Dövlət
orqanlarında dövlət qulluqçusuna dövlət
qulluğunda qulluq stajına görə aylıq
əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydasının
təsdiq edilməsi barədə[1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
“Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-ci
maddəsinin icrasını təmin etmək məqsədi
ilə qərara alıram:
1. Dövlət
orqanlarında dövlət qulluqçusuna dövlət
qulluğunda qulluq stajına görə aylıq
əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası təsdiq edilsin
(əlavə olunur).[2]
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli
gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 28 yanvar 2002-ci il
¹ 665
|
|
|
Dövlət orqanlarında dövlət
qulluqçusuna dövlət qulluğunda qulluq stajına
görə aylıq əlavə
haqqın
məbləğinin
müəyyənləşdirilməsi
və
ödənilməsi
QAYDASI[3]
1. Bu
Qayda “Dövlət qulluğu
haqqında” Azərbaycan Respublikası Qanununun
22.7-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət
orqanlarında dövlət
qulluqçularına dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın ödənilməsi şərtlərini
müəyyən edir. [4]
2.
Dövlət qulluqçusuna dövlət
qulluğunda qulluq stajına
görə daimi dövlət
qulluğuna
qəbul
edildiyi vaxtdan başlayaraq
əlavə haqq verilir.[5]
3.
Dövlət qulluqçusuna vəzifədə qulluq
stajına görə əlavə haqq aylıq dövlət
qulluğunda maaşına
nisbətən faizlə müəyyən edilir və hər
ay ödənilir.
4.
Dövlət qulluqçusuna daimi dövlət
qulluğuna
qəbul
edildiyi vaxtdan başlayaraq dövlət
qulluğunda qulluq stajına
görə qulluq stajının müddətindən
asılı olaraq aşağıdakı qaydada hər ay
əlavə haqq ödənilir:[6]
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
5.
Dövlət qulluqçusuna dövlət
qulluğunda qulluq stajına
görə əlavə haqq qulluq keçdiyi dövlət orqanı
üçün dövlət büdcəsində
nəzərdə tutulmuş əmək haqqı fondu
hesabına verilir.[7]
6.
Dövlət qulluqçularına qulluq stajına görə
aylıq vəzifə maaşına müəyyən
edilmiş əlavələrin ödənilməsi
məqsədi ilə hər il növbəti il
üçün təsdiq olunan dövlət
büdcəsində bu orqanlarda dövlət
qulluqçuları üçün müəyyən
olunmuş aylıq vəzifə maaşının 2
misli həcmində əlavə vəsaitlər
nəzərdə tutulur. [8]
7.
Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq
stajı hesablanarkən aşağıdakı dövrlər
nəzərə alınır:
dövlət
qulluqçusunun tutduğu vəzifədə qulluq stajı;
dövlət
qulluqçusu digər dövlət qulluğu
vəzifəsinə keçirildikdə və qəbul
edildikdə əvvəlki dövlət qulluğu
vəzifəsindəki qulluq stajı;
məhkəmə
və ya müvafiq səlahiyyətli orqan tərəfindən
müəyyən edilmiş dövlət qulluqçusunun
məcburi işburaxma dövrü;
dövlət
qulluğu vəzifəsində staj və sınaq
müddəti;[9]
dövlət
qulluğu vəzifəsinin və əmək haqqının
saxlanılması şərti ilə dövlət
qulluqçusunun dövlət qulluğundan
ayrıldığı müddət;
əmək
qabiliyyətinin müvəqqəti itirildiyi müddət;
ödənişli
məzuniyyət dövrləri, o cümlədən
uşağa qulluq etmək üçün qismən
ödənişli sosial məzuniyyət müddəti;[10]
müddətli
həqiqi hərbi xidmətə çağırılmazdan
əvvəl dövlət qulluğu vəzifəsində qulluq
etmiş və ehtiyata buraxıldıqdan sonra bilavasitə
yenidən dövlət qulluğu vəzifəsinə təyin
edilmiş dövlət qulluqçularının
müddətli həqiqi hərbi xidmətdə olduqları
müddət.[11]
Bu hissədə
və
7-1-ci hissədə nəzərdə
tutulmayan digər fasilələr dövlət qulluğunda
qulluq stajı hesablanarkən nəzərə alınmır. [12]
7-1. Dövlət
qulluqçusunun
“Dövlət
qulluğu
haqqında” Azərbaycan
Respublikası
Qanununun 2.3-cü
maddəsində
nəzərdə
tutulan dövlət
qulluğunun
xüsusi
növündə
qulluq (xidmət)
illəri
həmin
Qanunun 22.7-2-ci maddəsinə
uyğun
olaraq, qulluğun
(xidmətin)
xüsusiyyətləri
nəzərə
alınmaqla
onun dövlət
qulluğu
stajına
və
dövlət
qulluğu
stajı
onun həmin
Qanunun 2.3-cü
maddəsində
nəzərdə
tutulan dövlət
qulluğunun
xüsusi
növündə
qulluq (xidmət)
illərinə
daxil edilir.[13]
8.
Dövlət qulluqçusunun qulluq stajının
hesablanması onun qulluq etdiyi dövlət orqanı
tərəfindən həyata keçirilir.
9.
Dövlət qulluqçusunun qulluq stajı
müəyyənləşdirilərkən onun “Dövlət
qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu
qüvvəyə minənədək qanunvericilik, icra və
məhkəmə hakimiyyəti orqanlarında (o
cümlədən Azərbaycan Respublikasının
ərazisindən kənarda) habelə 1991-ci il
oktyabrın 18-dək dövlət, sovet və partiya
orqanlarında iş müddəti də daxil edilir.[14]
10.
Dövlət qulluğunda qulluq stajı Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş
elektron informasiya sisteminə əsasən, Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 7-ci
maddəsinin 2-1-ci hissəsi ilə müəyyən
edilmiş hallarda isə əmək kitabçasına
əsasən müəyyən edilir.[15]
11. Bu Qaydanın 7-ci və
9-cu hissələrinin
tətbiqi
ilə
əlaqədar
yaranmış
mübahisələri
Azərbaycan
Respublikasının
Dövlət
Qulluğunu
İdarəetmə
Şurası
həll
edir.[16]
12.
Dövlət qulluqçusuna qulluq stajına görə
verilən əlavə haqq orta əmək haqqı
hesablanarkən nəzərə alınır.
13.
Dövlət qulluqçusu daha yüksək
dərəcəli dövlət qulluğu vəzifəsinə
təyin edilərkən əvvəlki vəzifəsində
qulluq stajına görə əlavə haqq verilmir.[17]
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
4 avqust 2003-cü il tarixli 912
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 8,
maddə 441)
2.
3 avqust
2004-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti 10 avqust 2004-cü il, ¹ 184, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 08,
maddə 613)
3.
23 mart 2005-ci il tarixli 214
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 3, maddə
172)
4.
24 iyun
2009-cu il tarixli 107 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
(“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 06, maddə
419)
5.
10 mart 2021-ci il tarixli 1299
nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti 11
mart 2021-ci il, ¹ 54,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
3, maddə 223)
6.
14 iyul 2021-ci il tarixli 1398 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti, 16 iyul 2021-ci il, ¹ 147,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
7, maddə 732)
7.
22 dekabr 2022-ci il tarixli 1916 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 22 dekabr 2022-ci il, “Xalq” qəzeti, 23 dekabr 2022-ci il, ¹ 281, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 12, maddə 1426)
8.
12 avqust 2024-cü il tarixli 176 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 12 avqust 2024-cü
il, “Azərbaycan” qəzeti, 13 avqust 2024-cü
il, ¹ 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2024-cü il, ¹ 8, maddə 943)
9.
19
mart 2026-cı il tarixli 624 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 mart
2026-cı il, “Azərbaycan” qəzeti, 20 mart 2026-cı il, ¹ 52, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 3,
maddə 228)
FƏRMANA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 4 avqust 2003-cü il tarixli 912
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 8, maddə 441) ilə
Fərmanın adında və 1-ci bəndində "İcra hakimiyyəti"
sözləri "Dövlət"
sözü ilə əvəz edilmişdir.
19 mart 2026-cı il tarixli 624
nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 19 mart 2026-cı il, “Azərbaycan”
qəzeti, 20 mart 2026-cı il, ¹ 52, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, ¹ 3,
maddə 228) ilə
ləğv edilmişdir.
14 iyul 2021-ci il tarixli 1398 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan” qəzeti, 16 iyul
2021-ci il, ¹ 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2021-ci il, ¹ 7, maddə 732) ilə adında
və 1-ci hissədə “əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları” sözləri “aylıq əlavə
haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi
Qaydası” sözləri ilə əvəz edilmişdir.
[2] 24 iyun 2009-cu il
tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti, 26 iyun 2009-cu il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 06, maddə
419) ilə Fərmanın adında və 1-ci
bəndində “vəzifədə”
sözü “dövlət
qulluğunda” sözləri ilə əvəz edilmişdir.
[3] 4 avqust 2003-cü il tarixli 912
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 8,
maddə 441) ilə “İcra hakimiyyəti orqanlarında
dövlət qulluqçusuna vəzifədə qulluq
stajına görə əlavə haqqın
məbləğlərinin müəyyənləşdirilməsi
qaydaları”nın adında və 1-ci bəndində "İcra hakimiyyəti"
sözləri "Dövlət"
sözü ilə əvəz edilmişdir.
24 iyun 2009-cu il
tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti, 26 iyun 2009-cu il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 06, maddə
419) ilə “Dövlət orqanlarında dövlət
qulluqçusuna vəzifədə qulluq stajına görə
əlavə haqqın məbləğlərinin
müəyyənləşdirilməsi Qaydaları”nın
adında, 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci
bəndlərdə “vəzifədə”
sözü “dövlət
qulluğunda” sözləri ilə əvəz edilmişdir.
14 iyul 2021-ci il tarixli 1398 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan” qəzeti, 16 iyul
2021-ci il, ¹ 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2021-ci il, ¹ 7, maddə 732) ilə “Dövlət
orqanlarında dövlət qulluqçusuna dövlət
qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın
adında “əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi
Qaydaları” sözləri “aylıq əlavə
haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi
Qaydası” sözləri ilə əvəz edilmişdir.
[4] 14 iyul 2021-ci il tarixli 1398 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 iyul
2021-ci il, ¹ 147,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
7, maddə 732) ilə “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 1-ci
hissəsində “Qaydalar” sözü “Qayda” sözü ilə, “Qanununa” sözü “Qanununun 22.7-ci maddəsinə” sözləri ilə əvəz edilmişdir və həmin hissəyə “əlavə haqqın” sözlərindən əvvəl “aylıq” sözü əlavə edilmişdir.
[5] 23 mart 2005-ci il tarixli
214 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 3, maddə
172) ilə “İcra hakimiyyəti orqanlarında
dövlət qulluqçusuna vəzifədə qulluq
stajına görə əlavə haqqın
məbləğlərinin müəyyənləşdirilməsi
qaydaları”nın 2-ci bəndində "və həmin haqq hər iki ildən bir
artırılır" sözləri çıxarılmışdır.
14 iyul 2021-ci il tarixli 1398 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 iyul
2021-ci il, ¹ 147,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
7, maddə 732) ilə “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 2-ci
və
4-cü hissələrində “xidmətin ikinci ilindən” sözləri “daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan” sözləri ilə əvəz edilmişdir.
[6] 3 avqust
2004-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikası
Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti 10 avqust 2004-cü il, ¹ 184, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 08,
maddə 613) ilə 4-cü bəndindəki cədvəl
yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
[7] 24 iyun 2009-cu il
tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti, 26 iyun 2009-cu il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 06, maddə
419) ilə “Dövlət orqanlarında dövlət
qulluqçusuna vəzifədə qulluq stajına görə
əlavə haqqın məbləğlərinin
müəyyənləşdirilməsi Qaydaları”nın 5-ci
bənddə “işlədiyi”
sözü “qulluq keçdiyi”
sözləri ilə əvəz edilmişdir.
[8] 10 mart 2021-ci il tarixli 1299 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti 11 mart 2021-ci il, ¹ 54, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 3, maddə 223) ilə “Dövlət
orqanlarında dövlət qulluqçusuna dövlət
qulluğunda qulluq stajına görə əlavə haqqın
məbləğlərinin
müəyyənləşdirilməsi Qaydaları”nın
6-cı hissəsində “əmək
haqqı fondunun (vəzifə maaşına əlavələr
istisna olunmaqla)” sözləri “vəzifə
maaşının”
sözləri ilə əvəz edilmişdir.
[9] 24 iyun 2009-cu il
tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti, 26 iyun 2009-cu il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 06, maddə
419) ilə “Dövlət orqanlarında dövlət
qulluqçusuna vəzifədə qulluq stajına görə
əlavə haqqın məbləğlərinin
müəyyənləşdirilməsi Qaydaları”nın 7-ci
bəndin beşinci abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
dövlət qulluğu vəzifəsinə qəbul
edilmiş dövlət qulluqçusunun həmin
vəzifədə sınaq müddəti;
[10] 22 dekabr 2022-ci il tarixli 1916 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 22 dekabr 2022-ci il, “Xalq” qəzeti, 23 dekabr 2022-ci il, ¹ 281,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹
12, maddə 1426) ilə
“Dövlət
orqanlarında dövlət qulluqçusuna dövlət
qulluğunda qulluq stajına görə aylıq əlavə
haqqın məbləğinin
müəyyənləşdirilməsi və
ödənilməsi Qaydası”nın 7-ci hissəsinin
səkkizinci abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
ödənişli məzuniyyət dövrləri.
[11] 22 dekabr 2022-ci il tarixli 1916 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 22 dekabr 2022-ci il, “Xalq” qəzeti, 23 dekabr 2022-ci il, ¹ 281,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹
12, maddə 1426) ilə
“Dövlət
orqanlarında dövlət qulluqçusuna dövlət
qulluğunda qulluq stajına görə aylıq əlavə
haqqın məbləğinin
müəyyənləşdirilməsi və
ödənilməsi Qaydası”nın 7-ci hissəsinə yeni
məzmunda doqquzuncu abzas əlavə edilmişdir.
[12] 14 iyul 2021-ci il tarixli 1398 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 iyul
2021-ci il, ¹ 147,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
7, maddə 732) ilə “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 7-ci
hissənin ikinci bəndində “Bu bənddə” sözləri “Bu hissədə və 7-1-ci hissədə” sözləri ilə əvəz edilmişdir.
[13] 14 iyul 2021-ci il tarixli 1398 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 iyul
2021-ci il, ¹ 147,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
7, maddə 732) ilə “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”na yeni məzmunda 7-1-ci hissə əlavə edilmişdir.
[14] 4 avqust 2003-cü il
tarixli 912 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 8,
maddə 441) ilə “İcra hakimiyyəti orqanlarında
dövlət qulluqçusuna vəzifədə qulluq
stajına görə əlavə haqqın
məbləğlərinin müəyyənləşdirilməsi
qaydaları”nın 9-cu bəndində "işlədiyi dövr nəzərə alınır"
sözləri "habelə
1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya
orqanlarında iş müddəti də daxil edilir"
sözləri ilə əvəz edilmişdir.
[15] 12 avqust 2024-cü il tarixli 176 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 12 avqust 2024-cü il, “Azərbaycan” qəzeti, 13 avqust 2024-cü il, ¹ 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2024-cü il, ¹ 8, maddə 943) ilə “Dövlət
orqanlarında dövlət qulluqçusuna dövlət
qulluğunda qulluq stajına görə aylıq əlavə
haqqın məbləğinin
müəyyənləşdirilməsi və
ödənilməsi Qaydası”nın 10-cu hissəsi yeni
redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
10. Dövlət qulluğunda qulluq stajı haqqında
sənəd dövlət qulluqçusunun əmək
kitabçası hesab edilir.
[16] 14 iyul 2021-ci il tarixli 1398 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 iyul
2021-ci il, ¹ 147,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
7, maddə 732) ilə “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 11-ci
hissəsi yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
11. Bu Qaydaların 7-ci və 9-cu bəndlərinin
tətbiqi zamanı yaranmış fikir ayrılığı
Azərbaycan Respublikasının Dövlət Qulluğunu
İdarəetmə Şurası tərəfindən aradan
qaldırılır.
[17] 4 avqust 2003-cü il tarixli 912
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 8,
maddə 441) ilə “İcra hakimiyyəti orqanlarında
dövlət qulluqçusuna vəzifədə qulluq
stajına görə əlavə haqqın
məbləğlərinin müəyyənləşdirilməsi
qaydaları”nın 13-cü bənd
çıxarılmışdır.