Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan  Respublikasında dövlət qayğısı  nəticəsində bır sıra idman növləri üzrə əldə olunmuş yüksək nailiyyətləri nəzərə alaraq, futbola da dövlət qayğısını artırmaq, onun maddi-texniki bazasını inkişaf etdirmək, əhalinin sağlam həyat tərzinə maraqlarmı yüksəltmək, futbolun elmi-metodiki və normativ hüquqi bazasının yaradılmasını və təkmilləşdirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).

2.       Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndiricisi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası müəyyən edilsin.[1]

3.       Azərbaycan Respublikasının Nazirlər Kabineti müvafiq icra orqanları ilə birlikdə bu Sərəncamla təsdiq olunmuş (2005-2015-ci illər) futbolun inkişafına dair Dövlət Proqramından irəli gələn məsələləri həll etsin.

4.       Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 oktyabr 2005-ci il

                        ¹ 1038

 

Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 10 oktyabr tarixli 1038 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasında futbolun inkişafına dair

DÖVLƏT PROQRAMI

(2005-2015-ci   illər)

 1. GİRİŞ

Azərbaycan Respublikasında ən kütləvi və ən çox sevilən idman növü olan futbolun zəngin tarixi və ənənələri var. Bakının "Neftçi", Gəncənin "Dinamo" komandalarının qazandığı uğurlar futbol tariximizin şanlı səhifələridir. XX əsrdə Azərbaycanda dünya səviyyəli futbolçular, məşqçilər və hakimlər yetişib.

Təəssüf ki, son on beş il ərzində futbolumuz şöhrətini itirmiş, bu idman növünə maraq və diqqət azalmışdır. Göstərilən dövrdə ölkədə futbolla məşğul olanların sayı 200 min nəfərdən 74 min nəfərə enərək, iki dəfədən çox azalmışdır. Yaranmış acınacaqlı vəziyyət futbol üzrə milli yığma komandaların nəticələrinə mənfi təsir göstərir. 1992-ci ildən etibarən Dünya və Avro-pa çempionatlarının seçmə mərhələlərində Azərbaycan Milli yığma komandası öz qrupunda sonuncu yerlərlə kifayətlənmişdir. Yeniyetmələrdən və gənclərdən ibarət yığma komandalarımız da beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil edə bilməmişlər.

Futbol bazalarının hazırkı vəziyyəti, respublika uşaq-yeniyetmə futbol məktəblərinin maddi-texniki bazalarının aşağı səviyyədə olması, yüksək ixtisaslı məşqçi və müəllimlərin çatışmazlığı əhalinin, xüsusilə yeniyetmə və uşaqların futbol ilə məşğul olmağa artan tələbatmı ödəməyə imkan vermir. Futbolçu ehtiyatı hazırlığı üçün beynəlxalq standartlara cavab verən mərkəzlərin olmaması, süni örtüklü meydançaların yetərsizliyi, futbolla bağlı xüsusi metodik ədəbiyyatın çatışmazlığı ölkədə futbolun inkişafına və futbolçu ehtiyatı hazırlanmasına mənfi təsir göstərir.

Ümumiyyətlə, respublikada futbolun hazırkı vəziyyəti idmanın bu növünün kütləvi inkişafı üçün təxirəsalınmaz və konkret tədbirlərin görülməsini, uşaq-yeniyetmə və gənclər arasında işin canlandırılmasını, futbol infrastrukturunun inkişafını, beynəlxalq səviyyəli futbolçuların hazırlanmasını zəruri edir. Bu mənada Azərbaycan Respublikasında futbolun inkişafı Dövlət Proqramı (2005-2015-ci illər) - bundan sonra "Proqram" - ölkədə futbolun inkişafına və beynəlxalq yarışlarda uğurlar əldə etməyə xidmət edir.

2. PROQRAMIN ƏSAS MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

2005-2015-ci illərdə Azərbaycan Respublikasında futbolun inkişafı Dövlət Proqramının əsas məqsədi "Bədən tərbiyyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununa, habelə bədən tərbiyyəsi və idmana aid digər normativ hüquqi aktlara uyğun olaraq futbol sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkədə futbolun və onun infrastrukturunun inkişaf etdirilməsini, futbol ilə məşğul olmaq üçün müvafiq şəraitin yaradılmasını, köhnə stadionların bərpasını, yenilərinin layihələşdirilməsini və tikintisini, beynəlxalq səviyyəli futbolçuların, məşqçilərin, hakimlərin və digər futbol mütəxəssislərinin hazırlanmasını təmin etməkdən ibarətdir.

Proqramın əsas vəzifələri aşağıdakılardır:

1)      futbolun infrastrukturunu genişləndirmək, onun maddi-texniki bazasını möhkəmləndirmək;

2)      futbol mütəxəssislərinin hazırlanması və yenidən hazırlanması sistemini təkmilləşdirmək;

3)      uşaq-yeniyetmə futbol məktəbləri şəbəkəsini inkişaf etdirmək, futbolda xüsusi istedadı olan uşaqlar üçün ixtisaslaşdırılmış futbol internat məktəblərini, ehtiyat futbolçu hazırlığı üçün bölgə və respublika mərkəzlərini yaratmaq;

4)      futbolla bağlı məlumat-maarifçilik və təbliğat işini gücləndirmək;

5)      futbol sahəsində qabaqcıl texnologiyaları tətbiq etmək məqsədilə xarici futbol təşkilatları və qurumları ilə əlaqələr qurmaq və onları inkişaf etdirmək;

6)      əhalinin bütün təbəqələrinin futbol meydançalarından və qurğularından istifadəsinə imkan yaratmaq.

3. AZƏRBAYCAN RESPUBLİKASINDA FUTBOLUN

                            İNKİŞAFININ ƏSAS İSTİQAMƏTLƏRİ

2005-2015-ci illərdə ölkədə futbolun inkişafını aşağıdakı əsas istiqamətlər üzrə həyata keçirmək nəzərdə tutulur:

1)      təhsil müəssisələrində, əhalinin yaşayış yerlərində futbol infrastrukturunun yaradılması;

2)      təhsil müəssisələri üçün futbol üzrə tədris proqramlarının işlənib hazırlanması;

3)  futbol üzrə metodik vəsait və tövsiyələrin hazırlanması;

4)      ümumtəhsil, orta ixtisas və ali məktəblərdə futbol bölmələrinin açılması;

5)      şagird və tələbələrin futbol üzrə çempionatlarının təşkil edilməsi;

6)  məhəllə komandaları arasında futbol üzrə yarışların keçirilməsi;

7)  mövcud və yeni açılacaq uşaq-gənclər idman və internat məktəblərində qadın futbolu üzrə tədris qruplarının yaradılması;

8)      ölkənin bütün bölgələrində istedadlı uşaqlar üçün futbol üzrə ixtisaslaşdırılmış internat məktəblərinin yaradılması;

9)      milli yığma komandaların beynəlxalq yarışlarda, o cümlədən Avropa və Dünya çempionatlarında Olimpiya oyunlarında, klub komandalarının isə Avropa turnirlərində iştirakının təmin edilməsi;

 

10)      Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının nəzdində müasir avadanlıqla təchiz olunmuş tibbi-bərpa mərkəzinin yaradılması;

11)      futbol üzrə mütəxəssislərin hazırlanması sisteminin təkmilləşdirilməsi;

12)      idmanın ən kütləvi və nüfuzlu növü olan futbolun təbliğ etdirilməsi;

13)      futbolun inkişafı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi.

4. GÖZLƏNİLƏN NƏTİCƏLƏR

Proqramla yerinə yetirilməsi nəzərdə tutulan tədbirlər aşağıdakı nəticələrə nail olmağa imkan verəcəkdir:

1)       cəmiyyətdə sağlam həyat tərzi prinsiplərinin tətbiq edilməsinə;

2)       futbolun populyarlaşması nəticəsində ölkədə bədən tərbiyyəsi və idmanla, o cümlədən futbolla məşğul olan vətəndaşların sayının artırılmasına;

3)       ölkənin ümumtəhsil məktəblərində, ali və orta ixtisas təhsil müəssisələrində, uşaq-yeniyetmə idman məktəblərində futbolla məşğul olan uşaq, yeniyetmə və gənclərin sayının artmasına;

4)       ölkənin bütün bölgələrini əhatə edən futbol sahəsində istedadlı uşaqlar üçün ixtisaslaşdırılmış regional internat məktəblərinin yaradılmasına;

 

5)      futbolun maddi-texniki bazasının inkişafı nəticəsində  yeniyetmə və gənclərin futbola cəlb edilməsinə;

6)      ölkənin bütün şəhər və bölgələrində əlavə iş yerlərinin açılmasına;

7)      beynəlxalq arenada ölkənin imicini qorumağa layiq olan beynəlxalq səviyyəli peşəkar futbolçuların hazırlanmasına.

5.    PROQRAMIN HƏYATA KEÇİRİLMƏSİ ÜZRƏ TƏDBİRLƏR PLANI [2]

6.         

Sıra

N-si

Tədbirin adı

İcraçılar

İcra müddəti

Maliyyə mənbəyi

1

2

3

4

5

1. NORMATİV HÜQUQİ BAZANIN TƏKMİLLƏŞDİRİLMƏSİ

1.1.

Futbolla bağlı normativ hüquqi aktların layihələrinin hazırlanması

Nazirlər Kabineti, Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2008-ci illər

GİN AFFA

1.2.

Bədən tərbiyəsi və idmanın  normativ  qanunverici bazasının hazırlanmasında futbolun  tələblərinin  nəzərə alınması

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi

2005-2008-ci illər

 

1

2

3

4

5

1.3.

Peşəkarlar, qadınlar və əlillər arasında yarışların keçirilməsi reqlamentinin təkmilləşdirilməsi, FİFA və UEFA-nın tələblərinə uyğunlaşdırılması

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2006-cı illər

AFFA

1.4.

Futbol üzrə təsnifat normalarının hazırlanması

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2006-cı illər

AFFA

1.5.

Futbol meydançalarının layihələşdirilməsi, tikintisi və avadanlıqlarla təchizatı normalarının hazırlanması

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2008-ci illər

GİN AFFA

1.6.

Futbolun inkişafı üçün əl-verişli investisiya mühitinin yaradılması ilə bağlı təkliflərin hazırlanması

Gənclər və İdman Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2006-cı illər

 

1.7.

18 yaşına qədər futbolçuların transfer məsələlərinin FİFA, UEFA normalarına və Azərbaycan Respublika-sının qanunvericiliyinə uyğunlaşdırılması

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Ədliyyə Nazirliyi

2005-2006-cı illər

 

2. FUTBOLUN İNKİŞAFI SAHƏSİNDƏ FƏALİYYƏTİN TƏŞKİLİ VƏ İDARƏ OLUNMASI

2.1.

Futbol klublarının maliyyə vəziyyətinin  yaxşılaşdırılması   məqsədilə  tədbirlərin hazırlanması

Gənclər və İdman Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2006-cı illər

 

2.2.

Həvəskar futbol klublarının maddi-texniki bazasının və maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə təkliflərin hazırlanması

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiya-ları Assosiasiyası

2005-2006-cı illər

 

2.3.

Həvəskar   komandalar   arasında ümumrespublika və regional yarışların keçirilməsi sisteminin təkmilləşdirilməsi

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, yerli icra hakimiyyəti orqanları

2005-2006-cı illər

 

2.4.

Uşaq-gənclər futbolunun inkişaf proqramının hazırlanması

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2006-cı illər

GİN AFFA

2.5.

Regionlardakı   federasiyalarda uşaq -  gənclər futbol  komitələrinin  yaradılması

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2006-cı illər

GİN AFFA

2.6.

Fəaliyyət göstərilən Uşaq - Gənclər İdman Məktəblərində (oğlanlar və qızlar), internat məktəblərin-də futbol tədris qruplarının yaradılması

Yerli icra hakimiyyəti orqanları, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2007-ci illər

Təhsil Nazirliyi GİN

1

2

3

4

5

2.7.

Rayon və şəhər ümum-təhsil məktəblərinin yığma komandaları arasında yarışların keçirilməsi

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2015-ci illər

Təhsil

Nazirliyi GİN

2.8.

Qadın futbolunun inkişafına dair proqramın hazırlanması

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2006-cı illər

AFFA

2.9.

Regionlardakı federasiyalarda qadın futbol komitələrinin yaradılması

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2006-cı illər

 

2.10.

Uşaq-gənclər idman məktəblərində qadın futbolu bölmələrinin açılması, qadın futbolu regional hazırlıq ehtiyat mərkəzlərinin yaradılması

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, yerli icra hakimiyyəti orqanları

2005-2006-cı illər

 

2.11.

Ümumtəhsil məktəblərində, orta ixtisas və ali tədris müəssisələrində qadın futbolunun inkişafı və təbliğ edilməsi ilə bağlı tədbirlər sisteminin hazırlanması

Nazirliyi, yerli icra hakimiyyəti orqanları, Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2006-cı illər

GİN Təhsil Nazirliyi

2.12.

Azərbaycanın bütün bölgələrində futzalın regional təşkilatlarının yaradılması, Uşaq-Gənclər İdman Məktəblərində futzal bölmələrinin genişləndirilməsi

Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2006-cı illər

YİHO TNY GİN

2.13.

Uşaq-gənclər futzal liqasının yaradılması

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiya-ları Assosiasiyası

2005-2006-cı illər

GİTN

AFFA

2.14.

Çimərlik futbolu üzrə regional assosiasiyaların, peşəkar və həvəskar liqaların yaradılması

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2007-ci illər

GİN AFFA

2.15.

Paralimpiya futbol növləri üzrə Respublika turnirlərinin keçirilməsi

Gənclər və İdman Nazirliyi, Respublika Paralimpiya Komitəsi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2015-ci illər

GİN PK

AFFA

2.16.

Veteranların futbol yarışlarının təkmilləşdirilməsi tədbirlərinin hazırlanması

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2006-cı illər

GİN AFFA

2.17.

"Qol" və digər proqramlar çərçivəsində birgə layihələri həyata keçirmək üçün AFFA-nın FİFA və UEFA ilə əməkdaşlığının genişləndirilməsi

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2015-ci illər

 

 

3. FUTBOLUN MADDİ-TEXNİKİ BAZASININ İNKİŞAFI

 

1

2

3

4

5

3.1.

Futbol stadionlarının pasportlaşdırılması

Gənclər və İdman Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2006-cı illər

GİN AFFA

3.2.

Prioritet futbol qurğularının sayının artırılmasına dair təkliflərin hazırlanması və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Ədliyyə Nazirliyi

2005-2006-cı illər

 

3.3.

Regional futbol federasiyalarının maddi-texniki bazalarının yaradılması

Yerli icra hakimiyyəti orqanları, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2008-ci illər

YİHO AFFA

3.4.

Milli Futzal Mərkəzinin tikintisinə dair təkliflərin hazırlanması və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2006-cı illər

AFFA

3.5.

Regionlardakı stadionlarda və təlim-məşq bazalarında FİFA və UEFA-nın tələblərinə uyğun yenidənqurma işlərinin aparılması

Yerli icra hakimiyyəti orqanları, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2008-ci illər

YİHO GİN AFFA

3.6.

AFFA-nın proqramına əsasən futbol şəhərciklərinin və futbol məktəblərinin yaradılmasının yerli icra hakimiyyəti orqanlarına tövsiyə edilməsi

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2008-ci illər

YİHO GİN

3.7.

FİFA-nın müvafiq proqramına əsasən ölkədə fəaliyyət göstərən və tikilməkdə olan futbol qurğu-larının, həmçinin süni örtüklü meydançaların modernləşdirilməsinə dair təkliflərin hazırlanması

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2006-cı illər

YİHO GİN

AFFA

3.8.

AFFA-nın proqramına əsasən ölkənin regionlarında gənc futbolçuların hazırlanması üçün futbol meydançalarının yaradılması

Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2015-ci illər

GİN YİHO

AFFA

3.9.

Əlillər üçün müvafıq fut-bol meydançalarının yaradılması

Yerli icra hakimiyyəti orqanları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi

2005-2007-ci illər

YİHO ƏƏSMN

GİN

3.10.

Ali və orta ixtisas müəssisələrində futbol meydançalarının yaradılması

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi

2005-2015-ci illər

Təhsil Nazirliyi

3.11.

Futbola xarici investisiyaların cəlb edilməsi üçün birgə müəssisələrin yaradılması və qarşılıqlı səmərəli maliyyə layihələrinin hazırlanması

Yerli icra hakimiyyəti orqanları, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, İqtisadiyyat və Sənaye sözləri ilə əvəz edilsin. [3]

102. “Azərbaycan Respublikasında quş qripi xəstəliyinin  Nazirliyi[4]

2005-2015-ci illər

 

4. KADR TƏMİNATI

1

2

3

4

5

4.1.

Futbol mütəxəssislərinin ixtisaslarının artırılmasının təşkili

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2006-cı illər

GİN AFFA

4.2.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nəzdində məşqçilərin, menecerlərin və başqa futbol mütəxəssislərinin ixtisasartırma kurslarının yaradılması

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Təhsil Nazirliyi

2005-2006-cı illər

GİN

4.3.

Futbol məşqçilərinin təlim sisteminin təkmilləşdirilməsi və peşəkarlıq səviyyəsinin artırılması

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2015-ci illər

GİN AFFA

4.4.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının nəzdində məşqçilər üçün ali futbol məktəbinin yaradılması

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2007-ci illər

GİTN AFFA

4.5.

Futbol sahəsində çalışan bütün işçilərin peşə və ixtisas səviyyələrinin artırılması üçün metodik vəsaitlərin hazırlanması

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

Mütəmadi

GİN AFFA

4.6.

Futbol sahəsində mütəxəssislərin mübadiləsi məsələsinin həlli üçün xarici assosiasiyalarla əməkdaşlıq proqramının hazırlanması

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2006-cı illər

AFFA

4.7.

Hakimlərin seçilmə qaydalarının təkmilləşdirilməsi, peşəkarlığın artırılması proqramının hazırlanması

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2006-cı illər

AFFA

5. ELMİ-METODİKİ, TİBBİ-BİOLOJİ VƏ İNFORMASİYA TƏMİNATI

5.1.

Futbol komandalarının hazırlığı üçün elmi-metodiki qrupların yaradılması və onların müasir texniki avadanlıqlarla təmin edilməsi

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2008-ci illər

GİN AFFA

5.2.

Nəzəri və praktiki seminarları aparan xarici mütəxəssislərin iştirakı ilə müasir tədris-metodiki proqramların hazırlanması

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2015-ci illər

GİN AFFA

5.3.

Azərbaycanın inkişaf etmiş futbol ölkələrinə inteqrasiyası üçün elmi-metodiki təminat proqramının hazırlanması

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2006-cı iller

AFFA

5.4.

Futbolun problemləri üzrə elmi-praktiki konfransların keçirilməsi

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

Mütəmadi

GİN AFFA

1

2

3

4

5

5.5.

Futbolçuların məşq və oyun təcrübəsini təkmilləşdirmək üçün elmi tədqiqatların aparılması, yeni tibbi-bioloji texnologiyaların işlənməsi, tibbi-bioloji və bərpa mərkəzinin yaradılması

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Səhiyyə Nazirliyi

2005-2015-ci illər

GİN AFFA

SN

5.6.

Futbol yarışlarında dopinq, stimullaşdırıcı və qadağan olunan digər vasitələrdən istifadə hallarının aradan qaldırılması üçün tədbirlər sisteminin hazırlanması

Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

Mütəmadi

 

5.7.

Futbol üzrə elmi-tədris radio və teleproqramların, məktəb yaşına qədər olan uşaqlar, məktəblilər və valideynlər üçün futbol mövzusunda metodiki və tədris xarakterli videofilmlərin hazırlanması

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiya-ları Assosiasiyası, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti

2005-2015-ci illər

GİN AFFA TRŞ

5.8.

Milli və xarici futbolun inkişafı təcrübəsi əsasında elmi-metodiki problemlər üzrə informasiya sisteminin yaradılması

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2006-cı illər

GİN AFFA

5.9.

Dünya informasiya məkanında Azərbaycan futbolunun təbliğini təmin edən informasiya texnologiyalarının təkmilləşdirilməsi və "Azərbaycan futbolu İnternetdə" layihəsinin hazırlanması

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2006-cı illər

GİN AFFA

6. YIĞMA KOMANDALARIN HAZIRLIĞININ TƏKMİLLƏŞDİRİLMƏSİ

6.1.

Futbol üzrə Dünya və Avropa çempionatlarına, Dünya universiadalarına, futzal, çimərlik futbolu, veteranlar, əlillər və qadın futbolu yarışlarına Azərbaycan yığma komandalarının hazırlanmasını və iştirakını təmin etmək məqsədilə Kompleks proqramın hazırlanması

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2006-cı illər

GİN AFFA

6.2.

FİFA-nın müvafiq proqramı daxilində yığma komandaların hazırlıq mərkəzinin yaradılması, müasir avadanlıqla təchiz edilməsi və onların elmi-metodiki və tibbi-bioloji təminatının təmin edilməsi

Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası

2005-2008-ci illər

GİN AFFA

6.3.

Milli yığma komandaların beynəlxalq idman tədbirlərinə hazırlığı və iştirakı üçün dövlət büdcəsi hesabına maddi yardımın göstərilməsi

Gənclər və İdman Nazirliyi, Maliyyə Nazirliyi

2005-2015-ci illər

GİN

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

  1. 27 sentyabr  2006-cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 9, maddə 743)
  2. 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, ¹ 101)

 

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 27 sentyabr  2006-cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 9, maddə 743) ilə 2-ci bəndində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilmişdir.

 

[2] 27 sentyabr  2006-cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 9, maddə 743) ilə «Proqramın həyata keçirilməsi üzrə tədbirlər planı» bölməsinin mətnində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə, «GİTN» qısaldılmış ifadələri «GİN» qısaldılmış ifadələri ilə əvəz edilmişdir.

 

[3] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, ¹ 101) ilə “Azərbaycan Respublikasında futbolun inkişafına dair Dövlət Proqramı (2005-2015-ci illər)”nın 5-ci hissəsinin 3.11-ci bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

[4] 27 sentyabr  2006-cı il tarixli 466 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 9, maddə 743) ilə 2-ci bəndində «Gənclər, İdman və Turizm» sözləri «Gənclər və İdman» sözləri ilə əvəz edilmişdir.