Məhkəmə-Psixiatrik
Ekspertiza Mərkəzinin yaradılması haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Məhkəmə
ekspertizası fəaliyyəti haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il tarixli
252 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır: [1]
1. Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin 1 nömrəli Ruhi Xəstəxanasının
məhkəmə-psixiatrik ekspertiza şöbəsinin bazasında Mərkəzi-Psixiatrik
Ekspertiza Mərkəzinin yaradılması haqqında
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və
Maliyyə Nazirliyi ilə razılaşdırılmış
təklifi qəbul edilsin. [2]
(Çıxarılıb)[3].
3. Məhkəmə-Psixiatrik Ekspertiza
Mərkəzinin ştat vahidlərinin sayı 60 vahid
müəyyən edilsin və işçilərin
vəzifə maaşları Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin mərkəzi aparatının
əməkdaşları üçün tərtib edilmiş
əməyin ödənilməsi şərtlərinə
və formalarına uyğun
müəyyənləşdirilsin.
4. Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinə tapşırılsın:
Məhkəmə-Psixiatrik Ekspertiza
Mərkəzinin yaradılması və fəaliyyət
göstərməsi üçün tələb olunan
əlavə xərclərin Səhiyyə Nazirliyinin 2002-ci
ilə təsdiq olunmuş büdcəsi dairəsində
həyata keçirilməsini təmin etsin;
bu qərardan irəli gələn digər
məsələlərin həll edilməsi üçün
zəruri tədbirləri həyata keçirsin.
(Çıxarılıb)[4]
6. Bu qərar imzalandığı
gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı
şəhəri, 6 avqust 2002-ci il
¹ 125
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
QƏRARA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 29 iyun 2020-ci il tarixli 229 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 iyul 2020-ci il, ¹
125, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 6, maddə
819) ilə preambulada “Dövlət məhkəmə” sözləri “Məhkəmə” sözü ilə əvəz edilmişdir.
[2] 22 may
2006-cı il tarixli 130 nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 5, maddə 473) ilə “Məhkəmə-Psixiatrik Ekspertiza
Mərkəzinin yaradılması haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2002-ci il 6 avqust tarixli 125
nömrəli qərarının 1-ci bəndində “,
güclü və ciddi müşahidə altında psixiatriya
stasionarının və adi rejimli məcburi
şöbəsinin bazalarında” sözləri “bazasında”
sözü ilə əvəz edilmişdir.
[3] 6 iyul 2006-cı il
tarixli 166 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 7, maddə 634) ilə “Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzinin
yaradılması haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2002-ci il 6 avqust tarixli 125 nömrəli
qərarının 2-ci
çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
2.
"Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzinin
Əsasnaməsi" təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
2002-ci il 6 avqust tarixli, 125 nömrəli
qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Məhkəmə-Psixiatrik
Ekspertiza Mərkəzinin
ƏSASNAMƏSİ
I. Ümumİ müddəalar
1.
Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzi (bundan sonra -
Mərkəz) Azərbaycan Respublikasında
məhkəmə-psixiatrik ekspertizalarını həyata
keçirən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
tabeliyində olan xüsusi təyinatlı tibb
müəssisəsidir.
2.
Mərkəzin fəaliyyəti Azərbaycan
Respublikasının Konstitusiyası, Azərbaycan
Respublikasının "Əhalinin
sağlamlığının qorunması haqqında",
"Psixiatriya yardımı haqqında" və
"Dövlət Məhkəmə Ekspertizası
fəaliyyəti haqqında" Azərbaycan
Respublikasının qanunları, cinayət, mülki,
cinayət-prosessual və mülki prosessual
məcəllələrinin müvafiq maddələri,
Azərbaycan Respublikası Prezidentinin fərman və
sərəncamları, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərar və sərəncamları, digər
qanunvericilik aktları, Səhiyyə Nazirliyinin müvafiq əmr
və təlimatları və bu Əsasnamə əsasında
həyata keçirilir.
3.
Mərkəz hüquqi şəxsdir, Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
bütün hüquqlara, əmlaka, müstəqil balansa,
müvafiq xəzinə hesabına malikdir, öz adından
müqavilələr bağlaya bilər.
Mərkəz
Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri
və öz adı olan möhürə, ştampa, müvafiq
blanklara malikdir.
4.
Mərkəzin fəaliyyəti dövlət büdcəsinin
vəsaiti hesabına maliyyələşdirilir.
5.
Mərkəzin tibbi kadrlarla, tibbi ləvazimat, dərman
preparatları, təsərrüfat avadanlığı və
s. ilə təminatı qüvvədə olan qanunvericilik
əsasında həyata keçirilir.
6.
Mərkəz ali, diplomdan sonrakı və orta tibbi təhsil
müəssisələrinin tədris bazasıdır. [3]
II. Mərkəzİn məqsəd və
vəzİfələrİ
1.
Mərkəz tibbi normaları və Azərbaycan
Respublikasının qanunvericiliyini rəhbər tutaraq,
təbabət etmənin və elmi-texniki tərəqqinin
müasir nailiyyətlərini nəzərə almaqla istintaq,
təhqiqat və məhkəmə orqanlarının
qərarı ilə aşağıdakı məqsəd
və vəzifələri həyata keçirir:
ambulator
və stasionar şəraitlərdə
məhkəmə-psixiatrik ekspertizalarını, o
cümlədən fəaliyyət qabiliyyətsizliyi
müayinələrini təşkil edir, keçirilməsini
təmin edir və rəylər verir;
stasionar
narkoloji tibbi yoxlamaları təşkil edir və həyata
keçirir;
2.
"Psixiatriya yardımı haqqında" Azərbaycan
Respublikasının Qanununa müvafiq olaraq Mərkəzin
tərkibində fəaliyyət göstərən
Mərkəzi məhkəmə-psixiatrik ekspert komissiyası
respublikada aparılan məhkəmə-psixiatrik ekspertiza
fəaliyyətinə nəzarət və
təşkilati-metodiki rəhbərlik edir.
3.
Mərkəz məhkəmə psixiatriyası sahəsində
xüsusi biliyə malik həkim kadrların hazırlanması
və onların ixtisaslarının artırılması
işlərini həyata keçirir.
Müntəzəm
olaraq psixiatriya, tibbi psixologiya, deontologiya sahələrində
Mərkəzin həkim kadrlarının ixtisas
səviyyəsinin daha da artırılmasını təmin
edir.
4.
Nəzəri və praktiki psixiatriyanın müasir elmi
nailiyyətlərinə və qabaqcıl
təcrübələrinə əsaslanaraq müxtəlif
formalı psixi pozuntuların diaqnostikasını yeni
üsulların öyrənilməsini və alınmış
nəticələrin öz iş təcrübəsində
tətbiq edilməsini təmin edir.
Struktur
qurumlarının işini yaxşılaşdırmaq
məqsədi ilə onların fəaliyyətini
öyrənir, ümumiləşdirir və
göstərişlər verir.
5.
Mərkəz öz fəaliyyətini insan və
vətəndaş hüquqlarının qorunması,
ekspert-psixiatrların müstəqilliyi, elm və texnikanın
müasir nailiyyətlərdən istifadə edilməklə
həyata keçirilən tədqiqatların obyektivliyi, elmi
əsaslılığı, hərtərəfliliyi və
tamlığı prinsiplərinə əsasən həyata
keçirir.
III. Mərkəzİn
İdarəçİlİyİ və
təşkİlatİ strukturu
1.
Mərkəzin struktur qurumlarının fəaliyyət
xüsusiyyətləri və iş rejimi Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi tərəfindən
müəyyən edilir.
Mərkəzin
strukturu məhkəmə psixiatriyasının ayrı-ayrı
sahələrinə olan tələbata müvafiq olaraq
mərkəzin direktorunun təqdimatı əsasında
Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.
2.
Mərkəzin ştat cədvəli və strukturu
Səhiyyə Nazirliyi tərəfindən müəyyən
edilmiş qaydada təsdiq edilir.
3.
Mərkəzə Azərbaycan Respublikasının
səhiyyə naziri tərəfindən təyin edilən
və vəzifəsindən azad olunan direktor rəhbərlik
edir.
Mərkəzin
direktorunun hüquq və vəzifələri
aşağıdakılardır:
Mərkəzdə
həyata keçirilən bütün ekspertiza, diaqnostika,
təşkilati-metodiki və digər işlərə
ümumi rəhbərlik edir və məsuliyyət
daşıyır;
məhkəmə-psixiatrik
ekspertizasının təyin olunması barədə
qərarı aldıqdan sonra onların təşkili və
həyata keçirilməsi üzrə müvafiq
tədbirlər görür;
məhkəmə-psixiatrik
ekspertizalarının keçirilməsi, məqsədi ilə
təşkil olunan komissiyaların tərkibini
müəyyən edir;
ekspert-psixiatrların
məhkəmə iclaslarında, istintaq və
məhkəmə hərəkətlərində
iştiraklarının təmin olunması üzrə
tədbirlər görür;
məhkəmə-psixiatrik
ekspertizasının səlahiyyətlərinə aid
edilməyən məsələlərlə əlaqədar
ekspertizanın təyin olunması barədə qərarı
icra edilmədən geri qaytarır;
rəy
verilməsi üçün Mərkəzin
əməkdaşı olmayan mütəxəssislərin
xüsusi biliyinə ehtiyac yarandıqda,
məhkəmə-psixiatrik ekspertizasını təyin
etmiş orqanla və ya şəxslə
razılaşdırmaqla, onları ekspert qismində
ekspertizanın aparılmasına cəlb edir;
ekspert-psixiatrlara,
eləcə də Mərkəzin digər tibb
işçilərinə onların hüquq və
vəzifələrini izah edir, onların hüquqlarının
qorunmasını və vəzifələrini yerinə
yetirmələrini təmin edir;
ekspertləri
bilə-bilə yalan rəy verməyə görə cinayət
məsuliyyəti daşımaları haqqında
xəbərdar edir;
qanunvericilikdə
nəzərdə tutulmuş qaydada məhkəmə-psixiatrik
ekspertizaların aparılması müddətlərini
müəyyənləşdirir və onların
gözlənilməsinə nəzarət edir;
ekspertin
müstəqilliyi prinsipinə əməl olunmaqla aparılan
ekspertizaların tamlığı, elmi
əsaslılığı və keyfiyyəti
üzərində nəzarət edir;
müayinələr
başa çatdıqdan sonra ekspert rəylərinin,
eləcə də cinayət və ya mülki iş
materiallarının və ekspertizaya təqdim edilmiş
digər sənədlərin ekspertizanı təyin etmiş
müvafiq hüquq mühafizə orqanlarına
göndərilməsini təmin edir;
bütün
dövlət orqanlarında, idarə və
təşkilatlarında Mərkəzi təmsil edir;
Mərkəzin
fəaliyyətinə dair əmr və sərəncamlar verir;
öz
səlahiyyəti çərçivəsində
mərkəzin maliyyə fəaliyyətinə dair
məsələləri həyata keçirir,
qüvvədə olan qanunvericiliyə uyğun olaraq
işçilərin əməyinin ödənişi ilə
bağlı məsələləri həll edir;
əmək
qanunvericiliyində nəzərdə tutulmuş qaydalara
müvafiq olaraq və Səhiyyə Nazirliyi ilə
razılaşdırmaqla Mərkəzin struktur
bölmələrinin rəhbərlərini işə
təyin edir və vəzifələrindən azad edir;
Mərkəzin
digər işçilərini işə qəbul və
işdən azad edir, əmək və icra intizamına
əməl edilməsinə görə fərqlənmiş
işçilərin mükafatlandırılmasını,
həmçinin əmək və icra intizamının pozulmasına
görə intizam məsuliyyətinə cəlb edilməsini
həyata keçirir;
qanunvericiliyə
uyğun olaraq digər hüquq və vəzifələri
həyata keçirir.
4. Direktorun,
struktur bölmələrinin rəhbərlərinin,
həkimlərin, orta və kiçik tibb
işçilərinin, digər əməkdaşların
hüquq və vəzifələri qüvvədə olan
müvafiq normativ sənədlərlə tənzimlənir.
IV. Mərkəzİn yaradılması və
ləğv edİlməsİ
Mərkəzin
yaradılması və ləğv edilməsi
"Dövlət məhkəmə ekspertizası
fəaliyyəti haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
həyata keçirilir.
[4] 6 iyul 2006-cı il
tarixli 166 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 7, maddə 634) ilə “Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzinin
yaradılması haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2002-ci il 6 avqust tarixli 125 nömrəli
qərarının 5-ci
çıxarılmışdır.
Əvvəlki
redaksiyada deyilirdi:
5. Azərbaycan Respublikası
Nazirlər Sovetinin 1988-ci il 10 noyabr tarixli, 398 nömrəli
qərarının 2 nömrəli əlavəsinin
"Səhiyyə müəssisələri" bölməsinə
"Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzi"
sözləri əlavə edilsin.