Bələdiyyə
torpaqlarının ayrılmasına dair sənədlərin
hazırlanması və razılaşdırılması
qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
1.
"Bələdiyyə torpaqlarının ayrılmasına
dair sənədlərin hazırlanması və
razılaşdırılması qaydaları haqqında"
Əsasnamə təsdiq edilsin (əlavə olunur).
2. Bu Qanun
dərc edildiyi gündən qüvvəyə minir.
Heydər
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 15 mart 2002-ci il
¹ 274-IIQ
|
Azərbaycan
Respublikasının 2002-ci
il 15 mart tarixli, 274-IIQ saylı Qanunu ilə TƏSDİQ
EDİLMİŞDİR |
"Bələdiyyə
torpaqlarının ayrılmasına dair sənədlərin
hazırlanması və razılaşdırılması
qaydaları haqqında"
ƏSASNAMƏ
Bu Əsasnamə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə vermək üçün bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydalarını müəyyən edir.
I. Ümumİ müddəalar
1. Bələdiyyə
mülkiyyətində olan torpaqların mülkiyyət,
istifadə və icarə hüququ ilə hüquqi və
fiziki şəxslərə verilməsi
bələdiyyələrin qərarı və
tərəflər arasında bağlanmış
müqavilə əsasında həyata keçirilir.
2. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqlarının ölçüsü müvafiq inzibati ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla bələdiyyə tərəfindən "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-8.0.6-cı maddələrinə uyğun olaraq müəyyən edilir.
3. İstifadəyə və
icarəyə verilən bələdiyyə torpaqlarının
ölçüsü müvafiq inzibati-ərazi vahidi
üzrə adambaşına düşən orta torpaq
norması, yerli şərait, əhalinin əsas
məşğuliyyəti, torpaq ehtiyatının miqdarı
nəzərə alınmaqla müvafiq bələdiyyə
tərəfindən müəyyənləşdirilir.
4. Bələdiyyə
torpaqları bələdiyyə mülkiyyətində olan
müəssisə, idarə və təşkilatların
istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində
nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası
vətəndaşlarının mülkiyyətinə
bilavasitə, digər hallarda hüquqi və fiziki
şəxslərin mülkiyyətinə (icarəsinə)
torpaq hərracları və ya müsabiqələri
vasitəsilə "Bələdiyyə torpaqlarının
idarə edilməsi haqqında" Azərbaycan Respublikası
Qanununun 9-cu və 10-cu maddələrinə, "Torpaq
bazarı haqqında" Azərbaycan Respublikası Qanununun
8-ci və 15-ci maddələrinə və bu
Əsasnaməyə uyğun olaraq verilir. [1]
II. Bələdİyyə torpaqlarının
ayrılması qaydası
5. Bələdiyyələr
öz ərazilərində bələdiyyə
torpaqlarından həyətyanı sahə və kənd
təsərrüfatı məqsədləri
üçün, sənaye, nəqliyyat, rabitə və
digər obyektlərin, fərdi yaşayış və bağ
evlərinin, fərdi və kooperativ qarajların tikintisi,
sahibkarlıq fəaliyyətini həyata keçirmək
məqsədi ilə zəruri tikililərin inşası, habelə
inzibati və çoxmənzilli çoxmərtəbəli
binaların tikintisi üçün qanunvericiliyə və bu
Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq
hüquqi və fiziki şəxslərin istifadəsinə,
icarəsinə və Azərbaycan Respublikasının
vətəndaşlarının və hüquqi
şəxslərinin mülkiyyətinə, həmçinin
bələdiyyələrin öz ehtiyaclarını və
fəaliyyətlərini təmin etmək üçün
torpaq sahəsi ayırırlar. [2]
5-1. Bələdiyyə torpaqları istifadə hüququ ilə yalnız bələdiyyənin mülkiyyətində olan müəssisə, idarə və təşkilatlara verilə bilər.
6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. [3]
8. Kənd təsərrüfatı məqsədləri üçün ayrılan torpaq sahələri bu Əsasnamənin 11-ci, 13-23-cü və 25-27-ci bəndlərində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir.
9. Ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai tələbatının (ictimai-iaşə, əyləncə, idman və sair) ödənilməsi məqsədi ilə xidmət yerlərinin seçilməsi, mövsümi (dörd ayadək müddətə) xarakter daşıyan obyektlərin yerləşdirilməsi və quraşdırılması bələdiyyələrin qərarı və ya müqavilə əsasında şəhərsalma və memarlıq norma və qaydalarına uyğun olaraq torpaqayırma qaydası tətbiq edilmədən həyata keçirilir. Bu obyektlər ərazinin məqsədli istifadəsinə və ahəngdar fəaliyyətinə maneçilik törətməməlidir.
10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.[4]
III. Torpaq sahəsİnİn ayrılmasına daİr
müracİətə baxılması qaydası
11. Bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər. Hüquqi və fiziki şəxslər müraciətlərində aşağıdakıları göstərməlidirlər:
11.1. torpaq sahəsinin hansı məqsəd üçün ayrılmasını;
11.2. torpaq sahəsinin hansı
hüquqda (xüsusi mülkiyyət, istifadə və ya
icarə hüququ ilə) ayrılmasını; [5]
11.3. əvvəllər torpaq sahəsi alıb-almadığını;
11.4. ailə üzvlərinin adına torpaq sahəsi olub-olmadığını;,
11.5. ailə üzvlərinin sayını və tərkibini;
11.6. torpaq sahəsinin yerini yaxud həmin yerin ünvanını və ölçüsünü;
11.7. torpaq sahəsində tikilməsi yaxud quraşdırılması nəzərdə tutulan obyektin eskizini;
11.8. daimi yaşayış yerini (fiziki şəxslər) və ya hüquqi ünvanını (hüquqi şəxslər).
12. Fərdi yaşayış və bağ evlərinin tikintisinə, həyətyanı sahələrə ehtiyacı olan vətəndaşların uçotu qaydasını və şərtlərini bələdiyyələr müvafiq ərazi üzrə müəyyən edir və öz qərarları ilə təsdiq edirlər. Bələdiyyələr həmin qayda və şərtlər barədə vətəndaşlara məlumat verirlər.
13.
Bələdiyyələrin ehtiyat fondunun kənd
təsərrüfatına yararlı torpaqları kənd
təsərrüfatı istehsalı üçün
istifadəyə və icarəyə aşağıdakı
növbəliliyə əməl edilməklə verilir:
[6]
13.1.
bələdiyyələrin ərazisində müvəqqəti
məskunlaşmış məcburi
köçkünlərə;
13.2.
sərhədyanı və dağlıq ərazilərdə
yaşayan, daimi yaşamaq üçün həmin
ərazilərə köçən, təsərrüfatla
məşğul olmaq istəyən gənclərə;
13.3.
torpaqlardan istifadə etməklə ailə kəndli
təsərrüfatı kimi fəaliyyət
göstərmək istəyən, müvafiq yaşayış
məntəqəsində daimi yaşayan və qeydiyyatda olan
torpaq payı almamış vətəndaşlara və istefaya
çıxmış hərbi qulluqçulara;
13.4.
müvafiq ərazidə yerləşən hüquqi və
yaşayan fiziki şəxslərə;
13.5.
Azərbaycan Respublikasının digər hüquqi və fiziki
şəxslərinə;
13.6. xarici
ölkələrin hüquqi və fiziki
şəxslərinə.”.
13-1. Bələdiyyələrin
ehtiyat fondunun özəlləşdirilə bilən torpaq
sahələri Azərbaycan Respublikası
vətəndaşlarının və hüquqi
şəxslərinin mülkiyyətinə
alğı-satqı qaydasında verilir.
13-1.1.
Azərbaycan Respublikasının ərazi
bütövlüyü uğrunda aparılan
döyüşlərdə iştirakla
əlaqədar əlilliyi müəyyən edilmiş
şəxslərə və həlak olanların
ailəsinə, ehtiyata və ya istefaya buraxılmış
hərbi qulluqçulara fərdi yaşayış evinin
tikintisi üçün, həyətyanı sahə və
bağ sahəsi üçün torpaq sahələri
onların mülkiyyətinə bir dəfə pulsuz verilir.[7]
13-1.2.
Sərhədyanı və dağlıq ərazilərdə
yaşayan, daimi yaşamaq üçün həmin
ərazilərə köçən, təsərrüfatla
məşğul olmaq istəyən gənclər,
qanunvericiliyə uyğun olaraq, torpaq sahələrini satın
almaq istədikdə torpaq sahələri ilə ilk
növbədə təmin olunurlar.
13-1.3.
Torpaqlardan istifadə etməklə ailə kəndli
təsərrüfatı kimi fəaliyyət
göstərmək istəyən, müvafiq yaşayış
məntəqəsində daimi yaşayan və qeydiyyatda olan torpaq
payı almamış vətəndaşlar və istefaya
çıxmış hərbi qulluqçular,
qanunvericiliyə uyğun olaraq, torpaq sahələrini satın
almaq istədikdə torpaq sahələri ilə bu
Əsasnamənin 13-1.2-ci yarımbəndində qeyd olunan
şəxslərdən sonrakı növbədə təmin
olunurlar.
13-2. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər. [8]
14. Hüquqi və fiziki şəxslərin müraciətlərinə ərizənin daxil olduğu gündən etibarən 15 gün müddətində baxılır. [9]
15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir.
16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. [10]
17. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.
IV. TorpaqayIrma sənədlərİnİn HAZIRLANMASI
və rəsmİləşdİrİlməsİ
18. Müvafiq icra hakimiyyəti
orqanı 10 gün müddətində bələdiyyənin və
ərizəçinin iştirakı ilə ayrılması
nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq
sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ
qiymətini müəyyən etmək üçün)
dəqiqləşdirir. [11]
19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.
20. Yerquruluşu işləri (planalma) və ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda hüquqi və fiziki şəxslərin, digər hallarda bələdiyyənin vəsaiti hesabına aparılır. [12]
21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. [13]
22.
Bələdiyyə hərraca və ya müsabiqəyə
çıxarılan torpaq sahəsi üzərində onun
mülkiyyət hüququ qanunvericiliklə müəyyən
edilmiş qaydada daşınmaz əmlakın dövlət
reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya
müsabiqənin keçirilməsi barədə qərar
qəbul edərək, həmin qərarın bir
nüsxəsini daşınmaz əmlakın dövlət
reyestrindən çıxarış, daşınmaz
əmlakın kadastr xəritəsindən
çıxarış və qeydiyyata alınmış
hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə)
dair arayış ilə birlikdə hərracı
(müsabiqəni) təşkil etmək üçün
müvafiq icra hakimiyyəti orqanına göndərir.
23.
Bu Əsasnamənin 10-cu bəndində nəzərdə
tutulmuş hallarda bələdiyyə müvafiq icra
hakimiyyəti orqanından daxil olmuş sənədlər
əsasında 15 gündən gec olmamaqla,
bələdiyyənin növbəti iclasında torpağın
mülkiyyətə ayrılması haqqında qərar
qəbul edir və bu barədə 3 gün müddətində
ərizəçiyə bildiriş göndərir. Qərarda
torpağın təyinatına uyğun olaraq bazar qiyməti
nəzərə alınmaqla, torpağın qiyməti və
60 gündən gec olmamaqla, torpağın dəyərinin
ödənilməsi müddəti müəyyən edilir.
Qərarla müəyyən edilən müddətdə
ərizəçi ilə bələdiyyə arasında
alğı-satqı müqaviləsi bağlanılmalı
və torpağın dəyəri ödənilməlidir.
Əgər bu müddətdə müqavilə
bağlanılmazsa və torpağın dəyəri
ödənilməzsə, bələdiyyə
tərəfindən torpağın mülkiyyətə
ayrılması barədə qərar ləğv edilir. Torpağın
hər 0,01 hektarının qiyməti şəhərlərin
və rayon mərkəzlərinin müvafiq zonasında və
ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son
torpaq hərracı və ya müsabiqəsi vasitəsilə
satılan torpağın hər 0,01 hektarına görə
ödənilən qiymətdən az ola bilməz. Belə
hərrac keçirilənədək bu maddəyə uyğun
olaraq bələdiyyə tərəfindən satılan torpaq
sahəsinin qiyməti son üç ay ərzində həmin
torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada
təsdiq edilmiş alğı-satqı
müqavilələrində göstərilmiş 3 ən
yüksək qiymətin orta göstəricisi əsasında
müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar
qiyməti əsasında müəyyən edilməsi
üçün bələdiyyə tərəfindən
satılan torpaq sahəsini 100 metrədək əhatə
edən ərazi üzrə, həmin ərazidə torpaqla
bağlı bazar mövcud olmadıqda satılan torpaq
sahəsini 250 metrədək əhatə edən ərazi
üzrə, həmin ərazidə torpaqla bağlı bazar
mövcud olmadıqda satılan torpaq sahəsini 500
metrədək əhatə edən ərazi üzrə
mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq
sahəsinin bazar qiyməti əsas götürülür. Bu
maddənin məqsədləri üçün notariat qaydada
təsdiq edilmiş alğı-satqı
müqavilələrində göstərilmiş
qiymətlər barədə məlumat bələdiyyənin
sorğusu əsasında müvafiq icra hakimiyyəti
orqanı tərəfindən 3 gün müddətində
verilir.[14]
24. Hüquqi və fiziki şəxslərə ayrılmış torpaq sahələrində tikinti işlərinə başlanmazdan əvvəl tikiləcək obyektin layihəsi, habelə mühəndis-kommunikasiya pasportu hazırlanmalı və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Tikiləcək obyektin layihəsi, habelə mühəndis-kommunikasiya pasportu razılaşdırılmadan tikinti işlərinin başlanmasına (aparılmasına) yol verilmir. [15]
25. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində müəyyən edilmiş hədlər daxilində ayrılır. [16]
25-1. Mülkiyyətinə
fərdi yaşayış evinin tikintisi üçün torpaq
sahəsi verilmiş vətəndaşa ikinci dəfə
həmin məqsədlə torpaq sahəsi yalnız beş
ildən sonra satıla bilər. [17]
(çıxarılıb) [18]
27. Torpağa mülkiyyət, istifadə və icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sənəd qanunvericiliklə müəyyən edilmiş qaydada verilir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
25 mart 2003-cü il tarixli
426-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 6, maddə 256)
2.
9 aprel 2004-cü il tarixli
622-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 5, maddə 314)
3.
6 aprel 2004-cü il tarixli
620-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 4, maddə 212)
4.
23 dekabr 2005-ci il tarixli 36-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 2, maddə 67)
5. 21
aprel 2006-cı il tarixli 100-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 6, maddə 478)
6.
10 oktyabr 2006-cı il tarixli
155-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə 923)
7.
28 oktyabr 2008-ci il tarixli
709-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 dekabr 2008-ci il, ¹ 277, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹ 12, maddə
1048)
8.
14 fevral 2014-cü il tarixli 906-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 7 mart 2014-cü il, ¹ 50, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2014-cü il, ¹ 03,
maddə 234)
9.
13 fevral
2015-ci il tarixli 1186-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 mart 2015-ci il, ¹ 063, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2015-ci il, ¹ 3, maddə
248)
10.
30 sentyabr
2015-ci il tarixli 1331-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 4 noyabr 2015-ci il, ¹ 242,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
10, maddə 1095)
11.
19 may 2020-ci
il tarixli 111-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul
2020-ci il, ¹ 139, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
829)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1]
28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 12 dekabr 2008-ci il, ¹ 277,
Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹
12, maddə 1048) ilə 4-cü bənd yeni redaksiyada
verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
4. Bələdiyyə torpaqları
üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının,
habelə bələdiyyə torpaqlarının
satışı bələdiyyələrin qərarı
ilə bilavasitə, torpaq hərracları və ya
müsabiqələri vasitəsilə "Bələdiyyə
torpaqlarının idarə edilməsi haqqında"
Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu
maddələrinə və bu Əsasnaməyə uyğun
olaraq həyata keçirilir.
[2]
28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 12 dekabr 2008-ci il, ¹ 277, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹ 12, maddə
1048) ilə 5-ci bənddə "2-ci
və 3-cü" sözləri "2-4-cü" sözləri ilə əvəz
edilmişdir və "istifadəsinə,"
sözü çıxarılmışdır, yeni
məzmunda 5-1-ci bənd əlavə edilmişdir.
[3] 28 oktyabr 2008-ci
il tarixli 709-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 12 dekabr 2008-ci il, ¹ 277,
Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹
12, maddə 1048) ilə 7-ci bəndin dördüncü
cümləsi yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
Torpaq
sahəsinin mülkiyyətə, istifadəyə və
icarəyə verilməsi bələdiyyələrin
qərarı ilə sahənin xüsusiyyətinə və
torpağın ayrılma məqsədinə, mövcud texniki
normalara, habelə yerquruluşu və şəhərsalma
sənədlərinə uyğun olaraq müvafiq icra
hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra
torpaqayırma qaydasında həyata keçirilir.
[4]
28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 12 dekabr 2008-ci il, ¹ 277,
Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹
12, maddə 1048) ilə 10-cu bənddə "Bələdiyyə torpaqlarının idarə
edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun
16.3-cü və 16.4-cü maddələrinə uyğun
olaraq" sözləri "Bələdiyyə
torpaqlarının idarə edilməsi haqqında"
Azərbaycan Respublikasının Qanunu qüvvəyə
minənədək" sözləri ilə, "istifadəsinə və ya
icarəsinə bu Əsasnamənin 11-ci, 14-23-cü və
25-27-ci" sözləri isə "həmçinin bələdiyyənin
ərazisində daimi yaşayan və eyni zamanda ən azı
beş il müddətində yaşayış yeri
üzrə qeydiyyatda olan Azərbaycan Respublikası
vətəndaşlarının mülkiyyətinə fərdi
yaşayış evinin tikintisi üçün torpaq
sahəsinin ayrılması hərrac və ya müsabiqə
keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci,
23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci"
sözləri ilə əvəz edilmişdir.
13 fevral
2015-ci il tarixli 1186-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 mart 2015-ci il, ¹ 063, Azərbaycan
Respublikasının qanunvericilik toplusu, 2015-ci il, ¹ 3, maddə
248) ilə “Bələdiyyə
torpaqlarının ayrılmasına dair sənədlərin
hazırlanması və razılaşdırılması
qaydaları haqqında Əsasnamə”nin 10-cu bəndinə “torpaq sahəsinin ayrılması”
sözlərindən sonra “, habelə
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrdən irəli gələn
öhdəlikləri yerinə yetirmək məqsədi ilə
torpağın dövlət mülkiyyətinə və ya
icarəsinə verilməsi” sözləri əlavə
edilmişdir.
30 sentyabr
2015-ci il tarixli 1331-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 4 noyabr 2015-ci il, ¹ 242,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
10, maddə 1095) ilə “Bələdiyyə
torpaqlarının ayrılmasına dair sənədlərin
hazırlanması və razılaşdırılması
qaydaları haqqında Əsasnamə”nin 10-cu hissəsinə “vətəndaşlarının
mülkiyyətinə” sözlərindən sonra “Bələdiyyə
torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən
edilmiş məhdudiyyət nəzərə alınmaqla”
sözləri əlavə edilmişdir.
[5]
28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 12 dekabr 2008-ci il, ¹ 277,
Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹
12, maddə 1048) ilə "Bələdiyyə
torpaqlarının ayrılmasına dair sənədlərin
hazırlanması və razılaşdırılması
qaydaları haqqında Əsasnamə"yə 1-ci bənddə ", istifadə" sözü, 3-cü
bənddə "İstifadəyə
və" sözləri və 11.2-ci bənddə ", istifadə"
sözü çıxarılmışdır.
[6]
28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 12 dekabr 2008-ci il, ¹ 277,
Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹
12, maddə 1048) ilə 13-cü, 13-1.2-ci və 13-1.3-cü
bəndlər çıxarılmışdır.
[7] 28
oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 12 dekabr 2008-ci il, ¹ 277,
Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹
12, maddə 1048) ilə 13-1.1-ci bənddə ", həyətyanı sahə
və bağ sahəsi üçün" sözləri
çıxarılmışdır.
19 may 2020-ci
il tarixli 111-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 iyul
2020-ci il, ¹ 139, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
829) ilə “Bələdiyyə
torpaqlarının ayrılmasına dair sənədlərin
hazırlanması və razılaşdırılması
qaydaları haqqında Əsasnamə”nin 13-1.1-ci maddəsində
“əlil olmuş”
sözləri “iştirakla
əlaqədar əlilliyi müəyyən edilmiş”
sözləri ilə əvəz edilmişdir.
[8]
28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 12 dekabr 2008-ci il, ¹ 277,
Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹
12, maddə 1048) ilə 13-2-ci bənddə "torpaqla" sözündən əvvəl "fərdi yaşayış
evinin tikintisi üçün" sözləri
əlavə edilmişdir.
[9]
14 fevral 2014-cü il tarixli 906-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 7 mart
2014-cü il, ¹ 50, Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2014-cü il, ¹ 03, maddə 234) ilə “Bələdiyyə
torpaqlarının ayrılmasına dair sənədlərin
hazırlanması və razılaşdırılması
qaydaları haqqında Əsasnamə”də 14-cü maddədə
“
[10]
9 aprel 2004-cü il tarixli 622-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 5,
maddə 314) ilə 16-cı bəndin dördüncü
cümləsində "bələdiyyənin
qərarından" sözlərindən sonra "bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarəti həyata
keçirən orqana və ya" sözləri
əlavə edilmişdir.
28
oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 12 dekabr 2008-ci il, ¹ 277,
Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹
12, maddə 1048) ilə 16-cı bəndin birinci
cümləsində "müraciət
edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin
ayrılmasını" sözlərindən əvvəl
"hərrac və ya
müsabiqənin keçirilməsi məqsədilə torpaq
sahəsi üzərində bələdiyyənin
mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna
başlanmasını və ya bu Əsasnamənin 10-cu
bəndində nəzərdə tutulmuş hallarda"
sözləri əlavə edilmişdir.
14 fevral
2014-cü il tarixli 906-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 7 mart
2014-cü il, ¹ 50, Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2014-cü il, ¹ 03, maddə 234) ilə “Bələdiyyə
torpaqlarının ayrılmasına dair sənədlərin
hazırlanması və razılaşdırılması
qaydaları haqqında Əsasnamə”də 16-cı maddənin
birinci cümləsində “başlanmasını”
sözü “başlanmasının”
sözü ilə və “ayrılmasını
məqsədəuyğun hesab edir” sözləri “ayrılmasının
məqsədəuyğunluğu barədə qərar
qəbul edir” sözləri ilə əvəz edilmişdir.
[11]
28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 12 dekabr 2008-ci il, ¹ 277,
Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹
12, maddə 1048) ilə 18-ci bənddə "və ərizəçinin" sözləri
çıxarılmışdır.
[12]
28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 12 dekabr 2008-ci il, ¹ 277,
Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹
12, maddə 1048) ilə 20-ci bənddə "planının (cizgisinin) hazırlanması
hüquqi və fiziki şəxslərin" sözləri
"planı və
ölçüsünün hazırlanması bu
Əsasnamənin 10-cu bəndində nəzərdə
tutulmuş hallarda hüquqi və fiziki şəxslərin,
digər hallarda bələdiyyənin" sözləri
ilə əvəz edilmişdir.
[13]
28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 12 dekabr 2008-ci il, ¹ 277,
Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹
12, maddə 1048) ilə 17-ci, 19-cu və 21-ci
bəndlərdə "planını
(cizgisini)" sözləri "planı
və ölçüsünü" sözləri
ilə əvəz edilmişdir.
[14] 28
oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 12 dekabr 2008-ci il, ¹ 277,
Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹
12, maddə 1048) ilə 22-ci və 23-cü bəndlər
yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
22. Bələdiyyə müvafiq icra
hakimiyyəti orqanından daxil olmuş sənədlərə
baxaraq 5 gün müddətində torpaq sahəsinin
mülkiyyətə, istifadəyə və ya icarəyə
ayrılması barədə (torpaq sahəsi
mülkiyyətə verildiyi halda dəyəri
ödənildikdən sonra) qərar qəbul edir.
23. Torpaq sahəsinin mülkiyyətə,
istifadəyə və ya icarəyə verilməsi
barədə bələdiyyənin qərarından sonra
həmin sahənin sərhədləri yerdə (naturada)
yerquruluşu qaydasında müəyyən edilir.
14 fevral
2014-cü il tarixli 906-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 7 mart
2014-cü il, ¹ 50, Azərbaycan Respublikasının qanunvericilik
toplusu, 2014-cü il, ¹ 03, maddə 234) ilə “Bələdiyyə
torpaqlarının ayrılmasına dair sənədlərin
hazırlanması və razılaşdırılması
qaydaları haqqında Əsasnamə”də 23-cü maddə yeni
redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
23.
Bu Əsasnamənin 10-cu bəndində nəzərdə
tutulmuş hallarda bələdiyyə müvafiq icra
hakimiyyəti orqanından daxil olmuş sənədlərə
baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən
sonra 5 gün müddətində torpağın
mülkiyyətə ayrılması barədə qərar
qəbul edir. Torpaq sahəsinin qiyməti bazar
məzənnələri nəzərə alınmaqla
bələdiyyə tərəfindən müəyyən
edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin
və rayon mərkəzlərinin müvafiq zonasında və
ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son
torpaq hərracı və ya müsabiqəsi vasitəsilə
satılan torpağın hər 0,01 hektarına görə
ödənilən qiymətdən az ola bilməz.
Bələdiyyə
ayrılmış torpaq sahəsi üzərində
mülkiyyət hüququnu təsdiq edən
sənədlərin alınması üçün öz
qərarından çıxarışı və torpaq
sahəsinin planı və ölçüsünü
ərizəçiyə verir.
[15] 28
oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 12 dekabr 2008-ci il, ¹ 277,
Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹
12, maddə 1048) ilə 24-cü bənddə "Bələdiyyələrin
qərarı ilə hüquqi" sözləri "Hüquqi" sözü
ilə əvəz edilmişdir.
[16] 21 aprel
2006-cı il tarixli 100-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının
qanunvericilik toplusu, 2006-cı il, ¹ 6, maddə 478) ilə 25-ci bənddə "hazırlanması"
sözü "alınması"
sözü ilə, "və
torpaq sahəsinin planından (cizgisindən)
çıxarışı müvafiq icra hakimiyyəti
orqanına göndərir" sözləri "çıxarışı və
torpaq sahəsinin planını (cizgisini)
ərizəçiyə verir" sözləri ilə
əvəz edilmişdir.
28 oktyabr
2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 12 dekabr 2008-ci il, ¹ 277,
Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹
12, maddə 1048) ilə 25-ci bənd yeni redaksiyada
verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
25. Bələdiyyələr
ayrılmış torpaq sahəsi üzərində
mülkiyyət, istifadə və ya icarə hüququnu
təsdiq edən sənədlərin alınması üçün öz
qərarından çıxarışı və torpaq
sahəsinin planını (cizgisini) ərizəçiyə
verir.
[17]
28 oktyabr 2008-ci il tarixli 709-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 12 dekabr 2008-ci il, ¹ 277,
Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2008-ci il, ¹
12, maddə 1048) ilə yeni məzmunda 25-1-ci bənd
əlavə edilmişdir.
[18] 21 aprel 2006-cı il tarixli 100-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 6, maddə 478) ilə 26-cı bənd
çıxarılmışdır.
əvvəlki redaksiyada deyilirdi:
26. Müvafiq icra hakimiyyəti orqanı
hüquqi və fiziki şəxslərin vəsaiti hesabına
10 gün müddətində torpağa mülkiyyət,
istifadə və ya icarə hüququna dair sənədi
(dövlət aktı və ya şəhadətnamə)
hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı torpaq
sahəsi üzərində hüquqları dövlət torpaq
kadastrında, dövlət torpaq reyestrində qeydiyyata alır
və müvafiq sənədləri torpaq
mülkiyyətçilərinə,
istifadəçilərinə və
icarəçilərinə təqdim edir.