“Dövlət
satınalmaları haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
“Dövlət satınalmaları
haqqında” Azərbaycan Respublikası Qanununun
qüvvəyə minməsi ilə bağlı onun tətbiq
edilməsini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay
müddətində:
qüvvədə olan qanunvericilik
aktlarının “Dövlət satınalmaları haqqında”
Azərbaycan Respublikası Qanununa
uyğunlaşdırılması barədə
təkliflərini Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
“Dövlət satınalmaları
haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına
görə məsuliyyət növlərini müəyyən
edən qanunvericilik aktının layihəsini hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
“Dövlət satınalmaları
haqqında” Azərbaycan Respublikası Qanununun 36.10-cu
maddəsinə uyğun olaraq güzəştlərin
həcmi və tətbiqi qaydasını
müəyyənləşdirib təsdiq etsin;
həmin Qanunun 37.6-cı maddəsinə
uyğun olaraq tender komissiyasının yekun protokolunun
nümunəsini təsdiq etsin;
həmin Qanunun 40.11-ci maddəsinə
uyğun olaraq mallar (işlər və xidmətlər)
üzrə satınalma müqaviləsinin nümunəsini
hazırlayıb təsdiq etsin;
həmin Qanunun 51.2-ci maddəsinə uyğun
olaraq malların (işlərin və xidmətlərin)
qiymətlərində dəyişikliklərin satınalma
müqaviləsinə təsirinin hesablanması üsulunu
müəyyənləşdirib təsdiq etsin;
Azərbaycan Respublikasının
Satınalmalar üzrə Dövlət Agentliyinin
funksiyalarına dəyişikliklər edilməsi ilə
bağlı onun haqqında yeni Əsasnamə layihəsini
təsdiq edilmək üçün Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
öz səlahiyyətləri daxilində “Dövlət
satınalmaları haqqında” Azərbaycan Respublikası
Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
2. Müəyyən edilsin ki:[1]
2.1. 250 (iki yüz əlli) milyon
manat və ondan yuxarı həcmdə bütün
dövlət satınalmaları tender vasitəsi ilə
həyata keçirilir;
2.2. “Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikası Qanununun 1.4-cü maddəsinin ikinci cümləsində, 1.6-cı
maddəsində, 2-ci
maddəsinin on doqquzuncu abzasında (hər iki halda),
4-1.6-cı maddəsinin ikinci cümləsində, 13-1.1-ci
maddəsinin birinci cümləsində, 17.3-cü maddəsinin birinci və ikinci cümlələrində,
27.1-ci maddəsinin üçüncü cümləsində,
27.5-ci maddəsinin birinci cümləsində, 29.3-cü, 36.9-cu maddəsinin ikinci
cümləsində, 50-1.2-ci maddəsinin ikinci
cümləsində, 50-1.3-cü maddəsinin ikinci
cümləsində, 50-1.4-cü maddəsində, 50-2.2-ci
(hər iki halda) və 51.2-ci maddələrində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir;[2]
2.3. həmin Qanunun 36.9-cu
maddəsinin ikinci cümləsində və 50-1.4-cü
maddəsində “orqan” dedikdə Azərbaycan
Respublikasının Prezidenti nəzərdə tutulur;[3]
2.4. həmin Qanunun 4.1.1-ci və 4.1.6-cı
maddələrində nəzərdə tutulmuş “müvafiq
icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan
Respublikasının Nazirlər Kabineti həyata keçirir;[4]
2.5. həmin Qanunun 11.5-ci, 36.10-cu,
37.6-cı, 40.11-ci, 44.2-ci və 51.2-ci maddələrində
nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti
orqanı”nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.6. həmin Qanunun 1.4-cü
maddəsinin ikinci cümləsində, 13-1.1-ci maddəsinin
birinci cümləsində, 27.1-ci maddəsinin
üçüncü cümləsində, 29.3-cü, 50-2.2-ci (ikinci halda) və
51.2-ci maddələrində “orqan” (qurum) dedikdə Azərbaycan
Respublikasının Nazirlər Kabineti nəzərdə
tutulur;[5]
2.7. həmin Qanunun 23.2-ci
maddəsində nəzərdə tutulmuş “müvafiq icra
hakimiyyəti orqanları”nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi,
Azərbaycan Respublikasının İqtisadiyyat
və Sənaye Nazirliyi və tender predmetinə
aidiyyəti olan müvafiq mərkəzi icra hakimiyyəti
orqanları həyata keçirirlər;[6]
2.8. həmin Qanunun 17.1-ci, 20.1-ci və
41.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq
icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata
keçirir;
2.9. həmin Qanunun 4-cü
maddəsinin adında, 4.1-ci, 4.2-ci, 11.2-ci, 12-ci, 17.3-cü,
21.1-ci, 27.4-cü, 37.5-ci, 38.2-ci, 40.6-cı, 41.3-cü,
42.1.19-cu, 57.1-ci, 57.2-ci, 57.3-cü, 57.4-cü, 58.1-ci, 58.3-cü
və 59.3-cü maddələrində nəzərdə
tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın
səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata
keçirir;[7]
2.9-1. həmin Qanunun 17.3-cü maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;[8]
2.10. həmin Qanunun 2-ci maddəsinin on
doqquzuncu abzasında (birinci halda) “orqan” dedikdə dövlət
satınalmalarının vahid internet portalının
yaradılmasına münasibətdə Azərbaycan
Respublikasının Nazirlər Kabineti, həmin portalın
fəaliyyətinin təmin edilməsinə
münasibətdə Antiinhisar
və İstehlak Bazarına Nəzarət Dövlət
Xidməti qismində Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
2.11. həmin Qanunun 2-ci
maddəsinin on doqquzuncu abzasında (ikinci halda), 4-1.6-cı
maddəsinin ikinci cümləsində, 27.5-ci maddəsinin
birinci cümləsində, 50-1.2-ci maddəsinin ikinci
cümləsində və 50-1.3-cü maddəsinin ikinci
cümləsində “orqan” dedikdə Antiinhisar və İstehlak Bazarına Nəzarət
Dövlət Xidməti qismində Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi
nəzərdə tutulur;[9]
2.12. həmin Qanunun 1.6-cı
maddəsində orqan “(qurum)” dedikdə “Azərlotereya”
Açıq Səhmdar Cəmiyyəti nəzərdə
tutulur;[10]
2.13. həmin Qanunun 50-2.2-ci maddəsində (birinci halda) “orqan (qurum)” dedikdə öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzərdə tutulur. [11]
3. “Büdcə təşkilatları
tərəfindən malların (işlərin və
xidmətlərin) satın alınması haqqında
Əsasnamə”nin təsdiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 19 dekabr
tarixli, 524 nömrəli Fərmanı qüvvədən
düşmüş hesab edilsin.
4. Bu Fərman dərc olunduğu
gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı
şəhəri, 29 yanvar 2002-ci il
¹ 668
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan
Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, ¹ 101, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 5,
maddə 477)
2.
20 may 2016-cı il tarixli 900
nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 may 2016-cı il, ¹ 110, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 5,
maddə 861)
3.
28 dekabr 2018-ci il tarixli 454 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti, 30 dekabr 2018-ci il, ¹ 296,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
12, I kitab, maddə 2611)
4.
31 yanvar
2020-ci il tarixli 928
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 1
fevral 2020-ci il, ¹ 21,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il,
¹1, maddə 17)
5.
28 may 2020-ci
il tarixli 1040 nömrəli
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti, 2 iyun 2020-ci il, ¹ 103, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹5, maddə
565)
6.
22 iyun
2021-ci il tarixli 1376
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti, 24 iyun 2021-ci il, ¹ 130, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 6, I kitab, maddə 591)
7.
4 noyabr
2021-ci il tarixli 1475
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 5
noyabr 2021-ci il, ¹ 240, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 11, maddə 1213)
8. 30 dekabr 2021-cü il tarixli 1564
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, ¹ 286, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə 1429)
9.
21 yanvar 2022-cü
il tarixli 1579 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 yanvar 2022-ci il,
¹ 14, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 1, maddə 26)
10.
28 dekabr
2022-ci il tarixli 1927 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2022-ci il, “Azərbaycan”
qəzeti, 29 dekabr 2022-ci il, ¹ 286,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹
12, maddə 1437)
11.
19 avqust
2023-cü il tarixli 2308
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19
avqust 2023-cü il, “Xalq” qəzeti, 20 avqust 2023-cü il, ¹ 177, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 8, I kitab, maddə 1175)
FƏRMANA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 28
dekabr 2018-ci il tarixli 454
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr
2018-ci il, ¹ 296, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2611) ilə
2-ci
hissənin ikinci, üçüncü, dördüncü,
beşinci, altıncı və yeddinci abzasları müvafiq
olaraq 2.1-ci, 2.4-cü, 2.5-ci, 2.7-ci, 2.8-ci və 2.9-cu
bəndlər hesab edilmişdir.
[2] 31 yanvar 2020-ci il tarixli 928 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 1 fevral 2020-ci il, ¹ 21, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹1, maddə 17)
ilə 2.2-ci
bəndə “2-ci maddəsinin”
sözlərindən əvvəl “1.4-cü maddəsinin ikinci cümləsində,”
sözləri əlavə edilmişdir.
28 may 2020-ci il tarixli 1040 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan” qəzeti, 2 iyun 2020-ci
il, ¹ 103, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹5, maddə
565) ilə 2.2-ci
bəndə “27.5-ci maddəsinin
birinci cümləsində,” sözlərindən sonra “36.9-cu maddəsinin ikinci
cümləsində,” sözləri əlavə
edilmişdir.
22 iyun 2021-ci il tarixli 1376 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan” qəzeti, 24 iyun
2021-ci il, ¹ 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2021-ci il, ¹ 6, I kitab, maddə 591) ilə 2.2-ci bənddə “həmin Qanunun”
sözləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri ilə əvəz olunsun
və həmin bəndə “27.1-ci” sözlərindən əvvəl “17.3-cü maddəsinin
birinci və ikinci cümlələrində,” sözləri, “36.9-cu” sözlərindən əvvəl isə “29.3-cü,” sözləri əlavə edilmişdir.
30 dekabr 2021-cü il
tarixli 1564 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, ¹ 286, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə 1429) ilə
2.2-ci
bəndə “2-ci maddəsinin” sözlərindən
əvvəl “1.6-cı maddəsində,”
sözləri əlavə edilmişdir.
[3] 28
dekabr 2018-ci il tarixli 454
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr
2018-ci il, ¹ 296, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2611) ilə
yeni
məzmunda 2.2-ci və 2.3-cü bəndlər əlavə
edilmişdir.
28 may 2020-ci il tarixli 1040 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan” qəzeti, 2 iyun 2020-ci
il, ¹ 103, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹5, maddə
565) ilə 2.3-cü
bənddə “50-1.4-cü maddələrində”
sözləri “36.9-cu
maddəsinin ikinci cümləsində və 50-1.4-cü
maddəsində” sözləri ilə əvəz
edilmişdir.
[4] 28
dekabr 2018-ci il tarixli 454
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr
2018-ci il, ¹ 296, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2611) ilə
2.4-cü
bənddə “Dövlət
satınalmaları haqqında” Azərbaycan Respublikası
Qanununun” sözləri “həmin
Qanunun” sözləri ilə əvəz edilmişdir.
[5] 28
dekabr 2018-ci il tarixli 454
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr
2018-ci il, ¹ 296, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2611) ilə
yeni
məzmunda 2.6-cı bənd əlavə edilmişdir.
31 yanvar 2020-ci il tarixli 928 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 1 fevral 2020-ci il, ¹ 21, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹1, maddə 17)
ilə 2.6-cı
bəndə “Qanunun”
sözündən sonra “1.4-cü
maddəsinin ikinci cümləsində,” sözləri əlavə
edilmişdir.
22 iyun 2021-ci il tarixli 1376 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan” qəzeti, 24 iyun
2021-ci il, ¹ 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2021-ci il, ¹ 6, I kitab, maddə 591) ilə 2.6-cı bəndə “orqan” sözündən sonra “(qurum)”
sözü və “50-2.2-ci”
sözlərindən əvvəl “29.3-cü,” sözləri əlavə edilmişdir.
[6]
14 may 2014-cü il tarixli 164
nömrəli Azərbaycan Respublikasının Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti, 16 may 2014-cü il, ¹ 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 5, maddə 477) ilə 2-ci hissəsinin beşinci
abzasında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye”
sözləri ilə əvəz edilmişdir.
20 may 2016-cı il tarixli 900
nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 may 2016-cı il, ¹ 110, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 5,
maddə 861) ilə 2-ci hissənin beşinci
abzasından “və Sənaye”
sözləri çıxarılmışdır.
[7] 20
may 2016-cı il tarixli 900 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 may 2016-cı il, ¹ 110, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 5,
maddə 861) ilə 2-ci hissənin yeddinci abzasında
“Satınalmalar üzrə
Dövlət Agentliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz
edilmişdir.
4 noyabr 2021-ci il tarixli 1475 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(“Xalq” qəzeti, 5 noyabr 2021-ci il, ¹
240, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2021-ci il, ¹ 11, maddə 1213) ilə 2.9-cu
bəndindən “17.3-cü,” sözləri çıxarılmışdır.
[8] 22 iyun 2021-ci il tarixli 1376 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan” qəzeti, 24 iyun
2021-ci il, ¹ 130) ilə yeni
məzmunda 2.9-1-ci bənd əlavə edilmişdir.
[9] 28
dekabr 2018-ci il tarixli 454
nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr
2018-ci il, ¹ 296, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab,
maddə 2611) ilə
2.9-cu
bəndin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilmişdir və
yeni məzmunda 2.10-cu və 2.11-ci bəndlər əlavə
edilmişdir.
28 dekabr 2022-ci il tarixli 1927
nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 28
dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 29
dekabr 2022-ci il, ¹ 286, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 12, maddə
1437)
ilə 2.10-cu və
2.11-ci bəndlərində “Azərbaycan
Respublikasının Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Agentliyi” sözləri “Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidməti qismində Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi”
sözləri ilə əvəz edilmişdir.
[10] 30 dekabr 2021-cü il
tarixli 1564 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, ¹ 286, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə
1429) ilə 2.11-ci
bəndin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilmişdir və
yeni məzmunda 2.12-ci bənd əlavə edilmişdir.
[11] 21 yanvar 2022-cü il
tarixli 1579 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Xalq”
qəzeti, 22 yanvar 2022-ci il, ¹ 14, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 1, maddə 26) ilə 2.12-ci
bəndin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilmişdir və
yeni məzmunda 2.13-cü bənd əlavə edilmişdir.
19 avqust 2023-cü il
tarixli 2308 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 19 avqust 2023-cü il, “Xalq”
qəzeti, 20 avqust
2023-cü il, ¹ 177, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 8, I
kitab, maddə 1175) ilə
1-ci
və 2-ci hissələri ləğv edilmişdir.