoslarının
qurulması. Cütləşdirilmiş alümini
şvellerlərindən şinkəmərlərinin qoyulması.
Blokların qabaqcadan hazırlanmasında şin
kəmərlərinin bağlı künclərinin
yığılması. Ox və bərkitmələr
üzrə yoxlayıb düzəltməklə, şin
kəmərlərinin çəkilməsi. Qıfılla
bərkitməklə ekranların künc və
üçboğaz örtüklərinin qoyulması.
Yüksəktezlikli rabitə, qoruyucu və telemexanika
avadanlıqlarının quraşdırılması
(süzgəc və rezonans
çəpərləyicilərindən savayı). “Suxovey”
və “İney” tipli qurğuların quraşdırılması.
Ekranlı cərəyankeçiricilərinin
quraşdırılması. Yağlı elektrik
açarlarının quraşdırılması. Gərginliyi
110 kv-a qədər olan hava elektrik açarlarının
quraşdırılması. Alüminium boruları ilə
aparatların şinlənməsinin
quraşdırılması. Bütün marka və kəsikli
(partlayıcı zonadan savayı) olan naqillərin nişanlanma
və çəkilməsi.
§ 304 Paylaşdırıcı qurğular
üzrə elektrik
quraşdırıcısı
6-cı dərəcə
İşin
xüsusiyyəti. Paylaşdırıcı
qurğuların quraşdırılmasında xüsusi
mürəkkəb işlərin yerinə yetirilməsi.
Bilməlidir:
Yüksəkvoltlu, nəzarət və xüsusi kabellərin
hazırlanma və quraşdırma üsullarını.
Paylaşdırıcı lövhə, pult, idarəetmə
və qoruyucu lövhə, stansiya düyünlərinin
konstruksiyalarını. Elektrik sxemləri, gərginliyi 220
kv-dan artıq olan elektrik avadanlıqlarının
quraşdırma, yoxlanma və qurudulma üsullarını
və onların tənzimlənmə metodlarını.
Bütün markalardan olan naqil və trosların
quraşdırılma üsullarını. Transformatorların
texniki xüsusiyyətlərini. Elektrotexniki qurğuların
quruluşunu. Obyektlərin istismara təhvil verilməsinin
texniki şərtlərini. Partlayış təhlükəli
zonalarda işin yerinə yetirilmə qaydalarını. Rele
mühafizə haqqında ümumi məlumatları.
İş
nümunələri. Avadanlıqların qurulma yeri
oxlarının nişanlanması. Avadanlıqların
ayrı-ayrı düyünlərinin qurulması üzrə
ölçülmə və eskizlərin tərtib edilməsi.
Komplekt paylaşdırıcı qurğu, ayrı-ayrı blok
və düyünlərin qurulma və tənzimlənməsi.
Gərginliyi 110 kv-dan artıq olan hava elektrik
açarlarının quraşdırılması.
Gərginliyi 220 kv-dan artıq olan kəsici, ayırıcı,
qısaqapanmaçı və
yerləbirləşmələrin quraşdırılması.
Gücü 63 min kv.A artıq, gərginliyi 220 min kv və artıq,
gücü 125 min kv.A dan artıq, gərginliyi 110 kv.-a
qədər olan güc transformator və avtotransformatorların
quraşdırılması. Cərəyan və gərginliyi
220 kv-dan artıq olan transformatorların
quraşdırılması. Xüsusi mürəkkəb
elektrik avadanlıqlarının quraşdırma və
yoxlanması. Kütləsi 3 t-dan artıq olan elektrik
avadanlıqlarının qoyulması. Magistral, yığma
və qol şinləri, əyilib düzəldən
ayırıcı və kəsiyinin sahəsi 1000 mm2-dən
artıq olan kompensatorların hazırlanması və
quraşdırılması. Kütləsi 250 kq-dan artıq olan
hazır şin paket bloklarının
quraşdırılması. Rezonans çəpərləri
və birləşmə süzgəclərinin
quraşdırılması. Açıq və ekranlı
şin kəmərləri altı dayaq konstruksiyalarının
quraşdırılması. Şin kəməri
seksiyalarının quraşdırılmasında
qovuşması (düz və bucaqlı) hidravlik və hava
ötürücülərinin sınaqdan keçirilməsi.
Statik kondensator batareyalarının
quraşdırılması. Boltlu kontakt
birləşmələrin yığılma və
yoxlanması. Transformatorların yoxlayıcı
qızdırılması və qurudulması. Transformator
sarğılarının birləşmə sxemlərinin
yoxlanması. Transformatorların soyutma sistemlərinin
quraşdırılması. Xüsusi mürəkkəb
güc naqilləri, cihaz, aparat və elektrik
avadanlıqlarının ayrı-ayrı
düyünlərində ölçülmələrin
aparılması və quraşdırma eskizlərinin tərtib
edilməsi.
§ 305 PARKETÇİ
2-ci dərəcə
İşin
xüsusiyyəti. Parket
döşəmələrin döşənmə və
bəzənməsində ən sadə işlərin
yerinə yetirilməsi.
Bilməlidir:
Parket plana və parket taxtalarının növlərini.
Parketaltı altlıq qatı üçün materialları.
Mastikaların növlərini. Döşənmə
üçün parketin hazırlanma üsullarını.
Əl nasoslarının quruluş əsasları və istismar
qaydalarını. Taxta reykaların tədarük
üsullarını.
İş
nümunələri. Əsasın
hazırlanması. Kağız, karton və ya mastikadan
parketaltı döşənəcəyin
düzəldilməsi. Əl nasosu və ya əllə götürməklə
hazır Mastikanın çəkib tökülməsi.
Plankaların ölçü, rəng və növü
üzrə çeşidlərə ayrılması. Döşəmənin
şotka ilə sürtülməsi.
§ 306 PARKETÇİ
3-cü dərəcə
İşin
xüsusiyyəti. Parket
döşəmələrin döşənmə və
bəzənməsində sadə işlərin yerinə
yetirilməsi.
Bilməlidir:
Ağacın əsas mənşə xüsusiyyət və
qüsurlarını. Parket plankalarının
əlamətlərini. Parket döşəmələrin
yonulma, sıyırğa və sürtülmə
üsullarını. Parketin emal edilməsi üçün
istifadə edilən elektrikləşdirilmiş alət və
dəzgahların quruluş əsasları və istismar
qaydalarını. Ventilyasiya şəbəkə və
döşəmə yaşmaqlarının qurulma
qaydalarını. Mastikaların hazırlanma qayda və
üsullarını. Parket döşəməaltı
əsasa qoyulan tələbləri.
İş
nümunələri. Lövhəli parketaltı
şəbəkə və orqalin, yonulmuş ağac,
lifli-ağactavalardan əsasın qurulması. Əl
alətləri ilə parket döşəmələrin yonulma
və sıyırğa ilə işlənməsi.
Plankaların kənarlarının və kəllələrinin
əl alətləri ilə, elektrik alətləri və
dəzgahlarda rəndələnməsi. Reykalardan
çərçivələri hazırlamaqla ventilyasiya
şəbəkələrinin qurulması.
Döşəmə yaşmaqlarının qurulması.
Maşınlarla parket döşəmələrin
sürtülməsi. Parketi yapışdırmaq və bəzək
vurmaq üçün mastikaların hazırlanması.
§ 307 PARKETÇİ
4-cü dərəcə
İşin
xüsusiyyəti. Parket
döşəmələrin döşənmə və
bəzənməsində orta mürəkkəbli
işlərin yerinə yetirilməsi.
Bilməlidir:
Parket döşəmələrin keyfiyyətinə qoyulan
tələbləri. Ayrı-ayrı planka, taxta və parket
lövhələrindən Parket döşəmələrin
döşənmə və təmir üsullarını.
Parket döşəmələrin bəzəyi
üçün maşınların quruluşunu və
onların istismar qaydalarını.
İş
nümunələri. Parket Planka, taxta və parket
lövhələrdən mastikada döşəmələrin
döşənməsi. Laqalar üzrə parket taxtalardan
döşəmənin döşənməsi. Parket plankalarla
pillələrin üzlənməsi. Parket
döşəmələrin maşınla və elektrikləşdirilmiş
alətlərlə yonulma, sıyırğa ilə
işlənməsi və cilalanması. Parket
döşəmələrin ayrı-ayrı planka, taxta və
lövhələrinin dəyişdirilməsi.
§ 308 PARKETÇİ
5-ci dərəcə
İşin
xüsusiyyəti. Parket
döşəmələrin döşənmə və
bəzənməsində mürəkkəb işlərin yerinə
yetirilməsi.
Bilməlidir:
Cərgəli parket lövhələrindən
döşəmələrin döşənmə və
təmir üsullarını. Parket lövhələrin
hazırlanma üsullarını. Lövhə əsasları
səthinin hazırlanma və onun parket plankası ilə
üzlənmə üsullarını.
İş
nümunələri. Parket lövhələrinin
rəng və şəkil üzrə hazırlanma və
seçilməsi. Cərgəli lövhəli Parketdən
döşəmələrin döşənməsi.
Lövhəli parket dəyişdirilməsi və yenidən
pərçimlənməsi. Cərgəli parket
lövhələrinin hazırlanası.
§ 309 PARKETÇİ
6-cı dərəcə
İşin
xüsusiyyəti. Parket döşəmələrin
döşənmə və bəzənməsində
xüsusi mürəkkəb işlərin yerinə
yetirilməsi.
Bilməlidir:
Nəfis parketin döşənmə üsullarını.
İş
nümunələri. Nəfis (mozaik və
rəngli) parketdən döşəmələrin
döşənməsi və təmiri. Verilmiş
şəkil üzrə parket lövhələr
əsasında fiqur komplektlərinin
yapışdırılması.
§ 309 PEÇ (SOBA) DÜZƏLDƏN
2-ci dərəcə
İşin
xüsusiyyəti. Soba, ocaq və bacaların
hörülməsində ən sadə işlərin
yerinə yetirilməsi.
Bilməlidir:
Soba işlərinin istehsalında istifadə edilən
materialların əsas növlərini. Müvəqqəti
metal sobalarının qurulma üsullarını. Məhlulun
hazırlanma və peç səthlərinə sadə
bəzək vurulma üsullarını. Üzlənməmiş
peçlərin sökülmə üsullarını.
İş
nümunələri. Boruları asmaqla
müvəqqəti metal peçlərin qurulması.
Peçin üz səthinin təmizlənməsi.
Qırmızı gildən məhlulun hazırlanması.
Üzlənməmiş soba və mətbəx
ocaqlarının sökülməsi. Kərpicin, kaşa
və peç cihazlarının məhluldan
təmizlənməsi.
§ 310 PEÇ (SOBA) DÜZƏLDƏN
3-cü dərəcə
İşin Xüsusiyyəti.
Soba, ocaq və bacaların hörülməsində ən
sadə işlərin yerinə yetirilməsi.
Bilməlidir:
Kərpic və məhlulun keyfiyyətinə qoyulan əsas
tələbləri. Peçaltı bünövrələrin
hörülmə üsullarını. Müvəqqəti
sobaların hörülmə üsullarını.
Tikişlərin bağlanmasının sadə sistemlərini.
Üzlənmiş peç, bacanın peçdən
tüstü borusuna qədər olan hissə və tüstü
borularının sökülmə üsullarını.
Şaquli ayırıcıların qurulma üsullarını.
İş
nümunələri. Peçaltı əsasın
qurulması və bünövrə hörgüsü.
Müvəqqəti tipli peçlərin hörgüsü
və onların baca ilə birləşdirilməsi. Peç
cihazlarının qurulma və bərkidilməsi.
Kaşıların rəngi (çaları) üzrə
çeşidlərə ayrılma və seçilməsi.
Kaşıların kənarlarının sürtülməsi.
Biel və odadavamlı gildən məhlulun hazırlanması.
Gil məhlulu ilə peç hörgüsündə
çatların tutulması. Üzlənmiş
peçlərin sökülməsi. Üzlənməmiş
peçlərdə cihazların dəyişdirilməsi.
§ 311 PEÇ (SOBA) DÜZƏLDƏN
4-cü dərəcə
İşin
xüsusiyyəti. Soba, ocaq və bacaların
hörülməsində orta mürəkkəbli
işlərin yerinə yetirilməsi.
Bilməlidir:
Müxtəlif təyinatlı sadə peç və
ocaqların konstruksiyasını. Paralel və ardıcıl
tüstü dövriyyələrinin qurulması.
Müxtəlif növ yanacaq üçün yanacaq
saxlayanların konstruksiyaları. Peç
hörgüsünün keyfiyyətinə qoyulan
tələbləri. Tikişlərin bağlanmasının
bütün sistemlərini.
İş
nümunələri. Metal futlyarlarda
üzlüksüz peç və mətbəx
plitələrinin hörgüsü. Odadavamlı
kərpicdən yanacaq saxlayanların futerlənməsi.
Bloklardan peçlərin hörgüsü. Metal mətbəx
plitələrinin qurulması. Peçlərin suvaqlanması.
Yeni kərpicləri əlavə etməklə soba, ocaq və
bacaların təmiri. Kaşalarla üzlənmiş peç
və plitələrdə cihazların
dəyişdirilməsi. Şaquli və üfüqi ayırmaların
hörgüsü.
§ 312 PEÇ (SOBA) DÜZƏLDƏN
5-ci dərəcə
İşin
xüsusiyyəti. Soba,
ocaq və bacaların hörülməsində
mürəkkəb işlərin yerinə yetirilməsi.
Bilməlidir:
Mürəkkəb peç və ocaqların
konstruksiyasını. Kaşa ilə üzləmə altı
nişanlanma üsullarını. Üzləmə
üsullarını.
İş
nümunələri. Mürəkkəb
konstruksiyalı peçlərin hörgüsü.
Hörgü prosesində kaşa ilə peçlərin
üzlənməsi. Peçlərin üzlüklərinin
düzəldilməsi və yararsız kaşaların
yeniləri ilə əvəz edilməsi. Qaz yanacağı
üçün peçlərin yenidən təchiz edilməsi.
Su-boru və istilikboru qazanlarında (tağ) peçin tağ
və dibinin kərpiclə hörülməsi.
§ 313 POLAD VƏ DƏMİR-BETON
KONSTRUKSİYALARIN
QURAŞDIRILMASI ÜZRƏ QURAŞDIRICI
2-ci dərəcə
İşin
Xüsusiyyəti. Polad, yığma beton və
dəmir-beton konstruksiyaların quraşdırılmasında
ən sadə işlərin yerinə yetirilməsi.
Bilməlidir:
Takelaj avadanlıqlarının əsas növlərini. Strop
və tutucu ləvazimatların növlərini.
Quraşdırmada işarə vermə qaydalarını.
İnşaat konstruksiyalarının
quraşdırılmasında istifadə edilən alət
və ləvazimatları.
İş
nümunələri. Polad, beton və dəmir-beton
konstruksiyaların inventar stroplarla quraşdırıcı
ilgək, qarmaq və s. ilişdirilməsi. Bolt və
qaykaların yivlərini bir-birinə salmaqla yoxlamaq. Əl
bucurqadında görülən işlər. İzolyasiya
üçün səthlərin təmizlənməsi.
Metizlərdən konservasiyanın götürülməsi.
Beton və dəmir-beton konstruksiyalarda əl alətləri
ilə deşik və şırımların
açılması. Boltların qurulma və
çıxarılması.
§ 314 Polad və dəmir-beton
konstruksiyaların
quraşdırılması üzrə
quraşdırıcı
3-cü dərəcə
İşin
xüsusiyyəti. Polad, yığma beton və
dəmir-beton konstruksiyaların quraşdırma və
iriləşdirilmiş yığılmasında sadə
işlərin yerinə yetirilməsi.
Bilməlidir:
Polad, yığma beton və dəmir-beton konstruksiya
detallarının əsas növlərini. Əsas takelaj,
quraşdırma avadanlıq və ləvazimatların
növlərini. Konstruksiya və məmulatların nəql
edilmə və yığılma qaydalarını,
Konstruksiyaların müvəqqəti bərkidilmə
ləvazimat və üsullarını. Beton qarışıqlarının
əsas xüsusiyyət və markalarını. İzolyasiya
üçün səthlərin hazırlanma
qaydalarını. Elektrikləşdirilmiş və pnevmatik alətlərin
quruluşu və onlarla işləmə qaydalarını.
Metalın korroziyadan mühafizə üsullarını.
İş
nümunələri. Yığılan konstruksiya
bitişik yerlərinin təmizlənməsi.
Quraşdırıcı bolt birləşmələrinin
bərkidilməsi, qaynaq tikişlərinin
sıxlığını yoxlayarkən, onların ağ neft
və təbaşirlə sürtülməsi. Fasonlu
poladların əl gücü ilə işləyən vintil
preslərlə düzəldilməsi. Yol örtüyü
tavalarının qoyulması. Konstruksiyaların
müvəqqəti bərkidilməsi. Beton və dəmir-beton
konstruksiyalarının isidilməsi. Bitişmə və
yığma elementlər sığışmayan yerlərin
betonla doldurulması. Tir ucları,
şırım, yuva, çuxur və deşiklərin
kərpic və ya betonla tutulması. Yığma
arakəsmə və metal karkasda gips paneldən olan daxili
divarların quraşdırılması. Bitişmə
yerlərinin, onlara xüsusi hermetikləri fırça və
ya kiçik kürəklə çəkmək yolu ilə
hermetik tutulması. Tiokil hermetiklərin əl üsulu ilə
hazırlanması.
§ 315 Polad və dəmir-beton
konstruksiyaların
quraşdırılması üzrə
quraşdırıcı
4-cü dərəcə
İşin
xüsusiyyəti. Ayrı-ayrı element
iriləşdirilmiş bloklardan bina qurğu
konstruksiyalarının yığılmasında orta
mürəkkəbli quraşdırma işlərinin yerinə
yetirilməsi.
Bilməlidir:
Tikinti poladının əsas xüsusiyyət və
markalarını. Betonun marka və yığma beton,
dəmir-beton və poLad konstruksiyaların
çeşidlərini. Ayrı-ayrı elementlərdən
konstruksiyaların yığılma və
quraşdırılma üsullarını. Odadavamlı
dəmir-beton bloklardan hündürlüyü 30 m-ə
qədər olan boruların quraşdırma
üsullarını. Reaktorlarda armaturlaşdırılan
və zirehli torların quraşdırma üsul və yollarını.
Orta kütləsi konstruksiyaların
quraşdırılmasında takelaj və qaldırıcı
avadanlıq və qurğuların yığılma və
qurulma üsul və yollarını. Quraşdırılan
konstruksiyaların ilmələnmə üsullarını.
Konstruksiya elementlərinin birləşmə və
bərkidilmə üsullarını. Konstruksiyanın
quraşdırılmasında örtük düzəldilmə
üsullarını. Quraşdırılan konstruksiyaların
keyfiyyətinə qoyulan əsas tələbləri.
Porşenli-quraşdırıcı tapançaların
quruluşunu və onların istismar qaydalarını. Pnevmatik
alətlərin quruluşunu və onlarla işləmə
qaydalarını. Dəmir-beton konstruksiyalarına epoksid
yapışqanın çəkilmə üsul və
yollarını. Bitişmə yerinin hermetik tutulması
üçün sıxlaşdırıcı
araqatlarının çeşidləri və onların
yapışdırma üsullarını.
İş
nümunələri. Kütləsi 8 t-a
qədər olan yığma dəmir-beton və beton
bünövrə blokları, başlıq svay
rastverklərinin bloklarının quraşdırılması.
Aşırımı 12 m-ə qədər olan yığma
dəmir-beton tirlərin quraşdırılması
(kranaltı tir istisna olmaqla) metal karkasda gips panellərdən
yığmaasma tavanların quraşdırılması.
Yığma dəmir-beton panel, mərtəbəarası
örtük tavanlarının, o cümlədən HES
quraşdırma meydança örtüklərinin quraşdırılması.
Yığma dəmir-beton sərnişin platformalarının
quraşdırılması.
Pilləkən
marş və meydança, divarın sıra iri blok, eyvan
bloklarının quraşdırılması. Zirehli toru
açmaq üçün sancağın qurulması.
Reaktorlarda armaturlandıran və zirehli torların
quraşdırılması. Kütləsi 6 t-a qədər
olan sənaye sobalarının polad karkas və kütləsi 1
t-a qədər olan bloklardan peçlərin istilik
çəpərləmə konstruksiyalarının
quraşdırılması. Dayaq, kanat yol stansiya, kabel
kranlarının, metalkonstruksiya, habelə
hündürlüyü 30 m-ə qədər olan
qurğuların polad kanatlarının
quraşdırılması. Odadavamlı beton bloklardan
hündürlüyü 30 m-ə qədər olan boruların
quraşdırılması. Körpü və estakadaların
yığma dəmir-beton tavalarının qoyulması. Kanal
və bənd yamaclarının tavalarla üzlənməsi.
Tir, dayaq tiri və rigelin sütunlarla bitişmə
yerlərinin tutulması. Aralıq yerlərinin və
arakəsmələrin şüşə profilitlə
hörülməsi. Yığma dəmir-beton konstruksiyalarda
tikiş və bitişmə yerlərinin
kəpitkələnmə, doldurulma və
tikişbəndlənməsi. Sadə polad konstruksiyaların
quraşdırılması: pilləkən, meydança,
məhəccər, dayaq, sütun, kronşteyn, taxtabənd,
ayaqaltılar və s. habelə kütləsi 5 t-a qədər
olan orta mürəkkəbli konstruksiyalar: tir, dayaq tiri fakverx
elementləri, rabitələr və s. meydança, tormoz
fermaları və s. üzrə polad örtüyünün
qoyulması. Polad və beton konstruksiyaların
təbəqəli poladla üzlənməsi. Damın polad
örtüyünün quraşdırılması. Daimi bolt
birləşmələrinin bərkidilməsi.
Yüksəkmöhkəmlikli boltların qurulması. Qoyma
detalların korroziyaya qarşı rənglənməsi. Qoyma
hissə bloklarının iriləşdirilmiş
yığılması. Qoyma hissələrin qabaqcadan
qurulması, hidrotexniki qurğuların sürgülərini
və zibilsaxlayan şəbəkələrin oyuqlara (paz)
qoyulması. Hidrotexniki qurğuların böyükqabaritli boru
kəmərlərinin hissə və obeçaykaların
yığılması. Tamyığma binaların xarici
bitişmə yerlərinin mineral və sintetik materiallarla
istilik izolyasiyası. Pnevmatik alətlərin, habelə
sıxlaşdırıcı aralıq materialların (nernit,
paroizol və s.) köməyi ilə xüsusi
hermetiklərlə bitişmə yerlərinin hermetizasiyası.
Porşenli-quraşdırıcı tapançanın
köməyi ilə beton və dəmir-beton
səthlərdə detalların bərkidilməsi.
Dəmir-beton konstruksiyalara epoksid yapışqanın
çəkilməsi.
§ 316 Polad və dəmir-beton
konstruksiyaların
quraşdırılması üzrə
quraşdırıcı
5-ci dərəcə
İşin
xüsusiyyəti. Ayrı-ayrı element və
iriləşdirilmiş bloklardan bina və tikililərin
konstruksiyalarının yığılmasında
mürəkkəb quraşdırma işlərinin yerinə
yetirilməsi.
Bilməlidir:
Ağır yığma dəmir-beton sütun,
bünövrə blok və tirlərinin quraşdırılmasının
üsul və yollarını. Panel, divarın iri blok və
karniz (pərvaz) bloklarının qurulma və bərkidilmə
üsullarını. Ayrı-ayrı ağır element və
bloklarla bina və qurğuların polad konstruksiyalarının
quraşdırma üsullarını. Sənaye sobaların
ağır polad sütun və tirlərinin quraşdırma
üsul və yollarını. Odadavamlı betonla
futerlənmiş panel və iri blokların qurulma və
bərkidilmə üsullarını. Sənaye sobaların
polad konstruksiyalarının iriləşdirilmiş
yığma üsullarını.
Hündürlüyü
30 m-dən çox olan boruların odadavamlı beton bloklardan
quraşdırma üsullarını. Polad konstruksiyaların
odadavamlı beton bloklarla birləşdirilmə
üsullarını. Paslanmayan poladdan qoruyucu örtüyün
qurulma üsullarını. Körpülərin polad
konstruksiyalarının iriləşdirilmiş
yığılma və ayaqaltılarda aşırımlı
körpü tikililərinin yığılma
üsullarını. Asma, yarımasına və
müvazinətləşdirilmiş yığılma
aşırımlı körpü tikili elementlərinin
birləşdirmə üsullarını.
İriləşdirilmiş yığılmada bina və
sənaye qurğularının mürəkkəb
konstruksiyalarının quraşdırılmasında,
habelə konstruksiyaların iriləşdirilmiş
yığılma və ayaqaltılarda aşırımlı
körpü tikililərinin yığılmasında takelaj
və qaldırıcı avadanlıqlarının
yığılma və qoyulma üsul və yollarını.
Konstruksiya və blokların mürəkkəb
ilmələmə üsullarını.
İş
nümunələri. Kütləsi 8 t-dan çox
olan yığma dəmir-beton və beton bünövrə
blokları və 20 t-a qədər olan sütunların
quraşdırılması. Sütun kapitellərinin quraşdırılması.
Aşırımı 12 m-dən çox olan yığma
dəmir-beton tirlərin və kranaltı tirlərin
quraşdırılması. Xarici və daxili divarların
iriölçülü panel və ağır və
yüngül betondan arakəsmə panellərinin
quraşdırılması. Sanitar-texniki kabin, lift
şaxtasının blok və binanın digər həcmli
elementlərinin qurulması. Aradivar və künc iri bloklar,
karnizlərin quraşdırılması. Betonlaşmadan
əvvəl konduktorda oyuqlu blokun qoyma hissələrinin
yığılma və yoxlanılıb
düzəldilməsi. Sıxlaşdırılmış
materiallı seqmentli sürgülərin qoyma
hissələrinin quraşdırılması. Polad
üzlük, konfuzor, diffuzorların
quraşdırılması. Hidrotexniki qurğuların
qeyri-qabaritli boru kəmərlərinin düz
hissələrinin quraşdırılması.
Suaşıran
bəndin yığma dəmir-beton örtük, tava və
spiral kamera, şandorlu tava və dilçək
üçün tava, baxıcı taxta və HES
konstruksiyalarının üzlük bloklarının
quraşdırılması. İstiqamətləndirici
rostverkin rabitəli və fermaaltı tava seksiyası ilə
birlikdə monolitləşdirilməsi, eləcə də
üzücü kranların köməyi ilə yığma dəmir-beton
tavalardan körpülərin quraşdırılması.
Nəhəng massivlərin dəmir-beton
örtüyünün (qabıq) qurulması. Kütləsi 5 t-dan
çox olan sənaye sobaların polad karkas və
kütləsi 1 t-dan çox olan bloklardan sobaların istilik
qoruyucu konstruksiyalarının quraşdırılması.
Polad dayaq konstruksiya, kanat yol stansiya və kabel kranların,
habelə qurğunun hündürlüyü 70 m-ə
qədər olan polad kanalların quraşdırılması.
Hündürlüyü 30 m-dən çox olan boruların
odadavamlı bloklardan quraşdırılması. Borunun
quraşdırılmasında quraşdırıcı
meydançanın qurulma və sökülməsi. Boru
bloklarının yüksək möhkəmliklə sancaqlarla
birləşdirilməsi. Yığma qaz keçidlərinin
quraşdırılması. Reaktorların daxilində
odadavamlı paslanmayan poladda qoruyucu örtüyün
qurulması. Tunel sobasında relsli yolun çəkilməsi.
Çatı və çatıaltı polad, ferma, sütun,
domna peçlərinin sarqa dam panellərinin və s.
iriləşdirilmiş yığılması. Örtük
bloklarının iriləşdirilmiş yığılma
və quraşdırılması. Membranlı
örtüyün quraşdırılması.
Konstruksiyaların quraşdırılmasında bitişmə
yerlərinin tuşlanması. Aşırımı 12 m-dən
24 m-ə qədər olan polad çatı və
çatıaltı fermaların dayaqda tuşlanması və
qurulması. Kütləsi 15 t-a qədər olan polad sütun
və kütləsi 5-dən 15 t-a qədər olan kranaltı
və digər tirlərin quraşdırılması. Estakada,
qradirnə, dəhliz və etajerlərin yükdaşıyan
konstruksiyalarının quraşdırılması. Polad
aşırımlı körpü tikililəri panel
elementlərinin quraşdırılması. Elementin sayı
5-ə qədər olan aşırımlı körpü
tikililərinin mürəkkəb düyünlərinin
yığılma və quraşdırılması. Polad
aşırımlı körpü tikililəri panel
elementlərinin quraşdırılması. Elementin sayı
5-ə qədər olan aşırımlı körpü tikililərinin
mürəkkəb düyünlərinin yığılma
və quraşdırılması. Polad aşırımlı
körpü tikililəri uzununa və eninə
rabitələrinin qoyulması. Tutumu 1000 m3-ə
qədər olan dəmir-beton rezervuarların
quraşdırılması. Alümin və yumşaq
ərintilərdən olan konstruksiyaların
quraşdırılması.
Rulon
tədarükdən ayrı-ayrı sarqa və
vərəqələrdən tutumu 1000 m3-ə
qədər olan rezervuar konstruksiyalarının
iriləşdirilmiş yığılma və
quraşdırılması.
§ 317 Polad və dəmir-beton
konstruksiyaların
quraşdırılması üzrə quraşdırıcı
6-cı dərəcə
İşin
xüsusiyyəti. Ayrı-ayrı element və
iriləşdirilmiş bloklardan bina və qurğu
konstruksiyalarının yığılmasında xüsusi
mürəkkəb quraşdırma işlərinin yerinə
yetirilməsi.
Bilməlidir:
Bina və sənaye qurğularının xüsusi
mürəkkəb konstruksiyalarının iriləşdirilmiş
yığılma üsullarını. Bina və sənaye
qurğularının xüsusi iri qabaritli və
ağırçəkili konstruksiyalarının qurulma
üsullarını. Körpülərin
aşırımlı tikililərinin yığılma,
yerdəyişmə və qurulma üsullarını.
Xüsusi mürəkkəb takelaj qaldırıcı
avadanlıq və ləvazimat, yığılma və qurulma
üsul və yollarını. Konstruksiya və həcmli
blokların xüsusi mürəkkəb, eyni tipli olmayan
ilmələmə üsullarını. Quraşdırma
yerində təbəqələrdən yığılan
və sənaye müəssisələrində hazırlanan
rezervuar və qazqolderləri quraşdırma üsullarını.
Odadavamlı beton və dəmir-betondan sənaye soba
elementləri ilə polad konstruksiyaların
iriləşdirmə yığma üsullarını. Blokdan
(sarqadan) boruların iriləşdirmə yığılma
üsullarını. Odadavamlı beton və dəmir-beton
hərəkətetmə metodu və boruların dönmə
metodu ilə sənaye sobalarının quraşdırma
üsullarını. Odadavamlı beton bloklardan fırlanan
sobaların futerokasının quraşdırma
üsullarını.
İş
nümunələri. Sonradan armaturu
gərginləşdirməklə dəmir-beton
çərçivə, tir və fermaların
iriləşdirilmiş yığılması. Bir
neçə detallardan ibarət qabaqcıl
gərginləşdirilmiş dəmir-beton fermaların
iriləşdirilmiş yığılması və bu
fermaların quraşdırılması. Yığma ramalardan
bina və qurğuların dəmir-beton
konstruksiyalarının, habelə istilik və hidrotexnik
qurğuları fəza bloklarının
quraşdırılması. Qoyma hissələrin
axırıncı yoxlanılıb düzəldilməsi. Qoyma
hissələrin betonlaşdırılmış
yarıqlı bloklarının quraşdırılması
və axırıncı yoxlanılıb
düzəldilməsi. Tənləşdirici
qüllələrin quraşdırılması. Təzyiqli
boru kəməri dayaqlarının quraşdırılması.
Dayaq və kanat yol stansiyası, kabelli kranların polad
konstruksiya, habelə qurğunun hündürlüyü 70
m-dən çox olduqda polad kanatların quraşdırılması.
Fasonlu hissə, kompensatorların quraşdırılması
və hidrotexniki qurğuların qeyri-qabaritl boru
kəmərlərinin hidravlik sınağı. Kütləsi
20 t-dan çox olan yığma dəmir-beton sütunların,
aşırımından asılı olmayaraq
gərginləşdirilmiş
armaturlaşdırılmış örtük tir və
fermalarının quraşdırılması.
Suburaxıcı
(suyığıcı) qurğuların deşiklərinə
yumşaq buz və qamışların düşməməsi
məqsədi ilə qoyulan xüsusi tir, işkil
üçün şaxta və quyu, örtüktavaları
(qabıq), HES-dən keçən keçid körpü
tirləri, bənd, şlyüz, şlyüz dəhlizi və
sovurucu boruların tava və örtüklərinin
quraşdırılması. Svay vurmaq üçün fəza
çərçivə və rostverklərin qoyulması.
Silos qurğuların fəza elementlərinin qurulması. Blokun
kütləsi 15 t-dan çox olan bina və sənaye
qurğularının karkaslarının polad sütun, kranaltı
tir və digər polad konstruksiyalarının habelə
aşırımı 24 m-dən çox olan fermaların qurulması
və axırıncı yoxlanıb düzəldilməsi.
Domna peçlərinin qazaparan, domna peçlərinin maili
körpülərinin İEM, aqlofabrik və s.
iriləşdirilmiş yığılması. Panel və
blokdan peç konstruksiyalarının iriləşdirilmiş
yığılması. Sənaye peç və
iriləşmiş düyünlərlə boruların
quraşdırılması. Layihə vəziyyətinə
çəkib yaxınlaşdırmaqla stenddə sənaye
peçlərinin quraşdırılması.
Bünövrədə bərkidilmiş oynaq ətrafında
dönmə metodu ilə yığma boruların
quraşdırılması. Odadavamlı beton bloklardan
fırlanan peçlərin futerovkasının quraşdırılması.
Quraşdırma sxemi üzrə, bina, sənaye qurğu və
aşırımlı körpü tikililərinin
quraşdırılması üçün detalların komplektləşdirilməsi
və verilməsi. Elementinin sayı 5-dən çox olan
aşırımlı körpü tikililərinin xüsusi
mürəkkəb düyünlərinin yığılma
və quraşdırılması. Aşırımlı
körpü tikililərinin dayaq hissələrinin qurulması.
Yuxarı diyirlədici yolun qurulması və onların
fermaların düyünlərinə bərkidilməsi. Tele
və radio qüllələrinin quraşdırılması.
Tutumu 1000 m3-dan çox olan metal və dəmir-beton
silindrik rezervuar, tutumundan asılı olmayaraq dərinə
salınmış xəndəkli, sferik rezervuar və
qazqolderlərin quraşdırılması. Vantlı
konstruksiyaların quraşdırılması. İrəli
sürüşdürüb çəkmə metodu və
dönmə metodu ilə quraşdırma.
Aşırımlı körpü tikililərinin qatarın
keçməsi üçün dəmir-beton tirlərinin
yığılması.
§ 318 POLAD DAM ÖRTÜYÜ
ÜZRƏ TAXTAPUŞÇU
2-ci dərəcə
İşin
xüsusiyyəti. Dam örtüyü
poladından da örtüyünün təmir və
düzəldilməsində ən sadə işlərin
icrası.
Bilməlidir:
Dam örtüyünü polad təbəqələrinin
çeşidlərini. Sıravi örtük
lövhələrinin əl alətləri ilə hazırlanma
üsullarını. Dam örtüyünün
poladının təmizlənmə və əliflənmə
üsullarını. Polad təbəqələrdən olan dam
örtüyünün sökülmə üsullarını.
İş
nümunələri. Dam örtüyü polad
təbəqələrinin bağlamadan çıxardılma,
təmizlənmə və əliflənməsi.
Təbəqələrin kəsilməsi. Sıravi
örtüklərinin lövhələrinin
hazırlığı (tədarükü).
Təbəqəli poladdan olan dam örtüyünün
sökülməsi.
§ 319 Polad dam örtüyü
üzrə taxtapuşçu
3-cü dərəcə
İşin
xüsusiyyəti. Dam örtüyü
poladından da örtüyünün təmir və
düzəldilməsində sadə işlərin icrası.
Bilməlidir:
Dam örtüyü poladının əsas
xüsusiyyətlərini. Sadə dam örtüklərinin
lövhələrin tədarükü və örtük
detallarının qurulmasının üsullarını. Polad
təbəqələrlə damın örtülmə
üsullarını. Polad təbəqələrdən olan dam
örtüyün və materialların keyfiyyətinə
qoyulan tələbləri.
İş
nümunələri. Bir mailli və ikimailli dam
örtüklərinin təmir və qurulması. Karniz
sallaqları və divarüstü navalçalar
üçün lövhələrin hazırlanması.
Suaxıdan boruların düz hissəsinin hazırlanması.
Suaxıdan navalça, qalpaq, tüstü və ventilyasiya
boruları üçün çətirlərin hazırlanma
və qurulması. Rulonlu və ədədi materiallardan olan
örtüklərdə birləşmə yerlərinin polad
təbəqələrlə örtülməsi. Damın ayrı-ayrı
örtük elementlərinin dəyişdirilməsi.
§ 320 Polad dam örtüyü
üzrə taxtapuşçu
4-cü dərəcə
İşin
xüsusiyyəti. Dam örtüyü
poladından da örtüyünün təmir və
düzəldilməsində orta mürəkkəbli
işlərin icrası.
Bilməlidir:
Orta mürəkkəbli dam örtüyünün təmir
və düzəldilməsi üsullarını.
Şablonların hazırlanma və onlar üzrə dam
örtüyü polad təbəqələrindən olan
məmulat, detal, örtüyün fasonlu hissələrinin
yığılma üsullarını. Örtük
elementlərinin tədarükünün
mexanikləşdirilməsi üsullarını. Örtük
tikişlərinin lehimləmə üsullarını.
İş
nümunələri. Üç və dörd
mailli, çardaqlı valmaşəkilli, planda T və Q
şəkilli damların örtüklərinin təmir və
qurulması. Seksiyalı və dəyişən kəsikli diz,
axıdıcı və qıfların hazırlanması.
Deflektorların hazırlanma və qurulması. Sinklənmiş
polad təbəqələrdən olan örtüklərdə
tikişlərin doldurulması. Su axıdan boruların
asılma və dəyişdirilməsi.
§ 321 Polad dam örtüyü
üzrə taxtapuşçu
5-ci dərəcə
İşin
xüsusiyyəti. Dam örtüyü
poladından olan dam örtüyünün təmir və
düzəldilməsində mürəkkəb işlərin
icrası.
Bilməlidir:
Dam örtüyü polad təbəqələrindən olan
örtüyünün təmir və düzəldilmə
üsullarını.
İş
nümunələri. Günbəzli,
konusşəkilli və digər mürəkkəb damların
dam örtüyü polad təbəqələrindən
təmiri və düzəldilməsi.
§ 322 Poliqrafiya sənayesi
müəssisə avadanlıqlarının
quraşdırıcısı
2-ci dərəcə
İşin
xüsusiyyət. Poliqrafiya sənayesi
müəssisə avadanlıqları və onlarla bağlı
konstruksiyaların quraşdırılmasında ən sadə
işlərin icrası.
Bilməlidir:
Avadanlıqların açılma üsullarını. Ən
sadə takelaj avadanlıqlarının növü və
onların tətbiq edilmə üsullarını. Avadanlıq
detallarının sürtgü üsullarını.
Çilingər avadanlıqlarının təyinatını.
İş
nümunələri. Qeyri vacib detalların boltla
bərkidilməsi. Avadanlıqların açılması.
Aparat və avadanlıqlarda nömrə
lövhəciklərinin hazırlanma və qurulması.
§ 323 Poliqrafiya sənayesi
müəssisə avadanlıqlarının
quraşdırıcısı
3-cü dərəcə
İşin
xüsusiyyəti. Poliqrafiya sənayesi
müəssisə avadanlıqları və onlarla bağlı
konstruksiyaların quraşdırılmasında sadə
işlərin icrası.
Bilməlidir:
İşlədilən materialların əlamətlərini.
Qeyri-mürəkkəb quraşdırma işlərinin
yerinə yetirilmə üsullarını. Sadə takelaj
vasitələrindən istifadə etmə qaydalarını
və onların quruluşunu.
İş
nümunələri. Ülgü üzrə
detalların nişanlanması. Dişli çarx və
burğu ilə deşiklərin deşilməsi. Yivli və
flanslı birləşmələrin yığılması.
Yivlərin əl alətləri ilə kəsilməsi.
Altlıq və aralıqların hazırlanması. Metal
konstruksiyaların düzəldilməsi. Qovuşmaların
quraşdırıcı boltla bərkidilməsi.
§ 324 Poliqrafiya sənayesi müəssisə avadanlıqlarının
quraşdırıcısı
4-cü dərəcə
İşin
xüsusiyyət. Poliqrafiya sənayesi
müəssisə avadanlıqları və onlarla bağlı
konstruksiyaların quraşdırılmasında orta
mürəkkəbli işlərin icrası.
Bilməlidir:
Orta mürəkkəbli avadanlıqaltı bünövrə
ölçülərinin yoxlama üsullarını və bu
avadanlıqların quraşdırma metodlarını.
Mexanikləşdirilmiş alətlərdən istifadə
etmə üsullarını. Quraşdırılmış
avadanlıqların yoxlanılıb düzəldilməsinin
ən sadə üsullarını. Hidravlik sınaqdan
keçirilmə üsullarını. Yüklərin
ilmələnmə və yerdəyişmə
üsullarını. Mexanikləşdirilmiş takelaj
avadanlığından istifadə etmə qaydalarını.
Quraşdırılan avadanlıqların quruluşunu.
İş
nümunələri. Korrektura edən əl
dəzgahlarının, qəzet və kitab rotasiyalarına
stereotipləri tökmək üçün əl
dəzgahlarının quraşdırılması.
Ötürücü lobzik dəzgah, rotasiya
maşınlarının stereotipləri üçün
bıçaqlı sinkdoğrayan və kəsən
dəzgahlar, stereotip və sink plastinlər üçün
dairəvi mişar, tiqelli kiçik formatlı çap
maşını, əl kağızkəsən maşın,
kartondoğrayan dəzgah, kitab blokları kənarlarını
dəyirmiləşdirmək üçün dəzgah,
zər vuran əl press, boy, fezerli-boşluqlu və
ötürücü fasetliyan dəzgah,
surətçıxarma çərçivələrin
quraşdırılması. Klişenin mexaniki emal edilməsi
üçün avadanlıq, stereotip və klişelər
üçün universal bəzək dəzgah, ağır
və yüngül tipli tiqel maşın, birtərəfli
kəsmə üçün ötürücü
kağızkəsən maşın, bir-iki lülə
kağız üçün vərəqkəsən
maşınların quraşdırılması. 480x500 mm daxil
olmaqla format üçün bıçaqlı
bükücü maşın, məftiltikən maşın,
kitab blok və kitabları sıxmaq üçün
preslərin quraşdırılması.
§ 325 Poliqrafiya sənayesi
müəssisə avadanlıqlarının
quraşdırıcısı
5-ci dərəcə
İşin
xüsusiyyəti. Poliqrafiya sənayesi
müəssisə avadanlıqları və onlarla bağlı
konstruksiyaların quraşdırılması üzrə
mürəkkəb işlərin icrası.
Bilməlidir:
Quraşdırma oxlarının nişanlanma, qurma və yerini
dəyişdirmə üsullarını. Quraşdırma
altı bünövrənin və avadanlıqların qurulma
yerinin yoxlama və qəbul qaydalarını.
Mürəkkəb avadanlıqların quraşdırma
üsullarını. Quraşdırılan avadanlıqların
tarazlaşma, mərkəzləşmə, yoxlanılıb
düzəltmə və tənzimlənmə üsullarını.
Sürtkü sistemlərinin işləmə prinsip və
quruluşunu. Mexanizm və maşınların
quraşdırılmasına qoyulan texniki tələbləri
və müəyyən edilən, buraxıla bilən
artıq-əskikliyi. Mürəkkəb avadanlıqların
istismara təhvil verilmə qaydalarını.
İş
nümunələri. Şriftləri və
boşluqlu-cızıqlı materialları tökmək
üçün maşın, stereotipləri tökmək
üçün yarıavtomat, formatı 400x400 mm-li reproduksiya
fotoaparatlarının quraşdırılması. Rotasiyalı
qəzet və kiçik formatlı ofset maşın, dayanan
silindrlərlə yastı çap maşın,
qatlayıcı kaset maşın, saptikən maşın,
özüqoyulan və digər oxşar maşınların
quraşdırılması.
§ 326 Poliqrafiya sənayesi
müəssisə avadanlıqlarının
quraşdırıcısı
6-cı dərəcə
İşin
xüsusiyyəti. Yüksək dəqiqlik
tələb edən xüsusi mürəkkəb işlərin
icrası. Poliqrafiya sənayesi müəssisələrinin
xüsusi mürəkkəb avadanlıqlarının
quraşdırılması.
Bilməlidir:
Xüsusi mürəkkəb avadanlıqların
quraşdırma üsullarını. Avadanlıqların
tənzimlənmə və sazlama üsullarını. Aqreqat
və maşınları istismara təhvil verərkən,
onların sınaq yoxlamadan keçirilmə
üsullarını.
İş
nümunələri. Yığıcı,
sətirtökmə ve hərftökmə maşın, matrisli
hidravlik press, stereotipli tökmə avtomat, orta və
böyük formatlı üfüqi fotoaparatların
quraşdırılması. Jurnal və qəzet aqreqat,
rotasiyalı ikidövrəli böyük formatlı ofset
çap maşın, dərin çap maşın,
üçtərəfli və üçbıçaqlı
kağızkəsən maşın və qapaqayıran
maşınların blok emaledən aqreqatlarının
quraşdırılması.
§ 327 Rabitə avadanlıqlarının
quraşdırıcısı
2-ci dərəcə
İşin
xüsusiyyəti. Rabitə
avadanlıqlarının quraşdırılması
üzrə ən sadə işlərin icrası.
Bilməlidir:
Avadanlıq detallarının və stansiya kabellərinin
ən sadə bərkidilməsinin əsas növlərini.
Avadanlıqların açılma və metal detalların
yağlanma üsullarını. Əl alətləri ilə
sadə rəngləmə üsullarını.
İş
nümunələri. Nişanlanmış
yerlərdə quraşdırıcı bolt və vintlərin
qoyulması. Dəqiq ölçü tələb olunmayan
xırda bərkitmə detallarının hazırlanması.
Kontaktların qalaylanması. Lehimləyici lampanın
doldurulması və yandırılması. Barabandan kabelin
açılması.
§ 328 Rabitə avadanlıqlarının
quraşdırıcısı
3-cü
dərəcə
İşin
xüsusiyyəti. Rabitə
avadanlıqlarının quraşdırılması
üzrə sadə işlərin icrası.
Bilməlidir:
Quraşdırılan avadanlıqların ümumi quruluşunu
və təyinatını. Elektrotexnika üzrə ümumi
məlumatları. Sadə elektrik və quraşdırma
sxemlərini. İşlədilən materialların
əlamətlərini. Kabel və naqillərin
markalarını. Sadə ülgülərin quruluş və
təyinatını. Qeyri mürəkkəb
quraşdırıcı işlərin yerinə yetirilmə
üsullarını. Sadə takelaj vasitələrinin
quruluşunu və istifadə olunma qaydalarını. Sadə
elektrik ölçü cihazlarının təyinatını
və onlardan istifadə etmə qaydalarını. Tətbiq
edilən elektrikləşdirilmiş alət və mexanizmlərin
quruluş əsaslarını. Telefon aparat və qidalanma
batareyalarının quruluşunu.
İş
nümunələri. XIrda detal və armaturların
qoyulması (kronşteyn bucaqlıq, dəstək, ştift
qəlibləri, sınaqkeçirici çərçivə,
kross halqa, giriş daraq, naqilsaxlayıcı, qoruyucu
şüşə, lampa, çərçivələr
və s.). Masalarda navalça seksiyalarının
yığılması. Navalça örtüyü və
stativlərin, qoruyucu lövhələrinin qurulması.
Hazır nişanlama üzrə deşiklərin
dəlikləri və açılması.
Metalkonstruksiyaların düzəldilməsi. Ölçü
üzrə aralıq qatı və alt qatın
hazırlanması. Qovuşmaların quraşdırıcı
boltlarla bərkidilməsi. Dyübellərin qoyulması.
Avadanlıqların sadə detallarının sökülməsi.
Fərdi qablaşdırmadan plataların və cihazların
açılması. Kommutatorlarda qaytanların qurulması.
Yerləbirləşdirmə şinlərinin
quraşdırılması. Şinlərin izolyasiya
materialları ilə sarınması. Şin və
konstruksiyaların rənglənməsi. Divar və
örtükdən kabel və yerləbirləşmə
şinlərinin keçdiyi yerlərinin tutulması.
Ölçü üzrə kabellərin kəsilməsi
(yağla doldurulmuşlardan savayı). hava navalçaları
üzrə kabellərin qat-qat bərkidilməsi. Kabel
paketlərinin müvəqqəti bağlanması.
Avadanlıqların təmizlənməsi. Aşağıda
qeyd olunan avadanlıqlarda damarları qrup və elpik
şəklində qoymaqla stansiya kabellərin
quraşdırılması: krossların ştifli
çərçivə, sənaye, lövhə və
kommutatorlar; stativlərin bıçaqlı qəlibləri;
yuvalı və lampalı kommutator
çərçivələri. Açılmış kabel
damarlarının lentlə sarınması. Yığma
kabellərin hazırlanmasında gövdə və
ayırmaların bağlanması (hörülmə) və
lentlə sərinməsi. Naqillərin çəkilməsi,
onların krossların siqnal lampa patronlarında, habelə
krossların qoruyucu zolaqlarında yerlə birləşmə
atmalarının quraşdırılması.
§ 329 Rabitə avadanlıqlarının
quraşdırıcısı
4-cü dərəcə
İşin
xüsusiyyəti. Rabitə
avadanlıqlarının quraşdırılması
üzrə orta mürəkkəbli işlərin icrası.
Bilməlidir:
Elektrik rabitə və ya radiorabitə üzrə ümumi
məlumatları. Orta mürəkkəbli quraşdırma
sxemlərini. Quraşdırılan və detal cihazların
nomenklaturasını və quruluş əsaslarını.
Konstruksiyaların qurulma və bərkidilmə
üsullarını. Orta mürəkkəbli
ülgülərin quruluş və təyinatını.
Mexanikləşdirilmiş takelaj avadanlığından
istifadə etmə üsullarını. Tikişi
quraşdırıcı tapançaların quruluşu və
onlardan istifadə etmə qaydalarını. Otaqların
ekranlama üsullarını, Kabellərin (kameralardan savayı)
konstruksiyalarını. Kabellərin çəkilmə
üsullarını. Kəsiyinin sahəsi 70 mm2 qədər
bütün markalardan olan kabel və naqillərin bağlanma
və birləşdirmə üsullarını. Kabellərin
markalanma qaydalarını.
İş
nümunələri. Navalçaların
qurulması. Avadanlıqların çəpərlərinin
qurulması. Divarda bucaqlıq, şvellerlərin qurulması
və s. Detallarla dolu yeşiklərin açılması.
Porşenli quraşdırıcı tapançanın
köməyi ilə konstruksiya və avadanlıqların
bərkidilməsi. Şunt, cihazların əlavə müqavimət
tənzimləyici, dəyişdirici açar, düymə,
sıxac qəlibləri, izolyasiya panelləri, elektrik
qidalanmanın qoruyucu qurğu, ölçü cihazları,
siqnalizasiya qurğusu, mikrofon, səsucaldanların və s.
qoyulması. Kronşteyn, asmaların və s.
hazırlanması. Bina daxilində qeyri-ekranlama hava
fiderlərin quraşdırılması. Yüksəktezlikli
yerləbirləşdirmələrin
uraşdırılması. Otaqların ekranlanması. Yağla
doldurulmuş kabellərin kəsilməsi. Kabellərin
markalandırılması. Kabeldən qilafın
çıxarılması. Düzxətli hissələrdə
kabellərin qoyulma, çıxardılma,
düzəldilmə, formalanma və bərkidilməsi.
Avadanlığa yığma kabel və kabel blok-paketlərinin
qoyulması. Kəsiyinin sahəsi 70 mm2 qədər olan güc
kabel və naqillərin (yağ doldurulmuşlardan savayı),
habelə nəzarət və çoxdamarlı kabellərin uclarının
bağlanması və birləşdirilməsi. Stativlərin
ştift çərçivə və yuvalı
qəliblərinə damarları qruppa ilə
düzməklə, qayda üzrə ayrı-ayrı
damarları düzməklə və qruppalardan
çıxartmaqla stansiya kabellərinin
quraşdırılması. Şİ və
DŞİ-lərdə stansiya kabellərinin
quraşdırılması. Damarların əsas
növlərinin bərkidilməsi (hörülməsi).
§ 330 Rabitə avadanlıqlarının
quraşdırıcısı
5-ci dərəcə
İşin
xüsusiyyəti. Rabitə
avadanlıqlarının quraşdırılmasında
mürəkkəb işlərin icrası.
Bilməlidir:
Elektrik rabitə və ya radiorabitə üzrə əsas
məlumatları. Mürəkkəb quraşdırma
sxemlərini. Mürəkkəb avadanlıq, detal konstruksiya
və cihazların quruluş əsaslarını. Kamera
kabellərinin konstruksiyalarını. Mürəkkəb
ülgülərin quruluş və təyinatını.
Mürəkkəb quraşdırma işlərinin yerinə
yetirilmə və avadanlıqların yığılma
üsullarını.
İş
nümunələri. Döşəməyə
qoyulan konstruksiyaların qurulması (tava, əsas, bucaqlıq,
sadə çərçivələr və s). Stansiya
karkaslarının qurulma və yığılması.
İstinad konstruksiyalarının qurulması. Plat, cihaz,
çıxarılan və çəkilən blok,
transformator, kondensator, müqavimət, reostat, selsin,
bıçaqlı dəyişən açarların və
s. qoyulması. Stolüstü və divara vurulan
aparaturaların qoyulması. İri avadanlıqların
açılması. Ekranlanmış hava fiderlərin
quraşdırılması. Fider və dalğaaparıcı
çıxışlarının
quraşdırılması. Düzxətli
hissələrdə konsentrik fider və dalğaaparanların
quraşdırılması. Diametri 20 mm-ə qədər olan
borucuqların düzəldilmiş dairəvi şin və
avadanlıq səthlərinə əyilən yastı
şinlərlə avadanlıqların şinlənməsi. Eniş
və döngələrdə kabellərin qoyulma,
çıxardılma, düzəldilmə, formalanma və
bərkidilməsi. Başlıqların
quraşdırılması (yağla doldurulmuş və
kameralıdan savayı) və kəsiyinin sahəsi 70 mm2-dan
artıq olan kabel və naqillərin birləşdirilməsi.
Ayrı-ayrı damarları qaydasız qruplardan
götürməklə stansiya kabellərinin
quraşdırılması. Siqnalizasiya, kabel və
naqillərin, krossirovkaların quraşdırılması.
Ekranlanmış kabel və naqillərin
quraşdırılması. Kabel, məftil və krossirovka
damarlarının cərəyan ilə yoxlanılması
(səsləndirilməsi). Stativ sütun və cihazların
yenidən quraşdırılması.
§ 331 Rabitə avadanlıqlarının
quraşdırıcısı
6-cı dərəcə
İşin
xüsusiyyəti. Rabitə
avadanlıqlarının quraşdırılmasında
xüsusi mürəkkəb işlərin icrası.
Bilməlidir:
Xüsusi mürəkkəb avadanlıq və aparaturaların
quruluş əsaslarını. Xüsusi mürəkkəbli
quraşdırma sxemlərini. Mexanizm və
hərəkətedici sistemlərin tənzimlənmə üsullarını.
Avadanlıqların qurulma yerinin nişanlanma
üsullarını. Quraşdırıcı
ülgülərin hazırlanma üsullarını. Yağladodurulmuş
və kameralı kabellərin çəkilmə və
quraşdırılma üsullarını.
İş
nümunələri. Şkaf, sütun, stativ,
aralıq dəyişdirici və kross lövhə
karkaslarının, pultların rele lövhələri,
xüsusi masa, kommutatorların və s. qurulması.
Avadanlıq və metalkonstruksiyaların qurulma yerinin
nişanlanması. Avadanlıqaltı mürəkkəb
çərçivələrin qurulması. Antena
ekvivalentləri, ayırıcı mexaniki blokirovka, dəyişdiricilərin
yığılma və qurulması. Kontur qarqara, generator
lampalarının soyuducu çənləri, rezonator,
simmetrikləşdirici qurğuların yığılma
və qurulması. Mürəkkəb dəyişdiricilərin
yığılma və mexaniki tənzimlənməsi.
Bölücü süzgəc və güclərin
yığılma körpülərinin qoyulma və
quraşdırılması. Uyğunlaşdırma və
ölçü hissələrində konsentrik fider və
dalğaaparanların quraşdırılması. Diametri 20
mm-dən artıq olan borucuq və qabırğaya və ya vint
şəkilli əyintisi olan yastı şinlərlə
avadanlıqların şinlənməsi. Kabel paketlərinin
qoyulmasından qabaq eskizlərin tərtib edilməsi.
Yığma kabellərin hazırlanması (gövdə və
ayrılmaların hörülmə və
sərinməsindən savayı). Yağ doldurulmuş və
kamera kabellərin qoyulma və quraşdırılması.
Antenaların baş fiderlərinin yüksəktezlikli
kabellərinin qoyulma və quraşdırılması.
Kabellərin quraşdırılması üçün
qəliblərin hazırlanması.
§ 332 Rabitə
quraşdırıcısı – antenaçı
2-ci dərəcə
İşin
xüsusiyyəti. Antena - dor
qurğularının quraşdırılmasında ən
sadə işlərin icrası.
Bilməlidir:
Antena - dor qurğularında avadanlıq, kabel və
naqillərin ən sadə bərkidilməsinin əsas
növlərini. Avadanlıqların açılması və
metal detalların yağlanma üsullarını. Əl
alətləri ilə rənglənmə üsullarını.
İş
nümunələri. Metal səthlərin
yağlanması. Dəqiq ölçülər tələb
ötməyən xırda bərkitmə detallarının
hazırlanması. Bərkitmə detallarının hazır
nişanlama üzrə qurulması. İzolyatorların
yuyulması.
§ 333 Rabitə
quraşdırıcısı - antenaçı
3-cü dərəcə
İşin
xüsusiyyəti. Antena - dor
qurğularının quraşdırılmasında sadə
işlərin icrası.
Bilməlidir:
İşlədilən materialların növlərini.
Ağac, metal və asbestsement dor və fiderli dayaq, antena-fiderli
qurğu detallarının və dorların siqnal
işıqlandırılmasının nomenklaturasını.
Ağacın əsas cins, qüsur və xüsusiyyətlərini.
Sadə qaldırıcı-takelaj vasitələrinin
quruluşunu və istifadə olunma qaydalarını.
Yüklərin ilmələnmə üsullarını. Tətbiq
edilən mexanikləşdirilmiş alətin quruluş
əsaslarını. Yüksək tezlikli
yerləbirləşdirmələrin quraşdırılma
üsullarını. Antiseptikləşdirici
tərkiblərlə rəftar etmə qaydalarını və
onların hazırlanma üsullarını. Elektrotexnika
üzrə ümumi məlumatları.
İş
nümunələri. Konsentrik fider və dalğa
aparıcı detallarının hazırlanması. Dorun siqnal
işıqlandırma armaturlarının hazırlanması.
Fiderlərdə birnaqilli atmaların qurulması. Aralıq
fider dayaqlarında naqillərin bərkidilməsi. Diametri 16
mm-ə qədər olan polad kanatlara kouş və
izolyatorların hörülməsi, oval şəkilli
birləşdirici və sıxaclarla bərkidilməsi.
Bərkitmə detallarının ilmələnmə və
dorlara qaldırılması. Fiderli dayaqların və
qurulmamış dorların antiseptikləşdirilməsi.
Quraşdırılmış dor və qüllələrin
rənglənməsi. Dayaq və dorların
nömrələnməsi. Yüksəktezlikli yerlə
birləşdirilən naqillərin çəkilməsi.
İşarələnmiş yerlərdə deşiklərin
dəlinməsi və açılması.
§ 334 Rabitə
quraşdırıcısı - antenaçı
4-cü dərəcə
İşin
xüsusiyyəti. Antena - dor
qurğularının quraşdırılmasında orta
mürəkkəbli işlərin icrası.
Bilməlidir:
Ağac, metal və asbestsement dorların quruluşunu. Antena
və fiderlərin quruluşunu. Antena, fider xətti, konsentrik
fider, dalğaaparıcı bərkitmə detallarının,
dorların siqnal işıqlandırılmasının kabel
və armaturlarının konstruksiyalarını. Takelaj
işlərin yerinə yetirilmə üsullarını. Antena
- dor bünövrələrinin ekranlama üsullarını.
Fider xətt və sadə naqilli antenaların
quraşdırılma üsullarını.
Hündürlüyü 25 m-ə qədər olan
bir-gövdəli ağac və asbestsement dorların
yığılma və qurulma üsullarını. Radiotexnika
üzrə ümumi məlumatları. Güc kabel
izolyasiyalarının müqavimətlərinin
ölçülmə üsullarını.
İş
nümunələri. Yoxlama, yığılma
üçün, antenna konstruksiyalarının
hazırlanması. Antena gövdə, vibrator və fider
flanslarında kontaktlı səthlərin şaberlə
işlənməsi. Yoxlama yığılmasından sonra,
düyünlərin sökülmə və markalanması.
Borulardan sərt dalğaaparıcı seksiya və konsentrik
fiderlərin yığılması. Hündürlüyü
25 m-ə qədər olan birgövdəli ağac və
asbestsement dorların yığılma və qurulması.
Sadə fider dayaqlarının yığılma və
qurulması. Qurulan dorların antiseptikləşdirilməsi.
Antena-dor bünövrələrinin ekranlanması və
yüksəktezlikli yerə bağlama şinlərinin
quraşdırılması. Sadə naqilli fider və
antenaların quraşdırılması. Qurulmuş dor və
qüllələrin rənglənməsi. Güc
kabellərinin izolyasiya müqavimətlərinin
ölçülməsi. İzolyatorların mexaniki və
elektrik sınaqdan keçirilməsi. Diametri 16 m-dən
artıq olan polad kanatlara kouş və izolyatorların
hörülmə və sıxaclarla bərkidilməsi.
Naqillərin ucluqlarda yerləşdirilməsi.
§ 335 Rabitə
quraşdırıcısı - antenaçı
5-ci dərəcə
İşin
xüsusiyyəti. Antena - dor
qurğularının quraşdırılmasında
mürəkkəb işlərin icrası.
Bilməlidir:
Antena - fider sistemlərinin konstruksiya, təyinat və elektrik
xüsusiyyətlərini. Quraşdırma sxemlərini.
Mürəkkəb fider dayaqlarının yığılma
və qurulma üsullarını. Hündürlüyü 55
m-ə qədər olan birgövdəli ağac asbestsement
və şəbəkəli metal (bazası 400 mm-ə
qədər olan) dorların quraşdırma
üsullarını. Mürəkkəb naqilli antena və
fiderlərin quraşdırma üsullarını. Dor və
qüllələrin avadanlaşdırma üsullarını.
Dor və qüllələr üzrə kabellərin qoyulma
və dorun siqnal işıqlandırmasının
quraşdırılma qaydalarını. Radiotexnika üzrə
əsas məlumatları. Takelaj avadanlığına
Dövlət dağ mədən texniki nəzarətin
qoyduğu tələbləri.
İş
nümunələri. Naqillərdən
mürəkkəb fiderlərin quraşdırılması
(konsentrikli, çarpazlaşdırılmış və s.).
Düzxətli sahələrdə borulardan düzəldilmiş
dalğaaparan və konsentrik fiderlərin
quraşdırılması. Lövbərlərin qoyulması.
Hündürlüyü 55 m-ə qədər olan
birgövdəli ağac və asbestsement dorların
yığılma və qurulması. Bazası 400 mm-ə
qədər olan şəbəkə metal dorların
yığılması. Mürəkkəb fiderli dayaqların
(künc, ankerli və s.) yığılma və qurulması.
Antena dəyişdirici açarların
quraşdırılması. Konstruksiyaları qaldırmaq
üçün dor və ya qüllələrin müvafiq
təchiz edilməsi. Dor və qüllələrdə mürəkkəb
naqilli antenaların quraşdırılması. Dor və
qüllələr üzrə kabellərin
çəkilməsi. Dorların siqnal
işıqlandırıcılarının quraşdırılması.
Naqil və polad kanatların bilərzikdə (vtulkada)
yerləşdirilməsi. Polad kanat və geri çəkən
burazların sınaqdan keçirilməsi.
§ 336 Rabitə
quraşdırıcısı - antenaçı
6-cı dərəcə
İşin
xüsusiyyəti. Antena - dor
qurğularının quraşdırılmasında xüsusi
mürəkkəb işlərin icrası.
Bilməlidir:
Dor və qüllələrdə mürəkkəb naqilli
antenaların yüksəldilmə (qaldırma)
üsullarını. Antena - dor və qüllələrdə
sərt vibratorlarla antenaların quraşdırma
üsullarını. Ultraqısa dalğa antenaların
quraşdırma üsullarını. Borulardan konsentrik fider
və dalğaaparanların quraşdırma
üsullarını. Fiderli xətlərin bölgü
üsullarını. Konsentrik fider və dalğaaparanların,
traslarının, antenaların qurulma, dor və qüllələrdə
onları bərkitmək üçün detal və
konstruksiyaların bölgü üsullarını. Metal
dorların yığılma və qurulma üsullarını.
Dor, antena, fider və antena dəyişdirici açarların
mexaniki tənzimlənmə üsullarını. Antena fiderli
sistemlərin elektrik sxemlərini. Antenalarda baş fiderlərin
yüksəktezlikli kabellərinin bağlanması.
Qaldırıcı-takelaj vasitələrinin sınaqdan
keçirilmə üsullarını.
İş
nümunələri. Antena və fiderlərin detal
və konstruksiyalarının komplektləşməsinin
yoxlanması. Qaldırıcı-takelaj qurğu və
ankerlərin qurulma yerinin bölgüsü. Dor və qüllələrə
mürəkkəb naqilli antenaların qaldırılması.
Antena-dorların quraşdırılması.
Qüllələrdə sərt vibratorlarla antena və
ultraqısa dalğa antenalarının
quraşdırılması. Birgövdəli metal dorların
yığılma və qurulması. Bazası 400 mm-ə
qədər olan metal şəbəkəli metal dorların
qurulması. Şprenqelli dorların yığılma və
qurulması. Uyğunlaşdırma və ölçmə
sahələrində borulardan düzəldilmiş
dalğaaparan və konsentrik fiderlərin
quraşdırılması. Dor, antena, fider və antenanın
dəyişdirici açarlarının mexaniki
tənzimlənməsi. Fider və dalğaaparanların qoyulma
traslarının bölgüsü, antena, antena detalları
və onların dor və qüllələrdə
bərkitmə konstruksiyalarının qurulma yerlərinin
nişanlanması. Antenalarda baş fider yüksəktezlikli
kabellərin bağlanılması.
§ 337 Rabitə
quraşdırıcısı - kabelçi
2-ci dərəcə
İşin
xüsusiyyəti. Kabel rabitə xəttinin
çəkilməsində ən sadə işlərin
icrası.
Bilməlidir:
Kabel və naqillərin bərkidilməsi üçün
işlədilən material və konstruksiyaların
növlərini. Kabellərin mexaniki
zədələnmədən qorunması və bərkidilməsi
üsullarını.
İş
nümunələri. Yerləbirləşdirmə
elektrodlarının qrunta vurulması. Kabel barabanlarının
üzlənməsinin çıxarılması və
bərpa edilməsi. Kabelli borukəməri deşiklərinin
bağlanması. Kabeldən djut örtüyünün
çıxarılması. Xəndəklərdə kabelin
kərpiclə bağlanması. Kabel quyularının
çəkilmə işlərinə hazırlanması
(məhəccərin qoyulması, qutunun açılıb
və bağlanması və s).
§ 338 Rabitə
quraşdırıcısı - kabelçi
3-cü dərəcə
İşin
xüsusiyyəti. Xətt çəkilən
yerlərin hazırlanması və kabelli rabitə xəttinin
çəkilməsi üzrə sadə işlərin
icrası.
Bilməlidir:
Elektrik rabitə üzrə ümumi məlumatları.
Rabitə kabellərinin markalarını. Kabellərlə
rəftar etmə qaydalarını. Mexanikləşdirilmiş
alətlə istifadə etmə qaydalarını. Telefon aparat
və qidalanma batareyalarının qoşulma
üsullarını.
Kabellərin
ildırım vurma və korroziyadan qorunma üsullarını.
İş
nümunələri. Kabellərin şaxta, quyularda
və divarlar üzrə bərkidilməsi və
çəkilməsi üçün detal və
armaturların qurulması. Ayaqaltı və domkratlarda kabel
barabanların qurulması. Əl üsulu ilə
çəkilmədə kabel, naqil, burazların
açılması. Ölçücü sütunların
qurulması. Xəttin axırıncı (kənar)
yerlərinin rənglənmə və
nömrələnməsi. Yerəbağlama şinlərinin
quraşdırılması. Quyuların ventilyasiyası.
§ 339 Rabitə
quraşdırıcısı - kabelçi
4-cü dərəcə
İşin
xüsusiyyəti. Kabelli rabitə xətlərinin
çəkilməsi üzrə orta mürəkkəbli
işlərin icrası.
Bilməlidir:
Elektrik rabitə üzrə ümumi məlumatları.
Rabitə kabellərinin konstruksiyasını. Kabellərin
zədələnmə növlərini və onların axtarma
üsullarını. Kabellərin hermetikliyə,
qırılmaya, yerə bağlanma və rabitəyə
yoxlanma metodlarını. Kabel, naqil və burazların
çəkilməsi üçün üsul və
vasitələri.
İş
nümunələri. Kabellərin
divar, konstruksiya və açıq kanallar üzrə
çəkilməsi. Kabellərin çəkilməsi
üçün kanalların hazırlanması. Kabelqoyucuda
kabelli barabanların qoyulması.
Quraşdırılmış hissələrin və ya
pupinizasiya addımların qoyulmasından sonra əl üsulu
və ya yüksək tezlikli balonların köməyi ilə
barabanlarda kabelin hermetikliyinin yoxlanması. Ventillərin kabel
qılafı ilə lehimlənməsi. Kabel uclarının
lehimlənməsi. Kabelləri korroziyadan qoruma
üçün elektrodların qoyulması. Qoruyucu buraz və
naqillərin birləşdirilməsi. Quyularda işlək
kabellərin düzəldilməsi.
Ölçü-nəzarət məntəqələrin
düzəldilməsi. Yerləbirləşdirmənin
qurulması.
§ 340 Rabitə
quraşdırıcısı - kabelçi
5-ci dərəcə
İşin
xüsusiyyəti. Xətt çəkilən
yerlərin hazırlanması və kabelli rabitə xəttinin
çəkilməsi üzrə mürəkkəb
işlərin icrası.
Bilməlidir:
Elektrik rabitə üzrə əsas məlumatları.
Rabitə xətlərinin təşkilinin sxemlərini. Torpaqda
və kabel kanalizasiyasına kabellərin çəkilməsi
üzrə işlərin təşkili və texnologiyasını.
Kabellərin çəkilməsi üçün
maşın və mexanizmləri.
İş
nümunələri. Xəndək, kollektor, boru
və qapalı çəkilmə bloklarında kabellərin
çəkilməsi. Kənd rabitə və radiofikasiya
kabellərinin mexanikləşdirilmiş çəkilməsi.
Kanatlarda kütləsi 2 kq-a qədər olan kabellərin
asılması. Quyu və böyük çala forması
üzrə kabellərin əyilməsi. Kassetada kabelin
kassetə salınması və kabelqoyanların bıçağın
qoyulması. Kabel qilafına qurğuşun lentinin lehimlə
qoyulması. Kabellərdə buğumların
düzəldilməsi. Kabel dayaqlarının
avadanlıqlaşdırılması.
Paylaşdırıcı qutu, boks, paylaşdırıcı
şkaf, kabel yeşik və qoruyucu zolaqların qoyulması.
Şkaf və kroslarda abonentlərin krossirovkası. Kabelin
binaya daxil edilməsi.
§ 341 Rabitə
quraşdırıcısı - kabelçi
6-cı dərəcə
İşin
xüsusiyyəti. Kabel rabitə xəttinin
çəkilməsi üzrə xüsusi mürəkkəb
işlərin icrası.
Bilməlidir:
Mürəkkəb şəraitdə kabellərin
çəkilməsi üzrə işlərin təşkili
və texnologiyasını.
İş
nümunələri, Kabel çəkilməsi
üçün trassaların bölgüsü.
Şəhərlərarası və şəhər
kabellərinin meanikləşdirilmiş çəkilməsi.
Su maneələrində kabellərin çəkilməsi.
Kütləsi 2 kq-dan artıq olan kabellərin kanatlarda
asılması.
§ 342 Rabitə
quraşdırıcısı-lehimləyici
2-ci dərəcə
İşin
xüsusiyyəti. Kabel rabitə
xəttlərinin xətti qurğularının
quraşdırılmasında ən sadə işlərin
icrası.
Bilməlidir:
Kabellərin quraşdırılmasında işlədilən
materialların növlərini. Kabellərin
quraşdırılması üçün alət,
ləvazimat və materialların hazırlanma
üsullarını.
İş
nümunələri. Lehimləmə
lampasının doldurulma və yandırılması. Qaz
odluğunun qoşulması və yandırılması. Bitum
kompaund kabel kütlə, mastika, lehimlərin
qızdırılması (isidilməsi). Sap və kəndirlərin
mumla hopdurulması. Xüsusi lehim alətlərinin
qızdırılması. Rabitə kabellərinin
kəsilməsi. Kabellərin düzləndirilmə və
silinməsi. Lehimlərin çubuq şəklində
tökülməsi.
§ 343 Rabitə
quraşdırıcısı lehimləyici
2-ci dərəcə
İşin
xüsusiyyəti. Kabel rabitə xətlərinin
xətti qurğularının quraşdırılmasında
sadə işlərin icrası.
Bilməlidir:
Elektrik rabitəsi üzrə ümumi məlumatları.
Rabitə kabellərinin markalarını. Kabellərlə
rəftar etmənin əsas qaydalarını.
Mexanikləşdirilmiş alətdən istifadə etmə
qaydalarını. Telefon qoyulan qurğuların
nömrələnməsini.
İş
nümunələri. Cut örtüyü və
kabel zirehinin bərkidilməsi üçün
qurşaqların sarınması. Bitum, kompaund, kabel
kütləsi və mastikaların bilərzik və uclara
qoyulan qurğulara tökülməsi. Nömrələmə
üçün halqaların hazırlanması. Çala
və ya quyuların üstündən çadırların
qurulma və çıxarılması. Gilzlərin
üstünə qaynar suyun tökülməsi.
§ 344 Rabitə
quraşdırıcısı lehimləyici
4-cü dərəcə
İşin
xüsusiyyəti. Kabel rabitə xətlərinin
qurğularının quraşdırılması üzrə
orta mürəkkəbli işlərin icrası.
Bilməlidir:
Elektrik rabitəsi üzrə ümumi məlumatları.
Rabitə kabellərinin konstruksiyalarını. Kabellərin
zədələnmə növlərini və onları axtarma
üsullarını. Kabellərin germetikliyi,
qırılması, yerləbirləşmə və rabitə
qabiliyyətini yoxlama metodlarını. Kiçik tutumlu kabel
bilərziklərinin quraşdırma üsullarını. Kabel
dördlük və damarlarının sökülməsini.
İş
nümunələri. Tutumu 100 m2-ə
qədər olan şəhər kabel bilərzikləri və
tutumu 14x4-qədər olan aşağıtezlikli simmetrik
kabellərin quraşdırılması. Kabellərin
qırılma, yerləbirləşmə və rabitə
qabiliyyətinin yoxlanması. Çuğun bilərziklərin
qurulması və onların tökülməsi. Kabel
uclarının tutulması və onların lehimlənməsi.
§ 345 Rabitə
quraşdırıcısı lehimləyici
5-ci dərəcə
İşin
xüsusiyyəti. Kabel rabitə xətlərinin
xətti qurğularının quraşdırılması
üzrə orta mürəkkəbli işlərin icrası.
Bilməlidir:
Elektrik rabitəsi üzrə əsas məlumatları.
Rabitə xəttinin təşkili sxemlərini. Orta tutumlu
simmetrik kabel bilərziklərinin quraşdırma
üsullarını. Kabellərin qoşalıq
qabiliyyətinin yoxlanma metodlarını. Qazanalizatoların
quruluşunu və onlardan istifadə etmə qaydalarını.
İş
nümunələri. Tutumu 300x2-yə qədər
olan şəhər kabel, tutumu 14x4-dən artıq olan
aşağıtezlikli simmetrik kabel, yüksəktezlikli
simmetrik kabel bilərziklərinin quraşdırılması.
Paylaşdırıcı ququ, boks, paylaşdırıcı
şkaf, kabel yeşikləri və qoruyucu zolaqların
quraşdırılması (doldurulması). Rabitəni kəsməməklə
kabellərin dəyişdirilməsi. Epoksid
kütləsindən simmetrik kabellərin qaz
keçirməyən və izolyasiyaedici bilərziklərin
quraşdırılması. Kabellərin qoşalıq
qabiliyyətinin yoxlanması. Qurğuşunlu kabelin NUP-a
salınması.
§ 346 Rabitə
quraşdırıcısı lehimləyici
6-cı dərəcə
İşin
xüsusiyyəti. Kabel rabitə xətlərinin
xətti qurğularının quraşdırılması
üzrə xüsusi mürəkkəb işlərin
icrası.
Bilməlidir:
Böyük tutumlu simmetrik kabel və koaksial kabel
bilərziklərinin quraşdırılma
üsullarını. Kabel zirehlərinin bilərziksiz
birləşmə metodlarını.
İş
nümunələri. Tutumu 300x2-dən artıq olan
şəhər kabel bilərziklərinin
quraşdırılması. Koaksial kabel bilərziklərinin
quraşdırılması. Simmetrikləşdirici, simmetrik
aşağıtezlikli kabellərin kondensator
bilərziklərinin quraşdırılması. Sualtı
kabellərdə naqil zirehinin bilərziksiz
birləşməsi. Quraşdırılmış
gücləndirilmiş kabel hissəsinin daimi təzyiq
altına qoyulması. Xüsusi kütləni
tökməklə qazkeçirməyən və izolyasiyaedici
və OQKM bilərziklərinin quraşdırılması.
§ 347 RABİTƏ QURAŞDIRICI -
XƏTTÇİ
2-ci
dərəcə
İşin
xüsusiyyəti. Hava rabitə xəttinin və
xətti qurğuların radiotranslyasiya şəbəkələrinin
quraşdırılması üzrə ən sadə
işlərin icrası.
Bilməlidir:
Hava rabitə xətti və radiostansiya
şəbəkələrinin çəkilməsində
tətbiq edilən dayaq, izolyator və naqil
bərkidicilərinin növlərini. Rabitə xəttinin quraşdırılması
üçün alət, ləvazimat və materialların
növlərini və hazırlanma üsullarını.
İş
nümunələri. Payacıq və payaların
hazırlanma və vurulması. Bağlamaq üçün
naqillərin hazırlanması. Naqil baraban və
yumaqlarının açılması. Açma qurğusunda
naqilli barabanların qoyulması və ya
çıxarılması. Çuxurların doldurulması.
§ 348 Rabitə quraşdırıcı
- xəttçi
3-cü dərəcə
İşin
xüsusiyyəti. Hava rabitə xətlərinin
xətti qurğu və radiotranslyasiya
şəbəkələrinin quraşdırılması
üzrə sadə işlərin icrası.
Bilməlidir:
Elektrik rabitə üzrə ümumi məlumatları. Dayaq,
izolyator, naqil və onların bərkitmə
armaturlarının marka və konstruksiyalarını.
Mexanikləşdirilmiş alətdən istifadə etmə
qaydalarını. Telefon aparat və qidalanma
batareyalarının qoşma üsullarını.
İldırım vurmadan rabitə xəttinin qorunma
üsullarını. Antiseptikləşdirici
qarışıqlarla rəftar etmə qaydalarını və
onların hazırlanma üsullarını.
İş
nümunələri. Dayaqlar üçün geri
çəkən dartıcıların hazırlanması.
Dayaqlarda deşiklərin dəlinməsi. Qurulmamış
dayaqlarda travers, qarmaq, mil və izolyatorların qoyulma və ya
çıxarılması. Üstdən qoyulma və
kronşteynlərin yığılması. Traverslərin
təchiz edilməsi. Yerlə birləşmənin qurulması
(ildırım sipəri). Dayaqların
nömrələnməsi. Dayaq, söykəmə və
materialların daşınması. Dayaqların dartıb
gətirilməsi. Qoyulmuş dayaqların
çıxarılması. Antiseptikləşdirici tərkibin
hazırlanması və dayağın
antiseptikləşdirilməsi.
§ 349 Rabitə quraşdırıcı
- xəttçi
4-cü dərəcə
İşin
xüsusiyyəti. Hava rabitə xətlərinin
xətti qurğu və radiotranslyasiya
şəbəkələrinin quraşdırılması
üzrə orta mürəkkəbli işlərin icrası.
Bilməlidir:
Elektrik rabitə üzrə ümumi məlumatları. Sadə
dayaq, söykəmə və geri çəkən
dartıcıların yığılma və qurulma
üsullarını. Naqillərin açılma,
qaldırılma və dartılma üsullarını.
İş
nümunələri. Bir
qatlı aralıq dayaqlarının yığılma və
qoyulması. Söykəmə və geri çəkən
dartıcıların qurulması. Dayaqlarda qurulmuş travers,
qarmaq, mil və izolyatorların qurulma və ya
çıxarılması. Üstdən qoyulma, asılma qarmaq
kronşteynləri və pillələrin qoyulması.
Dayaqların düzəldilməsi. Naqillərin
açılma, qaldırılma və dartılması.
Naqillərin çıxarılması. Dirəklərin
qurulmasında dam hissəsinin sökülmə və
tutulması. Telefon aparat, onların əlavə cihaz,
cərəyan azaldıcı transformator,
məhdudlaşdırıcı qutu, səsin
ucalığını tənzimləyənlərin və s.
qoyulma və s. qoyulma və çıxarılması.
Binaların damlarında qoruyucu qurğuların qurulması.
Küçə səsucaldanların qurulması.
§ 350 Rabitə quraşdırıcı
-
xəttçi
5-ci dərəcə
İşin
xüsusiyyəti. Rabitə xətti
qurğuları və radiotranslyasiya
şəbəkələrinin quraşdırılması
üzrə mürəkkəb işlərin icrası.
Bilməlidir:
Elektrik rabitə üzrə əsas məlumatları.
Mürəkkəb dayaqların yığılma və qurulma
üsullarını.
İş
nümunələri. Mürəkkəb
dayaqların yığılma və qoyulması. Dayaqların
yoxlanılıb düzəldilməsi. Söykəmə
dayaqlarının qoyulması. Naqillərin hörülməsi.
Naqillərin yenidən qoyulması. Atma və
ayırıcıların izolyasiyalı naqillərdən
qurulması. Sütun, kabel, dayaq və radiotranslyasiya
şəbəkələrinin çıxan borularının
qoyulma və çıxarılması. Dayaq və
sütunlardan naqillərin işə salınması
keçirilməsi. Naqillərin asılma və
çıxarılması.
§ 351 Rabitə quraşdırıcı
- xəttçi
6-cı dərəcə
İşin
xüsusiyyəti. Radiotranslyasiya
şəbəkələrinin hava rabitə xətti
qurğularının quraşdırılması üzrə
xüsusi mürəkkəb işlərin icrası.
Bilməlidir:
Hava xətlərinin xətti qurğu və radiotranslyasiya
şəbəkələrinin quraşdırılması
üzrə işlərin təşkili və
texnologiyasını. Avtostrada, dəmiryol və
yüksəkvoltlu elektrikötürücü
xətlərdən keçidlərin qurulma qaydalarını.
Naqillərin dartılmasında yüklənmənin son
həddini. Naqillərin tənzimləmə
üsullarını.
İş
nümunələri: Xətlərin
trassasının bölgüsü. Sütunlu xəttin
nivelirlənməsi. Naqillərin dartılma,
tənzimlənmə və bərkidilməsi.
Keçidlərdə naqillərin asılması.
İşləyən naqillərin başqa yerə
qoyulması. Çarpazlaşdırmanın
quraşdırılma və sökülməsi. Naqillərin
tənzimlənməsi.
§ 352 RULON VƏ ƏDƏDİ
MATERİALLARDAN DAM
ÖRTÜKLƏRİ ÜZRƏ
TAXTAPUŞÇU
2-ci dərəcə
İşin
xüsusiyyəti. Rulon və ədədi
materiallardan dam örtüyünün düzəldilməsi
və təmirində ən sadə işlərin yerinə
yetirilməsi.
Bilməlidir:
Rulon və ədədi dam örtüyü
materiallarının çeşidlərinin və onların
emal edilmə üsullarını. Əsasın astarlanma və
təbəqələrarası bitişmə yerlərinə
yaxılan məhlulların hazırlanması
üsullarını. Yapışdırmadan sonra
örtüyün basılıb hamarlanma üsullarını.
Sadə dam örtüyünün sökülmə
üsullarını.
İş
nümunələri. Rulon materiallarının
töküntüdən təmizlənməsi.
İkitərəfli reberoid və üstünə heç
nə yaxılmamış rulon materiallarının
açılıb yenidən sərinməsi.
Yapışdırmaaltı əsasın əl üsulu ilə
astarlanması. Rulon xalçasının vərdənə
ilə basılıb hamarlanması. Rulon və ədədi
materialların kəsilməsi. Təbəqə və
tavaların künclərinin kəsilməsi. Deşiklərin
açılması. Təbəqə, tava və
kirəmitlərin çeşidlərə ayrılması.
Bitişmə yerləri və tikiş yerlərinə
yaxılan məhsulların hazırlanması.
Kirəmitlərarası tikişlərin
kəpitkələnməsi və məhlulun
sürtülməsi. Ədədi və rulon materiallarından
olan dam örtüyünün sökülməsi.
§ 353 RULON
VƏ ƏDƏDİ MATERİALLARDAN DAM
ÖRTÜKLƏRİ ÜZRƏ
TAXTAPUŞÇU
3-cü dərəcə
İşin
xüsusiyyəti. Rulon və ədədi
materiallardan dam örtüyünün düzəldilməsi
və təmirində sadə işlərin yerinə
yetirilməsi.
Bilməlidir:
Rulon, mastika və ədədi dam örtüyü
materiallarının əsas xüsusiyyətlərini. Soyuq
və isti mastikaların hazırlanma üsullarını.
Doldurucuların qurudulma, xəlbirlənmə və qızdırılma
üsullarını, Sadə formalı damların nişanlanma
üsullarını. Sadə formalı damların rulon və
ədədi materiallarla örtülmə üsullarını.
Əriyən ruberoidi qızdıran aqreqat və
qurğuların quruluşunu və onlardan istifadə etmə
qaydalarını. Materiallar və dam örtüyünün
keyfiyyətinə qoyulan tələbləri.
İş
nümunələri. Mastika və astarlamaların
hazırlanması. Sallaq hissələrin yan-yörəsini
düzəltməklə birmailli və ikimailli damların rulon
və Mastikalı materiallarla örtülməsi. Birmailli
və ikimailli damların asbestsement təbəqə və ya
tava (şiferlə) kirəmitlərlə örtülməsi.
Damın
əriyən ruberoidlə örtülməsi. Taxta əsaslar
üzrə sadə damlarda dam örtüyünün
düzəldilməsində mıxla vurulan əlavə
xalça qatının qoyulması. Qum və ya xırda
çınqılı səpməklə, hazır xalça
səthinin isti mastika ilə örtülməsi. Binaların
faxverx divarlarının asbestsement tavalarla üzlənməsi.
Rulon və ədədi materiallardan olan dam
örtüyünün ayrı-ayrı yerlərinin
dəyişdirilməsi. Sallaq, birləşmə yerlərinin
və enişlərin dam örtüyü poladı ilə
örtülməsi. Hazır suaxıdan navalça, qalpaq,
tüstü və ventilyasiya borularına
çətirlərin qurulması.
§ 354 Rulon və ədədi materiallardan
dam örtükləri üzrə
taxtapuşçu
2-ci dərəcə
İşin
xüsusiyyəti. Rulon və ədədi
materiallardan dam örtüyünün düzəldilməsi
və təmirində orta mürəkkəbli işlərin
yerinə yetirilməsi.
Bilməlidir:
Orta mürəkkəbli damların rulon və ədədi dam
örtüyü materialları ilə örtülməsi
üsullarını. Mastika və astarlamaların
çəkilməsi üçün
səpələyicilərin quruluşunu. Ədədi dam
örtüyü materiallarının mexanikləşdirilmiş
emal edilmə üsullarını.
İş
nümunələri. Üç və dörd
mailli, çardaqlı, mansardlı və valma şəkilli,
planda T və Q şəkilli damların sallaq yerlərini
düzəltməklə rulon materialları ilə örtülməsi.
Üç və dörd mailli çardaqlı, mansardlı
və valma şəkilli, planda T və Q şəkilli
damların asbestsement təbəqə və ya tava (şifer),
kirəmitlərlə örtülməsi. Yol, qabırğa
və dam pəncərələrinin ədədi materiallarla
örtülməsi. Səpələyicilərin köməyi
ilə əsasların astarlanması. Suaxıdıcı
boruların asılması.
§ 355 Rulon və ədədi materiallardan
dam örtükləri üzrə
taxtapuşçu
5-ci dərəcə
İşin
xüsusiyyəti. Rulon və ədədi
materiallardan dam örtüyünün düzəldilməsi
və təmirində mürəkkəb işlərin
yerinə yetirilməsi.
Bilməlidir:
Mürəkkəb formalı damların rulon və
ədədi dam örtüyü materialları ilə
nişanlanma və örtülməsi üsullarını.
Birləşmə yerlərinin bütün növlərinin
düzəldilmə xüsusiyyətlərini. Rulon materiallarının
yapışdırılması üçün
işlədilən maşınların quruluşunu.
Mürəkkəb formalı dam örtüyünün
keyfiyyətinə qoyulan tələbləri.
İş
nümunələri. Günbəzli,
konusşəkilli və qübbəli damların rulon və
ədədi dam örtüyü materialları ilə
örtülməsi. Birmailli və ikimailli damlarda rulon
materiallarını yapışdıran maşınlarla
örtüyün düzəldilməsi. Daxili suaxanların
və fənərarası zona və şırımların
rulon materialları ilə bürünməsi.
§ 356 SANİTAR-TEXNİKİ
SİSTEMLƏRİN DÜYÜN VƏ
DETALLARININ HAZIRLANMASI ÜZRƏ
ÇİLİNGƏR
2-ci dərəcə
İşin
xüsusiyyəti. Sanitar-texniki sistemlərin
detal, konstruksiya və düyünlərinin
hazırlanmasında ən sadə işlərin icrası.
Bilməlidir:
Sanitar-texniki material və avadanlıqların növ və
təyinatını. Boru, fintinq, fasonlu hissə, armatura və
bərkitmə vasitələrinin əlamətlərini.
Çilingər alətlərinin təyinatını.
Yüklərin ilmələnmə və yerdəyişmə
qaydalarını. Boru, fintinq və armaturların
diametrlərinin ölçülmə üsullarını.
İş
nümunələri. Boru, fintinq, fasonlu hissə,
armatur və bərkitmə vasitələrinin
çeşidlərə ayrılması. Yardımçı
materialların hazırlanması (kətan, ip, sülükən,
məhlul, kükürd və s). Qeyri vacib
birləşmələrin boltla bərkidilməsi. Sqonların
bilərzik və əksqayka boltların qayka ilə
komplektlənməsi. Aralıq qatının qoyulması. Qazla
kəsmədən sonra, yanıq dəmirin çırpılması.
Borudan olan detal uclarına işarə xəttinin
çəkilməsi. Qazla kəsilmə və elektriktutmada
yüklərin inventar stroplarla ilişdirilməsi, boruların
saxlanma və çevrilməsi. Düyünlərin
damğalanma və boya ilə markalanması. Borukəməri
üçün qoruyucu gilizin hazırlanma və qurulması.
Polad birkaların hazırlanması. Yumaqla çuqun qazan
seksiyalarının daxildən və xaricdən
təmizlənməsi. Borularda qoruyucu ağızlıq və
tıxacların hazırlanma, qurulma və
çıxarılması.
§ 357 Sanitar-texniki sistemlərin
düyün və detallarının
hazırlanması üzrə
çilingər
3-cü dərəcə
İşin
xüsusiyyəti. Sanitar-texniki sistemlərin
detal, konstruksiya və düyünlərinin
hazırlanmasında sadə işlərin icrası.
Bilməlidir:
Sanitar-texniki sistem və birləşmələrin əsas
detallarının növlərini. Borularda nişanlanma
işarələrini. Boruların əyilmə,
kəsilməsi və deşiklərin dəlinmə
üsullarını. Boruəyən, deşib kəsən
və kəsici dəzgah və mexanizmlərin quruluşunu.
İş
nümunələri. Hazır nişanlama
üzrə flans birləşmə və radiatorlar
üçün aralıq qatının hazırlanması.
Flanslı birləşmələrin yığılması.
Aralıq qatının qurulması. Çuğun boru
kəmərlərinin boruağzının tutulması. Əl
üsulu ilə borularda yivlərin kəsilməsi.
Flansların oturdulması və diametri 100 mm-ə qədər
olan boruların qovuşdurulması. Hazır nişanlanma
üzrə boru və flanslarda deşiklərin
dəlinməsi. Boru uclarının zengerləmə və
qaynaq üçün emal edilməsi. Əl alətləri
ilə polad və polimer boruların kəsilməsi. Diametri 80
mm-ə qədər olan boruların əyilməsi. Preslə
“pəncərə”nin kəsilib açılması. Sifon
və reviziyaların komlektləşdirilməsi. Qol
boruların frezerlənməsi. Çuxurların
çapılması. Nasoslar üçün
örtüyün hazırlanması. Konteynerlərin
hazırlanması. Boru kənarlarında boruağzının
əmələ gəlməsi. Qazla kəsmədən sonra
boruların emal edilməsi. Əl alətləri ilə
çuğun kanalizasiya borularının yenidən
yarılması. Telfer və ya krantirlə materialların
daşınması.
§ 358 SANİTAR-TEXNİKİ
SİSTEMLƏRİN DÜYÜN VƏ
DETALLARININ HAZIRLANMASI ÜZRƏ
ÇİLİNGƏR
4-cü dərəcə
İşin
xüsusiyyəti. Sanitar-texniki sistemlərin
detal, konstruksiya və düyünlərinin
hazırlanmasında orta mürəkkəbli işlərin
icrası.
Bilməlidir:
Radiatorları qruplaşdırmaq üçün
dəzgahların quruluşunu. Flans və borularda
deşiklərin nişanlanma üsullarını.
Ayrı-ayrı boru və düyünlərin sınaqdan
keçirilmə qaydalarını. Diametri 200 mm-ə
qədər olan armaturların hazırlanma və sınaqdan
keçirilmə üsullarını. Qüsurların
aradangötürmə üsullarını.
Sıxlaşdırıcı detalların hazırlanma
üsullarını (aralıq qatı, kipcək və s).
Tanqensional yivaçan, burğu və zengellərin salınma
üsullarını. Yonma dəzgahların quruluş və
iş prinsiplərini.
İş
nümunələri. Bərkidici ilə quru halda
fintiq, armaturların yığılması. Diametri 200 mm-ə
qədər olan armaturların yoxlanma və sınaqdan
keçirilməsi. Bütün növlərdən olan
sanitar-texniki qurğuların hidravlik və pnevmatik sınaqdan
keçirilməsi.(ayrı-ayrı boru, düyünlər,
radiatorlar, konvektor bloklar, elevator və suölçən
düyünlər və s). Radiatorların
qruplaşdırılması. Diametri 80 mm-dən 200 mm-ə
qədər olan boruların əyilməsi. Boru, aralıq
və flanslarda deşiklərin nişanlanması. Polad və
polimer boruların mexanikləşdirilmiş kəsilməsi,
borularda deşiklərin açılması və yivlərin
kəsilməsi, çuğun kanalizasiya borularının
mexanikləşdirilmiş yenidən yarılması. Diametri
200 mm-ə qədər olan kran, ventillərin sürtüb
kipləşdirilməsi. Büçün növ xırda
və orta metal konstruksiyaların hazırlanması
(bərkidici detallar, altlıqlar, dayaqlar və s).
Kipkəclərin salınması. Qaynaq üçün polimer
boruların kənarlarının təmizlənmə,
düzəldilmə, qovuşdurulması və qaynaq
edilməsi. Polimer borulardan boru kəmərinin düyün
və detallarının hazırlanması. Reqisterlərin
hazırlanma və sınaqdan keçirilməsi. Əl nasos.
suölçən düyünlərin sarınması,
dəsmal quruducu, qızdırıcı elevator düyün,
tənzimləyici və reduksiyaedici klapanların sarınma
və hazırlanması, hazır düyünlərlə
kondensatayırıcı, radiator və konvektor
bloklarının sarınması və s. Trap, yuyubaparan boru,
kompensator; radiator və konvektor düyünləri,
havayığıcılarının hazırlanması. Yivli
boru kəməri düyünlərinin
yığılması. “Yəhər” şəkilli qol boruların,
diametri 50 mm-ə qədər olan borularda onlar
üçün yuvaların nişanlanması. Çuğun
kanalizasiya borularından düyünlərin
yığılması. Diametri 200 mm-ə qədər olan
sıxlaşdırıcı halqaların şaberlə
işlənməsi. Santexniki kabinələrin boru
kəmərləri ilə
avadanlıqlaşdırılması. Kabinələrdə
dəsmalquruducu vanna, əlüzyuyan, unitas, kombinasiya edilmiş
suqarışdırıcı, tualet rəfi, elektrik
potensialını tənzimləyicilərinin qoyulması.
Flansların borulara keçirilməsi və diametri 100
mm-dən 200 mm qədər olan boruların
qovuşdurulması. Kanalizasiya tıxaclarının
hazırlanması.
§ 359 SANİTAR-TEXNİKİ SİSTEMLƏRİN
DÜYÜN VƏ
DETALLARININ HAZIRLANMASI ÜZRƏ
ÇİLİNGƏR
5-ci dərəcə
İşin
xüsusiyyəti. Sanitar-texniki sistemlərin
detal, konstruksiya və düyünlərinin
hazırlanmasında mürəkkəb işlərin
icrası.
Bilməlidir:
Diametri 200 mm-dən artıq olan boruların qovuşma və
kənarlarının düzəldilmə
üsullarını. Diametri 200 mm-dən 400 mm qədər olan
armaturların hazırlanma və sınaqdan keçirilmə
üsullarını. Bütünlüklə sanitar-texniki boru
kəməri sisteminin qurulması. Mürəkkəb ölçü
alətdən istifadə edilməsini.
İş
nümunələri. Üçboğaz,
çarpaz, keçid, seksiyalı ayırıcı,
paylaşdırıcı daraq, kondensatyığıcı,
hidravlik sürgü, elevator suölçən düyün, mərkəzdənqaçan
nasos, reduksiya klapan, seksiyalı çuğun qazanların
sarınma düyünlərinin hazırlanması,
palçıqyığan silindr, çən,
suqarışdırıcıların hazırlanması.
Diametri 200 mm-dən artıq olan boruların əyilməsi.
Diametri 200 mm-dən 400 mm-ə qədər olan armaturların
yoxlanma və sınaqdan keçirilməsi. Flansların
borulara taxılması və diametri 200 sm-dən 1200 sm-ə
qədər olan boruların qovuşdurulması.
Yüksəktəzyiqli cərəyanla qızdırmaqla
boruların əyilməsi (diametrdən asılı olmayaraq).
Paketlərdə seksiyalı çuqun qazanların
yığılması. Sadə və mürəkkəb
ülgülərin hazırlanması. Eskiz üzrə
düyün və detalların yoxlanması və
paketlərdə onların bağlanması. Armaturların
sürtülməklə uyğunlaşdırılması,
diametri 200 mm-dən 400 mm-ə qədər olan sıxlaşdırıcı
halqaların şaberlə işlənməsi.
İstilikdəyişdirici və
çatdırıcıların qurulma və sarınmağa
hazırlanması. Kompensator, durulduğu, boyler və digər
həcmli detalların hazırlanması.
Yüksəktəzyiqli rezervuarların
yığılması.
§ 360 SANİTAR-TEXNİKİ
SİSTEMLƏRİN DÜYÜN VƏ DETALLARININ HAZIRLANMASI
ÜZRƏ ÇİLİNGƏR
6-cı dərəcə
İşin
xüsusiyyəti. Xüsusi mürəkkəb
işlərin icrası. Sanitar-texniki sistemlərin detal,
konstruksiya və düyünlərinin hazırlanmasında
cizgi eskizlərin oxunması.
Bilməlidir:
Sanitar-texniki sistemlərin sınaqdan keçmə
qaydalarını. Detalların ölçülmə
texnikasını və eskizlərinin çəkilməsi.
Qaynaq qovuşmalarının termiki emal edilmə
üsullarını. Diametri 400 mm-dən artıq olan
armaturların hazırlanma və sınaqdan keçirilmə
üsullarını. Qazan, boyler, kalorifer qurğusu, nasos və
mərkəzi istilik məntəqələrinin hazırlanma
və sınaqdan keçirilmə üsullarını.
İş
nümunələri. Büküşlü
ayırıcı və kompensatorların hazırlanması.
Diametri 400 mm-dən artıq olan “armaturların yoxlanma və
sınaqdan keçirilməsi. Diametri 1200 mm-dən artıq
olan borulara flansların keçirilməsi. Natura və
tipləşdirilmiş layihələr üzrə
ölçülərin götürülməsi. Ölçülmüş
uzunluqları göstərməklə boru
kəmərlərinin hazırlanması üçün
eskizlərin tərtib edilməsi. Diametri 400 mm-dən artıq
olan borulardan düyünlərin hazırlanması. 400
mm-dən artıq olan keçidlərin hazırlanması.
Qazanların sınaqdan keçirilməsi. Ayrı-ayrı
paketlərdən qazanların yığılması. Diametri
400 mm-dən artıq olan sıxlaşdırıcı
halqaların sürtülüb
uyğunlaşdırılması və şaberlə
işlənməsi.
§ 361 SEMENTASİYAÇI
2-ci dərəcə
İşin
xüsusiyyəti. Qruntların sementasiya və
kimyəvi bərkidilməsində ən sadə işlərin
icrası.
Bilməlidir:
Qruntların basılıb doldurulma və kimyəvi
bərkidilməsində işlədilən materialların
növlərini.
Sementasiya
avadanlıqların nomenklaturasını. Süxur və ya
betonda çatları tutmaq üçün, məhlulun əl
alətləri ilə hazırlanma üsullarını.
İş
nümunələri.
Məhlulqarışdırıcıların tərkib
hissələrlə doldurulması. Məhlulu hazırlamaqla
süxur və ya betonda çatların klin və
kəpitkə ilə doldurulması. Betonun səthi
sementasiyasında lövhələrin qurulma və
çıxarılması.
§ 362 Sementasiyaçı
3-cü dərəcə
İşin
xüsusiyyəti. Qruntların sementasiya və
kimyəvi möhkəmləndirilməsində ən sadə
işlərin icrası.
Bilməlidir:
Boru və şlanqların əlamətlərini. Qruntların
sementasiya və kimyəvi möhkəmləndirilmə
üsullarını. Maye şüşə, xlorlu kalsi, karbid
qatran və xlorid turşusu ilə sadə məhlulların
hazırlanma üsullarını. Basılıb doldurulan
materialların keyfiyyətinə qoyulan əsas
tələbləri. Monometrlə rəftar etmə və ondan
istifadə etmə qaydalarını. Quyunun quruluşunu,
basılıb doldurulmuş materialları (tompon) ora endirmə
və qaldırılma qaydalarını. Məhlulqarışdırıcının
və suburaxıcı çənlərin quruluşunu.
İş
nümunələri. Sütunlu kəsilmə
tikişlərinin sementasiyası və qruntların kimyəvi
bərkidilməsində kollektor və materialların
basılıb doldurulması üçün şlanqların
birləşdirilməsi. Quyudan basılıb doldurulan
materialların (tomponun) çıxarılması, qoyulması
və yenidən qurulması. Kranları bağlamaq yolu ilə
basılmanın verilmiş təzyiqinin
tənzimlənməsi. Sementasiyanın qurtarmasından sonra
əl üsulu ilə quyunun sement-qum məhlulu ilə
doldurulması. Qruntun sementasiyası və kimyəvi
bərkidilməsi vaxtı basıcının
vəziyyətinə nəzarət edilməsi.
§ 363 SEMENTASİYAÇI
4-cü dərəcə
İşin
xüsusiyyəti. Qruntların sementasiya və
kimyəvi bərkidilməsində orta mürəkkəbli
işlərin icrası.
Bilməlidir:
Məhlul aparıcıların quraşdırılma və
sökülmə üsullarını. Məhlulaparanın
işində maneənin səbəbinin müəyyən
edilməsi və onların ləğv edilməsi
üsullarını. Məhlulların tərkibi və
onların əsas xüsusiyyətlərini Mürəkkəb
məhlulların hazırlanma və qruntların kimyəvi
bərkidilməsində onların basılıb doldurulma
üsullarını. Sementasiya işləri və qruntların
kimyəvi bərkidilməsinin texnologiyasını.
İş
nümunələri. Məhlulaparanın
quraşdırılma və yerinin dəyişdirilməsi.
Məhlulaparanın sökülməsi. Məhlulaparanda
əmələ gələn əngəllərin,
tıxacın ləğv edilməsi. Məhlulun üzə
çıxmasının ləğv edilməsi. İnşaat
konstruksiyalarında tikişlərin sementasiyasında onların
deformasiyasını müşahidə etmək məqsədi
ilə indikatorların qoyulması.
§ 364 SEMENTASİYAÇI
5-ci dərəcə
İşin
xüsusiyyəti. Qruntların sementasiya və
kimyəvi bərkidilməsində mürəkkəb
işlərin icrası.
Bilməlidir:
Sementasiya işlərinin texnologiyasını. Dağ
süxurlarının xüsusiyyətlərini. Hidravlik yoxlama
qaydalarını.
İş
nümunələri. Suçəkmənin
xüsusi hissəsini müəyyən etmək məqsədi
ilə suyun basılıb doldurulması. Sementasiya (sement,
sement-gil, sement-qum) məhlulun kolonkalı və nerforatorlu
quyudan basılıb doldurulması. Betonun səthi
sementasiyasında lövhələrin köməyi ilə
sementasiya məhlulunun basılıb doldurulması. Sementasiya
avadanlıqlarının qurulma və sökülməsi. Beton
hörgünün sementasiyasında tikişlərin buraxma
qabiliyyətinin yoxlanması. Qoyulmuş sementasiya armaturunun
yoxlanması.
§ 365 SEMENTASİYAÇI
6-cı dərəcə
İşin
xüsusiyyəti. Qruntların sementasiyası
və kimyəvi bərkidilməsində xüsusi
mürəkkəb işlərin icrası.
Bilməlidir:
Silikatlaşdırma, soyuq və ya isti bitumlaşdırma
və onların kombinasiya edilməsi vasitəsilə
süzülməyə qarşı pərdənin qurulma
üsullarını. Nasos avadanlıqlarının
quruluşunu. Kombinasiya etmə üsulu ilə pərdənin
qurulmasını müəyyən edən şərtləri.
Beton hörgü tikişlərinin sementasiya olunma
üsullarını.
İş
nümunələri. Sementasiya məhlul və
silikatları basıb doldurmaqla süzülməyə
qarşı pərdənin düzəldilməsi. Sementasiya
məhlulu və isti bitumu basıb doldurmaqla süzülməyə
qarşı pərdənin qurulması. Sementasiya məhlulu
və bitum emulsiyasını basıb doldurmaqla
süzülməyə qarşı pərdənin
qurulması. Beton hörgüdə tikinti tikişinin
sementasiyası.
§ 366 SELLÜLOZ - KAĞIZ SƏNAYE
MÜƏSSİSƏ
AVADANLIQLARININ QURAŞDIRICISI
2-ci dərəcə
İşin
xüsusiyyəti. Sellüloz-kağız
sənaye avadanlıqları və onlarla bağlı
konstruksiyaların quraşdırılmasında ən sadə
işlərin icrası.
Bilməlidir:
Avadanlıqların açılma üsullarını. Ən
sadə takelaj ləvazimatlarının növlərini və
onların tətbiq edilmə üsullarını. Avadanlıq
detallarının sürtkü üsullarını. Çilingər
alətlərinin təyinatını.
İş
nümunələri. Qeyri-vacib detalların boltla
bərkidilməsi. Avadanlıqların açılması.
Aparat və avadanlıqlarda nömrə lövhəciklərin
hazırlanma və qurulması.
§ 367 Sellüloz-kağız sənaye
müəssisə avadanlıqlarının
quraşdırıcısı
3-cü dərəcə
İşin
xüsusiyyəti. Sellüloz-kağız
sənaye avadanlıqları və onlarla bağlı
konstruksiyaların quraşdırılmasında sadə
işlərin icrası.
Bilməlidir: Tətbiq edilən
materialların əlamətlərini. Qeyri-mürəkkəb
quraşdırma işlərinin yerinə yetirmə üsullarını.
Sadə takelaj vasitələrinin quruluşunu və onlardan
istifadə etmə qaydalarını. Qeyri mürəkkəb
ölçü alətinin quruluşunu və tətbiq edilməsini.
Metrik və dyuymlu yivləri. Quraşdırılmış
avadanlıqların ən sadə yoxlanılıb
düzəldilmə üsullarını.
İş
nümunələri. Ülgü üzrə
detalların nişanlanması. Deşiklərin dişli
çarx və burğu ilə deşilməsi. Yivli və
flanslı birləşmələrin yığılması.
Əl alətləri ilə yivlərin kəsilməsi.
Altlıq və aralıqların hazırlanması. Metal
konstruksiyaların düzəldilməsi. Qovuşmaların quraşdırıcı
boltlarla bərkidilməsi. Rezin qollu ştuser, brandspoyt
ucluğu, təknə, dartıcı və
ötürücü qurğuların
quraşdırılması.
§ 368 Sellüloz-kağız sənaye
müəssisə avadanlıqlarının
quraşdırıcısı
4-cü dərəcə
İşin
xüsusiyyəti. Sellüloz-kağız
sənaye avadanlıqları və onlarla bağlı
konstruksiyaların quraşdırılmasında orta
mürəkkəbli işlərin icrası.
Bilməlidir:
Orta mürəkkəbli avadanlıqaltı bünövrə
ölçülərinin yoxlanma üsullarını və bu
avadanlıqların quraşdırma metodlarını.
Mexanikləşdirilmiş alətlərdən istifadə
edilmə üsullarını. Quraşdırılmış
avadanlıqların yoxlanılıb düzəldilmə
üsullarını. Hidravlik sınaqdan keçirilmə
üsullarını. Yüklərin ilmələnmə və
yerdəyişmə üsullarını.
Mexanikləşdirilmiş takelaj avadanlıqlarından
istifadə etmə qaydalarını. Quraşdırılan
avadanlıqların quruluşunu. Armaturların qurulma
qaydalarını, armaturların markalanmasını və
fərqləndirici rənglənməni.
İş
nümunələri. Press-pat, podşipnik, şkiv,
ulduzcuq, disk və digər kağız düzəldici
avadanlıqların tipik düyün detallarının
quraşdırılması. Talaşa üçün
çeşidləyici, talaşatutan, dreşer,
cındırdoğrayan, toztəmizləyən, şnekpress,
gilizyapışdırıcı, gilizkəsən, bobinakəsən
dəzgahlar və yığma halda daxil olan digər oxşar
avadanlıqların quraşdırılması.
Yoxlanılıb düzəldilməklə şaber,
mahudaparıcı, kağızaparıcı və digər
valik kağız-karton hazırlayan maşınların
kiçik vallarını, habelə yardımçı
avadanlıqların: suayırıcı, burağan
təmizləyici və yığma halında daxil olan
digər ayrıca dayanan avadanlıqların
quraşdırılması.
§ 369 Sellüloz-kağız sənaye müəssisə
avadanlıqlarının
quraşdırıcısı
5-ci dərəcə
İşin
xüsusiyyəti. Sellüloz-kağız
sənaye avadanlıqları və onlarla bağlı
konstruksiyaların quraşdırılmasında
mürəkkəb işlərin icrası.
Bilməlidir:
Quraşdırıcı oxların nişanlanma, qurulma və
yerini dəyişmə üsullarını.
Quraşdırmaaltı bünövrə və
avadanlıqların qurulma yerinin yoxlanma və qəbul
qaydalarını. Mürəkkəb avadanlıqların
quraşdırma üsullarını. Quraşdırılan
avadanlıqların tarazlaşma, mərkəzləşmə,
yoxlanılıb düzəldilmə və
tənzimlənmə üsullarını. Sürtkü
sistemlərinin quruluşu və işləmə
prinsiplərini. Mexanizm və maşınların
quraşdırılmasına qoyulan texniki tələbləri
və müəyyən edilmiş buraxıla bilən
artıq-əskikliyi.
İş
nümunələri. Şaquli diskli qabıqsoyan,
hidravlik susuzlaşdırma baraban, su üçün
süzgəc, dezinteqrator, difebrer daşları oturtmaq
üçün dəzgahların quraşdırılması.
Barabanlı və diskli doğrayıcı maşın,
rafiner, separator, zaymaləzən, hidropulper, kütləni
əzmək üçün dəyirman, erkensatr və onlar
üçün paylaşdırıcıların
quraşdırılması. Fortranlı qurğu,
qatılaşdırıcı, lifli altqatlı süzgəc,
pərli və propellerli qarnitur, qatışdırıcı
qurğu, qarışdırıcı, ağardıcı
lülə qarnitur, ayrılan torta kütləsi
üçün nasos, nəmləşdiricilərin quraşdırılması.
İkivallı kalandr-satiner kağız dairələrini
kəsmək üçün topakəsici və flatokəsici
dəzgah, qablaşdırıcı press, “Tuna” aparat, “Freska”
tipli talaşa sıxlaşdırıcı, yapışqan
hazırlamaq üçün qazan və emulqator, diskli
qidalandırıcıların quraşdırılması.
Bütün diametrlərdən olan qapaq, şiberlərin,
habelə fırlanma tezliyindən asılı olmayaraq
reduktorların qurulması. Sleşer yumrucuqlu, qabıqsoyan
maşın, oduncaq tikələrini tutan, düyüntutucu,
yenidən sarıyıcı,
yenidənsarıyıcı-növləşdirici dəzgah
və sökülmüş halda daxil olan digər oxşar
avadanlıqların quraşdırılması.
§ 370 Sellüloz-kağız sənaye
müəssisə avadanlıqlarının
quraşdırıcısı
6-cı dərəcə
İşin
xüsusiyyəti. Sellüloz-kağız
sənaye avadanlıqlarının quraşdırılması
üzrə yüksək dəqiqlik tələb edən
xüsusi mürəkkəb işlərin icrası.
Bilməlidir:
Xüsusi mürəkkəb avadanlıqlarının
quraşdırma üsullarını. Avadanlıqların
tənzimlənmə və sazlanma üsullarını. Aqreqat
və maşın, habelə texnoloji xəttin texnoloji
avadanlıqlarının istismara verilməsində onların
yoxlanma qaydalarını.
İş
nümunələri. Baraban və bunker tipli
qabıqsoyan qurğu, press, bütün tipli defibrerlərin
quraşdırılması. Ağacları buğa vermə,
cındırbişirici və sellüloz-bişirici qazan,
reqenerasiya sistern, sellüloz üçün
cırıcı, xırdalamaq üçün maşın,
müxtəlif papmaşın kütləsi üçün
lülə və növləşdirici, şaquli qarnitur
və qarışdırıcı ağardıcı
qüllə, sellüloz-bişirici qazanlar üçün
müxtəlif tipli dövrü qurğuların
quraşdırılması. Kağız hazırlayan, karton
hazırlayan maşın və press, onlara bütün sistemli
ötürücü kalandr və superkalandrların
quraşdırılması. Uzununa kəsici dəzgah,
valların cilalanma və bombirovkası üçün
dəzgah, avtomat-dəzgah fibra, perqament və sellofondları
istehsal etmək üçün avadanlıqların
quraşdırılması.
§ 371 SƏYYAR TERMİK QURĞULARDA
OPERATOR - TERMİST
2-ci dərəcə
İşin
xüsusiyyəti. Qaynaq
birləşmələrinin termik emal edilməsində ən
sadə işlərin yerinə yetirilməsi.
Bilməlidir:
fizika və elektrotexnikanın əsaslarını. Termik
emaledilmədə istifadə edilən
qızdırıcıların növ və tiplərini,
cərəyançatdırıcı kabel və naqillərin
markalarını. Sadə nəzarət və qurluşunu.
Termiki emal üçün istifadə edilən qaynaq
transformatorlarının iş prinsipini.
İş
nümunələri. Boru uclarının
qızdırmağa və qaynaq birləşmələrinin
yerli termiki emal edilməyə hazırlanması. Termoelektriki
əmələgətiricilərin və boruların istilikizolyasiya
materialları ilə izolyasiyası. Yerli termik emal
edilmədən sonra, boruların qaynaq
birləşməsində dəmir yanıqlardan
təmizlənməsi. Termoelektrik naqil, qidalandıran kabel naqil
və xortumaların qoyulması.
§ 372 Səyyar termik qurğularda
operator-termist
3-cü
dərəcə
İşin
xüsusiyyəti. Qaynaq
birləşmələrinin termik emal edilməsində sadə
işlərin yerinə yetirilməsi.
Bilməlidir:
metalların əsas xüsusiyyətlərini və onların
markalarını. Yerli termik emal edilməsinin
keçirilməsində qızdırma üsullarını.
Qızdırıcıların iş prinsiplərini.
Termoelektrik əmələ gətiricilərin
pərçimlənmə və onların nəzarət
ölçü cihazlarına birləşdirmə
qaydalarını. Məsafədən idarə edən pultun
işləmə prinsipi və istismar qaydalarını. Qaynaq
birləşmələrində
qızdırıcıların qurulma qaydalarını. Orta
mürəkkəbli nəzarət-ölçü
cihazlarının təyinat, quruluş və istifadə edilməsini.
İş
nümunələri. Termik emalın
aparılması üçün boruların qaynaq
birləşmələrinin hazırlanması; termoelektrik
əmələgətiricilərin pərçimlənməsi
və termoelektrik naqillərin birləşdirilməsi.
İnduktor, əyilib-düzələn müqavimət və
kombinasiya təsirli elektrikqızdırıcı
halqaşəkilli çoxalovlu odluqların qurulması.
Universal asetilen-oksigen odluqda qazalovlu qızdırma
üçün yerin iş üçün
hazırlanması. Quraşdırma, çöl və
təmir şəraitində elektrik qızdırıcı
qurğu və halqaşəkilli çox alovlu odluqdan
istifadə etməklə, diametri 1420 mm-ə qədər olan
aşağıkarbonlu və aşkar vurulan polad boru
kənarlarının qaynaqaltı qızdırılması.
§ 373 Səyyar termik qurğularda
operator-termist
4-cü dərəcə
İşin
xüsusiyyəti. Qaynaq
birləşmələrinin termik emal edilməsində orta mürəkkəbli
işlərin yerinə yetirilməsi.
Bilməlidir:
Metalların yerli termiki emal edilmə üsullarıni struktur
dəyişməsini. Qaynaq birləşmələrin yerli
termiki emal edilmə rejimlərini. İcra edilən iş
hüdudunda elektrotexnikanı. Qızdırıcıların
quruluşunu. Termik emal etmə üçün, proqram
quruluşlu qurğu və mürəkkəb
nəzarət-ölçü cihazlarının quruluş,
təyinat və istifadə etmə qaydalarını.
İş
nümunələri. Korpuslu texnoloji
konstruksiyaların qaynaq birləşmələrinin (barabanlar,
aparatlar, sferik çənlər və s.) və
borukəmərlərinin (İES buxar kəmərlərinin,
qaynaq olunmuş üçboğazlı boruların və s.)
quraşdırma və təmir şəraitində qazalovlu
və induksiyalı qızdırmadan istifadə etməklə
termiki emalın keçirilməsinə hazırlıq.
Çoxalovlu odluqdan quraşdırma, çöl və
təmir şəraitində 50 Qs sənaye tezlikli cərəyanla
işləyən elektrotermik
avadanlıqdan istifadə etməklə karbonlu və
aşağı aşqar vurulan poladlardan perlin sinifli
aşağı karbonlu və aşağı aşqar poladdan
olan boruların qaynaq birləşmələrinin yerli termiki
emalı. Məsafə və proqram idarəetmə
pultlarından yerli termiki emal etmənin texnoloji prosesinin
tənzimlənməsi. Termiki emal edilmə jurnallarının
aparılması. Qızdırıcı elektrik kabel və
naqillərin təmiri.
§ 374 Səyyar termik
qurğularda operator-termist
5-ci dərəcə
İşin xüsusiyyəti. Qaynaq birləşmələrinin termik emal
edilməsində mürəkkəbli işlərin yerinə
yetirilməsi.
Bilməlidir. Qidalanma
mənbəyi və məsafəli idarəetmə
pultlarının quruluş və elektrik sxemlərini. Emal
edilən poladın kimyəvi tərkib, mexaniki və fiziki
xüsusiyyətlərini. Nəzarət-ölçü
cihazlarının işə hazırlama və
tənzimləmə, boru kəmərlərinin qaynaq
birləşmələrinin termiki emal prosesinin məsafəli idarəetmə
qurğusunun xidmət etmə və sazlama qaydalarını.
Termiki emal edilmə dövrünün təshihetmə
qaydalarını.
İş nümunələri: 2500-8000 Qs yüksəktezlikli cərəyanla
işləyən aşağıkarbonlu və
aşağı aşqar vurulan poladdan boruların qaynaq
birləşmələrinin yerli termiki emal edilməsi.
Boruların qaynaq bitişmə yerinin yerli emal edilməsinin
keçirilməsində 2500-8000 Qs yüksəktezlikli
cərəyanla qızdırma rejiminin müəyyən edilməsi
və məsafəli və ya proqram idarəetmə pultdan
qızma parametrlərinin tənzimlənməsi. Müqavimətli
və kombinasiyalı təsirli elektrik
qızdırıcılarının sabitləşdirici
bişirmə və austenizasiya rejimində istifadə
etməklə korroziyaya davamlı austenit sinifli polad
boruların qaynaq birləşmələrinin yerli termiki emal
edilməsi. Quraşdırma, çöl və təmir
şəraitində 50 Qs sənaye tezlikli cərəyandan
istifadə etməklə çətin əl çatan qaynaq
birləşmələrin yerli termik emal edilməsi (kameralar,
armaturlar, üçboğazlı borular). Su sulu, uran-qrafitli
reaktorlar və elektrik qızdırma metodundan istifadə
ödən sürətli neytronlarda olan reaktorlu atom elektrik
stansiyalarının I, II, III konturlarının boru
kəmərləri qaynaq birləşmələrinin yerli
termiki emal edilməsi. Elektrik qızdırma metodundan istifadə
etməklə, iriqabaritli texnoloji avadanlıqların (barabanlar)
aparatlar və boru kəmərləri iriqabaritli
düyünlərinin (qaynaq üçboğazlı borular)
qaynaq birləşmələrinin yerli termiki emal edilməsi.
Quraşdırma və təmir şəraitində korpuslu
texnoloji konstruksiyaların (baraban, aparat və sferik
çənlər) və boru kəmərlərinin (İVS
buxar kəmərləri) həcmli (tam) termiki emalını
keçirmək üçün, qazalovlu və induksiyalı
qızdırma üçün, avadanlıqların
hazırlanması. Austenzasiya rejimi üzrə diametri 100
mm-ə qədər olan soyuq əymələrinin termik
emalının keçirilməsi. Qaynaq vaxtı boru
uclarının maqnitsizləşdirilməsi. Temperaturu
məsafədən tənzimləyən qurğu və
sxemlərin işə salınması və xidmət
göstərilməsi. Pultların işinin sazlanması və
termiki emal edilmə prosesini məsafədən idarə
edən pult və qurğuların işinin qurulması və
təşkili. Trasformatorların və digər qidalanma
mənbələrinin cari təmiri.
§ 375 Səyyar termik
qurğularda operator-termist
6-cı dərəcə
İşin xüsusiyyəti. Vacib qaynaq birləşmələrinin termiki emal
edilməsində xüsusi mürəkkəb işlərin
yerinə yetirilməsi.
Bilməlidir: Proqramlı
idarəetmə qurğularının quruluşunu və
elektrik sxemlərini, onların sazlama xidmət və cari
təmiri qaydalarını. Tam (həcmli) termiki emal
edilmənin rejimlərinin seçilməsi. Qaynaq
birləşmələrinin termiki emal edilməsinin
keyfiyyətinə nəzarət etmə metodlarını.
Termiki emal etmə üzrə texniki sənədlərin
təhvil vermə qaydalarını.
İş nümunələri, Proqramlı idarə olunan 2500-8000 Qs yüksək
tezlikli cərəyanın induksiya qurğularından
istifadə ötməklə aşağı karbonlu və
aşqar vuran poladlardan çətin əlçatan boru qaynaq
birləşmələrin yerli termiki emal edilməsi. Su-sulu,
uran-qrafitli reaktorlar və elektrik qızdırma metodundan
istifadə etməklə sürətli neytronlarla olan reaktorlu
atom elektrik stansiyalarının I, II, III konturlarının boru
kəmərləri çətin mümkünlü
(çətin əlçatan) qaynaq
birləşmələrinin yerli termiki emal edilməsi.
İriqabaritli texnoloji avadanlıqların qaynaq
birləşmələrinin (barabanlar, aparatlar və s.)
habelə proqramlı idarəetmə ilə 2500-8000 Qs
yüksəktezlikli cərəyan induksiya qurğularını
istifadə etməklə borunun qaynaq birləşməsinin su
avadanlığın boru başlığına qaynaq
edilməsi. İnduksiyalı qurğudan proqramlı
idarəetmə ilə 2500-8000 Qs yüksəktezlikli
cərəyanlardan istifadə etməklə boru
kəmərlərinin (İVS buxar kəmərlərinin) tam
(həcmli) termiki emal edilməsi. Məsafəli və ya
proqramlı idarəetmə pultlardan qızma prosesini
tənzimləməklə, qazalovlu qızmanı istifadə
etməklə korpuslu texnoloji konstruksiyaların tam (həcmli)
termiki emal edilməsi. Termiki emal etmə prosesinin proqramlı
idarəetmə qurğu və sxemlərinin qoşulma və
xidmət edilməsi. Texniki emal etmə prosesinin məsafəli
və proqramlı idarəetmə pultlarının cihaz və
aparaturasının cari təmiri.
§ 376 SƏNAYE
DƏMİR-BETON BORULARININ DÜZÜCÜSÜ
4-cü dərəcə
İşin xüsusiyyəti. Monolit dəmir-beton sənaye boru, radioqüllə
və digər nazikdivarlı qurğuların tikilməsi
və təmirində orta mürəkkəbli işlərin
icrası.
Bilməlidir:
Hərəkətedən metal və ağac qəlib
detallarının nomenklaturasını.
Hərəkətedən qalibləri qaldırmaq
üçün, qurğu və mexanizmləri. Daxili və xarici
qəliblərin qaldırma, qurulma və yerdəyişmə
qaydalarını. İşarə vermə qaydalarını.
Sadə armaturların qurulma və
betonqarışığının qəlibə qoyulma
qaydalarını.
İş nümunələri. Sadə armaturların qoyulması. Beton
qarışığının qəlibə qoyulması.
Əl üsulu ilə boru gövdəsinin daxili səthinə
korroziyaya qarşı örtüyün çəkilməsi.
§ 377 SƏNAYE
DƏMİR-BETON BORULARIN DÜZÜCÜSÜ
5-ci dərəcə
İşin xüsusiyyəti. Monolit dəmir-beton sənaye boru, radioqüllə
və digər nazikdivarlı qurğuların tikilməsi
və təmirində mürəkkəb işlərin
icrası.
Bilməlidir: Boru,
qüllə və digər hündür qurğuların
ucaldılması üzrə işlərin
xüsusiyyətlərini. Metal və ağac inventar
qəliblərin qurulma və yenidənqurulma qaydalarını.
Şaxta qaldırıcılarının qurulması.
İş nümunələri. Qəliblərin qurulma və yenidənqurulması.
Boşluq və konsollarda armaturların qoyulması. Beton
qarışığının vibrator və əl
alətləri ilə sıxlaşdırılması.
İsidicilərin terlyak qaldırılma və yerinin
dəyişdirilməsi. Yük daşıyan halqaların
yığılma, quraşdırılma və
sökülməsi. Dyübellərin qoyulması. Şaxta
qaldırıcısı, hərəkət üçün
pilləkən, işçi meydança və
futerləmə üçün meydançaların
quraşdırılma və sökülməsi.
İşçi döşənək və qoruyucu
örtüklərin qurulması. Xarici və daxili
taxta-bəndlərin quraşdırılma və sökülməsi.
Boru gövdəsi daxili səthinin adi və
turşuyadavamlı kərpicdən futerlənməsi.
Mexanikləşdirilmiş üsulla boru gövdəsi daxili
səthinə korroziyaya qarşı örtüyün
çəkilməsi.
§ 378 SƏNAYE
DƏMİR-BETON BORULARININ DÜZÜCÜSÜ
6-cı
dərəcə
İşin xüsusiyyəti. Monolit dəmir-beton sənaye boru, radioqüllə
və digər nazikdivarlı qurğuların tikilməsi
və təmirində xüsusi mürəkkəb
işlərin icrası.
Bilməlidir: Boru,
qüllə və digər hündür qurğuların
bünövrələrinin qəbul qaydalarını.
Boruların mərkəzlənməsi üçün
qurğuların quruluşunu və onlardan istifadə etmə
qaydalarını. Betonun keyfiyyətini yoxlama
üsullarını. Bütün qaldırıcı
qurğuların sınaqdan keçirilmə və istismar
qaydalarını.
İş nümunələri. Svetofor meydança və ildırım
sipərlərinin quraşdırılması. Şaxta
qaldırıcısının tutucu qəfəslərinin
yığılma və tənzimlənməsi.
Yükdaşıyan halqaların yoxlanılıb
düzəldilməsi. Boru gövdəsi səthinin
düzləndirilməsi. Damla karniz, konsol və qoruyucu qapaq
altındakı düyünlərin futerlənməsi. Qoruyucu
qapağın quraşdırılması.
§ 379 SƏNAYE KƏRPİC
BACALARININ BACAHÖRÜCÜSÜ
4-cü dərəcə
İşin xüsusiyyəti. Sənaye kərpic bacaların hörgü və
təmirində orta mürəkkəbli işlərin
icrası.
Bilməlidir:
Hörgünün bağlanma (bərkidilmə)
üsullarını. İşarə vermə
qaydalarını. Daxili ayaqaltıların qurulma
üsullarını. Materialların qablaşdırma və
saxlama üsullarını. Kran-ukasinanın quruluş və
istismar qaydalarını.
İş nümunələri. Boşluğun mineral pambıq
döşəkçə və tavalarla doldurulması. Metal
detalların rənglənməsi. Əl alətləri ilə
kərpicin yonulması. Barmaqlarda ayaqaltıların qurulma
və yerinin dəyişdirilməsi. Kran-ukasinanın qurulma
və yerinin dəyişdirilməsi. Bacanın enli
hissəsində hörgü boşluğunun doldurulması.
§ 380 SƏNAYE KƏRPİC
BACALARININ BACAHÖRÜCÜSÜ
5-ci dərəcə
İşin xüsusiyyəti. Sənaye kərpic bacaların hörgü və
təmirində mürəkkəb işlərin icrası.
Bilməlidir: Sənaye baca
konstruktiv elementlər hörgüsünün
keyfiyyətinə qoyulan tələbləri. Sənaye
bacaların hörgü, quraşdırma və
futerlənməsi üzrə işlərin yerinə
yetirilmə üsullarını. Boru bacaların daxili
səthlərinin izolyasiyası üçün maye
qarışıqların növ və xüsusiyyətlərini.
Yeraltı qurğunun hörgü və futerlənmə
üsullarını.
İş nümunələri. Kərpicdən hörgü. Baca lüləsinin
daxil səthinin futerlənməsi. Xüsusi qarışıq
və materiallarla hörgünün daxili səthinin
izolyasiyası. Kronşteynlərdə işləmək
üçün körpülərin qurulması. Bacanın
daxilində qaldırıcı qurğunun yığılma və sökülməsi. Hörgü
prosesində hərəkət üçün dəmir
bəndlərin qoyulması. Bacaların təmirində
hərəkət üçün dəmir bəndlərin
vurulması. Bərkidici halqaların qoyulması. Şaxta
qaldırıcı, hərəkət üçün
pilləkən, işçi meydança və
futerləmə üçün meydançaların
quraşdırılma və sökülməsi.
İşçi döşənək və qoruyucu
örtüklərin qurulması. Bacaların
sökülməsi.
§ 381 SƏNAYE KƏRPİC
BACALARININ BACAHÖRÜCÜSÜ
6-cı dərəcə
İşin xüsusiyyəti. Sənaye kərpic bacaların hörgü və
təmirində xüsusi mürəkkəb işlərin
icrası.
Bilməlidir: Sənaye baca
bünövrələrinin qəbulu qaydalarını.
Bacaları mərkəzləşdirmək üçün
qurğuların quruluşu və onlardan istifadə etmə
qaydalarını. Qaldırıcı qurğuların
sınaqdan keçirilmə qaydalarını.
İş nümunələri. Üz cərgənin hörgüsü. Svetofor
meydança və ildırım sipərlərinin
quraşdırılması. Mürəkkəb memarlıq
tərtibatlı bacanın yuxarı hissəsinin hörgüsü.
Şaxta qaldırıcısının tutucu qəfəsinin
yığılma və tənzimlənməsi. Baca
lüləsinin bünövrəsində birinci beş
cərgənin qoyulması.
§ 382 SİNTETİK
MATERİALLARLA ÜZLƏYİCİ
2-ci dərəcə
İşin xüsusiyyəti. Tökülmə tikişsiz döşəmə,
linoleum, relin döşəmələrin qurulma, sintetik material
və polimer tavacıqlardan üzləmədə ən
sadə işlərin yerinə yetirilməsi.
Bilməlidir:
Tökülmə tikişsiz döşəmə, linoleum,
relin, sintetik material, polimer tavacıq, standart bəzək
məmulatlarından olan döşəmələrin
qurulmasında sənaye müəssisələrində
hazırlanmış və səthlərin
üzlənməsində istifadə edilən materialların
əsas çeşidlərini.
İş nümunələri. Kompressorun köməyi ilə əsasın tozdan
təmizlənməsi. Əsasın fırça ilə
astarlanması. Rulon materiallarının açılması.
Şpatlyovka və mastika hazırlamaq üçün sementin
əl üsulu ilə qəliblənməsi. Polimer tavacıq
standart bəzək məmulat və sənaye
müəssisələrində hazırlanmış
elementlərin çeşidlərə ayrılma və
seçilməsi. Linolium, relin, polimer tavacıqların
çıxarılması.
§ 383 SİNTETİK
MATERİALLARLA ÜZLƏYİCİ
3-cü dərəcə
İşin xüsusiyyəti. Tökülmə tikişsiz döşəmə,
linoleum, relin döşəmələrin qurulma, sintetik material
və polimer tavacıqlardan üzləmədə sadə
işlərin yerinə yetirilməsi.
Bilməlidir:
Tökülmə tikişsiz döşəmə, linoleum,
relin, sintetik material, polimer tavacıq, standart bəzək
məmulatlardan olan döşəmələrin qurulmasında,
sənaye müəssisələrində hazırlanmış
və səthlərin üzlənməsində istifadə
edilən materialların əsas xüsusiyyətlərini.
Döşəmənin qurulması və səthlərin
üzlənməsi üçün əsaslara qoyulan
tələbləri. Tökülmə tikişsiz
döşəmələr üçün, sintetik
kütlə, rulon materialları yapışdırmaq, sintetik
material və polimer tavacıqlarla səthlərin
üzlənməsi üçün soyuq mastikaların
hazırlanma üsullarını. Polimer tavacıqlarda
oyuqların deşilməsini.
İş nümunələri. Hazır nişanlanma üzrə mayak reykaların
qoyulması. Tökülmə tikişsiz
döşəmələrin qurulmasında hazırlıq
qatının qoyulma və düzləndirilməsi. Sintetik
kütlə və soyuq mastikaların hazırlanması.
Döşəmə üçün əsasın əl
alətləri ilə şpatlyovkalanması. Tavacıqlarda
oyuqların deşilməsi.
§ 384 SİNTETİK
MATERİALLARLA ÜZLƏYİCİ
4-cü dərəcə
İşin xüsusiyyəti. Tökülmə tikişsiz döşəmə,
linoleum, relin döşəmələrin qurulma, sintetik material
və polimer tavacıqlardan üzləmədə orta
mürəkkəbli işlərin yerinə yetirilməsi.
Bilməlidir:
Tökülmə tikişsiz döşəmə, linoleum,
relin, rezin parket, sintetik material, polimer tavacıq, standart
üzləmə məmulatlarından
döşəmələrin qurulmasında istifadə
edilən material və səthlərin üzlənməsi
üçün istifadə edilən sənayeləşdirmə
hazırlıqlı elementlərin keyfiyyətinə qoyulan
tələbləri. Standart üzləmə məmulat və
sənayeləşdirmə hazırlıqlı elementlərin
bərkitmə üsullarını. Tökülmə
tikişsiz döşəmə, linoleum, relin, rezin parket
döşəmələrin və sintetik material, polimer
tavacıq emalla örtülmüş ağac lifli tavalarla
üzləmələrin keyfiyyətinə qoyulan
tələbləri. Tökülmə tikişsiz
döşəmələrin qurulma, rulon material, rezin
parketlərin yapışdırılma və səthlərin
sintetik material, polimer tavacıq, standart bəzək məmulat
və sənayeləşdirmə hazırlıqlı elementlərlə
olan üzləmədə sintetik kütlənin qoyulma üsul
və yollarını. Linoleum tikişlərinin qaynaq
üsullarını. İsti mastikaların hazırlanma
üsullarını.
İş nümunələri. Döşəmənin qurulması və standart
məmulat, sənayeləşdirmə hazırlıqlı
elementlərin üzlənməsi üçün
səthlərin bölgü və nişanlanması.
Əsasın səthinin cilalayıcı maşınla
cilalanması. Birrəngli sintetik kütlədən
tökülmə tikişsiz döşəmələrin
qurulması. Nişanlama, uyğunlaşdırma və
vərəqələrin artıq hissəsini
kəsməklə döşəmələrin əsasına
rulon materialları və rezin parketin
yapışdırılması. Sintetik, linoleum, relin,
tavacıq və rezin parketdən sadə şəkilli
döşəmələrin döşənməsi. Otaq
ölçüsündə yığılmış linoleum
xalçasının məhlulsuz və yapışqansız
qoyulması. Yastı səthlərin sintetik tavacıq, standart
üzləmə məmulat və sənayeləşdirmə
hazırlıqlı elementlərlə üzlənməsi.
Linoleum tikişlərinin qaynaq edilməsi. Birrəngli ksilolit
kütlə və ya hazır ksiolit tavacıqlardan
döşəmələrin qurulması. Plastik
kütlədən döşəmə yaşmağı
və tutacaqların qurulması.
§ 385 SİNTETİK
MATERİALLARLA ÜZLƏYİCİ
5-ci dərəcə
İşin xüsusiyyəti. Tökülmə tikişsiz döşəmə,
linoleum relin döşəmələrin qurulma, sintetik material
və polimer tavacıqlardan üzləmədə
mürəkkəb işlərin yerinə yetirilməsi.
Bilməlidir: Sintetik
kütlənin hazırlanmasında istifadə edilən boyaq
maddələrinin xüsusiyyətlərini. Sintetik
kütlənin müxtəlif çalarlarının
alınması üçün uyğun rəngləri
seçmək üsullarını. Sintetik material, polimer
tavacıq, standart bəzək məmulat və
sənayeləşdirmə hazırlıqlı
elementlərdən əyrixətli səthlərin
üzlənməsinin üsul və yollarını. Rulonlu
sintetik material və rezinli parketlərdən örtüyün
təmir və dəyişdirilmə üsul və
yollarını. Sintetik material, polimerli tavacıq, standart
bəzək məmulat və sənayeləşdirmə
hazırlıqlı elementləri ilə üzlənmiş səthlərin
təmirinin üsul və yollarını.
İş nümunələri. Çoxrəngli tökülmə tikişsiz
döşəmələrin qurulmasında sintetik
kütlədən üz qatın çəkilməsi.
Verilmiş şəklə əsasən sintetik kütlənin
rəng və çalarlarının seçilməsi. Otaq
ölçüsündə qaynaq olunmuş linoleum
xalçasının yapışdırılması.
Sintetik, linoleum, relin, tavacıq və rezin
parketdən mürəkkəb şəkilli (eskiz üzrə)
döşəmənin döşənməsi. Şəkil
üzrə çoxrəngli ksiolit kütlədən
döşəmələrin qurulması. Əyrixətli
səthlərin sintetik, polimer tavacıq, standart bəzək
məmulat və sənayeləşdirmə
hazırlıqlı elementlərlə üzlənməsi.
Linoleum və relindən döşəmə və
sənayeləşdirmə hazırlıqlı
elementlərdən olan səthlərin
üzləmələrinin dəyişdirilmə və
təmiri. İdman qurğularında tartan
örtüklərinin qurulması.
§ 386 SOYUDUCU QURĞU
AVADANLIQLARININ
QURAŞDIRICISI
2-ci dərəcə
İşin xüsusiyyəti. Soyuducu qurğu avadanlıqları və onlarla
bağlı konstruksiyaların quraşdırılmasında
ən sadə işlərin icrası.
Bilməlidir:
Avadanlıqların açılma üsullarını. Ən
sadə takelaj qurğularının növlərini və
onların tətbiq olunma üsullarını. Avadanlıq
detallarının yağlanma üsullarını.
Çilingər alətlərinin təyinatını.
İş nümunələri. Qeyri-vacib detalların boltla bərkidilməsi.
Avadanlıqların açılması. Aparat və
avadanlıqlarda nömrə lövhəciklərinin
hazırlanma və qoyulması.
§ 387 Soyuducu qurğu
avadanlıqlarının quraşdırıcısı
3-cü dərəcə
İşin xüsusiyyəti. Soyuducu qurğu avadanlıqları və onlarla
bağlı konstruksiyaların quraşdırılmasında
sadə işlərin icrası.
Bilməlidir:
İşlədilən materialların əlamətlərini.
Qeyri mürəkkəb quraşdırma işlərinin
yerinə yetirilmə üsullarını. Sadə takelaj
vasitələrinin quruluşunu və onlardan istifadə olunma
qaydalarını.
İş nümunələri. Ülgü üzrə detalların
nişanlanması. Dişli çarx və burğu ilə
oyuqların deşilməsi. Yivli və flanslı
birləşmələrin yığılması. Əl
alətləri ilə yivlərin kəsilməsi. Alt qatın
və aralıq qatın hazırlanması. Metal konstruksiyaların
düzəldilməsi. Qovuşmaların
quraşdırıcı boltlarla bərkidilməsi. Boru
yuvalarının təmizlənməsi. Boru uclarının
bişirilmə və emal edilməsi.
§ 388 Soyuducu qurğu
avadanlıqlarının quraşdırıcısı
4-cü dərəcə
İşin xüsusiyyəti. Soyuducu qurğu avadanlıqları və onlarla
bağlı konstruksiyaların quraşdırılmasında
orta mürəkkəbli işlərin icrası.
Bilməlidir: Orta
mürəkkəbli avadanlıqaltı bünövrə
ölçülərinin yoxlanma üsullarını, bu
avadanlıqların quraşdırma metodlarını.
Mexanikləşdirilmiş alətdən istifadə etmə
üsullarını. Quraşdırılmış
avadanlıqların yoxlanılıb düzəldilməsinin
ən sadə üsullarını.
Hidravlik sınaqdan keçirmə
üsullarını. Yüklərin ilmələnmə və yerdəyişmə
üsullarını. Mexanikləşdirilmiş takelaj
avadanlıqlarından istifadə etmə qaydalarını. Quraşdırılan
avadanlığın quruluşunu.
İş nümunələri. Yağyığıcı,
yağayırıcı, çirktutucu
(çirkyığanların), əks klapan, tənzimləyici
stansiya, ammiak kondensator və buxarlayıcı,
sənayeqabların ayrı-ayrı düyünlərinin
quraşdırmadan qabaq yoxlanması. Duzlu su sisteminin
paylaşdırıcı və kollektor halqalarının
qoyulma yerlərinin nişanlanması.
§ 389 Soyuducu qurğu avadanlıqlarının
quraşdırıcısı
5-ci dərəcə
İşin xüsusiyyəti. Soyuducu qurğu avadanlıqları və onlarla
bağlı konstruksiyaların quraşdırılması.
Bilməlidir:
Quraşdırıcı oxların nişanlanma, qurulma və
yerinin dəyişdirilmə üsullarını.
Quraşdırma üçün bünövrənin və
avadanlıqların qurulma yerinin yoxlanma və qəbul
edilmə qaydalarını. Mürəkkəb
avadanlıqların quraşdırma üsullarını.
Quraşdırılan avadanlıqların tarazlaşma,
mərkəzləşmə, yoxlanılıb
düzəldilmə və tənzimlənmə
üsullarını. Sürtgü sisteminin quruluşunu və
işləmə prinsiplərini. Maşın və
mexanizmlərin quraşdırılmasına qoyulan texniki
tələbləri və müəyyən edilmiş
buraxıla bilən artıq-əskikliyi. Mürəkkəb
avadanlıqların istismara təhvil verilmə
qaydalarını.
İş nümunələri. Avadanlıqların kompleksliyinin yoxlanması.
Quraşdırma üçün bünövrələrin
və avadanlıqların qurulma yerinin qəbulu.
Yağlayıcı, yağayırıcı, çirktutucu,
əks klapan, tənzimləyici stansiyaların quraşdırılması.
Bağlayıcı armaturun yoxlanma və qurulması.
Sistemlərin duzlu su ilə doldurulması. Ammiak sisteminin
pnevmatik sınaqdan keçirilməsi. Dondurucu kolonkaları
birləşdirməklə duzlu su sisteminin
paylaşdırıcı və kollektor halqalarının
yığılması.
§ 390 Soyuducu qurğu
avadanlıqlarının quraşdırıcısı
6-cı dərəcə
İşin xüsusiyyəti. Soyuducu qurğu avadanlıqlarının
quraşdırılması üzrə xüsusi
mürəkkəb, yüksək dəqiqlik tələb
edən işlərin icrası.
Bilməlidir: Xüsusi
mürəkkəb avadanlıqların quraşdırma
üsullarını. Avadanlıqların tənzimlənmə
və sazlanma üsullarını. Aqreqat və
maşınların istismara verilməsində, onların
yoxlanma qaydalarını.
İş nümunələri. Ammiak kondensator və buxarlandırıcı,
sənayeqab, tənzimləyici stansiya ressiverlərin
quraşdırılması. Sistemin ammiakla doldurulması.
Avadanlıqların yoxlanması və sistemin istismara təhvil
verilməsi.
§ 391 SUVAQÇI
2-ci dərəcə
İşin xüsusiyyəti. Səthlərə suvağın
çəkilməsində və suvağın
təmirində ən sadə işlərin icrası.
Bilməlidir: Suvaq
işləri və ventilyasiya qutuları üçün gips
tavaların hazırlanmasında istifadə edilən əsas
materialların növlərini. Əl alət və
qurğularının ad və təyinatını.
Məhlulların suvaq üçün hazırlanan xüsusi
təyinatlı və dekorativ məhlullar istisna olmaqla,
hazırlanma üsullarını. Suvaq üçün
səthlərin hazırlanma üsullarını.
İş nümunələri. Çiləkən lövhə, qamış
hörmə və ədədli çiləkənin əl
üsulu ilə hazırlanma və vurulması. İzolyasiya
material və metal torların vurulması. Verilmiş tərkib
üzrə, əl üsulu ilə quru
qatışıqların (qarsovka) hazırlanması. Gips
və sementin pnevmatik verilməsində
bunker-qidalandırıcı materiallarla doldurulması.
Mıxların vurulması və bir-biri ilə məftillə
birləşməsi. Əl alətləri ilə yuvaların
açılması. Məhlulların süzgəcdən
keçirilməsi və qarışdırılması.
İşçi zona səddində materialların nəql
edilməsi.
§ 392 SUVAQÇI
3-cü dərəcə
İşin xüsusiyyəti. Səthlərə suvağın
çəkilməsində və suvağın
təmirində sadə işlərin icrası.
Bilməlidir: Suvaq
işlərində işlədilən əsas material və
hazır quru məhlul qarışıqlarının
xüsusiyyətlərini. Quru qarışıqlardan
məhlulun təyinat və hazırlanma üsullarını.
Quru suvağın bərkidilməsi üçün
mastikaların tərkibini. Ventilyasiya qutularının
qurulmasını.
İş nümunələri. Səthlərə sadə suvağın
çəkilməsi və sadə suvağın təmiri.
Səthlərin başdan-başa hamarlanması.
Mexanikləşdirilmiş alətlə səthlərin
çərtilməsi. Hazır karkas üzrə metal torların
dartılıb çəkilməsi. Məftilli torların
məhlulla yaxılması. Divarların haşiyə və
döşəmə yaşmağın divarlarla bitişdiyi
yerlərinə suvağın çəkilməsi. Hazır
quru məhlul qarışığından məhlulların
hazırlanması. Hazır mayaklar üzrə quru suvaq təbəqələrinin
yapışdırılması. Taxta səthlərə quru
suvaq təbəqələrinin vurulması. Qutu və iripanelli
arakəsmələrin bitişmə yerlərinin kəpitkələnməsi.
Tava və ventilyasiya qutularının tava və
bloklarının tökülməsi üçün
formaların yığılma, sökülmə və
təmizlənməsi. Armaturları qoymaqla tavaların
tökülməsi. Tava və ventilyasiya qutu bloklarının
təmizlənmə və sürtülməsi. Suvağın
sürtülməsi.
§ 393 SUVAQÇI
4-cü dərəcə
İşin xüsusiyyəti. Səthlərə suvağın
çəkilməsində və suvağın
təmirində orta mürəkkəbli işlərin
icrası.
Bilməlidir: Dekorativ
məhlul, xüsusi təyinatlı suvaq üçün
məhlul və torkretləmə üçün betonların
tərkiblərini və hazırlanma üsullarını.
Bərkitmənin ləngidici və
sürətləndiricilərinin növ və
xüsusiyyətlərini. Kimyəvi əlavələrlə
məhlulların xüsusiyyəti (xlorlu məhlullar, potaş,
xlorlu kalen əlavələr ilə məhlullar) və onlarla
rəftar etmək qaydalarını.
Yaxşılaşdırılmış suvağın icra
üsullarını. Səthlərin isladılma
üsullarını. Məhlulnasos, sement-top, onlar
üçün forsunkaların quruluşunu.
Sürtücü maşınların quruluşunu. Suvaq işlərinin
keyfiyyətinə qoyulan tələbləri. Məhlulların
mexanikləşdirilmiş çəkilmə və
səthlərin torkretləmə üsullarını.
İş nümunələri. Səthlərin isladılması. Məhlul nasosunun
köməyi ilə suvaq məhlulunun səthə
çəkilməsi. Düzxətli divar səth, tavan, hamar
sütun, pilyastr, yamaclı taxça, kəsikli tirlərin
əl alətləri ilə
yaxşılaşdırılmış suvağın
çəkilməsi və
yaxşılaşdırılmış suvağın
təmiri. Yamac, səsbatırıcı və
axıdıcıların suvanması. Küncləri
hazırlamaqla paduqaların düzəldilməsi.
Yüksək keyfiyyətli rəngləmə altı qumsuz
örtüyün düzəldilməsi. Yığma
dəmir-beton örtüyün tavaları və divar
panelləri arası tikişlərin işlənməsi. Suvaq
çəkilmiş səthlərə məhlulun
mexanikləşdirilmiş üsulla çəkilməsi.
Səthlərin torkretlənməsi. Maili səthlərin
yığma elementlərlə örtülməsi. Polad tor
üzrə qutuların kamera və qanovların suvaqlanması.
Suvaq səthinin üstünün sement məhlulu ilə
dəmirləşdirilməsi. Mürəkkəb
çevrəli ventilyasiya qutu tavalarının
tökülməsi və qoyulması. Klapan və
jalyüzlər üçün
çərçivələrin qurulma və
bərkidilməsi.
İşləmək qabiliyyətini yoxlamaqla
yaşayış ventilyasiya cihazlarının qoyulması, asma
və kronşteynlərin bərkidilməsi. Hazır
reseptlər üzrə dekorativ məhlul və xüsusi
təyinatlı suvaqlar üçün məhlulların
hazırlanması (hidroizolyasiya, qazizolyasiya, səsudma
qabiliyyətli, istiliyədavamlı, rengenkeçirməyən
və s.). Üzləyici qatın mexanikləşdirilmiş
üsulla sürtülməsi.
§ 394 SUVAQÇI
5-ci dərəcə
İşin xüsusiyyəti. Səthlərə suvağın
çəkilməsində və suvağın
təmirində mürəkkəb işlərin icrası.
Bilməlidir: Yüksək
keyfiyyətli suvağın icra üsullarını.
Fasadların dekorativ suvaqlanmasının texnologiya və
üsullarını. Fasad səth və daxili səthlərin
nişanlanma və bölünmə yollarını.
Kargizlərin düzəldilməsi üçün
ülgülərin qurulması. Xüsusi təyinatlı
suvaqların yerinə yetirilmə üsullarını.
Hidroizolyasiya, qazizolyasiya, səsudma qabiliyyətli
istiliyədavamlı, rengenkeçirməyən və s.
İş nümunələri. Əyrixətli səthlərə məhlulun
əl və mexanikləşdirilmiş üsullarla
çəkilməsi. Səthlərin sıçratma ilə
üzlənməsi. Divar, tavan, sütun, pilyastr və hamar
və kannelüraların daimi kəsikli sütunların
yüksək keyfiyyətli suvaqlanması. Müxtəlif
çevrəli kessonla yastı tavanların suvaqlanması.
Səthlərə dekorativ məhlulların
çəkilməsi və onların əl üsulu və
mexanikləşdirilmiş alət ilə emal edilməsi. Küncləri
düzəltməklə düzxətli səthlərdə
bütün növlü məhlullarla daimi kəsikli
kargizlərin işlənməsi. Suvaqlanmış
səthlərdə, o cümlədən fasadlarda
şırımların (haşiyələrin) nişanlanma
və kəsilməsi. Fasadların dekorativ suvaqla
bəzənməsi. Fasadlı dekorativ suvağın ayrı-ayrı
yerlərinin və binanın daxili səthlərinin
yüksək keyfiyyətli suvağının təmiri.
Səthlərin xüsusi təyinatlı məhlullarla
suvaqlanması. Hidroizolyasiya, qazizolyasiya, səsudma
qabiliyyətli, rengenkeçirməyən və s.
§
395 SUVAQÇI
6-cı dərəcə
İşin xüsusiyyəti. Səthlərin suvaqlanması və suvağın
təmirində xüsusi mürəkkəb işlərin
icrası.
Bilməlidir: Suvaq
üçün xüsusi mürəkkəb səthlərin
nişanlanma üsul və yollarını. Nəfis
suvağın çəkilməsinin üsul və
metodlarını.
İş nümunələri. Əyrixətli səthlərdə daimi və
dəyişkən kəsikli karkizlərin
çəkilməsi. Müxtəlif çevrəli kessonlu
əyrixətli tavanların bölgüsü və
suvaqlanması. Dəyişən kəsikli, hamar və
kannelyuralarla dirək, sütun, pilyastra və tirlərin
suvaqlanması. Daimi kəsikli dirək, sütun, pilyastra və
tirlərin dekorativ məhlulları ilə suvaqlanması.
Çoxmərkəzli və oxşəkilli günbəz,
qübbə və tağların bölgü və
suvaqlanması. Tavanda bir neçə mərkəzlidən mürəkkəb xonçaların (rozetka)
düzəldilməsi. Eskiz üzrə “sqraffito”
suvaqlanması. Xüsusi mürəkkəb suvaqların və
xüsusi təyinatlı suvaqların təmiri.
§ 396 Taxıl anbarı və
taxılın sənaye emalı üzrə
müəssisə avadanlıqlarının
quraşdırıcısı
2-ci dərəcə
İşin xüsusiyyəti. Taxıl anbarı və taxılın sənaye
emalı üzrə müəssisə avadanlıqları
və onlarla bağlı konstruksiyaların
quraşdırılmasında ən sadə işlərin
yerinə yetirilməsi.
Bilməlidir:
Avadanlığın açılma üsullarını.
Ən sadə takelaj qurğularının növlərini
və onların istifadə olunma üsullarını.
Avadanlıq detallarının yağlanma üsullarını.
Çilingər alətlərinin təyinatını.
İş nümunələri. Qeyri vacib detalların boltla bərkidilməsi.
Avadanlığın açılması. Aparat və
avadanlıqlarda nömrə lövhəciklərinin
hazırlanması və qurulması.
§
397 Taxıl anbarı və
taxılın sənaye emalı üzrə
müəssisə
avadanlıqlarının quraşdırıcısı
3-cü dərəcə
İşin xüsusiyyəti. Taxıl anbarı və taxılın sənaye
emalı üzrə müəssisə avadanlıqları
və onlarla bağlı konstruksiyaların
quraşdırılmasında sadə işlərin yerinə
yetirilməsi.
Bilməlidir: İstifadə
edilən materialların əlamətlərini.
Mürəkkəb olmayan quraşdırıcı
işlərin icra üsullarını. Sadə takelaj
vasitələrinin quruluşunu və onlardan istifadə
etmə qaydalarını.
İş nümunələri. Şablon üzrə detalların
nişanlanması. Dişli çarx və drellə
oyuqların deşilməsi. Yivli və flanslı
birləşmələrin yığılması. Əl alətləri
ilə yivlərin kəsilməsi. Altlıq və
aralıqların hazırlanması. Metalkonstruksiyanın
düzəldilməsi. Bitişmə yerlərinin
quraşdırıcı boltlarla bərkidilməsi. Boru
yuvalarının təmizlənməsi, boru uclarının
bişirilmə və emal edilməsi.
§ 398 Taxıl anbarı və
taxılın sənaye emalı üzrə
müəssisə
avadanlıqlarının quraşdırıcısı
4-cü dərəcə
İşin xüsusiyyəti. Taxıl anbarı və taxılın sənaye
emalı üzrə müəssisə avadanlıqları
və onlarla bağlı konstruksiyaların
quraşdırılmasında orta mürəkkəbli
işlərin yerinə yetirilməsi.
Bilməlidir: Orta
mürəkkəbli avadanlıqaltı
bünövrələrin ölçülərinin yoxlanma
üsullarını və bu avadanlığın
quraşdırma metodlarını. Mexanikləşdirilmiş
alətlərdən istifadə etmə üsullarını.
Quraşdırılmış avadanlığın
yoxlanılıb düzəltməyin ən sadə
üsullarını. Hidravlik sınaqdan keçirilmə
üsullarını. Yükün ilmələnmə və
yerdəyişmə üsullarını.
Mexanikləşdirilmiş takelaj avadanlığından
istifadə etmə qaydalarını. Quraşdırılan
avadanlığın quruluşunu.
İş nümunələri. İkivallı qarışdırıcı,
tökmə nov və çəpər, dönən boru,
vurulub çıxarılan boru, boru qolu, qol, özü axan
elevator borukəmərləri və çəpər
detallarının quraşdırılması. Yuvalı
çalovların asılması. Ötürücü
kəmər, əksçəkili lent təmizləyən,
ərsin və kotan təmizləyicilərin qurulması.
§ 399 Taxıl anbarı və
taxılın sənaye emalı üzrə
müəssisə
avadanlıqlarının quraşdırıcısı
5-ci dərəcə
İşin xüsusiyyəti. Taxıl anbarı və taxılın sənaye
emalı üzrə müəssisə avadanlıqları
və onlarla bağlı konstruksiyaların
quraşdırılmasında mürəkkəb işlərin
yerinə yetirilməsi.
Bilməlidir:
Quraşdırıcı oxların nişanlanma, qurulma və
yerdəyişmə üsullarını. Quraşdırma
üçün bünövrənin və
avadanlıqların quraşdırma yerinin yoxlanma və
qəbulu qaydalarını. Mürəkkəb
avadanlıqların quraşdırma üsullarını.
Quraşdırılan avadanlıqların tarazlatma,
mərkəzləşmə, yoxlanılıb
düzəldilmə və tənzimlənmə
üsullarını. Yağlama sistemlərinin quruluşunu
və işləmə prinsiplərini. Maşın və mexanizmlərin
quraşdırılmasına qoyulan texniki tələbləri
və müəyyən edilmiş yol verilə bilən
artıq-əskikliyi. Mürəkkəb avadanlıqların
istismara təhvil vermə qaydalarını.
İş nümunələri. Taxıl üçün doza
ayırıcıları (dozalara bölücü), pərli
dozator, dozatorlara mexaniki ötürücü, taxıl
təmizləyən maşın, silindrik trier, prizmalı
burat, spirallı separator, bağlayıcı aparat, maqnit aparat
və kolonka, elektrikmaqnitli separator, qabıq yelləyən,
sikloaspiratorların aspirasiya kolonkaları, süzgəc, siklon,
aspirasiya çəpərlərinin
quraşdırılması. Oyuq, yuxur aparat, yumşaldıcı,
vintli və lentli transportyor, yük kirşə, kisələr
üçün endirmə, taxıl anbar, çalov, lyük,
tullayıcı qutu, çalovlu tərəzilər
üstü, avtoataraba nəqliyyatı qəbulu
sandıqları altı, sürgülər, metal elevatorlu
özüaxan metal elevator boru kəməri və mexaniki
kürəklərin quraşdırılması.
§ 400 Taxıl anbarı və
taxılın sənaye emalı üzrə
müəssisə
avadanlıqlarının quraşdırıcısı
6-cı dərəcə
İşin xüsusiyyəti. Taxıl anbarı və taxılın sənaye
emalı üzrə müəssisə avadanlıqları
quraşdırılması üzrə, yüksək
dəqiqlik tələb edən xüsusi mürəkkəb
işlərin yerinə yetirilməsi.
Bilməlidir: Xüsusi
mürəkkəb avadanlıqların quraşdırma
üsullarını. Avadanlıqların tənzimlənmə
və sazlama üsullarını. Aqreqat və
maşınların istismara verilməsində, onların
yoxlanma qaydalarını.
İş nümunələri. Diskli trier, taxıl və qarğıdalı
separator, yuyucu maşın, kondisioner, quruducu kolonka,
tərəzilərin quraşdırılması.
Kolibirləyici maşın, ipliktəmizləyici,
vibroqidalandırıcı, taxıl qurudan, xırdalayan və
xırdalayıb kəsən dəzgah, qabıq soyan,
cilalayıcı və pardaxlayıcı, “postav”
üyütmə, sentrifuqal, şotka maşını,
yellənənələk, dəndöyən, dənayıran
və mürəkkəb vurub-çıxartma
aparatlarının quraşdırılması. Tikmə
maşını, universal dönən boru, taxılın və
ondan emal olunan məhsulun pnevmatik nəql edilməsi
üçün, xüsusi avadanlıq, şaquli dəyirman
daşlı elevatorlu çalovlu postavkaların quraşdırılması.
Taxıl və un üçün norilərin
quraşdırılması.
§ 401 Termoizolyasiya
işlərində izoləedici
1-ci dərəcə
İşin xüsusiyyəti. Boru kəmərləri və texnoloji
avadanlıqların konstruksiyalarının
termoizolyasiyasında yardımçı işlərin
icrası.
İş nümunələri. İzolə ediləcək səthlərin
çirkinin, tozunun və s. silinməsi. Termoizolyasiya
materiallarının yığılması. Materialların
gətirilməsi. Zibilin yığışdırılması.
§ 402 Termoizolyasiya
işlərində izoləedici
2-ci dərəcə
İşin xüsusiyyəti. Konstruksiya, boru kəməri və texnoloji
avadanlıqların termoizolyasiyası üzrə ən
sadə işlərin icrası.
Bilməlidir: Əsas istilik
izolyasiya materiallarının nomenklatura və
təsnifatını. Səthlərin və materialların
izolyasiya üçün hazırlanma üsullarını.
Tikilmə mineral pambıqlı döşəkcələrin
hazırlanma üsullarını. Sadə qurğu və
alətlərin təyinat və istismar qaydalarını.
İş nümunələri. Lifli materiallardan doldurulan konstruksiyalarda dayaq halqa
və formalı materialların qurulması. İzolyasiyanın
bərkidilməsində məftil sancaqların əyilməsi.
Tikilmə mineral pambıq döşəkcələrin
hazırlanması. Qapov və qutularda
quraşdırılmış boruların səpici və lifli
istilikizolyasiya materialları ilə doldurulması. Hazır quru
qarışıqdan məhlulun hazırlanması. Tavaların
seqmentlərə kəsilməsi və istilikizolyasiya tava
kənarlarının kəsilməsi. Ruberoidin talkdan
təmizlənməsi. Suvağın vurulmasında suvaq
qatının çəkilməsi. Verilmiş
ölçü üzrə rulon material, tor və toxunmuş
nazik taxtaların biçilməsi. İzolyasiyanın
sökülməsi.
§
403 Termoizolyasiya işlərində izoləedici
3-cü dərəcə
İşin xüsusiyyəti. Konstruksiya, boru kəməri və texnoloji
avadanlıqların termoizolyasiyası üzrə sadə
işlərin icrası.
Bilməlidir: İzolyasiya
materiallarının və polad təbəqə, alümin
ərintisi, plastmas və şüşəplastikalardan olan
izolyasiya örtüklərinin əsas
xüsusiyyətlərini. Sadə izolyasiyanın icra
üsullarını. Metal, əvəz olunan material, sintetik
əsaslı və təbii polimerlərdən, mineral
materiallardan olan istilik izolyasiyasını qoruyan
örtüyün boru kəmərlərinin düz
hissələrində və silindrik səthlərdə
bərkidilmə üsullarını. Bitum mastika və
astarların hazırlanma üsul və rejimlərini.
Boru kəmərlərinin izolyasiyasında
istifadə olunan temperaturu 300° C qədər olan
istilikdaşıyıcı materialların
xüsusiyyətlərini. Hasarlama konstruksiyaların
yanğın əleyhinə izolyasiyası üçün,
işlədilən materialların xüsusiyyətlərini.
Fəaliyyətdə olan sexlərdə iş
qaydalarını. Soyuqdaşıcının temperaturu -50° C qədər
olan soyuducu qurğuların izolyasiyasından istifadə olunan
materialların xüsusiyyətlərini. İzolyasiyanın
keyfiyyətinə qoyulan tələbləri.
İş nümunələri
1. İsti səthlərin izolyasiyası.
Düz sahələrin izolyasiyasını bükmə
materiallar və rulonlaşdırılmış şüşəplastiklərlə
örtülməsi. Suvaq qatının çəkilməsi
və reyka ilə hamarlanması. Metal, əvəz olunan
materiallar, sintetik və təbii əsaslı polimer materiallar,
mineral materiallardan örtüyün hazır detallarının
və uyğunlaşdırılmamış və
kəsilməmiş boru kəmərlərinin düz
hissələri və silindrik səthlərində
quraşdırılması. Birləşmə
yerlərində buxar izolyasiya rulon materiallarının
qoyulması. Folqanın yapışdırılması və
qofra şəklinə salınması. Verilmiş
ölçüyə əsasən plastmas materialların
biçilməsi. Termoizolyasiyalı mastika və məhlullardan
olan məmulatların qurudulması. Mipor bloklarından və
qofra şəklində olan alümin folqasından izolyasiya
məmulatlarının hazırlanması. Boru kəmərlərinin
asbokarton, asbokağız, asbokəndir və asbest
parçası ilə izolyasiyası. Temperaturu 300° C
qədər olan istilikdaşıyıcılar ilə
borukəmərlərinin izolyasiyası. Mineral
şüşə pambıqdan tikilmiş və sintetik
bağlayıcılar ilə hazırlanan
döşəkçələr, mineralpambıqlı,
yarısilindrlər və formalı düzəldilən
tavalarla müstəvilərin izolyasiyası. Polad istisna olmaqla
bütün növlərdən dayaq halqaların
hazırlanması. Bütün növlərdən olan
bandajların materialları ilə sərinməsi,
yapışdırılması və rənglənməsi.
Dəzgahlarda mineralpambıq
döşəkçələrin hazırlanması.
Mexanikləşdirilmiş üsulla izolyasiya olunacaq səthlərin
təmizlənməsi.
2. Soyuq səthlərin izolyasiyası. Bitumlu
və qatranlı mastikaların hazırlanması.
Məftildən və ya tordan karkasın
düzəldilməsi. Termoizolyasiya bloklarının
hazırlanması və tavaların yapışdırılması.
Ədədi izolyasiya məmulat və bloklarının uyğunlaşdırılması.
Üfüqi yastı səthlərin bitum mastikası ilə
örtülməsi və onların rulon materialları və
döşəkçələrlə yapışdırılması.
Boru kəmərlərinin kağız, hidroizol və digər
izolyasiya materialları ilə sarınması. Termoizolyasiya
tavaları ilə örtüyün yuxarıdan izolyasiyası.
Praymerin hazırlanması və onunla səthin
örtülməsi.
§ 404 Termoizolyasiya
işlərində izoləedici
4-cü dərəcə
İşin xüsusiyyəti. Konstruksiya, boru kəmərləri və texnoloji
avadanlıqların termoizolyasiyası üzrə orta
mürəkkəbli işlərin icrası.
Bilməlidir: Əsas izolyasiya
konstruksiya və örtüklərini. Fakturalanmış
məmulatların bərkidilmə üsullarını.
Örtüyün şaquli və silindrik səthlərinin
izolyasiyasında tava materialları ilə görülən
iş üsullarını. Boru kəmərinin əyrixətli
hissələrində metal və əvəz olunan materialdan
örtüyün hazır detallarla quraşdırma
üsullarını. Birləşdirmənin növlərini.
Xüsusi yapışdırıcı qarışıqların
xüsusiyyətlərini. Şaquli və silindrik
səthlərə bitum mastikasının çəkilməsi
və rulon materiallarının yapışdırılması
üsulunu. İzolyasiya material və konstruksiyalarının
keyfiyyətinə qoyulan tələbləri.
İş nümunələri
1.
İsti
səthlərin izolyasiyası.
Metaldan əvəz olunan təkrarlanan materialdan, sintetik və
təbii polimer əsaslı materiallardan, mineral materiallardan
örtüyün hazır detallarının
uyğunlaşdırma və yerində kəsilməsi ilə
boru kəmərinin əyrixətli hissələrində,
günbəz və silindrik səthlərdə
quraşdırılması. Qoyulan, çıxardılan
örtüyün qurulması. Temperaturu 300° C-dən çox
olan istilik daşıyıcılarla boru kəmərlərinin
tam yığma və komplektli istilikizolyasiyası, konstruksiya, mastika və ədədi
materiallarla izolyasiyası, Səthlərin asbest
döşəkləri ilə izolyasiyası. Yastı
səthlərin izolyasiyasının suvaqlanması.
Biçilmş asbestli parçalardan döşəklərin
hazırlanması. Mürəkkəb karkasların
qurulması.
2.
Soyuq səthlərin
izolyasiyası. Temperaturu -50°
C-dən az olan soyuqdaşıyıcılarla
borukəmərlərinin izolyasiyası.
Konstruksiyaların yastı səthlərinin
aşağıdan termoizolyasiya tavaları ilə
izolyasiyası. Soyuq aparaturaların və konstruksiyaların
rulon materialları ilə buxar izolyasiyası. Şaquli və
silindrik səthlərin izolyasiyası. Boru
kəmərlərinin mineral keçə və kağıza
bürünmüş paketlərlə izolyasiyası.
Xüsusi yapışdırıcı tərkiblərlə
(iditon, selqnit və s.) istilik-izolyasiya məmulatlarının
qoyulması. Karkasların qurulması. Örtüyün isti
bitum mastikası ilə izolyasiyası. Mastikalı
yığıntı qırıntıları ilə polad
səthlərin izolyasiyası. İzolyasiya olunmuş
səthlərin parça ilə örtülməsi.
Mexanikləşdirilmiş üsulla boruların
təmizlənməsi və praymerin sürtülməsi.
Parça ilə armaturlaşdırılmış bitum
döşəkciklərinin hazırlanması. Armaturların
və qarqaraların əl ilə izolyasiyası.
§ 405 Termoizolyasiya
işlərində izoləedici
5-ci dərəcə
İşin xüsusiyyəti. Konstruksiya, boru kəmərləri və texnoloji avadanlıqların
termoizolyasiyası üzrə mürəkkəb işlərin
icrası.
Bilməlidir: İzolyasiya
məmulatlarının (o cümlədən penaporoplastdan)
və metal, əvəz olunan (təkrarlanan) material, sintetik
və təbii polimer əsaslı materiallarından olan
örtük detallarının hazırlanma
texnologiyasını. Bitum mastika və məhlulların,
habelə yapışdırıcı
qarışıqların resept və tərkiblərini. Metal
itkilərin yerində ölçülmə, nişanlanma
və biçilməsinin yerinə yetirmə
üsullarını. Maşın resent və
tərkiblərini. Metal şəkillərin yerinə
ölçülmə, nişanlama və biçilməsinin
yerinə yetirilmə üsullarını. Maşın və
mexanizmlərdən istifadə etməklə izolyasiya işlərinin icra
üsullarını. Şablon və mürəkkəb
məmulatların biçilmə və hazırlanma
üsullarını.
İş nümunələri
1. İsti səthlərin izolyasiyası.
Flanslı birləşmə. ventil, hamar
günbəz və konusşəkilli səth və
avadanlıqların ədədi məmulat və mastika ilə
izolyasiyası və izolyasiyanın bəzəyi.
Səthlərin qofre şəklində olan alümin folqası
ilə izolyasiyası. İzolyasiyanın kənarının
bəzəyi. Əyrixətli səthlərin asbest
döşəkləri ilə izolyasiyası. Məmulatları
kəsmək üçün şablonların
hazırlanması. Metal örtüyünün
ölçülərinin yerindəcə
götürülməsi. Şəkillərin
biçilməsi və hazırlanması. Şəkillərin
yığılması və mürəkkəb
konfiqurasiyalı metal örtüyünün
quraşdırılması. Temperatur tikişlərinin
düzəldilməsi və izolyasiyanın hərəkət
etməyən dayaq və avadanlıq hissələri ilə
birləşmə yerində bölünməsi. Qazan və
qurubuxar qurğusunun yanacaqlı və silindrik hissəsinin
izolyasiyası. Mürəkkəb konfiqurasiyalı
səthlərin izolyasiyasının əvəz olunan
(təkrarlanan) material, sintetik və təbii əsaslı
polimer material və minerallarla örtülməsi.
Püskürtmə və tökmə üsulu ilə
izolyasiyanın çəkilməsi.
2. Soyuq səthlərin izolyasiyası.
İzolyasiya tavalarından seqmentlərin kəsilməsi
üçün şablonların hazırlanması. İri
blok və qabıqlardan izolyasiya örtüyünün
düzəldilməsi. Nəqliyyat-izolyasiya çəkən
maşınlarının (NİM) köməyi ilə
izolyasiya üzrə suvaq örtüyünün
çəkilməsi. Tıxaclı tavalarla fasonlu
hissələrin izolyasiyası. İzolyasiya yerində asbest
döşəklərini hazırlamaqla boruların flans
birləşmələrinin izolyasiyası.
Mexanikləşdirilmiş iş üsulunda neft-qaz məhsulu
kəmərlərinin izolyasiyası. Örtüklərinin
qatının qalınlığının və onların
bir-birinə bərabər keçməsinin
ölçülməsi.
§ 406 Termoizolyasiya işlərində
izoləedici
6-cı dərəcə
İşin xüsusiyyəti. Konstruksiya, boru kəmərləri və texnoloji
avadanlıqların termoizolyasiyası üzrə xüsusi
mürəkkəb işlərin icrası.
Bilməlidir: Xüsusi
mürəkkəb konfiqurasiyalı səthlərin
izolyasiyasının bütün növ və
üsullarını. Bütün izolyasiya material, məmulat,
mastika və məhlulların xüsusiyyətlərini və
istifadə olunma sahəsini. İzolyasiyanın keyfiyyətinin
yoxlama üsullarını. İstilikizolyasiya material və
məmulatların fiziki-texniki xüsusiyyətlərini.
İş nümunələri. Xüsusi mürəkkəb konfiqurasiyalı isti
və soyuq səthlərin izolyasiyası - turbinlərin və
porşenli maşınların iki əyrili silindrlər, P
şəkilli və liraşəkilli kompensatorlar.
Eskizlərin tərtib edilməsi və onlara
uyğun döşəklərin biçilməsi. Metaldan,
əvəz olunan (təkrarlanan) materialdan, sintetik əsaslı
polimerlərdən, fasonlu hissələrdən, armaturlardan
örtük detallarının yığılması və
quraşdırılması. Vibrasiya edən səthlərin,
nəzarət-ölçü aparaturalarının, (qaz-hava)
klapanların, bağlayıcı fasonlu hissələrin
izolyasiyası. Xüsusi mürəkkəb şablonların
hazırlanması və xüsusi mürəkkəb izolyasiya
örtüyü üçün materialların
biçilməsi (şarlı səthlər,
bağlayıcı armatura qoyulan və götürülən
örtüklər, flanslı birləşmələr,
ayrı-ayrı hissələrdən olan aparatların
günbəz hissəsi).
Şarlı və vibrasiya olunan səthlərin
izolyasiyasında örtük detallarının
quraşdırılması.
§ 407 Texnoloji boru
kəmərlərinin quraşdırıcısı
2-ci dərəcə
İşin xüsusiyyəti. Texnoloji boru kəmərlərinin
quraşdırılmasında ən sadə işlərin
icrası.
Bilməlidir: Boru
kəmərləri boru və detalları və armaturların
növ və əlamətlərini. Şüşə boru,
onlar üçün fasonlu hissə və
şüşədən olan avadanlıqların növ və
əlamətlərini. Dayaqların növlərini. Boru
kəmərlərini bərkitmək üçün
vasitələri. Çilingər alətlərinin təyinatını.
Boruların diametrlərinin ölçülmə
üsullarını.
İş nümunələri. Armatur, bolt və sancaqların konservasiya
sürtgüsündən təmizlənməsi.
Şüşədən hazırlanmış avadanlıq
şüşə boruları və onlar üçün
fasonlu hissələrin yuyulması. Boru uclarının
konservasiya olunması. Borularda qoruyucu ağızlıq və
tıxacların qoyulma və çıxarılması. Boru,
fasonlu hissə və bərkitmə vasitələrinin
çeşidlərə ayrılması.
§ 408 Texnoloji boru
kəmərlərinin quraşdırıcısı
3-cü dərəcə
İşin xüsusiyyəti. Texnoloji boru kəmərlərinin quraşdırılmasında
sadə işlərin icrası.
Bilməlidir: Detal və boru
kəməri daxili səthlərinin kimyəvi
təmizlənmə üsullarını.
Şüşədən hazırlanmış avadanlıq,
şüşə-boruları və onlar üçün
fasonlu hissələrin kimyəvi təmizləmə
üsullarını. Boru kəməri, detal, aralıq material
və kəpitkələrin növlərini.
Armaturların quruluşunu. Sadə takelaj
avadanlıqlarının quruluşunu və onlardan istifadə
etmə qaydalarını. Diametri 25 mm-ə qədər olan
şüşə borulardan boru kəmərlərinin
quraşdırma qaydalarını. Boruların
ilmələnmə qaydalarını. Qaz balonları ilə
rəftar etmə və onların nəql edilmə
qaydalarını. Dayaq və asmaların tiplərini.
İş nümunələri. Boruların kimyəvi təmizlənməsi.
Şüşədən hazırlanmış avadanlıq,
şüşə boruları və onlar üçün
fasonlu hissələrin kimyəvi təmizlənməsi.
Deşiklərin dəlinməsi və ya vurulub
açılması. Diametri 25 mm-ə qədər olan
şüşə borularından boru kəmərlərinin
quraşdırılması.
§ 409 Texnoloji boru
kəmərlərinin quraşdırıcısı
4-cü dərəcə
İşin xüsusiyyəti. Texnoloji boru kəmərlərinin
quraşdırılmasında orta mürəkkəbli
işlərin icrası.
Bilməlidir: Metalların
xüsusiyyətini. Qoyulma (çəkilmə). Şərti
təzyiqi 4 MPa (40 kqs/sm2), olan diametri 200 mm-ə
qədər olan boru kəmərlərinin çəkilmə,
hidravlik və pnevmatik sınaqdan keçirilmə
qaydalarını. Diametri 25 mm-dən 40 mm-ə qədər
olan şüşə borularından boru
kəmərlərinin quraşdırılma qaydalarını.
Şüşə borulardan olan boru kəmərlərinin
sınaqdan keçirilməsinə qoyulan tələbləri.
Boru düyün və blokların ilmələnmə
qaydalarını. Kranlarla boru kəmərlərinin
quraşdırılmasında işarə verməni. Qaynaq
işləri üçün qovuşmaların
hazırlanmasında buraxıla bilən artıq-əksikliyi.
Boruların qaynaq üçün yığılmasında
yol verilə bilən aralıq və boru uclarının
kənarlarının vəziyyətini. Oksigen kəməri
detal və borularının piysizləşdirmə
üsullarını. Boruların korroziyaya qarşı
izolyasiya ilə örtülmə üsullarını. Qeyri
metal boru kəmərlərinin quraşdırılma
üsullarını. Porşenli quraşdırıcı
tapançaların quruluşunu və onlarla işləmə
qaydalarını. Şərti təzyiqi 4 MPa (40kqs/sm2)
qədər olan boru kəmərinə qoyulan
tələbləri və quraşdırılma
qaydalarını.
İş nümunələri. Hidravlik sınaqdan keçirilməklə
şərti təzyiqi 4 MPa (40 kqs/sm2) qədər,
diametri 200 mm-ə qədər olan boru kəmərlərinin
quraşdırılması. Şərti təzyiqi 4 MPa
(40kqs/sm2) qədər, diametri 200 mm-ə qədər
olan armaturların qurulması. Armaturların hidravlik və
elektrik ötürücülərinin qurulması. Polietilen,
viniplast, alüminium, mis və latundan boruların qaynaq
edilməsi üçün boru uclarında kənarların
yaradılması, götürülməsi və ucların
birləşdirilməsi. Diametri 25 mm-dən 40 mm-ə
qədər olan şüşə borulardan boru
kəmərlərinin quraşdırılması. Şüşədən fasonlu
hissələrin və bağlayıcı armaturların
qoyulması. Dəzgahda şüşə borularının
yenidən kəsilməsi. Diametri 40 mm-ə qədər olan
şüşə borularından olan boru kəmərinin
sınaqdan keçirilməsi. Korroziyaya qarşı
örtükaltı qaynaq tikişlərinin
təmizlənməsi. Polietilen və viniplast boruların qaynaq
edilməsi. Şüşə, polietilen, viniplast, alüminium,
mis və latundan olan boru kəməri element detallarının
yerində hazırlanması.
§ 410 Texnoloji boru
kəmərlərinin quraşdırıcısı
5-ci dərəcə
İşin xüsusiyyəti, Texnoloji boru kəmərlərinin
quraşdırılmasında mürəkkəb işlərin
icrası.
Bilməlidir: Şərti
təzyiqi 4 MPa-dan 9,8 MPa (40-dan 100kqs/sm2 qədər)
diametri 200 mm-dən 600 mm-ə qədər olan boru
kəmərlərinin çəkilmə qaydalarını,
onların dayaqları bərkitmələrinin tiplərini.
Kompensatorların tiplərini və onları qurma
qaydalarını. Boru kəmərlərinin hidravlik və
pnevmatik sınaqdan keçirilmə qaydalarını.
İşlərin icrasında takelaj vasitələrindən
istifadə etmə qaydalarını. Şüşədən
mürəkkəb avadanlıqların və diametri 40
mm-dən artıq olan şüşə borulardan boru
kəmərlərinin quraşdırma qaydalarını.
Şərti təzyiqi 9,8 MPa (100 kqs/sm2) qədər
olan boru kəmərlərinə qoyulan tələbləri
və onların quraşdırma qaydalarını.
İş nümunələri. Boru kəmərləri çəkilən
yerlərin nişanlanması. Ştuser, üçbucaq və
seksiyalı ayrılmaların qoyulması. Diametri 200 mm-dən
1200-ə mm qədər olan flanslı boruların
qovuşması. Şərti təzyiq 4 MPa-dan 9,8 MPa
qədər (40-dan 100 kqs/sm2 qədər) diametri 200
mm-ə qədər olan boru kəmərlərinin
quraşdırılması. Şərti təzyiqi 4 MPa (40
gq/sm2) qədər diametri 200 mm-dən 400 mm-ə
qədər olan borukəmərlərinin
quraşdırılması. Diametri 400 mm-ə qədər olan
P şəkilli, kipcək və linzalı kompensatorların
qurulması. Şərti təzyiqi 4 MPa (40 kqs/sm2)
qədər, diametri 200 mm-ə qədər olan armaturların
qurulması. Metalın istidən genişlənmə və
axmasını ölçmək üçün
reperlərin qurulması. Yapışqanlanmış, plastmas
boru kəmərlərinin yığılması. Diametri 40
mm-dən artıq olan şüşə borudan boru
kəmərlərinin quraşdırılması. Diametri 40
mm-dən artıq olan şüşə borularından boru
kəmərlərinin quraşdırılması. Diametri 40
mm-dən artıq olan şüşə borularından olan
boru kəmərlərinin sınaqdan keçirilməsi.
İşlərin icrasında takelaj vasitələrindən
istifadə edilməsi. Armaturların hidravlik və elektrik
ötürücülərinin qurulması.
§ 411 Texnoloji boru
kəmərlərinin quraşdırıcısı
6-cı dərəcə
İşin xüsusiyyəti. Texnoloji boru kəmərlərinin quraşdırılmasında
xüsusi mürəkkəbli işlərin icrası.
Bilməlidir: Xüsusi
aralıqlarla flanslı birləşmə (linzalı, metal
və s.) və xüsusi bilərzikli
birləşmələrin (konus üzrə şar)
tiplərini. Şərti təzyiqi 9,8 MPa-dan (100 kq/sm2)
artıq olan boru kəmərlərinin çəkilmə
qaydalarını. Kimyəvi yuma qaydalarını. Yerində
ölçmə texnikasını və detalların
eskizləşdirilməsini. Bloklarla boru kəmərlərinin
quraşdırma metodlarını. Xüsusi poladlardan boru
kəmərlərinin quraşdırılma qaydalarını.
Cizgi və maketlər üzrə boru kəmərləri
oxlarının çəkilmə traslarının
bölgü qaydalarını. Qaynaq qovuşmalarının
termiki emal edilmə üsullarını. Quraşdırma
qaydalarını və şərti təzyiqi 9,8 MPa-dan (100
kqs/sm2) artıq olan boru kəmərlərinə
qoyulan tələbləri və onların quraşdırma
qaydalarını. Şüşədən
hazırlanmış xüsusi mürəkkəb
avadanlıqların quraşdırılma qaydalarını.
İş nümunələri. Diametri 400 mm-dən artıq olan P şəkilli,
kipcək salnikli və linzalı kompensatorların qurulması.
Quraşdırma yeri üzrə texnoloji boru
kəmərlərinin çəkilmə yerinin ölçülməsi,
boru kəmərlərinin hazırlanması və
çəkilməsi üçün, eskizlərin tərtib
edilməsi. Distansiyalı armatur
ötürücülərinin qurulması. Şərti
təzyiqi 4 MPa-dan 9,8 MPa (40-dan 100 kqs/sm2) qədər
diametri 200 mm-dən 600 mm-ə qədər olan boru
kəmərlərinin quraşdırılması.
Təzyiqdən asılı olmayaraq, diametri 600 mm-dən
artıq olan boru kəmərlərinin
quraşdırılması. Diametrindən asılı olmayaraq
şərti təzyiqi 9,8 MPa-dan (100kq/sm2) artıq olan boru
kəmərlərinin quraşdırılması. Şərti
təzyiqi 4 MPa-dan 9,8 MPa (40-dan 100 kq/sm2) qədər,
diametri 200 mm-dən 600 mm-ə qədər olan armaturların
qurulması. Təzyiqdən asılı olmayaraq və ya
şərti təzyiqi 9,8 MPa (100 gq/sm2)-dan artıq,
diametri 600 mm-dən artıq olan armaturların qurulması.
İdarəetmə lövhə və maketlər üzrə
avadanlıqların boru kəmərilə sarınması.
İriləşdirilmiş bloklarla boru kəmərlərinin
quraşdırılması. Soyuq dartılmaların yerinə
yetirilməsi. Şüşə vakuumlu şüşə
buxarlandırıcı, sirkulyasiya aparatların və s.
quraşdırılması.
§ 412 Texnoloji boru
kəmərləri düyün və detallarının
hazırlanması üzrə
çilingər
2-ci dərəcə
İşin xüsusiyyəti. Texnoloji boru kəmərlərinin detal və
düyünlərinin hazırlanmasında ən sadə
işlərin icrası.
Bilməlidir: Boru, boru
kəməri detalları və armaturların növlərini.
Dayaqların növlərini. Boru kəmərlərinin
bərkitmə vasitələrini. Çilingər
alətlərinin təyinatını. Boru diametrlərinin
ölçmə üsullarını.
İş nümunələri. Metal şotkalar ilə boruların xarici
səthlərinin təmizlənməsi. Armatur, bolt və
sancaqların konservasiya sürtgüsündən
təmizlənməsi. Boru uclarının konservasiyası.
Borular üçün qoruyucu ağızlıq və tıxacların
hazırlanma, qoyulma və çıxarılması.
Yardımçı materialların (sap, surik və s.)
hazırlanması. Boru və fasonlu hissələrin
çeşidlərə ayrılması.
§ 413 Texnoloji boru
kəmərləri düyün və detallarının
hazırlanması üzrə
çilingər
3-cü dərəcə
İşin xüsusiyyəti. Texnoloji
boru kəmərlərinin detal və düyünlərinin
hazırlanmasında sadə işlərin icrası.
Bilməlidir: Detal və
boruların daxili səthlərinin kimyəvi
təmizləmə üsullarını. Boru
kəmərlərinin detal aralıq material və
kəpitkələrin növ, boru və armaturların
nomenklaturasını. Armaturların quruluşunu. Sadə
takelaj vasitələrinin quruluşu və istifadə olunma
qaydalarını. Boruların ilmələnmə
üsullarını. Mexanikləşdirilmiş
alətlərin növ, quruluş, təyinat və istifadə
olunma qaydalarını. Qaz balonları ilə rəftar və
onların nəqledilmə qaydalarını.
İş nümunələri. Əl
üsulu ilə boruların nişanlanma və kəsilməsi.
Cilalama maşını ilə detal və boru uclarının
emal edilməsi. Altlıq və aralıqların
hazırlanması. Flansların taxılması və diametri
100 m-ə qədər olan boruların qovuşdurulması.
Deşiklərin dəlinməsi. Boru kəməri
detallarının komplektləşdirilməsi.
§ 414 Texnoloji boru kəmərləri
düyün
və detallarının
hazırlanması üzrə
çilingər
4-cü dərəcə
İşin xüsusiyyəti. Texnoloji boru kəmərlərinin detal və
düyünlərinin hazırlanmasında orta
mürəkkəbli işlərin icrası.
Bilməlidir: Boruların
əlamətlərini və materialların
xüsusiyyətlərini. Dayaqların növlərini və
onlar üçün bərkitmələri.
Mexanikləşdirilmiş axın xətlərinin quruluşu
və idarəetmə qaydalarını. Boru
kəmərlərinin düzxətli seksiyalarının
hazırlanması. Borukəsən dəzgahların quruluşunu.
Qaynaq üçün qovuşan boruların
yığılmasında yol verilən aralıqları və
kənarların növlərini.
Oksigen kəmər detal və borularının
piysizləşdirmə üsullarını. Boru düyün
və bloklarının ilmələnmə qaydalarını.
Hidravlik və pnevmatik sınaqdan keçirilmə qaydalarını.
Düyünlərin yığılma qaydalarını və
şərti təzyiqi 4 MPa (40 kq/sm2) qədər olan
boru kəmərlərinə qoyulan tələbləri.
İş nümunələri. Boruların mexanikləşdirilmiş
kəsilmə və doğranması. Boru uclarında abraziv
dövrə ilə faskaların açılması. Diametri 80
mm-dən 200 mm-ə qədər olan boruların
əyilməsi. Flansların borulara keçirilməsi və
diametri 100 mm-dən 200 mm-ə qədər olan polad
boruların qovuşması. Kipcəklərin vurulması.
Hidravlik sınaqdan keçirməklə şərti
təzyiqi 4 MPa (40 kq/sm2) qədər, diametri 200
mm-ə qədər olan boru kəmərləri
düyünlərinin yığılması. Şərti
təzyiqi 4 MPa (40 kqs/sm2) qədər, diametri 200
mm-ə qədər olan armaturların hazırlanma,
uyğunlaşdırma, şaberlə işlənmə,
hidravlik sınaqdan keçirilmə və qoyulması.
Polietilen, viniplast, alüminium, mis və latundan boru
uclarının qaynaq üçün təmizlənmə,
açılma və birləşdirilməsi. Polietilen,
viniplast, alümin, mis və s.-dən boru detal və elementlərinin
hazırlanması. Səthin təmizliyi R2=40-a
qədər qaynaq tikişlərinin təmizlənməsi.
§ 415 Texnoloji boru
kəmərləri düyün və
detallarının
hazırlanması üzrə çilingər
5-ci dərəcə
İşin xüsusiyyəti. Texnoloji boru kəmərlərinin detal və
düyünlərinin hazırlanmasında mürəkkəb
işlərin icrası.
Bilməlidir: Şərti
təzyiqi 9,8 MPa (100 kqs/sm2) qədər olan boru
kəməri düyünlərinin tədarük etmə
qaydalarını. Dayaqların və onlar üçün
bərkitmələrin tiplərini. Yüksəktezlikli cərəyanla
qızdırılan boruları əyən dəzgahların
növlərini və quruluşunu. Kompensatorların
tiplərini. Boru kəmərlərinin hidravlik və pnevmatik
sınaqdan keçirilmə qaydalarını. Eyni vaxtda
korroziyaya qarşı izolyasiya çəkməklə boru
kəmərlərinin düzxətli seksiyalarının
hazırlanması üzrə yarımavtomatik xətlərin
quruluşunu və idarəedilmə qaydalarını.
Düyünlərin yığılma qaydalarını və
şərti təzyiqi 9,8 MPa (100 kqs/sm2) qədər
olan boru kəmərlərinə qoyulan tələbləri.
İş nümunələri. Detalların nişanlanması. Diametri 200 mm-dən
artıq olan boruların əyilməsi. Boru uclarının
konusşəkilli yayılması. Flansların borulara
keçirilməsi və diametri 200 mm-dən 1200 mm-ə
qədər olan boruların qovuşdurulması. Ştuser,
üçboğaz və seksiya
ayırıcılarının hazırlanması.
Yüksəktezlikli cərəyanla
qızdırmaqla boruların qovuşma yerində (diametrdən
asılı olmayaraq) əyilməsi. Keçidlərin və
seksiyalı ayırıcıların hazırlanması.
Şərti təzyiqi 4 MPa (40 kqs/sm2) qədər,
diametri 200 mm-dən 400 mm-ə qədər olan armaturların
hazırlanma, uyğunlaşdırma, şaberlə
işlənmə, hidravlik sınaqdan keçirilmə və
qoyulması. Şərti təzyiqi 4 MPa-dan 9,8 MPa (40-dan
100kqs/sm2 qədər), diametri 200 mm-ə qədər
olan armaturların hazırlanma, sürtüb oturdulma,
şaberlə işlənmə, hidravlik sınaqdan
keçirilmə və qoyulması. Metalların istilikdən
genişlənməsini və axmasını
ölçmək üçün reperlərin qoyulması.
Stend və mexanikləşdirilmiş xətlərdə boru
kəməri düyünlərinin yığılması.
Eyni vaxtda korroziyaya qarşı örtüyü
çəkməklə mexanikləşdirilmiş və
yarıavtomatik xətlərdə boru kəmərlərinin
düzxətli seksiyalarının yığılması.
§ 416 Texnoloji boru
kəmərləri düyün və detallarının
hazırlanması üzrə
çilingər
6-cı dərəcə
İşin xüsusiyyəti. Texnoloji boru kəmərlərinin detal və
düyünlərinin hazırlanmasında xüsusi
mürəkkəb işlərin icrası.
Bilməlidir: Xüsusi
aralıq qatlı (linza, metal və s.) flanslı
birləşmə və xüsusi bilərzikli
birləşmələrin (konus üzrə şar)
tiplərini. Kimyəvi yuyulma qaydalarını. Aşqar
olunmuş poladlardan boru kəməri detal və
düyünlərinin hazırlanma qaydalarını. Yerində
ölçmə texnikasını və detalların
eskizləşdirilməsini. Qaynaq qovuşmalarının
termiki emal edilmə üsullarını. Düyünlərin
yığılma qaydalarını və şərti
təzyiqi 9,8 MPa (100 kqs/sm2)-dən artıq olan boru
kəmərlərinə qoyulan tələbləri.
İş nümunələri. Diametri 1200 mm-dən artıq olan borulara
flansların taxılması. Quraşdırma yeri üzrə
texnoloji boru kəmərlərinin çəkilmə yerinin
ölçülməsi, boru kəmərlərinin hazırlanması
və çəkilməsi üçün eskizlərin
tərtib edilməsi. Soyuq dartılmaların yerinə
yetirilməsi. Blanklarda boru kəməri düyünlərinin
iriləşdirilmiş yığılması. Şərti
təzyiqi 4 MPa-dan 9,8 Mpa (40-dan 100 kqs/sm2 qədər),
diametri 200 mm-dən 600 mm-ə qədər olan armaturların
hazırlanma, oturdulma, şaberlə işlənmə, hidravlik
sınaqdan keçirilmə və qoyulması. Diametri 600 mm-dən
artıq təzyiqdən asılı olmayaraq və ya
şərti təzyiqli 9,8 MPa (100kqs/sm2)-dan artıq
olan diametrdən asılı olmayaraq armaturların
hazırlanma, oturdulma, şaberlə işlənmə, hidravlik
sınaqdan keçirilmə və qoyulması.
§ 417 Toxuculuq sənayesi
müəssisə avadanlıqlarının
quraşdırıcısı
2-ci dərəcə
İşin xüsusiyyəti. Toxuculuq sənaye avadanlıq və onunla
bağlı konstruksiyaların quraşdırılmasında
ən sadə işlərin icrası.
Bilməlidir:
Avadanlıqların açılma üsullarını. Ən
sadə takelaj ləvazimatlarının növlərini və
onların tətbiq edilmə üsullarını. Avadanlıq
detallarının yağlanma üsullarını.
Çilingər alətlərinin təyinatını.
İş nümunələri. Qeyri-vacib detalların boltla bərkidilməsi.
Avadanlıqların açılması. Aparat və
avadanlıqlarda nömrə lövhəciklərinin
hazırlanma və qurulması.
§ 418 Toxuculuq sənayesi
müəssisə avadanlıqlarının
quraşdırıcısı
3-cü dərəcə
İşin xüsusiyyəti. Toxuculuq sənaye avadanlıq və onunla
bağlı konstruksiyaların quraşdırılmasında
sadə işlərin icrası.
Bilməlidir:
İşlədilən materialların əlamətlərini.
Qeyri mürəkkəb quraşdırma işlərinin
yerinə yetirilmə üsullarını. Sadə takelaj
vasitələrinin quruluşunu və onlardan istifadə
etmə qaydalarını.
İş nümunələri. Ülgü üzrə detalların
nişanlanması. Deşiklərin dişli çarx və
burğu ilə deşilməsi. Yivli və flanslı
birləşmələrin yığılması. Altlıq
və aralıqların hazırlanması. Metal
konstruksiyaların düzəldilməsi. Qovuşmaların
quraşdırıcı boltlarla bərkidilməsi.
§ 419 Toxuculuq sənayesi
müəssisə avadanlıqlarının
quraşdırıcısı
4-cü dərəcə
İşin xüsusiyyəti. Toxuculuq sənaye avadanlıq və onunla
bağlı konstruksiyaların quraşdırılmasında
orta mürəkkəbli işlərin icrası.
Bilməlidir: Orta
mürəkkəbli avadanlıqaltı bünövrənin
ölçülərinin yoxlanma üsullarını və bu
avadanlıqların quraşdırma metodlarını.
Mexanikləşdirilmiş alətdən istifadə etmə
üsullarını. Quraşdırılmış
avadanlıqların yoxlanılıb düzəldilməsinin
ən sadə üsullarını. Hidravlik sınaqdan
keçirmə üsullarını. Yüklərin
ilmələnmə və yerdəyişmə
üsullarını. Mexanikləşdirilmiş
takelaj avadanlığından istifadə etmə qaydalarını.
Quraşdırılan avadanlıqların quruluşunu.
İş nümunələri. Qidalandırıcı, təmizləyici,
yumşaldıcı, çox itki verən, lentli və
çillə maşınların quraşdırılması.
Mexaniki və avtomatik birməkikli toxucu dəzgah və
düyüntoxuyan maşından savayı toxuculuq istehsalı
üzrə yardımçı avadanlıqların
quraşdırılması. Kompensator, bişirmə qazan,
turşu aparat, yaş yumşaldıcı, diyirlədici,
açma və ayırma maşınların
quraşdırılması.
§ 420 Toxuculuq sənayesi
müəssisə avadanlıqlarının
quraşdırıcısı
5-ci dərəcə
İşin xüsusiyyəti. Toxuculuq sənaye avadanlıq və onunla
bağlı konstruksiyaların quraşdırılmasında
mürəkkəb işlərin icrası.
Bilməlidir:
quraşdırıcı oxların nişanlanma, qurulma və
yerdəyişmə üsullarını.
Quraşdırmaaltı bünövrə və
avadanlıqların qurulma yerinin yoxlanma və qəbul
qaydalarını. Mürəkkəb avadanlıqların
quraşdırma üsullarını. Quraşdırılan
avadanlıqların tarazlaşma, mərkəzləşmə,
yoxlanılıb düzəldilmə və
tənzimləmə üsullarını. Sürtgü
sistemlərinin quruluşu və işləmə
prinsiplərini. Mexanizm və maşınların quraşdırılmasına
qoyulan texniki tələbləri və müəyyən
edilmiş, buraxıla bilən artıq-əksikliyi.
Mürəkkəb avadanlıqların istismara təhvil
verilmə qaydalarını.
İş nümunələri. Əyirmə
istehsalatı, eşici və fırlanma, sap və ip
sarıyıcı və şlixtləmə
yardımçı avadanlıqlarının
quraşdırılması. Bütün markalardan və
enlərdə olan pnevmorapiralı və
avtomatlaşdırılmış çoxməkikli toxucu
dəzgah, habelə lent-toxucu dəzgah və
remizqaldırıcı baraban, düyüntoxuyan
maşınların quraşdırılması. Bəzək
istehsalatının yardımçı avadanlıq, oda
vermək üçün maşın, yuyulma və
ağartmaq üçün maşın və aparat,
düyüntutucu, parçaları qoyan, bağaçan,
merserizasiya maşın, atım və basma maşın,
rəngləyici aparat, diyircəkli kompensator,
parçaistiqamətləndirici, kirzayuyucu maşın və
ipək parçalara naxış vurmaq üçün stol,
sumbata, xovlayıcı, pörtmə qutuları ilə
təmizləyicilərin quraşdırılması. Xovlu
parçaları kəsmək üçün dəzgah və
xalça məmulatları kəsmək üçün
maşın, quruducu, zəncirli önlətmə
maşın, ütüləyici, bəzək və
yekunlaşdırıcı maşın, yığıcı
və qablaşdırıcı maşın, viskoz
hazırlamaq üçün maşın, bobinajlı
yenidənsarıyan, viskoz ipəyinə naxış vurmaq
və yumaq üçün fırlanan və bəzək
maşınlarının quraşdırılması
§ 421 Toxuculuq sənaye
müəssisə avadanlıqlarının
quraşdırıcısı
6-cı dərəcə
İşin xüsusiyyəti. Toxuculuq sənaye avadanlıq və onunla
bağlı konstruksiyaların quraşdırılması
üzrə, yüksək dəqiqlik tələb edən
xüsusi mürəkkəb işlərin icrası.
Bilməlidir: Xüsusi
mürəkkəb avadanlıqların quraşdırma
üsullarını. Avanlıqların tənzimləmə
və sazlama üsullarını. Aqreqat və
maşınların istismara təhvil verilməsində,
onların sınaqdan keçirilmə qaydalarını.
İş nümunələri. Xüsusi mürəkkəb istehsal
avadanlıqlarının lifdidən, darama, yunatan,
əyirmə, toxucu, bəzək (avtomatik xətt), süni lif
sənayesinin quraşdırılması.
§ 422 TURŞUYA DAVAMLI QATLARI
ÇƏKƏN – VİNİPLASTÇI
3-cü dərəcə
İşin xüsusiyyəti. Viniplast, polixlorvinil, polietilen və digər
konstruksiya plastmaslarını işlətməklə sadə
turşuya davamlı işlərin icrası.
Bilməlidir: Konstruksiya
plastmas yarımfabrikatlarının növləri və
əsas xüsusiyyətlərini. Qaynaq odluqlarının
quruluşunu. Konstruksiya plastmasları qaynaq
üsullarını. Konstruksiya plastmasından olan təbəqə
və boruların termik emal üsullarını. Sadə aparat
və avadanlıqların viniplast, asbovinil, fiolit, polietilenlə
örtülməsi. Dairəvi və lentli mişarların
quruluşunu.
İş nümunələri. Sadə detal və məmulatlar üçün
konstruksiya plastmasların nişanlanma, şablon üzrə
əl üsulu və dairəvi və ya lentli mişarlarda
kəsilməsi. Konstruksiya plastmaslarından olan
təbəqə və boruların əyilməsi. Viniplast
boruların qızdırılması. Konstruksiyalı
plastmasdan olan təbəqələrin bir-birinə
keçməklə və baş-başa qoymaqla, V və X
şəkilli tikişlərlə, valik və künc
tikişə şaquli və üfüqi vəziyyətdə
qaynağı. Faskaların hazırlanması. Sadə detal
və məmulatların hazırlanma və
yığılması. Sadə aparat və
avadanlıqların viniplast, asbovinil, faolit, polietilenlə
örtülməsi. Qızdırıcı şkafda
konstruksiya plastmaslarından olan təbəqə və
boruların termik emalı.
§ 423 TURŞUYA DAVAMLI QATLARI
ÇƏKƏN - VİNİPLASTÇI
4-cü dərəcə
İşin xüsusiyyəti. Viniplast, polixlorvinil, polietilen və digər
konstruksiya plastmaslarını orta mürəkkəbli
turşuyadavamlı işlərin icrası.
Bilməlidir: konstruksiya
plastmaslarından məmulatların hissə və
detallarının yığılma üsullarını.
Viniplastlı ayrıla bilən boruların birləşmə
tiplərini. Konuslu və silindrli detal və aparaturaların
biçilmə üsullarını. Konstruksiya
plastmaslarından detalların ştamplanma və
preslənmə üsulları ilə hazırlanmasını.
Konstruksiya plastmaslarının möhkəmləndirmə
üsullarını. Polimerləşdirmə
kameralarının quruluşunu və
möhkəmləndirildikdən sonra bürüyücü
polimer materialların polimerləşdirilmə rejimlərini.
Orta mürəkkəb konfiqurasiyalı səthlərin
viniplast, asbovinil, faolit və polixlorvinil plastmasla
örtülmə, onlardan istifadə etmə qaydalarını.
İş nümunələri. Orta mürəkkəb konfiqurasiyalı detalların
nişanlanma və biçilməsi. Plastikat ilə
viniplastın qaynağı. Konstruksiya ötürücü
polimer materiallarla möhkəmləndirmə. Konstruksiya
plastmaslarından məmulat hissə və detalların
ştamplanması. Viniplast boruların ayrıla bilən
birləşmələrinin qurulması. Viniplast içliyin
karkasa qoyulması. Boru kəməri fasonlu hissələrinin
çay faolitdən hazırlanma və
yığılması, Verilmiş rejim üzrə
ötürücü materiallarla möhkəmləndirmə
aparılan zaman polimerləşmə.
§ 424 Turşuya davamlı
qatları çəkən - viniplastçı
5-ci dərəcə
İşin xüsusiyyəti. Viniplast, polixlorvinil, polietilen və digər
konstruksiya plastmaslarını işlətməklə
mürəkkəb turşuyadavamlı işlərin icrası.
Bilməlidir: Konstruksiya
plastmaslarından mürəkkəb aparatların detal və
düyünlərlə komplektləşdirmə
qaydasını. Mürəkkəb konfiqurasiyalı
səthlərin viniplast və polixlorvinil, plastikatla, faolit
və asbovinillə örtülmə üsullarını.
İş nümunələri. Mürəkkəb avadanlıq və aparaturalar
üçün konstruksiya plastmaslarından olan məmulat
və detalların nişanlanma və biçilməsi.
Vakuumsüzgəclər tipli mürəkkəb aparat və
avadanlıqların konstruksiya plastmaslarından olan
düyün və detallarla komplektləşdirilməsi. Qurulma
yerində viniplast içliklərin
uyğunlaşdırılması. Metal flanslara viniplastlı boruların fitiqlərin hazırlanması.
Konfiqurasiya plastmaslarından olan mürəkkəb
konfiqurasiyalı məmulatların bütün vəziyyətlərdə
qaynağı. Ştuser və lyükların qaynaq
edilməsi.
Mərkəzdənqaçan nasos, ventil və
bağlayıcı kranların (tornaçı-frezer
işləri istisna olmaqla) ayrı-ayrı
düyünlərinin viniplastdan hazırlanması. Mürəkkəb
konfiqurasiya səthlərinin viniplast, asbovinil, faolit və ya
polixlorvinil plastikatla örtülməsi. Şablonların
hazırlanması.
§ 425 Turşuya davamlı
qatları çəkən - viniplastçı
6-cı dərəcə
İşin xüsusiyyəti. Viniplast, polixlorvinil, polietilen və digər
konstruksiya plastmaslarını işlətməklə
xüsusi mürəkkəbli turşuya davamlı
işlərin icrası.
Bilməlidir: Konstruksiya
plastmaslarından olan xüsusi mürəkkəbli məmulat
və detalların nişanlanma, biçilmə və
yığılma üsullarını. Konstruksiya
plastmaslarından olan məmulatların emal edilmə, formaya
salınma, ştamplama və preslənməsinin temperatur
rejimlərini. Qaynaq məmulatların və
ötürücü materialların keyfiyyətinə
detektorun köməyi ilə nəzarət. Xüsusi mürəkkəb
səthlərin viniplast, asbovinil, faolit və plastiklərlə
örtülmə üsullarını.
İş nümunələri. Konstruksiya plastmaslarından xüsusi
mürəkkəb konfiqurasiyalı məmulat və
detalların nişanlanma, biçilmə və
hazırlanması. Xüsusi mürəkkəb
konfiqurasiyalı lekal və şablonların
hazırlanması. Xüsusi mürəkkəb səthlərin
plastikat, viniplast, asbovinil və faolitlə
çərçivələnməsi. Viniplastdan xüsusi
mürəkkəb konfiqurasiyalı aparatların
yığılması: vakuum - nasos, ventil, ventilyator, süni
lifli toxucu - maşınlarına məhlul üçün vanna,
duzsuzlaşdırıcı qurğular və s.
§ 426 TURŞUYA DAVAMLI QATLARI
ÇƏKƏN –
YAPIŞQANÇƏKƏN
2-ci dərəcə
İşin xüsusiyyəti. Səthlərə yapışqanın
çəkilməsində ən sadə işlərin
icrası.
Bilməlidir:
Yapışqanadavamlı işlədilən əsas
materialları. Metal və ağac səthlərin
yapışqan çəkmək üçün
hazırlanma üsullarını. Vulkanizasiya tiyanlarının
doldurulma qaydalarını.
İş nümunələri. Səthlərin benzinlə təmizlənmə,
yağsızlaşdırılma və yuyulması. Qum
püskürücü təmizləmə üçün
qumun xəlbirlənməsi. Boru, fintiq və digər
detalların barit və qumla doldurulması. Vulkanizasiya
tiyanlarının doldurulma və boşaldılması.
Kalandrirləşdirilmiş rezin, poliizobutilenin
təmizlənməsi və onların yapışqanla
sürtülməsi.
§ 427 TURŞUYA DAVAMLI QATLARI
ÇƏKƏN –
YAPIŞQANÇƏKƏN
3-cü dərəcə
İşin xüsusiyyəti. Səthlərə yapışqanın
çəkilməsində sadə işlərin icrası.
Bilməlidir: Vulkanizasiya
tiyanlarının və yapışqan qarışdıran
qurğuların quruluşunu. Müxtəlif konsentrasiyalı
rezin yapışqan və özü vulkanlaşan
hermetiklərin resepturasını və hazırlanma
üsullarını. Aparat və detalların qızma rejimini.
Kalandrirləşdirilmiş rezinlərin əvəz olunma
üsullarını. Sadə konfiqurasiyalı
səthlərə (düzxətli və silindrik)
yapışqanın çəkilmə və poliizobutilen
və digər materiallarla çərçivələnmə
üsullarını. Köhnə çəkilən
yapışqan qatının çıxarılma
üsullarını. Rezin və poliizobutilenlərin markalarını.
İş nümunələri. Yapışqan çəkmək üçün
rezinlərin nahamar vəziyyətə salınması. Xlorlu
kelsi məhlulunun hazırlanması. Yapışqanlama işi
və özünü vulkanizasiya edən hermetiklər
üçün yapışqanın hazırlanması.
Köhnə çəkilən yapışqan qatının
çıxarılması. Metal səthlərə
yapışqanın sürtülməsi. Müəyyən
edilmiş rejim üzrə aparaturaların və detalların
vulkanizasiya tiyanlarında qızdırılması.
Kalandrirləşdirilmiş rezinlərin əvəz
olunması. Rezin və poliizobutilen təbəqələrinin
sadə konfiqurasiyalı səthlərə basıb hamarlanması.
§ 428 TURŞUYA DAVAMLI QATLARI
ÇƏKƏN –
YAPIŞQANÇƏKƏN
4-cü dərəcə
İşin xüsusiyyəti. Səthlərə yapışqanın
çəkilməsində orta mürəkkəbli
işlərin icrası.
Bilməlidir: Rezin,
poliizobutilen, özüvulkanizasiyalanan hermetik,
xlorkauçukların (neiritlər) xüsusiyyətlərini
və onların keyfiyyətinə qoyulan tələbləri.
Konuslu və kürəşəkilli səthlərin
çərçivələnmə üsullarını.
Hazır şablonlar üzrə rezinlərin nişanlanma
və biçilməsini. Şpris maşının
quruluşunu. Qabarmaların aradan qaldırılma
üsullarını. Tutumlu qab və detalların açıq
vulkanizasiyaya hazırlama üsullarını. Porşenli-quraşdırıcı
tapançaların quruluşunu və onlardan istifadə
etmə qaydalarını.
İş nümunələri. Rezinli konuslu və kürəşəkilli
səthlərin rezin ilə
çərçivələnməsi. Hazır biçmə
və ya şablonlar üzrə rezin və poliizobutilenli
təbəqələrinin biçilməsi və
kənarlarının konusşəklində kəsilməsi.
Şpris-maşında şponka və vikellərin
hazırlanması. Metal rolikləri ilə basıb hamarlamaqla
poliizobutilen təbəqələrinin tikişlərinin
qaynağı. Orta mürəkkəb konfiqurasiyalı
səthlərə rezin və poliizobutilen
çərçivələrinin basıb hamarlanması.
Açıq üsulla vulkanizasiyanın edilməsi.
Özüvulkanizasiyalaşan hermetik və
xlorkauçukların (neiritlərin) səthlərə
çəkilməsi.
§ 429 TURŞUYA DAVAMLI QATLARI
ÇƏKƏN –
YAPIŞQANÇƏKƏN
5-ci dərəcə
İşin xüsusiyyəti. Səthlərə yapışqanın
çəkilməsində mürəkkəb işlərin
icrası.
Bilməlidir:
Mürəkkəb konfiqurasiyalı aparat və detalların
yapışqanlama üsullarını. Vulkanizasiya və
səthlərin rezinlə
çərçivələnməsinin keyfiyyətinə
qoyulan tələbləri. Yapışqanlarda istifadə
edilən vulkanizasiya tiyan və nəzarət ölçü
cihazlarının quruluşunu.
İş nümunələri. Mürəkkəb konfiqurasiyalı aparatura:
qarışdırıcı, nutç - süzgəc
aparatlarının ayrıla bilən qapaq membranlı
ventillər və s. yapışqanın çəkilməsi.
Vikellərin köməyi ilə borulara yapışqanın
çəkilməsi. Vulkanizasiya olunmuş rezinlə
aparaturaların çərçivələnməsi.
Rezinlə mürəkkəb fiqurlu səthlərin
yapışdırılması. Rezin və poliizobutilendən
tədarükləri kəsmək üçün şablon
biçmələrin hazırlanması. Tiyanlarda təzyiq
altında bağlı üsulla vulkanizasiyanın
aparılması.
§ 430 TURŞUYA DAVAMLI QATLARI
ÇƏKƏN –
YAPIŞQANÇƏKƏN
6-cı dərəcə
İşin xüsusiyyəti. Səthlərə yapışqanın
çəkilməsində xüsusi mürəkkəb
işlərin icrası.
Bilməlidir: Xüsusi
mürəkkəb konfiqurasiya səthlərinə
yapışqanların çəkilmə
üsullarını. Yapışqan çəkilmiş
aparatura və avadanlıqların isti hava ilə vulkanizasiya
edilməsi.
İş nümunələri. Xüsusi mürəkkəb aparat və
avadanlıqların bütün növlərinin: qüllə,
fasiləsiz hərəkət edən vakuum - süzgəc,
mərkəzdənqaçan nasos, ventilyatorlara və s.
yapışqanın çəkilməsi. Yapışqan
çəkilmiş aparatura və avadanlıqların isti hava
ilə vulkanizasiyası.
§ 431 ÜZLƏYİCİ -
MƏRMƏRÇİ
3-cü dərəcə
İşin xüsusiyyəti. Süni mərmərlə üzləmədə
sadə işlərin yerinə yetirilməsi.
Bilməlidir: Süni
mərmərlə üzləmədə istifadə edilən
materialların çeşid və xüsusiyyətlərini.
Hazırlıq qatı üçün istifadə edilən
məhlulların tərkiblərini, onların hazırlanma
qaydalarını. Ləngidicilərin miqdarının
müəyyən edilmə qaydalarını. Süni
mərmərdən memarlıq tərtibatlı detalların
hazırlanması üçün formaların qurulması.
İş nümunələri. Mərmər kütlənin düzəldilməsi
üçün materialların hazırlanması
(xəlbirlənmə və süzgəcdən
keçirilmə). Süni mərmərdən olan memarlıq
tərtibatlı detalların hazırlanması
üçün formaların yığılma və
sökülməsi. Hazırlıq qatı üçün
məhlul və mərmər kütləsi üçün
tərkiblərin (komponentlərin) hazırlanması.
Üzləmə üçün səthlərin
hazırlanması. Şəkil üzrə süni
mərmərlə üzləmə üçün
materialların hazırlanması.
§ 432 ÜZLƏYİCİ -
MƏRMƏRÇİ
4-cü dərəcə
İşin xüsusiyyəti. Süni mərmərlə üzləmədə
orta mürəkkəbli işlərin yerinə yetirilməsi.
Bilməlidir: Süni
mərmərlə üzləmə altıəsasın
keyfiyyətinə qoyulan tələbləri. Mərmər
kütlənin qoyulma üsullarını.
İş nümunələri. Yastı səthlər üzləməsinin
parıldadılması. Düzxətli memarlıq
tərtibatlı detalların hazırlanmasında mərmər
kütlənin formaya qoyulması, səthlərə
hazırlıq qatının çəkilməsi.
§ 433 ÜZLƏYİCİ -
MƏRMƏRÇİ
5-ci dərəcə
İşin xüsusiyyəti. Süni mərmərlə üzləmədə
mürəkkəb işlərin yerinə yetirilməsi.
Bilməlidir: İstehsalat
şəraitində rəngləyicilərin
qələviyə davamlılıq və
rəngədavamlılığının müəyyən
etmə üsullarını. Boya və mərmər
kütləsinin tərkiblərinin seçilmə
üsullarını. Süni mərmərlə
üzlənən səthlərdə bəzək
işlərinin ardıcıllığını.
Üzləmənin keyfiyyətinə qoyulan
tələbləri.
İş nümunələri. Yastı səthlərə mərmər
kütlənin çəkilməsi. Verilmiş şəkil
üzrə boya və mərmər kütlənin
tərkiblərinin seçilməsi. Mərmər
kütlənin hazırlanması. Memarlıq tərtibatlı
əyrixətli detalların hazırlanmasında mərmər
kütlənin formalara qoyulması. Yastı səthlərin
üzlüklərində bəzək işlərinin
aparılması. Süni mərmərdən memarlıq
tərtibatlı düzxətli detalların qurulması.
Üzlüyün hazırlanmış səthlərin yoxlanma
və hamarlanması. Süni mərmərdən olan
üzlüyün təmiri.
§ 434 ÜZLƏYİCİ -
MƏRMƏRÇİ
6-cı dərəcə
İşin xüsusiyyəti. Süni mərmərlə üzləmədə
xüsusi mürəkkəb işlərin yerinə
yetirilməsi.
Bilməlidir: Süni
mərmərlə üzləmə altı mürəkkəb
səthlərin bölgü və nişanlanma
üsullarını (sütun, kapitelər, kargiz).
Mərmər səthlərdə şəkilin qurulma qaydalarını.
İş nümunələri. Əyrixətli səthlərin
üzlüklərində bəzək işlərinin
görülməsi. Damarsız mərmərdə damarların
şəkilinin çəkilməsi. Süni mərmərdən
olan memarlıq tərtibatlı əyrixətli detalların
qurulması.
§ 435 ÜZLƏYİCİ -
MOZAİKAÇI
2-ci dərəcə
İşin xüsusiyyəti. Mozaik döşəmə örtüyü və
memarlıq tərtibatlı detalların qurulmasında ən
sadə işlərin yerinə yetirilməsi.
Bilməlidir: Mozaik
örtüyün qurulmasında istifadə .edilən əsas
materialların çeşidlərini. Əsasların
səthlərinin təmizlənmə və çərtmə
üsullarını. Mozaik kütlənin hazırlanma
üsullarını. Mozaik döşəmənin
qurulmasında rütubətlik rejiminin təmin edilmə
üsullarını.
İş nümunələri. Verilmiş resept üzrə mozaik kütlənin
əl üsulu ilə hazırlanması. Mozaik
kütlələrin qoyulmaaltı əsasın
çərtilmə və təmizlənməsi. Əl
üsulu ilə mozaik döşəmənin silinməsi.
§ 436 ÜZLƏYİCİ -
MOZAİKAÇI
3-cü dərəcə
İşin xüsusiyyəti. Mozaik döşəmə örtüyü və
memarlıq tərtibatlı detalların qurulmasında sadə
işlərin yerinə yetirilməsi.
Bilməlidir: Mozaik
işləri üçün istifadə edilən
materialların əsas xüsusiyyətlərini.
Üzləmənin emalında istifadə edilən
abrazivlərin müxtəlif növləri və
xüsusiyyətlərini. Mayak reykalarının qoyulma
üsullarını. Sürtücü maşınların
quruluş əsaslarını.
İş nümunələri. Döşəmənin mozaik
örtüyünün qurulmasında taraz ilə mayak
reykalarının hazır nişanlanma üzrə
qoyulması. Sıxlaşdırmaqla
döşənəcəyin alt qatının qoyulması.
Hamar səthin alınmasına qədər əl üsulu
ilə mozaik döşəmənin cilalanması. Sement
məhlulu ilə mozaik səthlərin şpatlyovkalanması.
Sürtən maşın ilə mozaik döşəmənin
sürtülməsi.
Memarlıq tərtibatlı detalların
hazırlanması üçün formaların
yığılma, sökülmə və
təmizlənməsi.
§ 437 ÜZLƏYİCİ -
MOZAİKAÇI
4-cü dərəcə
İşin xüsusiyyəti. Mozaik döşəmə örtüyü və
memarlıq tərtibatlı detalların qurulmasında orta
mürəkkəbli işlərin yerinə yetirilməsi.
Bilməlidir: Mozaik
döşəmə və memarlıq tərtibatlı
detalların çeşidlərini. Düzxətli
səthlərin bölgü üsullarını.
Şüşə, mərmər və metal damarların
qoyulma üsullarını. Mozaik döşəmələrin
səthlərinə və memarlıq tərtibatlı
detalların keyfiyyətinə qoyulan tələbləri.
İş nümunələri. Döşəmə səthinə mozaik
üzlük qatının qoyulması və
sıxlaşdırılması. Səthlərin nişanlanma
və mayakların qurulması. Düzxətli və lekallı
damarların qoyulacaq yerlərinin nişanlanması və
onların qoyulması. Yerlərin bölünməsi və
döşəməyə, memarlıq detallarına
müxtəlif rəngli mozaik tərkiblərini qoymaq üçün,
müvəqqəti çərçivələrin
qurulması. Polimer-sement-qum döşəmənin
qurulması. Mexanikləşdirilmiş alətlərin
köməyi ilə düzxətli səthlərin cilalanma
və pardaxlanması. Mozaik örtüyün, memarlıq
tərtibatlı yastı detalların (döşəmə
yatmağı, qaltel, tutacaq və s.) düzəldilməsi.
§ 438 ÜZLƏYİCİ -
MOZAİKAÇI
5-ci dərəcə
İşin xüsusiyyəti, Mozaik döşəmə örtüyü və
memarlıq tərtibatlı detalların qurulmasında
mürəkkəb işlərin yerinə yetirilməsi.
Bilməlidir: Əyrixətli
səthlərin bölgüsü və səthlərin
nişanlanma üsullarını. Kütlənin lazımi
rəngdə alınması üçün,
rəngləyicilərin miqdarının müəyyən
etmə üsullarını. Bilavasitə məhlulun
üstünə qoyulan, mozaikada istifadə edilən
daşların xüsusiyyətlərini.
İş nümunələri. Əyrixətli səthlərlə üzləyici
mozaik qatın qoyulma və sıxlaşdırılması.
Qalın şüşədən lekallı damarların
kəsilməsi. Əyrixətli mozaik memarlıq
detallarının qurulması. Əyrixətli səthlərin
cilalanma və pardaxlanması. Mozaik döşəmə və
memarlıq detallarının təmiri.
§ 439 ÜZLƏYİCİ -
MOZAİKAÇI
6-cı dərəcə
İşin xüsusiyyəti. Mozaik döşəmə örtüyü və
memarlıq tərtibatlı detalların qurulmasında
xüsusi mürəkkəb işlərin yerinə yetirilməsi.
Bilməlidir: Bədii dekorativ
üzləmə üçün səthlərin nişanlanma
və bölgü üsullarını. Şəkil və
eskiz üzrə dekorativ üzləmə üsullarını.
İş nümunələri. Şəkil və ya rəssam eskizləri
üzrə bədii dekorativ mozaik örtüklərin
qurulması. Bilavasitə məhlulun üstünə qoyulan
(oturdulan mozaika) mərmər parçaları,
pardaxlanmış qranit, smalta və s.-dən şəkil
üzrə mozaik örtüyün qurulması.
§ 440 ÜZLƏYİCİ –
PARDAXLAYICI
3-cü dərəcə
İşin xüsusiyyəti: Memarlıq tərtibatlı detalların və
üzlənən səthlərin cilalanma və pardaxlanması
üzrə sadə işlərin yerinə yetirilməsi.
Bilməlidir: Təbii
daşların cilalanma və pardaxlanmasında istifadə
edilən abraziv və materialların xüsusiyyətlərini.
Damın cilalanma və pardaxlanma ardıcıllığı
və abrazivlərin işlədilmə növbətiliyi.
Mastikanın hazırlanma qaydalarını.
İş nümunələri. Əl üsulu ilə daşların
düzxətli tava üzlənməsinin cilalanma və
pardaxlanması. Əl üsulu ilə döşəmə
və divar üzlənməsinin cilalanma və pardaxlanması.
Daşın yapışdırılması üçün
isti və soyuq mastikaların hazırlanması.
§ 441 ÜZLƏYİCİ -
PARDAXLAYICI
4-cü dərəcə
İşin xüsusiyyəti. Memarlıq tərtibatlı detalların və
üzlənən səthlərin cilalanma və pardaxlanması
üzrə orta mürəkkəbli işlərin yerinə
yetirilməsi.
Bilməlidir: Bütün
mənşəli daşların növ, üsul və emal
etmə ardıcıllığını.
Mexanikləşdirilmiş alətlərlə
işləmə qaydalarını və onun quruluşunu.
Pardaxlanmanın keyfiyyətinə qoyulan tələbləri.
İş nümunələri. Mexanikləşdirilmiş alətlərlə
düzxətli səthlərin üzlənməsinin cilalanma
və pardaxlanması. Memarlıq tərtibatlı
düzxətli fasonlu detalların (karnizlər,
kəmərlər, haşiyələr, tutacaqlar), əl və
mexanikləşdirilmiş alətlərlə cilalanma və
pardaxlanması. Mexanikləşdirilmiş alət
abrazivlərinin qurulma və dəyişdirilməsi.
Tavaların yapışdırılması və mastikanın
sürtülməsi.
§ 442 ÜZLƏYİCİ –
PARDAXLAYICI
5-ci dərəcə
İşin xüsusiyyəti. Memarlıq tərtibatlı detalların və
üzlənən səthlərin cilalanma və pardaxlanması
üzrə mürəkkəb işlərin icrası.
Bilməlidir:
Üzləmənin zədələnmiş yerlərinin
təmir və doldurulma üsullarını. Təbii
daşı cilalamaq və pardaxlamaq üçün stasionar
və səyyar dəzgahların quruluş
əsaslarını.
İş nümunələri, Əyrixətli səthlərin
üzlüyünün cilalanma və pardaxlanması.
Memarlıq tərtibatlı əyrixətli və fasonlu
detalların cilalanma və pardaxlanması (kapitellər, şarlar,
vazlar, dairələnmələr, məhəccərlər,
tutacaqlar). İsti və soyuq mastikaları
işlətməklə üzləmənin
zədələnmiş yerlərinin təmiri (qopmuş
yerlərin doldurulması)
§ 443 ÜZLƏYİCİ -
TAVA DÖŞƏYƏN
2-ci dərəcə
İşin xüsusiyyəti. Keramik, şüşəli, asbestsement və
digər tavacıqlarla üzləmədə ən sadə
işlərin yerinə yetirilməsi.
Bilməlidir: Tavacıqlarla
üzləmədə istifadə edilən əsas
materialların çeşidlərini. Məhlulu əl
üsulu ilə hazırlama qaydalarını.
İş nümunələri. Ölçü, rəng və növlər
üzrə tavacıqların çeşidlərə
ayrılması. Verilmiş tərkib üzrə məhlul, quru
qatışıq və mastikaların əl üsulu ilə
hazırlanması. Tavacıqlarla üzləmək
üçün əsas səthlərinin hazırlanması.
§ 444 ÜZLƏYİCİ -
TAVA DÖŞƏYƏN
3-cü dərəcə
İşin xüsusiyyəti. Keramik, şüşəli, asbestsement və
digər tavacıqlarla üzləmədə sadə
işlərin yerinə yetirilməsi.
Bilməlidir: Xlorid
turşusunun xüsusiyyətləri və məhlulun yol
verilmə bərkliyini. Tavacıqların qurulma və
bərkidilmə üsullarını. Üzləmənin
keyfiyyətinə qoyulan tələbləri. Taraz ilə
işləmə üsullarını.
İş nümunələri. Tikişin qalınlığı 2 mm-dən
çox olduqda hazır mayaklar üzrə bütöv
düzxətli divar səthlərinin və
döşəmələrin məhlulla qoyulan tavacıqlarla
üzlənməsi. Tavacıqlararası tikişlərin
məhlulla doldurulması. Metal torların dartılması
və məhlulla sürtülməsi. Düzləndirici
qatın qurulması. Üzlənmiş səthlərdən
tavacıqların sökülməsi. Kənarlarını
yonmaqla tavacıqların parçalanma və kəsilməsi.
Tavacıqlarda oyuqların deşilməsi. Tavacıqları
bərkitmək üçün məhlul və mastikaların
hazırlanması. Üzlənmiş səthləri yumaq
üçün məhlulların hazırlanması.
Üzlənmiş səthləri yumaq üçün
məhlulların hazırlanması. Tökmə daşdan olan
tavacıqlarla döşəmənin üzlənməsi.
§ 445 ÜZLƏYİCİ -
TAVA DÖŞƏYƏN
4-cü dərəcə
İşin xüsusiyyəti. Keramik, şüşəli, asbestsement və
digər tavacıqlarla üzləmədə orta
mürəkkəbli işlərin yerinə yetirilməsi.
Bilməlidir: Üfüqi
və şaquli səthlərin bölgü, nişanlanma
və mayakların qoyulma üsullarını. Fasonlu
tavacıqların qurulma və bərkidilmə
üsullarını. Döşəmələrin təmiri
və üzlük tavacıqların dəyişdirilmə
qaydalarını. “Marblit” şüşəsi ilə
üzləmə üsullarını. Tavacıqları
vibroüsulla yerləşdirən maşınların
quruluş əsaslarını.
İş nümunələri. Üzləməaltı düzxətli
səthlərin nişanlanması və mayakların
qoyulması. Pilyastr, taxça və digər kiçik
səthlərin üzlənməsi. Tikişin qalınlığı
2 mm-ə qədər olan bütün düzxətli divar
səthlərinin məhlul və mastikada qoyulan tavacıqlarla
üzlənməsi. Fasonlu tavacıqların qurulması
(karnizli, döşəmə yaşmaqlı, künclü).
Nişanlamaqla sadə şəkilli frizlərin qoyulması.
Üzlük tavacıqlarının dəyişdirilməsi.
Tavacıq döşəmələrin təmiri. Divar
səthlərinin “marblit” şüşəsi və
şüşəkristallit, şüşəmərmər
tavacıqları ilə üzlənməsi. Tavacıqlarla
vibroüsulla yerləşdirən maşınlardan istifadə
etməklə, döşəmələrin
üzlənməsi.
§ 446 ÜZLƏYİCİ -
TAVA DÖŞƏYƏN
5-ci dərəcə
İşin xüsusiyyəti. Keramik, şüşəli, asbestsement və
digər tavacıqlarla üzləmədə
mürəkkəb işlərin yerinə yetirilməsi.
Bilməlidir: Əyrixətli
səthlərin tavacıqlarla üzləməaltı və
dekorativ üzləməaltı nişanlanma və
bölgü üsullarını. Dekorativ üzləmə
üsullarını.
İş nümunələri. Tavanların və əyrixətli səthlərin
üzlənməsi. Verilmiş şəkil üzrə
xalça şəkilli keramikadan döşəmənin
döşənməsi üçün səthlərin
nişanlanması.
İstənilən şəkilli frizlərin
qoyulması. Tavacıqlarla dekorativ üzləmə.
§ 447 Fasilə ilə
işləyən qaldırıcı nəqliyyat avadanlıqlarının
quraşdırıcısı
2-ci dərəcə
İşin xüsusiyyəti. Fasilə ilə işləyən
qaldırıcı - nəqliyyat mexanizm və onlarlı
bağlı konstruksiyaların quraşdırılmasında
ən sadə işlərin yerinə yetirilməsi.
Bilməlidir:
Avadanlıqların açılma üsullarını. Ən
sadə takelaj avadanlıqlarının növləri və
onların tətbiq edilmə üsullarını. Avadanlıq
detallarının yağlanma üsullarını.
Çilingər alətlərinin təyinatını.
İş nümunələri. Qeyri vacib detalların boltla bərkidilməsi.
Avadanlığın açılması.
§ 448 Fasilə ilə
işləyən qaldırıcı nəqliyyatavadanlıqlarının
quraşdırıcısı
3-cü dərəcə
İşin xüsusiyyəti. Fasilə ilə işləyən
qaldırıcı - nəqliyyat mexanizm və onlarlı
bağlı konstruksiyaların quraşdırılmasında
sadə işlərin yerinə yetirilməsi.
Bilməlidir:
İşlədilən materialların əlamətlərini.
Qeyri mürəkkəb quraşdırma işlərinin
yerinə yetirilmə üsullarını. Sadə takelaj
vasitələrinin quruluşunu və onlardan istifadə
etmə qaydalarını.
İş nümunələri. Ülgü üzrə detalların
nişanlanması. Dişli çarx və qurğu ilə
deşiklərin dəlinməsi. Yivli və flanslı birləşmələrin
yığılması. Əl alətləri ilə
yivlərin kəsilməsi. Alt qatın və aralıq
qatının hazırlanması. Metal konstruksiyaların düzəldilməsi.
Qovuşmaların quraşdırıcı boltlarla
bərkidilməsi. Çəpərləyici torların
qurulması. Pilləkən və meydançaların
sökülməsi.
§ 449 Fasilə ilə
işləyən qaldırıcı nəqliyyatavadanlıqlarının
quraşdırıcısı
4-cü dərəcə
İşin xüsusiyyəti. Fasilə ilə işləyən
qaldırıcı - nəqliyyat mexanizm və onlarlı
bağlı konstruksiyaların quraşdırılmasında
orta mürəkkəbli işlərin icrası.
Bilməlidir:
Mexanikləşdirilmiş alətdən istifadə etmə
üsullarını. Quraşdırılmış
avadanlıqların yoxlanıb düzəldilməsinin ən
sadə üsullarını. Avadanlıqların
ilmələnmə və yerdəyişmə, habelə
mexanikləşdirilmiş takelaj avadanlıqlarının
istifadə etmə üsullarını. Quraşdırılan
avadanlıqların qurulması və onun
quraşdırılma texnologiyasını.
İş nümunələri. Kranın metal konstruksiya elementlərinin
markalanması. Velosipedli, körpülü birtirli və
ikitirli (kran-tir) və konsollu kranlar üçün
yerdəyişmə və qaldırıcı mexanizmlərinin
quraşdırılması. Dövrəvi
cərəyançıxarıcı, yükqaldırma
məhdudlaşdırıcıları, ox
çıxıntısının göstərici,
trolsaxlayıçıların qurulması.
Podşipniklərin şprislənməsi, reduktora yağın
tökülməsi. İdarəetmə kabini və
yükarabacıqlarının sökülməsi.
Pilləkən və meydançaların
quraşdırılması.
§ 450 Fasilə ilə
işləyən qaldırıcı nəqliyyatavadanlıqlarının
quraşdırıcısı
5-ci dərəcə
İşin xüsusiyyəti. Fasilə ilə işləyən
qaldırıcı - nəqliyyat mexanizm və onlarlı
bağlı konstruksiyaların quraşdırılmasında
mürəkkəb işlərin icrası.
Bilməlidir:
Mürəkkəb avadanlıqların quraşdırılma
üsullarını. Quraşdırılan avadanlıqların
tarazlaşma, mərkəzləşmə, yoxlanılıb
tənzimlənmə üsullarını. Sürtkü
sistemlərinin quruluşunu və iş prinsipini. Maşın
və mexanizmlərin quraşdırılmasına qoyulan texniki
tələbləri və müəyyən edilmiş
buraxıla bilən artıq-əksikliyi. Mürəkkəb
avadanlığın istismara verilmə qaydalarını.
İş nümunələri. Düzxətli yollarda işləyən
kranların hərəkətedici mexanizmlərinin qurulması.
Yük arabacıqlarının quraşdırılması. Yükqaldırma
qabiliyyəti 25 t-a qədər olan kranlarda poliplastların
tədarük edilməsi. İdarəetmə mexanizmaltı
metal konstruksiyaların yığılma və quraşdırılması.
Kabel barabanlarının qurulması. Yük
arabacıqlarının rels və buferlərinin qurulması.
Əks çəkilərin qurulması.
§ 451 Fasilə ilə
işləyən qaldırıcı nəqliyyat avadanlıqlarının
quraşdırıcısı
6-cı dərəcə
İşin xüsusiyyəti. Fasilə ilə işləyən
qaldırıcı - nəqliyyat mexanizmləri üzrə
xüsusi mürəkkəb, yüksək dəqiqlik
tələb edən işlərin icrası.
Bilməlidir: Portal,
körpü, qüllə, qol, dayaq metal konstruksiyaların
və kranın digər yükdaşıyan
düyünlərinin quraşdırılması.
Əyrixətli yolda işləyən kranların
hərəkətedici mexanizmlərinin qurulması. Elektrik
bucurqadlarının qurulması. Qaldırıcı və
dönən mexanizmlərin qurulması. Rele tutucularının
quraşdırılması. Kranların sınaqdan
keçirilməsi. Yükqaldırma qabiliyyəti 25 t-dan
artıq olan kranlarda poliplastların tədarük edilməsi.
§ 452 Fasiləsiz
işləyən qaldırıcı nəqliyyatavadanlıqlarının
quraşdırıcısı
2-ci dərəcə
İşin xüsusiyyəti. Fasilə ilə işləyən
qaldırıcı nəqliyyat avadanlıqları və onlarla
bağlı konstruksiyaların quraşdırılmasında
ən sadə işlərin icrası.
Bilməlidir:
Avadanlıqların açılma üsullarını. Ən
sadə takelaj ləvazimatlarının növlərini və
onların tətbiq edilmə üsullarını. Detalların
yağlanma üsullarını. Çilingər
alətlərinin təyinatını.
İş nümunələri. Qeyri vacib detalların boltla bərkidilməsi.
Avadanlıqların açılması. Aparat və
avadanlıqlarda nömrə lövhəciklərinin
hazırlanma və qurulması.
§ 453 Fasiləsiz
işləyən qaldırıcı nəqliyyat avadanlıqlarının
quraşdırıcısı
3-cü dərəcə
İşin xüsusiyyəti. Fasilə ilə işləyən
qaldırıcı nəqliyyat mexanizmləri və onlarla
bağlı konstruksiyaların quraşdırılmasında
sadə işlərin icrası.
Bilməlidir:
İşlədilən materialların əlamətlərini.
Qeyri mürəkkəb quraşdırma işlərinin
yerinə yetirilmə üsullarını. Sadə takelaj
vasitələrinin quruluşunu və onlardan istifadə
etmə qaydalarını.
İş nümunələri. Şablon üzrə detalların
nişanlanması. Dişli çarx və burğu ilə
deşiklərin dəlinməsi. Yivli və flanslı
birləşmələrin yığılması. Əl
alətləri ilə yivlərin kəsilməsi. Alt qatın və aralıq qatın
hazırlanması. Metal konstruksiyaların
düzəldilməsi. Qovuşmaların
quraşdırıcı boltlarla bərkidilməsi. Əks
yükün yığılma və qoyulması. Çoxsaylı
bolt sıxaclarının qoyulması. Kanatların
doğranması. Sadə takelaj avadanlıqlarının qurulma
və çıxarılması.
§ 454 Fasiləsiz
işləyən qaldırıcı nəqliyyat avadanlıqlarının
quraşdırıcısı
4-cü dərəcə
İşin xüsusiyyəti. Fasilə ilə işləyən
qaldırıcı nəqliyyat mexanizmləri və onlarla
bağlı konstruksiyaların quraşdırılmasında
orta mürəkkəb işlərin icrası.
Bilməlidir: Orta
mürəkkəbli avadanlıq üçün
bünövrə ölçülərinin yoxlama
üsulları və bu avadanlıqların quraşdırma
metodlarını. Mexanikləşdirilmiş
alətlərdən istifadə etmə üsullarını.
Quraşdırılmış avadanlıqların
yoxlanılıb düzəldilməsinin ən sadə
üsullarını. Yüklərin ilmələnmə və
yerdəyişmə üsullarını.
Mexanikləşdirilmiş takelaj avadanlığından
istifadə etmə qaydalarını. Quraşdırılan
avadanlığın quruluşunu.
İş nümunələri. Saxlayıcı miz, tullayıcı,
ötürücü və dartıcı stansiya, lentli konveyer
konstruksiyalarının quraşdırılması. Qıf,
axıtma, bunker sürgü, lentli konveyer işlək hissə
mexanizmi və elevator elementlərinin (ötürücü
hissəsiz) quraşdırılması. Çalovlu elevatorların
çalov, lentli konveyerin ötürücü hissə və
motorunun gücü 10 kvt qədər olan elevatorların
qurulması. Axırıncı elektrik açarlarının
qoyulması. Tutucuların qurulması. Yük və
dövrəvi sərnişin yolu dayaq avadanlıqlarının
quraşdırılması. Dövrəvi sərnişin yol
stansiya avadanlıqlarının quraşdırılması.
Kanatlara lövbər salmaq üçün anker
tavalarının quraşdırılması. Təmizləyici
və sürtgü aparaturaların qurulması. Elastik
keçidlərin quraşdırılması.
§ 455 Fasiləsiz
işləyən qaldırıcı nəqliyyat avadanlıqlarının
quraşdırıcısı
5-ci dərəcə
İşin xüsusiyyəti. Fasilə ilə işləyən
qaldırıcı nəqliyyat mexanizmləri və onlarla
bağlı konstruksiyaların quraşdırılmasında
mürəkkəb işlərin icrası.
Bilməlidir:
Quraşdırıcı oxların nişanlanma, qurulma və
yerdəyişmə üsullarını. Quraşdırma
üçün bünövrə və avadanlıqların qurulma
yerinin yoxlanma və qəbul qaydalarını. Mürəkkəb avadanlıqların quraşdırma
üsullarını. Quraşdırılan avadanlıqların
tarazlaşma, mərkəzləşmə,
yoxlanılıb-düzəldilmə və tənzimlənmə
üsullarını. Sürtgü sistemlərinin quruluş
və iş prinsiplərini. Mexanizm və
maşınlarının quraşdırılmasına qoyulan
texniki tələbləri və müəyyən edilmiş
buraxıla bilən artıq-əksikliyi. Mürəkkəb
avadanlıqların istismara təhvil verilmə
qaydalarını.
İş nümunələri. Uzunluğu 80 m və eni 1 m-ə qədər
bütün tiplərdən olan konveyer, konveyer saxlayan
konstruksiyaların və onların yollarının
quraşdırılması. Estakada, elevator, aeronov, şnek
və qidalandırıcı, lentli konveyerlərin
ötürücü hissə (transporterlər) və motorunun
gücü 10 kvt-dan artıq olan elevatorların
quraşdırılması. Yük kanat yollarının
stansiya avadanlıqlarının quraşdırılması.
Arabacıq, kran, vaqonet, kreslo və sərnişin yolları
yedək traverslərin yığılma və qoyulması.
Dartıcı qurğuların quraşdırılması.
§ 456 Fasiləsiz
işləyən qaldırıcı nəqliyyat avadanlıqlarının
quraşdırıcısı
6-cı dərəcə
İşin xüsusiyyəti. Xüsusi mürəkkəb, yüksək
dəqiqlik tələb edən işlərin yerinə
yetirilməsi. Fasiləsiz işləyən xüsusi
mürəkkəb qaldırıcı nəqliyyat
mexanizmlərinin quraşdırılması.
Bilməlidir: Xüsusi
mürəkkəb avadanlıqların quraşdırılma
üsullarını. Avadanlıqların tənzimlənmə
və sazlama üsullarını. Aqreqat və
maşınları istismara təhvil vermədə onların
yoxlanma qaydalarını.
İş nümunələri. Uzunluğu 50 m-dən və eni 1 m-dən artıq
bütün tiplərdən olan konveyerlərin
quraşdırılması. Elektrik mühərriki və
reduktorlarla ötürücülərin
tənzimlənməsi. Reduktorların
quraşdırılması. Dövrələmə şkiv
və asma kanat yollarının ötürücülərinin
quraşdırılması. Vaqon və onların kanata asma
sistemlərinin quraşdırılması. Qüllənin dayaq
düyünaltı kranaltı arabacıqlarının
qurulması. Dempfer və bufer qurğularının
quraşdırılması. Konveyer avadanlığı, kanat
yol və kabelli kranların tənzimlənmə və
yoxlanması.
§ 457 FUTERÇİ
(turşuyadavamlı qatları düzəldən)
2-ci dərəcə
İşin xüsusiyyəti. İnşaat konstruksiya, qurğu və texnoloji
avadanlıqların kimyəvi mühafizəsində ən
sadə üzləmə və futerləmə işlərinin
icrası.
Bilməlidir:
Üzləmə və futerləmə üçün
işlədilən əsas materialların növlərini.
Səthlərin əl alətərilə təmizlənmə və çərtilmə üsullarını.
Əl alətləri ilə xüsusi zamaska, mastika və beton
qarışıqlarının hazırlanma
üsullarını.
İş nümunələri. Sabunlu su ilə poliizobutilenin
təmizlənməsi. Ruberoidin talkdan təmizlənməsi.
Səthlərin metal şotkalar ilə təmizlənməsi.
Beton səthlərin çərtilməsi. Əl üsulu
ilə bütün növlərdən olan xüsusi zamaska,
beton qarışığı, bitum mastikası və
lakların hazırlanması.
§ 458 FUTERÇİ
(turşuyadavamlı qatları düzəldən)
3-cü dərəcə
İşin xüsusiyyəti. İnşaat konstruksiya, qurğu və texnoloji avadanlıqların
kimyəvi mühafizəsində sadə üzləmə
və futerləmə işlərinin icrası.
Bilməlidir: Xüsusi beton
və turşuyadavamlı qarışıq, mastika və
zamaskaların tərkiblərini. Materialların
üzləmə və futerlənməyə,
məhlulların səthlərin kimyəvi
təmizlənməsi üçün hazırlanma
üsullarını. Səthləri üzləmə,
futerləmə və rəngləmə altı
hazırlığına qoyulan tələbləri.
İş nümunələri. Müəyyən sıxlığı
qədər maye şüşənin həll olunması.
Bütün növ xüsusi zamaska, beton
qarışığı, bitum mastikası və lakların
mexanikləşdirilmiş üsulla hazırlanması.
Kükürdlü sement bişirilməsi. Keyfiyyət və
ölçüsü üzrə tava və kərpiclərin
növlərə ayrılması. Ədədi materialların
parçalanması və onların kənarlarının
yonulması. Tavaların termiki üsulla doğranması. Metal
səthlərin kimyəvi təmizlənməsi. Şaquli
və üfüqi səthlərin yuxarıdan rulon
materialları ilə yapışdırılması.
Səthlərin slikat məhlulları ilə
rənglənmə və şpatlyovkalanması. Turşuya
davamlı blokların mişarlanması. Metal və beton
səthlərin bitum lakı ilə örtülməsi.
Futerlənmənin sökülməsi.
§ 459 FUTERÇİ
(turşuyadavamlı qatları düzəldən)
4-cü dərəcə
İşin xüsusiyyəti. İnşaat konstruksiya, qurğu və texnoloji
avadanlıqların kimyəvi mühafizəsində orta
mürəkkəbli üzləmə və futerləmə
işlərinin icrası.
Bilməlidir: Yastı
səthlərin turşuyadavamlı zamaskalarda ədədi
materiallarla üzləmə və futerləmə
üsullarını. Səthlərin rulon materialları ilə
yapışdırma üsullarını. Səthlərə
turşuyadavamlı bitum mastikalarının
çəkilmə üsullarını. Üzləmə
və futerləmə üçün işlədilən
materialların keyfiyyətinə qoyulan tələbləri.
Büzücü polimer əsasda monolit tökmə
döşəmələrin qurulma üsullarını.
İş nümunələri. Şaquli və üfüqi səthləri
yuxarıdan tikişləri bağlamaqla, hazır mayaklar
üzrə tava və kərpiclə üzləmə və
futerlənməsi. Yuxarıdan emal edilməklə şaquli
və üfüqi səthlərdə turşuyadavamlı
zamaska ilə doldurulma və tikişlərin bağlanması.
Turşuyadavamlı kərpicin yastı və düzxətli
yonulması. Büzücü polimer əsasda monolit
tökmə döşəmələrin qurulması.
Şaquli və üfüqi səthlərin yuxarıdan asbest
və poliizobutilenlə yapışdırılması.
Üfüqi səthlərin turşuyadavamlı bitum
mastikası ilə örtülməsi. Turşuyadavamlı
betondan rezervuar, vanna, saxlayıcı - çən və
divarlarda qoruyucu qatının düzəldilməsi. Xüsusi
məhlul ilə səthlərin suvaqlanması. Konstruksiyalara
turşuyadavamlı betonun qoyulması.
§ 460 FUTERÇİ
(turşuyadavamlı qatları düzəldən)
5-ci dərəcə
İşin xüsusiyyəti. İnşaat konstruksiya, qurğu və texnoloji
avadanlıqların kimyəvi mühafizəsində
mürəkkəb işlərin icrası.
Bilməlidir: Andezit,
kömür, qrafitləşmiş, fasonlu keramik və
digər turşuyadavamlı daş və bloklardan
üzləmə və futerləmənin yerinə yetirilmə
üsullarını. Xüsusi tərkiblərlə
əyrixətli səthlərin üzləmə və
futerləmə üsullarını. Kombinasiya edilmiş
üzləmə və futerləmənin icra
üsullarını. Üzləmə və futerləmə
işlərinin keyfiyyətinə qoyulan tələbləri.
İş nümunələri. Tikişləri bağlamaqla andezit daşdan
elektrik-süzgəc, qüllə və digər aparatların
hörgüsü. Yastı səthlərin altdan və
bütün növ əyrixətli səthlərin tava,
kərpic, kömür qrafitləşmiş və fasonlu
keramik daş və bloklarla üzlənmə və
futerlənməsi. Turşuyadavamlı zamaskada aparaturanın
futerlənməsi. Üfüqi səthlərdə
aşağıdan turşuyadavamlı zamaskalarla
tikişlərin bağlanması. Üfüqi səthlərin
altdan bitum mastikası ilə örtülməsi. İki
büzücü materialı tətbiq etməklə kombinasiya
edilmiş üzləmə və futerləmə. Əl
üsulu ilə kərpic və ədədi keramikanın
konstruktiv yonulması. Kolçedan sobaların tağ,
divarlarına beton qarışığının
qoyulması.
§461 FUTERÇİ
(turşuyadavamlı qatları düzəldən)
6-cı dərəcə
İşin xüsusiyyəti. İnşaat konstruksiya, qurğu və texnoloji
avadanlıqların kimyəvi mühafizəsində xüsusi
mürəkkəb işlərin icrası.
Bilməlidir: Keramika ilə
bütün növ üzləmə və futerləməni.
Turşuyadavamlı materiallardan xüsusi mürəkkəb
konstruktiv elementlərin quraşdırılma və
hörgüsünü.
İş nümunələri. Turşuyadavamlı zamaska, kükürdlü
sement, turşuyadavamlı bitum mastika və digər üzvi
qatranlarda bütün növ səthlərin müxtəlif
fasonlu keramika və digər ədədi turşuyadavamlı
materiallarla üzləmə və futerlənməsi.
Qülləli aparaturada ocaq qəfəsi və tağların
turşuya davamlı kərpic və iriölçülü
keramik bloklardan quraşdırılması. Turşuyadavamlı
zamaska və turşuya davamlı bitum mastikasınca turşuya
davamlı içliyi qoymaqla bütün növ ştuser, giliz
və lyüklərin qoruyucu hörgüsü.
§ 462 XARİCİ BORU
KƏMƏRLƏRİNİN QURAŞDIRICISI
2-ci dərəcə
İşin xüsusiyyəti. Xarici boru kəmərlərinin
çəkilməsi və bütün çeşid və
təyinatlar üzrə yığma kollektor, kanal, kamera və
quyuların qurulmasında ön sadə işlərin
yerinə yetirilməsi.
Bilməlidir: Boru
kəməri, yığma dəmir-beton kollektor, kanal və
quyuların əsas detallarını. Onların
təmizləmə qayda və üsullarını. Məhlulun
hazırlama üsullarını.
İş nümunələri. Xəndək və çalaların dib və
divarlarının təmizlənməsi. Quraşdırmadan
əvvəl boru, fasonlu hissə və kollektor, kanal, kamera
və quyu detalları armaturlarının
təmizlənməsi. Müvəqqəti tıxacların
(probkaların) qurulma və çıxarılması.
Materialların xəndək və çalalara verilməsi.
Bitişmə yerlərinin bağlanması üçün
məhlulun hazırlanması.
§ 463 XARİCİ BORU
KƏMƏRLƏRİNİN QURAŞDIRICISI
3-cü dərəcə
İşin xüsusiyyəti. Xarici boru kəmərlərinin
çəkilməsi və bütün çeşid və
təyinatlar üzrə yığma kollektor, kanal, kamera və
quyuların qurulmasında sadə işlərin icrası.
Bilməlidir: boru
kəmərləri, yığma dəmir-beton kollektor, kanal,
kamera və quyuların bütün detallarını.
Qaldırıcı takelaj qurğularının quruluşu
və onların istifadə olunması üsullarını.
Boru və detalların ilmələnmə qayda və
üsullarını. Xəndək və çalaların
bərkidilməsi və təzədən bərkidilməsi
qaydalarını. Boru kəməri, kollektor, kanal, quyu və
kameraların altına təbii özüllərin
hazırlanma və süni özüllərin qurulma
qaydalarını. Qoyulmuş boru kəmərlərinin
altına torpaq və ya betonun tökmə qayda və
üsullarını. Polad boruların basılıb
əyilməsində torpağın qazılma qayda və
üsullarını. Qaynaq vaxtı polad boru
bitişiklərinin qurudulma və istiləndirmə
üsullarını. Boru kəmərləri bitişiklərinin
tutulması üçün, bitum mastikalarının
hazırlanma üsullarını.
İş nümunələri. Boru kəməri, kollektor, kanal, kamera və quyu
altları özüllərinin bütün növlərinin
qurulması. Qaldırıcı - takelaj
ləvazimatlarının qurulması. Boru kəməri,
kollektor, kanal, kamera və quyu detallarının
ilmələnmə və ilmədən açılması.
Polad boruların qaynaq üçün
yığılmasında onların təmizlənməsi
və uclarının mişarlanıb düzəldilməsi.
Qoyulmuş boru kəmərlərinin altına torpaq və ya
betonun tökülməsi. Qeyri-metal boruların nişanlanma,
parçalanma və ya kəsilməsi. Asbestsement
bilərzik və borular arasındakı boşluqların
tutulması. Qaynaq vaxtı polad boru bitişiklərinin qurudulma
və istiləndirilməsi. Bitişiklərin qaynağında
polad boruların çevrilməsi. Boruların manjetlə
birləşdirilməsi və onların məhlulla
doldurulması (kabelləri çəkilişində).
Tıxacların qurulması və çıxarılması.
Boru keçirmək üçün mexanikləşdirilmiş
alətlə kamera və quyuların divarlarında
deşiklərin açılması. Hidravlik və əl
domkratları ilə polad boruların basılıb
əyilməsində torpağın qazılması.
§ 464 XARİCİ BORU
KƏMƏRLƏRİNİN QURAŞDIRICISI
4-cü dərəcə
İşin xüsusiyyəti. Xarici boru kəmərlərinin
çəkilməsi və bütün növ və
təyinat üzrə yığma kollektor, kanal, kamera və
quyuların qurulmasında orta mürəkkəbli işlərin
icrası.
Bilməlidir: Boru
kəmərlərinin çəkilməsi və yığma
dəmir-beton kollektor, kanal, kamera və quyuların qurulması
qaydalarını. Borukəməraltı
özüllərə qoyulan tələbləri. Takelaj
işlərinin yerinə yetirilmə qaydalarını. Boru qol,
boru kəməri, kollektor, kanal, kamera və quyuların
bitişiklərinin tutulmasına qoyulan tələbləri.
Boru kəmərinə ağırlaşdırıcı
yüklərin asılma qaydalarını. Yeraltı boru
kəmərlərinin asılma qayda və
üsullarını. Boru kəmərlərinin yuyulma
qaydalarını.
İş nümunələri. Diametri 500 m-ə qədər olan polad və
çuğun boruların və diametri 800 mm-ə qədər
olan beton, dəmir-beton, asbest-sement keramik və polimer
materiallardan olan boruların dəstələrlə və
tək-tək qoyulması. Diametri 800 mm qədər olan
təzyiqli boru kəməri və diametri 1500 mm-ə
qədər olan təzyiqsiz boru kəmərlərinin
bitişmə və boru qollarının tutulması. Kollektor,
kanal, kamera və quyuların dəmir-beton özül və
örtük özül tavaları ilə örtülməsi.
Kollektor, kanal, kamera və quyuların divar bloklarının
bitişmə yerlərinin tutulması. Sürüşdürülən
dayaq, fasonlu hissə və armatur altı dəmir-beton dayaq
tavalarının qoyulması. Diametri 1000 mm-ə qədər
olan dəmir-beton girdə quyu silindrlərinin
quraşdırılması, quyu və kameraların
dəmir-beton boğazlarının
quraşdırılması. Hərəkət ödən
dəmirbənd və ya pilləkən, lüklərin kamera və quyularda qurulması.
Quyularda novların qurulması. Bloka beton və asbestbeton boruların
qoyulması. Torpaqda qazılmış quyularda boruların
qoyulması. Fəaliyyətdə olan
şəbəkəyə qeyri-metal borularından olan
kürəbənd və suaxıdanın qoşulması. Polad
boru uclarının soyuq vəziyyətdə və
isidilərək düzəldilməsi (kalibrləməsi).
Polad boru uclarının hazırlanması və xüsusi
aqreqatın köməyi ilə xarici qratın
çıxarılması. Diametri 500 mm-ə qədər olan
polad və çuqun fasonlu hissələrin və diametri 150
mm-dən az olan siyirtmələrin qurulması. Flanslı
birləşmələrin daimi boltlarla bağlanması.
Diametri 400 mm-ə qədər olan sifon, hidrosürgü və
kipcəklərin qurulması. Yeraltı boru kəməri
və kabellərin açılması. Xlorlaşdırma
ilə polad boru kəmərlərinin yuyulması. Kover, hidrant,
supaylaşdıran kolonka və vantuzların qurulması. Boru
və fasonlu hissələrə flanslı oturdulması.
Altlıq halqaların qaynaq bitişiklərinin altına
qoyulması. Kanalda lövhəli dəmir-beton
dayaqlarının qoyulması. Boru kəmərlərinin
xüsusi yük və ya daşla yüklənməsi.
§
464 XARİCİ BORU
KƏMƏRLƏRİNİN QURAŞDIRICISI
5-ci dərəcə
İşin xüsusiyyəti. Xarici boru kəmərlərinin
çəkilməsi və bütün növ və
təyinat üzrə yığma kollektor, kanal, kamera və
quyuların qurulmasında mürəkkəb işlərin icrası.
Bilməlidir: Polad borunun
dəstələrə yığılma qaydalarını.
Polad boruların gövdə şəklində
(birləşmiş) qoyulma qaydalarını. Polad
üçün yığılma polad boruların kənar
və bitişmə yerinə qoyulan tələbləri.
Bitişmə yerinin ayrı-ayrı hissələrinin qaynaqla müvəqqəti
birləşmə qaydalarını. Hidravlik üsulla boru
kəməri və kollektorların sınaqdan keçirmə
qaydalarını. Domkratın köməyi ilə polad
boruların basılıb əyilmə qaydalarını. Su
maneələrində dyuker və boru kəmərlərinin
çəkilmə qaydalarını.
İş nümunələri. Bütün diametrlərdən olan polad
boruların dəstəyə yığılması. Diametri
500 mm-ə qədər olan polad boruların gövdə
şəklində və 500 mm-dən çox olanların
isə dəstə ilə qoyulması. Diametri 800-dən 1500
mm-ə qədər olan tək-tək çuğun,
dəmir-beton və asbestsement boruların qoyulması. Diametri
800 mm-dən çox təzyiqli boru və diametri 1500 mm-dən
çox təzyiqsiz boruların bitişmə yerlərinin tutulması.
Kollektor, kanal düzbucaqlı kamera və quyuların
dəmir-beton divar bloklarının qurulması. Kollektor və
kanalların həcmli seksiyalarının boltlarla bağlamaqla,
quraşdırılması. Diametri 1000 mm-dən çox olan
dairəvi dəmir-beton quyuların silindrlərinin
quraşdırılması. Boru kəmərlərinin hidravlik
sınağı. Hidravlik və əl domkratlarının
köməyi ilə polad
boruların basılıb əyilməsi. Diametri 500 mm-ə
qədər futlyarda olan boruların çəkilməsi.
Asbestsement boru bitişmə yerlərinin bilərziklər
ilə birləşməsi. Su maneələrində boru
kəmərlərinin çəkilməsi. Diametri 350 mm-ə
qədər olan dyuker və keçidlərin
quraşdırılması. Pantonların qurudulması və
avadanlıqlaşdırılması. Birləşmiş
boruları diyirlədərək təkərcik və
vaqonetlərə qoyulması. Altında vərdənə
və ya relslər olmaqla, boru kəmərlərinin
itələyib salma metodu ilə çəkilməsi. Diametri
500 mm-dən çox olan polad çuqun fasonlu hissə, diametri
150 -ən 400 mm-ə qədər olan siyirtmə və
kompensatorların qurulması. Diametri 400 mm-dən çox olan
sifon və hidravlik sürgülərin qurulması. Boru
kəməri və kabellərin altına xüsusi dayaq və
kronşteynlərin qoyulması. Başlıq və ya həcmi
300 m3-ə qədər olan suaxıcının suya
enmə, su üzrə yerdəyişmə və sualtı
özülə qoyulması.
§ 466 XARİCİ BORU
KƏMƏRLƏRİNİN QURAŞDIRICISI
6-cı dərəcə
İşin xüsusiyyəti. Xarici boru kəmərinin
çəkilməsində xüsusi mürəkkəb
işlərin icrası.
Bilməlidir: Boru
dəstələrindən daha iri dəstələrin
yığılma qaydalarını. Uzununa qaynaq tikişi olan
polad boruların yığılma və qoyulma
qaydalarını. Boru kəmərlərinin hava ilə
sınaqdan keçirmə qaydalarını.
İş nümunələri. Boru dəstələrindən daha iri
dəstələrin yığılması. Diametri 500
mm-dən çox olan polad boruların daha iri
dəstələrlə və diametri 1500 mm-dən çox olan
dəmir-beton boruların qoyulması. Su maneələrindən
keçərək magistral boru kəmərlərinin
qoyulması. Diametri 350 mm-dən çox olan dyuker və
keçidlərin quraşdırılması. Başlıq
və həcmi 300 m3-dən çox olan
axıdanların qurulması. Suda boru kəmərlərinin
yerinin dəyişdirilməsi və sualtı xəndək
tuşunda onun qurulması. Su altına düşmək və
sahil hissədən qaynaq etmək üçün
asılmış boru kəmərinin qoyulması.
Müxtəlif qoruyucu və bağlayıcı armaturların
boru kəmərinə salınması. Diametri 500 mm-dən
artıq olan kompensator və siyirtmələrin qurulması.
Hidravlik və əl domkratlarının köməyi ilə
polad boruların basılıb əyilməsi üçün
avadanlığın quraşdırılması. Kəndir
və tarazla üfüqi burğunu yoxlayıb düzəltməklə
qurulması və bərkidilməsi. Ona borunu çəkib
bağlamaqla deşiyin deşilməsi və
genişlənməsi. Deşiklərin açılması,
genişləndirilməsi və boruların ora
salınması.
§ 467 HİDROAQREQATLARIN
QURAŞDIRICISI
2-ci dərəcə
İşin xüsusiyyəti. Hidroaqreqat və onlarla bağlı
konstruksiyaların quraşdırılmasında ən sadə
işlərin icrası.
Bilməlidir:
Avadanlığın açılma üsullarını.
Ən sadə takelaj ləvazimatlarının növləri
və onların tətbiq etmə üsullarını.
Avadanlıq detallarının yağlama üsullarını.
Çilingər alətlərinin təyinatını.
İş nümunələri. Qeyri-vacib detalların boltlarla bərkidilməsi.
Avadanlığın açılması.
§ 468 HİDROAQREQATLARIN
QURAŞDIRICISI
3-cü dərəcə
İşin xüsusiyyəti. Hidroaqreqat və onlarla bağlı
konstruksiyaların quraşdırılmasında sadə
işlərin icrası.
Bilməlidir: İstifadə
edilən materialların növlərini. Mürəkkəb
olmayan quraşdırma işlərinin yerinə yetirmə
üsullarını. Sadə takelaj vasitələrinin
quruluşunu və onlardan istifadə etmə qaydalarını.
İş nümunələri. Şablon üzrə detalların
nişanlanması. Mat-qab və burğu ilə
deşiklərin açılması. Yivli və flanslı
birləşmələrin yığılması. Yivlərin
əl alətləri ilə kəsilməsi. Altlıq və
aralıqların hazırlanması. Metal
konstruksiyalarının düzləndirilməsi. Bitişmə
yerinin quraşdırıcı boltlarla bərkidilməsi.
§ 469 HİDROAQREQATLARIN
QURAŞDIRICISI
4-cü dərəcə
İşin xüsusiyyəti. Hidroaqreqat və onlarla bağlı
konstruksiyaların quraşdırılmasında orta
mürəkkəbli işlərin icrası.
Bilməlidir: Orta
mürəkkəbli avadanlıqaltı bünövrə
ölçülərinin yoxlama üsullarını və b.
avadanlıqların quraşdırma metodlarını
(üsullarını). Mexanikləşdiriliş
alətlərdən istifadə etmə üsullarını.
Quraşdırılmış avadanlıqların
yoxlanılıb düzəldilməsinin ən sadə üsullarını.
Avadanlıqların ilmələnmə və
yerdəyişmə üsullarını.
Mexanikləşdirilmiş takelaj avadanlıqlarından
istifadə etmə qaydalarını. Quraşdırılan
avadanlıqların quruluşunu və onların
quraşdırma texnologiyasını.
İş nümunələri. Bünövrə bolt və anker tava, qısa ventilyasiya
boru və generator məhəccərlərinin qurulması.
Drenaj, qurğu, pilləkən, qoruyucu örtük,
turbinlərin çəpər və örtüklərinin quraşdırılması. Rotor
çənbərinin preslənməsi. Sərinmələrin
bütün növlərinin sarğı ilə
örtülməsi, Turbinin istiqamətləndirici aparatının
vakuum pozucu qapağın, bel, podşibnik, ling və
sırğalarının, generatorun işçi
çarxı, yanğın söndürən sistem və hava
ayırıcı lövhələrinin asılması
üçün konsolların qurulması. Stator
sarğısının birləşmə yerinin
qalaylanması. Stator və rotorda lehimləmədən sonra
birləşmə yerinin təmizlənməsi. Stator
oyuğunda izolyasiyalı aralıq və klinlərin
qoyulması. Hərəkətə gətirici sistemin şotka
apparatının qoyulması. Qaynaq üçün
avadanlıq düyünlərinin kənarlarının
hazırlanması. Avadanlıq və qaynaq
birləşmələrinin səthlərinin
təmizlənməsi. Qaynaq birləşmələrinin
qüsurlarının seçilməsi.
§ 470 HİDROAQREQATLARIN
QURAŞDIRICISI
5-ci dərəcə
İşin xüsusiyyəti. Hidroaqreqat və onlarla bağlı
konstruksiyaların quraşdırılmasında
mürəkkəb işlərin icrası.
Bilməlidir: Quraşdırma
oxlarının nişanlanma, qurulma və yerdəyişmə
üsullarını. Quraşdırma üçün
bünövrə və avadanlıqların qurulma yerlərinin
yoxlanma və qəbul qaydalarını. Mürəkkəb
avadanlıqların quraşdırma üsullarını.
Quraşdırılan avadanlıqların tarazlaşma,
mərkəzləşmə, yoxlanılıb
düzəldilmə və tənzimlənmə
üsullarını. Sürtgü sistemlərinin quruluşunu
və iş prinsiplərini. Aqreqatların
quraşdırılmasına qoyulan texniki tələb və
müəyyən edilmiş yol verilə bilən
artıq-əksikliyi. Mürəkkəb avadanlıqların
istismara təhvil verilmə qaydalarını.
İş nümunələri. Mürəkkəb
detal və düyünlərin quraşdırmaqabağı
yoxlanması. Tənzimləyici halqanın
quraşdırılması. Aralıqları
tənzimləməklə istiqamətləndirici aparatın
bellərinin asılması. Yağ təzyiqli
tənzimlənmə sistem qurğusunun (yağnasoslarla) quraşdırılması.
Kombinator və tənzimləyicinin arxa
birləşmələrinin yığılması. Generator
tormozlayıcı, yağsoyuducu, havasoyuducu sistemlərin
quraşdırılması. Dayaqaltı yağ
vannalarının yığılması. Şaquli
nasosların işçi çarxlarının
yığılması. Servomator, buxarpaylayan blok və klapan
bloklarının quraşdırılması. Sarğı
birləşmə yerlərinin izolyasiyası və onların
lakla örtülməsi. Rotorun cərəyangətirici birləşmə
və statorun faza atmalarının lehimlənməsi.
Yardımçı avadanlıqların
quraşdırılması. Üzlüklərin
quraşdırılması. Avadanlıqların
səthlərinin şaberlə yonulması.
§ 471 HİDROAQREQATLARIN
QURAŞDIRICISI
6-cı dərəcə
İşin xüsusiyyəti. Yüksək dəqiqlik tələb edən
xüsusi mürəkkəb işlərin icrası.
Bilməlidir: Xüsusi
mürəkkəb avadanlıqların quraşdırma
üsullarını. Avadanlıqların tənzimlənmə
və sazlanma üsullarını. Aqreqat və
maşınların istismara verilməsində, onların
yoxlanma qaydalarını.
İş nümunələri. Spiralşəkilli kamera və kapsulların
quraşdırılması. Val oxunun altındakı dayaq
diskinin və val oxunun perpendikulyarlığının
yoxlanılıb düzəldilməsi. Aqreqat vallarının
mərkəzləşmə və birləşməsi və
onların ümumi xəttinin yoxlanılıb
düzəldilməsi. Tənzimlənmə sisteminin
quraşdırılması. Val oxu altındakı
dayağın quraşdırılması. Generator rotorunun
yığılması. Generator valına rotor
vtulkalarının oturdulması. Stator və
hərəkətə gətirici sistemlərin
quraşdırılması. Şaquli nasosların və
onların elektrik mühərriklərinin
quraşdırılması. Bünövrə halqa, trubin
stator, işçi çarx kamera, istiqamətləndirici
aparat halqa, işçi çarx, turbin qapaq,
podşibniklərin quraşdırılması.
Servamotorların sazlanması. Stator sarğısının
quraşdırılması. Kapsullu aqreqatların val oxu altındakı
dayaq və podşibniklərə
sıxlaşdırıcıların qoyulması.
Aqreqatların fərdi sınaqlara hazırlanması. Aqreqatların
fərdi sınağı.
§ 472 HİDROİZOLYASİYA
İŞLƏRİNDƏ İZOLƏEDİCİ
1-ci dərəcə
İşin xüsusiyyəti. Konstruksiya və qurğuların
hidroizolyasiyasında yardımçı işlərin
icrası.
İş nümunələri. Səthlərin tozdan və çirkdən
təmizlənməsi. Materialların gətirilməsi. Zibilin
yığışdırılması.
§ 473 Hidroizolyasiya
işlərində izoləedici
2-ci dərəcə
İşin xüsusiyyəti. Konstruksiya və qurğuların
hidroizolyasiyasında ən sadə işlərin icrası.
Bilməlidir: Əsas izolyasiya
materiallarının nomenklatura, təsnifatını və
onların təyinatını. Səthlərin və
materialların hidroizolyasiyası üçün hazırlanma
üsullarını. İsti izolyasiya materiallarının
nəql edilmə üsullarını.
İş nümunələri. Rulon materiallarının yenidən
sarınması, kəsilməsi və onların talk
qatının təmizlənməsi. İzolyasiya edilən
səthlərin əl ilə çərtilməsi.
Səthlərin bitum pastası ilə astarlanması.
Yerüstü qurğularda, hidroizolyasiyanın qorunması
üçün qum yastıqlarının
düzəldilməsi. Xəndəklərin, yamac və
çala diblərinin ağır neftlə
örtülməsi. İzolyasiyanın sökülməsi.
§ 474 Hidroizolyasiya
işlərində izoləedici
3-cü dərəcə
İşin xüsusiyyəti. Konstruksiya və qurğuların
hidroizolyasiyasında sadə işlərin icrası.
Bilməlidir: İzolyasiya
materiallarının əsas xüsusiyyətlərini. Bitum
mastikası və astarların hazırlanma
üsullarını. Yastı səthlərin yuxarıdan
hidroizolyasiya olunma üsullarını.
İş nümunələri. Xarici beton səthlərin soyuq mastika ilə
örtülməsi. Bitum mastikası və astarların
hazırlanması. Sadə yastı dam örtüyünün
hidroizolyasiyası. Üfüqi səthlərə asfalt
qarışığının qoyulması. Sement qatı
ilə hidroizolyasiyanın qorunması. Örtüyün
tökmə penobetonla izolyasiyası. Üfüqi
səthlərə bitum tavalarının
yapışdırılması. Fırça və şpatel
ilə, xüsusi hermetikləri çəkməklə,
birləşmə yerlərinin hermetik tutulması. Tiokollu
hermetiklər və sadə epoksidli qarışıqların
hazırlanması. İzolyasiya materiallarının isti bitum
və ya benzin-bitum məhlulu ilə hopdurulması.
§ 475 Hidroizolyasiya işlərində
- izolə edici
4-cü dərəcə
İşin xüsusiyyəti: Konstruksiya və qurğuların hidroizolyasiyası
üzrə orta mürəkkəbli işlərin icrası.
Bilməlidir: Hidroizolyasiya
örtüklərinin əsas konstruksiyalarını. Şaquli
səthlərə bitum mastikasının çəkilməsi
və rulon materiallarının yapışdırma
üsullarını. İzolyasiya materialları və
örtüklərin keyfiyyətinə qoyulan
tələbləri. Hidrotexniki qurğularda şponka və deformasiya
tikişlərinin izolyasiya olunma üsullarını. Mala,
tökmə, rəngləyici və
yapışdırıcı izolyasiyasının çəkilməsi
üsullarını.
İş nümunələri. Şaquli səthlərin
döşəkçələrlə, rulon materialları
və bitum mastikası ilə hidroizolyasiyası. Soyuq və
isti asfalt qarışıqların suvaq hidroizolyasiyası.
Tökmə və rəngləyici hidroizolyasiyanın
düzəldilməsi. Tikinti tikişlərinin sementləşdirilməsi.
Hidrotexniki beton qurğularda deformasiya tikişlərinin soyuq mastika ilə
doldurulması. Hidroizolyasiya şponkalarının tutulması.
Yastı səthlərin aşağıdan hidroizolyasiyası.
Şaquli səthlərdə dəmir-beton tava və ya taxta
qəliblə hidroizolyasiyanın mühafizəsi. Sadə maili
dam örtüklərinin hidroizolyasiyası. Pnevmatik
alətlərin köməyi ilə birləşmə
yerlərinin xüsusi hermetiklərlə hermetik tutulması.
§ 476 Hidroizolyasiya
işlərində izoləedici
5-ci dərəcə
İşin xüsusiyyəti. Konstruksiya və qurğuların hidroizolyasiyası
üzrə mürəkkəb işlərin icrası.
Bilməlidir: Kimyəvi
təsirlərə və dinamik yüklərə məruz
qalan səthlərdə hidroizolyasiyanı. Mürəkkəb
mühafizə edən çəpərlərin
düzəldilmə üsullarını.
İş nümunələri. Dalğa, buz, üzən əşyaların və
s. təsirinə məruz qalan hidrotexniki qurğu
səthlərinin izolyasiyası. Kimyəvi aqressiv
mühitdə aşağı buraxılan quyu və
kessonların xarici səthlərinin izolyasiyası.
Körpülərin nəqliyyat hərəkət edən
hissəsinin izolyasiyası. Mürəkkəb dam
örtüyünün izolyasiyası. İri bloklar və
qabıqlardan hidroizolyasiya örtüyünün qurulması.
Rezin və xloropenli kauçukdan şponkalarda
sıxlaşdırıcıların qoyulması.
§ 477 Hidroizolyasiya
işlərində izoləedici
6-cı dərəcə
İşin xüsusiyyəti. Konstruksiya və qurğuların hidroizolyasiyası
üzrə xüsusi mürəkkəb işlərin
icrası.
Bilməlidir: Xüsusi
mürəkkəb konfiqurasiyalı səthlərin
hidroizolyasiya olunma üsullarını. Hidroizolyasiya
işlərinin istehsal və qəbuluna qoyulan texniki
şərtləri. Hidroizolyasiya şponkalarında çox
qatlı sıxlaşdırmaların qoyulma
üsullarını. Hidrotexniki qurğuların hidroizolyasiyası
üzrə xüsusi mürəkkəb işlərin icra
üsullarını.
İş nümunələri. Qoyulama hissə və deformasiya tikişlərinin
hidroizolyasiya ilə əlaqəli yerlərində örtük
hidroizolyasiyasının qurulması. Sıxılan əsaslarda
tikilən hidrotexniki qurğuların beton massivlərində
deformasiya tikişlərinin asfalt şponkalarının
qurulması. İzolyasiya olunan örtüklərdən anker
və boru kəmərlərinin keçməsi
üçün rulon hidroizolyasiya materiallarından
rozetkaların düzəldilməsi. Hidroizolyasiya olunmuş
şponkalar və deformasiya tikişlərində paslanmayan
poladdan metal diafraqmaların qurulması. Şponkalarda çox
qatlı sıxlaşdırıcıların qoyulması.
§ 478 Hidrotexniki qurğuların
mexaniki
avadanlıqlarının
quraşdırıcısı
2-ci dərəcə
İşin xüsusiyyəti. Hidrotexniki qurğuların mexaniki avadanlığı
və onlarla bağlı konstruksiyaların
quraşdırılmasında ən sadə işlərin
yerinə yetirilməsi.
Bilməlidir:
Avadanlığın açılma üsullarını.
Ən sadə takelaj ləvazimatlarının növlərini
və onlardan istifadə edilmə üsullarını.
Avadanlıq detallarının yağlanma üsullarını.
Çilingər alətlərinin təyinatını.
İş nümunələri. Məsuliyyətsiz detalların boltla
bərkidilməsi. Avadanlığın açılması.
§ 479 Hidrotexniki qurğuların
mexaniki
avadanlıqlarının
quraşdırıcısı
3-cü dərəcə
İşin xüsusiyyəti. Hidrotexniki qurğuların mexaniki
avadanlığı və onlarla bağlı
konstruksiyaların quraşdırılmasında sadə
işlərin icrası.
Bilməlidir:
İşlədilən materialların növlərini.
Mürəkkəb olmayan quraşdırma işlərinin
yerinə yetirilmə üsullarını. Sadə takelaj
vasitələrinin quruluşunu və onlardan istifadə
qaydalarını.
İş nümunələri. Şablon
üzrə detalların nişanlanması. Burğu ilə
deşiklərin deşilməsi. Yivli və flanslı
birləşmələrin yığılması, Əl
alətləri ilə yivlərin kəsilməsi. Altlıq
və aralıqların hazırlanması. Metal konstruksiyanın
hazır vəziyyətə salınması. Bitişmə
yerlərinin quraşdırıcı boltlarla
bərkidilməsi.
§ 480 Hidrotexniki qurğuların
mexaniki
avadanlıqlarının
quraşdırıcısı
4-cü dərəcə
İşin xüsusiyyəti. Hidrotexniki qurğuların mexaniki
avadanlığı və onlarla bağlı
konstruksiyaların quraşdırılmasında orta
mürəkkəbli işlərin icrası.
Bilməlidir: Orta
mürəkkəbli avadanlıqaltı
bünövrələrin ölçülərinin yoxlanma
üsullarını və bu avadanlığın
quraşdırılma metodlarını. Mexanikləşdirilmiş
alətdən istifadə etmək üsullarını.
Quraşdırılmış avadanlığın
yoxlanılıb düzəldilməsinin ən sadə
üsullarını. Yükün ilmələnmə və
yerdəyişmə, habelə mexanikləşdirilmiş
takelaj avadanlığından istifadə etmə üsullarını. Quraşdırılan
avadanlığın quruluşunu və onun
quraşdırılma texnologiyasını.
İş nümunələri. Yastı sürgülərin və zibilin
qarşısını alan şəbəkənin
iriləşdirilmiş yığılması.
Sürgülərin dayaqlı - hərəkət edən
hissələrin və sürgülərin,
sıxlaşdırıcı qurğuların, darvaza və
zibilin qarşısını alan şəbəkənin,
dayaqlı-hərəkət edən hissələrin
yoxlanılması.
Vintli, burazlı, hidrotexniki qurğuların digər
stasionar qaldırıcı mexanizmlərin yoxlanması.
Şarnirli-plastinli zəncirlərin iriləşdirilməsi.
Şarnirli-plastinli zəncirlərin mexanizmlərə və
sürgüyə birləşdirilməsi. Kənarların
qaynaq üçün hazırlanması və mexanikləşdirilmiş
alətlə tikişlərin təmizlənməsi. Yağ
nasosları aqreqatlarına yağın tökülməsi.
§ 481 hidrotexniki qurğuların
mexaniki
avadanlıqlarının
quraşdırıcısı
5-ci dərəcə
İşin xüsusiyyəti. Hidrotexniki qurğuların mexaniki
avadanlığı və onlarla bağlı
konstruksiyaların quraşdırılmasında
mürəkkəb işlərin yerinə yetirilməsi.
Bilməlidir:
Quraşdırıcı oxların nişanlama, qurulma və
yerdəyişmə üsullarını. Quraşdırma
üçün bünövrənin və
avadanlığın qurulma yerinin yoxlanılma və qəbulu
qaydalarını. Mürəkkəb avadanlığın
quraşdırılma üsullarını.
Quraşdırıcı avadanlığın tarazlaşma,
mərkəzləşdirmə, yoxlanılıb
düzəldilmə və tənzimlənmə
üsullarını. Yağlama sistemlərinin quruluşunu
və iş prinsipini. Mexanizmlərin
quraşdırılmasına qoyulan texniki tələbləri,
buraxıla bilən artıq-əksikliyi. Mürəkkəb
avadanlığın istismara verilmə qaydalarını.
İş nümunələri. Seqmentli sürgülərin
iriləşdirilmiş yığılması. Seqmentli
sürgülərin dayaq şarnirlərinin ilkin qurulması.
Hidrotexniki qurğuların stasionar qaldırıcı
mexanizmlərinin, boş-boşuna işləməsini yoxlamaqla
sazlanması. Qoşması olan xizək tayalarının
qurulması. Sürgülər üçün
əksçəkilərin yığılma və
qurulması. Polad kanat (buraz) və zəncirlərin
ehtiyatı. Reduktorların qoyulması. Çarx, dirək
və tarazlaşma arabacıqların qurulması.
§ 482 Hidrotexniki qurğuların
mexaniki
avadanlıqlarının
quraşdırıcısı
6-cı dərəcə
İşin xüsusiyyəti. Hidrotexniki qurğuların mexaniki
avadanlıqlarının quraşdırılması
üzrə yüksək dəqiqlik tələb edən
xüsusi mürəkkəb işlərin yerinə yetirilməsi.
Bilməlidir: Xüsusi
mürəkkəb avadanlıqların quraşdırılma
üsullarını. Avadanlığın
tənzimlənmə və sazlama üsullarını.
Mexanizmlərin istismara verilməsində onların yoxlanma
qaydalarını.
İş nümunələri. Seqmentli sürgülərin dayaq
şarnirlərinin sonuncu qurulma və yoxlanılıb
düzəldilməsi. İkitaylı darvazaların
açılma və bağlanma, sürgülərin və
şəbəkələrin qaldırma və endirmə
düyünlərinin qoyulması.
Hidroötürücülərin quraşdırılması
və sınağı. Bütün düyünləri
yoxlamaqla qaldırıcı mexanizmlərin
quraşdırılması. Darvaza, şəbəkə, sürgü
mexanizmlərinin yoxlanma və tənzimlənməsi.
§ 483
ÇEŞİDLƏŞDİRİCİ TƏPƏ
AVADANLIQLARININ
QURAŞDIRICISI
2-ci dərəcə
İşin xüsusiyyəti. Çeşidləşdirici təpə
avadanlığı və onunla bağlı konstruksiyaların
quraşdırılmasında ən sadə işlərin
icrası.
Bilməlidir:
Avadanlıqların açılma üsullarını. Ən
sadə takelaj ləvazimatlarının növlərini və
onların tətbiq edilmə üsullarını. Avadanlıq
detallarının sürtgü üsullarını.
Çilingər alətlərinin təyinatını.
İş nümunələri. Qeyri vacib detalların boltla bərkidilməsi. Avadanlıqların
açılması. Aparat və avadanlıqlarda nömrə
lövhəciklərinin hazırlanma və qurulması.
§ 484
ÇEŞİDLƏŞDİRİCİ TƏPƏ
AVADANLIQLARININ
QURAŞDIRICISI
3-cü dərəcə
İşin xüsusiyyəti. Çeşidləşdirici təpə
avadanlığı və onunla bağlı konstruksiyaların
quraşdırılmasında sadə işlərin icrası.
Bilməlidir: Tətbiq
edilən materialların əlamətlərini.
Qeyri-mürəkkəb quraşdırma işlərinin
yerinə yetirilmə üsullarını. Sadə takelaj
vasitələrinin quruluşu və onlardan istifadə etmə
qaydalarını.
İş nümunələri. Ülgü üzrə detalların
nişanlanması. Dişli çarx və burğu
deşiklərin deşilməsi. Yivli və flanslı
birləşmələrin yığılması. Əl
alətləri ilə yivlərin kəsilməsi. Altlıq
və aralıqların hazırlanması. Metal
konstruksiyaların düzəldilməsi. Qovuşmaların
quraşdırıcı boltlarla bərkidilməsi.
§ 485
Çeşidləşdirici təpə
avadanlıqlarının
quraşdırıcısı
4-cü dərəcə
İşin xüsusiyyəti. Çeşidləşdirici təpə
avadanlığı və onunla bağlı konstruksiyaların
quraşdırılmasında orta mürəkkəbli
işlərin icrası.
Bilməlidir: Orta
mürəkkəbli avadanlıqaltı bünövrə
ölçülərinin yoxlanma üsullarını və bu
avadanlıqların quraşdırma metodlarını.
Mexanikləşdirilmiş alətdən istifadə etmə
üsullarını. Quraşdırılmış
avadanlıqların yoxlanılıb düzəldilməsinin
ən sadə üsullarını. Pnevmatik sınaqdan
keçirilmə üsullarını. Yüklərin
ilmələnmə və yerdəyişmə
üsullarını. Mexanikləşdirilmiş takelaj
avadanlığından istifadə etmə qaydalarını.
Quraşdırılan avadanlıqların quruluşunu.
İş nümunələri. Ləngidicilərin təmizlənməsi. Bolt
və tıxacların qoyulması. Hava kəməri
borularının əyilməsi. Qoruyucu örtük
meydança və pilləkən detallarının
hazırlanma və yığılması.
§ 486
Çeşidləşdirici təpə
avadanlıqlarının
quraşdırıcısı
5-ci dərəcə
İşin xüsusiyyəti. Çeşidləşdirici təpə
avadanlığı və onunla bağlı konstruksiyaların
quraşdırılmasında mürəkkəb işlərin
icrası.
Bilməlidir: Quraşdırma
oxların nişanlama, qurulma və yerdəyişmə
üsullarını. Quraşdırmaaltı bünövrə
və avadanlıqların qurulma yerinin yoxlanma və qəbul
qaydalarını. Mürəkkəb avadanlıqların
quraşdırma üsullarını. Quraşdırılan
avadanlıqların tarazlaşma, mərkəzləşmə,
yoxlanılıb düzəldilmə və
tənzimlənmə üsullarını. Sürtgü sistemlərinin
quruluşu və işləmə prinsiplərini. Mexanizm
və maşınların quraşdırılmasına qoyulan
texniki tələbləri və buraxıla bilən artıq-əksikliyi.
Mürəkkəb avadanlıqların istismara təhvil
verilmə qaydalarını.
İş nümunələri. Detalları hazırlama və dayaqları qurmaqla
hava kəməri şəbəkəsinin
quraşdırılması. Su ayırıcıların
qurulması və kiçik havayığıcılarının
quraşdırılması. Kompensatorların
hazırlanması.
§ 487
Çeşidləşdirici təpə
avadanlıqlarının
quraşdırıcısı
6-cı dərəcə
İşin xüsusiyyəti. Çeşidləşdirici təpə
avadanlıqlarının quraşdırılması
üzrə yüksək dəqiqlik tələb edən
xüsusi mürəkkəb işlərin icrası.
Bilməlidir: Xüsusi
mürəkkəb avadanlıqların quraşdırma
üsullarını. Avadanlıqların tənzimləmə
və sazlama üsullarını. Aqreqatların istismara
verilməsində onların yoxlanma qaydalarını.
İş nümunələri. Stellajların qurulması. Ləngidicilərin
seksiya və brusların qurulması. Tormozlayıcı tir
relslərinin qoyulma və bərkidilməsi.
Ləngidicilərdə hava kəmərinin yığılma
və qurulması. İstiqamətləndirici başmaqların
yığılması. Hava kəmərinin sınaqdan
keçirilməsi və ləngidicilərin
tənzimlənməsi.
§ 488 ŞÜŞƏSALAN
2-ci dərəcə
İşin xüsusiyyəti. Şüşələrin salınmasında
ən sadə işlərin icrası.
Bilməlidir:
Şüşənin salınmasında işlədilən
şüşələrin əsas çeşidlərini.
Şüşəli taraların qablaşdırma və
açılıb boşaldılma üsullarını.
Şüşə zamaskalarının tərkiblərini
və onların hazırlanma üsullarını.
Pəncərə çərçivələrinin polietilen
plyonka ilə müvəqqəti bağlama
üsullarını.
İş nümunələri. Şüşə zamaskalarının
hazırlanması. Falsları təmizləməklə
şüşələrin çıxarılması.
Pəncərə çərçivələrinin polietilen
plyonka ilə müvəqqəti bağlanması.
§ 489 ŞÜŞƏSALAN
3-cü dərəcə
İşin xüsusiyyəti. Şüşələrin salınmasında
sadə işlərin icrası.
Bilməlidir:
Şüşəsalma işlərində istifadə
edilən materialların əsas çeşidlərini və
xüsusiyyətlərini. Nazik pəncərə
şüşələrinin kəsilmə və salınma
üsullarını. Şpilka vuran tapançanın
quruluşunu. Germetiklərin çeşidlərini və
xüsusiyyətlərini. Şüşələri
biçmək üçün stol-ülgünün
quruluşunu və ondan istifadə edilmə
üsullarını. Beton və laylı
çərçivələrin çıxartma və asma
üsullarını.
İş nümunələri. Nazik
pəncərə şüşələrinin kəsilmə
və qoyulması. Şpilkaların tapança ilə
çaxılması. Sınmış nazik
şüşələrin dəyişdirilməsi. Əl
üsulu ilə şüşə və falsların zamaska
və ya
germetiklərlə sürtülməsi.
Ştapiklərin salınması. Bütöv və laylı
çərçivələrin çıxarılması
və qoyulması.
§ 490 ŞÜŞƏSALAN
4-cü dərəcə
İşin xüsusiyyəti. Şüşələrin salınmasında orta
mürəkkəbli işlərin icrası.
Bilməlidir: Qalın
şüşə və xüsusi markalı
şüşələrin kəsilmə və salınma
üsullarını. Mexanikləşdirilmiş
alətlərin quruluşu və onlarla işləmə
üsullarını.
İş nümunələri. Düzbucaq çərçivəli ağac,
metal, dəmir beton və plastmas
çərçivələrinə pazlı sıxac,
klyammera, vintli ştapik, şpilka və zamaskalarla
bərkitməklə, qalın pəncərə
şüşələri və xüsusi markalı
şüşələrin (uviol, istiliyi udan, donuq
şüşə “moroz”, armaturlaşmış) kəsilmə
və salınması. Metal çərçivələrin
yapışdırılmış şüşə
paketlər ilə şüşələnməsi. Şprisin
köməyi ilə falsların zamaska və ya germetiklə
sürtülməsi. Şüşələrdə
deşiklərin açılması.
§ 491 ŞÜŞƏSALAN
5-ci dərəcə
İşin xüsusiyyəti. Şüşələrin salınmasında mürəkkəb
işlərin icrası.
Bilməlidir:
Mürəkkəb şüşə işlərinin üsul
və yollarını. Şüşələrin
əyrixətli kəsilmə üsullarını.
Əyrixətli çevrəli çərçivələrdə
şüşələrin salınma üsullarını.
İş nümunələri. Bütün növ
çərçivələrdə vitrin, güzgü
şüşələri və xüsusi markalı
şüşələrin (naxışlı bərkilmiş
elektriklə qızdırılan, dalğalı) kəsilmə
və salınması. Dairəvi, oval şəkilli, yarımpərgar
və digər əyrixətli çevrəli
çərçivələrdə bütün
çeşidlərdən olan şüşələrin
kəsilmə və salınması. Prizma və linzaların
salınma və dəyişdirilməsi. Dartıcı
vintlə bərkitməklə lift şaxtası,
pilləkən və balkon məhəccərlərinin
şüşələnməsi. Şüşələrin
yonulması. Vitrinlərdə şüşələrin
dəyişdirilməsi.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1. 3 may 2023-cü il tarixli 3-17/3-5-15/2023 nömrəli Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat
nömrəsi 15202305033515, Hüquqi Aktların Dövlət Reyestrinə daxil
edildiyi tarix 16 may 2023-cü il)
2. 28 yanvar 2026-ci il tarixli 3-17/3-5-5/2026 nömrəli Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat
nömrəsi 15202601287355, Hüquqi Aktların Dövlət Reyestrinə daxil
edildiyi tarix 9 fevral 2026-cı il)
QƏRARA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 28 yanvar
2026-ci il tarixli 3-17/3-5-5/2026 nömrəli Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi 15202601287355, Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edildiyi tarix 9 fevral 2026-cı il) ilə “Tikinti, quraşdırma və təmir-tikinti
işləri bölməsi üzrə fəhlə peşələri
və işlərin vahid tarif-ixtisas sorğu kitabçası”
(Hissə - 3) üzrə “Bölməyə daxil olan fəhlə
peşələrinin əlifba sırası ilə adları və
dərəcələr diapazonu” 7-ci bəndində “Asfaltbetonçu
asfalt bişirən” sözləri “Asfalt və beton bişirən” sözləri
ilə əvəz edilmişdir.
[2] 3 may 2023-cü
il tarixli 3-17/3-5-15/2023 nömrəli Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
Qeydiyyat Nömrəsi 15202305033515, Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edildiyi tarix 16 may 2023-cü il) ilə “Bölməyə daxil olan fəhlə peşələrinin
əlifba sırası ilə adları və dərəcələr
diapazonu”nun 41-ci bəndində “Yeyinti” sözü “Qida” sözü ilə əvəz edilmişdir.
[3] 28 yanvar
2026-ci il tarixli 3-17/3-5-5/2026 nömrəli Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
qeydiyyat nömrəsi 15202601287355, Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edildiyi tarix 9 fevral 2026-cı il) ilə “Tikinti, quraşdırma və təmir-tikinti
işləri bölməsi üzrə fəhlə peşələri
və işlərin vahid tarif-ixtisas sorğu kitabçası”
(Hissə - 3) üzrə “Bölməyə daxil olan fəhlə
peşələrinin əlifba sırası ilə adları və
dərəcələr diapazonu” 70-ci bəndində “Asfaltbeton döşəyən” sözləri
“Asfalt və
beton döşəyən” sözləri ilə əvəz edilmişdir.
[4] 3 may 2023-cü
il tarixli 3-17/3-5-15/2023 nömrəli Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
Qeydiyyat Nömrəsi 15202305033515, Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edildiyi tarix 16 may 2023-cü il) ilə “Tikinti, quraşdırma və təmir-tikinti işləri
bölməsinə daxil olan fəhlə peşə adlarının
indiyə qədər fəaliyyətdə olan peşə adları
ilə müqayisəsi və dərəcələr diapazonu”nun
41-ci bəndində “Yeyinti” sözü “Qida” sözü ilə əvəz edilmişdir.
[5] 28
yanvar 2026-ci il tarixli 3-17/3-5-5/2026 nömrəli Azərbaycan
Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının
Qərarı (Hüquqi Aktların
Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202601287355, Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edildiyi tarix 9 fevral 2026-cı il) ilə
“Tikinti, quraşdırma və təmir-tikinti işləri
bölməsi üzrə fəhlə peşələri
və işlərin vahid tarif-ixtisas sorğu kitabçası”
(Hissə - 3) üzrə “TARİF - İXTİSAS
XÜSUSİYYƏTLƏRİ”nin “§ 30. Asfaltbetonçu - asfaltbişirən
2-ci dərəcə”, “§ 31. Asfaltbetonçu -
asfaltbişirən 3-cü dərəcə”, “§ 32.
Asfaltbetonçu - asfaltbişirən 4-cü
dərəcə”, “§ 33. Asfaltbetonçu - asfaltbişirən
5-ci dərəcə” hissələrinin adlarında “Asfaltbetonçu -
asfaltbişirən”
sözləri “Asfalt və beton
bişirən”
sözləri ilə əvəz edilmişdir.
[6] 3 may 2023-cü
il tarixli 3-17/3-5-15/2023 nömrəli Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
Qeydiyyat Nömrəsi 15202305033515, Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edildiyi tarix 16 may 2023-cü il) ilə “§187 YEYİNTİ SƏNAYESİ MÜƏSSİSƏLƏRİ
AVADANLIQLARININ QURAŞDIRICISI, hissəsinin adında “YEYİNTİ” sözü “QİDA” sözü ilə, birinci abzasında “Yeyinti” sözü “Qida” sözü ilə əvəz edilmişdir.
[7] 3 may 2023-cü
il tarixli 3-17/3-5-15/2023 nömrəli Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
Qeydiyyat Nömrəsi 15202305033515, Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edildiyi tarix 16 may 2023-cü il) ilə “§188 Yeyinti sənayesi müəssisələri avadanlıqlarının
quraşdırıcısı 3-cü dərəcə, §189 Yeyinti
sənayesi müəssisələri avadanlıqlarının quraşdırıcısı
4-cü dərəcə, §190 Yeyinti sənayesi müəssisələri
avadanlıqlarının quraşdırıcısı 5-ci dərəcə”
hissələrinin adlarında və birinci abzaslarında “Yeyinti” sözü “Qida” sözü ilə əvəz edilmişdir.
[8] 3 may 2023-cü
il tarixli 3-17/3-5-15/2023 nömrəli Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin
Qeydiyyat Nömrəsi 15202305033515, Hüquqi Aktların Dövlət Reyestrinə
daxil edildiyi tarix 16 may 2023-cü il) ilə §191 Yeyinti sənayesi müəssisələrinin avadanlıqlarının
quraşdırıcısı 6-cı dərəcə hissəsinin
adında və ikinci abzasında “Yeyinti” sözü “Qida” sözü ilə əvəz edilmişdir.