"Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan
Respublikasının Torpaq Məcəlləsinə (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1999-cu il, ¹ 8, maddə
478; 2001-ci il, ¹ 12, maddə 736; 2002-ci il, ¹ 5, maddə 237,
maddə 241) aşağıdakı dəyişikliklər
və əlavələr edilsin:
1.
47-ci maddənin 7-ci bəndinə aşağıdakı
məzmunda ikinci cümlə əlavə edilsin:
"Bələdiyyələr
bələdiyyə mülkiyyətinə torpaq alınması
zəruriyyəti yarandığı hallarda dövlət
mülkiyyətindən torpaq almaq barədə müvafiq icra
hakimiyyəti orqanları qarşısında vəsatət
qaldırır.".
2.
56-cı maddənin 2-ci bəndinin ikinci cümləsi
aşağıdakı redaksiyada verilsin:
"Bələdiyyələrin
ehtiyat fondunun yaşayış məntəqələrinin
perspektiv inkişafı üçün cəlb olunan torpaq
sahələri, habelə kənd təsərrüfatına
azyararlı və yararsız torpaqları, hüquqi və
fiziki şəxslərin istifadəsinə və
icarəsinə verilmiş kənd təsərrüfatına
azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına
yararlı hala salınmış kənd
təsərrüfatı təyinatlı torpaqları,
qeyri-kənd təsərrüfatı məqsədləri
üçün istifadəyə və icarəyə
verilmiş torpaq sahələri özəlləşdirilə
bilər.";
həmin
maddənin 5-ci bəndinə aşağıdakı
məzmunda üçüncü abzas əlavə edilsin:
"Bələdiyyə
mülkiyyətində olan torpaq sahəsinin
mülkiyyətə, istifadəyə və icarəyə
verilməsi bələdiyyələrin qərarı ilə
sahənin xüsusiyyətinə və torpağın
ayrılma məqsədinə, mövcud texniki normalara,
habelə yerquruluşu və şəhərsalma
sənədlərinə uyğun olaraq müvafiq icra
hakimiyyəti orqanlarının razılığı
alındıqdan sonra torpaqayırma qaydasında həyata
keçirilir.".
3.
86-cı maddənin 2-ci bəndində "istifadəsində
olan bələdiyyə torpaqları" sözləri
"istifadəsində və icarəsində olan
bələdiyyələrin kənd təsərrüfatına
yararlı torpaqları" sözləri ilə əvəz
edilsin.
4.
96-cı maddənin 4-cü bəndində "kənd
təsərrüfatı məqsədləri üçün
satıldıqda torpaq qanunvericiliyindəki
güzəştlər nəzərə alınır"
sözləri "öz vəsaitləri hesabına yararlı
hala salaraq kənd təsərrüfatı məhsulları istehsal
edən Azərbaycan Respublikasının hüquqi və fiziki
şəxslərinə satıldıqda bu torpaqlarda torpaq
qanunvericiliyi ilə müəyyən edilmiş qiymət
güzəştləri tətbiq olunur" sözləri
ilə əvəz edilsin.
II. "Torpaq bazarı
haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1999-cu il, ¹ 7, maddə
390; 2002-ci il, ¹ 5, maddə 241) 9-cu maddəsinin yeddinci
hissəsində "və yeni torpaqların mülki
dövriyyəyə cəlb edilməsi proqramları
barədə əhalini mütəmadi" sözləri
", bu torpaqların ölçüləri, təyinatı,
qiyməti, olduğu yer göstərilməklə elanlar
vasitəsilə əhalini əvvəlcədən"
sözləri ilə əvəz edilsin.
III.
"Bələdiyyələrin statusu haqqında"
Azərbaycan Respublikası Qanununun (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 1999-cu il, ¹ 7, maddə
405) 30-cu maddəsinin 2-ci bəndinə aşağıdakı
məzmunda üçüncü abzas əlavə edilsin:
"Bələdiyyələr
torpaq sahəsi əldə etmək istəyən hüquqi
və fiziki şəxslərin ərizələrinə 10
gün müddətində baxırlar.".
IV. Bu
Qanun dərc olunduğu gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 3 dekabr 2002-ci il
¹ 393-IIQD