“Məhkəmə ekspertizası fəaliyyəti
haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının
“Məhkəmə
ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin
və bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
öz səlahiyyəti hüdudlarında “Məhkəmə
ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası
Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
2. Müəyyən edilsin ki: [2]
2.1. “Məhkəmə
ekspertizası fəaliyyəti haqqında” Azərbaycan
Respublikası Qanununun 11-ci maddəsinin altıncı
hissəsinin birinci cümləsində, onuncu hissəsində,
on dördüncü hissəsində, 11-2-ci maddəsinin
üçüncü hissəsində, 11-3-cü maddəsinin
ikinci hissəsində, 11-4-cü maddəsinin ikinci
hissəsində, 11-5-ci maddəsinin ikinci hissəsində,
23-cü maddəsinin beşinci hissəsində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.2. həmin Qanunun 11-ci
maddəsinin dördüncü hissəsində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini tabeliyində olan
məhkəmə ekspertizası idarələrinin
ekspertlərinə münasibətdə Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi və Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi həyata
keçirirlər;[3]
2.3. həmin Qanunun 11-ci
maddəsinin yeddinci hissəsinin birinci və ikinci
cümlələrində, səkkizinci və doqquzuncu
hissələrində, on birinci hissəsinin birinci
cümləsində, 11-1-ci maddəsinin ikinci hissəsində,
11-3-cü maddəsinin birinci və üçüncü hissələrində,
11-4-cü maddəsinin birinci hissəsində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi həyata
keçirir;
2.4. həmin Qanunun 11-ci
maddəsinin on beşinci hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının
səlahiyyətlərini tabeliyində olan məhkəmə
ekspertizası idarələrinin ekspertlərinə
münasibətdə Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi və Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi həyata
keçirirlər;[4]
2.5. həmin Qanunun 11-ci
maddəsinin on altıncı hissəsində və 11-1-ci
maddəsinin birinci hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini tabeliyində olan məhkəmə
ekspertizası idarələrinin ekspertlərinə
münasibətdə Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi, Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyi və Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi, tabeliyində olan
məhkəmə ekspertizası idarəsinin
ekspertlərinə və özəl məhkəmə
ekspertlərinə münasibətdə Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi həyata
keçirirlər;[5]
2.6. həmin Qanunun 23-cü
maddəsinin birinci hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini məhkəmə-tibb, məhkəmə-psixiatriya
ekspertizaları sahəsində
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi,
hərbi qulluqçulara və hərbi
məhkəmələrin (hərbi prokurorluqların)
səlahiyyətlərinə aid edilmiş cinayət
işləri və inzibati xətalar haqqında işlər
üzrə hərbi qulluqçu olmayan şəxslərə
münasibətdə məhkəmə-tibb ekspertizası
sahəsində həmçinin Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi, məhkəmə
ekspertizasının digər sahələrində Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi, ilkin və
əlavə məhkəmə-daktiloskopik, məhkəmə
tibbi-genetik, məhkəmə partlayış-texniki və
məhkəmə-ballistik ekspertizaları sahəsində
isə həmçinin Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyi həyata keçirir;[6]
2.7. həmin Qanunun 33-cü
maddəsinin dördüncü hissəsində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi həyata
keçirir;
2.8. həmin Qanunun 34-cü
maddəsinin ikinci hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi və Ədliyyə Nazirliyi birgə
həyata keçirirlər;
2.9. həmin Qanunun 39-cu
maddəsinin birinci hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının və
40-cı maddəsinin birinci hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi həyata
keçirirlər.[7]
Azərbaycan
Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri,
15 yanvar 2000-ci il
¹ 252
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1. 30 iyun 2001-ci il tarixli 517 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001-ci il, ¹ 6, maddə 415)
2. 12 dekabr 2006-cı il tarixli 487 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1034)
3. 12 mart 2007-ci il tarixli 545 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007-ci il, ¹ 3, maddə 224)
4. 14 oktyabr 2011-ci il tarixli 505 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 oktyabr
2011-ci il, ¹ 229; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 10, maddə 889)
5. 28 aprel 2014-cü il tarixli 154 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 29 aprel 2014-cü
il, ¹ 87, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 04, maddə 370)
6. 18 dekabr
2019-cu il tarixli 883
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu il, ¹
283, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə 1926)
7. 25 yanvar 2024-cü il tarixli 2452 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 26 yanvar
2024-cü il, ¹ 16,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 1, maddə 28)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK
VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 18 dekabr 2019-cu il tarixli 883 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu il, ¹ 283, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə
1926) ilə fərmanın adında,
preambulasında, birinci hissəsinin ikinci və
dördüncü abzaslarında “Dövlət
məhkəmə” sözləri “Məhkəmə” sözü ilə əvəz
edilmişdir.
[2] 30 iyun 2001-ci il tarixli 517
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 6, maddə
415) ilə 2-ci bəndinin ikinci
abzasından "Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi"
sözləri çıxarılmışdır.
12 dekabr 2006-cı il tarixli 487 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1034) ilə 2-ci bəndin ikinci abzasda “40-cı maddəsinin birinci hissəsində”
sözləri “40-cı
maddəsinin birinci və ikinci hissələrində”
sözləri ilə əvəz edilmişdir.
12 mart 2007-ci il tarixli 545
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 3, maddə
224) ilə 2-ci bəndinin ikinci
abzasında "40-cı
maddəsinin birinci və ikinci hissələrində"
sözləri “40-cı
maddəsinin birinci hissəsində”, sözləri ilə
əvəz edilmişdir.
12 dekabr 2006-cı il tarixli 487 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1034) ilə 2-ci bəndin ikinci
abzas çıxarılmışdır,
üçüncü və dördüncü abzaslar
müvafiq olaraq ikinci və üçüncü abzaslar hesab
edilmişdir.
12 dekabr 2006-cı il tarixli 487 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 12, maddə 1034) ilə 2-ci bəndin üçüncü abzasda “üçüncü
hissəsində” sözləri “üçüncü və dördüncü
hissələrində” sözləri ilə əvəz
edilmişdir.
14 oktyabr 2011-ci il tarixli 505
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Azərbaycan”
qəzeti, 16 oktyabr 2011-ci il, ¹ 229; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 10, maddə
889) ilə 2-ci hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
2. Müəyyən edilsin ki:
"Dövlət məhkəmə
ekspertizası fəaliyyəti haqqında" Azərbaycan
Respublikası Qanununun 40-cı maddəsinin ikinci
hissəsində nəzərdə tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata
keçirir;
həmin Qanunun 11-ci maddəsinin ikinci
hissəsində, 23-cü maddəsinin birinci hissəsində,
34-cü maddəsinin ikinci hissəsində, 39-cu maddəsinin
birinci hissəsində, 40-cı maddəsinin birinci hissəsində
nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı" və "müvafiq icra hakimiyyəti
orqanları"nın səlahiyyətlərini öz
səlahiyyəti hüdudlarında Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi və
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
həyata keçirirlər;
həmin Qanunun 11-ci maddəsinin üçüncü və
dördüncü hissələrində
nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti
orqanları"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi həyata
keçirir.
28 aprel 2014-cü il tarixli 154
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Respublika”
qəzeti, 29 aprel 2014-cü il, ¹ 87, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 04,
maddə 370) ilə 2-ci
hissəsinin beşinci abzasında “məhkəmə-daktiloskopik” sözlərindən
sonra “, məhkəmə
tibbi-genetik, məhkəmə partlayış-texniki” sözləri
əlavə edilmişdir.
18 dekabr 2019-cu il tarixli 883 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu il, ¹ 283, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə
1926) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2. Müəyyən edilsin ki:
“Dövlət məhkəmə ekspertizası
fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun
11-ci maddəsinin üçüncü hissəsində
nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti
orqanı”nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər Kabineti həyata keçirir;
həmin Qanunun 11-ci maddəsinin dördüncü
hissəsində nəzərdə tutulmuş “müvafiq icra
hakimiyyəti orqanları”nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və
Daxili İşlər Nazirliyi həyata keçirirlər;
həmin Qanunun 11-ci maddəsinin beşinci hissəsində
nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti
orqanı”nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi həyata
keçirir;
həmin Qanunun 23-cü maddəsinin birinci
hissəsində nəzərdə tutulmuş “müvafiq icra
hakimiyyəti orqanları”nın səlahiyyətlərini
məhkəmə-tibb (məhkəmə-psixiatriya)
ekspertizası sahəsində Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi həyata keçirir, məhkəmə
ekspertizasının digər sahələrində Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi, ilkin və
əlavə məhkəmə-daktiloskopik, məhkəmə tibbi-genetik,
məhkəmə partlayış-texniki və məhkəmə-ballistik ekspertizaları
sahəsində isə həmçinin Azərbaycan
Respublikasının Daxili İşlər Nazirliyi həyata
keçirir;
həmin Qanunun 33-cü maddəsinin dördüncü
hissəsində nəzərdə tutulmuş “müvafiq icra
hakimiyyəti orqanı”nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
həyata keçirir;
həmin Qanunun 34-cü maddəsinin ikinci
hissəsində nəzərdə tutulmuş “müvafiq icra
hakimiyyəti orqanı”nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və
Ədliyyə Nazirliyi birgə həyata keçirirlər;
həmin
Qanunun 39-cu maddəsinin birinci hissəsində və 40-cı
maddəsinin birinci hissəsində nəzərdə
tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın
və “müvafiq icra hakimiyyəti orqanı”nın
səlahiyyətlərini Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Daxili
İşlər Nazirliyi həyata keçirirlər.
[3] 25 yanvar 2024-cü il tarixli 2452 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 26 yanvar
2024-cü il, ¹ 16,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 1, maddə 28) ilə 2.2-ci
bəndə “Səhiyyə
Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi”
sözləri əlavə edilmişdir.
[4] 25 yanvar 2024-cü il tarixli 2452 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 26 yanvar
2024-cü il, ¹ 16,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 1, maddə 28) ilə 2.4-cü
bəndə “Ədliyyə
Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi”
sözləri əlavə edilmişdir.
[5] 25 yanvar 2024-cü il tarixli 2452 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 26 yanvar
2024-cü il, ¹ 16,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 1, maddə 28) ilə 2.5-ci
bəndə birinci halda “münasibətdə”
sözündən sonra “Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi,” sözləri
əlavə edilmişdir.
[6] 25 yanvar 2024-cü il tarixli 2452 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 26 yanvar
2024-cü il, ¹ 16,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 1, maddə 28) ilə 2.6-cı
bənddə “(məhkəmə-psixiatriya)
ekspertizası” sözləri “,
məhkəmə-psixiatriya ekspertizaları” sözləri
ilə əvəz olunmuşdur və həmin bəndə “Səhiyyə Nazirliyi”
sözlərindən sonra “,
hərbi qulluqçulara və hərbi
məhkəmələrin (hərbi prokurorluqların)
səlahiyyətlərinə aid edilmiş cinayət
işləri və inzibati xətalar haqqında işlər
üzrə hərbi qulluqçu olmayan şəxslərə
münasibətdə məhkəmə-tibb ekspertizası
sahəsində həmçinin Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi” sözləri əlavə
edilmişdir.
[7] 25 yanvar 2024-cü il tarixli 2452 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 26 yanvar
2024-cü il, ¹ 16,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü
il, ¹ 1, maddə 28) ilə 2.9-cu
bəndə “Səhiyyə
Nazirliyi” sözlərindən sonra “, Müdafiə Nazirliyi” sözləri əlavə
edilmişdir.