Azərbaycan Respublikasının
Bakı, Gəncə və Sumqayıt
şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu,
Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen,
Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax,
Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy,
Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı,
Füzuli, Cəbrayıl və Şamxor rayonlarının,
Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun
inzibati ərazi bölgüsündə qismən dəyişikliklər
edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI ALİ SOVETİNİN QƏRARI
Əhalinin, əmək
kollektivlərinin, ictimai təşkilatların və yerli Sovet
orqanlarının çoxsaylı xahişlərini
nəzərə alaraq Azərbaycan Respublikasının Ali
Soveti qərara alır:
Respublikanın Bakı, Gəncə
və Sumqayıt şəhərlərinin, Abşeron,
Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə,
Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən,
İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir,
Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran,
Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl
və Şamxor rayonlarının, Dağlıq Qarabağ
Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi
bölgüsündə aşağıdakı dəyişikliklər
edilsin:
Bakı
şəhəri üzrə
Nizami rayonunun Keşlə
yaşayış massivində yerləşən
qəsəbə Keşlə qəsəbəsi
adlandırılsın, şəhər tipli
qəsəbələr kateqoriyasına aid edilsin və rayonun
yaşayış məntəqələri siyahısına
daxil edilsin. Şəhər tipli Keşlə
qəsəbəsi mərkəz olmaqla Keşlə
qəsəbə Soveti yaradılsın.
Gəncə
şəhəri üzrə
Gəncə rayonu Nizami rayonu
adlandırılsın.
Sumqayıt
şəhəri üzrə
Nasoslu qəsəbəsi Hacı
Zeynalabdin qəsəbəsi və müvafiq olaraq Nasoslu
qəsəbə Soveti Hacı Zeynalabdin qəsəbə Soveti
adlandırılsın.
Abşeron rayonu
üzrə
Aşağı Güzdək
qəsəbəsi Ceyranbatan qəsəbə Sovetindən
ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla
Aşağı Güzdək qəsəbə Soveti yaradılsın.
Faktiki mövcud olan Pirəkəşkul
və Qobustan kəndləri dəqiqləşdirmə qaydasında
rayonun yaşayış məntəqələri
siyahısına daxil edilsinlər.
Pirəkəşkül kəndi
mərkəz olmaqla Pirəkəşkül kənd Soveti
yaradılsın. Qobustan kəndi Pirəkəşkül kənd
Sovetinin tərkibinə verilsin.
Ağdaş
rayonu üzrə
Dəhnəxəlil kəndi Yuxarı
Qolqəti kənd Sovetindən ayrılaraq, həmin kənd
mərkəz olmaqla Dəhnəxəlil kənd Soveti
yaradılsın. Yuxarı Qolqəti kənd Sovetinin
Aşağı Ağcayazı, Yuxarı Ağcayazı kəndləri
və Turyançay fəhlə qəsəbəsi
Dəhnəxəlil kənd Sovetinin tərkibinə verilsin.
Pirkəkə kəndi Qoşaqovaq
kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz
olmaqla Pirkəkə kənd Soveti yaradılsın. Qoşaqovaq
kənd Sovetinin Ərəbocağı kəndi Pirkəkə
kənd Sovetinin tərkibinə verilsin.
Ağsu rayonu
üzrə
Padarqışlaq kəndi Bico kənd
Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla
Padarqışlaq kənd Soveti yaradılsın.
Ağcabədi
rayonu üzrə
Şaumyankənd kəndi Qaradolaq
kəndi və müvafiq olaraq Şaumyankənd kənd Soveti
Qaradolaq kənd Soveti, Üzeyirkənd kəndi Avşar kəndi
və müvafiq olaraq Üzeyirkənd kənd Soveti Avşar kənd
Soveti adlandırılsın.
Balakən rayonu
üzrə
Şərif kəndinin M.
Əzizbəyov adına kolxozun ərazisindəki hissəsi
Şərif kənd Sovetindən ayrılaraq Yeni Şərif
kəndi adı ilə rayonun yaşayış məntəqələri
siyahısına daxil edilsin və həmin kənd
mərkəz olmaqla Yeni Şərif kənd Soveti
yaradılsın.
Xalatala, Meşəşambul və
Şərif kəndlərindən ayrılmış
ərazidəki yaşayış məntəqəsi Qabaqçöl
adı ilə rayonun yaşayış məntəqələri
siyahısına daxil edilsin. Qabaqçöl yaşayış
məntəqəsi şəhər tipli
qəsəbələr kateqoriyasına aid edilərək, o
mərkəz olmaqla Qabaqçöl qəsəbə Soveti
yaradılsın.
Bərdə
rayonu üzrə
Babək adına kolxozun
ərazisindəki yaşayış məntəqəsi
Abadlı kəndi adlandırılsın və rayonun
yaşayış məntəqələri siyahısına
daxil edilsin. Abadlı kəndi mərkəz olmaqla Abadlı
kənd Soveti yaradılsın.
Şirvanlı kənd Sovetinin
Təzəkənd kəndi Uğurbəyli kəndi
adlandırılsın.
Beyləqan
rayonu üzrə
Bünyadlı kənd Sovetinin Birinci
İmamverdili kəndi İmamverdili, İkinci İmamverdili
kəndi Qaralılar kəndi adlandırılsın.
Vətağa kəndi
dəqiqləşdirilmə qaydasında rayonun
yaşayış məntəqələri siyahısına
daxil edilsin.
Qaralılar kəndi Bünyadlı kənd
Sovetinin tərkibindən ayrılaraq, həmin kənd
mərkəz olmaqla Qaralılar kənd Soveti yaradılsın.
Bünyadlı kənd Sovetindən İmamverdili və Vətağa
kəndləri Qaralılar kənd Sovetinin tərkibinə
verilsin.
Şəfəq qəsəbəsi
Komsomol kənd Sovetindən Beyləqan şəhər Sovetinin
tərkibinə verilsin.
Vartaşen
rayonu üzrə
Vartaşen şəhəri Oğuz
şəhəri və müvafiq olaraq Vartaşen rayonu Oğuz
rayonu, Vardanlı kəndi Kərimli kəndi və müvafiq olaraq
Vardanlı kənd Soveti Kərimli kənd Soveti
adlandırılsın.
Quba rayonu
üzrə
Susay kəndi Alpan kənd Sovetindən
ayrılaraq, həmin kənd mərkəz olmaqla Susay kənd
Soveti yaradılsın. Alpan kənd Sovetindən Gəray
kəndi Susay kənd Sovetinin tərkibinə verilsin.
Faktiki mövcud olan Aşağı Atuc
kəndi rayonun yaşayış məntəqələri
siyahısına daxil edilsin.
Aşağı Atuc kəndi
mərkəz olmaqla Aşağı Atuc kənd Soveti
yaradılsın. Yelenovka kənd Sovetindən Susayqışlaq
kəndi Aşağı Atuc kənd Sovetinin tərkibinə
verilsin.
İspik kəndi Tüləkəran kənd
Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla
İspik kənd Soveti yaradılsın.
Faktiki mövcud olan Çayqışlaq kəndi Zərqava
kənd Sovetinin tərkibində rayonun yaşayış
məntəqələri siyahısına daxil edilsin.
Qutqaşen rayonu
üzrə
Qutqaşen şəhəri
Qəbələ şəhəri və müvafiq olaraq Qutqaşen
rayonu Qəbələ rayonu adlandırılsın.
Daşkəsən
rayonu üzrə
Qabaqtəpə kənd Sovetinin Şaumyan
kəndi Pirverdilər kəndi, Zağalı kənd Sovetinin Xaçbulaq
kəndi Xoşbulaq kəndi, Şaumyan kənd Sovetinin Şaumyan
kəndi Gurbulaq kəndi və müvafiq olaraq Şaumyan kənd
Soveti Gurbulaq kənd Soveti adlandırılsın.
İmişli
rayonu üzrə
1 May qəsəbə Sovetinin
Aşağı Qaragüvəndli və Yuxarı Qaragüvəndli
kəndləri faktiki birləşdiyinə görə həmin
kəndlər Qaragüvəndli kəndi adlandırılsın.
Qaragüvəndli kəndi 1 May
qəsəbə Sovetindən ayrılaraq, həmin kənd
mərkəz olmaqla Suvorovka kənd Soveti yaradılsın.
Suvorovka kəndi Poltavka kənd
Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Suvorovka
kənd Soveti yaradılsın.
Semyonovka kəndi Qızılkənd
və müvafiq olaraq Semyonovka kənd Soveti Qızılkənd
kənd Soveti adlandırılsın.
Ağamalılar kəndi Muradxanlı
kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz
olmaqla Ağamalılar kənd Soveti yaradılsın.
Qaravəlili kəndi Bəcirəvan
kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz
olmaqla Qaravəlili kənd Soveti yaradılsın.
Bəcirəvan kənd Sovetinin Mirili kəndi Qaravəlili
kənd Sovetinin tərkibinə verilsin.
Qulubəyli kəndi Muradalılı
kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz
olmaqla Qulubəyli kənd Soveti yaradılsın.
Telişli kəndi Məmmədli
kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz
olmaqla Telişli kənd Soveti yaradılsın. Məmmədli
kənd Sovetindən Allahmədədli kəndi Telişli
kənd Sovetinin tərkibinə verilsin.
Göbəktala kəndi Rəsullu kənd
Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla
Göbəktala kənd Soveti yaradılsın. Rəsullu kənd
Sovetinin Şahverdili kəndi Göbəktala kənd Sovetinin tərkibinə
verilsin.
Oruclu kəndi Ağaməmmədli
kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz
olmaqla Oruclu kənd Soveti yaradılsın.
Boşçalılar kəndi Sarıxanlı
kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz
olmaqla Boşçalılar kənd Soveti yaradılsın.
Yevlax rayonu
üzrə
Şilyan kəndi Ərəş
kəndi və müvafiq olaraq Şilyan kənd Soveti
Ərəş kənd Soveti adlandırılsın.
Kəlbəcər
rayonu üzrə
Şaplar kəndi Dalqılıclı
kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz
olmaqla Şaplar kənd Soveti yaradılsın. Dalqılıclı
kənd Sovetindən Məmməduşağı kəndi
Şaplar kənd Sovetinin tərkibinə verilsin.
Dəmirçidam kəndi Seyidlər kənd
Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla
Dəmirçidam kənd Soveti yaradılsın. Seyidlər kənd
Sovetindən Qanlıkənd kəndi Dəmirçidam kənd
Sovetinin tərkibinə verilsin.
Əli Bayramlı kəndi Zar kənd
Sovetinin tərkibindən ayrılaraq, həmin kənd
mərkəz olmaqla Əli Bayramlı kənd Soveti
yaradılsın. Zar kənd Sovetindən Vəzirxana kəndi
Əli Bayramlı kənd Sovetinin tərkibinə verilsin.
Yellicə kəndi Keşdək kənd
Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla
Yellicə kənd Soveti yaradılsın. Keşdək kənd
Sovetindən Armudlu, Həsənlər, Təkdam, Kaha və Alolar
kəndləri Yellicə kənd Sovetinin tərkibinə
verilsin.
Taxtabaşı kəndi Başlıbel
kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz
olmaqla Taxtabaşı kənd Soveti yaradılsın.
Kürdəmir
rayonu üzrə
Ərşəli kəndi Pirili kənd
Sovetindən Karrar kənd Sovetinin tərkibinə verilsin.
Gədəbəy
rayonu üzrə
Novoqorelovka kəndi Ərtəpə
kəndi və müvafiq olaraq Novoqorelovka kənd Soveti
Ərtəpə kənd Soveti, Novospasovka kəndi Pirbulaq
kəndi, Arıqıran kəndi Çiçəkli kəndi və
müvafiq olaraq Arıqıran kənd Soveti Çiçəkli kənd
Soveti, Çay Rəsullu kənd Sovetinin Kilsəli kəndi
Turşsu kəndi adlandırılsın,
Goranboy rayonu
üzrə
Nizami kəndi Xoylu kənd Sovetindən
ayrılaraq, həmin kənd mərkəz olmaqla Nizami kənd
Soveti yaradılsın.
Nadirkənd kəndi Borsunlu kənd
Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla
Nadirkənd kənd Soveti yaradılsın.
Qırıqlı kəndi Goranlı
kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz
olmaqla Qırıqlı kənd Soveti yaradılsın.
Goranlı kənd Sovetindən. Qarapirimli və
Gülməmmədli kəndləri Qırıqlı kənd
Sovetinin tərkibinə verilsin.
Qaramusalı kəndi Xınalı
kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz
olmaqla Qaramusalı kənd Soveti yaradılsın. Xınalı
kənd Sovetindən Həmənli kəndi Qaramusalı
kənd Sovetinin tərkibinə verilsin.
Mixaylovka kəndi Baxçakürd kənd
Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla
Mixaylovka kənd Soveti yaradılsın. Baxçakürd kənd
Sovetindən Azad kəndi Mixaylovka kənd Sovetinin tərkibinə
verilsin.
Dəliməmmədli şəhər
tipli qəsəbəsinin əvvəlki adı saxlanılmaqla
o, rayon tabeli şəhərlər kateqoriyasına aid edilsin.
Dəliməmmədli qəsəbə Soveti ləğv
edilərək Dəliməmmədli şəhəri
mərkəz olmaqla Dəliməmmədli şəhər
Soveti yaradılsın.
Qızılhacılı kəndi
şəhər tipli qəsəbələr kateqoriyasına
aid edilsin. Qızılhacılı kənd Soveti ləğv
edilərək Qızılhacılı şəhər tipli
qəsəbəsi mərkəz olmaqla
Qızılhacılı qəsəbə Soveti
yaradılsın.
Laçın rayonu
üzrə
Səfiyan
kəndi Aşağı Fərəcan kənd Sovetindən
ayrılaraq, həmin kənd mərkəz olmaqla Səfiyan
kənd Soveti yaradılsın. Aşağı Fərəcan
kənd Sovetindən Suarası, Xanalılar və Türklər
kəndləri Səfiyan kənd Sovetinin tərkibinə
verilsin.
Sadınlar kəndi Hacılar kənd Sovetindən
ayrılaraq, həmin kənd mərkəz olmaqla Sadınlar
kənd Soveti yaradılsın.
Malxələf kəndi
Mığıdərə kənd Sovetindən ayrılaraq,
həmin kənd mərkəz olmaqla Malxələf kənd
Soveti yaradılsın. Mığıdərə kənd Sovetindən
Mazutlu və Məlikpəyə kəndləri Malxələf
kənd Sovetinin tərkibinə verilsin.
Faktiki mövcud olan Ağalaruşağı
kəndi rayonum yaşayış məntəqələri
siyahısına daxil edilsin.
Oğuldərə kəndi Qorçu kənd
Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla
Oğuldərə kənd Soveti yaradılsın.
Ağalaruşağı kəndi Oğuldərə kənd
Sovetinin tərkibinə verilsin.
İrçan kəndi Köhnəkənd kənd
Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla
İrçan kənd Soveti yaradılsın. Köhnəkənd kənd
Sovetindən Xumarta və Çəmbərxaç kəndləri
İrçan kənd Sovetinin tərkibinə verilsin.
Şəlvə kənd Sovetinin Zorkeşiş
kəndi Hacıxanlı kəndi adlandırılsın.
Hacıxanlı kəndi Şəlvə kənd Sovetindən
ayrılaraq, həmin kənd mərkəz olmaqla
Hacıxanlı kənd Soveti yaradılsın. Şəlvə
kənd Sovetindən Budaqdərə və Qovuşuq
kəndləri Hacıxanlı kənd Sovetinin tərkibinə
verilsin.
Quşçu kəndi Mirik kənd
Sovetindən ayrılaraq həmin kənd mərkəz olmaqla
Quşçu kənd Soveti yaradılsın.
Bozlu kəndi Mirik kənd Sovetindən
ayrılaraq, həmin kənd mərkəz olmaqla Bozlu kənd
Soveti yaradılsın. Mirik kənd Sovetindən Qalaça kəndi
Bozlu kənd Soveti tərkibinə verilsin.
Qozlu kəndi Təzəkənd kənd
Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla
Qozlu kənd Soveti yaradılsın. Təzəkənd kənd
Sovetindən Fingə kəndi Qozlu kənd Sovetinin
tərkibinə verilsin.
Ardıclı kəndi Vaqazin kənd
Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla
Ardıclı kənd Soveti yaradılsın. Vaqazin kənd
Sovetindən Ağcayazı kəndi Ardıclı kənd
Sovetinin tərkibinə verilsin.
Ardıclı kəndi Vaqazin kənd
Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla
Ardıclı kənd Soveti yaradılsın. Vaqazin kənd Sovetindən
Ağcayazı kəndi Ardıclı kənd Sovetinin
tərkibinə verilsin.
Fərraş kəndi Vaqazin kənd
Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla
Fərraş kənd Soveti yaradılsın. Vaqazin kənd
Sovetindən Nurəddin kəndi Fərraş kənd Sovetinin
tərkibinə verilsin.
Qarıkaha kənd Sovetinin Qarıkaha
və Laçınkənd kəndləri Laçın şəhəri
ilə birləşdiyinə görə rayonun yaşayış
məntəqələri siyahısından
çıxarılsınlar. Qarıkaha kənd Sovetinin mərkəzi
Zerti kəndinə keçirilərək həmin kənd Soveti Zerti
kənd Soveti adlandırılsın.
Lerik rayonu
üzrə
Siyov kənd Sovetinin İyirminci kəndi
Piran kəndi, Vizəzəminkənd Sovetinin 30-cu Kilometr
kəndi Hamarmeşə kəndi və 37-ci Kilometr kəndi Peştətük
kəndi adlandırılsın.
Lənkəran
rayonu üzrə
Sütəmurdov kəndi Gərmətük
kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz
olmaqla Sütəmurdov kənd Soveti yaradılsın.
Mirbəşir
rayonu üzrə
Mirbəşir şəhəri
Tərtər şəhəri və müvafiq olaraq
Mirbəşir rayonu Tərtər rayonu adlandırılsın.
Puşkin rayonu
üzrə
Puşkin şəhərinin və Puşkin
rayonunun tarixi adları özlərinə qaytarılaraq, Puşkin
şəhəri Biləsuvar şəhəri və müvafiq
olaraq Puşkin rayonu Biləsuvar rayonu adlandırılsın.
Arxangelovka kəndi Bağbanlar kəndi
və müvafiq olaraq Arxangelovka kənd Soveti Bağbanlar kənd
Soveti, Novomixaylovka kəndi Zəhmətabad kəndi, Kirovka
kənd Sovetindəki Tatyanovka kəndi Aranlı kəndi, Novoqrajdanovka
kəndi Çinarlı kəndi, Novotroitskoye kəndi Nəsimi
kəndi və müvafiq olaraq Novotroitskoye kənd Soveti Nəsimi
kənd Soveti adlandırılsın.
Saatlı rayonu
üzrə
Kirovka kəndi Mircəlal kəndi və
müvafiq olaraq Kirovka kənd Soveti Mircəlal kənd Soveti
adlandırılsın.
Leninkənd kənd Sovetinin
ərazisində yeni salınmış yaşayış
məntəqəsi Yeni Novruzlu kəndi adı ilə, Qaracalar
kənd Sovetinin mövcud Seyidoba kəndi dürüstləşdirmə
qaydasında rayonun yaşayış məntəqələri
siyahısına daxil edilsin,
Füzuli rayonu
üzrə
Hüseynbəyli kəndi
dəqiqləşdirmə qaydasında Mirzəcamallı
kənd Sovetinin tərkibində rayonun yaşayış
məntəqələri siyahısına daxil edilsin.
Cəbrayıl
rayonu üzrə
Dəqiqləşdirmə qaydasında
Qaracaq, Çələbilər, Söyüdlü və Xanağabulaq
kəndləri Dağ Tumas kənd Sovetinin tərkibində,
Aşağı Sirik, Yuxarı Nüsüs, Molla Həsənli,
Aşıq Məlikli, Niftalılar, Əsgərxanlı və
Quşçular kəndləri Sirik kənd Sovetinin tərkibində,
Çapand kəndi Horovlu kənd Sovetinin tərkibində, Yanarxac
kəndi Soltanlı kənd Sovetinin tərkibində,
Qoşabulaq və hacı İsaqlı kəndləri Şahvəlili
kənd Sovetinin tərkibində və Yuxarı Məzrə
kəndi Şükürbəyli kənd Sovetinin tərkibində
rayonun yaşayış məntəqələri
siyahısına daxil edilsinlər.
Qazanzəmi kəndi Dağ Tumas kənd
Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla
Qazanzəmi kənd Soveti yaradılsın. Dağ Tumas kənd
Sovetindən Çullu, Dağ Maşanlı, Söyüdlü və Xanağabulaq
kəndləri Qazanzəmi kənd Sovetinin tərkibinə
verilsin.
Maşanlı kəndi Soltanlı
kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz
olmaqla Maşanlı kənd Soveti yaradılsın. Soltanlı
kənd Sovetindən Alıkeyxalı kəndi Maşanlı
kənd Sovetinin tərkibinə verilsin.
Sarıcalı kəndi Şükürbəyli
kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz
olmaqla Sarıcalı kənd Soveti yaradılsın.
Şükürbəyli kənd Sovetindən Əmirvarlı və
Məzrə kəndləri Sarıcalı kənd Sovetinin
tərkibinə verilsin.
Çərəkən kəndi Horovlu kənd
Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla
Çərəkən kənd Soveti yaradılsın. Horovlu kənd
Sovetindən Papı və Əfəndilər kəndləri
Çərəkən kənd Sovetinin tərkibinə verilsin.
Xələfli kəndi Sirik kəndi
Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla
Xələfli kənd Soveti yaradılsın. Sirik kənd
Sovetindən Tatar, Kürdlər və Nüsüs kəndləri
Xələfli kənd Sovetinin tərkibinə verilsin.
Cocuq Mərcanlı kəndi Mehdili
kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz
olmaqla Cocuq Mərcanlı kənd Soveti yaradılsın.
Şamxor rayonu üzrə
Şamxor şəhəri
dəqiqləşdirmə qaydasında Şəmkir
şəhəri və müvafiq olaraq Şamxor rayonu
Şəmkir rayonu adlandırılsın.
DQMV-nin
Şuşa rayonu üzrə
Şuşa şəhəri
Dağlıq Qarabağ Muxtar Vilayəti tabeliyində olan
şəhər kateqoriyasına aid edilsin.
Yuxarı Quşçular kəndi
Malıbəyli kənd Sovetindən ayrılaraq, həmin
kənd mərkəz olmaqla Quşçular kənd Soveti
yaradılsın. Malıbəyli kənd. Sovetindən Aşağı
Quşçular kəndi Quşçular kənd Sovetinin tərkibinə
verilsin.
Qeybalı kəndi Xəlfəli kənd
Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Qeybalı
kənd Soveti yaradılsın. Xəlfəli kənd
Sovetindən Laçınlar kəndi Qeybalı kənd Sovetinin
tərkibinə verilsin.
Faktiki mövcud olan Nəbilər kəndi
Daşaltı kənd Sovetinin tərkibində rayonun
yaşayış məntəqələri siyahısına
daxil edilsin. Zarıslı kəndi Daşaltı kənd
Sovetindən ayrılaraq, həmin kənd mərkəz olmaqla
Zarıslı kənd Soveti yaradılsın. Daşaltı
kənd Sovetindən Nəbilər kəndi Zarıslı
kənd Sovetinin tərkibinə verilsin.
Yextsahoğ kənd Sovetinin Qanaçtala
kəndi Göytala kəndi adlandırılsın. Göytala kəndi Yextsahoğ
kənd Sovetindən ayrılaraq, həmin kənd mərkəz
olmaqla Göytala kənd Soveti yaradılsın.
Şırlan kəndi Xanalı kənd
Sovetindən ayrılaraq həmin kənd mərkəz olmaqla
Şırlan kənd Soveti və Səfixanlar kəndi
Xanalı kənd Sovetindən ayrılaraq həmin kənd
mərkəz olmaqla Səfixanlar kənd Soveti yaradılsın.
Xanalı kənd Sovetindən Çaykənd, Paşalar,
Məmişlər və Cəmillər kəndləri
Şırlan kənd Sovetinin, Xanlıqpəyə və
Allahqulular kəndləri isə Səfixanlar kənd Sovetinin
tərkibinə verilsin.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
E. QAFAROVA
Bakı
şəhəri, 7 fevral 1991-ci il.
№ 54-XII.