|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Nəqliyyat
vasitələrinin texniki vəziyyətinə və onların
təhlükəsiz hərəkətinin təmin
edilməsinə Dövlət Yol Polisinin nəzarəti
qaydaları barədə
TƏLİMAT[1]
1. Ümumi
müddəalar
1.1.
Bu Təlimat Azərbaycan Respublikasının “Yol
hərəkəti haqqında”, “Polis haqqında”, “Nəqliyyat
haqqında” və digər qanunlarına, Nazirlər Kabinetinin
15.03.99-cu il tarixli 40 ¹-li, 30.06.2000-ci il tarixli 110 ¹-li
Qərarlarına, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrə və yol hərəkəti
təhlükəsizliyinin təmin edilməsilə
bağlı digər normativ hüquqi aktlara uyğun
hazırlanaraq, Dövlət Yol Polisi (bundan sonra DYP)
tərəfindən nəqliyyat vasitələrinin texniki
vəziyyətinə nəzarət fəaliyyətini
tənzimləyir.
1.2.
DYP-nin texniki nəzarət üzrə əsas vəzifəsi
yol hərəkəti təhlükəsizliyinin və
nəqliyyat vasitələrinin texniki cəhətdən saz
vəziyyətdə istismar olunmasının təmin
edilməsidir.
1.3.
Hüquqi və fiziki şəxslər yol hərəkəti
təhlükəsizliyinin təmin olunması ilə
bağlı qanunvericilikdə nəzərdə tutulmuş
texniki tələblərə və bu tələblərin
icrası üzrə DYP-nin göstərişlərinə
riayət etməlidirlər.
2. Nəqliyyat
vasitələrinin texniki vəziyyətinə nəzarət
edilməsinin əsas istiqamətləri
2.1.
Nəqliyyat müəssisələrində, qarajlarda
nəqliyyat vasitələrinin texniki cəhətdən saz
vəziyyətdə saxlanılmasına nəzarət
Avtonəqliyyat
müəssisələrində nəqliyyat vasitələrinin
saz saxlanılması tədbirlərinə
aşağıdakılar aiddir:
2.1.1.
Nəqliyyat vasitələrinə texniki qulluğun və
onların cari təmirinin müvafiq istehsalat-texniki bazasında
yerinə yetirilməsi.
2.1.2.
Nəqliyyat vasitələrinin texniki sazlığının
müayinəsi.
2.1.3.
Texniki nasazlıqların aradan qaldırılması
üzrə işin təşkili.
2.1.4.
Təmirlərə sifarişlərin vaxtında verilməsi
və onların yerinə yetirilməsi.
2.1.5.
Texniki nasazlıq üzündən baş vermiş
yol-nəqliyyat hadisələrinin qeydiyyatı və
təhlili.
2.1.6.
Əvvəlki texniki baxışın nəticəsinə
görə avtonəqliyyat vasitələrinin texniki
vəziyyəti.
2.1.7.
Nəqliyyat vasitələrinin texniki vəziyyətini
müayinə etmək üçün istifadə olunan
nəzarət-ölçü cihazlarının
mövcudluğu, metroloji attestasiyadan keçmələri
və onlardan istifadə qaydaları.
2.1.8.
İstismara buraxılan nəqliyyat vasitələrinin ətraf
mühitə zərərli təsirinin qəbul edilmiş
normativlər həddində olmasının təmin
edilməsi.
2.1.9.
Sürücülərin reysqabağı, reysdən sonra
və dövri tibbi müayinədən keçməsinin
təşkili.
2.2.
Avtomobil yollarında nəqliyyat vasitələrinin texniki
vəziyyətinə nəzarət
2.2.1.
Yollarda nəqliyyat vasitələrinin texniki
vəziyyətinə nəzarət DYP-nin stasionar və
diaqnostik postlarında texniki nəzarət ölçü
cihazlarının, eləcə də belə cihazlarla
avadanlıqlaşdırılmış nəqliyyat
vasitələrinin tətbiqi ilə həyata keçirilir.
Nəqliyyat vasitələrinin texniki vəziyyətinə
nəzarət “Yol hərəkəti haqqında” Qanunun
tələblərinə riayət edilməklə
aparılır. Texniki nasazlığı
açıqcasına müşahidə olunan və texniki
vəziyyəti “Yol hərəkəti haqqında” Qanunun 1
saylı əlavəsində göstərilən
tələblərə uyğun gəlməyən nəqliyyat
vasitələri saxlanılaraq, müvafiq qaydada müayinə
olunur. Nəqliyyat vasitəsinin texniki vəziyyətinə
nəzarət mümkün qədər qısa müddət
ərzində aparılmalı, müayinə zamanı
digər hərəkət iştirakçılarına
maneçilik törədilməməlidir.
2.2.2.
Yollarda təcili tibbi yardım,
yanğınsöndürən, poçtdaşıyan,
inkassator, qəza-xilasetmə xidməti, daxili işlər
və milli təhlükəsizlik orqanlarının
əməliyyat avtomobilləri və hərbi avtomobillər,
partlayıcı, yanğın təhlükəli, radioaktiv
və başqa təhlükəli yük daşıyan
nəqliyyat vasitələri, həmçinin
içərisində sərnişin olan avtobus, taksi, trolleybus
və tramvaylar texniki vəziyyətə görə
müayinə edilmək məqsədi ilə saxlanılmırlar.
Qeyd:
Xətdə işləyən avtobusların texniki
vəziyyəti yalnız marşrutların son dayanacaqlarında
və avtovağzallarda yoxlanıla bilər.
3. Nəqliyyat
vasitələrinin texniki vəziyyətinə nəzarət
edilməsində DYP-nin əsas vəzifələri
3.1.
Nəqliyyat vasitələrinin konstruksiyalarının zavod
üsulu ilə beynəlxalq standartlara uyğun
mühərrikin ötürücü mexanizmlərilə
sükan, tormoz və konstruksiyada bir model
çərçivəsində ban və ban
hissələrinin hazırlanması və yenidən
quraşdırılması, aqreqat, ban və ban
hissələrinin dəyişdirilməsi ilə
əlaqədar hüquqi və fiziki şəxslərə
icazə vermək, nəqliyyat vasitələrinin yol hərəkəti
təhlükəsizliyinin tələblərinə,
dövlət standartlarına, normativ sənədlərə
uyğun olmasına nəzarət etmək.
3.2.
Mürəkkəb quruluşlu avadanlıqlaşdırma
aparılan nəqliyyat vasitələrinin hərəkət
təhlükəsizliyi ilə bağlı
tələblərə uyğunluğu baxımından
onların texniki layihə sənədlərinə və
texniki vəziyyətinə dair rəy vermək, nəqliyyat
vasitələrinin sınaqdan keçirilməsində
iştirak etmək, normativ tələblərə cavab
verməyən nümunələrin (məmulatın)
istehsalını dayandırmaq barədə müvafiq orqanlara
təqdimatlar göndərmək.
3.3.
Nəqliyyat vasitələrinin texniki vəziyyətinə
nəzarət etmək, dövri texniki baxışları
həyata keçirmək, konstruksiyası və ya texniki
vəziyyəti “Yol hərəkəti haqqında” Azərbaycan
Respublikası Qanununun 1 saylı əlavəsində
göstərilən tələblərə, müəyyən
olunmuş standartlara uyğun gəlməyən, habelə
konstruksiyalarında özbaşına dəyişiklik
aparılmış və icazəsiz yenidən
quraşdırılmış nəqliyyat vasitələrinin
istismarını qadağan etmək.
Qanunla
müəyyən edilmiş hallarda nəqliyyat vasitəsinin
istismarının qadağan edilməsi, onun qabaq dövlət
qeydiyyat nişanının çıxarılması, bir
nüsxəsi sürücüyə verilməklə, iki
nüsxədən ibarət texniki baxış aktı yazılmaqla
və sürücü haqqında inzibati protokol tərtib
etməklə həyata keçirilir.
Tormoz
sistemi, sükan idarə mexanizmi və ilişmə-dartqı
hissəsi nasaz olan nəqliyyat vasitələri sərt
üsulla yedəyə alınmaqla, təmir sahəsinə
aparılır. Digər texniki nasazlıqlarla
sürücülər nəqliyyat vasitəsi ilə
mənzilə və ya təmir məntəqəsinə
qədər ehtiyatla hərəkət edə bilərlər.
Avtomobilin
texniki nasazlığı aradan qaldırıldıqdan sonra
texniki təmir sahəsinin verdiyi arayış əsasında
(təmir orada aparılıbsa), avtomobil DYP hissəsinə
təkrar baxışın keçirilməsi
üçün təqdim olunmalıdır. Avtomobil saz
vəziyyətdə olduqda, onun dövlət nömrə
nişanı sürücüyə qaytarılır.
3.4.
Nəqliyyat vasitələrinin zərərli
tullantılarından ətraf mühitin qorunması
sahəsində qüvvədə olan qaydaların,
normativlərin, standartların tələblərinə
riayət edilməsinə nəzarəti müstəqil və
ya təbiəti mühafizə, sanitariya-epidemioloji və dövlət
standartları orqanları ilə birgə həyata
keçirmək.
3.5.
Mülkiyyət formasından asılı olmayaraq, hüquqi
və fiziki şəxslərin yol hərəkəti
təhlükəsizliyi üzrə fəaliyyətinə,
nəqliyyat vasitələrinə göstərilən texniki
qulluq və təmirin yol hərəkəti
təhlükəsizliyinin texniki normalarına uyğunluğuna
nəzarət müstəqil və ya digər
səlahiyyətli orqanlarla birgə yerinə yetirilir.
4. Dövlət Yol
Polisinin hissələri arasında texniki nəzarət
üzrə vəzifələrin bölgüsü
4.1.
AR DİN Baş DYP idarəsinin Avtotexniki müfəttişlik
şöbəsi
Texniki
nəzarət üzrə bütün
səlahiyyətlərə malikdir, iş fəaliyyəti
ilə əlaqədar ilk növbədə
aşağıdakı vəzifələri yerinə yetirir:
4.1.1.
Nəqliyyat vasitələrinin texniki vəziyyətinə
nəzarət və texniki baxışdan
keçmələrini təmin edən hüquqi normativ sənədləri
hazırlayır, digər ölkələrin bu sahədə
tətbiq olunan təcrübəsini öyrənir,
mütərəqqi təkliflərin qəbul olunması
məqsədi ilə Baş DYPİ-nin rəhbərliyi
qarşısında məsələ qaldırır, DYP
hissələrini yeni qəbul edilmiş normativ
sənədlərin tələbi ilə tanış edir,
texniki nəzarət sahəsi üzrə icmallar,
məqalələr, elanlar hazırlayır, onların
kütləvi informasiya vasitələri ilə verilməsi
üçün tədbirlər görür.
4.1.2.
Qanunvericiliklə müəyyən edilmiş qaydada
Azərbaycan Respublikasında yeni istehsal olunan nəqliyyat vasitələrinə,
habelə nəqliyyat vasitələrinin
konstruksiyalarının hazırlanmasına və ya yenidən
avadanlıqlaşdırılmasına, aqreqat və ban
hissələrinin dəyişdirilməsinə, layihə
sənədləri tələb olunan hallarda hərəkət
təhlükəsizliyi tələblərinə
uyğunluğu baxımından rəy verir, onların
sınaqlarında iştirak edir, tələblərə cavab
verməyən nümunələrin istehsaldan
çıxardılması barədə təqdimat verir.
4.1.3.
Layihə sənədləri tələb olunmadan,
avadanlıqların nəqliyyat vasitələrinə
yenidən quraşdırılması barədə
razılıq verir.
4.1.4.
Ətraf mühitin nəqliyyatın ziyanlı təsirindən
mühafizəsinə nəzarət edir, bu sahədə
təbiəti mühafizə, sanitariya-epidemioloji orqanlar ilə
birgə və müstəqil fəaliyyət göstərir.
4.1.5.
Qanunvericiliklə müəyyən edilmiş qaydada nazirlik,
komitə, konsern, şirkət, baş idarə və s.
təşkilatların yol hərəkətinin
təhlükəsizliyi üzrə işinin təşkilini
öyrənir.
4.1.6.
Normativ sənədlərin, dövlət standartlarının
hazırlanmasında digər icra orqanları ilə birlikdə
fəaliyyət göstərir.
4.1.7.
Şəhər-rayon polis idarə və şöbələri
DYR hissələrinin, avtomobillərin müayinə
stansiyalarının texniki nəzarət və texniki
baxış üzrə işini təşkil edir, onlardan
müvafiq hesabatları tələb edir, əməli
köməklik göstərir və fəaliyyətlərini
yoxlayır.
4.2.
ŞRP idarə (Ş) DYP şöbələri (bölmələri,
qrupları)
4.2.1.
Avtomobillərin, avtobusların, motosiklərin, motorollerlərin
və qoşquların (yarımqoşquların)
müntəzəm surətdə dövlət texniki
baxışından keçməsini təşkil edir.
4.2.2.
Nəqliyyat vasitələrinin mühərrik, ban, şassi
nömrələrinin, tipinin və digər
göstəricilərinin qeydiyyat
şəhadətnaməsində olan
göstəricilərə uyğun gəlməsinə
nəzarət edir.
4.2.3.
Nəqliyyat vasitələrinin saz vəziyyətdə
saxlanması üçün hüquqi şəxslərin,
avtotəsərrüfatların və s. təşkilatların
həyata keçirdikləri tədbirlərə nəzarət
edir.
4.2.4.
Yol hərəkətinin təhlükəsizliyi və ətraf
mühitin zərərli təsirdən mühafizəsi
üçün nəqliyyat vasitələrinin texniki
cəhətdən saz vəziyyətdə saxlanmasına,
eləcə də Rabitə nazirliyinin razılığı
ilə onlara radioelektron cihazların və radiostansiyaların
quraşdırılmasına nəzarət edir.
4.3.
Baş Dövlət Yol Polis İdarəsinin Müayinə
mərkəzi
4.3.1.
Müayinə mərkəzi nəqliyyat vasitələrinin
dövlət texniki baxışından keçirilməsi
və baxışları arası müddətdə,
eləcə də istintaq orqanlarının qərarı
ilə yol-nəqliyyat hadisələrinin
iştirakçısı olan nəqliyyat vasitələrinin
texniki vəziyyətinin yoxlanılmasını həyata
keçirir.
4.3.2.
Müayinə mərkəzində nəqliyyat
vasitələrinə texniki baxış həftənin
bütün günlərində keçirilməli və
zəruri hallarda, iş iki növbədə təşkil olunmalıdır.
4.3.3.
Müayinə mərkəzinin işi rüblük plan
əsasında aparılır. İş planına nəqliyyat
vasitələrinin texniki vəziyyətinin yoxlanılması
cədvəlinin tərtib olunması ilə yanaşı
aşağıdakı tədbirlər daxil edilir:
- nəqliyyat
vasitələrinin texniki vəziyyətinin yoxlanması
işinin təkmilləşdirilməsi;
- müayinə
üsullarının və texnologiyasının
təkmilləşdirilməsi;
- metrologiya və
dövlət standartı orqanları tərəfindən
müayinə avadanlıqlarının,
nəzarət-ölçü cihazlarının yoxlanılması,
onların texniki qulluğunun, təmirinin və
müayinədən keçirilməsinin təşkil
edilməsi.
İş
planına Müayinə mərkəzinin fəaliyyətinin
yaxşılaşdırılmasına yönəldilmiş
digər tədbirlər də daxil edilə bilər.
4.3.4.
Müayinə mərkəzində yoxlanılan hər bir
nəqliyyat vasitəsinin texniki baxışı
üçün ödənclərin qəbzi tələb
olunur.
4.3.5.
Yol-nəqliyyat hadisələrində iştirak etmiş
nəqliyyat vasitələrinin texniki vəziyyəti
müstəntiqin və ya təhqiqatçının
tapşırığı əsasında hal
şahidlərinin iştirakı ilə yoxlanılır.
4.3.6.
Müayinə mərkəzinə daxil olmuş hər bir
nəqliyyat vasitəsinə texniki nəzarətçilər
tərəfindən müayinə vərəqi (Təlimata 2
saylı əlavə) doldurulur və yoxlamanın
nəticəsi barədə qeydlər aparılır.
4.3.7.
Tərtib olunmuş müayinə vərəqələri iki
il müddətində kartotekada saxlanılır, onlardan
nəqliyyat vasitələrinin texniki vəziyyətinə,
görülən işlərə nəzarət etmək
üçün istifadə olunur.
4.3.8.
Müayinə mərəkzində olan avadanlıqlar və
cihazlar əməkdaşlara təhkim edilir və onlar
təhkim olunmuş avadanlıq və cihazların saz halda
saxlanılmasına cavabdehdirlər.
4.3.9.
Müayinə mərkəzinin mühəndisi avadanlıq
və cihazlardan istifadə olunmasına nəzarət edir,
onların təmiri və texniki qulluğunun,
çıxdaş edilməsinin, başqa yerə
verilməsinin uçotunu aparır, əməkdaşlara
onların istismar və saxlama qaydalarını öyrədir,
onları dövlət standartlarından və ya metroloji
yoxlamadan keçirir.
5. Nəqliyyat
vasitələrinin və əlavə avadanlıqların
konstruksiyalarının hazırlanmasına, texniki
layihələrin və texniki şərtlərin
razılaşdırılmasına, nümunələrin
sınaqdan keçirilməsinə və onların
istehsalı üçün qəbul edilməsinə olan
tələblər
5.1.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası
Qanununa uyğun olaraq yeni layihələndirilən nəqliyyat
vasitələri, həmçinin istismarda olan və
qabaritləri, çəki ölçüləri, tormoz
sistemi, sürücü və sərnişinlərin oturacaq
yerləri, işıq siqnalları və cihazları, sükan
idarə mexanizmi yenidən quraşdırılan nəqliyyat
vasitələrinin konstruksiyasına nəzarət texniki
tapşırığın, texniki layihənin və texniki
şərtlərin razılaşdırılması,
nəqliyyat vasitəsinin sınağı və istehsala
qəbulu mərhələlərində aparılır. Bu
zaman aşağıdakı məlumatlar yoxlanılır:
- məmulatın
tətbiq olunma sahəsinin qısa xarakteristikası;
- avtonəqliyyat
vasitəsi üçün nəzərdə tutulmuş yol
şəraiti və istismar rejimi, sürət və güc
hədləri;
- çəki
parametrləri (təchiz olunmuş halda kütləsi, tam
kütləsi, yük götürməsi,
sərnişinlərin sayı, qoşqunun tam kütləsi,
tam kütlənin oxlar üzrə paylanması);
- tormozlanma yolu,
yavaşıma təcili, tormoz qüvvəsi, onun oxlar və
təkərlər üzrə paylanma xarakteristikası;
- yolun
işıqlanan sahəsi;
- minimal və qabarit
dönmə radiusları;
- yol
hərəkətinin təhlükəsizliyi üzrə
Qanunla, normativ sənədlərlə və standartlarla
müəyyən edilmiş digər tələblər.
5.1.1.
Layihə sənədlərinin
razılaşdırılması 30 gün müddətində
yerinə yetirilir. Standartların tələbinə uyğun
olmayan, layihə sənədləri düzgün
hazırlanmayan və ya çatışmazlıqlar olan və
yaxud Baş Dövlət Yol Polisi İdarəsi ilə
razılaşdırılmayan sənədlər
əsasında hazırlanan nəqliyyat vasitələrinin
istismarına icazə verilmir və o qeydiyyata alınmır. Bu
cür sənədlər layihənin çatışmayan
cəhətləri göstərilməklə, geri
qaytarılır.
5.2.
Nəqliyyat vasitələrinin istehsala qəbulu
mərhələsində sınaqları məmulatı
hazırlayan hüquqi şəxsin təyin etdiyi komissiyalar
həyata keçirməlidir. Sınağın
keçiriləcəyi yer komissiya tərəfindən
müəyyən edilir. Komissiyanın tərkibinə yol hərəkətinin
təhlükəsizliyi üzrə elmi-tədqiqat
institutlarının və ya laboratoriyalarının,
həmçinin məmulata layihə sənədlərinin
razılaşdırılması mərhələsində
nəzarət edən DİN BDYP İdarəsinin
əməkdaşları daxil edilir.
5.2.1.
Sınaqların nəticəsi üzrə qəbul komissiyası
müəyyən olunmuş formada protokol və qəbul
aktı tərtib edir. Nümunələrin sınaqlara davam
gətirmədiyi hallarda, protokola akt imzalanana qədər
konstruksiyanı təkmilləşdirmək barədə
təkliflər yazılır. Konstruksiyaların yenidən
işlənmiş tərkib hissələri təkrar
sınaqdan keçirilir.
5.2.2.
Sınaqlara davam gətirməyən nümunələrin
aktları imzalanmır və bul halda, layihə
təşkilatlarına tələbnamə (Təlimata 3
saylı əlavə) göndərilir.
5.3.
Nəqliyyat vasitələrinin texniki şərtləri
razılaşdırılarkən, onların layihələri
ilə birlikdə qəbul sınaqlarının
nəticələri barədə tərtib olunmuş protokol
və akt təqdim edilir, hərəkəti üçün
xüsusi şərtlər tələb olunan iri
ölçülü və digər nəqliyyat
vasitələri üçün isə həm də
konstruksiyanın xüsusiyyətləri və həmin nəqliyyat
vasitələrinin ancaq DYP-nin icazəsi ilə istismar oluna
biləcəyi haqqında qeyd aparılan təlimat layihəsi
təqdim edilir.
5.3.1.
Texniki şərtlər razılaşdırılarkən
layihə təşkilatlarına istehsal olunan məmulatın
istismara buraxılması üçün əsas hesab
edilən konstruksiyaların razılaşdırılması
barədə şəhadətnamə (Təlimata 4 saylı
əlavə), xüsusi təyinatlı minik avtomobilləri
üçün isə əlavə olaraq
avadanlığın quraşdırılması sxemi verilir.
6. Layihə
sənədləri tələb olunmayan avadanlıqların
nəqliyyat vasitələrinə quraşdırılmasına
dair tələblər
6.1.
Layihə sənədləri tələb olunmayan
avadanlıqların nəqliyyat vasitələrinə
quraşdırılması (Təlimata 5 saylı əlavə)
Daxili İşlər Nazirliyi Baş DYP idarəsinin müvafiq
razılığı əsasında yerinə yetirilir.
Görüləcək
yenidən quraşdırma işlərinin BDYPİ ilə
razılaşdırılması üçün
vətəndaşlar ərizə (Təlimata 6 saylı
əlavə) ilə birlikdə nəqliyyat vasitəsinin qeydiyyat
şəhadətnaməsini də təqdim edirlər.
6.2.
Layihə sənədlərinin işlənib
hazırlanması və razılaşdırılması
nəzərdə tutulmayan nəqliyyat vasitələrinə
fərdi qaydada hazırlanmış minik avtomobilləri,
amfibiyalar, minik avtomobillərinin qoşquları, motosikl,
motorollerlər və onların yanına qoşulmuş kolyaskalar,
habelə sadə formada yenidən quraşdırılan
nəqliyyat vasitələri aiddir.
6.3.
Fərdi qaydada hazırlanmış minik avtomobillərinin,
motosikl və qoşquların konstruksiyalarının yol
harəkətinin təhlükəsizliyi üzrə
elmi-tədqiqat institutu (laboratoriyası) tərəfindən
müəyyən edilmiş texniki xarakteristikalarına
(Təlimata 7 saylı əlavə) uyğunluğu yoxlanılır.
Avtomobillər, motosikllər və qoşqular texniki
tələblərə uyğun gəldikdə, komissiya və
ya institut (laboratoriya) tərəfindən rəy (Təlimata 8
saylı əlavə), cizgi, sxem və fotoşəkillər
əlavə edilməlidir. Bu rəy BDYPİ
tərəfindən təsdiq edildikdən sonra nəqliyyat
vasitələrini qeydiyyata almaq üçün tələb
olunan əsas sənəd sayılır.
6.4.
Avtomobil zavodları tərəfindən kütləvi istehsal
olunan nəqliyyat vasitələrinin ehtiyat
hissələrdən (aqreqat və qovşaqlardan) fərdi
qaydada yığılmasına icazə verilmir.
7. Dövlət Yol
Polisinin texniki nəzarət işinin uçotu və
hesabatı
7.1.
DYP-nin bütün hissə və bölmələrində
texniki nəzarət üzrə görülən
işlərin ayrıca uçotu aparılır və onun
göstəricilərindən işin səmərəliliyini
artırmaq məqsədi ilə tədbirlərin
hazırlanmasında istifadə edilir.
7.2.
DYP hissələri tərəfindən texniki nəzarət
sahəsində görülən işlərin respublika
üzrə uçotunu aparmaq və yekunlaşdırmaq
məqsədi ilə aylıq (Təlimata 13 saylı
əlavə) və illik (10 DYP ¹-li forma, Təlimata 14 saylı
əlavə) məlumatlar, rübün yekunu üzrə
görülən işlər barədə arayış
ilə yanaşı Baş DYP idarəsinə
göndərilir.
8. Nəqliyyat
vasitələrinə və onların qoşqularına
dövlət texniki baxışının keçirilməsi
8.1.
Dövlət texniki baxışın keçirilməsinin
məqsədləri:
8.1.1.
nəqliyyat vasitələrinin texniki vəziyyətinin
qüvvədə olan hərəkət
təhlükəsizliyi qaydalarının, normativlərinin
və standartlarının tələblərinə müvafiq
olmasına nəzarət etmək;
8.1.2.
nəqliyyat vasitələrinin mənsubiyyətini,
sayını və digər qeydiyyat məlumatlarını
dəqiqləşdirmək;
8.1.3.
nəqliyyat vasitələri ilə bağlı cinayət
tərkibli hadisələrin və inzibati xətaların
qarşısını almaq;
8.1.4.
Dövlət texniki baxışı keçirilərkən
sürücülərin müvafiq kateqoriyalı
sürücülük vəsiqələrinə və
nəqliyyat vasitəsinə sərəncam hüququ verən
müvafiq sənədə malik olmalarına,
sürücülük vəsiqəsinin etibarlılıq
müddətinə nəqliyyat vasitələrinin
sahiblərindən alınan illik
yol vergisinin və dövlət rüsumunun
ödənilməsinə nəzarəti təmin etmək. [2]
8.2.
Hüquqi və fiziki şəxslərə məxsus
(Azərbaycan Respublikası Silahlı
Qüvvələrindən və digər
birləşmələrdən başqa), respublika
ərazisində daimi və müvəqqəti qeydiyyatda olan,
mühərrikinin işçi həcmi 50 kub/sm və daha
çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən
artıq olan bütün tipli, markalı və modelli mexaniki
nəqliyyat vasitələrinə, onların qoşqularına
(yarımqoşqularına) ildə bir dəfə yanvar
ayının 1-dən oktyabr ayının 31-dək olan
müddətdə nəqliyyat vasitələrinin markaları
nəzərə alınmaqla, texniki baxış keçirilir:
- “VAZ” markalı
avtomobillər üçün: 01 yanvardan 01 maya qədər;
- “Qaz”,
“Moskviç”, “ZAZ”, “UAZ” və digər MDB istehsalı olan minik
avtomobilləri üçün: 01 maydan 01 iyula qədər;
- yük
avtomobilləri və avtobuslar üçün: 01 iyuldan 01
sentyabra qədər;
- xarici
dövlətlərdə (MDB dövlətləri istisna olmaqla)
istehsal edilmiş minik avtomobilləri üçün: 01
sentyabrdan 31 oktyabra qədər.
8.2.1.
İstehsal olunduğu ildə qeydiyyata alınan nəqliyyat
vasitəsi həmin ildə texniki baxışa cəlb olunmur
və qeydiyyat zamanı texniki baxış talonu ilə
təmin olunur. Əvvəlki illərdə istehsal olunmuş,
cari ildə qeydiyyata alınan nəqliyyat
vasitələrinə, qoşqulara və yarımqoşqulara
texniki baxış keçirilir.
8.2.2.
Müəyyən edilmiş müddətlərdən
əvvəl vətəndaşların könüllü
təqdim etdikləri nəqliyyat vasitələri texniki
baxışa cəlb oluna bilər.
8.2.3.
Texniki baxışdan keçmiş saz nəqliyyat
vasitələrinə verilmiş texniki baxış
talonlarında növbəti ildə onun texniki baxışa
təqdim olunacağı tarix müəyyən edilmiş
müddətlərə uyğun göstərilməlidir.
8.2.4.
Azərbaycan Respublikası ərazisində diplomatik
immunitetə malik olan səfirlik, konsulluq,
nümayəndəlik və onlara bərabər tutulan digər
təşkilatlara, eləcə də bu statusa malik olan
əcnəbilərə məxsus nəqliyyat
vasitələrinə texniki nəzarət və onlara texniki
baxış Xarici İşlər Nazirliyi vasitəsi ilə
DYPŞ və bölmələri tərəfindən
həyata keçirilir.
8.3.
Dövlət texniki baxışının təşkili
üzrə tədbirlər
8.3.1.
Nəqliyyat vasitələrinə və qoşqulara
dövlət texniki baxışı Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin ərazi
üzrə Dövlət Yol Polisi hissələri
(müayinə mərkəzləri, diaqnostika postları)
tərəfindən keçirilir.
8.3.2.
Ərazi üzrə (Baş DYPİ-nin Müayinə
Mərkəzi istisna olmaqla) daimi və ya müvəqqəti
qeydiyyatı olmayan nəqliyyat vasitələrinə illik
texniki baxışın keçirilməsi qadağandır.
8.3.3.
Nəqliyyat vasitələrinin texniki vəziyyəti və
avadanlığı yol hərəkətinin təhlükəsizliyi
və ətraf mühitin mühafizəsi baxımından “Yol
hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsi
ilə müəyyən edilmiş tələblərə
uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan
nəqliyyat vasitələri yol hərəkətinə
buraxılmır.
8.3.4.
Dövlət Yol Polisi orqanı hüquqi şəxslərin
təkliflərini nəzərə almaqla, hər il yanvar
ayının 1-dək ərazi üzrə mexaniki nəqliyyat
vasitələrinə dövlət texniki
baxışının keçirilməsi barədə
ümumi cədvəl tərtib edir. Həmin cədvəldə
hüquqi şəxsin adı, nəqliyyat vasitələrinin
sayı, dövlət texniki baxışının
keçirilmə yeri, təqdim olunan günü qeyd edilir
və onun surəti DİN BDYP İdarəsinə
göndərilir (şəhər tabeliyində olan rayon DYP
hissələri isə tabeçilik üzrə yuxarı DYP
hissəsinə təqdim edir).
8.3.5.
DYP kütləvi informasiya vasitələri ilə əhaliyə
nəqliyyat vasitələrinin dövlət texniki
baxışına təqdim edilməsi qaydaları haqqında
qabaqcadan məlumat verir.
8.3.6.
Nəqliyyat vasitələrinə dövlət texniki
baxışının keçiriləcəyi yer
(müayinə mərkəzi, texniki nəzarət
məntəqəsi, nəqliyyat vasitələrinin texniki
vəziyyətinin yoxlanılması üçün lazımi
şəraiti olan qarajlar, müəssisələr və s.
ərazilər) DYP tərəfindən müəyyən
edilir.
8.3.7.
Müəssisənin rəhbərliyi dövlət texniki
baxış aktı blanklarında (Təlimata 9 və 10
saylı əlavələr) tələb olunan
məlumatları (texniki vəziyyət haqqında rəy
istisna olmaqla) doldurur və həmin akt müəssisənin
müdiriyyəti və baş mühasib tərəfindən
təsdiq edilərək, baxışın
keçirilməsinə 10 gün qalmış ərazi
üzrə DYP-yə təqdim edilir.
8.3.8.
Dövlət texniki baxışı
müəssisələrdə keçirilərkən
müəssisə rəhbərliyinin razılığı
ilə nəqliyyat vasitələrinin texniki vəziyyətinin
yoxlanılmasına həmin müəssisənin
vəzifəli şəxsləri və mühəndis-texniki
işçiləri də cəlb edilməlidir.
8.4.
Nəqliyyat vasitələrinin dövlət texniki
baxışına təqdim olunması qaydaları
8.4.1.
Nəqliyyat vasitələrinin sahibləri (səlahiyyətli
şəxs), onlara məxsus nəqliyyat vasitələrini
texniki baxış talonunda müəyyən edilən vaxtdan
gec olmayaraq, dövlət texniki baxışına saz
vəziyyətdə təqdim etməyə borcludur. Bu
müddətə riayət edilməməsinə görə
nəqliyyat vasitəsinin sahibi (sürücüsü) inzibati
qaydada məsuliyyət daşıyır.
8.4.2.
Nəqliyyat vasitələrinə dövlət texniki
baxışı nəqliyyat vasitələrinin sahibi və ya
sərəncam hüququ olan şəxs tərəfindən
aşağıdakı sənədlər təqdim
edildikdən sonra həyata keçirilir:
1)
nəqliyyat vasitəsini idarə etməyə hüquq verən
sənəd;
2)
nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;
3)
nəqliyyat vasitəsinin istismarının qadağan
edilməsinə səbəb olan nasazlıqların aradan
qaldırılması barədə təminatlı texniki
xidmət göstərən texniki təmir sahəsinin və
ya stansiyasının sənədi (əgər belə
xidmət həmin stansiya və ya sahə tərəfindən
göstərilmişdirsə);
4)
Azərbaycan Respublikası
qanunvericiliyi ilə müəyyən edilmiş “illik yol vergisinin və
dövlət rüsumunun ödənilməsi ilə
əlaqədar sənədlər. [3]
Qeyd
edilən sənədlərdən başqa digər
sənədlərin tələb edilməsi qadağandır.
Qeyd.
Nəqliyyat vasitələrinə
baxış üçün nəzərdə tutulmuş
ödənc qəbzi 1 il müddətində DÜP-də
saxlanılır. [4]
8.4.3.
Nəqliyyat vasitələrini dövlət texniki
baxışının keçirildiyi yerə gətirmək
mümkün olmadıqda (texniki nasazlıqla bağlı olaraq
və s.), bu Təlimatın 8.4.1. bəndində
müəyyən edilmiş müddət ərzində onun
sahibi və ya texniki vəziyyətinə cavabdeh şəxs
DYP-yə yazılı ərizə ilə müraciət edir.
DYP
əməkdaşı tərəfindən nəqliyyat
vasitəsinə dayanacaq yerində texniki baxış
keçirilir, Qanunla müəyyən edilən nəqliyyat
vasitələrinin istismarının qadağan
edilməsinə səbəb olan nasazlıq aşkar olunduqda,
iki nüsxədən ibarət texniki baxış aktı
tərtib edilir, nəqliyyat vasitəsinin qabaq dövlət
nömrə nişanı çıxarılır, nasazlıq
aradan qaldırılana qədər nəqliyyatın
istismarı qadağan edilir. Həmin aktın 1-ci
nüsxəsi DYP-də saxlanılmaqla, digər nüsxəsi
nəqliyyatın sahibinə verilir.
Qeyd:
Bu zaman Dövlət avtomobil müfəttişinin avtomobilə
baxış keçirilməsi üçün avtomobilin
saxlanıldığı yerə nəql edilməsi
nəqliyyatın sahibi tərəfindən təmin edilir.
8.4.4.
Nasazlıqlar aradan qaldırıldıqdan sonra, nəqliyyat
vasitəsinə təkrarən baxış keçirilir
və texniki cəhətdən saz hesab edildiyi təqdirdə
dövlət nömrə nişanı qaytarılır və
onun sahibinə dövlət texniki baxışından
keçmə talonu verilir.
8.5.
Dövlət texniki baxışının keçirilməsi
qaydaları
8.5.1.
Dövlət texniki baxışı nəqliyyat
vasitələrinin texniki vəziyyətini yoxlamaq
üçün müvafiq şəraitə (müayinə
stendlərinə, nəzarət-ölçü
cihazlarına, qaldırıcı mexanizmlərə,
baxış xəndəklərinə, asfalt, yaxud betonla
örtülü sahəyə və s.) malik DYP hissələrində,
onların müayinə mərkəzlərində,
həmçinin DYP-nin təyin etdiyi bu cür
şəraitə malik avtonəqliyyat
müəssisələrində, texniki xidmət
stansiyalarında, texniki nəzarət
məntəqələrində və s. keçirilir.
8.5.2.
Hər bir nəqliyyat vasitəsinə dövlət texniki
baxışının keçirilməsi nəqliyyat
vasitəsinin tipinin, modelinin, qeydiyyat nişanının,
eləcə də şassi (rama), ban və mühərrik
nömrələrinin, rənginin nəqliyyat
vasitələrinin qeydiyyat şəhadətnaməsində
göstərilən qeydlərə uyğunluğunun yoxlanılması
axtarışda olan nəqliyyat vasitələrinin və
qeydiyyat sənədlərinin siyahısının
tutuşdurulması ilə başlanır.
8.5.3.
Dövlət qeydiyyat şəhadətnaməsində,
nəqliyyat vasitəsini istifadə və idarəetmə
hüququ verən sənədlərdə saxtakarlıq
əlamətləri, mühərrik, ban və şassi
nömrələrinin nəqliyyat vasitələrinin qeydiyyat
sənədlərindəki yazılarla uyğun
gəlməməsi, aqreqat və qovşaqların
nömrələrinin silinməsi, yaxud onlara saxta üsulla
nömrələrin vurulması halları aşkar
edildikdə, sənədlər götürülür və
nəqliyyat vasitələri müəyyən edilmiş qaydada
saxlanılır. Aşkar edilmiş fakt qanunvericiliyə
uyğun (yəni sahibinin iştirakı ilə akt tərtib
edilir, izahat alınır və s.)
sənədləşdirilərək
araşdırılması üçün müvafiq
təhqiqat orqanına göndərilir.
8.5.4.
Xüsusi təyinatlı və əməliyyat xidmətinin
nəqliyyat vasitələrinə dövlət texniki
baxışı keçirilərkən xüsusi işıq
və səs siqnallarının mövcud olması,
sazlığı və onların
quraşdırılmasının qanuniliyi, həmçinin
nəqliyyat vasitələrinin rəng qrafikasının
standart norma və texniki tələblərə uyğun
olması yoxlanılır.
8.5.5.
Qoşquların (yarımqoşquların) texniki
vəziyyəti avtomobilə qoşulmuş vəziyyətdə
yoxlanılır (Onlara da texniki baxış talonu verilir).
8.5.6.
Konservasiyaya qoyulmuş nəqliyyat vasitələrinə
dövlət texniki baxışı keçirilərkən
onların komplektliyi yoxlanılır. Nəqliyyat vasitəsinin
sazlığına şübhə olduqda, təkərləri
yük altında saxlamamaq üçün qoyulmuş dayaqlar
çıxarılmadan mühərrik və
ötürücü aqreqatların texniki vəziyyəti
yoxlanılır.
8.5.7.
Bu Əsasnamənin 8.3.3. bəndinin tələblərindən
birinə cavab verməyən nəqliyyat vasitələri nasaz
hesab olunur və onların istismarı qüvvədə olan
qanunvericiliyə əsasən qadağan edilir.
Texniki
baxış zamanı nəqliyyat vasitəsinin
istismarının qadağan edilməsinə səbəb olan
nasazlıqlar müəyyən edildikdə, təminatlı
texniki xidmət göstərən texniki təmir sahəsi
və ya stansiyasında bu nasazlıqlar aradan qaldırıldıqdan
sonra nəqliyyat vasitəsinə texniki baxış
təkrarən keçirilir.
[5]8.5.8.
Dövlət texniki baxışından keçmiş saz
nəqliyyat vasitələrinə və qoşqularına DYP
tərəfindən aidiyyəti üzrə bu Təlimatın
11 nömrəli əlavəsində nümunəsi
göstərilməklə aşağıdakı texniki
baxış talonları verilir:
1.1. Fiziki
şəxslərə məxsus minik avtomobilləri
üçün talonlar (1 nömrəli nümunə);
1.2.
Hüquqi şəxslərə məxsus minik avtomobilləri
üçün talonlar (2 nömrəli nümunə);
1.3. Fiziki
şəxslərə məxsus avtobuslar üçün
talonlar (3 nömrəli nümunə);
1.4.
Hüquqi şəxslərə məxsus avtobuslar
üçün talonlar (4 nömrəli nümunə);
1.5. Fiziki
şəxslərə məxsus yük avtomobilləri
üçün talonlar (5 nömrəli nümunə);
1.6.
Hüquqi şəxslərə məxsus yük
avtomobilləri üçün talonlar (6 nömrəli
nümunə).
Talonlarda nəqliyyat vasitəsinin
markası, dövlət qeydiyyat nişanı, sahibinin adı,
soyadı, texniki baxışdan keçmə vaxtı,
həmçinin növbəti ildə texniki baxışa
təqdim olunma ayı göstərilməklə (həmin ayda
dəlik açılmaqla və s.) müvafiq qeydlər
aparılır. Talona DYP-nin möhürü vurulur və
içəri tərəfindən avtomobilin qabaq
şüşəsinin aşağı sağ küncünə
hər iki tərəfdən 15 sm məsafədə
yapışdırılır.
8.5.9.
Dövlət texniki baxışından keçmə talonu
itdikdə, yaxud korlandıqda qeydiyyat sənədləri və
nəqliyyat vasitəsinin texniki vəziyyəti
yoxlanıldıqdan, həmçinin təkrar dövlət
texniki baxışının keçirilməsinə
görə xidmət haqqının ödənilməsi
barədə qəbz təqdim edildikdən sonra DYP
tərəfindən yeni talon verilir. [6]
8.5.10.
Texniki baxışdan keçirilmiş nəqliyyat
vasitələrinin qeydiyyat vərəqələrində
texniki baxışın nəticəsi əks olunmaqla
bərabər, jurnalda (Təlimata 12 saylı əlavə)
texniki baxışa cəlb edilmiş nəqliyyat
vasitələrinin sayı, markası, qeydiyyat nişanı,
texniki baxışdan keçirildiyi vaxt, texniki baxış
talonunun nömrəsi, illik yol
vergisinin miqdarı və qəbz nömrəsi,
həmçinin sahibinin soyadı göstərilir. Jurnalın
səhifələri nömrələnir və kötük
hissədən qaytanla bağlanaraq surğuclanır və
üç il müddətində DYP-də saxlanılır.[7]
8.5.11.
Nəqliyyat vasitələrinə texniki xidmət yalnız
nəqliyyat vasitələrinin sahibləri, xüsusi texniki
biliyə və ixtisasa malik olan şəxslər və yaxud
Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada
texniki-təmir stansiyaları tərəfindən həyata
keçirilir. Nəqliyyat vasitələrinin sayı 10 və
daha artıq olan təsərrüfatlarda hüquqi və fiziki
şəxslər nəqliyyat vasitələrinə təminatlı
texniki xidməti bu məqsədlə təşkil etdikləri
texniki-təmir sahələrində aparırlar.
8.6.
Dövlət texniki baxışının
keçirilməsinə nəzarət
8.6.1.
Nəqliyyat vasitələrinin dövlət texniki
baxışından keçirilməsinə nəzarət
aşağıdakı formalarda həyata keçirilir:
- nəqliyyat
vasitələrinə dövlət texniki
baxışının keçirilməsi müddətinə
və qaydalarına riayət olunmasının yoxlanılması;
- dövlət
texniki baxışından keçmiş nəqliyyat
vasitələrinin texniki vəziyyətinin və qeydiyyat
məlumatlarının müəyyən edilmiş
tələblərə uyğunluğunun seçmə yolu
ilə (müəssisənin ərazisində, nəqliyyat
vasitələri xəttə çıxarkən və
qayıdarkən, həmçinin istismar prosesində)
yoxlanılması;
- nəqliyyat
vasitələrinə dövlət texniki
baxışının nəticələri haqqında
təsdiq edilmiş məlumatların DYP
kartotekalarındakı uçotu aparılan nəqliyyat
vasitələrinin sayı və qeydiyyat məlumatları
ilə tutuşdurulması.
8.6.2.
Fiziki şəxslərə məxsus nəqliyyat
vasitələrinin texniki baxışdan
keçirilməsinə nəzarət DYP-də kartotekanın
işlənməsi (texniki baxışın yekunlarının
qeydiyyatının, nəqliyyat vasitəsinin mühərrik
və ban nömrələrinin, rənginin
dəyişdirilməsi barədə qeydlərin aparılması)
yol patrul xidməti müfəttişlərinin
təlimatlandırılması ilə aparılır.
Görülmüş işlər barədə
şəhər-rayon DYP hissələri, müayinə
mərkəzləri hər ay Baş DYP idarəsinə
məlumat verirlər (Təlimata 13 saylı əlavə).
8.6.3.
Texniki baxışın nəticələri ilin sonunda
təhlil olunur. Nəqliyyat vasitələrinin texniki
baxışdan keçirilməməsinin səbəbləri
araşdırılaraq, onların sayı müəyyən
edilir, növbəti ildə texniki baxışa cəlb
olunmaları üçün müvafiq tədbirlər
planı işlənib hazırlanır.
8.7.
Dövlət texniki baxışının
nəticələrinin sənədləşdirilməsi
8.7.1.
Müayinə mərkəzində və texniki nəzarət
postlarında, imtahan-qeydiyyat üzrə struktur
hissələrdə texniki baxışdan keçən,
qeydiyyata, təkrar qeydiyyata alınan və qeydiyyatdan
çıxarılan nəqliyyat vasitələri barədə
məlumatlar, müvəqqəti uçotda olan nəqliyyat
vasitələri barədə məlumatlar, eyni zamanda
müvəqqəti uçotda olan nəqliyyat
vasitələrinə dövlət texniki baxışının
nəticələri haqqında tərtib edilmiş aktlar və
ya doldurulmuş blanklar 10 gün ərzində nəqliyyat
vasitələrinin daimi qeydiyyat yeri üzrə DYP-yə
göndərilir.
8.7.2.
Müvəqqəti uçotda olan nəqliyyat vasitələri
texniki baxışdan keçdiyi ərazidə yekun
hesabatına daxil edilmir, onların hesabatı ayrılıqda
təqdim edilir.
8.7.3.
Dövlət texniki baxışının nəticələrini
sənədləşdirmək və baxışdan
keçmə talonunu almaq üçün hüquqi
şəxs tərəfindən DYP-yə
aşağıdakı sənədlər təqdim olunur:
- nəqliyyat
vasitələrinin dövlət texniki baxışına
təqdim olunması üçün hüquqi şəxs
tərəfindən təsdiq edilmiş aktın 2
nüsxəsi;
-
nəqliyyat vasitələrinin siyahısını,
dövlət texniki baxışının
keçirilməsinə görə illik yol vergisinin,
dövlət rüsumunun ödənilməsi ilə
əlaqədar sənədləri.[8]
Qeyd:
Texniki baxış yekunlaşdıqdan sonra aktın bir
nüsxəsi nəqliyyat vasitəsi sahibinə
qaytarılır, ikinci nüsxəsi isə sonrakı 1 il
ərzində DYP-də saxlanılır.
8.7.4.
Hüquqi şəxslərin balansında olan avtomobillərin,
motosikllərin və qoşquların sayı
şəhər-rayon DYP hissələrində olan qeydiyyat
vərəqələri ilə tutuşdurulur və DYP
tərəfindən xidməti ərazi üzrə texniki
baxışın yekunu barədə Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsinin 08.05.02-ci il
tarixli, 19/14 ¹-li Qərarı ilə təsdiq edilmiş
“Dövlət statistika hesabatı” üzrə ümumi hesabat
noyabr ayının 15-nə qədər DİN BDYP
idarəsinə və ərazi üzrə rayon (şəhər)
statistika idarəsinə təqdim edilir. Hesabat DYP idarəsi
tərəfindən yoxlanılıb Respublika üzrə
ümumiləşdirildikdən sonra, 1 ay müddətində
onların bir nüsxəsi Azərbaycan Respublikası
Nazirlər Kabinetinə və Dövlət Statistika
Komitəsinə göndərilir.
8.7.5.
Texniki baxışın nəticəsinə görə,
nəqliyyat vasitələrinin texniki vəziyyəti
avtotəsərrüfatlarda təhlil olunaraq, nəqliyyat
vasitələrinin hazırlıq səviyyəsi
araşdırılır, aşkar olunmuş nöqsanların
aradan qaldırılması üçün müvafiq
tədbirlər planı işlənib hazırlanır.
8.7.6.
Bu Təlimatın tələblərinin pozulması
qanunvericiliklə müəyyən edilmiş qaydada
məsuliyyətə səbəb olur.
9. Baş
Dövlət avtomobil müfəttişinin (dövlət
avtomobil müfəttişinin) texniki nəzarət
fəaliyyəti ilə bağlı nümunəvi xidməti
vəzifə bölgüsü:
9.1.
avtomotonəqliyyat vasitələrinin texniki
vəziyyətinə və düzgün istismarına avtomobil
təsərrüfatlarında və avtomobil yollarında
nəzarət edir, nasaz nəqliyyat vasitələrinin
istismarını qadağan edir, günahkar fiziki və
hüquqi şəxsləri inzibati məsuliyyətə
cəlb edir, lazımi halda yerində cərimə tətbiq
edir, çatışmazlıqların aradan
qaldırılması üçün təqdimat təqdim
edir;
9.2.
avtomotonəqliyyat vasitələrinin dövlət texniki
baxışını təşkil edir və onların
keçirilməsində iştirak edir, BDYP idarəsinə
hesabatların göndərilməsini təmin edir;
9.3.
yol hərəkəti təhlükəsizliyinin təmin
olunması sahəsindəki nöqsanlar, həmçinin avtomobil
təsərrüfatlarında yol-nəqliyyat
hadisələrinin vəziyyəti və sürücü
heyətinin nizam-intizamı barədə təqdimatlar
tərtib edir;
9.4.
texniki nəzarət sahəsində DYP-nin başqa xidmət
sahələri, həmçinin ictimaiyyətin
nümayəndələri ilə qarşılıqlı
formada sıx əlaqəsini təmin edir, yol
hərəkətinin təhlükəsizliyi sahəsinə
bütün qüvvə və vasitələrin cəlb
olunması işini onlara öyrədir;
9.5.
mütəmadi olaraq texniki nasazlıq səbəbindən
baş vermiş yol-nəqliyyat hadisələrini təhlil
edir. Yol-nəqliyyat hadisəsinin qeydiyyat
vərəqələrinin düzgün doldurularaq vaxtında
DİN-in Baş DYP idarəsinə təqdim olunmasını
təmin edir;
9.6.
istismara buraxılan avtonəqliyyat vasitələrindən
atmosfer havasına atılan zəhərli maddələr
miqdarının normativlər həddində olan
istiqamətində tədbirin keçirilməsini
təşkil edir;
9.7.
xidməti ərazidə nəqliyyat parkının texniki
vəziyyəti barədə radio və yerli
qəzetlərdə çıxışlar təşkil edir;
9.8.
texniki nəzarət fəaliyyəti ilə əlaqədar
vətəndaşları qəbul edir, onların
müraciətləri əsasında müvafiq qərarlar
qəbul edir.
Təlimata 1 saylı
əlavə
Avtonəqliyyat
vasitəsinin istismarının qadağan edilməsi
barədə
AKT
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Təlimata 2 saylı
əlavə
MÜAYİNƏ
VƏRƏQƏSİ
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
||
Təlimata 3 saylı
əlavə
Nəqliyyat
vasitəsinin konstruksiyasında standartlara, qayda və normalara
əməl olunması barədə
TƏLƏBNAMƏ
|
|
Təlimata 4 saylı
əlavə
Nəqliyyat
vasitələri konstruksiyalarının
razılaşdırılması barədə
ŞƏHADƏTNAMƏ
¹ _______
|
|
|
|
|
|
|
|
|
|
Təlimata 5 saylı
əlavə
Layihə
sənədləri tələb olunmayan avadanlığın
nəqliyyat vasitələrinə quraşdırılması
SİYAHISI
Yük
avtomobillərinin şassilərinə bortlu, yükü
özüboşaldan banların, çənlərin (o
cümlədən təhlükəli maye
çənlərinin) quraşdırılması və ya
onların qarşılıqlı surətdə əvəz
edilməsi, standart yəhərli qurğuların
quraşdırılması və ya digər yük banları
ilə qarşılıqlı surətdə əvəz
edilməsi.
Bu
halda nəqliyyat vasitəsi aşağıdakı
təhlükəsizlik tələblərinə cavab
verməlidir:
- eninə olan qabarit
ölçülər, tam kütlə və onun
körpülər üzrə paylanması avtomobilin texniki
xarakteristikasında nəzərdə tutulan
hədlərdən yuxarı olmamalıdır;
- ban, çən
və ya yəhərli qurğular standart bağlayıcı
detallarla bərkidilməlidir; (təhlükəli yük
üçün nəzərdə tutulan çənlər müvafiq
tələblərə uyğun olmalıdır);
- yəhər
qurğusunun arxa körpüyə nisbətən
yerləşməsi kütləvi istehsalda olan həmin
markalı yəhərli dartqılara uyğun gəlməli
və dartqı ilə yarımqoşqunun üfiqi
müstəvi üzərində nisbi birləşmə
səthində hər tərəfə ən azı 90
dərəcə dönməsini təmin etməlidir.
Qoşquların,
yarımqoşquların üzərində furqon banların,
çənlərin və digər xüsusi avadanlığın
quraşdırılması
- qoşqunun
(yarımqoşqunun) eninə olan qabarit
ölçüləri, tam kütləsi qoşqunun
(yarımqoşqunun) əsas texniki xarakteristikasında
nəzərdə tutulan hədlərdən yuxarı
olmamalıdır;
- çən,
furqon, digər aqreqat və avadanlıq qoşquya (yarımqoşquya)
standart bağlayıcı detallarla bərkidilməlidir
(təhlükəli mayelər üçün
nəzərdə tutulan çənlər xüsusi
tələblərə uyğun olmalıdır);
- qoşqu yol
hərəkəti qaydalarına uyğun işıq
əksetdiricilərlə və əlavə sığorta trosu
və ya zənciri ilə təmin olunmalıdır.
Yük
avtomobillərinə yük qaldırıcı bortların,
bucurqadların, hidravlik kranların,
betonqarışdırıcı qurğuların, beton
nasoslarının və s. quraşdırılması
Belə
qurğuların avtomobilə quraşdırılması istehsalçı
zavodun və ya yol hərəkətinin təhlükəsizliyi
üzrə Elmi-tədqiqat institutunun (laboratoriyanın)
rəyinə uyğun zavod və ya müvafiq təmir
bazası olan nəqliyyat müəssisəsi
şəraitində aparılmaqla, onun dayanıqlığı
təmin edilməlidir. Hidravlik kranın qülləsi
hərəkət zamanı tərpənməməsi
üçün bərkidilməlidir. Avtomobillərdə
xarici işıq cihazlarının və dövlət qeydiyyat
nişanlarının üstü örtülməməli,
görünməsi təmin edilməlidir. Bu vaxt aşağıdakı
təhlükəsizlik tələblərinə riayət
edilməlidir:
- eninə olan qabarit
ölçülər, tam kütlə və onun
körpülər üzrə paylanması avtomobilin texniki
xarakteristikasında nəzərdə tutulan
hədlərdən yuxarı olmamalıdır;
-
quraşdırılmış avadanlıq zavod istehsalı
olmalı və avtomobilə etibarlı surətdə
bərkidilməlidir.
Avtomobillərin
mühərriklərinin və banlarının
dəyişdirilməsi
Bu
növ yenidən quraşdırmalar əsasən
istehsalçı zavodun və ya yol hərəkətinin
təhlükəsizliyi üzrə Elmi-tədqiqat institutunun
(laboratoriyanın) rəylərinə uyğun olaraq
aparılır (mühərriklərin gücləri,
qabaritlər və digər texniki göstəricilər
uyğun gəlirsə, təhlükəsizliyi təmin
edirsə və s.).
Kütləvi
istehsalda olan yük, minik avtomobillərində və avtobuslarda
(ban dəyişdirilmədən) xüsusi avadanlıqların
quraşdırılması
Bu
halda yenidən quraşdırılmış avtomobillər
aşağıdakı hərəkət
təhlükəsizliyi tələblərinə cavab
verməlidir:
- tam kütlə
və onun körpülər üzrə paylanması avtomobilin
əsas texniki xarakteristikasında nəzərdə tutulan
hədlərdən yuxarı olmamalıdır;
- xüsusi avadanlıqlar
dayanıqlı, etibarlı bərkidilməlidir;
- minik
avtomobillərində xüsusi avadanlığın iti,
xəsarət yetirə biləcək
çıxıntıları olmamalıdır;
- minik
avtomobillərində xüsusi avadanlıq idarəetmə
sisteminə yaxın yerdə quraşdırılmamalı
və arxa pəncərəni örtməməlidir.
Yük
avtomobillərinin şassilərinə emalatxana, poçt,
sənaye və ərzaq malları, mebel və digər
yüklər daşımaq üçün furqon banların
quraşdırılması
Yenidən
quraşdırılmış furqon banlı avtomobillər
hərəkət təhlükəsizliyinin
aşağıdakı tələblərinə cavab
verməlidir:
- banın eninə
olan qabarit ölçüsü, tam kütlə və onun
körpülər üzrə paylanması avtomobilin texniki
xarakteristikasında nəzərdə tutulan hədlərdən
yuxarı olmamalıdır;
- furqonun
qapısı arxadan və yaxud sağdan qoyulmalıdır;
- emalatxananın avadanlıqları
etibarlı bərkidilməlidir;
- furqonun bayır
tərəfindən yan səthlərində xəsarət
törədə biləcək iti çıxıntılar
olmamalıdır;
- furqon banlı
avtomobilin kabinəsinin yan tərəflərində arxanı
göstərən standart güzgülər
qoyulmalıdır.
Yük
və avadanlıqla birgə sərnişin daşınması
(təmir briqadası, yük müşayiətçisi,
yükləyici və s.) da nəzərdə tutulmuş furqon
banlı yük-sərnişin tipli avtomobillərdə
əlavə olaraq hərəkət təhlükəsizliyinin
aşağıdakı tələbləri təmin
etməlidir:
- hər adam
üçün oturacaq qoyulmalıdır;
- furqonda
quraşdırılmış avadanlıqların iti,
xəsarət törədə biləcək
çıxıntıları olmamalıdır;
- furqonda
yükün yerdəyişməsinin qarşısının
alınması təmin olunmalıdır;
- furqonun
qapısı içəridən və bayırdan
açılmalıdır;
- furqon ventilyasiya,
işıq və sürücü kabinəsi ilə rabitə
(siqnal, telefon, işıq və s.) ilə təchiz
olunmalıdır.
Yük
avtomobillərinin şassisinə sərnişin
daşınması üçün nəzərdə
tutulmuş furqon banların quraşdırılması
Sərnişin
daşınması üçün nəzərdə
tutulmuş yenidən quraşdırılmış furqon
banlı avtomobillər aşağıdakı əsas
hərəkət təhlükəsizliyi
tələblərinə cavab verməlidirlər:
- furqon banlı
avtomobilin qabarit hündürlüyü 3,8 m-dən artıq
olmamaqla, eninə qabariti istehsalçı zavodun
nəzərdə tutduğu hədlərdə
olmalıdır;
- tam kütlənin
körpülər üzrə paylanması avtomobilin əsas
xarakteristikasına uyğun olmalıdır;
- furqon ban
çərçivəyə və ya yük avtomobilinin
banına etibarlı bərkidilməlidir;
- banın
hündürlüyü yalnız sərnişinlərin oturaq
halda daşınmasını təmin etməlidir;
- furqonun
qapısı arxasında olmaqla, içəridən və
bayırdan açılmalı, avtomobil tipli qıfılla,
pilləkən və tutacaqla təmin edilməlidir;
- furqonun yan
tərəflərində daxildən və xaricdən heç
bir alətdən istifadə edilmədən, ancaq xaricə
açılan, qəza zamanı çıxmaq
üçün 600x800 mm ölçüdə
pəncərələri olmalıdır, furqon ventilyasiya,
işıq, avtomobil qızdırıcısı,
sürücü kabinası ilə iki tərəfli
işıq və səs siqnalı,
yanğınsöndürən və tibb apteçkası
ilə təchiz edilməlidir.
Furqon
banlı avtomobillər xarici işıq cihazlarla, o
cümlədən furqonun yuxarısında qabaqdan ağ,
arxadan qırmızı qabarit işıqlar ilə təmin
edilməlidir.
Yanacaq sistemi
benzinlə işləyən avtomobillərin eyni zamanda qazla
işləmək üçün və ya əksinə
quraşdırılması
Bu
növ yenidənquraşdırmaya istehsalat tələbatı,
istismar şəraiti ilə əlaqədar, Yol
hərəkətinin təhlükəsizliyi üzrə
Elmi-tədqiqat institutunun (laboratoriyanın) rəyinə
uyğun olaraq yerinə yetirilməsinə icazə verilir.
Belə quraşdırmalar bu cür xidmətlər
üçün nəzərdə tutulmuş texniki təmir
sahələrində aparılmalıdır. Həmin texniki
təmir sahəsi quraşdırma işlərinin texniki
tələblərə uyğun aparılmasını və
təhlükəsiz işləməsini təmin etməlidir.
Vaqon tipli furqon
avtomobillərin, avtobus banlı və ya şassisi olan
xüsusi təyinatlı avtomobillərin avtobus kimi yenidən
quraşdırılması
Bu
növ yenidən quraşdırma zamanı nəqliyyat
vasitəsinin banında olan xüsusi avadanlıq
sökülərək, orada kütləvi istehsalda olan
avtobuslara uyğun oturacaqlar quraşdırılır. Avtomobil
aşağıdakı təhlükəsizlik
tələblərinə cavab verməlidir:
- oturacaqlar
sərnişinin üzü hərəkət
istiqamətində əyləşməsini təmin
etməlidir;
- oturacaqlar
xəsarət törədə biləcək iri
çıxıntılara malik olmamalı, bana elə
bərkidilməlidir ki, kəskin tormozlanma və ya
hərəkətə başlayarkən onların
tərpənməsinin qarşısı alınsın;
- qəza zamanı
sərnişinlərin çıxması üçün
nəzərdə tutulmuş pəncərələrin
işlək olması təmin edilməlidir.
Yük-sərnişin,
sərnişin avtomobillərində oturacaqların sayı
istehsalçı zavod tərəfindən nəzərdə
tutulan konstruksiyaya uyğun quraşdırılır.
Nəqliyyat
vasitələrinə əlavə yanacaq bakının
quraşdırılması
Bu
halda aşağıdakı təhlükəsizlik
tələblərinə riayət olunmalıdır:
- əlavə yanacaq
bakı zavod tərəfindən istehsal olunmuş baklara
uyğun səviyyədə hazırlanmalı, zavodun
nəzərdə tutduğu təhlükəsizlik
qaydalarına riayət edilməlidir. Yanacaq bakının
nəqliyyat vasitəsinə quraşdırılması və
bərkidilməsi texniki normalara müvafiq aparılmalı,
quraşdırılma elə aparılmalıdır ki, yol
nəqliyyat hadisəsi zamanı bak zədələnməsin.
Qeyd:
Yenidən quraşdırmalar zamanı bu
Təlimatla nəzərdə tutulmayan hallar meydana
çıxarsa, qanuna uyğun olaraq qüvvədə olan
digər normativlər əsasında Baş DYP İdarəsinin
razılığı ilə həyata keçirilə
bilər.
Nəqliyyat
vasitələrinin işçi funksiyalarının
dəyişdirilməsi zamanı Dövlət Yol Polisindən,
ərazi üzrə qeydiyyat-imtahan bölməsindən və
ya müayinə mərkəzindən avtomobilin texniki
vəziyyəti barədə texniki baxış aktı
tələb oluna bilər.
Təlimata 6 saylı
əlavə
|
|
|
|
|
ƏRİZƏ
|
|
|
|
|
|
|
|
|
Təlimata 7 saylı
əlavə
Fərdi
qaydada hazırlanmış avtomobilin (motosikletin, qoşqunun)
Texniki
xarakteristikası
|
|
Təlimata 8 saylı
əlavə
|
|
|
Fərdi
qaydada hazırlanmış avtomobil (motosiklet, qoşqu)
barədə
RƏY
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Təlimata 9 saylı
əlavə
Nəqliyyatın
texniki vəziyyətinin müayinə
AKTI
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Təlimata 10 saylı
əlavə
Nəqliyyat
vasitələrinə texniki baxış
AKTI
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
||
|
|
|
|
||||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
[9]Təlimata 11 saylı
əlavə
Dövlət
texniki baxış talonlarının təsviri
1.
Dövlət texniki baxış talonlarının blankları
özüyapışan xüsusi kağızdan
hazırlanır. Təlimatın 8.5.8-ci yarımbəndində
göstərilən texniki baxış talonları nəqliyyat
vasitəsinin təyinatından asılı olmayaraq üz
tərəfinin fonu yaşıl, qırmızı və
sarı rənglərdən biri olmaqla üç ildən bir
təkrarlanır (məs: 2010-cu il – sarı, 2011-ci il –
yaşıl, 2012-ci il – qırmızı və s).
Minik
avtomobilləri üçün talonlar romb şəkilli
düzbucaqlı, avtobuslar üçün
üçbucaqlı, yük avtomobilləri üçün
isə səkkizbucaqlı formada hazırlanır.
Fiziki
şəxslərə məxsus nəqliyyat
vasitələrinə verilən texniki baxış
talonlarının kənarları tünd albalı
rənglə, hüquqi şəxslərə məxsus
nəqliyyat vasitələrinə verilən texniki baxış
talonlarının kənarları isə göy rənglə
haşiyələnir.
2.
Talonların ön tərəfində oval dairənin
içərisində ölkə təyinatını
bildirən “AZ” hərfləri, DYP-nin emblemi, uyğun
nəqliyyat vasitəsinin silueti, nəqliyyat vasitəsinin
texniki baxışdan keçmə ili, kənar
tərəflərində növbəti ildə texniki
baxışa təqdim olunma ayı əks olunur.
Talonun arxa
tərəfində onun nömrəsi, möhür yeri,
nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat
nişanı, sahibi, dövlət texniki
baxışının keçirildiyi ay və il
göstərilir. Talonun xüsusi ayrılmış
tərəfindən nömrə hissəsi kəsilərək
qeydiyyat şəhadətnaməsinə yapışdırılır.
Talonun arxa hissəsindəki
qeydlər DYP əməkdaşının imzası və
möhürü ilə təsdiq edilir.
3. Texniki baxış talonları üçün
hazırlanmış mikro-effektli və təsviri
dəyişən holoqram dairə şəkillidir, diametri 14
millimetrdir. Holoqramın mərkəzində Azərbaycan
Respublikasının Dövlət Gerbi əks edilir, dairənin
haşiyəsində “Azərbaycan Respublikasının
Dövlət Yol Polisi” və “Texniki baxış talonu”
sözləri, alt hissəsində isə seriya və
nömrəsi göstərilir (7 nömrəli nümunə).
Təlimata 12 saylı
əlavə
Üz
tərəfi
Texniki
baxışa təqdim olunan nəqliyyat vasitələrinin
uçotu
JURNALI
|
|
|
|
|
İç
tərəfi
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Təlimata 13 saylı
əlavə
|
|
MƏLUMAT
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
||||||||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|||||||||







İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
25 oktyabr 2005-ci il tarixli 464
nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əmri
(Azərbaycan Respublikası
Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ
Aktlarının Bülleteni, 2005-ci il, ¹ 10-11)
2.
28 sentyabr 2010-cu il tarixli 606 nömrəli Azərbaycan
Respublikası Daxili
İşlər Nazirliyinin Əmri (Azərbaycan Respublikasının Normativ Aktlarının
Bülleteni, 2010-cu il, ¹ 10)
3.
16 may 2012-ci il tarixli Q6-001-12 nömrəli Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin
qərarı
BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 16 may 2012-ci il
tarixli Q6-001-12 nömrəli
Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin qərarı ilə ləğv
edilmişdir.
[2] 25 oktyabr 2005-ci il
tarixli 464 nömrəli Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin Əmri (Azərbaycan
Respublikası Mərkəzi İcra Hakimiyyəti
Orqanlarının Normativ Aktlarının Bülleteni, 2005-ci
il, ¹ 10-11) ilə 8.1.4 bəndində
"alınan" sözündən sonra yazılmış
"vergilərin və
dövlət texniki baxışının keçirilməsi
ilə əlaqədar haqların ödənilməsi
barədə qəbzlərin, yaxud digər
sənədlərin olmasına nəzarəti təmin
etmək" sözləri
"illik yol vergisinin və
dövlət rüsumunun ödənilməsinə
nəzarəti təmin etmək" sözləri ilə
əvəz edilmişdir.
[3] 25 oktyabr 2005-ci il
tarixli 464 nömrəli Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin Əmri (Azərbaycan
Respublikası Mərkəzi İcra Hakimiyyəti
Orqanlarının Normativ Aktlarının Bülleteni, 2005-ci
il, ¹ 10-11) ilə 8.4.2
bəndinin 4-cü yarımbəndinin birinci cümləsi yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan
Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş
rüsumun, verginin və yaxud ödənclərin
ödənilməsi barədə qəbzlər.
[4] 25 oktyabr 2005-ci il tarixli 464
nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əmri
(Azərbaycan Respublikası
Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ
Aktlarının Bülleteni, 2005-ci il, ¹ 10-11) ilə 8.4.2 bəndinin "Qeyd" hissəsi
çıxarılmışdır.
[5] 28
sentyabr 2010-cu il tarixli 606
nömrəli Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin Əmri (Azərbaycan
Respublikasının Normativ Aktlarının Bülleteni, 2010-cu
il, ¹ 10) ilə 8.5.8-ci yarımbənd yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
8.5.8. Dövlət
texniki baxışından keçmiş saz nəqliyyat
vasitələrinə və qoşqulara DYP
tərəfindən texniki baxış talonu (Təlimata 11
saylı əlavə) verilir. Talonda nəqliyyat vasitəsinin markası,
dövlət qeydiyyat nişanı, sahibinin adı, soyadı,
texniki baxışdan keçmə vaxtı, həmçinin
növbəti ildə texniki baxışa təqdim olunma
ayı göstərilməklə (həmin ayda dəlik
açılmaqla və s.), müvafiq qeydlər
aparılır. Talona DYP-nin möhürü vurulur və
içəri tərəfindən avtomobilin qabaq
şüşəsinin aşağı sağ
küncünə hər iki tərəfdən 15 sm
məsafədə yapışdırılır.
[6] 25 oktyabr 2005-ci il
tarixli 464 nömrəli Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin Əmri (Azərbaycan
Respublikası Mərkəzi İcra Hakimiyyəti
Orqanlarının Normativ Aktlarının Bülleteni, 2005-ci
il, ¹ 10-11) ilə 8.5.9
bəndində "həmçinin
təkrar dövlət texniki baxışının
keçirilməsinə görə xidmət haqqının ödənilməsi barədə qəbz təqdim
edildikdən"
sözləri çıxarılmışdır.
[7] 25 oktyabr 2005-ci il
tarixli 464 nömrəli Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin Əmri (Azərbaycan
Respublikası Mərkəzi İcra Hakimiyyəti
Orqanlarının Normativ Aktlarının Bülleteni, 2005-ci
il, ¹ 10-11) ilə 8.5.10
bəndində "əmlak"
sözü "illik yol"
sözləri ilə əvəz edilmişdir.
[8] 25 oktyabr 2005-ci il
tarixli 464 nömrəli Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin Əmri (Azərbaycan
Respublikası Mərkəzi İcra Hakimiyyəti
Orqanlarının Normativ Aktlarının Bülleteni, 2005-ci
il, ¹ 10-11) ilə 8.7.3
bəndinin 3-cü abzası yeni məzmunda verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
- nəqliyyat
vasitələrinin sayını, onların sahiblərindən
müəyyən edilmiş məbləğdə verginin və dövlət texniki
baxışının keçirilməsi ilə
əlaqədar toplanan xidmət haqlarının
ödənilməsini təsdiq edən sənədlər.
[9] 28 sentyabr 2010-cu il tarixli 606 nömrəli Azərbaycan
Respublikası Daxili İşlər
Nazirliyinin
Əmri (Azərbaycan
Respublikasının Normativ Aktlarının Bülleteni, 2010-cu
il, ¹ 10) ilə Təlimata 11 nömrəli əlavə
yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Təlimata
11 saylı əlavə
Dövlət texniki baxışından
keçmə talonu (təsviri)
1. Talon blankları
özüyapışan kağızdan hazırlanır. Talonun
üz tərəfinin fonu sarı, yaşıl,
qırmızı rənglərdən biri olmaqla, üç
ildən bir təkrarlanır. Fonda avtomobil silueti təsvir
olunur.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
2. Talonun
ölçüsü hündürlüyü —
3. Üz
tərəfində aşağıdakılar yazılır:
Soldan 20x10 mm
ölçüdə Azərbaycan Respublikasının simvolu
AZ; sağda 30x18 mm ölçüdə — DYP sözü,
ortada 50x35 mm ölçülü sahədə şriftlə
nəqliyyat vasitəsinin dövlət texniki
baxışından keçirilməsi ili. Talonun kənar
tərəflərində növbəti ildə texniki
baxış ayı göstərilir.
4. Talonun arxa
tərəfində onun nömrəsi, möhür yeri,
nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat
nişanı, sahibi, dövlət texniki
baxışının keçirildiyi ay və il
göstərilir. Talonun sağ tərəfində nömrə
hissəsi kəsilib qeydiyyat şəhadətnaməsinə
yapışdırılır.
5. Talonun arxa hissəsindəki
qeydlər DYP müfəttişinin imzası və
möhürü ilə təsdiq edilir.
[10] 25 oktyabr 2005-ci il
tarixli 464 nömrəli Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin Əmri (Azərbaycan
Respublikası Mərkəzi İcra Hakimiyyəti
Orqanlarının Normativ Aktlarının Bülleteni, 2005-ci
il, ¹ 10-11) ilə Təlimatın
12 nömrəli əlavəsində göstərilən
jurnalın sonuncu qrafasında "Əmlak vergisinin miqdarı və qəbz N..." sözləri "İllik yol vergisi və
dövlət rüsumunun ödənilməsi barədə qeyd"
sözləri ilə əvəz olunmuşdur.