Evdə
təhsil almaq hüququ verən xəstəliklərin
siyahısının və evdə təhsilin təşkili
Qaydalarının təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
“Sağlamlıq imkanları
məhdud şəxslərin təhsili (xüsusi təhsil)
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 19 iyul tarixli, 540 nömrəli Fərmanının
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Evdə təhsil almaq
hüququ verən xəstəliklərin siyahısı və
evdə təhsilin təşkili Qaydaları” təsdiq edilsin
(əlavə olunur).
2. Bu qərar imzalandığı
gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri
A.RASİZADƏ
Bakı şəhəri, 10 may 2002-ci il
№ 77
|
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 10 may tarixli 77 nömrəli
qərarı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Evdə təhsil almaq hüququ verən
xəstəliklərin siyahısı və evdə təhsilin
TƏŞKİLİ
QAYDALARI
I. Evdə təhsil almaq
hüququ verən xəstəliklərin[1]
SİYAHISI
|
Sıra №-si |
Xəstəliklərin
Beynəlxalq Təsnifatı 10-cu baxış
üzrə kod |
Diaqnoz |
Xəstəliyin
gediş xüsusiyyətləri (forması,
mərhələsi, fazası, ağırlıq
dərəcəsi, terapiyası) |
Psixoloji-tibbi-pedaqoji
komissiyanın təkrar
müayinəsi |
|
1 |
2 |
3 |
4 |
5 |
|
Nevrologiya |
||||
|
1. |
G11.0-G11.9 |
İrsi ataksiya |
ağır hərəkət pozuntusu |
təhsilini
bitirənədək |
|
2. |
G12.1 |
Digər irsi spinal əzələ
atrofiyaları. Uşaqlarda proqressivləşən bulbar iflic
[Fasio-Londe] Spinal əzələ atrofiyası |
gənclik forması III tip
(Kuqelberqvellander) ağır hərəkət pozuntusu |
təhsilini
bitirənədək |
|
3. |
G24.1 |
İdiopatik ailəvi distoniya |
generalizə olunmuş formalar.
Ağır hərəkət məhdudluğu |
təhsilini
bitirənədək |
|
4. |
G40.0-G40.9 |
Epilepsiya |
gündüz saatlarında tez-tez
təkrarlanan tutmalar |
1 il |
|
5. |
G71.0 |
Əzələ distrofiyası |
ağır hərəkət pozuntusu |
təhsilini
bitirənədək |
|
6. |
G71.2 |
Anadangəlmə miopatiyalar |
ağır hərəkət pozuntusu |
təhsilini
bitirənədək |
|
7. |
G80.0-G80.9 |
Serebral iflic |
ağır hərəkət pozuntusu
(dəstəksiz hərəkət edə bilmir).
Özünə qulluq etməkdə çətinlik |
təhsilini
bitirənədək |
|
8. |
G81.0-G81.9 |
Hemiplegiya |
ağır hərəkət pozuntusu
(dəstəksiz hərəkət edə bilmir).
Özünə qulluq etməkdə çətinlik |
təhsilini
bitirənədək |
|
9. |
G82.0-G82.5 |
Paraplegiya və tetraplegiya |
ağır hərəkət pozuntusu
(dəstəksiz hərəkət edə bilmir).
Özünə qulluq etməkdə çətinlik |
təhsilini
bitirənədək |
|
Pediatriya |
||||
|
10. |
K50.0-K50.9 |
Kron xəstəliyi (regional enterit) |
ağır forma, residiv verən
gedişlə, nazik və yoğun bağırsağın
morfofunksional çatışmazlığı,
çəkinin itirilməsi ilə |
2 il |
|
11. |
K74.0-K74.6 |
Qaraciyərin fibrozu və sirrozu |
|
2 il |
|
12. |
E84.0-E84.9 |
Kistik-fibroz |
mukovissidoz. Ağciyər və
bağırsaqların morfo-funksional
çatışmazlığı ilə
nəticələnən vəziyyət |
təhsilini
bitirənədək |
|
13. |
E76.2 |
Digər mukopolisaxa-ridozlar |
lizosomal toplanma xəstəlikləri
(mukopolisa-xaridozlar IV və VI tip). Cırtdanboyluluq,
spon-diloepifizar displaziya, aktiv hərəkətlərin
məhdudluğu |
Təhsilini
bitirənədək |
|
14. |
B20.1-B24 |
İnsan
immunçatışmazlığı virusunun (İİV)
törətdiyi xəstəlik |
IV mərhələ, xəstəliyin
ağır təzahürlərinin mövcudluğu ilə
(vərəm infeksiyası istisna olmaqla) |
1 il |
|
15. |
D82.0 |
Viskot Oldriç sindromu |
atopik dermatit, hemorragik sindrom, B və T
limfositlərin defisiti və s. |
təhsilini
bitirənədək |
|
16. |
Z94.0-Z94.9 |
Transplantasiya olunmuş orqan və
toxumaların olması |
davamlı hormonal və immunospressiv
terapiya |
1 il |
|
Hematologiya |
||||
|
17. |
D56.0 |
Alfa-talassemiya |
ağır gedişli |
1 il |
|
18. |
D56.1 |
Beta-talassemiya |
ağır formalı (böyük
və aralıq) |
1 il |
|
19. |
D56.8 |
Digər talassemiyalar |
ağır gedişli drepanotalassemiya |
1 il |
|
20. |
D58.9 |
Dəqiqləşdirilməmiş irsi
hemolitik anemiya |
ağır gedişli |
1 il |
|
21. |
D59.1 |
Digər autoimmun hemolitik anemiyalar |
ağır forma, tez-tez krizlərlə
müşahidə olunan, splenektomiyadan sonrakı
vəziyyət |
1 il |
|
22. |
D61.0 |
Konstitusional aplastik anemiya |
ağır gedişli, somatik
ağırlaşmalar |
təhsilini
bitirənədək |
|
23. |
D66 |
VIII amilin irsi
çatışmazlığı |
ağır gedişli, hemorragik sindrom,
hərəkət məhdudiyyəti |
2 il |
|
24. |
D67 |
IX amilin irsi
çatışmazlığı |
ağır gedişli, hemorragik sindrom,
hərəkət məhdudiyyəti |
2 il |
|
25. |
D69.1 |
Trombositlərin keyfiyyət
qüsurları, Bernar-Sulye (nəhəng trombositlər)
sindromu, Qlansman trombasteniyası |
ağır gedişli, hemorragik sindrom |
2 il |
|
26. |
D69.3 |
İdiopatik trombosito-penik purpura |
xroniki gedişli, tez-tez residiv verən,
hemorragik sindrom |
1 il |
|
Endokrinologiya |
||||
|
27. |
E10.0 |
İnsulindən asılı
şəkərli diabet, koma ilə |
bazis-bolyus terapiya, ağır
forması gündə 3 dəfə, yaxud daha çox insulin
inyeksiyası |
təhsilini
bitirənədək |
|
Allerqologiya |
||||
|
28. |
J45.0 |
Allergik komponentin
üstünlüyü ilə müşahidə olunan
bronxial astma; xronik respirator
çatış-mazlıq |
ağır gedişli, atopik forma,
tez-tez residiv verən. II dərəcəli
tənəffüs çatışmazlığı.
Davamlı bazis terapiya |
1 il |
|
Cərrahiyə |
||||
|
29. |
K63.2 |
Bağırsaq fistulu |
mədə-bağırsaq traktında
aparılan ağır cərrahi əməliyyatlardan sonra
yaranan |
1 il |
|
30. |
Q42.2-Q42.3 |
Anal dəliyinin anadangəlmə
olmaması, atreziyası və fistul ilə stenozu |
kolostomiya sonrası yaranan disfunksiyalar |
1 il |
|
31. |
T90 |
Başın travmalarının
nəticələri |
baş beyində aparılan
böyük sümük defekti ilə ağır cərrahi
əməliyyatlar |
1 il |
|
32. |
Z96.7 |
Digər sümüklərin və
vətərlərin implantlarının olması
(kəllə plastikası) |
baş beyində aparılan ağır cərrahi
əməliyyatlar |
1 il |
|
33. |
R15 |
Nəcisi saxlaya bilməmək |
anal sfinkterin III-IV dərəcəli
çatışmazlığı, əməliyyatlardan
sonrakı vəziyyət |
1 il |
|
34. |
T92.6 |
Yuxarı ətrafın travmatik
amputasiyasının nəticələri |
reabilitasiya dövründə
(protezə adaptasiya) |
1 il |
|
35. |
T93.6 |
Aşağı ətrafın travmatik
amputasiyasının nəticəsi
|
reabilitasiya dövründə
(protezə adaptasiya) |
1 il |
|
36. |
Z89.0-Z89.9 |
Ətrafın olmaması |
reabilitasiya dövründə
(protezə adaptasiya) |
1 il |
|
37. |
Q65.0-Q65.9 |
Budun anadangəlmə deformasiyaları |
əməliyyatdan sonrakı fiksasiya
dövrü |
1 il |
|
Dermatologiya |
||||
|
38. |
L20.8 |
Digər atopik dermatitlər |
ağır dərəcəli və ya
uzun müddət (bir aydan artıq) immunosupressiv terapiya alan
xəstələr |
6 ay |
|
39. |
L40.1 |
Generalizə olunmuş pustulyoz psoriaz |
|
6 ay |
|
40. |
L40.5 |
Artropatik psoriaz |
kəskin |
1 il |
|
41. |
L28.2 |
Herb pruriqosu |
|
6 ay |
|
42. |
L13.0 |
Herpesə bənzər dermatit.
Dürinq xəstəliyi |
kəskinləşmə
dövründə |
1 il |
|
43. |
Q80.3 |
Anadangəlmə bullyoz
ixtiozşəkilli eritrodermiya |
|
təhsilini
bitirənədək |
|
44. |
Q81.2 |
Distrofik bullyoz epidermoliz |
|
təhsilini
bitirənədək |
|
45. |
E83.2 |
Sink mübadiləsinin pozuntusu,
enteropatik akrodermatit |
ağır formalı |
6 ay |
|
46. |
L93.0 |
Diskşəkilli qırmızı qurd
eşənəyi |
kəskin |
1 il |
|
47. |
L94.0 |
Lokal sklerodermiya |
kəskin |
1 il |
|
48. |
Q82.1 |
Piqment kserodermiyası |
|
1 il |
|
Kardiologiya |
||||
|
49. |
I01.0-I01.9 |
Ürəyin cəlb olunması ilə
müşahidə olunan revmatik qızdırma |
tez-tez residivləşən aktiv fazada
olan revmatizm. Ürək
çatış-mazlığı ilə II-III
dərəcə |
1 il |
|
50. |
I02.0-I02.9 |
Revmatik xoreya |
ağır forma, davamlı kontrol
edilməyən davranış (hiperkinezlər, koordinasion
hərəkət pozuntusu, psixi dəyişikliklər) |
1 il |
|
51. |
I10 |
Essensial (birincili) hipertenziya |
ürək və digər orqanların
çatışmazlığı ilə müşayiət
olunan bədxassəli hipertenziya |
1 il |
|
52. |
I11.0-I11.9 |
Ürəyin hipertenziv xəstəliyi |
ürək və digər orqanların
çatışmazlığı ilə müşayiət
olunan bədxassəli hipertenziya II-III dərəcə |
1 il |
|
53. |
I33.0 |
Kəskin və yarımkəskin
infeksion endokardit |
ürək
çatışmazlığı, II-III dərəcə |
1 il |
|
54. |
I34.1 |
Mitral qapağın düş-məsi
(prolapsı) |
ürək
çatışmazlığı, II-III dərəcə |
1 il |
|
55. |
I40.0 |
İnfeksion miokardit |
ürək
çatışmazlığı, II-III dərəcə |
1 il |
|
56. |
I42.0-I42.9 |
Kardiomiopatiya |
ürək
çatışmazlığı, II-III dərəcə |
3 il |
|
57. |
I44.1-I44.2 |
İkinci dərəcəli, yaxud tam
qulaqcıq-mədəcik (atrioventrikulyar) blokadası |
ürək
çatışmazlığı, II-III dərəcə |
1 il |
|
58. |
I47.0-I47.9 |
Paroksizmal taxikardiya |
ürək vurğularının
sayı 50-dən aşağı, tez-tez tutmalarla
müşahidə olunan |
1 il |
|
59. |
I48 |
Qulaqcıqların fibril-yasiyası
və titrəməsi |
ürək vurğularının
sayı 50-dən aşağı, tez-tez tutmalarla
müşahidə olunan |
1 il |
|
60. |
I49.0 |
Mədəciklərin fibrilyasiyası
və titrəməsi |
ürək vurğularının
sayı 50-dən aşağı, tez-tez tutmalarla
müşahidə olunan |
1 il |
|
61. |
I50.0-I50.9 |
Ürək
çatışmazlığı |
ürək
çatışmazlığı, II-III dərəcə |
1 il |
|
62. |
I51.8 |
Digər dəqiq
göstərilməmiş ürək xəstəlikləri |
pankardit, ürək
çatış-mazlığı, II-III dərəcə |
1 il |
|
63. |
Q20-Q28 |
Qаn dövrаnı sistеminin
аnаdаngəlmə аnоmаliyаlаrı (inkişaf qüsurlаrı) |
ürək
çatışmazlığı, II-III dərəcə,
septik fəsadlar olmaqla, kiçik və böyük qan
dövranı pozuntusu |
1 il |
|
64. |
M05.3 |
Digər orqan və sistemlərin
cəlb olunması ilə müşayiət edilən
revmotoid artrit |
hərəkətin
məhdudlaşması, oynaqların kobud morfofunksional pozuntusu |
3 il |
|
65. |
M08.0-M08.9 |
Gənclik (yuvenil) artriti |
hərəkətin
məhdudlaşması, oynaqların kobud morfofunksional
pozuntusu, poliorqan zədələn-məsi ilə (uveit,
qlomerulonefrit, hepatosplenomeqaliya və s.) |
1 il |
|
66. |
M32.1; M32.8; M32.9 |
Sistem qırmızı
qurdeşənəyi |
fasiləsiz resedivləşən
gediş, yüksək fəallıq, tez-tez təkrarlanan
poliorqan krizlər ilə |
təhsilini
bitirənədək |
|
67. |
M33.0-M33.9 |
Dermatopolimiozit |
fasiləsiz resedivləşən
gediş, dayaq hərəkət sisteminin yüksək
funksional pozuntusu və prosesin daxili orqanlara təsiri |
2 il |
|
68. |
M.34.0-M34.9 |
Sistemli skleroz |
fasiləsiz resedivləşən
gediş, dayaq hərəkət sisteminin yüksək
funksional pozuntusu və prosesin daxili orqanlara təsiri |
2 il |
|
Nefrologiya |
||||
|
69. |
N00.0-N00.9 |
Yumаqcıq xəstəlikləri,
kəskin nefritik sindrom |
ağır gedişli, arterial
hipertoniya, oliquriya, hematuriya, azotemiya. Bazis terapiyası,
ağırlı-ğından asılı olaraq hormonal
terapiyanın qoşulması, 3-6 ay ərzində |
6 ay |
|
70. |
N03.0-N03.9 |
Xroniki nefritik sindromu |
xronik gedişli, uzun-müddətli
hormonal və immunosupressiv tera-piya |
1 il |
|
71. |
N04.0-N04.9 |
Nefrotik sindrom |
kəskin və xroniki qlomerulonefrit
nefrotik sindromla, Ödem sindromu, oliquriya, hormonal terapiya. 6 ay
və xəstəliyin daha uzun gedişatından asılı
olaraq |
1 il |
|
72. |
N11.0-N11.9 |
Xroniki tubulointerstisial nefrit |
tez-tez residivləşən, dizuriya,
davamlı leykosituriya, sidikqaçırtma. Uzunmüddətli
antiresidiv terapiya |
1 il |
|
73. |
N17.0-N17.9 |
Kəskin böyrək
çatışmazlığı |
azotemiya, anemiya, hipertoniya, anuriya,
hemodializ |
6 ay |
|
74. |
N18.0-N18.9 |
Xroniki böyrək xəstəliyi |
uremiya, hipertoniya, anemiya, poliuriya,
davamlı hemodializ |
1 il |
|
75. |
Z94.0 |
Transplantasiya olunmuş böyrəyin
olması |
uzunmüddətli nəzarət,
davamlı hormonal və inmmunosupressiv terapiya |
1 il |
|
Onkologiya |
||||
|
76. |
C00-C97 |
Bədxassəli şişlər |
uzun müddət immunosupressiv
terapiyanın (kimyəvi-dərman, şüa və başqa
növ terapiyalar) istifadə olun-duğu halda (1 aydan çox
müddətdə) və bu müalicənin istifadəsi
ilə bağlı yan təsirlərin (fəsadların)
və arzu-olunmaz reaksiyaların olduğu hallarda,
transplantasiyadan sonrakı vəziyyətdə |
1 il |
|
Travmatologiya
və ortopediya |
||||
|
77. |
S72.0-S72.9 |
Bud sümüyünün
sınığı |
immobilizasiya müddətində |
6 ay |
|
78. |
S82.0-S82.9 |
Aşıq-baldır oynağı da
daxil olmaqla, baldır sümüklərinin
sınığı |
immobilizasiya müddətində |
6 ay |
|
79. |
S92.0-S92.9 |
Aşıq-baldır oynağı
sınığı istisna olmaqla, ayağın
sınığı |
immobilizasiya müddətində |
4 ay |
|
80. |
Q66.0-Q66.9 |
Pəncənin anadangəlmə
deformasiyaları |
ağır formalı (ortopedik
ayaqqabı ilə korreksiya olunmayan); cərrahi müdaxilədən sonra
immobilizasiya müddətində |
1 il |
|
81. |
Q72.0 |
Aşağı ətrafın
(ətrafların) anadangəlmə tam olmaması |
protezləşmə və digər
köməkçi vasitələrlə hərəkət
etmək mümkün olmadıqda |
təhsilini
bitirənədək |
|
82. |
Q77.0-Q77.9 |
Onurğanın və borulu
sümüklərin böyümə defekti ilə
osteoxon-drodisplaziyası |
köməkçi
vasitələrlə belə hərəkət etmək
mümkün olmadıqda; cərrahi müdaxilədən sonra
immobilizasiya müddətində |
1 il |
|
83. |
Q78.0 |
Natamam osteogenez, sümüklərin
anadangəlmə kövrəkliyi, osteopsatiroz |
köməkçi
vasitələrlə belə hərəkət etmək
mümkün olmadıqda; cərrahi müdaxilədən sonra
immobilizasiya müddətində |
1 il |
|
84. |
Q78.8 |
Digər dəqiqləşdirilmiş
osteoxondrodisplaziyalar |
köməkçi
vasitələrlə belə hərəkət etmək
mümkün olmadıqda; cərrahi müdaxilədən sonra
immobilizasiya müddətində |
1 il |
|
85. |
Q78.9 |
Dəqiqləşdirilməmiş
osteoxondrodisplaziya |
köməkçi
vasitələrlə belə hərəkət etmək
mümkün olmadıqda; cərrahi müdaxilədən sonra
immobilizasiya müddətində |
1 il |
|
86. |
M91.1 |
Bud sümüyü başının
yuvenil osteoxondrozu (Leq-Kalve-Pertes) |
müalicə müddətində |
1 il |
|
87. |
M86.0-M86.9 |
Osteomielit |
müalicə və immobilizasiya
müddətində |
6 ay |
|
88. |
M41.0-M41.9 |
Skolioz |
ağır formalı III-IV
dərəcəli, ağrı simptomu ilə. Cərrahi
müalicə zamanı |
6 ay |
|
89. |
A18.0 |
Sümük və oynaqların
vərəmi |
müalicə və immobili-zasiya
müddətində |
6 ay |
|
90. |
T20-T32 |
Termiki və kimyəvi yаnıqlаr |
III-IV dərəcəli müalicə
müddətində və sərbəst
hərəkətə mane olan aşağı
ətrafların kelloid toxumaları əmələ
gəldikdə (cərrahi əməliyyatla aradan
qaldırılana qədər)
|
6 ay |
|
Psixiatriya |
||||
|
91. |
F20.6 |
Şizofreniyanın sadə tipi |
kəskinləşmə
mərhələ-sində, qeyri-adekvat davranış |
1 il |
|
92. |
F48.0 |
Nevrasteniya |
ağır formalı |
1 il |
|
93. |
F90.1 |
Hiperkinetik davranış pozuntusu |
ağır formalı, davamlı və
impulsiv olan davranış pozuntusu. Dissosial
davranışın olması |
1 il |
|
94. |
F93.1 |
Uşaq yaşında fobik
həyəcan pozuntusu |
ağır formalı, panik atakın
olması |
1 il |
|
95. |
F95.2 |
Vokalizmlərin və çox-saylı
motor tiklərinin kombinasiyası |
turetta sindromu |
1 il |
|
96. |
F98.0 |
Qeyri-üzvi mənşəli enurez |
gündüz |
1 il |
|
97. |
F98.1 |
Qeyri-üzvi mənşəli enkoprez |
gündüz |
1 il |
|
Psixiatriya Sağlamlıq imkanları məhdud (əqli gerilik)
şəxslər üçün tədris proqramı
ilə evdə təhsilin təşkili |
||||
|
98. |
F02.8 |
Başqa rubrikalarda təsnif edilən,
digər dəqiqləşdirilmiş xəstəliklər
zamanı demensiya |
epilepsiya, əqli geriliyin
səviyyəsi (İQ) 50-dən aşağı olmadıqda |
1 il |
|
99. |
F70.1 |
Yüngül dərəcəli
əqli gerilik, qulluq və müalicə tələb edən
ciddi davranış pozuntusu |
ağır formalı, davamlı və
impulsiv olan davranış pozuntusu |
1 il |
|
100. |
F70.0 |
Yüngül dərəcəli
əqli gerilik |
a) gündüz enurezi və enkoprezi; b) dayaq-hərəkət
aparatının ağır pozuntusu (serebral iflicin
ağır forması) |
1 il |
II.
Evdə təhsilin təşkili qaydaları
1. “Sağlamlıq imkanları məhdud
olan şəxslərin təhsili (xüsusi təhsil)
haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.14
maddəsinə əsasən, evdə təhsil -
sağlamlıq vəziyyətinə görə təhsil
müəssisəsində təhsil almaq imkanı olmayan
şəxslərin müvafiq təhsil-müəssisəsinin
pedaqoji işçiləri vasitəsilə ümumtəhsil
proqramlarını evdə mənimsəməsidir.
2. Evdə fərdi qaydada təhsil alan
şagirdlər müvafiq təhsil müəssisəsinə
xəstəxanaların, poliklinikaların, dispanserlərin
təqdim etdiyi sənədlə əsasında rayon,
şəhər psixoloji-tibbi-pedaqoji komissiyaların
qərarı ilə qəbul olunurlar.
3. Evdə fərdi təhsilə
ümumtəhsil məktəblərinə) cari ilin I
sentyabrınadək 6 yaşı tamam olan, xüsusi
məktəblərdə isə (əqli cəhətdən pozuntusu olan)
7 yaşı tamam olan səlahiyyətinə görə
ümumtəhsil məktəblərində oxuya bilməyən
uşaqlar cəlb olunur.
[2]
4. Evdə fərdi təhsilə cəlb
edilən şagirdlər məktəbə aşağıda
adları qeyd olunan sənədlərə əsasən
qəbul olunurlar:
məktəb direktorunun adına
ərizə;
doğum haqqında
şəhadətnamənin surəti;
müvəffəqiyyət cədvəli
(ilk dəfə təhsilə cəlb edilənlər istisna
olunmaqla);
şagirdlərin şəxsi işi (ilk
dəfə təhsilə cəlb edilənlər istisna
olunmaqla);
yaşayış yeri üzrə qeydiyyat haqqında arayış;[3]
psixoloji-tibbi-pedaqoji komissiyanın
göndərişi.
5. Evdə fərdi qaydada təhsil alan
şagird evdə məktəbə və ya ərazidəki
yaxın məktəbə cəlb olunur və onun
təlim-tərbiyəsinin təşkili həmin
məktəbə həvalə olunur.
6. Evdə
təhsil ümumi təhsil pilləsinin ibtidai təhsil,
ümumi orta təhsil və tam orta təhsil
səviyyələrindən ibarət üç
mərhələdən ibarətdir.[4]
7. Şagirdlərin evdə təhsilə
qəbulu il boyu aparılır.
8. Məşğələlər bir qayda
olaraq sentyabrın 1-də başlayır və mayın
25-də başa çatır.
9. Dərs ili müddətində
tətillər “Azərbaycan Respublikası ümumtəhsil
məktəbinin nümunəvi Əsasnaməsi”
əsasında verilir.
10. Evdə dərs
məşğələləri ümumtəhsil proqramı
ilə 45, xüsusi təhsil proqramı ilə 40 dəqiqə
müəyyən edilir.
11. Gündəlik
dərslərin miqdarı ümumi təhsil pilləsinin ibtidai
təhsil səviyyəsində 2, ümumi orta və tam orta
səviyyələrində isə 3 saatdan artıq ola
bilməz.[5]
12. Fərdi təlim planları hazırlanarkən
psixoloji--tibbi-pedaqoji komissiyanın rəyinə
üstünlük verilir.
13. Qanunvericiliklə
müəyyən edilmiş qaydada ümumi təhsil
pilləsinin ümumi orta və (və ya) tam orta təhsil səviyyəsini başa vuran
məzunlara attestat verilir.[6]
14. Evdə fərdi məşğul olan
şagirdlərin dərs cədvəli oxuduğu
məktəbin sinif rəhbəri tərəfindən valideyn
və müəllimlərlə razılaşdırılaraq
direktor tərəfindən təsdiq olunur.
15. Evdə fərdi məşğul olan
şagirdlər ümumtəhsil və ya xüsusi
məktəblərin (şagirdin inkişaf
xüsusiyyətinə müvafiq) Azərbaycan Respublikası Təhsil
Nazirliyinin təsdiq etdiyi tədris planı əsasında
təhsil alırlar.
16. Evdə fərdi məşğul olan
şagirdin dərs məşğələlərinə sinif
rəhbəri, proqram materiallarının yerinə
yetirilməsi və həmin prosesdə tətbiq edilən
metodiki işə təlim-tərbiyə işi üzrə
direktor müavini, bütün prosesini gedişinə isə
direktor məsuliyyət daşıyır.
17. Evdə təhsil alan şagirdlərin biliyi
ardıcıl olaraq rüblər üzrə sinif jurnalında
qeyd olunur. Onların sinifdən-sinfə keçirilməsi,
məktəbi bitirməsi də müvafiq qaydada sinif
jurnalında öz əksini tapır.
18. Evdə fərdi təhsilə cəlb
olunan uşaqlar attestasiya, yekun və digər
qiymətləndirmələrdən
psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə azad oluna
bilərlər. [7]
19. Evdə fərdi məşğul olan
şagirdlərin ev dəftəri, gündəliyi tərtib
olunur. Burada müəllimin qeydi, yoxlama işlərinə dair
yazdığı qiymətlər öz əksini tapır.
20. Müəllimin əmək haqqı
tabelik qaydasında, rayon (şəhər) təhsil
şöbələri tərəfindən yerinə yetirilən
proqram materialları əsasında təsdiq olunmuş stavkaya
uyğun ödənilir. Şagirdin psixoloji inkişaf
xüsusiyyəti sinif rəhbəri və məktəbin
psixoloqu tərəfindən işlənir, ailə
üzvlərinin xəstəyə baxması üçün
şərait və ya fasilələr yaradılır.
21. Evdə fərdi qaydada təhsil alan
şagirdlərlə işləyən pedaqoji işçinin,
mütəxəssisin seçilməsində
könüllülük prinsipinə əməl olunmalı,
həmin kateqoriyadan olan uşaqlarla işləyəcək
müəllimlərin arzusuna üstünlük verilməlidir.
22. Şagirdlərin evdə müstəqil
təhsil almalarına, bədii ədəbiyyatla təmin
olunmalarına, xəstəliyin xüsusiyyətinə uyğun
olaraq gələcəkdə müəyyən peşə
öyrənmələrinə pedaqoji kollektivlər
şərait yaratmalı, onların hərtərəfli
inkişafına qayğı və diqqətlə
yanaşmalıdırlar.
23. Məktəb rəhbərləri
hər il mayın 25-dən iyunun 25-dək evdə təhsil
alan şagirdlərin həmin məktəblərdə və
yaxud başqa məktəblərdə təhsillərini davam
etdirmək üçün siyahılarını
psixoloji-tibbi-pedaqoji komissiyanın təsdiqinə təqdim
etməlidirlər.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
29 mart 2010-cu il tarixli
53 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 264)
2.
17 dekabr
2015-ci il tarixli 384
nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 20 dekabr 2015-ci il, № 281, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №12, maddə 1581)
3. 27 fevral 2020-ci il tarixli 69 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №
2, maddə 216)
4.
27 avqust
2020-ci il tarixli 309 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 avqust 2020-ci il, №
173, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, № 8, maddə 1126)
5.
26 oktyabr 2020-ci il
tarixli 412 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 oktyabr 2020-ci il,
№ 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, № 10, maddə 1300)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 27 avqust 2020-ci il tarixli 309 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 30 avqust 2020-ci il, № 173, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 8, maddə 1126) ilə “Evdə təhsil almaq hüququ verən
xəstəliklərin siyahısı və evdə təhsilin
təşkili Qaydaları”nın “I. Evdə təhsil almaq
hüququ verən xəstəliklərin Siyahısı”
bölməsi yeni redaksiyada təsdiq edilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
I. Evdə
təhsil almaq hüququ verən xəstəliklərin
SİYAHISI
I. Ümumtəhsil məktəbinin proqramı ilə
Somatik xəstəliklər
Fasiləsiz residivlənən aktiv fazada
olan gedişli revmatizm (stasionardan evə yazıldıqdan sonra
uşaqların bir - iki il fərdi
məşğələlərə ehtiyacı vardır).
Pankardit (stasionar və ya sanatoriyadan evə
yazıldıqdan sonra uşaqların bir və ya iki il
fərdi məşğələlərə ehtiyacı
vardır).
Subkompensasiya və dekompensasiya
mərhələlərində olan ürəyin
anadangəlmə qüsurları.
Tez-tez baş verən
təngnəfəslik sianoz tutmaları ilə gedən
ağır dərəcəli Fallo tetradası.
Prosesin yayılması və
nəzərə çarpan intoksikasiya ilə gedən III
dərəcəli xronik pnevmoniya.
Tez-tez təkrarlanan ağır tutmalar
və ya uzunmüddətli asmatik vəziyyətlə gedən
bronxial astma.
Nevrotik sindromla gedən xroniki qlomerulonefrit.
Böyrək
çatışmazlığı simptomları müşahidə
edilən xronik diffuz qlomerulonefrit.
Residivləşən gedişli və
böyrək çatışmazlığı simptomları
ilə gedən xronik pielonefrit.
Assitlə müşayiәt olunan xroniki
hepatit və qara ciyərin sirrozu.
Mikovissidozun ağır formaları.
Hemofiliyanın ağır forması
(hərəkətin məhdudlaşması ilə
müşayiət olunan).
Hərəkətin məhdudlaşması,
oynaqların kobud morfofunksional pozğunluqları ilə
müşayiət olunan revmatoid artriti.
Şəkərli diabetin ağır
formaları.
Leykozlar.
İrsi koaqulopatiyalar (vilimbrant
xəstəliyi, trombasteniya).
İmmun trombastenit purpura xəstəliyinin
xroniki forması.
X - histnositozlar (Hend-Süller-Krissen,
Tatarinov).
Toplanma xəstəlikləri (Toze, Niman-Pik,
Landinq, Volman, Tandasir).
Hemorraqik hematomezenximae displaziya.
Talassemiyanın ağır formaları.
Anadangəlmə sferositar anemiyanın
ağır formaları.
Hipoplastik anemiya.
Qazanılma
immunçatışmazlığı sindromu (QİÇS)
və insan immunçatışmazlığı virusu ilə
yoluxanlar (IIV).
Xondrodistrofiya və xondrodisplaziya.
Nevroloji
xəstəliklər
Miopatiya, anadangəlmə və irsi
mənşəli torzion distoniya və digər davamlı
hipergenetik sindromlar zamanı dayaq-hərəkət
aparatının funksiyasının pozulması.
Keçirilmiş poliomielitdən sonra
dayaq-hərəkət aparatının ağır
pozulmaları.
Keçirilmiş ensefalomielit və
poliradikulonevritdən sonra ağır qalıq
əlamətləri.
Cərrahi
xəstəliklər
Aşağı ətrafların iflici
və çanaq orqanlarının funksiyalarının
pozulması ilə müşayiət olunan onurğa beyni
dəbəliyi (yırtıcı).
Uşaq serebral iflici (təhsilini
bitirənədək).
Anusun arteziyası nəcis saxlaya
bilməməklə (enkoprez).
Müxtəlif xəstəliklər
zamanı aşağı ətrafların iflici.
Koksit gips sarğısında olarkən
dayaq-hərəkət sisteminin xroniki xəstəlikləri
(xroniki ostiomielit, sümük - oynaq vərəmi).
Anadangəlmə xəstəliklər
və zədələnmələrlə əlaqədar
dayaq-hərəkət aparatındakı cərrahi
əməliyyatlardan sonrakı vəziyyət (müalicənin
sonunadək hərəkətin çətinləşməsi
baş verən hallarda).
Hərəkətin
mümkünsüzlüyü ilə gedən
dayaq-hərəkət aparatının pozulması (oxuduğu
məktəbin nəzdində 6 aydan 1 ilədək).
Mədə-bağırsaq traktında
aparılan ağır cərrahi əməliyyatlardan sonra
baş verən bağırsaq fistulları (1 il
müddətinə).
Dəri
xəstəlikləri
Kəskinləşmiş
vəziyyətdə olan yayılmış ekzemalar.
Psoriatik eritrodermiyalar.
Aztropatik psoriaz.
Herb prurioqosu.
Dyurinq dermatiti (kəskinləşmə
dövründə),
İxlioz formalı eritrodermiya.
Bulloz epidermoliz (ağır formaları).
Enterpatik akrodermatit (ağır
formaları).
Kəskin qırmızı
qurdeşənəyi.
Şiddətli yayılmış
sklerodermiya.
Piqmentli kseroderma ağır xroniki
gedişli.
Psixonevroloji
xəstəliklər
Epilepsiya kəskinləşmə
mərhələsində, tez-tez qıcolma
əlamətləri ilə.
Nevrozların ağır formaları, o
cümlədən enkoprez, gündüz enurezi, dekompensasiya
mərhələsində olan kəkələmə.
Ruhi xəstəliklər (şizofreniya,
psixozlar), kəskinləşmə mərhələsində.
Müxtəlif etiologiyalı (infeksion,
somatik) ensefaloastenik əlamətlər.
2. Xüsusi təhsil
məktəbinin proqramı ilə
Aşağıdakı sindromlarla
kəskinləşmiş debillik mərhələsində olan
oliqrofreniya:
a) tez-tez baş verən gündüz
epilepsiya tutmaları;
b) ağır ensefaloastenik vəziyyət;
c) enkoprez və gündüz enurezi;
ç) hərəkət
oyanıqlığı sindromu;
d) reaktiv vəziyyət.
Ağıl azlığı ilə olan
epilepsiya (tez-tez gündüz tutmaları ilə).
Üzvi proseslər kəskinləşmə
mərhələsində.
3. Somatik, psixonevroloji
xəstəlikləri olan şagirdlərə
sadələşdirilmiş rejimin yaradılması
(əlavə istirahət günü, bəzi
dərslərdən azad olunma, natamam fərdi təhsilə
keçirilməsi)
Somatik
xəstəliklər
Anadangəlmə eferositar anemiya
(ağır və orta dərəcədə).
Hemofiliya.
Hipoplastik anemiya.
Göz xəstəliklərinin ağır
forması (göz əzələlərinin iflici, göz
almasının çıxarılması, cərrahi
əməliyyatdan sonrakı vəziyyət).
Psixonevroloji
xəstəliklər
Ruhi xəstəliklər (şizofreniya,
müxtəlif etnologiyalı psixozlar), natamam kompensasiya
mərhələsində.
Epilepsiya - kəskinləşmə
mərhələsində (tutmaların tezləşməsi,
distrofiyanın olması).
Beyində cərrahiyyə
əməliyyatı aparıldıqdan sonra serebral
çatışmazlığı.
Ağır kəllə
zədələnməsindan və ağır keçən
infeksiyalardan sonra baş verən ensefaloastenik vəziyyət.
[2] 26
oktyabr 2020-ci
il tarixli 412 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 oktyabr 2020-ci il,
№ 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, № 10, maddə 1300) ilə “Evdə
təhsil almaq hüququ verən xəstəliklərin
siyahısı və evdə təhsilin təşkili
Qaydaları”nın II bölməsinin 3-cü hissəsində
“qüsurlu” sözü “pozuntusu olan” sözləri
ilə əvəz edilmişdir.
[3] 17 dekabr 2015-ci il tarixli 384 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 dekabr
2015-ci il, № 281, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №12, maddə 1581) ilə “Evdə təhsil almaq hüququ
verən xəstəliklərin siyahısı və evdə
təhsilin təşkili Qaydaları”nın II hissəsinin
4-cü bəndinin altıncı abzasında “yerindən” sözü “yeri
üzrə qeydiyyat haqqında” sözləri ilə
əvəz edilmişdir.
[4] 29 mart
2010-cu il tarixli 53 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə
264) ilə “Evdə təhsil almaq hüququ verən
xəstəliklərin siyahısı və evdə təhsilin
təşkili Qaydaları”nın 6-cı bəndi yeni redaksiyada
verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Respublikasının Təhsil
Qanununa uyğun olaraq evdə təhsil üç
pillədən ibarətdir:
ibtidai (I-IV siniflər);
əsas (V-IX siniflər);
orta
(X-XI siniflər). edilmişdir.
27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №
2, maddə 216) ilə “Evdə təhsil almaq hüququ verən
xəstəliklərin siyahısı və evdə təhsilin
təşkili Qaydaları”nın II bölməsinin 6-cı
hissəsindən “ibarət üç
mərhələdən” sözləri
çıxarılmışdır.
[5] 29 mart
2010-cu il tarixli 53 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə
264) ilə “Evdə təhsil almaq hüququ verən xəstəliklərin
siyahısı və evdə təhsilin təşkili
Qaydaları”nın 11-ci bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Gündəlik
dərslərin miqdarı I pillədə 2, II və III
pillədə 3 saatdan artıq ola bilməz.
[6] 29 mart
2010-cu il tarixli 53 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə
264) ilə “Evdə təhsil almaq hüququ verən
xəstəliklərin siyahısı və evdə təhsilin
təşkili Qaydaları”nın 13-cü bəndi yeni
redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
II
pilləni müvəffəqiyyətlə başa vuran
şagirdlərə əsas məktəbi bitirmək
barədə şəhadətnamə, III pillənin
məzunlarına orta təhsil haqqında attestat verilir.
27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №
2, maddə 216) ilə “Evdə təhsil almaq hüququ verən
xəstəliklərin siyahısı və evdə təhsilin
təşkili Qaydaları”nın II bölməsinin 13-cü
hissəsində “səviyyəsini
başa vuran şagirdlərə müvafiq dövlət
sənədi,” sözləri “və
(və ya)” sözləri ilə əvəz edilmişdir.
[7] 29 mart 2010-cu il tarixli 53 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə
264) ilə “Evdə təhsil almaq hüququ verən
xəstəliklərin siyahısı və evdə təhsilin
təşkili Qaydaları”nın 18-ci bəndində “buraxılış və
sinifdən-sinfə keçirilmə imtahanlarından”
sözləri “attestasiya, yekun
və digər qiymətləndirmələrdən”
sözləri ilə əvəz edilmişdir.