AZƏRBAYCAN
RESPUBLİKASININ KONSTİTUSİYASI
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə
Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya
tərəfindən hazırlanmış, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində
(referendumda) qəbul edilmişdir.
1995-ci il noyabrın 27-dən qüvvəyə minmişdir.
2002-ci il avqustun 24-də ümumxalq səsverməsində (referendumda) qəbul
edilmiş dəyişikliklərlə.
2009-cu il martın 18-də ümumxalq səsverməsində (referendumda) qəbul
edilmiş əlavə və dəyişikliklərlə.
2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində
(referendumda) qəbul edilmiş əlavə və dəyişikliklərlə.
Azərbaycan xalqı özünün
çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının
dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas
götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini
arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini
istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini
anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı
niyyətlərini bəyan edir:
- Azərbaycan dövlətinin
müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
- Konstitusiya çərçivəsində
demokratik quruluşa təminat vermək;
- vətəndaş cəmiyyətinin
bərqərar edilməsinə nail olmaq;
- xalqın iradəsinin ifadəsi
kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
- ədalətli iqtisadi və
sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;
- ümumbəşəri dəyərlərə
sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində
yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.
Yuxarıda sadalanan ülvi
niyyətlərlə ümumxalq sәsvermәsi - referendum yolu ilə bu Konstitusiya qəbul
edilir.
I fəsil
Xalq hakİmİyyətİ
I. Azərbaycan
Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.
II. Azərbaycan xalqı
Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan
dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası
vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş
normaları istisna etmir.
I. Sərbəst və müstəqil öz
müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan
xalqının suveren hüququdur.
II. Azərbaycan xalqı öz
suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər
və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə
seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.
I. Azərbaycan xalqı öz
hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə
bilər.
II. Aşağıdakı məsələlər
yalnız referendumla həll oluna bilər:
1) Azərbaycan Respublikası
Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi;
2) Azərbaycan
Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi.
III. Aşağıdakı məsələlər
üzrə referendum keçirilə bilməz:
1) vergilər və dövlət
büdcəsi;
2) amnistiya və əfv etmə;
3) seçilməsi, təyin
edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti
orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin
edilməsi və ya təsdiq edilməsi.[1]
Xalqın seçdiyi səlahiyyətli
nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmək, xalqın adından danışmaq
və xalqın adından müraciət etmək hüququ yoxdur.
I. Azərbaycan xalqı
vahiddir.
II. Azərbaycan xalqının
vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Azərbaycan Respublikası
bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir.
I. Azərbaycan xalqının heç
bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata
keçirilməsi səlahiyyətini mənimsəyə bilməz.
II. Hakimiyyətin
mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir.
II fəsil
Dövlətİn əsasları
I. Azərbaycan dövləti
demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.
II. Azərbaycan
Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici
məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.
III. Azərbaycan
Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında
təşkil edilir:
- qanunvericilik
hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;
- icra hakimiyyəti
Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;
- məhkəmə hakimiyyətini
Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
IV. Bu Konstitusiyanın
müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı
fәaliyyәt göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.
I. Azərbaycan dövlətinin
başçısı Azərbaycan Respublikasının Prezidentidir. O, ölkənin daxilində və
xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir.
II. Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və
Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir.
III. Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi
bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə riayət olunmasının təminatçısıdır.
IV. Azərbaycan
Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin
təminatçısıdır.
I. Azərbaycan
Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı
Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı
birləşmələrdən ibarətdir.[2]
II. Azərbaycan Respublikası
başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin
həlli üsulu kimi müharibəni rədd edir.
III. Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş
Komandanıdır.
Azərbaycan Respublikası
başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq
normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur.
I. Azərbaycan
Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.
II. Azərbaycan
Respublikasının daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan
Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava
məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir.
III. Azərbaycan
Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz
ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Azərbaycan
Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında
referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət
sərhədləri dəyişdirilə bilər.
I. İnsan və vətəndaş
hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına
layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.[3]
II. Bu Konstitusiyada
sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.
I. Azərbaycan
Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
II. Mülkiyyət dövlət
mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
III. Mülkiyyətdən insan və
vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri,
şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
Təbii ehtiyatlar hər hansı
fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən
Azərbaycan Respublikasına mənsubdur.
I. Azərbaycan
Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə
əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir.
II. Azərbaycan dövləti
bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına
şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə
inhisarçılığa və haqsız rəqabətə yol vermir.[4]
I. Azərbaycan dövləti
xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və
layiqli həyat səviyyəsi qayğısına qalır.
II. Azərbaycan dövləti
mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım
göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.
I. Cəmiyyətin əsas özəyi
kimi ailə dövlətin xüsusi himayəsindədir.
II. Uşaqların qayğısına
qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə
yetirilməsinə dövlət nəzarət edir.
III. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından
məhrum olan uşaqlar dövlətin himayəsindədirlər.
IV. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına
təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır.
V. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər.
VI. Uşaq hüquqlarının
həyata keçirilməsinə dövlət nəzarət edir.
I. Azərbaycan
Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında
bərabərdir.
II. İnsan ləyaqətini
alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini
cərəyanların) yayılması və təbliği qadağandır.[6]
III. Dövlət təhsil sistemi
dünyəvi xarakter daşıyır.
I. Azərbaycan Respublikasının
pul vahidi manatdır.
II. Pul nişanlarının
tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi
Banka mənsubdur. Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlətin
müstəsna mülkiyyətindədir.[7]
III. Azərbaycan
Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi
işlədilməsi qadağandır.
Azərbaycan dövlətinə qarşı
qiyama və dövlət çevrilişinə kömək məqsədi ilə alınmış borclar Azərbaycan
Respublikası tərəfindən öhdəlik kimi qəbul edilə və ödənilə bilməz.
I. Azərbaycan
Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası
Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası
əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin
edir.
Azərbaycan Respublikasının
paytaxtı Bakı şəhəridir.
I. Azərbaycan
Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı,
Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət
himnidir.
II. Azərbaycan
Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı
zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın
ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz
təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
III. Azərbaycan
Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin
təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya
qanunu ilə müəyyən edilir.
III fəsil
Əsas İnsan və
vətəndaş hüquqları və azadlıqları
I. İnsan
ləyaqəti qorunur və ona hörmət edilir.[8]
II. Hər kəsin
doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları
vardır.
III. Hüquqlar və
azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və
vəzifələrini də əhatə edir. Hüquqlardan
sui-istifadəyə yol verilmir.[9]
I. Hamı qanun və məhkəmə
qarşısında bərabərdir.
II. Kişi ilə qadının eyni
hüquqları və azadlıqları vardır.
III. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən,
dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən,
əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai
birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının
bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını
irqi, etnik, dini, dil, cinsi,
mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.[11]
IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə
zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud
güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.
V. Hüquq və vəzifələrlə
bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti
səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları
təmin edilir.
VI. Sağlamlıq
imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi
çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün
hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.[12]
I. Hər kəsin qanunla
qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə
etmək hüququ vardır.
II. Dövlət hər kəsin
hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
I. Hər kəsin yaşamaq hüququ
vardır.
II. Dövlətə silahlı basqın
zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş
hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar
istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır.
III. Müstəsna cəza tədbiri
kimi ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan həyatına və
sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər.
IV. Qanunla nəzərdə
tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması,
həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı
qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması, ölkəyə
silahlı basqın edilməsi halları istisna olmaqla insana qarşı silah
işlədilməsinə yol verilmir.
I. Hər kəsin azadlıq hüququ
vardır.
II. Azadlıq hüququ yalnız
qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə
yolu ilə məhdudlaşdırıla bilər.
III. Qanuni surətdə
Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər,
özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara
gedə bilər.
IV. Azərbaycan Respublikası
vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır.
I. Hər kəsin mülkiyyət
hüququ vardır.
II. Mülkiyyətin heç bir
növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ
qanunla qorunur.
III. Hər kəsin
mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ
mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq,
əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından
ibarətdir.
IV. Heç kəs məhkəmənin
qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol
verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin
özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti
ilə yol verilə bilər.[13]
V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.
VI. Sosial
ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət
hüququ qanunla məhdudlaşdırıla bilər.[14]
VII. Dövlət vərəsəlik
hüququna təminat verir.
I. Hər kəsin əqli mülkiyyət
hüququ vardır.
II. Müəlliflik hüququ,
ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur.
I. Hər kəsin təhlükəsiz
yaşamaq hüququ vardır.
II. Qanunda nəzərdə
tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi
sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək
qadağandır.
I. Hər kəsin şəxsi
toxunulmazlıq hüququ vardır.
II. Hər kəsin şəxsi və ailə
həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan
başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin
şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.
III. Öz razılığı olmadan
kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına,
istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar
istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə
bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə
məruz qoyula bilməz.
IV. Hər kəsin yazışma,
telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən
məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla
nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin
istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.
V. Qanunla müəyyən edilmiş
hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola
bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam
olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların
düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır.
VI. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla,
üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız
üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır.
VII. Məlumatın aid olduğu şəxsin buna razılığını
aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim
xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar
istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən
əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə
edilə bilməz.
VIII. Fərdi
məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi
və mühafizəsi şərtləri qanunla müəyyən edilir.[16]
I. Hər kəsin mənzil
toxunulmazlığı hüququ vardır.
II. Qanunla müəyyən edilmiş
hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi
ziddinə heç kəs mənzilə daxil ola bilməz.
I. Hər kəsin qanunla
nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır.
II. Nikah könüllü razılıq
əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.
III. Nikah və ailə dövlətin
himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət
çoxuşaqlı ailələrə yardım göstərir.
IV. Ər ilə arvadın
hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək
valideynlərin həm hüququ, həm də borcudur.
V. Valideynlərə hörmət
etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək
qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa
borcludurlar.
I. Əmək fərdi və ictimai
rifahın əsasıdır.
II. Hər kəsin əməyə olan
qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və
iş yeri seçmək hüququ vardır.
III. Heç kəs zorla işlədilə
bilməz.
IV. Əmək müqavilələri
sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
V. Məhkəmə qərarı əsasında
şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi
xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar
işlətmək, fövqəladə vəziyyət və hәrbi vəziyyət zamanı vətəndaşlara tələb olunan
işləri gördürmək hallarına yol verilir.
VI. Hər kəsin təhlükəsiz və
sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə
dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq
hüququ vardır.
VII. İşsizlərin dövlətdən
sosial müavinət almaq hüququ vardır.
VIII. Dövlət işsizliyin
aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
I. Hər kəsin təkbaşına və
ya başqaları ilə birlikdə tətil etmək hüququ vardır.
II. Əmək müqaviləsi
əsasında işləyənlərin tətil etmək hüququ yalnız qanunla nəzərdə tutulmuş
hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində
və digər silahlı birləşmələrdə xidmət edən hərbi qulluqçular və mülki
şəxslər tətil edə bilməzlər.[17]
III. Fərdi və kollektiv
əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir.
IV. Qanunla
müəyyən edilmiş hallar istisna olmaqla, lokaut qadağandır.[18]
I. Hər kəsin istirahət
hüququ vardır.
II. Əmək müqaviləsi ilə
işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş
günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az
olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.
I. Hər kəsin sosial təminat
hüququ vardır.
II. Yardıma möhtac olanlara
kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur.
III. Hər kəs qanunla
müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını
itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə
tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
IV. Təqaüdlərin və sosial
müavinətlərin minimum məbləği qanunla müəyyən edilir.
V. Dövlət xeyriyyəçilik
fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin
inkişafı üçün imkanlar yaradır.
I. Hər kəsin sağlam ətraf
mühitdə yaşamaq hüququ vardır.
II. Hər kəsin ətraf mühitin
əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun
sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır.
III. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş
hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz.
IV. Dövlət ekoloji
tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla
müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.
I. Hər kəsin mədəni həyatda
iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək
hüququ vardır.
II. Hər kəs tarixi, mədəni
və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət
abidələrini qorumalıdır.
I. Hər kəsin sağlamlığını
qorumaq və tibbi yardım almaq hüququ vardır.
II. Dövlət müxtəlif
mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin
inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına
təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır.
III. İnsanların həyatı və
sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər
qanun əsasında məsuliyyətə cəlb edilirlər.
I. Hər bir vətəndaşın
təhsil almaq hüququ vardır.
II. Dövlət pulsuz icbari
ümumi orta təhsil almaq hüququnu təmin edir.
III. Təhsil sisteminə
dövlət tərəfindən nəzarət edilir.
IV. Maddi vəziyyətdən asılı
olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir.
V. Dövlət minimum təhsil
standartlarını müəyyən edir.
I. Heç kəs yaşadığı
mənzildən qanunsuz məhrum edilə bilməz.
II. Dövlət yaşayış
binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək
üçün xüsusi tədbirlər görür.
I. Hər kəsin milli
mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır.
II. Heç kəs milli
mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz.
I. Hər kəsin ana dilindən
istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq,
yaradıcılıqla məşğul olmaq hüququ vardır.
II. Heç kəs ana dilindən
istifadə hüququndan məhrum edilə bilməz.
I. Hər kəsin öz şərəf və
ləyaqətini müdafiə etmək hüququ vardır.
II. Şəxsiyyətin ləyaqəti
dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına
əsas verə bilməz.
III. Heç kəsə işgəncə və
əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya
məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi,
elmi və başqa təcrübələr aparıla bilməz.
I. Hər kəsin fikir və söz
azadlığı vardır.
II. Heç kəs öz fikir və
əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.
III. İrqi, milli, dini,
sosial və hər hansı digər meyara
əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir.[20]
I. Hər kəsin vicdan
azadlığı vardır.
II. Hər kəsin dinə
münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya
başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə
münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.
III. Dini mərasimlərin
yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd
deyildirsə, sərbəstdir.
IV. Dini etiqad və əqidə
hüquq pozuntusuna bəraət qazandırmır.
V. Heç kəs öz dini
etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri
yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.
I. Hər kəsin başqaları ilə
birlikdə sərbəst toplaşmaq azadlığı vardır.
II. Hər kəsin başqaları ilə
birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı
pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər,
nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır.KM1
I. Hər kəsin istədiyi
məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq
azadlığı vardır.
II. Kütləvi informasiyanın
azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən
mətbuatda dövlət senzurası qadağandır.
III. Hər kəsin kütləvi
informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya
mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək
hüququna təminat verilir.
I. Hər kəsin yaradıcılıq
azadlığı vardır.
II. Dövlət ədəbi-bədii,
elmi-texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat
verir.
Azərbaycan dövlətinə mənsub
olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri
olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının
ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs
Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının
vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
I. Azərbaycan
Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası
vətəndaşlığından (onun qanunla müəyyən
edilmiş itirilmə halları istisna olmaqla) məhrum edilə bilməz.[23]
II. Azərbaycan
Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və
ya xarici dövlətə verilə bilməz.
III. Azərbaycan
Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan
Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik
edir.
I. Azərbaycan Respublikası
vətəndaşlarının cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək
hüququ vardır.
II. Dövlətə qarşı qiyama və
ya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək Azərbaycan Respublikasının
hər bir vətəndaşının hüququdur.
I. Azərbaycan Respublikası
vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır. Bu
hüququ onlar bilavasitə və ya nümayəndələri vasitəsilə həyata keçirə bilərlər.
II. Azərbaycan
Respublikasının vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına
malikdirlər. Dövlət orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının
vətəndaşları sırasından təyin edilirlər. Əcnəbilər və vətəndaşlığı olmayan
şəxslər dövlət qulluğuna qanunla müəyyənləşdirilmiş qaydada qəbul edilə
bilərlər.
I. Azərbaycan Respublikası
vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda
iştirak etmək hüququ vardır.
II. Məhkəmənin qərarı ilə
fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə
referendumda iştirak etmək hüququ yoxdur.
III. Hərbi qulluqçuların,
hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə
minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və
qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək
hüququ qanunla məhdudlaşdırıla bilər.[24]
I. Azərbaycan Respublikası
vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və
kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə
bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə
yazılı cavab verilməlidir.[25]
II. Azərbaycan Respublikası
vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi
partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə
ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır.
Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz.
I. Hər kəsin başqaları ilə
birləşmək hüququ vardır.
II. Hər kəs istənilən
birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik
yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin
sərbəst fəaliyyətinə təminat verilir.
III. Heç kəs hər hansı
birliyə daxil olmağa və onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.
IV. Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində
qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər
məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır.
Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə
qaydasında xitam verilə bilər.[26]
I. Hər kəs qanunla
nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst
istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq
fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə
məşğul ola bilər.[27]
II. Dövlət
sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və
sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir.[28]
Maddə 60. Hüquq və azadlıqların
inzibati və məhkəmə təminatı[29]
I. Hər kəsin hüquq və azadlıqlarının inzibati
qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz
yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan
müddətdə baxılsın.
III. Hər kəsin inzibati icraat və məhkəmə
prosesində dinlənilmək hüququ vardır.
IV. Hər kəs
dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və
vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və
məhkəməyə şikayət edə bilər.
I. Hər kəsin yüksək
keyfiyyətli hüquqi yardım almaq hüququ vardır.
II. Qanunla nəzərdə
tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.
III. Hər bir şəxsin
səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət
törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək
hüququ vardır.
Hər kəsin onun işinə
qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı
olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
I. Hər kəsin təqsirsizlik
prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir
şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu
barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.
II. Şəxsin təqsirli
olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
III. Cinayətin
törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə
borclu deyildir.
IV. Ədalət mühakiməsi
həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.
V. Məhkəmənin hökmü olmasa,
kimsə cinayətdə təqsirli sayıla bilməz.
Heç kəs bir cinayətə görə
təkrarən məhkum edilə bilməz.
Məhkəmənin məhkum etdiyi
hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada
yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının
yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır.
Heç kəs özünə, arvadına
(ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə
məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam
siyahısı qanunla müəyyən edilir.
Maddə 67. Tutulan, həbsə alınan və
cinayət törədilməsində təqsirləndirilən şəxslərin hüquqları[30]
I. Səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə
aldığı, cinayət törədilməsində təqsirləndirdiyi hər bir şəxsə dərhal
onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayət
məsuliyyətinə cəlb edilməsinin səbəbləri izah edilir.
II. Cinayət törədilməsində təqsirləndirilən hər bir şəxs məhkum
edilməzdən əvvəl dinlənilməlidir.
I. Hər kəsin
dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı
davranışına hüququ vardır.
II. Cinayət,
habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları
qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində
iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.[32]
III. Hər kəsin
dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri
və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi
hüququ vardır.
IV. Dövlət,
dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd
hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş
ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.[33]
I. Əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal
nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün
hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər.
II. Azərbaycan Respublikası
ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və
Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər.
I. Hamılıqla qəbul edilmiş
beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikası əcnəbilərə və
vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir.
II. Siyasi əqidəsinə görə,
habelə Azərbaycan Respublikasında cinayət sayılmayan əmələ görə təqib edilən
şəxslərin başqa dövlətə verilməsinə yol verilmir.
I. Konstitusiyada təsbit
edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq
qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
II. İnsan və vətəndaş
hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra
bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən
edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması
dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.[35]
III. Müharibə, hərbi
vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və
vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan
Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və
müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və
azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir.
IV. Heç bir halda heç kəs
din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə
təqsirləndirilə bilməz.
V. Bu Konstitusiyanın heç
bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə
yönəldilmiş müddəa kimi təfsir edilə bilməz.
VI. Azərbaycan Respublikası
ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.
VII. İnsan və vətəndaş
hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr
həll edir.
VIII. Heç kəs törədildiyi
zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Hüquq pozuntusu
törədildikdən sonra yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan
qaldırılmışsa və ya yüngülləşdirilmişsə, yeni qanun tətbiq edilir.
IX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç
kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz.
X. Dövlət orqanları yalnız
bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda
fəaliyyət göstərə bilərlər.
IV fəsil
Vətəndaşların əsas
vəzİfələrİ
I. Dövlət və cəmiyyət
qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn
vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və
ya qanunla qoyula bilər.[36]
II. Hər bir şəxs Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin
hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər
vəzifələri yerinə yetirməlidir.
III. Qanunu bilməmək
məsuliyyətdən azad etmir.
I. Qanunla müəyyən edilmiş
vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir
kəsin borcudur.
II. Heç kəs qanunla nəzərdə
tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa
dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
I. Vətənə sədaqət
müqəddəsdir.
II. Vəzifəyə seçilmə və ya
təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında
işləyən şəxslər öz vəzifələrini dürüst və layiqincə yerinə yetirməməyə görə
məsuliyyət daşıyırlar və qanunla müəyyən edilmiş hallarda and içirlər.
III. Vəzifəyə seçilmə və ya
təyinat yolu ilə qanunvericilik, icra və ya məhkəmə hakimiyyəti orqanlarında
işləyən, Azərbaycan Respublikası Konstitusiyasına sadiq qalacağına and içmiş
şəxs dövlətə qarşı cinayətdə, o cümlədən dövlətə qarşı qiyamda və ya dövlət
çevrilişində ittiham edilibsə və bu ittiham əsasında məhkum olunubsa, həmin
vəzifədən getmiş sayılır və bir daha bu vəzifəni tuta bilməz.
I. Hər bir
vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və
himninə hörmət etməlidir.
II. Dövlət rəmzlərinə
hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb
olur.[37]
I. Vətəni müdafiə hər bir
vətəndaşın borcudur.
Qanunla müəyyən edilmiş
qaydada vətəndaşlar hərbi xidmət keçirlər.
II. Vətəndaşların əqidəsi
həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi
hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.
Tarix və mədəniyyət
abidələrini qorumaq hər bir şəxsin borcudur.
Ətraf mühitin qorunması hər
bir şəxsin borcudur.
Heç kəs Azərbaycan
Respublikasının Konstitusiyasına və ya qanunlarına zidd vəzifələrin icrasına
məcbur edilə bilməz.
Konstitusiyanın və qanunların
pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan
sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən
məsuliyyətə səbəb olur.
V fəsil
Qanunverİcİlİk
hakİmİyyətİ
Azərbaycan Respublikasında
qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata
keçirir.
Azərbaycan Respublikasının
Milli Məclisi 125 deputatdan ibarətdir.
Azərbaycan Respublikası
Milli Məclisinin deputatları majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa
seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər.
I. Azərbaycan Respublikası
Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Müharibə
şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli
Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası
Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək
uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən
dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi tərəfindən qəbul edilir.[38]
II. Azərbaycan Respublikası
Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının
birinci bazar günü keçirilir.
III. Azərbaycan
Respublikası Milli Məclisinin deputatlarının səlahiyyət müddəti Azərbaycan
Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır.
IV. Azərbaycan Respublikası
Milli Məclisinin deputatlığından çıxanların yerinə yeni seçkilər keçirilərsə,
yeni seçilən deputatın səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan
səlahiyyət müddəti ilə məhdudlaşır.
I. Azərbaycan
Respublikasının seçkilərdə iştirak etmək
hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada
Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər.[39]
II. İkili vətəndaşlığı
olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti
sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna
olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri,
fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə
görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə
azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının
Milli Məclisinə deputat seçilə bilməzlər.
Seçkilərin nəticələrinin
düzgünlüyünü qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.
I. Azərbaycan Respublikası
Milli Məclisi deputatlarının səlahiyyətləri Azərbaycan Respublikası Milli
Məclisinin yeni çağırışının ilk iclas günü bitir.
II. Azərbaycan Respublikası
Milli Məclisi deputatlığından çıxanların yerinə seçkilər Azərbaycan
Respublikası Milli Məclisinin səlahiyyət müddətinin bitməsinə 120 gündən az
müddət qalarsa, keçirilmir.
III. Azərbaycan
Respublikasının Milli Məclisi 83 deputatının səlahiyyətləri təsdiq olunduqda
səlahiyyətlidir.
I. Azərbaycan
Respublikasının Milli Məclisi hər il iki növbəti yaz və payız sessiyalarına
yığılır. Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının səlahiyyətləri
təsdiq edildikdən sonra Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası
həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır. Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərdən sonra martın 10-dək onun 83
deputatının sәlahiyyәtlәri təsdiq edilməzsə, Azərbaycan Respublikası Milli
Məclisinin ilk iclasının keçirilmə vaxtını Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi müəyyən edir.
II. Azərbaycan Respublikası
Milli Məclisinin növbədənkənar sessiyalarını Azərbaycan Respublikası Milli
Məclisinin sədri Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan
Respublikası Milli Məclisinin 42 deputatının tələbi əsasında çağırır.
III. Azərbaycan Respublikası
Milli Məclisinin növbədənkənar sessiyasının gündəliyini müvafiq olaraq onun
çağırılmasını tələb edənlər müəyyənləşdirir. Bu gündəlikdəki məsələlərə
baxıldıqdan sonra növbədənkənar sessiyanın işi bitir.
IV. Azərbaycan Respublikası
Milli Məclisinin sessiyalarının iclasları açıq keçirilir. Azərbaycan
Respublikası Milli Məclisinin 83 deputatının tələbi ilə və ya Azərbaycan
Respublikası Prezidentinin təklifi ilə Azərbaycan Respublikası Milli Məclisinin
sessiyasının qapalı iclası keçirilə bilər.[40]
I. Azərbaycan Respublikası
Milli Məclisinin deputatı aşağıdakı hallarda mandatından məhrum edilir:
1) seçkilər zamanı səslərin
düzgün hesablanmadığı aşkar olunduqda;
2) Azərbaycan Respublikası
vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;
3) cinayət törətdikdə və
məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;
4) dövlət orqanlarında
vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli
fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna
olmaqla);
5) özü imtina etdikdə;
6) bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin
tələbini pozduqda;
7) deputat
üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.[41]
Azərbaycan Respublikası
Milli Məclisinin deputatlığından məhrumetmə haqqında qərar qanunla müəyyən
edilmiş qaydada qəbul edilir.
II. Azərbaycan Respublikası
Milli Məclisinin deputatları öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və
qanunda nəzərdə tutulmuş digər hallarda onların səlahiyyətləri itirilir. Müvafiq
qərarın qəbul edilmə qaydası qanunla müəyyən edilir.
I. Səlahiyyət müddəti
ərzində Azərbaycan Respublikası Milli Məclisi deputatının şəxsiyyəti
toxunulmazdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət
müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət
məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə
qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala
bilməz, şəxsi müayinə edilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin
deputatı cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda Azərbaycan
Respublikası Milli Məclisinin deputatını tutan orqan bu barədə dərhal
Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.
II. Azərbaycan Respublikası
Milli Məclisinin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası
Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin
qərarı ilə xitam verilə bilər.
Azərbaycan Respublikası
Milli Məclisinin deputatları Azərbaycan Respublikası Milli Məclisindəki
fəaliyyətinə, səsverməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna
bilməzlər. Razılığı olmadan onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb
edilə bilməz.
Azərbaycan Respublikasının
Milli Məclisi öz iş qaydasını müəyyən edir və Milli Məclisin müvafiq
orqanlarını yaradır, o cümlədən öz sədrini və onun müavinlərini seçir, komitələr
və komissiyalar təşkil edir, Hesablama Palatası yaradır.[42]
I. Azərbaycan Respublikasının
Milli Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə Konstitusiya qanunları,
qanunlar və qərarlar qəbul edir.
II. Azərbaycan
Respublikasının Milli Məclisində Konstitusiya qanunları, qanunlar və qərarlar
bu Konstitusiya ilə nəzərdə tutulmuş qaydada qəbul edilir.
III. Azərbaycan
Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata
keçirirlər.
IV. Qanunlarda və
Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında icra hakimiyyəti və
məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz.
I. Azərbaycan
Respublikasının Milli Məclisi aşağıdakı məsələlərə dair ümumi qaydalar müəyyən
edir:
1) bu Konstitusiyada təsbit
edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu
hüquqların və azadlıqların dövlət təminatı;
2) Azərbaycan Respublikası
Prezidentinin seçkiləri;
3) Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilər və Azərbaycan Respublikası Milli
Məclisinin deputatlarının statusu;
4) referendum;
5) məhkəmə quruluşu və
hakimlərin statusu; prokurorluq; vəkillik və notariat;
6) məhkəmə icraatı, məhkəmə
qərarlarının icrası;
7) bələdiyyələrə seçkilər
və bələdiyyələrin statusu;
8) fövqəladə vəziyyət
rejimi; hərbi vəziyyət rejimi;
9) dövlət təltifləri;
10) fiziki və hüquqi
şəxslərin statusu;
11) mülki hüquq obyektləri;
12) əqdlər, mülki
müqavilələr, nümayəndəlik və vərəsəlik;
13) mülkiyyət hüququ, o
cümlədən dövlət, xüsusi və bələdiyyə mülkiyyətinin hüquqi rejimi, əqli
mülkiyyət hüququ; digər əşya hüquqları; öhdəlik hüququ;
14) ailə münasibətləri, o
cümlədən himayəçilik və qəyyumluq;
15) maliyyə fəaliyyətinin
əsasları, vergilər, rüsumlar və ödənişlər;
16) əmək münasibətləri və
sosial təminat;
17) cinayətlərin və başqa
hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin
təyin edilməsi;
18) müdafiə və hərbi
qulluq;
19) dövlət qulluğu;
20) təhlükəsizliyin
əsasları;
21) ərazi quruluşu; dövlət
sərhədi rejimi;
22) beynəlxalq müqavilələrin
təsdiqi və ləğvi;
23) rabitə və nəqliyyat
işi;
24) statistika, metrologiya
və standartlar;
25) gömrük işi;
26) ticarət işi və birja
fəaliyyəti;
27) bank işi, mühasibat,
sığorta.
II. Bu maddənin 2, 3, 4-cü
bəndlərində göstərilən məsələlərə dair qanunlar 83 səs çoxluğu ilə, qalan
məsələlərə dair qanunlar isə 63 səs çoxluğu ilə qəbul edilir.
III. Bu maddənin I
hissəsinə Konstitusiya qanunu ilə əlavələr edilə bilər.
I. Azərbaycan Respublikası
Milli Məclisinin səlahiyyətinə aşağıdakı məsələlərin həlli aiddir:
1) Azərbaycan Respublikası
Milli Məclisinin işinin təşkili;
2) Azərbaycan Respublikası
Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin
təsis edilməsi;
3) inzibati ərazi bölgüsü;
4) dövlətlərarası və
Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan
hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi;
5) Azərbaycan Respublikası
Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası dövlət büdcəsinin
təsdiq edilməsi və onun icrasına nəzarət;
6) Azərbaycan Respublikası
Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə
müvəkkilinin seçilməsi;
7) Azərbaycan Respublikası
Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının hərbi doktrinasının
təsdiqi;
8) bu Konstitusiyada
nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Prezidentinin fərmanlarının
təsdiqi;
9) Azərbaycan Respublikası
Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Baş nazirinin
vəzifəyə təyin edilməsinə razılıq verilməsi;
10) Azərbaycan Respublikası
Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası
apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi;
11) Azərbaycan
Respublikasının Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Baş
prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
12) Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin təqdimatına əsasən Azərbaycan Respublikası
Prezidentinin impiçment qaydasında vəzifədən kənarlaşdırılması;
13) Azərbaycan Respublikası
Prezidentinin təqdimatına əsasən hakimlərin vəzifədən kənarlaşdırılması;
14) Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi;
15) Azərbaycan Respublikası
Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı
İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
16) Azərbaycan Respublikası
Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq
verilməsi;
17) Azərbaycan Respublikası
Prezidentinin müraciətinə əsasən müharibə elan edilməsinə və sülh bağlanmasına
razılıq verilməsi;
18) referendum təyin
edilməsi;
19) amnistiya.
20) bələdiyyələrin
hesabatlarının dinlənilməsi.
II. Bu maddənin 1-5-ci
bəndlərində göstərilən məsələlərə dair 63 səs çoxluğu ilə qanunlar, qalan
məsələlərə dair isə, bu Konstitusiyada başqa qayda nəzərdə tutulmayıbsa, eyni
qaydada qərarlar qəbul edilir.
III. Bu Konstitusiyada
Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aid edilən digər
məsələlərə, Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili ilə
əlaqədar məsələlərə, Azərbaycan Respublikası Milli Məclisinin münasibətinin
bildirilməsi zəruri olan məsələlərə dair də qərarlar qəbul edilir.
IV. Bu maddənin I hissəsinə
Konstitusiya qanunu ilə əlavələr edilə bilər.KQ1
I. Azərbaycan
Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun
layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin
müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin
deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan
Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının seçki hüququ
olan 40 min vətəndaşına, Azərbaycan Respublikasının Prokurorluğuna və
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur.
II. Azərbaycan Respublikası
Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan
Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan
Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin
müzakirəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş
şəkildə çıxarılır və səsə qoyulur.
III. Belə qanun və ya qərar
layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən subyektin
razılığı ilə edilə bilər.
IV. Qanunvericilik
təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan
Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan
40 min vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun və ya Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Respublikası Milli Məclisinə
təqdim etdiyi qanun və ya qərar layihələri iki ay ərzində səsə qoyulur.
V. Qanun və ya qərar
layihəsini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının
Ali Məhkəməsi, Azərbaycan Respublikasının Prokurorluğu və ya Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi təcili elan edibsə, bu müddət 20 gün təşkil edir.
VI. Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının
qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən
edilir.
VII. Qanun və qərar
layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri
göstərilməlidir.
I. Qanunlar qəbul edildiyi
gündən 14 gün müddətində Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq
üçün təqdim edilir.
II. Təcili elan olunan
qanun layihəsi Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün qəbul
edildiyi gündən 24 saat ərzində təqdim edilir.
Qanunun və Azərbaycan
Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə
tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir.
Maddə 981. Azərbaycan Respublikası Milli Məclisinin buraxılması[45]
I. Azərbaycan Respublikası Milli Məclisinin eyni
çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan
Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri
olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən
iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin
etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı
maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən
vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə,
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli
Məclisini buraxır.
II.
Növbədənkənar seçkilərdə seçilən Azərbaycan Respublikası Milli Məclisinin
çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Azərbaycan
Respublikasının Milli Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə
seçilən Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət
müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.
VI fəsil
İcra hakİmİyyətİ
Azərbaycan Respublikasında
icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur.
Yaşı otuz beşdən aşağı
olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan,
seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə
məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli,
ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan
Respublikasının Prezidenti seçilə bilər.KM2
I. Azərbaycan
Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında,
sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7
il müddətinə seçilir. Azərbaycan
Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti
seçkilərini elan edə bilər.[46]
II. Azərbaycan
Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs
çoxluğu ilə seçilir.
III. Bu səs çoxluğu
səsvermənin birinci dövrəsində toplanmayıbsa, səsvermə günündən sonra ikinci
bazar günü səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə ancaq birinci
dövrədə ən çox səs toplamış iki namizəd, yaxud ən çox səs toplamış və öz
namizədliyini geri götürmüş namizədlərdən sonra gələn iki namizəd iştirak edir.
IV. Səsvermənin ikinci
dövrəsində səs çoxluğu toplayan namizəd Azərbaycan Respublikasının Prezidenti
seçilmiş sayılır.
V. Müharibə şəraitində
hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin
keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət
müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin
(referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.[47]
VI. Bu maddənin tətbiqi
qaydası qanunla müəyyən edilir.
Azərbaycan Respublikası
Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14
gün ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmən elan edir.
I. Azərbaycan
Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti
seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün
ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir:
“Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən
Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin
müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət
edəcəyimə and içirəm”.
II. And içdiyi gündən Azərbaycan
Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.
Maddə 1031. Azərbaycan Respublikasının vitse-prezidentləri[48]
I. Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti
tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.
II.
Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək
hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan
Azərbaycan Respublikası vətəndaşı təyin edilir.
I. Azərbaycan
Respublikasının Prezidenti istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərinin
icra etmək qabiliyyətini tamamilə itirdikdə, bu Konstitusiya ilə nəzərdə
tutulmuş hallarda və qaydada vəzifəsindən kənarlaşdırıldıqda vaxtından əvvəl
vəzifədən getmiş sayılır.
II. Azərbaycan
Respublikasının Prezidenti istefa verdikdə onun istefa ərizəsi Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə təqdim olunur. Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi istefa ərizəsini Azərbaycan Respublikası Prezidentinin özünün
verdiyinə əmin olduğu təqdirdə Azərbaycan Respublikası Prezidentinin
istefasının qəbul olunması haqqında qərar qəbul edir. Həmin andan Azərbaycan
Respublikasının Prezidenti istefa verdiyinə görə vəzifədən getmiş sayılır.
III. Azərbaycan
Respublikası Prezidentinin səhhətinə görə öz səlahiyyətlərini icra etmək
qabiliyyətini tamamilə itirdiyi barədə məlumat verildikdə Azərbaycan
Respublikasının Milli Məclisi bu faktın aydınlaşdırılması üçün Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edir. Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi bu barədə qərarı hakimlərin 6 səs çoxluğu
ilə qəbul edir. Əgər Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu faktı
təsdiq etməzsə, məsələ bununla bitmiş sayılır.
I. Azərbaycan
Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə 60 gün müddətində növbədənkənar
Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir. Bu halda Azərbaycan
Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan Respublikasının
Prezidenti səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti icra edir.[49]
II. Bu müddət ərzində
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti
istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini
tamamilə itirdikdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ardıcıllıqla Azərbaycan Respublikasının vitse-prezidenti
Birinci vitse-prezident statusu almış olur və Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərini icra edir.[50]
III. Bu
maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci
vitse-prezidentinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir.[51]
IV. Bu
maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş nazirinin icra
etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini
Azərbaycan Respublikası Milli Məclisinin sədri icra edir. Həmin səbəblərə görə
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası
Milli Məclisinin sədrinin icra etməsi mümkün olmadıqda, Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul
edir.[52]
Azərbaycan Respublikasının
Prezidenti toxunulmazlıq hüququna malikdir. Azərbaycan Respublikası
Prezidentinin şərəf və ləyaqəti qanunla qorunur.
Maddə 1061. Azərbaycan Respublikası vitse-prezidentlərinin toxunulmazlığı[53]
I. Səlahiyyət müddəti ərzində Azərbaycan
Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır.
II. Azərbaycan Respublikasının vitse-prezidenti
cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət
məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati
tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi
müayinə edilə bilməz.
III. Azərbaycan Respublikasının vitse-prezidenti
cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan orqan bu
barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.
IV.
Azərbaycan Respublikasının vitse-prezidentinin toxunulmazlığına yalnız
Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan
Respublikasının Prezidenti tərəfindən xitam verilə bilər.
I. Azərbaycan Respublikası
Prezidentinin vəzifədən kənarlaşdırılması təşəbbüsü Azərbaycan Respublikasının
Prezidenti ağır cinayət törətdikdə Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 gün
müddətində verilən rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi
qarşısında irəli sürülə bilər.
II. Azərbaycan Respublikası
Milli Məclisinin deputatlarının 95 səs çoxluğu ilə qəbul olunmuş qərar əsasında
Azərbaycan Respublikasının Prezidenti vəzifədən kənarlaşdırıla bilər. Bu qərarı
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri imzalayır. Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi həmin qərarın imzalanmasına bir həftə
ərzində tərəfdar çıxmazsa, qərar qüvvəyə minmir.
III. Azərbaycan
Respublikası Prezidentinin vəzifədən kənarlaşdırılması haqqında qərar Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Milli
Məclisinə müraciət etdiyi gündən başlayaraq 2 ay ərzində qəbul olunmalıdır. Bu
müddətə göstərilən qərar qəbul edilməsə, Azərbaycan Respublikasının
Prezidentinə qarşı irəli sürülmüş ittiham rədd edilmiş sayılır.
I. Azərbaycan
Respublikasının Prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir.
Azərbaycan Respublikası Prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi
mühafizə xidmətləri təmin edir.
II. Əvvəllər Azərbaycan
Respublikasının Prezidenti seçilmiş şəxsin təminatı qaydaları Konstitusiya
qanunu ilə müəyyən edilir.[54]
Maddə 1081. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin təminatı[55]
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti və onun ailəsi dövlət hesabına təmin
edilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və onun
ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir.
Azərbaycan Respublikasının
Prezidenti:
1) Azərbaycan
Respublikasının Milli Məclisinə seçkiləri təyin edir;
2) Azərbaycan
Respublikasının dövlət büdcəsini Azərbaycan Respublikası Milli Məclisinin
təsdiqinə təqdim edir;
3) dövlət iqtisadi və
sosial proqramlarını təsdiq edir;
4) Azərbaycan Respublikası
Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə
təyin edir; Azərbaycan Respublikasının Baş nazirini vəzifədən azad edir;
5) Azərbaycan Respublikası
Nazirlər Kabinetinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad edir; zəruri
hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına sədrlik edir;
6) Azərbaycan Respublikası
Nazirlər Kabinetinin istefası haqqında qərar qəbul edir;
7) Azərbaycan
Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş
xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır;
8) Azərbaycan Respublikası
Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar
və sərəncamlarını, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aktlarını
ləğv edir;
9) Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali
Məhkəməsi və Azərbaycan Respublikasının apellyasiya məhkəmələri hakimlərinin
vəzifəyə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə
təqdimatlar verir; Azərbaycan Respublikasının digər məhkəmələrinin hakimlərini
vəzifəyə təyin edir; Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan
Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad
edir;
10) Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti
üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Azərbaycan
Respublikasının Milli Məclisinə təqdimat verir, Azərbaycan Respublikası Mərkəzi
Bankı İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Mərkəzi
Bankının sədrini təyin edir;
11) Azərbaycan
Respublikasının hərbi doktrinasını Azərbaycan Respublikası Milli Məclisinin
təsdiqinə verir;
12) Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin ali komanda heyətini vəzifəyə təyin və vəzifədən azad
edir;
13) Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasını təşkil edir və onun rəhbərini təyin
edir;
14) Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi haqqında Azərbaycan
Respublikası Milli Məclisinə təqdimat verir;
15) Azərbaycan
Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik
nümayəndəliklərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Milli
Məclisinə təqdimat verir, Azərbaycan Respublikasının xarici ölkələrdə və
beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrini təyin edir və geri çağırır;
16) xarici dövlətlərin
diplomatik nümayəndələrinin etimadnamə və övdətnamələrini qəbul edir;
17) dövlətlərarası və hökumətlərarası
beynəlxalq müqavilələri bağlayır, dövlətlərarası və Azərbaycan
Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası
müqavilələri təsdiq və ləğv olunmaq üçün Azərbaycan Respublikasının Milli
Məclisinə təqdim edir; təsdiqnamələri imzalayır;
18) referendum təyin edir;
19) qanunları imzalayır və
dərc edir;
20) vətəndaşlıq
məsələlərini həll edir;
21) siyasi sığınacaq
verilməsi məsələlərini həll edir;
22) əfv edir;
23) dövlət təltifləri ilə
təltif edir;
24) ali hərbi və ali xüsusi
rütbələr verir;
25) ümumi və qismən
səfərbərlik elan edir, habelə səfərbərlik üzrə çağırılanları tərxis edir;
26) Azərbaycan Respublikası
vətəndaşlarının müddətli hərbi xidmətə çağırılması və müddətli hərbi xidmətdə
olan hərbi qulluqçuların ehtiyata buraxılması barədə qərarlar qəbul edir;
27) Azərbaycan
Respublikasının Təhlükəsizlik Şurasını yaradır;
28) Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb
edilməsinə razılıq verilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə
təqdimat verir;
29) fövqəladə və hərbi
vəziyyət elan edir;
30) Azərbaycan Respublikası
Milli Məclisinin razılığı ilə müharibə elan edir və sülh bağlayır;
31) Azərbaycan
Respublikasının dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş xərclər
çərçivəsində xüsusi mühafizə xidmətləri yaradır;
32) bu Konstitusiya ilə
Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının
səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir.
I. Azərbaycan
Respublikasının Prezidenti qanunları ona təqdim olunmuş gündən başlayaraq 56
gün ərzində imzalayır. Qanun Azərbaycan Respublikası Prezidentinin etirazını
doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət
ərzində Azərbaycan Respublikasının Milli Məclisinə qaytara bilər.
II. Konstitusiya qanunları
Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmazsa, qüvvəyə minmir.
Azərbaycan Respublikasının Milli Məclisi 83 səs çoxluğu ilə qəbul edilən qanunları
95 səs çoxluğu ilə, 63 səs çoxluğu ilə qəbul edilən qanunları isə 83 səs
çoxluğu ilə yenidən qəbul edirsə, belə qanunlar təkrar səsvermədən sonra
qüvvəyə minir.
Maddə 1101. Dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq
hüququnun verilməsi[57]
Azərbaycan
Respublikasının Prezidenti dövlətlərarası və hökumətlərarası beynəlxalq
müqavilələr bağlamaq hüququnu vitse-prezidentə, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin üzvlərinə və Azərbaycan Respublikası Prezidentinin müəyyən
etdiyi digər şəxslərə verə bilər.
Azərbaycan Respublikasının
Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal
olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə
elan etdikdə, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda,
Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə blokada üçün
real təhlükə olduqda Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı
yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat
müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir.
Azərbaycan Respublikasının
Prezidenti təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və
başqa qəzalar baş verdikdə, habelə Azərbaycan Respublikasının ərazi
bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə
yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar
yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının
normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə
Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir
və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası
Milli Məclisinin təsdiqinə verir.
I. Ümumi qaydalar müəyyən
etdikdə Azərbaycan Respublikasının Prezidenti fərmanlar, başqa məsələlər
barəsində isə sərəncamlar qəbul edir.
II. Azərbaycan Respublikası
Prezidentinin fərman və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa, onlar
dərc edildiyi gündən qüvvəyə minir.
I. Azərbaycan
Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili
məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır.
II. Azərbaycan
Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı
icra orqanıdır.
III. Azərbaycan
Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə tabedir
və onun qarşısında cavabdehdir.
IV. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin iş qaydasını Azərbaycan Respublikasının Prezidenti
müəyyənləşdirir.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının Baş naziri, onun
müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
daxildirlər.
Yeni seçilmiş Azərbaycan
Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə
başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan
Respublikası Prezidentinə istefa verir.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin iclaslarına, bir qayda olaraq, Azərbaycan Respublikasının
Baş naziri sədrlik edir.
I. Azərbaycan
Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı
ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir.
II. Azərbaycan
Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında təklifi Azərbaycan
Respublikasının Prezidenti onun öz vəzifələrinin icrasına başladığı gündən bir
ay və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən iki
həftə müddətindən gec olmayaraq Azərbaycan Respublikası Milli Məclisinin
müzakirəsinə təqdim edir.
III. Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə
namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir
həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Azərbaycan
Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan
Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına üç dəfə razılıq
verilməzsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının
Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan təyin
edə bilər.
Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
- Azərbaycan Respublikası
dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim edir;
- Azərbaycan Respublikası
dövlət büdcəsinin icrasını təmin edir;
- maliyyə-kredit və pul
siyasətinin həyata keçirilməsini təmin edir;
- dövlət iqtisadi
proqramlarının həyata keçirilməsini təmin edir;
- dövlət sosial təminat
proqramlarının həyata keçirilməsini təmin edir;
- nazirliklərə və digər
mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv
edir;
- Azərbaycan Respublikası
Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.
I. Ümumi qaydalar müəyyən
etdikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarlar, başqa məsələlər
üzrə sərəncamlar qəbul edir.
II. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərar və sərəncamlarında başqa qayda nəzərdə tutulmayıbsa,
onlar dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra
hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik
olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan
Respublikası vətəndaşı təyin edilir.[58]
Azərbaycan Respublikasının
Baş naziri, onun müavinləri, nazirlər, digər mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərləri heç bir başqa seçkili və ya təyinatlı vəzifə tuta
bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir
sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər,
vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı
vəsaitdən başqa məvacib ala bilməzlər.
I. Səlahiyyət müddəti
ərzində Azərbaycan Respublikası Baş nazirinin şəxsiyyəti toxunulmazdır.
II. Azərbaycan
Respublikasının Baş naziri, cinayət başında yaxalanma hallarından başqa tutula
bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə
qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala
bilməz, şəxsi müayinə edilə bilməz.
III. Azərbaycan
Respublikasının Baş naziri cinayət başında yaxalanarsa, tutula bilər. Belə
olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş
prokuroruna xəbər verməlidir.
IV. Azərbaycan Respublikası
Baş nazirinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun
təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən xitam
verilə bilər.
I. Yerlərdə icra
hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər.
II. İcra hakimiyyəti
başçılarını Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən
azad edir.
III. Yerli icra
hakimiyyətlərinin səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti
müəyyən edir.
VII fəsil
Məhkəmə
hakİmİyyətİ
I. Azərbaycan
Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız
məhkəmələr həyata keçirirlər.
II. Məhkəmə hakimiyyətini
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının
Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan
Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri
həyata keçirirlər.
III. Məhkəmə hakimiyyəti Konstitusiya,
mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər
vasitələr ilə həyata keçirilir.
IV. Cinayət məhkəmə
icraatında Azərbaycan Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak
edir.
V. Məhkəmə quruluşu və
məhkəmə icraatı qaydası qanunla müəyyən olunur.
VI. Məhkəmələrin
səlahiyyətlərinin dəyişdirilməsi məqsədi ilə müəyyən olunmamış hüquqi üsulların
tətbiq edilməsi və fövqəladə məhkəmələrin yaradılması qadağandır.
VII. Məhkəmə icraatı
həqiqətin müəyyən edilməsini təmin etməlidir.[59]
I. Seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və
hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası
vətəndaşları hakim ola bilərlər.[60]
II. Hakimlər heç bir başqa
seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq
fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli
fəaliyyətlə məşğul ola bilməzlər, siyasi fəaliyyətlə məşğul ola bilməz və
siyasi partiyalara üzv ola bilməzlər, vəzifə maaşından, habelə elmi, pedaqoji
və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.
I. Hakimlər müstəqildir,
yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və
səlahiyyətləri müddətində dəyişilməzdirlər.
II. Hakimlər işlərə
qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna
müvafiq baxırlar.
III. Hər hansı bir şəxs
tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə
icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi
yolverilməzdir.
IV. Ədalət mühakiməsi
vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata
keçirilir.
V. Bütün məhkəmələrdə
işlərin icraatı açıq aparılır.
İşə qapalı iclasda
baxılmasına yalnız o halda icazə verilir ki, məhkəmə açıq icraatın dövlət, peşə
və kommersiya sirrinin açılmasına səbəb olacağını güman edir, ya da
vətəndaşların şəxsi və ya ailə həyatının məxfiliyini qorumaq zərurətinin
mövcudluğunu müəyyən edir.
VI. Qanunda nəzərdə
tutulmuş hallar istisna olmaqla, cinayət işlərinin qiyabi məhkəmə icraatına yol
verilmir.
VII. Məhkəmə icraatı
çəkişmə prinsipi əsasında həyata keçirilir.
VIII. Məhkəmə icraatının
istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
IX. Ədalət mühakiməsi
təqsirsizlik prezumpsiyasına əsaslanır.
X. Azərbaycan
Respublikasında məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya
müvafiq yerin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır. İşin
iştirakçısı olub məhkəmə icraatının aparıldığı dili bilməyən şəxslərin işin
materialları ilə tam tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsi ilə iştirak
etmək və məhkəmədə ana dilində çıxış etmək hüququ təmin edilir.
I. Hakimlər
toxunulmazdırlar.
II. Hakim cinayət
məsuliyyətinə yalnız qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilər.
III. Hakimlərin səlahiyyətlərinə
yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə xitam
verilə bilər.
IV. Hakimlərin vəzifədən
kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan Respublikası Ali Məhkəməsinin rəyi
əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürə bilər.
Müvafiq rəyi Azərbaycan Respublikasının Ali Məhkəməsi Azərbaycan Respublikası
Prezidentinin sorğusundan sonra 30 gün müddətində təqdim etməlidir.
V. Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi və Azərbaycan
Respublikasının apellyasiya məhkəmələri hakimlərinin işdən kənarlaşdırılması
haqqında qərar Azərbaycan Respublikasının Milli Məclisində 83 səs çoxluğu ilə
qəbul edilir; başqa hakimlərin işdən kənarlaşdırılması haqqında qərar
Azərbaycan Respublikasının Milli Məclisində 63 səs çoxluğu ilə qəbul edilir.
I. Məhkəmənin
qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş
məsuliyyətə səbəb olur.
III. Məhkəmə qərarı qanuna
və sübutlara əsaslanmalıdır.
I. Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir.
II. Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin
təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.
III. Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan
Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin,
Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası
Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında
aşağıdakı məsələləri həll edir:
1) Azərbaycan Respublikası
qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının,
Azərbaycan Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının Azərbaycan Respublikası
Konstitusiyasına uyğunluğu;
2) Azərbaycan Respublikası
Prezidentinin fərmanlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
Azərbaycan Respublikası qanunlarına uyğunluğu;
3) Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına
uyğunluğu;
4) Azərbaycan Respublikası
Ali Məhkəməsinin qərarlarının qanunda nəzərdə tutulmuş hallarda Azərbaycan
Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu;
5) bələdiyyə aktlarının
Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası qanunlarına,
Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında həm də
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan
Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) uyğunluğu;
6) Azərbaycan
Respublikasının qüvvəyə minməmiş dövlətlərarası müqavilələrinin Azərbaycan
Respublikası Konstitusiyasına uyğunluğu; Azərbaycan Respublikasının
hökumətlərarası müqavilələrinin Azərbaycan Respublikası Konstitusiyasına və
qanunlarına uyğunluğu;
7) Naxçıvan Muxtar
Respublikası Konstitusiyasının, qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin qərarlarının və Nazirlər Kabinetinin qərarlarının Azərbaycan
Respublikası Konstitusiyasına uyğunluğu; Naxçıvan Muxtar Respublikası
qanunlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının
Azərbaycan Respublikası qanunlarına uyğunluğu; Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası Prezidentinin
fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına
uyğunluğu;
8) qanunvericilik, icra və
məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələr.
IV. Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin,
Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası
Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında
Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını şərh edir.
V. Hər kəs onun hüquq və
azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından,
bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin
III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının
bərpa edilməsi məqsədi ilə şikayət verə bilər.
VI. Azərbaycan
Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və
azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası
Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.
VII. Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə müvəkkili insan hüquq və azadlıqlarını
pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından,
bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin
III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verə bilər.
VIII. Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi bu Konstitusiyada nəzərdə tutulmuş digər
səlahiyyətləri də həyata keçirir.
IX. Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən
məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə
malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc
edilməlidir.[62]
X. Qanunlar və digər aktlar,
yaxud onların ayrı-ayrı müddəaları, Azərbaycan Respublikasının hökumətlərarası
müqavilələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında
müəyyən edilmiş müddətdə qüvvədən düşür, Azərbaycan Respublikasının
dövlətlərarası müqavilələri isə qüvvəyə minmir.
I. Azərbaycan
Respublikasının Ali Məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrin
icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır;
o, kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir; məhkəmələrin
praktikasına aid məsələlər üzrə izahatlar verir.
II. Azərbaycan Respublikası
Ali Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı
ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.
III. Azərbaycan
Respublikası Ali Məhkəməsinin qərarları dərc edilməlidir.[63]
I. Azərbaycan
Respublikasının apellyasiya məhkəmələri qanunla onların səlahiyyətlərinə aid
edilmiş işlər üzrə yuxarı instansiya məhkəmələridir.
II. Azərbaycan
Respublikasının apellyasiya məhkəmələrinin hakimlərini Azərbaycan Respublikası
Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin
edir.
I. Azərbaycan
Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların
icra və tətbiq olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş hallarda
cinayət işləri başlayır və istintaq aparır; məhkəmədə dövlət ittihamını müdafiə
edir; məhkəmədə iddia qaldırır; məhkəmə qərarlarından protest verir.
II. Azərbaycan Respublikasının
Prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikası
Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.
III. Azərbaycan
Respublikasının Baş prokurorunu Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və
vəzifədən azad edir.
IV. Azərbaycan Respublikası
Baş prokurorunun müavinlərini, respublika ixtisaslaşdırılmış prokurorluqlarına
rəhbərlik edən prokurorları, Naxçıvan Muxtar Respublikasının prokurorunu
Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı ilə Azərbaycan
Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
V. Ərazi və
ixtisaslaşdırılmış prokurorları Azərbaycan Respublikası Prezidentinin razılığı
ilə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəyə təyin və vəzifədən azad
edir.
VIII fəsil
Naxçıvan Muxtar
Respublİkası
I. Naxçıvan Muxtar
Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir.
II. Naxçıvan Muxtar
Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir.
III. Naxçıvan Muxtar
Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.
IV. Azərbaycan Respublikası
Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları və
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Naxçıvan Muxtar
Respublikasının ərazisində məcburidir.
V. Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin qəbul etdiyi Naxçıvan Muxtar Respublikasının
Konstitusiyası və qanunları müvafiq olaraq Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına; Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabinetinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikası Konstitusiyasına,
qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
VI. Naxçıvan Muxtar
Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının Milli Məclisinə
Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilir və Konstitusiya
qanunu ilə təsdiq edilir.
I. Naxçıvan Muxtar
Respublikasının qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının
Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri
həyata keçirir.
II. Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Konstitusiyası və
qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan
Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının
Konstitusiyası, qanunları və Azərbaycan Respublikası Prezidentinin fərmanları
ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində, Naxçıvan Muxtar
Respublikasının məhkəmələri isə Azərbaycan Respublikası Konstitusiyası və
qanunları ilə onların səlahiyyətlərinə aid edilən məsələlərin həllində
müstəqildirlər.
Naxçıvan Muxtar
Respublikasının ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədridir.
I. Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi 45 üzvdən ibarətdir.
II. Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin səlahiyyət müddəti 5 ildir.
III. Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrini
və onun müavinlərini seçir, daimi və digər komissiyalar təşkil edir.
I. Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi aşağıdakılara dair ümumi qaydalar müəyyən edir:
1) Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinə seçkilər;
2) vergilər;
3) Naxçıvan Muxtar
Respublikası iqtisadiyyatının inkişafı istiqamətləri;
4) sosial təminat;
5) ətraf mühitin qorunması;
6) turizm;
7) səhiyyə, elm,
mədəniyyət.
II. Bu maddədə göstərilən
məsələlərə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qanunlar qəbul
edir.
I. Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi aşağıdakı məsələləri həll edir:
1) Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin işinin təşkili;
2) Naxçıvan Muxtar
Respublikasının büdcəsinin təsdiqi;
3) Naxçıvan Muxtar
Respublikasının iqtisadi və sosial proqramlarının təsdiqi;
4) Naxçıvan Muxtar
Respublikası Baş nazirinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
5) Naxçıvan Muxtar
Respublikasının Nazirlər Kabineti tərkibinin təsdiqi;
6) Naxçıvan Muxtar
Respublikasının Nazirlər Kabinetinə etimad.
II. Bu maddədə göstərilən
məsələlərə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərarlar qəbul
edir.
I. Naxçıvan Muxtar
Respublikasının Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş
nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.
II. Naxçıvan Muxtar
Respublikasının Baş nazirini Azərbaycan Respublikası Prezidentinin təqdimatına
əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir.
III. Naxçıvan Muxtar
Respublikasının Nazirlər Kabineti:
- muxtar respublika
büdcəsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə
təqdim edir;
- muxtar respublikanın
büdcəsini icra edir;
- muxtar respublikanın
iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;
- muxtar respublikanın
sosial proqramlarının həyata keçirilməsini təmin edir;
- Azərbaycan Respublikası
Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.
IV. Naxçıvan Muxtar
Respublikasının Nazirlər Kabineti qərar və sərəncamlar qəbul edir.
Naxçıvan Muxtar
Respublikasında yerli icra hakimiyyətlərinin başçılarını Naxçıvan Muxtar
Respublikası Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının
Prezidenti təyin edir.
IX fəsil
Bələdİyyələr
I. Yerli özünüidarəni
bələdiyyələr həyata keçirir.
II. Bələdiyyələr seçkilər
əsasında yaradılır.
III. Bələdiyyələrin
statusunun əsasları bu Konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları isə
qanunla müəyyən edilir.
I. Bələdiyyə öz
fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir.
II. Bələdiyyənin iclaslarını
bələdiyyənin sədri çağırır.
I. Bələdiyyələrin
iclaslarında aşağıdakı məsələlər həll edilir:
1) bələdiyyə üzvlərinin
səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların
səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;
2) bələdiyyənin
reqlamentinin təsdiq edilməsi;
3) bələdiyyənin sədrinin və
onun müavinlərinin, daimi və başqa komissiyaların seçilməsi;
4) yerli vergilərin və
ödənişlərin müəyyən edilməsi;
5) yerli büdcənin və onun
icrası haqqında hesabatların təsdiq edilməsi;
6) bələdiyyə mülkiyyətinə
sahiblik, ondan istifadə və onun barəsində sərəncam;
7) yerli sosial müdafiə və
sosial inkişaf proqramlarının qəbul və icra edilməsi;
8) yerli iqtisadi inkişaf
proqramlarının qəbul və icra edilməsi;
9) yerli ekoloji
proqramların qəbul və icra edilməsi.
II. Bələdiyyələrə
qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə
bilər. Bu səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri
maliyyə vəsaiti də ayrılmalıdır. Belə səlahiyyətlərin həyata keçirilməsinə
müvafiq olaraq qanunvericilik və icra hakimiyyətləri nəzarət edirlər.
I. Bələdiyyənin
iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir.
II. Bələdiyyənin qərarları
bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
III. Yerli vergilər və
ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə
qəbul edilir.
I. Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər,
bu isə bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında onların
məsuliyyətini istisna etmir. Bələdiyyə üzvlərinin seçilməsi, səlahiyyətlərinin
dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi, bələdiyyələrin vaxtından
əvvəl buraxılması halları və qaydası qanunla müəyyən edilir.
II. Bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi
Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz.
III. Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir.
IV. Qanunla müəyyən edilmiş
hallarda və qaydada bələdiyyələr öz fəaliyyətləri barəsində Azərbaycan
Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər.
V.
Bələdiyyələrin məhkəmə tərəfindən müdafiəsinə, dövlət orqanlarının qərarları
nəticəsində yaranan əlavə xərclərinin ödənilməsinə təminat verilir.
Maddə 1461. Bələdiyyələrin məsuliyyəti[65]
Bələdiyyələr,
bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd
hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş
ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət
daşıyırlar.
X fəsil
Qanunverİcİlİk
sİstemİ
I. Azərbaycan
Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi
qüvvəyə malikdir.
II. Azərbaycan
Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.
III. Azərbaycan
Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik
sisteminin əsasıdır.
I. Qanunvericilik sistemi
aşağıdakı normativ hüquqi aktlardan ibarətdir:
1) Konstitusiya;
2) referendumla qəbul
edilmiş aktlar;
3) qanunlar;
4) fərmanlar;
5) Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarları;
6) mərkəzi icra hakimiyyəti
orqanlarının normativ aktları.
II. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan
Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir.
III. Naxçıvan Muxtar
Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və
qanunları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları hüquqi
qüvvəyə malikdir.
IV. Naxçıvan Muxtar
Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikasının
qanunvericilik sisteminə uyğun olmalıdır.
V. Öz səlahiyyətləri
daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan
aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər.
I. Normativ hüquqi aktlar
hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.
II. Referendumla qəbul
olunmuş aktlar yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar,
qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr
üçün məcburidir.
III. Qanunlar Konstitusiyaya
zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün
vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və
bələdiyyələr üçün məcburidir.
IV. Azərbaycan Respublikası
Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası
bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.
V. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına,
qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd
olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc
edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra
hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.
VI. Mərkəzi icra
hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına,
qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
VII. Fiziki və hüquqi
şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran
və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.
Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
VIII. Normativ hüquqi
aktlar dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına
(ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına
(ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi
aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir.[66]
I. Bələdiyyələrin qəbul
etdikləri aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə)
əsaslanmalı, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına,
Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına, Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabinetinin qərarlarına) zidd olmamalıdır.
II. Bələdiyyələrin qəbul
etdiyi aktın icrası onun ərazisində yaşayan vətəndaşlar və onun ərazisində
yerləşən hüquqi şəxslər üçün məcburidir.
Azərbaycan Respublikasının
qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan
Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna
olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr
arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
XI fəsil
Azərbaycan
Respublİkasının Konstİtusİyasında dəyİşİklİklər
Azərbaycan Respublikası
Konstitusiyasının mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər.
Azərbaycan Respublikası
Konstitusiyasının mətnində dəyişiklikləri Azərbaycan Respublikasının Milli
Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti təklif etdikdə, təklif
olunan dəyişikliklərə dair əvvəlcədən Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin rəyi alınır.
Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi referendumla qəbul olunmuş Azərbaycan Respublikası
Konstitusiyasının mətnində dəyişikliklərə dair qərar qəbul edə bilməz.
Bu Konstitusiyanın 1-ci,
2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər və ya onların ləğv
edilməsi haqqında, III fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və
azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə
məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz.
XII fəsil
Azərbaycan
Respublİkasının Konstİtusİyasına əlavələr
I. Azərbaycan Respublikası
Konstitusiyasına əlavələr Azərbaycan Respublikasının Milli Məclisində 95 səs
çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir.
II. Azərbaycan
Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları
Azərbaycan Respublikasının Milli Məclisində iki dəfə səsə qoyulur. İkinci
səsvermə birinci səsvermədən 6 ay sonra keçirilir.
III. Azərbaycan
Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları həm
birinci, həm də ikinci səsvermədən sonra bu Konstitusiyada qanunlar üçün
nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Prezidentinə imzalanmaq üçün
təqdim olunur.
IV. Azərbaycan
Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları
Azərbaycan Respublikasının Prezidenti tərəfindən ikinci səsvermədən sonra
imzalandıqda qüvvəyə minir.
V. Konstitusiya qanunları Azərbaycan
Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikası
Konstitusiyasının əsas mətninə zidd olmamalıdır.
Azərbaycan Respublikasının
Konstitusiyasına əlavələri Azərbaycan Respublikasının Prezidenti və ya
Azərbaycan Respublikası Milli Məclisinin azı 63 deputatı təklif edə bilərlər.
Bu Konstitusiyanın birinci
bölməsində əks etdirilmiş müddəalarla əlaqədar Azərbaycan Respublikası
Konstitusiyasına əlavələr təklif edilə bilməz.
Keçİd müddəaları
1. Azərbaycan
Respublikasının Konstitusiyası referendumla qəbul edildikdən sonra rəsmən dərc
olunduğu gündən qüvvəyə minir. Bu Konstitusiyanın qüvvəyə mindiyi gündən
1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan Respublikasının
Konstitusiyası (Əsas Qanunu) qüvvədən düşür.
2. Bu Konstitusiyanın
qüvvəyə minməsinə qədər seçilmiş Azərbaycan Respublikasının Prezidenti bu
Konstitusiya ilə Azərbaycan Respublikasının Prezidentinə aid edilmiş
səlahiyyətləri həyata keçirir.
3. Bu Konstitusiyanın
101-ci maddəsinin V hissəsi bu Konstitusiya qəbul edildikdən sonra seçilən
Azərbaycan Respublikası Prezidentinə şamil edilir.
4. Azərbaycan Respublikası
xalq deputatlarının və Azərbaycan Respublikası Ali Sovetinin yaratdığı Milli
Məclisin səlahiyyətləri yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin
ilk iclas günü başa çatır. Yeni seçilmiş Azərbaycan Respublikası Milli
Məclisinin ilk iclası Azərbaycan Respublikası Milli Məclisinin azı 83
deputatının seçildiyi gündən bir həftə sonra keçirilir. Azərbaycan Respublikası
Milli Məclisinin ilk sessiyası 1996-cı il mayın 31-dək davam edir.
1995-ci il avqustun 15-də
qəbul edilmiş “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında”
Azərbaycan Respublikası Qanununun 85-ci maddəsi bu Qanun əsasında seçilmiş
Azərbaycan Respublikası Milli Məclisinin birinci çağırışının səlahiyyətləri
bitənədək qüvvədədir.
5. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Konstitusiyanın qüvvəyə mindiyi gündən bu
Konstitusiyada müəyyən edilən səlahiyyətləri həyata keçirir.
6. Bu Konstitusiya qüvvəyə
mindiyi gündən Azərbaycan Respublikası yerli xalq Deputatları Sovetlərinin
səlahiyyətlərinə xitam verilir. Azərbaycan Respublikasının qanunvericiliyi
yerli xalq deputatları sovetlərinə aid edilmiş sәlahiyyәtlәri yerli icra
hakimiyyəti orqanları həyata keçirir.
7. Bu Konstitusiya qüvvəyə
mindikdən sonra iki il müddətində yerli özünüidarə haqqında qanun qəbul
edilməli və bələdiyyələrə seçkilər keçirilməlidir.
8. Bu Konstitusiyanın qəbul
edildiyi günədək Azərbaycan Respublikasının ərazisində qüvvədə olan qanunlar və
başqa normativ hüquqi aktlar bu Konstitusiyaya zidd olmayan hissədə öz
qüvvəsini saxlayır.
9. Bu Konstitusiya qüvvəyə
minənədək fəaliyyət göstərən Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsini
Konstitusiyada müəyyən edilən səlahiyyətlərə və prinsiplərə uyğun həyata
keçirir.
10. Bu Konstitusiya qüvvəyə
mindiyi gündən bir il ərzində hakimlərin statusu, məhkəmə quruluşu və məhkəmə
islahatı ilə əlaqədar Azərbaycan Respublikasının bu Konstitusiyaya uyğun olan
qanunvericiliyi qəbul edilməlidir və Azərbaycan Respublikası məhkəmələrinin
hakimləri yenidən təyin edilməlidir. Həmin qanunvericilik qəbul edilənədək
hakimlərin vəzifəyə təyin və vəzifədən azad edilməsi bu Konstitusiya qüvvəyə
minənədək qüvvədə olan qanunvericilik əsasında həyata keçirilir.
11. Bu Konstitusiya qüvvəyə
mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilməli və
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılmalıdır. Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi yaradılanadək bu Konstitusiyada nəzərdə
tutulmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətləri
həyata keçirilmir. Bu Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 7-ci
bəndində nəzərdə tutulmuş məsələni Azərbaycan Respublikasının Ali Məhkəməsi
həll edir.
12. Azərbaycan
Respublikasının Ali Arbitraj Məhkəməsi bu Konstitusiyanın qüvvəyə mindiyi
gündən Azərbaycan Respublikasının İqtisad Məhkəməsi adlanır və qüvvədə olan
qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri həyata keçirir.
12
noyabr 1995-ci il
№ 00.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
21 iyun 2002-ci il tarixli
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2002-ci
il, № 140)
2.
29 avqust 2002-ci il tarixli 99/372 nömrəli Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2002-ci
il, № 216)
3.
1 avqust 2003-cü il tarixli
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı (“Azərbaycan” qəzeti, 3 avqust 2002-ci il, № 176
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı 3/2003)
4.
21 iyun 2005-ci il tarixli
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı (“Azərbaycan” qəzeti, 22 oktyabr 2002-ci il, № 245
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı 1/2006)
5.
13 dekabr 2005-ci il tarixli 7-IIIKQD nömrəli
Azərbaycan Respublikası Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 15 dekabr 2005-ci il, № 290, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1078)
6.
24 dekabr 2008-ci il tarixli Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Qərarı (“Azərbaycan” qəzeti, 25 dekabr 2008-ci il, № 288)
7.
30 mart 2009-cu il tarixli 19/86
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum)
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 31 mart 2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu
il, № 3, maddə 158)
8.
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224)
KONSTİTUSİYAYA EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 29 avqust 2002-ci il
tarixli 99/372 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 19 iyun 2002-ci il, № 216) ilə 3-cü maddəyə yeni məzmunda III hissə əlavə edilmişdir.
[2]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə 9-cu maddənin I hissəsi yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
I. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin
etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır.
[3] 30 mart 2009-cu il
tarixli 19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum)
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 31 mart 2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2009-cu il, № 3, maddə 158) ilə
12-ci maddənin I hissəsinə "azadlıqlarının"
sözündən sonra ", Azərbaycan
Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin" sözləri
əlavə edilmişdir.
[4] 30 mart 2009-cu il tarixli 19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının
Qərarı (“Azərbaycan” qəzeti, 31 mart
2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu
il, № 3, maddə 158) ilə 15-ci maddənin II hissəsinə "əsasında" sözündən sonra "sosial yönümlü" sözləri əlavə edilmişdir.
[5] 30 mart 2009-cu il
tarixli 19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum)
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 31 mart 2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2009-cu il, № 3, maddə 158) ilə
17-ci maddə "Ailə, uşaqlar və dövlət"
adlandırılmışdır, maddəyə yeni məzmunda III, IV, V və VI hissələr əlavə
edilmişdir.
[6] 30 mart 2009-cu il
tarixli 19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum)
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 31 mart 2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2009-cu il, № 3, maddə 158) ilə
18-ci maddənin II hissəsində "dinlərin"
sözündən sonra "(dini cərəyanların)"
sözləri əlavə edilmişdir.
[7] 30 mart 2009-cu il
tarixli 19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum)
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 31 mart 2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2009-cu il, № 3, maddə 158) ilə
19-cu maddənin II hissəsində "Milli"
sözü "Mərkəzi" sözü ilə
əvəz edilmişdir.
[8]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə 24-cü maddədə I və II hissələr,
müvafiq olaraq, II və III hissələr hesab edilmişdir və həmin maddəyə yeni
məzmunda I hissə əlavə edilmişdir.
[9]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə 24-cü maddədə III hissəyə yeni
məzmunda ikinci cümlə əlavə edilmişdir.
[10] 30 mart 2009-cu il
tarixli 19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum)
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 31 mart 2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2009-cu il, № 3, maddə 158) ilə
25-ci maddəyə yeni məzmunda IV və V hissələr əlavə edilmişdir.
[11]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə 25-ci maddədə III hissənin
birinci cümləsində “milliyyətindən”
sözü “etnik mənsubiyyətindən”
sözləri ilə, ikinci cümləsində “milli”
sözü “etnik” sözü ilə əvəz
edilmişdir.
[12]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə 25-ci maddəyə yeni məzmunda VI
hissə əlavə edilmişdir.
[13] 30 mart 2009-cu il tarixli 19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının
Qərarı (“Azərbaycan” qəzeti, 31 mart
2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu
il, № 3, maddə 158) ilə 29-cu maddənin IV hissəsindən "və ya ictimai ehtiyaclar" sözləri çıxarılmışdır.
[14]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə 29-cu maddədə V hissə VII hissə
hesab edilmişdir və yeni məzmunda V və VI hissələr əlavə edilmişdir.
[15] 30 mart 2009-cu il tarixli
19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum)
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 31 mart 2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2009-cu il, № 3, maddə 158) ilə
32-ci maddədə II hissənin ikinci cümləsində "şəxsi həyata" sözləri "şəxsi və ailə həyatına" sözləri ilə əvəz edilmişdir,
həmin hissəyə yeni məzmunda cümlə əlavə edilmişdir, III hissəyə yeni məzmunda
cümlə əlavə edilmişdir və yeni məzmunda V hissə əlavə edilmişdir.
[16]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə 32-ci maddəyə yeni məzmunda VI,
VII və VIII hissələr əlavə edilmişdir.
[17]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə 36-cı maddədə II hissədən “və digər silahlı birləşmələrdə” sözləri
çıxarılmışdır.
[18]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə 36-cı maddəyə yeni məzmunda IV
hissə əlavə edilmişdir.
[19] 30 mart 2009-cu il
tarixli 19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum)
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 31 mart 2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2009-cu il, № 3, maddə 158) ilə
39-cu maddəyə yeni məzmunda III və IV hissələr əlavə edilmişdir.
[20]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə 47-ci maddənin III hissəsində “sosial” sözündən sonra “və hər hansı digər meyara əsaslanan”
sözləri əlavə edilmişdir.
[21] 30 mart 2009-cu il tarixli 19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının
Qərarı (“Azərbaycan” qəzeti, 31 mart
2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu
il, № 3, maddə 158) ilə 48-ci maddəyə yeni məzmunda V hissə əlavə
edilmişdir.
KM1 Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin II
hissəsi, 24-cü maddəsinin II hissəsi, 71-ci maddəsinin II hissəsi, 72-ci
maddəsinin II hissəsi, 155-ci maddəsi, «Azərbaycan Respublikasında İnsan hüquq
və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Konstitusiya
Qanununun 3-cü maddəsi və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi
haqqında Konvensiyanın 11-ci maddəsinin II hissəsinin müddəaları baxımından
Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulan
sərbəst toplaşmaq azadlığı hüququna demokratik cəmiyyətdə zəruri olan və
qanunla müəyyən edilmiş məhdudiyyətlər qoyula bilər. (“Azərbaycan” qəzeti, 22 oktyabr 2002-ci il, № 245 Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı 1/2006)
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə 49-cu maddənin II hissəsində “etməklə” sözündən sonra “, ictimai qaydanı və ya ictimai əxlaqı
pozmamaq şərtilə,” sözləri əlavə edilmişdir.
[22] 30 mart 2009-cu il
tarixli 19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum)
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 31 mart 2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2009-cu il, № 3, maddə 158) ilə
50-ci maddəyə yeni məzmunda III hissə əlavə edilmişdir.
[23]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə 53-cü maddənin I hissəsində “heç bir halda” sözləri çıxarılmışdır və
“vətəndaşlığından” sözündən sonra “(onun qanunla müəyyən edilmiş itirilmə
halları istisna olmaqla)” sözləri əlavə edilmişdir.
[24]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə 56-cı maddənin III hissəsində “seçkilərdə iştirak etmək” sözləri “seçilmək” sözü ilə əvəz edilmişdir.
[25]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə 57-ci maddənin I hissəsinə yeni
məzmunda ikinci cümlə əlavə edilmişdir.
[26]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə 58-ci maddənin IV hissəsinin
birinci cümləsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı
hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər
qadağandır.
[27]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə 59-cu maddənin mətni I hissə
hesab edilmişdir və həmin hissədən “qanunla
nəzərdə tutulmuş qaydada” sözləri çıxarılmışdır.
[28]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə 59-cu maddəyə yeni məzmunda II
hissə əlavə edilmişdir.
[29]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə 60-cı maddə yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
I. Hər kəsin hüquq və
azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
II. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar
ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və
hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.
[30] 30 mart 2009-cu il
tarixli 19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum)
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 31 mart 2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2009-cu il, № 3, maddə 158) ilə
67-ci maddənin adında "ittiham
edilənlərin" sözləri "təqsirləndirilən
şəxslərin" sözləri ilə, maddənin mətnində "ittiham etdiyi" sözləri "təqsirləndirdiyi" sözü ilə əvəz edilmişdir və maddənin mövcud
mətni I hissə hesab edilmişdir, maddəyə yeni məzmunda II hissə əlavə
edilmişdir.
[31]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə 68-ci maddənin adı yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Zərərin ödənilməsini tələb etmək hüququ
[32] 11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə 68-ci maddədə I və II hissələr,
müvafiq olaraq, II və III hissələr hesab edilmişdir.
[33]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə 68-ci maddəyə yeni məzmunda I və
IV hissələr əlavə edilmişdir.
[34] 30 mart 2009-cu il
tarixli 19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum)
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 31 mart 2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2009-cu il, № 3, maddə 158) ilə
71-ci maddədə II hissəyə yeni məzmunda cümlə əlavə edilmişdir və yeni məzmunda
IX və X hissələr əlavə edilmişdir.
[35]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə 71-ci maddənin II hissəsinə yeni
məzmunda üçüncü cümlə əlavə edilmişdir.
[36]
30 mart 2009-cu il tarixli 19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının
Qərarı (“Azərbaycan” qəzeti, 31 mart
2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu
il, № 3, maddə 158) ilə 72-ci maddənin I hissəsinə yeni məzmunda cümlə
əlavə edilmişdir.
[37] 30 mart 2009-cu il tarixli 19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının
Qərarı (“Azərbaycan” qəzeti, 31 mart
2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu
il, № 3, maddə 158) ilə 75-ci maddənin mövcud mətni I hissə hesab
edilmişdir, maddəyə yeni məzmunda II hissə əlavə edilmişdir.
[38]
30 mart 2009-cu il tarixli 19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının
Qərarı (“Azərbaycan” qəzeti, 31 mart
2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu
il, № 3, maddə 158) ilə 84-cü maddənin I hissəsinə yeni məzmunda cümlə
əlavə edilmişdir.
[39]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə 85-ci maddənin I hissəsində “yaşı 25-dən aşağı olmayan” sözləri “seçkilərdə iştirak etmək hüququna malik
olan” sözləri ilə əvəz edilmişdir.
[40]
30 mart 2009-cu il tarixli 19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının
Qərarı (“Azərbaycan” qəzeti, 31 mart
2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu
il, № 3, maddə 158) ilə 88-ci maddəyə yeni məzmunda IV hissə əlavə
edilmişdir.
[41]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə 89-cu maddənin I hissəsinin
birinci bəndinin 5-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilmişdir və həmin bəndə yeni məzmunda 6-cı və 7-ci
yarımbəndlər əlavə edilmişdir.
[42] 30 mart 2009-cu il tarixli 19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının
Qərarı (“Azərbaycan” qəzeti, 31 mart
2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu
il, № 3, maddə 158) ilə 92-ci maddədə "daimi
və başqa" sözləri "komitələr
və" sözləri ilə əvəz edilmişdir.
[43] 30 mart 2009-cu il
tarixli 19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum)
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 31 mart 2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2009-cu il, № 3, maddə 158) ilə
95-ci maddədə I hissənin 4-cü bəndinə "dövlətlərarası"
sözündən sonra "və Azərbaycan
Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan
hökumətlərarası" sözləri əlavə edilmişdir, 15-ci bənddə «Milli» sözü «Mərkəzi» sözü ilə əvəz edilmişdir və yeni məzmunda 20-ci bənd
əlavə edilmişdir.
KQ1 13 dekabr 2005-ci il tarixli 7-IIIKQD nömrəli
Azərbaycan Respublikası Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 15 dekabr 2005-ci il, № 290, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1078) ilə
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsi ilə həlli
Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə aid edilmiş məsələlərə
əlavə olaraq, Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin IV
hissəsinə əsasən, aşağıdakı məsələlərin həll edilməsi Azərbaycan Respublikası
Milli Məclisinin səlahiyyətinə aiddir:
1. Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının üzvlərinin təyin edilməsi;
2. Azərbaycan Respublikası Dövlət Qulluğunu
İdarəetmə Şurasının üzvlərinin bir qisminin seçilməsi;
3. Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı
Mübarizə üzrə Komissiyasının üzvlərinin bir qisminin seçilməsi;
4. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının
üzvlərinin bir qisminin seçilməsi;
5. İctimai Televiziya və Radio Yayımları qurumunun
Yayım Şurası üzvlərinin təyin edilməsi.
[44] 30 mart 2009-cu il
tarixli 19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum)
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 31 mart 2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2009-cu il, № 3, maddə 158) ilə
96-cı maddədə I hissəyə "Ali
Məhkəməsinə" sözlərindən sonra "Azərbaycan
Respublikasının seçki hüququ olan 40 min vətəndaşına," sözləri, II və
IV hissələrinə "Ali
Məhkəməsinin" sözlərindən sonra "Azərbaycan
Respublikasının seçki hüququ olan 40 min vətəndaşının," sözləri əlavə
edilmişdir, III hissədə "orqanın"
sözü "subyektin" sözü ilə
əvəz edilmişdir və yeni məzmunda VI və VII hissələr əlavə edilmişdir.
[45]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə yeni məzmunda 981-ci maddə əlavə
edilmişdir.
KM2 Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinin "...başqa
dövlətlər qarşısında öhdəliyi olmayan..." müddəasının hüquqi mənası
vətəndaşın xarici dövlətlərlə bağlılığına və onlardan asılılığına səbəb olan
münasibətlərin mövcudluğu ilə əlaqədar yaranan öhdəliklərinin olmamasını ehtiva
edir.
Belə öhdəliklər uzun müddət ərzində xaricdə
yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin
mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən
artıq tərk etməmək və s. kimi, habelə siyasi, hüquqi və bu cür digər öhdəliklər
də ola bilər. (“Azərbaycan” qəzeti, 3
avqust 2002-ci il, № 176, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Məlumatı 3/2003)
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə 100-cü maddədən “Yaşı otuz beşdən aşağı olmayan,” sözləri
çıxarılmışdır.
[46]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə 101-ci maddənin I hissəsində “
[47] 30 mart 2009-cu il tarixli 19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının
Qərarı (“Azərbaycan” qəzeti, 31 mart
2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu
il, № 3, maddə 158) ilə 101-ci maddənin V hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
V. Heç kəs iki dəfədən
artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz.
[48]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə yeni məzmunda 1031-ci maddə əlavə
edilmişdir.
[49]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə 105-ci maddədə I hissənin birinci
cümləsində “üç ay ərzində” sözləri “60 gün müddətində” sözləri ilə, ikinci
cümləsində “Baş naziri” sözləri “Birinci vitse-prezidenti” sözləri ilə
əvəz edilmişdir.
[50]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə 105-ci maddənin II hissəsində “Baş naziri” sözləri “Birinci vitse-prezidenti” sözləri ilə,
“səlahiyyətlərini Azərbaycan
Respublikası Milli Məclisinin sədri” sözləri “müəyyən etdiyi ardıcıllıqla Azərbaycan Respublikasının vitse-prezidenti
Birinci vitse-prezident statusu almış olur və Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərini” sözləri ilə əvəz edilmişdir.
[51]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə 105-ci maddənin III hissəsi yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
III. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli
Məclisi sədrinin icra etməsi mümkün olmadıqda Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin başqa vəzifəli
şəxs tərəfindən icrası haqqında qərar qəbul edir.
[52]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə 105-ci maddəyə yeni məzmunda IV
hissə əlavə edilmişdir.
[53]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə yeni məzmunda 1061-ci maddə əlavə
edilmişdir.
[54] 30 mart 2009-cu il
tarixli 19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum)
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 31 mart 2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2009-cu il, № 3, maddə 158) ilə
108-ci maddənin mövcud mətni I hissə hesab edilmişdir, maddəyə yeni məzmunda II
hissə əlavə edilmişdir.
[55]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə yeni məzmunda 1081-ci maddə əlavə
edilmişdir.
[56] 30 mart 2009-cu il
tarixli 19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum)
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 31 mart 2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2009-cu il, № 3, maddə 158) ilə
109-cu maddənin I hissəsində 10-cu bənddə "Milli"
sözü "Mərkəzi" sözü ilə
əvəz edilmişdir, bəndə yeni sözlər əlavə edilmişdir, 13-cü bənddə "İcra Aparatını" sözləri "Administrasiyasını" sözü ilə
əvəz edilmişdir və 17-ci bənddə "dövlətlərarası
beynəlxalq" sözləri "dövlətlərarası
və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan
hökumətlərarası" sözləri ilə əvəz edilmişdir.
[57]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan” qəzeti,
12 oktyabr 2016-cı il, № 224) ilə yeni məzmunda 1101-ci maddə əlavə edilmişdir.
[58]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə 121-ci maddənin mətni yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
I. Azərbaycan
Respublikasının Baş naziri vəzifəsinə yaşı 30-dan aşağı olmayan, seçkilərdə
iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlət qarşısında öhdəliyi
olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.
II. Azərbaycan Respublikası Baş nazirinin müavini, nazir, digər
mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə yaşı 25-dən aşağı
olmayan, seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlət
qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.
[59] 30 mart 2009-cu il tarixli 19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının
Qərarı (“Azərbaycan” qəzeti, 31 mart
2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu
il, № 3, maddə 158) ilə 125-ci maddəyə yeni məzmunda VII hissə əlavə edilmişdir.
[60]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının
Qərarı (“Azərbaycan” qəzeti, 12 oktyabr
2016-cı il, № 224) ilə 126-cı maddənin I hissəsində “Yaşı 30-dan aşağı olmayan, seçkilərdə” sözləri “Seçkilərdə” sözü ilə əvəz edilmişdir.
[61] 30 mart 2009-cu il
tarixli 19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum)
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 31 mart 2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2009-cu il, № 3, maddə 158) ilə
129-cu maddənin mövcud mətni I hissə hesab edilmişdir, maddəyə yeni məzmunda II
və III hissələr əlavə edilmişdir.
[62] 30 mart 2009-cu il tarixli 19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının
Qərarı (“Azərbaycan” qəzeti, 31 mart
2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu
il, № 3, maddə 158) ilə 130-cu maddənin IX hissəsinə yeni məzmunda cümlə
əlavə edilmişdir.
[63] 30 mart 2009-cu il tarixli 19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum) Komissiyasının
Qərarı (“Azərbaycan” qəzeti, 31 mart
2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu
il, № 3, maddə 158) ilə 131-ci maddəyə yeni məzmunda III hissə əlavə
edilmişdir.
[64] 30 mart 2009-cu il
tarixli 19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum)
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 31 mart 2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2009-cu il, № 3, maddə 158) ilə
146-cı maddənin mövcud mətni V hissə hesab edilmişdir, maddəyə yeni məzmunda I,
II, III və IV hissələr əlavə edilmişdir.
[65]
11 oktyabr 2016-cı il 20/83
nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 12 oktyabr 2016-cı il, № 224) ilə yeni məzmunda 1461-ci maddə əlavə
edilmişdir.
[66] 30 mart 2009-cu il
tarixli 19/86 nömrəli Azərbaycan Respublikası Mərkəzi Seçki (Referendum)
Komissiyasının Qərarı (“Azərbaycan”
qəzeti, 31 mart 2009-cu il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2009-cu il, № 3, maddə 158) ilə
149-cu maddəyə yeni məzmunda VIII hissə əlavə edilmişdir.