Dövlət
qulluqçularının
mükafatlandırılmasının növləri və
qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi
barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
“Dövlət qulluğu haqqında”
Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinin
icrasını təmin etmək məqsədi ilə qərara
alıram:
1. “Dövlət qulluqçularının
mükafatlandırılmasının növləri və
qaydaları haqqında Əsasnamə” təsdiq edilsin
(əlavə olunur).
2. Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə tapşırılsın ki, bu
Fərmandan irəli gələn məsələləri
həll etsin.
Heydər
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 24 avqust 2002-ci
il
¹ 774
|
Azərbaycan
Respublikası Prezidentinin 2002-ci
il 24 avqust tarixli, 774 nömrəli fərmanı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Dövlət
qulluqçularının
mükafatlandırılmasının növləri və
qaydaları haqqında
ƏSASNAMƏ[1]
1. Bu Əsasnamə “Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci
maddəsinə əsasən hazırlanmışdır və
dövlət qulluqçularının mükafatlandırılmasının
növlərini və qaydalarını müəyyən edir.
2. Mükafatın müəyyən
edilməsi üçün götürülən dövr (hesablaşma
dövrü) və mükafatlandırmanın
şərtləri dövlət qulluqçusunun qulluq
keçdiyi dövlət orqanının rəhbəri
tərəfindən müəyyən edilir.
3. Dövlət qulluqçuları işin
nəticələrinə görə
mükafatlandırılmanın aşağıdakı
növləri üzrə həvəsləndirilir:
kollektiv mükafatlandırılma;
fərdi mükafatlandırılma.
4. Dövlət qulluqçularının
kollektiv mükafatlandırılması aşağıdakı
hallarda həyata keçirilir:
dövlət orqanının
fəaliyyətinin əsas istiqamətləri üzrə
işlərin vaxtında və keyfiyyətlə yerinə
yetirilməsi;
mühüm dövlət tapşırıqlarının
dövlət orqanı tərəfindən vaxtında
yerinə yetirilməsi;
qanunvericiliklə müəyyən
edilmiş milli bayram günləri və digər
əlamətdar hadisələrlə əlaqədar.
5. İşin nəticələrinə
görə kollektiv mükafatlandırma zamanı
mükafatın müəyyən edilməsi üçün
götürülən dövrdə (hesablaşma
dövrü) hamiləliyə və doğuşa görə
məzuniyyətdə olma, ştatların ixtisarı ilə
əlaqədar işdən azad olma, hərbi xidmətə
çağırılma, ixtisasartırma kursunda olma və
digər üzürlü səbəblərdən tam
işləməmiş dövlət qulluqçuları üçün
onların faktiki qulluq keçdiyi dövrə görə
mükafat hesablanır.
Xəstəliklə əlaqədar işdə olmayan dövlət qulluqçusuna mükafat verilməsi məsələsi hər bir konkret halda onun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir.[2]
Hesablaşma dövründə
işdən azad edilmiş dövlət qulluqçusuna
həmin dövr üçün müəyyən edilən
mükafat ödənilmir.
Dövlət qulluqçusunun
növbəti məzuniyyətdə olduğu dövr
mükafat hesablanarkən götürülən hesablaşma
dövründə nəzərə alınır.
6. Dövlət qulluqçularının
kollektiv mükafatlandırılması staj müddəti (6 ay) başa
çatmamış olan qulluqçuya (stajçıya)
şamil olunmur.[3]
7. Dövlət qulluqçularının
fərdi mükafatlandırılması
aşağıdakı hallarda həyata keçirilir:
vəzifə təlimatında
nəzərdə tutulan vəzifələrin vaxtında və
peşəkarlıqla yerinə yetirilməsi,
səmərələşdirici təkliflər verilməsi,
təşəbbüskarlıq göstərilməsi,
işdə yeni forma və metodların tətbiqi, gənc
mütəxəssislərə lazımi köməklik
göstərilməsi;
rəhbərliyin
tapşırıqlarının vaxtında və
keyfiyyətlə yerinə yetirilməsi;
normativ hüquqi aktların
layihələrinin hazırlanması və qəbul
edilməsində fərqlənməsi.
Dövlət orqanının rəhbəri
dövlət qulluqçusunu xüsusi əhəmiyyətli
vacib tapşırıqların, mürəkkəb
işlərin yerinə yetirilməsi ilə əlaqədar,
həmçinin layiqli işinə görə bayramlar və
yubileylər zamanı birbaşa olaraq fərdi qaydada
(birdəfəlik) mükafatlandıra bilər.
8. Dövlət qulluqçusuna işin
nəticələrinə görə verilən
mükafatların məbləği onun fəaliyyətinin
nəticələrindən asılı olaraq qulluq keçdiyi
orqanın rəhbəri tərəfindən müəyyən
edilir və onun yuxarı həddi
məhdudlaşdırılmır.
9. Dövlət qulluqçusuna pul
mükafatı əvəzinə qiymətli
hədiyyələr də verilə bilər.
10. Dövlət qulluqçularının
fərdi mükafatlandırılması onun qulluq keçdiyi
struktur bölmə rəhbərinin və ya yuxarı
dövlət orqanının təqdimatı, habelə xidməti fəaliyyətin
qiymətləndirilməsinin nəticəsi əsasında
onun işlədiyi dövlət orqanı rəhbərinin
əmri (sərəncamı, qərarı) ilə
rəsmiləşdirilir.[4]
11. Dövlət qulluqçularının mükafatlandırılması onların qulluq keçdikləri orqanlara bu məqsəd üçün dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilir.[5]
12. Dövlət qulluqçularının
mükafatlandırılması məqsədi ilə hər il
növbəti il üçün təsdiq olunan dövlət
büdcəsində bu orqanlarda dövlət
qulluqçuları üçün müəyyən olunmuş
aylıq vəzifə
maaşının
3 misli həcmində əlavə vəsaitlər
nəzərdə tutulur. [6]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
24 iyun 2009-cu il tarixli 107
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 26 iyun 2009-cu il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 06, maddə
419)
2.
16 may 2017-ci
il tarixli 1406 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 18 may 2017-ci il, ¹ 105, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹ 5, maddə 810)
3. 10 mart 2021-ci
il tarixli 1298 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 11 mart 2021-ci il, ¹ 54, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 3, maddə
222)
FƏRMANA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 24 iyun 2009-cu il
tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 26 iyun 2009-cu il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 06, maddə
419) ilə “Dövlət qulluqçularının
mükafatlandırılmasının növləri və
qaydaları haqqında Əsasnamə”nin 2-ci bənddə, 5-ci
bəndin birinci və ikinci abzaslarında, 8-ci bənddə,
10-cu bənddə “işlədiyi”
sözü “qulluq keçdiyi”
sözləri ilə əvəz edilmişdir.
[2] 24 iyun 2009-cu il
tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 26 iyun 2009-cu il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 06, maddə
419) ilə “Dövlət qulluqçularının
mükafatlandırılmasının növləri və
qaydaları haqqında Əsasnamə”nin 5-ci bəndin ikinci
abzasında “işçiyə”
sözü “dövlət
qulluqçusuna” sözləri ilə əvəz
edilmişdir.
[3] 16 may 2017-ci il tarixli 1406 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, ¹ 105,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
5, maddə 810) ilə “Dövlət
qulluqçularının mükafatlandırılmasının
növləri və qaydaları haqqında Əsasnamə”nin
6-cı hissəsində “(1 il)”
sözləri “(6 ay)”
sözləri ilə əvəz edilmişdir.
[4] 16 may 2017-ci il tarixli 1406 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, ¹ 105,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
5, maddə 810) ilə “Dövlət
qulluqçularının
mükafatlandırılmasının növləri və
qaydaları haqqında Əsasnamə”nin 10-cu hissəsində
“attestasiya komissiyasının
tövsiyəsi” sözləri “xidməti fəaliyyətin qiymətləndirilməsinin
nəticəsi” sözləri ilə əvəz
edilmişdir.
[5] 24 iyun 2009-cu il
tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti 26 iyun 2009-cu il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 06, maddə
419) ilə “Dövlət qulluqçularının
mükafatlandırılmasının növləri və
qaydaları haqqında Əsasnamə”nin 11-ci bənddə “işlədikləri”
sözü “qulluq
keçdikləri” sözləri ilə əvəz
edilmişdir.
[6] 10 mart 2021-ci il tarixli 1298 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 11 mart 2021-ci il, ¹ 54, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 3, maddə
222) ilə “Dövlət qulluqçularının
mükafatlandırılmasının növləri və
qaydaları haqqında Əsasnamə”nin 12-ci hissəsində “əmək haqqı fondunun
(vəzifə maaşına əlavələr istisna olmaqla)”
sözləri “vəzifə
maaşının” sözləri ilə əvəz edilmişdir.