“Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların ştat cədvəllərinin maliyyə orqanlarında qeydiyyatdan keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 161 nömrəli Fərmanının 5-ci bəndinin beşinci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.      “Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların ştat cədvəllərinin maliyyə orqanlarında qeydiyyatdan keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2.      Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Büdcədən maliyyələşən idarə və təşkilatların xərclər smetasının və ştat cədvəllərinin maliyyə orqanlarında qeydiyyatdan keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2002-ci il 4 fevral tarixli 19 nömrəli və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 14 fevral tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşən idarə və təşkilatların xərclər smetasının və ştat cədvəllərinin maliyyə orqanlarında qeydiyyatdan keçirilməsi Qaydaları”na əlavələr və dəyişikliklər edilməsi haqqında” 2004-cü il 15 aprel tarixli 51 nömrəli qərarları qüvvədən düşmüş hesab edilsin.

3.      Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsin.

4.      Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A.RASİZADƏ

 

Bakı şəhəri, 3 iyun 2005-ci il

№ 97

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

  2005-ci il 3 iyun tarixli 97 nömrəli qərarı ilə

  TƏSDİQ EDİLMİŞDİR

 

Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların ştat cədvəllərinin maliyyə orqanlarında qeydiyyatdan keçirilməsi

QAYDALARI

1.  Bu Qaydalar “Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 161 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və büdcədən maliyyələşən idarə və təşkilatların ştat cədvəllərinin maliyyə orqanlarında qeydiyyatdan keçirilməsini tənzimləyir.

2.  Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının şəhər, rayon maliyyə idarə və şöbələri (bundan sonra - maliyyə orqanları) dövlət orqanlarının, büdcədən maliyyələşən idarə və təşkilatların (bundan sonra - təşkilatların) strukturunun, ştatlarının, işçilərin vəzifə (tarif) maaşlarının və onlara əlavələrin mövcud qanunvericiliyə uyğun olaraq tətbiq edilməsi, növbəti ilin büdcə layihəsinin tərtibi zamanı əməkhaqqı fondu üzrə tələbatın dəqiq müəyyən edilməsi məqsədilə bu təşkilatların (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti və Azərbaycan Respublikasının Prokurorluğu istisna olunmaqla) ştat cədvəllərini, habelə ştat cədvəllərinə dəyişiklikləri bu Qaydalara uyğun olaraq qeydiyyatdan keçirirlər.[1]

3.  Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşən təşkilatların ştat cədvəlləri Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mərkəzi aparatında, Azərbaycan Respublikasının dövlət büdcəsinin yerli xərclərindən maliyyələşən təşkilatların ştat cədvəlləri Azərbaycan Respublikasının şəhər, rayon maliyyə idarə və şöbələrində, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən təşkilatların ştat cədvəlləri isə Naxçıvan Muxtar Respublikasının maliyyə orqanlarında qeydiyyatdan keçirilir.

4.  Ştat cədvəlləri maliyyə orqanlarına hər il martın 1-dən gec olmayaraq təqdim edilir və bu qeydiyyat təşkilatlar üçün zəruridir.

5.  Maliyyə orqanlarında ştat cədvəlləri hər il iyunun 1-dək qeydiyyatdan keçirilir.

Təşkilatların ştat cədvəlləri müəyyən olunmuş dövrdə qeydiyyatdan keçirilməmişdirsə, bu zaman maliyyə orqanlarında növbəti ilin büdcə layihəsinin tərtibi zamanı həmin təşkilatlarda əməkhaqqı fondu üzrə tələbatın müəyyən edilməsi qeydiyyatdan keçirilmiş əvvəlki ştat cədvəlləri əsasında müvafiq qaydada həyata keçirilir (qanunvericiliklə müəyyən edilmiş qaydada əməkhaqqı artımı istisna olmaqla).

6.   Qanunvericiliklə əməkhaqqının yeni səviyyəsi müəyyən edildikdə, ştat cədvəllərinə dəyişikliklər növbəti ildə qeydiyyat keçirilən zaman nəzərə alınır.

Mövcud qanunvericiliyin tələbləri gözlənilməklə ştat cədvəlinin tərtib edilməsinə, təsdiq edilməsinə və müəyyən edilmiş müddətdə maliyyə orqanlarına qeydiyyatdan keçirilmək məqsədilə təqdim edilməsinə görə təşkilatların rəhbərləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada şəxsən məsuliyyət daşıyırlar.

7.   Əməyin ödənişində Vahid Tarif Cədvəli tətbiq edilən təşkilatlarda büdcənin müvafiq bölməsinin hər bir paraqrafı üzrə icmal səviyyədə tərtib olunmuş ştat (kontingent) və əməkhaqqı fondu göstəriciləri (büdcədən maliyyələşən təhsil, səhiyyə, mədəniyyət, idman, sosial təminat sahələrində isə inzibati-idarə heyətinin ştat cədvəlləri) və əməyin ödənişi fonduna təsir edən digər ştat-şəbəkə göstəriciləri maliyyə orqanlarına qeydiyyatdan keçirilmək üçün təqdim olunur.

Büdcənin müvafiq bölməsinin hər bir paraqrafındakı təşkilatların fərdi ştat və əməkhaqqı fondu göstəriciləri tabe olduqları müvafiq icra orqanı tərəfindən müəyyən olunmuş qaydada onlara çatdırılır.

8.       Nümunəvi ştatlar əsasında ştat sayı müəyyən edilmiş təşkilatların büdcənin müvafiq bölmələrinin hər bir paraqrafı üzrə icmal səviyyəsində ştat (kontingent) və əməkhaqqı fondu göstəriciləri həmin nümunəvi ştatlara uyğun olaraq qeydiyyatdan keçirilmək üçün qəbul olunur.

9.       Ştat cədvəllərinin baxılması və qeydiyyatdan keçirilməsi ilə əlaqədar maliyyə orqanlarına aşağıdakı sənədlər təqdim edilir:

-     dövlət orqanları üzrə bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun olaraq təsdiq edilmiş ştat cədvəli;

-     digər təşkilatlar üzrə bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun olaraq təsdiq edilmiş müvafiq ştat (kontingent) və əmək haqqı fondu göstəriciləri;

-     əvvəl qeydiyyatdan keçirilmiş ştat cədvəlində cari ildə dəyişiklik aparıldığı təqdirdə bu Qaydaların 3 nömrəli əlavəsinə uyğun olaraq təsdiq olunmuş “Ştat cədvəllərinə edilmiş dəyişikliklərə dair Siyahı” və bu dəyişikliklərin aparılması ilə bağlı təsdiqedici sənədlər.

10.  Qeydiyyat zamanı maliyyə orqanları tərəfindən aşağıdakılar araşdırılır:

- ştat cədvəlində nəzərdə tutulan vəzifə adlarının müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifə adlarına uyğunluğu;

- ştat cədvəlində nəzərdə tutulan ştatların müvafiq qanunvericilik aktlarına, nümunəvi ştatlara və ştat normativlərinə uyğunluğu;

- ştat cədvəlində nəzərdə tutulan vəzifə maaşlarının və onlara əlavələrin mövcud vəzifə maaşları sxeminə, Vahid Tarif Cədvəlinə və əməkhaqqını tənzimləyən digər normativ hüquqi aktlara uyğunluğu.

Ştat cədvəllərinə baxılması və onların qeydiyyatdan keçirilməsi zamanı maliyyə orqanları təşkilatların strukturunun təkmilləşdirilməsi və ştatların ixtisarı hesabına xərclərin azaldılması imkanlarına diqqət yetirməlidirlər.

11.  Hər bir təşkilat üzrə təqdim olunmuş ştat cədvəlinə əsasən müəyyən edilən əməkhaqqı fondunun illik məbləği büdcədə təsdiq olunmuş illik əməkhaqqı fondundan artıq olmamalıdır (qanunvericiliyə uyğun olan dəyişikliklər istisna olmaqla).

12.  Dövlət orqanlarının mərkəzi aparatının ştat cədvəli mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq təminedici və yardımçı bölmələrin siyahısı razılaşdırılmaqla təsdiq olunmuş struktura uyğun olmalıdır.

Dövlət orqanlarının maliyyə orqanlarına qeydiyyatdan keçirilmək üçün təqdim etdikləri ştat cədvəllərində bu Qaydaların 1 nömrəli əlavəsinin “Vəzifə maaşına əlavələr” sütununda ayrı-ayrı dövlət qulluqçularının vəzifə maaşlarına ixtisas dərəcəsinə və qulluq stajına görə verilən əlavələr göstərilmir və bu əlavələrin hər birinin cəmi ayrıca sətirlərdə göstərilməklə aylıq əməkhaqqı fonduna daxil edilir. Həmin əlavələrlə bağlı büdcədə nəzərdə tutulan vəsaitin həcmi qanunvericiliyə uyğun olaraq normalara əsasən müəyyən edilir.  [2]

13. Ştat cədvəllərinin və ştat cədvəllərinə edilən dəyişikliklərin qeydiyyatı bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq qeydiyyat vərəqəsi əsasında aparılır.

Qeydiyyat vərəqəsi 2 nüsxədən ibarət tərtib olunur, 1-ci nüsxə təşkilatlara verilir, 2-ci nüsxə isə qeydiyyat aparan maliyyə orqanında saxlanılır.

Qeydiyyatdan keçirilən zaman “Azərbaycan Respublikası vahid büdcə təsnifatı”nın büdcə xərclərinin inzibati təsnifatına uyğun olaraq, hər bir mərkəzləşdirilmiş xərclərdən maliyyələşən təşkilat üçün funksional təsnifatın bölmələrinə uyğun olaraq, 1 qeydiyyat vərəqəsi verilir.

14.  Qeydiyyata alınmış ştat cədvəllərinə cari ildə edilən dəyişikliklər müəyyən olunmuş əməkhaqqı fondu (vəzifə maaşlarına əlavələr istisna olmaqla) və ştat sayı dairəsində aparılırsa, ştat cədvəllərinə dəyişikliklər qeydiyyatdan keçirilmir.

15.  Müvafiq razılaşma olmadan, vəzifə adlarının dəyişdirilməsi hesabına əmək haqqı fondu (vəzifə maaşına əlavələr istisna olmaqla) artırıldığı hallarda, həmin ştat cədvəlinin qeydiyyatı keçirilmir və əməkhaqqı fondu üzrə tələbat müəyyən edilərkən, bu artım nəzərə alınmır.

16.  Təşkilatların ştat cədvəllərinin maliyyə orqanlarında qeydiyyatdan keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada hesabatlar tərtib olunur.

 

 

 “Büdcədən maliyyələşən idarə və təşkilatların ştat

cədvəllərinin qeydiyyatdan keçirilməsi Qaydaları”na

1 NÖMRƏLİ ƏLAVƏ

 

         Təsdiq edirəm:

            Ştat sayı ____________ vahid olmaqla

Aylıq əməkhaqqı fondu* ___________

                    (manat)

_________________________________

                                 (dövlət orqanının rəhbəri)

“__” ________________200 _____ il

M.Y.

 

 

 _____________________________    _________il tarixə

(dövlət orqanının adı)

 

Ştat cədvəli

 

                                                                                   (manatla)

Struktur bölməsinin, vəzifənin adı

Ştat sayı (vahid)

Aylıq vəzifə maaşı

Vəzifə maaşına əlavələr**

Aylıq əməkhaqqı fondu

QEYD

1

2

3

4

5

6

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Cəmi

 

 

 

 

 

  Dövlət qulluqçularının vəzifə maaşına ixtisas dərəcəsinə görə verilən əlavələrin cemi

 

 

  Dövlət qulluqçularının vəzifə maaşına qulluq stajına görə verilən əlavələrin cəmi

 

 

   YEKUN

 

 

 

 

 

 

Tərtib edənlər:

*   Aylıq əməkhaqqı fondu sətri 5-ci sütunun yekunu ilə uyğun gəlməlidir.

** Bu sütunda qanunvericiliklə nəzərdə tutulmuş əlavələr göstərilməli (dövlət orqanlarında dövlət qulluqçularının vəzifə maaşına ixtisas dərəcəsinə və qulluq stajına görə verilən əlavələr istisna olmaqla) və bu əlavənin verilməsi üçün əsas olan normativ hüquqi sənəd barədə “Qeyd” sütununda müvafiq açıqlama verilməlidir.

 

  

“Büdcədən maliyyələşən idarə və təşkilatların ştat

cədvəllərinin qeydiyyatdan keçirilməsi Qaydalarına

2 NÖMRƏLİ ƏLAVƏ

 

  Təsdiq edirəm:

Ştat sayı ______________ vahid olmaqla

Aylıq əməkhaqqı fondu* _____________

            (manat)

___________________________________

      (dövlət orqanının rəhbəri)

“___” ____________________ 200 _____il

 

M.Y.

 

 

 

______________________________________________________________________________ nın

dövlət büdcəsinin _____________________________________________ bölmə üzrə 200 ___ ilə

_____________________________________________________________ paraqrafı səviyyəsində

 

 

 

Ştat (kontingent) və əməkhaqqı fondu göstəriciləri

 

Sıra

№-si

Struktur bölməsinin, vəzifənin adı

Əm    əyin ödənişi dərəcəsi

Ştat (sosial sahələrdə inzibati-idarə heyətinin) sayı (vahid)

VTC-yə əsasən aylıq tarif (vəzifə) maaşı (manat)

Əlavələr*

Aylıq əməkhaqqı

Qeyd

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

C əmi

 

 

 

 

 

 

 

 

 

* Bu sütunda qanunvericiliklə nəzərdə tutulan bütün əlavələr ayrı-ayrılıqda göstərilməli və bu əlavənin verilməsi üçün əsas olan normativ hüquqi sənəd barədə “Qeyd” sütununda müvafiq açıqlama verilməlidir.

 

 

 

 

“Büdcədən maliyyələşən idarə və təşkilatların ştat

cədvəllərinin qeydiyyatdan keçirilməsi Qaydaları”na

3 NÖMRƏLİ ƏLAVƏ

 

           Təsdiq edirəm:

Ştat sayı _________________ vahid olmaqla

Aylıq əməkhaqqı fondu _________________

______________________________________

əməkhaqqı fondu məbləğində

(dəyişikliklər nəzərə alınmaqla)

 

M.Y.                                              Tarix

 

 

 

Ştat cədvəlində edilmiş dəyişikliklərə dair

SİYAHI

 

Təşkilatın adı _____________________________________________________________________

Maliyyə orqanının adı ____________________________________ qeydiyyatdan keçirilmişdir.

_________________ tarixli ______ №-li qeydiyyat vərəqəsinə əsasən ___________ ştat sayı və

___________________________ min manat aylıq əməkhaqqı fondu məbləğində

 

 

                                                                             (manatla)

Struktur bölməsinin, vəzifənin adı

Ştat sayı (vahid)

Aylıq (tarif) vəzifə maaşı

Vəzifə maaşına əlavələr

Aylıq əməkhaqqı fondu

QEYD

1

2

3

4

5

6

Qeydiyyatdan keçirilib

 

 

 

 

 

Ştat cədvəlindən çıxanlır

 

 

 

 

 

Ştat cədvəlinə daxil edilir

 

 

 

 

 

Cəmi

 

 

 

 

 

 

 

Tərtib edənlər:

 

Tarix “___” _________________________ 200 ___il                      M.Y.

 

 

 

 

 

 

“Büdcədən maliyyələşən idarə və təşkilatların ştat

cədvəllərinin qeydiyyatdan keçirilməsi Qaydaları”na

4 NÖMRƏLİ ƏLAVƏ

 

 

QEYDİYYAT VƏRƏQƏSİ № _____________

 

 

1.  Büdcədən maliyyələşən təşkilatın adı _____________________________________________

 

2.  Büdcə xərclərinin funksional təsnifatının “____________” bölməsi, “___________” köməkçi bölməsi, “___________” paraqrafı üzrə büdcədən maliyyələşən təşkilatın işçilərinin sayı “___________” nəfər olmaqla, aylıq əməkhaqqı fondu “________________________” manat,

                                                                                       (rəqəmlə və hərflə)

vəzifə maaşına əlavələr nəzərə alınmadan aylıq əməkhaqqı fondu “__________________” manat

  (rəqəmlə və hərflə)

məbləğində qeydiyyata alınmışdır.

 

 

Qeydiyyata alınıb “______” ____________________ 200____ -ci il

 

_____________________________________________________________________________________

(Maliyyə orqanının adı)

__________________________________________     ________________________________________

            (Səlahiyyətli şəxsin adı, soyadı, vəzifəsi)                           (Səlahiyyətli şəxsin imzası və möhür)

 

..........................................................................................................................................................................

 

 

     

     Büdcə xərclərinin funksional təsnifatının “___________” bölməsi, “____________” köməkçi bölməsi, “____________________” paraqrafı üzrə büdcədən maliyyələşən təşkilatın işçilərinin sayı “________” nəfər olmaqla, aylıq əməkhaqqı fondu “_________________________”

                                                                                                                                             (rəqəmlə və hərflə)

manat, vəzifə maaşına əlavələr nəzərə alınmadan aylıq əməkhaqqı fondu “_________________”

(rəqəmlə və hərflə)

manat məbləğində qeydiyyata alınmışdır.

 

 

                                                                                

Yenidən qeydiyyata alınıb “______” ______________ 200 _______-ci il

 

_____________________________________________________________________________________

(Maliyyə orqanının adı)

 

 

 

(Qeydiyyat vərəqəsinin arxa üzü)

 

 

Büdcə xərclərinin funksional təsnifatının “_____________” bölməsi, “____________” köməkçi bölməsi, “_________” paraqrafı üzrə büdcədən maliyyələşən təşkilatın işçilərinin sayı “_____________” nəfər olmaqla, aylıq əməkhaqqı fondu “____________________” manat, vəzifə

                                                                      (rəqəmlə və hərflə)

maaşına əlavələr nəzərə alınmadan aylıq əməkhaqqı fondu “________________________” manat

                (rəqəmlə və hərflə)

məbləğində qeydiyyata alınmışdır.

 

 

 

Yenidən qeydiyyata alınıb “________” _________________ 200 ____-ci il

 

_____________________________________________________________________________________

(Maliyyə orqanının adı)

 

______________________________________        ___________________________________________

       (Səlahiyyətli şəxsin adı, soyadı, vəzifəsi)                           (Səlahiyyətli şəxsin imzası və möhür)

 

..........................................................................................................................................................................

 

 

Büdcə xərclərinin funksional təsnifatının “____________” bölməsi, “_____________” köməkçi bölməsi, “ __________” paraqrafı üzrə büdcədən maliyyələşən təşkilatın işçilərinin sayı “____________” nəfər olmaqla, aylıq əməkhaqqı fondu “_____________________” manat, vəzifə

  (rəqəmlə və hərflə)

maaşına əlavələr nəzərə alınmadan aylıq əməkhaqqı fondu “________________________” manat

                                                                                                    (rəqəmlə və hərflə)

məbləğində qeydiyyata alınmışdır.

 

 

 

 

Yenidən qeydiyyata alınıb “_________” ______________200 ______-ci il

 

 

_____________________________________________________________________________________

(Maliyyə orqanının adı)

 

 

 

_______________________________________              _______________________________________

      (Səlahiyyətli şəxsin adı, soyadı, vəzifəsi)                                   (Səlahiyyətli şəxsin imzası və möhür)

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1.       20 sentyabr 2006-cI il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cI il, № 9, maddə 826)

2.       14 oktyabr 2006-cI il tarixli 224 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cI il, № 10, maddə 902)

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 14 oktyabr 2006-cI il tarixli 224 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cI il, № 10, maddə 902) ilə "Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların ştat cədvəllərinin maliyyə orqanlarında qeydiyyatdan keçirilməsi Qaydaları"nın 2-ci bəndində "Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsi" sözləri

" Ədliyyə Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

 

[2] 20 sentyabr 2006-cI il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cI il, № 9, maddə 826) ilə “Ali və orta ixtisas təhsili müəssisələrinin attestasiyası və akkreditasiyası haqqında Əsasnamə”nin 1.3-cü bəndinin ikinci abzasında “aparıcı” sözü “təminedici” sözü ilə əvəz edilmişdir.