Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan
Respublikasının Vergi Məcəlləsinə (Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2000-ci il, № 8, 1-ci
kitab, maddə 583; 2001-ci il, № 7, maddə 454 № 12, maddə 734) aşağıdakı əlavələr
və dəyişikliklər edilsin:
1. 3.11-ci maddədə "şübhələri"
sözü çıxarılsın.
2. 4.4-cü maddənin ikinci abzası
aşağıdakı redaksiyada verilsin:
"Yerli
vergilərin (bələdiyyə vergilərinin) dərəcələri
vergi qanunvericiliyində təsbit edilmiş hədlər
daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə
uyğun olaraq bələdiyyələr öz ərazilərində
vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını
yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini
azaltmaq barədə qərar qəbul edə bilərlər.".
3. 5.0.3-cü maddədə
"vergitutma obyektinin dəyəri" sözlərindən sonra
"və sahəsi" sözləri əlavə edilsin.
4. 6.1.9-cu maddə
aşağıdakı redaksiyada verilsin:
"6.1.9.
sadələşdirilmiş vergi;".
5. 8.0, 8.0.1, 8.0.2, 8.0.3 və 8.0.4-cü
maddələr müvafiq olaraq 8.1, 8.1.1, 8.1.2, 8.1.3 və 8.1.4-cü
maddələr hesab edilsin.
6. Aşağıdakı redaksiyada
8.2-ci maddə əlavə edilsin:
"8.2.
Yerli vergilərin hesablanması və ödənilməsi
qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin
vergi xidməti orqanlarının hüquq və vəzifələri,
vergi nəzarətinin forma və metodları, vergi
qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin
vergi xidməti orqanlarının və onların vəzifəli
şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən)
şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən
edilir.".
7. 13.2.5.1-ci maddədə
"başa çatan hər hansı ardıcıl olan 12 aylıq
dövr ərzində" sözləri çıxarılsın.
8. 13.2.11-ci və 13.2.12-ci maddələr
aşağıdakı redaksiyada verilsin:
"13.2.11.
Xidmət (iş) - malların təqdim edilməsi
sayılmayan, nəticələri maddi ifadə kəsb edən
fəaliyyət.
ƏDV-nin
məqsədləri üçün pul vəsaitinə və torpağa
mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin
işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi
istisna olunur.
Xidmətlərin
göstərilməsi (işlərin görülməsi) zamanı istifadə
olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin
(işin) dəyərinə daxil edilməyən
kompensasiyalı xərclər müqavilədə və ya ödəniş
sənədlərində ayrıca göstərilmirsə, həmin
mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib
hissəsi hesab edilir.
13.2.12.
Satışdankənar gəlirlər - digər müəssisələrin
fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə
məxsus səhmlər, istiqrazlar və digər qiymətli
kağızlardan əldə olunan gəlirlər, habelə mal
və xidmət (iş) istehsalı və satışı ilə
bilavasitə bağlı olmayan əməliyyatdan götürülən
digər gəlirlər, o cümlədən cərimə və zərərin
ödənilməsi şəkilində alınmış məbləğ,
xarici valyuta əməliyyatları üzrə artan məzənnə
fərqi.".
9. 13.2.13-cü maddə
çıxarılsın və 13.2.40-cı maddə 13.2.13-cü maddə
sayılsın.
10. 13.2.14.1-ci maddədə
"kreditlərin" sözündən sonra "maliyyə lizinqi üzrə
kreditlərin" sözləri əlavə edilsin.
11. 13.2.21-ci maddədə
"qeyri-maddi aktivlər və pul vəsaitləri" sözləri
"qeyri-maddi aktivlər, dövriyyə vəsaitləri və
mülkiyyət hüququnun digər obyektləri' sözləri ilə əvəz
edilsin.
12. 13.2.22-ci maddədən "müəssisənin
balansında olan" sözləri çıxarılsın.
13. 13.2.23-cü maddədə "filmlər"
sözündən sonra "və digər qeyri-maddi aktivlər"
sözləri əlavə edilsin.
14. Aşağıdakı redaksiyada
15.1.13-cü maddə əlavə edilsin:
"15.1.13.
Xronometraj metodu ilə aparılan sonuncu müşahidədən
sonra istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi
ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin
aparılmasını vergi orqanlarından tələb etmək.".
15. 15.1.13-cü maddə müvafiq olaraq
15.1.14-cü maddə hesab edilsin.
16. 16.1.4-cü maddədə "təsdiq
olunmaqla təqdim edilməsi" sözləri
"yoxlanılması" sözü ilə əvəz edilsin.
17. 20.4-cü maddədə "yol
vergisi" sözlərindən sonra "yerli vergilər (bələdiyyə
vergiləri) və" sözləri əlavə edilsin.
18. 23.1.4-cü maddədə "aradan qaldırılmasını"
sözlərindən sonra "habelə vergi ödəyicisi auditor tərəfindən
yoxlanılmalı olduğu halda auditor rəyini" sözləri
əlavə edilsin.
19. 23.1.8-ci maddədə "və
qaydada vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər
hesabları üzrə əməliyyatlarının
dayandırılması üçün banklara və ya digər kredit təşkilatlarına
icra sənədi olan sərəncam vermək" sözləri
"vergi ödəyicisinin hesablaşma, valyuta və digər
hesablarına həbs qoyulması barədə məhkəmədə
iddia qaldırmaq" sözləri ilə əvəz edilsin.
20. 23.1.13-cü maddədə "vergi
ödəyicisində" sözlərindən sonra "və ya onun
razılığı ilə vergi orqanlarının vəzifəli
şəxsləri tərəfindən müəyyən edilən
yerlərdə" sözləri əlavə edilsin.
21. Aşağıdakı redaksiyada
23.1.15-ci maddə əlavə edilsin:
"23.1.15.
məhkəmənin qərarı ilə müsadirə edilmiş
aksiz markası olmayan və ya saxta aksiz markaları ilə
markalanmış malların satışını qanunvericiliyə
uyğun olaraq təşkil etmək;".
22. 23.1.15-ci maddə 23.1.16-cı maddə
hesab edilsin.
23. 32.2-ci maddəyə
aşağıdakı redaksiyada ikinci cümlə əlavə
edilsin:
"Yerli
vergilərin (bələdiyyə vergilərinin) qanunvericiliyə
uyğun olaraq hesablanmasına, tam və vaxtında ödənilməsinə
nəzarət bələdiyyələrin vergi xidməti
orqanları tərəfindən həyata keçirilir.".
24. 33.1-ci maddə
aşağıdakı redaksiyada verilsin:
"33.1.
Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək
məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər,
filial və nümayəndəliklər olduqları yer üzrə, fərdi
sahibkarlar və bu Məcəllənin müddəalarına
uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər
yaşadıqları yer üzrə vergi orqanlarında uçota
alınır.".
25. 33.2-ci maddədə "Hüquqi
şəxsin" sözləri "Vergi ödəyicisinin" sözləri
ilə, "hüquqi şəxs vergi ödəyicisi kimi" sözləri
"vergi ödəyicisi" sözləri ilə əvəz edilsin.
26. 34.4-cü maddəyə
aşağıdakı redaksiyada yeni abzas əlavə edilsin:
"Bu
Məcəllənin 33.2-ci maddəsi ilə nəzərdə
tutulan hallarda hüquqi şəxs həm özünün olduğu yer üzrə,
həm də onun filialının, nümayəndəliyinin və
ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə
uçota alındıqda, onun filialına, nümayəndəliyinə
və ya digər təsərrüfat subyektinə (obyektinə)
vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilə
bilər.".
27. 36.3-cü maddənin birinci abzası
aşağıdakı redaksiyada verilsin:
"36.3.
Səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak
və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim
ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə
həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin
son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə
bilər.".
28. 36.5-ci maddədə hər iki
halda "təkrar" sözü "növbədənkənar"
sözü ilə əvəz edilsin.
29. 37.3, 37.4 və 37.5-ci maddələr
aşağıdakı redaksiyada verilsin:
"37.3.
Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim
olunmuş bəyannamə ilə bağlı sənədlərdə
olan məlumatlar arasında ziddiyyət və ya səhv
aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə
məlumat, sənəd və izahat tələb edə bilər.
37.4.
Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin
düzgün hesablanmaması (vergi məbləğinin az və ya
artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə
5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi formada vergilərin hesablanmasına dair bildiriş göndərilir.
Bildirişdə hesablamanın səbəbləri və vergi
ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə
uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir.
37.5.
Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən
vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə
keçirilməsi barədə müraciət daxil olan dövrədək
xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri
vergilərin hesablanması üçün əsas götürülə bilər.".
30. 37.6-cı maddədə
"37.5" rəqəmi "37.4." rəqəmi ilə əvəz
edilsin və "yol verdiyi" sözlərindən sonra "və
kameral yoxlama zamanı müəyyən edilə bilən" sözləri
əlavə edilsin.
31. 38.3.1-ci maddə
çıxarılsın, 38.3.2 və 38.3.3-cü maddələr müvafiq
olaraq 38.3.1 və 38.3.2-ci maddələr hesab edilsin.
32. Aşağıdakı redaksiyada
38.3.3 - 38.3.6-cı maddələr əlavə edilsin:
"38.3.3.
ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə
sanksiyası digər vergilərin, faizlərin və maliyyə
sanksiyalarının ödənilməsi hesabına və ya
sonrakı öhdəliklər üzrə ödəmələrin
hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi
yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb
edilən əməliyyatları üzrə aparıla bilər;
38.3.4.
artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə
sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin
ərizəsi daxil olduqda;
38.3.5.
vergi orqanının əldə etdiyi mənbəyi bəlli
olan hər hansı məlumat əsasında vergi ödəyicisinin
gəlirlərinin gizlədildiyi (azaldıldığı)
aşkar edildikdə;
38.3.6.
cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin
və ya hüquq mühafizə orqanlarının vergi
yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı
olduqda;".
33. 39.4-cü maddə
aşağıdakı redaksiyada verilsin:
"39.4.Vergi
yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə
(onun səlahiyyətli nümayəndəsinə) verilmə
tarixini təsdiq edən üsulla verilir.".
34. 43.3-cü maddə
aşağıdakı redaksiyada verilsin:
"43.3.
Sənədlərin vergi ödəyicisi tərəfindən təsdiq
olunmuş surətləri götürülür.".
35. 44.9-cu maddənin birinci cümləsində
"rəyi" sözü "rəyinin surəti" sözləri ilə
əvəz edilsin.
36. Aşağıdakı redaksiyada
44.11-ci maddə əlavə edilsin:
"44.11.
Yoxlanılan şəxsin bu Məcəllənin 44.7-ci və
44.9-cu maddələrində nəzərdə tutulmuş
hüquqları ilə əlaqədar vəsatəti təmin edilmədikdə,
vergi orqanının rəhbəri (onun müavini) vəsatətin
rədd edilməsi səbəbləri göstərilməklə əsaslandırılmış
qərar çıxarır və qərarın surətini
yoxlanılan şəxsə təqdim edir.".
37. Aşağıdakı redaksiyada
53.8-ci maddə əlavə edilsin:
"53.8.
Vergi ödəyicisinin və ya vergi agentinin vergi qanunvericiliyinin
pozulmasına görə məsuliyyətə cəlb edilməsi
onları vergi öhdəliklərinin və vergi orqanlarının
vəzifəli şəxslərinin qanuni tələblərini
yerinə yetirilməsindən azad etmir.".
38. 57.1-ci maddənin ikinci cümləsi
çıxarılsın və aşağıdakı redaksiyada
yeni abzas əlavə edilsin:
"Vergi
ödəyicisinin vergi öhdəliyi yaranmadıqda hesabatın əsas
olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə
görə vergi ödəyicisinə aylıq gəlirin vergi tutulmayan
məbləğinin 2 misli miqdarında maliyyə sanksiyası
tətbiq edilir.".
39. 58-ci maddənin adı
aşağıdakı redaksiyada verilsin:
"Maddə 58. Vergilərin
azaldılmasına və digər vergi
hüquqpozmalarına görə maliyyə
sanksiyaları".
40. 58.1-ci maddədə
"azaldılmışdırsa" sözündən sonra,
"habelə büdcəyə çatası vergi məbləği 1
ildən artıq dövr üzrə hesabat təqdim etməməklə
yayındırılmışdırsa," sözləri,
"azaldılmış" sözündən sonra "və ya
yayındırılmış" sözləri əlavə
edilsin.
41. 58.4 və 58.5-ci maddələr
çıxarılsın.
42. 58.6-cı maddənin əvvəlinə
"Bu Məcəllənin tələblərinə uyğun
olaraq" sözləri əlavə edilsin və o, 58.4-cü maddə
hesab edilsin.
43. 58.7-ci maddə 58.5-ci maddə
hesab edilsin.
44. Aşağıdakı redaksiyada
58.6-cı maddə əlavə edilsin:
"58.6.
Bu Məcəllənin 33.4-cü maddəsində göstərilən
müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin
verilməməsinə görə vergi ödəyicisinə aylıq gəlirin
vergi tutulmayan məbləğinin 2 misli miqdarında maliyyə
sanksiyası tətbiq edilir.".
45. 60.1.3-cü maddə
çıxarılsın.
46. 65-ci maddə
aşağıdakı redaksiyada verilsin:
"65.1.
Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə
müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə
vergi orqanı 5 gün müddətində vergi ödəyicisinə
hesablanmış və ya yenidən hesablanmış vergilərin
və faizlərin ödənilməsinə dair bildiriş göndərir.
65.2.
Hesablanmış və ya yenidən hesablanmış vergilər
və ya faizlər vergi ödəyicisi tərəfindən
bildirişdə göstərilən müddətdə ödənilmədiyi
halda vergi orqanı vergi ödəyicisinin hesablaşma, valyuta və
digər hesablarından vergilər üzrə borcların və
faizlərin dövlət büdcəsinə alınması üçün banka və
ya digər kredit təşkilatına icra sənədi olan sərəncam
verir.
65.3.
Vergi ödəyicisinin hesablaşma, valyuta və digər
hesablarında vəsait olduqda vergi orqanının sərəncamı
bank və ya digər kredit təşkilatı tərəfindən
həmin sərancamın daxil olduğu gün icra edilir.
65.4.
Vergi ödəyicisinin hesablaşma, valyuta və digər
hesablarında vəsait olmadıqda və ya o, vergilər üzrə
borcların və faizlərin yerinə yetirilməsinə kifayət
etmədikdə vergi orqanının sərancamı bankda və
ya digər kredit təşkilatında saxlanılır və
vergi ödəyicisinin hesablarına vəsait daxil olduqca icra edilir.
65.5. Sərəcamın
bank və ya digər kredit təşkilatına daxil olduğu
gündən 90 gün ərzində borc ödənilmədikdə və
borca görə bu Məcəlləyə müvafiq olaraq əmlakın
siyahıya alınması üçün qərarın verilməsi barədə
vergi orqanından banka və ya digər kredit təşkilatına
növbəti 5 bank günü ərzində məlumat daxil olmadıqda sərəncam
geri qaytarılır və həmin borca görə sərəncam
təkrarən icraya qəbul edilmir.
Əmlakın
siyahıya alınması üçün qərarın verilməsi barədə
vergi orqanından banka və ya digər kredit təşkilatına
məlumat daxil olduqda sərəncam vergi ödəyicisinin həmin
borca görə vergi öhdəliyi yerinə yetirilənədək
qüvvədə qalır.
65.6.
Vergi orqanlarının vergilər üzrə borcların və
faizlərin dövlət büdcəsinə alınması haqqında
sərəncamları bank və digər kredit təşkilatı
tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsində
nəzərdə tutulmuş ödənişlərin növbəliliyi
ardıcıllığına uyğun olaraq icra edilir.
65.7.
Vergi orqanlarının vergilər üzrə borcların və
faizlərin dövlət büdcəsinə alınması haqqında
sərəncamı vergi ödəyicisinin valyutada olan bank
hesabına yönəldildikdə, bank və ya digər kredit təşkilatı
hesabdakı vəsaiti bu Məcəllənin 60.1.2-ci maddəsində
müəyyən edilmiş qaydada dondurur və dərhal bu barədə
vergi ödəyicisinə məlumat göndərir. Vergi ödəyicisi tərəfindən
konvertasiya əməliyyatı aparıldıqdan sonra bank və
ya digər kredit təşkilatı vergi orqanının sərəncamını
icra edir.
65.8.
Vergi orqanının vergilər üzrə borcların və faizlərin
dövlət büdcəsinə alınması haqqında sərəncamı
bir neçə bank və ya kredit təşkilatına verildikdə
və bu zaman vergilər üzrə borclar və faizlər vergi ödəyicisinin
hər hansı hesablaşma, valyuta və digər
hesablarından dövlət büdcəsinə alındıqda, vergi
orqanı digər banklara və ya kredit təşkilatlarına
verilən sərəncamların dərhal geri
qaytarılmasını təmin edir.
65.9.
Vergi ödəyicisinin hesablaşma, valyuta və digər
hesablarından dövlət büdcəsinə artıq
alınmış vəsaitin geri qaytarılması bu Məcəllənin
87-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata
keçirilir.".
47. 72.2-ci maddəyə
aşağıdakı redaksiyada yeni abzas əlavə edilsin:
"Vergi
hesabatları vergi ödəyicisi tərəfindən şəxsən
və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən
hər hansı digər üsulla (rabitə təşkilatına təhvil
verilməsi də daxil olmaqla) təqdim edilə bilər.".
48. Aşağıdakı redaksiyada
72.5-ci maddə əlavə edilsin:
"72.5.
Bu Məcəllənin 163-cü maddəsində nəzərdə
tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə
təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri
üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri
tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş
hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş
hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği
əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli
vergi məbləğindən çox olduqda, əlavə
hesablanmış vergi məbləği faizlərlə birlikdə
büdcəyə ödənilir, az olduqda isə hesablanmış
vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi
tərəfindən dəqiqləşdirilmiş hesabatlar vergi
ödəyicisində səyyar vergi yoxlamasının
başlandığı günədək təqdim edilə bilər.".
49. 75.0.3-cü maddə
çıxarılsın və 75.0.4-cü maddə 75.0.3-cü maddə
hesab edilsin.
50. 76.2-ci maddədə "müvəkkil
bank" sözlərindən sonra "müvafiq icra hakimiyyəti
orqanının təsdiq etdiyi formada" sözləri əlavə
edilsin.
51. 82-ci maddənin adı
aşağıdakı redaksiyada verilsin:
"Maddə 82.Vergi ödəyicisi tərəfindən
vergilərin
hesablanması və ödənilməsi
qaydası".
52.
83-cü maddənin adı aşağıdakı redaksiyada
verilsin:
"Maddə 83. Vergi orqanları tərəfindən
vergilərin hesablanması".
53. 83.9-cü maddədə "Xarici
hüquqi şəxsin Azərbaycan Respublikasındakı fəaliyyəti
ilə əlaqədar" sözləri "Vergi ödəyicisinin"
sözləri ilə əvəz edilsin.
54. 85.11-ci maddədə
aşağıdakı redaksiyada yeni abzas əlavə edilsin:
"Bu
Məcəllənin 85.10-cu maddəsində nəzərdə
tutulmuş müddətlərdə vergi öhdəliyi mərhələlərlə
yerinə yetirildikdə, vergi orqanlarının vergi öhdəliyinin
yerinə yetirilməsi müddətinin uzadılması haqqında
qərarında vergi öhdəliyinin mərhələlərlə
yerinə yetirilməsi qaydası göstərilməlidir.".
55. 86.0.2-ci maddə
aşağıdakı redaksiyada verilsin:
"86.0.2.
Bu Məcəllədə başqa hallar nəzərdə
tutulmamışdırsa, vergi ödəyicisinin uçotda olduğu yer
üzrə;".
56. 87.1-ci maddədən, "inzibati
cərimələr üzrə borclar istisna olmaq şərti ilə"
sözləri çıxarılsın.
57. 87.1.1-ci maddə
aşağıdakı redaksiyada verilsin:
"87.1.1.
digər vergilərin, faizlərin, maliyyə
sanksiyalarının və inzibati cərimələr üzrə
borcların ödənilməsi hesabına aid edilir;".
58. 89.1-ci maddədə "vergi öhdəliyini"
sözləri "vergilər və faizlər üzrə öhdəliklərini"
sözləri ilə, "bu öhdəliyin" sözləri "bu öhdəliklərin"
sözləri ilə əvəz edilsin. Həmin maddəyə
aşağıdakı redaksiyada yeni abzas əlavə edilsin:
"Azərbaycan
Respublikasının qanunvericiliyi ilə özəlləşdirilməsi
qadağan olunan dövlət əmlakının, habelə özəlləşdirilməsi
müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həyata
keçirilən müəssisə və obyektlərin əmlakının
siyahıya alınması müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada həyata
keçirilir".
59. 89.5-ci maddə
aşağıdakı redaksiyada verilsin:
"89.5.
Yalnız vergi öhdəliyinin və hesablanmış faizlərin
ödənilməsi üçün zəruri və kifayət olan əmlak
siyahıya alına bilər.".
60. 105.1-ci maddədə "27"
rəqəmi "25" rəqəmi ilə əvəz
edilsin.
61. 106.1.5-ci maddədə "Azərbaycan
Respublikası Dövlət Neft Fondunun" sözlərindən sonra
"(Fondun vəsaitinin yerləşdirilməsindən əldə
edilən gəlir istisna olmaqla)" sözləri əlavə
edilsin.
62. Aşağıdakı redaksiyada
106.3-106.8-ci maddələr əlavə edilsin:
"106.3.
Azərbaycan Respublikasının regionları üzrə müəssisələr
bu Məcəllənin 105.1-ci maddəsində nəzərdə
tutulan vergi dərəcəsi ilə hesablanmış mənfəət
vergisini aşağıdakı miqdarda ödəyirlər:
106.3.1.
Gəncə, Sumqayıt, Mingəçevir və Əli-Bayramlı
şəhərlərində (həmin şəhərlərin
tabeliyində olan qəsəbələr də daxil olmaqla) - 80
faiz;
106.3.2.
dağ rayonlarında və Naxçıvan Müxtar Respublikasında -
40 faiz;
106.3.3.
digər rayonlarda (Bakı şəhəri və Abşeron
rayonu istisna olmaqla) - 60 faiz.
106.4.
Bu maddədə göstərilən fəaliyyət növləri ilə
məşğul olan müəssisələr bu Məcəllənin
105.1-ci maddəsində nəzərdə tutulan vergi dərəcəsi
ilə hesablanmış mənfəət vergisini
aşağıdakı miqdarda ödəyirlər:
106.4.1.
turizm fəaliyyəti üzrə - 80 faiz;
106.4.2.
sənətkarlığın misgərlik, qalayçılıq və
saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının,
bağçılıq-bostançılıq alətlərinin, xalq
musiqi alətlərinin, oyuncaqların, suvenirlərin,
qamışdan və qarğıdan məişət əşyalarının
düzəldilməsi, keramika məmulatlarının bədii
işlənməsi, bədii tikmə, əl üsulu ilə
xalçaçılıq, ağac materiallarından məişət alətlərinin
hazırlanması sahəsində fəaliyyət üzrə - 40
faiz.
106.5.
Müəssisənin bu Məcəllənin 106.2-106.4-cü maddələrində
nəzərdə tutulan güzəştlərə hüququ olduqda,
ona güzəştlərdən biri, məbləğcə ən
böyük olanı verilir.
106.6.
Müəssisəyə bu Məcəllənin 106.3-cü və
106.4-cü maddələrində nəzərdə tutulmuş güzəştlər
yalnız o halda verilir ki, vergi ödəyicisi istehsal sahələri,
daşınmaz əmlakı və işçi qüvvəsi ilə güzəşt
verilən ərazilərdə fəaliyyət göstərmiş
olsun. Güzəşt hüququ olan müəssisənin güzəşt
şamil edilən mənfəətdən başqa gidər fəaliyyəti
də olduqda, o, güzəştə düşən və güzəşt
hüququ olmayan fəaliyyət növləri üzrə uçotu
ayrı-ayrılıqda aparır. Əks halda güzəşt tətbiq
edilmir.
106.7.
Bu Məcəllənin 106.3.1, 106.3.2 və 106.3.3-cü maddələrində
göstərilmiş şəhər və rayonlarda vergi uçotuna
alınmış, lakin Bakı şəhərində və
Abşeron rayonunda fəaliyyət göstərən şəxslərə
Bakı şəhəri üzrə müəyyən olunmuş vergi
dərəcəsi tətbiq edilir.
106.8.
Dağ rayonlarının siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir".
63. 110-cu maddə
aşağıdakı redaksiyada verilsin:
"110.
Xaricdən alınmış borclar üzrə, habelə
qarşılıqlı surətdə asılı olan şəxslərin
bir-birinə ödədikləri faizlərin faktiki məbləği
(hesablamalar metodundan istifadə edildikdə ödənilməli
faizlərin məbləği) faizlərin aid olduğu dövrdə
eyni valyuta ilə, oxşar müddətə verilmiş
banklararası kredit hərracında olan və ya hərraclar
keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Milli
Bankının dərc etdiyi banklararası kreditlər üzrə
faizlərin orta səviyyəsinin 125 faizdən artıq
olmamaqla gəlirdən çıxılır.".
64. 111.3-cü maddə
aşağıdakı redaksiyada verilsin:
"Banklar
və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata
keçirən kredit təşkilatları qanunvericiliyə müvafiq
qaydada aktivlərin təsnifatından asılı olaraq xüsusi
ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğləri
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş qaydada gəlirdən çıxmaq hüququna malikdirlər.".
65. 114.3.1-ci maddədə
"10" rəqəmi "7" rəqəmi ilə əvəz
edilsin.
66. 114.3.6-cı maddə
aşağıdakı redaksiyada verilsin:
"114.3.6.
qeyri-maddi aktivlər - istifadə müddəti məlum olmayanlar
üçün 10 faizədək, istifadə müddəti məlum olanlar üçün
isə illər üzrə istifadə müddətinə mütənasib
məbləğlərlə.".
67. 114.3.8-ci maddənin birinci
abzası aşağıdakı redaksiyada verilsin:
"114.3.8.
cari ildə faktiki dəyəri ödənilmiş istehsal təyinatlı
kapital qoyuluşları üçün (təbii inhisar subyektlərinin,
habelə qiymətləri dövlət tərəfindən tənzimlənən
mal istehsalı, iş görülməsi, xidmət göstərilməsi
ilə məşğul olan təsərrüfat subyektlərinin
kapital qoyuluşları istisna olmaqla) bu Məcəllənin
114.3.1, 114.3.2, 114.3.3 və 114.3.7-ci maddələrində nəzərdə
tutulmuş illik amortizasiya normalarını 2 dəfəyədək
artırmaqla.".
68. 114.3.8-ci maddənin ikinci
abzasında "məhsul" sözü "mal" sözü ilə əvəz
edilsin.
69. 114.4-cü maddədən "balans
üzrə" sözü çıxarılsın.
70. 114.6, 114.7, 114.8 və 114.9-cu maddələr
aşağıdakı redaksiyada verilsin:
"114.6.
Amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər
(vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri
aşağıdakı qaydada müəyyənləşdirilən
(lakin sıfırdan aşağı olmayan) məbləğdən
ibarət olur:
əsas
vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq
dəyərinə (həmin il üçün hesablanmış amortizasiya
məbləği çıxıldıqdan sonra qalan dəyər)
bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq cari
ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri,
habelə əvvəlki ildə bu Məcəllənin 115-ci
maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin
məhdudlaşdırmadan artıq olan hissəsi əlavə
edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş
və ya qalıq dəyəri aylıq gəlirin vergi tutulmayan
məbləğinin 5 mislindən və ya ilkin dəyərin 5
faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri
çıxılır.
114.7.
Əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən
əldə olunan məbləğ həmin əsas vəsaitlərin
(vəsaitin) qalıq dəyərindən artıqdırsa,
yaranmış fərq gəlirə daxil edilir.
114.8.
İlin sonuna əsas vəsaitin qalıq dəyəri aylıq
gəlirin vergi tutulmayan məbləğinin 5 mislindən və
ya ilkin dəyərinin 5 faizindən az olduqda, qalıq dəyərinin
məbləği gəlirdən çıxılır.
114.9.
Əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən
əldə olunan məbləğ, həmin əsas vəsaitlərin
(vəsaitin) qalıq dəyərindən azdırsa,
yaranmış fərq gəlirdən çıxılır.".
71. 115.1-ci maddənin birinci
abzasında "kateqoriyasının" sözündən sonra "əvvəlki"
sözü əlavə edilsin.
72. 115.2-ci maddə
aşağıdakı redaksiyada verilsin:
"115.2.
Bu Məcəllənin 115.1-ci maddəsində müəyyən
edilən məhdudlaşdırmadan artıq olan məbləğ
növbəti vergi ilinin sonuna əsas vəsaitlərin (vəsaitin)
qalıq dəyərinin artmasına aid edilir".
73. 123.1-ci maddədə "kreditlər
(ssudalar)" sözlərindən sonra "depozitlər
(hesablar)" sözləri əlavə edilsin.
74. 140.4-cü maddə
aşağıdakı redaksiyada verilsin:
"140.4.
Bu maddənin məqsədləri üçün maliyyə lizinqi üzrə
icarə ödəmələrinin cari dəyərini müəyyənləşdirməkdən
ötrü istifadə edilən faiz dərəcəsi ödəmələr
aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə
verilmiş banklararası kredit hərracında olan və ya hərraclar
keçirilmədiyi təqdirdə banklararası kreditlər üzrə
faizlərin orta səviyyəsinin 125 faizi məbləğində
götürülür".
75. 142.3-cü maddə
çıxarılsın.
76. 144.4-cü maddə
çıxarılsın.
77. 145.3-cü maddə
çıxarılsın və 145.4-cü maddə müvafiq olaraq 145.3-cü maddə
hesab edilsin.
78. 146.4-cü maddə
çıxarılsın və 146.5-ci maddə müvafiq olaraq 146.4-cü
maddə hesab edilsin.
79. 147.10-cu maddə
çıxarılsın.
80. 149.1.4-cü maddə
aşağıdakı redaksiyada verilsin:
"149.1.4.
Ödəmə mənbəyində vergiyə cəlb olunması
nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri
olan, əmlakın icarəyə verilməsindən və
royaltidən gəlirləri olan yaxud Azərbaycan
Respublikasının hüdudlarından kənarda gəlir əldə
edən rezident fiziki şəxslər.".
81. 151.3-cü maddə
aşağıdakı redaksiyada verilsin:
"151.3.
Bu zaman vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin
məbləğini müəyyənləşdirməyin
yuxarıdakı iki mümkün metodundan birini seçir və bu barədə
vergi orqanına məlumat verir. Vergi ödəyicisi cari vergi ödəmələrinin
məbləğini müəyyənləşdirmək üçün tətbiq
etdiyi metod barədə məlumat vermədiyi halda vergi
orqanı birinci metodu tətbiq edir.".
82. Aşağıdakı redaksiyada
151.6-cı maddə əlavə edilsin:
"151.6.
Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra
yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari
vergi məbləği hesabat üzrə vergi məbləğindən
çox olduğu halda artıq hesablanmış cari vergi və ona
uyğun faiz məbləğləri azaldılır.".
83. 155.1-ci maddədə "300"
rəqəmi "1250" rəqəmi ilə əvəz
edilsin.
84. 158.2-ci maddədə "2
min" sözləri "2500" rəqəmi ilə əvəz
edilsin.
85. 159.5-ci maddədə "istifadə
olunması" sözlərindən sonra ", fövqəladə
hallardan başqa, malların itməsi, əskik gəlməsi,
xarab olması və ya oğurlanması" sözləri əlavə
edilsin.
86. Aşağıdakı redaksiyada
159.8-ci maddə əlavə edilsin:
"159.8.
ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin
ƏDV tətbiq etməklə aparılan əməliyyatları,
habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə
ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə
aparılan əməliyyatları vergitutma obyektidir.".
87. 164.1.2-ci maddədən
"(maliyyə lizinqi daxil olmaqla)" sözləri
çıxarılsın.
88. 164.1.5-ci maddə
aşağıdakı redaksiyada verilsin:
"164.1.5.
müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində
hər hansı əmlakın qoyulması.".
89. 164.1.11-ci maddə
çıxarılsın.
90. 164.1.12-ci maddədən "və
Azərbaycan Respublikası Dövlət Neft Fondunun" sözləri
çıxarılsın və həmin maddə 164.1.11-ci maddə
hesab edilsin.
91. 164.1.13-cü maddə 164.1.12-ci maddə
hesab edilsin.
92. 165.1.3-cü maddə
aşağıdakı redaksiyada verilsin:
"165.1.3.
malların və bu Məcəllənin 168.1.5-ci maddəsində
göstərilmiş xidmətlərin ixracı;".
93. 165.2-ci maddədə "165.1.1 və
165.1.4-cü maddələri" və "165.1.1 və 165.1.4-cü
maddələrdə" sözləri müvafiq olaraq "165.1.1-ci
maddəsi" və "165.1.1-ci maddəsində" sözləri
ilə əvəz edilsin.
94. 168.1.5-ci maddənin birinci cümləsi
aşağıdakı redaksiyada verilsin:
"168.1.5.
işlərin və ya xidmətlərin
alıcısının yerləşdiyi və ya qeydiyyatda
olduğu, təsis edildiyi, işlər və ya xidmətlər
alıcının daimi nümayəndəliyi ilə bilavasitə
bağlı olduğu halda həmin daimi nümayəndəliyin
olduğu yer.".
95. 169.3-cü maddədə "məbləğdən
vergi tutulmalıdır" sözləri "məbləğə
ƏDV hesablamalı və ödəməlidir" sözləri ilə
əvəz edilsin.
96. 175.1, 175.5 və 175.7-ci maddələrdə
"ödənilmiş" sözündən əvvəl
"nağdsız qaydada" sözləri əlavə edilsin.
97. 175.2-ci maddədə "əməliyyatlara
görə" sözlərindən sonra "nağdsız qaydada ödənilmiş"
sözləri əlavə edilsin.
98. Aşağıdakı redaksiyada
175.8-ci maddə əlavə edilsin:
"175.8.
Bu Məcəllənin 164.1.7-ci maddəsi üzrə ƏDV-dən
azad olunan əməliyyatların müxtəlif mərhələlərdə
rəsmiləşdirilməsi müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada həyata
keçirilir.".
99. Aşağıdakı redaksiyada
176.2.9 və 176.2.10-cu maddələr əlavə edilsin:
"176.2.9.
qeydiyyat bildirişini vermiş vergi orqanının adı,
bildirişin verilmə tarixi və sıra sayı;
176.2.10.
vergi hesab-fakturasını imza etmiş məsul şəxsin vəzifəsi,
soyadı, adı, atasının adı.".
100. 176.4-cü maddədə "Bu sənədlər"
sözləri "Qəbzlər, çeklər, müəyyən
edilmiş qaydada sifariş edilməyən, çap edilməyən
və tərtib edilməyən vergi hesab-fakturaları, nağd
aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər
(mal, iş və xidmət təqdim edənin bank hesabına
birbaşa nağd qaydada ödənişlər istisna edilməklə)"
sözləri ilə əvəz edilsin.
101. 176.5-ci maddədə "idxal sənədləri"
sözlərindən sonra "ödənişin formasından
asılı olmayaraq" sözləri əlavə edilsin.
102. 181.2-ci maddə
çıxarılsın.
103. Aşağıdakı redaksiyada
194.3-cü maddə əlavə edilsin:
"194.3.
Markalanmalı olan aksizli mallara bu Məcəllənin 194.2-ci
maddəsində nəzərdə tutulmuş nəzarətin həyata
keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.".
104. 197.1.1-ci maddənin əvvəlinə
"Rezident və qeyri-rezident" sözləri əlavə
edilsin.
105. 198.4-cü maddə
çıxarılsın.
106. 200.1-ci maddədən "hər
il yanvarın 1-i vəziyyətinə müəyyənləşdirilən"
sözləri çıxarılsın. Həmin maddəyə
aşağıdakı redaksiyada yeni abzas əlavə edilsin:
"Fiziki
şəxslərin xüsusi mülkiyyətində olan binalara görə
əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi
tərəfindən hesablanır.".
107. 200.4-cü maddədə "Müvafiq
orqanlar" sözləri "Bələdiyyələr" sözləri
ilə əvəz edilsin.
108. 201.5-ci maddə
aşağıdakı redaksiyada verilsin:
"201.5.
Müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat
ilindən sonrakı ilin aprel ayının 1-dək vergi
orqanına verir.".
109. 202.0.1-ci maddə
aşağıdakı redaksiyada verilsin:
"202.0.1.
Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri
istisna olmaqla) hesabat ilinin əvvəlinə və sonuna
qalıq dəyəri toplanıb ikiyə bölünür.".
110. 211.1.2-ci maddə
aşağıdakı redaksiyada verilsin:
"211.1.2.
avtobuslar üçün oturacaq yerlərinin sayından və Azərbaycan
Respublikasının ərazisində qaldığı müddətdən
asılı olaraq:
Ölkə
ərazisində qaldığı müddət |
Oturacaq
yerlərinin sayı 12-dək olanda |
Oturacaq
yerlərinin sayı 13-dən 30-dək olanda |
Oturacaq
yerlərinin sayı 31 və çox olanda |
1 gün üçün |
15 ABŞ dolları |
20 ABŞ dolları |
25 ABŞ dolları |
1 həftədəyək |
30 ABŞ dolları |
40 ABŞ dolları |
50 ABŞ dolları |
1 aya qədər |
100 ABŞ dolları |
140 ABŞ dolları |
175 ABŞ dolları |
3 aya qədər |
300 ABŞ dolları |
400 ABŞ dolları |
500 ABŞ dolları |
1 ilə qədər |
1050 ABŞ dolları |
1400 ABŞ dolları |
1750 ABŞ dolları" |
111. 211.1.3-cü maddə
aşağıdakı redaksiyada verilsin:
"211.1.3.
yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat
vasitələri üçün oxların sayından və Azərbaycan
Respublikasının ərazisində qaldığı müddətdən
asılı olaraq:
Ölkə ərazisində
qaldığı müddət |
4 (dörd) oxa qədər
olanda |
4 (dörd) ox və
çox olanda |
1 gün üçün |
20 ABŞ dolları |
30 ABŞ dolları |
1 həftəyə qədər |
40 ABŞ dolları |
80 ABŞ dolları |
1 aya qədər |
140 ABŞ dolları |
280 ABŞ dolları |
3 aya qədər |
400 ABŞ dolları |
800 ABŞ dolları |
1 ilə qədər |
1400 ABŞ dolları |
2800 ABŞ dolları |
112. 211.2-ci maddədən
"211.2.1" rəqəmi çıxarılsın.
113. 211.2.2, 211.3, 211.5-ci maddələr
çıxarılsın və 211.4-cü maddə müvafiq olaraq 211.3-cü
maddə hesab edilsin.
114. Aşağıdakı redaksiyada
216.3-cü maddə əlavə edilsin:
"216.3.
Dağ rayonlarında mineral suların istehsalı ilə məşğul
olan müəssisələr və fiziki şəxslər mədən
vergisini bu Məcəllənin 216.1-ci maddəsində nəzərdə
tutulan vergi dərəcəsinin 50 faizi miqdarında ödəyirlər.".
115. XVII fəsil
aşağıdakı redaksiyada verilsin:
"Fəsil
XVII. Sadələşdirilmiş
vergi
218.1.
Bu Məcəllənin XI fəslinin müddəaları nəzərə
alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata
alınmamış və əvvəlki üç aylıq dövr ərzində
vergi tutulan əməliyyatlarının həcmi aylıq gəlirin
vergi tutulmayan məbləğinin 1250 mislindən az olan, habelə
dövriyyəsindən asılı olmayaraq bu Məcəllənin
218.2-ci maddəsində göstərilən fəaliyyətlə məşğul
olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər
sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna
malikdirlər.
218.2.
Avtomobil nəqliyyatı vasitələri, o cümlədən taksi
ilə sərnişin və yük daşımalarını həyata
keçirən şəxslər sadələşdirilmiş
verginin ödəyiciləridirlər.
218.3.
Aşağıda göstərilən şəxslərin sadələşdirilmiş
vergitutma sistemini tətbiq etmək hiiququ yoxdur:
aksizli
mallar istehsal edən şəxslər;
kredit
və sığorta təşkilatları, investisiya
fondları, qiymətli kağızlar bazarının peşəkar
iştirakçıları, lombardlar;
qeyri-dövlət
pensiya fondları;
əmlakın
icarəyə verilməsindən və royaltidən gəlir əldə
edənlər;
mülkiyyətində
aylıq gəlirin vergi tutulmayan məbləğinin 50 min
mislindən artıq məbləğdə əmlakı
olanlar.
219.1.
Hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən
(bu Məcəllənin 218.2-ci maddəsində nəzərdə
tutulmuş fəaliyyətlə məşğul olan vergi ödəyicilərindən
başqa) təqdim edilmiş mallara (işlərə, xidmətlərə)
və əmlaka görə əldə edilmiş ümumi hasilatın,
habelə satışdankənar gəlirlərin həcmi
vergitutma obyektidir.
219.2.
Bu Məcəllənin 218.2-ci maddəsində nəzərdə
tutulmuş fəaliyyət növləri ilə məşğul
olan vergi ödəyicilərinin vergiyə cəlb edilən dövriyyəsi
müvafiq icra hakimiyyəti orqanı tərəfindən regionlar
üzrə yükgötürmə qabiliyyətindən və oturacaq yerlərinin
sayından asılı olaraq nəqliyyat vasitələrinin
ayrı-ayrı növləri üzrə müəyyən olunmuş
şərti dövriyyəyə uyğun olaraq müəyyən
edilir.
219.3.
Sadələşdirilmiş vergini ödəyən hüquqi şəxslər
ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin,
hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata
keçirən fiziki şəxslər bu fəaliyyət üzrə gəlir
vergisinin və ƏDV-nin ödəyicisi deyildirlər.
220.1.
Sadələşdirilmiş vergi (bu Məcəllənin
218.2-ci maddəsində nəzərdə tutulmuş fəaliyyətlə
məşğul olan vergi ödəyicilərindən başqa) təqdim
edilmiş mallara (işlərə, xidmətlərə) bu
verginin ödəyicilərinin malların təqdim edilməsindən,
işlərin görülməsindən, xidmətlərin göstərilməsindən
əldə etdiyi vəsaitin məbləğindən (ümumi
hasilatının həcmindən) və satışdankənar
gəlirlərdən aşağıdakı dərəcə
ilə hesablanır:
Bakı şəhərində 4
faiz
Digər şəhər və
rayonlarda, Naxçıvan Muxtar Respublikasında 2 faiz
220.2.
Bu Məcəllənin 218.2-ci maddəsində nəzərdə
tutulmuş fəaliyyət növləri ilə məşğul
olan vergi ödəyiciləri 10 faiz dərəcəsi ilə vergi
ödəyirlər.
220.3.
Bakı şəhəri istisna olmaqla, Azərbaycan
Respublikasının digər şəhər və rayonlarda, o
cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət
göstərən vergi ödəyicilərinə bu regionlar üzrə müəyyən
edilmiş vergi dərəcəsi o halda tətbiq edilir ki, vergi
ödəyiciləri özünün istehsal sahəsi, daşınmaz əmlakı
və işçi qüvvəsi ilə həmin ərazilərdə fəaliyyət
göstərmiş olsunlar.
220.4.
Azərbaycan Respublikasının şəhər və
rayonlarında, Naxçıvan Muxtar Respublikasında vergi uçotuna
alınmış, lakin Bakı şəhərində fəaliyyət
göstərən sadələşdirilmiş verginin ödəyiciləri
vergini Bakı şəhəri üzrə müəyyən
olunmuş vergi dərəcəsi ilə ödəyirlər.
220.5.
Müxtəlif vergi dərəcələri ilə vergiyə cəlb
edilən gəlirlər üzrə uçot ayrı-ayrılıqda
aparılmalıdır. Belə uçot aparılmadıqda, ən
yüksək vergi dərəcəsi tətbiq edilir.
Maddə 221. Sadələşdirilmiş verginin
hesablanması qaydası, ödəmə müddəti və bəyannamənin
verilməsi
221.1.
Hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği
bu Məcəllənin 220-ci maddəsi ilə müəyyən
edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi
hasilatının həcminə tətbiq etməklə
hesablanır.
221.2.
Sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür.
221.3.
Sadələşdirilmiş verginin ödəyiciləri hesabat
dövründən sonrakı ayın 20-dək ödənilməli olan
verginin məbləği haqqında vergi orqanlarına bəyannamə
verir və həmin müddətdə vergini büdcəyə ödəyirlər.".
II. Müəyyən
edilsin ki, vergi ödəyicisinin 2003-cü il 1 yanvar tarixinə vergiyə
cəlb olunan əməliyyatlarının ümumi məbləği
əvvəlki tam 12 təqvim ayı ərzində aylıq gəlirin
vergi tutulmayan məbləğinin 5000 mislindən çox deyilsə,
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 158.1-ci
maddəsində nəzərdə tutulan hallar istisna edilməklə,
vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün
qeydiyyatın ləğv olunmasına dair 45 gün ərzində ərizə
verə bilər. ƏDV-nin məqsədləri üçün
qeydiyyatın ləğv olunması Vergi Məcəlləsinin
158.2-ci maddəsinin 2-ci cümləsinə
və 158.3-cü maddəsinə uyğun həyata keçirilir.
Bu
Qanunun qüvvəyə mindiyi tarixdən sonra təqdim olunan vergi
bəyannamələrində 2003-cü il yanvarm 1-dək dövrə
aid fəaliyyət əks etdirildikdə, həmin dövrdə qüvvədə
olmuş vergi dərəcələri tətbiq edilir.
2003-cü
il yanvarın 1-dək vergi ödəyiciləri tərəfindən
nağd pulla aparılan və ƏDV-yə cəlb edilən əməliyyatlar
üzrə vergi hesab-fakturaları həmin əməliyyatların
aparıldığı dövr üzrə vergi orqanlarına müəyyən
edilmiş müddətdə təqdim edilən bəyannamələrdə
əks etdirildiyi halda verginin əvəzləşdirilməsinə
əsas verir.
III. Bu
Qanun 2003-cü il yanvarın 1-dən qüvvəyə minir.
Heydər
ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 noyabr
2002-ci il
№ 383-IIQD