Su obyektlərindən hidroenergetika
ehtiyacları üçün istifadə Qaydalarının
təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Su
Məcəlləsinin 63-cü maddəsinə uyğun olaraq
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. “Su obyektlərindən hidroenergetika
ehtiyacları üçün istifadə Qaydaları”
təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı
gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri
A.Rasİzadə
Bakı
şəhəri, 6 dekabr 2000-ci il
¹ 216
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 dekabr tarixli, 216 nömrəli qərarı ilə |
Su obyektlərindən hidroenergetika
ehtiyacları üçün istifadə
QAYDALARI[1]
1. Bu Qaydalar Azərbaycan
Respublikasının Su Məcəlləsinə və
"Azərbaycan Respublikasının 1997-ci il 26 dekabr tarixli
Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Su Məcəlləsinin tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli, 685
nömrəli Fərmanına əsasən hazırlanmışdır
və su obyektlərindən hidroenergetika ehtiyacları
üçün istifadə qaydalarını
müəyyən edir.
2. Elektrik enerjisinin istehsal edilməsi
məqsədilə su obyektlərindən hidroenerji
ehtiyacları üçün istifadə sxemləri tərtib
edilir. Bu sxemlər su ehtiyatlarının kompleks istifadəsi
və mühafizəsi sxemlərinin tərkib hissəsi olaraq, Azərbaycan
Respublikasının Energetika Nazirliyi yanında
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və “Azərenerji” Səhmdar
Cəmiyyətinin sifarişi ilə müvafiq
ixtisaslaşmış layihə institutu tərəfindən
hazırlanır.[2]
3. Su obyektlərindən hidroenergetika
ehtiyacları üçün istifadə sxemləri
ölkənin enerjiyə olan perspektiv tələbatını
və bununla əlaqədar həyata keçirilməsi
tələb olunan tədbirləri
müəyyənləşdirmək, su ehtiyatlarının
səmərəli istifadəsini və mühafizəsini
təmin etmək məqsədi ilə kənd
təsərrüfatının və ölkə
iqtisadiyyatının digər sahələrinin
maraqlarını nəzərə almaqla tərtib edilir.
4. Su obyektlərinin hidroenergetika
ehtiyacları üçün istifadə sxemlərinin
işlənib razılaşdırılması, dövlət
ekspertiza və təsdiq edilməsi "Azərenerji"
Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi,
Azərbaycan Respublikasının Energetika Nazirliyi
yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət
Agentliyi və Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyi ilə birlikdə həyata
keçirilir.[3]
5. Su obyektlərindən hidroenergetika
ehtiyacları üçün istifadə sxemlərində
müəyyən edilmiş, birinci növbədə
tikilməsi nəzərdə tutulan hidroenergetika obyektləri
üçün müvafiq ixtisaslaşmış layihə
institutu tərəfindən texniki-iqtisadi əsaslanmalar
tərtib edilir və obyektin inşa olunacaq yeri
müəyyənləşdirilir.
6. Böyük və mürəkkəb
hidroenergetika obyektlərinin texniki-iqtisadi
əsaslandırılmaları - Azərbaycan
Respublikasının Nazirlər Kabineti, kiçik və
mürəkkəb olmayan obyektlərin isə - Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi,
Azərbaycan Respublikasının Energetika Nazirliyi
yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət
Agentliyi və Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyi ilə razılaşdırılmaqla “Azərenerji”
Səhmdar Cəmiyyəti tərəfindən təsdiq olunur.[4]
7. Təsdiq olunmuş texniki-iqtisadi
əsaslanmaya görə inşa edilən hidroenergetika
obyektlərinin layihə-smeta sənədləri müvafiq
ixtisaslaşmış layihə institutu tərəfindən
hazırlanır.
8. Hidroenergetika ehtiyacları
üçün inşa edilən obyektlərin
maliyyələşdirilməsi dövlət büdcəsi,
xarici investisiyalar və digər maliyyə mənbələri
hesabına həyata keçirilir.
9. Hidroenergetika ehtiyacları
üçün tikilmiş su obyektlərindən istifadə
zamanı onların hidroenergetika rejimi
müəyyənləşdirilir və Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi,
Azərbaycan Respublikasının Energetika Nazirliyi
yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət
Agentliyi və Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyi ilə
razılaşdırılır. Bu zaman qeyri-energetika
sahələrinin (suvarma, balıqçılıq
təsərrüfatı, su təchizatı, su
nəqliyyatı) və təbii mühafizənin
tələbləri təmin edilməlidir.
10. Hidroenergetika müəssisələri
su obyektlərinin istifadəsinə, su anbarlarının
doldurulması və istismar rejiminə dair müəyyən
olunmuş qaydalar riayət etməli, gəmilərin və
bərələrin maneəsiz və təhlükəsiz
keçməsini, habelə balıqların
kürütökmə yerlərinə buraxılmasını
təmin etməlidirlər.
11. Hidroenergetika məqsədləri
üçün istifadə olunan su obyektinin
üzərində bir neçə elektrik stansiyası
tikilərkən su axınının tənzimlənməsi elə
aparılmalıdır ki, sudan istifadəçilərin
tələbləri ödənilməklə, maksimum elektrik
enerjisi istehsal etmək mümkün olsun.
12. Quraqlıq illərində hidroenergetika
məqsədləri üçün istifadə olunan su
anbarlarının iş rejimi Azərbaycan Respublikasının
Fövqəladə Hallar Nazirliyi, Azərbaycan
Respublikasının Energetika Nazirliyi yanında
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, “Azərenerji” Səhmdar
Cəmiyyəti və Azərbaycan
Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən
Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə
razılaşdırılır.[5]
13. Su elektrik stansiyalarının
istismarı zamanı çirkləndirici maddələrin su
obyektlərinə tullanmasına yol verilməməlidir.
14. Su obyektlərindən hidroenergetika
ehtiyacları üçün istifadə zamanı meydana
çıxan torpaq, meşə, yerin təki, bitki və
heyvanat aləminin, yeraltı suların mühafizəsinə
dair məsələlər Azərbaycan Respublikasının
müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
15. Sərhəd su obyektlərindən
hidroenergetika ehtiyacları üçün istifadə
Qaydaları Azərbaycan Respublikasının Su
Məcəlləsi və Dövlət sərhədi haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr və sazişlər ilə
müəyyən edilir.
16.
Azərbaycan Respublikasının su təsərrüfatı
balansına dair, ölkənin əsas su və su
təsərrüfatı obyektlərində su ehtiyatları
barədə gündəlik məlumatlar, o cümlədən
su anbarlarının səviyyəsi, həcmi, su anbarına
daxil olan və çıxan su həcmləri (strukturu
göstərilməklə), hidroqovşaqların qəbul
etdiyi və ötürdüyü su həcmləri (strukturu
göstərilməklə), çaylar üzrə,
məntəqələr və yerləşdiyi ərazilər
göstərilməklə, su sərfi, subartezian və artezian
quyularının istismarı barədə, su
ehtiyatlarının qiymətləndirilməsi,
inventarlaşdırılması və
modelləşdirilməsi ilə bağlı digər
məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 13
fevral tarixli 1289 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Elektron su təsərrüfatı” informasiya sistemi
haqqında Əsasnamə”yə uyğun olaraq “Elektron su
təsərrüfatı” informasiya sisteminə daxil edilir.[6]
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1. 29 iyun 2005-ci il tarixli 122 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 6, maddə 558)
2. 8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 4, maddə 370)
3. 10 may 2012-ci il tarixli 107 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 13 may 2012-ci il, ¹ 104, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 05, maddə
481)
4. 16 avqust 2013-cü il tarixli 214 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 sentyabr
2013-cü il, ¹ 192, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 08,
maddə 1013)
5.
16 fevral
2021-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 21 fevral
2021-ci il, ¹ 40, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 2, maddə
203)
6. 24 may 2021-ci il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 26
may 2021-ci il, ¹ 107, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2021-ci il, ¹ 5, maddə 527)
7. 1 aprel 2025-ci il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
2 aprel 2025-ci il,
“Xalq” qəzeti, 11
aprel 2025-ci il, ¹ 70,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
4, I kitab, maddə 384)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 10 may 2012-ci il tarixli 107
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti, 13 may 2012-ci il, ¹ 104, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 05, maddə
481) ilə 4-cü,
6-cı və 9-cu hissələrdə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyəti”
sözlərindən əvvəl “Azərbaycan Respublikasının Fövqəladə
Hallar Nazirliyi və” sözləri əlavə
edilmişdir.
[2] 16 avqust 2013-cü il tarixli 214 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 sentyabr
2013-cü il, ¹ 192, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 08,
maddə 1013) ilə "Su
obyektlərindən hidroenergetika ehtiyacları üçün
istifadə Qaydaları"nın 2-ci hissəyə “Azərenerji” Səhmdar
Cəmiyyətinin” sözlərindən əvvəl “Azərbaycan Respublikasının
Alternativ və Bərpa Olunan Enerji Mənbələri
üzrə Dövlət Agentliyi və” sözləri
əlavə edilmişdir.
16 fevral 2021-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 21 fevral
2021-ci il, ¹ 40, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 2, maddə
203) ilə “Su
obyektlərindən hidroenergetika ehtiyacları üçün
istifadə Qaydaları”nın 2-ci, 4-cü, 6-cı, 9-cu və
12-ci hissələrində “Alternativ
və Bərpa Olunan Enerji Mənbələri üzrə
Dövlət Agentliyi” sözləri “Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji
Mənbələri Dövlət Agentliyi” sözləri
ilə əvəz edilmişdir.
[3] 29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 6, maddə 558) ilə "Su obyektlərindən
hidroenergetika ehtiyacları üçün istifadə
Qaydaları"nın 4-cü, 6-cı, 9-cu və 12-ci
bəndlərində "Meliorasiya və Su
Təsərrüfatı Komitəsi" sözləri
"Kənd Təsərrüfatı Nazirliyi yanında
Dövlət Meliorasiya və Su Təsərrüfatı
Agentliyi" sözləri ilə əvəz edilmişdir.
16 avqust 2013-cü il tarixli 214 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 3 sentyabr 2013-cü il, ¹ 192, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 08,
maddə 1013) ilə "Su
obyektlərindən hidroenergetika ehtiyacları üçün
istifadə Qaydaları"nın 4-cü, 6-cı, 9-cu və
12-ci hissələrə “Azərbaycan
Respublikasının Fövqəladə
Hallar Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji
Mənbələri üzrə Dövlət Agentliyi” sözləri
əlavə edilmişdir.
1 aprel 2025-ci il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
2 aprel 2025-ci il,
“Xalq” qəzeti, 11
aprel 2025-ci il, ¹ 70,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
4, I kitab, maddə 384) ilə “Su obyektlərindən
hidroenergetika ehtiyacları üçün istifadə
Qaydaları”nın 4-cü, 6-cı, 9-cu hissələrində
“Azərbaycan Meliorasiya və Su
Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyəti” sözləri “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi”
sözləri ilə əvəz edilmişdir.
[4] 8 aprel 2006-cı il tarixli 100 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 4, maddə 370) ilə "Su obyektlərindən
hidroenergetika
ehtiyacları üçün istifadə
Qaydaları"nın 4-cü, 6-cı, 9-cu və 12-ci
bəndlərində
"Kənd Təsərrüfatı Nazirliyi yanında
Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi"
sözləri "Azərbaycan Meliorasiya və Su
Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyəti"
sözləri ilə əvəz edilmışdir.
[5] 10 may 2012-ci il tarixli 107
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti, 13 may 2012-ci il, ¹ 104, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 05, maddə
481) ilə 12-ci
hissədə “rejimi”
sözündən sonra “Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi,”
sözləri əlavə edilmişdir.
1 aprel 2025-ci il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı,
2 aprel 2025-ci il,
“Xalq” qəzeti, 11
aprel 2025-ci il, ¹ 70,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, ¹
4, I kitab, maddə 384) ilə “Su obyektlərindən
hidroenergetika ehtiyacları üçün istifadə
Qaydaları”nın 12-ci hissəsində “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyi” sözləri ilə əvəz edilmişdir.
[6]
24 may 2021-ci il tarixli 148
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 26 may 2021-ci il, ¹ 107, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 5, maddə
527) ilə “Su obyektlərindən
hidroenergetika ehtiyacları üçün istifadə
Qaydaları”na yeni məzmunda 16-cı hissə əlavə
edilmişdir.