“Azərbaycan
Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə
təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq
Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli, 176 nömrəli Fərmanının
icrası ilə əlaqədar Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Radioaktiv və
kimyəvi çirklənməyə və məruz
qalmış torpaqların təsərrüfat
dövriyyəsindən çıxarılması, konservasiya
edilməsi, mühafizəsi,
sağlamlaşdırılması və istifadəsi
Qaydaları”, “Ekzogen geoloji proseslərə məruz
qalmış torpaqlarda mühəndis-texniki və kənd
təsərrüfatı işlərinin aparılmasına
icazə verilməsi Qaydası”
və “Torpaqların
zonalaşdırılmasının ümumi əsasları
və prinsipləri” təsdiq edilsin
(əlavə olunur).
2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli
qərarı ilə təsdiq edilmiş "Torpaq
sahələrinin geri alınması və dövlət və
ictimai ehtiyaclar üçün ayrılması barədə
vəsatətlərin qaldırılması və onlara
baxılması Qaydaları"nın 20-ci bəndində
"təsdiq etmək və sifarişçiyə təqdim
etmək üçün müvafiq yerli icra
hakimiyyətlərinə və ya
bələdiyyələrə" sözləri "torpaq
üzərində hüquqların dövlət qeydiyyatına
alınması və sifarişçiyə təqdim
edilməsi üçün müvafiq rayon (şəhər)
torpaq şöbəsinə" sözləri ilə
əvəz edilsin.[1]
3. Bu qərar
imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri A. Rasİzadə
Bakı
şəhəri, 1 may 2000-ci il
¹ 79
|
|
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli, 79
nömrəli qərarı ilə təsdİq edİlmİşdİr |
Radioaktiv və kimyəvi çirklənməyə
məruz qalmış torpaqların təsərrüfat
dövriyyəsindən çıxarılması, konservasiya
edilməsi, mühafizəsi, sağlamlaşdırılması
və istifadəsi
QAYDALARI[2]
Bu Qaydalar
Azərbaycan Respublikasının Torpaq
Məcəlləsinə və
digər qanunvericilik aktlarına uyğun olaraq Azərbaycan
Respublikası ərazisində radioaktiv və kimyəvi
çirklənməyə məruz qalmış torpaqların
təsərrüfat dövriyyəsindən
çıxarılması, konservasiya edilməsi,
mühafizəsi, sağlamlaşdırılması və
istifadəsi qaydasını müəyyən edir.
1. Radioaktiv və
kimyəvi çirklənməyə məruz qalmış,
insanların sağlamlığına təhlükə yarada
bilən, habelə məhsul istehsalı üçün sanitar
tələblərə cavab verməyən torpaqlar müvafiq
yerli icra hakimiyyətlərinin və
bələdiyyələrin qərarı ilə
təsərrüfat dövriyyəsindən müvəqqəti
çıxarılaraq, konservasiya olunur və bərpa
edilməsi üçün müvafiq ehtiyat
torpaq fonduna keçirilir. Sağlamlaşdırılan torpaq
sahələri Əmlak Məsələləri Dövlət
Komitəsinin, Kənd Təsərrüfatı
Nazirliyi Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyinin, Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin,
Səhiyyə Nazirliyinin və digər əlaqədar
təşkilatların mütəxəssislərindən
ibarət ekspert qrupunun rəyinə əsasən həmin
torpaqları təsərrüfat dövriyyəsindən
çıxaran orqanların qərarı ilə əvvəlki
istifadəçilərinə qaytarılır və
təyinatına uyğun olaraq istifadə edilir.[3]
2. Bütün
növ torpaqlarda radioaktiv maddələrin miqdarının
çox olması həm təbii mənşəli radioaktiv
maddələrlə, həm də texnogen xarakterli
mənbələrlə əlaqədardır. Torpaqlarda
radioaktivliyin normadan çox olmasına səbəb
mənşəcə təbii və süni radioaktiv
elementlər ola bilər.
3. Torpaqların
kimyəvi maddələrlə çirklənməsinin
əsas mənbələri kənd təsərrüfatında
bitkilərin mühafizəsində istifadə olunan
zəhərli kimyəvi maddələr, eyni zamanda mineral
gübrələr, sənaye, məişət və sair
xarakterli çirkablı sular və tullantılardır.
4. Radioaktiv və
kimyəvi çirklənmə zamanı radionuklidlərin
radiasiya təhlükəliliyi, onların
yarımparçalanma dövrü, kimyəvi maddənin
toksikliyi, torpaqda parçalanma müddəti və s.
nəzərə alınmalıdır.
Radioaktiv və
kimyəvi çirklənməyə məruz qalmış
torpaq sahələri çirklənmə dərəcəsi
və xarakterinə görə aşağıdakı qruplara
bölünür:
a)
çirklənmə dərəcəsi mövcud normaların
son həddinin 1.0—2.0 misli qədər olan təhlükə
ehtimallı sahələr.
Bu
sahələrdə canlı orqanizmlərin yaşaması
və fəaliyyəti xüsusi sanitar və gigiyenik
normativlərlə, həmçinin otlaq sahələrində
həmin maddələrin dövranını ev heyvanlarından
alınan ət və süd məhsullarının
tərkibindəki miqdarı ilə
müəyyənləşdirilir. Kənd
təsərrüfatı üçün istifadəsi
qeyri-mümkün olan torpaq sahələrini xüsusi
çəpər və ya göstərici işarələr
vasitəsi ilə izolə etmək lazımdır.
b)
çirklənmə dərəcəsi mövcud normaların
son həddinin 2.0 mislindən çox olan təhlükəli
torpaq sahələri.
Bu
sahələrdə təmas yalnız xüsusi sanitar-gigiyenik
normativlərlə məhdudlaşır. Belə sahələr
ətraf mühitdən tamamilə izolə edilməlidir.
5. Radioaktiv və
kimyəvi çirklənməyə məruz qalmış
torpaqların təsərrüfat dövriyyəsindən
çıxarılması, konservasiya edilməsi,
mühafizəsi, sağlamlaşdırılması və
onların bərpası mülkiyyət formasından
asılı olmayaraq bütün fiziki və hüquqi
şəxslər üçün məcburidir.
6. Radioaktiv və
kimyəvi çirklənmiş torpaq sahələrinin
müəyyən edilməsi ilkin elmi-texniki ekspertiza
nəticələri əsasında Ekologiya və
Təbii Sərvətlər Nazirliyi, Əmlak
Məsələləri Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Kənd
Təsərrüfatı Nazirliyi Azərbaycan
Dövlət
Su Ehtiyatları Agentliyi və öz
səlahiyyətləri daxilində digər əlaqədar
təşkilatlar tərəfindən həyata keçirilir.[4]
7. Radioaktiv və
kimyəvi çirklənməyə məruz qalmış
torpaq sahələrinin çirklənmə
dərəcəsi, çirklənmə mənşəyi,
tərkibi, əsas torpaq kütləsi ilə əlaqə
forması, aqreqat, fiziki-kimyəvi xüsusiyyətləri,
dərin qatlara və yer səthinə zərərli təsirin
məsafədən asılılıq qanunauyğunluqlarının
müəyyən edilməsi xüsusi yüksək
ixtisaslı mütəxəssislər tərəfindən elmi
tədqiqat işləri nəticəsində həyata keçirilir.
8. Radioaktiv
elementlərlə çirklənmiş torpaq sahələrinin
çirklənmə dərəcəsi, torpaq qatının
çirklənməsi dərinliyindən, torpağın tipi,
növü, geomineraloji və ətraf mühitin coğrafi
xüsusiyyətlərindən asılı olaraq konservasiya
və bərpa işləri aşağıdakı qaydada
həyata keçirilir:
a)
təhlükə ehtimalı torpaq sahələrində
çirklənməyə təbii radioaktiv izotoplar
səbəb olduqda, həmin sahələrdə
təsərrüfat fəaliyyəti və təmas
üçün xüsusi qaydalar müəyyən olunur. Bu
sahələrdə radioaktiv maddələrin tərkibi, aqreqat
halı, ionlaşdırıcı şüaların mənşəyi
və intensivliyi müəyyən edilir. İlk
növbədə çirklənmə dərəcəsinin
artmasının qarşısının alınması və
sonrakı çirklənmənin azalmasına
yönəlmiş elmi-texniki işlər aparılır;
b)
təhlükəli torpaq sahələrində
çirklənmə zonaları mütləq ətraf
mühitdən izolə edilməlidir. Çirklənmə
mənbəyinin xarakteri, tərkibi və şüa
növü tədqiq olunaraq ətraf mühitə
təhlükə ehtimalını müvəqqəti azaltmaq
üçün işçi planı hazırlanıb
yerinə yetirilməlidir. Sonralar isə əsaslı
təmizləmə və radioaktiv dezaktivasiya texnologiyası
əsasında tədbirlər planı yerinə
yetirilməlidir.
9. Radioaktiv və
kimyəvi çirklənməyə məruz qalma
təhlükəsi gözlənilən sənaye
obyektlərində həmin obyektlərin yerləşdiyi
və qonşu torpaq sahələrində çirklənmə
zonasının hüdudlarından asılı olaraq
uzunmüddətli monitorinq müşahidə
məntəqələri yaradılmalıdır.
10. İstehsal
prosesi zamanı torpaqda radioaktiv və kimyəvi
çirklənmə halları müşahidə edildikdə
həmin torpaq sahələrində xüsusi cari
sağlamlaşdırma tədbirləri həyata
keçirilir, bu tədbirlərin tətbiqi müsbət
nəticələr vermədikdə istehsal prosesi
dayandırılır və torpaq sahələri
təsərrüfat dövriyyəsindən
çıxarılaraq konservasiya edilir.
11. İstehsal
prosesi zamanı fiziki və hüquqi şəxslərin
səhlənkarlığı nəticəsində radioaktiv
və kimyəvi çirklənməyə məruz
qalmış torpaqların təsərrüfat
dövriyyəsindən çıxarılması, konservasiya
edilməsi və sağlamlaşdırılması
işlərinin dəyəri təqsirkar şəxslər
tərəfindən ödənilir.
12. Təbii
fəlakət və fövqəladə hallar
nəticəsində dövlət mülkiyyətində olan
obyektlərdə baş verən qəza və eləcə
də digər mənbələrin tullantıları ilə
radioaktiv və kimyəvi çirklənməyə məruz
qalmış torpaqların təsərrüfat
dövriyyəsindən çıxarılması, konservasiya
edilməsi, mühafizəsi,
sağlamlaşdırılması işlərinin
dəyəri müəyyən olunmuş qaydada dövlət
büdcəsindən ödənilir.
|
|
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli, 79
nömrəli qərarı ilə təsdİq
edİlmİşdİr |
Ekzogen geoloji
proseslərə məruz qalmış torpaqlarda
mühəndis-texniki və kənd təsərrüfatı
işlərinin aparılmasına icazə verilməsi
QAYDASI[5]
Bu Qayda
Azərbaycan Respublikasının Torpaq
Məcəlləsinə və
digər qanunvericilik aktlarına uyğun olaraq Azərbaycan
Respublikası ərazisində ekzogen geoloji proseslərə
məruz qalmış torpaqlarda mühəndis-texniki və
kənd təsərrüfatı işlərinin
aparılmasına icazə verilməsi qaydasını
tənzimləyir.
1. Ekzogen geoloji
proseslərə məruz qalmış torpaqlara
ərazilərində sürüşmə, sel, su eroziyası
(yarğanəmələgəlmə, torpaq qatının
yuyulması), külək eroziyası (deflyasiya; eol)
uçqunlar, subasma bataqlıqlaşma, yer çökməsi,
abraziya prosesləri gedən, həmçinin palçıq
vulkanları təzahür edən sahələr aiddir.
2. Torpaqların
ekzogen geoloji proseslərə məruz qalmasının regional
qiymətləndirilməsi Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi (bundan sonra - ETSN) tərəfindən həyata keçirilir. ETSN aidiyyəti
üzrə digər müvafiq elmi və icra strukturları
ilə birlikdə Azərbaycan Respublikası ərazisinin
mühəndis-geoloji öyrənilməsini, ekzogen geoloji
proseslərin və bu proseslərə məruz qalmış
sahələrin aşkarlanmasını, proseslərin kompleks
tədqiqini, onların mənfi təsirinin
qarşısını almağa dair operativ
tövsiyələr vermək məqsədi ilə ekzogen
geoloji proseslərin monitorinqinin yaradılmasını və
aparılmasını təmin edir. [6]
3. ETSN,
təhlükəsizlik dərəcəsi nəzərə
alınmaqla, ekzogen geoloji proseslərə məruz
qalmış və bu proseslərin getdiyi torpaqlarda meliorasiya
və bərpa (rekultivasiya) işləri aparılanadək
onların istehsal və həyat fəaliyyəti
üçün istifadəsinin
məhdudlaşdırılması və konservasiya edilməsi
barədə Azərbaycan Respublikasının Nazirlər
Kabineti, yerli icra hakimiyyətləri və
bələdiyyələr qarşısında vəsatət
qaldırır.
4. Yerli icra
hakimiyyətləri, bələdiyyələr və torpaq
mülkiyyətçiləri onlara məxsus torpaq
sahələrində rast gəldikləri ekzogen geoloji
proseslər haqqında ETSN-nə məlumat verirlər. ETSN yoxlanması
və gələcəkdə baş vermə
təhlükəsi gözlənilən ekzogen geoloji
proseslərə qarşı mübarizə tədbirlərinin
görülməsi barədə müvafiq təkliflər
hazırlayır və onlara təqdim edir.
5. Azərbaycan
Respublikası ərazisində ekzogen geoloji proseslərin
təhlükəlilik dərəcəsi onların inkişaf
etdiyi torpaqların istifadə təyinatından asılı
olaraq müəyyənləşdirilir.
6.
Sürüşməyə məruz qalmış və aktivlik
dərəcəsindən asılı olmayaraq
sürüşmə prosesi gedən torpaqlarda relyefin mailliyi 30
dərəcədən yuxarı olduqda mühəndis-texniki
və kənd təsərrüfatı işlərinin
aparılması (mal-qara otarılmasından başqa)
qadağandır. Relyefin mailliyi 20—30 dərəcə arasında
olduqda sürüşmə prosesi gedən torpaqlarda
mühəndis-texniki işlərin aparılmasına icazə
verilmir. Xüsusi hallarda ETSN-nin və Əmlak
Məsələləri Dövlət Komitəsinin
razılığı, habelə yerli icra
hakimiyyətlərinin və bələdiyyələrin
icazəsi ilə ağır texnika və süni suvarma
tətbiq edilmədən kənd təsərrüfatı
işləri aparıla bilər. Relyefin mailliyi 20
dərəcədən az olduqda, sürüşmə
prosesinin aktivlik dərəcəsindən asılı olaraq,
torpaqlardan ETSN-nin,
Fövqəladə Hallar Nazirliyinin, Dövlət Tikinti və Arxitektura
Komitəsinin və Əmlak
Məsələləri Dövlət Komitəsinin
razılığı, habelə yerli icra
hakimiyyətlərinin və bələdiyyələrin
icazəsi ilə müvafiq mühəndis müdafiə
tədbirləri tətbiq edilməklə yalnız xüsusi
əhəmiyyətli mühəndis-texniki işlər
aparıla bilər. Belə torpaqlardan kənd
təsərrüfatı işlərinin aparılması üçün
süni suvarma tətbiq edilmədən ETSN-nin və Əmlak
Məsələləri Dövlət Komitəsinin
razılığı, habelə yerli icra
hakimiyyətlərinin və bələdiyyələrin
icazəsi ilə istifadə edilə bilər.[7]
7. Sel
təhlükəli sahələrdə seldən müdafiə
qurğularının tikintisi və xüsusi
əhəmiyyətli körpülərin salınması
üzrə işlər istisna olmaqla, bütün növ
mühəndis-texniki işlərin aparılması
qadağandır. Kənd təsərrüfatı
işləri xüsusi hallarda ETSN-nin, Dövlət Ekologiya və
Təbiətdən İstifadəyə Nəzarət
Komitəsinin, Dövlət Hidrometeorologiya Komitəsinin
və Əmlak Məsələləri
Dövlət Komitəsinin razılığı, habelə
yerli icra hakimiyyətlərinin və
bələdiyyələrin icazəsi ilə aparıla
bilər.
8. Palçıq
vulkanları aktivləşmə dövrünü yaşayan
torpaqlarda və onların təsiri altında olan torpaqlarda
bütün növ mühəndis-texniki və kənd təsərrüfatı
işlərinin aparılması qadağandır.
Sönmüş palçıq vulkanları
sahələrində müvəqqəti kənd
təsərrüfatı işləri xüsusi hallarda Azərbaycan
Respublikası Elm və Təhsil Nazirliyinin, ETSN-nin, Əmlak
Məsələləri Dövlət Komitəsinin,
Dövlət Ekologiya və Təbiətdən
İstifadəyə Nəzarət Komitəsinin,
Azərbaycan Milli Elmlər Akademiyasının
razılığı, habelə yerli icra
hakimiyyətlərinin və bələdiyyələrin
icazəsi ilə aparıla bilər.[8]
9. Subasma və
bataqlıqlaşma gedən torpaqlarda xüsusi təyinatlı
mühəndis-texniki işlər ETSN-nin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət
Tikinti və Arxitektura Komitəsinin və Dövlət Ekologiya və
Təbiətdən İstifadəyə Nəzarət
Komitəsinin razılığı, habelə yerli icra
hakimiyyətlərinin və bələdiyyələrin
icazəsi ilə aparıla bilər. Belə torpaqlarda kənd
təsərrüfatı işləri meliorativ tədbirlər
həyata keçirməklə ETSN-nin, Kənd
Təsərrüfatı Nazirliyi Azərbaycan
Dövlət Su Ehtiyatları Agentliyinin, dövlət sanitariya nəzarəti orqanlarının
razılığı, yerli icra hakimiyyətlərinin və
bələdiyyələrin icazəsi ilə aparıla
bilər.[9]
10. Eroziya, yarğanəmələgəlmə,
torpaq qatının yuyulması və yerçökməsi
prosesləri gedən torpaqlarda mühəndis-texniki
işlər müvafiq mühəndis-mühafizə
tədbirləri həyata keçirməklə ETSN-nin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Tikinti və Arxitektura
Komitəsinin və Dövlət
Ekologiya və Təbiətdən İstifadəyə
Nəzarət Komitəsinin razılığı,
habelə yerli icra hakimiyyətlərinin və
bələdiyyələrin icazəsi ilə aparıla
bilər. Bu proseslər gedən torpaqlarda kənd
təsərrüfatı işləri qabaqcadan
müəyyənləşdirilmiş suvarma üsulları
və suvarma sularının drenajı tədbirlərinin
həyata keçirilməsi şərti ilə ETSN-nin razılığı,
yerli icra hakimiyyətlərinin və
bələdiyyələrin icazəsi ilə aparıla
bilər.[10]
11. Deflyasiya və
eol prosesləri gedən torpaqlarda mühəndis-texniki
işlər ETSN-nin,
Fövqəladə Hallar Nazirliyinin, Dövlət Tikinti və Arxitektura
Komitəsinin və Dövlət
Ekologiya və Təbiətdən İstifadəyə
Nəzarət Komitəsinin razılığı,
habelə yerli icra hakimiyyətlərinin və
bələdiyyələrin icazəsi ilə, kənd
təsərrüfatı işləri isə ETSN-nin razılığı,
yerli icra hakimiyyətlərinin və
bələdiyyələrin icazəsi ilə aparılır.[11]
12. Abraziya
prosesləri gedən sahil zonalarında mühəndis-texniki
işlər və kənd təsərrüfatı
işləri ETSN-nin,
Dövlət Ekologiya və Təbiətdən
İstifadəyə Nəzarət Komitəsinin,
aidiyyəti olan hallarda isə Fövqəladə Hallar Nazirliyinin, Dövlət
Tikinti və Arxitektura Komitəsinin razılığı, habelə yerli icra
hakimiyyətlərinin və bələdiyyələrin
icazəsi ilə aparılır.[12]
13. Ekzogen geoloji
proseslərə məruz qalmış torpaqların
istifadəsini şərtləndirən bütün
mühəndisi-mühafizə tədbirlərinin
layihələri Fövqəladə
Hallar Nazirliyi, Dövlət Tikinti və Arxitektura
Komitəsi, Əmlak
Məsələləri Dövlət Komitəsi və ETSN-la, irriqasiya, meliorasiya və drenaj
tədbirlərinin layihələri isə Kənd
Təsərrüfatı Nazirliyi
Azərbaycan Dövlət Su Ehtiyatları
Agentliyi və ETSN-la razılaşdırılır. [13]
14. Ekzogen geoloji
proseslərə məruz qalmış torpaqlarda
mühəndis-texniki və kənd təsərrüfatı
işlərinin aparılması bu torpaqların təsir
sahəsində yerləşmiş digər torpaq
mülkiyyətçilərinin və
istifadəçilərinin hüquqlarını pozmamalı
və onlara maddi ziyan vurmamalıdır.
15. Bu Qaydada
adları çəkilən mərkəzi icra hakimiyyəti
orqanlarının razılığı olmadan ekzogen geoloji
proseslərə məruz qalmış torpaqların hər
hansı məqsədlər üçün
istifadəsinə yol verilmir.
|
|
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli, 79
nömrəli qərarı ilə təsdİq
edİlmİşdİr |
Torpaqların
zonalaşdırılmasının ümumi əsasları
və
prİnsİplərİ
Torpaq ərazilərinin
zonalaşdırılmasının ümumi əsasları
və prinsipləri Azərbaycan Respublikasının
hüdudları daxilində yerləşən bütün
torpaqların məqsədli təyinatı və hüquqi
rejiminə görə istifadə olunmasını
nəzərdə tutur.
Zəlzələ, torpaq
sürüşməsi, subasma, daşqın, digər təbii
və texnogen fəaliyyətlərinin nəticələrini
nəzərə alaraq sənaye, yaşayış, mədəni-məişət,
nəqliyyat yolları və qovşaqların,
yaşıllıq və digər obyektlərin tikintisi
altına torpaq sahələrinin seçilməsi, bütün
növ torpaq zonalarından istifadənin norma və
qaydalarına riayət edilməsini tənzimləyir.
Ərazilərin
zonalaşdırılması təbiətdən
səmərəli istifadə edilməsi, tarixi-mədəni
irsin və ətraf mühitin mühafizəsi, əhalinin
məskunlaşması, məhsuldar qüvvələrin
səmərəli yerləşdirilməsi prinsiplərinə
əsasən iki səviyyədə aparılır:
Azərbaycan Respublikasının
bütün ərazisinin zonalaşdırılması;
şəhər və digər
yaşayış məntəqələri ərazilərinin
zonalaşdırılması.
I. Azərbaycan Respublİkasının
bütün ərazİsİ AŞAĞIDAKI zonalardan
İbarətdİr:
1.1. Respublikanın regional qruplar
sistemləri daxilində mövcud şəhər, digər
yaşayış məntəqələri və onların
perspektiv inkişafı üçün nəzərdə
tutulan ehtiyat torpaq zonaları;
1.2. Regional qruplar sistemləri
daxilindən kənar yeni salınacaq şəhər və
digər yaşayış məntəqələri
üçün nəzərdə tutulan ehtiyat torpaq zonaları;
1.3. Arxeoloji, memarlıq
abidələri və onların qalıqları
müəyyən olunmuş zonalar;
1.4. Kənd
təsərrüfatına yararlı torpaqlar, yaylaq və
qışlaq zonaları;
1.5. Yer səthində və yerin
təkində yerləşən (perspektiv geoloji axtarış
sahələri də daxil olmaqla) mineral ehtiyatlar zonaları;
1.6. Yaşayış
məntəqələrindən kənar hərbi
şəhərciklər və poliqonlar zonası;
1.7. Perspektiv nəqliyyat
koridorları və qovşaqları da daxil olmaqla
ölkələrarası, ölkədaxili,
şəhərlərarası tranzit dəmir yolları,
avtomobil yolları və qovşaqları, hava
nəqliyyatlarının yerüstü qovşaqları və
onların mühafizə zonaları;
1.8. Ölkələrarası,
ölkədaxili, şəhərlərarası neft, qaz,
elektrik, rabitə kəmər və xətlərinin
mühafizə zolaqları ilə birlikdə zonaları;
1.9. Meşə fondu zonaları;
1.10. Xəzər dənizinin
(gölünün) qalxması və enməsi ilə
əlaqədar subasma zonaları;
1.11. Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsi (zonası);
1.12. Çay, açıq su
hövzələri, kanallar və kollektorlar zonası;
1.13. Dağ çaylarının
daşqınından mühafizə zonaları;
1.14. Təbii və texnogen
xarakterli fövqəladə halların təsiri ilə su
anbarlarının susaxlama qabiliyyətinin itirilməsi
nəticəsində subasma izometriya xətləri arasında
su altında qala biləcək zonalar;
1.15. Turizm
və rekreasiya zonaları;[14]
1.16. Təbii qoruq zonaları;
1.17. Dağ zonaları;
1.18. Radioaktiv və kimyəvi
tullantıların basdırılma zonaları;
1.19. Xüsusi
neft-qazçıxarma-antropogen zonalar;
2. Bu zonaların
ümumi əsasları və prinsipləri
ayrı-ayrılıqda aşağıdakı kimi
açıqlanır:
2.1. Respublikanın
regional qruplar sistemləri daxilində mövcud
şəhər, digər yaşayış
məntəqələri və onların perspektiv
inkişafı üçün nəzərdə tutulan ehtiyat
torpaq zonaları
Tarixi məskunlaşma və
əhalinin daxili təbii miqrasiyaya cəlb olunması
əsasında Azərbaycan Respublikasının mövcud
yaşayış məntəqələri və onların perspektiv
inkişaf sahələrinin Bakı-Sumqayıt, Quba-Xaçmaz,
Şamaxı-İsmayıllı, Mingəçevir-Yevlax,
Şəki-Zaqatala, Şirvan-Salyan, Lənkəran-Astara,
Ağdam-Xankəndi-Laçın, Gəncə-Qazax,
Göyçay-Ağdaş, Naxçıvan-Ordubad təbii
məskunlaşma regionlarında birləşməsi tələb
olunur.[15]
Respublika daxilində
ayrılmış 11 regional qrup bütün yaşayış
məntəqələrini əhatə edib, hər biri
ayrı-ayrılıqda özünün cazibə zonasında
yerləşən 4-5 inzibati rayonların yaşayış
məntəqələrini birləşdirərək daxili
nəqliyyat strukturu ilə mərkəz
şəhərində yerləşdirilmiş bütün
regionun əhalisinin sayına hesablanmış sənaye,
mədəni-məişət, təhsil, səhiyyə və
digər obyektlərin fəaliyyətini təmin edir.
Burada məqsəd
Bakı-Sumqayıt regionunda hipertrofik inkişafın və
işçi qüvvələrinin Abşeron
istiqamətində miqrasiyasının qarşısının
alınması, respublika ərazisində torpaqlardan maksimum
səmərəli istifadə olunması və
qorunmasının təminatını, əhalinin
yaşayış səviyyəsinin, iqtisadiyyatın, sənaye
və kənd təsərrüfatı komplekslərinin
inkişaf tempinin qısa müddətdə
yüksəldilməsini, xidmət obyektlərinin və
mədəni-maarif müəssisələrinin əhaliyə
maksimum yaxınlaşdırılmasını, respublika
paytaxtından uzaqda formalaşmış yaşayış
məntəqələrinin, xüsusilə
sərhədyanı zonaların, habelə Naxçıvan
Muxtar Respublikasının qısa müddətdə
inkişafını təmin etməkdir.
Şəhər,
qəsəbə, kənd yaşayış
məntəqələrinin, müvəqqəti geoloji
ekspedisiyaların, turizm bazaları, çoban
yataqlarının (yaylaqda və qışlaqda),
arıçılıq düşərgələrinin,
nəqliyyat dayanacaqlarının və onların
gələcək inkişaf sahələrinin
formalaşması prinsiplərini, habelə bir-birinə
yaxın yerləşmiş və gələcəkdə
formalaşan aqlomerasiyaların qarşısını ala
biləcək yaşayış məntəqələrinin qarşılıqlı
inkişaf istiqamətləri respublika və regionlar
miqyasında hazırlanan müvafiq planlaşdırılma
layihələri ilə müəyyənləşdirilir.
2.2. Regional qruplar
sistemləri daxilindən kənar yeni salınacaq
şəhər və digər kənar yaşayış
məntəqələri üçün nəzərdə
tutulan ehtiyat torpaq zonaları
Buraya Azərbaycan
Respublikasının perspektiv iqtisadi inkişafını
təmin etmək məqsədi ilə sənaye, kənd
təsərrüfatı və digər obyektlərin və
həmin obyektləri işçi qüvvəsi ilə
təmin edəcək yaşayış
məntəqələrinin salınması üçün
nəzərdə tutulan torpaq sahələri aiddir.
2.3. Arxeoloji,
memarlıq abidələri və onların qalıqları
müəyyən olunmuş zonalar
Dövlət tərəfindən
müvafiq qaydada müəyyənləşdirilmiş
tarixi-mədəni, memarlıq abidələrinin
yerləşdiyi ərazilər və onların qoruq zonalarında
xüsusi arxitektura-arxeoloji axtarış qrupunun
fəaliyyəti istisna olmaqla, insan fəaliyyətinin qalan
bütün növləri məhdudlaşdırılmalı,
aşkar olunmuş arxeoloji, memarlıq abidələri və
onların qalıqlarından aralı məsafədə
həmin qoruq zonalarının sərhədləri müvafiq
qaydada müəyyənləşdirilməlidir.
2.4. Kənd
təsərrüfatına yararlı torpaqlar, yaylaq və
qışlaq zonaları
Əkilən və əkinə
yararlı zonalar hal-hazırda əkin üçün
istifadə olunan və gələcəkdə
əkiləcək yararlı torpaq əraziləridir.
Yaylaq və qışlaq
zonalarını kənd təsərrüfatında
(heyvandarlıqda) istifadə olunan ərazilər və
tikililər təşkil edir.
Kənd
təsərrüfatına tam yararsız zonaları
bataqlıqlar, şoran torpaqlar, sürüşməyə
məruz qalmış və s. ərazilər təşkil
edir.
2.5. Yer səthində
və yerin təkində yerləşən (perspektiv geoloji
axtarış sahələri də daxil olmaqla) mineral ehtiyatlar
zonaları
Bu zonaların ərazisindəki
sərvətlərin istehsal üsulundan asılı olaraq
yaşayış obyektləri, laboratoriya, texnika
üçün açıq və örtülü sığınacaqlar,
anbar binaları və s. qurğular müvafiq
təhlükəsizlik normalarına əməl olunmaqla
yerləşdirilməlidir. Partlayış metodundan istifadə
olunduqda, filiz və ya başqa maddələrin
çıxarılması nəticəsində
sürüşmə, dağ ətəyinin
uçurulması, çökmə proseslərinin baş
verə biləcəyi gözlənilərsə, bunların
təsir zonasında yerləşən yaşayış
məntəqələrinə və su anbarlarına edilə
biləcək təsir nəzərə alınmalı,
möhkəmləndirmə işlərinin görülməsi
və ya yaşayış məntəqələrinin
köçürülməsi nəzərdə
tutulmalıdır.
2.6. Yaşayış
məntəqələrindən kənar hərbi
şəhərciklər və poliqonlar zonası
Bu zonaya kənardan
gələnlər üçün qadağan
məsafələri müəyyən olunmaqla,
keçid-buraxılış məntəqələri
yaradılmalıdır. Poliqon zonalarında məşq,
mərmi və atıcı silahların uçuş
dairələri müəyyənləşdirilərkən
sərhəd məsafələrinin təhlükəsizliyi nəzərə
alınmalıdır. Bu zonaların ərazisinin
yaşayış məntəqəsinin salınması,
heyvandarlıq və əkinçilik məqsədləri
üçün istifadə edilməsi zamanı
təhlükəsizliyi təmin edən qaydalara riayət
olunmalıdır.
2.7. Perspektiv
nəqliyyat koridorları və qovşaqları da daxil olmaqla
ölkələrarası, ölkədaxili,
şəhərlərarası tranzit dəmir yolları,
avtomobil yolları və qovşaqları, hava
nəqliyyatının yerüstü qovşaqları və
onların mühafizə zonaları
Perspektiv nəqliyyat koridorları
və qovşaqları da daxil olmaqla ölkələrarası,
ölkədaxili, şəhərlərarası, tranzit
dəmir yolları, avtomobil yolları və qovşaqları,
hava nəqliyyatının yerüstü terminalları,
dəhlizləri və onların mühafizə
qovşaqları zonaları şəhər və digər
yaşayış məntəqələrindən müvafiq
normalarla müəyyən olunmuş məsafədə
yerləşdirilməli, onların ərazisini kəsib
keçməməlidir.
Bu yollar yaşayış
məntəqələrinin daxilindən keçirsə,
yenidənqurma və şəhərsalma
layihələrində onların yaşayış
məntəqələrindən kənara
çıxarılması və normativlərə
əsasən müvafiq mühafizə zolaqları
nəzərə alınmalıdır.
Aerodromlar və helikopter meydançaları,
uçuş və eniş zolaqları, istiqamətli hava
dəhlizlərinin yaşayış
məntəqələrindən müvafiq normativlərə
əsasən aralı yerləşdirilməsi təmin
olunmalıdır.[16]
2.8.
Ölkələrarası, ölkədaxili,
şəhərlərarası neft, qaz, elektrik, rabitə
kəmər və xətlərinin mühafizə zolaqları
ilə birlikdə zonaları
Ölkələrarası,
ölkədaxili, şəhərlərarası neft, qaz
kəmərləri və elektrik xətlərinin
mühafizə zolaqları zonaları bu xətlər və
kəmərlər boyu hər iki tərəfə müvafiq
texniki normativlər nəzərə alınmaqla
müəyyənləşdirilməlidir.
2.9. Meşə fondu
zonaları
Azərbaycanda yerləşən
bütün tip dağ, dağətəyi, dəniz sahili
meşələr və Kür çayı vadisi boyunca Tuqay
meşələrinin torpaqları respublika meşə fondu
zonasını təşkil edir. Turizmə və rekreasiyaya yararlı olan bu zonalar ətrafda
yerləşən yaşayış
məntəqələrinin əhalisi üçün turizm
və rekreasiya zonası kimi də
istifadə edilə bilər.[17]
2.10. Xəzər
dənizinin (gölünün) qalxması və enməsi
ilə əlaqədar subasma zonaları
Xəzərin su
səviyyəsinin dəyişməsi səbəblərinin
elmi əsası dəqiq müəyyən
olunmadığından onun dəyişməsi həddi də
dəqiq müəyyən edilməmişdir. Bu
səbəbdən səviyyənin
tərəddüdünün son 100 il ərzində maksimum
həddini müəyyən edərək, həmin subasma
horizontı zonasına böyük kapital qoyuluşu
tələb edən yaşayış, ictimai, sənaye
obyektlərinin tikilməsi qadağan edilməlidir. Əgər
belə qurğuların tikilməsi vacibdirsə, yaxud
dənizlə əlaqədardırsa, onların tikintisində
müəyyən olunmuş subasma izometriya xəttinin maksimum
subasma hündürlüyü nəzərə
alınmalıdır.
2.11. Xəzər
dənizinin (gölünün) Azərbaycan Respublikasına
mənsub olan bölməsi (zonası)
Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan
bölməsi (zonası) aşağıdakı unikal
funksiyaların yerinə yetirilməsinə zəmin yaradır:
a) eyni zamanda bir neçə
xarici ölkələrlə sərhəd zonasını
təşkil edərək, onlarla su nəqliyyatı
əlaqələrinə;
b) Volqa çayı vasitəsi
ilə ümumdünya su dəhlizləri—okeanları ilə
gəmiçilik nəqliyyatı əlaqələrinə;
c) respublika paytaxtının,
Abşeron regionunun və eləcə də bütün
Xəzərsahili zonaların Mingəçevir
gölünədək, Kür çayı vasitəsilə
dənizlə su nəqliyyatı əlaqələrinin
yaradılması ilə bərabər, Kürboyu Tuqay
meşə zonalarının turizm və rekreasiya
zonaları kimi istifadə olunmasına;[18]
ç) balıqçılıq
təsərrüfatı və sənayesinin inkişaf
etdirilməsinə;
d) dəniz dibindən neft və
qaz yataqlarının istismarına.
2.12. Çay,
açıq su hövzələri, kanallar və kollektorlar
zonası
Bu zonalara çaylar, kanallar,
kollektorlar, təbii və süni göllər, habelə
digər daimi axını olan və qurumayan yerüstü
suaxarları və sututarları daxildir. Bu zonadan suvarma məqsədləri
, habelə turizm
və rekreasiya üçün
istifadə olunması və mühafizə zonasından
istifadə rejimi müvafiq normativ hüquqi aktlarla
tənzimlənir.[19]
2.13. Dağ
çaylarının daşqınından mühafizə
zonaları
Dağ çaylarının
daşqınından mühafizə zonalarında
yerləşən yaşayış
məntəqələrinin inkişaf etdirilməsi,
binaların və qurğuların, sənaye obyektlərinin
və digər əsaslı tikintilərin
yerləşdirilməsi qadağan edilməlidir.
Əsaslandırılmış hallarda bu ərazilərdə
birillik kənd təsərrüfatı məhsullarının
əkin sahəsi üçün istifadə oluna bilər.
2.14. Təbii və
texnogen xarakterli fövqəladə halların təsiri ilə
su anbarlarının susaxlama qabiliyyətinin itirilməsi
nəticəsində subasma izometriya xətləri arasında
su altında qala biləcək zonalar
Su anbarlarının
fəlakət nəticəsində susaxlama qabiliyyətinin
itirilməsi hallarında nəzərdə tutulan subasma
izometriya horizont xətləri arasında su altında qala bilmə
ehtimalı olan zonaların az kapital qoyuluşlu
qeyri-yaşayış məqsədləri üçün
istifadə olunması (heyvandarlıq, əkinçilik və
s.) mümkündür. Bu zonalarda böyük kapital
qoyuluşlu əsaslı tikinti və mühəndis
avadanlıqları qurularkən baş verə biləcək
fəlakətin nəticələri nəzərə alınmalıdır.
2.15. Turizm və rekreasiya zonaları;[20]
Abşeron
yarımadasında şimala və cənuba, Xəzər
dənizi sahillərində, Araz çayı sahillərində, Naxçıvan Muxtar
Respublikası ərazisində, Araz su qovşağı
sahillərində, Qubadlı, Şuşa, Laçın,
Zəngilan, Cəbrayıl, Şəki-Zaqatala, Şamaxı-Pirqulu, İsmayıllı,
Masallı-Yardımlı, Lənkəran-Lerik zonalarında,
Şahdağ və
Murovdağ zirvələri və dağətəyi
sahələri, habelə qanunvericiliyə uyğun olaraq ayrılmış digər
sahələri əhatə edən turizm və rekreasiya
zonalarının ərazilərində idman, turizm,
alpinizm, qısa və uzunmüddətli, aktiv və passiv
istirahət ocaqları, müvafiq miqyaslı mehmanxana,
kempinqlər, istirahət məqsədləri üçün çadır
şəhərcikləri yaradıla və fəaliyyət göstərə
bilər.
Bu zonalarda
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş
qaydada turizm infrastrukturu yaradıla və inkişaf etdirilə
bilər.
Müalicə
müəssisələri, sanatoriya və istirahət
evlərinin bu zonalarda yerləşdirilməsi
onlarda kurort fəaliyyətinin yaradılmasına gətirib
çıxarır.
2.16.
Təbii qoruq zonaları
Dövlət tərəfindən
təsdiq olunmuş təbii qoruq zonalarının (Zaqatala,
İlisu, İsmayıllı, Pirqulu, Qızılağac,
Hirkan, Göygöl, Turyançay, Ağgöl, Altıağac,
Bəsitçay, Qaragöl, Qarayazı və Şirvan)
təyinatı, ümumi əsasları və prinsipləri
flora və faunanın qorunmasını təmin edir. Bu zonada
flora və faunanın qorunub saxlanılması məqsədi
ilə kiçik həcmli müvafiq tikililər və
qurğular inşa edilə bilər.
2.17. Dağ
zonaları
Bu zonalara aid edilən Baş
Qafqaz sıra dağlarından, Şahdağ, Qarabağ,
Murovdağ, Bozdağ silsilələrindən, Samur
silsiləsinin bir hissəsindən, Dərələyəz və
Zəngəzur silsilələrinin bir hissəsindən
heyvandarlıq və arıçılıq
təsərrüfatları üçün, habelə alpinizm idman, turizm və rekreasiya
zonaları kimi istifadə etmək
məqsədi ilə dağ kəndlərinin
yaşayış məntəqəsi kimi fəaliyyəti
bərpa oluna bilər.[21]
2.18. Radioaktiv və
kimyəvi tullantıların basdırılma zonaları
Bu zonalar xüsusi sanitar
normalarına müvafiq şəhər və digər
yaşayış məntəqələrindən aralı
yerləşdirilməlidir.
Belə zonalar ətrafında
aidiyyəti normativlərə əsasən bütün parametr
boyu mühafizə məsafəsində hər bir insan və
təsərrüfat fəaliyyəti qadağan
olunmalıdır. Bu zonada atmosfer
çöküntülərindən törənmiş su
axımının istifadə olunan su hövzələrinə
yönəldilməsi yolverilməzdir. Eləcə də, bu
zonada mövcud içməli su mənbələrindən
istifadə etməklə sanitar-ekoloji mühafizə
zonaları müəyyən olunmalı, dağ-mədən
və digər işlərin aparılması müvafiq
təşkilatlarla razılaşdırılmalıdır.
2.19. Xüsusi
neft-qazçıxarma-antropogen zonaları
Bu zonalar Azərbaycan
Respublikasında mövcud olan aşağıdakı 4 növ
neft-qazçıxarma zonalarını xarakterizə edir:
hal-hazırda istismarda olan zonalar;
qismən istifadədə olan
və rekultivasiya tələb edən boşalmış
zonalar;
istismarı sona yetmiş zonalar;
dəniz təkindən
neft-qazçıxarma zonaları.
Rekultivasiyası tələb
olunan zonalarda bu torpaqların istifadəsi (yaşayış,
yaşıllıq, nəqliyyat dəhlizi, kənd
təsərrüfatı və s. məqsədlər üçün)
üzrə bərpa və tikinti-quraşdırma
işlərinin eyni vaxtda aparılması əsaslarına
və prinsiplərinə üstünlük verilir.
3. Şəhər
və digər yaşayış məntəqələri
əraziləri aşağıdakı zonalardan ibarətdir:
3.1. yaşayış zonaları;
3.2. ümumşəhər ictimai
mərkəz zonası;
3.3. sənaye zonaları;
3.4. mühəndis,
şəhərdaxili və şəhərdənkənar
nəqliyyat infrastrukturu zonası;
3.5. ümumşəhər
istirahət zonası;
3.6. akademiya şəhərciyi,
elmi tədqiqat mərkəzləri, konstruktor büroları
və eksperimental bazalar zonası;
3.7. tələbə
şəhərcikləri, ali və orta təhsil ocaqları
zonası;
3.8. kommunal-anbar zonaları;
3.9.
ixtisaslaşdırılmış taxıl, tərəvəz
və qida anbarları zonaları;
3.10. botanika bağı və
dendroloji park zonaları;
3.11. xüsusi təyinatlı
zonalar;
3.12. sanitar qoruq zonaları;
3.13. şəhərətrafı
zonalar;
3.14. ümumşəhər idman meydançaları,
olimpiya şəhərciyi və digər idman obyektlərinin
yerləşdiyi zonalar;
3.15. dini təmsil edən
obyektlərin yerləşdiyi zonalar;
4. Bu zonaların ümumi
əsasları və prinsipləri ayrı-ayrılıqda
aşağıdakı kimi şərh edilir:
4.1. Yaşayış
zonaları
Bu zonalarda
yerləşdirilməsi vacib olan obyektlər
aşağıdakılardır:
Bütün növ
yaşayış binaları, ictimai bina və
mədəni-məişət obyektləri, bağlar, bulvar
və bağçalar, digər yaşıllıqlar və
zonaya məxsus küçə və meydanlar, metro
stansiyaları.
Bu zonada aşağıdakı
obyektlərin yerləşdirilməsi qanunauyğundur:
ümumşəhər
əhəmiyyətli inzibati və təsərrüfat
obyektləri, təhsil ocaqları, elmi tədqiqat
institutları, minik avtomobilləri üçün qaraj və
dayanacaqlar, ətraf mühitə zərərsiz olan V qrup
sənaye obyektləri.
Aşağıdakı
obyektlərin bu zonada yerləşdirilməsi qadağandır:
I—IV qrup sənaye obyektləri,
dəmir yolu qanadları, iri həcmli qarajlar və ekoloji
çirkləndirməyə qadir obyektlər.
Yaşayış
zonalarının ərazi planlaşdırılması
aparılarkən torpaq sahələrinin təbii və
sanitariya xüsusiyyətləri nəzərə
alınmalıdır. Bu baxımdan ərazi tikintiyə
yararlı, tikintiyə az yararlı və yararsız torpaq
sahələrinə bölünür.
a) Tikintiyə
yararlı torpaq sahələri
Yer təkinin geoloji quruluşu,
seysmoloji vəziyyəti tədqiqatlar və uzunmüddətli
proqnozlaşdırmalar əsasında
müəyyənləşdirməklə 100 ildə bir
dəfə (1% təminatla) 4-5 bal gücündə baş
verən yeraltı təkanlar nəticəsində yer
qabığının çatlaması baş verən, vulkan
və karstlar gözlənilməyən, bataqlıq olmayan,
torpaq sürüşməsi, dağ uçurumu və qar
sürüşmələrinə tamamilə məruz qalmayan,
su hövzələrinin təsirindən uzaq olan, dərinliyi 3
metrədək, kənarları mailli, genişlənmə
prosesinə məruz qalmayan yarğan və dərəli, 100
ildə bir dəfə subasmaya məruz qalan, mailliyi 0,5%-dən
10%-ə qədər və torpağa buraxıla bilən
gərginliyi ən azı 1,5 kq/kv.sm. olan, habelə təzyiqsiz
qrunt suları torpaq səthindən 3 metr dərinlikdə
yerləşən, qrunt sularından qorunmaq üçün
izolyasiya tələb olunmayan sahələr yaşayış
zonalarının tikintiləri üçün yararlı hesab
olunur.
b) Tikintiyə az
yararlı torpaq sahələri
100 ildə bir dəfə (1%
təminatla) 5—7 bal və 25 ildə bir dəfə (4%
təminatla) 4—5 bal gücündə baş verən yeraltı
təkanlar nəticəsində yer qabığının
çatlaması baş verən, karst və vulkanlar
proqnozlaşdırılmayan, bataqlıq sahələrinin
qurudulması üçün xüsusi tədbirlər
görülməsinə böyük vəsait tələb
olunan, dağ uçurumu torpaq və qar
sürüşməsindən qorunmaq üçün
təbii və süni mühafizə qurğularının
yaradılması iqtisadi cəhətdən əlverişli
olmayan, su hövzələrinə yaxın bir sıra
yerlərdə sahillərin yuyulması və aşılanması
baş verən, kiçik sahələrdə dərinliyi 10
metrə qədər olan yarğan və ya dərələr
əmələgəlməsi prosesi az miqdarda olan,
yamaclarının bərkidilməsi tələb olunan,
sönmüş vulkan və karstların az miqdarda olduğu,
palçıq püskürməsinin təkrarı
gözlənilən, 25 ildən 100 ilədək olan
müddətdə subasmaya məruz qalan, mailliyi 0,5%-dən az
və 10%—20%-ə qədər (dağ rayonlarında 30%-ə
qədər) və torpağa buraxıla bilən gərginliyi
1,0—1,5 kq/kv.sm. olan, qrunt sularının səviyyəsi torpaq
səthindən 1—3 m. dərinlikdə yerləşən, qrunt
suları səviyyəsinin aşağı salınması
vacib olan və mürəkkəb hidroizolyasiya tələb
edən sahələr tikinti üçün az yararlı
sahələr hesab olunur.
Bu sahələrdə
əlavə xərclər tələb edən müvafiq
tədbirlər nəzərə alınmaqla tikinti
işləri aparıla bilər.
c) Tikintiyə tam
yararsız torpaq sahələri
100 ildə bir dəfə (1%
təminatla) 7 bal gücündən çox və 25 ildə
bir dəfə 4—5 bal gücündə baş verən
yeraltı təkanların gözlənilməsi, yer qabığının
çatlaması, karst və vulkanların fəaliyyət
hallarının birinin gözlənilməsinin
proqnozlaşdırılması mümkün olan, çox
miqdarda aktiv karstları, yeraltı boşluqları olan,
hədsiz miqdarda bataqlaşmaya məruz qalan və
qurudulmasına böyük vəsait tələb olunan, aktiv
torpaq sürüşməsi, dağ uçurumu və qar
sürüşmələrinin təsir zonalarında
yerləşən, dərinliyi 10 metrdən çox, yamacları
kəskin mailli sıldırım, intensiv yarğan və
dərə əmələgəlmə prosesinə və
sürüşməyə məruz qalan, çoxlu miqdarda
yamaclarının bərkidilməyə ehtiyacı olan, 25
ildə bir dəfə subasmaya məruz qalan, su
hövzələrindən aşağı səviyyədə
yerləşən, mailliyi 20%-dən çox olan, axan və
makroməsaməli olan, qrunt suları torpaq səthindən 1
metrə qədər dərinlikdə yerləşən torpaq
sahələri tikintiyə tam yararsız hesab olunur.
4.2.
Ümumşəhər ictimai mərkəz zonası
Burada inzibati-təsərrüfat
obyektləri, mehmanxanalar, parklar, bulvar, bağ və
bağçalar, iri həcmli avtomobil dayanacaqları, həmin
zonanı təmin edən küçə və meydançalar
yerləşdirilir. Bu zonalarda həmçinin ayrı-ayrı
yaşayış binalarının, yerli
mədəni-məişət müəssisələrinin
(yaşayış zonası varsa), minik maşınları
üçün qarajların, iri idman meydança və
qurğularının yerləşdirilməsinə icazə
verilir.
4.3. Sənaye
zonaları
Sənaye zonaları
şəhər və digər yaşayış
məntəqələrinin işçi sahəsi olmaqla
yaşayış zonalarından kənarda yerləşdirilir.
Sənaye və yaşayış zonaları arasında
yerləşən sanitar-mühafizə zonasının eni
sənayenin ekoloji təmizliyindən, onun atmosferi
çirkləndirmə dərəcəsindən,
küləyin istiqaməti və gücündən
asılı olaraq müəyyənləşdirilir.
Bu zonada sənaye obyektləri
və yalnız sənayenin fəaliyyətini təmin edən
qeyri-yaşayış obyektləri, o cümlədən
dəmir yolu qanadları, avtomobil yolları və meydançaları,
digər nəqliyyat obyektləri, sənaye zonasına aid olan
mədəni-məişət obyektləri,
işçilərin dincəlməsi üçün
yaşıllıq zonaları, habelə sanitar
yaşıllıq-mühafizə zonaları
yerləşdirilə bilər. Burada sənaye prosesinə
birbaşa aidiyyəti olmayan anbarların kommunal və
nəqliyyat qurğularının
yerləşdirilməsinə müstəsna hallarda icazə
verilə bilər.
Sənaye zonası ərazisi
sənaye obyektlərinin həcm-fəza həlli ilə
yanaşı, torpaq sahələrinin təbii və sanitariya
cəhətləri nəzərə alınmaqla planlaşdırılır.
Bu baxımdan ərazi yararlı,
az yararlı, tam yararsız torpaq sahələrinə
bölünür.
a) Tikintiyə
yararlı torpaq sahələri—nisbətən düzənlik
və mailliyi 0,3%-dən 5%-dək olan, qruntu birtərkibli
geoloji quruluşlu, torpağa buraxıla bilən gərginliyi
1,5 kq./kv.sm.-dən az olmayan, bina və qurğuların
özüllərinin gücləndirilməsinə ehtiyac
olmayan, təzyiqsiz horizont
su qatları yer səthindən 7
metr dərinlikdə olan, təzyiqli horizont su qatları 15
metrdən artıq dərində olan, torpaq sahələrinin az
vəsait tələb edən sadə metodla qurudulması
mümkün olan, bataqlığın, yarğanların,
sürüşmələrin, karstların, subasma və
aşılanmanın tam olmaması təminatı olan torpaqlar
sənaye obyektlərinin tikintisi üçün yaralı
hesab olunur.
b) Tikintiyə az
yararlı torpaq sahələri—təpə və
çökəkliyi olan, mailliyi 8%-dən artıq, 0,3%-dən
aşağı olan, qruntunun birtərkibli geoloji quruluşu
pozulan, torpağa buraxıla bilən gərginliyi 1,0—1,5 kq/kv.sm.
olan, təzyiqsiz horizont su qatları 7 metrdən 3
metrədək dərinlikdə olan, təzyiqli horizont su
qatları 15 metrdən 10 metrədək olan, torpaq suları
səviyyəsinin aşağı salınmasına və
özüllərin hidroizolyasiyasına ehtiyac olan, cüzi
bataqlıq əmələgəlmə prosesinə məruz
qalan, dərinliyi 3 metrədək və divarları
bərkimiş yarğanları olan,
sürüşməyə məruz qalan və sadə
mühəndis qurğuları ilə bunların
qarşısının alınması mümkün olan,
subasması və aşılanması təsadüf edilən
zolağının eni 10 metrdən az olan, köhnə
karstları kiçik sahəni əhatə edən və az
vəsait tələb edən sadə mühəndis
qurğuları ilə bunun qarşısının
alınması mümkün olan torpaqlar sənaye
obyektlərinin tikintisi üçün az yararlı hesab olunur.
Bu sahələrdə
əlavə xərclər tələb edən müvafiq
tədbirlər nəzərə alınmaqla, tikinti
işləri aparıla bilər.
c) Tikintiyə tam
yararsız torpaq sahələri—çoxlu təpəliyi olan,
ümumi mailliyi 5%-dən artıq və ya tamamilə mailliyi
olmayan, qruntu çoxtərkibli geoloji quruluşa malik olan,
torpağa buraxıla bilən gərginliyi 1,0 kq/kv.sm.-dən az
olan, təzyiqsiz horizont su qatları 3 metrdən və
təzyiqli horizont su qatları 10 metrdən az olan, qrunt
sularından bataqlıq əmələ gələn, aktiv
sürüşməyə məruz qalan, dərinliyi 3
metrə qədər olan divarları bərkimiş və
doldurulması mümkün olmayan yarğanlar olan, subasması
və aşılanması təsadüf olan zolağın eni
10 metrdən artıq olan və çoxlu miqdarda aktiv karstlar
olan torpaq sahələri tikintiyə tam yararsız hesab olunur.
4.4. Mühəndis,
şəhərdaxili və şəhərdənkənar
nəqliyyat infrastrukturu zonası
Burada yaşayış zonası
daxilində əsasən şəhərdənkənar
istiqamətdə hərəkət edən nəqliyyat
vasitələri və nəqliyyatla əlaqədar obyektlər
yerləşdirilir. Bu obyektlərin şəhər
daxilində yerləşdirilmə prinsipləri
şəhərin daxili nəqliyyat əlaqələrinin
təmin olunmasına xidmət edir.
Yaşayış zonası
daxilində yerləşən dəmiryolu
paylaşdırıcı stansiyaları, sərnişin
stansiyaları, yük və konteyner meydançaları və
avtomobil nəqliyyatının yük meydançası və
anbarları bu zonadan kənara
köçürülməlidir. Bu zonaya, eləcə də
metro xəttinin yerüstü stansiya və xətləri,
onların qarşısındakı meydançalar,
şəhərdaxili magistral və başqa kateqoriyalı
avtomobil, tramvay, monorels, funikulyor yolları, meydançalar
və yolların kəsişmə düyünləri,
mühəndis qurğuları, yeraltı keçid və
yolları, şəhərətrafı avtobus və
dəmiryolu stansiyaları, radio-televiziya ötürücü
stansiyaları, tramvay, trolleybus, avtobus, yerüstü metro
vaqonları, habelə taksi və yük maşınları
parkları, elektrik transformator stansiyaları, məişət
istilik qazanxanaları, taksi və minik maşınları
qarajları, həmçinin təminat qurğuları daxildir.
4.5.
Ümumşəhər istirahət zonası
Buraya parklar, bulvarlar, bağlar,
bağçalar, yaşıllıq zolaqları (nəqliyyat
yolları boyu bircərgəli yaşıllıq zolaqları
istisna edilməklə) daxildir. Kiçik memarlıq
formaları, su, dondurma, qəzet köşkləri, skamyalar,
kölgə örtükləri, yelləncəklər,
uşaq avtomobil meydançaları da bu zonaya aiddir.
4.6. Akademiya
şəhərciyi, elmi tədqiqat mərkəzləri,
konstruktor büroları və eksperimental bazalar zonası
Bu zonada yerləşdirilən
obyektlər yalnız elmi tədqiqat
axtarışlarının aparılması, elmi kadrların
hazırlanması və təkmilləşdirilməsi
proseslərinin həyata keçirilməsi məqsədini
güdür. Akademiya şəhərcikləri
şəhərdən kənar xüsusi təminatlı
zonalarda, yaxud buna münasib iri şəhərlərin
peyk-şəhərlərində yerləşdirilə
bilər. Şəhər daxilində akademiya
şəhərciyi, daxili sıx əlaqəli elmi tədqiqat,
kitabxana, nəşriyyat, mühəndis-texniki və
məişət infrastrukturu, yaşıllıq və daxili
yollar avtonom və vahid plan strukturuna istinadən
yerləşdirilir. Böyük həcmli neft-qaz,
yanğına həssas, partlayıcı,
zəhərləyici, atmosferi çirkləndirici,
böyük qurğulara tələbatı olan, yüksək
gərginlikli elektrik enerjisi tələb edən, radiasiya
amilləri olan, yüksək desibellik səsə malik olan
obyektlər bu zonada yerləşdirilə bilməz. Belə
obyektlər yaşayış zonalarından müvafiq norma
və qaydaların tələblərinə uyğun
yerləşdirilməlidir. Bu obyektlərin bir çoxu
aparılan elmi tədqiqat işlərinə müvafiq
sənaye zonalarında, yaxud onların
yaxınlığında yerləşdirilməlidir.
4.7. Tələbə
şəhərcikləri, ali və orta təhsil ocaqları
zonası
Buraya universitetlər,
litseylər, peşə
məktəbləri, institutlar daxildir. Tələbə
şəhərcikləri şəhərdən kənar
xüsusi təminatlı zonalarda, yaxud iri
şəhərlərin peyk-şəhərlərində
yerləşdirilə bilər. Belə halda bu zonanın
yüksək daşıyıcı gücünə malik olan
sərnişin nəqliyyatı ilə təminatı vacibdir.
Şəhərciyin yataqxanası öz kompleksində
yerləşdirilməlidir. Bu zona bütün növ elmi
tədqiqat, kitabxana, texniki və
mədəni-məişət strukturu, idman kompleksi, yaşıllıq
və istirahət zonası, habelə piyada yolları və s.
ilə təmin olunmalıdır.[22]
İri şəhər
daxilində yerləşdirilmiş təhsil obyektləri
müvafiq norma və qaydalara uyğun yerləşdirilməli
və özünün giriş meydançası, həyətyanı
və infrastruktur sahəsi ilə təmin olunmalıdır.
Ayrı-ayrı peşə
məktəbləri müvafiq
buraxılış-hazırlıq sənət
profillərinə uyğun sənaye obyektlərinin
yaxınlığında yerləşdirilə bilər.
4.8. Kommunal-anbar
zonaları
Özünün tələb
olunan torpaq sahəsinin miqdarı baxımından bu zonalar iri
və nəhəng şəhərlərin yaşayış
və sənaye zonalarından sonra üçüncü yeri
tutur və xüsusi mühəndis avadanlığı,
dəmir yolu qanadı tələb edir. Bununla əlaqədar bu
zonanın altındakı torpaq sahələrinin
seçilməsinə xüsusi tələbat mövcuddur. Bu
zonanın torpaq sahələrinin qiymətləndirilməsinin
(seçilməsinin) əsasları və prinsipləri
aşağıdakı kimi açıqlanır:
a) kommunal-anbar
binalarının tikintisi üçün yararlı torpaq
sahələri—relyefi nisbətən düz, mailliyi 0,3—5% olan, adi
tipli bina və qurğu özüllərinin qoyulmasına
yararlı olan, 1,5 kq/kv.sm-dən artıq torpağa buraxılan
gərginliyi qəbul edə bilən, hidrogeoloji şərait
baxımından
təzyiqsiz horizontal su
qatının 7 metr dərinliyində və təzyiqli
horizontal su qatının 15 metr dərinliyində zirzəmi
qurulmasını təmin edən, 50 ildə 1 dəfədən
az olmamaq şərti ilə su horizontunun 0,5 metrdən artıq
olmayan hissəsini subasmaya məruz qoyan, sahillərin
yuyulması və karstın olmaması təminatı olan
torpaqlar kommunal-anbar binalarının tikintisi üçün
yararlı hesab olunur.
b) kommunal-anbar
binalarının tikintisi üçün az yararlı torpaq
sahələri—azca təpəliyi olan, mailliyi 5%-dən artıq
və 3%-dən aşağı olan,
gücləndirilməsinə özülün
tələbatı olan, torpağa buraxıla bilən
gərginliyə tələbat 1,0—1,5 kq/kv.sm.-ə qədər
olub özünün gücləndirilməsi tələb
olunan, təzyiqsiz horizont su qatları 15 metrədək olan, 20
ildə 1 dəfədən çox olmayaraq su horizontunun 0,5
metrdən artıq olmayan hissəsi subasmaya məruz qalan,
atmosfer çöküntüləri nəticəsində
cüzi bataqlıq əmələ gələn, dərinliyi 3
metrədək, divarı bərkimiş və doldurula bilən
yarğanlar olan, subasma və aşılanması
təsadüf olunan zolağın eni 10 metrdən artıq olan
torpaq sahəsi kommunal-anbar binalarının tikintisi
üçün az yararlı hesab olunur.
Bu sahələrdə
əlavə xərclər tələb edən müvafiq
tədbirlər nəzərə alınmaqla tikinti
işləri aparıla bilər.
c) kommunal-anbar
binalarının tikintisi üçün tam yararsız torpaq
sahələri —çoxlu miqdarda təpəliyi olan, ümumi
mailliyi 5%-dən artıq və tamamilə mailliyi olmayan,
torpağa buraxıla bilən gərginlik 1,0 kq/kv.sm-dən az
olan, təzyiqsiz horizont su qatlarının səviyyəsi 3
metrdən az olan, təzyiqli horizont su qatlarının
səviyyəsi 10 metrdən az olan, 20 ildə 1
dəfədən artıq subasmaya məruz qalan, qrunt
sularından bataqlıq əmələ gələn, intensiv
yarğanlar əmələ gələn, divarları kəskin
stabilləşmiş maili və dərinliyi 10 metrdən
artıq yarğanı olan, subasması və
aşınması təsadüf olunan sahil zolağının
eni 10 metrdən artıq olan torpaq sahəsi kommunal-anbar
binalarının tikintisi üçün tam yararsız hesab
olunur.
4.9.
İxtisaslaşdırılmış taxıl,
tərəvəz və qida anbarları zonaları
Bu zonalar kommunal-anbar zonaları
kimi iri ölçülü torpaq sahələri, xüsusi
mühəndis avadanlığı, iri həcmli yük
maşınlarının hərəkəti və dəmiryolu
qanadı tələb edir. Bununla əlaqədar bu zonaların
altındakı torpaq sahələrinin seçilməsi və
qiymətləndirilməsinin əsasları və
prinsipləri bu sənədin 4.8.-ci bəndinin
tələblərinə uyğun olaraq həyata keçirilir.
Sanitar-gigiyena müddəalarına əsasən bu zonaya dair
obyektlər sənaye və kommunal zonalarında
yerləşdirilə bilməz.
Bu zonalar yaşayış
zonaları daxilində yerləşdirilə bilər. Lakin
şəhərsalma baxımından iri
ölçülü, qeyri-yaşayış
müəssisələrinin yaşayış zonasında
yerləşdirilməsi həm şəhərsalma, həm
də şəhəri planlaşdırma strukturunun
miqyasına uyğunluq baxımından əlverişsizdir. Bu
zonalar yaşayış zonalarına bitişik və
şəhərdən kənar yerləşdirilə bilər.
4.10. Botanika
bağı və dendroloji park zonaları
Bu zonaların
yerləşdirilməsinin əsasları və prinsipləri
elmi, elmi tədqiqat, təhsil, mədəni-maarif, əhalinin
xüsusi təyinatlı istirahət funksiyalarını
əhatə edə bilər. Bu zonanın sahəsində
botanika, dendrologiya, torpaqşünaslıq, ekologiya, zoologiya
institutlarının laboratoriya binaları və istixanaları
yerləşdirilə bilər. Dendroloji və zooloji
parkların, nәbatat bağlarının torpaqları
təsərrüfat fəaliyyəti üçün
istifadəyə verilə bilər.
Botanika bağları, dendroloji
park zonaları və ümumşəhər istirahət
zonası altına torpaq sahələrinin seçilməsi
aşağıdakı prinsiplər əsasında qiymətləndirilir:
a) Botanika bağı,
dendroloji park zonaları və ümumşəhər
istirahət zonası üçün yararlı torpaq
sahələri—relyefi 10%-ə qədər maili olan, qruntunun üst
qatı qaratorpaq, qırmızı torpaq və nisbətən
sarıtorpaq olan, mexaniki tərkibi yüngül və orta olan,
su qatlarının yer səthindən dərinliyi 2 m.-dən
1,5 m.-ə qədər olan, daşan sulardan qorunan,
bataqlığı və tam axımsızlığı
olmayan, dərinliyi 5 m.-dən az olmayan və nisbətən
maili divarlı bərkimiş dərələri olan,
sürüşməyə məruz qalmayan, sahilləri
yuyulmayan və aşınmayan, karst prosesi olmayan torpaqlar
bağ və parkların salınması, habelə
ümumşəhər istirahət zonası üçün
yararlı hesab olunur.
b) Botanika bağı,
dendroloji park zonaları və ümumşəhər
istirahət zonası üçün az yararlı torpaq
sahələri
Relyefin mailliyi 10—30% olan, qruntun
üst qatı az miqdarda duzlu sayılıb turş olan, mexaniki
tərkibinə görə qum, orta və ağır gil olan,
su qatları yerin səthindən 0,5—1,5 metr və 2 metrdən 3
metrə qədər olan, sahənin subasması müddəti
15 gündən artıq qeyd olmayan, atmosfer,
çöküntüləri nəticəsində
əmələ gəlmiş bataqlığın
qurudulması asan olan, dərinliyi 5 metrədək və
divarlarında kəskin maillik olan, dərələr
sürüşməyə meyilli və ayrı-ayrı
bərkidilmə ehtiyaclı yamacları olan, bəzi
yerlərdə yuyulub-aşınmaya məruz qalan və az
miqdarda sönmüş karstları olan torpaqlar bağ və
parkların salınması, habelə ümumşəhər
istirahət zonası üçün az yararlı hesab olunur.
c) Botanika bağı,
dendroloji park zonaları və ümumşəhər
istirahət zonası üçün tam yararsız torpaq
sahələri
Relyefin mailliyi 10—30%-dən
artıq olan, torpaq qatı duzlu, mexaniki tərkibi isə
tamamilə bərk çuxurlar olan, su qatı yerin səthinin
0,5 metr üst hissəsində və 3 metrdən dərində
olan, sahillərinin daşması 15 gündən artıq olan,
çətin qurudulan bataqlıq sahələrinə malik olan,
çox miqdarda sürüşən yamacları olan, yatağını
çox tez-tez dəyişən və çay ətrafı
divarlarını yuyan çaylar olan, dərinliyi 10- metrdən
artıq sönmüş vulkan karstlarına malik və yeraltı
boşluqları mövcud olan torpaq sahələri bağ
və parkların salınması, habelə
ümumşəhər istirahət zonası üçün
tam yararsız hesab olunur.
4.11. Xüsusi
təyinatlı zonalar
Bu zonaların ümumi
əsasları və prinsipləri baxımından bu zonalarda
hərbi şəhərciklər, xüsusi təyinatlı
qoşun bölmələri yerləşdirilə bilər. Bu
zonada yaşayış binaları, mülki-müdafiə
qurğuları, təsərrüfat və texniki-təchizat
qurğularının yerləşdirilməsi
mümkündür. Xüsusi təyinatlı qurğuların
yerləşdirilməsi və hərbi təlim
aparılmasında müvafiq norma və qaydalara riayət
edilməlidir.
4.12. Sanitar-qoruq
zonaları
Bu zonalar I—V qrup sənaye
zonaları ilə yaşayış zonalarının
arasında yerləşdirilir. Zonanın aralıq
məsafəsi sənaye obyektlərinin qruplarından və
sənayenin atmosfer tullantılarının miqdarından,
tərkibindən, şəhərin coğrafi
mövqeyindən, küləyin illik əsmə istiqaməti
rejimindən asılı olaraq müəyyən olunur. Ekoloji
filtrlərin gücündən asılı olaraq, hətta
ən zərərli birinci qrup sənaye obyektlərinin
sanitar-qoruq zonalarını xeyli azaltmaqla sənaye
zonasını yaşayış zonasına qismən
yaxınlaşdırmaq mümkündür.
Sanitar-qoruq zonalarında
kommunal-anbar binaları, dəmir yolunun yükboşaltma
meydançaları, dəmiryol sortlaşdırma
stansiyaları, yük daşıyan avtomobil və
yükdaşıma məntəqələri, inşaat
materialları anbarları, habelə qoruq zonasının
yaşıllıqları yerləşdirilə bilər.
4.13.
Şəhərətrafı zonalar
Bu ərazilər
şəhərin yaşayış, sənaye-kommunal
zonalarından başlayaraq şəhər
sərhədlərinə bitişik torpaqları əhatə
edir. Əsas etibarı ilə şəhərin
gələcək inkişafı üçün yeni torpaq
zonalarının ayrılmasına xidmət edərək
ehtiyat-inkişaf zonası kimi saxlanılır. Bu zonada şəhərin
Baş planının gələcək inkişafına
uyğun olmayan bütün növ əsaslı kapital
qoyuluşu tələb edən tikintilər qadağandır.
Bu zonanın torpaqlarından şəhər əhalisinin
bitkiçilik və heyvandarlıq məhsullarına olan
tələbatını ödəmək üçün
istifadə etmək məqsədəuyğundur.
4.14.
Ümumşəhər idman meydançaları, olimpiya
şəhərciyi və digər idman obyektlərinin
yerləşdiyi zonalar
Buraya respublika stadionları,
motodrom, velotrek, örtülü idman sarayı, olimpiya
şəhərciyi, avarçəkmə və yelkən
qayıqları limanı, ralli trassı daxildir. Bu zonaların
əsasları və prinsipləri şəhərin
yaşıllıq ,
habelə turizm və rekreasiya zonalarına,
yüksək daşıyıcı qüvvəyə malik olan
nəqliyyat vasitələrinə yaxın
yerləşdirilməsindən, qısa müddətdə
tamaşaçıların evakuasiyasının təmin
olunması üçün tələb olunan miqdarda giriş
qapılarının və boşaldıcı bamper
meydanları ilə təmin olunmasından ibarətdir. Ralli avtotrekləri,
bir qayda olaraq şəhərdən kənar zonalarda
salınır. Olimpiya şəhərciyinin də
şəhərdən kənarda salınması
məqsədəuyğundur.[23]
4.15. Dini təmsil
edən obyektlərin yerləşdiyi zonalar
Buraya məscidlər,
kilsələr, sinaqoqlar, dini məbədlər, pirlər,
mədrəsələr daxildir. Bu zonalarda tələb olunan
əsas prinsiplər, yeni tikiləcək obyektlər üçün
torpaq sahəsi ayrılarkən müəyyən olunacaq
məhdudiyyət istisna olmaqla, şəhərsalma
baxımından heç bir normativ qadağa
qoyulmamasıdır. Burada obyektlərin
yerləşdirilməsi və əsas binalardan başqa dini
bayram və mərasimlərin keçirilməsini təmin
edə bilən, magistral yollarla əlaqəli olan müvafiq iri
ölçülü həyət sahəsi tələb edir.
Dini komplekslərdə yalnız mərasimlərin
fəaliyyətini təmin edən qurğu və obyektlər
yerləşdirilir.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 7 yanvar 2005-ci il tarixli 5 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 1, maddə
49)
2. 17 aprel 2006-cı il tarixli 105
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 4,
maddə 374)
3. 8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 4, maddə 370)
4. 29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2005-ci il, ¹ 6, maddə 558)
5. 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 9, maddə 822)
6. 20 noyabr 2006-cı il tarixli 242 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 11, maddə 242)
7. 25 fevral 2008-ci il tarixli 55 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 132)
8. 6 may 2008-ci il tarixli 109 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 5, maddə 432)
9. 10 iyun 2008-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹6,
maddə 586)
10. 21 sentyabr 2015-ci il tarixli 309 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti, 14 oktyabr 2015-ci il, ¹ 223, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 10, maddə
1223)
11. 4 noyabr 2015-ci il tarixli 354 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11,
maddə 1418)
12. 10 sentyabr 2019-cu il tarixli 404 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 12
sentyabr 2019-cu il, ¹ 200, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 9, maddə 1558)
13. 30 oktyabr 2021-ci il tarixli 326 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 2
noyabr 2021-ci il, ¹ 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2021-ci il, ¹ 10, maddə 1193)
14. 8 fevral 2024-cü il tarixli 76 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
9 fevral 2024-cü
il, “Xalq”
qəzeti, 11 fevral 2024-cü il, ¹ 30, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 2,
maddə 208)
15. 23 fevral 2024-cü il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 23 fevral 2024-cü il, “Xalq” qəzeti, 27 fevral 2024-ci il, ¹ 44,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 2, maddə 229)
16. 28 dekabr 2024-cü il tarixli 546 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2024-cü il, “Xalq” qəzeti, 30 dekabr 2024-cü il, ¹ 290,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 12, II kitab, maddə 1451)
17. 19 fevral 2025-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 20 fevral 2025-ci il, “Xalq” qəzeti, 23 fevral 2025-ci il, ¹ 41,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
2, maddə 187)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 20 noyabr 2006-cı il tarixli 242 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə 242) ilə
2-ci bənd çıxarılmışdır.
[2] 8 aprel 2006-cı il tarixli 100 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006-cı il, ¹ 4, maddə 370) ilə "Radioaktiv və kimyəvi
çirklənməyə məruz qalmış torpaqların
təsərrüfat
dövriyyəsindən çıxarılması, konservasiya
edilməsi, mühafizəsi,
sağlamlaşdırılması və istifadəsi
Qaydaları"nın 1-ci və 6-cı bəndlərində
ismin müvafiq hallarında "Kənd
Təsərrüfatı Nazirliyi" sözlərindən
sonra ismin müvafiq hallarında
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyəti" sözləri əlavə edilmişdir.
[3] 7 yanvar 2005-ci il tarixli 5
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005-ci il, ¹ 1, maddə 49) ilə "Radioaktiv
və kimyəvi çirklənməyə məruz
qalmış torpaqların təsərrüfat
dövriyyəsindən çıxarılması, konservasiya
edilməsi, mühafizəsi,
sağlamlaşdırılması və istifadəsi
Qaydaları"nın 1-ci və 6-cı bəndlərində
ismin müvafiq hallarında "Dövlət Ekologiya və
Təbiətdən İstifadəyə Nəzarət
Komitəsi" sözləri ismin müvafiq hallarında
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi"
sözləri ilə əvəz edilmişdir.
29 iyun 2005-ci il tarixli 122 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 6, maddə 558) ilə "Radioaktiv və kimyəvi
çirklənməyə məruz qalmış torpaqların
təsərrüfat dövriyyəsindən
çıxarılması, konservasiya edilməsi,
mühafizəsi, sağlamlaşdırılması və
istifadəsi Qaydaları"nın 1-ci bəndindən
"Azərbaycan Respublikasının Nazirlər Kabineti
yanında Meliorasiya və Su Təsərrüfatı
Komitəsinin" sözləri, 6-cı bəndindən
"Azərbaycan Respublikası Nazirlər Kabineti yanında
Meliorasiya və Su Təsərrüfatı Komitəsi"
sözləri çıxarılmışdır.
23 fevral 2024-cü il tarixli 97 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 23 fevral 2024-cü il, “Xalq” qəzeti, 27 fevral
2024-ci il, ¹ 44, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, ¹ 2, maddə 229) ilə “Radioaktiv və kimyəvi
çirklənməyə məruz qalmış torpaqların
təsərrüfat dövriyyəsindən
çıxarılması, konservasiya edilməsi,
mühafizəsi, sağlamlaşdırılması və
istifadəsi Qaydaları”nın 1-ci hissəsinin ikinci
cümləsində və 6-cı hissəsində ismin
müvafiq hallarında “Meliorasiya və Su
Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyəti” sözləri “Dövlət Su
Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilmişdir.
28 dekabr 2024-cü il tarixli 546 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 28 dekabr
2024-cü il, “Xalq” qəzeti, 30 dekabr
2024-cü il, ¹ 290,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 12, II kitab, maddə 1451) ilə “Radioaktiv və kimyəvi
çirklənməyə məruz qalmış torpaqların
təsərrüfat dövriyyəsindən
çıxarılması, konservasiya edilməsi,
mühafizəsi, sağlamlaşdırılması və
istifadəsi Qaydaları”nın 1-ci hissəsinin birinci
cümləsinə “ehtiyat torpaq
fonduna” sözlərindən əvvəl “müvafiq” sözü əlavə edilmişdir.
[4]
4 noyabr 2015-ci il tarixli 354
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11,
maddə 1418) ilə “Radioaktiv və kimyəvi
çirklənməyə məruz qalmış torpaqların
təsərrüfat dövriyyəsindən
çıxarılması, konservasiya edilməsi, mühafizəsi,
sağlamlaşdırılması və istifadəsi
Qaydaları”nın 1-ci və 6-cı hissələrində
ismin müvafiq hallarında “Dövlət
Torpaq Komitəsi” sözləri ismin müvafiq hallarında
“Əmlak
Məsələləri Dövlət Komitəsi”
sözləri ilə əvəz edilmişdir.
[5] 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 9, maddə 822) ilə Ekzogen geoloji proseslərə məruz
qalmış torpaqlarda mühəndis-texniki və kənd
təsərrüfatı işlərinin aparılmasına
icazə verilməsi Qaydası”nın 6-cı, 9-cu, 10-cu, 11-ci,
12-ci və 13-cü bəndlərində “Dövlət Tikinti və Arxitektura Komitəsinin”
və “Dövlət Tikinti
və Arxitektura Komitəsi” sözlərindən
əvvəl “Fövqəladə
Hallar Nazirliyinin,” və “Fövqəladə
Hallar Nazirliyi,” sözləri əlavə edilmişdir.
[6] 7 yanvar 2005-ci il tarixli 5
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005-ci il, ¹ 1, maddə 49) ilə "Ekzogen
geoloji proseslərə məruz qalmış torpaqlarda
mühəndis-texniki və kənd təsərrüfatı
işlərinin aparılmasına icazə verilməsi
Qaydası"nın 2-ci bəndinin birinci abzasında
"Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi
(bundan sonra - Dövlətgeolkom)" sözləri "Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi (bundan sonra - ETSN)" sözləri ilə, 2-ci
bəndinin ikinci abzasında, 3-cü, 4-cü, 6-13-cü
bəndlərində ismin müvafiq hallarında "Dövlətgeolkom"
sözü ismin müvafiq hallarında "ETSN"
sözləri ilə əvəz edilmişdir, 7-ci
bəndindən "Dövlət Ekologiya və
Təbiətdən İstifadəyə Nəzarət
Komitəsinin, Dövlət Hidrometrologiya Komitəsinin"
sözləri və 8-12-ci bəndlərindən "Dövlət
Ekologiya və Təbiətdən İstifadəyə
Nəzarət Komitəsinin" sözləri
çıxarılmışdır.
[7] 6 may 2008-ci il tarixli 109 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 5, maddə 432) ilə «Ekzogen
geoloji proseslərə məruz qalmış torpaqlarda
mühəndis-texniki və kənd təsərrüfatı
işlərinin aparılmasına icazə verilməsi
Qaydası»nın 6-cı bəndindən «Dövlət Tikinti və Arxitektura Komitəsi»
sözləri çıxarılmışdır.
4 noyabr 2015-ci il tarixli 354
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11,
maddə 1418) ilə “Ekzogen geoloji proseslərə məruz
qalmış torpaqlarda mühəndis-texniki və kənd
təsərrüfatı işlərinin aparılmasına
icazə verilməsi Qaydası”nın 6-cı (hər
üç halda), 7-ci, 8-ci və 13-cü
hissələrində ismin müvafiq hallarında “Dövlət Torpaq Komitəsi”
sözləri ismin müvafiq hallarında “Əmlak Məsələləri Dövlət
Komitəsi” sözləri ilə əvəz edilmişdir.
[8] 21 sentyabr 2015-ci il tarixli 309
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 14 oktyabr 2015-ci il, ¹ 223, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 10, maddə
1223) ilə "“Ekzogen geoloji proseslərə
məruz qalmış torpaqlarda mühəndis-texniki və
kənd təsərrüfatı işlərinin
aparılmasına icazə verilməsi Qaydası”nın 8-ci hissəsində
“Respublikası” sözü “Milli” sözü ilə
əvəz edilmişdir.
6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 5, maddə 432) ilə «Ekzogen geoloji
proseslərə məruz qalmış torpaqlarda
mühəndis-texniki və kənd təsərrüfatı
işlərinin aparılmasına icazə verilməsi
Qaydası»nın 9-cu bəndindən «Dövlət Tikinti və Arxitektura Komitəsi»
sözləri çıxarılmışdır.
8 fevral 2024-cü il tarixli 76
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 9 fevral
2024-cü il, “Xalq” qəzeti, 11 fevral
2024-cü il, ¹ 30,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 2, maddə 208) ilə “Ekzogen geoloji proseslərə
məruz qalmış torpaqlarda mühəndis-texniki və
kənd təsərrüfatı işlərinin
aparılmasına icazə verilməsi Qaydası”nın 8-ci hissəsinin
ikinci cümləsinə “xüsusi
hallarda” sözlərindən sonra ”Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin,”
sözləri əlavə edilmişdir.
[9] 29 iyun 2005-ci il
tarixli 122 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005-ci il, ¹ 6, maddə 558) ilə "Ekzogen
geoloji proseslərə məruz qalmış torpaqlarda
mühəndis-texniki və kənd təsərrüfatı
işlərinin aparılmasına icazə verilməsi
Qaydası"nın 9-cu
bəndində "Nazirlər Kabineti yanında Meliorasiya
və Su Təsərrüfatı Komitəsinin"
sözləri "Kənd Təsərrüfatı
Nazirliyinin" sözləri ilə əvəz edilsin və
13-cü bəndindən "Nazirlər Kabineti yanında
Meliorasiya və Su Təsərrüfatı Komitəsi"
sözləri çıxarılmışdır.
6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 5, maddə 432) ilə «Ekzogen geoloji
proseslərə məruz qalmış torpaqlarda
mühəndis-texniki və kənd təsərrüfatı
işlərinin aparılmasına icazə verilməsi
Qaydası»nın 9-cu bəndindən «Dövlət Tikinti və Arxitektura Komitəsi»
sözləri çıxarılmışdır.
30 oktyabr 2021-ci il tarixli 326
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 noyabr
2021-ci il, ¹ 237,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
10, maddə 1193) ilə “Ekzogen geoloji proseslərə
məruz qalmış torpaqlarda mühəndis-texniki və
kənd təsərrüfatı işlərinin
aparılmasına icazə verilməsi Qaydası”nın 9-cu hissəsinin
ikinci cümləsində “sanitar”
sözü “dövlət
sanitariya” sözləri ilə əvəz edilmişdir.
23 fevral 2024-cü il tarixli 97 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 23 fevral 2024-cü il, “Xalq” qəzeti, 27 fevral
2024-ci il, ¹ 44, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2024-cü il, ¹ 2, maddə 229) ilə “Ekzogen geoloji proseslərə məruz
qalmış torpaqlarda mühəndis-texniki və kənd
təsərrüfatı işlərinin aparılmasına
icazə verilməsi Qaydası”nın 9-cu hissəsinin ikinci
cümləsində və 13-cü hissəsində ismin
müvafiq hallarında “Meliorasiya
və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyəti” söz\ləri “Dövlət Su Ehtiyatları Agentliyi” sözləri
ilə əvəz edilmişdir
[10] 6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 5, maddə 432) ilə «Ekzogen geoloji
proseslərə məruz qalmış torpaqlarda
mühəndis-texniki və kənd təsərrüfatı
işlərinin aparılmasına icazə verilməsi
Qaydası»nın 10-cu bəndindən «Dövlət Tikinti və Arxitektura Komitəsi»
sözləri çıxarılmışdır.
[11] 6 may 2008-ci il tarixli 109 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 5, maddə 432) ilə «Ekzogen
geoloji proseslərə məruz qalmış torpaqlarda
mühəndis-texniki və kənd təsərrüfatı
işlərinin aparılmasına icazə verilməsi
Qaydası»nın 11-ci bəndindən «Dövlət Tikinti və Arxitektura Komitəsi»
sözləri çıxarılmışdır.
[12] 6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 5, maddə 432) ilə «Ekzogen geoloji
proseslərə məruz qalmış torpaqlarda
mühəndis-texniki və kənd təsərrüfatı
işlərinin aparılmasına icazə verilməsi
Qaydası»nın 12-ci bəndindən «Dövlət Tikinti və Arxitektura Komitəsi»
sözləri çıxarılmışdır.
[13] 8 aprel 2006-cı il
tarixli 100 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 4, maddə 370) ilə "Ekzogen geoloji
proseslərə məruz qalmış torpaqlarda
mühəndis-texniki və kənd təsərrüfatı
işlərinin aparılmasına icazə verilməsi
Qaydası"nın 9-cu və
13-cü bəndlərində ismin müvafiq hallarında
"Kənd Təsərrüfatı Nazirliyi"
sözlərindən sonra ismin müvafiq hallarında
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyəti" sözləri
əlavə edilmişdir.
6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 5, maddə 432) ilə «Ekzogen geoloji
proseslərə məruz qalmış torpaqlarda
mühəndis-texniki və kənd təsərrüfatı
işlərinin aparılmasına icazə verilməsi
Qaydası»nın 13-cü bəndindən «Dövlət Tikinti və Arxitektura Komitəsi»
sözləri çıxarılmışdır.
[14] 17 aprel 2006-cı il
tarixli 105 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 4,
maddə 374) ilə 1.15-ci
bəndi aşağıdakı redaksiyada verilsin:
1.15. Turizm
və rekreasiya zonaları;
[15]
10 iyun 2008-ci il tarixli 134 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹6, maddə 586) ilə «Torpaqların
zonalaşdırılmasının ümumi əsasları
və prinsipləri»nin 2.1-ci bəndində «Əli Bayramlı» sözləri «Şirvan» sözü ilə əvəz
edilmişdir.
[16]
19 fevral 2025-ci il tarixli 26
nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın)
rəsmi internet saytı, 20 fevral 2025-ci il, “Xalq” qəzeti, 23 fevral 2025-ci
il, ¹ 41, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹ 2, maddə
187) ilə “Torpaqların
zonalaşdırılmasının ümumi əsasları
və prinsipləri”nin 2.7-ci bəndinin dördüncü
abzasında “Təyyarə”
sözü “Aerodromlar və
helikopter” sözləri ilə əvəz edilmişdir.
[17] 25 fevral 2008-ci il tarixli 55 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 132) ilə 2.9-cu
bəndin ikinci cümləsində «Rekreasiyaya» sözü «Turizmə
və rekreasiyaya» sözləri ilə, «istirahət» sözü isə «turizm və rekreasiya» sözləri ilə
əvəz edilmişdir.
[18] 25 fevral 2008-ci il tarixli 55 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 132) ilə 2.11-ci
bəndin «c» yarımbəndində «rekreasiya» sözündən əvvəl «turizm və» sözləri
əlavə edilmişdir.
[19] 25 fevral 2008-ci il tarixli 55 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 132) ilə 2.12-ci
bəndin ikinci cümləsində «və rekreasiya» sözləri « , habelə turizm və rekreasiya» sözləri
ilə əvəz edilmişdir.
[20] 17 aprel 2006-cı il
tarixli 105 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 4, maddə
374) ilə 2.15-ci bəndi yeni
redaksiyada verilsin:
Əvvəlki
redaksiyada deyilirdi:
2.15. Rekreasiya
zonaları
Abşeron yarımadasından
şimala və cənuba, Xəzər dənizi
sahillərində, Araz çayı sahillərində,
Naxçıvan Muxtar Respublikası ərazisində, Araz su
qovşağı sahillərində, Qubadlı, Şuşa,
Laçın, Zəngilan, Cəbrayıl, Şəki-Zaqatala,
Şamaxı-Pirqulu, İsmayıllı zonalarında,
Şahdağ və Murovdağ zirvələrini və
dağətəyi sahələri əhatə edən rekreasiya
zonalarının ərazilərində idman, turizm, alpinizm,
qısa və uzunmüddətli aktiv və passiv istirahət
ocaqları, müvafiq miqyaslı otellər, kempinqlər,
çadır istirahət şəhərcikləri yaradıla
və fəaliyyət göstərə bilər.
Müalicə müəssisələri, sanatoriya və
istirahət evlərinin bu zonalarda yerləşdirilməsi,
onlarda kurort fəaliyyətinin yaradılmasına gətirib
çıxarır. Belə zonalar kurort-rekreasiya zonaları
adlandırılır.
[21] 25 fevral 2008-ci il tarixli 55 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 132) ilə 2.17-ci
bənddə «turizm və»
sözləri çıxarılsın, «idman-rekreasiya zonaları» sözləri «idman, turizm və rekreasiya
zonaları» sözləri ilə əvəz edilmişdir.
[22] 10 sentyabr 2019-cu il tarixli 404
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 12 sentyabr 2019-cu il, ¹ 200, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 9, maddə
1558) ilə “Torpaqların
zonalaşdırılmasının ümumi əsasları
və prinsipləri”nin 4.7-ci bəndinin birinci abzasının
birinci cümləsində “sənət-peşə”
sözləri “peşə”
sözü ilə əvəz edilmişdir.