Su mühafizə zonalarının,
onların sahil mühafizə zolaqlarının,
ölçülərinin, sərhədlərinin və
istifadəsinin müəyyən edilməsi Qaydalarının
təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının
1997-ci il 26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş
Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
1998-ci il 13
mart tarixli, 685 nömrəli Fərmanına
əsasən Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. “Su mühafizə
zonalarının, onların sahil mühafizə
zolaqlarının ölçülərinin,
sərhədlərinin və istifadəsinin müəyyən
edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan SSR
kiçik çaylarının su mühafizə zolaqları
(zonaları) haqqında Əsasnamənin təsdiq edilməsi
barədə” Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il
17 yanvar tarixli, 22 nömrəli qərarı
qüvvədən düşmüş hesab edilsin.
3. Bu qərar
imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə
Bakı şəhəri, 24 mart 2000-ci il
¹ 56
|
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 24 mart tarixli, 56 nömrəli
qərarı ilə |
Su mühafizə zonalarının,
onların sahil mühafizə zolaqlarının
ölçülərinin, sərhədlərinin və
istifadəsinin müəyyən edilməsi
Qaydaları
1. Bu Qaydalar
Azərbaycan Respublikasının Su
Məcəlləsinə və “Azərbaycan
Respublikasının 1997-ci il 26 dekabr tarixli Qanunu ilə
təsdiq edilmiş Azərbaycan Respublikası Su
Məcəlləsinin tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13
mart tarixli, 685 nömrəli Fərmanına
əsasən hazırlanmışdır.
2. Su mühafizə
zonası su obyektinin akvatoriyasına bitişik,
üzərində təbii ehtiyatların istifadəsi,
mühafizəsi və digər təsərrüfat
fəaliyyətinin həyata keçirilməsi üzrə
xüsusi rejim müəyyən edilmiş ərazidir.
3. Su mühafizə
zonalarının hüdudlarında sahil mühafizə
zolaqları müəyyən edilir və onların
ərazisində təbiətdən istifadəyə
əlavə məhdudiyyətlər tətbiq edilir.
4. Su mühafizə
zonalarının ərazisində xüsusi rejimə
əməl edilməsi, su obyektlərinin hidroloji,
hidrokimyəvi, hidrobioloji, sanitar ekoloji vəziyyətinin
yaxşılaşdırılması və onların
sahilyanı ərazilərinin abadlaşdırılması
üzrə təbiəti mühafizə tədbirləri
kompleksinin tərkib hissəsidir.
5. Su mühafizə
zonalarının və sahil mühafizə zolaqlarının
ölçüləri, sərhədləri və
istifadəsi onların fiziki-coğrafi, torpaq, hidroloji və
sair şəraitindən asılı olaraq, su obyektlərinin
sahil xəttinin dəyişməsi proqnozu nəzərə
alınmaqla Azərbaycan
Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi və Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
və Azərbaycan Respublikasının Fövqəladə
Hallar Nazirliyi ilə razılaşdırılaraq
müəyyən edilir və Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən təsdiq edilir.[1]
6. Xəzər
dənizinin (gölünün) Azərbaycan Respublikasına
mənsub olan bölməsinin su mühafizə
zonasının, sahil mühafizə zolağının
ölçüləri, sərhədləri və
istifadəsi rejimi Azərbaycan Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin
və
Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyinin iştirakı ilə
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi
tərəfindən müəyyən edilir və Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
təsdiq edilir.[2]
7. Su mühafizə
zonalarının və sahil mühafizə zolaqlarının
ölçüləri müəyyən edilir:
çaylar və
göllər üzrə—yay dövründə orta illik su
səviyyəsi həddindən;
su anbarları
üzrə—suyun normal yığılma
səviyyəsindən;
Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsi üzrə—suyun maksimum səviyyəsi
həddindən;
bataqlıqlar
üzrə—onların sərhədlərindən.
Çayların
başlanğıcında yerləşən bataqlıqlar,
habelə su yığımı hövzələrində
yaranan digər bataqlıqlar üzrə su mühafizə
zonaları onlara bitişik ərazilərdə
müəyyən edilir.
8. Çayların
başlanğıcından uzunluğu boyu su mühafizə
zonalarının minimum eni onların ayrı-ayrı
hissələri üzrə aşağıdakı
hədlərdə qəbul edilir:
uzunluğu 10
km-dək olduqda—50 m;
uzunluğu 10
km-dən 50 km-dək olduqda—100 m;
uzunluğu 50
km-dən 100 km-dək olduqda—200 m;
uzunluğu 100
km-dən 200 km-dək olduqda—300 m;
uzunluğu 200
km-dən 500 km-dək olduqda—400 m;
uzunluğu 500
km-dən artıq olduqda—500 m.
9. Çayların
başlanğıcında su mühafizə zonasının
radiusu 50 metrdən az olmamaq şərti ilə qəbul edilir.
10. Göllərin
və su anbarlarının su mühafizə zonalarının
minimum eni aşağıdakı hədlərdə
götürülür:
akvatoriyasının
sahəsi 2 kv. km-dək olduqda—300 m;
akvatoriyasının
sahəsi 2 kv. km-dən artıq olduqda—500 m.
11. Çayın
başlanğıcında yerləşən bataqlıqlar
və su yığımı hövzələrində yaranan
digər bataqlıqlar üzrə su mühafizə zonalarının
ölçüləri göllərdə və su
anbarlarındakı kimi götürülür.
12. Magistral və
təsərrüfatlararası kanallar və kollektorlar boyu su
mühafizə zonalarının minimum eni onların su buraxma
qabiliyyətindən asılı olaraq aşağıdakı
hədlərdə qəbul edilir:
3 kbm/san-yə
qədər olduqda—5 m;
3—10 kbm/san olduqda—10 m;
10—30 kbm olduqda—25 m;
30—50 km/san olduqda—60 m;
50 kbm/san-dən
artıq olduqda—100 m.
13.
Şəhərlərin və digər yaşayış
yerlərinin ərazisində su mühafizə
zonalarının ölçüləri və
sərhədləri ərazi planlaşdırılması
sənədlərinə uyğun müəyyən edilir.[3]
14. Bağlı
kollektorlarla axıdılan çayların hissələri
üzrə su mühafizə zonaları müəyyən
edilmir.
15. Çaylar,
göllər, su anbarları və digər su obyektləri
üzrə sahil mühafizə zolaqlarının minimum eni
aşağıdakı ölçülərdə
müəyyən edilir:
|
Su obyektinə
bitişik kənd təsərrüfatı yerlərinin |
Su
obyektlərinə bitişik ərazilərin
yamaclarının mailliyindən asılı olaraq sahil
mühafizə zolaqlarının eni (metr) |
||
|
əks maillik
və maillik olmadıqda |
3
dərəcəyədək maillik olduqda |
3
dərəcədən artıq maillik olduqda |
|
|
Əkin |
25 |
50 |
80 |
|
Örüş, biçənək |
25 |
35 |
50 |
|
Meşə, kolluq |
35 |
40 |
80 |
16. Su
tutarlarının balıqçılıq
təsərrüfatı üçün xüsusi
əhəmiyyət kəsb edən hissələrində sahil
mühafizə zolaqlarının eni sahilyanı torpaqların
mailliyi və digər xüsusiyyətlərindən
asılı olmayaraq 100 metrdən az olmamaq şərti ilə
müəyyən edilir.
17. Su mühafizə
zonalarının və sahil mühafizə zolaqlarının
sərhədləri su mühafizə zonalarının
layihələrində dəqiqləşdirilir.
18. Su obyektlərinin
su mühafizə zonalarının və sahil mühafizə
zolaqlarının layihələşdirilməsi üzrə
sifarişçi funksiyaları, bu layihələrin
müəyyən olunmuş qaydada təsdiq edilməsi,
habelə su mühafizə zonalarının və sahil
mühafizə zolaqlarının sərhədlərinin
yerlərdə müvafiq su qoruyucu nişanlarla
müəyyənləşdirilməsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən
həyata keçirilir.[5]
19. Su mühafizə
zonalarının layihələşdirilməsi Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi və Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
və Azərbaycan Respublikasının Fövqəladə
Hallar Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyi tərəfindən
təsdiq edilmiş normativ-metodik sənədlərə
əsasən həyata keçirilir.[6]
20. Su mühafizə
zonalarının layihələri tərtib və təsdiq
edilənədək, Azərbaycan
Dövlət Su Ehtiyatları Agentliyi su mühafizə
zonalarının və sahil mühafizə zolaqlarının
minimal ölçülərini müəyyən edir, onlar
şəhərlərin və digər yaşayış
yerlərinin baş planlarına köçürülür.[7]
21. Su mühafizə
zonalarının, sahil mühafizə zolaqlarının
sərhədlərinin müəyyən edilməsi və
onların hüdudlarında istifadə rejiminin təyin
edilməsi barədə əhali müəyyən olunmuş
qaydada məlumatlandırılır.
22. Su mühafizə
zonalarında qadağan edilir:
aviasiya
vasitəsilə bitkilərin pestisidlərlə
tozlandırılması, bitki ziyanvericilərinə,
əstəliklərinə və alaq otlarına qarşı
kimyəvi mübarizə vasitələrindən istifadə
edilməsi, torpaqların gübrələnməsi
üçün peyin axarlarından istifadə edilməsi,
heyvandarlıq fermalarının, qəbiristanlıq və zibilxanaların
yerləşdirilməsi;
gübrə və
pestisidləri saxlamaq üçün anbarların və
pestisid aparatlarının doldurulması
meydançalarının yerləşdirilməsi;
neft məhsulları
anbarlarının, mexaniki emalatxanaların, avtomobillərə
və texnikalara texniki xidmət məntəqələrinin,
çirkab sularını, habelə avtomobillərin yuyulması
nəticəsində əmələ gələn çirkab
sularını toplamaq üçün qurğuların
tikilməsi və yerləşdirilməsi;
su mühafizə
zonalarının eni 100 metrdən az və su obyektlərinə
bitişik ərazilərinin yamaclarının mailliyinin 3
dərəcədən artıq olduqda bağ və bağ-bostan
sahələrinin salınması;
su obyektlərinin
istifadəsi və mühafizəsinə nəzarət
orqanı ilə razılaşdırılmış layihə
sənədləri olmadan faydalı qazıntıların,
boru, kabel və digər kommunikasiyaların
çəkilməsi, ictimai-iaşə və digər
xidmət müəssisələrinin yerləşdirilməsi,
tikinti,
quraşdırma,
partlayış, torpaq qazma, buruq
qazma və digər işlərinin aparılması;[8]
su mühafizə
zonalarının ərazisində yerləşən
meşələrdə aralıq istifadə üçün
qırmalara və su obyektlərinin mühafizəsini təmin
edən digər meşə təsərrüfatı
tədbirlərinin aparılmasına yol verilir.
23. Bu Qaydaların
22-ci bəndində göstərilən
məhdudiyyətlərə əlavə olaraq, sahil
mühafizə zolaqlarında qadağan edilir:
torpaqların
şumlanması və əkilməsi, meşələrin
qırılması, ağac və kolların
kökündən çıxarılması;
gübrələrdən
istifadə edilməsi;
mövsümü
stasionar çadırcıq şəhərciklərinin
salınması, dağ və dağ-bostan sahələrinin
yerləşdirilməsi, habelə xüsusi tikinti üçün
torpaq sahələrinin ayrılması;
avtomobil və
traktorların (xüsusi təyinatı avtomobillər istisna
olmaqla) hərəkəti;
Azərbaycan
Respublikasının Su
Məcəlləsi ilə nəzərdə tutulan
hallar istisna olmaqla digər fəaliyyət növləri.
Sahil mühafizə
zolaqlarında mövcud qanunvericiliyə uyğun olaraq su
təchizatı, istirahət, idman, balıqçılıq
və ovçuluq təsərrüfatı obyektlərinin,
habelə liman və hidrotexniki qurğuların
yerləşdirilməsinə yol verilir.
24. İçməli
su mənbəyi və balıqların kürütökmə
yerləri olan su obyektlərinin su mühafizə zonaları
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada xüsusi qorunan ərazi elan edilir.
25. Su mühafizə
zonalarının, sahil mühafizə zolaqlarının və
su mühafizə nişanlarının lazımi
vəziyyətdə saxlanması su
istifadəçilərinə həvalə edilir. Torpaq
mülkiyyətçiləri, istifadəçiləri və
icarəçiləri onların torpaq sahələrində
yerləşən su mühafizə zonaları və sahil
mühafizə zolaqları üçün müəyyən
edilmiş istifadə rejiminə riayət etməlidirlər.
26.
Mülkiyyətdə, istifadədə və icarədə olan
torpaq sahələrində su mühafizə zonalarının
müəyyən edilməsi həmin torpaqlar
üzərində mülkiyyət, istifadə və icarə
hüquqlarına xitam verilməsinə səbəb olmur,
habelə onlara dair əqdlərin bağlanmasına qadağan
qoymur.
27. Su mühafizə
zonaları və sahil mühafizə zolaqlarının
ərazisində istifadə rejiminin pozulmasında günahkar
şəxslər mövcud qanunvericiliyə uyğun
məsuliyyət daşıyırlar.
28. Bu Qayda
içməli su mənbələrinin sanitar mühafizə
zonaları barədə normativ aktlarını əvəz
etmir.
29. Su
obyektlərində içməli su mənbələrinin
sanitar mühafizə zonaları müəyyən
edilərkən, su mühafizə zonalarının minimal
ölçüləri və burada təsərrüfat
fəaliyyətinin rejimi sanitar qaydaları və normaları
ilə müəyyən edilir.
30.
Azərbaycan Respublikasının illik su
təsərrüfatı balansına dair, ölkənin
əsas su və su təsərrüfatı obyektlərində
su ehtiyatları barədə gündəlik məlumatlar, o
cümlədən su anbarlarının səviyyəsi,
həcmi, su anbarına daxil olan və çıxan su
həcmləri (strukturu göstərilməklə),
hidroqovşaqların qəbul etdiyi və
ötürdüyü su həcmləri (strukturu
göstərilməklə), çaylar üzrə,
məntəqələr və yerləşdiyi ərazilər
göstərilməklə, su sərfi, subartezian və artezian
quyularının istismarı barədə, su
ehtiyatlarının qiymətləndirilməsi,
inventarlaşdırılması və
modelləşdirilməsi ilə bağlı digər
məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13 fevral tarixli 1289 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Elektron su təsərrüfatı” informasiya sistemi
haqqında Əsasnamə”yə uyğun olaraq “Elektron su
təsərrüfatı” informasiya sisteminə daxil edilir.[9]
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 24 dekabr 2004-cü il tarixli 197 nömrəli
qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004-cü il, ¹ 12, maddə 1077)
2. 7 yanvar 2005-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2005-ci il, ¹ 1, maddə 49)
3. 29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2005-ci il, ¹ 6, maddə 558)
4. 8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 4, maddə 370)
5. 10 may 2012-ci il tarixli 98 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 12 may 2012-ci il, ¹ 103, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 05, maddə 472)
6. 12 iyun 2013-cü il tarixli 118 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 iyun
2013-cü il, ¹ 132; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 06, maddə 732)
7. 24 may 2021-ci il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 26
may 2021-ci il, ¹ 107, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, ¹ 5, maddə 527)
8. 28 dekabr 2024-cü il tarixli 546 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2024-cü il, “Xalq” qəzeti, 30 dekabr 2024-cü il, ¹ 290,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 12, II kitab, maddə 1451)
9. 1 aprel 2025-ci il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
2 aprel 2025-ci il,
“Xalq” qəzeti, 11
aprel 2025-ci il, ¹ 70,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
4, I kitab, maddə 384)
10. 2 oktyabr 2025-ci il tarixli 288 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
3 oktyabr 2025-ci il,
“Azərbaycan”
qəzeti, 4 oktyabr 2025-ci il, ¹ 213,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
10, maddə 966)
QƏRARA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 29 iyun 2005-ci il tarixli 122 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 6, maddə 558) ilə "Su mühafizə zonalarının,
onların sahil mühafizə zolaqlarının
ölçülərinin, sərhədlərinin və
istifadəsinin müəyyən edilməsi Qaydaları"nın
5-ci, 18-ci, 19-cu və 20-ci bəndlərində "Meliorasiya
və Su Təsərrüfatı Komitəsi"
sözləri "Kənd Təsərrüfatı Nazirliyi
yanında Dövlət Meliorasiya və Su
Təsərrüfatı Agentliyi" sözləri ilə
əvəz edilmişdir.
8 aprel 2006-cı il tarixli 100 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 4, maddə 370) ilə "Su mühafizə zonalarının,
onların sahil mühafizə
zolaqlarının ölçülərinin,
sərhədlərinin və istifadəsinin müəyyən
edilməsi Qaydaları"nın 5-ci, 18-ci, 19-cu və 20-ci
bəndlərində "Kənd Təsərrüfatı Nazirliyi yanında
Dövlət Meliorasiya və Su Təsərrüfatı
Agentliyi" sözləri
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz
edilmişdir.
7 yanvar 2005-ci il tarixli 5 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 1, maddə 49) ilə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2000-ci il 24 mart tarixli 56 nömrəli
qərarı ilə təsdiq edilmiş "Su Mühafizə
zonalarının, onların sahil Mühafizə
zolaqlarının ölçülərinin,
sərhədlərinin və istifadəsinin müəyyən
edilməsi Qaydaları"nın 5-ci, 6-cı və 19-cu
bəndlərində "Dövlət Ekologiya və
Təbiətdən İstifadəyə Nəzarət
Komitəsi" sözləri "Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
10 may 2012-ci il tarixli 98 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 may 2012-ci
il, ¹ 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2012-ci il, ¹ 05, maddə 472) ilə “Su mühafizə
zonalarının, onların sahil mühafizə
zolaqlarının ölçülərinin,
sərhədlərinin və istifadəsinin müəyyən
edilməsi Qaydaları”n 5-ci hissəsində “Nazirliyi” sözündən sonra “və Azərbaycan Respublikasının
Fövqəladə Hallar Nazirliyi” sözləri
əlavə edilmişdir.
1 aprel 2025-ci il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
2 aprel 2025-ci il,
“Xalq” qəzeti, 11
aprel 2025-ci il, ¹ 70,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
4, I kitab, maddə 384) ilə “Su mühafizə
zonalarının, onların sahil mühafizə
zolaqlarının ölçülərinin,
sərhədlərinin və istifadəsinin müəyyən
edilməsi Qaydaları”nın 5-ci
bəndində “Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı Açıq
Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi”
sözləri ilə əvəz edilmişdir, “və Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi”
sözləri çıxarılmışdır.
2 oktyabr 2025-ci il tarixli 288 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
3 oktyabr 2025-ci il,
“Azərbaycan”
qəzeti, 4 oktyabr 2025-ci il, ¹ 213,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
10, maddə 966) ilə “Su mühafizə zonalarının,
onların sahil mühafizə zolaqlarının
ölçülərinin, sərhədlərinin və
istifadəsinin müəyyən edilməsi Qaydaları”nın
5-ci, 6-cı və 19-cu hissələrinə ismin müvafiq
hallarında “Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi” sözlərindən sonra ismin müvafiq
hallarında “və Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi”
sözləri əlavə edilmişdir.
[2]
1 aprel 2025-ci il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
2 aprel 2025-ci il,
“Xalq” qəzeti, 11
aprel 2025-ci il, ¹ 70,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
4, I kitab, maddə 384) ilə “Su mühafizə
zonalarının, onların sahil mühafizə
zolaqlarının ölçülərinin,
sərhədlərinin və istifadəsinin müəyyən
edilməsi Qaydaları”nın 6-cı bəndində “Nazirliyi” sözü “Nazirliyinin iştirakı ilə
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi”
sözləri ilə əvəz edilmişdir.
[3]
12 iyun 2013-cü il tarixli 118 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 iyun
2013-cü il, ¹ 132; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 06, maddə 732) ilə
13-cü hissədə “konkret
planlaşdırma və tikinti şəraitindən
asılı olaraq təsdiq olunmuş baş planlara”
sözləri “ərazi
planlaşdırılması sənədlərinə”
sözləri ilə əvəz edilmişdir.
[4]
28 dekabr 2024-cü il tarixli 546 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 28 dekabr
2024-cü il, “Xalq” qəzeti, 30 dekabr
2024-cü il, ¹ 290,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 12, II kitab, maddə 1451) ilə “Su mühafizə
zonalarının, onların sahil mühafizə
zolaqlarının ölçülərinin,
sərhədlərinin və istifadəsinin müəyyən
edilməsi Qaydaları”nın 15-ci hissəsinin
cədvəlinin 1-ci sütunundan “(uqodiyaların)”
sözü çıxarılmışdır.
[5] 10 may 2012-ci il tarixli
98 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 may 2012-ci
il, ¹ 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2012-ci il, ¹ 05, maddə 472) ilə “Su mühafizə
zonalarının, onların sahil mühafizə
zolaqlarının ölçülərinin,
sərhədlərinin və istifadəsinin müəyyən
edilməsi Qaydaları”n 18-ci hissədə “müəyyənləşdirilməsi”
sözündən sonra “Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi və”
sözləri əlavə edilmişdir.
1 aprel 2025-ci il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
2 aprel 2025-ci il,
“Xalq” qəzeti, 11
aprel 2025-ci il, ¹ 70,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
4, I kitab, maddə 384) ilə “Su mühafizə
zonalarının, onların sahil mühafizə
zolaqlarının ölçülərinin,
sərhədlərinin və istifadəsinin müəyyən
edilməsi Qaydaları”nın 18-ci bəndində “Azərbaycan Respublikasının
Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Meliorasiya
və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyəti” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi”
sözləri ilə əvəz edilmişdir.
[6] 10 may 2012-ci il tarixli
98 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 may 2012-ci
il, ¹ 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2012-ci il, ¹ 05, maddə 472) ilə “Su mühafizə
zonalarının, onların sahil mühafizə
zolaqlarının ölçülərinin,
sərhədlərinin və istifadəsinin müəyyən
edilməsi Qaydaları”n 19-cu hissədə “Nazirliyi” sözündən sonra “və Azərbaycan Respublikasının
Fövqəladə Hallar Nazirliyi” sözləri
əlavə edilmişdir.
1 aprel 2025-ci il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
2 aprel 2025-ci il,
“Xalq” qəzeti, 11
aprel 2025-ci il, ¹ 70,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
4, I kitab, maddə 384) ilə “Su mühafizə
zonalarının, onların sahil mühafizə
zolaqlarının ölçülərinin,
sərhədlərinin və istifadəsinin müəyyən
edilməsi Qaydaları”nın 19-cu bəndindən “və Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi”
sözləri çıxarılmışdır, “Azərbaycan Meliorasiya və Su
Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyəti” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi”
sözləri ilə əvəz edilmişdir.
[7] 10 may 2012-ci il tarixli
98 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 may 2012-ci
il, ¹ 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2012-ci il, ¹ 05, maddə 472) ilə “Su mühafizə
zonalarının, onların sahil mühafizə
zolaqlarının ölçülərinin,
sərhədlərinin və istifadəsinin müəyyən
edilməsi Qaydaları”n 20-ci hissədə “Cəmiyyəti” sözündən sonra “və Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi”
sözləri əlavə edilmişdir.
12 iyun 2013-cü il tarixli 118
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti, 20 iyun 2013-cü il, ¹ 132; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 06,
maddə 732) ilə 20-ci hissədə “tikinti baş planlarına, torpaq istifadəsi
planlarına və digər plan-kartoqrafik materiallarına”
sözləri “baş
planlarına” sözləri ilə əvəz edilmişdir.
1 aprel 2025-ci il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
2 aprel 2025-ci il,
“Xalq” qəzeti, 11
aprel 2025-ci il, ¹ 70,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
4, I kitab, maddə 384) ilə “Su mühafizə
zonalarının, onların sahil mühafizə
zolaqlarının ölçülərinin,
sərhədlərinin və istifadəsinin müəyyən
edilməsi Qaydaları”nın 20-ci bəndində “Azərbaycan Meliorasiya və Su
Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyəti və Azərbaycan Respublikasının
Fövqəladə Hallar Nazirliyi” sözləri “Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilmişdir.
[8] Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2004-cü il tarixli
197 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 12,
maddə 1077) ilə "Su mühafizə
zonalarının, onların sahil mühafizə
zolaqlarının ölçülərinin,
sərhədlərinin və istifadəsinin
müəyyən edilməsi Qaydaları"nın 22-ci
bəndinin altıncı abzasında "tikinti,"
sözündən sonra "quraşdırma,"
sözü əlavə edilmişdir.
[9]
24 may 2021-ci il tarixli 148
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 26 may 2021-ci il, ¹ 107, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 5, maddə
527) ilə “Su mühafizə
zonalarının, onların sahil mühafizə
zolaqlarının ölçülərinin,
sərhədlərinin və istifadəsinin müəyyən
edilməsi Qaydaları”na yeni məzmunda 30-cu hissə
əlavə edilmişdir.