DQMV-də vəziyyəti normallaşdırmaq tədbirləri haqqında Azərbaycan Respublikası Ali Sovetinin qərar layihəsini hazırlamaq üçün Redaksiya komissiyasının yaradılması barədə

AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Ali Soveti qərara alır:

DQMV-də vəziyyəti normallaşdırmaq tədbirləri haqqında Azərbaycan Respublikası Ali Sovetinin qərar layihəsini hazırlamaq üçün aşağıdakı tərkibdə Redaksiya komissiyası yaradılsın:

Aşurov Murad Məmməd oğlu — Yevlax Şəhər Xalq Deputatları Sovetinin sədri, 199 nömrəli Xaldan seçki dairəsindən deputat, Yevlax şəhəri;

Bayraqdarov Rasim Rəfət oğlu — “Adıgün” kolxozunun sədri, 281 nömrəli Fətəlikənd seçki dairəsindən deputat, Saatlı rayonu;

Bayramov Bayram Salman oğlu              Qarabağa Xalq Yardımı Komitəsinin sədri, Azərbaycanın xalq yazıçısı, 335 nömrəli Ərus seçki dairəsindən deputat, Yardımlı rayonu;

Verdiyev Səyyaf Pəsi oğlu — Ağdam Rayon Xalq Deputatları. Sovetinin sədri, 134 nömrəli Mərzili seçki dairəsindən deputat, Ağdam rayonu;

Qazıyev Rəhim Həsən oğlu — Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun dosenti, 129 nömrəli Şəki birinci şəhər seçki dairə-sindən deputat, Şəki şəhəri;

Qarayev Tamerlan Yelmar oğlu — Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, 133 nömrəli Ağdam ikinci şəhər seçki dairəsindən deputat, Ağdam rayonu;

Qasımov Tofiq Məsim oğlu — Azərbaycan Respublikası EA Fizika İnstitutunun böyük elmi işçisi, 152 nömrəli Kalininkənd seçki dairəsindən deputat, Ağstafa rayonu;

Əzimov Hacıbaba Sadıq oğlu — V. İ. Lenin adına APİ-nin kafedra müdiri, 256 nömrəli Kərgəlan seçki dairəsindən deputat, Lənkəran rayonu;

Əsədov Rüfət İzzət oğlu — Azərbaycan Respublikası Nazirlər Soveti İşlər idarəsinin aqrar-sənaye sahələri şöbəsinin müdiri, 300 nömrəli Qazyan seçki dairəsindən deputat, Ucar rayonu;

İsrafilov Sərdar Qurban oğlu — Azərbaycan Respublikası OADKYC MK-nın sədri, 141 nömrəli Ləki seçki dairəsindən deputat, Ağdaş rayonu;

Köçərli Tofiq Qasım oğlu — Bakı Ali Partiya məktəbinin professoru, 226 nömrəli Gədəbəy seçki dairəsindən deputat, Gədəbəy rayonu;

Mehdiyev Nadir Xudaverdi oğlu — Azərbaycan Respublikası EA “Biotex” elm-istehsal birliyinin direktoru, 9 nömrəli Kommunist seçki dairəsindən deputat, Bakı şəhərinin 26 Bakı komissarı rayonu;

Mehdiyev Tofiq Şəfahət oğlu — Zəngilan Rayon Xalq Deputatları Sovetinin sədri, 205 nömrəli Zəngilan seçki dairəsindən deputat, Zəngilan rayonu;

Məmmədov Aydın Mirsaleh oğlu — “Sovet türkologiyası” jurnalı redaktorunun müavini, Azərbaycan bədii tərcümə və ədəbi əlaqələr Mərkəzinin sədri, 37 nömrəli Cıdır seçki dairəsindən deputat, Bakı şəhərinin Nərimanov rayonu;

Məmmədov Əsgər Talıb oğlu — Goranboy Rayon Xalq Deputatları Sovetinin sədri, 222 nömrəli Borsunlu seçki dairəsindən deputat, Goranboy rayonu;

Polyaniçko Viktor Petroviç — Azərbaycan KP MK-nın ikinci katibi, 231 nömrəli Almalıq seçki dairəsindən deputat, Kəlbəcər rayonu;

Rüstəmxanlı Sabir Xudu oğlu — “Azərbaycan” qəzetinin baş redaktoru, 81 nömrəli Mehmandarov adına seçki dairəsindən deputat, Bakı şəhərinin Xətai rayonu;

Cəlilov Afiyəddin Cəlil oğlu — Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri, 345 nömrəli Sədərək seçki dairəsindən deputat, Naxçıvan MR-in Şərur rayonu;

Cəfərov Vaqif Cəfər oğlu — Azərbaycan KP Şuşa Rayon Komitəsinin birinci katibi, SSRİ xalq deputatı.

 

Azərbaycan Respublikası Ali Sovetinin sədri

E. QAFAROVA.

 

Bakı şəhəri, 8 fevral 1991-ci il.

         № 57-XII.