Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları
ifadə edir:
su təchizatı sistemi - suyu mənbədən götürən, təmizləyən və
istehlakçıya çatdıran bir və ya bir qrup qurğu, o cümlədən magistral
(ümumiləşdirilmiş) və paylayıcı (daxili) su kəmərləri (xətləri) şəbəkəsidir;
kanalizasiya sistemi - yaşayış məntəqəsində və ya sənaye
müəssisələrinin fəaliyyəti nəticəsində əmələ gələn tullantı sularını tullantı
təmizləyən məntəqəyə nəql etdirən şəbəkədir;
su təchizatı və kanalizasiya müəssisələri (su
təchizatı müəssisələri, kanalizasiya müəssisələri) - mülkiyyət və təşkilati-hüquqi formasından
asılı olmayaraq müəyyən ərazi (zona) hüdudlarında su təchizatının və tullantı
sularının axıdılmasını təmin edən hüquqi şəxsdir;
istehlakçı - su təchizatı və kanalizasiya müəssisəsinin
xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxsdir;
su təchizatı və tullantı sularının axıdılması
obyektləri (su təchizatı obyekti, tullantı sularının axıdılması obyekti,
obyekt) - daxili (paylayıcı)
su kəmərləri və kanalizasiya şəbəkəsi ümumi (magistral) su təchizatı və
kanalizasiya sistemlərinə qoşulmuş və ya qoşulmalı olan hər hansı müəssisə,
idarə, təşkilat, yaşayış binası, torpaq sahəsi, qurğu, binadır;
məişət (təsərrüfat)-içməli su - yaşayış məntəqəsində yaşayan əhalinin və
sənaye müəssisələri işçilərinin məişət (təsərrüfat) və içmək məqsədləri üçün
istifadə olunan sudur;
istehsalat məqsədli su - istehsalat, sənaye, texnoloji və başqa
texniki məqsədlər üçün istifadə etdiyi sudur;
tullantı suları - istehlakçıların istifadə edərək
çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş
sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz
maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və
kanalizasiya sisteminə atılan şərti təmiz sulardır;
su (kanalizasiya) müəssisəsinin nümayəndəsi - səlahiyyətləri bu Qanunun 49-cu və 50-ci
maddələrində nəzərdə tutulmuş vəzifəli şəxsdir;
yerli orqanlar - Azərbaycan Respublikasının Su Məcəlləsi, digər
qanunvericilik aktları və bu Qanunla su təchizatı sahəsində səlahiyyətləri
müəyyən edilmiş müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələrdir;
su təchizatı və kanalizasiya obyektinin
(obyektin) sahibləri - su
təchizatı və kanalizasiya obyektlərinin və ya su təchizatı və kanalizasiya
xidmətlərindən istifadə edən obyektlərin (müəssisələrin, qurğuların, binaların,
evlərin, mənzillərin) mülkiyyətçiləri, icarəçilərdir;
su təsərrüfatı pasportu – əhali qrupuna aid olan
istehlakçılar istisna olmaqla, su təchizatı və kanalizasiya obyektinin
fəaliyyət, istismar və texniki xüsusiyyətlərindən asılı olaraq istifadə
etdikləri (edəcəkləri) suyun, kanalizasiya sistemlərinə axıdılan (axıdılacaq)
tullantı sularının normativ həcmini və tərkibindəki çirkləndirici maddələrin
yol verilən qatılıq həddini müəyyənləşdirən texniki sənəddir; [2]
qoşulma nöqtəsi –
tikinti obyektinin su təchizatı və tullantı sularının axıdılması sistemlərinə
fiziki qoşulma yeri; [3]
fiziki qoşulma – sifarişçinin su təchizatı və
tullantı sularının axıdılması xidmətlərindən istifadəyə hazır vəziyyətə
gətirilməsi üçün çəkilmiş su və kanalizasiya xətlərinin su təchizatı və
kanalizasiya müəssisələrinin təyin etdiyi qoşulma nöqtəsinə birləşdirilməsi;
qoşulma müqaviləsi –
tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması
sistemlərinə qoşulması şərtlərini özündə əks etdirən sənəd;
qoşulma xidmətinə görə ödəniş – bu
Qanunun 24-1.3-cü və 38.3-cü maddələrində nəzərdə tutulmuş tikinti obyektləri
üçün layihələndirilməyə, tikinti-quraşdırma işlərinə və mövcud şəbəkəyə su
təchizatı və kanalizasiya müəssisələri tərəfindən fiziki qoşulmaya görə
(istifadə olunan mal-materiallara çəkilmiş xərclər də daxil olmaqla), bu
Qanunun 24-1.4-cü və 38.4-cü maddələrində nəzərdə tutulmuş tikinti obyektləri
üçün isə sifarişçinin seçimi ilə su təchizatı və kanalizasiya müəssisələri
tərəfindən texniki şərtlərə uyğun olaraq layihələndirilməyə, tikinti-quraşdırma
işləri və su təchizatı və kanalizasiya müəssisələri tərəfindən su təchizatı və
tullantı sularının axıdılması sistemlərinə fiziki qoşulmaya görə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğ;
tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması
sistemlərinə texnoloji qoşulması –
texniki şərtlərə uyğun olaraq tikinti obyektindən su təchizatı və tullantı
sularının axıdılması sistemlərinə qoşulma nöqtəsinədək yeni su təchizatı və
tullantı sularının axıdılması sistemlərinin layihələndirilməsi və inşası, əlavə
tələbatla bağlı layihə sənədlərinin hazırlanması və tikinti-quraşdırma
işlərinin görülməsi, tikinti obyektlərinin, su təchizatı və (və ya)
kanalizasiya qurğularının su təchizatı və tullantı sularının axıdılması
sistemlərinə fiziki qoşulması, yeni su kəmərləri və qurğularının yuyulması,
zərərsizləşdirilməsi və sifarişçi ilə su təchizatı və kanalizasiya müəssisələri
arasında qoşulma aktının tərtib edilməsi ilə bağlı göstərilən xidmət;
texniki şərtlər –
tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması
sistemlərinə qoşulması məqsədilə layihə sənədlərinin (bundan sonra – layihə
sənədləri) hazırlanmasına əsas verən, su təchizatının və kanalizasiya
xidmətlərinin təmin edilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks
etdirən texniki sənəd;
məişət abonenti –
yaşayış evlərində, mənzillərdə, o cümlədən Azərbaycan Respublikası Mənzil
Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı yaşayış
sahələrində, həmçinin bağlarda məişət ehtiyacları üçün su təchizatı və tullantı
sularının axıdılması xidmətlərindən istifadə edən fiziki şəxs.
Qanunun məqsədi istehlakçıların dövlət standartlarının tələblərinə cavab
verən keyfiyyətli və lazımi miqdarda su ilə təmin edilməsi, tullantı sularının
axıdılması sahəsində münasibətlərin tənzimlənməsidir. [4]
1. Su təchizatı və tullantı sularının axıdılması haqqında
qanunvericilik bu Qanundan, Azərbaycan Respublikasının Su Məcəlləsindən və
digər normativ hüquqi aktlardan ibarətdir.
2. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq hüquq normaları və ya Azərbaycan Respublikasının
beynəlxalq müqavilələri ilə ziddiyyət təqşkil edərsə, beynəlxalq hüququn və
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin müddəaları tətbiq olunur.
1. Fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ
hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından
istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək
və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına
malikdirlər.
2. Su təchizatı və kanalizasiya müəssisəsinin əldə etdiyi
su (təmizlədiyi tullantı suları) onun məhsulu hesab edilir və bu sudan məqsədli
istifadə olunur.
3. Hüquqi və fiziki şəxslər tərəfindən su təchizatı
müəssisələrindən alınan su həmin şəxslərin mülkiyyətidir və bu Qanunda nəzərdə
tutulan hallar istisna olunmaqla, bu sudan onlar tərəfindən istədikləri şəkildə
istifadə olunur.
1. Su təchizatı və kanalizasiya müəssisələri öz
vəzifələrini həyata keçirərkən aşağıdakı prinsiplərə əsaslanırlar:
a) su təchizatı, tullantı sularının axıdılması və tullantıların
atılması xidmətlərinin göstərilməsində öz xərcinin çıxarılması;
b) istehlakçıların müvafiq keyfiyyətli və lazımi miqdarda
su ilə, ilk növbədə içməli su ilə təmin olunması;
c) su ehtiyatlarından səmərəli istifadə olunması;
ç) tullantı suları və tullantıların təmizlənməsi və
atılmasının etibarlı sisteminin yaradılması.
2. Su təchizatı və kanalizasiya müəssisələri öz
hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin
1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi
haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə
bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər.
3. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[5]
Su təchizatı və kanalizasiya müəssisələri aşağıdakı
funksiyaları həyata keçirirlər:
a) nizamnamələrində nəzərdə tutulmuş qaydada və vəzifələrə
uyğun olaraq xidmətlər göstərirlər;
b) müəssisənin istifadəsinə verilmiş su ehtiyatlarını, su
təchizatı və kanalizasiya qurğularını idarə edirlər;
c) müvafiq icra hakimiyyəti orqanının su təchizatı və
kanalizasiya müəssisələrinin vəzifələrinə aid qərarlarını həyata keçirirlər.
1. Su təchizatı və tullantı sularının axıdılması
sistemlərinin layihələndirilməsi və tikilməsi, əhalinin, müəssisə, idarə və
təşkilatların məişət (təsərrüfat)-içməli, sənaye-texnoloji və digər məqsədlər
üçün su ilə təmin olunması, həmçinin tullantı sularının axıdılması, nəqli,
təmizlənməsi,tullantıların zərərsizləşdirilməsi və atılması prosesləri su
təchizatı və kanalizasiya təsərrüfatlarının yerləşdirilməsi və inkişafı
respublika və regional sxemlərinə müvafiq olaraq həyata keçirilir.
2. Respublika sxemləri müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyənləşdirilmiş qaydada Azərbaycan Respublikasının bütün ərazisi
üçün hazırlanır və təsdiq edilir.
3. Naxçıvan Muxtar Respublikasının regional sxemləri
Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən
hazırlanır və təsdiq edilir.
4. Şəhərlərin, rayonların regional sxemləri müvafiq
normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti
orqanları tərəfindən bələdiyyələrin iştirakı ilə hazırlanır və təsdiq edilir.
5. Şəhərlərin su təchizatı və kanalizasiya
sistemləri kompleksinin layihələndirilməsi zamanı “Ətraf mühitə təsirin
qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada strateji ekoloji qiymətləndirilmə aparılmalıdır.[6]
1. Mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya
sistemlərinin etibarlı fəaliyyətini və inkişafını təmin etmək, təbii
fəlakətlərin nəticələrini aradan qaldırmaq məqsədi ilə su təchizatı və
kanalizasiya müəssisələrinə dövlət yardımı göstərilə bilər.
2. Su təchizatı və kanalizasiya müəssisələri üçün nəzərdə
tutulmuş vəsaitdən səmərəsiz istifadə edildikdə, müvafiq icra hakimiyyəti
orqanının qərarına əsasən dövlət yardımı azaldıla bilər, vəsaitdən məqsədyönlü
istifadə olunmadıqda isə tamamilə dayandırıla bilər.
3. Dövlət yardımı dotasiya və kredit şəklində verilə bilər.
Dövlət yardımının konkret növü, şərtləri və həcmi müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
4. Əhalinin müəyyən kateqoriyalarına imtiyazlı xidmət
nəticəsində su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən çəkilmiş
xərclərin ödənilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
1. Bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı ölkə
ərazisinin su təchizatı və (və ya) tullantı sularının axıdılması zonalarına
bölünməsini təmin edir, o cümlədən bir və ya bir neçə zonada su təchizatına və
(və ya) tullantı sularının axıdılmasına cavabdeh olan müəssisələri təyin edir.
Müəyyən ərazidə su təchizatına və tullantı sularının axıdılmasına cavabdeh olan
su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə və müvafiq icra
hakimiyyəti orqanı ilə bağlanmış müqavilədə nəzərdə tutulan vəzifələri icra
edir və səlahiyyətləri həyata keçirir.
2. Müvafiq icra hakimiyyəti orqanı su təchizatı və
kanalizasiya müəssisəsinə müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş
qaydada və şərtlərlə, bələdiyyələrlə razılaşdırılmaqla, müəssisənin xidməti
zonasının hüdudlarından kənarda onun fəaliyyətini həyata keçirməyə səlahiyyət
verə bilər.
Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə nəzərdə
tutulmuş qaydada və şərtlərə əsasən bələdiyyələrlə razılaşdırmaqla
aşağıdakılara icazə verir:
a) müəyyən miqdarda yerüstü və yeraltı suyun qəbuluna;
b) tullantı sularının hər hansı yerüstü və yeraltı su
hövzələrinə axıdılmasına, həmçinin tullantıların (o cümlədən maye
tullantıların) daşınmasına, torpaqda və ya su hövzələrində basdırılmasına;
c) su bəndlərinin, su anbarlarının və digər hidrotexniki
qurğuların tikintisinə.
1. Bu maddədə fövqəladə hallar dedikdə böyük miqyaslı
qəzalar, təbii fəlakətlər nəzərdə tutulur ki, onlar aşağıdakı nəticələrə gətirə
bilər:
a) su təchizatı və tullantı suları axıdan qurğuların işinin
ciddi şəkildə pozulmasına;
b) əhalinin hamısının və ya əksər hissəsinin mənafeyinə
toxunan maddi zərər, dağıntı və insan tələfatına, yaxud fövqəladə ekoloji
böhrana.
2. Fövqəladə hallar baş verdiyi zaman müvafiq icra
hakimiyyəti orqanı müvafiq su təchizatı və kanalizasiya müəssisəsi, bələdiyyə
birgə fəaliyyət göstərirlər.
3. Müvafiq icra hakimiyyəti orqanı fövqəladə halların
nəticələrinin aradan qaldırılması ilə əlaqədar su təchizatı və kanalizasiya
müəssisələri tərəfindən çəkilmiş xərclərin ödənilməsi məqsədi ilə dövlət
vəsaiti ayırır.
Hər bir su təchizatı müəssisəsi öz zonası hüdudlarında
səmərəli və qənaətcil su təchizatı sistemini yaratmaq və saxlamaqla
aşağıdakıları təmin etməlidir:
a) məqsədlərindən asılı olaraq keyfiyyət normalarına və
müvafiq dövlət standartlarının tələblərinə cavab verən və lazımi miqdarda
istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilən miqdarda su ilə təmin olunmasını; [7]
b) su kəmərlərindən ətraf mühitə su sızmasının aradan
qaldırılmasını və belə halların baş verməsinin qarşısının alınmasını;
c) əsas vəsaitlərin lazımi qaydada saxlanılmasını və
onların təkmilləşdirilməsini, xidmətlərin genişləndirilməsini və
yaxşılaşdırılmasını, həmçinin su təchizatı sahəsində bu Qanuna müvafiq olaraq
digər vəzifələrin yerinə yetirilməsini.
Su təchizatı müəssisəsinin səlahiyyətli
nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə
gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı
fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası
Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.[8]
1. Su tәchizatı müəssisələri aşağıdakı hallarda özünün
xidməti zonasının konkret ərazisində məişət (təsərrüfat)-içməli su
ehtiyaclarının ödənilməsi üçün obyektləri lazımi miqdarda su ilə təmin etməli,
habelə su kəmərləri xətlərini quraşdırmalıdırlar:
a) müəssisənin xidməti zonasında yerləşən tələbatçıların
(istehlakçıların) sifarişini aldıqda;
b) su təchizatının yeni su kəmərləri xətləri vasitəsi ilə
təmin olunması nəzərdə tutulan obyektlər, binalar, o cümlədən tikilməkdə olan
və ya layihələşdirilən binalar mövcud olduqda;
c) həmin ərazidə obyektlərin su ilə təchizatından əvvəl
müvafiq normativ hüquqi aktlarla müəyyən edilən tələblərin yerinə yetirilməsini
və xidmət haqqının ödənilməsini nəzərdə tutan lazımi müqavilələr bağlandıqda.
2. Su təchizatı müəssisələri su kəmərlərinə ehtiyacları
olan istehlakçılardan su kəməri istifadəyə verildikdən sonra razılaşdırılmış
müddət ərzində ona çəkilən xərclərin ilbəil ödənilməsi haqqında öhdəliklər də
daxil olmaqla su kəmərinin tikintisi zamanı su təchizatı müəssisəsi üçün zəruri
olan zəmanətlərin (maliyyə və digər xarakterli) və ya başqa öhdəliklərin yerinə
yetirilməsi haqqında zəmanətlərin verilməsini qanunvericiliklə və ya müvafiq
müqavilələrlə nəzərdə tutulmuş qaydada tələb edə bilərlər. [9]
3. Yeni su kəmərlərinin tikintisi və onların istismara
verilməsinə aid bütün məsələlər üzrə müddətlər və şərtlər tərəflərin bağladığı
müqavilə ilə, belə müqavilə olmadığı hallarda isə qanunvericiliklə nəzərdə
tutulmuş qaydada müəyyənləşdirilir.
4. Su təchizatı müəssisələri obyektləri məişət (təsərrüfat)-içməli
məqsədlər üçün su ilə yuxarıda qeyd olunan tələblərin yerinə yetirildiyi
təqdirdə və ancaq bu maddədə nəzərdə tutulan obyektlərin təchizi hallarında
təmin etməyə borcludurlar.
5. İstehlakçı bu Qanunda nəzərdə tutulmuş haqları vaxtında
ödəmədikdə su təchizatı müəssisələri bu maddədə nəzərdə tutulmuş vəzifələrini
həyata keçirməkdən imtina edə bilərlər.
6. Məişət (təsərrüfat)-içməli məqsədlər üçün su ilə təmin
olunan istehlakçılar tərəfindən bu sudan müqavilədə göstərilməyən məqsədlər
üçün istifadə edilməsi və digər istehlakçılara belə istifadəyə icazə verilməsi
qadağan olunur.
1. Bu maddənin müddəaları o vaxt tətbiq oluna bilər ki,
obyektin sahibi tərəfindən su təchizatı müəssisəsinə obyektin su ilə təchizatı
barədə sifariş verilmiş olsun və:
a) obyekt tamamilə və ya əsasən qeyri-yaşayış binası olsun;
b) su təchizatı məişət (təsərrüfat)-içməli məqsədlər üçün
deyil, digər ehtiyacları ödəmək üçün nəzərdə tutulsun.
2. Su təchizatı müəssisəsi razılaşdırılmış müddətlərə və
şərtlərə uyğun olaraq bu maddənin şamil olunduğu hər hansı obyekti su ilə
təchiz etməyə borcludur.
3. Su təchizatı müəssisəsi aşağıdakı hallarda su ilə təchiz
etməkdən imtina edə bilər:
a) əgər yeni yaradılacaq su təchizatı sistemi, su təchizatı
müəssisəsinin digər istehlakçıları məişət (təsərrüfat)-içməli və başqa
məqsədlər üçün su ilə təminetmə sahəsində mövcud (sifarişin verildiyi vaxt) və
proqnoz öhdəlikləri nəzərə alınmaqla, həddən artıq əlavə məsrəflərə səbəb
olarsa;
b) əgər bu su təchizatı müəssisəsinin indiki və gələcək
məişət (təsərrüfat)-içməli məqsədli su istehlakçıları qarşısındakı
öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaradarsa;
c) əgər istehlakçının daxili su paylayıcı şəbəkəsinin
vəziyyəti su kəmərləri xətlərinin texniki istismarı üzrə normativ hüquqi
aktlara uyğun gəlmirsə.
4. Bu maddədə nəzərdə tutulan obyektlərin su ilə təchiz
olunması şərtləri və müddətləri tərəflərin bağladığı müqaviləyə əsasən, belə
müqavilə olmadıqda isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada
müəyyənləşdirilir.
1. Su təchizatı müəssisələri təqdim olunmuş sifarişlər
əsasında kanalizasiya, yaşıllaşdırma, yol təsərrüfatı müəssisələrini və yerli
orqanları (bələdiyyələri) ictimai ehtiyaclar üçün su ilə təchiz edirlər. Buna
kanalizasiya borularının və drenaj axarlarının təmizlənməsi, şose yollarının
yuyulması və isladılması, həmçinin böyük su sərfi tələb edən digər ictimai
məqsədlər üçün, o cümlədən parkların, hovuzların, hamamların, camaşırxanaların
və qızdırıcı sistemlərin su ilə təchizatı aid edilir.
2. Bu maddəyə əsasən su təchizatı müəssisələri tərəfindən
su təchizatı bütün maraqlı tərəflər üçün qarşılıqlı əlverişli və sərfəli hesab
olunan müqavilə şərtlərinə əsasən təmin edilir.
3. Bu maddəyə əsasən su təchizatı müəssisəsi müqavilədə
göstərilməyən hər hansı əlavə xərclərin və işlərin görülməsini nəzərdə tutan su
təchizatını həyata keçirməyə borclu deyil. Lakin tərəflərin razılığına əsasən
belə işlər sifarişçinin (tamamilə və ya qismən) hesabına su təchizatı
müəssisəsi tərəfindən aparıla bilər.
1. Müvafiq icra hakimiyyəti orqanı aşağıdakı hallarda su
təchizatı müəssisələrindən biri (bir neçəsi) tərəfindən digərinin
(digərlərinin) su ilə topdan təchiz edilməsinə dair qərar qəbul edə bilər:
a) suyun verilməsi nəticəsində su verən müəssisənin özünün
su təchizatında qıtlıq yaranmadıqda və həmin müəssisə maddi ziyan çəkmədikdə;
b) su təchizatı müəssisələri (tərəflər) arasında suyun
verilməsi barədə müvafiq müqavilənin bağlanması mümkün olmadıqda.
2. Bu maddəyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı
tərəfindən qəbul edilmiş qərarda, bu qərarla əlaqədar su təchizatı müəssisəsi
tərəfindən çəkilmiş xərclərin ödənilməsi nəzərdə tutulmalıdır.
1. Su təchizatı müəssisələri Azərbaycan Respublikasının Su
Məcəlləsi ilə nəzərdə tutulmuş sanitar mühafizə zonalarının yaradılması və
rejiminin həyata keçirilməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş
qaydada torpaq sahələri mülkiyyətçilərinin (istifadəçilərinin, icarəçilərinin),
həmçinin digər şəxslərin bu zonalarda fəaliyyətlərini qadağan etmək hüquqlarına
malikdirlər.
2. Su təchizatı müəssisəsi sanitar mühafizə zonası rejimini
mövcud tikinti normalarına və qaydalarına uyğun həyata keçirir.
1. Su təchizatı müəssisəsi məişət (təsərrüfat)-içməli
ehtiyacları üçün suyun keyfiyyətinə qoyulan tələblərin təmin olunması məqsədi
ilə aşağıdakı tədbirləri həyata keçirməlidir:
a) paylayıcı su kəmərləri şəbəkəsinə verilənə qədər suyun
keyfiyyətli olmasını təmin etmək;
b) verilən suyun keyfiyyətinin müvafiq dövlət
standartlarına uyğunluğuna nəzarət etmək;
c) suyun götürüldüyü yerdə onun keyfiyyətinə nəzarət etmək
və onun keyfiyyətinin müvafiq dövlət standartlarına uyğun gəlmədiyi hallarda
ondan istifadəyə imkan verməmək.
2. Su təchizatı müəssisələri məişət (təsərrüfat)-içməli
ehtiyacları üçün obyektləri su ilə təmin etməkdən ötrü bir və ya bir neçə
mənbədən götürülərək magistral kəmərlərə verilən suyun keyfiyyətinin
pisləşməsinin qarşısını almaq məqsədi ilə vaxtında təxirəsalınmaz tədbirlər
həyata keçirməlidirlər.
3. Su təchizatı müəssisələri, onların təqsiri üzündən baş
verən hadisələr istisna olunmaqla, magistral kəmərdən istehlakçının paylayıcı
şəbəkəsinə verildikdən sonra suyun keyfiyyətinin pisləşməsinə görə məsuliyyət
daşımırlar.
4. Su təchizatı müəssisəsinin təqsiri üzündən suyun
magistral kəmərdən istehlakçının paylayıcı sisteminə verilməsi anında onun
keyfiyyətinin pisləşməsi təhlükəsi olduqda, həmin müəssisə belə təhlükənin
aradan qaldırılması və ya onun minimuma endirilməsi üçün zəruri tədbirləri
həyata keçirməlidir.
1. Su təchizatı müəssisələri məişət (təsərrüfat)-içməli
məqsədli magistral və digər su kəmərlərində və ya onlara qoşulmuş yanğın
əleyhinə istifadə olunan çıxışlarda müəyyən edilmiş normativlərə uyğun minimum
sabit təzyiqi təmin etməlidirlər.
2. Bu maddəyə əsasən su təchizatı müəssisələri qəzaların
aradan qaldırılması və təmir-profilaktika işlərinin aparılması məqsədi ilə su
təchizatının dayandırılması və ya məhdudlaşdırılması zamanı su
təchizatının sabitliyinə cavabdehlik daşımırlar.
3. Müvafiq icra hakimiyyəti orqanının su təchizatının
təzyiqi və sabitliyinin əlavə olaraq daha yüksək səviyyədə saxlanılması
haqqında qərarında su təchizatı müəssisəsində bu qərarın yerinə yetirilməsi
üçün zəruri olan pul kompensasiyasının verilməsi nəzərdə tutulmalıdır.
1. Nəzərdə tutulmuş xərclər hesabına magistral su xətləri
ilə bu
Qanunun 12-ci maddəsinin “a” yarımbəndinə uyğun olaraq müəyyən edilən miqdarda və tələb olunan keyfiyyətdə suyun
verilməsi mümkün olmadıqda, su təchizatı müəssisəsi yerli orqanların
(bələdiyyələrin) müraciətinə əsasən və onların hesabına tərəflər arasında
razılaşdırılmış yerlərə, yaxud birbaşa obyektlərə suyun digər üsullarla
(sudaşıyan maşınların köməyi ilə və ya su üçün tutumların aparılması)
çatdırılmasını təmin edir. [10]
2. Bu maddənin 1-ci bəndinin müddəaları o vaxt tətbiq
edilir ki:
a) məişət (təsərrüfat)-içməli ehtiyacları üçün suyun
təchizatı keyfiyyətinin aşağı səviyyədə olması və ya suyun qıtlığı insanların
sağlamlığını və həyatlarını təhlükə altına alsın. Bu halda yerli orqanlar
(bələdiyyələr) bu barədə su təchizatı müəssisələrinə məlumat verir və öz
tələblərini irəli sürürlər ki, su təchizatı müəssisəsi bu tələblərin yerinə
yetirilməsi imkanlarını müəyyənləşdirə bilsin;
b) su təchizatı müəssisəsi alternativ vasitələrin köməyi
ilə bu bəndin “a” yarımbəndində qeyd olunan tələblərin yerinə yetirilməsi üçün
maliyyə və texniki ehtiyatlara malik olsun;
c) yerli orqanlar (bələdiyyələr) alternativ su təchizatı
dövründəki xərclərin müəyyən müddətdə ödənilməsi və kompensasiyanın müddətləri
barədə su təchizatı müəssisəsi ilə müqavilə bağlasın.
3. Əhalinin alternativ su təchizatı ilə əlaqədar,
mərkəzləşdirilmiş su təchizatının qiymətindən əlavə xərclər müvafiq büdcə
vəsaiti hesabına su təchizatı müəssisəsinə ödənilir.
Su təchizatı müəssisəsi su təchizatı zonası və ya onun bir
hissəsində su təchizatı sisteminin istismara verilməsi barədə yerli orqanlara
(bələdiyyələrə) rəsmi məlumat verir və mediada elan edir.[11]
Su təchizatı sistemlərinin yaradılmasına və ya tikintisinə
çəkilən xərclər su təchizatı müəssisəsi tərəfindən aşağıdakı mənbələrdən
ödənilə bilər:
a) su təchizatı obyektlərinin sahiblərinin ödəmələrindən;
b) su təchizatı müəssisəsinin ümumi gəlirlərindən və
fondlarından;
c) su təchizatı sisteminin inkişafı və əsaslı tikintisinə
sərf olunan xərclərin qismən ödənilməsi üçün ayrılan dövlət vəsaitindən və
digər ödəmələrdən.
1. Su təchizatı müəssisəsi öz su təchizatı zonasında
yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onun
tikinti obyektini aşağıdakı
şərtlərlə su təchizatı sisteminə qoşmalıdır: [12]
a) müraciət edən istehlakçı mövcud və ya tikilməsi
planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olsun;
b) qoşulma,
fiziki şəxs olan istehlakçılar istisna edilməklə digər istehlakçı qruplar üzrə
istehlakçının hesabına aparılsın.[13]
2. Müraciətlə əlaqədar su təchizatı müəssisəsi
aşağıdakıları tələb edə bilər:
a) su təchizatı sisteminə qoşulma üçün zəruri olan
məlumatların,
habelə su təsərrüfatı pasportunun
təqdim olunmasını; [14]
b) istehlakçı tərəfindən aparılan işlər zamanı qoşulmaya
dair müvafiq norma, qayda və tələblərə riayət olunmasını. [15]
3. Xidmətlər göstərilərkən su təchizatı müəssisəsi səbəbsiz
olaraq hər hansı istehlakçılar qrupuna və ya potensial istehlakçılara ayrı
seçkilik etməməlidir. Ayrı-ayrı istehlakçıya və ya istehlakçılar qrupuna ilkin
xidmətlərin göstərilməsinə qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə və qaydada
etiraz edilə bilər.
4. Tikinti obyektləri (o cümlədən yaşayış binalarının mənzilləri) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsinin tələbləri nəzərə alınmaqla, yalnız su təchizatı sisteminə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara icazənin alınması üçün təqdim edilir.[16]
5. Tikinti
obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması
qaydası,
habelə su təsərrüfatı pasportunun nümunəsi, tərtibi və razılaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən edilir.[17]
1. Su təchizatı müəssisələri öz xidməti zonası
hüdudlarındakı istehlakçılardan aşağıdakıları rəsmi qaydada tələb edə bilər:
a) su təchizatı sisteminə qanuni əsaslarla qoşulmalarını;
b) hər hansı qanunsuz və ya müəyyən olunmuş norma, qayda və
tələblərə uyğun gəlməyən qoşulmanın ləğv olunmasını;
c) su təchizatı xidmətlərinin göstərilməsi üçün zəruri
işlərin görülməsini. ;
d) su təsərrüfatı pasportunun tərtib
edilməsini.[18]
2. Tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektlərinin su
təchizatı sisteminə qoşulması məqsədilə müraciət Azərbaycan Respublikasının
Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq edilir. Digər hallarda
sifarişçilər su təchizatı sisteminə qoşulmaq üçün su təchizatı müəssisəsinə
bilavasitə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) vasitəsilə elektron qaydada müraciət edirlər.[19]
3. Su təchizatı müəssisəsi istehlakçılara onların su
təchizatı sisteminə birgə qoşulduğu barədə, qoşulmanın müddətini göstərməklə,
bildiriş göndərə bilər.
4. İstehlakçılar tərəfindən qoşulma üçün zəruri olan
işlərin nəzərdə tutulmuş müddətlərdə görülməsi haqqında su təchizatı
müəssisələrinin tələbləri yerinə yetirilmədikdə və ya qismən yerinə
yetirildikdə, su təchizatı müəssisələri bu işləri həmin istehlakçıların
hesabına apara bilərlər.
5. Su təchizatı müəssisələrinin qoşulmağa, o cümlədən
əvəzçilik qaydasında qoşulmağa çəkdiyi xərclər, belə qoşulma nəticəsində sudan
istifadə edən bütün istehlakçılar tərəfindən ödənilir.
6. Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə
alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma
icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin
80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə
olan tikinti obyektlərinin su təchizatı şəbəkəsinə qoşulması qadağandır.[20]
Maddə 24-1.
Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması[21]
24-1.1. Tikinti
obyektlərinin su təchizatı sisteminə qoşulması və ya əlavə tələbatla bağlı
qoşulma nöqtəsinin dəyişdirilməsi qoşulma müqaviləsi əsasında həyata keçirilir
və sifarişçiyə qoşulma müqaviləsinin tərkib hissəsi olan texniki şərt verilir.
24-1.2. Tikinti
obyektlərinin su təchizatı sisteminə qoşulmasına görə sifarişçi su təchizatı
müəssisəsinə qoşulma xidmətinə görə ödəniş həyata keçirir.
24-1.3. Məişət
abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər
olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək
tikinti obyektinin su təchizatı sisteminə qoşulması üçün sifarişçi tərəfindən
qoşulma xidmətinə görə ödəniş edildikdən sonra texniki şərtlərin, layihə
sənədlərinin hazırlanması və tikinti-quraşdırma işləri su təchizatı
müəssisələri tərəfindən həyata keçirilir.
24-1.4. Sutka
ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı olan mövcud və ya
inşa ediləcək tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması üçün
sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş həyata keçirilir və su
təchizatı sistemlərinin layihəsinin hazırlanması və tikinti obyektlərindən su
təchizatı sistemlərinə qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri
sifarişçinin seçdiyi podratçı, yaxud su təchizatı müəssisələri tərəfindən
sifarişçinin hesabına həyata keçirilir.
24-1.5. Su
təchizatı müəssisələri sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən
yaxın məsafədə onun tələbatına və şəhərsalma və tikintiyə dair normativ
sənədlərə uyğun su təchizatı sistemlərinin mənbəyini müəyyən etməli və texniki
şərtlər verməlidir.
1. Tikinti obyektlərinin sahibləri və ya yerli orqanlar
(bələdiyyələr) mövcud su təchizatı sisteminin genişləndirilməsi barədə su
təchizatı müəssisəsinə yazılı müraciət edə bilərlər. Sifarişçinin
tikinti obyektini su təchizatı sisteminə qoşmaq məqsədilə su təchizatı
sisteminin genişləndirilməsi ərazi planlaşdırılması sənədlərinə uyğun olaraq
qanunla qadağan edilməyən mənbələr (sifarişçinin vəsaiti istisna olmaqla)
hesabına maliyyələşdirilir. [22]
2. Məişət
abonentlərinin və sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər
olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən) mövcud və ya inşa ediləcək
tikinti obyektinin su təchizatı sisteminə qoşulması paylayıcı şəbəkə və
qurğulara qədər məsafə 30 (otuz) metrədək olduqda su təchizatı sisteminin
genişləndirilməsinə zərurət olub-olmamasından asılı olmayaraq 30 (otuz) gün
müddətində həyata keçirilir.[23]
3. Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən yuxarı
olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin su təchizatı sisteminə
qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 (otuz) metrədək olduqda
və su təchizatı sisteminin genişləndirilməsinə zərurət olmadıqda 30 (otuz) gün
müddətində həyata keçirilir. [24]
4. Bu maddənin 2-ci və 3-cü hissələrində göstərilən hallar istisna
olmaqla, mövcud və ya inşa ediləcək tikinti obyektinin su təchizatı sisteminə
qoşulması müddəti genişləndirmə işlərinin həcmi nəzərə alınmaqla, tikinti
obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması
qaydası ilə müəyyən olunur.
1. Su
təchizatı müəssisəsi aşağıdakı hallarda istehlakçının su təchizatını dayandıra
bilər:
istehlakçının müvafiq yazılı müraciəti (su
təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;
tikinti, təmir-profilaktika və qəza işlərinin
görülməsinə və su tutumlarının təmizlənməsinə ehtiyac yarandıqda;
su götürülən yerlərdə səth sularının bulanıqlıq
dərəcəsi artdıqda və ya su hövzəsində fövqəladə ekoloji böhran vəziyyəti
yarandıqda;
istehlakçının paylayıcı su kəmərləri şəbəkəsi, su
tutarları (su anbarları), qoşulmalar, siyirtmələr, kranlar müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab
vermədikdə;
su təchizatı müəssisəsinin istehlakçıya verdiyi
suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən
(göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə;
su təchizatı müəssisəsi ilə müvafiq müqavilə
bağlanmadıqda;
məişət (təsərrüfat) - içməli su ehtiyacları üçün
nəzərdə tutulmuş magistral su kəmərlərindəki sudan digər məqsədlərlə istifadə
olunduqda;
məhkəmənin qərarı ilə;[25]
dini ekstremizm əleyhinə xüsusi əməliyyat
aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə
xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.[26]
2. Su təchizatı müəssisəsi bu maddənin 1-ci bəndinin altıncı və yeddinci abzaslarına əsasən
su təchizatını dayandırdıqda və ya məhdudlaşdırdıqda o, istehlakçıdan su
təchizatının dayandırılması , məhdudlaşdırılması və bərpası ilə əlaqədar
xərclərin ödənilməsini tələb edə bilər.[27]
3. İstehlakçıya suyun
verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə
əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada
həyata keçirilir. Suyun dəyərini ödəməyən istehlakçıya suyun verilməsinin
dayandırılması, suyun dəyərini vaxtında ödəyən digər istehlakçıların
hüquqlarının pozulması ilə nəticələnməməlidir. [28]
4. Su təchizatı müəssisəsinin səlahiyyətli şəxsinin bu Qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.[29]
1. Zəruri işlərlə əlaqədar su təchizatının dayandırılması
hallarında su təchizatı müəssisəsi aşağıdakıları yerinə yetirməlidir:
a) qeyd olunan işlərin müəyyən edilmiş müddətlərdə yerinə
yetirilməsini təmin etmək;
b) müvafiq işlərin görülməsi üçün 24 saatdan artıq müddətə
obyektin məişət (təsərrüfat)-içməli su təchizatının dayandırılmasını yalnız
həmin obyektin qəza su təchizatının (müvəqqəti kəmərlər və ya digər üsullarla)
təmin ediləcəyi şərti ilə həyata keçirmək.
2. İstehlakçı tərəfindən, tarixi göstərilməklə su
təchizatından imtina etməsi barədə qabaqcadan məlumatın daxil olduğu halda, su
təchizatı müəssisəsi su təchizatını dayandırmalıdır.
Fövqəladə və dini
ekstremizm əleyhinə xüsusi əməliyyatın aparıldığı hallar və ya su
təchizatının cüzi dayandırılması halları istisna olunmaqla, su təchizatı müəssisəsi bu
Qanunun 28-ci maddəsində nəzərdə tutulanlara əsasən istehlakçıya yalnız
qabaqcadan xəbərdarlıq etdikdən sonra suyun verilməsini dayandıra bilər. [30]
1. Su təchizatı müəssisəsi, istehlakçını mütləq qaydada
xəbərdar etmək şərti ilə bu Qanunda nəzərdə tutulmuş hallarda su təchizatını
dayandırır , məhdudlaşdırır və ya tənzimləyir.
2. Xəbərdarlıqda aşağıdakılar göstərilir:
a) xəbərdarlığın aid olduğu su təchizatı zonası;
b) su təchizatının dayandırılması , tənzimlənməsi və ya
məhdudlaşdırılması müddəti (günlər və saat göstərilmədikdə);
c) xəbərdarlığın tələblərinin yerinə yetirilməsinin qaydaları;
ç) belə fəaliyyətin həyata keçirilməsinin məqsədləri;
d) belə fəaliyyətlə әlaqәdar digər məsələlər.
3. Xəbərdarlıq istehlakçıya aşağıdakı üsullarla çatdırıla
bilər:
a) media ilə;
b) su təchizatı zonasında hərəkət edən səsgücləndirici vasitələrlə;
c) poçt və ya digər rabitə vasitələri ilə.
4. Bütün istehlakçılar xəbərdarlıqda nəzərdə tutulan
tələbləri yerinə yetirməlidirlər.
1. İçməli su təchizatının ciddi qıtlığı yarandıqda, su
təchizatı müəssisəsi aşağıdakı məqsədlər üçün verilən suyu dayandıra və ya
ondan istifadəni məhdudlaşdıra bilər:
a) fərdi bağların suvarılmasına verilən suyu;
b) ictimai məqsədlər üçün verilən suyu.
2. Su təchizatı müəssisələri media ilə su təchizatının məhdudlaşdırılması
və ya dayandırılması nəzərdə tutulan müddət, ərazi və tarix haqqında
əvvəlcədən kütləvi informasiya vasitələri ilə məlumat verirlər.[32]
3. Su təchizatının dayandırılması və ya
məhdudlaşdırılması müddətində bu maddənin müddəalarını pozan şəxslər
qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
4. Su təchizatının dayandırılması və ya
məhdudlaşdırılması haqqında məlumat bu maddəyə uyğun olaraq elan olunduqda
su təchizatı müəssisəsi tərəfindən bu müddət ərzində alınacaq ödəniş
əsaslandırılmış şəkildə ixtisar olunmalıdır. Əgər avans ödəmələri tutulubsa,
onda bu məbləğ bundan sonrakı dövrdə tutulacaq ödəmələrə aid edilir.
1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun
həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla
nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam
hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir
(göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su
təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış
suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb
edə bilməz.[33]
2. Suölçən cihazlar quraşdırılmadan yeni obyektlərin
istifadəyə verilməsi qadağan olunur.
1. Fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz
edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin
hesabına həyata keçirilir. [34]
2. Suölçən cihazlar qanunvericiliklə nəzərdə tutulmuş
hallarda su təchizatı müəssisəsinin vəsaiti hesabına quraşdırılır. [35]
3. Su təchizatı müəssisəsi bütün quraşdırılmış suölçən
cihazların hesabatını aparmalıdır.
4. Su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi
suölçən cihazların göstəricilərinin qeydə alınması, onların quraşdırılması,
təmiri, dəyişdirilməsi, çıxarılması, yerlərinin dəyişdirilməsi, onlara xidmət
göstərilməsi və onlardan göstəricilərin silinməsi məqsədi ilə qanunvericiliklə
müəyyən edilmiş qaydada su təchizatı cihazının yanına buraxılmaq hüququna
malikdir.
5. Su təchizatının düzgün ölçülməsini və qeydiyyatını təmin
etmək məqsədi ilə suölçən cihazın yerinin dəyişdirilməsi, təmiri, çıxarılması,
quraşdırılması, onun fəaliyyətinə mane olan amillərin aradan qaldırılması və ya
hər hansı digər işlər su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi
tərəfindən və ya onun iştirakı ilə aparılır.
6. İstehlakçının suölçən cihazın dəqiqliyinin yoxlanılması
üçün su təchizatı müəssisəsinə yazılı şəkildə müraciət etmək hüququ var. Su
təchizatı müəssisəsi müraciət daxil olduğu gündən üç həftə müddətində
istehlakçının vəsaiti hesabına belə yoxlamanı həyata keçirməyə borcludur.
1. İstehlakçılar verilən suyun həcminin hesablanması ilə
əlaqədar aşağıdakıları həyata keçirməlidirlər:
a) suölçən cihazın mühafizəsini təmin etmək və onu lazımi
texniki vəziyyətdə saxlamaq;
b) suölçən cihazın göstəricilərinin təhrif olunmasının
qarşısını almaq məqsədi ilə zəruri tədbirlər həyata keçirmək;
c) bu Qanunun 31-ci maddəsində nəzərdə tutulan səlahiyyətli
nümayəndənin suölçən cihazların yanına buraxılmasını təmin etmək;
ç) suölçən cihazın istifadə olunan suyun miqdarını əks
etdirən göstəricisini və cihazın vəziyyəti haqqında lazımi məlumatı su
təchizatı müəssisəsinə təqdim etmək.
2. İstehlakçı suölçən cihazların mühafizəsi tələblərinə
əməl etmədikdə, su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi
istehlakçının vəsaiti hesabına onların təmirini, yenidən quraşdırılmasını və
onların işinə mane olan səbəblərin aradan qaldırılmasını və ya su təchizatının
ölçülməsi və düzgün qeydiyyatının təmin edilməsi üçün zəruri olan digər işləri
yerinə yetirə bilər.
Suölçən cihazın göstəricisi pozulduğu halda su təchizatı
müəssisəsi bu dövrdə istifadə olunmuş suyun həcmini əvvəlki müvafiq dövrdəki
göstəricini nəzərə almaqla, borunun suburaxma qabiliyyətinə əsasən
müəyyənləşdirir. Suölçən cihazın göstəricisinin pozulması dövrünün
müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq
olunur.
3. Suölçən cihazın yenidən quraşdırılmasına ehtiyacı olan
istehlakçı bu barədə həmin ehtiyacın yarandığı gündən yeddi gündən gec
olmayaraq qabaqcadan su təchizatı müəssisəsinə yazılı müraciət etməlidir.
Suölçən cihazın göstəricisi onun yenidən qurulması anında götürülür.
İstehlakçılar aşağıdakı hüquqlara malikdirlər:
a) su obyektlərindən xüsusi məqsədlərlə istifadəni həyata
keçirmək üçün müvafiq qurğular və tikililər inşa etmək;
b) qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna
olmaqla, müqavilədə nəzərdə tutulan miqdarda almadığı suyun əvəzini tələb
etmək;
c) su təchizatı müəssisələri ilə su almaq üçün su kəmərinə
qoşulması barədə müqavilə bağlamaq;
ç) keyfiyyət standartlarına uyğun məişət
(təsərrüfat)-içməli məqsədlər üçün suyu almaq;
d) istehsalat zərurəti ilə əlaqədar sudan təkrar istifadə
etmək;
e) Azərbaycan Respublikasının Su Məcəlləsi və digər
qanunvericilik aktları ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
1. Kanalizasiya müəssisələrinin əsas vəzifələri
aşağıdakılardır:
a) tullantı sularının nəqli, təmizlənməsi,
zərərsizləşdirilməsi və ətraf mühitə və ya su hövzələrinə axıdılması;
b) ümumi istifadədə olan kanalizasiya qurğularının
genişləndirilməsi və yenidən qurulmasının təmin olunması, onlara texniki
xidmətlərin göstərilməsi;
s) kanalizasiya sistemlərindən ətraf mühitə tullantı
sularının sızmasını aradan qaldırmaq və əvvəlcədən qarşısını almaq üçün
tədbirlərin görülməsi.
2. Kanalizasiya müəssisəsi tərəfindən su obyektlərinə
tullantı sularının axıdılması qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata
keçirilir.
3. Kanalizasiya müəssisəsinin səlahiyyətli
nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə
gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı
fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası
Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.[36]
1. Kanalizasiya qurğularının tikintisi başa çatdıqdan və
onları öz balanslarına qəbul etdikdən sonra kanalizasiya müəssisələri bu
qurğuların xidməti ərazisindəki tullantı sularını qəbul etməyə hazır
olduqlarını elan edir və obyektlərin bu qurğulara qoşulmasını təmin edir.
Yeni kanalizasiya qurğularının istismara verilməsi müvafiq
normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada həyata keçirilir.
2. Obyektlərin kanalizasiya qurğularına qoşulmasından sonra
onların sahibləri bu Qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödənişləri
verməlidirlər.
3. Kanalizasiya qurğularının istismara verilməsi elan
edildikdən sonra kanalizasiya müəssisəsinin xidməti ərazisində tikilməkdə və
yenidən qurulmaqda olan bütün obyektlər kanalizasiya sisteminə qoşulmalıdır.
Tullantı sularının axıdılması üçün istifadə olunan hər hansı fərdi qurğu isə
ancaq müvafiq dövlət standartları və müvafiq normativ hüquqi aktlarla
müəyyənləşdirilmiş qaydaların gözlənilməsi şərti ilə kanalizasiya
müəssisələrinin icazəsinə əsasən istismar oluna bilər.
4. Obyektin sahibi kanalizasiya sisteminə obyektin
qoşulmasına etiraz etdiyi halda da, kanalizasiya müəssisəsinin kanalizasiya
sistemindən istifadəyə görə ondan qanunvericiliklə nəzərdə tutulmuş qaydada
haqqın ödənilməsini tələb etmək hüququ var.
Obyektlərin tikintisi aparılan və ya planlaşdırılan
ərazilərdə ümumi istifadədə olan kanalizasiya sistemləri olmadıqda, yerli
orqanlar (bələdiyyələr) və ya obyektlərin sahibləri kanalizasiya müəssisəsinə
obyektlərin ümumi istifadədə olan kanalizasiya sisteminə qoşulması məqsədi ilə
onların hesabına kanalizasiya kəmərlərinin çəkilməsi və ya kanalizasiya
qurğularının tikintisinin təmin olunması haqqında yazılı sifarişlə müraciət edə
bilərlər.
1. Ayrıca kanalizasiya sistemlərinin və tullantı suları
axıdılan obyektlərin ümumi istifadədə olan kanalizasiya sistemlərinə
birləşdirilməsi üçün:
a) obyektin sahibi kanalizasiya müəssisəsinə müəyyən
edilmiş qaydada müraciət etməli, habelə su təsərrüfatı pasportunu tərtib və təqdim etməli; [37]
b) belə qoşulmanın ümumi istifadədə olan kanalizasiya
sisteminin istismarının vəziyyətinə mənfi təsir göstərməyəcəyi barədə
kanalizasiya müəssisəsi zəmanət verməli;
c) qoşulacaq obyektin kanalizasiya qurğularının
vəziyyətinin və konstruksiyasının müvafiq tələblərə cavab verməsini təsdiq
etmək üçün kanalizasiya müəssisəsi müraciət edənin hesabına obyektdə zəruri
yoxlamanı keçirməli;
ç) müraciət edən obyektin ümumi istifadədə olan
kanalizasiya sisteminə qoşulması üzrə bütün xərcləri (o cümlədən yollarda
torpaq işləri xərclərini) ödəməlidir.
2. Müraciət edən tərəfindən kanalizasiya sistemlərinə
qoşulmanın qaydaları və tələbləri pozulduğu hallarda kanalizasiya müəssisəsi
obyekti qoşmaqdan, onun olduğu ərazidə tullantı sularının axıdılmasını və
drenaj işlərinin aparılmasını yerinə yetirməkdən imtina edə bilər.
3. Müraciət edən ümumi istifadədə olan kanalizasiya
sisteminə onun obyektinin qoşulmasına və tullantı sularının axıdılmasına imtina
haqqında qərardan qanunvericiliklə nəzərdə tutulmuş qaydada şikayət edə bilər.
4. Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə
alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma
icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin
80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə
olan tikinti obyektlərinin kanalizasiya şəbəkəsinə qoşulması qadağandır.[38]
Maddə 38. Tikinti obyektlərinin kanalizasiya sisteminə qoşulması[39]
38.1. Tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektlərinin
kanalizasiya sisteminə qoşulması məqsədilə müraciət Azərbaycan Respublikasının
Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq edilir. Digər hallarda tikinti obyektlərinin
kanalizasiya sisteminə qoşulması mövcud şəbəkə nəzərə alınmaqla, sifarişçinin
bilavasitə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) vasitəsilə elektron qaydada müraciətinə uyğun olaraq, qoşulma
müqaviləsi əsasında həyata keçirilir və sifarişçiyə müqavilənin tərkib hissəsi
olan texniki şərt verilir.
38.2. Tikinti obyektlərinin kanalizasiya sisteminə qoşulması üçün
sifarişçi kanalizasiya müəssisəsinə qoşulma xidmətinə görə ödəniş həyata
keçirir.
38.3. Məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış
həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən)
mövcud və ya inşa ediləcək tikinti obyektinin tullantı suları sisteminə
qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş həyata
keçirilir və texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və
tikinti-quraşdırma işləri kanalizasiya müəssisələri tərəfindən həyata
keçirilir.
38.4. Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən çox
olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin tullantı suları sisteminə
qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş edilir və
tullantı sularının axıdılması sistemlərinin layihəsinin hazırlanması və tikinti
obyektlərindən tullantı sularının axıdılması sistemlərinə qoşulma nöqtəsinədək
tikinti-quraşdırma işləri sifarişçinin seçdiyi podratçı, yaxud kanalizasiya
müəssisələri tərəfindən sifarişçinin hesabına həyata keçirilir.
38.5. Kanalizasiya müəssisələri sifarişçinin tikinti obyektinin
yerləşdiyi əraziyə ən yaxın məsafədə olan lazımi tələbata uyğun və şəhərsalma
və tikintiyə dair normativ sənədlərə uyğun tullantı sularının axıdılması
sistemlərinin mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir.
38.6. Sifarişçinin tikinti obyektini kanalizasiya sisteminə qoşmaq
məqsədilə kanalizasiya sisteminin genişləndirilməsi ərazi planlaşdırılması
sənədlərinə uyğun olaraq qanunla qadağan edilməyən mənbələr (sifarişçinin
vəsaiti istisna olmaqla) hesabına maliyyələşdirilir.
38.7. Məişət abonentlərinin və sutka ərzində tələb olunan buraxılış
həcmi 100 kubmetrə qədər olan (100 kubmetr daxil olmaqla mövcud şəbəkədən)
mövcud və ya inşa ediləcək tikinti obyektinin tullantı suları şəbəkəsinə
qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 metrədək olduqda
kanalizasiya sisteminin genişləndirilməsinə zərurət olub-olmamasından asılı
olmayaraq 30 (otuz) gün müddətində həyata keçirilir.
38.8. Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrdən
yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin tullantı suları
şəbəkəsinə qoşulması paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 metrədək
olduqda və kanalizasiya sisteminin genişləndirilməsinə zərurət olmadıqda 30
(otuz) gün müddətində həyata keçirilir.
38.9. Bu Qanunun 38.7-ci və 38.8-ci maddələrində göstərilən hallar
istisna olmaqla, mövcud və ya inşa ediləcək tikinti obyektinin kanalizasiya
sisteminə qoşulması müddəti genişləndirmə işlərinin həcmi nəzərə alınmaqla,
tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə
qoşulması qaydası ilə müəyyən olunur.
1. Ümumi istifadədə olan kanalizasiya sistemlərinə
istehlakçılar tərəfindən aşağıdakıların axıdılması (atılması) qadağandır:
a) yağış sularının;
b) tullantı sularının emalına və ya axmasına mane olan,
kanalizasiya borularını sıradan çıxaran hər hansı maddələrin;
c) neft məhsullarının və kalsium karbidin;
ç) insanların sağlamlığı üçün təhlükəli maddələrin;
d) yoluxucu xəstəxanaların zərərsizləşdirilməmiş tullantı
sularının;
e) kanalizasiya müəssisəsi ilə bağlanmış məişət və
istehsalat tullantı sularının axıdılması haqqında müqavilədə nəzərdə tutulan
hallar istisna olunmaqla, qadağan olunmuş tullantıların, tullantı sularının və
maddələrin.
2. Tullantı sularının yağış kanalizasiya sisteminə
axıdılması qadağan edilir.
3. İstehsalat tullantılarının axıdılması (atılması) qadağan
edilən istehsalat və müəssisə növləri və ya konkret müəssisələr normativ hüquqi
aktlarla müəyyən edilir.
1. Ayrıca kanalizasiya qurğusunun sahibi özünə məxsus
kanalizasiya qurğusunun kanalizasiya müəssisəsinə verilməsi barədə müraciət edə
bilər.
2. Kanalizasiya müəssisəsi ayrıca kanalizasiya qurğusunun
sahibinə həmin qurğunu almaq niyyətini bildirir. Bundan sonra iki ay müddətində
kanalizasiya müəssisəsi və ayrıca kanalizasiya qurğusunun sahibi qurğunun
verilməsi şərtlərini, o cümlədən kompensasiyanın ödənilməsinin mümkünlüyünü
razılaşdırırlar.
3. Qanunvericilikdə başqa hal nəzərdə tutulmadıqda, ayrıca
kanalizasiya qurğusu kanalizasiya müəssisəsinə təhvil verildikdən sonra onun
istismarı, texniki xidməti və təmiri üçün lazım olan torpaq sahəsi ilə birlikdə
əvvəlki sahibinin hüquq və vəzifələri kanalizasiya müəssisəsinə keçir.
1. Ümumi istifadədə olan kanalizasiya sisteminə qoşulması
məqsədi ilə ayrıca kanalizasiya sisteminin tikintisi və ya avadanlığın
qurulması kanalizasiya müəssisəsinin razılığı ilə müvafiq normativ hüquqi
aktlara uyğun olaraq aparılır.
2. Kanalizasiya müəssisəsinin səlahiyyətli nümayəndəsi
aşağıdakı hüquqlara malikdir:
a) ayrıca kanalizasiya sisteminin tikintisinə dair norma və
qaydalara, avadanlığın quraşdırılmasına və təhlükəsiz istismarına dair
tələblərə riayət olunmasına nəzarət etmək məqsədi ilə tullantı suları axıdılan
obyektə girmək;
b) sulardan və tullantı sularından nümunələr götürmək;
c) obyektin ümumi istifadədə olan kanalizasiya sisteminə
qoşulması ilə əlaqədar obyekt sahibinə verdiyi bildirişdə müəyyənləşdirilmiş
müddətlərdə aşağıdakı tədbirləri həyata keçirməyi tələb etmək:
avadanlığın təmizlənməsinin, təmirinin və ya ona texniki
xidmətin həyata keçirilməsini;
avadanlıq müəyyən edilmiş normalara uyğun gəlmədikdə onun
istismarının dayandırılmasını (tamamilə və ya qismən, daimi və ya müvəqqəti);
suların çirklənməsinin qarşısını almaq və ya dayandırmaq
məqsədi ilə digər zəruri tələblərin həyata keçirilməsini.
3. Tullantı sularını axıdan obyektin və ya ayrıca
kanalizasiyanın sahibi bu maddənin 2-ci bəndinin "c" yarımbəndində
nəzərdə tutulan tədbirləri yerinə yetirmədikdə kanalizasiya müəssisəsi obyektin
sahibinin vəsaiti hesabına lazımi işləri görə bilər.
1. Aşağıdakı hallarda ümumi istifadədə olan kanalizasiya
müəssisəsinin ayrıca kanalizasiya sistemlərinə baxış keçirməyə və bu məqsədlə
torpaq işləri də daxil olmaqla zəruri işlərin aparılmasına hüquqları var:
a) ümumi istifadədə olan kanalizasiya sistemlərinə qoşulmuş
kanalizasiya sistemlərinin və qurğuların texniki vəziyyəti insanların
sağlamlığı üçün təhlükə yaratdıqda və əhəmiyyətli dərəcədə narahatlığa səbəb
olduqda;
b) tullantı suları kanalizasiya sistemlərindən sızaraq
qrunt sularını çirkləndirdikdə.
2. Aşağıdakı sübuta yetirilmiş hallar istisna olunmaqla,
aşkar edilmiş nasazlıqların aradan qaldırılması üzrə bu maddənin 1-ci bəndində
qeyd olunan işlərlə əlaqədar bütün xərclər ayrıca kanalizasiyanın (obyektin)
sahibləri tərəfindən ödənilir:
a) obyektin sahibi tərəfindən zəruri işlərin müəyyən
edilmiş müddətlərdə yerinə yetirilməsi haqqında ona əvvəl təqdim olunmuş bütün
tələblərin dəqiq yerinə yetirilməsi;
b) kanalizasiya müəssisəsinin obyektin sahibindən qeyd
olunan işlərin yerinə yetirilməsini tələb etməsinə kifayət qədər əsasının
olmaması;
c) kanalizasiya müəssisəsinin gördüyü işlərin zəruri
olmaması və ya bu işlərin görülməsi üçün vəsaitdən səmərəli istifadə
olunmaması.
1. Kanalizasiya müəssisəsi ancaq aşağıdakı hallarda
kanalizasiyadan istifadəni qadağan edə və ya onun istismarını müvəqqəti
dayandıra bilər:
a) avadanlıqların quraşdırılması, onlarda təmir və texniki
xidmət işləri görüldükdə;
b) avadanlıqların qoşulması və istismara verilməsi zamanı;
c) tullantı sularının sızması və suların çirklənməsinin
qarşısını almaq zərurəti olduqda.
2. Müəyyən ərazilərdə kanalizasiya sisteminin ləğvi və ya
onun fəaliyyətinin uzun müddətli dayandırılması zərurəti yarandıqda,
kanalizasiya müəssisələri bu Qanunda nəzərdə tutulmuş qaydada həmin ərazidəki
obyektləri öz hesablarına digər kanalizasiya sisteminə qoşmalıdırlar.
1. Kanalizasiya müəssisələri hər hansı istehlakçı ilə
(hüquqi və fiziki şəxslərlə) onların obyektlərindən istehsalat tullantı
sularının axıdılması, saxlanması və təmizlənməsi barədə müqavilə bağlaya
bilərlər.
2. İstehsalat və məişət tullantı sularının
təmizlənməsi və təkrar istifadəsi üzrə layihələrin “Ətraf mühitə təsirin
qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi aparılır. Kanalizasiya
müəssisəsi ümumi istifadədə olan kanalizasiya sisteminə obyektdən axıdılan
tullantı sularının tərkibini nəzarətdə saxlamaq məqsədi ilə bu obyektlərdə
müntəzəm olaraq müşahidə aparır. [40]
İstehsalat
və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi sahəsində
fəaliyyət göstərən mövcud obyektlər ətraf mühitə təsir göstəricilərinə dair
ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya
həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə
təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin
həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH),
buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi
sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların
tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir.
İstehsalat
və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi sahəsində
fəaliyyət göstərən mövcud obyektlərin fəaliyyəti zamanı təbiətdən istifadə
şərtləri ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun
olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və
texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə
təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.
İstehsalat
və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi sahəsində
fəaliyyət göstərən obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi
(ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin
obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun
olaraq həll olunur.
3. Kanalizasiya müəssisələri hər hansı istehsalat tullantı
sularını kanalizasiyaya axıtmazdan əvvəl obyektin sahibindən onların ilkin
təmizlənməsini tələb edə bilərlər. Bu tullantı suları (özləri və ya digər
maddələrlə birləşmədə) aşağıdakılara təhlükə yaratdıqda kanalizasiya
müəssisələri istehsalat tullantı sularının axıdılması üçün müqavilənin
bağlanmasından imtina edə bilərlər:
a) bu sularla təmasda olan insanların həyatına,
sağlamlığına, əmlakına və ətraf mühitə;
b) kanalizasiya müəssisəsinin avadanlıqlarının təhlükəsiz
istismarına və texniki vəziyyətlərinə;
c) tullantı sularının təmizlənməsi və emalının texnoloji
proseslərinə.
Bu cür imtina istehsalat tullantı sularının daşınması və
emalı xərcləri ilə bağlı razılıq əldə edilmədiyi halda da edilə bilər.
4. İstehlakçılar:
a) istehsalat tullantı sularının axıdılması haqqında
müqavilənin bağlanmasından kanalizasiya müəssisəsinin imtinası ilə;
b) belə müqavilənin şərtləri ilə;
c) istehsalat tullantı sularının axıdılması ilə əlaqədar
ödəmələrin məbləği ilə razılaşmadıqda kanalizasiya müəssisəsinin qərarından
qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edə bilərlər.
1. Su təchizatı və kanalizasiya müəssisələri öz
vəzifələrini həyata keçirmək məqsədi ilə su təchizatı və kanalizasiya
qurğularının tikilməsini təmin edir və bu məqsədlərlə müvafiq qanunvericiliklə
nəzərdə tutulmuş qaydada torpaqlardan istifadə etmək hüququna malikdirlər.
2. Dövlət və ya bələdiyyələrin mülkiyyətində olan
torpaqların ayrılması müvafiq icra hakimiyyəti orqanının və (və ya) bələdiyyə
orqanının razılığına əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata
keçirilir.
Torpaq qanunvericiliyinə zidd olmayan hallarda xüsusi
mülkiyyətdə olan torpaqlardan qeyd olunan məqsədlərlə istifadə torpaqların
mülkiyyətçisi ilə bağlanmış müqaviləyə əsasən onların satın alınması, icarəyə
götürülməsi və ya kompensasiyanın verilməsi yolu ilə həyata keçirilir.
Hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaqların dövlət
ehtiyacları üçün alınmasına Azərbaycan Respublikasının Mülki Məcəlləsində və
“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və şərtlərlə yol verilir.[42]
1. Su kəmərləri və ya kanalizasiya sisteminin tərkib
hissəsi olan və su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən alınmış və
ya tikilmiş mühəndis-texniki qurğular, su kəmərləri, avadanlıq və digər əmlak
ayrıca müqavilədə digər şərtlər nəzərdə tutulmayıbsa, onların əmlakı hesab
olunur.
2. Qanunvericiliyə zidd olmayan hallarda su təchizatı və
kanalizasiya müəssisəsi tərəfindən və ya onun tapşırığı ilə başqasının
mülkiyyətində olan torpaq sahəsində quraşdırılmış qurğu və digər əmlak müəssisənin
mülkiyyəti hesab olunur. Qanunvericiliklə müəyyən olunmuş hallarda və qaydada
müəssisə ilə torpaq mülkiyyətçisi arasında bağlanmış müqavilədə başqa şərt
nəzərdə tutulmadıqda, belə qurğular torpaq mülkiyyətçisinə keçmir və ona
onların istismarından əldə olunmuş gəlirdən pay almağa hüquq verilmir.
3. Su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən
tikilmiş, alınmış və ya istismar olunan mühəndis-texniki qurğular bu
müəssisənin su təchizatı və tullantı sularının axıdılması zonasından kənarda
yerləşə bilər.
1. Su təchizatı və kanalizasiya müəssisəsinin bildiriş
vasitəsi ilə obyektin sahibindən aşağıdakıları tələb etmək hüququ var:
a) daxili su təchizatı və kanalizasiya sisteminin ümumi
istifadədə olan su təchizatı və kanalizasiya sistemlərinə birləşməsi üçün
istifadə edilən avadanlıqların nasazlıqlarını müəyyən müddətlərdə aradan
qaldırmaq. Ümumi sistemə bir neçə sahibin daxili sistemlərinin ardıcıl olaraq
qoşulduğu halda su təchizatı və kanalizasiya müəssisəsi belə nasazlıqların
aradan qaldırılmasını bir neçə sahibdən və ya onların hamısından tələb edə
bilər;
b) bu Qanuna müvafiq olaraq xidmətlərin göstərilməsi
haqqında bağlanmış müqavilənin şərtlərinin və bu Qanunun müddəalarının yerinə
yetirilməsi üçün zəruri olan vəzifələrin vaxtında yerinə yetirilməsini.
2. Bildirişin tələblərinin yerinə yetirilmədiyi hallarda su
təchizatı və kanalizasiya müəssisəsi aşağıdakıları edə bilər:
a) bildiriş almış və müvafiq tələblərin yerinə
yetirilməsinə cavabdeh sahibin hesabına nasazlıqların aradan qaldırılması üçün
zəruri işləri görmək;
b) obyekti ümumi su təchizatı sistemindən ayırmaq və ya
xidmətlərin göstərilməsini dayandırmaq və bu Qanunda nəzərdə tutulmuş qaydada
görülmüş işlərin dəyərinin ödənməsini obyektin sahibindən tələb etmək;
c) bildirişdə göstərilmiş tələblərin yerinə yetirilməsi
üçün qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəməyə müraciət etmək.
1. Su təchizatı və kanalizasiya müəssisələri bu Qanuna
uyğun olaraq hüquq və vəzifələrin həyata keçirilməsini həvalə etməklə səlahiyyətli
nümayəndələrini təyin edirlər.
2. Səlahiyyətli nümayəndəyə onun fotoşəkli və şəxsi imzası
olan müəyyən olunmuş formada vəsiqə verilir.
3. Zəruri hallarda səlahiyyətli nümayəndə və ya ona bu
səlahiyyəti verən su təchizatı və kanalizasiya müəssisəsi kömək məqsədi ilə
müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər. Müvafiq icra hakimiyyəti
orqanı qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada ona lazımi kömək
göstərməlidir.
4. Səlahiyyətli nümayəndələr sahibkarlıq
subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca
müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə
qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan
sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan
yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”
Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama
keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.[43]
1. Qanunvericilikdə müəyyən edilmiş qaydada sahibə
əvvəlcədən bildirməklə səlahiyyətli nümayəndə öz vəsiqəsini təqdim edərək,
aşağıdakıları həyata keçirmək üçün su təchizatı və tullantı suları axıdılan
obyektə buraxılmaq hüququna malikdir:
a) obyekti su təchizatı və (və ya) kanalizasiya
sistemlərinə qoşmaq və ya borcların alınması məqsədi ilə onu sistemlərdən
ayırmaq;
b) su və ya tullantı sularından nümunə götürmək, analiz
aparmaq, baxış və ölçü işləri aparmaq, fotoşəkil çəkmək və məlumat toplamaq;
c) obyekt sahibi və ya su təchizatı (kanalizasiya)
xidmətlərini göstərən müəssisələrin işçiləri tərəfindən bu Qanunla
müəyyənləşdirilmiş vəzifələrin və müvafiq tələblərin yerinə yetirilməsinə
nəzarət etmək;
ç) suölçən cihazı təmir etmək, onu sökmək və ya onun
göstəricilərini götürmək;
d) su təchizatı və tullantı sularının axıdılması sahəsinə
aid olan qurğulara, cihazlara, mexanizmlərə və qovşaqlara baxış keçirmək;
e) su təchizatı və kanalizasiya müəssisəsinin funksiyaları
ilə əlaqədar hər hansı zəruri işləri yerinə yetirmək;
ə) su təchizatının ehtiyacları üçün torpağın əldə
olunmasının məqsədyönlüyünü araşdırmaq məqsədi ilə torpaq sahələrinə və onların
üzərindəki su mənbələrinə baxmaq;
f) bu Qanunun müddəalarının icrasının və ya işlədiyi su
təchizatı və kanalizasiya müəssisəsinin maraqlarının mühafizəsinin təmin
olunmasına nəzarət etmək.
2. Aşağıdakı hallarda qanunvericiliklə müəyyən edilmiş
qaydada su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli nümayəndələri
bu maddədə nəzərdə tutulmuş məqsədlər üçün obyektlərə əvvəlcədən bildirmədən
daxil ola bilərlər:
a) fövqəladə hadisə zamanı;
b) obyekt sahibi işlərin aparılmasına etiraz etmədikdə;
c) suyun çirklənməsini, ondan qeyri məqsədlər üçün və
səmərəsiz istifadəni aradan qaldırmaq və həmçinin bu Qanunun müddəalarının
pozulmasının qarşısını almaq üçün.
3. Yaşayış binalarının və mənzillərin sahibləri
(icarəçiləri) tərəfindən sudan istifadəyə qoşulmuş məhdudiyyətlərə riayət
olunmadığı, sudan səmərəsiz və qeyri-məqsədlər üçün istifadə olunduğu və bu
Qanunun müddəalarının pozulduğu haqqında əsaslı məlumatların olduğu hallar
istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisələrinin səlahiyyətli
nümayəndələrinə yaşayış binalarına saat iyirmi birdən sonra və səhər saat
doqquza kimi daxil olmağa icazə verilmir.
1. Su təchizatı və kanalizasiya müəssisələrinin işlərin
yerinə yetirilməsi üzrə aşağıdakı hüquqları vardır:
a) torpaq işlərini yerinə yetirmək;
b) özünün funksiyalarının icrası üçün zəruri olan texniki
qurğuları qurmaq, istifadə və istismar etmək, quyular qazmaq;
c) torpaqdan, tullantılardan və tullantı sularından zəruri
nümunələr götürmək;
ç) su təchizatı-kanalizasiya qurğularını tikmək, onları
istismar və ya idarə etmək və bu Qanuna uyğun olaraq öz səlahiyyəti daxilində
digər müvafiq fəaliyyəti həyata keçirmək.
1. Su təchizatı və kanalizasiya müəssisələri müvafiq
normativ hüquqi aktların tələblərinə uyğun olaraq dövlət torpaqlarında və
yollarda zəruri işlərin görülməsi üçün tədbirlər həyata keçirirlər.
2. Su təchizatı və kanalizasiya müəssisələri:
a) işləri görərkən və onları başa çatdırdıqdan sonra
vətəndaşlar və dövlət torpaqlarının və yolların digər istifadəçiləri üçün
təhlükənin aradan qaldırılması məqsədi ilə bütün zəruri tədbirləri həyata
keçirməyə;
b) tikinti zibilini daşımağa;
c) iş aparılan yeri işlər başlanandan əvvəlki vəziyyətinə
qaytarmağa;
ç) yol örtüklərinin bərpası ilə əlaqədar müvafiq
orqanların, yol xidmətinin və vətəndaşların xərclərini ödəməyə;
d) işləri ən qısa müddətlərdə və maksimum səmərəliliklə
görməyə borcludurlar.
3. Su təchizatı və kanalizasiya müəssisələri, başqalarına
məxsus su kəmərləri, drenaj sistemləri və digər əmlakla əlaqədar, bu maddədə
nəzərdə tutulan tədbirləri həyata keçirdikləri hallarda öz xərclərini qeyd
olunan əmlak sahibinin hesabına ödətdirmək hüququna malikdirlər.
İstehlakçıların mənafelərinə toxunan işlərin görüldüyü
hallarda su təchizatı və kanalizasiya müəssisələri onları aşağıdakı müddətlərdə
xəbərdar etməlidirlər:
a) adi hallarda - işləri başlamazdan əvvəl 7 gündən gec
olmayaraq;
b) fövqəladə vəziyyətdə - işləri başlamazdan əvvəl imkan
daxilində tez, bu mümkün olmadıqda işləri başlayandan dərhal sonra.
1. Qanunvericiliyə zidd olmayan hallarda mülkiyyətində
(istifadəsində, icarəsində) torpaq sahəsi olan hüquqi və ya fiziki şəxs, boru
kəmərlərinin və ya qurğuların yerləşdiyi ərazidə müəyyən işlərin (o cümlədən
tikinti) görülməsinin planlaşdırılması ilə əlaqədar su təchizatı və
kanalizasiya müəssisəsindən bu torpaq sahəsində yerləşən və bu müəssisənin
mülkiyyətində olan və ya onun xidmət göstərdiyi boru kəmərlərinin (kollektor,
kanal), yaxud digər qurğuların yerinin dəyişdirməsini tələb edə bilərlər. Bu
zaman boru kəmərlərinin və digər qurğuların yerinin dəyişdirilməsi üzrə xərclər
və su təchizatı müəssisəsinə su təchizatında baş verən fasilələrə görə dəyən
ziyan belə tələbi qoyan şəxslərin hesabına ödənilir.
2. Belə tələblər alındıqdan sonra su təchizatı və
kanalizasiya müəssisələri yerinə yetirilməsi mümkün olmayan və ya səmərəsiz
olanlar istisna olunmaqla, yerdə qalan bütün tələbləri yerinə yetirməlidir.
3. Əgər bu, mütləq zəruriyyətdən irəli gəlirsə, su təchizatı
və kanalizasiya müəssisəsi yol xidməti və ya digər kommunal xidmətləri
(elektrik təchizatı, qaz, istilik təchizatı, telefon rabitəsi) müəssisələrinin
tələbi ilə öz qurğularını köçürməli və ya götürməlidir. Bu zaman qurğu və
avadanlıqların köçürülməsi üzrə bütün işlər belə tələbi qoyan müəssisələrin
hesabına aparılır.
4. Su təchizatı və kanalizasiya müəssisəsi qurğuların
köçürülməsi tələbini qoyan hüquqi və fiziki şəxslərdən qanunvericilikdə müəyyən
edilmiş qaydada pul və ya digər şəkildə girov təminatını verməyi tələb edə
bilər. Təminatın miqdarı planlaşdırılan işlərin dəyərindən asılıdır.
Su təchizatı və kanalizasiya müəssisələri hər hansı
istehlakçının xahişi ilə onların hesabına və ya öz təşəbbüsü ilə (özünün
hesabına), öz səlahiyyətləri çərçivəsində aşağıdakıları edə bilər:
a) hər hansı avadanlığı modernləşdirmək və ya təmir etmək;
b) hər hansı tədqiqatı və ya baxışı keçirmək;
c) öz səlahiyyətlərinə aid olan hər hansı digər işləri
görmək.
1. Su təchizatı və kanalizasiya obyektlərinin layihələrinin “Ətraf mühitə təsirin
qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş
qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) aparılır və həmin
obyektlərin layihələndirilməsi və tikintisi qanunvericiliklə nəzərdə
tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla həyata
keçirilir. [44]
Müvafiq icra hakimiyyəti orqanı layihələndirmə və tikinti
haqqında müvafiq müraciətlərə baxır və Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsi ilə müəyyən
edilmiş qaydada qəbul edilmiş qərar barədə məlumat verir.[45]
2. İstehlakçıların birbaşa və dolayısı ilə su təchizatına,
tullantı sularının axıdılmasına, subasmanın qarşısının alınmasına təsir
göstərən tikinti və təsərrüfat fəaliyyəti qanunvericiliklə nəzərdə tutulmuş
qaydada müvafiq su təchizatı və kanalizasiya müəssisələri, bələdiyyələrlə
razılaşdırılmaqla həyata keçirilir.
1. Su təchizatı və kanalizasiya müəssisələri, həmçinin
ayrıca su təchizatı və kanalizasiya sistemlərinin (obyektlərin) sahibləri
tikinti və memarlıq sahəsində dövlət standartlarına və normalarına riayət
etməlidirlər.
2. Həmin norma və standartlara riayət edilməklə aparılan
işlər:
a) müvafiq ixtisaslı və işlərin aparılmasına icazəsi olan
mütəxəssislər tərəfindən və ya onların başçılığı altında yerinə yetirilməlidir;
b) su təchizatı və kanalizasiya müəssisələrini
məlumatlandırmaqla işlərin yerinə yetirilməsinə onlardan razılıq alındıqdan
sonra başlanılmalıdır;
c) su təchizatı və kanalizasiya müəssisəsinin səlahiyyətli
nümayəndəsinin göstərişlərinə müvafiq onun iştirakı ilə və nəzarəti altında
aparılmalıdır;
ç) su təchizatı və kanalizasiya müəssisəsinin səlahiyyətli
nümayəndəsi tərəfindən qəbul edilməlidir.
Ödənişlər aşağıdakılara görə müəyyənləşdirilir:
a) bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən suyun
götürülməsinə görə;
b) bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən
tullantı sularının və tullantıların atılmasına görə.
Ödənişlərin miqdarı, onların hesablanması və ödənilməsi
qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir.
1. Müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş
şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri aşağıdakı
hüquqlara malikdir:
a) bu Qanuna müvafiq olaraq onların fəaliyyəti prosesində
bağlanılan müqavilədə göstərdikləri hər hansı xidmət növü üçün ödəmələrin və
əvvəlcədən ödəmənin (avans) miqdarının müəyyənləşdirilməsinə dair təkliflər
vermək;
b) su təchizatı və kanalizasiya müəssisəsinin
xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu Qanuna müvafiq olaraq
müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək;
c) qeyd olunan ödənişlərin müəyyənləşdirilmiş müddətlərdə
verilməməsinə, həmçinin vəzifələrin hər hansı formada yerinə yetirilməməsinə
görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əlavə yığımlar və ya
gecikdirilmiş borclar üzrə faizlər şəklində cərimə məbləğləri almaq;
ç) su təchizatı və tullantı sularının axıdılması
obyektlərinin ilkin və ya təkrar qoşulmasına görə qanunvericiliklə müəyyən
edilmiş qaydada ödəməni müəyyənləşdirmək, tələb etmək və almaq.
2. Kanalizasiya müəssisələri göstərdiyi xidmətlərin müvafiq
qaydada ödənilməsi şərti ilə leysan axarları vasitəsi ilə suların axıdılması
üçün yol xidməti (müəssisələri) ilə müqavilə bağlaya bilərlər.
3. Su təchizatı və kanalizasiya müəssisələrinin
xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır:
a) suölçən cihazların göstəricilərinə görə verilən suyun
həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna;
b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş
qaydalara.
1. Su təchizatı və kanalizasiya müəssisələri
istehlakçıların bütün kateqoriyaları üçün göstərdiyi xidmətlərə görə ödəmələrin
aşağıdakı növlərini, müddətlərini və məbləğini müqavilədə təklif edə bilərlər:
a) mövcud qaydalara uyğun suölçən cihazların
göstәricilәrinә və ya hesabat göstəricilərinə əsasən götürülmüş suyun və
axıdılmış tullantı sularının miqdarına görə ödəmə;
b) qoşulma xidmətinə
görə ödəniş;[46]
c) su təchizatı və kanalizasiya sistemlərinə qoşulmağa görə
birdəfəlik ödəmə; [47]
ç) su təchizatı və kanalizasiya müəssisələri tərəfindən
texniki vasitələrin, o cümlədən suölçən cihazların quraşdırılmasına görə
əvvəlcədən (avans) ödəmə (fiziki şəxs olan
istehlakçılar istisna olmaqla). [48]
2. Suyun keyfiyyətindən, tullantı sularının və tullantıların
xüsusiyyətlərindən, xidmətin göstərilməsinin yerindən və mövsümündən, su
təchizatının 24 saat ərzində və ya rejimli (fasilələrlə) olmasından asılı
olaraq, su təchizatı və kanalizasiya müəssisələri bu maddənin 1-ci bəndində
göstərilən müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş ödəmələrə
(tariflərə) artırılma və ya azaldılma əmsalları tətbiq edə bilərlər.
3. Su təchizatı və kanalizasiya müəssisələri, zərurət
olduqda hər hansı istehlakçıya əlavə xidmət göstərmək üçün onunla əlavə
müqavilə bağlamaqla, əlavə ödəmələrin verilməsini təklif edə bilərlər.
4. Həmin müqavilə, ilkin və təkrar qoşulma da daxil
olmaqla, istehlakçı tərəfindən xidmətlərin ödənilməsi üzrə öhdəlikləri nəzərdə
tuta və xidmət göstərilməsi prosesində ortaya çıxan su təchizatı və
kanalizasiya müəssisələri ilə istehlakçı arasında münasibətləri tənzimləyə
bilər.
5. İstehlakçı bu
Qanunla müəyyən edilmiş qaydada qoşulma xidmətinə görə ödənişi su təchizatı və
kanalizasiya müəssisəsinə ödəyir.[49]
6. Qanunvericiliklə müəyyən edilmiş qaydada su təchizatı və
kanalizasiya müəssisəsi vaxtı keçmiş ödənişlərin məbləğini istehlakçının
akkreditiv hesabından silmək hüququna malikdir. Akkreditiv hesabın məbləği
borcların ödənilməsinə kifayət deyildirsə, su təchizatı və kanalizasiya
müəssisəsi borcların ödənilməməsi məsələsini məhkəmə qaydasında həll edə bilər.
Bu qayda ödənişin hesabın ödənilmək üçün təqdim edildiyi gündən otuz gün
keçdikdən sonra tətbiq olunur.
7. Akkreditivin məbləği göstərilmiş xidmətlərə görə borclar
həcmində azalarsa, onda istehlakçı su təchizatı və kanalizasiya müəssisəsinin
tələbinə əsasən akkreditivin depozit məbləğini nəzərdə tutulmuş səviyyəyə qədər
çatdırmalıdır.
8. Akkreditivin məbləği bu Qanunla nəzərdə tutulmuş aylıq
xidmətlərə görə bütün ödənişlərin cəminin iki misli səviyyəsində
müəyyənləşdirilir. Orta aylıq ödənişlərin hesabatı, bu istehlakçının daxil
olduğu kateqoriyanın istifadə normalarını da nəzərə almaqla, əvvəlki altı ayın
istehlakının orta qiymətinə və ya suölçən cihazın göstəricilərinə əsasən
aparılır.
Akkreditivin məbləği su təchizatı və kanalizasiya
müəssisəsinin razılığına əsasən hissə-hissə keçirilə bilər.
9. Su təchizatı və kanalizasiya müəssisələrinin
xidmətlərinə görə akkreditiv hesablaşmalar üzrə bu Qanunda öz əksini tapmayan
məsələlər mövcud qanunvericiliklə müəyyənləşdirilir.
1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi
istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin
haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması,
obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən
hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
2. Su təchizatı və kanalizasiya müəssisəsi mövcud
qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi,
obyektdən istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş
günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi
halı istisna olmaqla, istehlakçı tərəfindən obyektdən istifadə dayandırıldıqdan
sonra da alına bilər.
Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda
istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri
xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya
müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün
məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və
kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək,
o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun
əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.[50]
1. Su təchizatı və kanalizasiya müəssisələri aşağıdakı
məqsədlər üçün su təchizatı və tullantı sularının axıdılması üzrə xidmətlərinə
və işlədilmiş suyun miqdarına görə haqq almırlar:
a) yanğının söndürülməsinə və ya fövqəladə vəziyyətlər
zamanı yanğınsöndürmə xidmətlərinin ehtiyaclarını ödəməyə xidmət etdikdə;
b) yuxarıdakı məqsədlər üçün su ehtiyatları yaradıldıqda.
2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulan hallarda su
təchizatı və kanalizasiya müəssisələrinin xərcləri müvafiq normativ hüquqi
aktlarla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına ödənilir.
1. Büdcədən maliyyələşdirilən müəssisə, idarə və
təşkilatlar (büdcə müəssisələri) bu Qanunda nəzərdə tutulmuş qaydada su
təchizatı və kanalizasiya müəssisəsinin onlara göstərdikləri bütün xidmətlərin
dəyərini ödəməlidirlər.
2. Büdcə müəssisələri nəzərdə tutulmuş müddətdə ödənişləri
köçürmədikdə su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə müəyyən
olunmuş qaydada büdcəyə maliyyə öhdəliklərini büdcə müəssisəsi ilə qarşılıqlı
razılaşma əsasında əvəz edə bilər.
1. Hüquqi və fiziki şəxslər qanunvericiliyə müvafiq olaraq
aşağıdakılara görə məsuliyyət daşıyırlar:
a) sudan səmərəsiz, israfçılıqla istifadə etdikdə və ya öz
hərəkətləri ilə buna başqaları üçün imkan yaratdıqda;
b) sudan, ondan istifadəyə verilmiş icazədə və ya su
təchizatı müəssisəsi tərəfindən nəzərdə tutulmuş məqsədlərdən fərqli məqsədlər
üçün istifadə etdikdə;
c) suyun götürülməsi və təmizlənməsi üzrə hər hansı işlərin
yerinə yetirilməsinə mane olduqda;
ç) su təchizatı və kanalizasiya müəssisələrinin
səlahiyyətli nümayəndələrinin bu Qanun çərçivəsində öz vəzifələrini yerinə
yetirməsinə mane olduqda.
2. Bu maddədə nəzərdə tutulan hallarda maddi zərər vurmuş
şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada zərəri ödəməlidirlər.
Sudan istifadənin aşağıdakı halları istisna olmaqla,
istehlakçı tərəfindən su təchizatı müəssisəsinin qanuni istehlakçısı olmayan
üçüncü şəxsi su ilə təmin etməsi və ya sudan istifadəyə icazə verməsi qadağan
edilir:
a) su kəmərləri şəbəkəsinə qoşulmuş obyektdə suyun
istifadəsi;
b) yanğının söndürülməsi üçün suyun istifadəsi;
c) su təchizatı müəssisəsi ilə müqaviləyə əsasən suyun
istifadəsi.
1. Bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su
təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və
kanalizasiya sisteminə qoşulmaq qadağandır.
2. Küçələrdə quraşdırılmış supaylayıcı kranlarından suyu
ancaq məişət (təsərrüfat) - içməli məqsədlər və ya su təchizatı müəssisəsi
tərəfindən müəyyənləşdirilmiş digər məqsədlər üçün götürməyə icazə verilir.
1. Bu Qanuna və müvafiq qanunvericiliyə zidd olmayan hallar
istisna olmaqla, su təchizatı və kanalizasiya sisteminin texniki qurğularının
müəyyənləşdirilmiş ərazilərində, su təchizatı və kanalizasiya müəssisələrinin
razılığı olmadan hər hansı işlərin görülməsi qadağandır.
2. Su təchizatı və kanalizasiya sistemlərinin texniki
qurğularının zədələnməsi (qəsdən və ya ehtiyatsızlıq üzündən) və ya sıradan
çıxarılması qanunvericiliyə müvafiq olaraq məsuliyyətə cəlb edilməyə səbəbdir.
3. Su təchizatı və kanalizasiya sistemlərinin hər hansı
texniki qurğusuna dəyişdirici, zədələyici və ya dağıdıcı təsir göstərə biləcək
və onun sanitariya mühafizə zonasında yerləşən hər hansı tikili və avadanlıq,
əks halların lehinə sübutlar yoxdursa, bu tikili və avadanlığa görə texniki
qurğunun korlanmasına sübut kimi qəbul edilə, bundan irəli gələn və
qanunvericiliklə nəzərdə tutulmuş prosessual nəticələrin əmələ gəlməsinə səbəb
ola bilər.
4. Aşağıdakı hallara yol vermək qadağan olunur:
a) sanitariya mühafizəsi zonasında su kəmərləri və kanalizasiya
borularının və yeraltı texniki qurğuların mühafizə hasarlarının dağıdılması;
b) yeraltı texniki qurğuların, su kəmərləri və kanalizasiya
borularının, kommunikasiyaların qəsdən və ya ehtiyatsızlıq üzündən sıradan
çıxarılması, onların açılması, zədələnməsi və ya digər formada onlara təsir
edilməsi;
c) texniki su kəmərinin içməli su kəmərinə qoşulması;
ç) suölçən cihazların göstəricilərinin dəyişdirilməsi;
d) suölçən cihazların normal fəaliyyətinə təsir göstərən və
onların çıxarılmasını tələb edən işlərin və fəaliyyətin həyata keçirilməsi.
Fiziki və hüquqi şəxslər qanunvericiliklə nəzərdə tutulmuş
qaydada aşağıdakı hallarda müvafiq məsuliyyət daşıyır:
a) şəxsin təqsiri üzündən su itkisi baş verdikdə, sudan
qeyri məqsədlər üçün istifadə olunduqda;
b) şəxsin götürdüyü suyun həcmi icazə veriləndən artıq
olduqda;
c) qəsdən və ya ehtiyatsızlıq üzündən fəaliyyəti
nəticəsində içməli su mənbəyi çirkləndirildikdə və ya onun çirklənmə təhlükəsi
yarandıqda;
ç) təqsiri üzündən şəxsin tabeliyində olan su kəmərləri
şəbəkəsi sıradan çıxdıqda və nəticədə su kəmərləri magistralındakı və ya ona
qoşulmuş borulardakı su çirklənməyə məruz qaldıqda və ya çirklənmə təhlükəsi
altında olduqda.
Su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı)
icazəsi olmadan aşağıdakılar qadağan edilir:
a) su təchizatı və kanalizasiya sistemlərinin texniki
qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su
kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru
kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər
hansı torpaq və tikinti işlərini yerinə yetirmək;
b) su kəmərləri və kanalizasiya texniki qurğularının hər
hansı torpaq, daş və digər mühafizə örtüklərini, hasar və dayaqlarını dağıtmaq
və ya çıxarmaq.
1. Su təchizatı və kanalizasiya müəssisələrinin tabeliyində
olan texniki qurğuların boru və ya kanalizasiya kollektorlarının, mərkəzi su
kəmərləri və kanalizasiya magistrallarının hər iki tərəfində beş metrə qədər
məsafədə ağacların, kolların və kənd təsərrüfatı bitkilərinin (bundan sonra
əkmələr) əkilməsi qadağan olunur.
2. Əkmələr su kəməri magistralına, kanalizasiya
kollektoruna və ya digər texniki qurğuya yaxınlaşmağa mane olduqda və ya
onların zədələnməsinə səbəb olduqda su təchizatı və kanalizasiya müəssisəsi
əkmələr olan torpaq sahəsinin mülkiyyətçisinə (istifadəçisinə, icarəçisinə)
aşağıdakı tələbləri irəli sürə bilər:
a) əkmələrin çıxarılması;
b) qurğuların zədələnməsi ilə əlaqədar zərərin ödənilməsi;
c) tələbdə göstərilən müddətdə zədələnmiş obyektin öz
hesabına bərpası.
3. Torpaq mülkiyyətçisi (istifadəçisi, icarəçisi) tələbdə
göstərilənləri yerinə yetirmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi
onun hesabına zəruri işləri görmək hüququna malikdir.
Bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər
yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə
vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və
qaydada digər məsuliyyət daşıyırlar.
Su təchizatı və kanalizasiya müəssisələri bu Qanunun
tələblərini pozduqlarına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət
daşıyırlar.
Azərbaycan
Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 28 oktyabr 1999-cu il
№ 723-IQ
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 17 aprel 2007-ci il tarixli 314-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007-ci il, № 5, maddə 436)
2. 1 aprel 2008-ci il tarixli 588-IIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, №5, maddə 348)
3. 30 sentyabr 2009-cu il tarixli
881-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr 2009-cu il,
№ 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10,
maddə 768)
4. 2 aprel 2010-cu il tarixli
980-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may 2010-cu il, №
113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə
374)
5. 18 mart 2011-ci il tarixli
90-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 aprel 2010-cu il,
№ 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə
263)
6. 20 aprel 2012-ci il tarixli
339-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyun 2012-ci il, №
122, “Azərbaycan” qəzeti 6 iyun 2012-ci il, № 123, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012-ci il, № 6, maddə 505)
7. 30 may 2014-cü il tarixli 970-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 617)
8. 28 oktyabr 2016-cı il tarixli 374-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2016-cı il, № 277, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 1992)
9. 3 aprel 2018-ci il
tarixli 1063-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 6 mart 2018-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, №5, maddə 854)
10. 3 may 2019-cu il
tarixli 1580-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 iyun 2019-cu il, № 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6, maddə 989)
11. 2 aprel 2021-ci il tarixli 288-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 23 may 2021-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, № 5 maddə 429)
12. 17 fevral
2023-cü il tarixli 816-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü
il, № 73, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 454)
13. 30 may 2023-cü il tarixli 894-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 14 iyun 2023-cü il, “Azərbaycan” qəzeti, 15 iyun 2023-cü il, № 126, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 6, maddə 758)
14. 29 mart 2024-cü il tarixli 1112-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 1 may 2024-cü il, “Azərbaycan” qəzeti, 2 may 2024-cü il, № 89, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab, maddə 485)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 30 sentyabr 2009-cu il
tarixli 881-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr 2009-cu il,
№ 247, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 768) ilə 19-cu maddənin 2-ci bəndindən “və ya məhdudlaşdırılması” sözləri, 26-cı maddənin adından “məhdudlaşdırılması və” sözləri və 2-ci
bəndindən “və ya məhdudlaşdırdıqda”
sözləri, “, məhdudlaşdırılması”
sözü, 27-ci maddənin adından “məhdudlaşdırılması
və” sözləri, 28-ci maddənin 1-ci bəndindən “, məhdudlaşdırır və ya tənzimləyir” sözləri, 2-ci bəndinin “b”
yarımbəndindən “, tənzimlənməsi və ya
məhdudlaşdırılması” sözləri, 29-cu maddənin 1-ci bəndindən “və ya ondan istifadəni məhdudlaşdıra”
sözləri, 2-ci bəndindən “məhdudlaşdırılması
və ya” sözləri, 3-cü və 4-cü bəndlərindən “və ya məhdudlaşdırılması” sözləri çıxarılmışdır.
[2] 30 may 2014-cü il tarixli 970-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 617) ilə 1-ci maddənin on ikinci abzasının sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda on üçüncü abzas əlavə
edilmişdir.
[3] 29 mart 2024-cü il tarixli 1112-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 1 may
2024-cü il, “Azərbaycan”
qəzeti, 2 may 2024-cü
il, № 89, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il,
№ 5, I kitab, maddə 485) ilə 1-ci maddənin on üçüncü abzasının sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni
məzmunda on dördüncü – iyirminci abzaslar əlavə edilmişdir.
[4] 30 may 2014-cü il tarixli 970-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 617) ilə 2-ci maddədə “əhalinin, müəssisə, idarə və təşkilatların” sözləri “istehlakçıların” sözü ilə əvəz
edilmişdir.
[5]
30 sentyabr 2009-cu il
tarixli 881-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr 2009-cu il,
№ 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10,
maddə 768) ilə 5-ci maddəyə 3-cü bənd əlavə edilmişdir.
[6]
3 may 2019-cu il tarixli 1580-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, №
128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6,
maddə 989) ilə 7-ci maddəyə yeni
məzmunda 5-ci hissə əlavə edilmişdir.
[7] 30 may 2014-cü il tarixli 970-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 617) ilə 12-ci maddənin “a” yarımbəndində “lazımi miqdarda” sözləri çıxarılmışdır,
“məqsədlər üçün” sözlərindən sonra “müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən miqdarda” sözləri əlavə edilmişdir.
[8] 2 aprel 2021-ci il tarixli 288-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 23 may 2021-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, № 5 maddə 429) ilə 12-ci
maddəyə yeni məzmunda ikinci hissə əlavə edilmişdir.
[9] 18 mart 2011-ci il tarixli
90-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 aprel 2010-cu il,
№ 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə
263) ilə 13-cü maddənin 2-ci bəndi çıxarılmışdır.
[10] 30 may 2014-cü il tarixli 970-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 617) ilə 20-ci maddənin 1-ci hissəsində “lazımi” sözü “bu Qanunun 12-ci maddəsinin “a” yarımbəndinə uyğun olaraq müəyyən
edilən” sözləri ilə əvəz edilmişdir.
[11]
17 fevral 2023-cü il tarixli 816-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü
il, № 73, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 454) ilə 21-ci maddədə və 28-ci
maddənin 3-cü hissəsinin “a” bəndində ismin müvafiq hallarında “kütləvi informasiya vasitələri” sözləri
ismin müvafiq hallarında “media”
sözü ilə əvəz edilmişdir.
[12] 29 mart 2024-cü il tarixli 1112-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 1 may
2024-cü il, “Azərbaycan”
qəzeti, 2 may 2024-cü
il, № 89, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il,
№ 5, I kitab, maddə 485) ilə 23-cü maddənin 1-ci hissədə “onu” sözü “onun tikinti
obyektini” sözləri ilə əvəz edilmişdir.
[13] 18 mart 2011-ci il tarixli
90-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 aprel 2010-cu il,
№ 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə
263) ilə 23-cü maddənin 1-ci bəndin “b” yarımbəndi aşağıdakı redaksiyada
verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
b) qoşulma istehlakçının hesabına aparılsın.
29 mart 2024-cü il tarixli 1112-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 1 may
2024-cü il, “Azərbaycan”
qəzeti, 2 may 2024-cü
il, № 89, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il,
№ 5, I kitab, maddə 485) ilə 23-cü maddənin 1-ci hissənin “b)” abzası ləğv edilmişdir.
[14] 30 may 2014-cü il tarixli 970-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 617) ilə 23-cü maddənin 2-ci hissənin “a”
yarımbəndinə “məlumatların” sözündən
sonra “, habelə su təsərrüfatı
pasportunun” sözləri əlavə
edilmişdir.
[15] 18 mart 2011-ci il tarixli 90-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 aprel 2010-cu il, № 82, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 263) ilə
23-cü maddənin 2-ci bəndin “b” yarımbəndi çıxarılmışdır.
[16]
2 aprel 2010-cu il tarixli 980-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may 2010-cu il, № 113, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 374) ilə 23-cü maddəsinə 4-cü bənd əlavə
edilmişdir.
29 mart 2024-cü il tarixli 1112-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 1 may
2024-cü il, “Azərbaycan”
qəzeti, 2 may 2024-cü
il, № 89, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il,
№ 5, I kitab, maddə 485) ilə 23-cü maddənin 4-cü hissəsi yeni redaksiyada deyilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
4. Yaşayış binaları, o cümlədən mənzillər yalnız su təchizatı
sisteminə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra
istismara qəbul üçün Dövlət qəbul komissiyasına təqdim edilə bilərlər. Yaşayış
binalarının, o cümlədən mənzillərin su təchizatı sisteminə qoşulma qaydası və
haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
[17] 18 mart 2011-ci il tarixli 90-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 aprel 2010-cu il, № 82, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 263) ilə
23-cü maddəyə yeni məzmunda 5-ci bənd əlavə edilmişdir.
30 may 2014-cü il tarixli 970-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 617) ilə 23-cü maddənin 5-ci hissəyə “verilməsi” sözündən sonra “, habelə su təsərrüfatı pasportunun
nümunəsi, tərtibi və razılaşdırılması” sözləri əlavə edilmişdir.
29 mart 2024-cü il tarixli 1112-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 1 may
2024-cü il, “Azərbaycan”
qəzeti, 2 may 2024-cü
il, № 89, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il,
№ 5, I kitab, maddə 485) ilə 23-cü maddənin 5-ci hissəsində “İstehlakçının su
təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulması üçün texniki
şərtlərin verilməsi” sözləri “Tikinti obyektlərinin su təchizatı və
tullantı sularının axıdılması sisteminə qoşulması qaydası” sözləri ilə, “orqanı”
sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilmişdir.
[18] 30 may 2014-cü il tarixli 970-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 617) ilə 24-cü maddənin 1-ci hissəsinin “c”
yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir
və yeni məzmunda “d” yarımbəndi əlavə edilmişdir.
[19]
29 mart 2024-cü il tarixli 1112-VIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 1 may
2024-cü il, “Azərbaycan”
qəzeti, 2 may 2024-cü
il, № 89, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il,
№ 5, I kitab, maddə 485) ilə 24-cü maddənin 2-ci hissəsi yeni redaksiyada deyilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2. İstehlakçılar su təchizatı sisteminə
qoşulmaq istəmələri barədə su təchizatı müəssisəsinə yazılı müraciət edə
bilərlər.
Su təchizatı müəssisəsi on gün müddətində
müraciətə baxaraq obyektin su təchizatı sisteminə qoşulmasına razılıq verir və
ya əsaslandırılmış qaydada burdan imtina edir.
Qoşulmağa imtinadan qanunvericiliklə nəzərdə
tutulmuş qaydada şikayət edilə bilər.
[20]
30 may 2023-cü il tarixli 894-VIQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 14 iyun 2023-cü il, “Azərbaycan” qəzeti, 15 iyun 2023-cü il, № 126, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 6, maddə 758) ilə 24-cü
maddəyə yeni məzmunda 6-cı hissə əlavə edilmişdir.
[21]
29 mart 2024-cü il tarixli 1112-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 1 may 2024-cü il, “Azərbaycan” qəzeti, 2 may
2024-cü il, № 89,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab,
maddə 485) ilə yeni
məzmunda 24-1-ci maddə əlavə edilmişdir.
[22]
29 mart 2024-cü il tarixli 1112-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 1 may 2024-cü il, “Azərbaycan” qəzeti, 2 may
2024-cü il, № 89,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab,
maddə 485) ilə 25-ci
maddənin 1-ci hissənin birinci cümləsində “Su təchizatı sistemi olmayan
ərazilərdə yerləşən obyektlərin” sözləri “Tikinti obyektlərinin”
sözləri ilə əvəz edilmişdir və həmin
hissənin ikinci cümləsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Su təchizatı sisteminin genişləndirilməsi və
obyektlərin qoşulması işləri bu barədə müraciət etmiş orqan və ya obyekt sahibi
hesabına aparılır.
[23]
29 mart 2024-cü il tarixli 1112-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 1 may 2024-cü il, “Azərbaycan” qəzeti, 2 may
2024-cü il, № 89,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab,
maddə 485) ilə 25-ci
maddənin 2-ci hissəsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2. Mövcud su təchizatı sisteminin
genişləndirilməsinin (magistral su kəmərləri də daxil olmaqla) dəyəri
istehlakçılardan alınacaq ödənişlərin miqdarından artıq olduqda su təchizatı
müəssisələri müraciət edənlərdən su təchizatı sisteminin genişləndirilməsinə
tələb olunan xərclərin bir hissəsini qabaqcadan ödəməyi tələb edə bilərlər. Bu
halda belə ödəniş adi qoşulmağa tələb olunan ödənişə əlavə kimi götürülür.
[24]
29 mart 2024-cü il tarixli 1112-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 1 may 2024-cü il, “Azərbaycan” qəzeti, 2 may
2024-cü il, № 89,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab,
maddə 485) ilə 25-ci
maddəyə yeni məzmuna 3-cü və 4-cü hissələr əlavə edilmişdir.
[25]
30 sentyabr 2009-cu il
tarixli 881-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr 2009-cu il,
№ 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10,
maddə 768) ilə 26-cı maddə üzrə 1-ci bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1. Su təchizatı müəssisələri aşağıdakı
hallarda bu Qanunla və digər normativ hüquqi aktlarla nəzərdə tutulmuş
vəzifələrini yerinə yetirməmək və ya su təchizatını məhdudlaşdırmaq hüququna
malikdirlər:
a) məişət (təsərrüfat)-içməli su
ehtiyacları üçün nəzərdə tutulmuş magistral su kəmərlərindəki sudan digər
məqsədlərlə istifadə olunduqda;
b) su təchizatının məhdudlaşdırılmasını və
ya kəsilməsini tələb edən tikinti, təmir-profilaktika və qəza işlərinin
görülməsinə və su tutumlarının təmizlənməsinə ehtiyac yarandıqda;
c) su götürülən yerlərdə səth sularının
bulanıqlıq dərəcəsi artdıqda və ya su hövzəsində fövqəladə ekoloji böhran
vəziyyəti yarandıqda;
ç) su təchizatı müəssisəsinin xidmət haqqı
istehlakçı tərəfindən ödənilmədikdə. Suyun kəsilməsi ilə əlaqədar xərclər də
daxil olmaqla bütün borcların istehlakçı tərəfindən ödənilməsindən sonra su
təchizatı bərpa oluna bilər;
d)obyektdə paylayıcı su kəmərləri
şəbəkəsi, su tutarları (su anbarları), qoşulmalar, siyirtmələr, kranlar
yararsız vəziyyətdə olduqda və ya müvafiq dövlət standartlarının tələblərinə
cavab vermədikdə;
e) obyektdə suyun itkisi və çirklənməsinə
qarşı zəruri tədbirlər həyata keçirilmədikdə və su təchizatı müəssisəsinin
qanuni tələbləri istehlakçı tərəfindən yerinə yetirilmədikdə;
ə) istehlakçı bu Qanunun sudan səmərəli
istifadə və onun çirklənmədən mühafizəsi haqqında müddəalarını pozduqda;
f) qoşulma qanunsuz olduqda;
g) istehlakçı səlahiyyətli şəxsin bu
Qanunun tələblərinin pozulmasının qarşısını almaq və dayandırmaqla əlaqədar
vəzifələrinin həyata keçirilməsinə mane olduqda;
ğ) istehlakçı bu Qanunda nəzərdə tutulan
digər tələbləri yerinə yetirmədikdə;
h) istehlakçının yazılı xahişi olduqda.
[26]
28 oktyabr 2016-cı il tarixli 374-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2016-cı il,
№ 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12,
maddə 1992) ilə 26-cı maddənin 1-ci hissənin
doqquzuncu abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz
edilmişdir və yeni məzmunda onuncu abzas əlavə edilmişdir.
[27]
30 sentyabr 2009-cu il
tarixli 881-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr 2009-cu il,
№ 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10,
maddə 768) ilə 26-cı maddə üzrə 2-ci bənddə “a”, “ç” və “f” yarımbəndlərinə” sözləri “altıncı və yeddinci abzaslarına” sözləri ilə əvəz edilmişdir.
[28]
28 oktyabr 2016-cı il tarixli 374-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2016-cı il,
№ 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12,
maddə 1992) ilə 26-cı maddənin 3-cü hissədə “dayandırılması” sözündən sonra “(dini ekstremizm əleyhinə xüsusi
əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla)”
sözləri əlavə edilmişdir.
[29]
30 sentyabr 2009-cu il
tarixli 881-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr 2009-cu il,
№ 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10,
maddə 768) ilə 26-cı maddə üzrə 3-cü və 4-cü bəndlər yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
3. Su təchizatı müəssisəsinin hər hansı
obyektin su təchizatını dayandırmaq hüquqları bu və ya digər obyektlər
istehlakçıya məxsus olduqda və bir paylayıcı boru vasitəsi ilə təmin olunduqda,
digər obyektlərə də tətbiq oluna bilər.
4.Bu maddənin tələbləri obyektdə (bir binada, evdə)
olan bir və ya bir neçə istehlakçı tərəfindən yerinə yetirilmədikdə, su
təchizatı müəssisəsi həmin obyektin su təchizatını dayandıra bilər. Bu halda
obyektin istismarına cavabdeh olan təşkilat suyun dayandırılması haqqında
normativ hüquqi aktlarla digər şərtlər qoyulmadıqda, suyun kəsilməsinə səbəb
olan istehlakçıdan, çəkə biləcəyi əlavə xərclər də daxil olmaqla, suyun
kəsilməsi və onun təkrar verilməsi ilə əlaqədar su təchizatı müəssisəsinin
çəkdiyi bütün xərcləri tələb edə bilər.
[30]
28 oktyabr 2016-cı il tarixli 374-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2016-cı il,
№ 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12,
maddə 1992) ilə 27-ci maddənin 2-ci hissəsinin
ikinci abzasında “Fövqəladə”
sözündən sonra “və dini ekstremizm
əleyhinə xüsusi əməliyyatın aparıldığı” sözləri əlavə edilmişdir.
[31] 30 sentyabr 2009-cu il
tarixli 881-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr 2009-cu il,
№ 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10,
maddə 768) ilə 27-ci maddənin 2-ci bəndinin ikinci abzasında və 28-ci
maddənin adında “məhdudlaşdırılması”
sözü “dayandırılması” sözü ilə əvəz
edilmişdir.
[32]
17 fevral 2023-cü il tarixli 816-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü
il, № 73, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 454) ilə 29-cu maddənin 2-ci
hissəsində birinci halda “kütləvi informasiya
vasitələri” sözləri “media” sözü
ilə əvəz edilmişdir və həmin hissədən ikinci halda “kütləvi informasiya vasitələri ilə” sözləri çıxarılmlışdır.
[33]
30 sentyabr 2009-cu il
tarixli 881-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr 2009-cu il,
№ 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10,
maddə 768) ilə 30-cu maddənin birinci bəndinə ikinci və üçüncü cümlələr
əlavə edilmişdir.
[34] 18 mart 2011-ci il tarixli
90-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 aprel 2010-cu il,
№ 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə
263) ilə 31-ci maddənin 1-ci bənd yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
1. Suölçən cihazlar su təchizatı müəssisəsinin bu Qanuna uyğun
tələblərinə və yaxud istehlakçının müraciətinə əsasən istehlakçının hesabına
quraşdırılır.
[35] 18 mart 2011-ci il tarixli
90-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 aprel 2010-cu il,
№ 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə
263) ilə 31-ci maddənin 2-ci bənd çıxarılmışdır.
[36] 2 aprel 2021-ci il tarixli 288-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 23 may 2021-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, № 5 maddə 429) ilə 34-cü
maddəyə yeni məzmunda 3-cü hissə əlavə edilmişdir.
[37] 30 may 2014-cü il tarixli 970-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 617) ilə 37-ci maddənin 1-ci hissəsinin “a”
yarımbəndinə “müraciət etməli” sözlərindən sonra “, habelə su təsərrüfatı pasportunu tərtib və
təqdim etməli” sözləri əlavə edilmişdir.
[38]
30 may 2023-cü il tarixli 894-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 14 iyun
2023-cü il, “Azərbaycan”
qəzeti, 15 iyun 2023-cü il, № 126, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2023-cü il, № 6, maddə 758) ilə 37-ci maddəyə yeni məzmunda 4-cü hissə əlavə
edilmişdir.
[39] 30 may 2014-cü il tarixli 970-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, № 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 617) ilə 38-ci maddənin 1-ci hissəsinin “a”
yarımbəndinin birinci cümləsinə “(layihəsini)”
sözündən sonra “və su təsərrüfatı
pasportunu” sözləri, üçüncü cümləsində “təsdiqlənmiş plana” sözlərindən sonra “və razılaşdırılmış su təsərrüfatı pasportuna” sözləri əlavə
edilmişdir.
29 mart 2024-cü il tarixli 1112-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 1 may 2024-cü il, “Azərbaycan” qəzeti, 2 may
2024-cü il, № 89,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab,
maddə 485) ilə 38-ci
maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
1. Ümumi istifadədə olan kanalizasiya sisteminə
qoşulmaq məqsədi ilə:
a) qoşulacaq obyektin sahibi kanalizasiya
müəssisəsindən cavab alındığı gündən və ya özünün müraciət etdiyi gündən bir ay
müddətində həmin müəssisəyə obyektin qoşulması planını (layihəsini) və su
təsərrüfatı pasportunu
təqdim edir. Kanalizasiya müəssisəsi bir ay müddətində bu plana baxır və onu
təsdiq (lazım gələrsə, dəyişikliklər etməklə) edir. Obyektin sahibi
təsdiqlənmiş plana və razılaşdırılmış su təsərrüfatı pasportuna uyğun olaraq qoşulmanı yerinə yetirir;
b) kanalizasiya müəssisəsi qoşmaqdan əsassız imtina
edilməsinə yol verməmək üçün qoşulma haqqında müraciəti obyektiv
araşdırmalıdır;
c) müraciət edənin obyektini qoşmaq məqsədi ilə mövcud
kanalizasiya sisteminin genişləndirilməsinin dəyəri bu obyektdən tullantı
sularının axıdılmasına görə alınması nəzərdə tutulmuş məbləğdən həddən artıq
çox olduqda, kanalizasiya müəssisəsi, müraciət edəndən kanalizasiya sisteminin
genişləndirilməsinə tələb olunan məbləğin bir hissəsinin əvvəlcədən
ödənilməsini tələb edə bilər;
ç) obyektin sahibi obyektin qoşulması ilə əlaqədar
işlərin nəzərdə tutulmuş müddətdə yerinə yetirilməsini təmin edə bilmədikdə,
belə işlər kanalizasiya müəssisəsi tərəfindən qeyd olunan obyektin sahibinin
hesabına görülə bilər.
[40]
3 may 2019-cu il tarixli 1580-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, №
128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6,
maddə 989) ilə 44-cü maddənin
ikinci hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada
deyilirdi:
Kanalizasiya müəssisəsi ümumi istifadədə olan
kanalizasiya sisteminə obyektdən axıdılan tullantı sularının tərkibinə nəzarət
etmək məqsədi ilə bu obyektlərdə müntəzəm olaraq müşahidə aparır.
[41] 17 aprel 2007-ci il tarixli 314-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007-ci il, № 5, maddə 436) ilə 46-cı maddəsinin mətni yeni redaksiyada
verilmişdir.
əvvəlki redaksiyada
deyilirdi:
Torpaq qanunvericiliyinə zidd olmayan
hallarda torpaq mülkiyyətçisi ilə razılığa gəlmək mümkün olmadıqda, dövlət və
ictimai mənafelərin təmin olunması, təbii fəlakətlərin nəticələrini və ya
təhlükəsini aradan qaldırmaq məqsədi ilə torpaq sahəsi onun mülkiyyətçisindən
qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətinə məcburi satın
alına bilər. Bu halda itirilmiş faydanı da nəzərə almaq şərti ilə torpağın
əvvəlki mülkiyyətçisinə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya
ödənilir və ya onun arzusu ilə ona digər torpaq sahəsi verilir.
[42] 1 aprel 2008-ci il tarixli 588-IIIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, №5, maddə 348) ilə 46-cı maddəsindən "və ya ictimai ehtiyaclar" sözləri çıxarılsın.
20 aprel 2012-ci il tarixli 339-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyun 2012-ci il, №
122, “Azərbaycan” qəzeti 6 iyun 2012-ci il, № 123, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012-ci il, № 6, maddə 505) ilə 46-cı maddəsinin
mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Hüquqi və fiziki şəxslərin mülkiyyətində olan
torpaqların dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün
özgəninkiləşdirilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə
tutulmuş hallarda və şərtlərlə yol verilir.
[43] 2 aprel 2021-ci il tarixli 288-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 23 may 2021-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, № 5 maddə 429) ilə 49-cu
maddəyə yeni məzmunda 4-cü hissə əlavə edilmişdir.
[44]
3 may 2019-cu il tarixli 1580-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun 2019-cu il, №
128, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 6,
maddə 989) ilə 56-cı maddənin 1-ci
hissəsində “layihələndirilməsi”
sözündən əvvəl “layihələrinin “Ətraf mühitə
təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ)
aparılır və həmin obyektlərin” sözləri əlavə edilmişdir.
[45]
3 aprel 2018-ci il tarixli 1063-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 mart 2018-ci il, №
102,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 854) ilə 56-cı maddənin 1-ci hissəsinin ikinci abzasında “müraciəti alan gündən bir ay müddətində” sözləri “Azərbaycan Respublikasının Şəhərsalma və
Tikinti Məcəlləsinin 75-ci maddəsi ilə müəyyən edilmiş qaydada” sözləri ilə
əvəz edilmişdir.
[46]
29 mart 2024-cü il tarixli 1112-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 1 may 2024-cü il, “Azərbaycan” qəzeti, 2 may
2024-cü il, № 89,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab,
maddə 485) ilə 60-cı
maddənin 1-ci hissənin “b)” abzası yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
b) su təchizatı və kanalizasiya sistemlərinə
qoşulmağa görə ödəmə;
[47]
29 mart 2024-cü il tarixli 1112-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 1 may 2024-cü il, “Azərbaycan” qəzeti, 2 may
2024-cü il, № 89,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab,
maddə 485) ilə 60-cı
maddənin 1-ci hissənin “c)” abzası ləğv edilmişdir.
[48] 18 mart 2011-ci il tarixli
90-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 aprel 2010-cu il,
№ 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə
263) ilə 60-cı maddənin 1-ci bəndinin ç) yarımbəndində “ödəmə” sözündən sonra “(fiziki şəxs olan istehlakçılar istisna
olmaqla)” sözləri əlavə edilmişdir.
[49]
29 mart 2024-cü il tarixli 1112-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 1 may 2024-cü il, “Azərbaycan” qəzeti, 2 may
2024-cü il, № 89,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab,
maddə 485) ilə 60-cı
maddənin 5-ci hissəsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
5. Müqaviləyə görə istehlakçı su təchizatı və
kanalizasiya müəssisəsi tərəfindən materialların alınması və işlərin görülməsi
də daxil olmaqla, ilkin qoşulmağa çəkdiyi faktiki xərclərə əsasən təqdim
olunmuş hesabı ödəyir.
[50]
30 sentyabr 2009-cu il
tarixli 881-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr 2009-cu il,
№ 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10,
maddə 768) ilə 62-ci maddənin birinci cümləsində “30 gün müddətində ödənilmədikdə, su təchizatı və kanalizasiya
müəssisəsinin azı üç gün əvvəlcədən borcluya xəbərdarlıq etmək şərti ilə onun
obyektini su təchizatı sistemindən ayırmaq hüququ vardır” sözləri “bir ay müddətində ödəmədikdə, su təchizatı
və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri
görməlidir” sözləri ilə əvəz edilmişdir.