Tenderin
nəticələri haqqında tender komissiyasının yekun
protokolunun nümunəsinin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
"Dövlət
satınalmaları haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli, 668
nömrəli Fərmanının 1-ci bəndinin 6-cı
abzasının icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. "Tenderin
nəticələri haqqında tender komissiyasının yekun
protokolunun nümunəsi" təsdiq edilsin (əlavə
olunur).
2. "Tender
nəticəsi haqqında tender komissiyasının protokolunun
nümunəsi"nin və "Yekun müqaviləsinin
nümunəsi"nin təsdiq edilməsi haqqında"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 12 may
tarixli, 87 nömrəli qərarı qüvvədən
düşmüş hesab edilsin.
3. Bu qərar
imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.
RASİZADƏ
Bakı şəhəri, 2 avqust
2002-ci il
¹ 124
|
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 2 avqust tarixli 124 nömrəli qərarı
ilə TƏSDİQ EDİLMİŞDİR |
Tenderin nəticələri haqqında
tender komissiyasının yekun protokolunun
NÜMUNƏSİ
|
“Dövlət
satınalmaları haqqında” Azərbaycan Respublikası
Qanununun 37.5-ci maddəsinə uyğun olaraq dövlət
müəssisə və təşkilatları
(idarələri), nizamnamə fondunda dövlətin payı
30 faiz və daha çox olan müəssisə və
təşkilatlar tərəfindən malların
(işlərin və xidmətlərin) dövlət vəsaiti
hesabına satın alınmasında tərtib
olunur.[1] Satınalan təşkilatın
adı ___________________________________________________________ Ünvanı
_____________________________________________________________________________ Tenderİn
nətİcələrİ haqqında tender
komİssİyasının yekun protokolu ________________________
şəhəri (rayonu) ¹ __________tarix _________________ 1.
Satınalınan malların (işlərin və
xidmətlərin) adı ________________________________________ _____________________________________________________________________________________________ miqdarı
(həcmi, çəkisi və ya digər ölçü
vahidi göstərilməlidir) ______________________________________ _____________________________________________________________________________________________ (satınalınan
mallar (işlər və xidmətlər) lotlara bölünübsə,
tender komissiyasının yekun protokolu hər lot üzrə
ayrıca tərtib olunur) 2.
Satınalınan malların (işlərin və
xidmətlərin) ehtimal olunan qiyməti ______________(manatla
və ya digər valyuta ilə göstərilməlidir). 3.
Satınalmanın metodu_______________________________________________________________ 4. Tender komissiyasının
yaradılması haqqında qərarın ______________ tarixi _______
nömrəsi, satınalan təşkilatın rəhbəri
və ya onun vəzifələrini icra edən şəxs___________________________
5.
Tender haqqında elanın dərc olunması: yerli mətbuat orqanının
adı _________________________ elanın tarixi __________________ beynəlxalq mətbuat
orqanının adı _______________nelanın tarixi _______________ 6.
Fərdi dəvətlərin göndərilməsi
haqqında məlumat:
7.
Tenderdə iştirak haqqının məbləği
________________________________manat ödənilən
iştirak haqlarının ümumi məbləği
__________________________manat 8.
Tenderin xərcləri
_______________________________________________manat o
cümlədən təyinatları üzrə: a)______________________
____________________ manat b)______________________
____________________ manat c)______________________
____________________ manat 9.
Tenderin əsas şərtlər toplusunu almış və
tender təklifləri vermiş malgöndərənlər
(podratçılar) haqqında məlumat:
10. İddiaçıların
tender təkliflərinin qiymətləndirilməsi və
müqayisəsi üçün tenderin əsas
şərtlər toplusunda nəzərdə tutulmuş
meyarlar və onların nisbi qiyməti a) iddiaçının
ixtisasuyğunluğunu müəyyənləşdirən
meyarlar
b)
tender təklifinin texniki və maliyyə
göstəricilərini əks etdirən meyarlar
11. Yerli istehsalçıların
tender təkliflərinin xeyrinə tenderin əsas
şərtlər toplusunda nəzərdə tutulmuş
güzəştli düzəliş _____________________________ 12. Malgöndərənlərin
(podratçıların) ixtisas uyğunluğunun
müəyyənləşdirilməsinin
nəticələri (əgər belə prosedur
aparılıbsa)
13.
tender zərflərinin açılış vaxtı
____________________tarixi _________________saatı Tenderin
zərflərinin açılış vaxtı
dəyişdirilibsə, əsası
göstərilməklə, yeni vaxtın ____________________tarixi ____________________saatı 14.
Tender zərflərinin açılışında
iddiaçıların tender təkliflərinə dair elan
olunmuş məlumatlar
15.
Malgöndərənlərin (podratçıların) tender
təkliflərinin formal tələblərə
uyğunluğu:
16. Tenderin əsas şərtlər toplusunun formal
tələblərinə cavab verməyən tender
təkliflərinin kənarlaşdırılmasının
əsasları
17. Bütün tender təklifləri
kənarlaşdırıldığı halda belə
qərarın Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi yanında
Antiinhisar Siyasəti və İstehlakçıların
Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən təsdiq
olunması haqqında məktubun nömrəsi_______________[3] 18. Tender təkliflərində hesablama
səhvlərinin düzəlişi haqqında məlumat: _____________________________________________________________________________________________ _____________________________________________________________________________________________ 19. Tender
təkliflərinin müqayisəsi və
qiymətləndirilməsinin nəticələri:
20. Tender
nəticələri üzrə birinci, ikinci və
üçüncü yerləri tutulmuş
iddiaçılar haqqında məlumat
21. Tender
təklifləri tender predmetinin tam həcmdə
icrasını təmin etmədiyi halda tender predmetinin iki
və ya daha çox iddiaçı arasında
bölünməsi haqqında tender komissiyasının
qərarı və bu qərarı əsaslandıran
səbəblər _________________________________________________________________________ _____________________________________________________________________________________________ _____________________________________________________________________________________________ 22. Satınalma müqaviləsinin yerinə
yetirilməsi təminatının əsas şərtlər
toplusunda nəzərdə tutulmuş məbləği
(faizlə) _______________________________________________________________________________ 23. Əsas
şərtlər toplusunda nəzərdə tutulmuş avans
ödənişinin məbləği (faizlə)
_____________________________________________________________________________________________ 24. Avans
ödənişinə görə təminatın
məbləği (faizlə)
______________________________________________ 25. Satınalma
müqaviləsinin yerinə yetirilməsinin təminatı
ilə əlaqədar risklərin sığortalanmasına
dair məlumat
___________________________________________________________________________________ ____________________________________________________________________________________________ 26. Tender
prosedurunun dayandırılması haqqında məlumat: dayandırılma
müddəti
_____________________________________________________________________gün əsası
________________________________________________________________________________________ 27. Tender prosedurunun ləğv olunması
haqqında məlumat: ləğv olunma
tarixi_____________________________________________________________________________ əsası_________________________________________________________________________________________ 28. Daxil olan
şikayətlər və onların baxılmasının
nəticələri barədə
məlumat_____________________________________________________________________________________ 29. Tender
komissiyasının işinə cəlb olunan
ekspertlər_____________________________________________
(soyadı, adı, atasının adı) Tender
komissiyasının sədri __________________________ _______________________________ ____________________ (adı,
soyadı, atasının adı) (iş yeri və
vəzifəsi) (imzası) Tender
komissiyasının üzvləri (Tender
komissiyasının yekun protokolu tender komissiyasının
bütün üzvləri
tərəfindən imzalanır, qərarla razı olmayan
komissiya üzvləri xüsusi rəylərinin protokolda qeyd
edirlər) ________________________ ____________________________ _______________ (adı, soyadı, atasının
adı) (iş yeri və
vəzifəsi) (imzası) ________________________ ____________________________ _______________ ________________________ ____________________________ _______________ ________________________ ____________________________ _______________ ________________________ ____________________________ _______________ ________________________ ____________________________ _______________ Tender
komissiyasının qərarı ilə razılaşmayan
tender komissiyası üzvlərinin xüsusi rəyləri: __________________________________________________________________________ __________________________________________________________________________ __________________________________________________________________________ Qeyd. 1. Tenderin
nəticəsi haqqında tender komissiyasının yekun
protokolunun sürəti onun imzalanmasından sonra 3
(üç) bank günü ərzində Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi yanında Antiinhisar Siyasəti və
İstehlakçıların Hüquqlarının
Müdafiəsi Dövlət Xidmətinə rəsmi
surətdə təqdim olunur. 2. Tender
komissiyasının yekun protokolu satınalan təşkilata
tender təkliflərinin qiymətləndirilməsi və
müqayisəsi nəticəsində birinci yeri tutmuş
malgöndərən (podratçı) ilə satınalma
müqaviləsinin bağlanmasına əsas verir. 3. Tender qalibinin
qanunvericiliklə müəyyən olunmuş müddət
ərzində satınalma müqaviləsini imzalanması
və ya müqavilənin yerinə yetirilməsi
təminatını təqdim etməməsi onun öz
öhdəliklərini icra edə bilməməsi kimi
qiymətləndirilir, tender təklifinin təminatının
qaytarılmaması ilə nəticələnir. Belə
hallar mövcud olduqda Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi yanında
Antiinhisar Siyasəti və İstehlakçıların
Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə
əlavə
məlumat verilməlidir. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1. 29
aprel 2016-cı il tarixli 177
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 may
2016-cı il, ¹ 97,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 4, maddə 831)
2.
4 aprel 2019-cu il tarixli 149 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti,
7 aprel 2019-cu il, ¹ 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 4, maddə 746)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 4 aprel 2019-cu il tarixli 149 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 7 aprel 2019-cu il, ¹ 74, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 4, maddə
746) ilə “Tenderin
nəticələri haqqında tender komissiyasının yekun
protokolunun nümunəsi”ndə preambulaya “malların (işlərin və xidmətlərin)”
sözlərindən sonra “dövlət
vəsaiti hesabına” sözləri əlavə
edilmişdir.
[2] 4 aprel 2019-cu il tarixli 149 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 7 aprel 2019-cu il, ¹ 74, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 4, maddə
746) ilə “Tenderin
nəticələri haqqında tender komissiyasının yekun
protokolunun nümunəsi”ndə 9-cu hissənin
cədvəlinə “Tender
təklifinin təqdim olunduğu tarixi və vaxtı”
sütunundan sonra “Malgöndərənlərin
(podratçıların) mikro, kiçik, orta və iri
sahibkarlıq subyektlərinə aid olması ilə
bağlı məlumat” sütunu əlavə edilmişdir.
[3] 29
aprel 2016-cı il tarixli 177
nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 may
2016-cı il, ¹ 97,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 4, maddə 831) ilə “Tenderin
nəticələri haqqında tender komissiyasının yekun
protokolunun nümunəsi”nin 17-ci hissəsində və
“Qeyd”inin 1-ci və 3-cü hissələrində ismin
müvafiq hallarında “Satınalmalar
üzrə Dövlət Agentliyi” sözləri ismin
müvafiq hallarında “Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar
Siyasəti və İstehlakçıların
Hüquqlarının Müdafiəsi Dövlət Xidməti”
sözləri ilə əvəz edilmişdir.