Azərbaycan
Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi
Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və
Tədris Birliyinin bəzi məsələləri haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
“Məhkəmə
ekspertizası fəaliyyəti haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli,
252 nömrəli Fərmanının icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır: [1]
1. "Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və
Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin
Əsasnaməsi" təsdiq edilsin (əlavə olunur).[2].
2. Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya
Elmi-Təcrübi və Tədris Birliyinin
əməkdaşlarına Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin mərkəzi aparatının
əməkdaşlarının əməyinin
ödənilməsi şərtləri və forması
şamil edilsin. [3].
3. Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi Maliyyə Nazirliyi və Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə
razılaşdırmaqla Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya
Elmi-Təcrübi və Tədris Birliyinin
əməkdaşlarının vəzifə
maaşlarını tabeliyində olduqları nazirliyin
mərkəzi aparatının müvafiq vəzifə
maaşları səviyyəsində təsdiq etsin.
4. Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya
Elmi-Təcrübi və Tədris Birliyinin
əməkdaşlarına ixtisas dərəcələrinə
görə əlavələr aşağıdakı kimi
müәyyәn edilsin:
yüksək dərəcəli ekspert –
aylıq əmək haqqının 20 faiz
məbləğində;
birinci dərəcəli ekspert – aylıq
əmək haqqının 15 faizi məbləğində;
ikinci dərəcəli ekspert – aylıq
əmək haqqının 10 faizi məbləğində.
5. Bu qərar 2003-cü il yanvar
ayının 1-dən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı
şəhəri, 17 yanvar 2003-cü il
¹ 8
|
|
|
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya
Elmi-Təcrübi və Tədris Birliyinin
ƏSASNAMƏSİ
1. ÜMUMİ MÜDDƏALAR
1.1.
Azərbaycan Respublikasında məhkəmə-tibb
ekspertizası səhiyyə sistemi nəzdində ədalət
məhkəməsinin məqsəd və
vəzifələrinə xidmət edir. Onun fəaliyyəti
eyni zamanda əhaliyə müalicə xidməti
keyfiyyətinin yaxşılaşdırılmasında və
profilaktika tədbirlərinin həyata keçirilməsində
səhiyyə orqanlarına hərtərəfli kömək
göstərilməsinə yönəldilmişdir.
1.2.
Məhkəmə-tibb ekspertizası Azərbaycan Respublikası
və Naxçıvan Muxtar Respublikası Səhiyyə
Nazirliyinin məhkəmə-tibbi ekspertizası
müəssisələrində aparılır. Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası
və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi
inzibati-təsərrüfat cəhətdən Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyinə tabedir.
1.3.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya
Elmi-Təcrübi və Tədris Birliyi (bundan sonra - Birlik)
Azərbaycan Respublikasında Məhkəmə-tibbi ekspertiza
fəaliyyətini həyata keçirən idarədir.
Azərbaycan Respublikasında məhkəmə-tibb
ekspertizası fəaliyyətinin maddi-texniki, elmi-metodik və
təşkilati təminatı Səhiyyə Nazirliyi
tərəfindən həyata keçirilir.
1.4.
Birlik öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, "Dövlət
Məhkəmə Ekspertizası fəaliyyəti
haqqında" Azərbaycan Respublikasının Qanununu, Azərbaycan
Respublikasının cinayət-prosessual
məcəllələrini, "əhalinin
sağlamlığının qorunması haqqında"
Azərbaycan Respublikasının Qanununu, Azərbaycan
Respublikasının digər qanunlarını, Azərbaycan
Respublikası Prezidentinin fərman və
sərəncamlarını, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin normativ hüquqi aktlarını, bu
Əsasnaməni rəhbər tutur və onların
icrasını təmin edir.
1.5.
Birlik hüquqi şəxsdir, dövlət büdcəsinin
vəsaiti və qanunvericiliklə qadağan edilməyən
digər mənbələr hesabına
maliyyələşdirilir, əmlaka, müstəqil balansa,
müvafiq xəzinə hesablarına malikdir, öz adından
müqavilələr bağlaya bilər.
1.6.
Birliyin Azərbaycan Respublikasının Dövlət gerbinin
təsviri və öz adı olan möhürü, habelə
müəyyən olunmuş nümunəvi blankları
vardır.
2. BİRLİYİN MƏQSƏD VƏ
VƏZİFƏLƏRİ
2.1.
Birliyin fəaliyyəti insan və vətəndaş
hüquqlarının və azadlıqlarının
qorunması, qanunçuluğun təmin edilməsi,
ekspertlərin müstəqilliyi, elm və texnikanın
müasir nailiyyətlərindən istifadə edilməklə
həyata keçirilən tədqiqatların obyektivliyi,
hərtərəfliliyi və tamlığı
prinsiplərinə əsaslanır.
2.2.
Birliyin əsas vəzifələri
aşağıdakılardır:
zorakı
ölüm hallarında meyitlərin ekspertizası;
zorakı
ölümlərə şübhə olarkən və meyitin
məhkəmə-tibb qaydasında müayinəsinin vacibliyini
şərtləndirən digər hallarda meyitlərin
məhkəmə-tibbi ekspertizası;
sağlamlığa
zərər vurmanın xarakterinin və ağırlıq
dərəcəsinin, yaşın, cinsi vəziyyətlərin
müəyyənləşdirilməsi, həmçinin məhkəmə
təbabəti sahəsində bilik tələb edən
digər məsələlərin həlli üçün
canlı şəxslərin (zərərçəkən,
təqsirləndirilən və digər şəxslər)
ekspertizasının keçirilməsi və rəy
verilməsi;
laborator
müayinə üsullarının tətbiqi ilə ekspertiza
etmək;
cinayət
və mülki iş materialları üzrə
məhkəmə-tibbi ekspertiza;
ilkin
və digər istintaq hərəkətlərində
(hadisə yerində meyitlərin müayinəsində,
ekshumasiyada, istintaq eksperimentlərində, ifadələrin
yerində yoxlanılmasında, müqayisə tədqiqat
üçün nümunə götürülməsində)
məhkəmə-tibb ekspertlərinin mütəxəssis kimi
iştirakı;
xəstə
orqanizmdə baş verən patoloji proseslərin xarakterinin
müalicə və diaqnostika işlərində
buraxılmış səhvlərin təhlil edilməsi;
məhkəmə
təbabəti və patoloji anatomiya təcrübəsində
yeni müayinə metodlarını vaxtında tətbiq
etmək, keçirilən ekspertizaların və
müayinәlәrin keyfiyyətini yüksəltmək
və onların icra müddətlərini qısaltmaq məqsədi
ilə görülən işləri daim
təkmilləşdirmək;
vətəndaşların
ərizə və şikayətlərinə əsasən
müalicə-profilaktika müəssisələrinə tibbi
sənədlər barədə müvafiq sorğu etmək
və diaqnostika-müalicə işlərində buraxılan
kobud səhvlərin aşkar edilməsi zamanı
səhiyyə orqanları rəhbərliyinə vaxtında
məlumat vermək, belə hallar üzrə kliniki
məhkəmə-tibbi və kliniki patoloji anatomik konfranslar
keçirmək;
qəfləti
ölüm, iş yeri, küçə, məişət
travmatizmi, zəhərlənmə və ölümün
digər növləri üzrə məhkəmə-tibbi
və patoloji-anatomik materialları təhlil edib səhiyyə
orqanlarına profilaktik tədbirlərin işlənib
hazırlanmasında kömək etmək;
iş
yeri, küçə, məişət travmatizmi,
zəhərlənmə, alkoqolizm, narkomaniya və digər
aktual mәsәlәlәrin profilaktikası üzrə
sanitar- maarif işləri aparmaq;
elmi
tədqiqat işlərinin nəticələrinin
səhiyyə təcrübəsində tətbiqini
sürətləndirmək, tibbi elminin qabaqcıl nailiyyətlərinin
təbliğini təmin etmək;
Səhiyyə
Nazirliyinin əmr və xüsusi
göstərişlərinə müvafiq olaraq kəskin
yoluxucu və xüsusi təhlükəli
xəstəlikləri aşkar etdikdə, səhiyyə
orqanlarına təcili məlumat vermək.
2.3.
Birlik məhkəmə-tibb ekspertizasının, kriminalistikanın
və digər sahələrin elmi əsaslarını və
yeni metodlarını hazırlamaq, elm və texnikanın
müasir nailiyyətlərini nəzərə almaqla ekspert
praktikasını təkmilləşdirmək sahəsində
təkliflər hazırlayır, məhkəmə-tibbi, tibbi
kriminalistik, tibbi bioloji, məhkəmə-kimyəvi
ekspertizaları aparır və rəylər verir.
2.4.
Məhkəmə-tibbi ekspertiza materialları üzrə elmi
təcrübi işlərin aparılması (hadisələri
həkim konfranslarında təhlil etmək, mətbuatda
dərc etmək) istintaq sirinin yayılmasına səbəb
olmadıqda və ya müstəntiqin, prokurorun,
məhkəmənin icazəsi olduqda, ya da hökm qanuni
qüvvəyə mindikdən sonra mümkündür.
2.5.
Birlik idarəetmənin, planlaşdırmanın,
maliyyələşdirmənin, kargüzarlığın,
maddi və mənəvi həvəsləndirmənin,
əməyin elmi təşkilinin
təkmilləşdirilməsi üzrə tədbirlər
işləyir və həyata keçirir.
3. BİRLİYİN
İDARƏÇİLİYİ VƏ STRUKTURU
3.1.
Birliyə Azərbaycan Respublikasının səhiyyə naziri
tərəfindən vəzifə təyin edilən və
vəzifədən azad olunan baş direktor rəhbərlik
edir.
Birliyin
baş direktorunun hüquq və vəzifələri
aşağıdakılardır:
məhkəmə
tibbi ekspertizasının təyin olunması haqqında
qərarı (qərardadı aldıqdan sonra onun təşkil
edilməsi və aparılması, ekspertin məhkəmə
iclaslarında, istintaq və məhkəmə
hərəkətlərində iştirakının təmin
olunması üzrə müvafiq tədbirlər görmək;
Birlikdə
konkret ixtisas üzrə ekspert, zəruri maddi-texniki baza və
yaxud tədqiqat aparılması üçün xüsusi
şərait olmadıqda, məhkəmə-tibb ekspertizası
təyin olunması barədə qərarı
(qərardadı) icra edilmədən tədqiqata təqdim
edilmiş obyekt və işin materialları ilə birlikdə
geri qaytarmaq;
məhkəmə-tibbi
ekspertizasının təyin edilməsi haqqında qərarda
(qərardadda) göstərilmiş digər idarələrin
iştirakı ilə məhkəmə ekspertizası aparılmasını
təşkil etmək;
rəy
verilməsi üçün Birliyin əməkdaşı olmayan
şəxslərin zəruri birliyinə ehtiyac yarandıqda,
məhkəmə ekspertizasını təyin etmiş orqanla
və ya şəxslə razılaşdırılmaqla,
onları ekspert qismində məhkəmə
ekspertizasının aparılmasına cəlb etmək;
ekspertlə
(ekspertlərə) onların hüquq və
vəzifələrini izah etmək;
eksperti
bilə-bilə yalan rəy verməyə və rəy
verməkdən imtina etməyə görə
məsuliyyəti haqqında xəbərdar etmək və bu
barədə ondan məhkəmə-tibbi ekspertizasını
təyin etmiş orqana və ya şəxsə rəylə
birlikdə göndərilməsi üçün müvafiq
iltizam almaq;
qanunvericilikdə
nəzərdə tutulmuş qaydada məhkəmə-tibbi
ekspertizasının aparılması müddətini
müəyyənləşdirmək və onun
gözlənilməsinə nəzarət etmək;
ekspertin
müstəqilliyi prinsipinə əməl olunmaqla aparılan
tədqiqatların tamlığı və keyfiyyəti
üzərində nəzarət etmək;
tədqiqatlar
başa çatdıqdan sonra ekspertin rəyini tədqiqat
obyektlərinə və iş üzrə materialların
məhkəmə-tibbi ekspertizasını təyin etmiş
orqana və ya şəxsə göndərilməsini təmin
etmək;
bütün
dövlət orqanlarında, idarələrində və
təşkilatlarında Birliyi təmsil etmək;
öz
səlahiyyəti çərçivəsində Birliyin
maliyyə fəaliyyətinə dair məsələləri
həyata keçirmək;
Birliyin
fəaliyyətinə dair əmr və sərəncamlar
vermək;
Birliyin
işçilərinin işə qəbul və işdən
azad edilməsini təmin etmək, əmək və icra
intizamına əməl edilməsinə görə
fərqlənmiş işçilərin
mükafatlandırılmasını, habelə əmək
və icra intizamının pozulmasına görə intizam
məsuliyyətinə cəlb edilməsini həyata
keçirmək;
qanunvericiliyə
uyğun olaraq digər hüquq və vəzifələri
həyata keçirmək.
3.2.
Birliyin işi haqqında məsələlərə
baxılması və onların həlli üçün,
həmçinin məhkəmə-tibb və patoloji anatomiya
xidmətlərinin fəaliyyətini müntəzəm
təkmilləşdirmək və
yaxşılaşdırmaqdan ötrü inzibati şura
yaradılır. İnzibati şuraya Birliyin baş direktoru onun
müavinləri, struktur şöbə və
bölmələrinin rəhbərləri, həmkarlar
təşkilatının nümayəndəsi və
aparıcı mütəxəssislər daxil edilirlər.
3.3.
Birliyin işi üzrə inzibati şuranın tərkibi
baş direktor tərəfindən təsdiq edilir. Birliyin
baş direktoru inzibati şuranın sədridir.
3.4.
İnzibati şuranın qəbul etdiyi qərarlar birlik
üzrə əmrlər vasitəsilə həyata
keçirilir.
3.5.
Birliyin struktur bölmələri barədə Əsasnamə
Birliyin baş direktoru tərəfindən təsdiq edilir.
3.6.
Birliyin baş direktorunun müavinləri onun təqdimatına
əsasən səhiyyə naziri tərəfindən təyin
olunurlar. Müavinlərin vəzifələrinin
səlahiyyət bölgüsü Birliyin baş direktoru
tərəfindən müəyyən edilir.
3.7.
Birliyin strukturu Birliyin baş direktorunun təqdimatı
əsasında səhiyyə naziri tərəfindən
təsdiq edilir.
Birliyin
ştat sayı və ştat cədvəli səhiyyə
naziri tərəfindən təsdiq edilir.
4. BİRLİYİN YARADILMASI VƏ
LƏĞV EDİLMƏSİ
Birliyin
yaradılması və ləğv edilməsi Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
həyata keçirilir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1.
27 yanvar 2005-ci il tarixli 8 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 1, maddə 52)
2.
6 iyul 2006-cı il tarixli 166 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 6, maddə 634)
3.
29 iyun 2020-ci
il tarixli 229 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 iyul 2020-ci il, ¹
125, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 6, maddə
819)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 29 iyun 2020-ci il tarixli 229 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 iyul 2020-ci il, ¹
125, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 6, maddə
819) ilə preambulada “Dövlət məhkəmə”
sözləri “Məhkəmə”
sözü ilə əvəz edilmişdir.
[2] 6 iyul
2006-cı il tarixli 166 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 6, maddə 634) ilə “Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və
Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin
bəzi məsələləri haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2003-cü il 17
yanvar tarixli 8 nömrəli qərarının 1-ci bəndi çıxarılmışdır.
[3] 27 yanvar 2005-ci
il tarixli 8 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005-ci il, ¹ 1, maddə 52) ilə 2-ci
və 3-cü bəndlər
çıxarılmışdır.