İşsizlik
müavinətinin hesablanması və ödənilməsi
Qaydalarının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI[1]
“Məşğulluq haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9
avqust tarixli, 549 nömrəli Fərmanının icrasını
təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İşsizlik
müavinətinin hesablanması və ödənilməsi
Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar
imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri
A.RASİZADƏ
Bakı
şəhəri, 22 yanvar 2002-ci il
¹ 12
|
İşsizlik
müavinətinin hesablanması və ödənilməsi
QAYDALARI
Bu Qaydalar “Məşğulluq haqqında”
Azərbaycan Respublikası Qanununa əsasən hazırlanmışdır
və Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Dövlət Məşğulluq
Xidmətinin yerli orqanları (bundan sonra şəhər, rayon
məşğulluq mərkəzləri) tərəfindən
işsizlik müavinətinin hesablanması və
ödənilməsi qaydalarını müəyyən edir.[2]
1. İşsizlik
müavinətinin ödənilməsinin şərtləri
və müddətləri
1.1. Müəyyən edilmiş
qaydada işsiz statusu almış vətəndaşlar
işsizlik müavinəti almaq hüququ qazanır.
1.2. İşsiz statusu
almış vətəndaşa işsizlik müavinəti
(təkrar müavinət alınan hallar istisna olmaqla) ona
işsiz statusu müəyyən edildiyi gündən
hesablanır.
1.3. Hüquqi
şəxslərin ləğvi və ya işçilərin
sayının və ştatların ixtisar olunması,
əmək şəraitinin şərtlərinin
dəyişdirilməsi ilə əlaqədar olaraq
sərbəstləşdirilmiş və işdən azad
edildikdən sonra şəhər, rayon məşğulluq
mərkəzində qeydiyyata alınmış, lakin
əmək qanunvericiliyi ilə müəyyən edilmiş
işdənçıxarma müavinəti və orta aylıq
əmək haqqı ödənilən müddət
ərzində işə düzəldilməmiş
vətəndaşlara işsizlik müavinəti bu
müddətin qurtardığı birinci gündən
təyin edilir.
1.4. İşçilərin
sayının azaldılması və ya ştatların
ixtisarı ilə əlaqədar müəyyən edilmiş
xəbərdarlıq müddətləri əvəzinə
işçiyə onun razılığı ilə azı iki
aylıq əmək haqqını bir dəfəyə
ödəməklə müvafiq əsaslarla əmək
müqaviləsinə xitam verildiyi və
işdənçıxarma müavinəti ödənildiyi
hallarda həmin şəxsə
sərbəstləşdirildiyi gündən sonrakı bir ay
müddət bitdikdən sonra işsizlik müavinəti
təyin edilə bilər. Əmək şəraitinin
şərtlərinin dəyişdirilməsi ilə
əlaqədar müəyyən edilmiş
xəbərdarlıq müddətləri əvəzinə
işçiyə onun razılığı ilə azı iki
aylıq əmək haqqını bir dəfəyə
ödəməklə müvafiq əsaslarla əmək
müqaviləsinə xitam verildiyi və müavinətin
ödənildiyi hallarda həmin şəxsə işdən
çıxdığı gündən sonrakı iki ay
müddət bitdikdən sonra işsizlik müavinəti
təyin edilə bilər.
1.5. İşsizlik
müavinətinin ödənilməsi müddəti 12
aylıq dövr ərzində 26 təqvim
həftəsindən çox ola bilməz.
1.6. İşsiz statusu təyin
olunan vaxtdan 12 ay keçdikdən sonra işsiz
vətəndaş münasib işlə təmin
olunmayıbsa, onun təkrarən işsizliyə görə
müavinət almaq hüququ vardır. Bu zaman işsizlik
müavinəti təsdiq olunmuş müavinətin minimum
məbləğində müəyyən edilir.
2. İşsizlik
müavinətinin hesablanması qaydaları
2.1. İşsiz statusu
almış vətəndaşlar işsizliyin
başlanmasından (şəhər, rayon məşğulluq
mərkəzində işaxtaran kimi qeydiyyata
alındığı gündən) əvvəlki 12 ay
ərzində 26 təqvim həftəsindən az olmayan
müddətdə haqqı ödənilən işə malik
olduqda, onların işsizlik müavinəti axırıncı
iş yerindəki son 12 ay üzrə hesablanmış orta aylıq
əmək haqqının 70 faizi məbləğində
müəyyən edilir.
Əgər vətəndaş
axırıncı iş yerində 12 aydan az
işləmişdirsə (lakin 12 ay ərzində o, 26
təqvim həftəsindən az olmayan müddətdə
axırıncı, həmçinin əvvəlki iş
yerləri üzrə haqqı ödənilən işə
malikdirsə), bu halda işsizlik müavinəti
üçün orta aylıq əmək haqqı
axırıncı iş yerində faktiki işlədiyi aylarda
hesablanmış əmək haqqının cəmlənmiş
məbləğinin faktiki işlənmiş ayların
sayına bölünməsi ilə hesablanır.
2.2. İşsizliyin
başlanmasından əvvəlki 12 ay ərzində
işəgötürənin təqsiri olmadan
müəssisədə işin dayandırılması ilə
əlaqədar işçilərin qrup halında məcburi
ödənişsiz məzuniyyətdə olduğu hallarda
və bu səbəbdən həmin 12 ay ərzində 26
təqvim həftəsindən az müddətdə haqqı
ödənilən işə malik olanlara və işsiz statusu
verilmiş vətəndaşlara işsizlik müavinəti
üçün orta aylıq əmək haqqı
axırıncı iş yerindəki faktiki işlədiyi aylar
üzrə hesablanmış əmək haqqının
cəmlənmiş məbləğinin faktiki
işlənmiş ayların sayına bölünməsi
ilə hesablanır.
Bir aydan az işləmiş
işçilərin orta aylıq əmək haqqını
hesablamaq üçün işçinin faktiki işlədiyi
iş günləri ərzində qazandığı
əmək haqqını həmin günlərə
bölməklə bir günlük əmək haqqı
müəyyən edilir və aylıq iş günlərinin
orta illik sayına vurulur.
2.2.1. İşsizlik
müavinəti yuxarıda göstərilən qaydada
hesablanmış orta aylıq əmək haqqının 70
faizi məbləğində müəyyən edilir.
2.2.2. İşsizliyin
başlanmasından əvvəlki 12 ay ərzində
işəgötürənin təqsiri olmadan
müəssisədə işin dayandırılması ilə
əlaqədar işçilərin qrup halında məcburi
ödənişsiz məzuniyyətdə olduğu hallarda
və bu səbəbdən həmin vətəndaş
axırıncı iş yerində heç bir haqqı ödənilən
işə malik deyildirsə, ona işsizlik müavinəti
təsdiq edilmiş müavinətinin minimum
məbləğinin 2 misli miqdarında müəyyən edilir.
2.3. İşsizlik
müavinəti üçün orta aylıq əmək
haqqı hesablanması zamanı nəzərə alınan
və alınmayan ödənişlərin siyahısı
“Məzuniyyət vaxtı üçün orta əmək
haqqının hesablanması zamanı nəzərə
alınan və alınmayan ödənişlərin
müəyyən edilməsi və məzuniyyət vaxtı
üçün orta əmək haqqının
əmsallaşdırılması qaydasının təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1999-cu il 25 avqust tarixli, 137 nömrəli
qərarına uyğun olaraq müəyyən edilir.
2.4. Azərbaycan Ordusundan və
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq yaradılmış başqa silahlı
birləşmələrdən azad edilmiş hərbi
qulluqçuların orta aylıq əmək haqqının
hesablanması zamanı onların vəzifə maaşı
(yeni vəzifə maaşını təşkil edən
bütün artım növləri və əlavələr
daxil olmaqla), hərbi və ya xüsusi rütbəyə
görə maaşlar və xidmət illərə
(fasiləsiz işə) görə əlavələr
nəzərə alınır. Həmin vətəndaşlara
işsizlik müavinəti hesablanmış orta aylıq
əmək haqqının 70 faizi məbləğində
müəyyən edilir. [3]
2.5. Bütün başqa hallarda
işsizlik müavinəti təsdiq edilmiş müavinətin
minimum məbləğində müəyyən edilir.
2.6. Şəhər, rayon
məşğulluq mərkəzinin göndərişi ilə
peşə hazırlığını, yenidən
hazırlığı və ixtisasartırma kurslarını
başa çatdırdıqdan sonra onlardan asılı olmayan
səbəblərdən münasib işlə təmin
olunmayan vətəndaşlar bu bölmədə
nəzərdə tutulmuş məbləğdə işsizlik
müavinəti almaq hüququna malikdirlər.
2.7. İşsizin
himayəsində 18 yaşa çatmamış
uşağı olduqda, işsizlik müavinətinin
məbləği hər bir uşaq üçün
müavinətin 10 faizi məbləğində, lakin
müavinətin 50 faizindən artıq olmamaq şərti
ilə artırılır. Ailədə valideynlərdən
hər ikisinə işsizlik müavinəti təyin
edildikdə, müavinətin himayədə olan hər uşaq
üçün 10 faiz artırılması yalnız
valideynlәrdәn birinə şamil edilir.
2.8. Məhkəmənin qanuni
qüvvəyə minmiş qərarı ilə tutulmalı
olan məbləğlər (alimentlər, ziyanın
ödənilməsi və sair məbləğlər) təyin
edilmiş müavinətin 50 faizindən çox olmamaq
şərti ilə işsizlik müavinətindən tutulur.
2.9. Bütün hallarda işsizlik
müavinətinin məbləği həmin müavinətin
təyin edildiyi dövrdə Dövlət Statistika Komitəsi
tərəfindən rəsmi dərc olunmuş respublika üzrə
orta aylıq əmək haqqından çox və təsdiq
olunmuş müavinətin minimum məbləğindən az
olmamalıdır.
2.10. İşsiz vətəndaşlara
verilən müavinətlərin bütün növləri
qanunvericiliklə müəyyən edilmiş qaydada
indeksləşdirilir.
3. İşsizlik
müavinətinin ödənilməsi qaydası
3.1. Vətəndaşlara
işsizlik müavinətləri qeydiyyatda olduğu
şəhər, rayon məşğulluq mərkəzləri
tərəfindən yalnız
nağdsız qaydada ödənilir.[4]
3.2. İşsizlik
müavinəti işsizin şəhər, rayon
məşğulluq mərkəzində ayda bir dəfə
yenidən qeydiyyata alınması şərti ilə ayda bir
dəfə ödənilir. Vətəndaşın işsiz
statusu aldığı gün qeydiyyat günü hesab edilir.
İşsiz yenidən qeydiyyatdan keçərkən
əmək kitabçasını (yaxud onu əvəz edən
sənədi) təqdim etməlidir.
3.3. Şəhər, rayon
məşğulluq mərkəzləri tərəfindən
işsizlik müavinətlərinin nağd yolla
ödənilməsi ödəniş cədvəlləri
əsasında həyata keçirilir.[5]
3.4. İşsiz
vətəndaş işsizlik müavinətinin saxta
sənədlər təqdim etmək yolu ilə aldıqda,
işsiz vətəndaş işsizlik müavinətini
aldığı dövrdə işə düzəldikdə,
sahibkarlıq və ya fərdi əmək fəaliyyəti
ilə məşğul olduqda, mülkiyyətində torpaq
payı olduqda, işsiz vətəndaş müvafiq
qanunvericiliyə uyğun olaraq pensiyaya çıxdıqda
(ailə başçısını itirməyə
görə uşaqlar üçün təyin olunmuş pensiyalar
istisna olmaqla) artıq ödənilmiş işsizlik
müavinəti qanunvericiliklə müəyyən olunmuş
qaydada geri alınır.
3.5. İşsizlik müavinətinin
ödənilməsinin dayandırılması və ona xitam
verilməsi şəhər, rayon məşğulluq
mərkəzlərinin əmri ilə rəsmiləşdirilir
və əmək kitabçasında müvafiq qaydada
qeydlər aparılır. Vətəndaşın əmək
kitabçası olmadıqda ona şəhər, rayon
məşğulluq mərkəzi tərəfindən
müvafiq əmrlərin nüsxələri verilir.
4. Məsuliyyət
4.1. Bu Qaydaları pozmaqda
günahkar olan şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyində müəyyən
olunmuş qaydada məsuliyyət daşıyırlar.
4.2. İşsizlik
müavinətinin təyin olunmasına əsassız olaraq
rədd cavabı aldıqda, onun ödənilməsi
müddətləri başqa vaxta keçirildikdə,
müavinətin məbləği ilə
razılaşmadıqda işsiz vətəndaşlar
şəhər, rayon məşğulluq mərkəzini
işçilərinin hərəkətlərindən
(hərəkətsizliyindən) həmin mərkəzin
yuxarı orqanlarına və ya müəyyən edilmiş
qaydada məhkəməyə şikayət edə
bilərlər.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
10 may 2011-ci il tarixli 76 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 5, maddə 449)
2.
10 aprel 2017-ci
il tarixli 133 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, ¹
75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹4, maddə 620)
3.
26 may 2017-ci
il tarixli 228 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 may 2017-ci il, ¹ 115, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 5, maddə
999)
4.
28 dekabr
2017-ci il tarixli 608
nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 30 dekabr 2017-ci il, ¹
290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹ 12, II kitab, maddə 2553)
QƏRARA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 28 dekabr 2017-ci il tarixli 608 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 dekabr 2017-ci il, ¹ 290, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 12, II kitab,
maddə 2553) ilə
“İşsizlik müavinətinin hesablanması və
ödənilməsi Qaydalarının təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 22 yanvar tarixli 12 nömrəli qərarı
ləğv edilmişdir.
[2] 10 may 2011-ci il tarixli 76 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 5, maddə 449) ilə
təsdiq edilmiş "İşsizlik müavinətinin
hesablanması və ödənilməsi
Qaydaları"nın preambula hissəsində "Nazirliyinin Baş
Məşğulluq İdarəsinin" sözləri
"Nazirliyi yanında
Dövlət Məşğulluq Xidmətinin"
sözləri ilə əvəz edilmişdir.
[3] 10 aprel 2017-ci
il tarixli 133 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, ¹
75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹4, maddə 620) ilə “İşsizlik
müavinətinin hesablanması və ödənilməsi
Qaydaları”nın 2.4-cü bəndində “Azərbaycan Respublikasının Silahlı
Qüvvələrindən” sözləri “Azərbaycan Ordusundan” sözləri ilə
əvəz edilmişdir.
[4] 26 may 2017-ci il tarixli 228 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 may 2017-ci il, ¹ 115, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 5, maddə
999) ilə “İşsizlik müavinətinin hesablanması
və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndində
“nağd və ya banklar
(işsiz vətəndaşların arzusu ilə)
vasitəsilə” sözləri “yalnız nağdsız qaydada” sözləri ilə
əvəz edilmişdir.
[5] 26 may 2017-ci il tarixli 228 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 may 2017-ci il, ¹ 115, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 5, maddə
999) ilə “İşsizlik müavinətinin hesablanması
və ödənilməsi Qaydaları”nın 3.3-cü
bəndi ləğv edilmişdir.