Bu Qanun Azərbaycan Respublikasında məhkəmə ekspertizası fəaliyyətinin hüquqi,
təşkilati əsaslarını və başlıca istiqamətlərini
müəyyən edir, məhkəmə ekspertizasının təşkili
və aparılması zamanı yaranan ictimai münasibətləri nizamlayır.[2]
Məhkəmə ekspertizası Azərbaycan Respublikası
məhkəmələrinin səlahiyyətinə aid olan mülki,
cinayət və digər işlər üzrə icraat zamanı həyata
keçirilir.
Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:
məhkəmə ekspertizası - təhqiqat, ibtidai istintaq
orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin
halları barədə informasiya daşıyan maddi obyektlər,
hadisələr və proseslər haqqında xüsusi elmi biliklər
əsasında aparılan tədqiqatdır;
məhkəmə ekspertizası
fəaliyyəti -
məhkəmə ekspertizasının təşkil edilməsi və
aparılması ilə əlaqədar fəaliyyət olub, xüsusi elmi
biliklər vasitəsi ilə proses iştirakçılarının hüquqlarının
və qanuni mənafelərinin təmin edilməsi
məqsədini daşıyır;
məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının
aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının
predmetinə aid olan xüsusi məsələlərə dair
zəruri biliyə malik olan və işin nəticəsində
marağı olmayan, məhkəmə
eksperti şəhadətnaməsi almış şəxsdir;
ekspertin rəyi - məhkəmə ekspertizasını
təyin (sifariş) etmiş orqanın
və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən
əsaslandırılmış yekun nəticədir;
məhkəmə ekspertizasının
predmeti -
məhkəmə ekspertizasının həll etdiyi
məsələlər dairəsidir;
məhkəmə ekspertizası
idarəsi -
məhkəmə ekspertizası fəaliyyətini həyata
keçirən dövlət orqanıdır.
məhkəmə
ekspertizası tədqiqatının metodu - məhkəmə
ekspertizasının predmeti ilə bağlı işin halları barədə
informasiya daşıyan maddi obyektlər, hadisələr və
proseslərin tədqiqi zamanı tətbiq edilən üsul və
vasitələr sistemidir.[3]
Məhkəmə ekspertizası fəaliyyəti haqqında
qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından,
Azərbaycan Respublikasının Cinayət-Prosessual və Mülki-Prosessual məcəllələrindən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindən, bu
qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik
aktlarından ibarətdir.[4]
Məhkəmə ekspertizası fəaliyyətinin
əsas vəzifəsi elm, texnika, incəsənət,
sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik
əsasında sübut əhəmiyyətinə malik olan faktiki
halların müəyyənləşdirilməsindən ibarətdir.
Məhkəmə ekspertizası fəaliyyəti insan
və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması,
qanunçuluğun təmin edilməsi, ekspertin müstəqilliyi, elmin
və texnikanın müasir nailiyyətlərindən istifadə
edilməklə həyata keçirilən tədqiqatların obyektivliyi,
hərtərəfliliyi və tamlığı prinsiplərinə
əsaslanır.
Məhkəmə ekspertizası aparılarkən insan və
vətəndaş hüquqlarına və azadlıqlarına əməl
olunmalıdır.
Məhkəmə ekspertizası fəaliyyəti
nəticəsində hüquqlarının və azadlıqlarının pozulduğunu
hesab edən şəxs bu hərəkətdən Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş
qaydada məhkəmə ekspertizası idarəsinin
rəhbərinə və ya məhkəməyə şikayət
edə bilər.
Məhkəmə ekspertizası aparılarkən ekspert
müstəqildir, onun məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya
şəxsdən, tərəflərdən və işin
nəticəsində marağı olan digər şəxslərdən
hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə
və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın
nəticələrinə uyğun olaraq rəy verir.[5]
Məhkəmələr (hakimlər), təhqiqat
aparan şəxs, müstəntiq, prokuror, habelə digər dövlət
orqanları, təşkilatlar və ya ayrı-ayrı şəxslər
tərəfindən proses iştirakçılarından hər hansı birinin
maraqlarına cavab verən və ya digər şəxslərin
xeyrinə olaraq rəy əldə etmək məqsədi
ilə ekspertə hər hansı formada təsir göstərilməsi
qadağandır.
Ekspertə təsir göstərilməsində
təqsirkar olan şəxs Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
Ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və
təcrübi əsaslar üzərində obyektiv,
hərtərəfli və tam həcmdə aparmalıdır.
Ekspertin rəyi elmi inkişafın müasir
tələblərinə uyğun olan və hamı
tərəfindən qəbul edilmiş elmi dəlillər
əsasında yoxlanmasına imkan verən müddəalara
əsaslanmalıdır.
Ekspert tədqiqatının obyektləri maddi sübutlar,
sənədlər, müqayisəli tədqiqat üçün
nümunələr, əşyalar, canlı insan və onun psixi
vəziyyəti, heyvanlar, meyitlər və onların
hissələri, həmçinin əsasında məhkəmə
ekspertizası aparılması üçün zəruri olan iş materiallarıdır.
Canlı insanın, meyitin, heyvanın, əşyanın, cismin, materialın
və ya maddənin xüsusiyyətlərini əks etdirən
(əlamətlərini daşıyan) obyektlər, həmçinin ekspertin
tədqiqat aparması və rəy verməsi üçün zəruri olan
digər nümunələr müqayisəli tədqiqat üçün
nümunələr hesab edilir.
Məhkəmə ekspertizası aparılarkən tədqiqat
obyektləri ekspertizanı təyin (sifariş)
etmiş orqanın və ya şəxsin müvafiq razılığı əsasında yalnız
tədqiqat aparılması və rəy verilməsi üçün zəruri olan
ölçüdə zədələnə və ya istifadə oluna
bilər. Həmin razılıq məhkəmə ekspertizasının
təyin edilməsi barədə qərarda (qərardadda) və ya məhkəmə
ekspertizasının sifariş edilməsi barədə müqavilədə
və yaxud müvafiq məktubda göstərilməlidir.[6]
Tədqiqat obyektini məhkəmə ekspertizası
idarəsinə gətirmək mümkün olmadıqda, hadisə yerində
və ya tədqiqat obyektinin olduğu yerdə tədqiqat aparılması
zərurəti yarandıqda, ekspertizanı təyin (sifariş) etmiş orqan və ya şəxs obyekt
üzərində ekspert tərəfindən tədqiqatın aparılması
üçün şərait yaratmalıdır.
Məhkəmə ekspertizası başa çatdırıldıqdan sonra
tədqiqat obyekti ekspertizanı təyin (sifariş) etmiş orqana və ya şəxsə qaytarılmalıdır.
Məhkəmə ekspertizası idarəsinin
rəhbəri məhkəmə ekspertizası təyin olunması
haqqında qərarı (qərardadı) aldıqdan və ya məhkəmə ekspertizasının sifariş edilməsi
barədə müqavilə bağlandıqdan sonra onun təşkil
edilməsi və aparılması, ekspertin məhkəmə iclaslarında,
istintaq və məhkəmə hərəkətlərində
iştirakının təmin olunması üzrə müvafiq tədbirlər görür.[7]
Məhkəmə ekspertizası idarəsi
rəhbərinin aşağıdakı hüquqları vardır:
idarədə konkret ixtisas üzrə ekspert, zəruri
maddi-texniki baza və yaxud tədqiqat aparılması üçün xüsusi
şərait olmadıqda məhkəmə ekspertizası təyin olunması
barədə qərarı (qərardadı) icra edilmədən və ya məhkəmə
ekspertizasının sifariş edilməsi barədə rəsmi
müraciəti təmin edilmədən, tədqiqata təqdim
edilmiş obyekt və işin materialları ilə birlikdə geri qaytarmaq;[8]
rəy verilməsi üçün bu idarənin əməkdaşı
olmayan şəxslərin zəruri biliyinə ehtiyac yarandıqda,
onların ekspert qismində iştirakı barədə məhkəmə
ekspertizasını təyin (sifariş)
etmiş orqan və ya şəxs qarşısında vəsatət qaldırmaq;
məhkəmə ekspertizasının təyin olunması
haqqında qərarda (qərardadda) və
ya məhkəmə ekspertizasının sifariş edilməsi
barədə müqavilədə göstərilmiş digər
idarələrin iştirakı ilə məhkəmə ekspertizası
aparılmasını təşkil etmək.[9]
Məhkəmə ekspertizası idarəsinin
rəhbərinə aşağıdakıları etmək qadağandır:
məhkəmə ekspertizasının təyin edilməsi
haqqında qərar (qərardad) və
ya məhkəmə ekspertizasının sifariş edilməsi
barədə müqavilə olmadıqda, məhkəmə
ekspertizasının aparılması üçün zəruri olan tədqiqat
obyektlərini və iş üzrə materialları tələb etmək;[10]
məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanla və ya
şəxslə razılaşdırmadan, müstəqil olaraq, bu idarənin
əməkdaşı olmayan şəxsləri ekspert qismində
məhkəmə ekspertizasının aparılmasına cəlb etmək;
ekspertə konkret məhkəmə ekspertizası
üzrə tədqiqatın gedişatına təsir edən və onun
nəticələrinin məzmununu müəyyən edən
göstərişlər vermək.
Məhkəmə ekspertizası idarəsi rəhbərinin
aşağıdakı vəzifələri vardır:
məhkəmə ekspertizasının təyin olunması
barədə qərarı (qərardadı) aldıqdan və ya məhkəmə ekspertizasının sifariş edilməsi
barədə müqavilə bağlandıqdan sonra həmin idarənin
ekspertləri sırasından zəruri biliyə malik olan və qoyulmuş
suallara cavab verə bilən konkret ekspertə və ya
ekspertlərə ekspertizanın aparılması haqqında tapşırıq vermək;[11]
ekspertə (ekspertlərə) onların hüquq və
vəzifələrini izah etmək;
eksperti bilə-bilə yalan rəy verməyə
görə məsuliyyət haqqında xəbərdar etmək və
bu barədə ekspertizanın təyin edilməsi haqqında
qərarda (qərardadda) və ya
məhkəmə ekspertizasının sifariş edilməsi barədə
müqavilədə ekspertin imzası ilə təsdiq edilən
müvafiq qeyd aparmaq;[12]
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş qaydada məhkəmə ekspertizasının aparılması
müddətini müəyyən etmək və onun
gözlənilməsinə nəzarət etmək;
aparılan tədqiqatların tamlığı və keyfiyyəti
üzərində nəzarəti ekspertin müstəqilliyi
prinsipinə əməl olunmaqla təmin etmək;
tədqiqatlar başa çatdırıldıqdan sonra ekspertin rəyini,
tədqiqat obyektlərini və iş üzrə materialların
məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqana və ya şəxsə
göndərilməsini təmin etmək.
Məhkəmə ekspertizası idarəsi rəhbəri
Azərbaycan Respublikasının qanun-vericiliyi ilə müəyyən
edilmiş digər vəzifələri də həyata keçirir.[13]
Məhkəmə ekspertizası idarəsinin
rəhbəri tədqiqat aparılması üçün zəruri olan aşağıdakı
şəraiti yaratmağa borcludur:
avadanlıqlar, cihazlar, materiallar və informasiya
təminatı vasitələrini əldə etmək;
texniki təhlükəsizlik və istehsalat sanitariyası
qaydalarına əməl olunmasını təmin etmək;
təqdim edilmiş tədqiqat obyektlərini və iş
üzrə materialların qorunub saxlanmasını təmin etmək.
Maddə 11. Məhkəmə
eksperti
Ali təhsilli və müəyyən ekspertiza ixtisası
üzrə xüsusi biliklərə malik Azərbaycan Respublikasının
vətəndaşı məhkəmə eksperti ola bilər.
İkili vətəndaşlığı, digər dövlətlər
qarşısında öhdəlikləri olan şəxs, din xadimi,
məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə
fəaliyyət qabiliyyəti olmayan və ya məhdud
fəaliyyət qabiliyyətli hesab olunmuş, cinayət
törətdiyinə görə məhkum olunmuş, barəsində
ekspertiza fəaliyyəti ilə məşğul olma hüququndan məhrum
etmə və ya tibbi xarakterli məcburi tədbirlərin
tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş
məhkəmə qərarı çıxarılmış, habelə barəsində
cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam
verilmiş şəxs məhkəmə eksperti ola bilməz.
Bu maddənin birinci və ikinci
hissələrində göstərilən tələblərə
cavab verən şəxs məhkəmə eksperti qismində
fəaliyyət göstərmək üçün məhkəmə eksperti
şəhadətnaməsini (bundan sonra - şəhadətnamə)
almalıdır.
Məhkəmə ekspertizası idarələrində
fəaliyyət göstərən ekspertlərə dövlət
məhkəmə eksperti şəhadətnaməsi müvafiq
icra hakimiyyəti orqanı
tərəfindən verilir.
Bu maddənin birinci və ikinci
hissələrində göstərilən tələblərə
cavab verən və özəl məhkəmə eksperti
qismində fəaliyyət göstərmək istəyən
şəxs özəl məhkəmə eksperti
şəhadətnaməsini almaq üçün müvafiq dövlət rüsumunun
ödənildiyini təsdiq edən sənədlə yanaşı aşağıdakı
tələblərdən birinə cavab verdiyini təsdiq
edən sənədləri təqdim etməlidir:
1) ekspert qismində fəaliyyət göstərmək
istədiyi ixtisas üzrə ən azı 10 il işlədiyini;
2) ekspert qismində fəaliyyət göstərmək
istədiyi ixtisas üzrə fəlsəfə doktoru və ya
elmlər doktoru elmi dərəcəsinin olduğunu;
3) xüsusi biliklərə malik olduğunu təsdiq edən
beynəlxalq səviyyədə tanınan sənədlərinin
(diplom, sertifikat və sair) mövcudluğunu.
Şəxsin
xüsusi biliklərə malik olduğunu təsdiq edən beynəlxalq
səviyyədə tanınan sənədlərin siyahısı müvafiq
icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir. Özəl məhkəmə
eksperti qismində fəaliyyət göstərmək
istəyən şəxs şəhadətnamə almaq üçün həmin
siyahıda olmayan sənəd təqdim etdikdə, həmin
sənədin siyahıya daxil edilməsi məsələsi araşdırılır
və bu sənəd siyahıya daxil edildiyi halda ona
şəhadətnamə verilməsi üçün əsas qismində çıxış
edir.
Özəl məhkəmə eksperti qismində
fəaliyyət göstərmək istəyən şəxs müvafiq
icra hakimiyyəti orqanı
tərəfindən internet informasiya ehtiyatı vasitəsilə
təşkil edilən məhkəmə ekspertizası
fəaliyyətinə dair qanunvericiliyin ümumi
tələbləri, ekspert rəyinin tərtib edilməsi qaydaları və etik davranış kodeksinin müddəalarına dair icbari
təlimdə iştirak etməlidir. Təlimin keçirilməsi
qaydasını müvafiq
icra hakimiyyəti orqanı müəyyən
edir.
Müvafiq
icra hakimiyyəti orqanı özəl
məhkəmə eksperti qismində fəaliyyət
göstərmək istəyən şəxslərlə müsahibə
keçirir.
Özəl məhkəmə ekspertlərinə şəhadətnamələr
müvafiq
icra hakimiyyəti orqanı
tərəfindən verilir.
Şəhadətnamənin
verilməsi qaydası müvafiq
icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Şəhadətnamə almış şəxs barədə
ətraflı məlumat müvafiq
icra hakimiyyəti orqanı
tərəfindən dərhal Məhkəmə Ekspertləri Reyestrinə
daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və
barəsində məlumat Reyestrə daxil edildikdən sonra
məhkəmə eksperti qismində fəaliyyət
göstərə bilər.
Reyestrə daxil edilmiş şəxslər
məhkəmə ekspertizasının aparılması və ekspert rəyinin
hazırlanması ilə əlaqədar məhkəmə
ekspertləri üçün bu Qanunla və müvafiq prosessual
qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqlardan
istifadə edir, vəzifələri yerinə yetirirlər.
Məhkəmə eksperti yalnız
şəhadətnamədə qeyd edilən məhkəmə
ekspertizası ixtisası (ixtisasları) üzrə ekspert rəyi verə
bilər.
Məhkəmə eksperti müvafiq
icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilən məhkəmə
ekspertinin etik davranış kodeksinin
tələblərinə riayət etməlidir.
Müvafiq
icra hakimiyyəti orqanlarının
məhkəmə ekspertizası idarələrinin
ekspertlərinə bu orqanların işçiləri üçün qanunla
müəyyən edilmiş qaydada xüsusi və ya
hərbi rütbə verilir.[14]
Müvafiq icra
hakimiyyəti orqanı məhkəmə
ekspertlərinin bu Qanunun tələblərinə riayət
etməsinə nəzarət edir.[15]
Maddə 11-1. Məhkəmə
ekspertinin fəaliyyətinə xitam verilməsi
Aşağıdakı hallarda müvafiq
icra hakimiyyəti orqanı
şəhadətnaməni ləğv edərək məhkəmə
ekspertinin fəaliyyətinə xitam verir:
şəxs öz arzusu ilə şəhadətnamənin
ləğv olunması barədə yazılı ərizə verdikdə;
şəhadətnamə almaq üçün təqdim edilən
sənədlərdə bilərəkdən təhrif olunmuş
məlumatların qeyd edildiyi aşkar olunduqda;
şəhadətnamə aldıqdan sonra 5 il ərzində
məhkəmə eksperti qismində fəaliyyət
göstərmədikdə;
attestasiyadan keçə bilmədikdə və ya
attestasiya keçməkdən yayındıqda;
qanunvericiliyin tələblərini kobud və ya
mütəmadi pozmaqla ekspertiza apardıqda;
ekspertin fəaliyyət qabiliyyətinin
məhdudlaşdırılması və ya fəaliyyət qabiliyyəti olmayan
şəxs hesab olunması barədə qanuni qüvvəyə minmiş
məhkəmə qərarı olduqda;
ekspertin Azərbaycan Respublikasının vətəndaşlığına
xitam verildikdə və ya ekspert Azərbaycan Respublikasından daimi
yaşayış üçün başqa ölkəyə köçüb getdikdə;
ekspert məhkum edildikdə, onun barəsində
ekspertiza fəaliyyəti ilə məşğul olma hüququndan
məhrum etmə və ya tibbi xarakterli məcburi
tədbirlər tətbiq edilməsi haqqında qanuni qüvvəyə
minmiş məhkəmə qərarı olduqda;
ekspert barəsində cinayət işinin icraatına
bəraətverici əsaslar olmadan xitam verildikdə;
ekspert vəfat etdikdə, məhkəmə
tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş
hesab edildikdə.
Müvafiq
icra hakimiyyəti orqanı
şəhadətnaməsi ləğv edilmiş ekspertin adını
Məhkəmə Ekspertləri Reyestrdən çıxarır.
Şəhadətnaməsi ləğv edilmiş ekspertə
qəbul edilmiş qərarla bağlı üç iş günü müddətində
məlumat verilir.
Maddə 11-2. Məhkəmə
ekspertlərinin attestasiyası
Məhkəmə ekspertləri 5 ildə bir
dəfədən çox olmayaraq attestasiyadan keçirilirlər. 20
ildən artıq müddətdə ekspert qismində fəaliyyət
göstərən şəxslər attestasiyadan azaddırlar.
Attestasiya nəticəsində məhkəmə
ekspertizası idarələrinin ekspertlərinə ixtisaslaşmasından
və hazırlıq səviyyəsindən asılı olaraq ixtisas
dərəcəsi verilir.
Attestasiyanın
keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydalarını müvafiq
icra hakimiyyəti orqanı müəyyən
edir.
Maddə 11-3. Məhkəmə
Ekspertlərinin Reyestri
Müvafiq
icra hakimiyyəti orqanı
məhkəmə ekspertizası idarələrinin ekspertləri
və özəl məhkəmə ekspertləri barədə
məlumatları Məhkəmə Ekspertlərinin Reyestrinə
daxil edir.
Reyestrin
aparılması qaydaları müvafiq
icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Reyestr açıqdır, müvafiq
icra hakimiyyəti orqanının rəsmi
internet səhifəsində yerləşdirilir və məlumatlar
daim yenilənir.
Reyestrə daxil edilməyən şəxslərin
məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul
olması qadağandır və qanunla müəyyən edilmiş
məsuliyyətə səbəb olur.
Maddə 11-4. Məhkəmə
Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri
Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının
Dövlət Reyestri müvafiq
icra hakimiyyəti orqanı
tərəfindən aparılır.
Məhkəmə
Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması
və yeni metodların həmin reyestrə daxil edilməsi qaydaları müvafiq
icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Ekspertlər məhkəmə ekspertizasının aparılması
zamanı Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının
Dövlət Reyestrinə daxil olan tədqiqat metodlarından
istifadə edir. Ekspert Məhkəmə Ekspertizası Tədqiqat
Metodlarının Dövlət Reyestrinə daxil olmayan metoddan yalnız
həmin metodun aşağıdakı bütün şərtlərə cavab verdiyini
ekspert rəyində əsaslandırmaqla istifadə edə
bilər:
1) qanunda nəzərdə tutulmuş norma və
prinsiplərə zidd deyildir;
2) elmi cəhətdən əsaslandırılmışdır;
3) insanların həyat və sağlamlığı və ətraf
mühit üçün təhlükəsizdir.
Maddə 11-5. Məhkəmə
ekspertizasının metodik fondu
Məhkəmə ekspertizalarının elmi-metodik
materiallarından ibarət xüsusi fond yaradılır. Həmin materialların
elektron nüsxələri fonda daxil edilir.
Fondun
yaradılması və istifadəsi qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.[16]
Ekspertin aşağıdakı hüquqları vardır:
məhkəmə ekspertizasının predmetinə aid olan iş
üzrə materiallarla tanış olmaq, onlardan lazımi məlumat götürmək
və ya onların surətini çıxarmaq;
rəy verilməsi üçün zəruri olan əlavə
tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim
olunması barədə vəsatət vermək;
məhkəmə ekspertizasının aparılmasına başqa
ekspertlərin cəlb olunması haqqında vəsatət vermək;
qanunvericiliklə nəzərdə tutulmuş qaydada
ekspertizanın predmetinə aid və rəy verilməsi üçün
zəruri olan istintaq və ya digər prosessual
hərəkətlərin aparılmasında iştirak etmək;[17]
məhkəmənin qərardadı (hakimin qərarı)
ilə məhkəmə istintaqı mərhələsində işin
materiallarının tədqiqində iştirak etmək;
verdiyi rəyin və ya ifadənin proses iştirakçıları
tərəfindən düzgün izah edilməməsi və yaxud
təhrif edilməsi barədə istintaq
hərəkətləri və ya məhkəmə iclasının
protokoluna daxil edilməsi üçün məlumat vermək;
qoyulmuş suallardan əlavə, məhkəmə
ekspertizasının predmetinə aid olan və iş üçün
əhəmiyyətli sayılan digər halları da öz rəyində
göstərmək;
məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya
şəxsin hərəkəti ekspertin hüquqlarını pozduqda qanunla
müəyyən edilmiş qaydada şikayət etmək.
Ekspert Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş digər hüquqları da həyata keçirə
bilər.[18]
Ekspert məhkəmə ekspertizasının aparılmasından
aşağıdakı hallarda imtina edir:[19]
məhkəmə ekspertizasının təyin (sifariş) edilməsinin prosessual
qaydası pozulduqda və bu, ekspertizanın aparılmasını
çətinləşdirdikdə və ya onun aparılmasını qeyri-mümkün
etdikdə;
verilən suallar ekspertin zəruri biliyindən
kənara çıxdıqda;
tədqiqat obyektləri və iş üzrə materiallar
rəy verilməsi üçün yararsız olduqda və ya kifayət
qədər olmadıqda və onların tamamlanması barədə
ekspertin vəsatəti təmin edilmədikdə;
tədqiqat aparılması və rəy verilməsi üçün
zəruri olan şərait, metodik vəsait və avadanlıqlar
olmadıqda;
ekspertin həyatı və sağlamlığı üçün real
təhlükə mövcud olduqda.
Belə hallarda ekspert bu barədə
məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqana və ya şəxsə yazılı formada
məlumat verir.
Ekspertə aşağıdakıları etmək qadağandır:
məhkəmə ekspertizası idarəsinin ekspertlərinə həmin
idarənin rəhbərindən başqa, hər hansı
şəxsdən və ya orqandan məhkəmə ekspertizasının
aparılması haqqında tapşırıq almaq;
məhkəmə ekspertizası
idarəsinin ekspertlərinə başqa idarənin əməkdaşı qismində,
həmçinin özəl ekspert kimi məhkəmə ekspertizası
fəaliyyətini həyata keçirmək;[20]
məhkəmə ekspertizasının aparılması ilə bağlı
işin gedişatında maraqlı olduğunu güman etməyə əsas verən
proses iştirakçıları ilə şəxsi əlaqələr yaratmaq;
məhkəmə ekspertizasını aparmaq üçün müstəqil
olaraq material toplamaq;
təhqiqat aparan şəxsin, müstəntiqin və ya
prokurorun icazəsi olmadan təhqiqat və ibtidai istintaqın
məlumatlarını yaymaq;
dövlət, qulluq, peşə və kommersiya sirri
təşkil edən və qanunla qorunan məlumatları, habelə
məhkəmə ekspertizasının aparılması ilə əlaqədar
ona məlum olan və açıqlanması insan və vətəndaş
hüquqlarının və azadlıqlarının pozulmasına səbəb ola bilən
məlumatları yaymaq;
məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya
şəxsin razılığı olmadan tədqiqat obyektini məhv etmək
və ya onun xassəsini əhəmiyyətli
dərəcədə dəyişdirmək.
Ekspertin aşağıdakı vəzifələri vardır:
Azərbaycan Respublikasının prosessual qanunvericiliyi
ilə nəzərdə tutulmuş hallarda, məhkəmə
ekspertizasının aparılmasından özü-özünə etirazetmə haqqında
məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxsə, yaxud
məhkəmə ekspertizası idarəsinin rəhbərinə
məlumat vermək;
məhkəmə ekspertizasının aparılmasında ekspert kimi
iştirakını rədd edən hallar olmadıqda, ona tapşırılmış
məhkəmə ekspertizasını aparmaq;
təqdim edilmiş obyektlərin və iş üzrə
materialların tam və hərtərəfli tədqiqatını aparmaq
və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv
rəy vermək;
təhqiqat aparan şəxsin, müstəntiqin, prokurorun
və ya məhkəmənin (hakimin) çağırışı üzrə
gəlmək;
aparılmış tədqiqat və verilmiş rəylə
əlaqədar məsələlər üzrə təhqiqat,
ibtidai istintaq zamanı və ya məhkəmədə ifadə
vermək;
məhkəmə ekspertizasının aparılmasından imtina
etməyə əsas verən bu Qanunun 12-ci maddəsində
nəzərdə tutulmuş hallar olduqda rəy verməyin
qeyri-mümkünlüyü barədə məhkəmə
ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxsə
yazılı formada məlumat vermək;[21]
təqdim edilmiş tədqiqat obyektlərinin və iş
üzrə materialların qorunub saxlanılmasını təmin etmək.
Ekspert Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş digər vəzifələri də
həyata keçirir.[22]
Ekspertin rəyi kifayət qədər aydın olmadıqda
və ya həmin rəydə əlavə tədqiqatlar
aparılmasını tələb etməyən boşluqlar olduqda, habelə
rəydə istifadə olunmuş terminlərin və tətbiq
edilən metodların dəqiqləşdirilməsinə
zərurət yarandıqda təhqiqat aparan şəxs, müstəntiq
və ya məhkəmə (hakim) Azərbaycan Respublikasının
prosessual qanunvericiliyinə uyğun olaraq eksperti dindirə
bilər. [23]
Barəsində məhkəmə ekspertizası aparılan
şəxsə dair həmin məhkəmə ekspertizasının
predmetinə aid olmayan məlumatlarla əlaqədar ekspert
dindirilə bilməz.
Ekspert tərəfindən rəy
verilənədək onun dindirilməsi qadağandır.
Məhkəmə ekspertizası aşağıdakı növlərdən
ibarətdir:
1) ilkin məhkəmə ekspertizası;
2) əlavə məhkəmə ekspertizası;
3) təkrar məhkəmə ekspertizası;
4) komission məhkəmə ekspertizası;
5) kompleks məhkəmə ekspertizası.
İş üzrə icraat zamanı əhəmiyyət kəsb
edən hər hansı məsələnin həlli üçün elm,
incəsənət, texnika və ya sənət
sahəsində xüsusi bilik tələb edildikdə, həmin
məsələnin aydınlaşdırılması məqsədi ilə birinci
dəfə təyin (sifariş)
edilən ekspertiza ilkin məhkəmə ekspertizası adlanır.
İlkin məhkəmə ekspertizasının rəyi
kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam
həll etmədikdə və ya tədqiqat aparılmış
obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış
tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün
əlavə məhkəmə ekspertizası təyin (sifariş) edilir və onun aparılması
həmin ekspertə və ya başqa ekspertə həvalə
edilir.[24]
Ekspertin rəyi kifayət qədər əsaslı
olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı
sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya
ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza
aparılır. Təkrar ekspertizanın aparılması başqa ekspertə və ya
ekspertlərə tapşırılır. Əvvəlki ekspertizam aparmış
ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə
və izahlar verə bilərlər, lakin tədqiqat zamanı
və rəy tərtib edilərkən onlar iştirak etmirlər.
Təkrar ekspertizanın aparılması haqqında qərarda
əvvəlki ekspertizaların nəticələri ilə razı
olmamağın motivləri göstərilməlidir. Təkrar ekspertiza
təyin (sifariş)
edilərkən ekspert qarşısında əvvəllər tətbiq
edilmiş tədqiqat üsullarının elmi əsaslılığı barədə sual
qoyula bilər.[25]
Ekspertlər arasında fikir ayrılığı olduqda hər bir
ekspert buna səbəb olan məsələ barəsində
yazılı formada öz rəyini ayrıca tərtib edir.
Komission məhkəmə ekspertizası eyni ixtisas
üzrə sayı iki nəfərdən az olmayan ekspertlər
tərəfindən aparılır.
Məhkəmə ekspertizasının komission xarakteri onu
təyin (sifariş) etmiş orqan
və ya şəxs, yaxud məhkəmə ekspertizası idarəsinin
rəhbəri tərəfindən müəyyən edilir.
Komission məhkəmə ekspertizasının təşkil
edilməsi və aparılması onu təyin (sifariş) etmiş orqan və ya şəxs
tərəfindən məhkəmə ekspertizası idarəsinin
rəhbərinə həvalə edilir.
Şəxsin anlaqlı olub-olmaması ilə
bağlı məhkəmə-psixiatrik ekspertizasının aparılması üçün ən
azı üç məhkəmə ekspertindən ibarət tərkibdə
komissiya təşkil edilir.[26]
Verilən sualların həll edilməsi zərurəti
nəzərə alınaraq ekspertlər qarşıda duran tədqiqatın
ardıcıllığını və həcmini razılaşdırırlar.
Komissiya tərkibində məhkəmə
ekspertizasının aparılması həvalə edilmiş hər bir ekspert
müstəqildir və sərbəst olaraq özünün əldə etdiyi
və başqa ekspertlər tərəfindən əldə olunmuş
nəticələri qiymətləndirir və öz zəruri
biliyi hüdudlarında qoyulmuş suallara cavab verir.
Komission məhkəmə ekspertizası aparılarkən onu
təyin (sifariş) etmiş orqan
və ya şəxs, yaxud məhkəmə ekspertizası idarəsinin
rəhbəri ekspertlərin fəaliyyətini
əlaqələndirmək, ümumi tədqiqat planını işləyib
hazırlamaq, ekspertizanın aparılmasının
ümumi müddəti daxilində ayrı-ayrı tədqiqatların icra
müddətlərini təyin etmək və onlara əməl
olunmasına nəzarət etmək və ekspertlərin
müşavirəsinə rəhbərlik etmək üçün
ekspertlərdən birini rəhbər təyin edir. Komissiya
rəhbərinin səlahiyyətləri digər ekspertlərin
səlahiyyətlərindən fərqlənmir.[27]
Ekspertlər rəy verməmişdən qabaq öz aralarında
məsləhətləşirlər. Ümumi rəyə
gəldikdə, rəyə bütün ekspertlər
tərəfindən imza edilir.
Ekspertlər arasında fikir ayrılığı olduqda hər bir
ekspert buna səbəb olan məsələ barəsində
yazılı formada öz rəyini ayrıca tərtib edir.
İş üçün əhəmiyyətli olan halların aydınlaşdırılması
müxtəlif bilik və ya elm sahələri, yaxud biliyin bir
sahəsi daxilində müxtəlif üsullar sistemi əsasında yalnız
bir neçə tədqiqat aparılmaqla həyata keçirilə bildikdə
kompleks məhkəmə ekspertizası təyin (sifariş) edilir. [28]
Kompleks məhkəmə ekspertizasının təşkili
və aparılması, ekspertlərin fəaliyyəti ilə
əlaqədar məsələlər bu Qanunun 19-cu
maddəsində müəyyən edilmiş qaydada həll edilir.
Kompleks məhkəmə ekspertizasının aparılmasında
iştirak edən ekspertlərin rəyində hər bir ekspertin
apardığı tədqiqatın növü və həcmi, müəyyən etdiyi
faktlar və əldə etdiyi nəticələr göstərilir.
Hər bir ekspert onun tərəfindən aparılmış tədqiqatı
əks etdirən hissəsində rəyi imzalayır və ona
görə məsuliyyət daşıyır.
Alınmış nəticələrin
qiymətləndirilməsində və yekun nəticənin formalaşdırılmasında
ekspertlər ümumi nəticəyə gəlirlər.
Əgər ümumi nəticənin əsasını bir və ya bir
neçə ekspert tərəfindən
müəyyənləşdirilən faktlar təşkil edirsə, bu
rəydə öz əksini tapmalıdır.
Maddə 21. Məhkəmə
ekspertizasının aparılmasının əsasları
Məhkəmə ekspertizası Azərbaycan
Respublikasının prosessual qanunvericiliyində nəzərdə
tutulmuş hallarda təhqiqatçının, müstəntiqin və ya prokurorun
qərarı, yaxud məhkəmənin (hakimin) qərarı
(qərardadı) ilə təyin edilir. Təhqiqatçının,
müstəntiqin və ya prokurorun qərarı, yaxud
məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə
təyin edilmiş ekspertiza məhkəmə ekspertizası
idarələrinin ekspertləri tərəfindən həyata
keçirilir.
Azərbaycan Respublikasının Mülki
Prosessual, İnzibati
Prosessual və İnzibati
Xətalar
məcəllələrində nəzərdə tutulmuş
hallarda fiziki və ya hüquqi şəxslər, həmin
şəxslərin vəkilləri və nümayəndələri
(qanuni nümayəndələri) məhkəmə ekspertizasının
aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası
idarələrinə və ya özəl məhkəmə
ekspertlərinə rəsmi müraciət etmək hüququna malikdir.
Bu halda məhkəmə ekspertizası həmin
şəxslərlə məhkəmə ekspertizası idarəsinin
rəhbəri və ya özəl məhkəmə ekspertləri
arasında bağlanan müqavilə əsasında məhkəmə
ekspertizasını sifariş edən şəxslərin hesabına həyata
keçirilir. Müqavilədə ekspertin bilə-bilə yalan rəy
verməyə görə məsuliyyət daşıması barədə
məlumatlandırıldığı onun imzası ilə təsdiq edilməlidir.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət
təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda
şübhəli, təqsirləndirilən şəxs və ya onların
müdafiəçisi, yaxud mülki cavabdeh məhkəmə ekspertizasının
aparılmasını məhkəmə ekspertizası idarələrinə
sifariş vermək üçün rəsmi müraciət etmək hüququna malikdir.
Maddə 22. Məhkəmə
ekspertizasının aparılması
Məhkəmə ekspertizasını təyin (sifariş) etmiş
orqan və ya şəxs tədqiqatın aparılması və ekspert
rəyinin verilməsi üçün suallar siyahısını, tədqiqat
obyektləri və iş üzrə materialları məhkəmə
ekspertizası idarəsinə və ya özəl məhkəmə
ekspertinə təqdim edir.
Məhkəmə ekspertizasını təyin (sifariş) etmiş
orqan və ya şəxs Azərbaycan Respublikasının prosessual
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müqayisəli
tədqiqat üçün nümunələr götürür və onları işə
əlavə edir. Nümunənin götürülməsi məhkəmə
ekspertizası fəaliyyətinin bir hissəsidirsə, bu
hərəkət məhkəmə ekspertizasını aparan ekspert
tərəfindən həyata keçirilir.
Tədqiqat prosesində ekspert tərəfindən
eksperimental nümunələr hazırlana bilər və bu hal ekspertin
rəyində göstərilməlidir. Ekspertizanı təyin etmiş
orqan və ya şəxs bu cür nümunələrin hazırlanmasında iştirak
edə bilər və onun bu hərəkəti tərtib etdiyi
protokolda əks etdirilir.
Məhkəmə ekspertizasının
aparılması müddətləri Azərbaycan Respublikasının Cinayət-Prosessual,
Mülki
Prosessual və İnzibati
Xətalar məcəllələrinə
müvafiq olaraq müəyyən edilir.[29]
Maddə 22-1. Cinayət
təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda
müdafiə Tərəfinin təşəbbüsü ilə ekspertizanın
aparılması[30]
Cinayət
təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda
müdafiə Tərəfinin mənafeyinə xidmət edə
biləcək halların müəyyən edilməsi üçün müdafiəçi
öz təşəbbüsü ilə bir və ya bir neçə ekspertə,
ekspert idarəsinə ekspert işinin müqavilə əsasında
ödənilməsi şərti ilə ekspertizanın aparılması
barədə rəsmi müraciət etmək hüququna malikdir.
Cinayət təqibi xüsusi ittiham qaydasında həyata
keçirildiyi halda ekspertizanın müdafiə Tərəfinin
təşəbbüsü ilə və onun hesabına aparılması zamanı
ekspertlə həmin tərəf arasında müqavilə bağlanır.
Müdafiə tərəfi ekspertizanın aparılması üzrə xərcləri
ödəyir və ekspertə suallar siyahısını və tədqiqat üçün
obyektləri verir.[31]
Maddə 23. Məhkəmə
ekspertizası fəaliyyətinin təşkili
Məhkəmə ekspertlərinin fəaliyyəti müvafiq
icra hakimiyyəti orqanının
məhkəmə ekspertizası idarələrində, elmi
müəssisə və təşkilatlarda, ali təhsil
müəssisələrində, “Uyğunluğun
qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə,
habelə özəl məhkəmə eksperti tərəfindən
ayrıca şəkildə təşkil edilə bilər.
Məhkəmə-tibb,
məhkəmə-psixiatriya,
məhkəmə-ballistik, məhkəmə partlayış-texniki, pul
nişanları və qiymətli kağızların, narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının, güclü
təsir edən və zəhərli maddələrin,
dərman vasitələrinin və dərman maddələrinin məhkəmə ekspertizaları yalnız
məhkəmə ekspertizası idarələri
tərəfindən həyata keçirilir.[32]
Məhkəmə ekspertizası fəaliyyətini
həyata keçirən şəxslər və qurumlar
məhkəmə ekspertizasının aparılması üzrə
fəaliyyətini ekspert təcrübəsinin ümumiləşdirilməsi,
ekspertlərin peşəkar hazırlığı və onların ixtisaslaşdırılması,
о cümlədən ekspert praktikasının vahid elmi-metodik üsullarla
öyrənilməsi əsasında həyata keçirirlər.
Məhkəmə ekspertizası idarələri
məhkəmə ekspertlərinə metodik köməklik
göstərir.
Məhkəmə ekspertizası
idarələrində məhkəmə ekspertizası
fəaliyyəti ilə əlaqədar göstərilən
xidmətlərə görə ödənilən
haqqın məbləği müvafiq icra
hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.[33]
Məhkəmə ekspertizası idarəsi
rəhbərinin işdə maraqlı olduğunu təsdiq edən hallar
müəyyən edilərsə, məhkəmə ekspertizasının
aparılması həmin idarəyə tapşırıla bilməz, başlanılmış
tədqiqat isə dərhal dayandırılmalıdır.
Ekspert, Azərbaycan Respublikasının prosessual
qanunvericiliyində göstərilən əsaslar mövcud olduqda,
məhkəmə ekspertizasının aparılmasında iştirakdan özü-özünə
etiraz etməlidir, məhkəmə ekspertizası ona tapşırıldıqda
isə onun aparılmasını dərhal dayandırmalıdır.
Məhkəmə ekspertizasının aparılması, bu
maddənin birinci və ikinci hissələrinin
tələblərinin pozulması ilə həyata
keçirilmişdirsə, o, icra edilməmiş hesab olunur və ekspertin rəyi
sübut kimi istifadə edilə bilməz. Belə olduqda,
məhkəmə ekspertizasının təyin (sifariş) edilməsi məsələsi yenidən
həll edilir.
Yalnız Azərbaycan Respublikasının prosessual qanunvericiliyi
ilə belə hüquqları nəzərdə tutulmuş proses iştirakçıları
məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin icazəsi
ilə məhkəmə ekspertizasının aparılmasında iştirak edə
bilərlər.
Məhkəmə ekspertizasının aparılmasında iştirak
edən proses iştirakçıları tədqiqatın gedişatına müdaxilə
edə bilməzlər, lakin məhkəmə ekspertizasının
predmetinə dair ekspertə suallar və izahatlar verə
bilərlər.
Ekspert rəyini tərtib etdiyi zaman, həmçinin
məhkəmə ekspertizası ekspertlər tərəfindən
aparıldıqda ekspertlərin müqaviləsi və əldə edilmiş
nəticələrin yekunlaşdırılması mərhələsində
proses iştirakçılarının iştirakına yol verilmir.
Proses iştirakçısı məhkəmə ekspertizası aparıldığı
zaman ekspertə mane olduqda, ekspert tədqiqatı dayandıra bilər
və həmin şəxsə verilmiş icazənin ləğv
edilməsi barədə məhkəmə ekspertizasını təyin
(sifariş) etmiş orqan və ya
şəxs qarşısında vəsatət qaldıra bilər.
Aparılmış tədqiqatlar əsasında əldə edilmiş
nəticələr nəzərə alınmaqla,
məhkəmə eksperti (ekspertləri) öz adından yazılı rəy
verir və onu imzalayır. Məhkəmə ekspertinin
(ekspertlərinin) imzaları məhkəmə ekspertizası
idarəsinin möhürü ilə təsdiq olunur.
Məhkəmə ekspertinin (ekspertlərinin)
rəyində aşağıdakılar göstərilir:
məhkəmə ekspertizasının aparıldığı tarix və
yer;
məhkəmə ekspertizasının aparılmasının
əsasları;
məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya
şəxs haqqında məlumat;
məhkəmə ekspertizasının aparılması həvalə
edildiyi məhkəmə ekspertizası idarəsi və
məhkəmə eksperti haqqında (soyadı, adı və atasının adı,
təhsili, ixtisası, ekspert kimi iş stajı, elmi vəzifəsi və
elmi dərəcəsi, tutduğu vəzifə) məlumat;
Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə
uyğun olaraq ekspertin bilə-bilə yalan rəy verməsinə
görə məsuliyyət barədə ona xəbərdarlıq
edilməsi;
məhkəmə eksperti (ekspertləri) qarşısında
qoyulmuş suallar;
məhkəmə ekspertizasının aparılması üçün
məhkəmə ekspertinə təqdim edilmiş tədqiqat
obyektləri və iş üzrə materiallar;
məhkəmə ekspertizasının aparılması zamanı iştirak
etmiş proses iştirakçıları haqqında məlumat;
istifadə edilən metodlar göstərilməklə
tədqiqatın məzmunu və nəticələri;
tədqiqatın nəticələrinin
qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun
nəticələrinin əsaslandırılması və dürüst ifadə
olunması.
Məhkəmə ekspertinin (ekspertlərinin)
rəyini əks etdirən materiallar rəyə əlavə
edilir və onun tərkib hissəsini təşkil edir.
Tədqiqatın gedişatı, şəraiti və nəticələrini
özündə əks etdirən sənədlər
məhkəmə ekspertizası idarəsində saxlanılır.
Məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin tələbi
ilə həmin sənədlər işə əlavə olunmaq
üçün onlara göndərilə bilər.
Tədqiqat zamanı təqdim edilmiş materialların və
ekspertin xüsusi biliklərinin kifayət qədər olmaması aşkar
edildikdə ekspertin rəyində onun qarşısına qoyulmuş sualların
hamısına və ya bir qisminə cavab verməyin qeyri-mümkünlüyünü
əsaslandıran müddəa öz əksini tapır.[34]
Canlı şəxslər barəsində məhkəmə
ekspertizası məhkəmə icraatının bütün növləri üzrə
həyata keçirilir. Məhkəmə ekspertizasına
göndərilməli olan şəxslərin dairəsi Azərbaycan Respublikasının
prosessual qanunvericiliyi ilə müəyyən edilir.
Canlı şəxslər barəsində məhkəmə
ekspertizası tibbi və başqa idarələrdə, habelə müvafiq
tədqiqatın aparılması və ekspertizanın aparıldığı şəxslərin
hüquqlarının və qanuni mənafelərinin qorunmasının təmin
edilməsi üçün zəruri olan şəraitin olduğu başqa
yerlərdə aparıla bilər.
Məhkəmə ekspertizası aparılarkən şəxsin
stasionar müayinəsi zərurəti yaranarsa, həmin şəxs bu
Qanunda və Azərbaycan Respublikasının prosessual qanunvericiliyi
ilə nəzərdə tutulmuş qaydada tibbi stasionara
yerləşdirilə bilər.
Məhkəmə ekspertizasına göndərilmiş şəxsin
məcburi qaydada tibbi və ya başqa idarəyə
yerləşdirilməsi məhkəmə ekspertizasını təyin
etmiş orqan və ya şəxs tərəfindən təmin edilir.
Canlı şəxslər barəsində məhkəmə
ekspertizası könüllü və yaxud məcburi qaydada həyata keçirilir.
Məhkəmə ekspertizası könüllü qaydada həyata
keçirildikdə, məhkəmə ekspertizası idarəsinə
haqqında məhkəmə ekspertizası aparılan şəxsin yazılı
formada razılığı təqdim edilməlidir.
Əgər haqqında məhkəmə ekspertizası
aparılan şəxs on altı yaşına çatmamışdırsa və ya
məhkəmə tərəfindən fəaliyyət
qabiliyyəti olmayan şəxs hesab edilmişdirsə,
məhkəmə ekspertizasının aparılmasına yazılı formada razılıq
həmin şəxsin qanuni nümayəndəsi tərəfindən
verilir.
Məcburi qaydada məhkəmə ekspertizasına
göndərilən şəxslərin dairəsi Azərbaycan Respublikasının
prosessual qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan
Respublikasının prosessual qanunvericiliyində şəxsin məcburi
qaydada məhkəmə ekspertizasına göndərilməsi haqqında
birbaşa göstəriş olmadıqda, məhkəmə ekspertizası
idarəsi həmin şəxs barəsində məcburi qaydada
məhkəmə ekspertizasını apara bilməz.
Məhkəmə-tibbi və ya
məhkəmə-psixiatriya ekspertizası təyin edilərkən
şəxsin stasionar müayinəsi zərurəti yaranarsa, o,
məhkəmə ekspertizasının təyin edilməsi barədə
qərar əsasında müvafiq tibbi stasionara yerləşdirilir.
Şəxsin tibbi stasionara yerləşdirilməsi qaydası Azərbaycan
Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilir.
Həbsdə saxlanılan şəxslər barəsində
məhkəmə ekspertizası aparıldıqda, onlar bu
məqsədlə xüsusi yaradılmış tibbi stasionara yerləşdirilir.
Məhkəmə-psixiatriya ekspertizasının aparılması üçün
şəxs yalnız məhkəmənin (hakimin) qərarı əsasında
psixiatriya stasionarına və yaxud məhkəmə-psixiatriya
ekspertizası stasionarına yerləşdirilə bilər.
Məhkəmə ekspertizasını təyin etmiş və
məcburi qaydada şəxsi tibbi stasionara yerləşdirmiş orqan
və ya şəxs iyirmi dörd saat müddətində həmin
şəxsin yaxın qohumlarına və ya onun göstərdiyi hər hansı
şəxsə, bu cür adam olmadıqda isə onun yaşadığı yer üzrə
daxili işlər orqanına məlumat verməlidir.
Şəxs məhkəmə tibbi ekspertizası aparılması
üçün otuz gün müddətinədək tibbi stasionara
yerləşdirilə bilər.
Zərurət olduqda, ekspertin (ekspertlərin)
əsaslandırılmış vəsatətinə əsasən şəxsin
tibbi stasionarda qalma müddəti göstərilən stasionarın
yerləşdiyi rayon məhkəməsi hakiminin qərarı ilə
daha otuz gün müddətinə uzadıla bilər.
Tibbi stasionarda qalma müddətinin uzadılması
barədə ekspertin (ekspertlərin) təqdimatı otuz gün
müddətinin başa çatmasına üç gün qalmış həmin stasionarın
yerləşdiyi rayonun məhkəməsinə təqdim
edilməlidir.
Hakim təqdimatı aldıqdan sonra üç gün ərzində
qərar çıxarır və bu barədə ekspertə
(ekspertlərə) məlumat verir.
Şəxsin tibbi stasionarda qalma müddətinin uzadılmasından
hakim tərəfindən imtina edildikdə həmin şəxs
oradan dərhal çıxarılmalıdır.
Məhkəmə ekspertizası idarəsinin
rəhbəri hakimin qərarı barədə tibbi stasionarda olan
şəxsə, həmçinin məhkəmə ekspertizasını təyin
etmiş orqana və ya şəxsə məlumat verir.
Tibbi stasionarda qalma müddəti pozulduqda, şəxs, onun
müdafiəçisi, qanuni nümayəndəsi və ya işdə iştirak
etmək üçün buraxılmış digər nümayəndələri bu
barədə stasionarın yerləşdiyi rayonun məhkəməsinə
şikayət edə bilər.
Canlı şəxslər barəsində məhkəmə
ekspertizası aparıldıqda aşağıdakıları etmək qadağandır:
məlumat almaq məqsədi ilə onun hüquqlarını
məhdudlaşdırmaq, aldatmaq, hədə-qorxu gəlmək, zor
və digər qanunsuz tədbirlər tətbiq etmək;
üzərində yeni dərman vasitələrini və dərman maddələrini, diaqnostik metodları,
xəstəliklərin profilaktikasını və müalicəsini sınaqdan
keçirmək, həmçinin şəxsdən obyekt kimi istifadə
olunmaqla biotibbi eksperimental tədqiqatlar aparmaq.[35]
Barəsində məhkəmə ekspertizası aparılan
şəxs ekspertə həmin məhkəmə ekspertizasının
predmetinə aid olan izahatlar verə bilər.
Tibbi stasionarda yerləşdirilmiş şəxslə onun
müdafiəçisinin, qanuni nümayəndəsinin və ya işdə
iştirak etmək üçün buraxılmış digər nümayəndələrinin
görüşü, üçüncü şəxslər tərəfindən informasiya
əldə olunmasını istisna edən şəraitdə təşkil
edilir.
Şikayət, ərizə və vəsatət
vermək üçün tibbi stasionarda yerləşdirilmiş şəxsə real
imkanlar yaradılmalıdır. Azərbaycan Respublikasının prosessual
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada verilmiş
şikayət senzuradan keçirilmir və iyirmi dörd saat ərzində
aidiyyatı üzrə göndərilir.
Həbsdə olmayan şəxslər barəsində
məhkəmə-psixiatriya ekspertizası həm müvafiq
məhkəmə-psixiatriya ekspertizası stasionarında, həm də
digər psixiatriya stasionarlarında həyata keçirilir. Həbsdə
olan şəxslərin yuxarıda göstərilən stasionarlarda
yerləşdirilməsinə yol verilmir.
Həbsdə olmayan şəxslərin digər
psixiatriya stasionarlarda yerləşdirilməsi onların
barəsində məhkəmə ekspertizasının aparılmasına
çətinlik törətməməlidir.
Həbsdə olmayan şəxs
məhkəmə-psixiatriya ekspertizası aparılan müddətdə
psixiatriya stasionarların pasiyentlərinə şamil olunan hüquqlardan
istifadə edirlər.
Həbsdə olmayan, ağır psixi pozuntulardan
əziyyət çəkməyən şəxs tərəfindən
ətrafdakıların həyat və sağlamlığına təhlükə
törədən və ya psixiatriya stasionarının iş rejimini ciddi pozan hərəkətlərə
yol verilərsə, həmin stasionarın müdiriyyəti bu
hərəkətlərin qarşısının alınması məqsədi ilə
zəruri tədbirlərin görülməsi üçün Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verir.
Haqqında məhkəmə-psixiatriya ekspertizasının
könüllü qaydada aparıldığı şəxs tərəfindən bu cür
hərəkətlərə yol verilərsə, o, psixiatriya
stasionarından çıxarıla bilər və bu barədə stasionarın
müdiriyyəti məhkəmə ekspertizasını təyin etmiş orqana
və ya şəxsə yazılı formada məlumat verir.
Həbsdə olan şəxslər barəsində
məhkəmə-psixiatriya ekspertizası həmin şəxslərin
saxlanması üçün müəyyən edilmiş məhkəmə-psixiatriya
ekspertizası stasionarlarında aparılır. Bu stasionarların
təhlükəsizliyinin təmin edilməsi və mühafizəsi
həbsdə saxlanma yerlərinin təhlükəsizliyinin
təmin edilməsi və mühafizəsi vəzifələrini
yerinə yetirən orqanlar tərəfindən həyata
keçirilir.
Məhkəmə-psixiatriya ekspertiza stasionarlarının
təhlükəsizliyini və mühafizəsini həyata keçirən
şəxslərlə həmin stasionarların tibb işçilərinin
birgə fəaliyyət qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Məhkəmə-psixiatriya ekspertizası stasionarlarında
yerləşdirilən həbsdə olan şəxslərə
Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyinin
normaları şamil edilir. Belə hallarda açıq-aşkar ağır psixi pozuntusu olan
şəxslərə tənbeh və maddi məsuliyyət
tədbirləri nəzərdə tutan normalar, həmçinin silah
işlədilməsi tətbiq edilmir.
Məhkəmə-psixiatriya ekspertizası stasionarlarında
saxlanılan şəxslərin maddi-məişət və tibbi-sanitar
təminatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə
psixiatriya stasionarları üçün müəyyən edilmiş normalar və
qaydalar üzrə həyata keçirilir.
Canlı şəxs barəsində məhkəmə
ekspertizası aparılarkən güclü ağrıverici təsirlərə malik
olan və yaxud şəxsin sağlamlığına mənfi təsir edə
biləcək tədqiqat metodlarının, həmçinin Azərbaycan
Respublikasının qanunvericiliyi ilə səhiyyə praktikasında
istifadə edilməsi qadağan olunan metodların tətbiqinə yol
verilmir.
Haqqında məhkəmə ekspertizası aparılan şəxs
ona qarşı tətbiq olunan tədqiqat metodları və mümkün ola
biləcək ağrıverici təsirlər barədə
məlumatlandırılmalıdır. Eyni məlumatlar haqqında
məhkəmə ekspertizası aparılan şəxsin müvafiq
vəsatətlə müraciət etmiş qanuni
nümayəndəsinə də verilir.
Canlı şəxslər barəsində məhkəmə
ekspertizası aparılarkən tədqiqat aparılması məqsədi
ilə tibb idarəsində onlardan zəruri olan
nümunələr götürülür və bu barədə ekspertin rəyində
göstərilir. Nümunələr həmin tibb idarəsinin iki
nəfər tibb işçisinin iştirakı ilə həkim və ya
digər mütəxəssis tərəfindən götürülür. Könüllülük
qaydasında məhkəmə ekspertizasına göndərilmiş
şəxslərdən məcburi qaydada nümunələrin
götürülməsinə yol verilmir.
Canlı şəxslər barəsində aparılan
məhkəmə ekspertizasında yalnız Azərbaycan Respublikasının
prosessual qanunvericiliyi ilə belə hüququ olan proses iştirakçıları
iştirak edə bilərlər.
Digər şəxslərin iştirakına məhkəmə
ekspertizasını təyin etmiş orqanın və ya şəxsin, yaxud haqqında
məhkəmə ekspertizası aparılan şəxsin və ya onun qanuni
nümayəndəsinin razılığı ilə yol verilir.
Haqqında məhkəmə ekspertizası aparılan şəxsin
soyunması ilə müşayiət olunan tədqiqatlar həyata
keçirilərkən yalnız eyni cinsdən olan şəxslər iştirak
edə bilərlər. Bu məhdudiyyət həmin
tədqiqatların aparılmasında iştirak edən həkimlərə
və tibb işçilərinə aid edilmir.
Məhkəmə ekspertizası idarəsinin
fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına
maliyyələşdirilir.
Məhkəmə ekspertizasının lazımi
səviyyədə aparılmasını təmin etmək məqsədi
ilə məhkəmə ekspertizası idarəsinin müasir texnika
və avadanlıqlarla təchiz edilməsi üçün dövlət
büdcəsindən vəsait ayrılması nəzərdə tutulur.
Məhkəmə ekspertizası idarəsinin
əməkdaşlarının əməyinin ödənilməsi,
tabeliyində olduqları müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları üçün
müəyyənləşdirilmiş əməyin ödənilməsi
şərtlərinə və formasına uyğun olmalıdır.
İşin xarakteri və şəraiti nəzərə
alınmaqla, məhkəmə ekspertizası idarəsinin
əməkdaşlarının əməyinin ödənilməsi zamanı xüsusi
və hərbi rütbələrinə, habelə ixtisas və elmi
dərəcələrinə görə əlavələr
müəyyən edilməlidir.[36]
Məhkəmə ekspertizası fəaliyyətinin
maddi-texniki, elmi-metodik və təşkilati təminatı
məhkəmə ekspertizası idarəsinin tabe olduğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata
keçirilir.
Məhkəmə ekspertizası idarəsinin yaradılması
və ləğv edilməsi Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən həyata keçirilməklə,
onun fəaliyyət qaydası haqqındakı əsasnamə həmin
müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul
edilir.[37]
Məhkəmə ekspertizası idarəsinin
rəhbərinin sorğusu əsasında mülkiyyət formasından asılı
olmayaraq bütün idarə, təşkilat və müəssisələr
məhkəmə ekspertizasının aparılması üçün zəruri olan etalon
nümunələrini və texniki məlumatları məhkəmə
ekspertizası idarəsinə təqdim etməyə borcludurlar, bu
zaman mülkiyyətçinin qanunla müəyyən edilmiş mülkiyyət
hüququnun pozulmasına yol verilmir.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı
dövlətlərarası beynəlxalq müqavilələrə uyğun
olaraq məhkəmə ekspertizası fəaliyyəti
sahəsində Azərbaycan Respublikasının məhkəmə
ekspertizası idarələri xarici dövlətlərin müvafiq orqanları
ilə, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq
edir.
Bu Qanunun pozulmasına görə şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi
ilə nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.[38]
Azərbaycan
Respublikasının Prezidenti Heydər
Əlİyev
Bakı şəhəri, 18
noyabr 1999-cu il
№ 758-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1.
30 dekabr 2003-cü il tarixli 568-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57)
2.
5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133)
3.
10 oktyabr 2006-cı il tarixli 161-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 928)
4.
29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 1, maddə 4)
5.
16 fevral 2007-ci il tarixli 244-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 211)
6.
15 dekabr
2017-ci il tarixli 935-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 fevral
2018-ci il, № 26,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2,
maddə 147)
7.
29 noyabr
2019-cu il tarixli 1709-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr
2019-cu il, № 283, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, № 12, maddə 1896)
8.
22 dekabr
2023-cü il tarixli 1062-VIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 25 yanvar 2024-cü il, “Azərbaycan”
qəzeti, 26 yanvar 2024-cü il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il,
№ 1, maddə 5)
9.
23 aprel 2024-cü il
tarixli 1142-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 3 iyun 2024-cü il, “Azərbaycan” qəzeti, 4 iyun
2024-cü il, № 116, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 6, I kitab, maddə
631)
QANUNA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 dekabr 2019-cu il, № 283, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896) ilə Qanunun adında “Dövlət
məhkəmə ekspertizası” sözləri “Məhkəmə ekspertizası” sözləri ilə
əvəz edilmişdir.
[2] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 dekabr 2019-cu il, № 283, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896) ilə Preambulanın birinci abzasında “Dövlət məhkəmə ekspertizası fəaliyyətinin
(bundan sonra - məhkəmə ekspertizası fəaliyyəti)”
sözləri “məhkəmə
ekspertizası fəaliyyətinin” sözləri ilə əvəz
edilmişdir.
[3] 29 noyabr
2019-cu il tarixli 1709-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr
2019-cu il, № 283,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12,
maddə 1896) ilə 1-ci maddənin dördüncü
abzasda “marağı olmayan”
sözlərindən sonra “,
məhkəmə eksperti şəhadətnaməsi almış”
sözləri əlavə edilmişdir, beşinci abzasda “təyin” sözündən sonra “(sifariş)” sözü əlavə edilmişdir və yeddinci abzasın
sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə
əvəz edilmişdir və yeni məzmunda səkkizinci abzas
əlavə edilsin:
[4] 30 dekabr
2003-cü il tarixli 568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, № 2, maddə 57) ilə 2-ci
maddədə "İnzibati
hüquqpozmalar haqqında Azərbaycan Respublikasının" sözləri
"Azərbaycan Respublikasının
İnzibati Xətalar" sözləri ilə əvəz
edilmişdir.
[5] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 dekabr 2019-cu il, № 283, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896) ilə 6-cı maddənin birinci
hissəsinin birinci cümləsində, 8-ci maddənin üçüncü hissəsinin
birinci cümləsində, dördüncü və beşinci
hissələrində, 9-cu maddənin ikinci hissəsinin üçüncü
abzasında, üçüncü hissəsinin üçüncü abzasında, 10-cu maddənin birinci
hissəsinin yeddinci abzasında, 12-ci maddənin birinci hissəsinin
doqquzuncu abzasında, üçüncü hissəsinin ikinci abzasında, dördüncü
hissəsində, beşinci hissəsinin səkkizinci abzasında, 13-cü
maddənin birinci hissəsinin ikinci abzasında, 16-cı
maddədə, 17-ci maddədə, 18-ci maddənin ikinci
hissəsinin ikinci cümləsində, 19-cu maddənin ikinci, üçüncü
hissələrində və altıncı hissəsinin birinci
cümləsində (birinci halda), 20-ci maddənin birinci
hissəsində, 24-cü maddənin üçüncü hissəsinin ikinci
cümləsində, 25-ci maddənin birinci və dördüncü
hissələrində, 26-cı maddənin ikinci hissəsinin
dördüncü abzasında, üçüncü hissəsinin üçüncü cümləsində “təyin” sözündən sonra “(sifariş)” sözü əlavə
edilmişdir.
[6] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 dekabr 2019-cu il, № 283, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896) ilə 8-ci maddənin üçüncü
hissəsinin ikinci cümləsinə “(qərardadda)” sözündən sonra “və ya məhkəmə ekspertizasının sifariş edilməsi
barədə müqavilədə” sözləri əlavə
edilmişdir.
[7] 29 noyabr
2019-cu il tarixli 1709-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr
2019-cu il, № 283,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12,
maddə 1896) ilə 9-cu maddəsinin birinci
hissədə “(qərardadı)
aldıqdan” sözlərindən sonra “və
ya məhkəmə ekspertizasının sifariş edilməsi
barədə müqavilə bağlandıqdan” sözləri əlavə
edilmişdir.
[8] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 dekabr 2019-cu il, № 283, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896) ilə 9-cu maddəsinin ikinci
hissənin ikinci abzasında “icra
edilmədən” sözlərindən sonra “və ya məhkəmə ekspertizasının sifariş edilməsi
barədə rəsmi müraciəti təmin edilmədən”
sözləri əlavə edilmişdir.
[9] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 dekabr 2019-cu il, № 283, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896) ilə 9-cu maddəsinin ikinci
hissənin dördüncü abzasında “(qərardadda)”
sözündən sonra “və ya
məhkəmə ekspertizasının sifariş edilməsi barədə
müqavilədə” sözləri əlavə edilmişdir.
[10] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 dekabr 2019-cu il, № 283, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896) ilə 9-cu maddəsinin üçüncü
hissənin ikinci abzasında "(qərardad)”
sözündən sonra “və ya
məhkəmə ekspertizasının sifariş edilməsi barədə
müqavilə” sözləri əlavə edilmişdir.
[11] 29 noyabr
2019-cu il tarixli 1709-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr
2019-cu il, № 283,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12,
maddə 1896) ilə 10-cu maddənin birinci
hissəsinin ikinci abzasda “(qərardadı)
aldıqdan” sözlərindən sonra "və ya məhkəmə ekspertizasının sifariş edilməsi
barədə müqavilə bağlandıqdan” sözləri əlavə
edilmişdir.
[12] 30 dekabr 2003-cü il tarixli 568-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il,
№ 2, maddə 57) ilə 10-cu maddənin birinci
hissəsinin dördüncü abzasında "cinayət
məsuliyyəti" sözləri "məsuliyyət" sözü ilə əvəz edilmişdir.
5 mart 2004-cü il tarixli
598-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133)
ilə 10-cu maddənin birinci hissəsinin
dördüncü abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
eksperti
bilə-bilə yalan rəy verməyə və ya rəy
verməkdən imtina etməyə görə məsuliyyət haqqında xəbərdar etmək və bu
barədə ondan məhkəmə ekspertizasını təyin etmiş
orqana və ya şəxsə rəylə birlikdə
göndərməklə müvafiq iltizam almaq;
29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 dekabr 2019-cu il, № 283, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896) ilə 10-cu maddənin birinci
hissəsinin dördüncü abzasda “qərarda”
sözündən sonra “(qərardadda)
və ya məhkəmə ekspertizasının sifariş edilməsi
barədə müqavilədə” sözləri əlavə
edilmişdir.
[13] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133) ilə 10-cu maddəyə yeni ikinci hissə
əlavə edilmişdir. Maddənin əvvəlki ikinci hissəsi
üçüncü hissə hesab edilmişdir.
[14] 22 dekabr 2023-cü il tarixli 1062-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 26 yanvar 2024-cü il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, № 1, maddə 5) ilə 11-ci maddənin on beşinci
hissəsində “rütbələr”
sözü “və ya hərbi rütbə”
sözləri ilə əvəz edilmişdir.
[15] 10 oktyabr 2006-cı il tarixli 161-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il,
№ 11, maddə 928) ilə 11-ci maddənin dördüncü
hissəsində “rütbə dərəcələri” sözləri
“xüsusi rütbələr” sözləri ilə əvəz edilmişdir.
29 dekabr
2006-cı il tarixli 220-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il,
№ 1, maddə 4) ilə 11 -ci maddəsinə yeni məzmunda beşinci hissə
əlavə edilmişdir.
29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 dekabr 2019-cu il, № 283, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896) ilə 11-ci maddə yeni redaksiyada
verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Ali təhsili olan, müəyyən ekspertiza ixtisası
üzrə müvafiq peşə hazırlığı keçmiş Azərbaycan Respublikasının
vətəndaşı ekspert ola bilər.
ixtisaslaşmasından və hazırlıq səviyyəsindən
asılı olaraq ekspertlərə ixtisas dərəcəsi verilir.
Attestasiyanın keçirilməsi və ixtisas
dərəcəsinin verilməsi qaydası Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Tutduğu vəzifə, peşə qabiliyyəti və
əmək stajı nəzərə alınmaqla məhkəmə
ekspertizası idarəsinin ekspertlərinə tabeliyində olduqları
müvafiq icra hakimiyyəti orqanlarının işçiləri üçün Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi rütbələr verilir.
Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası
idarəsinin ekspertlərinə "Ədliyyə orqanlarında
qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən edilmiş məhdudiyyətlər
tətbiq edilir.
[16] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 dekabr 2019-cu il, № 283, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896) ilə yeni məzmunda 11-1 – 11-5-ci
maddələr əlavə edilmişdir.
[17] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133) ilə 12-ci maddənin birinci hissəsinin beşinci abzası
yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
məhkəmə
ekspertizasının predmetinə aid olan məlumatların aydınlaşdırılması
üçün məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya
şəxsin icazəsi ilə məhkəmə və istintaq
hərəkətlərinin icraatında iştirak etmək;
[18] 5 mart 2004-cü
il tarixli 598-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133)
ilə 12-ci maddəyə yeni ikinci
hissə əlavə edilmişdir. Maddənin əvvəlki
ikinci-dördüncü hissələri müvafiq olaraq üçüncü-beşinci
hissələr hesab edilmişdir.
[19] 15 dekabr
2017-ci il tarixli 935-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 fevral
2018-ci il, № 26,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2,
maddə 147) ilə 12-ci maddənin üçüncü
hissəsinin birinci abzasında “edə
bilər” sözləri “edir”
sözü ilə əvəz edilmişdir.
[20] 29 noyabr
2019-cu il tarixli 1709-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr
2019-cu il, № 283,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12,
maddə 1896) ilə 12-ci maddənin beşinci
hissəsinin ikinci abzasda “idarəsinin”
sözündən sonra “ekspertlərinə həmin
idarənin” sözləri əlavə edilsin və üçüncü
abzasda “başqa” sözündən
əvvəl “məhkəmə
ekspertizası idarəsinin ekspertlərinə” sözləri
əlavə edilmişdir.
[21] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 dekabr 2019-cu il, № 283, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896) ilə 13-cü maddənin birinci
hissəsinin yeddinci abzasında “təhqiqat
aparan şəxsə, müstəntiqə və ya
məhkəməyə (hakimə)” sözləri “məhkəmə ekspertizasını
təyin (sifariş) etmiş orqan və ya şəxsə” sözləri
ilə əvəz edilmişdir.
[22] 5 mart 2004-cü il tarixli
598-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133)
ilə 13-cü maddəyə ikinci hissə
əlavə edilmişdir.
[23] 5 mart 2004-cü il tarixli
598-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133)
ilə 14-cü maddənin birinci
hissəsində "olmadıqda
və ya" sözlərindən sonra "həmin rəydə əlavə tədqiqatlar
aparılmasını tələb etməyən boşluqlar olduqda, habelə"
sözləri əlavə edilmişdir.
[24] 5
mart 2004-cü il tarixli 598-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133)
ilə 17-ci maddədə "əvvəlki tədqiqatla bağlı
əlavə sualların həll edilməsi zərurəti olduqda"
sözləri "tədqiqat
aparılmış obyektlərə dair əlavə suallar yarandıqda,
aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan
qaldırılması üçün" sözləri ilə əvəz edilmişdir.
[25] 5 mart 2004-cü
il tarixli 598-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133)
ilə 18-ci maddənin birinci və ikinci
hissələri yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Əvvəllər verilmiş rəyin doğruluğu və
əsaslılığı təhqiqat aparan şəxsdə, müstəntiqdə,
prokurorda və ya məhkəmədə (hakimdə) şübhə
doğurduqda, məhkəmə ekspertizasının aparılmasının
Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə
nəzərdə tutulmuş qaydaları pozulduqda, eyni suallar üzrə
təkrar məhkəmə ekspertizasının aparılması təyin edilir
və onun aparılması başqa ekspertə və ya ekspertlərə həvalə
edilir.
Təkrar
məhkəmə ekspertizasının təyin edilməsi
barədə qərarda (qərardadda) əvvəlki ekspertizanın
rəyi ilə razılaşmamağın səbəbləri göstərilir.
[26] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 dekabr 2019-cu il, № 283, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896) ilə 19-cu maddənin
dördüncü-səkkizinci hissələr müvafiq olaraq beşinci-doqquzuncu
hissələr hesab edilmişdir və yeni məzmunda dördüncü
hissə əlavə edilmişdir.
[27] 29 noyabr
2019-cu il tarixli 1709-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr
2019-cu il, № 283,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12,
maddə 1896) ilə 19-cu maddənin altıncı
hissənin birinci cümləsində “işləyib hazırlamaq” sözlərindən sonra “, ekspertizanın aparılmasının ümumi
müddəti daxilində ayrı-ayrı tədqiqatların icra
müddətlərini təyin etmək və onlara əməl
olunmasına nəzarət etmək” sözləri əlavə
edilmişdir.
[28] 5
mart 2004-cü il tarixli 598-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133)
ilə 20-ci maddənin birinci
hissəsində "sahələrindən
istifadə etməklə tədqiqat aparılmasını tələb
edərsə," sözləri "və ya elm sahələri, yaxud biliyin bir sahəsi
daxilində müxtəlif üsullar sistemi əsasında yalnız bir neçə
tədqiqat aparılmaqla həyata keçirilə bildikdə"
sözləri ilə əvəz edilmişdir.
[29] 5 mart 2004-cü
il tarixli 598-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133)
ilə 21-ci maddədən "təhqiqat aparan şəxsin,
müstəntiqin, prokurorun, hakimin qərarı və ya
məhkəmənin qərardadı ilə" sözləri
çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
Məhkəmə
ekspertizası Azərbaycan Respublikasının prosessual qanunvericiliyi
ilə nəzərdə tutulmuş hallarda və qaydada təhqiqat
aparan şəxsin, müstəntiqin, prokurorun, hakimin qərarı və
ya məhkəmənin qərardadı ilə təyin edilir.
5 mart 2004-cü il tarixli
598-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133) ilə 22-ci maddənin birinci hissəsində "məhkəmənin qərardadı"
sözlərindən sonra “,
habelə bu Qanunun 22-1-ci maddəsində nəzərdə
tutulmuş müraciət” sözləri əlavə edilmişdir.
29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 dekabr 2019-cu il, № 283, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896) ilə 21-ci və 22-ci maddələr
yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
Məhkəmə ekspertizası Azərbaycan
Respublikasının prosessual qanunvericiliyi ilə nəzərdə
tutulmuş hallarda və qaydada təyin edilir.
Təhqiqat aparan şəxsin, müstəntiqin, prokurorun,
hakimin qərarı və ya məhkəmənin qərardadı,
habelə bu Qanunun 22-1-ci maddəsində nəzərdə
tutulmuş müraciət məhkəmə ekspertizasının aparılması üçün
əsas sayılır.
Məhkəmə ekspertizasını təyin etmiş orqan
və ya şəxs tədqiqatın aparılması və rəy verilməsi
üçün zəruri olan tədqiqat obyektləri və iş üzrə
materialları məhkəmə ekspertizası idarəsinə
təqdim edir.
Məhkəmə ekspertizasını təyin etmiş orqan
və ya şəxs Azərbaycan Respublikasının prosessual qanunvericiliyi
ilə müəyyən edilmiş qaydada müqayisəli tədqiqat üçün
nümunələr götürür və onları işə əlavə edir.
Zəruri hallarda, nümunələrin götürülməsi
məhkəmə ekspertizasını aparan ekspertin iştirakı ilə
həyata keçirilir.
Məhkəmə
ekspertizası idarəsində məhkəmə ekspertizasının
aparılması müddətləri Azərbaycan Respublikasının prosessual
qanunvericiliyinə müvafiq olaraq müəyyən edilir.
[30] 5
mart 2004-cü il tarixli 598-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133)
ilə 22-1-ci maddə əlavə
edilmişdir.
[31] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 dekabr 2019-cu il, № 283, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896) ilə 22-1-ci maddə ləğv edilmişdir.
[32] 22 dekabr 2023-cü il tarixli 1062-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 26 yanvar 2024-cü il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, № 1, maddə 5) ilə 23-cü maddənin ikinci
hissəsində “(məhkəmə-psixiatriya)”
sözləri “,
məhkəmə-psixiatriya” sözləri ilə əvəz
edilmişdir.
23 aprel 2024-cü il tarixli 1142-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 iyun 2024-cü il, “Azərbaycan” qəzeti, 4 iyun 2024-cü il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, № 6, I kitab, maddə 631) ilə 23-cü maddəsinin ikinci hissəsinə “vasitələrinin”
sözündən sonra “və dərman
maddələrinin” sözləri əlavə edilmişdir.
[33] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 dekabr 2019-cu il, № 283, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896) ilə 23-cü maddə yeni redaksiyada
verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
Məhkəmə ekspertizası fəaliyyəti
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının
məhkəmə ekspertiza idarələri tərəfindən
həyata keçirilir.
Məhkəmə
ekspertizası idarələri məhkəmə ekspertizasının
aparılması üzrə fəaliyyətini ekspert təcrübəsinin
ümumiləşdirilməsi, ekspertlərin peşəkar hazırlığı və
onların ixtisaslaşdırılması, o cümlədən ekspert praktikasının vahid
elmi-metodik üsullarla öyrənilməsi əsasında həyata
keçirirlər.
[34] 5 mart 2004-cü il tarixli
598-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 133)
ilə 26-cı maddəyə dördüncü hissə
əlavə edilmişdir.
[35] 23 aprel 2024-cü il tarixli 1142-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 iyun 2024-cü il, “Azərbaycan” qəzeti, 4 iyun 2024-cü il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, № 6, I kitab, maddə 631) ilə 32-ci maddəsinin birinci hissəsinin üçüncü
abzasına “vasitələrini” sözündən sonra “və dərman maddələrini”
sözləri əlavə edilmişdir.
[36] 10 oktyabr
2006-cı il tarixli 161-IIIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 928) ilə
39-cu maddənin ikinci hissəsində “rütbə” sözü “xüsusi
rütbələrinə” sözləri ilə əvəz edilmişdir.
22 dekabr
2023-cü il tarixli 1062-VIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 25 yanvar 2024-cü il, “Azərbaycan”
qəzeti, 26 yanvar 2024-cü il, № 16, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il,
№ 1, maddə 5) ilə
39-cu
maddənin ikinci hissəsində “ixtisas,
xüsusi rütbələrinə” sözləri “xüsusi və hərbi rütbələrinə, habelə
ixtisas” sözləri ilə əvəz edilmişdir.
[37] 16 fevral 2007-ci il tarixli 244-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 3, maddə 211)
ilə 40-cı maddəsinin ikinci hissəsi çıxarılmışdır.
[38] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 dekabr 2019-cu il, № 283, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1896) ilə 43-cü maddədə “vəzifəli şəxslər
və vətəndaşlar” sözləri “şəxslər” sözü ilə əvəz edilmişdir.