"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əlavə edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1982-ci il, № 13, maddə 121; 1984-cü il, № 19, maddə 157; 1985-ci il, № 19-20, maddə 195; 1986-cı il, № 10, maddə 49; 1988-ci il, № 24, maddə 229; 1989-cu il, № 11-12, maddə 80; 1990-cı il, № 3-4, maddə 20; 1992-ci il, № 20, maddə 881; 1995-ci il, № 8, maddə 157; Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 3, maddə 144) 39-cu maddəsinin üçüncü abzasına "həmin şəxslərə" sözlərindən sonra "habelə əvvəllər mənzil sahəsi olmayan valideyn himayəsindən məhrum olan uşaqlara” sözləri əlavə edilsin.
II. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 5
oktyabr 2001-ci il
№ 179-IIQD