Prokurorluq
orqanları işçilərinin maddi və sosial
təminatı haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikası prokurorluq
orqanları işçilərinin maddi və sosial
təminatı haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 8 oktyabr tarixli, 1054 nömrəli
Sərəncamının icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. Prokurorluq işçilərinin
aylıq vəzifə maaşları və xüsusi
rütbələrə görə vəzifə maaşına
əlavə haqqın məbləğləri, eləcə
də prokurorluq orqanlarının digər
işçilərinin aylıq vəzifə maaşları
təsdiq edilsin (əlavə 1-11).[1]
2. “Prokurorluq işçilərinə
iş stajına görə əlavə haqqın verilməsi
qaydası” təsdiq edilsin (əlavə 12).
3. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinə tapşırılsın ki, prokurorluq
işçilərinin və prokurorluq orqanlarının
digər işçilərinin bu qərara əsasən
müəyyən edilmiş aylıq vəzifə
maaşlarının, xüsusi rütbələrə
görə vəzifə maaşına əlavə haqqın,
iş stajına görə əlavə haqqın,
eləcə də "Prokurorluq haqqında" Azərbaycan
Respublikası Qanunu ilə müəyyən edilmiş
başqa ödənişlərlə bağlı
xərclərin "Azərbaycan Respublikasının 2002-ci il
dövlət büdcəsi haqqında" Azərbaycan
Respublikasının Qanununda prokurorluq orqanlarının
saxlanılması üçün nəzərdə
tutulmuş vəsait dairəsində ödənilməsini
həyata keçirsin.
4. "Prokurorluq haqqında"
Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin on
altıncı hissəsinə və 38-ci maddəsinin ikinci
hissəsinə əsasən Azərbaycan Respublikası
Hərbi Prokurorluğunun hərbi rütbəsi olan digər
işçilərinin hərbi rütbəyə görə
maaşlarının məbləğləri "Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının
və mülki işçilərinin vəzifə (tarif)
maaşlarının, habelə hərbi rütbəyə
görə maaşların artırılması haqqında"
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 3
sentyabr tarixli, 144-7 nömrəli qərarının 2
nömrəli əlavəsinə uyğun olaraq
müəyyən edilsin.
5. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı
əsasında bu qərarın 1-10 nömrəli
əlavələrində nəzərdə tutulmayan
vəzifələr üzrə maaşları
müəyyən etsinlər.
6. "Azərbaycan Respublikası
prokurorluq orqanları işçilərinin maddi
təminatının yaxşılaşdırılması
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1994-cü il 21 fevral tarixli, 73 nömrəli qərarı
(beşinci bənd istisna olmaqla) qüvvədən
düşmüş hesab edilsin.
7. Bu qərar 2002-ci il noyabr ayının
1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 31 oktyabr 2002-ci il
¹ 168
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2002-ci il 31
oktyabr tarixli, 168 nömrəli
qərarı ilə
TƏSDİQ
EDİLMİŞDİR
1 nömrəli
əlavə
Azərbaycan Respublikası Baş Prokurorluğunun
prokurorluq işçilərinin və mülki
işçilərinin
VƏZİFƏ MAAŞLARI
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2002-ci il 31
oktyabr tarixli, 168 nömrəli
qərarı ilə
TƏSDİQ
EDİLMİŞDİR
2 nömrəli
əlavə
Azərbaycan
Respublikası Hərbi Prokurorluğunun mərkəzi
aparatının prokurorluq işçilərinin, mülki
işçilərin və hərbi rütbəsi olan digər
işçilərin
VƏZİFƏ MAAŞLARI
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin
2002-ci il 31
oktyabr tarixli, 168 nömrəli
qərarı ilə
TƏSDİQ
EDİLMİŞDİR
3 nömrəli
əlavə
Hərbi
prokurorluqların prokurorluq işçilərinin, mülki
işçilərin və hərbi rütbəsi olan digər
işçilərin
VƏZİFƏ MAAŞLARI
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin
2002-ci il 31
oktyabr tarixli, 168 nömrəli
qərarı ilə
TƏSDİQ
EDİLMİŞDİR
4 nömrəli
əlavə
Bakı
Şəhər Prokurorluğunun prokurorluq
işçilərinin və mülki işçilərinin
VƏZİFƏ MAAŞLARI
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin
2002-ci il 31
oktyabr tarixli, 168 nömrəli
qərarı ilə
TƏSDİQ
EDİLMİŞDİR
5 nömrəli
əlavə
Bakı
şəhərinin rayon prokurorluqlarının prokurorluq
işçilərinin və mülki işçilərinin
VƏZİFƏ MAAŞLARI
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2002-ci il 31
oktyabr tarixli, 168 nömrəli
qərarı ilə
TƏSDİQ
EDİLMİŞDİR
6 nömrəli
əlavə
Gəncə,
Sumqayıt şəhər prokurorluqlarının prokurorluq
işçilərinin və mülki işçilərinin
VƏZİFƏ MAAŞLARI
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin
2002-ci il 31
oktyabr tarixli, 168 nömrəli
qərarı ilə
TƏSDİQ
EDİLMİŞDİR
7 nömrəli
əlavə
Əhalisi
80000-150000 nəfərədək olan şəhər (rayon)
prokurorluqlarının prokurorluq işçilərinin və
mülki işçilərinin
VƏZİFƏ MAAŞLARI
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin
2002-ci il 31
oktyabr tarixli, 168 nömrəli
qərarı ilə
TƏSDİQ
EDİLMİŞDİR
8 nömrəli
əlavə
Əhalisi
150000 nəfərdən yuxarı olan şəhər (rayon)
prokurorluqlarının prokurorluq işçilərinin və
mülki işçilərinin
VƏZİFƏ MAAŞLARI
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2002-ci il 31
oktyabr tarixli, 168 nömrəli
qərarı ilə
TƏSDİQ
EDİLMİŞDİR
9 nömrəli
əlavə
Əhalisi 80000
nəfərədək olan şəhər (rayon)
prokurorluqlarının prokurorluq
işçilərinin və mülki işçilərinin
VƏZİFƏ MAAŞLARI
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin
2002-ci il 31
oktyabr tarixli, 168 nömrəli
qərarı ilə
TƏSDİQ
EDİLMİŞDİR
10 nömrəli
əlavə
Prokurorluq
orqanlarının mülki xidmət heyətinin
VƏZİFƏ MAAŞLARI
|
|
|
|
|
|
|
|
|
|
|
|
Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin
2002-ci il 31
oktyabr tarixli, 168 nömrəli
qərarı ilə
TƏSDİQ
EDİLMİŞDİR
11 nömrəli
əlavə
Prokurorluq işçilərinin xüsusi
rütbəyə görə vəzifə maaşına
ƏLAVƏ HAQQIN MƏBLƏĞLƏRİ
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr
tarixli, 168 nömrəli qərarı ilə TƏSDİQ
EDİLMİŞDİR 12
nömrəli əlavə |
Prokurorluq
işçilərinə iş stajına görə
əlavə haqqın verilməsi
QAYDASI
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar
"Prokurorluq haqqında" Azərbaycan Respublikası
Qanununa və "Azərbaycan Respublikası prokurorluq
orqanları işçilərinin maddi və sosial
təminatı haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 8 oktyabr tarixli, 1054 nömrəli
Sərəncamının icrası olaraq
hazırlanmışdır və prokurorluq
işçilərinə iş stajına görə
əlavə haqqın (bundan sonra - əlavə haqq)
ödənilməsi şərtlərini müəyyən
edir.
1.2. Prokurorluq
işçilərinə qulluğun altıncı ilindən
başlayaraq əlavə haqq verilir və həmin haqq hər
beş ildən bir artırılır.
1.3. Prokurorluq
işçilərinə aylıq vəzifə
maaşının iş stajının hər beş ilinə
görə 15 faizi həcmində 45 faizdən çox olmamaq
şərti ilə əlavə haqq verilir.
1.4. Prokurorluq
işçilərinə əlavə haqq prokurorluq
orqanlarının saxlanılması üçün
dövlət büdcəsində nəzərdə tutulmuş
əməyin ödənişi fondu hesabına ödənilir.
2. ƏLAVƏ HAQQ ALMAQ HÜQUQU VERƏN İŞ
STAJININ HESABLANMASI QAYDASI
2.1. Əlavə haqq almaq hüququ
verən iş stajı şəxsin "Prokurorluq
haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən
edilmiş prokurorluq işçilərinə aid olan
vəzifəyə təyin edilməsi barədə əmrin
verildiyi tarixdən hesablanır.
2.2. Əlavə haqq almaq hüququ
verən iş stajına aşağıdakı dövrlər
daxildir:
2.2.1. prokurorluq işçilərinə
aid olan vəzifələrdə qulluqda olduqları
müddət;
2.2.2. həqiqi hərbi xidmətə
çağırılmazdan əvvəl prokurorluq
işçilərinə aid olan vəzifələrdə
qulluq etmiş və ehtiyata buraxıldıqdan sonra bilavasitə
yenidən prokurorluq orqanlarına qeyd edilən
vəzifələrə təyin edilmiş
işçilərin həqiqi hərbi xidmətdə
olduqları müddət;
2.2.3. məhkəmələrdə hakim,
ədliyyə orqanlarında rütbə dərəcəsi
(xüsusi rütbəsi) olan vəzifələrdə, o
cümlədən rütbə dərəcəsi (xüsusi
rütbəsi) tətbiq olunmayan dövrlərdə uyğun
vəzifələrdə, Azərbaycan Respublikasının
Daxili İşlər Nazirliyi, Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli
Təhlükəsizlik Nazirliyi, Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan
Respublikasının Xarici Kəşfiyyat Xidməti,
Azərbaycan Respublikasının Dövlət Gömrük
Komitəsində, eləcə də Azərbaycan
Respublikasının Vergilər Nazirliyinin ibtidai istintaq
orqanlarında və qanunvericiliklə nəzərdə
tutulmuş digər müvafiq qurumlarda zabit
vəzifələrində işləmiş (xidmət
keçmiş) şəxslərin həmin orqanlarda
xidmətdə olduqları müddət;[2]
2.2.4. prokurorluq işçilərinə
aid olan vəzifələrdə qulluq edərkən
seçkili orqanlara seçilmiş və sonradan bilavasitə
prokurorluq işçilərinə aid olan vəzifələrə
təyin edilmiş işçilərin seçkili orqanlarda
işlədiyi müddət;
2.2.5. prokurorluq işçilərinə
aid olan vəzifələrdə qulluq edərkən müvafiq
icra hakimiyyəti orqanlarının qərarına
(sərəncamına) əsasən işlə əlaqədar
xaricə göndərilmiş və qayıtdıqdan sonra
bilavasitə prokurorluq işçilərinə aid olan
vəzifələrdən birinə yenidən təyin
edilmiş işçilərin xaricdə işlədiyi
müddət;
2.2.6. prokurorluq işçilərinə
aid olan vəzifədə qulluq edən qadınlara
hamiləlik, doğum və uşağa qulluq etmək
üçün verilən qanunvericiliklə nəzərdə
tutulmuş sosial məzuniyyət müddətləri;
2.2.7. dövlət hakimiyyəti
orqanlarında hüquq mühafizə orqanlarının
fəaliyyəti ilə bağlı müvafiq struktur
bölmələrində işləmiş (xidmət
etmiş) və sonradan bilavasitə prokurorluq
işçilərinə aid olan vəzifəyə təyin
edilmiş işçilərin göstərilən orqanlarda
işlədiyi (xidmət etdiyi) müddət;
2.2.8. prokurorluq işçilərinə
aid olan vəzifələrdə qulluq edərkən
vəzifəsinin və əmək haqqının saxlanması
şərti ilə işçinin qulluqdan
ayrıldığı müddət;
2.2.9. əmək qabiliyyətinin
müvəqqəti itirildiyi müddət;
2.2.10. ödənişli
məzuniyyət dövrləri.
Bu bənddə nəzərdə
tutulmayan digər fasilələr iş stajı hesablanarkən
nəzərə alınmır.
3. ƏLAVƏ HAQQIN HESABLANMASI VƏ
VERİLMƏSİ QAYDASI
3.1. Müvəqqəti
əvəzetmə üzrə iş zamanı əlavə haqq
əsas işin vəzifə maaşına və
rütbəsinə uyğun hesablanır.
3.2. Təqvim ayı ərzində
əlavə haqqın məbləği artdığı
təqdirdə, həmin ay üçün əlavə
haqqın məbləği ayın təqvim
günlərinə mütənasib şəkildə
artırılaraq hesablanır.
Eyni qayda ay ərzində prokurorluq
işçisinin vəzifə maaşının
dəyişməsi zamanı da tətbiq edilir.
3.3. Əlavə haqq prokurorluq
işçisi üçün qanunvericilikdə
nəzərdə tutulmuş qaydada orta əmək haqqı
hesablanarkən nəzərə alınır.
4. ƏLAVƏ HAQQ ALMAQ HÜQUQU VERƏN İŞ
STAJININ MÜƏYYƏN EDİLMƏSİ QAYDASI
4.1. İş stajını
müəyyən edən əsas sənəd əmək
kitabçası sayılır. Əmək kitabçası
olmadıqda və ya onda lazımi qeydiyyatlar
aparılmadıqda, habelə iş dövrləri
düzgün əks etdirilmədikdə, iş stajının
müəyyən edilməsi üçün
əmrlərdən çıxarışlar, şəxsi
hesab vərəqələri, əmək haqqının
ödəniş cədvəlləri və iş fəaliyyətləri
barədə məlumat verə biləcək sair təsdiqedici
sənədlər əsas götürülə bilər.
4.2. Əlavə haqq verilməsi
üçün iş stajı Azərbaycan Respublikası
Baş Prokurorluğunun komissiyası tərəfindən
müəyyən edilir. Komissiya Azərbaycan Respublikası
Baş prokurorunun müavininin sədrliyi və həmkarlar
ittifaqı komitəsinin nümayəndəsinin iştirakı
ilə Azərbaycan Respublikasının Baş prokuroru
tərəfindən müəyyən edilir və təsdiq
olunur.
4.3. Əlavə haqq Komissiyanın
qərarına əsasən verilir. İş stajının
müəyyən edilməsi haqqında qərar komissiya tərəfindən
protokol formasında rəsmiləşdirilir. Protokolun əsli
Baş Prokurorluqda saxlanılır, surəti işçinin
şəxsi işinə əlavə edilir.
4.4. Əlavə haqq verilməsi
üçün iş stajını müəyyən
edən komissiyanın qərarından Azərbaycan
Respublikası Baş prokuroruna şikayət verilə
bilər.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
20 dekabr 2006-cı il tarixli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı
2.
24 dekabr 2010-cu il tarixli 242 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2010-cu il, ¹ 12, maddə 1123)
3. 22
sentyabr 2016-cı il tarixli 360 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr
2016-cı il, ¹ 214, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 9,
maddə 1585)
QƏRARA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 20 dekabr
2006-cı il tarixli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı ilə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli
qərarı (2 və 6-cı bəndlər istisna olmaqla)
qüvvədən düşmüş hesab edilmişdir.
[2] 24
dekabr 2010-cu il tarixli 242
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 12, maddə
1123) ilə təsdiq edilmiş 12 nömrəli
əlavə - "Prokurorluq işçilərinə iş
stajına görə əlavə haqqın verilməsi
Qaydası"nın 2.2.3-cü bəndində "Azərbaycan Respublikasının
Milli Təhlükəsizlik Nazirliyi,"
sözlərindən sonra "Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi,"
sözləri əlavə edilmişdir.
22
sentyabr 2016-cı il tarixli 360 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr
2016-cı il, ¹ 214, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 9,
maddə 1585) ilə “Prokurorluq
işçilərinə iş stajına görə
əlavə haqqın verilməsi Qaydası”nın 2.2.3-cü
yarımbəndindən “Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,”
sözləri çıxarılmışdır və
həmin yarımbəndə “Fövqəladə
Hallar Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət
Təhlükəsizliyi Xidməti, Azərbaycan
Respublikasının Xarici Kəşfiyyat Xidməti,”
sözləri əlavə edilmişdir.