“Dövlət
qeydiyyatına alınmışdır
“Təsdiq edirəm”
Azərbaycan Respublikası Azərbaycan
Respublikası
Ədliyyə Nazirliyi DİN BDYTİ
Qeydiyyat ¹ 2837
Əmr ¹ 43
“16” 05 2002-ci il
“06” may 2002-ci il
Nazir ____________ F.F.Məmmədov Rəis_____________
M.Q.Hüseynov
FƏRDİ QARAJLAR, MEHMANXANA,
YATAQXANA, YAŞAYIŞ
EVLƏRİ VƏ
İNZİBATİ BİNALAR ÜÇÜN YANĞIN
TƏHLÜKƏSİZLİYİ QAYDALARI
İ.
Ümumi müddəalar.
1.1 Bu qaydalar yaşayış evləri,
yataqxanalar, mehmanxanalar, inzibati binalar eləcədə kooperativ
və fərdi qarajlar üçün, onların idarə
mənsubiyyətindən və mülkiyyət formasından
asılı olmayaraq yanğın təhlükəsizliyinin
əsas tələblərini müəyyən edir.
- Bu qaydaların
tələbləri, həmçinin yaşayış fonduna
xidmət göstərən binalara, otaqlara və qurğulara
(texniki xidmət bloklan, dispetçer xidmətlərinin bina və
otaqları, emalatxanalar, anbarlar, qazanxanalar və s.) şamil
edilir.
- Yaşayış
binalarında, yataqxanalarda, mehmanxanalarda və inzibati binalarda
yerləşən ticarət, ictimai iaşə,
məişət xidməti və digər
müəssisələr üçün yanğın
təhlükəsizliyi tələbləri müvafiq
təlimatlar və qaydalar ilə müəyyən edilir.
1.2 Yaşayış binalarında
(fərdi və tikinti yaşayış kooperativlərinə
məxsus olanlardan savayı) eləcədə
yaşayış fonduna xidmət göstərilməsi üçün
nəzərdə tutulan bina, qurğu və otaqların
yanğın təhlükəsizliyinin yüksək
səviyyədə təmin olunmasında məsuliyyət
mənzil-istismar təşkilatlarının
rəhbərliyinin üzərinə düşür.
Mehmanxanaların, yataqxanaların eləcədə inzibati
binaların yanğın təhlükəsizliyinin təmin olunmasında
məsuliyyət həmin binaların rəhbərlərinin
üzərinə düşür.
Tikinti-yaşayış
kooperativlərinə (TYK.) məxsus yaşayış
binalarının yanğın təhlükəsizliyinin
təmin olunmasında məsuliyyət həmin
kooperativlərin sədrlərinin üzərinə
düşür.
Şəxsi evlərin,
qarajların, həyatyanı tikililərin yanğın
təhlükəsizliyinin təmin olunmasında
məsuliyyət onların sahibkarlarının
üzərinə düşür.
Yaşayış
mənzillərinin yanğın təhlükəsizliyinin
təmin olunmasında məsuliyyət mənzil sakinlərinin
üzərinə düşür.
Kooperativ və fərdi
qarajların yanğın təhlükəsizliyinin təmin
olunmasında, məsuliyyət kooperativ sədrlərinin və
sahibkarların üzərlərinə düşür.
Mənzil-istismar
sahələrinin, yataqxanaların, inzibati binaların və
digər təşkilatların müvafiq vəzifəli
şəxsləri eləcədə mühəndis-texniki
xidmətləri həmin binaların avtomatik
yanğınsöndürmə, tüstü xaric edən
və yanğına qarşı su təchizatının
texniki vəziyyətinə görə məsuliyyət
daşıyırlar.
1.3 Yanğın
təhlükəsizliyinə cavabdeh olan fəhlə,
qulluqçu eləcədə mühəndis-texniki
işçilər bu qaydaların tələblərini
bilməli və ona əməl etməlidirlər.
1.4 Mehmanxanaların,
yataqxanaların və inzibati binaların xidməti heyəti
eləcədə mühafizəçiləri xüsusi proqram
üzrə yanğın təhlükəsizliyi qaydalarının
tədrisi kursunu keçməlidirlər (qoşma).
1.5 Mənzil istismarı
təşkilatlarının, yataqxanalarının
rəhbərləri və inzibati müəssisə,
binalarını istismarına cavabdehlik daşıyan xidmət
rəhbərləri borcludurlar,
1.5.1 Həmin qaydaların
öyrənilməsi və yerinə yetirilməsi üzrə
cavabdeh şəxs təyin etmək;
1.5.2 Xidməti, anbar və
köməkçi otaqlarda yanğına qarşı ciddi
rejim müəyyən etməli və ona ciddi riayət
olunmasını daima nəzarətdə saxlamalı ;
1.5.3 Binaların, otaqların
yanğına qarşı vəziyyətini, yanğına
qarşı su təchizatının,
yanğınsöndürmə avadanlıqlarının,
köçürmə yollarının texniki
vəziyyətlərini daima yoxlayaraq, mühafizə və
xidməti heyətin iş fəaliyyətinə nəzarət
etmək;
1.5.4 Müvəqqəti
tikililərin və qarajların qurulmasını qadağan
etmək;
1.5.5 Yanğınsöndürmə
qurğularının (daxili yanğınsöndürmə su
xəttləri, yanğın xəbərverici qurğular,
tüstüyə qarşı müdafiə və
eləcədə insanları yanğın haqqında
xəbərdar etmə sistemləri) texniki xidmətini,
təmirini və daima işlək vəziyyətdə
saxlanmasını təmin etmək;
1.5.6 Yanğın-texniki komissiya
və könüllü yanğın drujinası yaradaraq
onların fəaliyyətini qüvvədə olan mövcud
qanunvericiliyə uyğun olaraq təmin etmək , obyektlərdə
dövlət, tabeli və ya könüllü yanğından
mühafizəni təşkil etmək ;
1.5.7 Xidməti otaqlarda və
yataqxana otaqlarının hər biri üçün ayrıca
yanğın təhlükəsizliyi barədə
təlimatlar, orada yaşayan sakinlər üçün onlar tərəfindən
yerinə yetirilməsi və yanğın baş verən zaman
necə hərəkət etmələri barədə
yaddaş kitabçasının işlənib hazırlanmasını
təmin etmək (qoşma N 2, 3, 4);
1.5.8 İldə iki
dəfədən az olmayaraq, xidməti heyət ilə
yanğın zamanı köçürmə planı
üzrə hərəkətlərin
(yanğınsöndürmə xidmətinin
çağırılması, insanların təkliyə
edilməsi və yanğınsöndürmə
qurğularının düzgün istifadə edilməsi)
təlim-məşqlərini təşkil etmək;
1.5.9 İnzibati binaların,
yataqxanaların, mehmanxanaların fəhlə və
qulluqçuları ilə (ilkin və təkrar) yanğına
qarşı təlimatların eləcədə yanğın-texniki
minimum üzrə dərslərin keçirilməsini
təşkil etmək;
1.5.10. Yanğın
təhlükəsizliyinə dair sertifikatın alınması
üçün tədbirlərin vaxtı-vaxtında
yerinə yetirilməsini təmin etməli;
1.6 Yanğın baş verən zaman
mehmanxananın hər bir əməkdaşı və ya
xidməti heyətin birində növbədə vəzifə
borcu, insanların xilas edilməsi üzrə tədbirlərin
həyata keçirilməsindən ibarətdir.
1.7 Mehmanxana və yataqxanaların hər
bir korpusunda, mərtəbələrində yanğına
qarşı vəziyyətə cavabdehliyi, mehmanxana
rəhbərinin əmri ilə bu funksiyanın yerinə
yetirilməsi üçün təyin edilmiş
mərtəbə üzrə növbətçilər,
xidmət rəisləri və digər vəzifəli
şəxslər daşıyırlar. Onların borcudur:
1.7.1 Onlara həvalə edilən
sahələrdə yanğına qarşı rejimə,
köçürmə yollarının vəziyyətinə
nəzarət etmək;
1.7.2 Yanğınsöndürmə,
rabitə və xəbərverici qurğuların daima
işlək və hazır vəziyyətdə
saxlanılmasını təmin etmək;
1.7.3 Mehmanxanaya gələn hər
bir şəxsi yanğın təhlükəsizliyi
qaydalarının əsas tələbləri ilə
tanış etmək;
1.8 İnzibati binaların mənzil
istismar sahələrinin. mehmanxanaların və mehmanxana
komplekslərinin baş mühəndisləri borcludurlar:
1.8.1 Elektrik
qurğularının, kondisionerlərin, isindirmə və hava
dəyişmə qurğularının istismarı zamanı
yanğın təhlükəsizliyi qaydalarına riayət
olunmasına gündəlik nəzarət etmək və
hər hansı bir yanğının baş verməsinə
səbəb ola bilən nöqsanların aradan
qaldırılması üçün təxirəsalınmaz
tədbirləri həyata keçirmək;
1.8.2
Yanğınsöndürmə
qurğularına vaxtı-vaxtında texniki xidmətin
göstərilməsini təşkil etmək;
1.8.3
Yanğın
texniki komissiyaya rəhbərlik etmək və ildə iki
dəfədən az olmayaraq binanın, mühəndis
qurğularının yanğın təhlükəsizliyinin
və yanğına qarşı müdafiə sistemlərinin
vəziyyətlərinin yoxlanılması üçün
komissiya təşkil etmək;
1.9 Yataqxanaların komendantları.
mənzil-istismar sahələrinin mühəndis-texniki
əməkdaşları və digər müvafiq
vəzifəli şəxslər borcludurlar;
1.9.1 Yanğın
təhlükəsizliyi qaydalarına riayət olunmasına
nəzarət etmək məqsədi ilə yaşayış
evlərinin və yataqxanaların çardaq və zirzəmi
otaqlarına, pilləkən qəfəslərinə,
mənzillərə vaxtaşırı baxış
keçirmək;
1.9.2 Onların tabeliyində olan
ərazidə keçidlərin, yolların, yanğın su
mənbələrinin və onların
göstəricilərinin vəziyyətinə nəzarət
etmək;
1.9.3 Mənzil sahiblərinin və
yataqxanada yaşayan şəxsləri yanğına
qarşı təlimatlandırmaq (qoşmaN 5);
1.9.4 Köçürmə
yollarının, çöl köçürmə
nərdivanlarının, balkonlarda və lojalardakı
keçid qapılarının yanğına qarşı
qurğuların, qurğu boruların eləcədə
ildırım ötürücülərin
vəziyyətinə daima nəzarət etmək;
1.10
Ev sahibləri borcludurlar:
1.10.1 Ümumi istifadə edilən
pilləkən və dəhlizləri artıq əşyalarla
tutmamaq;
1.10.2 Elektrik naqillərini, elektrik
və qızdırıcı qurğularını daima saz
vəziyyətdə saxlamaq və uşaqların odla
oynamalarına yol verməmək;
1.10.3 Boyaların və lakların
tətbiqi ilə mənzil daxili işlərin
aparılması, kimyəvi məişət
əşyalarından, qaz cihazlarından istifadə edilən
zaman təhlükəsizlik tədbirlərinə riayət
etmək;
1.10.4 Yüksək
mərtəbəli yaşayış binalarında təyin
edilmiş yanğına qarşı rejimə riayət
etmək;
1.10.5 Yanğın baş verən
zaman , yanğınsöndürmə xidmətinin hadisə
yerinə çağırılması üçün
tədbirlər görmək və dərhal yanğının
söndürülməsini ilkin
yanğınsöndürmə vasitələri ilə
təşkil etmək;
1.11 Mənzil-istismar
təşkilatlarının rəhbərləri,
yaşayış otaqlarının sakinlərinə və
onların ailə üzvlərinə yanğın
təhlükəsizliyi qaydalarının
öyrədilməsini təşkil etməlidirlər.
1.12 Mehmanxana və yataqxana
rəhbərləri, inzibati binaların istismarına cavabdeh
vəzifəli şəxslər kütləvi
tədbirlərin keçirilməsi zamanı bu qaydaların
tələblərinə riayət etməlidirlər.
1.13 Mehmanxanalarda, yataqxanalarda və
inzibati binalarda yanğın təhlükəli işlərin
tətbiq olunması ilə aparılan əsaslı təmir
işləri dövründə həmin binalarda yaşayan
əhalinin və xidməti heyətin digər binalara
köçürülməsi təmin edilməlidir.
1.14 Yaşayış
evlərində, mehmanxanalarda, yataqxanalarda və inzibati
binaların görünən yerlərində yanğın
təhlükəsizliyi haqqında “yaddaş
kitabçaları” asılmalıdır.
1.15 Mənzil kommunal
təşkilatlarının, tikinti yaşayış
kooperativlərinin, mehmanxanaların, yataqxanaların və
inzibati binaların yanğın təhlükəsizliyinə
cavabdeh şəxsləri, bu qaydaların tələblərini
yerinə yetirmirlərsə, qanunla müəyyən
edilmiş qaydada məsuliyyət daşıyırlar.
1.16 Yeni tikilən və
istifadəyə verilən yaşayış binalarında
sakinlərin məskunlaşdığı zaman, onlar
məcburi qaydada mənzil istismar təşkilatlarında
yanğına qarşı
təlimatlandırılmalıdırlar.
II.
YANĞIN TƏHLÜKƏSİZLİYİNİN ƏSAS
TƏLƏBLƏRİ
2.1. Ərazinin saxlanması:
2.1.1.
Yaşayış evlərinin, mehmanxanaların və
yataqxanaların eləcədə inzibati-müəssisə
binalarının həyətyanı sahələri yanan
materiallardan daimi təmizlənməlidir. Yana bilən
tullantılar xüsusi meydançalarda
quraşdırılmış konteynerlərə
yığılmalı və vaxtında daşınıb
aparılmalıdır.
2.1.2.
Bütün bina və qurğulara sərbəst
yaxınlaşma təmin edilməlidir.
Yol örtüyünün
vəziyyəti xüsusi avtonəqliyyat vasitələrinin
binalara sərbəst yaxınlaşmasına maneə
törətməməlidir. Yanğına qarşı su
hovuzuna və binalara gedən giriş-çıxış
yolları həmçinin yanğın qurğularına
və vasitələrinə sərbəst yaxınlaşma
təmin edilməlidir.
2.1.3.
Yaxınlıqda olan yanğına qarşı su
hovuzlarının və hidrantlarının yerləşdiyi
yeri göstərən standart göstəricilər
binaların fasad hissəsində, xüsusi
dirəklərdə yerləşdirilməlidir. Yanğın
su mənbələrinin göstəriciləri
rənglənməli və su mənbəsinin ünvanı
aydın və dəqiq rəqəmlərlə
göstərilməlidir. Günün gecə vaxtlarında
göstərici etibarlı işıqlandırıcılarla işıqlandırılmalıdır.
2.1.4.
Yanğın avtomobillərinin hərəkətinə
maneə törədə bilən ayrı-ayrı yol
sahələrinin, keçidlərinin təmiri zamanı bu
barədə Yanğından Mühafizə Xidməti
məlumatlandırılmalıdır. Yolların təmiri
dövründə, təmir sahəsindən keçib
getmək və yanğın su hovuzuna yaxınlaşması
mümkün olan yolların istiqamətini göstərən
göstəricilər məqsədə müvafiq
yerlərdə qoyulmalıdır.
2.1.5.
Yanğın hidrantlarının qapaqları daima kənar
əşyalardan, tullantılardan qış
mövsümündə isə qar və buzdan
təmizlənilməli və ya konusvari
örtüklərlə bağlanmalıdır.
2.1.6. Kənd yerlərində baş
verən yanğının söndürülməsinə
sakinləri gəlməkdə bordu olan evlərin
divarlarında yanğın inventarlarının şəkili
çəkilmiş lövhələr asılmalıdır.
2.1.7. Kənd yaşayış
məntəqələrinin ərazilərində
olmalıdır:
2.1.7.1. İnsanların yanğın
haqqında xəbərdar edilməsi üçün səs
siqnalları quraşdırılmalı və
yanğınların söndürülməsi üçün
su ehtiyatları nəzərdə tutulmalıdır;
2.1.7.2. Yay mövsümündə
hər tikilinin yanında su ilə dolu çəllək (
odsöndürən) qoyulmalıdır;
2.1.7.3. Yanar dam örtüyü olan
hər bir yaşayış binasının yanında,
uzunluğu dam örtüyünə qədər olan
söykəmə nərdivan olmalıdır.
2.1.8.
Yaşayış evlərinin mehmanxanaların. yataqxanaların
və inzibati binaların ərazilərində
qadağandır;
2.1.8.1.
Müvafiq İcra Hakimiyyəti orqanlarının icazəsi
olmadan yaşayış binalarında, yataqxanalarında
yenidənqurma işlərinin aparılması, qarajların
və tikililərin quraşdırılması;
2.1.8.2. Meydançalarda və
həyətyanı sahələrdə yanar və asanlaşan
mayelər olan çənlərin həmçinin təzyiq
altında olan qaz balonlarının yerləşdirilməsi;
2.1.8.3. Tikililərə yaxın
yerdə tonqalların qalanması.
2.1.9.
Meşə massivlərində yerləşən
yaşayış sahələrinin ətrafında,
meşə yanğınları zamanı alovun bir
sahədən digərinə keçməməsi
üçün tədbirlər görülməlidir.
2.2. Ümumi təyinatlı
bina və otaqların saxlanılması:
2.2.1.
Köçürmə (təxliyyə) yollarının
konstruktiv elementlərinin odadavamlı örtüyü və
ya onların üzərinə çəkilmiş suvaqın
müdafiə qatı yaxşı istismar
vəziyyətində saxlanılmalıdır.
2.2.2.
Pilləkən qəfəslərində
quraşdırılmış elektrik şitləri etibarlı
açarlar ilə bağlanmalıdır.
2.2.3.
Binaların çardaqları daima təmiz olmalıdır.
Texniki mərtəbələrin və çardaqların
pəncələri şüşələnməli, daima
bağlı saxlanılmalıdır.
2.2.4. Çardaqların, texniki
mərtəbələrin, zirzəmilərin, yanğına
qarşı divarların və havadəyişmə
kameralarının qapıları daima bağlı vəziyyətdə
saxlanmalıdır. Çardaq otağının
qapısının açarı yuxarı
mərtəbələrdə yaxın otaqların birində
saxlanılmalıdır.
2.2.5. Binaların
çardağlarında yanar materialların və
əşyaların saxlanılması qəti qadağandır.
2.2.6. Binalaların zirzəmiləri
daima bağlı saxlanılaraq, açarlar nəzarət
otağında və yaxud komendantda olmalıdır.
Zirzəmilərin və texniki mərtəbələrin girişində,
onların plan sxemləri asılmalıdır.
2.2.7. Yaşayış
evlərində. mehmanxanalarda. yataqxanalarda və inzibati binalarda
qadağandır:
2.2.7.1.
Tez alışan və yanğın təhlükəli
materiallar olan anbarların, mağazaların, emalatxanaların,
yerləşdirilməsi;
2.2.7.2.
Pilləkən qəfəslərində və
dəhlizlərdə anbarların quraşdırılması
eləcədə pilləkən meydançalarında hər
hansı bir əşyaların saxlanması;
Qeyd; pilləkən
qəfəslərində və birinci
mərtəbələrində yalnız mərkəzi
qızdırma, su ölçən qurğuların və
yanmayan ara kəsmə ilə bağlanmış elektrik
qutularının idarə etmə məntəqələrinin
yerləşdirilməsinə İcazə verilir.
2.2.7.3. Pilləkən
qəfəslərinin özübağlanan
qapılarının bağlanma qurğularının
çıxarılması;
2.2.7.4. Pilləkən
qəfəslərində, dəhlizlərdə layihə
ilə nəzərdə tutulmuş yanğına qarşı
qapıların, çıxarılması eləcədə
yanğına və tüstüyə qarşı
arakəsmələrin sökülməsi;
2.2.7.5. Açıq alovdan istifadə
etməklə istilik, su və kanalizasiya borularının
qızdırılması; -Boruların
qızdırılması yalnız buxar, isti su və qum
ilə yaxud digər yanğına təhlükəsiz
üsulla aparılmalıdır.
2.2.7.6. Zirzəmilərdə,
dəhlizlərdə pilləkən qəfəslərində,
çardaqlarda və eyvanlarda tez alışan və yanan
mayelərin saxlanılması;
2.2.7.7. Qabaqcadan iş sahəsini yanar
əşyalardan təmizləmədən və bu sahəni
ilk yanğınsöndürmə vasitələri ilə
təmin etmədən elektrik, qaz qaynaq işlərinin
aparılması; Elektrik, qaz qaynaq işləri, bina və
otaqların istismarına cavabdeh şəxsin icazəsi
əsasında aparılmalıdır. Qaynaq işlərinin
sonunda iş aparılan sahə mütləq
yoxlanılmalıdır.
2.2.7.8. Yanar materiallar saxlanılan
yerlərdə və çardaqlarda, zirzəmilərdə
siqaret çəkmək eləcədə açıq alovdan
istifadə edilməsi;
2.2.7.9. Giriş yolları ümumi
təyinatlı pilləkən qəfəslərindən
ayrılmayan emalatxanaların, yanar materiallar anbarlarının
və təsərrüfat otaqlarının zirzəmi və
kürsü mərtəbələrində
yerləşdirilməsi;
2.2.7.10. Yataqxanaların,
mehmanxanaların və inzibati binaların
pəncərələrində dəmir barmaqlıqların
quraşdırılması;
2.2.7.11.
Texniki
mərtəbələrin, texniki zirzəmilərin,
havadəyişmə kameralarının təyinatı
üzrə istifadə edilməməsi və onlarda yanar
materialların saxlanılması;
2.2.7.12.
Döşəmələrin
və paltarların yuyulmasında tez alışan
mayelərdən istifadə olunması;
2.2.7.13.
Mənzilləri,
mehmanxana və yataqxana otaqlarını, eləcə də
inzibati binaları tərk edərkən televizor, maqnitafon
və digər məişət elektrik qurğularının cərəyan
altında saxlanılması;
2.2.7.14.
Emalatxanalarda,
yeni telefon qovşağında, laboratoriya və rotator
otaqlarında sürtkü materiallarının
səpələnməsi və
yığışdırılmaması;
2.2.7.15.
Yaşayış
sahələrini qeyri-yaşayış sahələrdən
ayıran yanğına qarşı arakəsmələrdə
(divarlarda) mühafizə olunmayan açıq oyuqların quraşdırılması;
2.2.8. İnzibati binalarda
yerləşən arxivlərdə, kitabxanalarda, emalatxanalarda
və digər köməkçi otaqlarda divarlarına,
eləcə də tavanların üzərinə, ilkin olaraq
odadavamlı məhlulla emal edilməmiş dekorativ
örtüklərin çəkilməsi.
2.3. Elektrik qurğuları.
şəbəkələr və
işıqlandırıcılar:
23.1. Yaşayış
evlərinin, həyətyanı tikililərin, yataqxana və
mehmanxanaların eləcədə inzibati binaların elektrik
qurğuları, şəbəkələri və işıqlandırıcıları
mövcud tələblərə tam cavab verməlidir;
2.3.2. Mühəndis-texniki xidməti
növü olmayan yataqxana, mehmanxana və inzibati binaların
rəhbərləri, istismar etdikləri elektrik qurğu və
şəbəkələrə texniki qulluq göstərilməsini
müqavilə yolu ilə xüsusiləşdirilmiş
təşkilatlar tərəfindən həyata
keçirilməsini təmin etməlidirlər.
2.3.3. Elektrik qurğularının
və şəbəkələrinin istismarına cavabdeh
şəxslər borcludurlar;
2.3.3.1.
Elektrik
avadanlıqlarına, müdafiə aparatlarına və elektrik
şəbəkələrinə vaxtı-vaxtında
profilaktiki baxışların, eləcədə
planlaşdırılmış təmirlərin
keçirilməsini təmin edərək yanğın
törədə bilən pozuntularının aradan
qaldırılmasına;
2.3.3.2.
Qısa
qapanmadan, artıq yüklənmələrdən, artıq
daxili və atmosfer gərginliklərindən və s.
pozuntulardan mühafizə aparatlarının texniki baxımdan
saz olmasına müntəzəm olaraq nəzarət
edilməsinə;
2.3.3.3.
Elektrik
qurğularının istismarı zamanı yanğın
təhlükəsizliyinin təmin edilməsinə dair suallar
üzrə təlimatların və təlimlərin
keçirilməsi sistemini təşkil etmək.
2.3.4. Növbətçi heyət
(elektrik ustası) elektrik qurğularına və
şəbəkələrinə baxış
keçirməli, yanğına səbəb ola bilən
pozuntuları dərhal aradan qaldırmalıdırlar.
Baxışın nəticələri və aşkar edilən
pozuntular xüsusi jurnalda qeydə alınmalıdır.
2.3.5. Bütün elektrik
qurğuları qısa qapanmalardan və yanğın
törədə bilən digər qeyri nominal
vəziyyətlərdən müdafiə olunmalıdır.
2.3.6. Yanğın
təhlükəsi törədən keçirici
müqavimətin əmələ gəlməməsi
üçün, kabel naqillərin birləşmə
sahələri və sonluqlar xüsusi sıxaclarla və ya
qaynaq edilməsi yolu ilə bərkidilməlidirlər.
2.3.7. Müvəqqəti elektrik
şəbəkələrinin qurulması və istismarı
qadağandır. İstisna hallarda tikinti təmir və
qəza işləri aparılan sahələrdə müvəqqəti
elektrik şəbəkəsindən istifadə etmək olar.
2.3.8. Elektrik qızdırıcı
qurğuların, stolüstü
işıqlandırıcıların, radio-televizor
cihazların, soyuducuların və s. cihazların
şəbəkəyə qoşulması üçün
yalnız zavod şəraitində hazırlanmış
ştepsel birləşdiricidən istifadə edilməsinə icazə
verilir.
2.3.9. Yanar materiallar saxlanılan
anbarlarda elektrik işıqlandırıcıları yanmayan
mühafizə örtükləri ilə təchiz
edilməlidir.
2.3.10.
Elektrik şəbəkələrinin və
qurğularının istismarı zamanı qadağandır;
2.3.10.1.
Üst örtüyü zədələnmiş elektrik
naqilindən istifadə edilməsi;
2.3.10.2.
Elektrik
şəbəkələrinin qorunması üçün
nəzərdə tutulmuş avtomat qoruyucular əvəzinə
dövlət standartına uyğun olmayan qoruyuculardan
(burulmuş məftil və s.) istifadə edilməsi;
2.3.10.3.
Elektrik
naqillərinin, işıqlandırıcıların kəndir
ilə bərkidilməsi, lampa qalpağların və
çilçıraqların elektrik naqilindən
asılması;
2.3.10.4.
Mehmanxana
nömrələrində və inzibati binaların
otaqlarında müxtəlif elektrik qızdırıcı
cihazların (su qaynadan, elektrik ütüləri və s.)
istifadəsi;
Qeyd; Paltarın
ütülənməsi, su və qidanın
qızdırılması üçün rəhbərlik
tərəfindən xüsusi otaqlar ayrılmalıdır.
2.3.11. Surğucun
qızdırılması üçün,
əvvəlcədən uyğunlaşdırılmış
yerlərdə xüsusi qızdırıcı qurğudan
istifadə etmək lazımdır.
2.3.12.
Bina və otaqların köçümə (təxliyyə)
yollarının işıqlandırıcıları
işlək vəziyyətdə olmalıdır.
2.3.13. Ağ neft lampaları və
fənərlər tavana etibarlı bərkidilərək metal
qoruyucu örtüklərlə təchiz edilməlidir. Lampa
və fənərin tavan ilə ara məsafəsi 70 sm, divar
ilə isə 20 sm olmalıdır.
2.3.14. Yaşayış evlərinin
və inzibati binaların ümumi təyinatlı
işıqlandırıcıları vaxtı-vaxtında
yoxlanaraq ildə 2 dəfədən az olmayaraq təmizlənməlidir.
2.4. İsitmə və hava
dəyişmə:
2.4.1.
Mənzil-istismar sahələrinin, mehmanxana və
yataqxanaların eləcədə inzibati binaların
mühəndis-texniki əməkdaşları borcludurlar:
- qızdırıcı
sistemlərin, hava dəyişmə qurğularının,
sobaların və digər qızdırıcı
qurğuların təhlükəsiz istismarını eləcədə
yanğın törədə bilən pozuntuların aradan
qaldırılmasını təmin etmək.
2.4.2.
Sanitar qovşağının texnikləri,
qızdırıcı sistemlərə eləcədə hava
dəyişmə qurğularına xidmət
göstərərkən borcludurlar:
2.4.2.1. Vaxtı-vaxtında onlara
baxış keçirməli və aşkar edilmiş
nöqsanları aradan qaldırmaq;
2.4.2.2. Sakinləri,
qızdırıcı cihazlardan təhlükəsiz istismar
edilməsi barədə təlimatlandırmaq;
2.4.2.3. Rəhbərliyin yazılı
icazəsi olmadan qaynaq işləri aparmaq.
2.4.3. Qış mövsümü
başlanmazdan əvvəl bütün sobalara baxış
keçirilməli və təmir işləri
aparılmalı, nasaz sobaları və tüstü boruları
istismara buraxılmamalıdır.
2.4.4. Sobaların qaz yanacağı
ilə təhciz edilməsi mövcud “Qaz
təsərrüfatında mühafizə zonaları və
təhlükəsizlik tədbirləri qaydalarına” uyğun
aparılmalıdır.
2.4.5. Tüstü boruları dam
örtüyünün xarici səhtindən 70sm
hündürlükdə olmalıdır.
2.4.6.
Sobalar və tüstü borularında çatlar
olmamalıdır.
2.4.7.
Adi odun sobalarının qızdırılması
üçün daş kömürdən istifadə
edərkən ocaqçı, gecəriyən və
odadavamlı kərpicdən istifadə etməlidir.
2.4.8.
Tüstü borularının təmizlənməsi qış
mövsümü başlanmazdan əvvəl həyata
keçirilməlidir.
2.4.9.
Hər sobanın qarşısında döşəmə
üzərinə ölçüsü 70x50 sm olan yanar və
yaxud çətin alışan metal təbəqə
vurulmalıdır.
2.4.10. Mehmanxanalarda, yataqxanalarda və
inzibati binalarda sobaların qalanması, ayrılmış
şəxslər tərəfindən yanğın
təhlükəsizliyi qaydalarına riayət etməklə,
aparılmalıdır.
2.4.11. Qazanxanada kondisioner və
havadəyişmə sisteminin idarəetmə otaqlarında,
mövcud qurğuların texnoloji sxemləri, eləcə
də yanğın baş verən zaman xidməti heyətin
hərəkəti haqqında təlimatlar olmalıdır.
2.4.12. Qızdırıcı
cihazların və tüstü xaric edən boruların
vaxtı-vaxtında tozdan, eləcə də yanar materiallardan
təmizlənilməsi təşkil edilməlidir.
2.4.13. Bərk yanacaq ilə
işləyən qazanxanaların boruları
qığılcım söndürənlə təchiz
edilərək, yarım ildə bir dəfədən az
olmayaraq təmizlənilməlidir.
2.4.14.
Yay mövsümündə, güclü külək
əsən zaman, bərk yanacaq ilə işləyən
sobaların, mətbəx ocaqlarının və qazanxana
qurğularının istismarı müvəqqəti
dayandırılmalıdır.
2.4.15.
Qazanxana və havadəyişmə qurğuları
otaqlarında qadağandır:
2.4.15.1.
Odluqlardan
(forsunkalardan) və boruların birləşmə
yerlərindən maye yanacağın sızmasına yol
verilməsi;
2.4.15.2.
Qaz
odluqlarına (forsunkalarına) sönmüş halda
yanacağın verilməsi;
2.4.15.3.
Qızdırma
rejiminə nəzarət edən avtomatik qurğuların nasaz
olduğu halda işləməsi;
2.4.15.4.
Hava
ilə ilkin olaraq üflənməmiş qazanxana
qurğularının yandırılması;
2.4.16.
Qızdırıcı cihazların və boruların
üzərinə sürtgü yağına
bulaşmış parçaların və yanar materialların
yığılmasına icazə verilmir.
2.4.17.
Ocaqdan çıxardılmış kül və şlak su
ilə isladılaraq onlar üçün ayrılmış
xüsusi, təhlükəsiz yerə aparılmalıdır.
2.4.18. Kaloriferdə qızmış
isti hava nəql edən kanallarda yarıq, dəlik
olmamalıdır.
2.4.19. Kaloriferin işlədiyi zaman
onun elektrik hava vurucu və qızdırıcı
elementlərinə daima nəzarət edilməsi təşkil
olunmalıdır.
2.4.20. Nasaz qaz cihazlarının
istismar edilməsi, qaz boru və cihazlarının
açarlarının açıq saxlanılması,
mətbəx və digər yanar əşyalarını qaz
cihazlarına yaxın 20 sm məsafədə
quraşdırılması qadağandır.
2.4.21. Otaqda qaz iyi hiss etdikdə
dərhal qazın verilməsi dayandırılmalı,
otağın havası dəyişdirilməli və dərhal
qəza-təmir xidmətinə xəbər verilməlidir.
Nasazlığı aradan
qaldırana qədər otaqda kibritin açıq alovun
istifadəsi, siqaret çəkilməsi, eləcə də
elektrik cihazlarının istismarı qadağandır.
2.4.22.
Havadəyişmə sistemlərinin istismarı zamanı
qadağandır:
2.4.22.1. Havadəyişmə kanallarından
tüstü bacası kimi istifadə etmək, qaz
qızdırıcı qurğularını onlara qoşmaq,
havadəyişmə kameralarında kənar əşyalar
saxlamaq;
2.4.22.2.
Alovun
qarşısını alan qurğuları
şəbəkədən ayırmaq və ya ləğv
etmək;
2.4.22.3.
Havadəyişmə
kanallarında yığılan kondensatı, yanar
maddələri və yağ hopmalarını yandırmaq;
2.4.22.4.
Sorucu
kanalları, deşikləri və barmaqlıqları
bağlamaq;
2.4.22.5.
Havadəyişmə
kameralarının qapılarını açıq
vəziyyətdə saxlamaq.
2.4.23. İsitmə və
məişət qızdırıcı cihazlarının
istismarı zamanı qadağandır:
2.4.23.1.
Çatları
olan, qapağı bağlanmayan, taxta konstruktiv
elementlərdən, arakəsmələrdən ara
məsafəsi az olan sobalardan istifadə etmək;
2.4.23.2.
Sobaların
yandırılmasında benzin, ağ neft və digər
tezalışan mayelərdən istifadə etmək;
2.4.23.3. Həddindən artıq sobanın
qızmasına, eləcə də onun
yaxınlığında odunun, pal-paltarın və digər
yanar materialların qurudulmasına yol vermək;
2.4.23.4. Sobaların nəzərdə
tutulmayan yanacaq ilə yandırmaq;
2.4.23.5. Yanar vəziyyətdə olan
sobaları, ağ neftlə işlədilən cihazları
nəzarətsiz qoymaq və həmən cihazların
istismarına nəzarət olunmasını az yaşlı
uşaqlara həvalə etmək;
2.4.23.6. Ümumi təyinatlı
dəhlizlərdə, pilləkən qəfəslərinin
meydançalarında və digər yardımçı
otaqlarda qaz cihazlarından, primus və digər məişət
elektrik cihazlarından istifadə etmək;
2.4.23.7. Ağ neftlə
işlədilən cihazları benzin ilə doldurmaq, bundan
əlavə bu cihazların doldurulması zamanı
açıq alovdan istifadə etmək;
2.4.23.8. Kütləvi tədbirlər
keçirilən vaxt otaqlarda soba yandırmaq;
2.4.23.9. Tüstü yolu kimi, keramik,
azbestsement və metal borulardan, həmçinin gildən
hazırlanmış borulardan istifadə etmək. Tüstü
borusu və kanalı üçün yalnız yandırılmış
yaxud odadavamlı kərpicdən istifadə etmək
lazımdır.
2.4.24. Müəssisələrin
inzibati binalarında, yataqxanalarda və mehmanxanalarda
müvəqqəti sobaların quraşdırılmasına
icazə verilmir .İstisna hallarında yaşayış
otaqlarında daimi isitmə qurğularının
quraşdırılması mümkün olmadıqda,
müəyyən edilmiş şərtlərə
sözsüz əməl olunmaqla Dövlət Yanğın
Nəzarəti orqanı ilə
razılaşdırılmış qaydada müvəqqəti
olaraq sənaye istehsalı olan sobaların
quraşdırılmasına icazə verilir.
2.4.25. Od saxlayan qurğular (qapaqlar),
hava dəyişmə sistemləri, yanğına qarşı
arakəsmələr dövrü olaraq yoxlanılmalı
və daima işlək vəziyyətdə saxlanmalıdır.
2.4.26. Maye yanacaqla işləyən
sobaların istismarı zamanı yanacaq çəni daima
bağlı vəziyyətdə olmalıdır.
2.4.27. Sobanın
yandırılması üçün maye yanacaq, ancaq, metal
yanacaq kəməri vasitəsi ilə verilməlidir. Yanacaq
kəmərinin, birləşmə yerləri etibarlı
kipliklərlə təmin olunmalı, armatur və
siyirtmədən sızmanın qarşısı alınmaqla
daima işlək vəziyyətdə saxlanmalıdır.
2.4.28. Maye yanacaqla işləyən
sobaların istismarında qadağan olunur:
2.4.28.1.
Tüstü bacasının nasazlığı ilə,
birləşmənin qeyri-möhkəmliyi olan armatur və
siyirtmə ilə, (ventil) yanacaq kəmərinin kipliyinin
pozulması ilə sobanı işlətmək;
2.4.28.2.
Sönmüş odluğa (farsunka) yanacaq verilməsində,
yanacaq kəməri kimi rezin birləşdiricilərdən
və rezin şlanqlardan istifadə etmək;
2.4.28.3.
İşləyən sobanı
nəzarətsiz qoymaq və ya az yaşlı uşaqlara
həvalə etmək.
2.4.29. Maye yanacaqla işləyən
müvəqqəti soba quraşdırılması qadağan
olunur.
2.4.30. Yanacaq çəninin
qarışıq kamerasını, odluğu (farsunka) ayda bir
dəfə hisdən, çirkdən yuyub mütləq
təmizləmək lazımdır.
2.4.31. Mehmanxana, yataqxana və inzibati
binalarının mətbəx otaqlarında sorucu
çətirləri, mətbəx qurğularının boru
kəmərlərinin çölə açılan bacaları,
ventilyatorun qanadlarını və gövdəsini
vaxtaşırı təmizləməli, onların
çirklənməsinin qarşısı
alınmalıdır.
2.5. Yüksək
mərtəbəli binalar, evlər, yataqxanalar və
mehmanxanalar:
2.5.1.
Tüstüdən müdafiə sistemi, yanğın avtomatika
qurğuları, qəza işıqlandırıcıları,
yanğına qarşı daxili su kəməri, qəza lifti
müntəzəm yoxlanmalı və işlək
vəziyyətdə saxlanılmalıdır. İnzabati
binalarda və mehmanxana komplekslərinin dispetçer
məntəqələrində olan yanğına qarşı
müdafiə cihazları və idarə etmə
qurğuları xidmətə başlayan növbətçi
heyət tərəfindən daima işlək
vəziyyətdə saxlanılmalı və hər
növbə vaxtı yoxlanmalıdır.
2.5.2. Yataqxanaların,
mehmanxanaların, inzibati müəssisə binalarının,
yüksək mərtəbəli binaların yanğına
qarşı su təchizatı və tüstüyə qarşı
müdafiə sistemləri, otaqlarda və
köçürmə yollarında quraşdırılan
avtomatik yanğın xəbərverici siqnalizasiya
sistemlərinə qoşulmalı və daima işlək
vəziyyətdə saxlanılmalıdır.
2.5.3. Yanğın vaxtı
işə salınan xüsusi ventilyatorlarının,
siqnalizasiya cihazlarının, yanğına qarşı
sistemlərinin işə salma qurğularının
təyinatı və işlətmə qaydası
lövhəyə yazılıb asılmalıdır.
2.5.4. Avtomatik
yanğınsöndürmə və yanğın siqnalizasiya
qurğularına, tüstüyə qarşı müdafiə
sisteminə, yanğına qarşı daxili su
şəbəkələrinin nasos stansiyasına texniki
xidmət ixtisaslı mütəxəssis tərəfindən
həyata keçirilməlidir.
2.5.5. Təbii
işıqlandırıcısı olmayan
köçürmə yolları daima elektrik
işığı ilə
işıqlandırılmalıdır.
2.5.6. Tüstüyə qarşı
müdafiə sisteminə açılan qapı saz,
özübağlanan qurğu və kipləşdirici ara qatla
təmin olunmalıdır.
2.5.7. Yüksək
mərtəbəli yaşayış binalarının,
avtomatik yanğına qarşı müdafiə
vasitələri və qurğuları, mənzil kommunal
təsərrüfatının vahid dispetçer xidməti
sisteminə qoşulmalıdır və
aşağıdakıları təmin etməlidir:
2.5.7.1. Yanğına qarşı
müdafiə sisteminin texniki sazlığı haqqında
məlumat (hava vuran, tüstü soran və
yanğınsöndürən);
2.5.7.2. Yanğın zamanı bu
sistemlərin işə düşməsi barədə
məlumat;
- birləşmiş
dispetçer sisteminin olmadığı halda həmçinin
böyük mehmanxana kompleksində yanğın baş
verməsi siqnalı və yanğına qarşı müdafiə
sisteminin işə qoşulması barədə yerli
dispetçer məntəqəsinə məlumat
verilməlidir. Yanğın haqqında məlumat (siqnal) alan
dispetçer gecikmədən, şəhər və
müəssisə yanğın təhlükəsizliyi
xidmətinə xəbər verməlidir. Dispetçerin
sonrakı hərəkəti konkret vəziyyətdən və
ya onun üçün hazırlanmış təlimatla
müəyyən edilir.
2.5.8. Göstərilən binalarda
quraşdırılmış tüstüyə qarşı
müdafiə sistemi, avtomatik yanğın söndürmə
qurğuları və yanğına qarşı daxili su
kəməri sistemləri, dövrü olaraq möhkəmliyi,
sazlığı və bu sistemlərin avtomatik olaraq
qoşulması funksiyası yoxlanmalıdır. Qəza və
köçürmə işıqlandırıcıları
ehtiyat elektrik enerji qidalandırıcıları ilə
yoxlanmalıdır.
2.5.9. Daxili yanğına
qarşı su şəbəkəsinin və
tüstüyə qarşı müdafiə sisteminin
istismarı, bu sistemə xidmət göstərilməsi
üçün xüsusi qrup yaradan və ya müqavilə
əsasında sistemə texniki qulluq göstərilməsi
üçün xüsusi təşkilatları cəlb
edən mənzil istismarı təşkilatlarına
həvalə olunur.
2.5.10. Tüstüyə qarşı
avtomatik müdafiə sisteminə texniki xidmət
göstərən təşkilat borcludur: Sistemə
sınaq-nəzarət yoxlanılmasını həyata
keçirməklə texniki xidmət sahəsində
görülən işləri xüsusi jurnalda qeyd
etməklə cari və əsaslı təmir işlərini
həyata keçirir.
2.5.11. Tüstüyə qarşı
müdafiə sisteminə texniki xidmət göstərən
ixtisaslaşdırılmiş qabaqcıl təşkilat,
sistemin saxlanılmasına cavabdehlik daşıyan mənzil
istismar təşkilatının hesabında qalır və
sistemin düzgün istismar edilməsinə nəzarəti
həyata keçirir.
2.5.12. Tüstüyə qarşı
müdafiə sistemi ilə təchiz olunmuş binalarda hava
verilməsi üçün nəzərdə tutulan lift
şaxtasında yanğın zamanı, sərnişin lifti
aşağı mərtəbəyə endirilir və orada
saxlanılır.
2.5.13. Yanğına qarşı
müdafiə sisteminin işlək vəziyyətdə
olması dövrü olaraq yoxlanmalıdır. Həftəlik
yoxlama zamanı əl ilə işə salma düyməsi
qısa müddətli (3-5 dəq) işə qoşulur,
yanğın siqnalizasiya qurğusu, tüstü
klapanının açılması, sorucu və vurucu
ventilyatorun işə düşməsinə diqqət
yetirilir. Cari aylıq təmir zamanı, elektrik
qidalandırıcı xəttlərinin şəbəkəsi
və lövhəsi, aparatların qoşulma sazlıgı,
mərtəbələrin tüstü klapanlarının
və ventilyator qapaqlarının elektrik
ötürücülərinin işlək
vəziyyətdə olması, yanğına qarşı su
kəməri sistemlərini, yanğın nasoslarının
qoşma aparatlarını, mərtəbə şkaflarında
olan yanğın inventarlarını ( kran, yanğın
şlanqı, lülə və s,) yoxlamalı,
həmçinin yanğına qarşı su təchizatı
sisteminin işə salınmasın və
dayandırılması üçün sınaq yoxlaması
keçirməlidir.
Bütün görülən
işlər işçi jurnalında qeydiyyata alınır.
2.5.14.
Müəssisə rəhbəri tüstüyə
qarşı müdafiə sisteminə xidmət etmək
üçün cavabdeh şəxs təyin etməlidir.
həmin şəxs aşağıdakıları yerinə
yetirməlidir;
2.5.14.1.
İcra
mexanizminin qapaqlarının, havadəyişmə sisteminin
barmaqlıqlarının və s, təmizliyinə
nəzarət etmək;
2.5.14.2.
Elektrik
aparatlarının, havavurucuların , nasazlıqlarını
aradan qaldırmaq;
2.5.14.3.
Aparatların
işlək vəziyyətdə olmasını təmin
etmək.
2.5.14.4.
Nasazlıqlar
yarandıqda onların aradan qaldırılması
üçün təcili tədbirlər görmək;
2.5.15. Mehmanxana və yataqxanaların
bütün otaqlarında görünən yerlərdə
aşağıda qeyd edilənlər asılmalıdır:
2.5.15.1. Otağın
yerləşmiş olduğu müvafiq mərtəbənin
ayrıca köçürülməsi üçün,
yanğın siqnalizasiya sisteminin və ilkin yanğın
söndürmə vasitələrinin yerləşdirildiyi
yerin, köçürmə
çıxışlarının və onlara gedən
yolların izahedici mətnlə göstərilən sxemli planı;
2.5.15.2. Mehmanxana və yataqxanada
yaşayan şəxslər tərəfindən riayət
olunması məcburi sayılan Yanğın
Təhlükəsizliyi Qaydaları haqqında qısa
yaddaş kitabçası - (qoşmaN3);
2.5.15.3. Yanğın baş verdiyi halda
insanların hərəkəti haqqında yaddaş
kitabçası (qoşmaN4);
2.5.16. Əcnəbi turistlər
üçün nəzərdə tutulan mehmanxanalarda,
yanğın təhlükəsizliyi qaydaları və
yanğın vaxtı insanların hərəkəti
haqqında yaddaş, həmçinin yanğın haqqında
radio verlişlərinin mətni fransız, alman və ingilis
dilində hazırlanmalıdır.
2.5.17. Yerlərin sayı əlli
nəfərdən artıq olan mehmanxanalarda və yataqxanalarda
səs gücləndirici qurğular
quraşdırılmalıdır, insanların yanğın
vaxtı köçürülmə qaydalarını
xəbərdar etmək üçün radio verlişləri
şəbəkəsindən, dispetçer rabitəsindən,
elektrik zəngindən istifadə oluna bilər.
2.5.18. Siqaret
çəkilməsinə icazə verilən yerlərdə
müvafiq işarələr asılmalıdır. Belə
yerlərdə su ilə təchiz olunan yanmayan materialdan olan
külqabı qoyulmalıdır. Külqabı özü
bağlanan qapaqla təchiz olunmalıdır.
2.5.20. Yüksək
mərtəbəli binalarda. mehmanxanalarda? və
yataqxanalarda qadağan olunur:
2.5.20.1.
Köçürmə qapısının qarşısına
mebel və ya başqa əşyaları yığmaq,
eyvandakı bacaları (lüklərı)
köçürmə pilləkənlərini və
çıxışları tamam bağlamaq;
2.5.20.2. Tüstüləməyən
pilləkan qəfəslərində
şüşəbənd və ya jalüz
düzəltmək;
2.5.20.3. Köçürmə yolunda
hərəkətedən və fırlanan qapıların
quraşdırılması;
2.5.20.4. Yeni tikilmiş binalarda
yanğına qarşı müdafiə sisteminin işlək
vəziyyətə gətirilənə qədər
insanların ora yerləşdirilməsi;
2.5.20.5. Asan alışan
mayelərdən istifadə edərək mebel
təmizlənməsi, təmir və bərpa olunması
işləri aparmaq; (Bu məqsədlə ancaq yanğın
təhlükəsiz yuyucu məhlullar və preparatlardan
istifadə olunmalıdır.)
2.5.20.6. Mənzillərin eyvanlarında
və lojalarında şkaf, mebel, yanar sürtgü
materiallarının saxlanması, eyvan lojalarında
şüşəbənd düzəldilməsi;
2.5.20.7. Mehmanxana və yataqxanaların
yaşayış mərtəbələrində anbar
otaqları və müxtəlif növ emalatxanalar
quraşdırılması, yanar materialları və
kimyəvi-məişət məhsullarının sanitar-texniki
keçidlərdə saxlanması;
2.5.20.8. Mənzillərdə tez
alışan və yanar mayelərin saxlanması.
2.6. Kütləvi
tədbirlərin keçirilməsi üçün konfrans
zalları və digər otaqlar:
2.6.1. Tamaşa, nümayiş,
mühazirə, konfrans və qonaq zallarının,
klubların, restoranların, kafelərin, yeməkxanaların
tutumu, insanların hesablama sayına uyğun gəlməlidir.
Klubların tamaşa zalında, nümayiş zalında,
konfrans zalında, onlara bərabər tutulan otaqlarda tikinti norma
və qaydalarına (TN və Q) uyğun olaraq hər bir
tamaşaçıya 0,7 kv.m. yer nəzərdə tutulur.
2.6.2.
Kütləvi insan toplaşan yerlərin (restoranlar, klublar,
mühazirə zalları və. s.) binanın aşağı
mərtəbəsində yerləşdirilməsi
tövsiyyə olunur.
2.6.3. Kütləvi insan toplaşan
yerlər normativə uyğun sayda köçürmə
çıxışları ilə təmin olunmalı və
saz vəziyyətdə saxlanmalıdır.
2.6.4. Mehmanxana kompleksinin bar və
restoranlarında, diskoteka otaqlarında, sintetik yanar materiallardan
dekorasiya və digər təyinatlar üçün
istifadə edilməsi qadağan olunur.
2.6.5. Zirzəmi və
kürsülü mərtəbələrdə
yerləşdirilmiş bar otağının
bəzədilməsi yanmayan materiallardan təşkil
olunmalıdır. Zirzəmi və kürsü
mərtəbəli otaqlardan diskoteka və digər
mədəni tamaşa, əyləncə tədbirlərinin
keçirilməsi üçün istifadə olunması
qadağan olunur.
2.6.6. Tamaşa, konsert, gecə
şənlikləri, yeni il bayramları və digər
kütləvi tədbirlərin, ən azı 2(iki)
köçürmə çıxışı və
işıqlandırıcı göstəricilərlə
təchiz olunmuş otaqlarda keçirilməsinə icazə
verilir.
2.6.7. Çölə bir
çıxış qapısı olan inzibati
müəssisə və yataqxanalarda iclasların,
mühazirələrin keçirilməsinə bu
şərtlə icazə verilir ki, həmin otaqda iştirak
edənlərin sayı 50 nəfərdən çox
olmasın. Taxta materialdan tikilmiş binalarda kütləvi
tədbirlərin keçirilməsinə ancaq 2 (ikinci)
mərtəbədən yuxarıda yerləşməyən
otaqlarda icazə verilir.
2.6.8. Kütləvi insan toplaşan
otaqlarda xalça və ayaq altlıqları
döşəməyə bərkidilməlidir. Belə
otaqların köçürmə yollarında yanar və
yandıqda zəhərli tüstü ayrılan müxtəlif
materiallar, xalça və yanğının
yayılmasını tezləşdirən digər
döşəmə örtüklərindən istifadə
edilməsı qadağan edilir.
2.6.9. Kino qurğuları
üçün yanğın təhlükəsizliyi
qaydalarının tələbləri kinofilm nümayiş
etdirilən mühazirə zallarında, təşviqat
məntəqələrində və köməkçi
otaqlarda yerinə yetirilməlidir. Kinofilmlərin zirzəmi
otaqlarında nümayiş edilməsinə icazə verilmir.
2.6.10. Kütləvi tədbirlər
keçirilən zaman ictimaiyyətdən yaxud xidmətçi
heyətdən, cavabdeh növbətçi təyin edilir
və yanğın təhlükəsizlik qaydaları ilə
təlimatlandırılır.
2.6.11. Kütləvi tədbirlər
zamanı klublarda və onlara bərabər tutulan otaqlarda
siqaret çəkmək, zalın keçidlərinə stul
qoymaq, köçürmə çıxış
qapılarını qıfılla bağlamaq, otağın
pəncərəsini pəncərə qapağı ilə
bağlamaq, otağa təyin olunmuş normadan artıq adam
buraxmaq pəncərəyə metal barmaqlıqlar
quraşdırılması qadağan edilir.
2.6.12. Kütləvi tədbirlərin
keçirilməsi nəzərdə tutulan otaqlarda
bayramların, konsertlərin, kinoseansların, yeni il
şənliklərinin keçirildiyi zaman yanğın
təhlükəsizliyinə riayət olunmasına cavabdeh
şəxs mənzil istismar təşkilatının
rəhbəri və yaxud digər vəzifəli
şəxslər sayılır. İnzibati binanın
istismarına cavabdeh olan şəxsin icazəsi olmadan
kütləvi tədbirlərin keçirilməsinə
icazə verilmir.
2.6.13. Kütləvi tədbirlərin
keçirilməsi həvalə edilmiş şəxslər,
tədbir başlanmazdan əvvəl otağı
diqqətlə yoxlamalı və onun yanğına qarşı
təhlükəsizliyinin tam təmin olunmasına əmin
olmalıdırlar.
2.6.14. Yeni il bayramları
keçirildiyi zaman aşağıdakı yanğın
təhlükəsizliyi qaydalarına əməl
olunmalıdır,
2.6.14.1.
Şam
ağacı möhkəm özül üzərində
elə quraşdırılmalıdır ki, budaqları divara,
tavana toxunmasın;
2.6.14.2.
Otaqlarda
elektrik işıqlanması olmadıqda yeni il
şənlikləri ilə əlaqədar tədbirlər
yalnız gündüz vaxtı keçirilməlidir.
2.6.14.3.
Yeni
il şənliyi keçirilərkən şamlardan
atəşfəşanlardan istifadə etmək, şam
ağacının selüloid oyuncaqlarla, odadavamlı
məhlulla hopdurulmamış pambıqla bəzədilməsi
qadağandır.
2.6.15. Yeni ilin şam ağacı (yolka),
elektrik qurğularının quraşdırılması
qaydalarına riayət olunmaqla
işıqlandırılmalıdır. İşıqlandırılma
şəbəkəsinin elektrik cərəyanından
istifadə edərkən, alçaldıcı
transformatorların vasitəsi ilə 12V-luq gərginlikli
lampalardan istifadə olunmalı; elektrik naqilləri,
işıqlandırma lampaları saz olmalı və
etibarlı izolə olunmalıdır.
İşıqlandırmada nasazlıq hiss olunduqda (naqillər
qızdıqda, lampalar yanıb söndükdə,
qığılcım olduqda) təcili onu elektrik
şəbəkəsindən ayırmaq lazımdır.
2.6.16.
Yaşayış
mənzillərində yeni şam ağacı ,soba və
başqa qızdırıcı cihazlardan təhlükəsiz
məsafədə möhkəm özül
üzərində, bəzək işıqlarının quraşdırılmasında
ehtiyat təhlükəsizlik tədbirlərinə riayət
etməklə quraşdırılmalıdır.
2.6.17.
Yeni
ilin şam ağacının yanında,
çıraqbanların yandığı zaman
yaşlıların nəzarəti olmadan az yaşlı
uşaqlan saxlamaq olmaz.
2.7. Hərəkət edən
yaşayış vaqon-evlərin müvəqqəti
istifadəsi:
2.7.1.
Müvəqqəti
istifadə olunan yaşayış vaqon evlərinin, vaqon
şəhərciyinin yanğın
təhlükəsizliyinə cavabdehliyi aidiyyatı üzrə
obyekt rəhbərliyi daşıyır.
2.7.2.
Hər
vaqon evcik üzrə müdüriyyət tərəfindən,
bu vaqonlarda yaşayanlardan yanğın
təhlükəsizliyinə cavabdeh şəxslər təyin
olunmalı və görünən yerdən onların adı,
soyadı yazılmış lövhə asılmalıdır.
2.7.3.
Vaqon
evciklərin yerləşdirilməsi yerli Dövlət
Yanğın Nəzarəti Orqanı ilə
razılaşdırmalıdır.
2.7.4.
Vaqon
evciklərin yerləşdiyi ərazidə yanğını
söndürmək üçün mütləq su
ehtiyatı olmalıdır.
2.7.5.
Vaqon
evciklərindən ibarət müvəqqəti
qəsəbədə əvvəlcədən
yanğının söndürülməsində
kömək çağırışı qaydası
müəyyən olunmalıdır (telefon yaxud radio rabitə
çapar).
2.7.6.
Müvəqqəti
istifadə edilən vaqon evləri bir-birinə cüt-cüt,
köndələn şəkildə
quraşdırılmalıdır. Vaqon evlərin
çıxışları bir-birinin əksinə
olmalıdır.
2.7.7.
Müvəqqəti
vaqon evlərin hər qrupunda 10(on) vaqon evcik olmalıdır.
Hər qrup vaqon evlərin arasında ən azı 18m
yanğına qarşı zolaq olmalıdır yaxud onlar
arasında yanğına qarşı divar inşa
olunmalıdır.
2.7.8.
İnzibati,
məişət xidməti üçün istifadə olunan
hərəkət edən vaqonlar (mağaza, anbar, yeməkxana,
məktəb və s.) ayrıca yaşayış
vaqonlarından ən azı 24 m məsafədə
quraşdırılır.
2.7.9.
Hər
vaqon evcik ilk yanğınsöndürmə vasitələri
ilə və orada yaşayanlar isə yanğın təhlükəsizliyi
tədbirlərinə dair “yaddaş” kitabçası ilə
təmin olunmalıdır.
2.7.10. Müvəqqəti istifadə
olunan vaqon evlərinin yerləşdiyi ərazidə
yanğın zolağlarının, keçidlərin
tutulması və müəssisələr arası
komissiyanın icazəsi olmadan hər hansı tikintinin
aparılması qadağan olunur.
2.7.11. Müvəqqəti istifadə
olunan yaşayış vaqon evlərində qadağan olunur:
2.7.11.1
.Pəncərələrdə metal barmaqlıq
quraşdırması;
2.7.11.2. Köçürmə
(təxliyyə) yolunun tutulması yanan material saxlamaq
üçün anbar quraşdırılması;
2.7.11.3. Açıq oddan
istifadə olunması;
2.7.11.4.
Sobanı
tez alışan və yanan maye ilə yandırmaq, geyim
formasını və başqa yanan materialı sobanın
üstündə və qarşısında qurutmaq;
2.7.11.5.
Müvəqqəti
istifadə yaşayış evlərində və sosial,
mədəni-məişət obyektlərində
qızdırıcı vasitə kimi peno polistiroldan istifadə
etmək.
2.8. Fərdi istifadə
üçün avtomobil qarajları və kooperativ qarajlar:
2.8.1. Fərdi istifadə
üçün avtomobil qaraclarının yalnız yerli icra
hakimiyyəti tərəfindən ayrılmış
sahələrdə quraşdırılmasına icazə
verilir.
2.8.2. Qarajların tikintisi və
fərdi qarajların quraşdırılmış
meydança ilə yaşayış və inzibati binaların
ara məsafəsi tikinti norma və qaydalarının tələblərinə
uyğun olmalıdır.
2.8.3. Qarajların ərazisində
və avtomobillərin xırda təmiri və gündəlik
texniki xidməti üçün möhkəm
örtüklü sahə ayrılmalıdır, həmçinin
işlənmiş yanacaq və sürtgü materialları
filtr zibil üçün yanmayan materialdan olan qapaqlı
çən ayrılmalıdır.
2.8.4. Avtomobillərin xırda və
gündəlik texniki təmir meydançalarının hər
birində yanğınsöndürmə vasitəsi ilə
təmin olunmuş yanğın postu yaradılmalıdır (2
odsöndürən, vedrə, su ilə dolu çən,
lapatka və s.)
2.8.5. Qarajın otaqları və
ərazisi daima təmiz saxlanılmalıdır.
Axıdılan yanacaq və sürtkü yağlarının
üstünə dərhal qum tökülməli və
təmizlənməlidir. Avtomobillərə yanacaq doldurması
ancaq Yanacaq Doldurma Məntəqələrində həyata
keçirilməlidir.
2.8.6. Qarajın dayanacaq otaqlarında
qadağandır:
2.8.6.1. Yanacaq çənində,
yanacaq kəmərində və karbüratorunda sızma
halları, həmçinin elektrik qurğusu sistemində
nasazlıq olan avtomobillərin saxlanılması.
2.8.6.2. Gündəlik ev
əşyalarının, həmçinin Tez Alışan Maye
və Yanar Maye ehtiyatını aşağıda qeyd edilən
miqdarda Benzin-20 1-dən, yağların isə 5 kq-dan çox
olmayaraq saxlanması;
Benzin 20 1-dən, yağlar
isə 5 kq-dan çox olmayaraq yalnız dəmir və kip
bağlanan qablarda saxlanılmasına icazə verilir.
2.8.6.3. Avtomobillərin
rənglənməsi və ya yanacaq ilə doldurulması;
2.8.6.4. Detalların kerosin və benzin
ilə yuyulması, həmçinin açıq oddan
istifadə etməklə təmir işlərinin
aparılması, avtomobillərin mühərriklərinin
qızdırılması üçün
məşəllərdən istifadə edilməsi;
2.8.6.5. İki və daha çox
mərtəbəli binalarda avtomobillərin saxlanılması
üçün boksların ara kəsmələr vasitəsi
ilə ayrılması;
2.8.6.6. İstifadə olunmuş neft
məhsullarını kanalizasiyaya və ya qarajın
ərazisinə axıdılması.
3 YANĞINSÖNDÜRMƏ
VASİTƏLƏRİ
3.1 .Mehmanxanalar, yataqxanalar,
inzibati binalar, şəxsi evlər, otaqlar 6 saylı qoşmaya
uygun olaraq yanğınsöndürmə vasitələri
ilə təmin olunmalıdırlar.
3.2. Yanğın texnikasının
və ilkin yanğınsöndürmə vasitələrini
təyinatına uyğun olmayaraq, istifadə olunması
qadağandır.
3.3. Daimi yanğınaqarşı
su kəmərlərinin yanğın kranlarını
atıcı şlanq və lülələrlə təmin
etmək lazımdır. Hansılar ki, plomblanmış şkafın
içində olmalıdır. Yanğın şlanqları
quru, yaxşı bükülmüş, yanğın
kranına və lüləsinə birləşdirilmiş
halda olmalıdır.
Yanğın kranlarının
şkafının qarşısında –YK- hərfi indeksi, onun
sıra nömrəsi və yanğından mühafizənin
telefon nömrəsi olmalıdır.
3.4. Daxili yanğına
qarşı su kəmərinin su
qidalandırıcıları, nasos stansiyaları, sprinkler
və drençer qurğuları vaxtaşırı suyun
buraxılması yolu ilə və ya
ölçü-nəzarət aparatları vasitəsi ilə
yoxlanılmalıdır. Yanğına qarşı su təchizatının
texniki vəziyyətini öz qüvvələri hesabına
yoxlaya bilməyən müəssisələr isə bu
işlərin aparılması üçün başqa
təşkilatlarla müqavilə bağlamalıdırlar.
3.5. Yanğın su nasosu
stansiyası otağında yanğına qarşı su
təchizatının, obyektin sprinkler və drençer
qurğularının sxemi və onların istismarı
haqqında təlimat asılmalıdır, hər
siyirtmənin və yanğın yüksəldici nasosların
üstündə onların təyinatı
göstəriciləri olmalıdır.
3.6. Hər nasos stansiyası, onu
obyektin və ya şəhərin yanğın
təhlükəsizlik xidməti ilə
əlaqələndirən telefon və ya siqnalizasiya sistemi
ilə təchiz olunmalıdır.
3.7. Su nasos stansiyasının
yanğın nasosları həmişə istismara hazır
vəziyyətdə olmalıdır və hər 10 gün
ərzində bir dəfədən az olmayaraq işə
salınma üsulu ilə lazım olan təzyiqin
yaradılması yoxlanılmalıdır (müvafiq jurnalda
qeyd olunmalıdır).
3.8. Mərtəbələrdə
olan tüstüyə qarşı ventilyatorun işə salma
düyməsi və yanğın nasoslarının
məsafədən işə salma düymələrinin
üzərləri şüşə ilə
bağlanılmalıdır və üstündə
“tüstüyə qarşı mühafizə sisteminin
ventilyatorunun işə salınması” , “yanğın
nasosunun işə salınması” sözləri
yazılmalıdır.
3.9. Odsöndürənlərin
yerləşdirmə qaydası aşağıdakı
tələblərə uyğun olmalıdır:
3.9.1.
Odsöndürən yer səviyyəsindən l,5m
hündürlükdən çox olmamalıdır.
Qapının küncündən (asılı
vəziyyətdə) l,2m az olmayan məsafədə
yerləşdirilməlidir. Odsöndürən
köçürmə (təxliyyə) yollarında
maneçilik törətməməlidir.
3.9.2. Odsöndürənlərin
yerləşdirilməsi üçün şkafların
konstruksiyaları və xarici görünüşü elə
olmalıdır ki, onların içində saxlanılan
odsöndürənlərin növlərini əyani
görmək mümkün olsun.
3.9.3. Odsöndürən elə
quraşdırılmalıdır ki, onun gövdəsində
olan məlumat yazısı görünsün.
3.9.4. Yanğın
söndürmə vasitələrinin və yanğın
avtomatikası sisteminin saxlanılmasına aid
tələblər 7-sayIı qoşmada
göstərilmişdir.
3.10.
Dispetçerlərin xidməti otaqlarında, yerli telefon
stansiyaları, yanğına qarşı mühafizə
sistemlərinin idarə etmə pultları, yanğının
baş verməsi zamanı həyacan siqnalının
verilməsi və yanğın hissələrinin
çağırılması qaydaları haqqında
təlimatlar olmalıdır.
4. YANĞIN BAŞ VERƏN ZAMAN
İNSANLARIN TƏHLÜKƏSİZLİYİNİN
TƏMİN EDİLMƏSİNƏ DAİR
TƏLƏBLƏR.
4.1 Mənzil və ev sahibləri,
mehmanxanalarda və yataqxanalarda yaşayan şəxslər,
inzibati müəssisənin əməkdaşları, bina
və otaqlarda olan insanların səhətlərini və
həyatlarını təhlükə altına qoyan,
həmçinin yanğının baş verməsinə
gətirib çıxara bilən hərəkətlərə
yol verməməlidir.
4.2 İnzibati
müəssisələrin binalarında, mehmanxana və
yataqxanalarda olan adamlar yanğın təhlükəsizliyi
ilə əlaqədar təmin edilirlər:
4.2.1. Yanğın baş
verən zaman insanların köçürülməsinə
(təxliyə olunmasına) kömək edən
qurğuların ( yanğın haqda xəbər verici, tüsdüdən
mühafizə qurğuları, köçürmə
(təxliyə) işıqlandırıcıları və
təhlükəsizlik nişanları) işlək və saz
vəziyyətdə saxlanması;
4.2.2. Köçürmə
yollarının yanar materiallardan olan üzlüklərlə
bəzədilməsinə yol verilməməsi;
4.2.3. Mənzil, mehmanxana və
yataqxanalarda yaşayan sakinlər eləcədə
təşkilatların əməkdaşları
tərəfindən yanğın təhlükəsizliyi
qaydaların öyrənilməsi və onlara riayət
edilməsi;
4.2.4. Elektrik
qurğularını, cihazlarını, isitmə
sistemlərinin istifadəsi və təmiri zamanı
təhlükəsizlik tədbirlərinə ciddi riayyət
olunmasına rəhbərlik tərəfindən mütamadi
olaraq nəzarət olunmasının müəyyən
edilməsi;
4.2.5. Tüstüdən
müdafiə sisteminə daxil olan özü bağlanan
qurğuların, pilləkən qəfəslərinin
qapılarının kipləşdiricilərinin işlək vəziyyətdə
saxlanılması;
4.3. Mehmanxanalarda, yataqxanalarda
və inzibati binalarda köçürmə (təxliyə)
planı hazırlanmalı və hər hansı bir
yanğın hadisəsi baş verdiyi zaman insanların köçürülməsi
üçün (təxliyyə olunması) mühafizə
və xidməti heyətin vəzifə bölgüsü
müəyyən edilməlidir.
4.4. Yataqxana, mehmanxana və
mehmanxana komplekslərində, xidməti heyət elektrik işıqlandırıcılarla
(fənərlərlə) və tənəffüs
orqanlarının müdafiə olunması üçün
fərdi vasitələrlə təchiz edilməlidirlər.
4.5. Köçürmə
(təxliyyə) yollarının üzərində,
döşəmədən 2-2,5 m hündürlükdə
“ÇIXIŞ” sözü yazılış işıqlandırıcı
lövhələr asılmalıdır.
4.6. Pilləkən
qəfəsləri, köçürmə (təxliyyə)
yolları, keçidlər və dəhlizlər adamların
hərəkətinə maneə törədə bilən kənar
əşyalardan daima təmizlənməlidir.
5. YANĞIN ZAMANI
HƏRƏKƏTLƏR:
5.1. Yanğın zamanı
mehmanxanaların, yataqxanaların, inzibati
təşkilatların müdiriyyətinin
hərəkətləri adamların
təhlükəsizliyinə və köçürülməsinə
yönəldilməlidir.
5.2. Yanğının aşkar edildiyi
zaman aşağıdakılar tələb olunur:
5.2.1. Tez yanğından
mühafizə orqanlarına xəbər vermək,
yanğının dəqiq yerini və binada insanların
olması haqqında məlumat vermək;
5.2.2. Yanğın hissəsi
gələnə qədər insanların
köçürülməsini və yerlərdə olan
vasitələrlə yanğının
söndürülməsini təşkil etmək(
odsöndürənlərlə, daxili yanğın
kranların lülələri ilə);
5.3. Yataqxanalarda, mehmanxanalarda və
inzibati binalarda yanğın baş verdiyi zaman bu
müəssisələrin rəhbərləri və digər
vəzifəli şəxsləri aşağıdakı vəzifələri
yerinə yetirməlidirlər:
5.3.1. Yanğın
təhlükəsizliyi xidmətinin
çağırılmasını yoxlamalı;
5.3.2. Növbətçi və
xidməti heyət ilə birgə mövcud
köçürmə planına əsaslanaraq insanların
köçürülməsini təşkil etmək və
onların arasında çaşqınlıq
yaranmasının qarşısını almalı;
5.3.3. Yanğın hissəsi
gələnə qədər yanğın
söndürməyə rəhbərliyi öz
üzərinə götürməli;
5.4. Yanğın zamanı
pəncərələrin və qapıların
açılmasından, həmçinin
şüşələrin sındırılmasından
mümkün qədər imtina etmək lazımdır.
Otağı və ya binanı tərk edərkən qapılan
və pəncərələri bağlamaq lazımdır,
çünki hava axını yanğının yayılmasına
şərait yaradır.
5.5. Tüstüdən
müdafiə sistemi olan binalarda yanğın zamanı,
tüstünün xaric edilməsini və havanın
vurulmasını təmin edən ventilyatorları
hərəkətə gətirmək lazımdır.
5.6. Yanğın zamanı
könüllü yanğınsöndürmə
dəstələri öz aralarında
bölüşdürülmüş vəzifələri
yerinə yetirirlər (yanğından mühafizənin
çağırılması, adamların təxliyyəsi,
daxili yanğın kranlarının lülələri ilə
işləmək, yanğına qarşı mühafizə
sisteminin və yanğın nasoslarının işə
salınması və s.).
5.7. Yanğın yerinə
gələn yanğın hissələrinə kömək
etmək üçün döyüş dəstəsinə
daxil olan drujinaçılar yaxşı təlim keçmiş,
hazırlıqlı olmalıdırlar.
5.8. Yanğından mühafizə
bölməsi yanğın yerinə gəldiyi zaman,
yanğının söndürülməsinə
rəhbərlik edən şəxs və ya orada yaşayan
şəxslərdən biri, yanğından mühafizə
bölməsinin yüksək vəzifəli şəxsinə
yanğın haqqında məlumat verməlidir (binada
adamların olması haqqında, yanğının
mənbəyi haqqında, yanğının ləğv
edilməsinə yönəldilmiş işlər haqqında
məlumat, həmçinin binada yanğının
ləğv edilməsi ilə məşğul olan
könüllü yanğınsöndürənlər
haqqında məlumat).
İnsanların, əmlakın
köçürülməsi və yanğının
ləğv edilməsi ilə məşğul olmayan
xidməti heyəti başqa köməkçi işlərə
cəlb etmək lazımdır.
5.9. Obyektdə baş vermiş hər
bir yanğın faktı üzrə obyektin inzibati
nümayəndələri yanğının baş
verməsinə səbəb ola bilən bütün amilləri
aydınlaşdırmalı və belə halların təkrar
olunması ehtimalını aradan qaldıran profilaktiki
tədbirləri həyata keçirməlidirlər.
QOŞMA N 1
MEHMANXANALARIN, YATAQXANALARIN,
İNZİBATİ MÜƏSSİSƏLƏRİN
XİDMƏTİ HEYƏTİ ÜÇÜN YANĞIN
TEXNİKİ HAZIRLIĞI PROQRAMl
MÖVZU ¹
1. Yanğın
təhlükəsizliyinin təşkilatı tədbirləri-
1 saat.
Mehmanxana, yataqxana və inzibati
binalarda yanğınların baş vermə
səbəblərinin qısa təhlili.
Azərbaycan Respublikası
yanğın təhlükəsizliyi haqqında qanunun
məzmunu və mənası.
Yataqxanaların,
mehmanxanaların və inzibati binaların xidməti
heyətinin yanğın təhlükəsizliyinə
görə məsuliyyəti;
Binada və
müəssisədə yanğına qarşı rejimin
saxlanılmasında xidməti heyətin rolu.
İlkin və təkrar
təlimatlar: fəhlələri, xidmətçiləri
və xidməti heyəti yanğın təhlükəsizliyi
tədbirləri və yanğın zamanı hərəkətlər
haqqında təlimatlandırmaq. İş günü
qurtardıqdan sonra otağın
yığışdırılması və otağın
bağlama qaydası.
Yanğının
xəbərdar edilməsi işinə geniş ictimaiyyətin
cəlb edilməsi metodları və forması.
Yanğın-texniki
komissiyasının və könüllü
yanğınsöndürmə cəmiyyətinin
yaradılması, onların qarşısında duran
tapşırıqlar və təcrübi
fəaliyyətləri haqqında qısa məlumat.
Yanğıntəhlükəsizlik
qaydalarının pozulmasına görə məsuliyyət.
MÖVZU ¹ 2. Yataqxanalarda, mehmanxanalarda
və başqa ictimai binalarda yanğın
təhlükəsizlik tədbirləri 3 saat.
Kütləvi insanlar
toplaşan binaların yanğın təhlükəsinin
xüsusiyyətləri-mehmanxanaların, yataqxanaların,
ictimai binaların, otaqların, ərazinin, keçidlərin
saxlanılmasına, binaların xarici yanğın
pilləkənlərinə və su təchizatı
mənbələrinə sərbəst yaxınlaşması
üçün yanğına qarşı
tələblər.
Köçürmə
(təxliyyə) yollarının, pilləkən
qəfəslərinin, eyvanların, keçidlərin və s.
Saxlanılmasına olan tələblər.
Köçürmə
planının tərtib olunmasının
xüsusiyyətləri ( hər nömrədə fərdi
planın mövcudluğu,
köçürmə
yollarının işarə olunması və ən yaxın
köçürmə çıxışlarına
hərəkətin istiqamətləri və s.) yataqxanalarda və
mehmanxanalarda yaşayanların və xidməti heyətin
təlimatlandırılması.
Mehmanxanalarda yaşayan
sakinlər üçün yanğın
təhlükəsizliyi qaydaları haqqında yaddaş
kitabçası.
Açıq odun tətbiq
edilməsi ilə təmir və tikinti işlərinin icra
olunması zamanı yanğına qarşı rejim (qaynaq,
donmuş boruların qızdırılması və s.)
İsitmə
qurğularının, su qızdırıcıların,
məişət elektrik qurğuların, (ütü,
çaydan, soba və s.), televizorların,
radioqəbuledicilərin istismarı zamanı yanğın
təhlükəsizliyi tədbirləri; aerozol, preparatların
və kimyəvi-məişət əşyalarının
istifadəsi zamanı yanğın təhlükəsizliyi
tədbirləri.
Yüksək
mərtəbəli binalara dair yanğın
təhlükəsizliyinin xüsusi tələbləri.
Mehmanxanalarda, yataqxanalarda
xüsusi mühəndis qurğularının
yerləşdirilməsi ilə tanış olmaq və
yanğın zamanı bu qurğulardan istifadə
etmək(avtomatik yanğın xəbərverici cihazları,
tüstü xaric edən və artıq hava təzyiqi sistemləri,
təxliyyə bazaları, eyvanlar və ya qonşu
bölmələrin (seksiyaların) lodciyaları ilə
keçidlər, tüstülənməyən pilləkən
qəfəsləri).
MÖVZU ¹ 3. İnsanların
yanğın təhlükəsizliyinin təmin edilməsi.
Yanğın zamanı hərəkətlər 2 saat.
Yataqxanalarda və mehmanxanalarda
yaşayan sakinlərin, müəssisələrin və
təşkilatların əməkdaşlarının
yanğın təhlükəsizliyinin əsas qanunları
ilə və şəxsi təhlükəsizlik
tədbirləri ilə tanış edilməsi.
İnsanların təhlükəsizliyini təmin edən
konstruktiv-planlaşdırmanın həlli
(köçürmə yollarının bəzədilməsi
üçün yanar və yanğın zamanı
zəhərli tüstü əmələ gətirən
materialların istifadə olunmasının qadağan
edilməsi, köçürmə yollarının yuxan
mərtəbələrini, köçürmə
bacalarının, lodciyalarının və ya eyvanların
saxlanılması və s.). Yanğının xəbər
verilməsində avtomatik yanğın
xəbərvericilərin təyinatı. Tüstü sorucu
və artıq hava təzyiqinin sistemləri.
İşləmə prinsipi, yerləşdirilməsi.
Tüstü sorucu sisteminin işə salınması.
Yanğın baş verdikdə xidməti heyətin
vəzifə borclarının
bölüşdürülməsi (yanğın haqqında
xəbər verilməsi, insanların
köçürülməsi və yanğının
söndürülməsinə aid digər
hərəkətlər). Yanğının
söndürülməsi üçün kömək
gələnə qədər yanğını aşkar
edən şəxslərin hərəkətləri.
MÖVZU ¹4. Yanğın
söndürmə vasitələri - 1 saat.
Odsöndürənlərin
istismarı və iş prinsipi haqqında, onun quruluşu
və təyinatı haqqında məlumat.
Odsöndürənlərin işə salınması və
yanğının söndürülməsi üçün
istifadə olunması. Daxili yanğın kranlarının
təchizatı, quruluşu və təyinatı haqqında
anlayış. Yanğın zamanı onların istifadə
olunması və istismarı qaydaları. Binalarda xüsusi
qurğulara texniki xidmət göstərilməsi və
saxlaması (rabitə vasitələrinə, avtomatika
sisteminə və s.).
QOŞMA.2.
FƏRDİ
KÖÇÜRMƏ PLANI.
1 .Mehmanxananın hər bir
nömrəsi fərdi köçürmə planı və
yanğın zamanı davranış qaydaları haqqında
yaddaş kitabçası ilə təchiz olunmalıdır.
2. Mərtəbənin
planında göstərilməlidir:
-pilləkən
qəfəsləri, liftlər və lift xolları, otaqlar,
eyvanlar, xarici pilləkənlər, həmçinin
pilləkən qəfəslərinin, lift xollarının
qapıları və köçürmə yollarında
yerləşən qapılar. Mərtəbənin planı
artıq əşyalarla tutulmamalıdır.
3. Köçürmə
planı üçün nəzərdə tutulmuş
otağın üstündə “sizin nömrə”
yazısı ilə qeyd olunur.
4. Plan üzərində
əsas köçürmə yolu bütöv, ehtiyat yolu
isə qırıq xətlə göstərilir. Bu
xəttlər mərtəbə planından iki dəfə qalın
və yaşıl rəngdə olmalıdır.
4.1
.Mərtəbələrdə əsas köçürmə
yollarını xaricə keçidi olan pilləkən
qəfəsi tərəfinə həmçinin müvafiq
mərtəbədən binanın birinci
mərtəbəsinə aparan pilləkən
qəfəsinə istiqamətləndirmək lazımdır.
Əgər iki pilləkən
qəfəsinin tüstüdən və oddan qoruma
səviyyələri eynidirsə onda əsas
köçürmə yolu ən yaxşı pilləkən
qəfəsinə istiqamətləndirilir.
4.2. Köçürmə
yolunu göstərən xəttlər otaqdan
təhlükəsiz çıxış yerinə
qədər və ya bilavasitə bayıra kimi
çəkilməlidir.
5. Mərtəbənin
planında simvollar vasitəsi ilə otaqlarda
yerləşən xəbərvericilərin
düymələri, mərtəbə növbətçisinin
telefonu, yanğın söndürənlərin yanğın
kranlarının, avtomatik yanğın söndürən
qurğuların işə salma düymələrinin
yerləri göstərilir.
5.1 .İşarələr
elə göstərilməlidir ki, onları dəqiq
görmək mümkün olsun.
5.2. İşarələrin
açılışı mərtəbənin planının
altında milli və rus dillərində, həmçinin
xarici vətəndaşları qəbul edən mehmanxanalar
üçün ingilis və alman dillərində
verilməlidir.
5.3. İşarələrin
açılışı mətninin həriflərinin
hündürlüyü 7mm, eni isə 5mm-dən az
olmamalıdır.
6. Fərdi
köçürmə planı otaqlarda şüşənin
altında görünən yerdə; planın
ölçüləri 12 format dan kiçik olmamaq
şərti ilə yerləşdirilir.
7. Mehmanxana (mərtəbə)
üzrə məsul növbətçi sakinləri qeydə
almazdan əvvəl, yanğına qarşı
vasitələrlə və çıxış yolları vəziyyəti
ilə tanış olmalıdır.
QOŞMA.3.
MEHMANXANALARDA (YATAQXANALARDA)
YAŞAYANLAR ÜÇÜN YANĞIN
TƏHLÜKƏSİZLİK QAYDALARI HAQQINDA YADDAŞ
KİTABÇASI.
Hörmətli qonaqlar!
Sizdən xahiş edirik
yanğın təhlükəsizliyi qaydalarına riayət
edəsiniz:
- nömrədə elektrik
qızdırıcı cihazlarından istifadə etməyin
(ütü, qəhvədan, su qaynadan)
- nömrədən
çıxarkən televizoru, kondisioneri, işıqlandırıcı
lampaları, radioqəbuledicini söndürməyi
unutmayın.
- nəzərinizə
çatdırmaq ki, qoşulmuş torşerlərin və stol
üstü lampaların yanar materialdan olan əşyalar
ilə üstünü örtmək təhlükəlidir.
- ümid edirik ki,
çarpayıda uzananda siqaret çəkmiyəcəksiniz
və söndürülməmiş siqaret
saxlamayacaqsınız. Bu təhlükəlidir.
Liftin kabinasına
söndürülməmiş siqaretlə daxil olmaq və
siqaret çəkmək qadağandır. Xahiş edirik ki,
siqareti kağız üçün nəzərdə
tutulmuş səbətə atmayın, bunun üçün
külqabıdan istifadə edin. Nömrədə
yanğın təhlükəli maddələr və
materiallar gətirib saxlamaq qadağandır.
MÜDİRİYYƏT.
QQŞMA.4.
MEHMANXANALARDA YAŞAYAN
İNSANLAR ÜÇÜN NÜMUNƏVİ PLAN-YADDAŞ
KİTABÇASININ NÜMUNƏVİ MƏTNİ.
Əgər siz mehmanxanaya birinci
dəfə gəlmisinizsə çıxışların
və pilləkənlərin yerləşdiyi yerləri
yadınızda saxlayın. Sizin nömrənizdə
yanğın baş verərsə ;
Tez bu telefon ilə
__________________________________________________________________
(telefon nömrəsi göstərilir)
yanğın
təhlükəsizliyi xidmətinə xəbər verin.
Yanğın haqqında
mütləq dəhliz növbətçisinə və ya
müdiriyyətin nümayəndəsinə xəbər verin;
Təhlükə zamanı nömrəni tərk edin və
müdiriyyətin və ya yanğından mühafizənin
göstərişi ilə hərəkət edin; Sizin
nömrəsizdən kənarda yanğın baş veribsə
onda bu telefon ilə:
(telefon nömrəsi
göstərilir)
yanğın
təhlükəsizliyi xidmətinə xəbər verin,
qapı və pəncərələri bağlayandan sonra
nömrənizi tərk edin.
Əgər dəhlizlər
və pilləkən qəfəsləri kəskin
tüstülənibsə və otağı tərk
etməyə imkan yoxdursa pəncərələri
açarkən öz nömrənizdə qalın
bağlı və yaxşı kipləşdirilmış
qapı sizi uzun müddət təhlükəli temperaturdan
qoruya bilər. Tüstü ilə zəhərlənmədən
yayınmaq üçün yarıqları və ventilyasiya
nəfəsliklərini su ilə isladılmış dəsmal
və ya yataq ləvazimatı ilə bağlayın. Çalışın
telefon vasitəsi ilə müdiriyyətə
yerləşdiyiniz yer haqqında xəbər verin.
Yanğınsöndürənlər hadisə yerinə
gəldikdə pəncərəyə yaxınlaşın
və sizə kömək edilməsi üçün
işarə verin. Köçürmə zamanı liftdən
istifadə etmək məsləhət görülmür.
Yanğının axırını eyvanda və ya lodjiyada,
eyvanın qapısını bağlayaraq gözləmək
olar.
QOŞMA.5.
YAŞAYIŞ BİNALARININ,
YATAQXANALARIN SAKİNLƏRİ İLƏ
HƏMÇİNİN İSTİFADƏLƏRİNDƏ
FƏRDİ YAŞAYIŞ TİKİLİLƏRİ OLAN
ŞƏXSLƏRLƏ YANĞINA QARŞI TƏLİMAT
KEÇİRİLMƏSİNƏ DAİR NÜMUNƏVİ
PROQRAM.
l. Yanğına qarşı
təlimatın keçirilməsinin məqsədi.
Yaşayış binaları üçün
sakinlərə yanğın təhlükəsizlik
qaydalarını öyrətmək, yaşayış
sahəsində yanğınların əmələ
gəlməsinin əsas səbəbləri ilə, onlara
yanğın haqqında xəbər verilməsinin,
yanğın yerinə köməyin
çağırılması qaydaları ilə və
yanğın zamanı görülən tədbirlər
ilə tanış etmək.
2. Yaşayış
binalarında yanğınların baş verməsinin
səbəbləri.
Od ilə ehtiyatsız
davranış (zirzəmi və çardaq otaqlarında
şamdan və kibritdən istifadə etmək, tikililərin
yaxınlığında tonqal qalamaq, siqaret çəkmək).
Mərkəzi isidilmə, su təchizatı və ya kanalizasiya
sistemlərinin donmuş borularını qızdırmaq
üçün məşəllərdən istifadə
olunması.
Od ilə uşaqların
oynamasından. Soba isitmə sistemi cihazlarından, yanar
mayelərlə işləyən, nasaz qaz
plitələrindən və s. cihazlardan düzgün istismar
olunmaması və ya onların nasazlıqları
nəticəsində yanğınların baş verməsi.
Məişət elektroqızdırıcıları
cihazların düzgün istismar olunmaması
nəticəsində yanğınların baş verməsinin
səbəbləri (elektrik qızdırıcıları,
ütülər, çaydanlar və s .)
Yeni il bayramında
yanğınların baş verməsinin əsas
səbəbləri
Yaşayış binalarında
yanğınların baş vermə səbəblərinin
nümunələri.
3. Kimya və müasir
mənzil.
Kimyəvi maddələrin
yanğın təhlükəli boyaların, nitrolakların,
mastikaların, plasmasların və polimerlərin, mineral
gübrələrin və s.
Aerozol qablarda olan kimyəvi
məişət maddələrinin yanğın
təhlükəsi.
Məişət
kimyasının əşyalarının və aerozol
preparatlarının istifadəsi ilə bağlı olan
yanğınlar.
Yanğının
xəbərdar edilməsində avtomatik
xəbərvericilərin təyinatı.
Tüstü sorucu və
artıq hava təzyiqinin sistemlərinin İşləmə
prinsipi, yerləşdirilməsi və işə
salınması. Yanğın baş verdikdə xidmət
personalının vəzifə borclarının
bölüşdürülməsi (yanğın haqqında
xəbər verilməsi, adamların
köçürülməsi və yanğının söndürülməsinə
aid digər hərəkətlər).
Yanğının
söndürülməsi üçün kömək
gələnə qədər yanğını aşkar
edən şəxslərin hərəkətləri.
4. Yanğın əleyhinə
əsas tədbirlər.
Açıq oddan istifadə
qaydaları. Siqaret çəkilməsi zamanı ehtiyat
tədbirləri. Sobaların yandırılması
üçün benzin, kerosin və başqa yanar
maddələrin istifadəsinin qadağan olunması,
sobaların üstündə və yanında odunların,
yanar materialların qurudulması. Çatları olan və
nasaz sobaların istismarının qadağan olunması.
Keroqazların istismarı qaydası. Məişət qaz
cihazlarının istifadəsi qaydaları. Məişət
işıqlandırıcı və elektrik
qızdırıcı cihazların istifadəsi. Yeni il
şənliklərinin keçirildiyi zaman, elektroqerlandalardan,
benqal odlarından istifadə edərkən yanğın
təhlükəsizliyi tədbirləri. Qısa qapanmanın,
artıq yüklənmənin və böyük keçid
müqavimətin mənası. Statik elektrikləşmənin
boşalmasının nəticəsində baş verən
yanğınların xəbər verilməsi. Bir
mərtəbəli yaşayış binalarında
yanğına qarşı rejim. Yeni il bayramının
keçirilməsi zamanı yanğın
təhlükəsizliyi tədbirləri. Yaşayış
sahəsinin yanğın təhlükəsizliyinə
görə vətəndaşların məsuliyyəti.
5. ÇARDAQ VƏ
ZİRZƏMİ OTAQLARININ, ŞƏXSİ QARAJLARIN
ƏRAZİLƏRİNİN SAXLANILMASI QAYDALARI.
Yanğına qarşı ara
məsafələrdən qarajların, tamburların və sair
tikililərin yerləşdirilməsi mümkün olmaması.
Dəhlizlərdə və pilləkən
qəfəslərinin qabaritlərində anbarların
tikilməsinin qadağan olunması. Yaşayış
binalarında Tez Alışan Mayelərin və Yanar
Mayelərin buxarlana bilən miqdarının
saxlanılması. Sakinlər tərəfindən zirzəmi
və çardaq otaqlarına daxil olunma qaydası.
Köçürməni
yollarının hazır vəziyyətdə
saxlanılması və onların qurulmasına dair
tələblər.
Keçidlərin, həyət
sahəsinin və tikililər arasındakı ara
məsafələrinin, yanğına qarşı su
təchizatı mənbələrinin, ehtiyat
köçürmə yollarının və xarici
yanğın pilləkən keçidlərinin təmiz
saxlanılması.
Qarajlarda yanar yağlama
materiallarını norma ilə müəyyən
ediləndən artıq saxlanılmasını və
yanğına qarşı rejimin pozulmasının qadağan
olunması (açıq oddan istifadə olunması,
tökülmüş yağın, yanar mayenin
yığışdırılması və s.)
6. YÜKSƏK.
MƏRTƏBƏLİ YAŞAYIŞ BİNALARININ YANĞINA
QARŞI MÜDAFİƏSİNİN XARAKTERİK
XÜSUSİYYƏTLƏRİ.
Yüksək
mərtəbəli yaşayış binalarının
konstruktiv xüsusiyyətləri və yanğına
qarşı mühafizə sisteminin saxlanılması
haqqında biliklərin bütün sakinlər
tərəfindən öyrənilməsinin zəruriliyi.
Tüstülənməyən pilləkən qəfəsinin
təyinatı.
Mərtəbələrin,
tamborların və xolların qapılarının konstruktiv
həlli. Qonşu mənzilə keçmək
üçün eyvanların və ya keçidlərin
quruluşu. Yuxarı mərtəbədəki eyvanların
köçürmə lyuklarının təyinatı.
Tüstüdən mühafizə və artıq hava təzyiqi
sistemləri. Nasos yüksəldicilərinin işə salmaq
qaydası. Tüstüdən mühafizə sisteminin
işə salınması yaşayış binalarında
yanğın haqqında avtomatik xəbər verici
ötürücülərin təyinatı.
7. YANĞIN
KÖMƏYİNİN ÇAĞIRILMASI VƏ
VƏTƏNDAŞLARIN YANĞIN ZAMANI
HƏRƏKƏTLƏRİ.
Yaşayış binasında
rabitə vasitəsinin olması, ən yaxın telefon
aparatlarının yerləşdiyi yerlər. Yanğın
xidmətinin çağırılma qaydası. Yanğın
bölməsinin qarşılama qaydası. Yanğının
söndürülməsi (daxili yanğın kranının,
suyun, qumun və başqa vəsaitlərin istifadə
olunması).
Əhalinin və adamların
köçürülməsi. Yanğın
təhlükəsi ilə üzləşən
vətəndaşların davranış qaydası,
yanğının ləğv edilməsi,
köçürmə, tüstüdən
zəhərlənmə. Yanğın zamanı zərər
çəkənlərə ilkin köməyin
göstərilmə qaydası.
QOŞMA. 6
İLKİN
YANĞINSÖNDÜRMƏ VASİTƏLƏRİNİN
NORMASI
|
N |
ADI |
Sahəsi Kv.m |
Odsöndürənlər |
Qeyd |
|
|
Köpüklü |
Karbon qazı |
||||
|
1 |
2 |
3 |
4 |
5 |
6 |
|
1 |
İnzibati və ictimai binalar
a)dəhliz sistemində olan məişət-xidməti
otağı. b)dəhliz sistemində olmayan,
vestebül daxil olmaqla. v)hesablama mərkəzləri,
maşın hesablayıcı stansiyalar, arxivlər
kitabxanalar. q)çap etmə və üz
köçürmə dəzgahlar olan otaqlar. |
Dəhlizin uzunluğuna
ölçülən hər 20 metrinə 200 100 200 |
1 1 1 1 |
- - 1 1 |
Hər
mərtəbəyə iki dənədən az olmayaraq Hər
mərtəbəyə bir dənədən az olmayaraq - Karbon qazlı
odsöndürənlə yanaşı köpüklü
odsöndürənlər qoyula bilər. |
|
2 |
Laboratoriya |
Hər otağın 50 |
1 |
— |
— |
|
3 |
Mətbəx, anbar, təmir
emalatxanalar. |
/--------- / |
1 |
— |
— |
|
4 |
Dəhliz sistemli mehmanxana, yataqxana,
yaşayış və bağ evləri |
Dəhlizin uzunluğuna
ölçülən hər 20 metrinə |
1 |
— |
Hər
mərtəbəyə 2 ədəddən az olmayaraq |
|
5 |
Liftlərin maşın
bölməsi |
Hər otağın 100 |
1 |
1 |
— |
|
6 |
Qazanxana |
/--------- / |
1 |
— |
Qum ilə dolu yeşik, lopatka
və vedrə |
|
7 |
Qaraj otağı |
100 |
Hər otağa bir
ədəddən az olmayaraq |
— |
— |
|
8 |
Material anbarı |
Hər 100 |
1 |
— |
— |
|
9 |
Klub, yeməkxana, iclas zalı. |
200 |
1 |
— |
Hər otağa bir
ədəddən az olmayaraq |
|
10 |
Kinoaparat kompleksi |
/------/ |
1 |
— |
— |
|
11 |
Kənd yerlərində olan
şəxsi bağ evləri, yaşayış evləri
və digər tikililər. |
/------/ |
1 |
— |
Su ilə dolu çən ,
vedrə, və nərdivan |
Qeyd: İri mehmanxanalarda,
yataqxanalarda, inzibati əhəmiyyətli binalarda ilkin
yanğınsöndürmə vasitləri və
odsöndürənlər görünən yerlərdə
quraşdırılmış xüsusi
lövhələrdə yerləşdirilə bilər.
QOŞMA. 7.
TÜSTÜYƏ QARŞI
MÜHAFİZƏ SİSTEMLƏRİNİN VƏ YANĞIN
TEXNİKİ AVADANLIQLARIN SAXLANILMASINA DAİR
TƏLƏBLƏR.
1 .İlk
yanğınsöndürmə vəsaitləri.
1 İlk
yanğınsöndürmə vasitələri (normalara
uyğun olaraq) inzibati bina, mehmanxana, yataqxana və s. otaqlarda
yerləşdirilir və daima hazır vəziyyətdə
saxlanılması üçün ərazidə (otaqda)
yanğına qarşı rejimə riayət olunmasına
cavabdeh şəxsə təhvil verilir.
Yanğınsöndürmə və avadanlıq Dövlət
standartlarının tələblərinə uyğun olaraq
rənglənməlidir.
2. İnzibati bina, mehmanxana,
yataqxananın mərtəbələrində
yerləşdirilmiş odsöndürənlər eyni
növlü olmalı və hər odsöndürənin
üzərində onun əsas göstəriciləri və
istismar qaydaları (təlimat qeydləri) əks
etdirilməlidir.
3. Binada quraşdırılan
odsöndürənlər daim yararlı vəziyyətdə
olmalıdırlar. Doldurulmuş odsöndürənlər
gözlə görünən yerdə, mümkün
qədər çıxışa yaxın yerdə
quraşdırılmalıdır. Onlara sərbəst
yaxınlaşma təmin edilməlidir.
4. Binalarda ( müəssisə,
obyekt) quraşdırılmış
odsöndürənlərə on gündə bir dəfə
xarici baxış (köpüklü odsöndürənin
qoruyucu lövhəsi və plomb yoxlanılır)
keçirilməli və tozdan təmizlənməlidir. Eyni
vaxtda köpüklü odsöndürənlərin
çiləyicisi təmizlənilir.
5. Köpüklü
odsöndürənlərin tərkib hissəsinin yararlı
olması il ərzində bir dəfə yoxlanmalıdır.
6. Köpüklü
odsöndürənin gövdəsinin möhkəmliyi 20
kq/kv.sm hidravlik təzyiqlə yoxlanılır.
7. Qış vaxtı (temperatur
İC aşağı olduqda ) köpüklü
odsöndürənləri isidilən otaqlara
köçürmək lazımdır.
8. Karbon qazlı odsöndürən
həddən artıq qızmadan və günəş
şüalarının təsirindən qorunmalıdır.
9. Karbon qazlı
odsöndürənlərin tərkib hissəsinə
çəki nəzarəti il ərzində bir dəfə
keçirilməlidir.
10. Karbon qazlı
odsöndürənlərin balonu hər 5 il istismarından
sonra sınaqdan keçirilməlidir.
11. Balonun sınaqdan
keçirilmə müddəti ( balonun gövdəsi
üzərində yazı, misal olaraq: 1-93-98, onun sınaqdan
keçirilmə vaxtı yanvar 1998-cı il tarixi olduğunu
göstərir ) keçmişsə və yaxud plomb
qırılıbsa, onda odsöndürən
dəyişdirilməlidir.
12. Karbon qazlı
odsöndürəni növbəti çəki
nəzarəti zamanı çəkisi OU-2 üçün
1,15 kq, OU-5 üçün 3,15 kq, OU-8 üçün 5,15
kq-dan azdırsa, odsöndürən əlavə
doldurulmalıdır.
13. Daxili yanğın su
kəmərlərinin yanğın kranları şlanq və
lülələrlə təchiz edilməli və avadanlıq
plomblanmış şkafda yerləşdirilməlidir. Yanğın
şlanqları quru, düzgün yığılmış
kran və lüləyə birləşdirilmiş
vəziyyətdə olmalıdırlar. Yanğın kranı
şkafın qapısı üzərində “YK” indeksi,
kranın sıra nömrəsi, yaxınlıqdakı
yanğın hissəsinin telefon nömrəsi əks
edilməlidir.
14. Altı ayda bir dəfə
yanğın kranlarına texniki qulluq keçirilməli su
axıtmaqla onun iş qabiliyyəti yoxlanılmalı və
nəticəni jurnala yazmaqla və yaxud akt tərtib etməklə
qeydə alınmalıdır.
2. Yanğına qarşı
avtomatika sistemləri.
1) Yanğına qarşı
mühafizə sistemlərinin istismara qəbulu, istismar
olunması, texniki qulluq və təmir işlərinin
keçirilməsi qüvvədə olan normativ-texniki sənədlərin
tələbləri nəzərə alınmaqla yerinə
yetirilməlidir.
2) Yerli şəraiti,
yanğına qarşı mühafizənin prinsipial texnaloji
və elektrik sxemlərini, avadanlığın
xüsusiyyətinin, sistemlərin texniki qulluğunun və
istismarını yerinə yetirən
müəssisələrin strukturunu nəzərə alan
konkret işçi təlimat baş mühəndis (yaxud
digər vəzifəli şəxs) tərəfindən
təsdiq edilməlidir.
3) Obyektin inzibati
nümayəndəsi və ya sahibkar vaxtaşırı,
mühəndis-texniki işçilərə tüstü
kənar etmə sistemləri, daxili yanğına qarşı
su təchizatı və yanğın siqnalizasiyasına dair
biliklər öyrətməli və onlardan məqbul qəbul
etməlidir.
4) Obyektin inzibati
nümayəndəsi və ya sahibkar mühəndis-texniki
işçilərdən, yanğına qarşı
mühafizə sistemi vəsaitlərinin istismar olunması
üzrə cavabdeh şəxs təyin edir.
Xüsusiləşdirilmiş
təşkilatla yanğına qarşı mühafizə
sisteminə texniki qulluq işlərinin yerinə yetirilməsi
üzrə bağlanmış müqavilə həmin sistemin
vəziyyəti üçün cavabdehliyi mənzil-istismar
rəhbərinin üzərindən götürmür.
5) Yanğına qarşı
mühafizə sistemini istismar edən obyektin inzibati
nümayəndəsinin və ya sahibkarın vəzifə
borcu:
- yanğın əleyhinə
sistemə işə qoşulmuş vəziyyətdə
nəzarət etmək, nasazlıq olduqda müvafiq tədbir
(sistemin təmir edilməsi üçün xüsusiləşdirilmiş
xidməti çağırmaq) görmək;
- mühəndis-texniki heyət
əməkdaşlarından sistemin istismarına cavabdeh olan
şəxslərin öyrədilməsini (tədrisini)
təşkil etmək;
- yanma qarşı avadanlıq
(qəbul stansiyası quraşdırılmış,
idarəetmə lövhələri və s.
yerləşdirilmiş otaqlar) quraşdırılmış
otaqlara kənar şəxsləri buraxmamaq;
- hər il profilaktiki
tədbirlər qrafiki ilə nəzərdə tutulmuş
müddətdə yanğın şkafları və
yanğın şlanqları yığılan rəfləri,
yanğına qarşı avadanlıq
quraşdırılmış otaqları təmir etməli
və rəngləməli;
-
yanğına
qarşı avadanlıq yerləşdirilmiş otaqlarda
təmizliyi və qaydanı, ilin fəslindən asılı
olmayaraq, normal temperaturu təmin etməli, bu otaqların su
ilə batırılmasına yol verməməli:
Yanğına qarşı mühafizə sistemlərinin cihaz
və avadanlığının qorunmasının təmin
edilməsi, onların təyinatı və yanğın
baş verərsə istifadə edilmə qaydaları
üzrə əhali arasında izahat işləri
keçirilməli.
6) Obyektin inzibati
nümayəndəsi və ya sahibkar tərəfindən
yanğına qarşı vasitələr, daxili yanğına
qarşı su təhcizatı saz vəziyyətdə saxlanılmalıdır.
Mərtəbə dəhlizlərində olan yanğına
qarşı su kranları asan açılmalıdır.
Yanğın şlanqları quru, düzgün
yığılmış, kran və lüləyə
birləşdirilmiş vəziyyətdə olmalıdır.
Onları təsərüfat tələbləri
üçün istifadə etmək qəti qadağandır.
Yanğına qarşı qurğular müvafiq
işarələrlə təchiz edilməli və
Dövlət standartına uyğun olaraq
rənglənməlidir. Yarım ildə bir dəfə
şlanqlara xarici baxış keçirilməli və
zədələnmə yerlərin aşkara
çıxarılması məqsədi ilə onların yeni
bükükə yığılması həyata
keçirilməlidir.
7)Vaxtaşırı
tüstülənməyən pilləkən
qəfəslərini mərtəbə dəhlizlərindən
və lift şaxtalarından ayıran qapıların germetik
olması üzrə yoxlama və təmir işləri,
qapının ayrı-ayrı detallarının yenisi ilə
əvəz edilməsi və ya təmir olunması, boru və
komunikasiya xətləri keçən
mərtəbələrarası arakəsmələrdə olan
dəliklərin tutulması həyata keçirilməlidir.