Loqopedik
xidmət haqqında Əsasnamənin təsdiq edilməsi
barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
“Sağlamlıq
imkanları məhdud şəxslərin təhsili (xüsusi
təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 19 iyul tarixli, 540 nömrəli
Fərmanının icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. “Loqopedik xidmət
haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar
imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.
RASİZADƏ
Bakı şəhəri, 29 aprel 2002-ci il
¹ 73
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 aprel tarixli 73
nömrəli qərarı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Loqopedik xidmət haqqında
ƏSASNAMƏ
I. ÜMUMİ MÜDDƏALAR
1. Loqopedik xidmət
məktəbəqədər və ümumtəhsil
müəssisələri nəzdində şifahi və
yazılı nitqi qüsurlu olan uşaqlara kömək
məqsədilə təşkil edilir. Zəif eşidən,
zəif görən, çəpgöz, əqli və fiziki
inkişafdan geri qalan, normal intellektli nitqi qüsurlu uşaqlar
üçün məktəbəqədər təhsil
müəssisələrində, zəif eşidən və
sonradan karlaşmış, kor və zəif görən,
əqli və fiziki inkişafdan geri qalan,
dayaq-hərəkət aparatının inkişafı pozulan
nitqi qüsurlu uşaqlar üçün xüsusi təhsil
müəssisələrində loqopedik kabinetlər təşkil
edilir.[1]
Loqopedik kabinetin
qarşısında duran əsas vəzifə uşaqlarda olan
şifahi və yazılı nitq qüsurunun təshihi
(korreksiyası), bu sahədəki
müvəffəqiyyətsizliyin qarşısını
vaxtında almaq və onu aradan qaldırmaq, loqopedik bilikləri
təhsil işçiləri, valideynlər və əhali
arasında təbliğ etməkdir.
2. Loqopedik xidmət
ümumi təyinatlı təhsil
müəssisələrində loqoped-müəllim, rayon
(şəhər) təhsil şöbəsi (idarəsi)
tabeliyindəki loqopedik kabinet, həmçinin loqopedik
mərkəz vasitəsilə həyata keçirilir.
3. Loqopedik
mərkəz (kabinet) müvafiq tədris-maddi baza və
ixtisaslı kadrlarla təminat olduğu halda Təhsil Nazirliyi
ilə razılaşdırılaraq rayon (şəhər)
təhsil şöbələri (idarələri)
tərəfindən açılır.
4. Rayon
(şəhər) ərazisində 3 və daha artıq loqopedik
kabinet olduqda rayon (şəhər) loqopedik mərkəzi
yaradıla bilər.
5. Loqopedik xidmət
buna ehtiyacı olan uşaqlar üçün Təhsil
Nazirliyi tərəfindən müəyyən edilən saya
uyğun olaraq təşkil edilir.
II.
LOQOPEDİK XİDMƏTİN TƏŞKİLİ
1. Loqopedik xidmət
Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş
tədris planı əsasında həyata keçirilir.
Loqopedik kabinetə ümumtəhsil müəssisələrində
şifahi və yazılı nitqlərində pozuntuları, ümumi nitq
inkişafının ləngiməsi, kəkələmə,
tələffüz pozuntuları, fonetiko-fonematik və
fonematik qüsurları, tələffüz pozuntuları - fonetik
qüsurlar, nitq aparatının qüsuru və
funksiyalarının pozuntuları (dizartriya, rinolaliya) olan
uşaqlar qeydə alınırlar. Loqopedik kabinetdə qeydiyyat
il boyu aparılır. [2]
Loqopedik yardım
uşağın təlim-tərbiyə aldığı
dildə aparılmalıdır.
2. Loqopedik kabinetdə
qeydə alınmaq üçün nitqi qüsurlu
uşaqların aşkar edilməsi hər il sentyabrın
1-dən 15-nə və mayın 10-dan 25-dək aparılır.
Aşkar edilmiş nitqi qüsurlu uşaqlar sonradan nitq
qüsurundan asılı olaraq qruplar üzrə
paylaşdırılmaq üçün siyahıda (1
nömrəli əlavə) qeyd olunmalıdır.
Loqopedik kabinetdə
qeydə alınan hər bir uşaq üçün
müəllim-loqoped nitq xəritəsi doldurmalıdır (2
nömrəli əlavə).
3. Loqopedik kabinetdə
nitqindəki qüsurlara görə proqram materialını
mənimsəyə bilməyən uşaqlar qeydə
almırlar (Ümumi nitq inkişafının ləngiməsi ÜNİL,
fonetiko-fonematik və fonetik inkişafsızlıq).
4. Uşaqlarla
məşğələ həm fərdi, həm də qruplarla
aparılır. Loqopedik işin təşkilinin əsas
forması qruplarla məşğələdir.
Qruplara imkan
daxilində eyni qüsurları olan uşaqlar seçilir.
İlkin nitq
patologiyası ilə aşkar olunmuş şagirdlərdən
aşağıda göstərilən qrup və mikroqruplar
komplektləşdirilə bilər (mötərizədə
şəhər və kənd ümumi-təhsil
müəssisələrindəki uşaqların sayı
göstərilir):
ümumi nitq
inkişafının ləngiməsi (ÜNİL), oxu və
yazı pozuntuları
- (4; 3); [3]
qeyri-kəskin
ifadə olunmuş ÜNİL (5; 4);
fonetiko-fonematik
(FFNİL) və ya fonematik nitq inkişafsızlığı
(FNİ nəticəsində yaranmış oxu və yazı pozuntuları
ilə) (5; 4);
ÜNİL-dən
yaranmış oxu və yazı pozuntuları (4; 3);
kəkələmə
ilə (3; 2);
tələffüz
nöqsanı ilə (5; 4);
qrupla
məşğələdə şagirdlərin minimal sayı
3 nəfər olmalıdır.
5. Loqopedik
məşğələlər dərsdən kənar vaxtlarda
aparılır. Fərdi məşğələlər
ağır nitq qüsuru olan uşaqlarla aparılır.
ÜNİL və nitq aparatının qüsuru və
hərəkətinin pozulması (rinolaliya, dizartriya) olanlarla
dərs məşğələləri I, II dərs
saatlarında aparılır.
ÜNİL və
FFNİL ilə olan 6 yaşlı uşaqlarla
məşğələ bu siniflərin rejiminə
əsasən aparılır. Proqram materiallarının
mənimsənilməsinə mane olmayan, fonetik
tələffüz pozuntuları olan 6 yaşlı
uşaqlarla təshih işi müstəsna olaraq dərs
vaxtı aparıla bilər (Azərbaycan dili, xarici dil və
riyaziyyat dərslərindən başqa). [4]
6. Fərdi qrupla
məşğələlərin mövzusu və
uşaqların davamiyyəti sinif jurnalında qeyd olunur.
Hər qrupa lazımi səhifə ayrılır.
7. ÜNİL və
bununla əlaqədar olan oxu və yazı pozuntuları olan
uşaqlarla təshih işi həftədə 3
dəfədən az olmamaq şərti ilə; [5]
FFNİL və
FNİL və bunun nəticəsində yaranmış oxu
və yazı pozuntuları olan uşaqlarla
məşğələ həftədə 2-3
dəfədən az olmamaq şərti ilə;
fonetik qüsuru olan
uşaqlarla həftədə 3 dəfədən az olmamaq
şərti ilə;
kəkələyən
qrupun uşaqları ilə həftədə 3
dəfədən az olmamaq şərti ilə;
ağır nitq
qüsuru olan uşaqlar ilə fərdi
məşğələ həftədə 2-3
dəfədən az olmayaraq aparılmalıdır.
Qrupla
məşğələ 40 dəqiqə, fərdi
məşğələ hər uşaqla 20 dəqiqə
aparılır.
8. FFNİL,
FNİL-dən yaranan oxu və yazı pozuntuları olan
uşaqlarla təshih işinin müddəti 1,5-2 dərs ili
davam edir. [6]
9. Şagirdlərin
buraxılışı bütün dərs ili boyu onların
nitq qüsurlarının aradan götürülməsi
əsasında aparılır.
10. Nitqi qüsurlu
uşaqlar lazım olduqda valideynlər və ya onların qanuni
nümayəndələrinin razılığı ilə
mütəxəssis həkimlərin (nevropatoloq, psixiatr, otolarinqoloq
və b.) müayinəsi üçün rayon
poliklinikasına və psixofiziki vəziyyətlərini
müəyyənləşdirmək üçün
psixoloji-tibbi-pedaqoji komissiyaya göndərilir.
11. Loqopedik
məşğələlərdə şagirdlərin
davamiyyətinə müəllim - loqoped, sinif rəhbəri
və müəssisənin rəhbəri məsuliyyət
daşıyır.
III.
MÜƏLLİM-LOQOPED
1.
Müəllim-loqoped vəzifəsinə defektoloq təhsili
olan, ixtisasdəyişmə kurslarını (loqopediya)
keçmiş ali pedaqoji təhsilli işçilər
təyin edilir. Müəllim-loqoped rayon (şəhər)
təhsil şöbələrinin (idarələrinin)
razılığı ilə təhsil müəssisəsinin
rəhbərliyi tərəfindən təyin edilir.
2.
Müəllim-loqoped qrupların
komplektləşdirilməsinə, oxu və yazı pozuntuları
olan şagirdlərin təshihi işinin keyfiyyətinə
məsuliyyət daşıyır. [7]
3.
Müəllim-loqoped:
şagirdlərin
müəllim və valideynlərinə
müvəffəqiyyətsizliklərin səbəbini
aydınlaşdırır və onların aradan
götürülməsinə aid məsləhətlər
verir;
müntəzəm
olaraq şagirdlərlə yazılı və şifahi nitqin
müxtəlif qüsurlarının aradan qaldırılmasına
aid məşğələlər aparır;
loqopedik
məşğələdə ilkin nitq qüsuru ilə
əlaqədar olaraq ana dili dərsində
müvəffəqiyyətsizliyin qarşısını almaq
və aradan götürmək məqsədi ilə
təshih-tərbiyə işi aparır;
loqopedik
məşğələlərdə iştirak edən
uşaqların müəllimləri ilə ardıcıl
əlaqə yaradır;
nitqi qüsurlu
uşaqlar üçün olan məktəbəqədər,
ümumtəhsil məktəbləri, uşaq
poliklinikasının mütəxəssis-həkimləri
və psixoloji-tibbi-pedaqoji komissiya ilə əlaqə
yaradır;
ümumtəhsil
müəssisələrinin pedaqoji şuraları
qarşısında duran məsələlər,
görülmüş işin məzmunu və
nəticələri haqqında məlumat verir;
hər il sxem
üzrə (3 nömrəli əlavə) hesabat
hazırlayır. Həmin hesabatı təhsil
müəssisəsinin müdiriyyətinə və ya rayon
(şəhər) təhsil şöbələrinə verir.
Hesabatda şagirdlər arasında mövcud nitq
qüsurları və onların aradan götürülməsi
nəticələrini əks etdirir.
IV.
LOQOPEDİK MƏRKƏZİN İŞİNƏ
RƏHBƏRLİK
1.
Müəllim-loqopedin işinə rəhbərlik təhsil
müəssisələri rəhbərliyi tərəfindən
aparılır.
2. Loqopedik
mərkəzin rəhbərliyinə təcrübəli və
defektoloq təhsili olan müəllim-loqoped təyin edilir.
3. Loqopedik
mərkəzin rəhbəri müəllim-loqopedlərin
görəcəyi işləri müəyyən edir.
Onların peşə ixtisasının artırılmasına
zəmin yaradır. Gənc mütəxəssislərə
metodiki kömək göstərir. Loqopedik kabinetlərdə qrupların
düzgün komplektləşdirilməsinə, ilkin nitqi
qüsurlu uşaqlarla işin məqsədyönlü
aparılmasına məsuliyyət daşıyır.
V.
Maddİ-texnİkİ və malİyyə təmİnatı
1. Loqopedik
kabinetlərin maddi-texniki bazası və elmi-metodik
təminatı "Sağlamlıq imkanları məhdud
şəxslərin təhsili (xüsusi təhsil)
haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı
maddəsinə uyğun həyata keçirilir.
2. Loqopedik
xidmət üçün yerli təhsil idarəetmə
orqanları tərəfindən kabinet ayrılır (20
kv.m.dən az olmamaqla) Kabinet sanitar-gigiyenik
tələblərə cavab verməli (əl-üz yuyan,
düzgün işıqlanma, hava rejiminə riayət),
lazımi vəsaitlərlə təchiz edilməlidir (4
nömrəli əlavə).
3. Loqopedik kabinet
ümumtəhsil müəssisəsi binasında, zəruri
hallarda rayon (şəhər) təhsil şöbəsinin
binasında da yerləşdirilə bilər.
4. Loqopedik kabinetin
təminatını və təmirini rayon (şəhər)
təhsil şöbələri həyata keçirir.
5. Loqopedik
mərkəzin ştat cədvəlində müəllim-loqopedlərin
əməyinin ödənilməsi pedaqoji
işçilərə bərabər tutularaq
qanunvericiliklə müəyyən edilmiş qaydada
tənzimlənir.
6. Yerli
xərclərin vəsaiti hesabına təhsili idarəetmə
orqanları loqopedik mərkəzin rəhbərinə,
üzvlərin sayı 5-10 nəfər olarsa 0,25 stavka, 10
nəfərdən artıq olarsa 0,5 stavka əlavə
əmək haqqı müəyyən edə bilər.
|
“Loqopedik xidmət
haqqında Əsasnamə”yə 1 nömrəli əlavə |
Nİtqİ
qüsurlu uşaqların sİyahısı
(Uşaqlar müayinə edildikdə
doldurulur)
S/n |
Adı
və soyadı |
Məktəb |
Sinfi |
Müayinə
tarixi |
Müayinə
vaxtı ana dilindən müvəffəqiyyəti |
Loqoped |
Qeyd |
İşlər
müdiri A. HACIYEV
|
“Loqopedik xidmət
haqqında Əsasnamə”yə 2 nömrəli əlavə |
Nİtq xərİtəsİ
(Loqopedik
kabinetə qəbul zamanı hər şagird üçün
ayrıca doldurulur)
1. Soyadı, adı,
atasının adı
2. Məktəb, sinif
3. Ev ünvanı,
telefon nömrəsi
4. Kabinetə qəbul
olunduğu tarix
5. Ana dilindən
müvəffəqiyyəti (müayinə vaxtı)
6. Müəllimin
və ya valideynin şikayəti
7. Psixiatrın
rəyi
8. Eşitmə
vəziyyəti
9. Nitq inkişafı
haqqında məlumat
10. Nitq aparatının
vəziyyəti (quruluşu və hərəkəti)
11. Nitqin ümumi
xarakteristikası (söhbətin və rabitənin,
mülahizənin yazılması)
a) lüğət
ehtiyatı (kəmiyyət və keyfiyyət xarakteristikası)
1) kəmiyyət
xarakteristikası: ümumi lüğət ehtiyatı
2) keyfiyyət
xarakteristikası: söz işlənərkən
səhvlərə yol verilməsi (mənaya görə
dəyişiklik və akustik oxşarlıq)
Nümunələr
göstərmək.
b) Qrammatik quruluş:
işlədilən cümlələrin tipləri.
Nümunələr göstərmək.
c) Tələffüz
və səslərin fərqləndirilməsi: səsin
tələffüzü, təhrif edilməsi, əvəz
edilməsi, müxtəlif səslərin
qarışdırılması. Nümunәlәr
göstərmək.
12. Sözün
səs tərkibinin təhlili vərdişlərinin
formalaşması səviyyəsi.
13. Yazı: spesifik
sahələr (qarışıq salma, samit səslərin
dəyişik salınması və s.)
14. Oxu: oxu
texnikasına yiyələnmə səviyyəsi
(hərflə, heca ilə, sözlə oxu, oxu zamanı
səhvlər, oxunmuş mətnin dərk edilməsi)
15.
Kəkələmə: a) təxmin edilən səbəb; b)
nitq davranışının ümumi xüsusiyyətləri
(ünsiyyətli, qaradinməz, tezçoşan)
16. Pedaqoji
müşahidə əsasında uşağa verilən
qısa xasiyyətnamə (planlaşdırılmış,
sərbəst, işgüzar, müşahidəsiz, öz
qüsuruna münasibəti).
17. Loqopedin rəyi
18. Nitq
düzəlişinin nəticəsi (şagirdlərin loqopedik
kabinetlərdə buraxılışı xəritədə
qeyd edilir).
İşlər
müdiri A. HACIYEV
|
“Loqopedik xidmət
haqqında Əsasnamə”yə 3 nömrəli əlavə |
Loqopedik
xidmət göstərilmiş şifahi və yazılı
nitqində qüsurları olan uşaqların sayı
haqqında
HESABAT
Şagirdlər |
Siniflər |
Şifahi və
yazılı nitqində pozuntuları olan
uşaqların sayı[8] |
|||||
ÜNİL-dən
yaranmış oxu və yazı pozuntuları |
FFNİL |
FNİL-dən
yaranmış oxu və yazı pozuntuları |
tələffüz pozuntuları |
kəkələmə |
oxu və yazı pozuntuları |
||
1. Aşkar edilmişdir |
|
|
|
|
|
|
|
Qəbul edilmişdir |
|
|
|
|
|
|
|
Çıxarılmışdır |
|
|
|
|
|
|
|
Məşğələlərin
davamı üçün saxlanılmışdır |
|
|
|
|
|
|
|
Getmişdir |
|
|
|
|
|
|
|
İşlər
müdiri A. HACIYEV
|
“Loqopedik xidmət
haqqında Əsasnamə”yə 4 nömrəli əlavə |
Təklif
olunan avadanlıq və mebelin siyahısı
1. Loqopedik
məşğələlər üçün divar
güzgüsü (50 x 100) |
- 1 |
2. Fərdi məşğələ
üçün divar güzgüsü (9 x 12) |
- 8 |
3. Loqopedik zondlar, şpatellər |
- tələb olunan sayda |
4. Əl-üz yuyan |
- 1 |
5. Yazı taxtası |
- 1 |
6. Vəsaitlər üçün
şkaflar |
- 2-3 |
7. Dəftərxana stolu |
- 1-2 |
8. Stullar |
- 8 |
9. Komplekt “parta-stul” |
- 1 |
10. Kəsmə divar əlifbası |
- 1 |
11. Kəsmə stolüstü
əlifba |
- 8 |
12. Qum saatı |
- 1 |
13. Saniyəölçən |
- 1 |
14. Metronom |
- 1 |
15. Filmoskop |
- 1 |
16. Televizor |
- 1 |
17. Valçalan |
- 1 |
18. Val yığını |
- 2 |
19. Kompüter |
- 1 |
20. Videomaqnitofon |
- 1 |
21. Dərs vəsaitləri |
- tələb olunan miqdarda |
22. Stolüstü oyuncaqlar, oyunlar,
konstruktorlar |
- 1 |
23. Disketlər |
-1 |
24. Dezinfeksiya preparatları (spirt, xlor,
pambıq, yod, cuna) |
- tələb olunan miqdarda |
İşlər
müdiri A. HACIYEV
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1.
17 oktyabr 2018-ci il tarixli 459 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 21
oktyabr 2018-ci il, ¹ 237, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə
2173)
2.
26 oktyabr 2020-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 28
oktyabr 2020-ci il, ¹ 223, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 10, maddə 1300)
QƏRARA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 17 oktyabr 2018-ci il tarixli 459 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 21
oktyabr 2018-ci il, ¹ 237, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 10, maddə
2173) ilə “Loqopedik xidmət haqqında
Əsasnamə”nin 1-ci hissəsinin ikinci cümləsində “tərbiyə” sözü “təhsil” sözü ilə
əvəz edilmişdir.
[2] 26 oktyabr 2020-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 28
oktyabr 2020-ci il, ¹ 223, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 10, maddə 1300) ilə
“Loqopedik xidmət haqqında Əsasnamə”nin II bölmənin 1-ci hissənin birinci abzasının ikinci
cümləsində (hər dörd halda) “pozğunluqları” sözü “pozuntuları” sözü ilə əvəz edilmişdir.
[3] 26 oktyabr 2020-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 28
oktyabr 2020-ci il, ¹ 223, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 10, maddə 1300) ilə
“Loqopedik xidmət haqqında Əsasnamə”nin II bölmənin 4-cü hissənin dördüncü,
altıncı və yeddinci abzaslarında “pozğunluqları” sözü “pozuntuları” sözü ilə əvəz edilmişdir.
[4] 26 oktyabr 2020-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 28
oktyabr 2020-ci il, ¹ 223, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 10, maddə 1300) ilə
“Loqopedik xidmət haqqında Əsasnamə”nin II bölmənin 5-ci hissənin ikinci abzasının ikinci
cümləsində “pozğunluqları”
sözü “pozuntuları”
sözü ilə əvəz edilmişdir.
[5] 26 oktyabr 2020-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 28
oktyabr 2020-ci il, ¹ 223, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 10, maddə 1300) ilə
“Loqopedik xidmət haqqında Əsasnamə”nin II bölmənin 7-ci hissənin birinci və ikinci abzaslarında “pozğunluqları” sözü
“pozuntuları” sözü
ilə əvəz edilmişdir.
[6] 26 oktyabr 2020-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 28
oktyabr 2020-ci il, ¹ 223, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 10, maddə 1300) ilə
“Loqopedik xidmət haqqında Əsasnamə”nin II bölmənin 8-ci hissədə “pozğunluqları”
sözü “pozuntuları”
sözü ilə əvəz edilmişdir.
[7] 26 oktyabr 2020-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 28
oktyabr 2020-ci il, ¹ 223, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 10, maddə 1300) ilə
“Loqopedik xidmət haqqında Əsasnamə”nin III
bölmənin 2-ci hissəsində “pozğunluqları” sözü “pozuntuları” sözü ilə əvəz edilmişdir.
[8] 26 oktyabr 2020-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 28
oktyabr 2020-ci il, ¹ 223, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 10, maddə 1300) ilə
“Loqopedik xidmət haqqında Əsasnamə”nin 3 nömrəli
Əlavə - “Loqopedik xidmət göstərilmiş şifahi
və yazılı nitqində qüsurları olan
uşaqların sayı haqqında Hesabat”ın
cədvəlində (hər beş halda) “pozğunluqları” sözü “pozuntuları” sözü ilə əvəz edilmişdir.