Dövlət
qeydiyyatına alınmışdır Təsdiq
edirəm
Azərbaycan
Respublikası Azərbaycan
Respublikası
Ədliyyə
Nazirliyi DİN
BDYTİ
Qeydiyyat
№ 2838 Əmr
№ 43
16
05 2002-ci il. 06
may 2002-ci il.
Nazir __________ F.F.Məmmədov Rəis
_______ M.Q.Hüseynov
TİCARƏT
VƏ İCTİMAİ İAŞƏ
MÜƏSSİSƏLƏRİ, YARMARKALAR, BAZA VƏ ANBARLAR ÜÇÜN
YANĞIN TƏHLÜKƏSİZLİYİ QAYDALARI.
1. Ümumi müddəalar,
1. 1 Bu qaydalar ticarət və ictimai
iaşə müəssisələri, bazalar və anbarlar üçün
yanğın təhlükəsizliyinin əsas tələblərini
müəyyənləşdirir və bu qaydaların tələblərinə
riayət edilməsi təşkilat hüquqi formasından və
mülkiyyət növündən asılı olmayaraq bütün dövlət
hakimiyyəti və yerli özünü idarəetmə orqanları. Təşkilatlar
müəssisələr birliklər, digər hüquqi və fiziki
şəxslər, Azərbaycan Respublikası vətəndaşları,
xarici vatəndaşları vətəndaşlığı
olmayan şəxslər (sonradan vətəndaşlar) üçün məcburidir.
1.2.
Qüvvədə olan qanunvericiliyə müvafiq otaraq ticarət ictimai
iaşə müəssisələrinin baza və anbarların
yanğın təhlükəsizliyinin təmin edilməsinə
görə məsuliyyəti bu obyektlərin rəhbərləri
inzibatı heyəti və ya sahibkarlar (sonradan rəhbərləri)
daşıyırlar,
1.3.
Ticarət ictimai iaşə müəssisələrinin
bazaların və anbarların rəhbərləri
13.1.
Dövlət Yanğın Nəzarəti orqanının vəzifəli
şəxslərinin göstərişlərini qərarlarını
və digər qanuni tələblərini yerinə yetirmək:
13.2.
Yanğına qarşı təbliğat aparmaq;
13.3.
Dövlət Yanğın Nəzarət orqanının vəzifəli
şəxsləri öz xidməti vəzifə yerinə yetirərkən
onların ərazilərə, binalara qurğulara və müəssisənin
digər obyektlərinə daxil olmasını təmin etmək;
13.4.
Tabeçiliyində olan obyektlərdə bütün mühəndis texniki
işçilər fəhlə və qulluqçular tərəfindən
bu qaydaların öyrənilməsi və yerinə yetirilməsi təşkil
etmək;
13.5.
Ticarət inzibati istehsalat anbar və yardımçı otaqlarda
yanğına qarşı ciddi rejim (işdən sonra otaqlara,
binalara baxmaq və onları bağlamaq qaydası; qaynaq və
od işlərinin aparılması
şərtlər elektrik qızdırıcı
cihazlarından istifadə qaydaları, siqaret çəkilməsi
üçün yerlərin müəyyənləşdirilməsi və. s.) müəyyənləşdirmək
və bütün işçilər habelə ticarət və ictimai
iaşə müəssisələrinə bazalara və anbarlara gələnlər
tərəfində bu rejimə riayət olunmasına daima nəzarət
etmək:
1.3.6.
Obyektdə könüllü yanğın dəstəsini ( KYD ) təşkil
etmək: İşləyənlərin ümumi sayı 15 nəfərdən
az olan obyektdə KYD yaradılmır. Lakin
yanğının baş vermə ehtimalına qarşı müəssisə
əməkdaşları arasında vəzifələr
bölüşdürülür.
1.3.7.
Obyektin yanğına qarşı vəziyyətini
vaxtaşırı yoxlamaq mühafizəçilər tərəfindən
xidmətin aparılmasını və yanğın baş verən
zaman onların öz vəzifə
borclarını bilməsinə. Könüllü Yanğın Dəstəsinin
işinə nəzarət etmək və onların fəaliyyətinin
yaxşılaşdırılması üçün zəruri tədbirlər
qəbul etmək:
1.3.8. Yanğının
baş verməsi hallarında insanların təhlükəsizliyinin
təmin edilməsi yönümündə tədbirlərin işlənib
hazırlanmasını və vaxtında həyata keçirilməsini
təşkil etmək.
13.9.
Yanğından müdafiə sistemlərini ( yanğına
qarşı su kəmərlərinin, xəbərverici
siqnalizasiya qurğularının, avtomatik yanğın söndürmənin
və s.) daima saz vəziyyətdə saxlanmasını təmin
etmək. Bu sistemlər nasaz olduqda və ya sıradan
çıxdıqda onların işlək vəziyyətə gətirilməsi
üçün tədbirlər görmək;
1.3.10.
Tabeçiliyində olan əməkdaşların yanğına
qarşı hazırlıqlarını (yanğına
qarşı təlimat) təşkil etmək;
1.3.11. Yanğına qarşı təlimatın keçirilmə
qaydasını və yerini habelə təlimatı keçən vəzifəsi
şəxslərin siyahısını müəyyənləşdirmək;
1.3.12.
Yanğına qarşı təlimat keçməyən şəxsləri
İşə buraxmamaq;
1.3.13.
Yanğının baş verməsi hallarında xidməti heyətin
hərəkət planlarının işlənib
hazırlanmasını təmin etmək və həmin
planların tətbiqi üçün ildə bu dəfədən az olmayaraq təcrübi məşğələlər
keçirtmək.
1.4.
Şöbələrin bölmələrin, sexlərin,
emalatxanaların, ticarət köşklərinin, çadırların,
pavilyonların, bufetlərin, qəlyanaltıların,
ayrıca anbarların və sair binaların yanğın təhlükəsizliyinə
cavabdehliyi onların sahibləri icraçıları və ya ticarət
ictimai iaşə müəssisəsi, baza və anbarların rəhbərliyinin
əmri ilə xüsusi olaraq təyin edilmiş vəzifəli
şəxslər daşıyır Yanğın təhlükəsizliyinə
cavabdehlik daşıyan şəxslərin adları qeyd olunan
lövhələr gözə çarpan yerlərdən asılır
1.5.
Yanğın təhlükəsizliyinə cavabdeh şəxslər borcludurlar;
1.5.1.
Onlara həvalə edilmiş sahədə bu qaydaların tələblərinin
yerinə yetirilməsini təmin etmək;
1.5.2. Həvalə
edilmiş sahədə tətbiq olunan yaxud saxlanılan
malların yanğın təhlükəsini bilmək və
onların saxlanılması qaydalarının pozulmasına yol
verməmək
1.5.3. Yanğın
xəbərverici sıqnalizasiyanın telefon rabitəsinin,
isitmə hava dəyişmə
sistemlərinin, elektrik qurğularının
sazlığına köçümə yollarının, keçidlərin
yanğına qarşı aralıqların, su təchizat mənbələrinin
saxlanması vəziyyətinə nəzarət etmək və
aşkara çıxarılmış nasazlıqların aradan
qaldırılması üçün müvafiq tədbirləri həyata
keçirmək;
1.5.4.
Mövcud yanğınsöndürmə vasitələrindən istifadə
qaydalarını bilmək və onların dalın işlək
vəziyyətdə saxlanılması təmin etmək;
1.5.5.
Obyektdə tətbiq oturan yanğın təhlükəsizliyi
qaydalarını və yanğına qarşı təlimatlan
fəhlə və qulluqçulara izah etmək;
1.5.6.
İşdən sonra iş yerində və binalarda təmizlik
işlərinin aparılmasını elektrik şəbəkəsinin
cərəyandan ayrılmasını ( piştaxta və növbətçi
işığından, avtomatik yanğın söndürmə və siqnalizasiya qurğularından, habelə
istehsalatın texnoloji prosesi şərtləri üzrə gecə-gündüz
işləməli olan elektrik qurğularından başqa təmin
etmək:
1.6.
Bu qaydalara, əsasən ticarət, ictimai iaşə müəssisələri,
baza və anbarların ayrı-ayrı otaqları üçün
saxlanılan malların və texnoloji avadanlığın
fiziki-kimyəvi və yanğın təhlükəli xassələrini
nəzərə alınmaqla yanğın təhlükəsizliyi
tədbirləri haqqında konkret təlimatlar işlənib
hazırlanmalıdır. Təlimatların işlənib
hazırlanması zamanı malların və
avadanlıqların texniki pasportlarında qeyd olunmuş məlumatlardan
istifadə edilir.
1.7.
Yanğın təhlükəsizliyi tədbirləri haqqında təlimatlar-anbar,
şöbə, sex, ticarət və ictimai iaşə müəssisələri,
baza rəhbərləri tərəfindən işlənib
hazırlanılır və obyektlərin rəhbərləri
(yanğın-texniki komissiyaların sədrləri) tərəfindən
təsdiq edilir istehsal təhsili sistemində öyrənilir və
gözə çarpan yerlərdən asılır
1.8.
Təlimatlarda aşağıdakı suallar öz əksini
tapmışdır.
1.8.1
.Otaqların və ərazinin o cümlədən köçürmə
yollarının saxlanılması qaydaları;
1.8.2.
Anbarlarda, bölmələrdə, şöbələrdə, sexlərdə
və digər ocaqlarda malların saxlanılma normaları və
şərtlərin
1.8.3.
Siqaret çəkilməsi. açıq odun tətbiq edilməsi və
qaynaq işlərinin aparılması
yerləri;
1.8.4.
Ayrı-ayrı otaqlarda baş verə biləcək
yanğın və altına hallarının
qarşısını almaq məqsədi ilə
yanğına əleyhinə xüsusi tədbirləri
1.8.5.
Yanğın hadisəsi aşkar edilən zaman
yanğınsöndürmə vasitələrinin tətbiq edilməsi
və kömək çağırılması qaydası;
1.8.6.
Yanar tullantıların toplanması, saxlanması və kənar
edilməsi xüsusi geyimlərin tətbiq edilməsi və
saxlanması qaydaları:
1.8.7.
Yanğın hadisəsi baş verdikdə fəhlə və
qulluqçuların vəzifələri və hərəkətləri
1.9. Ticarət, ictimai iaşə müəssisəsində
baza və anbarda işləyən hər bir şəxs (
tutduğu vəzifədən asılı olmayaraq )
yanğın təhlükəsizliyinin müəyyənləşdirilmiş
qaydalarını dəqiq bilməli və ciddi yerinə yetirməli,
yanğın və alışma törədə bilən hərəkətlərə
yol verməməlidir.
1.10. Yanğın təhlükəsi tədbirlərinə
riayət edilməsi haqqında ilkin (giriş) yanğına
qarşı təlimatı bütün yeni işə qəbul edilənlər
keçməlidirlər.
1.11. Müəssisədə yanğına
qarşı ilkin təlimatın aparılması üçün müəssisənin
ərazisində, binalarda, tikintilərdə, iş yerlərində
yanğına qarşı rejimə riayət edilməsi
sualları üzrə lazımi əyani vasitələrlə
(plakatlar. sxemlər, maketlər və s. ) avadanlıqlaşdırılmış
otaq ( guşə ) ayrılmalı, habelə ilkin
yanğınsöndürmə vasitələri və yanğın
rabitəsi nümunələri ilə təmin edilməlidir.
Əməkdaşlarla yanğına qarşı ilkin təlimat
təhlükəsizlik texnikası üzrə giriş təlimatı
ilə bir vaxtda aparıla bilər. Təlimat qurtardıqdan
sonra təlimatçılar tərəfindən kəsb edilən
biliklər və bacarıqlar yoxlanılmalıdır. Kifayət
qədər biliyə malik olmayan şəxslər təkrar təlimatlandır
və sonradan mütləq onların biliyi bir daha yoxlanılır;
1.12. Təkrar təlimat mağaza, şöbə,
bölmə, anbar və istehsal sahəsinin yanğın təhlükəsizliyinə
məsuliyyət daşıyan şəxs tərəfindən
iş yerində aparılır. Əməkdaşın bir
iş sahəsindən digər iş sahəsinə keçirildiyi
hallarda da yeni iş sahəsinin yanğın təhlükəsi
xüsusiyyətlərinə uyğun tərzdə mütləq bir
daha belə təlimat aparılmalıdır.
2.
Yanğın təhlükəsizliyinin ümumi tələbləri
2.1 .Ərazinin saxlanılması:
2.1.1 Baza. anbar, ticarət və İctimai
iaşə müəssisələrinin ərazisi dalın təmiz
vəziyyətdə saxlanılmalı, iş qurtardıqdan
sonra qablaşdırma və yanar materiallardan təmizlənilməlidir.
Tullantılar qablaşdırma materialları müntəzəm
olaraq xüsusi ayrılan çəpərlənmiş sahələrə
yığılıb və vaxtı-vaxtında
daşınıb aparılmalıdır.
2.1.2. Bütün bina və qurğulara sərbəst
yaxınlaşma imkanı təmin edilməlidir. Yanğın
su mənbələrinə gedən yollar və keçidlər,
habelə yanğın inventarlarına və
avadanlıqlarına yanaşılma yollan həmişə azad
olmalıdır. Binalar arasında yanğına qarşı
ara məsafələrdə material avadanlıq,
qablaşdırma materialları yığmaq, nəqliyyat vasitələri
üçün dayanacaq kimi istifadə edilməsinə icazə verilmir.
Qış mövsümündə yollar, keçidlər, su hovuzları və
yanğın su hidrantlarının qapaqları müntəzəm
olaraq qardan və buzdan təmizlənilməlidır.
2.13. Ticarət mallarını anbarın
qarşısındakı meydançada (rampalarda)
saxlanılmasına icazə verilmir. Rampalara
boşaldılıb-yığılan mallar, anbarın iş
vaxtının sonuna yaxın yığışdırılmalıdır.
2.14. Yanğın avtomobillərinin hərəkətinə
maneə törədən ayrı-ayrı yol sahələrinin təmiri
üçün (yaxud başqa səbəblər üçün)
bağlanılması barədə müəssisə rəhbəri,
yaxud obyektin yanğına qarşı vəziyyətinə
cavabdehlik daşıyan şəxs, dərhal yanğın təhlükəsizliyi
xidmətinə xəbər verməlidir. Yolların təmiri
dövründə obyektdə müvafiq yerlərdə keçidlərin istiqamətlərini
göstərən göstəricilər qoyulmalı yaxud təmir sahələri
üzərindən nəqliyyat üçün keçid qurulmalıdır;
2.15. Obyekt daxil dəmir yollarının
üzərindəki nəqliyyat keçidləri həmişə
yanğın avtomobillərinin
keçid getməsi üçün daim azad olmalı və releslərin
başlıq səviyyəsində döşənək sərilməlidir.
Keçid yollarında vaqonların dayanması qadağandır.
2.1.6. Obyektlərin ərazilərində
müvəqqəti bina və qurğuların tikilməsinə
icazə verilmir.
2.1.7. Ticarət, ictimai iaşə müəssisələrinin,
baza və anbarların ərazilərində tonqal qalamaq,
tullantı və qablaşdırma materiallarını
yandırmaq qadağandır,
2.1.8. Baza, anbar, ticarət və ictimai
iaşə müəssisələrinin əraziləri gecə
vaxtı işıqlandırılmalıdırlar;
2.1.9. Kənd yerlərində olan
bazaların (anbarların) ərazisində yanğın
haqqında siqnal verən qurğu olmalıdır,
2.2. Bina və otaqların
saxlanılması:
2.2. 1 Ticarət, anbar, istehsalat, inzibati. məişət.
əlavə və köməkçi otaqlar daim təmiz vəziyyətdə
saxlanılmalıdır.
2.2.2. Binaların layihələrində nəzərdə
tutulmuş ağac konstruksiyalarının odadavamlı emalı hər iki keyfiyyət cəhətdən
yoxlanılmalı və lazım gəldikdə yeniləşdirilməlidir.
2.2.3. Malların saxlanılması üçün
çardaq otaqlarından istifadə edilməsinə, habelə çat dartıclarında
döşənək qurub onun üzərinə hər hansı
materialın yığılmasına icazə verilmir Çardaq
otaqlarının pəncərələrinə şüşə
salınmalı və daim örtülü olmalıdır.
2.2.4. Çardaq otaqlarının
qapıları bağlı saxlanılmalı, onların
qollarının açarlan günün istənilən vaxtında
asanlıqla götürülə bilən müəyyən edilmiş yerdə
saxlanılmalıdır. Çardaq otağının
qapısında açarların saxlandığı yer barədə
yazılı lövhə olmalıdır.
2.2.5. Daxili divarlarda və mərtəbələrarası
örtüklərdə texnoloji və qapı oyuqlarının
yanğına qarşı qurğuları (yanğına
qarşı qapılar baca qapıları, su pərdələri
və s.) daim işə yararlı vəziyyətdə
olmalıdır. Yanğına qarşı sədlərin müxtəlif
komunikasiya qurğuları ilə kəsişdiyi yerlərdə
onların və tikinti konstruksiyaları arasındakı
boşluqlar kip tutulmalıdır ki oradan yanma məhsulları
keçə bilməsin.
2.2.6. Binaların tikinti
konstruksiyalarının suvağının qoruyucu qatı,
yaxud yanğından müdafiə örtükləri istismara yararlı vəziyyətdə
saxlanılmalıdır.
2.2.7. Mallar yığılan zaman
odsöndürən vasitələrin və alışmanın eynilik əlamətləri
nəzərə alınmaqla maddə və materialların birgə
saxlanılması qaydalarına riayət edilməlidir.
Malların rəfsiz saxlanılması
zamanı onlar ştabellərə
yığılmalıdır ştabellərin arasında keçid
yollarının eni 0,8 metrdən az olmamalıdır. Anbar
otaqlarında qapı oyuqlarının
qarşısındakı keçid yollarının eni
qapıların enindən az olmamalıdır. Keçid
yollarının eni və mal yığılan yerlər
döşəməyə çəkilmiş, aydın görünən məhdudiyyət
xəttləri ilə işarələnməlidir.
2.2.8.
Bütün mağaza, ictimai iaşə müəssisələri,
baza və anbar otaqları 1 saylı qoşmada göstərilən
ilkin yanğınsöndürmə vasitələri ilə təmin
olunmalıdırlar.
2.2.9.
Anbar, ticarət otaqlarında və
onların ərazilərində siqaret çəkilməsi
qadağan edilir. Siqaret çəkilməsinə yalnız
yanğınsöndürmə vasitələri ilə təmin
edilmiş xüsusi ayrılmış yerlərdə icazə
verilir. Bu yerlərdə Dövlət Standartının tələblərinə,
əsasən, müvafiq göstərici nişanlar olmalıdır.
2.2.10. Siqaret çəkilməsi
qadağan edilmiş otaqlarda və ərazilərdə gözə
çarpan yerlərdə qadağanedici nişanlar
asılmalıdır.
2.2.11. Çöl
yanğın pilləkənləri, həmçinin binaların dam
örtüyündəki təhlükəsizlik çəpərləri saz vəziyyətdə
saxlanılmalıdır.
2.2.12.
İstifadə edilmiş silgi
materialları üçün qapağı kip bağlanan metal yeşiklər
qoyulmalıdır. İş qurtardıqdan sonra yeşiklər
silgi materiallarından azad edilib,
təmizlənilməlidirlər.
2.2.13.
Yağ, lak boyaqla işləyən şəxsin
xüsusi geyimi bu məqsəd üçün xüsusi ayrılmış yerdə
qoyulan metal şkafda saxlanılmalıdır.
2.2.14.
Ticarət ictimai iaşə müəssisələrin
baza və anbarlarının binalarında qadağan edilir;
2.2.14.1. Müəyyənləşdirilmiş
qaydada yenidən qurma layihəsinin işlənilib
hazırlanmadan və Dövlət Yanğın Nəzarəti
Orqanı ilə razılaşdırmadan otaqları yenidən
planlaşdırmaq və bu zaman tikinti materiallarının
odadavamlılıq həddinin aşağı düşməsinə
və insanların köçürülmə şəraitinin pisləşməsinə
yol verilməmək;
2.2.14.2. Binaların ( odadavamlıq üzrə
dərəcəsi binalardan başqa) dəhlizlərində,
pilləkən qəfəslərində-vestibüllərdə və
yollarda konstruksiyaların səthlərinə yanar materiallardan
bəzək üzlüyü çəkmək,
2.2.14.3. Qığılcım tutan
qurğu ilə təmin oturmayan daxili yanma mühərrikli
avtomobilləri, avtomatik yük vuran maşınlan və s. nəqliyyat
vasitələrini istismar etmək
2.2.14.4. Benzin, ağ neft və digər
asan alışan və yanar mayelərlə otaqları yumaq;
2.2.14.5. Yanar sobaları elektrik şəbəkəsinə
qoşulmuş qızdıra cihazları kassa
aparatlarını, hesablama və yazı
maşınlarını, radioqəbulediciləri,
televizorları və s. nəzarətsiz qoymaq
2.2.14.6. Müxtəlif mühəndis şəbəkələrinin
donmuş borularını lehimləmə lampalar və açıq
oddan istifadə etməklə və ya digər üsullarla
qızdırmaq;
2.2.14.7. Piştaxtaları olan
mağazaların ticarət zallarında mal yığmaq və
saxlamaq;
2.2.14.8. Pəncərələrdə
metal barmaqlıqlar quraşdırmaq Anbarlarda qiymətli
malların etibarlı qorunub saxlanılması üçün
çıxarılıb taxılan, yaxud açılıb örtülən
barmaqlıqların
quraşdırılmasına icazə verilir.
2.2.15. Baza və anbarların ərazilərində
yerləşən binalarda xidməti heyətin və digər
şəxslərin yaşayışı qadağandır.
2.2.16. Tüstünün kənar edilməsi üçün zirzəmi
mərtəbələrinin anbar otaqlarında
quraşdırılmış pəncərə ovuqları təmiz
saxlanılmalı, pəncərələrin şüşələri
bütöv olmalı, pəncərə ovuqlarında və pəncərələrdə
kar metal barmaqlıqların quraşdırılmasına, habelə
pəncərə ovuqlarına kərpic
yığılmasına yol verilmir,
2.2.17. Yanar tikililərdə külli miqdarda
qiymətli malların saxlanıldığı zaman müəssisələrin
rəhbərləri həmin obyektlərin yanğına
qarşı mühafizəsinin
yaxşılaşdırılması sahəsində əlavə
tədbirlər ( ağac konstruksiyaları odadavamlı məhlulla
hopdurmalı, yanğın siqnalizasiya sisteminin qurulması, qiymətli
malların saxlanılmasının məhdudlaşdırılması,
mühafizə xidmətinin gücləndirilməsi) həyata keçirilməlidir.
3.
Yanğın avtomatikası qurğuları.
3.1. Yanğın avtomatikası
qurğularına aşağıdakılar aiddir:
a)
Su və köpük yanğınsöndürmənin sprinkler
və drençer qurğuları;
b)
Qaz və aerozol yanğınsöndürmənin
stasionar qurğuları;
v) Yanğın və birləşdirmiş
keşikçi-yanğın siqnalizasiyasının avtomatik
qurğun;
3.2. Yanğın avtomatika
qurğularını buraxan zavodların texniki sənədləşdirilməsinə
əsasən, müəssisədə həmin qurğulara xidmət
edən heyət üçün qurğuların istismarına dair təlimatlar
işlənib hazırlanmalıdır.
3.3. Hər müəssisədə
qurğuların keyfiyyətli surətdə istismar edilməsi
üçün rəhbərlik tərəfindən əmrlə
aşağıdakı heyət təyin edilməlidir:
3.3.1. Qurğuların istismarına, habelə
xidmət göstərən operativ heyətin öyrədilməsinə
cavabdehlik daşıyan vəzifəli şəxsi
3.3.2. Qurğulara texniki xidmət göstərən
və onları təmir edən xidmət heyət:
3.3.3. Qurğuların iş qabiliyyəti
vəziyyətinə gecə-gündüz nəzarət edilməsi
üçün operativ heyət (növbətçi).
3.4. Qurğulara öz qüvvəsi hesabına
xidmət göstərmək və xidmət heyəti saxlamaq
imkanı olmayan müəssisələr planlı surətdə
texniki xidmətin göstərilməsi üçün
ixtisaslaşdırılmış təşkilatlar ilə
müqavilə bağlamalıdırlar.
3.5. Texniki xidmət və təmir işlərinin
ixtisaslaşdırılmış təşkilatlar tərəfindən aparıldığı zaman bu işlərin keyfiyyətli
surətdə yerinə yetirilməsinə nəzarət edilməsini, müəssisədə
qurğuların istismarına cavabdehlik daşıyan vəzifəli
şəxslər həyata
keçirirlər.
3.6. Qurğuların istismarına
cavabdehlik daşıyan vəzifəli şəxs
aşağıdakıları
təmin etməlidir:
3.6.1. Vaxtı-vaxtında texniki
qulluğun göstərilməsi və planlı-ehtiyat təmirlərinin aparılması yolu ilə
qurğuları daima işə yararlı vəziyyətdə
saxlanılmasını;
3.6.2. Operativ və xidməti həyətin
öyrədilməsini, habelə mühafizə olunan otaqlarda işləyən fəhlə və qulluqçuların
təlimatlandırılmasını;
3.6.3. Lazımi istismar və texniki sənədləşdirmənin
işlənilib hazırlanmasını;
3.6.4. Qurğuların nasazlığı
və ya sıradan çıxdığı hallarda Dövlət
Yanğın Nəzarəti Orqanlarına məlumat
verilməsini,
3.7. Qurğunun nasazlığını
aşkar edən operativ və xidməti heyət bu haqda dərhal qurğunun istismarına cavabdehlik daşıyan
şəxsə xəbər verməli və aşkara çıxarılan
nöqsanların aradan qaldırılması üçün tədbirlər həyata
keçirməlidir.
3.8. Xidməti heyət, qurğulara texniki
xidmət üzrə reqlament işlərinin və onların istismarına dair sənədləşdirmənin
aparılmasına cavabdehlik daşıyırlar.
3.9 Qurğunun cərəyan mənbəyindən
ayrılması ilə əlaqədar aparılan texniki xidməti yaxud təmir işləri dövründə müəssisənin
müdiriyyəti qurğuların qoruduğu binaların (aparatların)
yanğın təhlükəsizliyini təmin etməli və bu
barədə
yanğın təhlükəsizliyi xidmətinə məlumat verməlidir.
3.10. Mexaniki zədə ala bilən yerlərdə
quraşdırılan yanğın avtomatikasının sulama və xəbərverici cihazları xüsusi qurğularla
mühafizə edilməlidir.
3.11. Yanğın - qəbul nəzarət
edici və keşikçi yanğın nəzarət cihazları vəzifə borcuna görə siqnallarını qəbul edib və
yanğın təhlükəsizliyi xidmətinin çağırılması həvalə
edilmiş şəxslərin gecə-gündüz olduğu otaqlarda
qurulmalıdır. Sprinkler
və drençer sistemlərinin qəbul-nəzarət
cihazlarının yanğın və keşikçi yanğın
siqnalizasiyası sistemlərinə xidmət göstərən
növbətçi heyətə
qəbul cihazlarını nəzarətsiz buraxmaq, habelə
növbə çəkdikləri
zaman yatmaq qadağan edilir.
3.12. Dispetçer məntəqəsində və
siqnalizasiyanın qəbul cihazları qoyulan otaqlarda yanğın baş verməsi və qurğunun
nasazlığı haqqında həyəcan siqnallarının
alındığı zaman növbətçinin hərəkət
qaydalarına dair təlimat asılmalıdır.
3.13. İşə salma
qurğularının əsas və ehtiyat
nasoslarının, nəzarət-işə salma klapanlarının və s. avadanlığın yerləşdiyi
yanğınsöndürmə stansiyasının otağı
qıfıllanmalı, açarlar isə operativ (növbətçi) və
xidməti heyətdə olmalıdır. Bu otağa daxil olmaq üçün giriş yolu
yanğınsöndürmə stansiyası sözləri yazılmış
işıqlandırıcı lövhə ilə işarələndirilməlidir.
3.14. Qurğu ilə mühafizə
edilən otaqlarda işləyən şəxslər üçün
qurğunun işə düşməsi haqqında
siqnal verilən zaman onların hərəkətinə və
köçürmə qaydasına
dair təlimat asılmalıdır.
3.15. Keşikçi-yanğın siqnalizasiya
qurğularındakı yanğın xəbərverici cihazları bütün gün ərzində iş rejimində
olmalıdır.
3.16. Yanğın avtomatikasının
istismar prosesində aşağıdakılar qadağandır:
3.16.1.
Yanğınsöndürmə qurğusunu avtomatik idarə etmə
üsulundan əl vasitəsi ilə idarə etmə üsuluna
keçirmək;
Müstəsna hallarda, yanğınsöndürmə
qurğularının avtomatik idarə etmə üsulundan əl
vasitəsi ilə idarə etmə üsuluna keçirilməsi tələb
olunduğu zaman bu haqda
obyekt rəhbərinə və yanğın təhlükəsizliyi
xidmətinə xəbər verilməlidir.
3.16.2. Açılmış və nasaz sulama çiləyiçilərin
mantar (probka) və pərçimlər taxmaq;
3.16.3. Nəzarət-siqnal
qurğularına və çihazlarına yanaşmaq
yollarını əşyalarla tutmaq;
3.16.4. Sulama çiləyiçilərindən, ən
azı 0,9 m, xəbərveriçi çihazlardan 0,6 m məsafədə
materiallar yığmaq;
3.16.5. Qurğuların boru kəmərlərindən
hər həansı avadanlığın asılması və
ya birləşməsi üçün istifadə etmək;
3.16.6. İstehsal
avadanlığını və sanitar çihazlarını
qurğunun qidalandırıçı boru kəmərinə birləşdirmək;
3.16.7. Kilid armaturasını və
başlıq (flyans) birləşmələrini qidalandırıçı
və bölüşdürüçü boru kəmərinə birləşdirmək;
3.16.8. Nasaz xəbərveriçi çihazlar əvəzinə
başqa tipli yaxud başqa iş prinsipli xəbərveriçi çihazlar
qurmaq habelə qurulduğu yerdə xəbərveriçi çihazın
olmadığı hallarda birləşmə şleyfini qapamaq.
3.3.
İsitmə
3.3.1. Ticarət, ictimai iaişə müəssisələri,
bazalar və anbarlar mərkəzi isitmə sistemləri avadanlıqlarla təchiz edilməlidirlər.
33.2. Mərkəzi isitmə sistemi olmayan
ictimai iaşə müəssisələrində, anbarlarda və ticarət otaqlarında iş şəraiti
üzrə müsbət tempraturun tələb olunduğu hallarda
sobaların qurulmasına icazə verilir. Lakin sobaların
odluqları köməkçi
otaqda yerləşdirilməlidir.
3.3.3. Ticarət, ictimai iaşə müəssisələri
baza və anbarların rəhbərləri isitmə sistemlərinin istismarına və texniki cəhətdən
saz vəziyyətdə saxlanılmasına cavabdehlik daşıyan
şəxsləri əmrlə təyin etməlidirlər.
3.3.4. İsitmə mövsümü başlamazdan əvvəl
qazanxanalar, kalorifer qurğular
isitmə cihazları
diqqətlə yoxlanılmalı və təmir edilməlidir.
Nasaz isitmə qurğularım
istismar etmək qadağandır.
3.3.5. Ocaqçılar yanğın-texniki
minimum proqramı üzrə təlim keçməlidirlər.
3.3.6. Sobaların qaz yanacağına
keçilməsi və qaz avadanlıqlarının istismar edilməsi qanuna müvafiq aparılmalıdır
3.3.7. Mağaza, anbar və ictimai iaşə
müəssisəsində sobaların yandırılması, isitmə qurğularının istismarı yanğın təhlükəsizliyi
qaydalarını bilən və ona ciddi əməl edən, xüsusi olaraq bu
iş üçün ayrılmış şəxslər tərəfindən
həyata keçirilməlidir.
3.3.8. Binaların yana bilən tikinti
konstruksiyalarından yanğına qarşı normativ aralığı
( boşluğu ) olmayan qazan. soba və
digər isitmə qurğularının
istismar edilməsinə yol verilmir.
3.3.9. Hava qızdıranlar və isitmə
cihazları elə yerləşdirilməlidir ki, onlara baxılıb və təmizlənilməsi üçün sərbəst
yaxınlaşma təmin edilmiş olsun.
3.3.10. Soba ilə mallar, piştaxtalar.
şkaflar və digər avadanlıqlar arasındakı məsafə - 0.7 metrdən, odluq dəliyindən isə-1.25
metrdən az olmamalıdır. Qazanxananın maye yanacaqla işlədiyi
hallarda hər odluğun yanında qum dolu altlıq, yanacaq kəmərində
isə ən azı iki ventil qoyulmalıdır ki, bunlardan biri ocağa digəri
isə yanacaq çəninə yaxın olmalıdır. Ticarət və içtimai iaişə
müəssisələrinin binalarına bitişik
quraşdırılan bərk yanacaqla işləyən qazanxanaların
maye yanacaqla işləyən qazanxanalara çevirilməsinə icazə
verilmir. Qazanxana
otaqlarında yanacaq sərfi üçün qoyulan çənin tutumu 1 kub.m,
artıq
olmamalıdır.
3.3.11. Bərk yanacaqla işləyən
qazanların tüstü boruları etibarlı qığılcım söndürən avadanlıqla ayda ən azı 3 dəfə təmizlənməsi
təchiz edilməlidir.
3.3.12. Qazanxana otaqlarında qadağan
edilir:
33.121. Qaz qurğusunun istismarı ilə əlaqədar
olmayan işlər aparmaq, kənar şəxsləri
qazanxanaya buraxmaq və onlara qazanların işinə
müşahidə etmələrini
tapşırmaq;
3.3.12.2. Boru kəmərlərinin birləşdirmə
yerlərindən və odluqlardan maye
yanacağın
axmasına və qaz sızmasına yol vermək:
3.3.12.3. Qaz odluqlarına sönmüş
olduqları vəziyyətdə yanacaq vermək;
33.12.4 Ocağın rejiminə nəzarət
edən avtomatik-nəzarət qurğularının nasaz olduqları zaman işləmək;
3.3.12.5. Qabaqcadan hava üfləmədən
qazanxana qurğularını yandırmaq;
3.3.12.6. Qazanların və buxar
boruların üzərində pal-paltar. ayaqqabı, mal və sair yanar materialları qurutmaq;
3.3.12.7. Hava-İsitmə sisteminin jalyuzlərını
yanar materiallarla tutmaq?
3.3.12.8. Xüsusi hazırlıq keçməmiş
şəxsləri, habelə sərxoş vəziyyətdə
olan şəxsləri qazanxana qurğularında işə
buraxmaq.
3.3.13.
Hər sobanın odluq gözünün qabağında taxta döşəmənin üzərinə ən azı 50x70 santimetr
ölçüdə metal təbəqə vurulmalıdır.
3.3.14.
Çardaqlarda tüstü kanallarının keçdiyi boruların və
divarların bütün səthinə diqqətlə tikinti məhlulu
sürtülməli və ağardılmalıdır.
3.3.l5.
Mağazada, anbarda, ictimai iaşə müəssisəsində və
ya digər otaqlarda işin qurtarmasına ən azı 2-saat
qalmış sobaların yandırılması dayandırılmalıdır.
3.3.16.
Tüstü bacalarının və tüstü borularının təmizlənməsi
isitmə mövsümü başlanmazdan qabaq və bütün isitmə mövsümü ərzində
hər 3 aydan bır qurumdan təmizlənməlidir.
Fasiləsiz işləyən sobaların və ocaqların
tüstü boruları hər 2 aydan bir təmizlənilməlidir.
3.3.17.
Bərk yanacaq ( torf, kömür, odun və s. ) bunun üçün
uyğunlaşdırılmış
otaqlarda yaxud xüsusi ayrılmış otaqlarda
saxlanılmalıdır.
3.3.18.
Sobaların istismarı zamanı qadağan edilir,
3.3.18.1.
Yanacağı bilavasitə sobaların ocaq gözlüyünün
qabağında yığmaq:
3.3.18.2.
Otaqda gündəlik tələbatdan artıq yanacaq ehtiyatı
saxlamaq:
33.18.3.
Sobaları atışdırmaq üçün benzin, ağ neft dizel
yanacağından və asan alışan yanar mayelərdən istifadə
etmək;
3.3.l8.4.
Sobaların üstündə və onların yanında odun, paltar və
digər yanar materiallar
qurutmaq;
3.3.18.5.
Müvafiq olaraq uyğunlaşdırılmamış sobaların
kömür, kakos və ya qazla yandırmaq;
3.3.18.6.
Qapısı açıq halda sobanı yandırmaq;
3.3.18.7.
Ventelyasiya və qaz kanallarından sobaların və pilətələrin
tüstü yollan kimi istifadə
etmək;
3.3.18.8.
Tüstü borularına radioqəbuledicilərin, televizorların. ildırımqəbuledicilərin
antenalarını bərkitmək;
3.3.18.9.
Tikintilərin yaxınlığına sönməmiş kül və
kömür tökmək. Onların üzərinə su səpilməli və onlar üçün
xüsusi ayrılmış təhlükəsiz yerə tökülməlidirlər.
3.4. Hava dəyişmə sistemləri və tüstüyə
qarşı qurğular.
3.4.l.
Havadəyişmə sistemlərinin istismar edildiyi zaman
onların texniki vəziyyətinə, sazlığına və
yanğın təhlükəsizliyi tələblərinə görə
cavabdehliyi müəssisədə əmrlə təyin edilmiş
şəxs daşıyır.
3.4.2.
Havadəyişmə qurğuların (sistemlərin)
istismarı və yanğına qarşı iş rejimi
işçi təlimatlarla müəyyənləşdirilir, Bu təlimatlarda
(istehsal şəraitinə uyğun) yanğına
qarşı tədbirlər, havadəyişmə
kameralarına (qapaqlar) və digər avadanlıqlara profilaktiki xidmət
müddətləri nəzərdə tutulur. Habelə yanğın baş verən
zaman yaxud qəza hallarında
xidməti heyətin hərəkət qaydaları müəyyənləşdirilir.
3.4.3. Havadəyişmə
qurğularına nəzarəti həyata keçirən növbətçi
həyata (usta, çilingər) ventilyatorlara, hava yollarına, alovdayandıran
qurğularına sulama kameralara, torpaqlama qurğularına planlı
profilaktiki baxış keçirməli və onların iş rejimində
yanğın baş verməsinə, yaxud yanğının
yayılmasına səbəb
ola bilən hər hansı bir nasazlıq və ya pozuntunun
aradan
qaldırılması yönümündə tədbirlər həyata
keçirilməlidir.
3.4.4. Havadəyişmə kameralarında
hər hansı avadanlıqların və malların saxlanılması qəti qadağandır. Havadəyişmə
kameraları daima qıfılla bağlı vəziyyətdə
olmalıdır Onlara kənar şəxslərin daxil
olması qadağandır
3.4.5. Hava yollarında yanğına
qarşı sədlərin kəsişdiyi yerlərdə
avtomatik alovdayandıran qurğuların (qapaqların) vəziyyətinə
daima nəzarət olunmalıdır.
3.4.6. Avtomatik alovdayandıran
qurğuların istismarı zaman aşağıdakılar zəruridir:
3.4.6.1 . Onların texniki vəziyyətini
müntəzəm olaraq yoxlamaq;
3.4.6.2. Sürtkü intiqalının həssas
elementlərini (tezəriyən qıfıllar, termohəssas elementlər və s) vaxtı-vaxtında
yanar tozdan təmizləmək;
3.4.7. Ticarət və içtimai iaşə müəsisələrinin
havadəyişmə sistemləri
müstəqil
olmalıdır.
3.4.8. Ventilyasiya sistemlərinin avtomatik
yanğın siqnalizasiyası və
yanğınsöndürmə
sistemləri ilə birləşdirilməsi üçün nəzərdə
tutulan qurğular saz vəziyyətdə saxlanılmalıdır,
3.4.9. Yanğın baş verən zaman havadəyişmə
qurğusunu dərhal şəbəkədən ayırmaq lazımdır. Havadəyişmə
qurğularının şəbəkədən
ayrılması qaydası yanğın təhlükəsizliyi tədbirləri
haqqındakı təlimatda qeyd edilməli və obyektin fəhlə və quluqçuları
tərəfindən diqqətlə öyrənilməlidir.
3.4.10. Yanğına qarşı hörgülər,
yanmayan sorma çətirlər və kanallar texniki cəhətdən saz vəziyyətdə
saxlanılmalıdır.
3.4.11. Havadəyişmə sistemlərinin
istismarı zamanı qadağan edilir:
3.4.11.1. Havadəyişmə kanalarından
tüstü yolu kimi istifadə etmək;
3.4.11.2.
Havadəyişmə kanalarına qaz isidici cihazları
qoşmaq;
3.4.11.3. Alovdayandıran
qurğuları şəbəkədən ayırmaq və
yaxud ləğv etmək;
3.4.11.4. Hava yollarında, çətirlərdə
toplanan yağ və digər yanar materialları təmizləmək;
3.4.11.5. Sorma
kanalarını, gözlüklərini və barmaqlıqlarını
bağlamaq;
3.4.11.6.
Havadəyişmə kameralarının qapaqlarını
açıq vəziyyətdə saxlamaq.
3.4.12. Dartıcı akkumlyator
batareyalarının doldurulduğu binalarda havadəyişmə
sistemləri dalma işlək vəziyyətdə
olmalıdır. Akkumlyator batareyalarının
doldurulması üçün həmin otaqlarda beşdən artıq olmayan
miqdarda özühərəkət edən maşınların
qurulduğu zaman təkcə təbii havadəyişməyə
yol verilir. Təbii havadəyişmə sisteminin vurucu dəlikləri
yuxan səviyyədə yerləşdirilməlldir.
3.4.13.
Asanalışan mayelərin, lak, boya və kimyəvi məişət
mallarının saxlandığı yerlərdə soruçu havadəyişmə
sistemi fasiləsiz hava mübadiləsini təmin
etməlidir.
3.4.14.
Universal mağazalarda, universamlarda, ticarət mərkəzlərində
və ticarət evlərində
havadəyişmə qurğularının istismar edildiyi zaman
təmiz hava vurulan yerlərdə
yanar və zəhərli qaz, buxar, habelə tüstü və açıq
odun daxil ola bilməsi imkanını aradan
qaldırılmasına nəzarət edilməlidir;
3.4.15.
Tüstüyə qarşı müdafiə sistemi qurğuları ilə
təmin edilmiş obyektlərdə həftədə bir dəfədən
az olmamaq şərti ilə avtomatikanın elektrik qidalandırıcı şitlərində
möhürün və qıfılın, mühafizə sistemlərinin
(əl vasitəsi ilə işəsalma
düymələrinin olduğu yerə şüşə
salınması, mərtəbələrdəki
tüstü klapanlarının, qapaqlarının qapalı vəziyyətinə
) mövcudluğu, habelə əl ilə
işəsalma düyməsinin köməyi ilə ventilyatoru qısa
müddətli ( 3-5 dəqiqə) işə
salınmaqla yoxlanılmalıdır.
3.4.16.
Tüstüyə qarşı müdafiə sisteminin işlək vəziyətdə
saxlanılması üçün zəruridir:
3.4.16.1.
Havadəyişmə barmaqlıqlarmı, qapaqlarını,
icra mexanizimlərini, səlis qıfıllan, sonluq
ayırıcı açarları, vaxtaşırı tozdan,
qış vaxtında jalyüz qapılarını
buzlaşmadan təmizləmək;
3.4.16.2.
Hava yollarının və onların birləşmələrinin
bütövlüyünün pozulmasına
yol verməmək;
3.4.l7.
Tüstüyə qarşı müdafiə sisteminin nasaz qurğu və
qovşaqlarını texniki sənədləşdirmədə qeyd
edilən qurğu və qovşaqlarını əvəz edilməsinə
icazə verilir. İnşaatçılarla
razılaşdırılmış qaydada qurğu və
qovşaqların texniki sənədləşdirilməsində
göstərilməyən, lakin tələb olunan xarakteristikaya malik olan qurğu və
qovşaqlarla dəyişdirilməsinə icazə verilir. Tüstüyə qarşı müdafiə
sisteminin əl ilə idarəetmə məntəqəsində
onları işə salmaq qaydası
haqqında təlimat olmalıdır.
3.5. Elektrik qurğularının
istismar edilməsi.
3.5.1.
Ticarət, ictimai iaşə müəssisələrində,
bazalarda və anbarlarda istifadə edilən elektrik şəbəkələri
və elektrik avadanlıqları qüvvədə olan
qanunvericiliyin tələblərinə cavab verməlidir.
3.5.2.
Hər müəssisədə elektrik qurğularının
istismarı vəziyyətinə cavabdeh şəxs təyin
edilməlidir. Xırda ticarət və ictimai iaşə müəssisəsinin
rəhbəri, elektrik avdanlığının və
elektrik şəbəkəsinin texniki istismarmı və
texniki qulluğunu ixtisaslaşdırılmış təşkilatlarla
müqavilə yolu ilə təmin etməlidir.
3.5.3. Elektrik qurğularının
vəziyyətinə cavabdeh olan şəxslər borcludurlar:
3.5.3.1. Elektrik
avadanlıqlarının və elektrik şəbəkələrinin
vaxtında profilaktiki baxışını və planlı-xəbərdaredici
təmirinin təşkili, habelə yanğını və
alışma törədə bitən hallarının vaxtında
aradan qaldırılmasını təmin etmək;
3.5.3.2. Zonaların və ətraf mühit
şəraitinin yanğın və partlayış təhlükəli
təsnifatından asılı olaraq kabel elektrik naqillərinin,
mühərriklərinin,
işıqlandırıcılarının və digər
elektrik avadanlıqlarının düzgün seçilməsinə nəzarət
etmək.
3.5.3.3. Qısa qapanmalardan, artıq yüklənmələrdən,
artıq d li və atmasfer gərginliklərindən
və s. pozuntulardan mühafizə aparatlarının saz
olmasına müntəzəm surətdə nəzarət etmək.
3.5.4. Bütün elektrik
qurğularının yanğın və alışmaya ğətirib
çıxaran təhlükəli amillərdən mühafizəediçi
aparatı olmalıdır.
3.5.5. Əriyən qoruyuçu taxmalar kalibirləşdirməli
və damğasında taxmanın nominal cərayanı ğöstərilməlidir.
Avtomatların və əriyən taxmaların nominal cərayanı,
cərəyan yükünə uyğun olmalıdır.
3.5.6. Məftil və naqillərin, uc və
şaxələrinin birləşdirilməsi, yanğın
baxımdan təhlükəli olan keçiçi müqavimətin törənməməsi
üçün qaynaq, lehim və ya xüsusi sıxaçlar vasitəsi ilə həyata
keçirilməlidir.
3.5.7. Müvəqqəti elektrik şəbəkələrinin
qurulmasına və istismar edilməsinə yol verilmir. Tikinti və
müvəqqəti təmir-quraşdırma işlərinin
aparıldığı yerlərdə işıq çihazlarını
qidalandıran çırağban ( ilyuminasiya ) qurğuları və
elektrik şəbəkəsi qüvvədə olan qanunvericiliyin tələblərinə
uyğun olaraq qurulmalıdır.
3.5.8. Gəzdirilən elektrik
işıqlandırıcıları qoruyucu şüşə
qapaqlarla və metal torla təchiz edilməlidir. Belə elektrik
işıqlandırıcıları və digər gəzdirilən
və ya səyyar elektrik aparatları üçün mis damarlı, rezin
izolyasiyalı qılafda olan, ətraf mühitə davamlı,
elastik naqillər tətbiq edilir. Gəzdirilən
işıqlandırıcıların qoşulmasında
ştepsel razetkası olan şaxəli qutulardan istifadə
edilməsi nəzərdə tutulmalıdır.
3.5.9. Yanar dam örtüyü olan anbarların habelə
meşə materialları və yanar materiallar
qalaqlarının üstündən elektrik enerjisinin hava ötürücü xəttlərinin
çəkilməsinə və çöl elektrik xəttlərinin
qurulmasına icazə verilmir.
3.5.10. Yanar materialların, yanar
qablaşdırmada olan malların 1000V gərginlikli elektrik
ötürücü hava xəttlərinə 17 metr məsafədən
yaxın yığılmasına icazə verilmir.
3.5.11. Yanar materialların və ya yanar
qablaşdırmada olan malların mövcud olduğu ticarət və
anbar otaqlarında, habelə köməkçi otaqlarda və sənaye, kitab mağazaların piştaxtalarında
elektrik işıqlandırıcıları (lampalar) qapaqlı, yəni
şüşə qapaqlı olmalıdırlar.
3.5.12. İşıqlandırıcı
elektrik şəbəkəsi elə
quraşdırılmalıdır ki, lampalar yanar materiallardan hazırlanmış, tikinti
konstruksiyalarının səthindən ən azı 0,2 m,
mağaza və anbar otaqlarındakı mallardan və taradan ən
azı 0,5 m məsafədə
olsunlar.
3.5.13. Elektrik mühərrikləri müntəzəm
qaydada olaraq yağlanmalı və yanar
tozdan təmizlənməlidir.
Elektrik mühərriklərinin üzərlərini hər hansı
materialla örtmək
qadağandır.
3.5.14. İş şəraitinə ğörə
normal qığılçım saçan hissələri olan elektrik mühərrikləri yanar maddələrdən 1-m aralı
yerləşdirilməli, yaxud yanmaz ekranla həmin maddələrdən
ayrılmalıdır.
3.5.15. Elektrik qurğularının
istismarı zamanı qadağan edilir.
3.5.15.1. İzolyasiyası zədələnmiş,
yaxud qoruyucu xassələrini itirmiş
naqillərdən və
məftillərdən istifadə etmək;
3.5.15.2. Anbar və mağazalarda yemək
bişirilməsi üçün məişət elektrik qızdırıcıcihazlardan istifadə etmək;
3.5.15.3. Otaqların isidilməsi üçün qeyri
standart elektrik qızdırıcı sobalardan, yaxud elektrik közərmə
lampalarından istifadə etmək;
3.5.15.4. Sonluqları izolə edilməmiş
elektrik naqillərini və məftillərini gərginlik altında saxlamaq;
3.5.15.5. Zədələnmiş (nasaz)
rozetkalardan, şaxələndirmə qutularından, ayırıcı açarlardan (rubilniklərdən) və digər
elektrik qurğu məmulatlarından istifadə etmək;
3.5.15.6. Elektrik naqillərini düyünləmək
və burmaq, habelə naqilləri və
işıqlandırıcıları
tarım dartmaq, çıraqbanları (açıq lampadan başqa) sərbəst
elektrik naqillərindən
asılı vəziyyətdə saxlamağı və ya asmaq;
3.5.15.7. Paltar və digər əşyaların
asılması üçün açar, ştepsel və diyircəkdən istifadə etmək, habelə elektrik naqilləri sahəsində
kağız yapışdırmaq;
3.5.15.8. Elektrik lampalarına kağız,
parça və digər yanar materiallar
sanmaq:
3.5.15.9. Elektrik şəbəkəsi üçün
radio və telefon məftillərindən istifadə etmək;
3.5.15.10. Elektrik cərəyanından mühafizəediçi
kimi kalibirləşdirilməmiş
qoruyuculardan istifadə
etmək;
3.5.16. Naqil və kabellərin
izolyasiyalarının vəziyyəti, izolyasiyalarının gərginliyə qarşı müqaviməti, birləşdirmə
yerləri və qoruyucu torpaqlanmanın etibarlılığı. elektrik mühərriklərinin
iş rejimi müəssisələrin elektrikləri tərəfindən xarici
baxış keçirilməli və cihazlar vasitəsi ilə
yoxlanılmalıdır.
Elektrik qurğularının müayinəsinin nəticələri,
aşkar edilən nasazlıqlar və görülən tədbirlər operativ
jurnalda qeydə alınmalıdır;
3.5.17. Növbətçi işığın,
avtomatik yanğınxəbərverici və söndürücü qurğuların həcminin qidalandırılması üçün
müstəqil elektrik şəbəkəsi nəzərdə
tutulmalıdır.
3.5.18. Müxtəlif cərəyan qəbulediciləri
yenidən hər dəfə dövrəyə qoşularkən, elektirik şəbəkəsisnin
buraxılış qabiliyyəti nəzərə
alınmalıdır.
3.5.19. Nasaz elektrik avadanlıqları və
aparatlar yanğın təhlükəsizliyi
vəziyyətinə
gətirilənə qədər şəbəkədən
ayrılmalıdırlar.
3.5.20. İşdən sonra bağlanan və
nəzarətsiz qalan bütün otaqlarda (onların təyinatından asılı olmayaraq) bütün elektrik
qurğuları şəbəkədən ayrılmalıdır.
Anbar otaqlarının elektrik qurğuların, binanın
xaricində yanmayan
divar üzərində plomlana bilən, yaxud nəzarət
qıfılı ilə bağlanan ayrıca dayaq üzərində
quraşdırılmış ümumi ayrıcı aparatları
olmalıdır.
3.5.21. Bilavasitə ticarət zallarında
və anbarlarda ütülərdən istifadə etmək qadağan edilir. Paltarların ütülənməsi üçün xüsusi
otaq (yer) ayrılmalıdır.
İşdən sonra ütülər saxlanılması üçün
yanğın təhlükəsizliyinə cavabdeh olan şəxsə imza çəkdirməklə
təhvil verilməlidir.
3.5.22. Yemək bişirilməsi üçün məişətdə
tətbiq edilən elektrik qızdırıcı cihazlardan istifadə edilməsi və diğər məqsədlər
üçün anbarlarda və ticarət zallarında ştepsel razetkalar qurmaq
qadağan edilir. Radio elektrik mallarının texniki vəziyyətini
yoxlamaq üçün bu malların satıldığı
mağazaların bölmələrində razetka quraşdırılmasına
icazə verilir.
3.5.23. İctimai iaşə müəssisələrində
və mağazalarda mövcud qəza
işıqlandırıcıdan
növbətçi işıqlandırma kimi istifadə edilməsinə
icazə verilmir.
3.5.24. Xırda ticarət müəssisələrinin
( köşk, dükan ) çox böyük olmayan
otaqların isidilməsi
üçün fərdi elektrik qoruyucusu və saz tənzimləyicisi olan
yağ elektrik
radiatorlarından və qızdırıcı elektro lövhələrdən
istifadə edilməsinə
icazə verilir.
3.5.25. İsitmə qurğularında hər
hansı nasazlıq, habelə tempratur rejiminin pozulması, yaxud termo-tənzimləyicisinin
nasazlığı aşkar edildikdə dərhal qurğu şəbəkədən
ayrılmalı və bu barədə qurğunun istismarına
cavabdeh olan şəxsə
xəbər verilməlidir.
3.5.26. Yağ radiatorlarının, elektro
lövhələrin qidalandırılması üçün işəsalma və müdafiə qurğusu olan müstəqil elektrik şəbəkəsi
nəzərdə tutulmalıdır;
3.5.27. Anbarlar, ticarət və ictimai
iaşə müəssisələri elektrik enerjisinin kəsilməsi ehtimalına qarşı elektrik fənərləri
ilə təchiz edilməlidirlər.
4. Təmir-tikinti
işlərində yanğın təhlükəsizliyi tələbləri.
4.1. Binaların və qurğuların
tikilməsinə, yenidən qurulmasına, təmirinə və
yeni texnika və təçhiz edilməsinə dair müfaviq
orqanların və təşkilatların
hazırladığı
investisiya lahiyələri, o çümlədən xariçi təşkilatların
investisiya lahiyələri yanğın təhlükəsizliyi
normalarına və standartlarına riayət olunması üçün
hökmən Azərbaycan Respublikasının müfaviq içra hakimiyyəti
orqanı itə razılaşdırılmalıdır.
4.2. İstehsalat avadanlıqlarının
quraşdırıldığı və təmir edildiyi
elektrik qaz-qaynaq və digər odla əlaqədar İşlərin
aparıldığı zaman yanğın təhlükəsizliyi
tədbirlərinin təmin edilməsinə görə məsuliyyət
həmin işlərin həyata keçirildiyi ticarət, ictimai
iaşə müəssisələrinin, baza və anbarların rəhbərlərinin
üzərinə düşür.
43. Ticarət, ictimai iaşə məssisələri,
baza, anbar və digər obyektlərin rəhbərləri və
mühəndis-texniki əməkdaşları qaynaq və digər
od işləri aparıldığı zaman yanğın təhlükəsizliyi
qaydalarının tələblərini həm özləri yerinə
yetirməli, həm də tabeçiliyində olan əməkdaşlar
tərəfindən bu qaydalara ciddi riayət olunmasına nəzarət
etməlidirlər. Həmin qaydalara müvafiq olaraq elektirik qaz
qaynaqçıları qaynaq işlərinin aparılması üçün müəssisə
rəhbərindən yazılı şəkildə icazə
almalıdırlar.
4.4. Yanğın baş verməsi
imkanlarının qarşısını ala bilən tədbirlər
görülmədən texnaloji avadanlığı quraşdırmaq
və təmir etmək, habelə od təhlükəli işlərin
görülməsi qadağan edilir.
4.5. İş vaxtının
dayandırmadan ticarət zallarının, binaların və
sahələrin təmiri zamanı müəssisənin rəhbərliyi
həmin dövür üçün yanğın təhlükəsizliyi tədbirlərini
gücləndirmək planını tərtib etməlidir.
Təmir edilən sahələr yanmaz arakəsmələr
yaxud lövhələr vasitəsi və müəssisənin işləyən
sahələrindən təcrid edilməlidir. Bir şərtləki
təmir edilən binalardan adamların köçürülməsi üzrə təhlükəsizlik
tədbirlərinin tələbləri pozulmasın.
4.6. Müəssisənin rəhbəri
(baş mühəndis, mühəndis) habelə binanın, anbarın
yaxud sahənin yanğın təhlükəsizliyinə cavabdehlik
daşıyan digər vəzifəli şəxslər od vasitəsi
ilə , yaxud yanğın cəhətdən təhlükəli
sayılan digər müvəqqəti işlərin
aparıldığı yerlərdə işlər
qurtardıqdan sonra 3-5 saat ərzində diqqətlə
yoxlanılmasını təmin etməlidirlər.
4.7. İşləyən soyuducu
qurğuların boru kəmərlərində qaynaq işlərinin
aparılmasına yanğın nəzarəti orqanının
nümayəndəsi ilə razılaşdırılaraq
yazılı şəkildə icazə almaqla yalnız cərəyandan
ayrılmış və amonyakdan azad edilmiş (hava üfürməklə)
aparatlarda və boru kəmərləri sahələrində
icazə verilir. Bu şərtlə ki, bütün qonşu
aparatların zədələnmələrdən qorunması
üçün müvafiq tədbirlər həyata keçirilsin. Bu işlər
aparılan zaman pəncərələr və qapılar
açıq olmalı, yaxud qəza havadəyişmə
qurğuları fasiləsiz işləməlidirlər.
4.8. Yanar lak, yapışqan və mastika tətbiq
edilməklə döşəmələrə örtük çəkilməsi
və otaqların bəzədilməsi işlərinin
aparıldığı zaman bilavasitə təmir-tikinti
işləri ilə əlaqəsi olmayan adamların orada
olmasına icazə verilmir. Bir otaqda lak, boya, mastika, yapışqan
və digər yanar materiallar tətbiq
edildiyi zaman eyni vaxtda elektrik-qaynaq işlərinin
aparılması qadağandır.
4.9.
Təmir-tikinti işləri qurtardıqdan sonra otaqlarda oksigen və
yanar qazlar dolu
balonların saxlanılması qadağandır. Belə balonlar
onların daimi saxlandığı
yerə aparılmalıdır.
4.10.
Təmir edilən bina və otaqlar daim təmiz
saxlanılmalıdır. Tikinti tullantıları ( meşə
materialları, qırıntıları, talaş yonqar və
s. ) hər gün işin aparıldığı yerlərdən xüsusi
ayrılmış yerlərə daşınmalıdır.
4.11.
Binalar təmir edildiyi zaman taxtabənd və ayaqlıqlar köçürmə yollarında
yanğın təhlükəsizliyi tələblərinə
müvafiq qurulmalıdır
4.12.
Üç və daha çox mərtəbəli binalar təmir edildiyi zaman,
bir qayda olaraq metal-bəndlər
inventarı tətbiq edilməlidir. Binaların tikinti taxtabəndlərinin hər 40 metr perimetrinə
bir nərdivan, yaxud pilləkən qurulmalıdır,
bununla belə bütün bina üçün nərdivanların sayı iki ədəddən
az olmamalıdır,
4.13.
İstehlakçıların ticarət və ictimai iaşə müəssisələrində
mövcud olduğu zaman orada açıq oddan istifadə etməklə
təmir işlərinin aparılması qadağan edilir.
4.2. Kimyəvi-məişət
malların, lak və boyaların satışında
yanğın təhlükəsizliyi tədbirləri.
4.2.1.
Kimyəvi məişət, əridicilər, lak və boya
mallarının ticarəti ayrıca
binalarda yerləşmiş mağazalarda
aparılmalıdır. Çoxmərtəbəli mağaza binalarında həmin malların
satıldığı şöbələr yuxarı mərtəbələrdə
yerləşdirilməlidirlər.
4.2.2.
Bir litrdən artıq tutumlu şüşə qablara
doldurulmuş tezalışan və yanar
mayelərin ticarətinə icazə
verilmir.
4.2.3.
Uşaqlara kibrit və digər yanğın təhlükəli
malların satılması qadağan
edilir.
4.2.4.
Kimyəvi məişət malları, laklar, boyalar və əridicilər
üstün olaraq ayrıca şöbələrdə, yaxud xüsusi
ayrılmış yerlərdə satılmalıdır.
4.2.5.
Üzərində yanğın təhlükəliliyi barədə xəbərdaredici
üst yazısı olmayan malların satışı qadağan edilir. Bu
malların üzərinə Od təhlükəli sözləri yazılmış etiket
yapışdırılmalıdır. Aerozol
qablaşdırmada olan yanğın təhlükəli
məişət malları Od
təhlükəlidir. Odun yaxınlığında səpələməmək
sözlərindən ibarət xəbərdarlıq
yazısı ilə təchiz edilməlidirlər.
4.2.6.
Kimyəvi məişət mallarını, lak, boyaq, əridiciləri
və aerozol qablaşdırmada
olan malları isitmə cihazlarına 0,5 metrdən yaxın məsafədə,
habelə pəncərə vitrinlərində
və köçürmə yollarında yerləşdirilməsi
qadağan edilir.
4.2.7. Yanğın təhlükəli
malların anbar otaqlarında qablaşdırılmasına icazə
verilmir.
4.3. Ağ
neftin və digər yanar mayelərin satışında
yanğın təhlükəsizliyi tədbirləri.
4.3.1. Ağ neft və digər yanar mayelərin
satılmasına və saxlanılmasına yanmayan materiallardan hazırlanmış mühafizə
konstruksiyaları olan ayrıça yerləşən binalarda içazə
verilir.
4.3.2. Tiçarət zalları yanmayan arakəsmələr
vasitəsi ilə yanar mayelərlə dolu çənlərin, yaxud qabların yerləşdirildiyi
otaqlardan ayrılmalıdırlar.
4.3.3. Rezervuarlardan yanar mayenin paylama çəninə
verildiyi boru kəməri hərəkətsiz bərkidilməli
və onun üzərində paylama çəninin yanında ventil
olmalıdır. Belə
ventildən biri də boruda rezervuara yaxın qoyulmalıdır. Paylama çəninin
həcmi 100 litrdən çox olmamalıdır. Çənin qurulduğu yer elə
abadlaşdırılmalıdır ki, ağ neft satılan
zaman yerə tökülməsin.
Yanar mayenin ötürülməsi və saxlanılması üçün çənlər
və boru kəmərləri
ən azı iki yerdə etibarlı torpaqla birləşdirilməlidir.
Torpaqlanmanın etibarlılığı
ildə bir dəfədən az olmayaraq elektrik müqavimətinin
ölçülməsi yolu
ilə yoxlanılmalıdır.
4.3.4. Ağ neftin satıldığı
mağazaların nəzdindəki anbarlarda ağ nefti həcmi 5 kub.m-dən çox olmayan çənlərdə. yaxud
rezervuarlarda saxlanılmasına icazə verilir.
4.3.5. Ağ neftin buraxılması üçün nəzərdə
tutulan piştaxtanın üstünə
qığılcım
verməyən metal təbəqə vurulmalıdır ki, hər
hansı zərbə zamanı qığılcım törənməsin.Neftölçən
cihazların qurulduğu mağazalarda piştaxtaların qurulması vacib
deyildir.
4.3.6. Mağazalarda və anbarlarda döşəmələr
yanmayan və oyuqlu olmalı,
qapı
boşluqlarında yanmayan astanalar yaxud elə ponduslar
qoyulmalıdır ki, qəza hallarında bütün saxlanılan mayelər ora yerləşə
bilsin.
4 3.7. Ağ neftin avtosisternalardan
satışı ərazi relyefinin nəzərə
alınması şərti ilə ən
yaxın binadan ən azı 15 metr aralı məsafədə
satılmalıdır.
4.3.8. Ağ neftin pərakəndə ticarəti
üçün nəzərdə tutulan otaqlarda
qablaşdırma
materiallarının saxlanılmasına icazə verilmir.
4.3.9. Yanar mayelər satılan binalarda
sobaların qurulması qadağan edilir.
4.3.10. Tezalışan və yanar mayelərdən
boşalan taralar yalnız xüsusi
mühafizə otunmuş
(çəpərlənmiş) meydançalarda saxlanıla bitər.
4.4. Ov-atəş
sursatla və pirotexniki məmulatın satışında
yanğın təhlükəsizliyi tədbirləri.
4.4.1 Döyüş sursatı və pirotexniki məmulatın
satışma ixtisaslaşdırılmış mağazalarda
icazə verilir.
Ov-atəş sursatlarına
aşağıdakılar daxildir
-tüstülü barıt (qara)
- tüstüsüz
bant. (piroksilinli və s.)
- alışdırma
kapsulları.
- doldurulmuş
patronlar.
- atəş
sursatları zərbəyə uğradılmamalı və
silkələnməməlidir. Atəş sursatı olan yeşiklərin itələnməsi
atılması, sürüşdürülməsi və onlara zərbə
vurulması qadağandır.
- ov-atəş
sursatı və pirotexniki məmulat mağazaları bir qayda
olaraq iri ticarət mərkəzlərində yuxarı mərtəbələrdə
yerləşdirilir. Bundan başqa Dövlət Yanğın Nəzarəti
Orqanının xüsusi razılığına əsasən,
ov-atəş sursatı mağazaları binaların birinci mərtəbələrində
də yerləşdirilə bilər. Bu zaman mağazalar otaqlardan yanmayan əsaslı
divarlarla təcrid olunmalı, başqa mənzillərə yolu
olmamalıdır.
- ov-atəş
sursatları mağazalarının, uşaq və müalicə müəssisələri,
məktəb, teatr və sair tamaşa müəssisələri
yerləşmiş binalardan 50 metrə qədər yaxınlıqda yerləşdirilməsi
qadağan edilir.
4.4.2 Ov-atəş
sursatının və pirotexnik məmulatın mağazada
yanmaz materiallardan ibarət konstruksiyalı anbarlarda, yaxud xüsusi
ayrılmış yerlərdə saxlanılmasına yol verilə
bilər. Belə anbarların zirzəmi otaqlarında yerləşdirilməsi
qadağandır.
4.4.3. Hər ticarət otağında ən
azı iki şkaf olmalıdır. Onlardan birində barıt, digərində isə kapsul və hazır patronlar saxlanılmalıdır.
Bir şkafda kapsulların, doldurulmuş patronların bir yerdə saxlanılması
qadağan edilir. Bant yalnız alıcıya verildiyi zaman kapsul və
patronla birlikdə piştaxta üzərinə qoyula bilər.
4.4.4. Barıtın yalnız zavod
qablaşdırmasında satışına icazə verilir.
4.4.5. Mağazaların yalnız mərkəzi
isitmə sistemi olmalıdır.
4.4.6. Döyüş sursatı və pirotexnik məmulatların
satışını aparan mağazaların başqa təyinatlı binalarda yerləşdirilməsi
qadağandır.
4.4.7. Döyüş sursatları anbarı və
mağazalarında tətbiq edilən alət, mismar, pərçim və siyirmələr zərbə zamanı
qığılcım verməyən metallardan hazırlanmalıdır.
4.4.8. Zavodda döyüş sursatı ilə
qablaşdırılmış yeşikləri anbar
otaqlarında açmaq qadağandır.
4.4.9.
Mağazalarda bir yeşik tüstülü barıt ( 50kq ); bir yeşik
tüstüsüz bant ( 50kq ) və 15000 ədəddən artıq
olmayaraq dolu patron saxlanılmasına icazə verilir.
4.5. Ticarət anbarlan və
bazaları.
4.5.1.
Nəqliyyatın əraziyə daxil olması qaydası,
onların birğə yerləşdirilməsi miqdarı, dayanacaq
yerləri, habelə obyekt daxili buraxılış rejimi
obyektin inzibati heyəti tərəfindən
müəyyən edilir.
4.5.2.
Anbarların doldurma və boşaltma mexanizmləri və
elektrik yükvuranların
şlanq kabelləri saz vəziyyətdə olmalıdırlar.
4.5.3.
Qiymətli mal materialların saxlanılması üçün nəzərdə
tutulan otaqlarda məişət
otağı, yemək otağı və digər
yardımçı yerlərin qurulmasına içazə verilmir.
4.5.4.
Deborkaderlərdə (dəmir yol stansiyasında sərnişin
platforması) hər növ nəqliyyatın dayanacağı
qadağandır
4.5.5.
Anbar otaqlarında əmtəəşünasların ekspertlərin
anbardarların, mal seçənlərin və operatorların iş
yerlərinin çəpərlənməsi üçün qurulmuş şüşəbənd arakəsmələr
yanğın baş verən zaman adamların və qiymətli
mal-materialların köçürülməsinə maneə törətməməlidir,
4.5.6.
Darvazalarda adamların köçürülməsi üçün qurulmuş kiçik
qapılar anbar
otaqlarından çıxış istiqamətində
açılmalıdır.
4.5.7.
Lokamativlərin anbar otaqlarına girməsi qadağandır.
4.5.8.
Qiymətli mal-materialların ( yanar və ya yanar
qablaşdırmada olan yanmayan mallar ) açıq meydançalarda
saxlandığı hallarda bir bölmənin (ştabellər) sahəsi 300 kv.m-dən
artıq olmamalıdır. Bölmələr arası ( ştabellər
arası) yanğına qarşı
aralıqlar 6 metrdən az olmamalıdır. Ştabellər
arasındakı aralıqlara
materialların və avadanlıqların
yığılmasına icazə verilmir.
4.5.9.
Başqa təyinatlı binaların daxilində tikilmiş
anbar otaqlarında yanğın
təhlükəli maddələr və
materiallar ( aerozol qablaşdırmada olan kimyəvi məişət malları, lak, boya,
tezalışan və yanar mayelər, kibrit və s.) saxlamaq
qadağandır.
4.5.10.
Bitki yağlan anbarlarında hər hansı yanar
materialların saxlanılmasına yol verilmir.
4.5.11.
Ümumi təyinatlı anbarlarda kibritin yanmayan konstruksiyalar vasitəsi ilə
başqa otaqlardan ayrılmış ayrıca guşələrdə
saxlanılmasına icazə verilir.
4.5.12.
Tranzit elektrik kabellərin keçdiyi otaqlarda, habelə qaz kommunikasiyaların
və yağ dolu aparatların olduğu otaqlarda malların
yığılması qadağan edilir;
4.5.13.
Anbarlarda qaz pilitələri və məişət elektrik
qızdırıcı cihazları
qurmaq qadağandır
4.5.14.
Bazalarda və anbarlarda turşular saxlanılan zaman onların
ağac, küləş və
üzvi mənşəli sair maddələrə toxunmasın deyə
lazımı tədbir görülməlidir.
Turşuların saxlandığı yerlərdə təsadüfən
tökülən turşuların dərhal
neytrallaşdırılması üçün hazır tabaşir. əhəng.
yaxud soda məhlulu saxlanılmalıdır.
Turşuların saxlandığı yerlər işarələnməlidir.
4.5.15.
5000-dən artıq miqdarda aerozol qablaşdırmalar izolə
edilmiş anbarlarda
yaxud anbarın asan sökülə bilən örtüyü olan və
çardaqsız olan izolə edilmiş
bölməsində saxlanılmalıdır,
4.5.16.
İzolə edilmiş anbarın hər bir bölməsində 150
min ədəddən artıq
olmayaraq aerozol qablaşdırmaların
saxlanılmasına İcazə verilir. Anbarın ümumi tutumu 900
min qablaşdırmadan artıq olmamalıdır. Ümumi
anbarın izolə edilmiş bölməsində
ən çox 15 min qablaşdırma saxlanıla bilər.
4.5.17.
Aerozol qablaşdırmaları çoxmərtəbəli
anbarların yalnız yuxarı
mərtəbəsində
saxlanılmasına icazə verilir.
4.5.18.
Aerozol qablaşdırmaların, oksidləşdiricilərlə,
yanar qazlarla, asan alışan və yanar mayelərlə bir
otaqda saxlanılmasına icazə verilmir.
4.5.19.
Boyaların, lakların, əridicilərin, aerozol
qablaşdırmaların saxlanıldığı anbarlarda havadəyişmə
qurğuları anbarın bütün həcmi üzrə havanın
dəyişilməsinin
etibarlılığını təmin etməlidir.
4.5.20.
Aerozol qablaşdırmaların talvar altında, yaxud açıq
meydançalarda yalnız
ağzı bağlanan konteynerlərdə saxlanılmasına
yol verilir.
4.5.21.
Aerozol qablaşdırmaları uzaq məsafələrə bir
qayda olaraq qablaşdırmanın
tərkibindəki buxarın sızmasının
qarşısını alan qapalı konteynerlərdə
daşınmalıdır,
4.5.22.
Partlayış-yanğın təhlükəli mallar, maddələr
və materiallar (lak, boya,
əridicilər, kimyəvi-məişət
malları, kibrit, qaz dolu balonlar və s.) saxlanılan baza və müstəqil anbarlarda həmin
binaların qapılarında, yaxud darvazalarında, bayır tərəfdən
bu binalarda saxlanılan mal və materialların miqdarı onların yanğın təhlükəsini
xarakterizə edən təhlükəsizlik tədbirləri,
habelə yanğının söndürülməsi
zamanı həyata keçirilən tədbirlər barədə
məlumat vərəqələri
asılmalıdır.
4.6.
Avtoyükvuran və elektrokar (akummlyatorla işləyən matorlu
araba maşınlan və cərəyandoldurma məntəqələri
üçün yanğın təhlükəsizlik
tədbirləri.
4.6.1 Elektrokaraların
akumlyator batareyaları bu məqsədlər üçün nəzərdə
tutulan xüsusi doldurucu stansiyaların
otaqlarında doldurulmalıdır. Bu otaqlar qüvvədə olan
qanunvericiliyin tələblərinə müvafiq olmalıdır.
4.6.2.
Cərəyandoldurma stansiyaları və təmir
emalatxanaları üçün ayrılmış
otaqların döşəmələri beton əsaslar
üzərində tam üfüqi
vəziyyətdə qələviyə (turşuya) davamlı örtükdə
olmalıdır.
4.6.3.
Cərəyandoldurma stansiyaların və doldurulmuş
batareyaların saxlanılması üçün nəzərdə tutulan
otaqların havadəyişmə qurğusu dalma işləməlidir.
4.6.4.
Cərəyandoldurma məntəqəsinin havadəyişmə
qurğusunu ümumi havadəyişmə qurğusuna qoşmaq
qadağandır.
4.6.5.
Qazlar otağın yuxarı zonasında olduğu kimi
aşağı zonasından da
sovrulub çıxarılmalıdır. Bununla belə yuxan zonada qazların
sovrulması daha çox intensiv olmalıdır.
4.6.6.
Cərəyan otaqlarının isindirməsində kolorifer
qurğularından istifadə edilməsi tövsiyyə edilir.
Otaqda yuxan tempratur həddi 30 s-dən yüksək olmamalıdır.
4.6.7.
Akumlyatorların saxlandığı otaqların
qapılarında Cərəyandoldurma Yanğın Təhlükəlidir
Odla daxil olmamalı Siqaret çəkmək qadağandır sözləri
yazılmalıdır.
4.6.8.
Havadəyişmə qurğusunun işi dayandırılan
zaman, doldurma cərəyanının şəbəkədən
ayrılması nəzərdə tutulmalıdır
4.6.9.
Cərəyan stansiyaları otaqlarında akumlyator və digər
cihazları təmir etmək, qələvi və turşulu akumlyatorları
yanaşı bir yerdə qoymaq, habelə nasaz elektrokaraların
doldurulmasına yol vermək qadağandır. Cərəyan
stansiyası otaqlarında yalnız doldurulmaqda olan elektrokaralar
olmalıdır.
4.6.10.
Avtoyükvuranların və elektrokaraların dayanacağına
qarajlarda və xüsusi ayrılmış meydançalarda icazə
verilir. Nasaz nəqliyyatın işə buraxılmasına icazə
verilmir.
4.6.11.
Otağın daxilində yanaryüklərin habelə yanarqablaşdırmada
olan yüklərin yerlərinin dəyişdirilməsi üçün avtoyükvuranlardan
istifadə edilməsinə icazə verilmir. Yanar toz olan
otaqlarda istifadə edilən elektrokaraların işə salma
qurğularının toz keçirməyən mühafizə sistemi
olmalıdır.
4.6.12.
Avtoyükvuranlar və elektrokarlar elə yerləşdirilməlidiki
keçid yollarını, nəqliyyat yollarını,
çıxış yollarını və yanğın söndürmə
vasitələrinin qarşısını tutmasın.
Yanğın baş verdiyi hallarda nəqliyyat vasitələri
anbar otaqlarından çıxarılmalıdırlar.
4.7. İctimai iaşə müəssisələri
və şadlıq evləri.
4.7.1.
Nahar zallarında masaların yerləşdirilməsi
yanğın baş verdiyi hallarda istehlakçıların sərbəst
köçürülməsinə maneəçilik törətməməlidir.
İctimai iaşə müəssisələrinin istismar prosesində
nahar zallarının keçid yollarında istehlakçıların hərəkətlərinə
maneəçilik törədən masalar, stullar və s qoyulmasına
icazə verilmir. Yanğın Təhlükəsizliyi şərtləri
üzrə restoran və yeməkxanalarda adamların
çıxışa tərəf köçürülməsi üçün ən azı
1,35 m enində yol
qoyulmalı və ayrı-ayrı oturacaq yerlərinə
yanaşmaq üçü sərbəst. keçid saxlamamalıdır.
4.7.2.
İctimai iaşə müəssisələrində kütləvi tədbirlərin
(teatr tamaşaların, yeni II şənliklərin, banketlərin,
toyların və s) keçirilməsinə müvafiq otaqda
işıqlandırıcı göstəricilərlə təchiz
edilmiş, ən azı 2 köçürmə çıxış
yollarının mövcud olduğu zaman
icazə verilir. Bu zaman aşağıdakı tədbirlərin
həyata keçirilməsi zəruridir;
4.7.2.l.
Yanğın Təhlükəsizliyinə cavabdehlik daşıyan
şəxsi təyin etmək:
Həmin
şəxs yanğın
təhlükəsizliyi qaydalarına dair ictimai iaşə müəssisəsinin müdriyyətindən
təlimat alır və yanğına qarşı lazımi tədbirlərin
həyata keçirilməsini təmin
edir.
4.7.2.2.
Tədbirdən qabaq otaqları diqqətlə gözdən keçirmək
və onları yanğın təhlükəsizliyi tələblərinə
müvafiq vəziyyətə gətirmək:
4.7.2.3.
Müvəqqəti estradaların və səhnələrin,
işıq və xüsusi aparatların
qurulmasını, məftil və kabellərin
çəkilməsinin elə təşkil etmək lazımdır
ki, köçümə şəraiti pisləşməsin;
4.7.2
.4 .Müvəqqəti elektirk qəbul edicilərini (elektrik musiqi
alətləri, səs gücləndiriciləri işıq cihazları və
s) tətbiq edildiyi zaman onların müvəqqəti elektrik şəbəkəsini
qoşulmasına yol verməmək,
4.7.2.5.
İşıqlandırıcı aparatların (projektorlar, sofitlər
və s) yanar materiallara yaxın 0,5 m məsafədə qurulmasına
yol verilmir. Projektorlarda və sofitlərdə yanar materiallardan olan işıq filterlərinin
tətbiq edilməsi qadağandır.
4.7.3.
Yeni il bayramlarının (şənliklərinin) keçirildiyi
zaman aşağıdakı yanğın təhlükəsizliyi
qaydalarına riayət edilməlidir.
4.7.3.1.
Şam ağacı bərk dayaqlar üzərində elə
quraşdırılmalıdır ki, onun budaqları tavana və divarlara toxunmasın.
4.7.3.2.
Yeni il şənliyi keçirilərkən şamlardan, atəşfəşanlardan
istifadə etmək, şam ağacını selüloit
oyuncaqlarla, odadavamlı məhlulla hopdurulmamış
pambıqda bəzədilməsi qadağandır.
4.7.3.3.
Şam ağacı elektrik qurğularının
quraşdırılması qaydalarına riayət olunmaqla
işıqlandırılmalıdır.
İşıqlandırma şəbəkəsinin elektrik cərəyanından
istifadə edərkən, alçaldıcı transfarmatorların
vasitəsi ilə 12V-luq gərginlik lampalarından istifadə
olunmalı; elektrik naqilləri və işıqlandırma
lampaları saz olmalı və etibarlı izolə edilməlidir.
İşıqlandırmada nasazlıq aşkar etdikdə (
naqillər qızdıqda, lampalar yanıb-söndükdə,
qığılcım olduqda və s.) dərhal onu elektrik
şəbəkəsindən ayırmaq lazımdır.
4.7.4. Texnoloji avadanlıqlar,
qızdırıcı cihazlar normal iş rejimində,
yanğın cəhətdən təhlükəsiz
olmalıdır, təhlükəli nasazlıqlar və qəza
halları üçün işdə bas verə biləcək
yanğının həcmini və nəticəsini məhdudlaşdıran,
zəruri müdafiə tədbirləri nəzərdə
tutulmalıdır.
4.7.5.
İctimai iaşə müəssisələrində qadağan
edilir:
4.7.5.1.
Şəbəkəyə qoşulan elektrik və qaz pilitələrini,
qızdırıcı qənnadı şkaflarını, digər
qızdırıcı cihazlarını nəzarətsiz
qoymaq;
4.7.5.2.
Qaz borularından və cihazlarından qaz sızmasının
aşkar edilməsi üçün açıq oddan, kibritdən və s.
istifadə etmək;
4.7.5.3.
Mətbəx otaqlarında boş və ya yanar qazlarla dolu
balonlar qoymaq və ya saxlamaq;
4.7.5.4.
Köçürmə yolarında qarderoblar və bufetfər qurmaq;
4.7.5.5.
Nahar zallarının divarlarını və pəncərələrin
pərdələrini yanar və yandıqda zəhərləyici
olan sintetik materiallarla bəzəmək.
4.8. Soyuducu qurğular.
4.8.1.
Hər müəssisədə soyuducu maşın və
qurğuların düzgün və təhlükəsiz istismar
edilməsinə cavabdeh şəxs təyin edilməlidir.
4.8.2.
Soyuducu qurğulara xidməti qulluq göstərilməsinə
xüsusi hazırlığı
olmayan şəxslər buraxılmır,
Şəxsin müstəqil olaraq işə buraxılması
müəssisə üzrə verilən sərəncamla
həyata keçirilir.
4.8.3.
Ammonyaklı qurğuların aparatlar və maşınlar bölməsinin
otaqlarında soyuducu
maddə ( soyutma prosesini gücləndirən kimyəvi məhlul )
buxarların tərkibini təyin edən
ən azı iki cihaz ( qazoanalizator) qurumalı və onlar sovurrma-buraxma havadəyişmə
qurğusunu və kompressorları ayıran
qurğulara birləşdirilməlidir.
4.8.4.
Soyuducu maddə ilə (ammiyyakla) dolu balonlar xüsusi anbarlarda saxlanılmalıdır.
Bunları maşın şöbələrində saxlamaq
qadağandır.
4.8.5.
Soyuducu aqreqatların və soyuducu kameraların
otaqlarının vəzifə
təyinatından başqa qeyri ehtiyaclar
üçün istifadə edilməsinə yol verilmir.
4.8.6.
Soyuducu kameraların yanğına qarşı zonalarında
deşiklər açılmasına
boruların keçirilməsinə,
dayaqların qoyulmasına, yanar materialların yapışdırılmasına icazə
verilmir.
4.8.7.
Soyuducu aqreqatlarını soyuducu kameraların dəhlizlərində yerləşdirilməsi
qadağan edilir. Duzlu su vasitəsi ilə soyudulan kameraların
soyuducu qurğuların yerləşdirilməsinə
yalnız bayıra çıxış yolu olan maşın bölmələrində icazə verilir.
4.8.8.
Maşın və aparat şöbələrinin havadəyişmə
sistemlər! başqa otaqların
havadəyişmə sistemləri ilə
birləşməməlidirlər.
4.8.9.
Maşın və aparat şöbələrində qəza
işığı daima saz vəziyyətdə saxlanılmalıdır.
4.8.10.
Soyuducu maddələri (ammonyaklı)
qaldırıcıların (liftlərin)
şaxtalarında yerləşdirmək
qadağandır.
4.8.11.
Ammiyyaklı soyuducu qurğuların maşın və aparat
şöbələrini partlayışdan mühafizə edən elektrik
avadanlığı dalma nəzarət altında olmalı
və texniki cəhətdən saz vəziyyətdə
saxlanılmalıdır;
4.8.12.
İstismar və təmir prosesində soyuducu kameraların
layihədə nəzərdə tutulmuş yanmaz, yaxud çətin
yanan istilik izolyasiyasını yanar istilik izolyasiyası və
dəyişilməsinə icazə verilmir.
4.8.13.
Maşın və aparat bölmələri otaqlarının
istismarı zamanı yüngül detalların (panel pəncərə,
qapılar və s.) dəyişilməsinə yol verilmir.
4.8.14.
Təzyiq altında olan avadanlığı təmir etmək,
işləyən nasos və kampressorlarda kipkəcləri
taxmaq və bərkitmək, aparatlarda və boru kəmərində
təzyiqi azaltmadan başlıqları (flanslar)
sıxlaşdırmaq qadağandır.
4.8.15.
Maşın və aparat bölmələrinin
avadanlıqlarının profilaktik baxışı zamanı
İşıqlandırılması məqsədi üçün 12V gərginlikdən
çox olmayan partlayış mühafizəli səyyar lampalardan istifadə
edilməsinə icazə verilir.
4.8.16.
Sistemin doldurulmasını sürətləndirmək məqsədi
ilə soyuducu maddə ilə (ammiyyak) dolu balonların
qızdırılması qadağan edilir.
4.8.17.
Kompressor qurğuları binalarında metal tarada sürtgü materiallarının,
ən çox bir !ş növbəsi tələbatı miqdarında
saxlanılmasına yol verilir.
4.9. Ərzaq və sənaye
malları satışı bazarları. (Yarmarkalar)
4.9.1.
Ərzaq və sənaye malları satışı
bazarları (yarmarkaları) müvafiq İcra
Hakimiyyəti orqanlarının qərarına
əsasən müəyyən edilmiş qaydada açıq meydançalarda yaxud binalarda təşkil edilir.
4.9.2.
Yarmarkaların tikintisi yaxud təşkil edilməsi ilə əlaqədar
binaların avadanlıqla
təchiz edilməsi və ya sahənin ayrılması üçün Dövlət
Yanğın Nəzarəti
Orqanı tərəfindən zəruri
qaydada rəy verilməlidir.
4.9.3.
Binanın yarmarka üçün verilməsi
və yaxud yarmarkanın tikinti,
layihəsi zəruri qaydada Dövlət
Yanğın Nəzarəti Orqanı ilə
razılaşdırılmalıdır.
4.9.4.
Binalarda yarmarkaların yerləşdirilməsi həmin
binaların yanğın təhlükəliliyini artırmamalı və bu
binalar üçün müəyyən edilmiş yanğın təhlükəsizliyi tələblərini
pozmamalıdır.
4.9.5.
Yarmarkanın əhatə etdiyi sahənin hər 5 ha-na iki
çıxış yolu olmalıdır.
4.9.6.
Avtomobil darvazalarının eni
4,5 metrdən ax olmamalıdır.
4.9.7.
Yarmarkanın ərazisində alış-veriş yalnız
ticarət sırasında birləşdirilmiş pavilyonlarda,
köşklərdə və açıq piştaxtalarda həyata
keçirilə bilər. Ticarət sırasının
uzunluğu 100 metrdən artıq olmamalıdır.
4.9.8.
Ticarət sıralarında pavilyonların və köşklərin
yerləşdirilməsi qrup şəklində həyata keçirilməlidir.
Bir qrupda 20 ədəd köşk və pavilyonların yerləşdirilməsinə icazə verilir.
Qrupda onlar arasındakı məsafə normalaşdırılmır. Pavilyon və
köşk qrupları arasında eni 5 metrdən az olmayaraq yanğına qarşı məsafə
olmalıdır.
4.9.9.
Ticarət sıraları arasında məsafə 3 metrdən
az olmamalıdır.
4.9.10.
Ticarət sıralarında hər sıra üzrə hərəkət
istiqaməti göstərilmiş və
Ç I X I Ş sözü yazılmış ən
azı 3 lövhə olmalıdır.
4.9.11. Pavilyonların və köşklərin isidilməsi üçün
yalnız yağ radiatorlarından
və qızdırıcı lövhələrdən
İstifadə edilməsinə yol verilir.
4.9.12.
Elektrik işıqlandırıcılarının müdafiə
örtükləri ( qapaqları ) olmalıdır.
4.9.13.
Pavilyon və köşk qruplarının yaxud ticarət
sıralarının cərəyanının kəsilməsi üçün
ümumiyyətlə vahid cərəyan ayırıcı
qurğuları nəzərdə tutulmalıdır.
4.9.14.
Qaz cihazlarından və aparatlarından, habelə qaz balonları ilə işləyən cihazlardan
yarmarkanın ərazisində istifadə edilməsi qadağan
edilir.
4.9.15.
Yarmarkanın ərazisi gündəlik olaraq zibil və yanar zibil
tullantılardan təmizlənməlidir. Tullantıların müvəqqəti
olaraq yığıldığı yerlər köşklərdən
və pavilyonlardan ən azı 15
metr aralı məsafədə olmalıdır.
4.9
16. Günün gecə vaxtı yarmarkaların ərazisi növbətçi
işıqlandırıcılarla
işıqlandırılmalıdır.
4.9.17.
Yarmarkanın rəhbərliyi radioyayım şəbəkəsinin
köməyi ilə yanğın
haqqında adamların təcili xəbərdar
edilməsi sistemini işləyib hazırlamalıdır.
5. Yanğına qarşı su
təchizatı.
5.1. Yanğına qarşı təchizatına
aşağıdakılar aiddir.
a)
üzərində yanğın hidrantı (su kəməri
kranı) və göstəriciləri qoyulan çöl su şəbəkəsi;
b)
yanğın su hovuzları və çənlər ( rezervuarlar )
v)
daxili və çöl su kəməri şəbəkələrində
təzyiqin yüksəldilməsi üçün
nasos stansiyaları;
q)
yanğın texnikası vasitəsi ilə təbli su mənbələrindən
su götürmək imkanı verən yanğın pirsləri və
yanaşma yollan;
d) şlanq və lülələrlə
təchiz edilmiş daxili yanğın kranları;
e) yanğın baş verməsi
hallarında su götürmək üçün
uyğunlaşdırılmış stasionar qurğular,
5.2.
Üzərində yanğın avadanlığı qurulan su kəməri
şəbəkəsi yanğın söndürmə məqsədləri
üçün lazımı təzyiqi və suyun hesablanmış miqdarda
verilməsini təmin etməlidir. Su kəməri şəbəkəsində
təzyiqin kifayət qədər olmadığı obyektlərdə
yüksəldici nasoslar qurulmalıdır.
5.3.
Müəssisənin ərazisində, yaxud
yaxınlığında ( 150-200 m ) təbii su mənbələrinin
( çay, göl, nohur) mövcud olduğu hallarda yanğın avtomobillərinin
dayanması və ilin hər hansı dövründə su götürülməsi
onlara tam sərbəst yaxınlaşılması üçün yollar çəkilməli
və pirslər qurulmalıdır.
5.4.
Yanğın çənləri ( rezervuarlar)
su hovuzlarına, su kəməri şəbəkəsinə
və hidrantlarına
obyekt rəhbəri tərəfindən onların
yanğın və alışma hadisələri zamani həmişə
istifadə üçün hazır vəziyyətdə olmasını və
sazlığını təmin edən daimi texniki müşahidənin
aparılmasını həyata keçirilməsidir
5.5.
Su hovuzlarının daim saz vəziyyətdə
saxlanılması üçün aşağıdakılar zəruridir:
5.5.
1. Onların zibillənməsinə yol verməmək;
5.5.2.
Subölən qurğuların qorunub saxlanılmasına, saz vəziyyətdə
olmasına nəzarət etmək;
5.5.3.
Su hovuzlarında hesablanmış miqdarda suyun daim mövcud
olmasını mütəmadi olaraq yoxlamaq.
5.6.
Təmir işlərinin aparıldığı, yaxud su kəməri
sahələrinin şəbəkədən açıldığı,
nasos stansiyasının sıradan çıxdığı, sprinkler
və drençer qurğularının nasazlığı, suyun su
hovuzlarından sızdığı
hallarda dərhal yanğın təhlükəsizliyi xidməti
məlumatlandırılmalıdır:
5.7.
Yanğın hidrantının yerləşdiyi yerdə işıqlı
və ya flyuoreset göstəriciqurulmalı və bu göstəricidə
Yanğın Hidrantı hər indeksi, rəqəmlər
vasitəsi ilə göstəricidən hidranta qədər olan məsafə
və millimetrlə hidrantın diametri habelə onun növü ( halqavari,
yaxud birtərəfli } qeyd olunmalıdır. Su hovuzunun yerləşdiyi
yerdə işıq, yaxud flyuoreset göstərici qurulur və bu
göstəricidə Yanğın Su Hovuzu hərfi indeksi, rəqəmlərlə
kubmetr hesabıyla su ehtiyatının miqdarı və eyni
vaxtda su hovuzuna yan ala bilən yanğın avtomobillərinin
sayı qeyd olunmalıdır.
5.8. Yanğın hidrantlarına və yanğın
kranlarına hər altı aydan bir texniki qulluq göstərilməli,
zəruri hallarda yanğın təhlükəsizliyi xidmətinin
və obyektin İnzibati heyətinin iştirakı ilə
birlikdə su kəməri xidmət orqanı tərəfindən
suyun buraxılması yolu ilə yoxlanılmalıdır.
5.9.
Yanğın nasosu stansiyası otağında yanğına
qarşı su təchizatının ümumi sxemi nasosların sarğı sxemi, müəssisələrin
sprinkler və drençer qurğularının sxemləri və
onların istismarına dair təlimatlar asılmalıdır.
Hər siyirtmədə və yanğın nasoslarında
onların təyinatı göstərilməlidir.
5.10
Hər nasos stansiyasında, onu birbaşa şəhərin
yanğın təhlükəsizliyi xidməti ilə birləşdirən
telefon rabitəsi yaxud siqnalizasiyası olmalıdır.
5.11.
Bütün yanğın nasoslan daim hazır vəziyyətdə
saxlanılmalı, hər 10 gündə bir dəfədən az olmayaraq,
suyu buraxmaq yolu ilə lazımı təzyiqin yaradılması
yoxlanılmalı və yoxlamanın nəticələri xüsusi
jurnalda qeydə alınmalıdır.
5.12.
Yanğına qarşı daxili su kəmərlərinin
bütün otaqlarda olan yanğın kranları şlanq və lülələrlə
təchiz edilməli, şkaflara yerləşdirməli və
bu şkaflar möhürlənməlidir. Yanğın
şlanqları quru, yaxşı bükülmüş kranlara və lülələrə
birləşdirilmiş halda olmalıdır.
Yanğın
kranı yerləşdirilmiş şkafın qapısında
kranın sıra sayı göstərilməklə YK hərfi
indeksi yazılmalıdır.
6. Yanğın texnikasının və rabitə vasitələrinin
saxlanılması.
6.1. Yanğın
texnikalarının (yanğın avtomobilləri, matopompalar, odsöndürənlən)
və rabitə vasitələrinin saxlanılmasına və
vaxtı-vaxtında təmir edilməsinə cavabdehliyi obyekt rəhbəri
daşıyır.
6.2. Obyektdə mövcud olan telefonlardan
birinə günün hər bir vaxtında sərbəst
yanaşılma təmin edilməlidir. Hər telefon
aparatının yanında yanğın hadisəsi baş
verdiyi zaman yanğın təhlükəsizliyi xidmətinin köməyə
çağırılması üçün telefon nömrəsi qeyd olunmuş cədvəl
olmalıdır. Obyektdə telefon rabitəsinin
olmadığı hallarda ən yaxındakı telefonun
olduğu yeri, yaxud yanğın köməyinin
çağırılması üsulu göstərməlidir.
6.3. KönülIü-yanğinsöndürənIərin
öyrədilməsi ilə əlaqədar olmayan təsərrüfat,
istehsal və sair ehtiyatlar üçün yanğın texnikasından və
vasitələrindən istifadə edilməsi qadağandır.
Qəza
və təbii fəlakətlər zamanı Dövlət
Yanğın Nəzarəti orqanları ilə
razılaşdırılmış qaydada yanğın
texnikasından istifadə edilməsinə yol verilir.
6.4. Səyyar yanğın texnikası
(yanğın avtomobillər motopompalar) və yanğın
avadanlıqları dalma saz vəziyyətdə
olmalıdır. Bunların saxlanılması üçün isidilən
xüsusi binalar (yanğın deposu qaraj, boks) olmalıdır.
Yanğın texnikasının və odsöndürənlərin yerləşdiyi
yerin göstərilməsi üçün Dövlət Standartının tələblərinə
müvafiq olaraq göstərici nişanlardan istifadə edilməlidir.
Bu nişanlar binanın daxilində və ya xaricində yerdən
2-2,5 metr hündürlükdə gözə çarpan yerlərdə yerləşdirilməlidir.
6.5.
Baza və anbarlarda ilk yanğınsöndürmə vasitələrinin
yerləşdirilməsi üçün bir qayda olaraq xüsusi yanğın
lövhələri, şkaflar qurulmalıdır. Yanğın lövhələrində
və şkaflarında kompakt şəklində odsöndürənlər,
qum, bel, lom, könüllü yanğın dəstəsinin
siyahısı, yanğın təhlükəsizliyi
qaydalarından çıxarışlar, yanğın təhlükəsizliyi
xidmətinin telefon nömrələri, habelə yanğın təhlükəsizliyinə
cavabdeh şəxslərin telefon nömrələri yazılıb
yerləşdirilməsi tövsiyyə olunur
6.6.
Odsöndürənlərin və yanğın söndürmək üçün digər
vasitələrin daim saz və işlək vəziyyətdə
olmasına gündəlik nəzarət edilməsi yanğın təhlükəsizliyinə
cavabdeh şəxslər və könüllü yanğın dəstəsinin
üzvləri tərəfindən həyata keçirilir.
6.7.
Odsöndürənlərin yerləşdirilməsi, onlara texniki qulluq
göstərilməsi və onların tətbiq edilməsi qaydaları
istehsalçı müəssisələrin təlimatlarındakı və
qüvvədə olan normativ texniki sənədlərdəki göstərişlərə,
habelə aşağıdakı tələblərə müvafiq
olaraq müəyyənləşdirilməlidir:
6.7.1.
Havası dəyişdirilməyən, sahəsi 15kv-metrdən
az olan otaqlarda hallogenkarbohidrogen
birləşmələrlə yüklü odsöndürənlərdən
istifadə edilməsinə icazə
verilmir.
6.7.2.
Odsöndürənlər qapı açıldığı zaman onun kənarından
ən azı 1,2 metr məsafədə və döşəmə səviyyəsindən
odsöndürənin aşağı başlığına qədər
1,5 metr hündürlükdə yerləşdirilməlidir.
6.7.3.
Odsöndürənlərin yerləşdirilməsi üçün nəzərdə
tutulan şkafların, lövhələrin konstruksiyası və zahiri tərtibatı
elə olmalıdır ki, orada yerləşdirilən
odsöndürənin tipini (markasını) müəyyən etmək
mümkün olsun.
6.7.4.
Könüllü yanğın dəstəsinin üzvləri hər 10 gündə
bir dəfədən az olmayaraq binalarda
(obyektlərdə) yerləşdirilmiş odsöndürənləri
zahiri olaraq gözdən keçirməli və
onları tozdan təmizləməlidirlər. Bununla
yanaşı eyni zamanda köpüklü odsöndürənlərin
ucluqları da təmizlənməlidir.
Köpüklü
odsöndürənlərin daxilindəki tərkibin
yararlığı ən azı ildə bir dəfə,
odsöndürənin gövdəsinin davamlılığı isə hər
il yoxlanılmalıdır.
6.7.5.
Karbon qazlı odsöndürənlər həddindən artıq
qızmadan və günəş şüalarının təsirindən
qorunmalıdır. Odsöndürənlərə çəki nəzarəti
ən azı ildə bir dəfə aparılmalıdır.
7. Əsas ticarət, ictimai
iaşə müəssisələri, baza və anbarlar üçün
yanğın təhlükəsizliyi tələbləri.
7.1.
Ərzaq və sənaye malları mağazaları:
7.1.1.
Əsas köçürmə yolları kimi istifadə edilən otaqlarda yanar
malların, yaxud yanar qablaşdırmada olan malların
saxlanılmasına icazə verilmir.
7.1.2.
Ticarət zallarında və adamların köçürülmə
yollarında yanar materialların, tullantıların,
qablaşdırmaların və konteynerlərin müvəqqəti
saxlanılmasına yol verilmir. Bu materiallar toplandıqca hər
gün yığışdırılıb
aparılmalıdır. Ticarət, yaşayış və
inzibati binaların pəncərələrinə yaxın və
ya bitişik yerdə yanar tara yığmaq qadağan edilir.
7.1.3.
Başqa təyinatlı binaların ticarət müəssisələri
üçün uyğunlaşdırıldığı zaman onlar qüvvədə
olan norma və qaydaların tələblərinə uyğun
olmalıdırlar.
7.1.4.
Yanar malların yaxud yanar qablaşdırmada olan yanmaz
malların pəncərə oyuğu və ya tüstü yolu olmayan
otaqlarda saxlanılmasına icazə verilmir.
7.1.5.
Anbar bölmələrini, ticarət və köməkçi otaqları
birləşdirən yanğına qarşı qapılar və
boşluqlar saz vəziyyətdə saxlanılmalıdırlar.
7.1.6.
Yüksək yanğın təhlükəliliyi olan malların (
odekolon, ətir, kibrit və s, ) başqa mallarla bir yerdə
saxlanılmamalıdır. Onların saxlanılması üçün
xüsusi otaq ayrılmalıdır.
7.1.7.
Mağazalarda qadağan edilir:
7.1.7.1.
Köçürmə yollarında və pilləkən qəfəslərində
saat təmiri məntəqələri,
oymaçı və digər emalatxanalar yerləşdirmək;
7.1.7.2.
Dəhliz-şlyuzların çəpər konstruksiyaları
pozulduğu hallarda yük liftlərini istismar etmək;
7.1.7.3.
Adamların ticarət zallarında olduğu zaman odla
bağlı işlər aparmaq;
7.1.7.4.
Ticarət müəssisələrinin başqa təyinatı
binalarda yerləşdirildiyi hallarda yanğın cəhətdən təhlükəli
malların (qazla dolu balonlar, boyaq, əridicilər,
kimyəvi-məişət malları və s.) ticarətinin
aparılması;
7.1.7.5.
Ətriyyat malları şöbəsi və bölmələrinin
çıxış yollarına və köçürmə yollarına
yığmaq;
7.1.7.6.
Hava şarlarını doldurması və digər məqsədlər
üçün ticarət yollarında
yanar qaz dolu çənlər qoymaq;
7.1.7.7.
Piştaxtalarda sellüloid və digər yanğın təhlükəli
məmulatların yığılması;
7.1.7.8.
Pilləkən qəfəslərində, dəhlizlərdə
və digər köçürmə yollarında
ticarət avtomatları yerləşdirmək
və mal satmaq;
7.1.7.9.
Mağazada 15.000-dən artıq aerozol qablaşdırma
saxlamaq;
7.1.8.
Çoxmərtəbəli mağazaların yuxarı mərtəbələrində
bir qayda olaraq tezalışan
və yanğın cəhətdən təhlükəli olan
malların ( aerozol qablaşdırmada
ətriyyat, plastik kütlələrdən olan məmulat, sintetik
materiallar və s.) satıldığı
şöbələrin ( bölmələrin ) yerləşdirilməsinə
icazə verilmir.
7.1.9.
Çoxlu alıcı kütləsi olan mağazalarda mallar mağazanın
işə başlanmasından
əvvəl bölmələrə (şöbələrə)
yığılmalıdır.
7.1.10.
Yüksək tələbat qoyulan malların satışında müəssisənin
rəhbəri adamların
ticarət zallarına buraxılmasının məhdudlaşdırılması
üçün müvafiq tədbirləri həyata
keçirilməlidir.
7.1.11.
Yüksəkmərtəbəli mağazalarda yüksəkrəfli
anbarların bitişik olduğu
ticarət zallarına mal verilən zaman
ticarət zalını anbarla birləşdirən dəhliz-şlyuzların
yanğına qarşı qapıları, habelə həmin dəhliz-şlyuzlara
hava axınını təmin edən
havadəyişmə qurğuları saz vəziyyətdə
saxlanılmalıdırlar.
7.1.12.
İş vaxtında malların doldurulub və
boşaldılması mağazaların arxa tərəfində
həyata keçirilməli və alıcıların ticarət
zallarından çıxmalarına maneçilik
törətməməlidir.
8. Yanğın bas verdiyi
hallarda insanların təhlükəsizliyinin
təmin edilməsi.
8.l.
Ticarət, ictimai iaşə müəssisələri, baza və
anbarların yanğın təhlükəsizliyinə cavabdeh şəxslər
həmin obyektlərdə yanğın baş verən zaman insanların təhlükəsizliyini təmin
edə bilən tədbirlərin vaxtında həyata keçirilməsinə cavabdehlik
daşıyırlar.
8.2
Ticarət və ictimai iaşə müəssisələrinin
köçürmə yollarının planlaşdırılması, onların
saxlanılması yanğın və yaxud digər qəza
hadisələrinin baş verdiyi zaman
insanların tez köçürülməsi
imkanını təmin etməlidirlər:
8.3.
Ticarət mərkəzlərində, ticarət evlərində,
restoranlarda və digər ticarət
və ictimai iaşə obyektlərində
yanğın baş verməli hallarında adamların təhlükəsizliyi aşağıdakı
amillər vasitəsi ilə təmin edilir:
8.3.1.
Köçürmə yollarının həcmli-planlaşdırılması
və konstruktiv tədbirləri,
ticarət, restoran və yeməkxana
zallarının səmərəli
planlaşdırılması, alıcı axınlarının düşünülmüş qaydada
istiqamətləndirilməsi;
8.2.3.2. Olovun və yanğının məhdudlaşdırılmasına
yönəldilən mühəndis tədbirləri: (yanğına qarşı sədlər,
yanğına qarşı mühafizə sistemləri, yanğınsöndürmə qurğuları və
s,);
8.3.3.
Yanğın yaxud qəza hallarında adamların müvəffəqiyyətlə köçürülməsinə
yardım göstərən xüsusi avadanlığın (təcili
bildiriş sistemləri, qəza
işığı, təhlükəsizlik işarələri və
nişanlan ) daim saz vəziyyətdə saxlanılması;
8.3.4.
Otaqların, köçürmə yollarının keçdiyi yerlərdə (
giriş salonlarının, dəhlizlərin, pilləkənlərin
) bəzək üzlüyü üçün yanar materialların, habelə səthdə
yanması tez yayıla bilən materialların
məhdudiyyətlə tətbiq
8.3.5.
Yanğın təhlükəli malların düzgün
saxlanılmasına və ticarətinə, elektrik
cihazlarının düzgün istismarına. qaynaq işlərinin
aparılması zamanı ehtiyat tədbirlərinə riayət
olunmasına rəhbərlik tərəfindən müntəzəm
surətdə nəzarətin aparılması.
8.4.
Köçürmə keçidlərini, çıxış yollarını, dəhlizləri,
pilləkənləri hər hansı əşyalarla
tutulmasına, mal və avadanlıqların
yığılmasına, həmçinin bu yerlərdən
yardımçı xidmət üçün istifadə edilməsinə
İcazə verilmir.
8.5.
Mağaza, anbar və ictimai iaşə müəssisələrinin
binalarının zirzəmi otaqlarında partlayıcı maddələrin,
qazla dolu balonların, tezalışan və yanar mayelərin,
nitrolakların və nitroemalların, məişətdə tətbiq
edilən kimyəvi malların, aerozol qablaşdırmada olan
malların, sellüloid və ondan hazırlanan məmulatların,
habelə digər yüksək yanğın təhlükəli
malların saxlanılması qadağan edilir.
8.6.
İş vaxtı köçürmə çıxış
qapılarının bağlanılması qadağandır. Bu məqsədlər
üçün daxili asan açılan qıfılların tətbiq edilməsinə
icazə verilir. Ticarət və
ictimai iaşə müəssisələrində texnoloji
avadanlıqlarının yerləşdirilməsi,
müəssisəyə gəlib-gedən adamların köçürülməsi
üçün xidməti pilləkən qəfəsindən
İstifadə edilməsinə maneçilik törətməməlidir.
8.7.
Yanğın haqqında adamların xəbərdar edilməsi
sistemlərinin (səs, işıq,
kombiniləşdirmə) saz vəziyyətdə
olması, adamların köçürülməsi planlarının
tətbiqi zamanı yoxlanılmalıdır. Müəssisənin
rəhbəri təcili xəbərdaretmə
sistemini işə salmaq hüququna malik olan şəxslərin
siyahısını müəyyənləşdirməlidir.
8.8.
Köçürmə yollarında qəza işıqları saz vəziyyətdə
saxlanılmalıdır.
8.9.
Yanğın baş verən zaman xüsusi yanğın liftlərindən
başqa qaldırıcı mexanizmlərdən və liftlərdən
İstifadə edilməsi qadağandır. Restoranlarda və
iri universal mağazalarda adamların
çıxış qapılarına, stasionar pilləkənlərə
doğru ən qısa yollar təhlükəsizlik
nişanları ilə aydın işarələnməlidir.
Yanğın baş verən zaman ekskalatorlar,
liftlər və qaldırıcı mexanizmlər alt mərtəbəyə endirilməli və
elektrik cərəyanından ayrılmalıdır.
8.10.
Köçürmə yollarında fırlanan və sürüşən
qapıların habelə dolama
pilləkənlərin və pilləkən
döngələrin qurulmasına icazə verilmir.
8.11.
Ticarət müəssisələrinin restoranların, kafe və
yeməkxanaların rəhbərləri zalların
istehlakçılarla həddən artıq dolmasına yol verməməlidirlər.
8.12.
Ticarət zallarının, restoran, kafe, yeməkxana
zallarının tutumu adamların hesablama sayma uyğun
olmalıdır. Mağazaların ticarət zallarının
yol verilən tutumu TN və Q ( Tikinti Norma
və Qaydalarının ) tələblərinə müvafiq olaraq bir adama ən azı 1,35 kv.m.
hesabı isə sahə nəzərdə tutulmalıdır .Restoran, kafe, yeməkxanalara
gələn istehlakçılar üçün zalların hər oturacaq yer üçün sahə tutumu ən
azı 1.4 kv.m. hesabı ilə qəbul edilməlidir.
8.13.
Ticarət və ictimai iaşə müəssisələrinin
otaqlarında olan xalça və xalça
ayaqaltıqları döşəməyə
kip bərkidilməlidir. Köçürmə yollarında yanar və
yandıqda zəhərlənmə törədə
bilən bəzək üzlük materiallarının tətbiq edilməsi qadağandır. Köçürmə
yollarındakı döşəmə örtükləri ( xalçalar, palazlar ) az kaloriyalı alışma mənbələrin
qısa müddətli təsirindən alışmamalıdırlar;
8.14.
İri universal mağazalarda, universamlarda və restoranlarda növbətçi xidməti heyət tənəfüs
orqanlarını mühafizə edən fərdi vasitələr və
elektrik fənərləri ilə təchiz
edilməlidirlər.
8.15.
Ticarət və iri ictimai iaşə müəssisələri,
bazalar və anbarlar Dövlət
standartının tələblərinə
uyğun olaraq yanğın təhlükəsizliyi nişanlan ilə
təmin olunmalıdırlar.
8.16.
Hər bir ticarət və ictimai iaşə müəssisələri
müəyyən edilmiş qaydada Yanğın təhlükəsizliyi
sertifikatı -nı almalıdırlar.
9. Yanğın baş vermə
halında hərəkət.
9.1.
Yanğın baş verdiyi
hallarda, ticarət, ictimai iaşə müəssisələrinin,
baza və anbarların rəhbərlərinin, yerli
yanğından mühafizənin, könüllü yanğın dəstəsinin
hərəkətləri, birinci növbədə adamların təhlükəsizliyinin
və onların köçürülməsinin təmin edilməsinə yönəldilməlidir.
Yanğın haqqında adamlara xəbər verilməsi üçün
daxili radioyayımdan, həyacan zənglərindən və digər
səsli siqnallardan istifadə edilə bilər,
9.2.
Hər bır fəhlə və qulluqçu yanğın yaxud
alışma aşkar etdikdə aşağıdakı qaydada
hərəkət etməlidir:
9.2.1.
Bu haqda dərhal yanğın təhlükəsizliyi xidmətinə
xəbər verməli:
9.2.2.
İş yerində mövcud olan yanğınsöndürmə vasitələri
ilə (odsöndürənlər, daxili yanğın kranı,
stasionar yanğınsöndürmə qurğular və s.)
yanğının mənbəyini söndürməyə başlamalı
9.2.3.
Obyekt rəhbərinin yanğın yerinə
çağırılması üçün müvafiq tədbirlər həyata
keçirməli.
9.3.
Yanğın yerinə gələn obyektin rəhbər nümayəndəsi,
yaxud digər vəzifəli şəxslər borcludurlar:
9.3.1.
Yanğın xidmətinin
çağırılıb-çağırılmadığını
yoxlamaq;
9.3.2.
Yanğın haqqında müəssisənin, anbarın.
bazanın rəhbərinə xəbər vermək;
9.3.3.
Yanğın təhlükəsizliyi xidmətini qarşılamaq
üçün yanaşma yollarmı və su mənbələrinin yerləşdiyi
yerləri yaxşı bilən şəxsi ayırmaq;
9.3.4.
Avtomatik (stasionar) yanğınsöndürmə sisteminin
qoşulmasını yoxlamaq;
9.3.5.
Yanğının söndürülməsi ilə məşğul
olmayan adamları binadan, yaxud təhlükəli zonadan kənar etmək;
9.3.6.
Adamların həyatı üçün təhlükə yaranan hallarda,
bütün mövcud qüvvə və vasitələrdən istifadə etməklə
onların dərhal xilas olunmasını təşkil etmək;
9.3.7.
Lazım gəldiyi hallarda qazdan xilasetmə, tibbi və digər
xidmət orqanlarını çağırmaq:
9.3.8.
Yanğının ləğv edilməsi ilə əlaqədar
olmayan bütün işləri dayandırmaq:
9.3.9.
Elektrik enerjisini ayırmaq, yük daşıyan qurğuları
dayandırmaq, qaz komunikasiyalarının yolunu qapamaq, havadəyişmə
qurğusunu dayandırmaq,
tüstünü kənar edən sistemi işə salmaq və
yanğının yayılmasının
qarşısını ala bilən digər tədbirlər həyata
keçirmək;
9.3.10.
Yanğının söndürülməsində iştirak edən şəxslərin
yıxılması, elektrik cərəyanından zədə alması
ehtimalının aradan qaldırılması və yanmaqdan
mühafizə edilməsi üzrə tədbirlərin həyata
keçirilməsini təmin etmək:
9.3.11
.Yanğının söndürülməsi ilə bərabər eyni
vaxtda yüksək temperatur təsiri altında uçub-dağılmaq
təhlükəsinə məruz qalan binanın konstruktiv elementlərini
soyutmaq.
9.4.
Yanğın təhlükəsizliyi xidmətinin bölmələrinin
yanğın yerinə gəldiyi zaman yanğının
söndürülməsi işinə rəhbərlik edən müəssisənin,
bazanın, anbarın nümayəndəsi yanğının mənbəyi
yanğının ləğv edilməsi üçün görülən tədbirlər,
anbar və zirzəmilərdə yanğın təhlükəli
partlayıcı materialların, qaz dolu balonların mövcudiyyəti,
yanğının söndürülməsində iştirak edən və
köməyə ehtiyacı olan adamların mövcudiyyəti
haqqında bütün lazımı məlumatları yanğından
mühafizənin böyük rəisinə verməlidir.
9.5.
Müəssisənin nümayəndəsi yanğınsöndürmə qərargahının
(ştabının) tərkibinə daxil edildiyi hallarda o
aşağıdakıları həyata keçirməlidir:
9.5.1. YanğınsÖndürmə rəhbərini
yanan obyektin spesifik xüsusiyyətləri üzrə təlimatlandırmaq,
habelə partlayış təhlükəli və zəhərli
maddələr, qazla dolu balonlar, gərginlik altında olan
elektrik qurğuları barədə məlumatlandırmaq;
9.5.2.
Yanğının söndürülməsi və əmlakın köçürülməsi
ilə əlaqədar işlərin yerinə yetirilməsi üçün
qərargahı işçi qüvvəsi və mühəndis texniki heyətlə
təmin etmək;
9.5.3.
Yanğın söndürülən zaman istifadə oluna biləcək
vasitələrin daşınıb gətirilməsi üçün nəqliyyat
vasitələri vermək;
9.5.4.
Yanğınsöndürmə rəhbərinin göstərişinə əsasən,
müxtəlif kamunikasiyaların ayrılmasını və ya
istiqamətini dəyişmək, asanalışan və yanar
mayelərin çənlərdən sovrulub çıxarılmasını
və s təşkil etmək;
9.5.5.
Yanğının söndürülməsi ilə əlaqədar mühəndis
texniki heyətin hərəkətlərini tənzimləmək.
9.6.
Obyektdə baş verən hər bir alışma və yanğın hadisəsi üzrə
obyekt rəhbərliyi tərəfindən yanğının
baş verməsinə və yayılmasına şərait
yaradan bütün vəziyyətlər
aydınlaşdırılmalıdır.
9.6.1.
Dövlət Yanğın Nəzarəti Orqanının nümayəndələrinin
iştirakı ilə yağının baş verməsinə
səbəb olan vəziyyətin, şəraitin və səbəbin
aydınlaşdırılması üzrə komissiya
yaradılmalıdır.
9.6.2.
Obyektin yanğın təhlükəsizliyinin təmin edilməsi
üzrə tədbirlərin, onların yerinə yetirilməsinə
cavabdeh şəxslərin, habelə gələcəkdə
yanğın hadisəsinə yol verilməməsi üçün həyata
keçiriləcək tədbirlərin siyahısını işləyib
hazırlamalı və bu tədbirlərin habelə verilən
əmr və göstərişlərin siyahısı yerli Dövlət
Yanğım Nəzarəti Orqanına təqdim edilməlidir.
9.6.3.
Müəssisələrin ərazisində yanğınların
söndürülməsi zamanı yanğınsöndürmə üzrə əməliyyatların
yerinə yetirilməsində iştirak edən yanğın
xidmətinin şəxsi heyətinə və yanğının
söndürülməsinə cəlb olunmuş qüvvələrə müəyyənləşdirilmiş
qaydada zəruri qüvvə və vasitələr, yanacaq sürtgü
materialları habelə ərzaq məhsulları və istirahət
yerləri verilməlidir.
QoşmaN 1
Ticarət, ictimai iaşə müəssisələri,
yarmarkalar, baza və
anbarlar üçün ilkin odsöndürmə
vasitələri normaları.
|
N |
Binaların adı |
Mühafizə edilən sahənin ölçü
vahidi |
İlkin yanğınsöndürmə vasitələrinin
adı |
|
||||||
|
Odsöndürənlər |
Qum dolu yeşiklə |
Keçə və ya aspest |
Boçka və vedrə |
Qeyd |
||||||
|
Karb on qazlı |
köpüklü |
Aerozol |
Paraş oklu |
|||||||
|
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
9 |
10 |
11 |
|
1 |
Universal mağazalar və qeyri ərzaq
mağazaları |
100 |
- |
1 |
- |
- |
- |
- |
- |
- |
|
2 |
İri universal mağazaları və ərzaq
malları mağazaları (500 kv.m-dən yuxarı) |
150 |
- |
2 |
- |
- |
- |
- |
- |
- |
|
3 |
Sellüoid ticarətini aparan mağaza
şöbələri |
50 |
- |
1 |
- |
- |
- |
1 |
- |
Hər otaq üçün ən azı 1 ədəd |
|
4 |
Ağ neft dükanları |
hər dükan |
- |
2 |
- |
- |
- |
1 |
- |
- |
|
5 |
Şərab və rəngsazlıq
malları mağazası |
150 |
- |
1 |
- |
- |
- |
- |
- |
hər bina üçün ən azı 1 |
|
|
|
|
|
|
|
|
|
|
|
ədəd |
|
6 |
Yarmarka və bazarlar |
Uzunluğa ölçülən hər 20 metrəyə |
- |
1 |
- |
- |
- |
- |
- |
- |
|
7 |
Örtülü bazarlar (pavilionlar) |
100 |
- |
1 |
- |
- |
- |
- |
- |
- |
|
8 |
Çadır və dükanlar |
hər dükan üçün |
- |
1 |
- |
- |
- |
- |
- |
- |
|
9 |
Yeməkxana, çayxana, restoran, kafe |
100 |
- |
1 |
- |
- |
- |
- |
- |
hər otaq üçün azı 1 ədəd |
|
10 |
Mətbəxlər, qarderoblar və s. |
hər otaq üçün |
- |
1 |
- |
- |
- |
- |
- |
- |
|
11 |
Qazanxanalar |
100 |
- |
1 |
- |
- |
- |
- |
- |
hər bina üçün ən azı1 ədəd |
|
12 |
Ekspedisiyalar |
100 |
- |
1 |
- |
- |
- |
- |
- |
hər bina üçün ən azı 1 ədəd |
|
13 |
İnzibati binalar |
dəhlizin uzunluğa ölçülən hər
20 metrəsinə |
- |
1 |
- |
- |
- |
- |
- |
hər mərtəbə üçün ən
azı 2 ədəd |
|
|
a) dəhliz sistemində |
-- |
-- |
-- |
-- |
-- |
-- |
-- |
-- |
-- |
|
|
b) dəhlizsiz sistemində
(vestibül və pilləkənlər |
200 |
- |
1 |
- |
- |
- |
- |
- |
-- |
|
|
Daxil olmaqla |
|
|
|
|
|
|
|
|
|
|
14 |
Qaraj binaları |
100 |
- |
1 |
- |
- |
1 |
1 |
- |
Hər bina üçün ən azı 1 ədəd |
|
15 |
Qapalı anbarlar: Alışma temperaturu-45 S
aşağı olan benzin, liqroin, ağ neft, lak və sair bu
kimi maddələrin tara içində saxlandığı anbarlar |
100 |
- |
2 |
- |
- |
1 |
1 |
- |
- |
|
16 |
Alışma temperaturu 45C-dən
yuxarı olan lak, boya, yağ və sair bu kimi maddələrin
tara içində saxlandığı anbarlar |
100 |
- |
1 |
- |
- |
1 |
1 |
- |
- |
|
17 |
Yanar və partlayış qarışığları,
reaktivləri törətməyən kimyəvi maddələr
saxlanılan anbarlar |
300 |
2 |
2 |
1 |
1 |
1 |
1 |
- |
- |
|
18 |
Kəpitkə, kağız və digər
lif materialları anbarı |
200 |
- |
2 |
2 |
- |
- |
1 |
1 |
- |
|
19 |
Ağac, tara, ağac kömürü, xırda
mişarlama materialları anbarı |
200 |
- |
1 |
- |
- |
- |
- |
1 |
- |
|
20 |
Qeyri-ərzaq malları anbarı
(pambıq parka, yun parça, hazır paltar, tirikotaj xəz dəri,
baş geyimləri və s) |
200 |
- |
1 |
- |
- |
- |
- |
1 |
- |
|
21 |
Texniki əmlak anbarları (motor,
elektrik lampaları və s. avadanlıq) |
300 |
- |
1 |
- |
- |
- |
- |
1 |
- |
||
|
22 |
Metal məmulatı anbarı |
600 |
- |
1 |
- |
- |
- |
- |
1 |
- |
||
|
23 |
Tezalışan materialların mövcud
olduğu təsərrüfat anbarları |
200 |
- |
1 |
- |
- |
- |
- |
1 |
- |
||
|
24 |
Tezalışan materialların
olmadığı anbarlar |
400 |
- |
1 |
- |
- |
- |
- |
- |
- |
||
|
25 |
Qablaşmada olan şüşə anbarlar |
400 |
- |
1 |
- |
- |
- |
- |
1 |
- |
||
|
26 |
Gön, rezin və rezin məmulatları
anbarları |
200 |
- |
1 |
- |
- |
1 |
- |
1 |
- |
||
|
27 |
Kibrit anbarı |
100 |
- |
1 |
- |
- |
- |
- |
- |
- |
||
|
28 |
Tərəvəz saxlanılan anbarlar |
300 |
- |
1 |
- |
- |
- |
- |
- |
hər bina üçün ən azı 1 ədəd |
||
|
29 |
Ərzaq və yem anbarları |
300 |
- |
1 |
- |
- |
- |
- |
1 |
---- |
||
|
30 |
Taxıl, xüsusi bitkilər və un
anbarları |
200 |
- |
1 |
- |
- |
- |
- |
1 |
---- |
||
|
31 |
Duz, kolqedan və bunlara bənzər
mineral maddələr anbarı |
500 |
- |
1 |
- |
- |
- |
- |
- |
- |
||
|
32 |
Yanar qazlar anbarı |
300 |
- |
2 |
1 |
- |
- |
- |
- |
|
||
|
33 |
Kalsium-kabrit saxlanan anbarlar |
100 |
- |
1 |
- |
- |
1 |
- |
- |
|
||
|
34 |
Turşu (kislota) saxlanan anbarlar |
200 |
- |
1 |
- |
- |
1 |
- |
- |
- |
||
|
35 |
Açıq anbarlar Ağac tara anbarı |
100 |
- |
1 |
- |
- |
- |
- |
1 |
- |
||
|
36 |
Torf və ağac kömür anbarları |
200 |
- |
1 |
- |
- |
- |
- |
1 |
- |
||
|
37 |
Daş kömür anbarları |
500 |
- |
1 |
- |
- |
- |
- |
1 |
- |
||
|
38 |
Kəlitkə, lepka, kətan,
kağız və s. anbarları |
100 |
- |
1 |
- |
- |
1 |
- |
1 |
- |
||
|
39 |
Mişarlanmış meşə
materialları anbarı |
300 |
- |
1 |
- |
- |
- |
- |
1 |
- |
||
|
40 |
Şalban anbarları |
500 |
- |
1 |
- |
- |
- |
- |
1 |
- |
||
|
41 |
Odun anbarı |
1 ştabel üçün 250ku b.m |
- |
- |
- |
- |
- |
- |
- |
- |
||
|
42 |
Quru ot, küləş və digər yem
anbarları |
hər taya üçün |
- |
1 |
- |
- |
- |
- |
1 |
- |
||
|
43 |
Neft məhsulları tarasının ( çənlər)
saxlanılması üçün meydançalar |
200 |
- |
2 |
- |
- |
2 |
2 |
2 |
- |
||
|
44 |
Tara (çən) içində olan neft
məhsullarının saxlanılması üçün maydançalar |
200 |
- |
2 |
- |
- |
2 |
2 |
2 |
- |
||
|
45 |
Rezervuarlarda olan AAM və YM-i
anbarları |
hər rezervuar üçün |
- |
2 |
- |
- |
4 |
1 |
- |
- |
||
QEYD:
1.
Kənd yerlərində daxili yanğına qarşı su kəməri olmayan asan
alışan materialar anbarları yay dövründə su dolu çənlər
və vedrələrlə təmin edilməlidir.
2. Ticarət və
ictimai-iaşə müəssisələrin, yarmarkaların, baza və
anbarların ərazilərində yerləşdirilən
odsöndürənlər qış dövründə götürülərək
isidilən otaqlarda yerləşdirilməli, götürüldükləri
yerlərdə isə onların yerləşdiyi məntəqələr
haqqında elan
asılmalıdır.
3. Odsöndürənlər və
digər ilkin yanğınsöndürmə vasitələri otaqlarda
mümkün qədər çıxış yollarına yaxın, gözə çarpan və
asanlıqla yanaşıla bilən yerlərdə yerləşdirilməlidir.
Təhlükəsizlik tədbirlərin
məlumat vərəqəsi
|
|
|
|
A-yanğın söndürülən zaman tədbirlərin
kodu. B-təhlükə
zonası. V-saxlanılan yanar maddələrin
tonla miqdarı və qaz dolu
balonların mövcudiyyəti. |
|
|
Yanğın
söndürülən zaman tədbirlər (kod A) |
|
|
1 |
Su tədbiq etməmək! Quru odsöndürən vasitələr tədbiq
etmək. |
|
2 |
Su şmaqı
tədbiq etmək. |
|
3 |
Dağınıq su tədbiq etmək. |
|
4 |
Xaladonlar əsasında su yaxud tərkiblər
tədbiq etmək. |
|
5 |
Maddələrin çirkab sulara və
su hovuzlarına düşməsinin qarşısını almaq. |
|
6 |
Tənəffus
aparatları və qoruyucu əlcəklər ancaq
yanğın zamanı lazımdır. |
|
7 |
Adamları
köçürmək lazımdır. |
Təhlükə
nişanları
|
Nişanın nömrəsi |
Məna məzmunu |
Təsviri |
|
1 |
Ehtiyatlı olun! Asanalışan maddə. |
|
|
3 |
Ehtiyatlı olun! Partlayış təhlükəli. |
|
|
4 |
Ehtiyatlı olun! Yeyici maddə. |
|
|
5 |
Ehtiyatlı olun! Zəhərli maddə. |
|
|
6 |
Ehtiyatlı olun! Elektrik maddə. |
|
|
7 |
Ehtiyatlı olun! Radioaktivlik. |
|
Qeyd:
Təhlükə nişanlan aşağıdakı formaya malik
olmalıdır:
- sarı rəngdə bərabər
tərəfli üçbucaq ;
- haşiyəsi qara rəngdə
olan, zirvəsi yuxarıya doğru yönələn bərabər
tərəfli üçbucaq;
- simvolik olaraq qara rəngdə
olan üçbucaq;
Sarı
siqnal rəngi nişanın sahəsinin ən azı 50% əhatə
etməlidir. Təhlükəsizlik tədbirlərinin məlumat vərəqəsi
yanğın baş verdiyi hallarda adamların həyatı üçün
təhlükə törədən partlayış-yanğın təhlükəli
qiymətli malların saxlanıldığı anbar
binaların qapılarının bayır tərəfində
asılmalıdır. Əgər anbarda yanğın cəhətdən
təhlükəli maddələr yaxud qaz dolu balonlar
saxlanılmırsa, onda belə
anbarlarda yanğın təhlükəsizlik tədbirlərin məlumat
vərəqəsi asılmır.
Təhlükəsizlik
tədbirlərinə dair rəqəmli kodlar yerli
Yanğın Təhlükəsizliyi Xidməti ilə
razılaşdırılmış qaydada obyekt rəhbəri
tərəfindən saxlanılan məmulatların, maddələrin,
materialların, yanğın təhlükəsini xarakterizə edən
texniki sənədlərin öyrənilməsindən sonra
doldurulur. Yanğın təhlükəsizliyi tədbirlərinin
kodlan ilə anbarın işçiləri, mühafizəçiləri, könüllü
yanğın dəstəsinin üzvləri və
yanğının söndürülməsinə cəlb edilən digər
xidməti heyət tanış edilməlidir.
Təhlükə
nişanı yanğın, partlayış, zəhərləmə,
radioaktiv şüalanma cəhətdən təhlükəli olan məmulat,
maddə və materiallara aid cədvəlin qrafasında göstərilir.
Məmulat
vərəqəsinin V indeks qrafasında tonla yanar
materialların və yanarlığından asılı
olmayaraq, ədədlə qaz dolu balonların
saxlanılmasına icazə verilən miqdarı göstərilir.