İdman tədbirlərinin keçirilməsi üçün büdcə vəsaitinin
xərclənməsi qaydaları və normalarının
təsdiqi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
İdman
tədbirlərinin keçirilməsi üçün büdcə vəsaitlərinin səmərəli
istifadə olunması məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Vahid təqvim planına uyğun
olaraq keçirilən Beynəlxalq və
Respublika kütləvi bədən tərbiyəsi və idman
tədbirlərinin iştirakçılarının maddi
təminatı üçün vəsaitlərin
xərclənməsinin qaydası və normaları haqqında
Gənclər və İdman Nazirliyinin Maliyyə və
Ədliyyə nazirlikləri ilə razılaşdırılmış
tәklifi qəbul olunsun (əlavə edilir).
2. Digər kütləvi bədən
tərbiyəsi və idman tədbirlərinin maddi
təminatı üçün vəsaitlərin
xərclənməsi qaydası və norması Naxçıvan
Muxtar Respublikasının Nazirlər Kabinetini və rayon
(şəhər) icra hakimiyyəti başçıları
tərəfindən ərazidəki qiymətləri, qüvvədə
olan tarifləri və yerli şəraiti nəzərə
almaqla Azərbaycan
Respublikası Maliyyә Nazirliyi və Gənclər və
İdman Nazirliyi ilə razılaşdırdıqdan sonra
təsdiq edilir. [1]
3. Bu qərar 1 iyul 1997-ci ildən qüvvəyə
minir.
Azərbaycan
Respublikasının Baş naziri
A.
RASİZADƏ
Bakı
şəhəri. 1 iyul 1997-ci il
N 69
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1997-ci il 1 iyul tarixli
69 nömrəli qərarı
ilə
TƏSDİQ EDİLMİŞDİR.
Vahid
təqvim planına uyğun olaraq keçirilən
Ümumrespublika
kütləvi
bədən tərbiyəsi və idman tədbirlərinin
iştirakçılarının
maddi təminatı üçün
vəsaitlərin xərclənməsinin qaydası və
normaları
1. ÜMUMİ
MÜDDƏALAR
Bu
qayda və normalar idman tədbirlərinin iştirakçılarının
maddi təminatı üçün xərclərin və
normaların ödənilməsi qaydasını müəyyənləşdirir.
1.1.
İdman tədbirlərinə-bədən tərbiyəsi
və idman növləri üzrə yarışlar,
tədris-məşq toplanışları, Azərbaycan
Respublikasında keçirilən beynəlxalq
yarışlar, habelə başqa ümumrespublika idman
tədbirləri (bundan sonra idman tədbirləri) aiddir.
İdman tədbirlərinin iştirakçılarının maddi
təminatı normalarına aiddir:
1) yemək təminatı;
2) farmakoloji bərpa vasitələri,
vitaminlər, zülal-qlükoza preparatları və digər vasitələrlə
təminat;
3)
yaşayış sahəsi kirayəsi haqqının ödənilməsi;
4)
hakimlik haqqının ödənilməsi;
5) qaliblərin təltif olunması
xərcləri;
6) xarici idman nümayəndəliklərinə
xidmət və onların qəbulu xərcləri;
7)
idman tədbirləri iştirakçılarının maddi
təminatının digәr növləri.
1.2. İdman tədbirlərinin
iştirakçılarına aiddir:
- idmançılar
- hakimlər - məşqçilər - mütəxəssislər
(mexaniklər, təmirçilər,
mehtərlər, xoreoqraflar, akkompaniatorlar, habelə
yarışlar haqqında
qaydalarda, əsasnamələrdə və başqa
nizamlayıcı sənədlərdə nәzәrdә
tutulmuş digər mütəxəssislər).
1.3.
İştirakçıların idman
tədbirlərinə göndərilməsi bu tədbiri keçirən
təşkilatın rəsmi dəvətnaməsi
əsasında həyata keçirilir.
1.4. Bu Əsasnamə ilə
nəzərdə tutuları normalara uyğun olaraq keçirilən
idman tədbirləri üçün xərclər
xidməti ezamiyyə xərclərinin tərkibinə daxil
edilmir.
2.
İDMAN TƏDBİRLƏRİ KEÇİRİLƏRKƏN
VƏSAİTLƏRİN XƏRCLƏNMƏSİ QAYDALARI
2.1. İdman tədbirləri keçirilərkən
müəyyən olunmuş qaydada aşağıdakılar
təsdiq olunur:
a) yarış haqqında
əsasnamə (reqlament), xarici nümayəndəliklərin
yaşayış proqramı, idman tədbirlərinin keçirilməsi
qaydasını nizamlayan digər sənədlər;
b) idman tədbiri iştirakçılarının
say miqdarını, tədbirin keçirilməsi müddətini
və maddi təminat normalarını əhatə edən
smeta.
2.2. Respublika büdcәsindәn
Respublika Gənclər və İdman Nazirliyinə idman
tədbirləri üçün ayrıları
vəsait hesabına həyata keçirilən idman
tədbirlərinə xərclərin ödənilməsi bu
qaydalara 1 -6-cı əlavələrdəki xərc
normalarına uyğun aparılmalıdır.
2.3. Bu qayda ilə müəyyən
olunan normaların artırılması, Respublika Gənclər
və İdman Nazirliyi, federasiyalar və tədbir keçirən
digәr təşkilatlar tərəfindən büdcәdәnkәnar
vəsaitlər, sponsorların vəsaitləri, sifariş
haqqı və digər mənbələr hesabına müstəqil
olaraq həyata keçirilə bilər.
2.4. Yaşayış sahәsinin
kirayəsi üzrə məsrəflər tədbirin keçirildiyi
şәhәrdә qüvvədə olan 1 -ci kateqoriyalı
bir nəfərlik nömrənin dəyərindən çox
olmamaqla faktiki dəyərə görə həyata keçirilir.
2.5. Mehmanxanada yerlərin
bronlaşdırılması, idman tәdbirinin iştirakçılarının
gəlməsinin müәyyәn olunmuş müddətinə
bir gün qalmışdan çox olmayaraq yerlərin bir
günlük qiymətinin 50 faizə qədər miqdarında
həyata keçirilə bilər.
2.6. İdman qurğularının
və avadanlıqların icarəsi, nәqliyyat, poçt-teleqraf,
dəftərxana xərcləri və digər xərclər qüvvədə
olan tariflərə müvafiq olaraq həyata keçirilməlidir.
2.7. İştirakçılar sırasına
daxil olmayan cəlb edilmiş mütәxәssislәrin
və xidmət heyətinin əməyinin ödənilməsi
üzrə xərclər faktiki yerinə yetirilmiş
iş həcmi nəzərə alınmaqla oxşar
işlərə görə müvafiq sahələrdə
əməyin ödənilməsi üçün qəbul olunmuş
miqdara uyğun olaraq həyata keçirilir.
2.8. Keçirilən
idman tədbirində iştirak etmək üçün yola bir gündən
artıq vaxt sərf olunduqda yeməklə təmin olunmayan
iştirakçıya yolda olmaq müddəti
üçün gündəlik xərc ödənilir.
İdman tədbirlərinin iştirakçılarının,
başqa şəhərli mütəxəssislərin və
xidmət heyətinin ezamiyyə xərcləri qüvvədə olan qanunvericiliklə
xidmәti ezamiyyələr üçün müəyyən olunmuş
normalar üzrə ödәnilir.
2.9.
Xidməti ezamiyyələr zamanı idman tədbiri iştirakçılarının
əmək haqqının saxlanılması qanunvericiliklə
müәyyәn olunmuş qaydada həyata keçirilir.
3.
İDMAN TƏDBİRLƏRİNİN
MALİYYƏLƏŞDİRİLMƏSİ QAYDASI
İdman
tədbirlərinin keçirilməsi
xərclərinin ödənilməsi qaydası hər
bir konkret halda Respublika büdcəsindən vəsaitin daxil
olması vәziyyәtindәn asılı olaraq müəyyən
olunur və bu, yarışlar
haqqında əsasnamələrdə, habelə digər
nizamlayıcı sənədlərdə, həmçinin
tədbiri keçirən və iştirakçı
təşkilatların ikitərəfli müqavilələrində göstərilməlidir.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1997-ci il 1 iyul tarixli
69 nömrәli
qərarına
1 NÖMRƏLİ
ƏLAVƏ
İDMANÇILARIN
VƏ İDMAN TƏDBİRLƏRİNİN DİGƏR
İŞTİRAKÇILARININ
YEMƏK
TƏMİNATININ XƏRC NORMALARI
N |
Göstəricilərin
adı |
Bir nəfərə gündəlik
xərc norması, (min manatla) |
1 |
Respublika bədən
tərbiyəsi və idman tədbirləri |
15,0 |
2 |
Respublikadaxili yarışlar |
15,0 [2] |
3 |
Azərbaycan Respublikası
әrazisindә keçirilən beynәlxalq
yarışlar |
15,0 |
4 |
Xarici ölkələrdə keçirilən
yarışlara hazırlıq üçün təlim-məşq
toplanışları |
40,0 |
Qeyd.
1.
İdman tədbirləri dəniz səviyyəsindən
1500 metrdәn artıq yüksəklikdə keçirildikdə
yemək xərci norması 20 faiz, 2000 metrdən artıq yüksəklikdə
keçirildikdə isə 30 faiz
artırılır.
2.
Yemək təminatının tәşkilindә
nağdsız hesab imkanı olmadıqda idman
tәdbirlәrinin iştirakçılarına bu
əlavədə nəzərdə tutulmuş norma
daxilində cədvəl üzrә nağd pul ödәnilmәsinә
icazə verilir.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1997-ci il 1 iyul tarixli
69 nömrəli
qərarına
2 NÖMRƏLİ
ƏLAVƏ
İDMAN
TӘDBİRLӘRİNDӘ İDMAN
HAKİMLƏRİNƏ
VERİLƏN
ÖDӘNİŞLӘRİN
NORMALARI
İdman növləri
üzrə |
|
Hakim
kateqoriyalarını |
|
||
hakimlәrin
vәzifәlәri |
|
nəzərə
almaqla ödәnclәrin |
|
||
|
|
miqdar |
'min manatla) |
|
|
|
BK\İK |
RK |
İK |
OH |
|
Baş hakim |
15,0 |
12,0 |
10,0 |
__ |
|
Baş hakim-katib |
15,0 |
12,0 |
10,0 |
— |
|
Baş hakimin köməkçisi |
12,0 |
10,0 |
8,0 |
— |
|
Hakimlər |
10,0 |
10,0 |
8,0 |
8,0 |
|
Komanda oyun növləri |
|||||
Oyunun baş hakimi |
20,0 |
15,0 |
12,0 |
__ |
|
Oyunun baş hakiminin köməkçisi |
15,0 |
12,0 |
10,0 |
— |
|
Komissar |
20,0 |
— |
— |
— |
|
Hakimlər (briqadanın
tәrkibindә) |
10,0 |
10,0 |
8,0 |
8,0 |
Şərti
işarələr:
BK- Beynəlxalq
kateqoriyalı
İK- İttifaq
kateqoriyalı
RK- Respublika
kateqoriyalı
İK- Birinci kateqoriya
OH- Oyun hakimi
Qeydlər:
1.
Hakimlər üçün ödənilən
məbləğlər idmanın komanda oyun növlәri
üzrə (futbol, voleybol, həndbol və s.) bir oyuna görə,
digər idman növləri üzrə isə bir günlük
xidmətə görə verilir.
2.
İdman yarışlarına xidmətə görə
hakimlərə verilən ödənclər bu qaydalarla
nəzərdə tutuları digər maddi təminat növlərindən
asılı olmayaraq həyata keçirilir.
3.
Yarışların hazırlıq və yekun
mәrhәlәlәrindә hakimlərin maddi
təminatı (yemək, mənzil, hakimliyə görə
ödənc) hakimlik işi dövrünün bütün müddəti üçün ümumi müddət:
Baş hakim, Baş hakim-katib üçün - 5 günədək;
Baş hakimin köməkçisi,
Baş hakim-katibin köməkçisi üçün 3 günədək olmaqla hәyata keçirilir.
4.
İdman federasiyaları öz vəsaitləri,
habelə sifariş ödəmələri hesabına idman
hakimlәrinә ödənclərin müəyyən
olunmuş miqdarını artırmaq səlahiyyətinə
malikdirlər.
5.
Rəsmi beynəlxalq yarışlara xidmətə görə
hakimlərə verilən ödənclər həmin
yarışların reqlamenti ilə nəzərdə
tutulmuş qaydada və miqdarda ödənilə bilər.
6.
Hakim kollegiyasının (briqadasının) say
tərkibi, idman növləri üzrə
yarışların keçirilməsi haqqında
qaydalara və əsasnamələrə uyğun olaraq müәyyәnlәşdirilir.
7.
Beynəlxalq yarışların, çempionatların və
Azərbaycan Kuboku oyunlarının təşkili və keçirilməsinə
nəzarət haqqı oyunların baş hakim üçün nəzərdə tutulmuş miqdarda ödənilməklə
yüksək ixtisaslı hakimlər və mütəxəssislər
sırasından müfəttişlər, yaxud texniki nümayәndәlәr
üçün təyin oluna bilər.
8. Beynəlxalq federasiya
tərəfindən təyin olunmuş xarici texniki nümayəndələrə
və hakimlərə ödәnclәr beynəlxalq
kateqoriyalı hakimlər üçün nəzərdə
tutulmuş miqdarda ödənilir.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1997-ci il 1 iyul tarixli
69 nömrәli qərarına
3 NÖMRƏLİ
ƏLAVƏ
FARMAKOLOJİ,
BƏRPA VASİTƏLƏRİ, VİTAMİN VƏ ZÜLAL-QLÜKOZA
PREPARATLI,
ÜMUMİ MÜALİCƏ TƏYİNATLI
DƏRMANLAR
VƏ
SARĞI VASİTƏLƏRİ İLƏ TƏMİNATIN
XƏRC
NORMALARI
İdman
tədbirlərinin adları |
Bir
nəfərə düşən
gündəlik
xərc norması (manatla) |
Ümumrespublika yarışları |
10000-dək |
Azərbaycan
Respublikası ərazisində keçirilən beynəlxalq yarışlar
və bu yarışlara hazırlıqla əlaqədar
təlim-məşq toplanışları |
15000-dək |
Qeyd.
Normalar hesablama üçündür və ayrılmış vəsait həddində
komanda yaxud ayrı-ayrı idmançılar üçün yığına komandanın baş hakiminin və
həkiminin təqdimatı üzrə onların
hazırlığı xüsusiyyətindən asılı
olaraq dəyişilə bilər.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1997-ci il 1 iyul tarixli
69 nömrəli
qərarına
4 NÖMRƏLİ
ƏLAVƏ
İDMAN
TƏDBİRLƏRİNİN XATİRƏ
PRİZLƏRİNİN DƏYƏRİNİN NORMALARI
İdman tədbirinin
miqyası |
Prizlərin
dәyәri, min manatla |
1.
Azərbaycan Respublikası ərazisində keçirilən
beynəlxalq yarışlar |
komanda şəxsi 250-dək 200-dək |
2. Ümumrespublika
yarışları |
200-dək 150-dək |
Qeyd: Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyi öz
büdcədənkənar vəsaiti, federasiya və idman
cəmiyyətləri isə öz gəlirləri
hesabına yarışların, oyunların,
mərhələlərin və turnirlərin ən yaxşı
idmançısı üçün xüsusi mükafatlar
müəyyənləşdirmək səlahiyyətinə
malikdirlər.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1997-ci il 1 iyul tarixli
69 nömrəli
qərarına
5 NÖMRƏLİ
ƏLAVƏ
İDMAN
TƏDBİRLƏRİNİN XARİCİ İŞTİRAKÇILARINA
XİDMƏT
VƏ QƏBUL XƏRCLƏRİ
NORMALARI
Qeydlər:
1. Mehmanxanada nömrənin
bronlaşdırılması ilə bağlı
xәrclәr mehmanxananın gündәlik
haqqının ödənilməsi üçün müəyyən edilmiş
tarif üzrə nəzərdə tutulur.
2.
Avtomobil nəqliyyatından istifadəyə görə
haqqın ödənilməsi nümayəndəliyin qәbul
olunduğu şəhərdə qüvvədə olan stavka
ilə ödәnilir.
3.
Hava və dəmir yolu nəqliyyatının
haqqının ödənilməsi müvafiq sahədə qüvvәdә
olan tariflə ödənilir.
4. Nümayəndəlik
üçün bir qəbul düzəldilə
bilər. Dünya və Avropa çempionatında
ayrı-ayrı
hallarda iki rəsmi qəbul keçirilmәsinә
icazə verilir (tədbirin açılışı
və bağlanışı).
5. Xarici idman nümayəndəliklərinin
üzvlərinə cib xərcliyi üçün pul yalnız
beynəlxalq idman əməkdaşlığı haqqında
ikitərəfli protokollara əsasən verilir.
6.
Xarici idman nümayəndəliyinin üzvlərinin
yeməklə təminatı norması hesablarıılandır
və bu məqsəd üçün ayrılmış
vəsait həddində konkret nümayəndəliyin
qəbulu üçün həmin qəbulun xüsusiyyətləri
nəzərə alınmaqla dəyişdirilə bilər.
7.
İdman tədbirləri dəniz
sәviyyәsindәn 1500 metrdən artıq yüksəklikdə
keçirildikdə bu əlavə ilə
nəzərdə tutulmuş yemək norması 20 faiz, 2000
metrdən artıq yüksəklikdə keçirildikdə
30 faiz artırılır.
8.
Xarici nümayəndəliklərin üzvlərinə
onların xahişi əsasında bu әlavә ilə müəyyən
olunmuş norma üzrə nağd pul verilə bilər.
9.
Qəbul edən tərəfin danışıqlarda
iştirak edən nümayəndəsinə, tərcüməçiyə
(müşayiət edən şəxsə) zəruri hallarda
müvafiq xarici nümayəndəlik üçün müəyyən edilmiş yemək, yaşayış
sahəsi, nəqliyyat, mədəni xidmət təminatı,
hava, yaxud dəmir yol nəqliyyatı ilə hərəkət
normaları şamil olunur.
10. Nümayəndəliyi
qəbul edən təşkilatın ştatında olmayan
tərcüməçinin (müşayiət edən
şəxsin) əməyinin ödənilməsi saatda
5000 manat hesabı ilə ödənilir.
11. Nümayəndəliyin
tərkibi 15 nəfərdən artıq olduğu halda nümayəndəliyə
xidmət edən tərcüməçilərin (müşayiət
edən şəxslərin) miqdari aşağıdakı
hesabla müəyyən olunur:
nümayəndəliyin ən
azı 15 üzvü üçün bir nəfər tərcüməçi
(müşayiәt edən şəxs).
12.
İdman yarışlarında hakimlik üçün dəvət olunmuş xarici hakimlərin qəbulu bu
əlavənin 2-ci bölməsinə müvafiq
olaraq həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1997-ci il 1 iyul
tarixli
69 nömrəli
qərarına
6 NÖMRƏLİ
ƏLAVƏ
AZƏRBAYCAN
RESPUBLİKASI YIĞMA KOMANDALARININ
BEYNƏLXALQ
YARIŞLARDA İŞTİRAK ETMƏSİ ÜÇÜN
XƏRC
NORMALARI
Xərcin
adı |
Xərc
norması, xarici valyuta ilə |
1. Ezamiyyə
xərclərinin adı, xarici valyuta ilə: - gündəlik xərc -yaşayış sahəsinin
kirayəsi üzrə gündəlik xərc |
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən
edilmiş miqdarda ödәnilir. |
2. Rabitə
xərcləri (telefon, teleqraf, telefaks): |
50 ABŞ
dollarına qədər |
Qeydlər:
1.
İkitərəfli beynəlxalq
razılaşdırmalarla nəzərdə tutulmuş
digər xәrc maddələri (yarışlara bilet
alınması üçün avans, iştirak haqqı, start
haqqı, katerlərin icarəsi xərci, katerlər üçün benzin, massaj, idman formasının yuduzdurulması,
idman qurğusunun icarәsi, ələfin haqqının ödənilməsi,
tibbi müayinə, atların hazırlanması, tövlənin
icarəsi, gömrük rüsumu, dəmirçinin əməyinin ödənilməsi,
bərənin haqqının ödənilməsi və
i.a) təsdiqedici sənədlər təqdim olunduqda faktiki
xərcə görə ödənilir,
2. Avtomobil nəqliyyatı ilə
tranzit daşımaları vaxtı yanacaq-sürtgü
materiallarının miqdarı bütün keçid
məntəqələri və nəqliyyat vasitəsinin növü
göstәrilmәklә xəritə sxemi təqdim
olunduqda hesablama yolu ilə müəyyən edilir.
3.
Rabitə xərci norması komanda üçün nəzərdə
tutulur.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2001-ci il tarixli 107 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 5, maddə 357)
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 aprel 2003-cü il tarixli 47 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-ci il, ¹ 4, maddə 219)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 aprel 2003-cü il tarixli 47 nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-ci il, ¹ 4, maddə 219) ilə 2-ci
bənddə "Yerli
büdcə vəsaiti hesabına keçirilən"
sözləri "digər"
sözü ilə əvəz edilmişdir.
[2] Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 31 may 2001-ci il tarixli 107
nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 5, maddə
357) ilə 1 nömrəli əlavənin 1-ci və 2-ci
bəndlərindəki “10,0”
rəqəmləri “15,0” rəqəmləri ilə
əvəz edilmişdir.