“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin (“Hərbi-həkim ekspertizasının təşkili və aparılması Qaydası" və “Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələblər"in) təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 18 mart tarixli, 48 nömrəli və “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin (“Hərbi-həkim ekspertizasının təşkili və aparılması Qaydası" və "Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələblər"in) təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 18 mart tarixli, 48 nömrəli qərarına dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 oktyabr tarixli, 164 nömrəli qərarlarına dəyişikliklər və əlavələr edilməsi haqqında[1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

I. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin (“Hərbi-həkim ekspertizasının təşkili və aparılması Qaydası" və “Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələblər"in) təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 18 mart tarixli, 48 nömrəli qərarına aşağıdakı dəyişikliklər edilsin:

1. Əsasnamənin “Hərbi-həkim ekspertizasının təşkili və aparılması Qaydası" bölməsinin:

bütün mətnində ismin müvafiq hallarında işlənmiş "yaralanma (travma, xəsarət, kontuziya), xəstəlik" sözləri müvafiq olaraq "xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik" sözləri ilə, "səhhəti" sözü "sağlamlıq vəziyyəti" sözləri ilə,

30-cu bəndinin 2-ci abzasında "hərbi xidmətə yararlılığın fərdi qiymətləndirməsi nəzərdə tutulan" sözləri "hərbi xidmətə yararlılığın fərdi qiymətləndirilməsini və sıradankənar hərbi xidmətə yararlılığı nəzərdə tutulan" sözləri ilə,

42-ci bəndinin 1-ci abzasında "27" rəqəmi "35" rəqəmi ilə, 2-ci abzasında isə "və" sözü "şəxslərin, o cümlədən" sözləri ilə,

44-cü bəndinin 8-ci abzasında "dövründə keçirdikləri kəskin xəstəliklərə və ya xroniki xəstəliklərin kəskinləşməsinə" sözləri "dövründə aldıqları xəsarətlərə (yaralanmalara, travmalara, kontuziyalara) və keçirdikləri xəstəliklərə" sözləri ilə və "xəstəliklərin nəticələri" sözləri "xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin nəticələri" sözləri ilə,

45-ci bəndinin "a" yarımbəndinin 2-ci abzasında "quruluşunu müdafiə" sözləri "quruluşunun müdafiəsi ilə əlaqədar bilavasitə döyüş əməliyyatlarında iştirak" sözləri ilə, 3-cü abzasında “dəyişən və ya yararsızlığına (o cümlədən, müvəqqəti yararsızlığına) gətirib çıxaran dərəcəyə çatmışsa" sözləri "dəyişirsə" sözü ilə, 4-cü abzasında "əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə)" sözləri "bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirəndə əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və Vətənə qarşı cinayət törətməmişsə)" sözləri ilə, "e" yarımbəndinin 2-ci abzasında "dəyişəcək və ya yararsızlığına (o cümlədən müvəqqəti yararsızlığına) gətirib çıxaracaq dərəcəyə çatmamışsa" sözləri "dəyişmirsə" sözü ilə,

47-ci bəndinin 2-ci abzasında "və ya şahidlərin yaşayış yeri üzrə hərbi komissar" sözləri "hərbi hissə komandirlərinin, orqanların yuxarı rəhbərliyi" sözləri ilə əvəz edilsin;

3-cü bənd üzrə:

"a" yarımbəndinə aşağıdakı redaksiyada yeni abzas əlavə edilsin:

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, orqanların və digər qoşunların mülki heyətindən olan şəxslərin";

"ç" yarımbəndinə aşağıdakı redaksiyada yeni abzas əlavə edilsin:

"hərbi qulluqçuların, orqanlarda xidmət edən vətəndaşların, hərbi - tibb müəssisələrində pulsuz tibbi təminat hüququna malik Silahlı Qüvvələrin və orqanların ehtiyatında olan şəxslərin nəqliyyat vasitələrinin idarəetməyə yararlığının təyin edilməsi";

4-cü bəndinə aşağıdakı redaksiyada yeni abzas əlavə edilsin:

"HHK-ları hərbi-həkim ekspertizası məsələləri ilə əlaqədar hərbi komissarlıqlardan, hərbi hissələrdən, orqanlardan, hərbi-tibb müəssisələrindən, mənsubiyyətindən asılı olmayaraq digər tibb müəssisələrindən və təşkilatlardan şəxsi və pensiya işlərini, tibbi sənədləri, inzibati araşdırma, təhqiqat, cinayət işi materiallarını, xasiyyətnamələri, arxiv arayışlarını, əmrlərdən, aktlardan, protokollardan çıxarışları və qərar çıxarmaq üçün zəruri olan digər sənədləri tələb edirlər.",

11-ci bəndində "Orqanlarda" sözündən əvvəl "Digər qoşunlarda və" sözləri əlavə edilsin;

30-cu bəndinə aşağıdakı redaksiyada yeni abzas əlavə edilsin:

"sıradankənar hərbi xidmətə yararlı və (və ya) müəyyən qoşun növündə hərbi xidmətə yararsız hesab edilmiş hərbi qulluqçular həmin qoşun növündə arxa xidməti mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, qulluqetmə heyətinə, inzibati-təsərrüfat və digər vəzifələrə təyin edilirlər.",

42-ci bəndinin 2-ci abzasında "5 ildən bir" sözlərindən sonra (vərəm xəstəliyinə görə ehtiyata buraxılmış şəxslərin isə 3 ildən bir) sözləri əlavə edilsin;

44-cü bəndinin 2-ci abzasında "xidmət keçmiş" sözlərindən sonra "(hərbi xidmətdən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ehtiyata buraxılmış və ya tərxis olunmuş şəxslər)" sözləri əlavə edilsin;

45-ci bəndinə aşağıdakı redaksiyada yeni abzas əlavə edilsin:

"Hərbi xidmətə, orqanlarda xidmətə qədər sağlamlıq vəziyyətinə görə hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq dərəcəsini dəyişdirən xəsarətlər (yaralanmalar, travmalar, kontuziyalar), xəstəliklər təyin olunmuş və hərbi xidmətə, orqanlarda xidmətə düzgün çağırılmamış şəxslər haqqında, əgər xidmət dövründə yararsızlıq dərəcəsi artmamışsa, həmin xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə, orqanlarda xidmətlə səbəb əlaqəsi təyin olunmur.";

45-ci bəndinin "ç" yarımbəndinə aşağıdakı redaksiyada yeni 4-cü abzas əlavə edilsin və 4-cü və 5-ci abzaslar müvafiq olaraq 5-ci və 6-cı abzaslar hesab edilsin:

"əgər şəhadətləndirilən şəxs xəsarətə (yaralanmanı, travmanı, kontuziyanı), xəstəliyi bilavasitə hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olmayan, öz səhlənkarlığı və ya ehtiyatsızlığı səbəbindən əsir düşərək, əsirlikdə olmuşsa;";

3-cü bəndinin "a" yarımbəndindən 10-cu abzas və 30-cu bəndinin 4-cü abzası çıxarılsın.

7-ci bəndinin 1-ci abzasında "Belə hallarda," sözləri çıxarılsın.

2. Əsasnamənin "Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələblər" bölməsinin:

1-ci qrafasına "ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar, hərbi uçotda olmayan qadın vətəndaşlar" sözləri və 2-ci qrafasına və "ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar, hərbi xidmətə könüllü, müqavilə (kontrakt) üzrə daxil olarkən" sözləri əlavə edilsin;

1-ci abzasında "səhhətinə" sözü "sağlamlıq vəziyyətinə" sözləri ilə əvəz edilsin;

III qrafasında "ehtiyatda olan zabitlər; hərbi xidmət keçməmiş ehtiyatda olan zabitlər hərbi xidmətə və hərbi toplanışa çağırılanda; hərbi xidmətə könüllü daxil olan, müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan, hərbi xidmət keçən şəxslərin" sözləri "ehtiyatda olan zabitlərin; hərbi xidmətə, hərbi toplanışa çağırılan və hərbi xidmət keçməmiş ehtiyatda olan zabitlərin" sözləri ilə əvəz edilsin.

3. Əsasnamənin "Xəstəliklər cədvəli"nin 34-cü maddəsinin "b" bəndində "yaxıngörməsi" sözündən sonra "yaxud uzaqgörməsi" sözləri əlavə edilsin.

4. Əsasnamənin "Xəstəliklər cədvəli"nin maddələrinin tətbiqinə dair İzahatların:

2-ci maddəsinin 5-ci abzasının "-ilkin vərəm" sözlərindən əvvəl "ağ ciyərlərdən birində" sözləri və 45-ci maddəsinin 4-cü abzasının "aterosklerozu;" sözündən sonra "II mərhələ anqiotrofonevrozu" sözləri əlavə edilsin;

13-cü maddəsinin 11-ci abzasında "zəif qidalanma üçün 18,5-19,4; hipotrofiya olanda 18,5-dən az" sözləri "zəif qidalanma üçün - 18,0-19,4; hipotrofiya olanda 18,0-dan az;" sözləri ilə əvəz edilsin;

68-ci maddəsinin 3-cü abzasında "artrozun" sözündən əvvəl "II dərəcəli" sözləri və 4-cü abzasında isə "iki barmağın" sözlərindən sonra "olmaması" sözü əlavə edilsin.

5. Əsasnamənin "Vətəndaşların səhhətinin vəziyyətinə əlavə tələblər cədvəli":

"a" bəndinin başlığından "əsgər, matros, çavuşlarla əvəz olunan vəzifələrə" sözləri çıxarılsın;

"ç" bəndinin "Hərbi xidmətdə olmayan vətəndaşlar, zabit rütbəsi olmayan qulluqçular" bölməsinə 39-cu qrafadan sonra aşağıdakı redaksiyada yeni 40-cı qrafa əlavə edilsin və 40-cı, 41-ci qrafalar müvafiq olaraq 41-ci və 42-ci qrafalar hesab edilsin:

"Başqa hərbi tədris müəssisələri və dövlət ali ixtisas təhsili müəssisələrinin hərbi fakültələri" (əlavə olunur);

"a" bəndinin 1-ci qrafasında "Boy (sm-lə) - aşağı olmayaraq" sətrində "180" rəqəmi "175" rəqəmi ilə əvəz edilsin;

"ç" bəndinin "Fiziki inkişaf göstəriciləri" qrafasında "Maddə - 13 e" sözləri "Maddə - 13 d" sözləri ilə əvəz edilsin.

II. "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin ("Hərbi-həkim ekspertizasının təşkili və aparılması Qaydası" və "Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələblər"in) təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 18 mart tarixli, 48 nömrəli qərarına dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 oktyabr tarixli, 164 nömrəli qərarına aşağıdakı dəyişikliklər edilsin:

"Bədən çəkisinin və boyun normada və qidalanma pozulmalarında nisbəti" cədvəlinin "a" bəndinin 1-ci qrafasında (Hipotrofiya) "BÇİ - 18,5-dən az" sözləri "BÇİ - 18,0-dan az" sözləri ilə; 2-ci qrafasında (Zəif qidalanma) "BÇİ - 18,5-19,4" sözləri "BÇİ - 18,0-19,4" sözləri ilə və cədvəlin 1-ci qrafasının 1-ci sətrində "40,0" rəqəmi "39,5" rəqəmi ilə, 2-ci qrafasının 1-11-ci sətrlərində "40,0 - 45,0; 45,5; 46,0; 46,5; 47,0; 47,5; 48,0; 48,0; 48,0; 48,0; 48,5" rəqəmləri müvafiq olaraq "39,5-42,3; 43,1; 43,7; 44,4; 44,9; 45,5; 46,1; 46,7; 47,3; 47,9; 48,4" rəqəmləri ilə əvəz edilsin.

III. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 14 yanvar 2002-ci il
¹ 5

 

Azərbaycan Respublikası Nazirlər  Kabinetinin

2002-ci il 14 yanvar  tarixli, 5 nömrəli qərarına

ƏLAVƏ

 

Başqa hərbi tədris müəssisələri və dövlət ali ixtisas təhsili müəssisələri nəzdində hərbi fakültələr

 

Fiziki inkişafın göstəriciləri
Xəstəliklər cədvəlinin maddələrinin və xəstəliklərin siyahısı

Hərbi xidmətdə olmayan vətəndaşlar, zabit rütbəsi olmayan hərbi qulluqçular

Başqa hərbi tədris müəssisələri və dövlət ali ixtisas təhsili müəssisələri nəzdində hərbi fakültələr

1

2

Boy (sm-lə)

artıq olmayaraq
aşağı olmayaraq

40
150

 

Görmə orqanları

 

Görmə itiliyi aşağı olmayaraq

korreksiyasız

uzaq üçün
yaxın üçün


0,8/0,5

 

korreksiya ilə

uzaq üçün
yaxın üçün


0,8/0,5

Refraksiya
(dptr)-larla
çox olmayaraq

yaxıngörmə
uzaqgörmə
astiqmatizm

4,0/4,0
4,0/4,0
2,0/2,0

Rəngduyma

dixromaziya

YS

 

rəngduyma
zəifliyi

III və ya
II dərəcə
I dərəcə

YS

 

Eşitmə

 

Pıçıltı nitqi (m-lə) az olmayaraq

 

 

Maddələr – 2-ç, 3-ç, 6-b

 

6/6

Maddə – 12-ç

 

YS

Maddə – 13-d

 

YS

Maddələr – 16-ç, 17-ç

 

YS

Maddə – 29-ç

 

YS

Maddə – 33-b

 

YS

Bir gözdə spazm və ya akkomodasiyanın iflici

 

YS

Qeyri-travmatik etiologiya görmə sinirinin proqressivləşməyən atrofiyası

 

YS

Maddə – 38-ç

 

YS

Maddə - 39-ç

 

YS

Maddələr - 42-ç, 45-ç, 46-ç, 47-b, 49-ç, 51-ç, 55-b

 

YS

Maddələr – 49-d, 54-b

 

YS

Maddə – 54-a

 

YS

Maddə – 54-c

 

 

Maddə – 55-c

 

 

Müalicə olunmayan davamlı stomatitlər, qinqivitlər, xeylitlər

 

YS

Maddələr – 56-c, 56-ç

 

YS

I dərəcəli dişlək anomaliyaları

 

 

Xroniki qastrobuodenti, xolesistit, ödçıxarma yollarının diskneziyası, xoşxassəli hiperbilirubinemiya

 

YS

Nadir kəskinləşmələrlə xroniki pankereatit

 

YS

Maddə – 59-ç

 

YS

Maddə – 60-ç

 

YS

Maddələr – 63-ç, 65-ç, 66-ç, 67-ç, 68-ç, 69-ç

 

YS

Maddə – 69-ç

 

YS

Maddə – 73-ç, bir xayanın qasıq kanalında və ya onun xarici dəliyində qalması

 

YS

Maddələr – 75-c, 83-ç, 84-ç

 

YS

Profilaktiki peyvəndlərin və antibiotiklərlə müalicə aparılmasına mane olan allergik vəziyyətlər

 

YS

 

İşlər müdiri       A.Hacıyev


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 29 fevral 2008-ci il tarixli 59 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 134)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 fevral 2008-ci il tarixli 59 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 134) ilə ləğv edilmişdir.