"Qeydə alınmışdır"

Azərbaycan Respublikası

Ədliyyə Nazirliyi

Qeydiyyat ¹ 28

" 19 " fevral  1997-ci il

Nazir əvəzi

S.HƏSƏNOVA

 

"Təsdiq edilmişdir"

Azərbaycan Respublikası

Dövlət Əmlak Komitəsi

Sərəncam ¹ 29

" 06 " fevral 1997-ci il

Sədr

N.NƏSİBOV

 

 

 

DÖVLƏT MÜƏSSİSƏLƏRİNİN ÇEVRİLMƏSİ

NƏTİCƏSİNDƏ YARADILAN SƏHMDAR

CƏMİYYƏTLƏRİN NÜMUNƏVİ

 

N İ Z A M N A M Ə S İ

 

Səhmdar cəmiyyətlərin (sonradan "Cəmiyyət" adlandırılır) Nümunəvi Nizamnaməsi. "Azərbaycan Respublikasında 1995-1998-cı illərdə Dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı" təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununa, "Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə"yə və digər normativ-hüquqi aktlara uyğun olaraq tərtib edilmişdir.

 

Maddə 1. Cəmiyyətin adı və hüquqi ünvanı.

1.1. Cəmiyyətin tam rəsmi adı “______________________________________________________

________________________________________________________________________________”

Cəmiyyətin qısaldılmış adı”___________________________________________________________”

 1.2. Cəmiyyətin hüquqi ünvanı________________________________________________________”

 

Maddə 2. Cəmiyyətin hüquqi statusu.

 

2.1.    Cəmiyyət dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs hüquqlarına
və vəzifələrinə sahib olur.

Cəmiyyətin üzərində öz adı yazılmış möhürü, firma nişanı (rəmzi), bankda manatla və xarici valyuta ilə hesablaşma və digər hesabları vardır.

2.2. Cəmiyyətin təsisçisi (təsisçilər) ____________________________

________________________________________________________________________________

2.3. Cəmiyyət öz öhdəliklərinin yerinə yetirilməsinə və borclarına görə bütün əmlakı ilə məsuliyyət daşıyır. Səhmdarlar cəmiyyətin öhdəliklərinə və borclarına görə yalnız öz səhmləri həcmində məsuliyyət daşıyırlar.

Cəmiyyət öz səhmdarlarının öhdəliklərinə görə cavabdeh deyildir.

2.4.     Cəmiyyət___________________________________________________________________

(müəssisənin adı)

dövlət müəssisəsinin (birliyinin) bazasında yaradılır və onun hüquqi varisidir.

2.5.Cəmiyyət öz fəaliyyətini Azərbaycan Respublikasının qüvvədə olan normativ-hüquqi aktlarına uyğun olaraq həyata keçirir.

2.6.Cəmiyyətə qadağan olunur:

- Cəmiyyətin Nizamnamə kapitalında dövlətin payı 25 faizdən çox olarsa, özəlləşdirilməsi prosesində digər dövlət əmlakının alıcısı kimi çıxış etmək.

2.7.Cəmiyyətin səhmlərinin dövlət mülkiyyətində olduğu bütün dövr ərzində Cəmiyyətin İdarəetmə orqanlarında iştirak etmək üçün dövlətin nümayəndəsini qanunvericiliklə müəyyən edilmiş qaydada mərkəzi icra hakimiyyəti orqanları təyin edir.

2.8.Cəmiyyət səhmdarlar və digər hüquqi və fiziki şəxslər arasında yaymaq məqsədi ilə istiqraz vərəqələri buraxmaq hüququna malikdir.

2.9.Nümunəvi nizamnamə açıq və qapalı tipli səhmdar cəmiyyətlərin nizamnaməsi hazırlanarkən istifadə olunur.

Dövlət və icarə müəssisələri əsasında yaradılan qapalı tipli səhmdar Cəmiyyətlərin nizamnaməsində onların hüquqi statusunu xarakterizə edən əlavə normalar nəzərdə tutula bilər, bu şərtlə ki, onlar Azərbaycan Respublikasının normativ-hüquqi aktlarına zidd olmasın.

2.10. Cəmiyyət dövlət qeydiyyatına alındığı andan nazirliklərin,

dövlət  Komitələrinin, konsernlərin, şirkətlərin, birliklərin, digər sahə idarəetmə və yerli icra hakimiyyəti orqanlarının tabeliyindən çıxır (səhmlərin nəzarət zərfi dövlətin mülkiyyətində saxlanılan hallar istisna edilməklə).

2.11. Cəmiyyət məhkəmə və iqtisad məhkəməsində iddiaçı və cavabdeh kimi çıxış edir.

 

Maddə 3. Cəmiyyətin məqsədi və fəaliyyətinin predmeti.

 

3.1.    Cəmiyyətin əsas məqsədi mənfəət əldə etməkdir.

3.2.Səhmdar cəmiyyətin əsas fəaliyyət növləri:

______________________________________________________________________________________

______________________________________________________________________________________

______________________________________________________________________________________

                                           (konkret fəaliyyət növləri göstərilir)

Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan edilməyən digər fəaliyyət növünü həyata keçirir.

 

Maddə 4. Cəmiyyətin nizamnamə kapitalı və əmlakı.

 

4.1. Dövlət müəssisəsi dövlət qeydiyyatına alındığı andan onun əmlakı səhmdar cəmiyyətin balansına verilmiş hesab edilir.

Cəmiyyətin balansına onun nizamnamə kapitalını təşkil edən dövlət müəssisəsinin əmlakı verilir.

4.2. Cəmiyyətin əmlakı:

-  təsisçilərin ona verdiyi əmlak;

-  təsərrüfat fəaliyyəti nəticəsində istehsal olunmuş məhsul (iş, xidmət);

-  əldə edilmiş gəlirlər;

-  qanunvericiliklə müəyyən edilmiş qaydada əldə edilmiş digər əmlak.

4.3.Cəmiyyət ehtiyat, sığorta və digər fondlar yaradır. Bu fondların tərkibi, təyinatı, həcmi, maliyyə mənbələri və istifadə qaydaları Müşahidə Şurası (Direktorlar Şurası) tərəfindən müəyyən edilir.

4.4.Cəmiyyət Nizamnamə kapitalının 25 faizi həcmində ehtiyat fondu yaradır,

yəni _____ min  manat  həcmində.

Ehtiyat fondu bu Nizamnamədə nəzərdə tutulan həcmə çatana qədər hər il balans mənfəətinin 10 faizə qədəri həddində ayırmalar hesabına yaradılır.

4.5.Cəmiyyət, öhdəliklərinə görə qanunla müəyyən edilmiş qaydada məcburi müsadirə oluna bilən əmlakı ilə məsuliyyət daşıyır.

4.6.Nizamnamə kapitalı yeni səhmlərin buraxılması, istiqraz vərəqələrinin səhmlərə dəyişdirilməsi və səhmlərin nominal dəyərinin artırılması yolu ilə artırıla bilər.

4.7.Cəmiyyətin nizamnamə kapitalı səhmlərin nominal dəyərinin azaldılması və Cəmiyyətin səhmlərinin ümumi sayını azaltmaq məqsədi ilə yerləşdirilmiş səhmlərin bir hissəsinin geri alınması və ləğv edilməsi yolu ilə azaldıla bilər.

4.8.Cəmiyyətin nizamnamə kapitalı____________ manat

və ya ________________________________________ ədəd səhmdir.

4.9.    Açıq tipli səhmdar Cəmiyyət dövlət qeydiyyatına alındığı kündən 30
(otuz) gün ərzində:

-eyni nominal qiyməti olan aşağıdakı növ səhm buraxır:

1.  Güzəştlə əmək kollektivinə satılan adi səhmlər___ ədəd və ya nizamnamə  kapitalının____faizi.

2. Çek auksionlarına yönəldilən adi səhmlər_____ ədəd və ya nizamnamə  kapitalının                             _____faizi.

3. Dövlət mülkiyyətində saxlanılan adi səhmlər ______ ədəd və ya Nizamnamə kapitalının              _____faizi (özəlləşdirmə planında nəzərdə tutulduğu halda).

o cümlədən:

4.    İxtisaslaşdırılmış dövlət investisiya fondlarına yönəldilən
adi səhmlər________ ədəd və ya nizamnamə kapitalının ___ faizi.

5.    Pul auksionları, investisiya müsabiqələri və hərracları vasitəsilə satılan adi səhmlər_____            ədəd və ya Nizamnamə kapitalının _____faizi.

Bir səhmin nominal dəyəri___________________________ manatdır.

                                                                           (sözlə)
Adi səhmlərin ümumi sayı
____ ədəd və ya nizamnamə kapitalının____faizi.

6.     "Qızıl səhm" - bir ədəd (özəlləşdirmə planında nəzərdə tutulan hallarda).

-     səhmdarların reyestrinin aparılmasını müvəkkil depozitara həvalə edir.

4.10. Qapalı tipli səhmdar cəmiyyətlərində səhmlərin satış növləri üzrə bölüşdürülməsi özəlləşdirmə komissiYasının təklifləri nəzərə alınmaqla Dövlət Əmlak Komitəsi tərəfindən müəyyən edilir.

4.11. Cəmiyyətin dövlət mülkiyyətində saxlanılan səhmlərinin satış vaxtı, forması və qaydası Dövlət Əmlak Komitəsinin təqdimatı əsasında Azərbaycan Respublikası Prezidentinin qərarı ilə müəyyən edilir.

4.12. Cəmiyyətin mütəşəkkil qiymətli kağızlar bazarında öz səhmlərini yenidən satmaq məqsədi ilə hər dəfə həmin səhmlərin Nizamnamə kapitalının 10 faizindən çox olmayan hissəsini almaq hüququ vardır (Komitə və onun nümayəndəsinin satdığı səhmlərdən başqa).

Geri alınmış səhmlər Cəmiyyətin balansında bir ilə qədər saxlanıla bilər. Onlar mənfəətin bölüşdürülməsində, habelə səhmdarların yığıncağında yetərsayın müəyyən edilməsində və səsvermədə nəzərə alınmırlar. Bir il ərzində satılmayan səhmlər ləğv edilir və müvafiq surətdə Cəmiyyətin Nizamnamə kapitalı azaldılır.

Dövlət mülkiyyətində Cəmiyyətin nizamnamə kapitalının 25 və daha çox faizi olduğu dövrdə həmin səhmlər o şəxslərə satıla bilər ki, onlar Azərbaycan Respublikasının "Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında" qanunun 5-ci maddəsinə uyğun olaraq alıcı kimi tanınsınlar.

4.13.Cəmiyyət özünün qiymətli kağızlarının yerləşdirilməsini, satışını, qiymətini qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirir.

4.14.Səhmdarın yazılı ərizəsinə əsasən ona səhmdarların reyestrindən çıxarış verilir. hər bir səhmdarın hüququ var ki, özünün reyestrə salındığına əmin olmaq üçün ona baxsın, depozitar isə reyestrdə qeydiyyat haqqında yazını səhmdara göstərməlidir.

4.15.Güzəştli səhmlər onu almaq hüququ olan vətəndaşlara onların təqdim etdikləri özəlləşdirmə çeklərinin sayı əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada satılır.

4.16. Güzəştlə satılan səhmlərə abunə yazılışı müddətində satılmayan səhmlər Dövlət Əmlak Komitəsinin qərarı əsasında, Dövlət Proqramına uyğun olaraq, Komitənin müəyyən etdiyi qaydada istifadə olunur.

4.17. Cəmiyyətdə Azərbaycan Respublikasının bir hüquqi və ya fiziki şəxsinə (səhmdara), habelə xarici investora məxsus olan səhmlərin sayına məhdudiyyət qanunvericiliklə müəyyən edildiyi hallarda qoyula bilər.

 

Maddə 5. Səhmdarların hüquq və vəzifələri.

 

5.1. İmtiyazlı səhmlərin, habelə adi səhmlərin hər bir sahibin səhmdarların yığıncağında şəxsən və ya səlahiyyətli nümayəndənin vasitəsilə iştirak etmək və bu Nizamnaməyə uyğun olaraq baxılmaq üçün təklif vermək hüququ vardır.

5.2. Açıq tipli səhmdar cəmiyyətdə imtiyazlı və adi səhmlərin sahibinin qanunvericilikdə nəzərdə tutulan qaydada səhmləri özgəninkiləşdirmək hüququ vardır.

5.3. Qapalı tipli səhmdar cəmiyyətdə səhmdarın öz payını (səhmini) cəmiyyətin səhmdarlarına digər səhmdarların əksəriyyətinin razılığı ilə satmaq hüququ var.

Səhmdarlar imtina etdikdə həmin səhmləri Cəmiyyət sonradan qanunvericiliklə müəyyən edilmiş qaydada satmaq və ya dövriyyədən çıxarmaq məqsədi ilə özü geri alır və dəyərini səhmdara ödəyir.

5.4.    Səhmlərin bütün kateqoriya və növləri üzrə dividendlər (müvəqqəti şəhadətnamələr də daxil olmaqla) yalnız yerləşdirilmiş səhmlər müqabilində ildə
bir dəfə və ya rüblər üzrə verilə bilər.

Dividendlərin (imtiyazlı səhmlərdən başqa) verilmə tarixi Müşahidə Şurası (Direktorlar Şurası) tərəfindən müəyyənləşdirilir.

5.5.    İmtiyazlı səhm sahiblərinin hüquqları.

(Bu maddənin 5.5 bəndi özəlləşdirmə planında imtiyazlı səhm buraxılması nəzərdə tutulan hallarda cəmiyyətin nizamnaməsində saxlanılır.) İmtiyazlı səhm sahiblərinin hər il əvvəlcədən müəyyən edilmiş dividend almaq hüququ vardır. Hər bir imtiyazlı səhm üzrə verilən dividend Cəmiyyətin səhmdarlarının ümumi yığıncağının qərarı ilə müəyyən edilir və mənfəətdən ümumi yığıncağın müəyyən etdiyi məbləğdə ödənilir.

Əgər ildə bir adi səhmə verilən dividendin məbləği imtiyazlı səhmin hər birinə verilən dividenddən çox olarsa, sonuncular üzrə dividendin məbləği adi səhmlərin dividendin məbləğinə qədər artırılmalıdır.

İmtiyazlı səhm sahiblərinə dividendlər hər il və ya rüblər üzrə əvvəlcədən müəyyən edilmiş vaxtda verilir. Bu bəndə uyğun olaraq imtiyazlı səhmlər üzrə dividend artırıldığı hallarda əlavə dividend adi səhmlərlə eyni vaxtda verilir. İmtiyazlı səhmlərin o sahiblərinə dividend verilir ki, onlar Müşahidə Şurasının (Direktorlar Şurasının) dividendlərin verilməsini elan etdiyi vaxtda 30 (otuz) gündən gec olmaYan müddətdə səhmdarların reyestrində qeyd olunsunlar.

İmtiyazlı səhm sahiblərin səhmdarların yığıncağında, aşağıdakı hallar istisna olmaqla, səsvermə hüququ yoxdur:

bu Nizamnaməyə dəyişikliklər və ya əlavələr, Cəmiyyətin yenidən təşkili və ya ləğvi, imtiyazlı səhmlər üzrə dividend məbləğinin dəyişdirilməsi, bu Nizamnamədə göstərilənlərdən daha geniş hüquqa malik olan imtiyazlı səhmlərin buraxılması. Bütün bu hallarda imtiyazlı səhm sahiblərinin dörddə üçü qərarı bəyənməlidirlər.

5.6.Cəmiyyət imtiyazlı səhmlər üzrə dividendi pul formasından başqa, digər formalarda vermək hüququna malik deyil.

5.7.Cəmiyyətin bu Nizamnamə ilə müəyyən edilmiş qaydadan fərqli olaraq imtiyazlı səhmlər üzrə dividend vermək hüququ yoxdur.

5.8.Cəmiyyətin imtiyazlı səhmlərin dividendini verənə qədər adi səhmlər
üzrə dividend vermək hüququ yoxdur.

5.9.Səhmdarların yığıncağında bir adi səhm sahibi bir səs hüququna malikdir.

5.10.       Səhmlər sahiblərinə qapalı abunə üzrə bütün öhdəlikləri tam yerinə yetirdikdən sonra verilir.

 

Maddə 6. "Qızıl səhm" sahibinin hüquqları.

(Özəlləşdirmə planında "Qızıl səhm"in buraxılması nəzərdə tutulan hallarda Nizamnaməyə daxil edilir.)

6.1."Qızıl səhm" dövlət mülkiyyətində saxlanılır, onun girov qoyulmasına və idarəetməyə verilməsinə icazə verilmir. Dövlət Əmlak Komitəsinin təqdimatı əsasında Azərbaycan Respublikası Prezidentinin qərarı ilə "Qızıl səhm"in fəaliyyət müddəti növbəti üç ilə uzadıla bilər və əlavə tədavül şərtləri müəyyən edilə bilər.

6.2."Qızıl səhm" onun sahibinə adi səhm sahibinin bütün səlahiyyətlər ilə
yanaşı, cəmiyyətin qanunvericiliklə dörddə üç səs çoxluğu ilə qəbul edilə bilən qərarlarına “veto" qoymaq hüququ verir.

 

Maddə 7. Cəmiyyətin törəmə müəssisələrlə və digər struktur bölmələrlə qarşılıqlı münasibəti.

 

(Maddə 7 müəssisələrin birlikləri səhmdar cəmiyyətə çevrildikdə istifadə edilir.)

7.1.    Cəmiyyətin törəmə müəssisələrlə və digər bölmələrlə qarşılıqlı münasibəti Azərbaycan Respublikası qanunlarına və normativ aktlarına, bu Nizamnaməyə, Cəmiyyət tərəfindən təsdiq edilən müəssisə Nizamnaməsinə uyğun olaraq tənzimlənir.

7.2. Müəssisələr borcludurlar:

" - bu Nizamnaməyə riayət etmək, Cəmiyyətin idarə edilməsində iştirak etmək, onun rəhbər orqanlarının qərarlarını yerinə yetirmək, vəzifələrini yerinə yetirmək üçün Cəmiyyətə köməklik göstərmək;

- Müşahidə Şurasının (Direktorlar Şurasının) müəyyən etdiyi normativlər əsasında öz xalis mənfəətindən mərkəzləşdirilmiş fondlara ayırmalar etmək.

7.3. Müəssisələrin hüquqları:

-  Cəmiyyətin rəhbər orqanlarında baxılmaq üçün özünün və digər müəssisələrin təsərrüfat fəaliyyətinə aid məsələlər üzrə təkliflər vermək, .Cəmiyyətin rəhbər orqanlarının iclasında bu məsələlərin müzakirəsində iştirak etmək;

-  Cəmiyyətin fəaliyyətinin yekunlarına baxılmasında iştirak etmək;

-  bu Nizamnamənin 15.10 bəndinə uyğun olaraq səhmdarların ümumi yığıncağının qərarı ilə törəmə səhmdar cəmiyyət və ya asılı səhmdar cəmiyyət  formasında hüquqi şəxs statusu ilə fəaliyyət göstərmək,

Belə cəmiyyətlərin Nizamnamə kapitalının formalaşdırılması və onun təsisçilər arasında paylara bölünmə qaydası ümumi yığıncaq tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilir.

- özünün xalis mənfəəti azlıq etdikdə Cəmiyyətin birgə fəaliyyət nəticəsində yaranan xalis mənfəətindən dividend vermək üçün pay almaq;

- hüquqi şəxs kimi maliyyə nəticələrini formalaşdırmaq, mərkəzləşdirilmiş fondlara ayırmalardan sonra sərəncamında qalan xalis mənfəətdən müstəqil surətdə istifadə etmək.

7.4.    Əsas səhmdar cəmiyyət törəmə səhmdar cəmiyyətlər tərəfindən qəbul edilən qərarları müəyyən etmək və onlara icrası məcburi olan göstərişlər vermək hüququna malikdir. Bu hüquq törəmə səhmdar cəmiyyətlə bağlanılan müqavilədə və ya onun nizamnaməsində nəzərdə tutulduqda həyata keçirilir.

7.5.    Cəmiyyətin payı törəmə səhmdar cəmiyyətin Nizamnamə kapitalında üstünlük təşkil edə bilər. Onun həcmi əsas cəmiyyətin təsis payından asılı olaraq müəyyən edilir.

7.6.    Cəmiyyət asılı cəmiyyətin səsvermə hüququ olan səhmlərinin 20 faizindən çoxunun sahibidir.

7.7.    Törəmə və asılı səhmdar cəmiyyətlərin yaradılması müəssisəsini yenidən təşkilinin ayrılma forması tətbiq edilməklə həyata keçirilir.

Əsas səhmdar cəmiyyətin səhmdarlarının ümumi yığıncağı bölüşdürücü aktı (balasını) təsdiq edir.

7.8.     Törəmə səhmdar cəmiyyətin və asılı səhmdar cəmiyyətin yaradılması qaydaları və şərtləri Azərbaycan Respublikası müvafiq normativ-hüquqi aktları, bu Nizamnamə və səhmdarların ümumi yığıncağının qərarı ilə tənzimlənir.

 

Maddə 8. Səhmdarların ümumi yığıncağı.

 

8.1. Səhmdarların yığıncağı Cəmiyyətin ali idarəetmə orqanıdır. Cəmiyyət ildə bir dəfə səhmdarların illik yığıncağını keçirir. İllik yığıncaqla yanaşı növbədənkənar yığıncaq keçirilə bilər. Səhmdarların növbədən-kənar yığıncaqları Cəmiyyətin İdarə heyətinin sədri (Baş direktoru, Prezidenti) tərəfindən Müşahidə Şurası və Təftiş Komissiyası üzvlərinin əksəriyyətinin və ya Cəmiyyətin adi səhmlərinin ən azı 10 (on) faizinin sahibi olan səhm-darların yazılı formada verilmiş tələbi əsasında çağırmağa borcludur. Bu tələbnamədə yığıncağın keçirilməsi məqsədi əks etdirilməlidir.

Səhmdarların yığıncağının keçirilməsi və onun gündəliyi haqqında yazılı bildiriş yığıncağın çağırılmasına ən azı qırx beş gün qalmış hər bir səhmdara sifarişli məktubla səhmdarların reyestrində göstərilmiş ünvana göndərilməlidir. Bildiriş və yığıncağın gündəliyi haqqında məlumat yığıncağın qərarı ilə müəyyən olunmuş qəzetdə elan dərc etmək yolu ilə də həyata keçirilə bilər, bildirişdən sonra yığıncağın gündəliyi dəyişdirilə bilməz.

8.2. Mövcud qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla bütün yığıncaqların keçirilməsi üçün tələb olunan yetərsay Cəmiyyətin səhmdarlarının və ya onların səlahiyyətli nümayəndələrinin ən azı 60 faizinin iştirakı ilə təmin edilir, bu şərtləki onlar Cəmiyyətin adi səhmlərinin ən azı əlli bir faizinin sahibi olsunlar. Yetərsay olmadıqda yeni yığıncağın vaxtı təyin edilir. Bu halda qərar səhmdarların əksəriyyətinin səs çoxluğu ilə qəbul edilir.

8.3.      Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakı məsələlər daxildir:

1.    Nizamnaməyə dəyişikliklər və əlavələr edilməsi;

2.    Nizamnamə kapitalının dəyişdirilməsi;

3.    Direktorlar Şurası (Müşahidə Şurası) və İdarə heyəti üzvlərinin daxili intizam qaydalarının qəbul edilməsi.

(Cəmiyyətdə Direktorlar Şurası və Müşahidə Şurasının yaradılmasının məqsədəuyğunluğu idarəetmə funksiyalarının ümumi yığıncaq, İdarə heyətinin sədri (Baş direktor, Prezident) və Direktorlar Şurası və ya Müşahidə Şurası arasında bölüşdürülmə səviyyəsindən, müəssisənin iqtisadi, maliyyə və texnoloji əlaqələrindən və digər amillərdən asılı olaraq, Dövlət Əmlak Komitəsi tərəfindən müəyyən edilir);

4.    Balansın mənfəət və zərər hesablarının, İdarə heyəti sədrinin (Baş direktorun, Prezidentin) və Təftiş komissiyası hesabatının, habelə auditorun hesabatının təsdiq edilməsi;

5.    Səhmlərə verilən dividendin məbləğinin təsdiq edilməsi. Dividendin miqdarı Müşahidə Şurasının (Direktorlar Şurasının) tövsiyyə etdiyindən çox ola bilməz;

6.    Təftiş komissiyası üzvlərinin və müstəqil kənar auditorların təyini, habelə onların fəaliyyət dairəsinin və mükafatlandırılmasının müəyyən edilməsi;

7.    Filialların, nümayəndəliklərin və digər bölmələrin mövcud qanunvericiliyə uyğun olaraq yaradılması və fəaliyyətinin dayandırılması;

8.     İstiqraz vərəqələrinin buraxılması, alınması, satılması və növləri haqqında qərarların qəbul edilməsi;

9.     Cəmiyyət üçün öhdəlik yaradan və Müşahidə Şurası (Direktorlar Şurası)  səlahiyyətlərindən kənara çıxan saziş və digər əməliyyatların təsdiq edilməsi;

10.  Sazişin həcmi və ya sazişin predmetini təşkil edən əmlakın dəyəri Cəmiyyətin aktivlərini 10 (on) faizindən çox olan hallarda, onun daşınmaz və ya istənilən əmlakını girov qoymaq, icarəyə vermək, satmaq, dəyişdirmək, balansdan vermək və ya digər formalarda özgəninkiləşdirmək haqqında qərarların qəbul edilməsi;

11.  Törəmə və asılı səhmdar cəmiyyətlərin yaradılması, Cəmiyyətin digər müəssisə və birliklərdə iştirak etməsi haqqında qərarların qəbul edilməsi;

12.  Cəmiyyətin birləşməsi, bölünməsi, ayrılması və digər təşkilatı - hüquqi formaya çevrilməsi haqqında qərarların qəbul edilməsi;

13.  Cəmiyyətin ləğvi, ləğvetmə komissiyası yaradılması və onun hesabatının təsdiq edilməsi haqqında qərarların qəbul edilməsi;

14.  Direktorlar Şurası (Müşahidə Şurası) üzvlərinin, İdarə heyəti üzvlərinin seçilməsi, geri çağrılması; Cəmiyyətin İdarə heyətinin sədrinin (Baş direktorunun və ya Prezidentinin) təyin edilməsi;

Cəmiyyətin bu Nizamnamənin 8.3 bəndini pozan vəzifəli şəxslərinin hərəkəti onların qanunvericiliklə müəyyən edilmiş qaydada əmlak məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

15. Cəmiyyətin vəzifəli şəxslərinin əmlak məsuliyyətinə cəlb edilməsi haqqında qərarların çıxarılması.

8.4.   Bu maddənin 8.6 bəndində nəzərdə tutulan məsələlər istisna olmaqla, qalan məsələlər üzrə qərar yığıncaqda iştirak edən adi səhmlərin sahibi olan səhmdarların səs çoxluğu ilə qəbul olunur.

8.5.   Cəmiyyət dövlət qeydiyyatına alındığı vaxtdan səhmdarların birinci ümumi yığıncağı keçirilənədək, bu maddənin 8.3 bəndinin 14-cü hissəsində nəzərdə tutulan səlahiyyətlər aşağıdakı qaydada həyat keçirilir:

a) Cəmiyyətin İdarə heyətinin sədri (Baş direktor və ya Prezident) Dövlət Proqramına müvafiq olaraq müəssisənin səhmdar cəmiyyətinə çevrilməsi haqqında qərar qəbul etmiş, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur;

b) Cəmiyyətin daimi İdarə heyətinin üzvləri Nazirlər Kabineti tərəfindən təyin olunur;

v) Cəmiyyətin Müşahidə Şurasının (Direktorlar Şurasının) səlahiyyətlərini Dövlət Əmlak Komitəsi həyata keçirir.

8.6.   Bu maddənin 8.3 bəndinin 1, 2, 7, 10, 11, 12, 13 və 14-cü hissələrində nəzərdə tutulan məsələlər üzrə qərar yığıncaqda şəxsən və ya səlahiyyətli nümayəndələr vasitəsi ilə iştirak edən adi səhmlərin dörddə üçünün sahiblərinin razılığı ilə qəbul olunur.

8.7.Cəmiyyətin səhmlərinin bir hissəsi dövlətdə qaldıqda cəmiyyətin ümumi yığıncağında iştirak etmək üçün dövlət nümayəndəsi Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktlarına uyğun olaraq təyin edilir.

8.8.   Səhmdarı olduğu bütün dövr ərzində Cəmiyyətin təşkilatı-hüququ formasının dəyişdirilməsinə Dövlət Əmlak Komitəsinin razılığı olmadan yol verilir.

8.9.   Bu maddənin 8.3 bəndinin 10, 11, 12  hissələrində nəzərdə tutulan məsələlər üzrə qərar qəbul edilərkən Dövlət Əmlak Komitəsinin əvvəlcədən razılıq alınır.

8.10. Cəmiyyətin səhmdarlarının birinci ümumi yığıncağı səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı kündən 12 (on iki) ay müddətindən gec olmayaraq keçirilir və həmin yığıncaqda mövcud normativ-hüquqi aktlara uyğun olaraq onun idarəetmə orqanları seçilir.

 

Maddə 9. Müşahidə Şurası (Direktorlar Şurası) və İdarə heyəti

 

9.1. Direktorlar Şurası və İdarə heyəti üzvlərinin əsas vəzifəsi Cəmiyyətin mənfəətinin artırılması məqsədi ilə siyasət işləyib hazırlamaq, Cəmiyyətin Özəlləşdirmə planının yerinə yetirilməsini təmin etməkdir.

Müşahidə Şurasının (Direktorlar Şurasının) üzvləri Cəmiyyətin səhmdarlarından qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət icra hakimiyyəti orqanlarının, azsaylı səhm sahiblərinin nümayəndələrindən və digər kənar şəxslərdən seçilə bilər.

9.2. Müşahidə Şurası (Direktorlar Şurası) üzvləri və İdarə heyəti üzvləri Cəmiyyətə loyal münasibət göstərməli, yəni qanun dairəsində hərəkət etməlidirlər.

Müşahidə Şurası (Direktorlar Şurası) və İdarə heyəti üzvünün tərəflərdən biri Cəmiyyət olan və ya olmağı nəzərdə tutulan sazişlərdə maliyyə marağı olarsa, həmçinin mövcud və ya güman edilən sazişlərdə göstərilən şəxsin və Cəmiyyətin maraqları arasında ziddiyyətlər olarsa:

O, saziş bağlanana qədər öz marağı haqqında Müşahidə Şurasına (Direktorlar Şurasına) xəbər verməlidir;

Saziş maliyyə marağı olmayan Müşahidə Şurası (Direktorlar Şurası) üzvlərinin və ya səhmdarların əksəriyyəti tərəfindən bəyənilməlidir.

Özünün maliyyə marağı və ya digər ziddiyyətlər haqqında yuxarıda göstərilən qaydada Müşahidə Şurasına (Direktorlar Şurasına) xəbər verən Müşahidə Şurası (Direktorlar Şurası) üzvü və İdarə heyəti üzvü belə sazişlərin müzakirəsində və səsverməsində iştirak edə bilməz. Şəxsi maliyyə maraqlı Müşahidə Şurası (Direktorlar Şurası) üzvü və İdarə heyəti üzvü o şəxslərdir ki, onlar aşağıda göstərilən hüquqi və ya fiziki şəxslərlə əmək münasibətində olsunlar, sahibkar və kreditor hüquqlarına malik olsunlar; Cəmiyyətə mal göndərir və ya xidmət göstərir; Cəmiyyətin istehsal etdiyi məhsulun və Ya xidmətin əsas istehlakçısıdır: Cəmiyyətin əmlakına sərəncam verməklə qazanc əldə edirlər; əmlakı tamamilə və ya qismən Cəmiyyət tərəfindən yaradılıb;

9.3. Müşahidə Şurası (Direktorlar Şurası) üzvləri və İdarə heyəti üzvləri bu nizamnamənin 9.1 bəndində nəzərdə tutulan məqsədlərdən başqa digər məqsədlər üçün Cəmiyyətin imkanlarından istifadə etməməli və ya istifadə olunma sına yol verməməlidirlər.

"Cəmiyyətin imkanları" termini dedikdə bu maddədə aşağıdakılar əhatə olunur:

-  Cəmiyyətə məxsus olan bütün əmlak və qeyri-əmlak hüquqları;

-  Təsərrüfat fəaliyyəti sahəsində imkanlar;

-  Cəmiyyətin  fəaliyyəti və planları haqqında məlumatlar;

-  Cəmiyyətin onun üçün maraq doğuran istənilən hüquq və səlahiyyətləri.

9.4.Marağı olmayan Müşahidə Şurası (Direktorlar Şurası) üzvlərinin və ya Cəmiyyətin adi səhmlərinin əksəriyyətinin sahibi olan səhmdarların icazə verdiyi hallar istisna olmaqla, Müşahidə Şurası (Direktorlar Şurası) üzvləri və İdarə heyəti üzvləri bu funksiyaları icra etdikləri dövr ərzində Cəmiyyətlə rəqabət aparan müəssisə təsis etmək və ya müəssisədə iştirak etmək hüququ yoxdur.

9.5.Müşahidə Şurası (Direktorlar Şurası) üzvləri və İdarə heyəti üzvləri səhmdarların yığıncağının müəyyən etdiyi digər qaydalara da əməl etməlidirlər.

9.6.Müşahidə Şurası (Direktorlar Şurası) üzvlərinin və İdarə heyəti üzvlərinin müşahidə Şurası (Direktorlar Şurası) və İdarə heyətinin qərar qəbul etməsinə təsir göstərmək xidmətinə görə dolayı yolla və ya bir başa mükafat almaq hüququ yoxdur.

Müşahidə Şurası (Direktorlar Şurası) və İdarə heyəti üzvləri bu maddənin müddəalarını pozmaq nəticəsində vurduqları ziyana görə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

9.7.Müşahidə Şurası (Direktorlar Şurası) üzvləri və İdarə heyəti üzvləri öz vəzifə borclarını vicdanla və Cəmiyyətin marağını təmin etmək üçün onların özlərinin hesab etdikləri ən yaxşı səviyyədə yerinə yetirməlidirlər.

9.8.Müşahidə Şurası (Direktorlar Şurası) üzvləri və İdarə heyəti üzvləri Cəmiyyət qarşısında ona vurduqları ziyana görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar:

bu Nizamnamə ilə müəyyən edilmiş funksiyaları yerinə yetirmədiyinə görə; bu nizamnamə ilə müəyyən edilmiş funksiyaları qeyri-qənaətbəxş yerinə yetirdiyinə görə.

9.9. Müşahidə Şurası (Direktorlar Şurası) üzvləri və İdarə heyəti üzvləri bu maddənin 9.1 - 9.8 bəndlərilə müəyyən edilmiş vəzifələrə əməl edilməməsindən Cəmiyyətə dəyən zərəri tam həcmdə ödəmək məsuliyyəti daşıyırlar. Onlar, Cəmiyyətin əldən buraxılmış qazancını tam və ədalətli bazar dəyəri ilə ödəməlidirlər.

 

Maddə 10.   Müşahidə Şurasının (Direktorlar Şurasının) iclası

 

10.1 Müşahidə Şurasının (Direktorlar Şurasının) iclası, ayda bir dəfədən gec olmayaraq, ehtiyac olunduqca çağırılır. Şuranın bir iclası (illik iclas) maliyyə ili qurtarandan sonra üç aydan gec olmayaraq Cəmiyyətin illik balansına, mənfəət və zərərin hesablarına və auditorun hesabatına baxmaq üçün çağırılır.

İllik iclası İdarə heyətinin (Baş direktor, Prezident) sədri çağırır və onun kündəliyini hazırlayır. İllik iclasda sədr cari maliyyə vəziyyəti haqqında tam məlumatı, Cəmiyyətin əsas təsərrüfat nəticələri və planları haqqında tam hesabatları Şuraya təqdim edir.

Şuranın növbədənkənar iclasları onun istənilən iki üzvünün tələbi əsasında çağırıla bilər.

10.2.  Şuranın iclasları haqqında bildiriş onun müəyyən etdiyi qaydaya uyğun olaraq yazılı formada Şura üzvlərinin hər birinə göndərilir. Bildirişdə iclasın gündəliyi göstərilir. Bildirişə gündəliklə bağlı olan bütün sənədlər əlavə edilir. Şuranın iclasında gündəliyə daxil edilməyən məsələyə baxıla bilməz. Lazımi hallarda, Şuranın, iştirak edən bütün üzvlərinin razılığı ilə, Şuranın istənilən iclası təxirə salına bilər.

10.3.  Şuranın qərarı onun üzvlərinin adi səs çoxluğu ilə qəbul edilir.

10.4.  Bütünlükdə adi səhmlərin ən azı 5 faizinə malik olan səhmdarların, Şura üzvlərinin, Təftiş komissiyasının və Cəmiyyətin İdarə heyətinin sədrinin (Baş direktorunun, Prezidentinin) təklif etdiyi məsələlər baxılmaq üçün iclasın gündəliyinə daxil edilirlər.

10.5. İclasların protokolları Şuranın müəyyən etdiyi qaydaya uyğun olaraq aparılır.

10.6. İclasların protokolları ilə Cəmiyyətin hüququ ünvanında və ya Şuranın müəyyən etdiyi yerdə səhmdarlar, Şuranın üzvləri və ya nümayəndələri tanış ola bilərlər. Bütün protokollar iclasın sədri və katibi tərəfindən imzalanmalıdır.

 

Maddə 11. Müşahidə Şurasının (Direktorlar Şurasının) səlahiyyətləri

 

11.1.  Şura, səhmdarların iclasının səlahiyyətinə daxil olan məsələlər istisna olmaqla, Cəmiyyətin fəaliyyəti və cari işlər üzrə bütün məsələlər haqqında qərar qəbul etmək hüququna malikdir.

11.2.  Şura, Azərbaycan Respublikası qanunvericiliyində və bu Nizamnamədə nəzərdə tutulan hallar istisna olmaqla, öz səlahiyyətlərini başqa şəxslərə və orqanlara vermək hüququ yoxdur.

11.3.  Şura aşağıdakı səlahiyyətlərə malikdir və onlar üzrə qərar qəbul etməyə borcludur:

-  nizamnamə kapitalının artırılması və ya azaldılmasının miqdarı, şərtləri və qaydası haqqında səhmdarların ümumi yığıncağına tövsiyyələr verilməsi və yazılı şəkildə onları əmin etmək ki, Nizamnamə kapitalının artırılması (azaldılması) Cəmiyyətin nizamnamə kapitalına qoyulan (çıxarılan) əmanətin real bazar dəyərinə bərabərdir;

-  əvvəlki nominal dəyərlə yeni səhmlərin buraxılması və istiqraz vərəqələrinin səhmlərə dəyişdirilməsi Yolu ilə Nizamnamə kapitalının artırılması, habelə səhmləri dövriyyədən çıxarmaq və ləğv etmək yolu ilə Nizamnamə kapitalının azaldılması haqqında ümumi yığıncağa tövsiyyələr verilməsi;

-  İdarə heyətinin sədri (Baş direktor, Prezident) tərəfindən təqdim olunan "Səhmdar Cəmiyyətin İdarə heyəti haqqında Əsasnamə"nin təsdiq edilməsi;

-  Cəmiyyətin strukturunu və daxili münasibətləri tənzimləyən normativ sənədlərin təsdiq edilməsi;

-  Cəmiyyətin strateji inkişaf istiqamətlərinin və proqramlarının qəbul edilməsinin və həyata keçirilməsinin təmin edilməsi;

-  iştirakçısı bir tərəfdən Cəmiyyət, digər tərəfdən Nizamnamə kapitalının ən azı 5 faizini təşkil edən səhmlərin sahibi olan səhmdar Müşahidə Şurasının (Direktorlar Şurasının) üzvü, İdarə heyətinin üzvü və ya Cəmiyyətin vəzifəli şəxsləri iştirak edən sazişlərin bağlanmasının təsdiqi və ya onların dayandırılması;

-  filiallar, nümayəndəliklər, törəmə cəmiyyətlər yaratmaq üçün səhmdarlara tövsiyələr verilməsi;

-  İdarə heyətinin sədrinin (Baş direktorun, Prezidentin) təqdimatı əsasında İdarə heyətinin vəzifəli şəxslərinin vəzifəyə təsdiq və vəzifədən azad edilməsi;

-  bütün hesabların, hesabatların, ərizələrin, mənfəət və zərərin hesablama sisteminin (amortizasiya ayırmalarına aid qaydalarda daxil olmaqla) təqdim edilməsi qaydalarının müəyyən olunması;

-  ssudaların, borcların, kreditlərin və zəmanətlərin alınması və verilməsi üzrə siyasətin müəyyənləşdirilməsi və qərarın qəbul edilməsi;

-  səhmdarlara verilən dividendlərin məbləği haqqında tövsiyələr verilməsi;

-  İdarə heyətinin təqdimatına əsasən Cəmiyyətin əvvəlki ildəki dövriyyəsinin 10 faizindən çoxunu təşkil edən investisiya qoyuluşunu həyata keçirmək haqqında qərar qəbul edilməsi (birinci il bazasında yaradıldığı dövlət müəssisəsinin dövriyyəsi əsas götürülür);

-  Səhmdarların ümumi yığıncağının müəyyən etdiyi qaydada Cəmiyyətin əvvəlki rübdəki dövriyyəsinin 20 faizindən çox olan sazişlərin bağlanmasının təsdiq edilməsi (dövlət müəssisəsinin dövriyyəsini Cəmiyyətin fəaliyyətinin birinci rübündə əsas götürülür).

 

Maddə 12. Cəmiyyətin İdarə heyətinin sədri (Baş direktor, Prezident)

 

12.1.  İdarə heyətinin sədri (Baş direktor, Prezident) Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və Azərbaycan Respublikasının qanunçuluğuna uyğun olaraq bu vəzifəni həyata keçirmək üçün ona lazımi səlahiyyətlər verilir. İdarə heyətinin sədri (Baş direktor, Prezident) öz fəaliyyətini Azərbaycan Respublikasının normativ-hüquqi aktlarına və  bu Nizamnaməyə ciddi riayət etməklə qurur, istehsalda köməyin təhlükəsizliyi üçün şərait yaradılmasına görə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

12.2.  İdarə heyəti Cəmiyyətin İcra orqanıdır. İdarə heyətinin sədri (Baş direktor, Prezident) tərəfindən İdarə heyətinin strukturu və ştatı formalaşdırılır və Müşahidə Şurasının (Direktorlar Şurasının) təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

12.3.  Müşahidə Şurasının (Direktorlar Şurasının) və səhmdarların yığıncağında İdarə heyətinin nöqteyi-nəzərini İdarə heyətinin sədri (Baş direktor, Prezident) təqdim edir.

12.4.İdarə heyətinin sədri (Baş direktor, Prezident) Cəmiyyət adından vəkalətnaməsiz fəaliyyət göstərir, dövlət və digər orqanlarda onu təmsil edir, banklarda hesablar açır, icrası məcburi olan əmr və göstərişlər verir, daxili intizam qaydalarını müəyyən edir.

 

Maddə 13. Cəmiyyətdə uçot və hesabatlar

 

13.1. Cəmiyyətin balansı, mənfəət və zərərlərin hesabı manatla tərtib edilir.

13.2 Cəmiyyətin birinci maliyyə ili onun dövlət qeydiyyatından keçdiyi gündən başlayır və cari ilin  dekabr ayının 31-də qurtarır.  Sonrakı maliyyə illəri yanvarın 1-dən başlayır və dekabrın 31-də qurtarır.

13.3 Balans, mənfəət və zərərin hesablanması, habelə hesabata aid olan digər maliyyə sənədləri mövcud qanunvericiliyə uyğun olaraq tərtib edilir.

13.4. Cəmiyyətin yerləşdiyi ünvanda tam sənədləşdirmə aparılır, o cümlədən:

-  Sonrakı dəyişikliklər və əlavələrlə birlikdə Cəmiyyətin təsis sənədləri, Cəmiyyətdə  daxili münasibətləri tənzimləyən normativ sənədlər;

-  Cəmiyyətin özünün və həmçinin qanunvericiliyə uyğun olaraq səlahiyyətli orqanların apardığı təftişləri təmin edən bütün mühasibat sənədləri;

-  mövcud qanunvericiliyə uyğun olaraq səhmdarların siyahısı;

-  səhmdarların iclaslarının, Müşahidə Şurasının (Direktorlar Şurasının) və Təftiş Komissiyasının iclaslarının protokolları;

-  Cəmiyyəti təmsil etmək üçün etibarnaməsi olan şəxslərin siyahısı;

-  Müşahidə Şurasının (Direktorlar Şurasının) bütün üzvlərinin və Cəmiyyətin müdiriyyətinin vəzifəli şəxslərinin siyahısı;

-  Səhmdarlar və onların nümayəndələri bütün bu sənədlərlə iş günü ərzində tanış ola bilərlər.

Kommersiya sirlərinə aid olan sənədlər istisna olmaqla, səhmdarların göstərilən sənədlərin surətini çıxarmaq hüquqları var.

 

Maddə 14. Təftiş Komissiyası

 

14.1. Təftiş Komissiyası ən azı üç (3) nəfərdən ibarət yaradılır və Cəmiyyətin adi səhmlərinin ən azı əlli (50 %) faizinə sahib olan səhmdarların ümumi yığıncağında seçilir. Müşahidə Şurasının (Direktorlar Şurasının) xahişi ilə Təftiş Komissiyasının üzvləri onun iclaslarında iştirak edə bilərlər.

14.2. Təftiş Komissiyası səhmdarların yığıncaqlarına ən azı on gün qalmış illik yoxlamaların nəticələri haqqında hesabatı Müşahidə Şurasına (Direktorlar Şurasına) təqdim edir. hesabat bu Nizamnamənin 13-cü maddəsi əsasında müəyyən edilmiş maliyyə hesabatı və mühasibat uçotunun aparılması üsullarına və qaydalarına uyğun olaraq tərtib edilir. Cəmiyyətin adi səhmlərinin ən azı on faizinə sahib olan səhmdarların və ya Müşahidə Şurasının (Direktorlar Şurasının), İdarə heyətinin əksəriyyətinin yazılı sorğusu əsasında növbədən kənar təftiş aparıla bilər. Cəmiyyətin işçiləri Təftiş Komissiyasını tələb olunan bütün məlumatlarla və sənədlərlə vaxtında təmin etməlidirlər. Təftiş Komissiyasının rəyi olmadan səhmdarların ümumi yığıncağı illik balansı təsdiq edə bilməz.

 

Maddə 15. Cəmiyyətin ləğvi və yenidən təşkili

 

15.1. Cəmiyyət aşağıdakı hallarda ləğv oluna bilər:

-  səhmdarların ümumi yığıncağının qərarı ilə;

-  iflas elan olunduqda;

-  Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda iqtisad məhkəməsinin qərarı ilə;

-  Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallarda Dövlət Əmlak Komitəsinin qərarı ilə.

15.2.  Cəmiyyət ləğv edilərkən, məhkəmənin qərarı ilə ləğv etmə istisna olmaqla. Müşahidə Şurası (Direktorlar Şurası) ləğvetmə komissiyası yaradır, ləğvetmənin aparılma qaydasını və müddətini təyin edir, kreditorlar üçün ləğvetmə elan olunandan iki aydan az və üç aydan çox olmamaq şərti ilə iddia vermək müddətini müəyyənləşdirir.

15.3.  Ləğvetmə komissiyası ləğvetməni aparır, ləğvetmə balansı tərtib edir və Müşahidə Şurasına (Direktorlar Şurasına) təqdim edir. Təyin olunduğu gündən ləğvetmə komissiyası Müşahidə Şurasının (Direktorlar Şurasının), İdarə heyətinin və İdarə heyətinin sədrinin (Baş direktorun, Prezidentin) funksiyalarının icrasını öz üzərinə götürür. Həmin gündən ləğvetmə komissiyası Cəmiyyətin fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə onun yeganə vəkil edilmiş nümayəndəsidir. Komissiya yarandığı vaxtdan aşağıdakı tədbirləri həyata keçirir:

Cəmiyyətin yerləşdiyi ərazidə rəsmi mətbuatda onun ləğv edilməsi, kreditorların iddia ərizəsinin verilmə qaydası və müddəti haqqında elan dərc edir. Komissiya yarandığı vaxtdan bir həftədən gec olmayaraq mətbuatda birinci elanın verilməsini təmin etməli və bu elanın on dörd gündən tez və qırx gündən gec olmamaq şərti ilə təkrar edir. Ləğvetmə komissiyası Cəmiyyətin debitor borclarının alınması və kreditorların iddialarının ödənilməsi üzrə işləri təşkil edir.

15.4.  Ləğvetmə komissiyası kreditorlarla hesablaşmaları Azərbaycan Respublikası "Səhmdar cəmiyyəti   haqqında qanunla müəyyən edilmiş ardıcıllıqla və qaydaya əməl etməklə həyata keçirir.

15.5.  Cəmiyyətin əmlakı ləğvetmə komissiyası tərəfindən auksionda satılır. Onun satışından daxil olan vəsaitlər kreditorların iddialarının ödənilməsinə yönəldilir. Qalan aktivlər qanunçuluqla müəyyən edilmiş qaydada səhmdarlar arasında bölüşdürülür.

15.6.  Əgər vəsait bütün kreditorlar qarşısında öhdəlikləri tam ödəmək üçün çatmazsa, Cəmiyyətin vəsaitləri kreditorlar arasında onların iddialarına proporsional şəkildə qanunla müəyyən edilmiş növbəyə uyğun olaraq bölüşdürülür.

15.7.  Cəmiyyət dövlət reyestrindən çıxarıldığı vaxtdan ləğv edilmiş hesab olunur.

15.8.  Cəmiyyətin bölünməsi və ayrılması haqqında qanunla müəyyən edilmiş qaydada qərar qəbul olunarkən onun aktivlərinin hissəsi yeni yaradılan səhmdar cəmiyyətin Nizamnamə kapitalına pay kimi verilir və müqabilində onun səhmləri və qiymətli kağızları alınır. Qanunvericiliyə uyğun olaraq Cəmiyyət digər formalarda da yenidən qurula bilər.

15.9.  Yenidən təşkilin və ləğvin bu Nizamnamə ilə nəzərdə tutulmayan şərtləri və qaydaları mövcud qanunvericiliklə tənzimlənir.

15.10. Cəmiyyətin yenidən təşkili haqqında qərar səhmdarların ümumi yığıncağı tərəfindən Dövlət Əmlak Komitəsi ilə razılaşdırılma əsasında qəbul edilir.

15.11. Cəmiyyətin digər törəmə və digər bölmələrinin ləğvi və yenidən təşkili (birləşdirilməsi, bölünməsi, ayrılması, çevrilməsi) mövcud qanunvericiliyə və bu Nizamnaməyə uyğun olaraq həyata keçirilir.