Kütləvi
informasiya vasitələri haqqında [1]
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu Qanun
Azərbaycan Respublikasında kütləvi informasiyanın
axtarılması, əldə edilməsi, hazırlanması,
ötürülməsi, istehsalı və yayımının
ümumi qaydalarını, habelə mətbuatın, informasiya
agentliklərinin, televiziya və radio
təşkilatlarının vətəndaşların tam,
doğru-dürüst və operativ informasiya almaq hüququnun
həyata keçirilməsinə yönəldilmiş
fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi
əsaslarını müəyyən edir.
Azərbaycan
Respublikasında kütləvi informasiya azaddır.
Kütləvi
informasiya azadlığı vətəndaşların qanuni
yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq,
ötürmək, istehsal etmək və yaymaq hüququna
dövlət tərəfindən təminat verilməsinə
əsaslanır.
Kütləvi
informasiya vasitələrinin təsis olunması, onlara sahiblik,
onlardan istifadə, onların idarə olunması,
kütləvi informasiyanın axtarılması, əldə
edilməsi, hazırlanması, ötürülməsi,
istehsalı və yayımı Azərbaycan
Respublikasının kütləvi informasiya vasitələri
haqqında qanunvericiliyində nəzərdə tutulan hallardan
başqa, məhdudlaşdırıla bilməz.
Bu Qanun
Azərbaycan Respublikasının ərazisində təsis
olunmuş bütün kütləvi informasiya
vasitələrinə həmçinin onun hüdudlarından
kənarda yaradılan kütləvi informasiya vasitələri
məhsullarının yalnız Azərbaycan
Respublikasının ərazisində yayılan hissəsinə
şamil edilir.
Bu Qanunda
istifadə olunan anlayışlar aşağıdakı
mənaları ifadə edir:
kütləvi informasiya - axtarılması, əldə olunması,
hazırlanması, ötürülməsi, istehsalı və
yayımı Azərbaycan Respublikasının qanunvericiliyi
ilə məhdudlaşdırılmayan, ümumi istifadə
üçün nəzərdə tutulmuş mətbu, audio,
audiovizual xəbər və digər məlumatlar;
kütləvi informasiya vasitələri - dövri mətbu nəşrlər, teleradio
proqramları, informasiya agentlikləri, internet informasiya ehtiyatı,
kinoxronika proqramları və digər yayım formaları;[2]
teleradio və kinoxronika proqramları - daimi adı, nömrəsi olan və ildə
azı bir dəfə efirə buraxılan audio, audiovizual
xəbər və materialların (verilişlərin)
məcmusu; [3]
dövri mətbu nəşrlər - çap prosesinin və ya hər hansı
surətçıxaran texnikanın vasitəsilə
hazırlanmış, birdəfəlik tirajı 100
nüsxədən çox, daimi adı və cari nömrəsi
olan, ildə azı on iki dəfə çıxan
qəzetlər və ildə azı iki dəfə çap
olunan jurnal, toplu, bülleten və başqa dövri
nəşrlər; [4]
kütləvi informasiya vasitəsinin
məhsulu - mətbu
nəşrin bir nömrəsinin tirajı, yaxud onun bir
hissəsi, teleradio, kinoxronika proqramlarının ayrıca
buraxılışı, proqramın audio və ya
vidioyazısının tirajı, yaxud tirajının bir
hissəsi;
kütləvi informasiya vasitəsi
məhsulunun yayılması -
dövri mətbu nəşrlərin, teleradio proqramların,
audio və ya videoyazılarının satılması və ya
paylanması, teleradio proqramların yayımı, kinoxronika
proqramlarının nümayişi;
ixtisaslaşmış kütləvi
informasiya vasitələri -
istehsalı (yayımı) üçün bu Qanunla xüsusi
qaydalar müəyyən edilmiş kütləvi informasiya
vasitələri;
kütləvi informasiya vasitəsinin
redaksiyası - kütləvi
informasiya vasitəsinin istehsalını və
yayımını həyata keçirən təşkilat,
müəssisə, idarə və ya vətəndaş, yaxud
vətəndaşlar birliyi;[5]
məsul redaktor - mətbu nəşrə rəhbərlik edən
baş redaktor (redaktor), yaxud onu əvəz edən
şəxs; teleradio təşkilatında verilişlərin
(proqramların) yayımına icazə verən şəxs;
naşir
- mətbu nəşrin məhsulunun istehsalını maddi-texniki
cəhətdən təmin edən nəşriyyat, digər
müəssisə (sahibkar), naşirə bərabər tutulan
və əsas gəlir mənbəyi bu fəaliyyət
növü olmayan fiziki və ya hüquqi şəxs;
yayıcı - redaksiya və ya naşirlə müqavilə
bağlamaqla, yaxud digər qanuni əsaslarla kütləvi
informasiya vasitəsi məhsullarının
yayılmasını həyata keçirən fiziki və ya
hüquqi şəxs;
pornoqrafik materiallar - əsas məzmunu seksual münasibətlərin
anatomik və fizioloji cəhətlərinin kobud və
ləyaqətsiz təsviri olan bədii, foto, rəsm
əsərləri, informasiyalar və digər materiallar;
oxşar ad - əvvəllər uçota
alınmış mətbu nəşrin adının digər
təsisçi tərəfindən xarici dilə
tərcüməsi və ya yalnız adındakı sözlərin
yerinin dəyişdirilməsi ilə fərqlənən,
həmçinin simvolun və ya simvolu ifadə edən
sözün əlavə edilməsinə baxmayaraq, mətbu
nəşrin adları ilə eynilik təşkil edən adlar.[6]
Maddə 4. Kütləvi
informasiya vasitələrinin istehsalı və
yayımının əsas prinsipləri
Kütləvi
informasiya vasitələri haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, bu Qanundan, “Televiziya
və radio yayımı haqqında”, “Məlumat
azadlığı haqqında”, “İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi
haqqında”,
“Vətəndaşların müraciətlərinə
baxılma qaydası haqqında”, "Rabitə
haqqında", "Dövlət sirri haqqında",
"Müəlliflik hüququ və əlaqəli hüquqlar
haqqında" Azərbaycan Respublikası qanunlarından,
habelə digər müvafiq qanunvericilik aktlarından
ibarətdir.[9]
Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
dövlətlərarası müqavilələrlə bu Qanun
arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr
tətbiq edilir.
Azərbaycan
Respublikasının ərazisində kütləvi informasiya
vasitələri dövlət dilindən istifadə edirlər.
Kütləvi
informasiya vasitələrində dövlət dili normalarına
riayət edilməlidir. [10]
Azərbaycan
Respublikası vətəndaşlarının kütləvi
informasiyanın istehsalı və yayımında Azərbaycan
Respublikası əhalisinin danışdığı başqa
dillərdən, habelə dünyada geniş
yayılmış digər dillərdən istifadə etmək
hüququ vardır. [11]
Maddə 6-1. Kütləvi
informasiya vasitələrinin maliyyələşdirilməsi [12]
Kütləvi
informasiya vasitələri qanunla qadağan olunmuş
mənbələr istisna olmaqla, istənilən
vəsaitlər hesabına maliyyələşdirilə
bilər.
Kütləvi
informasiya vasitələri üzərində dövlət
senzurasına, habelə bu məqsədlə xüsusi
dövlət orqanlarının və ya vəzifələrin
yaradılmasına və maliyyələşdirilməsinə
yol verilmir. Məlumatın və ya müsahibənin
müəllifi olduqları hallardan başqa, dövlət
orqanlarının, bələdiyyələrin, idarə,
müəssisə və təşkilatların, ictimai
birliklərin, vəzifəli şəxslərin, habelə
siyasi partiyaların kütləvi informasiya
vasitələrində yayılan məlumat və
materialların qabaqcadan onlarla
razılaşdırılmasını tələb etmək
və ya yayılmasını qadağan etmək hüququ
yoxdur.
Hərbi vəziyyət
dövründə “Hərbi vəziyyət haqqında”
Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq
kütləvi informasiya vasitələrinin məlumat və
materialları hərbi senzuradan keçirilə, habelə
hərbi vəziyyət tətbiq edilən ərazidə
(ərazilərdə) kütləvi informasiya
vasitələrinin xüsusi fəaliyyət rejimi tətbiq
edilə bilər.[13]
Fövqəladə
və
hərbi vəziyyətin qüvvədə olduğu
müddət ərzində şərtləri və bu
şərtlərin həyata keçirilməsi qaydası
göstərilməklə kütləvi informasiya
vasitələrinin azadlığı müvəqqəti
məhdudlaşdırıla bilər. [14]
Dini ekstremizm
əleyhinə xüsusi əməliyyatın aparılması
zonasında kütləvi informasiya vasitələri
işçilərinin fəaliyyəti əməliyyat aparan
orqan tərəfindən müəyyən edilir. [15]
Dini ekstremizm
əleyhinə aparılan xüsusi əməliyyat
barədə ictimaiyyətə məlumatlar əməliyyat
aparan orqanın müəyyən etdiyi formada və
həcmdə verilir.
Kütləvi
informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi,
ictimai və sosial durum haqqında, dövlət
orqanlarının, bələdiyyələrin, idarə,
müəssisə və təşkilatların, ictimai
birliklərin, siyasi partiyaların, vəzifəli
şəxslərin fəaliyyəti barədə operativ və
doğru-dürüst məlumatlar almaq hüququna
malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının
qanunvericiliyində göstərilən hallardan başqa,
məhdudlaşdırıla bilməz.
Dövlət
orqanları, bələdiyyələr, idarə,
müəssisə və təşkilatlar, ictimai birliklər,
siyasi partiyalar, vəzifəli şəxslər öz
fəaliyyətləri haqqında məlumatı kütləvi
informasiya vasitəsinin sorğusu əsasında, habelə
mətbuat konfransları keçirmək yolu ilə, yaxud
başqa formalarda verirlər.
İnformasiya
almaq üçün sorğu yazılı və şifahi ola
bilər. Tələb olunan informasiyanı adları
çəkilən orqan, təşkilat və ictimai birliklərin
rəhbərləri, onların müavinləri, mətbuat
xidmətinin işçiləri, yaxud digər
səlahiyyətli şəxslər verə bilərlər.
Məlumatın
əldə edilməsi barədə yazılı sorğuya
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyənləşdirilmiş qaydada və
müddətdə baxılır. Qanunda göstərilən
müddətdə həmin məlumat öz operativliyini
itirərsə, sorğuya dərhal, bu mümkün
olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.
Kütləvi
informasiya vasitəsinin nümayəndəsi məlumatı
verməkdən imtina edən dövlət orqanlarından,
bələdiyyələrdən, idarə, müəssisə
və təşkilatlardan, ictimai birliklərdən, siyasi
partiyalardan və ya vəzifəli şəxslərdən
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
şəkildə şikayət etmək hüququna malikdir.
Dövlət
kütləvi informasiya vasitələrinin iqtisadi
müstəqilliyinə təminat verir, kütləvi informasiya
vasitələri məhsullarının istehsalı və
yayımı sahəsində inhisarçılıq
fəaliyyətinin və haqsız rəqabətin
qarşısını almaq üçün Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun tədbirlər
görür.
Azərbaycan
Respublikasının qanunvericiliyi ilə qorunan sirləri, habelə yayılması qadağan edilən digər
informasiyanı yaymaq, mövcud
konstitusiyalı dövlət quruluşunu zorakılıqla
çevirmək, dövlətin bütövlüyünə
qəsd etmək, müharibəni, zorakılığı və
qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud
dözülməzliyi təbliğ etmək, mötəbər
mənbə adı altında vətəndaşların
şərəf və ləyaqətini alçaldan
şayiələr, yalan və qərəzli yazılar,
pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud
digər qanunazidd əməllər törətmək məqsədi
ilə kütləvi informasiya vasitələrindən
istifadə olunmasına yol verilmir.[16]
Uşaqlar arasında
dövriyyəsi qadağan edilən və ya
məhdudlaşdırılan informasiyanın
istehsalçısı və yayıcısı
“Uşaqların zərərli informasiyadan qorunması
haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinə riayət etməyə borcludur.[17]
(Çıxarılıb)[18]
Maddə 10-1.
Gizli lent yazıları [19]
Gizli audio
və video yazılardan, kino və foto
çəkilişindən istifadə etməyə və ya
hazırlanmış məlumat və materialları yaymağa
yalnız aşağıdakı hallarda yol verilir:
1)
şəxsin və vətəndaşın bu barədə
yazılı razılığı varsa, habelə kənar
şəxsin Azərbaycan Respublikasının Konstitusiyası
ilə müəyyən edilmiş hüquq və
azadlıqlarının qorunması üçün zəruri
tədbirlər görülmüşdürsə.
2)
məhkəmənin qərarı ilə nümayiş
etdirilirsə.
Bu
maddənin tələblərini pozaraq gizli audio-video
yazılardan, kino-foto çəkilişindən istifadə
olunması və onun yayılması Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun
şəkildə məsuliyyətə səbəb olur.
Maddə 11. İnformasiyanın
yayılmasına, informasiya mənbəyinin
açıqlanmasına yol verilməyən xüsusi hallar [20]
Kütləvi
informasiya vasitəsi redaksiyasının və ya jurnalistin:
1)
şəxsin gizli saxlanmaq şərt ilə verdiyi
məlumatı yayılan xəbər və materiallarda
açıqlamasına;
2)
adının bildirilməməsi şərtilə məlumat
vermiş şəxsin kimliyini göstərməsinə;
3)
təhqiqatçının, müstəntiqin, ibtidai
araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokurorun və ya məhkəmənin
icazəsi olmadan ibtidai istintaq və təhqiqat
məlumatlarını yaymasına;
3-1) Azərbaycan
Respublikasının Cinayət-Prosessual
Məcəlləsində nəzərdə tutulmuş qaydada
tərtib edilən və “İnformasiya əldə etmək
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq sənədləşdirilmiş informasiya hesab edilən
cinayət təqibi üzrə icraat materiallarının
surətlərini olduğu kimi yaymasına;[21]
4) yetkinlik yaşına çatmayan
şübhəli, təqsirləndirilən və ya
zərər çəkmiş şəxslərin
şəxsiyyəti barədə hər hansı
məlumatların həmin şəxslərin və onların
qanuni nümayəndələrinin razılığı
olmadan yaymasına;[22]
5) “Dini ekstremizmə qarşı
mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun
9.3-cü maddəsində nəzərdə tutulmuş
məlumatların yayılmasına yol verilmir.[23]
Kütləvi
informasiya vasitəsinin məlumatın dərc olunmasına
(efirə verilməsinə) məsul redaktoru və (və ya)
jurnalist istintaqda yaxud məhkəmə icraatında olan işlə
əlaqədar qanunla müəyyən edilmiş hallardan başqa,
informasiya mənbəyini açıqlamağa məcbur
edilə bilməz. Bu halda müəllif açıqlanmayan
təsvirə, məqaləyə, şəkilə və ya
karikaturaya görə məsuliyyət buraxılışa
məsul redaktorun yaxud jurnalistin üzərinə
düşür.
Redaktor
və ya jurnalist aşağıdakı hallarda
məhkəmə tərəfindən öz mənbəyini
açıqlamağa məcbur edilə bilər:
1) insan
həyatının müdafiəsi üçün;
2)
ağır cinayətin qarşısını almaq
məqsədi ilə;
3)
ağır cinayət törətməkdə ittiham olunan yaxud
təqsirli bilinən şəxsin müdafiəsi
üçün.
Bu
maddənin birinci hissəsinin 3-cü bəndinin
tələbləri jurnalistin müstəqil təhqiqat aparmaq
hüququnu məhdudlaşdırmır.
Müəlliflik
hüququ və əlaqəli hüquqların obyektlərindən
kütləvi informasiya vasitələrinin istifadəsinə
"Müəlliflik hüququ və əlaqəli hüquqlar
haqqında" Azərbaycan Respublikası Qanununun
tələblərinə əməl etməklə yol verilir.
Oxucu
(dinləyici, tamaşaçı) məktubları dərc
edilərkən (efirə verilərkən) onların
məzmununu təhrif etməyən ixtisara və
redaktəyə yol verilir. Qanunvericilikdə nəzərdə
tutulmuş hallardan başqa redaksiya oxucu (dinləyici,
tamaşaçı) məktublarına cavab verməyə
məcbur deyildir.
Qanunvericilikdə
nəzərdə tutulmuş hallardan başqa kütləvi
informasiya vasitəsinin redaksiyası imtina etdiyi materiala dərc
etməyə (efirə verməyə) məcbur edilə
bilməz.
Kütləvi
informasiya vasitələrində reklam "Reklam
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq hazırlanır və yayılır.
(Çıxarılıb)[24]
Maddə 14. Kütləvi
informasiya vasitəsinin təsis edilməsi [25]
Mətbu
nəşrlərin təsis edilməsi üçün
dövlət orqanlarından icazə tələb olunmur.
Mətbu
nəşr təsis etmək istəyən hüquqi və ya
fiziki şəxs nəşrin çapından 7 gün
əvvəl müvafiq icra hakimiyyəti orqanına rəsmi
müraciət etməyə borcludur. Müraciətdə
aşağıdakılar göstərilməlidir:
mətbu
nəşrin adı, məqsədi, dövriliyi, hüquqi
ünvanı;
mətbu
nəşrin təsisçisinin, varsa redaktorunun (baş
redaktorunun) adı, soyadı;
mətbu
nəşrin təsisçisi yaxud redaksiyası hüquqi
şəxsdirsə, qeydiyyatdan keçirilmiş nizamnaməsi.
Dini mətbu nəşrlərin təsis edilməsi
ilə bağlı müvafiq icra hakimiyyəti orqanının
rəyi sənədlərə əlavə olunur.[26]
Mətbu
nəşrin təsisçisi müvafiq icra hakimiyyəti
orqanına rəsmi müraciət etmədən
yayıldıqda yaxud müraciətdə göstərilən
məlumatların doğru olmadığı
aşkarlandıqda müvafiq icra hakimiyyəti orqanı
həmin nəşrin fəaliyyətinə xitam verilməsi
barədə müvafiq məhkəmə qarşısında
məsələ qaldırır.
Kütləvi
informasiya vasitələrini dövlət orqanları,
bələdiyyələr, siyasi partiyalar (yalnız mətbu
nəşrlər üçün), ictimai birliklər,
idarə, müəssisə və təşkilatlar,
Azərbaycan Respublikası ərazisində daimi yaşayan
vətəndaşlar təklikdə və ya başqaları
ilə birlikdə təsis etmək hüququna malikdirlər.
Kütləvi
informasiya vasitəsinin adında dövlət
təşkilatlarının, beynəlxalq qurumların,
idarə və müəssisələrin, yerli
özünüidarəetmə orqanlarının adından
istifadə olunmasına həmin qurumların
razılığı ilə yol verilir. Azərbaycanın
görkəmli şəxsiyyətlərinin adlarını
özündə əks etdirən (yaxın qohumlarının
və ya vərəsələrinin icazəsi olmadan) və ya
əvvəl təsis edilmiş digər mətbu
nəşrlə eyni və
ya oxşar ada malik olan mətbu
nəşrlərin təsis edilməsinə yol verilmir.[27]
Xarici
dövlətlərin hüquqi və fiziki
şəxslərinin Azərbaycan Respublikası
ərazisində kütləvi informasiya vasitəsi təsis
etməsi Azərbaycan Respublikasının bağladığı
dövlətlərarası müqavilə ilə
tənzimlənir (xarici dövlətin hüquqi şəxsi
dedikdə, hüquqi şəxsin nizamnamə kapitalının
və ya səhmlərinin 30 faizindən çoxunun xarici dövlətlərin
hüquqi şəxslərinə və
vətəndaşlarına məxsus olduğu və ya
təsisçilərinin 1/3 hissəsindən çoxunun xarici
dövlətin hüquqi şəxsi və ya
vətəndaşı olan hüquqi şəxslər başa
düşülür).
Bu
maddənin beşinci hissəsində və bu Qanunun 21-ci
maddəsində göstərilən, habelə Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulan digər hallardan başqa xarici ölkələrin
dövlət orqanlarının, hüquqi və fiziki
şəxslərinin kütləvi informasiya vasitələrini
maliyyələşdirməsinə yol verilmir.
Həmçinin:
məhkəmənin
qanuni qüvvəyə minmiş hökmü ilə
azadlıqdan məhrum etmə yerlərində cəza
çəkən, habelə fəaliyyət qabiliyyətsizliyi
məhkəmə tərəfindən təsdiq edilən
şəxslər;
dövlət
qeydiyyatından keçməyən yaxud fəaliyyəti
qanunla qadağan olunan ictimai birliklər və siyasi partiyalar
kütləvi informasiya vasitəsi təsis edə
bilməzlər.
Teleradio
yayımçısının təsis edilməsi qaydaları
müvafiq qanunvericiliklə müəyyən edilir.[28]
Kütləvi
informasiya vasitəsi redaksiyasının, naşirin,
yayıcının bu Qanunla
müəyyənləşdirilən statusu və hüquqi
vəziyyəti informasiya agentliklərinə də şamil
edilir.
İnformasiya
agentliklərinin xəbər və materialları
kütləvi informasiya vasitələrində və digər
kütləvi informasiya agentliklərində yayılarkən
mütləq həmin informasiya agentliyinə istinad
edilməlidir. [30]
Təsisçi
(həmtəsisçi) kütləvi informasiya vasitəsi
redaksiyasının nizamnaməsini təsdiq edir, redaksiya
ilə (redaktorla, baş redaktorla) müqavilə
bağlayır, kütləvi informasiya vasitəsinin istehsal
və yayım istiqamətlərini
müəyyənləşdirir, onun maliyyə, avadanlıq
və texniki təchizat məsələlərini həll edir.
Təsisçi
kütləvi informasiya vasitəsində çıxış
etmək, bəyanat vermək, digər rəsmi məlumatlar
dərc etdirmək hüququna malikdir. Təsisçinin çıxış
və bəyanatının maksimum həcmi redaksiyanın
qeydiyyatdan keçirilmiş nizamnaməsində, yaxud
təsisçi ilə baş redaktor (redaktor) arasında
bağlanmış müqavilədə müəyyənləşdirilə
bilər. Həmin çıxış, bəyanat və
rəsmi məlumatlarla bağlı şikayət və
iddialara görə təsisçi özü məsuliyyət
daşıyır.
Təsisçi
(idarə, müəssisə, təşkilat, dövlət
orqanları, bələdiyyələr, siyasi partiyalar, ictimai
birliklər) ləğv olunarsa, əgər qeydiyyatdan
keçirilmiş nizamnamədə başqa hal
nəzərdə tutulmayıbsa, redaksiya kollektivi eyni adlı
kütləvi informasiya vasitəsi təsis etməkdə
üstün hüquqa malikdir. [31]
Təsisçi
bu Qanunda, nizamnamədə və redaksiya ilə (redaktorla,
baş redaktorla) bağlanmış müqavilədə
göstərilən hallar istisna olmaqla, kütləvi informasiya
vasitəsinin istehsalına və ya yayımına müdaxilə
etmir.
Kütləvi
informasiya vasitəsinin həmtəsisçiləri birgə
təsisçi kimi fəaliyyət göstərirlər.
Naşir
öz hüquqlarını bu Qanun, habelə Azərbaycan
Respublikasının müəssisələr və
sahibkarlıq fəaliyyəti haqqında qanunvericiliyi
əsasında həyata keçirir və həmin
qanunvericiliyə uyğun şəkildə vəzifələr
daşıyır.
Naşir
eyni zamanda kütləvi informasiya vasitəsinin
təsisçisi, redaksiyası, yayıcısı, redaksiya
əmlakının mülkiyyətçisi ola bilər.
Kütləvi
informasiya vasitəsinin istehsalı və yayımı
yalnız təsisçinin,
məhkəmənin və ya “Televiziya və radio yayımı
haqqında” Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş hallarda teleradio yayımı
sahəsində müvafiq dövlət orqanının qərarı ilə müvəqqəti
dayandırıla, yaxud ona xitam verilə bilər.[32]
Kütləvi
informasiya vasitəsi təsis olunduqdan sonra bir il ərzində
fəaliyyət göstərmirsə, müvafiq icra
hakimiyyəti orqanı onun istehsalı və yayımına
məhkəməyə müraciət etmədən xitam
verə bilər. Həmçinin bu Qanunun 43-cü
maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti
orqanı teleradio təşkilatının fəaliyyətini
müvəqqəti dayandırmaq hüququna malikdir.
Kütləvi
informasiya vasitəsinin istehsalına və yayımına
təsisçi tərəfindən xitam verildikdə, eyni
adlı kütləvi informasiya vasitəsi təsis
etməkdə kütləvi informasiya vasitəsinin
başçısı, yaxud jurnalist kollektivi üstün
hüquqa malikdir.
Təsisçinin
kütləvi informasiya vasitəsinin istehsalını və
yayımını yalnız redaksiya nizamnaməsində, yaxud
təsisçi ilə redaksiya (redaktor, baş redaktor)
arasında bağlanmış müqavilədə nəzərdə
tutulan hallarda dayandırmaq və ya ona xitam vermək hüququ
var.
Fəaliyyətin
müvəqqəti dayandırılmasına səbəb
olmuş hallar aradan qaldırıldıqda, kütləvi
informasiya vasitəsinin nəşri (efirə buraxılması)
bərpa edilir.
Məhkəmə
şikayət ərizəsi ilə əlaqədar
apardığı araşdırmadan sonra işin
vəziyyətindən asılı olaraq
aşağıdakı tədbirlərdən birini və ya bir
neçәsini seçə, yaxud kütləvi informasiya
vasitəsinin şikayətə səbəb olmuş
fəaliyyətinə bəraət qazandıra bilər;
1)
məhkəmə təkzib, düzəliş və ya cavab
verilməsi barədə qətnamə çıxarır;
2)
kütləvi informasiya vasitəsinin istehsalını və
yayımını iki ayadək müvəqqəti
dayandırır;
3)
cərimə sanksiyası tətbiq edir;
4)
kütləvi informasiya vasitəsinin istehsalına və
yayımına xitam verir.
Kütləvi
informasiya vasitəsinin şikayətə səbəb olmuş
fəaliyyətinə bəraət qazandırmaq
üçün:
a)
informasiyanın ictimai maraqları qoruduğu;
b)
məhkəmədə aşkar olunan digər
səbəblər əsas ola bilər.
Bu
maddənin altıncı hissəsinin 1-ci, 2-ci və 4-cü
bəndləri tətbiq edilərkən:
1)
informasiyanın qərəzli olub-olmadığı, yəni
bilərəkdən, yaxud səhlənkarlıq
üzündən yayımlandığı;
2)
məhkəmədə aşkar olunan digər
səbəblər əsas ola bilər.
Kütləvi
informasiya vasitələrinə bu maddənin altıncı
hissəsinin 3-cü bəndi tətbiq olunarkən
informasiyanın yayılması nəticəsində fiziki
və ya hüquqi şəxsə dəymiş mənəvi,
habelə maddi zərər Azərbaycan Respublikası mülki
qanunvericiliyinə uyğun olaraq məhkəmə
tərəfindən müəyyənləşdirilir. Lakin,
müəyyənləşdirilmiş maddi və mənəvi
zərərin son həddi kütləvi informasiya vasitəsinin
üç aylıq orta maliyyə xərclərindən
çox ola bilməz. [33]
Müvafiq icra hakimiyyəti orqanı: [34]
1) əcnəbi və ya ali təhsili
olmayan şəxs mətbu nəşrin redaktoru (baş
redaktoru) vəzifəsinə təyin edildikdə;
2) kütləvi informasiya
azadlığından və jurnalist hüququndan sui-istifadə
etməyə görə inzibati məsuliyyətə cəlb
edildikdən sonra həmin əməli inzibati tənbeh vermə haqqında qərar
qüvvəyə mindiyi gündən bir il ərzində
təkrar törətdikdə mətbu nəşrin
fəaliyyətinin iki ay müddətinə
dayandırılması barədə məhkəmə
qarşısında iddia qaldırır.[35]
Müvafiq icra hakimiyyəti orqanı:
1) dövri mətbu nəşr bu Qanunun
3-cü maddəsinin beşinci abzasının
tələblərini yerinə yetirmədikdə;
2) dövlətin
bütövlüyünə, ölkənin
təhlükəsizliyinə və ictimai asayişə ciddi
zərbə vuran çağırışlar və ya
informasiyalar, habelə pornoqrafik materiallar dərc etdikdə
(efirə verdikdə);
3) kütləvi informasiya vasitəsinin
xarici ölkənin dövlət orqanı, fiziki və ya
hüquqi şəxsi tərəfindən qanuna zidd
şəkildə maliyyələşdirilməsini
aşkar etmiş qurumların məlumatları daxil olduqda;[36]
4) kütləvi informasiya vasitəsi
məhkəmənin qərarı ilə qərəzli
yazılara görə il ərzində iki dəfə məsuliyyətə cəlb
edildikdə onun istehsalına və yayımına xitam
verilməsi barədə məhkəmə
qarşısında iddia qaldırır.[37]
Maddə 19-1. İnternet
informasiya ehtiyatına müraciətin
məhdudlaşdırılması Azərbaycan
Respublikasının qanunları ilə yayılması
qadağan edilən informasiyanın yerləşdirildiyi internet
informasiya ehtiyatına müraciətin
məhdudlaşdırılması “İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
tənzimlənir.[38]
Kütləvi
informasiya vasitəsinin həmtəsisçiləri arasında
bağlanmış müqavilədə onların
qarşılıqlı hüquqları, vəzifələri,
məsuliyyətləri, həmtəsisçilərin
tərkibinin dəyişdirilməsi qaydası,
şərtləri və hüquqi nəticələri, yarana
biləcək mübahisələrin həlli qaydaları
göstərilir.
Təsisçi
və redaksiya (redaktor, baş redaktor) arasında
bağlanmış müqavilədə əmlak və
maliyyə münasibətləri, habelə təsisçinin
və redaksiyanın (redaktorun, baş redaktorun)
öhdəlikləri öz əksini tapır.
Həmçinin
redaksiya (redaktor, baş redaktor) ilə naşir,
təsisçi və nəşr öz aralarında digər
müqavilələr də bağlaya bilərlər.
Kütləvi
informasiya vasitələrinin istehsalı və yayımı
Azərbaycan Respublikasının hüquqi və fiziki
şəxslərinin sponsorluğu ilə
maliyyələşdirilə bilər. “Reklam haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə reklamı qadağan
edilmiş malların istehsalı və (və ya)
satışı ilə məşğul olan
şəxslər sponsor ola bilməzlər.[39]
Teleradio
yayımında xəbərlərin buraxılışı
və siyasi informasiya proqramları sponsorların maliyyə
köməyi ilə hazırlana bilməz. [40]
Xarici
ölkələrin hüquqi və fiziki şəxsləri
kütləvi informasiya vasitələrinə qismən
(mətbu nəşrin ayrıca saylarına, yaxud
verilişlərə) sponsorluq edə bilərlər.
Kütləvi
informasiya vasitələrinə sponsorluq aparıcının
və jurnalistin müstəqilliyinə təsir edə
bilməz. [41]
Sponsorun
maliyyə yardımı ilə hazırlanmış dövri
mətbu nəşrlərdə bu barədə məlumat
çap olunmalıdır. Dövri mətbu
nəşrlərdə yayımlanan elanlarda (anonslarda)
əmtəə nişanının, reklamvericinin, sponsorun
adının və loqosunun yerləşdirilməsi reklam hesab
olunur.[42]
Sponsor
reklamı “Reklam haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq yayımlanır.[43]
Redaksiya
öz fəaliyyətini peşə müstəqilliyi və
nizamnamə əsasında həyata keçirir. [44]
Redaksiya
hüquqi şəxs, dövri mətbu nəşrin
təsisçisi, əmlakının mülkiyyətçisi,
naşiri və yayıcısı ola bilər. [45]
Mətbu
nəşrin redaktoru (baş redaktoru) ali təhsilli və
Azərbaycan Respublikası vətəndaşı
olmalıdır. [46]
Mətbu
nəşrlərin çap məhsulları bilavasitə
redaksiya, naşir, yaxud müqavilə əsasında rabitə
müəssisələri, başqa təşkilatlar, habelə
vətəndaşlar tərəfindən yayıla bilər.
Mətbu
nəşrlərin çap məhsullarının
yayılması, bundan ötrü haqq alınırsa, kommersiya
sayılır. Qeyri-kommersiya qaydasında yayılmaq
üçün nəzərdə tutulmuş məhsulun
üzərində "Pulsuz" qeydi olur və belə
məhsul kommersiya yolu ilə yayılma predmeti hesab edilmir.
Məhkəmənin
qərarı yoxdursa, kütləvi informasiya vasitəsi
məhsulunun yayılmasına mane olmağa, o
cümlədən onun tirajının, yaxud tirajının bir
hissəsinin müsadirə edilməsinə yol verilmir. [50]
Dövlətin
bütövlüyünə və ölkənin
təhlükəsizliyinə ciddi zərbə vuran
informasiyalar, habelə pornoqrafik materiallar dərc edilən
xarici mətbu nəşrlərin Azərbaycan
Respublikasının ərazisinə gətirilməsinə
və yayılmasına məhkəmənin qərarı
ilə qadağa qoyula bilər.
Məhkəmə
bu maddənin birinci hissəsinin tələblərinə zidd
olaraq mətbu nəşrin artıq paylanmış
məhsulunu satışdan yığışdırmaq
barədə operativ qərar qəbul edə bilər. [51]
(Çıxarılıb)[52]
Mətbu
nəşrin hər buraxılışında bu məlumatlar
olmalıdır:
1)
nəşrin adı;
2)
təsisçi (həmtəsisçi) barədə
məlumat;
3) baş
redaktorun (redaktorun) soyadı və adı;
4) sıra
sayı və çapdan çıxdığı tarix,
çapa imzalanma vaxtı (qrafiklə təyin olunmuş və
faktiki vaxt);
5)
rabitə idarələri vasitəsilə yayılan
nəşrlərin indeksi;
6) tiraj;
7)
qiymət (nəşr kommersiya qaydasında yayılırsa),
yaxud "Sərbəst qiymət" və ya "Pulsuz"
qeydləri;
8)
redaksiyanın və dövri nəşrin çap olunduğu
mətbəənin ünvanları. [53]
İstinad
məlumatının göstərilmədiyi kütləvi
informasiya vasitələri məhsullarının çapı
və yayılması, habelə istinad məlumatlarının
qəsdən yanlış göstərilməsi qadağan edilir. [54]
Dövri
mətbu nəşrlərin, o cümlədən dövlət
qeydiyyatına alınmaqdan azad edilən nəşrlərin
pulsuz məcburi nüsxələri, tirajın ilk
buraxılışı hazırlanan kimi nəşriyyat
tərəfindən təsisçiyə, dövlət
arxivinə, müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi quruma (qəzet və
jurnalların məcburi nüsxələri), həmçinin
“Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun
15-ci maddəsində müəyyən edilmiş qaydada
müvafiq kitabxanalara
göndərilir.[55]
Mətbu
nəşr redaksiyalarının materialları
(əlyazmaları, məktublar, lent yazıları və s.) bir
il müddətində saxlanılır.
Materialların
saxlanma qaydaları mətbu nəşr redaksiyaları
tərəfindən müəyyənləşdirilir.
Kütləvi
informasiya vasitəsində fiziki və hüquqi
şəxslərin şərəf və ləyaqətini
ləkələyən, böhtan və təhqir xarakterli
məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki
şəxsin özünün və ya
nümayəndəsinin, hüquqi şəxsin
rəhbərlərinin, yaxud səlahiyyətli
nümayəndəsinin həmin kütləvi informasiya
vasitəsində bir ay müddətində cavab vermək,
həqiqətə uyğun olmayan məlumatın təkzib
olunmasını, düzəliş verilməsini, habelə
üzr istənilməsini tələb etmək, yaxud birbaşa
məhkəməyə müraciət etmək hüququ
vardır.[59]
Şikayətçi
müraciət edərkən, yaxud məhkəmə qərar
çıxararkən kütləvi informasiya vasitəsi
müvəqqəti olaraq dayandırılmışsa və ya
onun istehsalına (yayımına) xitam verilmişsə
təkzib, cavab və ya düzəliş cavabdehin vəsaiti
hesabına iddiaçının istədiyi kütləvi informasiya
vasitələrindən birində dərc oluna (efirə
verilə) bilər.
Kütləvi informasiya
vasitəsində cinayət işləri üzrə ibtidai
araşdırmanın mahiyyəti və nəticələri
barədə həqiqətə uyğun olmayan və ya təhrif
edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən və ya
ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib
olunması və ya düzəliş verilməsi tələbi
ilə müraciət etmək hüququna malikdir.[60]
Təkzibdə
hansı məlumatın həqiqətə uyğun
olmadığı, həmin kütləvi informasiya
vasitəsində nə vaxt və necə dərc olunduğu
göstərilir. Dövri mətbu nəşrdə təkzib
bir qayda olaraq məlumatın və ya materialın verildiyi
səhifədə həmin şriftlə
yığılır və "Təkzib"
başlığı aktında dərc olunur. Gündəlik
və həftəlik yayılan mətbu nəşrlər
təkzib, cavab və ya düzəliş haqqında
tələbin daxil olduğu gündən sonrakı
nömrədə, digər dövri nəşrlər isə
hazırlanan və ya yaxın günlər üçün
planlaşdırılan buraxılışda təkzibi,
cavabı və ya düzəlişi dərc etməlidirlər.
Təkzib,
cavab və ya düzəliş radio və televiziya ilə,
tələbin alındığı gündən sonrakı
müvafiq verilişdə oxunur. Bu tələbi etmiş fiziki
şəxsin özünə və ya
nümayəndəsinə, hüquqi şəxsin
rəhbərinə və ya onun səlahiyyətli
nümayəndəsinə efirdə (ekranda) cavabla
çıxış etmək imkanı verilə bilər. [61]
Təkzib
və ya cavab mətnində heç bir dəyişiklik
edilmədən verilir. Təkzib və ya cavabın mətni
təkzib edilən və ya cavab verilən məlumatın
həcmindən iki dəfədən çox
olmamalıdır.
Cavab
dərc olunan (efirə gələn) buraxılışda
həmin cavabı şərh etməyə və ya təkzib
etməyə yol verilmir. Cavaba cavab kütləvi informasiya
vasitəsinin sonrakı buraxılışlarında
yerləşdirilə bilər.
Təkzib,
cavab və ya düzəliş rədd edildikdə bu
barədə tələb etmiş şəxsə 3 gün
müddətində əsaslandırılmış məlumat
verilməlidir.
Təkzibdən
imtina üçün aşağıdakılar əsas ola
bilər:
məhkəmənin
qanuni qüvvəyə minmiş qərarına ziddirsə;
imzasızdırsa;
həmin
məlumat və ya material barədə kütləvi informasiya
vasitəsində artıq təkzib getmişdirsə;
təkzib
və ya cavabın mətni təkzib edilən və ya cavab
verilən məlumatın həcmindən iki dəfədən
çoxdursa;
məlumatın
və ya materialın kütləvi informasiya vasitəsində yayılmasından
bir aydan çox müddət keçmişdirsə
(vətəndaşın rəsmi sənədlərlə
təsdiq olunan xəstəlik, məzuniyyət və
ezamiyyə müddətləri istisna olmaqla). [62]
Haqsız,
qeyri-dəqiq və gizli reklam “Reklam haqqında” Azərbaycan
Respublikası Qanununun tələbləri nəzərə
alınmaqla təkzib olunur.[63]
Jurnalistin bu Qanunla müəyyən
edilmiş statusu aşağıdakılara şamil edilir;
1) kütləvi informasiya vasitəsinin
məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal
etməklə məşğul olan ştatlı
müxbirlərinə;[68]
2) kütləvi informasiya vasitəsinin
məlumat toplanması, hazırlanması və redaktəsi
ilə bağlı tapşırıqlarını
müntəzəm yerinə yetirən ştatdankənar
müxbirlərinə.[69]
Kütləvi informasiya vasitələri
dövlət orqanlarının idarə, müəssisə
və təşkilatların, ictimai birliklərin,
razılığı ilə və müəyyən
etdikləri akkreditə qaydalarına əməl etməklə
onların nəzdində öz jurnalistlərini akkretiditə
etdirə bilərlər.
Həmin orqanlar akkreditə olunmuş
jurnalistə, qapalı tədbirlər istisna olmaqla, iclas,
müşavirə və başqa tədbirlər barədə
qabaqcadan məlumat verir, onun stenoqramlarla, protokollarla və
başqa sənədlərlə tanış olması
üçün şərait yaradırlar.
Jurnalist və ya redaksiya
tərəfindən akkreditə qaydaları pozulmuşdursa,
yaxud, akkreditə etmiş təşkilatın şərəf
və ləyaqətini ləkələyən, yaxud təhrif
olunmuş və ya həqiqətə uyğun olmayan
məlumatlar yayılmışdırsa və bu
məhkəmənin qanuni qüvvəyə minmiş
qətnaməsi ilə təsdiq olunmuşdursa həmin
təşkilat jurnalisti akkreditədən məhrum edə
bilər.[70]
Kütləvi informasiya vasitələri
redaksiyalarının xüsusi müxbirlərinin akrreditəsi
də bu maddənin tələblərinə müvafiq olaraq
həyata keçirilir.
Fövqəladə vəziyyətin
tətbiq edildiyi ərazidə jurnalistlərin akkreditə
olunmasının xüsusi qaydası və onların iş
rejimi fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi
ərazinin komendantı tərəfindən
müəyyənləşdirilir.[71]
Kütləvi informasiya sahəsində
beynəlxalq əməkdaşlıq Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
dövlətlərarası müqavilələr
əsasında həyata keçirilir.
Azərbaycan Respublikasının
kütləvi informasiya vasitələri, peşəkar jurnalist
təşkilatları əcnəbilər və xarici
təşkilatlarla beynəlxalq əməkdaşlıqda
iştirak edə və bu məqsədlə sazişlər
bağlaya bilərlər.
Azərbaycan Respublikası
vətəndaşlarının xarici
mənbələrdən, o cümlədən kütləvi
informasiya vasitələrindən birbaşa məlumat
əldə etmək hüququ var.
Bilavasitə televiziya proqramlarının
qəbul olunmasının məhdudlaşdırılmasına
Azərbaycan Respublikasının bağladığı
dövlətlərarası müqavilələrdə
nəzərdə tutulmuş hallarda yol verilir.
Təsisçi və ya redaksiyasının
daimi yeri Azərbaycan Respublikasının hüdudlarından
kənarda olan xarici dövri mətbu nəşrin yayılma
qaydası Azərbaycan Respublikasının
bağladığı dövlətlərarası
müqavilədə müəyyən edilməmişdirsə,
onun yayılması üçün müvafiq icra
hakimiyyəti orqanının razılığı
tələb olunur.
Azərbaycan Respublikasında akkreditə
olunmuş xarici müxbirlərin və xarici kütləvi
informasiya vasitələrinin digər nümayəndələrinin
hüquqi statusu və peşə fəaliyyəti Azərbaycan
Respublikasının qanunvericiliyi və müvafiq
dövlətlərarası müqavilələrlə
tənzim edilir.
Azərbaycan Respublikasında xarici
kütləvi informasiya vasitələrinin
nümayəndəlikləri, dövlətlərarası
müqavilələrdə ayrı qayda
müəyyənləşdirilməmişdirsə, müvafiq
icra hakimiyyəti orqanının razılığı ilə
açılır.
Xarici müxbirlərin Azərbaycan
Respublikasında akkreditəsi müvafiq icra hakimiyyəti
orqanı tərəfindən bu Qanunun 50-ci maddəsinə
müvafiq olaraq həyata keçirilir.
Azərbaycan Respublikasında akkreditə
olunmuş xarici müxbirlərə jurnalistin bu Qanunla
müəyyən edilmiş statusu şamil edilir.
Azərbaycan Respublikasında müəyyən
edilmiş qaydada akkreditə olunmamış əcnəbi
müxbirlər xarici hüquqi şəxslərin
nümayəndəliklərinə şamil edilən
hüquqlardan istifadə edir və vəzifələr
daşıyırlar.
Azərbaycan Respublikası kütləvi
informasiya vasitələrinin müxbirlərinin peşə
fəaliyyətini həyata keçirmək üçün
öz ərazisində xüsusi məhdudiyyətlər
qoymuş dövlətin kütləvi informasiya vasitəsi
müxbirlərinə münasibətdə cavab olaraq eyni
məhdudiyyətlər qoyula bilər.
Kütləvi informasiya vasitələrinin
təsisçilərinin, naşirlərinin,
redaksiyalarının (məsul redaktorlarının),
yayıcılarının və jurnalistlərin qanuni fəaliyyətinə
vətəndaşlar, dövlət orqanları,
bələdiyyələr, idarə, müəssisə və
təşkilatlar, siyasi partiyalar, habelə ictimai birliklər
və ya vəzifəli şəxslər tərəfindən
hər hansı müdaxilə, o cümlədən:
senzura tətbiq etmək;
peşə müstəqilliyini pozmaq;
(çıxarılıb)[74]
tirajı və ya onun bir hissəsini
qeyri-qanuni müsadirə etmək, yaxud məhv etmək;
jurnalisti informasiyanı yaymağa və ya
informasiyanı çap etdirməkdən (efirə
verməkdən) imtinaya məcbur etmək;[75]
jurnalistə informasiya verilməsi
üzərinə, qanunla
qorunan məlumatlar istisna olmaqla, məhdudiyyətlər qoymaq
və ya informasiya verməkdən imtina etmək;
jurnalist sorğusuna qanunla müəyyənləşdirilmiş
müddətdə cavab verməmək;[76]
habelə jurnalistin bu Qanunla
müəyyənləşdirilmiş digər
hüquqlarını pozmaq Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati,
cinayət və digər məsuliyyətlə səbəb ola
bilər.
Kütləvi informasiya vasitəsinin
redaksiyası (məsul redaktoru) və jurnalistlər
(müəlliflər):
1) açıqlanması qanunla qadağan edilən
məlumatları açıqladıqda;
2) baş redaktor (redaktor) mətbu
nəşrdə çap olunan materialların bu Qanunun
tələblərinə uyğun hazırlanmasına
nəzarət etmədikdə;
3) bu Qanunda göstərilmiş hallardan
başqa informasiyanı onun mənbəyini
göstərmədən yaydıqda;
4) vətəndaşların şəxsi
həyatına qəsd etdikdə;
5) pornoqrafik materialları dərc
etdikdə və ya efirə verdikdə, o cümlədən
“Uşaqların zərərli informasiyadan qorunması
haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərini pozduqda Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq surətdə
mülki, inzibati, cinayət və digər məsuliyyət
daşıyırlar. [77]
Əməliyyat-axtarış
tədbirləri keçirilən hallar istisna olmaqla,
şəxsin onun xəbəri olmadan və ya etirazına
baxmayaraq kütləvi informasiya vasitələrinin nümayəndələri
və başqa şəxslər tərəfindən
izlənilməsi, video və foto çəkilişinə,
səs yazısına və digər bu cür
hərəkətlərə məruz qalması
qanunvericiliklə müəyyən edilmiş
məsuliyyətə səbəb olur.[78]
Kütləvi informasiya vasitələri
haqqında Qanunun müddəaları aşağıdakı
hallarda pozularsa:
1) təkzib, düzəliş və
cavabdan əsassız olaraq imtina edildikdə,
məhkəmənin qanuni qüvvəyə minmiş qərar
və qətnaməsinə əməl etmədikdə -
redaksiya (məsul redaktor);
2) bu Qanunun 9-cu, 11-ci, 13-cü, 21-ci və
28-ci maddələrinin tələbləri yerinə
yetirilmədikdə - təsisçi, redaksiya, naşir və
yayıcı;
3) çap məhsulunun qanuni əsaslarla yayılmasına
mane olduqda, dövri mətbu nəşrin tirajının
pərakəndə satışına qeyri-qanuni
məhdudiyyətlər qoyulduqda - vəzifəli
şəxslər;[79]
4) xarici ölkələrin dövlət
orqanlarının, hüquqi və fiziki şəxslərinin
Azərbaycan Respublikasının ərazisində istehsal olunan
(yayımlanan) kütləvi informasiya vasitələrini qanuna
zidd şəkildə maliyyələşdirmələrinə
yol verdiklərinə görə - təsisçi və
baş redaktor (redaktor);
5) istehsalın və yayımın
dayandırılması və ya ona xitam verilməsi
barədə məhkəmə qətnaməsindən sonra
redaksiya və nəşriyyat kütləvi informasiya
vasitəsinin məhsulunu qeyri-qanuni hazırladıqda və
yaydıqda - naşir, yayıcı və redaksiya (redaktor,
baş redaktor) Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati,
cinayət və digər məsuliyyət daşıyırlar.[80]
Kütləvi informasiya vasitəsində
yayılmış həqiqətə uyğun olmayan
məlumat;
1) rəsmi dövlət orqanları və
ya onların mətbuat xidmətləri tərəfindən
yayılmışdırsa;
2) informasiya agentliklərindən və ya
idarə, müəssisə, təşkilat, siyasi partiya və
ictimai birliklərin mətbuat xidmətlərindən
alınmışdırsa;
3) digər kütləvi informasiya
vasitəsindən götürülmüş və təkzib
olunmamışdırsa;
4) Milli Məclis deputatlarının,
dövlət orqanlarının, bələdiyyələrin,
idarə, müәssisә, təşkilat və ictimai
birliklərin nümayəndələrinin, habelə siyasi
xidmətlərin və vəzifəli şəxslərin
rəsmi çıxışlarında olduğu kimi təkrar
edilmişdirsə;
5) canlı yayımla efirə gedən
çıxışlarda deyilmişdirsə, yaxud bu Qanuna müvafiq
surətdə redaktə edilməli olmayan mətnlərdə
getmişdirsə, redaksiya (məsul redaktor), eləcə də
jurnalist buna görə məsuliyyət daşımır.
Azərbaycan
Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı
şəhəri, 7 dekabr 1999-cu il
¹ 769-IQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
23 noyabr 2001-ci il tarixli 219-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 12, maddə 736)
2.
28 dekabr 2001-ci il tarixli 247-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 116)
3.
30 aprel 2002-ci il tarixli 315-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə 245)
4.
30 dekabr 2003-cü il tarixli
568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 2, maddə 57)
5.
13 yanvar 2004-cü il tarixli
588-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 2, maddə 58)
6.
4 mart 2005-ci il tarixli 856-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 4, maddə 278)
7.
5 iyun 2007-ci il tarixli 375-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə
752)
8.
19 oktyabr 2007-ci il tarixli 463-IIIQD
nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə 1079)
9.
6 mart 2009-cu il tarixli 774-IIIQD
nömrəli Azərbaycan Respublikası Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2009-cu il, ¹ 81, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 04, maddə
212)
10.
30 iyun 2009-cu il tarixli 842-IIIQD nömrəli
Azərbaycan Respublikası Qanunu (“Azərbaycan”
qəzeti, 1 sentyabr 2009-cu il, ¹ 193, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 08, maddə
611)
11.
12 fevral 2010-cu il tarixli 953-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 17 mart 2010-cu il, ¹ 60, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 03, maddə
172)
12.
16 dekabr 2014-cü il tarixli 1141-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 4 fevral 2015-ci il, ¹ 026,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹
2, maddə 82)
13.
20 oktyabr
2015-ci il tarixli 1399-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 3 noyabr 2015-ci il, ¹ 241, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə
1292)
14.
06 oktyabr
2015-ci il tarixli 1351-IVQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 21 noyabr 2015-ci il, ¹ 256,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
11, maddə 1258)
15.
29 dekabr
2015-ci il tarixli 93-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 15 yanvar 2016-cı il, ¹ 09,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 01, maddə 40)
16.
29 aprel
2016-cı il tarixli 213-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 13 may 2016-cı il, ¹ 102, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 5,
maddə 837)
17.
28 oktyabr
2016-cı il tarixli 368-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 dekabr 2016-cı il, ¹ 277, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12,
maddə 1986)
18.
1 dekabr 2017-ci
il tarixli 899-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr
2017-ci il, ¹ 285, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il,
¹ 12, I kitab, maddə 2254)
19.
15 dekabr
2017-ci il tarixli 937-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 yanvar 2018-ci
il, ¹ 13,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
1, maddə 16)
20.
4 may 2018-ci il tarixli 1128-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 iyun 2018-ci
il, ¹ 123,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹5, maddə 891)
21.
1 may 2018-ci il
tarixli 1107-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul 2018-ci il, ¹ 143,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹6, maddə 1166)
22.
1 fevral 2019-cu
il tarixli 1478-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 mart 2019-cu
il, ¹ 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 3, maddə 376)
23.
19 noyabr 2019-cu il tarixli 1692-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 22 dekabr 2019-cu il, ¹ 285,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1882)
24.
8 may 2020-ci il
tarixli 93-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 25 iyun 2020-ci
il, ¹ 121,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
6, maddə 671)
25.
30 dekabr
2021-ci il tarixli 471-VIQ
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 9 fevral
2022-ci il, ¹ 29,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹
2, maddə 90)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 9 fevral 2022-ci il, ¹ 29, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 2, maddə 90) ilə
ləğv edilmişdir.
[2] 28 dekabr
2001-ci il tarixli 247-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə
116) ilə 3-cü maddənin üçüncü
abzasında "teleradio
proqramları" sözlərindən sonra "informasiya agentlikləri,
internet," sözləri əlavə edilmişdir.
1 dekabr 2017-ci il tarixli 899-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2017-ci il, ¹ 285, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 12, I kitab, maddə 2254) ilə 3-cü maddənin üçüncü
abzasına “internet”
sözündən sonra “informasiya
ehtiyatı” sözləri əlavə edilmişdir.
[3] 28
dekabr 2001-ci il tarixli 247-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə
116) ilə 3-cü maddənin dördüncü
abzasında "cari
nömrəsi" sözləri
çıxarılmışdır.
Əvvəlki
redaksiyada deyilirdi:
teleradio və kinoxronika proqramları - daimi adı, cari
nömrəsi olan və ildə azı bir dəfə efirə
buraxılan audio, audiovizual xəbər və materialların
(verilişlərin) məcmusu;
[4]
28 dekabr 2001-ci il tarixli 247-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə
116) ilə 3-cü maddənin beşinci abzasında "Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun şəkildə dövlət
qeydiyyatına alınmış" sözləri
çıxarılmış, "ayda" sözü "ildə" sözü, "bir" sözü "on
iki" sözləri ilə əvəz edilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
dövri mətbu nəşrlər - Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun
şəkildə dövlət qeydiyyatına
alınmış, çap prosesinin və ya hər hansı
surətçıxaran texnikanın vasitəsilə
hazırlanmış, birdəfəlik tirajı 100
nüsxədən çox, daimi adı və cari
nömrəsi olan, ayda azı bir dəfə çıxan
qəzetlər və ildə azı iki dəfə çap
olunan jurnal, toplu, bülleten və başqa dövri
nəşrlər;
[5] 28 dekabr 2001-ci il tarixli 247-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 116) ilə 3-cü
maddənin doqquzuncu abzası
çıxarılmışdır.
[6] 16
dekabr 2014-cü il tarixli 1141-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 4
fevral 2015-ci il, ¹ 026, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 2, maddə
82)
ilə 3-cü maddənin 1-ci
hissəsinin on ikinci abzasında nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz
edilmişdir və hissəyə yeni məzmunda on üçüncü
abzas əlavə edilmişdir.
[7] 28 dekabr
2001-ci il tarixli 247-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə
116) ilə 4-cü maddə
çıxarılmışdır.
[8] 5
iyun 2007-ci il tarixli 375-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 8, maddə 752) ilə 5-ci
maddəsinin birinci hissəsindən “Rabitə haqqında,”
sözləri çıxarılmışdır.
[9] 28 dekabr 2001-ci il tarixli 247-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 116) ilə 5-ci
maddənin birinci hissəsində "Sahibkarlıq
fəaliyyəti haqqında", "Kiçik sahibkarlığa dövlət
köməyi haqqında" sözləri
çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Kütləvi
informasiya vasitələri haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, bu Qanundan,
"Məlumat azadlığı haqqında",
"Vətəndaşların müraciətlərinə
baxılma qaydası haqqında", "Sahibkarlıq
fəaliyyəti haqqında", "Kiçik
sahibkarlığa dövlət köməyi haqqında",
"Rabitə haqqında", "Dövlət sirri
haqqında", "Müəlliflik hüququ və
əlaqəli hüquqlar haqqında" Azərbaycan
Respublikası qanunlarından, habelə digər müvafiq
qanunvericilik aktlarından ibarətdir.
13 yanvar 2004-cü il tarixli 588-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 2, maddə 58) ilə 5-ci
maddənin birinci hissəsində "bu
qanundan," sözlərindən sonra "Televiziya və radio yayımı haqqında"
sözləri əlavə edilmişdir.
1 dekabr 2017-ci il tarixli 899-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2017-ci il, ¹ 285, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 12, I kitab, maddə 2254) ilə 5-ci maddənin birinci
hissəsinə “Məlumat
azadlığı haqqında”,” sözlərindən sonra “İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi
haqqında”,” sözləri əlavə edilmişdir.
[10] 28 dekabr
2001-ci il tarixli 247-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə
116) ilə 6-cı maddənin birinci hissəsində “üçün dil
məhdudiyyəti qoyulmur” sözləri “dövlət dilindən istifadə edirlər”
sözləri ilə əvəz edilmişdir.
8 may 2020-ci il tarixli 93-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 25 iyun 2020-ci il, ¹ 121, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 6, maddə 671) ilə 6-cı maddəsinin
birinci hissəsinə yeni məzmunda ikinci cümlə
əlavə edilmişdir.
[11] 28 dekabr 2001-ci il tarixli 247-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 116) ilə 6-cı
maddənin ikinci hissəsində "dövlət
dilindən," sözləri
çıxarılmış, "qanunvericiliyə müvafiq surətdə təmin edilir"
sözləri "vardır"
sözü ilə əvəz edilmişdir. Əvvəlki
redaksiyada deyilirdi:
Azərbaycan
Respublikası vətəndaşlarının kütləvi
informasiyanın istehsalı və yayımında dövlət
dilindən, Azərbaycan Respublikası əhalisinin
danışdığı başqa dillərdən, habelə
dünyada geniş yayılmış digər dillərdən
istifadə etmək hüququ qanunvericiliyə müvafiq
surətdə təmin edilir.
[12] 28 dekabr 2001-ci
il tarixli 247-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə
116) ilə 6-1-ci maddə
əlavə edilmişdir.
[13] 1 may 2018-ci il
tarixli 1107-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul 2018-ci il, ¹ 143,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹6, maddə 1166) ilə 7-ci
maddənin ikinci-dördüncü hissələr müvafiq
olaraq üçüncü-beşinci hissələr hesab edilmişdir və yeni məzmunda ikinci hissə
əlavə edilmişdir.
[14] 4 mart 2005-ci il tarixli 856-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2005-ci il, ¹ 4, maddə 278) ilə 7-ci maddəyə ikinci
hissə əlavə edilmişdir.
1 may 2018-ci il
tarixli 1107-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul 2018-ci il, ¹ 143,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹6, maddə 1166) ilə 7-ci
maddənin üçüncü hissəsinə “Fövqəladə”
sözündən sonra “və
hərbi” sözləri əlavə edilmişdir.
[15] 28 oktyabr 2016-cı
il tarixli 368-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2016-cı il, ¹ 277,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 12, maddə 1986) ilə 7-ci
maddəyə yeni məzmunda üçüncü və
dördüncü hissələr əlavə
edilmişdir.
[16] 1 dekabr 2017-ci il
tarixli 899-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr
2017-ci il, ¹ 285, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 12, I kitab,
maddə 2254) ilə 10-cu maddəyə “sirləri” sözündən
sonra “, habelə yayılması
qadağan edilən digər informasiyanı” sözləri
əlavə edilmişdir.
[17] 19 noyabr 2019-cu il
tarixli 1692-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 dekabr
2019-cu il, ¹ 285, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə
1882) ilə 10-cu maddəyə yeni
məzmunda ikinci hissə əlavə edilmişdir.
[18] 28 dekabr
2001-ci il tarixli 247-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə
116) ilə 10-cu maddənin
ikinci, üçüncü və dördüncü
hissələri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Bu Qanunun jurnalistlər
üçün müəyyənləşdirdiyi
hüquqlardan sui-istifadə edərək ictimai
əhəmiyyətli məlumatları gizlətməyə
və ya saxtalaşdırmağa, kənar şəxsin və
ya kütləvi informasiya vasitəsi olmayan
təşkilatın xeyrinə məlumat toplamağa yol
verilmir. Yalnız cinsinə, dinə münasibətinə,
vəzifəsinə, cəmiyyətdə tutduğu
mövqeyə, habelə siyasi etiqadına görə
vətəndaşı və ya vətəndaşların
müəyyən qrupunu hörmətdən salmaq
məqsədi ilə jurnalist hüquqlarından, istifadə
edib informasiya yaymaq qadağandır.
İnformasiya dərc olunarkən onun
mənası hər hansı vasitə ilə, o
cümlədən sərlövhələr,
şəkilaltı sözlə, vasitəsilə
dəyişdirilib təhrif oluna bilməz. Dərc edilmiş
(efirə getmiş) informasiyalar, şayiələr təsdiq
olunmadıqda həmin kütləvi informasiya vasitəsində
bu barədə mütləq məlumat verilməlidir.
Kütləvi informasiya
vasitələrindən vətəndaşların şəxsi
həyatına qəsd məqsədi ilə istifadə
etmək qadağandır
[19] 28 dekabr
2001-ci il tarixli 247-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə
116) ilə 10-1-ci maddə
əlavə edilmişdir.
[20] 28 dekabr 2001-ci il tarixli 247-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 116) ilə 11-ci maddə
yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
Maddə 11. İnformasiyanın
elan edilməsinə yol yerilməyən xüsusi hallar
Kütləvi informasiya vasitəsi
redaksiyasının və ya jurnalistin:
1) şəxsin gizli saxlanmaq
şərtilə verdiyi məlumatı yayılan xəbər
və materiallarda açıqlamasına;
2) adının bildirilməməsi
şərtilə məlumat vermiş şəxsin kimliyini
göstərməsinə;
3) prokurorun və ya müstəntiqin
icazəsi olmadan istintaq sirri hesab edilən faktları
açıqlamasına;
4) cinayət etməkdə
təqsirləndirilən yetkinlik yaşına
çatmayanların və ya qanuni
nümayəndələrinin razılığı olmadan
onların şəxsiyyəti barədə hər hansı
məlumatı yaymasına yol verilmir.
Bu maddənin 3-cü bəndinin
tələbləri jurnalistin müstəqil təhqiqat aparmaq
hüququnu məhdudlaşdırmır.
[21] 29 aprel
2016-cı il tarixli 213-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 13 may 2016-cı il, ¹ 102, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 5,
maddə 837) ilə
yeni məzmunda 11-ci maddəsinin birinci
hissəsinə 3-1-ci bənd əlavə edilmişdir.
[22] 29 aprel
2016-cı il tarixli 213-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 13 may 2016-cı il, ¹ 102, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 5,
maddə 837) ilə
yeni məzmunda 11-ci maddəsinin birinci
hissəsinin 4-cü bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
4) cinayət
etməkdə təqsirləndirilən yetkinlik yaşına
çatmayanların və ya qanuni
nümayəndələrinin razılığı olmadan
onların şəxsiyyəti barədə hər hansı
məlumatı yaymasına yol verilmir.
28 oktyabr
2016-cı il tarixli 368-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 dekabr 2016-cı il, ¹ 277, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12,
maddə 1986) ilə 11-ci maddənin
birinci hissəsinin 4-cü bəndində “yol verilmir.” sözləri nöqtəli vergül
işarəsi ilə əvəz edilmişdir.
[23] 28 oktyabr
2016-cı il tarixli 368-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 dekabr 2016-cı il, ¹ 277, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12,
maddə 1986) ilə 11-ci maddənin
birinci hissəsinə yeni məzmunda 5-ci bənd əlavə edilmişdir.
[24] 28 dekabr 2001-ci il tarixli 247-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 116) ilə
13-cü maddənin ikinci hissəsi
çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Reklam xarakterli məlumat və
materiallar üzrə ixtisaslaşmayan mətbu
nəşrlərdə reklam bir nömrənin ümumi
həcminin 40 faizindən, teleradio proqramlarda
(verilişlərdə) isə ümumi yayımın 25
faizindən çox olmamalıdır.
[25]
28 dekabr 2001-ci il tarixli 247-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə
116) ilə 14-cü maddə yeni
redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
Maddə 14. Kütləvi
informasiya vasitəsinin təsis edilməsi
Kütləvi informasiya vasitələrini
dövlət orqanları, bələdiyyələr, siyasi
partiyalar (yalnız mətbu nəşrlər
üçün), ictimai birliklər, idarə, müəssisə
və təşkilatlar, Azərbaycan Respublikası
ərazisində daimi yaşayan vətəndaşlar
təklikdə və ya başqaları ilə birlikdə
təsis etmək hüququna malikdirlər.
Xarici dövlətlərin hüquqi və
fiziki şəxslərinin Azərbaycan Respublikası
ərazisində kütləvi informasiya vasitəsi təsis
etməsi Azərbaycan Respublikasının bağladığı
dövlәtlәrarası müqavilə ilə
tənzimlənir (xarici dövlətin hüquqi şəxsi
dedikdə hüquqi şəxsin nizamnamə kapitalının
və ya səhmlərinin 30 faizindən çoxunun xarici
dövlətlərin hüquqi şəxslərinə və
ya vətəndaşlarına məxsus olduqda, və ya
təsisçilərinin 1/3 hissəsindən çoxunun xarici
dövlətin hüquqi şəxsi və ya vətəndaşı
olan hüquqi şəxslər başa düşülür).
Bu maddənin ikinci hissəsində və
bu Qanunun 21-ci maddəsində göstərilən, habelə
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulan digər hallardan başqa xarici
ölkələrin dövlət orqanlarının, hüquqi
və fiziki şəxslərinin kütləvi informasiya
vasitələrini maliyyələşdirməsinə verilmir.
Həmçinin:
məhkəmənin qanuni
qüvvəyə minmiş hökmü ilə azadlıqdan
məhrum etmə yerlərində cəza çəkən,
habelə fəaliyyət qabiliyyətsizliyi məhkəmə
tərəfindən təsdiq edilən şəxslər;
dövlət qeydiyyatından
keçməyən, yaxud fəaliyyəti qanunla qadağan
olunan ictimai birliklər və siyasi partiyalar kütləvi
informasiya vasitəsi təsis edə bilməzlər.
[26] 06 oktyabr
2015-ci il tarixli 1351-IVQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 21 noyabr 2015-ci il, ¹ 256,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹
11, maddə 1258)
ilə
14-cü maddəsinə yeni məzmunda üçüncü
hissə əlavə edilmişdir.
[27] 19
oktyabr 2007-ci il tarixli 463-IIIQD nömrəli Azərbaycan
Respublikası Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə
1079) ilə 14-cü maddədə beşinci-səkkizinci
hissələr müvafiq olaraq altıncı-doqquzuncu
hissələr hesab edilmişdir və maddəyə yeni
məzmunda beşinci hissə əlavə edilmişdir.
30
iyun 2009-cu il tarixli 842-IIIQD
nömrəli Azərbaycan Respublikası Qanunu (“Azərbaycan” qəzeti, 1 sentyabr 2009-cu il, ¹ 193,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹
08, maddə 611) ilə 14-cü maddənin beşinci
hissəsinə ikinci cümlə əlavə edilmişdir.
16 dekabr 2014-cü il tarixli 1141-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 4 fevral 2015-ci il, ¹ 026,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹
2, maddə 82) ilə 14-cü maddənin beşinci hissəsinin
ikinci cümləsində “eyni”
sözü “eyni və ya
oxşar” sözləri ilə əvəz edilmişdir.
[28] 13 yanvar
2004-cü il tarixli 588-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 2,
maddə 58) ilə 14-cü maddəyə səkkizinci
hissə əlavə edilmişdir.
[29]
28 dekabr 2001-ci il tarixli 247-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə
116) ilə 15-ci maddə
çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Maddə 15. İxtisaslaşmış
kütləvi informasiya vasitələri
Cəmiyyətin müəyyən
sahələrini daha ətraflı işıqlandırmaq
üçün, habelə kommersiya məqsədi ilə
ixtisaslaşmış kütləvi informasiya vasitələri
yaradıla bilər. Bu zaman buraxılışdakı mətn
və fotoların həcminin ən azı 50 faizi
kütləvi informasiya vasitəsinin yaradılmasına
səbəb olmuş məqsədə həsr
olunmalıdır.
İxtisaslaşmış kütləvi
informasiya vasitələri: reklam, uşaq və gənclər,
informasiya, biznes, sosial, texniki, ədəbi-bədii, idman,
sahə (elm, təhsil, incəsənət,
təsərrüfat və s.) və digər yönümlü
ola bilər.
[30] 28 dekabr 2001-ci il tarixli 247-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 116) ilə
16-cı maddənin ikinci hissəsində "materialları" sözündən sonra "kütləvi informasiya
vasitələrində və" sözləri
əlavə edilmişdir.
[31] 28 dekabr
2001-ci il tarixli 247-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə
116) ilə 17-ci maddənin ikinci hissəsinin ikinci
cümləsində "redaksiyanın"
sözündən sonra "qeydiyyatdan
keçirilmiş" sözləri,
üçüncü hissəsində "əgər" sözündən sonra "qeydiyyatdan keçirilmiş"
sözləri əlavə edilmişdir.
[32] 28 dekabr 2001-ci il tarixli 247-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 116) ilə 19-cu
maddənin birinci hissəsinə "yayımı"
sözündən sonra "yalnız"
sözü əlavə edilmişdir.
29 dekabr 2015-ci il tarixli 93-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 yanvar
2016-cı il, ¹ 09,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 01, maddə 40) ilə
19-cu maddəsində “təsisçinin
və ya məhkəmənin” sözləri “təsisçinin,
məhkəmənin və ya “Televiziya və radio yayımı
haqqında” Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş hallarda teleradio yayımı
sahəsində müvafiq dövlət orqanının”
sözləri ilə əvəz edilmişdir.
[33] 28 dekabr
2001-ci il tarixli 247-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə
116) ilə 19-cu maddənin ikinci, üçüncü,
dördüncü, beşinci, altıncı, yeddinci,
səkkizinci və doqquzuncu hissələri
çıxarılmışdır.
[34] 6
mart 2009-cu il tarixli 774-IIIQD
nömrəli Azərbaycan Respublikası Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2009-cu il, ¹ 81, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 04, maddə
212) ilə 19-cu
maddəsinə yeni məzmunda ikinci hissə əlavə
edilmişdir.
[35] 15 dekabr 2017-ci il
tarixli 937-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 yanvar 2018-ci
il, ¹ 13, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 1, maddə 16) ilə 19-cu
maddənin ikinci hissəsinin 2-ci bəndinə “həmin əməli”
sözlərindən sonra “inzibati
tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi
gündən bir” sözləri əlavə edilmişdir.
[36] 16
dekabr 2014-cü il tarixli 1141-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 4
fevral 2015-ci il, ¹ 026, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 2, maddə
82)
ilə 19-cu maddənin
üçüncü hissəsinin 3-cü bəndində “maliyyələşdirildiyi
müəyyənləşdirildikdə” sözləri “maliyyələşdirilməsini
aşkar etmiş qurumların məlumatları daxil olduqda”
sözləri ilə əvəz edilmişdir.
[37] 16
dekabr 2014-cü il tarixli 1141-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 4
fevral 2015-ci il, ¹ 026, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 2, maddə
82)
ilə 19-cu maddənin
üçüncü hissəsinin 4-cü bəndində “üç dəfə”
sözləri “iki dəfə”
sözləri ilə əvəz edilmişdir.
[38] 1 dekabr 2017-ci il
tarixli 899-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr
2017-ci il, ¹ 285, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 12, I kitab,
maddə 2254) ilə yeni məzmunda 19-1-ci
maddə əlavə edilmişdir.
[39] 4
may 2018-ci il
tarixli 1128-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 2 iyun 2018-ci il, ¹ 123,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹5, maddə 891) ilə
21-ci maddənin birinci
hissəsinin ikinci cümləsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Reklamı
qadağan edilmiş məhsulların
istehsalçılarının və satışını
həyata keçirən şəxslərin sponsorluğuna yol
verilmir.
[40] 13 yanvar 2004-cü il tarixli
588-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 2, maddə 58) ilə 21-ci
maddəyə ikinci hissə əlavə edilmiş,
ikinci-dördüncü hissələr müvafiq olaraq
üçüncü-beşinci hissələr hesab
edilmişdir.
[41] 28 dekabr 2001-ci il tarixli 247-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 116) ilə 21-ci
maddənin ikinci hissəsindən sonra yeni
üçüncü hissə əlavə edilmiş və
maddənin müvafiq üçüncü hissəsi
dördüncü hissə hesab edilmişdir.
[42] 13 yanvar 2004-cü il tarixli
588-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 2, maddə 58) ilə
beşinci hissədə "verilişlərdə"
sözü "verilişlərin
(proqramların) əvvəlində və sonunda firma
nişanını göstərməklə, yaxud"
sözləri ilə əvəz edilmişdir.
4
may 2018-ci il
tarixli 1128-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 2 iyun 2018-ci il, ¹ 123,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹5, maddə 891) ilə
21-ci maddənin beşinci
hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Sponsorun maliyyə yardımı ilə
hazırlanmış dövri mətbu nəşrlərdə
bu barədə məlumat çap olunmalı,
verilişlərin (proqramların) əvvəlində və
sonunda firma nişanını göstərməklə, yaxud
titrlər və ya diktor mətni vasitəsilə açıq
informasiya verilməlidir. Tərəflər arasında
bağlanmış müqavilədə sponsorun elan
edilməsinin başqa üsulla da müəyyən edilə
bilər.
[43] 4 may 2018-ci
il tarixli 1128-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 2 iyun 2018-ci il, ¹ 123, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹5, maddə
891) ilə 21-ci maddəyə yeni
məzmunda altıncı hissə əlavə edilmişdir.
[44] 28
dekabr 2001-ci il tarixli 247-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə
116) ilə 22-ci maddədə birinci hissədə "hüquqi şəxsdir,"
sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Redaksiya hüquqi şəxsdir,
öz fəaliyyətini peşə müstəqilliyi və
nizamnamə əsasında həyata keçirir
[45] 28 dekabr 2001-ci il tarixli 247-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 116) ilə 22-ci
maddədə ikinci hissədə "Redaksiya" sözündən sonra "hüquqi şəxs,"
sözləri əlavə edilmişdir.
[46] 28 dekabr 2001-ci il tarixli 247-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 116) ilə 22-ci
maddəyə üçüncü hissə əlavə
edilmişdir.
[47] 28
dekabr 2001-ci il tarixli 247-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə
116) ilə 23-cü maddə
çıxarılmışdır. Əvvəlki redaksiyada
deyilirdi:
Redaksiyanın nizamnaməsi kollektivin
azı üçdə iki hissəsinin iştirakı ilə
keçirilən yığıncaqda səs çoxluğu
ilə qəbul olunur və təsisçi
tərəfindən təsdiq edilir.
Nizamnamədə mətbu nəşrin
proqram istiqamətləri, redaksiyanın fəaliyyətinin
istehsalat, maliyyə və digər şərtləri
müəyyən edilir.
Nizamnamədə aşağıdakılar
nəzərdə tutulmalıdır: mətbu nəşrin
təsisçisi (həmtəsisçisi) barədə
məlumatlar, nəşrin adı və növü,
dövriliyi, idarəetmə orqanları, onların yaradılma
qaydası, təsisçinin, redaksiyanın, baş redaktorun
(redaktorun) qarşılıqlı hüquq və
vəzifələri, jurnalist kollektivinin
səlahiyyətləri, baş redaktorun (redaktorun), redaksiya
heyətinin təyin olunması (seçilməsi) qaydası,
redaksiyanın ünvanı, mətbu nəşrin yenidən
təşkili, dayandırılması və ya dövri
nəşrin ləğvi, əmlakın və
mənfəətin bölüşdürülməsi
qaydaları və sair.
Redaksiyanın nizamnaməsi kütləvi
informasiya vasitələri haqqında qanunvericiliyin
tələblərinə zidd olmamalıdır.
Redaksiya kollektivi on nəfərdən az
olan mətbu nəşrlərdə nizamnamə tərtib edilməsi
məcburi deyildir. Bu halda baş redaktorla (redaktorla)
təsisçi arasında bağlanmış müqavilə
nizamnaməni əvəz edir.
[48] 28 dekabr 2001-ci il tarixli 247-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 116) ilə
24-cü maddə çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Mətbu nəşrin redaksiyasına
baş redaktor (redaktor) rəhbərlik edir. Baş redaktor
(redaktor) vəzifəyə təsisçi
(həmtəsisçi) tərəfindən təyin edilir
və ya redaksiya nizamnaməsində nəzərdə
tutulmuş qaydada kollektiv tərəfindən seçilir.
Baş redaktorun (redaktorun) vəzifəyə qoyulması və
vəzifədən azad edilməsi bu Qanuna və əmək
qanunvericiliyinin tələblərinə uyğun
aparılmalıdır. Baş redaktor (redaktor)
aşağıdakı tələblərə cavab
verməlidir:
Azərbaycan Respublikasının
vətəndaşı olmalıdır;
Azərbaycan Respublikasında daimi
yaşamalıdır;
ali təhsilli olmalıdır.
[49] 28
dekabr 2001-ci il tarixli 247-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə
116) ilə 25-ci maddə
çıxarılmışdır. Əvvəlki redaksiyada
deyilirdi:
Baş redaktor (redaktor):
mətbu nəşrin işinə
rəhbərlik edir;
təsisçi (həmtəsisçi),
dövlət orqanları, bələdiyyələr, idarə,
müəssisə və təşkilatlarla, vəzifəli
şəxslər və vətəndaşlarla
münasibətlərdə redaksiyanı təmsil edir;
məhkəmələrdə
redaksiyanın adından iddiaçı və cavabdeh
qismində çıxış edir, yaxud bu hüququ təyin
etdiyi şəxsə verir;
redaksiyanın adından etibarnamələr
verir;
əmək müqaviləsi və digər
müqavilələr bağlayır;
mətbu nəşrin istehsalı ilə
əlaqədar son qərar qəbul edir;
buraxılışın çapına
icazə verir, yaxud bu hüququ təyin etdiyi şəxsə
həvalə edir;
işçiləri
mükafatlandırır, lazım gələndə intizam
tənbehi verir;
nizamnamədə başqa hal
nəzərdə tutulmayıbsa, işçiləri
işə götürür və işdən
çıxarır;
mətbu nəşrdə çap olunan
materialların bu Qanunun tələblərinə uyğun
hazırlanmasına nəzarət edir;
redaksiya nizamnaməsi ilə
müəyyən edilmiş digər vəzifələri
yerinə yetirir.
[50] 28 dekabr 2001-ci il tarixli 247-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 116) ilə
26-cı maddənin üçüncü hissəsində "Bu Qanunun 27-ci maddəsinin
nəzərdə tutulan hallardan başqa,"
sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Bu Qanunun 27-ci maddəsində
nəzərdə tutulan hallardan başqa, məhkəmənin
qərarı yoxdursa, kütləvi informasiya vasitəsi
məhsulunun yayılmasına mane olmağa, o cümlədən
onun tirajının, yaxud tirajının bir hissəsinin
müsadirə edilməsinə yol verilmir.
[51] 28 dekabr 2001-ci il tarixli 247-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 116) ilə 27-ci
maddənin birinci hissəsində "müvafiq icra hakimiyyəti orqanının" sözləri
"məhkəmənin"
sözü ilə əvəz edilmiş, ikinci
hissəsində "Müvafiq
icra hakimiyyəti orqanı" sözləri "Məhkəmə"
sözü ilə əvəz edilmişdir.
[52] 28 dekabr 2001-ci il tarixli 247-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 116) ilə 27-ci
maddənin üçüncü və dördüncü
hissələri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Bu maddənin ikinci hissəsi
dövlətin bütövlüyünə və
ölkənin təhlükəsizliyinə ciddi zərbə
vuran çağırışlar və ya informasiyalar dərc
etmiş Azərbaycan Respublikasının ərazisində
çap olunan mətbu nəşrlərə də şamil
edilir.
Azərbaycan
Respublikasının ərazisində çap olunan mətbu
nəşrlərin tirajının və ya tirajının bir
hissəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən
qeyri-qanuni olaraq satışdan
yığışdırıldığı
məhkəmənin qanuni qüvvəyə minmiş
qərarı ilə təsdiq edilərsə, dəymiş maddi
zərər dövlət büdcəsi hesabına
ödənilir
[53] 28 dekabr 2001-ci il tarixli 247-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 116) ilə 28-ci
maddənin birinci hissəsinin 8-ci bəndi
çıxarılmış, 9-cu bənd 8-ci bənd hesab
edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
8) dövlət qeydiyyat orqanı
və dövlət qeydiyyat şəhadətnaməsinin
nömrəsi;
[54] 30 dekabr 2003-cü il tarixli
568-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 2, maddə 57) ilə 28-ci
maddənin ikinci hissəsində "yayılması"
sözündən sonra ",
habelə istinad məlumatlarının qəsdən
yanlış göstərilməsi" sözləri
əlavə edilmişdir.
[55] 30 aprel 2002-ci il tarixli 315-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 5, maddə 245) ilə 29-cu
maddədə "Milli
kitabxanaya" sözlərindən sonra "Kitab Palatasına"
sözləri əlavə edilmişdir.
19
oktyabr 2007-ci il tarixli 463-IIIQD nömrəli Azərbaycan
Respublikası Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə
1079) ilə 29-cu maddədə “Kitab
Palatasına” sözlərindən sonra “, Azərbaycan Mətbuat Şurasına,”
sözləri əlavə edilmişdir.
1 fevral 2019-cu
il tarixli 1478-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 mart 2019-cu
il, ¹ 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 3, maddə 376) ilə 29-cu
maddədə “Milli Kitabxanaya,
Kitab Palatasına, Azərbaycan Mətbuat Şurasına,
qanunvericilik və müvafiq icra hakimiyyəti
orqanlarının kitabxanalarına” sözləri “müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi quruma (qəzet və
jurnalların məcburi nüsxələri), həmçinin
“Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun
15-ci maddəsində müəyyən edilmiş qaydada
müvafiq kitabxanalara” sözləri ilə əvəz
edilmişdir.
[56] 28 dekabr
2001-ci il tarixli 247-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə
116) ilə 30-cu maddə
çıxarılmışdır.
Maddənin əvvəlki redaksiyasında
deyilirdi:
Maddə 30. Dövlət
qeydiyyatına alınmadan yayılan mətbu nəşrlər
Azərbaycan Respublikasının
qanunvericilik, icra və məhkəmə hakimiyyəti
orqanlarının yalnız özlərinin rəsmi
xəbər və materiallarının, normativ və digər
hüquqi aktların dərc olunması üçün
təsis etdikləri mətbu nəşrlərin;
müəssisələrin,
təşkilatların və idarələrin, həmçinin
elm və tədris müəssisələrinin yalnız
özlərinin fəaliyyətində gərəkli olan
peşəyönümlü informasiyaların, elmi materialları
və sənədlərin dərc olunduğu dərgi, toplu,
bülleten və ya digər çap məhsulları
üçün dövlət qeydiyyatı tələb olunmur.
[57] 28 dekabr 2001-ci il tarixli 247-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 116) ilə 31-ci
maddə çıxarılmışdır.
Maddənin əvvəlki redaksiyasında
deyilirdi:
Maddə 31. Rəsmi
məlumatların yayılması
Redaksiya onun fəaliyyətinə aid
həmin kütləvi informasiya vasitəsinə dövlət
qeydiyyat şəhadətnaməsi vermiş orqandan
gələn məlumatı dərhal, məhkəmənin
qanuni qüvvəyə minmiş və müvafiq
kütləvi informasiya vasitəsində dərc edilməsi barədə
göstəriş olan qərarını pulsuz və həmin
qərarla müəyyən olunmuş müddətdə
dərc edir.
[58] 28 dekabr 2001-ci il tarixli 247-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 116) ilə V
fəsil çıxarılmışdır. Əvvəlki
redaksiyada deyilirdi:
V fəsil
Azərbaycan Respublikasında teleradio
verilişləri milli teleradio sisteminin əsasını
təşkil edən dövlət və qeyri-dövlət
teleradio təşkilatları tərəfindən həyata
keçirilir.
Qeyri-dövlət teleradio
təşkilatları ictimai və özəl formalarda ola
bilər.
İctimai teleradio
təşkilatının fəaliyyəti müvafiq qanunla
tənzimlənir.
Azərbaycan Respublikasında bütün
teleradio təşkilatları mülkiyyət,
təşkilati-hüquqi formasından asılı olmayaraq
bərabər hüquqlara malikdir və qanun qarşısında
eyni məsuliyyət daşıyırlar.
Dövlət teleradio təşkilatı
müvafiq dövlət orqanları tərəfindən
təsis edilir, dövlət büdcəsi və öz
gəlirləri hesabına maliyyələşdirilir.
Dövlət teleradio təşkilatı:
televiziya tamaşaçılarını
və radio dinləyicilərini Azərbaycan Respublikasında
və xarici ölkələrdə baş verən ictimai-siyasi
və digər hadisələr haqqında obyektiv, operativ
informasiya ilə təmin edir, rəsmi informasiyaları
yayır, qanunvericilik, icra və məhkəmə
hakimiyyəti orqanlarının qərarlarını elan və
şərh edir;
siyasi, iqtisadi, publisistik,
mədəniyyət, təhsil, əyləncə, idman
proqramları, habelə uşaqlar və gənclər
üçün proqramlar hazırlayır və yayır.
Özəl teleradio təşkilatı
hüquqi şəxsdir, Azərbaycan Respublikasının
ərazisində daimi yaşayan fiziki və (və ya) hüquqi
şəxslər tərəfindən təsis edilə
bilər.
Özəl teleradio təşkilatı
özünün maliyyə, təsərrüfat, struktur, kadr
və yaradıcılıq fəaliyyətində tam
sərbəstdir və Azərbaycan Respublikasının
Konstitusiyasına, "Sahibkarlıq fəaliyyəti
haqqında" Azərbaycan Respublikasının Qanununa, bu
Qanuna və öz nizamnaməsinə uyğun fəaliyyət
göstərir.
Mülkiyyət formasından asılı
olmayaraq teleradio təşkilatları:
verilişlər (proqramlar) hazırlamaq,
yaymaq, onların videoyazılarını çoxaltmaq, satmaq
və ya icarəyə vermək;
abonent haqqını müəyyən
etmək;
reklam fəaliyyəti ilə
məşğul olmaq;
öz verilişlərinin proqramını
dərc etdirmək;
kommersiya kanalı açmaq;
nizamnamə vəzifələrini yerinə
yetirmək;
qanuna zidd olmayan digər
fəaliyyətlə məşğul olmaq hüququna malikdir.
Teleradio təşkilatlarının
vəzifələri aşağıdakılardır;
verilişlərin (proqramların) mövzu
əhatəliliyini təmin etmək;
pornoqrafik materialları yaymamaq;
başqa teleradio
təşkilatlarının verilişlərinin
yayılmasına və qəbuluna maneçilik törətməmək;
vətəndaşların şəxsi
həyatına, şərəf və ləyaqətinə
hörmətlə yanaşmaq;
yayım zamanı peşə etikasına
riayət etmək.
Teleradio təşkilatları
müqavilə müddəti başa çatmamış
birtərəfli qaydada abonent haqqının
məbləğini artıra bilməzlər.
Teleradio təşkilatları digər
teleradio təşkilatlarının verilişlərindən
(proqramlarından) yalnız onların razılığı
ilə istifadə edə bilərlər.
Mülkiyyətçinin razılığı olmadan teleradio
təşkilatının verilişlərinin
(proqramlarının) digər teleradio təşkilatları
tərəfindən yayımı,
köçürülməsi (tirajının
çoxaldılması), satılması və kütləvi
nümayişi qadağandır.
Başqa teleradio
təşkilatlarının verilişlərindən
(proqramlarından) qısa fraqmentlər - hər verilişdən
(proqramdan) 20 saniyədən, hər filmdən 5
dəqiqədən çox olmamaqla, habelə tədris
müəssisələrində istifadə üçün -
götürüldükdə razılıq tələb
olunmur.
Verilişlərdən (proqramlardan) bu
maddənin 2-ci bəndində nəzərdə tutulmayan
hallarda müvafiq razılıq, alınmadan istifadə
etdikdə teleradio təşkilatı vurulmuş zərərin
ödənilməsi barədə məhkəmə
qaydasında iddia qaldıra bilər.
teleradio təşkilatı kanal və
tezliklərdən istifadə üçün xüsusi
razılıq aldığı vaxtdan verilişlərinin
yayımına başlamaq hüququna malikdir.
Yayımın texniki vasitələrinin
sahibi və ya onun istismarını həyata keçirən
təşkilat həmin vasitələri kanal və
tezliklərdən istifadə üçün xüsusi
razılığı olmayan teleradio təşkilatının
istifadəsinə verə bilməz. Yayım ancaq xüsusi
razılıqda müəyyən edilmiş ərazi
daxilində aparıla bilər.
Verilişlərin yayımına teleradio
təşkilatının rəhbəri və ya onun təyin
etdiyi şəxs (məsul redaktor) icazə verir, həmin
şəxs verilişlərin keyfiyyətinə və
məzmununa görə məsuliyyət daşıyır.
Teleradio təşkilatı, gün
ərzində yayım aparılırsa, azı dörd
dəfə, başqa hallarda isə yayımın
əvvəlində və sonunda öz adını və başqa
məlumatları (çağırış kodunu, emblemini
və s.) elan etməlidir.
Hər bir teleradio verilişi (proqramı)
və ya onun təkrarı efirə (ekrana) buraxılarkən
aşağıdakı informasiyalar əlavə
olunmalıdır:
1) verilişin (proqramın) adı;
2) buraxılışın efirə (ekrana)
verilmə tarixi;
3) müəllifin və efirə (ekrana)
buraxılış üçün icazə vermiş baş
redaktorun (redaktorun) adı və soyadı;
4) teleradio təşkilatının adı
və ünvanı;
5) teleradio təşkilatının
müəyyənləşdirdiyi digər məlumatlar.
Qanunvericilik, icra və məhkəmə
hakimiyyəti orqanlarının rəsmi məlumatları
dövlət teleradio təşkilatları
tərəfindən dərhal və əvəzsiz olaraq yayımlanır.
Mülkiyyət formasından asılı
olmayaraq bütün teleradio təşkilatları insanların
həyatı, sağlamlığı və yaşayış
məntəqələrinin normal fəaliyyəti
üçün təhlükə törədən
fövqəladə hallar, təbii fəlakətlər və
qəzalar barədə məlumatları dərhal və pulsuz
olaraq əhaliyə çatdırmağa borcludurlar.
Teleradio verilişləri vasitəsilə
seçkiqabağı təbliğatın aparılması
qaydaları Azərbaycan Respublikasının müvafiq
qanunvericilik aktları ilə müəyyən edilir.
Teleradio verilişlərinin
(proqramlarının) materialları (qoşma sənədlər,
əlyazmalar, məktublar, lent yazıları və s.) efirə
(ekrana) çıxandan sonra azı bir ay, qeydiyyat jurnalı
isə sonuncu qeyddən sonra azı bir il müddətində
saxlanılır.
Veriliş (proqram) materiallarının
saxlanma qaydaları teleradio təşkilatı
tərəfindən müəyyənləşdirilir.
Qeydiyyat jurnalında efirə (ekrana)
çıxmış verilişlərin (proqramların) tarixi,
vaxtı, mövzusu, müəllifi, aparıcısı və
iştirakçıları göstərilməlidir.
Müvafiq icra hakimiyyəti orqanı
teleradio təşkilatlarının fəaliyyətinin
tənzimləyir və bu Qanunun tələblərinə
əməl edilməsi üzərində nəzarəti
həyata keçirir. Bu məqsədlə:
teleradio informasiya fəzasının vahid
inkişaf konsepsiyasını hazırlayır və həyata
keçirir;
kanal və tezliklərdən istifadə
üçün xüsusi razılıq verir;
teleradio təşkilatları
tərəfindən bu Qanunun müddəalarının və
xüsusi razılığın tələblərinin
yerinə yetirilməsinə nəzarət edir;
öz səlahiyyəti
çərçivəsində teleradio
təşkilatlarını fəaliyyətini (kanallardan
istifadə qaydalarını və şərtlərini)
yoxlayır;
teleradio təşkilatlarının
fəaliyyətini iki ayadək müvəqqəti
dayandırır;
teleradio verilişlərinin
(proqramlarının) ötürülməsi üçün
istifadə olunan texniki vasitələrin qanunvericiliklə
müəyyən olunmuş qaydada və
şərtlərə uyğun istismarına nəzarət
edir;
bu Qanunla və digər normativ hüquqi
aktlarla müəyyən edilən vəzifələri
həyata keçirir.
[59] 28 dekabr 2001-ci
il tarixli 247-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə
116) ilə 44-cü maddənin birinci hissəsində "altı" sözü
"bir" sözü
ilə əvəz edilmişdir.
[60] 20 oktyabr 2015-ci il
tarixli 1399-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 3
noyabr 2015-ci il, ¹ 241, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 11, maddə 1292) ilə 44-cü
maddəyə yeni məzmunda üçüncü hissə
əlavə edilmişdir.
[61]
28 dekabr 2001-ci il
tarixli 247-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə
116) ilə 45-ci maddənin birinci hissəsinin
üçüncü cümləsində "dövri yayımı olan" sözləri "yayılan" sözü
ilə, "vaxtdan 10 gün
müddətində" sözləri "gündən sonrakı nömrədə"
sözləri ilə əvəz edilmiş, ikinci hissəsinin
birinci cümləsində "10
gündən gec olmayaraq eyni proqramda, yaxud verilişlər
silsiləsində və eyni vaxtda" sözləri "sonrakı müvafiq
verilişdə" sözləri ilə əvəz
edilmiş, ikinci cümləsində "və ya onun"
sözlərindən sonra "səlahiyyətli"
sözü əlavə edilmişdir.
[62] 28 dekabr 2001-ci il tarixli 247-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 116) ilə
44-cü maddənin beşinci hissəsində "15" rəqəmi "3" rəqəmi ilə
əvəz edilmiş, altıncı hissəsinin 6-cı
abzasında "altı"
sözü "bir"
sözü ilə əvəz edilmiş, "müddət keçmişdirsə"
sözlərindən sonra "(vətəndaşın
rəsmi sənədlərlə təsdiq olunan
xəstəlik, məzuniyyət və ezamiyyə
müddətləri istisna olmaqla)." sözləri əlavə
edilmişdir.
[63] 4
may 2018-ci il
tarixli 1128-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 2 iyun 2018-ci il, ¹ 123,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹5, maddə 891) ilə
45-ci maddəyə yeni
məzmunda yeddinci hissə əlavə edilmişdir.
[64] 28 dekabr
2001-ci il tarixli 247-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə
116) ilə VII fəslin adı yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
VII fəsil
Jurnalİstİn hüquq və
vəzİfələrİ
[65] 28 dekabr 2001-ci il tarixli 247-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 116) ilə
46-cı maddə
çıxarılmışdır.
Maddənin əvvəlki redaksiyasında deyilirdi:
Jurnalistin aşağıdakı
hüquqları vardır:
1) informasiya axtarmaq, toplamaq, hazırlamaq,
istehsal etmək və yaymaq;
2) öz peşə vəzifəsini
yerinə yetirmәsi ilə əlaqədar dövlət
orqanlarına, bələdiyyələrə, idarə,
müəssisə və təşkilatlara, ictimai birliklərə,
siyasi partiyalara, vəzifəli şəxslərə
müraciət etmək və ya sorğu vermək;
3) qanunvericiliklə nəzərdə
tutulmuş hallar istisna olmaqla, hər hansı faktı hər
vasitə ilə, o cümlədən audiovizual
vasitələrdən və kino-foto çəkilişindən
istifadə etməklə qeydə almaq;
4) əqidəsinə zidd olan məlumat
və materialları hazırlamaqdan və öz imzası
ilə dərc etdirməkdən imtina etmək;
5) redaktə zamanı, onun fikrincə,
məzmunu təhrif olunmuş məlumat və materiallardan
öz imzasını çıxarmaq;
6) baş redaktorun (redaktorun) və ya
redaksiyanın verdiyi tapşırıq qanunun pozulması
ilə əlaqədar olduqda belə tapşırıqdan imtina
etmək;
7) hazırladığı materialı
öz imzası, təxəllüsü ilə, yaxud imzasız
dərc etdirmək;
8) jurnalist vəsiqəsini təqdim
etməklə qəza, təbii fəlakət zonalarında,
fövqəladə vəziyyət elan olunmuş
yerlərdə, mitinqlərdə və
nümayişlərdə olmaq;
9) öz imzası ilə dərc edildiyi
materiallarda şəxsi fikir söyləmək və qiymət
vermək;
10) qanunla qorunan sirlər istisna olmaqla,
sənəd və materiallarla tanış olmaq, onların surətini
çıxarmaq.
Jurnalist həmçinin Azərbaycan
Respublikasının kütləvi informasiya vasitələri
haqqında qanunvericiliyi ilə
müəyyənləşdirilmiş digər hüquqlardan da
istifadə edə bilər.
[66] 28 dekabr 2001-ci il tarixli 247-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 116) ilə
47-ci maddə
çıxarılmışdır.
Maddənin əvvəlki redaksiyasında deyilirdi:
Jurnalistin aşağıdakı
vəzifələri vardır:
1) əmək münasibətlərində
olduğu kütləvi informasiya vasitəsi
redaksiyasının nizamnaməsinə riayət etmək, onun
fəaliyyət proqramını həyata keçirmək;
2) ona verilən informasiyanın doğru-dürüstlüyünü
yoxlamaq;
3) informasiya ilk dəfə elan edilirsə,
onu vermiş şəxslərin kimliyini
göstərib-göstərməmək barədə
onların xahişlərini yerinə yetirmək;
4) hazırladığı xəbər
və materialların yayılması ilə əlaqədar
irəli sürülə biləcək iradlar və qanunla
nəzərdə tutulmuş digər tələblər
barədə baş redaktorla (redaktora) məlumat vermək;
5) öz imzası, imzasız və ya
təxəllüslə doğru-dürüstlüyü
təsdiq olunmamış, yaxud böhtan və təhqir
xarakterli informasiya və materialları yaymamaq;
6) dərc etdirdiyi (efirə verdiyi)
mətnlərdə peşə etikasına riayət etmək,
dövlətin, vətəndaşların və
təşkilatların şərəf və
ləyaqətinə, qanuni mənafelərinə
hörmətlə yanaşmaq;
7) peşə fəaliyyətini həyata
keçirərkən təşkilatlarda,
müəssisələrdə və rəsmi
tədbirlərdə tələb olunduqda, redaksiya
vəsiqəsini və ya şəxsiyyətini, jurnalist
səlahiyyətini təsdiq edən digər sənədi
göstərmək;
8) vətəndaşlardan, vəzifəli
şəxslərdən, idarə, müəssisə və
təşkilatların, ictimai birliklərin
nümayəndələrindən, siyasi xadimlərdən
məlumat alarkən audio-video vasitələrdən və
kino-foto çəkilişindən istifadə etmək
barədə onların razılığını almaq;
9) vətəndaşın şəxsi
həyatı haqqında məlumat yaymaq barədə onun
özündən və ya qanuni nümayəndəsindən
icazə almaq (ictimai maraqları müdafiə etmək
üçün lazım olan hallardan başqa);
10) informasiyanın, yaxud onun
mənbəyinin məxfiliyini gözləmək.
11) öz məlumatlarında konkret iş
üzrə məhkəmə baxışının
nəticələrini qabaqcadan müəyyən
etməmək, yaxud qətnamə və ya hökm qanuni qüvvəyə
minənədək məhkəməyə başqa
tərzdə təzyiq göstərməmək;
Jurnalist həmçinin Azərbaycan
Respublikasının kütləvi informasiya vasitələri
haqqında qanunvericiliyi ilə
müəyyənləşdirilmiş digər
vəzifələr də daşıyır.
[67] 28 dekabr 2001-ci il tarixli 247-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 116) ilə
48-ci maddə
çıxarılmışdır.
Maddənin əvvəlki redaksiyasında deyilirdi:
Gizli audio və video yazılardan, kino
və foto çəkilişindən istifadə etməyə
və ya hazırlanmış məlumat və materialları
yaymağa yalnız aşağıdakı hallarda yol verilir:
1) şəxsin və
vətəndaşın bu barədə yazılı
razılığı varsa, habelə kənar şəxsin
Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən
edilmiş hüquq və azadlıqlarının qorunması
üçün zəruri tədbirlər
görülmüşdürsə;
2) məhkəmənin qərarı ilə
nümayiş etdirilirsə.
Bu maddənin tələblərini pozaraq
gizli audio-video yazılardan, kino-foto çəkilişindən
istifadə olunması və onun yayılması Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun şəkildə
məsuliyyətə səbəb olur.
[68] 28 dekabr 2001-ci il tarixli 247-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 116) ilə 49-cu
maddənin 1-ci bəndində "(yaymaqla)"
sözü çıxarılmışdır. Əvvəlki
redaksiyada deyilirdi:
1) kütləvi informasiya
vasitəsinin məlumat toplamaq, hazırlamaq, redaktə və
istehsal etməklə (yaymaqla) məşğul olan
ştatlı müxbirlərinə;
[69] 28 dekabr 2001-ci il tarixli 247-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002-ci il, ¹ 3, maddə 116) ilə 49-cu maddənin 2-ci
bəndində "tapşırıqlarını"
sözündən sonra "müntəzəm"
sözü əlavə edilmişdir.
[70] 28 dekabr 2001-ci il tarixli 247-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 116) ilə 50-ci
maddənin üçüncü hissəsində "redaksiya" sözündən
sonra "tərəfindən"
sözü əlavə edilmiş, "qaydalarını pozduqda," sözləri "qaydaları pozulmuşdursa, yaxud"
sözləri ilə, "yaydıqda"
sözü "yayılmışdırsa
və bu məhkəmənin qanuni qüvvəyə minmiş
qətnaməsi ilə təsdiq olunmuşdursa"
sözləri ilə əvəz edilmişdir.
[71] 4
mart 2005-ci il tarixli 856-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 4, maddə
278) ilə 50-ci maddəyə beşinci hissə
əlavə edilmişdir.
[72] 28 dekabr
2001-ci il tarixli 247-IIQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə
116) ilə IX fəsil çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
IX fəsil
Kütləvi informasiya vasitələri:
təsisçinin vəsaiti;
satışdan əldə olunan
gəlirlər;
sponsorun ayırdığı
vəsaitlər;
ayrı-ayrı vətəndaşların
və hüquqi şəxslərin ianələri;
reklamdan əldə olunan gəlirlər;
kütləvi informasiya vasitələri
redaksiyalarının sahibkarlıq fəaliyyətindən
əldə etdikləri gəlirlər;
qanunla qadağan olunmayan digər
vəsaitlər hesabına maliyyələşdirilə
bilər.
Maddə 55. (Çıxarılıb)
Kütləvi informasiya vasitələri,
kütləvi informasiya vasitələri məhsullarının
ixracına, habelə fəaliyyətlərinin təşkili
üçün idxal etdikləri avadanlıq, zəruri xammal
və digər vasitələrə görə gömrük
rüsumundan azaddır.
Bu Qanunla müəyyən edilmiş
güzəştlər reklam üzrə
ixtisaslaşmış və digər kommersiya məqsədli
kütləvi informasiya vasitələrinə, eləcə də
təbii inhisarçılara şamil edilmir.
[73] 28 dekabr 2001-ci il tarixli 247-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 116) ilə 58-ci
maddə çıxarılmışdır. Əvvəlki
redaksiyada deyilirdi:
Bu Qanunun tələblərinin
pozulmasına görə:
təsisçilər;
redaksiyalar (məsul redaktorlar);
naşirlər;
yayıcılar;
dövlət orqanları;
bələdiyyələr;
idarə, müəssisə və
təşkilatlar;
ictimai birliklər;
siyasi partiyalar;
vəzifəli şəxslər;
jurnalistlər;
müəlliflər;
informasiya mənbəyinin sahibləri
qanunvericiliklə müəyyən edilmiş qaydada
məsuliyyət daşıyırlar.
Kütləvi informasiya vasitəsinin
məlumatın dərc olunmasına (efirə
buraxılmasına) məsul redaktoru istintaqda və ya
məhkəmə icraatında olan işlə əlaqədar,
qanunla müəyəyn edilmiş hallardan başqa, informasiya
mənbəyini açıqlamağa məcbur edilə
bilməz. Bu halda müəllifi açıqlanmayan
təsvirə, məqaləyə, şəklə və ya
karikaturaya görə məsuliyyət buraxılışa
məsul redaktorun üzərinə düşür.
[74] 28 dekabr 2001-ci il tarixli 247-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 116) ilə 59-cu
maddənin dördüncü abzası
çıxarılmışdır. Əvvəlki redaksiyada
deyilirdi:
kütləvi
informasiya vasitəsinin istehsalını və
yayımını qeyri-qanuni dayandırmaq, yaxud ona xitam
vermək;
[75] 28 dekabr 2001-ci il tarixli 247-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 116) ilə 59-cu
maddənin altıncı abzasında "informasiyadan" sözü "informasiyanı çap
etdirməkdən (efirə verməkdən)"
sözləri ilə əvəz edilmişdir.
[76] 15 dekabr 2017-ci il
tarixli 937-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 yanvar
2018-ci il, ¹ 13, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 1, maddə 16) ilə 59-cu
maddənin altıncı və yeddinci abzaslarında “Azərbaycan Respublikasının
qanunvericiliyi ilə” sözləri “qanunla” sözü ilə əvəz edilmişdir.
[77] 19 noyabr 2019-cu il
tarixli 1692-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 dekabr 2019-cu il, ¹
285, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə 1882) ilə 60-cı maddənin birinci
hissəsinin 5-ci bəndinə “efirə
verdikdə” sözlərindən sonra “, o cümlədən “Uşaqların zərərli
informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərini pozduqda” sözləri
əlavə edilmişdir.
[78] 12 fevral 2010-cu
il tarixli 953-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 mart 2010-cu il,
¹ 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu
il, ¹ 03, maddə 172) ilə 60-cı maddəsinə ikinci
hissə əlavə edilmişdir.
[79] 28 dekabr 2001-ci il tarixli 247-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 116) ilə 61-ci
maddənin 3-cü bəndində "kütləvi
informasiya vasitəsi" sözləri "çap" sözü
ilə əvəz edilmişdir.
[80] 28 dekabr 2001-ci il tarixli 247-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 116) ilə 61-ci
maddənin 10-cu bəndində "qərardan,
yaxud" sözləri
çıxarılmışdır. Əvvəlki redaksiyada
deyilirdi:
10) istehsalın və yayımın
dayandırılması və ya ona xitam verilməsi
barədə qərardan, yaxud məhkəmə
qətnaməsindən sonra redaksiya və nəşriyyat
kütləvi informasiya vasitəsinin məhsulunu qeyri-qanuni
hazırladıqda və yaydıqda - naşir, yayıcı
və redaksiya (redaktor, baş redaktor) Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq surətdə
mülki, inzibati, cinayət və digər məsuliyyət
daşıyırlar.
28 dekabr 2001-ci il tarixli 247-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 3, maddə 116) ilə
4-cü, 5-ci, 6-cı, 7-ci və 9-cu bəndləri
çıxarılmış, 8-ci və 10-cu bəndləri
müvafiq olaraq 4-cü və 5-ci bəndlər hesab
edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
4) teleradio proqramların
təmiz qəbul edilməsinə süni maneələr
yaradıldıqda - dövlət orqanları, idarə,
müəssisə və təşkilatlar;
5) teleradio təşkilatının
razılığı olmadan onun verilişlərindən
(proqramlarından) bu Qanunun tələblərinə zidd
şəkildə istifadə etdikdə, mülkiyyәtçidәn
icazəsiz teleradio təşkilatının
verilişlərini köçürüb çoxaltdıqda
və satdıqda, kütləvi şəkildə
nümayiş etdirdikdə - vətəndaşlar, teleradio
təşkilatları;
6) mövcud konstitusiyalı dövlət
quruluşunu zorakılıqla devirməyə, dövlətin
bütövlüyünə və ölkənin
təhlükəsizliyinə qəsd etməyə,
müharibəni, zorakılığı və
qəddarlığı, milli, irqi, sosial ədavəti
təbliğ etməyə görə - bilərəkdən,
yaxud səhlənkarlıq üzündən informasiyanı
çap edən jurnalist (müəllif) və ya məsul redaktor,
habelə informasiya mənbəyinin sahibi;
7) kənar şəxsin və ya
kütləvi informasiya vasitəsi olmayan təşkilatın
xeyrinə informasiya toplamağa görə - jurnalist;
8) xarici ölkələrin dövlət
orqanlarının, hüquqi və fiziki şəxslərinin
Azərbaycan Respublikasının ərazisində istehsal olunan
(yayımlanan) kütləvi informasiya vasitələrini qanuna
zidd şəkildə maliyyələşdirmələrinə
yol verdiklərinə görə - təsisçi və
baş redaktor (redaktor);
9) bu Qanunun 24-cü maddəsinin
tələblərini pozaraq baş redaktor (redaktor) təyin
etdiyinə görə - təsisçi
(həmtəsisçi, mülkiyyətçi);
10) istehsalın və yayımın
dayandırılması və ya ona xitam verilməsi barədə
məhkəmə qətnaməsindən sonra redaksiya və
nəşriyyat kütləvi informasiya vasitəsinin
məhsulunu qeyri-qanuni hazırladıqda və yaydıqda -
naşir, yayıcı və redaksiya (redaktor, baş redaktor)
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq
surətdə mülki, inzibati, cinayət və digər
məsuliyyət daşıyırlar.