Beynəlxalq
xüsusi hüquq haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
1.1. Bu
Qanun xarici elementli mülki hüquqi münasibətlərə
tətbiq olunmalı hüquq normalarını
müəyyən edir.
1.2.
Xarici elementli mülki hüquqi münasibətlərə
tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm
də digər müvafiq qanunvericilik aktları, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr və ümumi qəbul
olunmuş beynəlxalq adətlər, habelə
tərəflərin razılığı əsasında
müəyyən edilir.
1.3.
Tətbiq ediləcək hüququ müəyyən etmək
barədə tərəflərin razılığı
aydın ifadə olunmalı və ya bütövlükdə
götürülməklə müqavilənin
şərtlərindən və işin hallarından
bilavasitə irəli gəlməlidir.
1.4.
Xarici ölkələrin hüquq normalarının tətbiqi
onların yalnız ümum-hüquq xarakteri əsas
götürülməklə məhdudlaşdırıla
bilməz.
1.5. Bu
Qanunun məhkəmə tərəfindən tətbiq
olunmalı hüququn müəyyən edilməsi
barədə müddəalarını belə
səlahiyyətləri daşıyan digər orqanlar da
tətbiq etməlidirlər.
1.6. Ələt azad iqtisadi zonasında xarici elementli
mülki hüquq münasibətlərinə tətbiq
olunmalı hüquq normalarının müəyyən
edilməsi sahəsində münasibətlər “Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinə uyğun olaraq tənzimlənir.[1]
2.1.
Xarici hüququn tətbiqi zamanı məhkəmə bu
hüquq normalarının məzmununu müvafiq
ölkədə onların rəsmi təfsirinə və
tətbiqi praktikasına uyğun olaraq müəyyən
etmək üçün bütün zəruri
tədbirləri görməyə borcludur.
2.2. Bu
Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş
hərəkətlər nəticə vermədikdə və ya
həddən çox xərc tələb etdikdə və
proses iştirakçısı olan tərəflərdən
heç biri öz tələb və etirazlarını
əsaslandırmaq üçün istinad etdikləri
hüquqi normaları təsdiqləyən sənədlər
təqdim edə bilmədikdə məhkəmə
Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir.
3.1. Bu
Qanunun müddəalarına uyğun olaraq xarici hüquqa
hər hansı istinad bu maddədə nəzərdə tutulan
hallar istisna edilməklə, müvafiq xarici ölkənin maddi
hüququnun tətbiqini nəzərdə tutur.
3.2. Bu
Qanunun 9-cu və 10-cu maddələrində nəzərdə
tutulan münasibətlər, habelə
ailə-vərəsəlik hüquq münasibətləri
tənzimlənərkən xarici hüququn tətbiqi zamanı
Azərbaycan Respublikası hüququna geriyə istinad və ya
üçüncü ölkənin hüququna istinad qəbul
olunur.
Azərbaycan
Respublikasının Konstitusiyasına və referendumla qəbul
edilmiş aktlarına zidd olan xarici hüquq normaları
Azərbaycan Respublikasında tətbiq edilmir.
5.1. Bu
Qanuna görə tətbiq olunmalı hüquqdan asılı
olmayaraq müvafiq münasibətləri tənzimləyən
Azərbaycan Respublikası hüququnun imperativ normaları
tətbiq edilir.
5.2.
Bir ölkənin hüququ tətbiq edilərkən bu
ölkənin hüququna görə işin halları
(mahiyyəti) ilə sıx bağlılığı olan
digər ölkənin imperativ normalarına,
müqavilədə əsas götürülən hüquqa
istinad etmədən onların tətbiqinin mümkün
olduğu dərəcədə üstünlük verilə
bilər. Belə normalara üstünlük verilməsi
barədə qərar qəbul edilərkən onların
təyinatı və xarakteri, habelə tətbiqinin
nəticələri nəzərə alınmalıdır.
Bir
neçə hüquq sisteminin qüvvədə olduğu
dövlətin hüququnun tətbiq ediləcəyi hallarda, bu
dövlətin hüququ həmin hüquq sistemlərindən
hansının tətbiq olunacağını
müəyyən edir. Belə tətbiq qaydası
müəyyən olunmadıqda, işin halları ilə daha sıx
bağlı olan hüquq sistemi tətbiq edilməlidir.
Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı
Azərbaycan Respublikası vətəndaşlarına və
hüquqi şəxslərinə münasibətdə
retorsiyalar tətbiq edən dövlətlərin
vətəndaşlarına və hüquqi
şəxslərinə cavab tədbiri kimi analoji
məhdudiyyətlər müəyyən edə bilər.
Tərəflərin
bu Qanunun tətbiq olunmalı hüquq haqqında
müəyyən etdiyi qaydaları
üstələyərək müvafiq münasibəti
digər hüquqa tabe etməyə yönələn
razılaşma və digər hərəkətləri
qeyri-qanuni hesab olunur. Belə hallarda tətbiqi bu Qanunla
müəyyən olunan müvafiq ölkənin hüququ
tətbiq edilir.
9.1. Vətəndaşı
olduğu ölkənin hüququ fiziki şəxsin istinad
etdiyi qanun hesab edilir. İki və daha çox
vətəndaşlığı olan şəxs
üçün isə həmin vətəndaşın daha
sıx əlaqəli olduğu ölkənin hüququ onun
istinad etdiyi qanun sayılır.
9.2.
Vətəndaşlığı olmayan şəxsin daimi
yaşadığı ölkənin hüququ onun istinad etdiyi
qanun hesab edilir.
9.3.
Qaçqının sığınacaq aldığı
ölkənin hüququ onun istinad etdiyi qanun hesab edilir.
10.1.
Fiziki şəxsin hüquq və fəaliyyət qabiliyyətli
onun istinad etdiyi qanunla müəyyən olunur.
10.2.
Əqdlər və vurulmuş ziyan nəticəsində
əmələ gələn öhdəliklər
barəsində fiziki şəxsin fəaliyyət
qabiliyyəti əqdin bağlandığı və ya
vurulmuş ziyanla bağlı öhdəliyin
yarandığı ölkənin hüququ ilə
müəyyən edilir.
10.3.
Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan
şəxs hesab edilməsi və ya fəaliyyət
qabiliyyətinin məhdudlaşdırılması
məhkəmənin mənsub olduğu ölkənin
hüququna əsasən həyata keçirilir.
Fiziki
şəxsin xəbərsiz itkin düşmüş hesab
olunması və ya onun ölmüş elan edilməsi
həmin işə baxan məhkəmənin mənsub
olduğu ölkənin hüququna tabedir.
Hüquqi
şəxsin təsis edildiyi ölkənin hüququ onun istinad
etdiyi qanun hesab olunur.
13.1.
Hüquqi şəxsin hüquq qabiliyyəti onun istinad etdiyi
qanunla müəyyən olunur. Bu qayda hüquqi şəxsin
nümayəndəliyinə və filialına da şamil
edilir.
13.2.
Xarici hüquqi şəxs onun orqanının
(filialının) və ya nümayəndəsinin əqd
bağladığı ölkənin hüququna uyğun olaraq
qadağan edilən həmin əqdi bağladığına
görə səlahiyyətinin
məhdudlaşdırılmasına etiraz edə bilməz.
14.1.
Fiziki şəxsin adı, ondan istifadə və onun
müdafiəsi fiziki şəxsin istinad etdiyi qanunla
müəyyən olunur.
14.2.
Hüquqi şəxsin, onun filial və
nümayəndəliyinin adı, ondan istifadə və onun
müdafiəsi hüquqi şəxsin istinad etdiyi qanunla
müəyyən olunur.
Xarici
hüquqi şəxslər, əcnəbilər
vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikasının hüquqi şəxsləri
və vətəndaşları ilə bərabər
müvafiq olaraq mülki hüquq və fəaliyyət
qabiliyyətinə malikdir. Qarşılıqlı olaraq cavab
tədbiri kimi bu qaydadan istisnalar müəyyən edilə
bilər.
16.1.
Qanunla başqa hallar nəzərdə tutulmadıqda
dövlətin iştirak etdiyi xarici elementli mülki-hüquqi
münasibətlərə bu Qanunun müddəaları
tətbiq edilir.
16.2. Dövlətin
bağladığı mülki hüquqi əqdlərə,
əgər bu onun öz suveren funksiyalarını yerinə
yetirməklə əlaqədar deyilsə, bu Qanunun
müddəaları tətbiq edilir.
16.3.
Dövlət tərəfindən bağlanan hüquqi
əqdlərin xarakteri onun hüquqi təbiəti və
səbəblərinə əsasən müəyyən edilir.
17.1.
Əqdlərin forması onların bağlandığı
yerin hüququna tabedir. Lakin Azərbaycan Respublikası
hüququnun tələblərinə riayət olunduğu halda
xaricdə bağlanan əqd xarici hüququn tələb etdiyi
formanın pozulmasına görə etibarsız hesab edilə
bilməz.
17.2.
Ayrı-ayrı ölkələrdə olan tərəflər
arasında bağlanan əqdin forması həmin
ölkələrdən birinin hüququna uyğundursa,
etibarlı sayılır.
17.3.
Predmeti torpağa mülkiyyət hüququ və ya torpaqdan
istifadə hüququ olan əqdin forması həmin
torpağın yerləşdiyi ölkənin imperativ hüquq
normaları ilə müəyyən edilir, bu şərtlə
ki, həmin ölkənin hüququna görə, əqdin
bağlandığı yerdən və bu əqdin tabe
olduğu hüquqdan asılı olmayaraq bu normalar tətbiq
olunmalıdır.
Etibarnamənin
forması və qüvvədə olması müddəti onun
verildiyi ölkənin hüququ ilə müəyyən olunur.
Lakin etibarnamənin formasına riayət edilməməsi
nəticəsində o, etibarsız sayıla bilməz, bu
şərtlə ki, onun forması Azərbaycan Respublikası
hüququnun tələblərinə uyğun olsun.
19.1.
Müvafiq münasibətin tənzimlənməsi
üçün hansı ölkənin hüququ tətbiq
olunursa, iddia müddəti də həmin ölkənin
hüququ ilə müəyyən edilir.
19.2.
Müvafiq münasibətin iştirakçılarından
heç olmasa biri Azərbaycan Respublikasının
vətəndaşı və ya hüquqi şəxsidirsə,
onda iddia müddətinin aid edilmədiyi tələblər
Azərbaycan Respublikasının hüququ ilə
müəyyən olunur.
20.1.
Daşınar və daşınmaz əmlaka mülkiyyət
və digər əşya hüquqları, qanunla başqa
hallar nəzərdə tutulmayıbsa, əmlakın
yerləşdiyi ölkənin hüququ ilə
müəyyən olunur.
20.2.
Əmlakın daşınar və ya daşınmaz olması,
habelə əmlakın digər hüquqi kvalifikasiyası
əmlakın yerləşdiyi ölkənin hüququ ilə
müəyyən olunur.
Əmlak
üzərində əşya hüquqlarının
əmələ gəlməsi və xitamı, Azərbaycan
Respublikası qanunvericiliyi ilə başqa hallar
nəzərdə tutulmayıbsa, əşya
hüquqlarının əmələ gəlməsi və
xitamı üçün əsas olan hərəkət və
ya digər hallar baş verdiyi zaman həmin əmlakın
yerləşdiyi ölkənin hüququ ilə
müəyyən edilir.
22.1.
Nəqliyyat vasitələrinə əşya hüquqları
onların qeydiyyatdan keçdikləri ölkənin hüququ
ilə müəyyən olunur.
22.2.
Yolda olan daşınar əmlaka mülkiyyət və digər
əşya hüquqları, tərəflərin
razılığı ilə başqa hal müəyyən
edilməyibsə, əmlakın göndərildiyi
ölkənin hüququ ilə müəyyən olunur.
Şəxsi
qeyri-əmlak hüquqlarına, onların müdafiəsinə
bu hüquqların həyata keçirildiyi ölkənin
hüququ tətbiq edilir.
24.1.
Müqavilə ilə bağlı tərəflərin
hüquq və vəzifələrinin müəyyən
edilməsi, müqavilənin təfsiri, icrası, icra
edilməməsi, xitamı, lazımi qaydada icra
edilməməsinin və etibarsızlığının
nəticələri, habelə müqavilə ilə
əlaqədar tələbin güzəşti və borcun
köçürülməsi tərəflərin
razılığı ilə seçilən ölkənin
hüququ ilə tənzimlənir.
24.2.
Müqavilə tərəfləri həm
bütövlükdə müqavilə üçün,
həm da onun ayrı-ayrı hissələri üçün
tətbiq olunmalı hüququ seçə bilərlər.
24.3.
Tərəflər tətbiq olunmalı hüququ
istənilən vaxtda, o cümlədən müqavilənin
imzalandığı vaxt və ya ondan sonra seçə
bilərlər. Tərəflər həm də
istənilən vaxt müqavilə ilə əlaqədar
tətbiq olunan hüququn dəyişilməsi barədə
razılığa gələ bilərlər.
24.4.
Müqavilə ilə bağlı ölkənin imperativ
normalarının tətbiq edilməməsinə səbəb
olan hüququn seçilməsi etibarsızdır.
25.1.
Müqavilə tərəfləri arasında həmin
müqaviləyə tətbiq edilməli hüquq barədə
razılıq olmadığı halda, müqaviləyə
aşağıda göstərilən tərəflərin
təsis olunduğu, yaşadığı və ya
əsasən fəaliyyət göstərdiyi ölkənin
hüququ tətbiq edilir:
25.1.1.
alqı-satqı müqaviləsində - satıcının;
25.1.2.
bağışlama müqaviləsində - hədiyyə
edənin;
25.1.3.
əmlak kirayəsi müqaviləsində - kirayə verənin
və ya kirayəçinin;
25.1.4.
əvəzsiz istifadə müqaviləsində -
əvəzsiz istifadəyə verən şəxsin;
25.1.5.
borc müqaviləsində - borc verənin;
25.1.6.
podrat müqaviləsində - podratçının;
25.1.7.
tapşırıq müqaviləsində - vəkaləti
alanın;
25.1.8.
komissiya müqaviləsində - komisyonçunun;
25.1.9.
saxlama müqaviləsində - saxlayıcının;
25.1.10.
daşıma müqaviləsində -
daşıyıcının;
25.1.11.
sığorta müqaviləsində -
sığortaçının;
25.1.12.
girov müqaviləsində - girov qoyanın;
25.1.13.
zaminlik müqaviləsində - zaminin;
25.1.14.
qarantiya müqaviləsində - qarantın.
25.2.
Müqavilə tərəfləri arasında, müqavilə
ilə bağlı tətbiq olunmalı hüquq barədə
razılaşma olmadıqda, bu Qanunun 25.1-ci maddəsinin
müddəalarından asılı olmayaraq:
25.2.1.
daşınmaz əmlak barədə müqaviləyə -
əmlakın olduğu ölkənin hüququ;
25.2.2.
birgə fəaliyyət barədə və tikinti podrat
müqavilələrinə - belə fəaliyyətin
həyata keçirildiyi və ya müqavilə ilə
nəzərdə tutulan nəticələrin
yarandığı ölkənin hüququ;
25.2.3.
auksionda, müsabiqədə və ya birjada bağlanan
müqavilələrə - auksionun, müsabiqənin
keçirildiyi və ya birjanın yerləşdiyi
ölkənin hüququ tətbiq edilir.
25.3.
Bu Qanunun 25.1-ci və 25.2-ci maddələrində
nəzərdə tutulmayan müqavilələrə,
tərəflər arasında tətbiq edilməli hüquq
barədə razılaşma olmadığı halda, belə
müqavilənin daha sıx bağlı olduğu
ölkənin hüququ tətbiq edilir.
25.4.
Müqavilənin icra üsullarına və proseduralarına,
habelə onun lazımi qaydada icra edilməməsi ilə
əlaqədar görülən tədbirlərə
münasibətdə tətbiq olunan hüquqdan əlavə,
icranın keçirildiyi ölkənin hüququ da
nəzərə alınmalıdır.
26.1.
Ziyan vurma nəticəsində əmələ gələn
öhdəliklər üzrə tərəflərin hüquq
və vəzifələri ziyanı ödəmək
haqqında tələbin irəli sürülməsi
üçün əsas olan hərəkətin və ya
digər vəziyyətin baş verdiyi ölkənin hüququ
ilə müəyyən edilir.
26.2.
Xaricdə vurulan ziyan nəticəsində əmələ
gələn öhdəliklər üzrə
tərəflərin hüquq və vəzifələri,
tərəflər eyni dövlətin
vətəndaşları və ya hüquqi
şəxsləridirsə, həmin dövlətin hüququ
ilə müəyyən edilir.
27.0.
Malın alınması və ya xidmətin
göstərilməsi ilə əlaqədar
istehlakçıya dəyən ziyanın ödənilməsi
haqqında tələbə istehlakçının
seçimi əsasında:
27.0.1.
istehlakçının yaşadığı və ya
adətən olduğu ölkənin hüququ;
27.0.2.
istehsalçının və ya xidmət göstərən
şəxsin yerləşdiyi və ya yaşadığı
ölkənin hüququ;
27.0.3.
istehlakçının malı aldığı və ya ona
xidmət göstərildiyi ölkənin hüququ tətbiq
olunur.
28.1.
Əsassız varlanma nəticəsində yaranmış
öhdəliklərə belə varlanmanın baş verdiyi
dövlətin hüququ tətbiq olunur.
28.2.
Özgənin əmlakına edilən qəsd
nəticəsində yaranan əsassız varlanmaya qarşı
iddiaya qəsdin baş verdiyi ölkənin hüququ tətbiq
edilir. Əsassız varlanma anlayışı Azərbaycan
Respublikasının hüququ ilə müəyyən edilir.
29.1.
Vərəsəlik üzrə münasibətlər miras
qoyanın öz vəsiyyətnaməsində
vətəndaşı olduğu ölkənin hüququnu
seçdiyi hallar istisna olmaqla, onun son daimi
yaşadığı ölkənin hüququ ilə
müəyyən edilir.
29.2.
Vətəndaşlığı olmayan
şəxslərlə əlaqədar vərəsəlik
münasibətlərində onların axırıncı daimi
yaşadığı ölkənin hüququ tətbiq edilir.
Bunu müəyyən etmək mümkün olmadığı
hallarda Azərbaycan Respublikasının hüququ tətbiq
edilir.
30.1.
Bu Qanunun 17-ci maddəsinin fəaliyyət dairəsindən
kənara çıxaraq, forma nöqteyi-nəzərindən
vəsiyyətnamə:
30.1.1.
vəsiyyətnamənin tərtib olunduğu;
30.1.2.
miras qoyanın vəsiyyət elədiyi anda və ya vəfat
etdiyi anda yaşadığı və ya olduğu;
30.1.3.
haqqında vəsiyyətnamə olan daşınmaz
əmlakın olduğu ölkələrdən birinin
hüququnun tələblərinə cavab verdikdə
etibarlı sayılır.
30.2.
Miras qoyanın vəsiyyət etmək qabiliyyəti,
vətəndaşlığı, digər şəxsi
keyfiyyətləri və ya şəxsi keyfiyyətləri
haqqında tələb ediləcəyi mümkün olan
göstərişlər forma üçün zəruri hesab
edilir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı
şəhəri, 6 iyun 2000-ci il
¹ 889-IQ
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 9 iyul 2021-ci il tarixli 370-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 27 iyul 2021-ci il, ¹ 153, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2021-ci il, ¹ 7, maddə 719)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK
VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 9 iyul 2021-ci il tarixli 370-VIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 27 iyul 2021-ci il, ¹ 153,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹
7, maddə 719) ilə yeni məzmunda 1.6-cı maddə
əlavə edilmişdir.