"Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli, 91 nömrəli qərarına əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli, 91 nömrəli qərarının "Azərbaycan Respublikası ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri" barədə əlavəsində, 1-ci sütunda "8483" mal mövqeyindən, 2-ci sütundakı onun adından və 3-cü sütundakı gömrük rüsumu dərəcəsindən əvvəl 1-ci, 2-ci və 3-cü sütunlarda müvafiq olaraq "848250000" mal mövqeyi, "Yalnız lokomotivlər, vaqonlar, tramvaylar üçün istehsal edilmiş şar-rolikli yastıqlı diyircək komplektləri" sözləri və "0" rəqəmi əlavə edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADӘ

Bakı şəhəri, 7 sentyabr 2000-ci il
                   № 164