Bu Qanun Azərbaycan Respublikasında
məhkəmə ekspertizası
fəaliyyətinin hüquqi, təşkilati
əsaslarını və başlıca istiqamətlərini
müəyyən edir, məhkəmə ekspertizasının
təşkili və aparılması zamanı yaranan ictimai
münasibətləri nizamlayır.[2]
Məhkəmə ekspertizası
Azərbaycan Respublikası məhkəmələrinin
səlahiyyətinə aid olan mülki, cinayət və
digər işlər üzrə icraat zamanı həyata keçirilir.
Bu Qanunda aşağıdakı
anlayışlardan istifadə olunur:
məhkəmə
ekspertizası - təhqiqat, ibtidai istintaq orqanının və ya
məhkəmənin (hakimin) icraatında olan işin halları
barədə informasiya daşıyan maddi obyektlər,
hadisələr və proseslər haqqında xüsusi elmi biliklər
əsasında aparılan tədqiqatdır;
məhkəmə
ekspertizası fəaliyyəti - məhkəmə
ekspertizasının təşkil edilməsi və
aparılması ilə əlaqədar fəaliyyət olub,
xüsusi elmi biliklər vasitəsi ilə proses
iştirakçılarının hüquqlarının və
qanuni mənafelərinin təmin edilməsi məqsədini
daşıyır;
məhkəmə
eksperti (ekspert) - məhkəmə ekspertizasının
aparılması həvalə olunmuş, məhkəmə
ekspertizasının predmetinə aid olan xüsusi
məsələlərə dair zəruri biliyə malik olan
və işin nəticəsində marağı olmayan, məhkəmə eksperti şəhadətnaməsi
almış şəxsdir;
ekspertin rəyi - məhkəmə
ekspertizasını təyin (sifariş)
etmiş orqanın və ya şəxsin ekspertin
qarşısında qoyduğu suallara verilən
əsaslandırılmış yekun nəticədir;
məhkəmə
ekspertizasının predmeti - məhkəmə
ekspertizasının həll etdiyi məsələlər
dairəsidir;
məhkəmə
ekspertizası idarəsi - məhkəmə ekspertizası
fəaliyyətini həyata keçirən dövlət
orqanıdır.
məhkəmə ekspertizası
tədqiqatının metodu -
məhkəmə ekspertizasının predmeti ilə
bağlı işin halları barədə informasiya
daşıyan maddi obyektlər, hadisələr və
proseslərin tədqiqi zamanı tətbiq edilən üsul
və vasitələr sistemidir.[3]
Məhkəmə ekspertizası
fəaliyyəti haqqında qanunvericilik Azərbaycan
Respublikasının Konstitusiyasından, Azərbaycan
Respublikasının Cinayət-Prosessual və Mülki-Prosessual
məcəllələrindən, Azərbaycan Respublikasının
İnzibati Xətalar
Məcəlləsindən, bu qanundan və Azərbaycan
Respublikasının digər qanunvericilik aktlarından
ibarətdir.[4]
Məhkəmə ekspertizası
fəaliyyətinin əsas vəzifəsi elm, texnika,
incəsənət, sənətkarlıq və başqa
sahələr üzrə xüsusi bilik əsasında sübut
əhəmiyyətinə malik olan faktiki halların
müəyyənləşdirilməsindən ibarətdir.
Məhkəmə ekspertizası
fəaliyyəti insan və vətəndaş
hüquqlarının və azadlıqlarının
qorunması, qanunçuluğun təmin edilməsi, ekspertin
müstəqilliyi, elmin və texnikanın müasir
nailiyyətlərindən istifadə edilməklə həyata
keçirilən tədqiqatların obyektivliyi,
hərtərəfliliyi və tamlığı
prinsiplərinə əsaslanır.
Məhkəmə ekspertizası
aparılarkən insan və vətəndaş
hüquqlarına və azadlıqlarına əməl
olunmalıdır.
Məhkəmə ekspertizası
fəaliyyəti nəticəsində hüquqlarının
və azadlıqlarının pozulduğunu hesab edən
şəxs bu hərəkətdən Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada
məhkəmə ekspertizası idarəsinin
rəhbərinə və ya məhkəməyə
şikayət edə bilər.
Məhkəmə ekspertizası
aparılarkən ekspert müstəqildir, onun
məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqandan və ya
şəxsdən, tərəflərdən və işin
nəticəsində marağı olan digər
şəxslərdən hər hansı
asılılığı ola bilməz. Ekspert
özünün xüsusi biliyinə və daxili inamına
əsaslanaraq aparılmış tədqiqatın
nəticələrinə uyğun olaraq rəy verir.[5]
Məhkəmələr
(hakimlər), təhqiqat aparan şəxs, müstəntiq,
prokuror, habelə digər dövlət orqanları,
təşkilatlar və ya ayrı-ayrı şəxslər tərəfindən
proses iştirakçılarından hər hansı birinin
maraqlarına cavab verən və ya digər şəxslərin
xeyrinə olaraq rəy əldə etmək məqsədi
ilə ekspertə hər hansı formada təsir
göstərilməsi qadağandır.
Ekspertə təsir
göstərilməsində təqsirkar olan şəxs
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada məsuliyyət
daşıyır.
Ekspert tədqiqatı müvafiq
ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar
üzərində obyektiv, hərtərəfli və tam
həcmdə aparmalıdır.
Ekspertin rəyi elmi
inkişafın müasir tələblərinə uyğun olan
və hamı tərəfindən qəbul edilmiş elmi
dəlillər əsasında yoxlanmasına imkan verən
müddəalara əsaslanmalıdır.
Ekspert tədqiqatının
obyektləri maddi sübutlar, sənədlər,
müqayisəli tədqiqat üçün
nümunələr, əşyalar, canlı insan və onun
psixi vəziyyəti, heyvanlar, meyitlər və onların
hissələri, həmçinin əsasında
məhkəmə ekspertizası aparılması
üçün zəruri olan iş materiallarıdır.
Canlı insanın, meyitin,
heyvanın, əşyanın, cismin, materialın və ya
maddənin xüsusiyyətlərini əks etdirən
(əlamətlərini daşıyan) obyektlər, həmçinin
ekspertin tədqiqat aparması və rəy verməsi
üçün zəruri olan digər nümunələr
müqayisəli tədqiqat üçün
nümunələr hesab edilir.
Məhkəmə ekspertizası
aparılarkən tədqiqat obyektləri ekspertizanı
təyin (sifariş) etmiş
orqanın və ya şəxsin müvafiq
razılığı əsasında yalnız tədqiqat
aparılması və rəy verilməsi üçün
zəruri olan ölçüdə zədələnə
və ya istifadə oluna bilər. Həmin razılıq
məhkəmə ekspertizasının təyin edilməsi
barədə qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının
sifariş edilməsi barədə müqavilədə
və yaxud müvafiq məktubda göstərilməlidir.[6]
Tədqiqat obyektini
məhkəmə ekspertizası idarəsinə gətirmək
mümkün olmadıqda, hadisə yerində və ya
tədqiqat obyektinin olduğu yerdə tədqiqat aparılması
zərurəti yarandıqda, ekspertizanı təyin (sifariş) etmiş orqan və
ya şəxs obyekt üzərində ekspert
tərəfindən tədqiqatın aparılması
üçün şərait yaratmalıdır.
Məhkəmə ekspertizası
başa çatdırıldıqdan sonra tədqiqat obyekti
ekspertizanı təyin (sifariş)
etmiş orqana və ya şəxsə
qaytarılmalıdır.
Məhkəmə ekspertizası
idarəsinin rəhbəri məhkəmə ekspertizası
təyin olunması haqqında qərarı (qərardadı)
aldıqdan və ya
məhkəmə ekspertizasının sifariş edilməsi
barədə müqavilə bağlandıqdan sonra onun
təşkil edilməsi və aparılması, ekspertin
məhkəmə iclaslarında, istintaq və
məhkəmə hərəkətlərində
iştirakının təmin olunması üzrə müvafiq
tədbirlər görür.[7]
Məhkəmə ekspertizası
idarəsi rəhbərinin aşağıdakı
hüquqları vardır:
idarədə konkret ixtisas
üzrə ekspert, zəruri maddi-texniki baza və yaxud
tədqiqat aparılması üçün xüsusi
şərait olmadıqda məhkəmə ekspertizası
təyin olunması barədə qərarı
(qərardadı) icra edilmədən və ya məhkəmə ekspertizasının
sifariş edilməsi barədə rəsmi müraciəti
təmin edilmədən, tədqiqata təqdim edilmiş
obyekt və işin materialları ilə birlikdə geri
qaytarmaq;[8]
rəy verilməsi
üçün bu idarənin əməkdaşı olmayan
şəxslərin zəruri biliyinə ehtiyac yarandıqda,
onların ekspert qismində iştirakı barədə
məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və ya şəxs
qarşısında vəsatət qaldırmaq;
məhkəmə
ekspertizasının təyin olunması haqqında qərarda
(qərardadda) və ya
məhkəmə ekspertizasının sifariş edilməsi
barədə müqavilədə göstərilmiş
digər idarələrin iştirakı ilə
məhkəmə ekspertizası aparılmasını
təşkil etmək.[9]
Məhkəmə ekspertizası
idarəsinin rəhbərinə aşağıdakıları
etmək qadağandır:
məhkəmə
ekspertizasının təyin edilməsi haqqında qərar
(qərardad) və ya
məhkəmə ekspertizasının sifariş edilməsi
barədə müqavilə olmadıqda, məhkəmə
ekspertizasının aparılması üçün
zəruri olan tədqiqat obyektlərini və iş üzrə
materialları tələb etmək;[10]
məhkəmə
ekspertizasını təyin (sifariş)
etmiş orqanla və ya şəxslə
razılaşdırmadan, müstəqil olaraq, bu idarənin
əməkdaşı olmayan şəxsləri ekspert
qismində məhkəmə ekspertizasının
aparılmasına cəlb etmək;
ekspertə konkret
məhkəmə ekspertizası üzrə tədqiqatın
gedişatına təsir edən və onun
nəticələrinin məzmununu müəyyən edən
göstərişlər vermək.
Məhkəmə ekspertizası
idarəsi rəhbərinin aşağıdakı
vəzifələri vardır:
məhkəmə
ekspertizasının təyin olunması barədə
qərarı (qərardadı) aldıqdan və ya məhkəmə ekspertizasının
sifariş edilməsi barədə müqavilə
bağlandıqdan sonra həmin idarənin ekspertləri
sırasından zəruri biliyə malik olan və qoyulmuş
suallara cavab verən bilən konkret ekspertə və ya
ekspertlərə ekspertizanın aparılması haqqında
tapşırıq vermək;[11]
ekspertə (ekspertlərə)
onların hüquq və vəzifələrini izah etmək;
eksperti bilə-bilə yalan
rəy verməyə görə məsuliyyət haqqında
xəbərdar etmək və bu barədə ekspertizanın
təyin edilməsi haqqında qərarda (qərardadda) və ya məhkəmə
ekspertizasının sifariş edilməsi barədə
müqavilədə ekspertin imzası ilə təsdiq
edilən müvafiq qeyd aparmaq;[12]
Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada
məhkəmə ekspertizasının aparılması
müddətini müəyyən etmək və onun gözlənilməsinə
nəzarət etmək;
aparılan tədqiqatların
tamlığı və keyfiyyəti üzərində
nəzarəti ekspertin müstəqilliyi prinsipinə
əməl olunmaqla təmin etmək;
tədqiqatlar başa
çatdırıldıqdan sonra ekspertin rəyini, tədqiqat
obyektlərini və iş üzrə materialların
məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqana və ya şəxsə
göndərilməsini təmin etmək.
Məhkəmə ekspertizası
idarəsi rəhbəri Azərbaycan Respublikasının
qanun-vericiliyi ilə müəyyən edilmiş digər
vəzifələri də həyata keçirir.[13]
Məhkəmə ekspertizası
idarəsinin rəhbəri tədqiqat aparılması
üçün zəruri olan aşağıdakı
şəraiti yaratmağa borcludur:
avadanlıqlar, cihazlar, materiallar
və informasiya təminatı vasitələrini əldə
etmək;
texniki təhlükəsizlik
və istehsalat sanitariyası qaydalarına əməl olunmasını
təmin etmək;
təqdim edilmiş tədqiqat
obyektlərini və iş üzrə materialların qorunub
saxlanmasını təmin etmək.
Maddə 11. Məhkəmə eksperti
Ali təhsilli və
müəyyən ekspertiza ixtisası üzrə xüsusi
biliklərə malik Azərbaycan Respublikasının
vətəndaşı məhkəmə eksperti ola bilər.
İkili
vətəndaşlığı, digər dövlətlər
qarşısında öhdəlikləri olan şəxs, din
xadimi, məhkəmənin qanuni qüvvəyə minmiş
qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və
ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş,
cinayət törətdiyinə görə məhkum
olunmuş, barəsində ekspertiza fəaliyyəti ilə
məşğul olma hüququndan məhrum etmə və ya
tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi
haqqında qanuni qüvvəyə minmiş məhkəmə
qərarı çıxarılmış, habelə
barəsində cinayət işinin icraatına
bəraətverici əsaslar olmadan xitam verilmiş şəxs
məhkəmə eksperti ola bilməz.
Bu maddənin birinci və ikinci
hissələrində göstərilən
tələblərə cavab verən şəxs
məhkəmə eksperti qismində fəaliyyət
göstərmək üçün məhkəmə eksperti
şəhadətnaməsini (bundan sonra -
şəhadətnamə) almalıdır.
Məhkəmə
ekspertizası idarələrində fəaliyyət
göstərən ekspertlərə dövlət
məhkəmə eksperti şəhadətnaməsi müvafiq
icra hakimiyyəti orqanı tərəfindən verilir.
Bu maddənin birinci və ikinci
hissələrində göstərilən
tələblərə cavab verən və özəl
məhkəmə eksperti qismində fəaliyyət
göstərmək istəyən şəxs özəl
məhkəmə eksperti şəhadətnaməsini almaq
üçün müvafiq dövlət rüsumunun
ödənildiyini təsdiq edən sənədlə
yanaşı aşağıdakı tələblərdən
birinə cavab verdiyini təsdiq edən sənədləri
təqdim etməlidir:
1) ekspert qismində
fəaliyyət göstərmək istədiyi ixtisas
üzrə ən azı 10 il işlədiyini;
2) ekspert qismində
fəaliyyət göstərmək istədiyi ixtisas
üzrə fəlsəfə doktoru və ya elmlər doktoru
elmi dərəcəsinin olduğunu;
3) xüsusi biliklərə
malik olduğunu təsdiq edən beynəlxalq
səviyyədə tanınan sənədlərinin (diplom,
sertifikat və sair) mövcudluğunu.
Şəxsin xüsusi
biliklərə malik olduğunu təsdiq edən beynəlxalq
səviyyədə tanınan sənədlərin
siyahısı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir. Özəl
məhkəmə eksperti qismində fəaliyyət
göstərmək istəyən şəxs
şəhadətnamə almaq üçün həmin
siyahıda olmayan sənəd təqdim etdikdə, həmin
sənədin siyahıya daxil edilməsi məsələsi araşdırılır
və bu sənəd siyahıya daxil edildiyi halda ona
şəhadətnamə verilməsi üçün əsas
qismində çıxış edir.
Özəl məhkəmə
eksperti qismində fəaliyyət göstərmək
istəyən şəxs müvafiq icra hakimiyyəti orqanı
tərəfindən internet informasiya ehtiyatı vasitəsilə
təşkil edilən məhkəmə ekspertizası
fəaliyyətinə dair qanunvericiliyin ümumi
tələbləri, ekspert rəyinin tərtib edilməsi
qaydaları və etik davranış kodeksinin
müddəalarına dair icbari təlimdə iştirak
etməlidir. Təlimin keçirilməsi qaydasını
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Müvafiq icra hakimiyyəti
orqanı özəl məhkəmə eksperti qismində
fəaliyyət göstərmək istəyən
şəxslərlə müsahibə keçirir.
Özəl məhkəmə
ekspertlərinə şəhadətnamələr müvafiq
icra hakimiyyəti orqanı tərəfindən verilir.
Şəhadətnamənin
verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Şəhadətnamə
almış şəxs barədə ətraflı məlumat
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
dərhal Məhkəmə Ekspertləri Reyestrinə daxil
edilir. Şəxs yalnız şəhadətnamə
aldıqdan və barəsində məlumat Reyestrə daxil
edildikdən sonra məhkəmə eksperti qismində
fəaliyyət göstərə bilər.
Reyestrə daxil edilmiş
şəxslər məhkəmə ekspertizasının
aparılması və ekspert rəyinin hazırlanması
ilə əlaqədar məhkəmə ekspertləri üçün
bu Qanunla və müvafiq prosessual qanunvericiliklə
nəzərdə tutulmuş bütün hüquqlardan
istifadə edir, vəzifələri yerinə yetirirlər.
Məhkəmə eksperti
yalnız şəhadətnamədə qeyd edilən
məhkəmə ekspertizası ixtisası (ixtisasları)
üzrə ekspert rəyi verə bilər.
Məhkəmə eksperti müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilən məhkəmə ekspertinin etik davranış
kodeksinin tələblərinə riayət etməlidir.
Müvafiq icra hakimiyyəti
orqanlarının məhkəmə ekspertizası
idarələrinin ekspertlərinə bu orqanların
işçiləri üçün qanunla müəyyən
edilmiş qaydada xüsusi rütbələr verilir.
Müvafiq icra
hakimiyyəti orqanı məhkəmə ekspertlərinin bu
Qanunun tələblərinə riayət etməsinə
nəzarət edir.[14]
Maddə 11-1. Məhkəmə ekspertinin fəaliyyətinə xitam
verilməsi
Aşağıdakı hallarda
müvafiq icra hakimiyyəti orqanı
şəhadətnaməni ləğv edərək
məhkəmə ekspertinin fəaliyyətinə xitam verir:
şəxs öz arzusu ilə
şəhadətnamənin ləğv olunması
barədə yazılı ərizə verdikdə;
şəhadətnamə almaq
üçün təqdim edilən sənədlərdə
bilərəkdən təhrif olunmuş məlumatların qeyd
edildiyi aşkar olunduqda;
şəhadətnamə
aldıqdan sonra 5 il ərzində məhkəmə eksperti
qismində fəaliyyət göstərmədikdə;
attestasiyadan keçə
bilmədikdə və ya attestasiya keçməkdən
yayındıqda;
qanunvericiliyin
tələblərini kobud və ya mütəmadi pozmaqla
ekspertiza apardıqda;
ekspertin fəaliyyət
qabiliyyətinin məhdudlaşdırılması və ya
fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması
barədə qanuni qüvvəyə minmiş məhkəmə
qərarı olduqda;
ekspertin Azərbaycan
Respublikasının vətəndaşlığına xitam
verildikdə və ya ekspert Azərbaycan Respublikasından daimi
yaşayış üçün başqa ölkəyə
köçüb getdikdə;
ekspert məhkum edildikdə,
onun barəsində ekspertiza fəaliyyəti ilə
məşğul olma hüququndan məhrum etmə və ya
tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi
haqqında qanuni qüvvəyə minmiş məhkəmə
qərarı olduqda;
ekspert barəsində
cinayət işinin icraatına bəraətverici əsaslar
olmadan xitam verildikdə;
ekspert vəfat etdikdə,
məhkəmə tərəfindən ölmüş elan
edildikdə və ya itkin düşmüş hesab edildikdə.
Müvafiq icra hakimiyyəti
orqanı şəhadətnaməsi ləğv edilmiş
ekspertin adını Məhkəmə Ekspertləri
Reyestrdən çıxarır.
Şəhadətnaməsi
ləğv edilmiş ekspertə qəbul edilmiş qərarla
bağlı üç iş günü müddətində
məlumat verilir.
Maddə 11-2. Məhkəmə ekspertlərinin attestasiyası
Məhkəmə ekspertləri
5 ildə bir dəfədən çox olmayaraq attestasiyadan
keçirilirlər. 20 ildən artıq müddətdə
ekspert qismində fəaliyyət göstərən
şəxslər attestasiyadan azaddırlar.
Attestasiya nəticəsində
məhkəmə ekspertizası idarələrinin ekspertlərinə
ixtisaslaşmasından və hazırlıq
səviyyəsindən asılı olaraq ixtisas
dərəcəsi verilir.
Attestasiyanın
keçirilməsi və ixtisas dərəcəsinin
verilməsi qaydalarını müvafiq icra hakimiyyəti
orqanı müəyyən edir.
Maddə 11-3. Məhkəmə Ekspertlərinin Reyestri
Müvafiq icra hakimiyyəti
orqanı məhkəmə ekspertizası idarələrinin
ekspertləri və özəl məhkəmə ekspertləri
barədə məlumatları Məhkəmə Ekspertlərinin
Reyestrinə daxil edir.
Reyestrin aparılması
qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Reyestr açıqdır,
müvafiq icra hakimiyyəti orqanının rəsmi internet
səhifəsində yerləşdirilir və məlumatlar daim
yenilənir.
Reyestrə daxil edilməyən
şəxslərin məhkəmə ekspertizası
fəaliyyəti ilə məşğul olması
qadağandır və qanunla müəyyən edilmiş
məsuliyyətə səbəb olur.
Maddə 11-4. Məhkəmə Ekspertizası Tədqiqat
Metodlarının Dövlət Reyestri
Məhkəmə
Ekspertizası Tədqiqat Metodlarının Dövlət
Reyestri müvafiq icra hakimiyyəti orqanı
tərəfindən aparılır.
Məhkəmə
Ekspertizası Tədqiqat Metodlarının Dövlət
Reyestrinin aparılması və yeni metodların həmin
reyestrə daxil edilməsi qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Ekspertlər məhkəmə
ekspertizasının aparılması zamanı
Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının
Dövlət Reyestrinə daxil olan tədqiqat metodlarından
istifadə edir. Ekspert Məhkəmə Ekspertizası
Tədqiqat Metodlarının Dövlət Reyestrinə daxil
olmayan metoddan yalnız həmin metodun aşağıdakı
bütün şərtlərə cavab verdiyini ekspert
rəyində əsaslandırmaqla istifadə edə bilər:
1) qanunda nəzərdə
tutulmuş norma və prinsiplərə zidd deyildir;
2) elmi cəhətdən
əsaslandırılmışdır;
3) insanların həyat və
sağlamlığı və ətraf mühit
üçün təhlükəsizdir.
Maddə 11-5. Məhkəmə ekspertizasının metodik fondu
Məhkəmə
ekspertizalarının elmi-metodik materiallarından ibarət
xüsusi fond yaradılır. Həmin materialların elektron
nüsxələri fonda daxil edilir.
Fondun yaradılması
və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.[15]
Ekspertin aşağıdakı
hüquqları vardır:
məhkəmə
ekspertizasının predmetinə aid olan iş üzrə
materiallarla tanış olmaq, onlardan lazımi məlumat
götürmək və ya onların surətini
çıxarmaq;
rəy verilməsi
üçün zəruri olan əlavə tədqiqat
obyektlərinin və iş üzrə materialların
təqdim olunması barədə vəsatət vermək;
məhkəmə
ekspertizasının aparılmasına başqa ekspertlərin
cəlb olunması haqqında vəsatət vermək;
qanunvericiliklə
nəzərdə tutulmuş qaydada ekspertizanın predmetinə
aid və rəy verilməsi üçün zəruri olan
istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında
iştirak etmək;[16]
məhkəmənin
qərardadı (hakimin qərarı) ilə məhkəmə
istintaqı mərhələsində işin
materiallarının tədqiqində iştirak etmək;
verdiyi rəyin və ya
ifadənin proses iştirakçıları
tərəfindən düzgün izah edilməməsi və
yaxud təhrif edilməsi barədə istintaq
hərəkətləri və ya məhkəmə
iclasının protokoluna daxil edilməsi üçün
məlumat vermək;
qoyulmuş suallardan əlavə,
məhkəmə ekspertizasının predmetinə aid olan
və iş üçün əhəmiyyətli sayılan
digər halları da öz rəyində göstərmək;
məhkəmə
ekspertizasını təyin (sifariş)
etmiş orqan və ya şəxsin hərəkəti ekspertin
hüquqlarını pozduqda qanunla müəyyən edilmiş
qaydada şikayət etmək.
Ekspert Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş digər hüquqları da həyata keçirə
bilər.[17]
Ekspert məhkəmə ekspertizasının
aparılmasından aşağıdakı hallarda imtina edir:[18]
məhkəmə
ekspertizasının təyin (sifariş)
edilməsinin prosessual qaydası pozulduqda və bu,
ekspertizanın aparılmasını
çətinləşdirdikdə və ya onun
aparılmasını qeyri-mümkün etdikdə;
verilən suallar ekspertin zəruri
biliyindən kənara çıxdıqda;
tədqiqat obyektləri və
iş üzrə materiallar rəy verilməsi
üçün yararsız olduqda və ya kifayət
qədər olmadıqda və onların tamamlanması
barədə ekspertin vəsatəti təmin edilmədikdə;
tədqiqat aparılması və
rəy verilməsi üçün zəruri olan
şərait, metodik vəsait və avadanlıqlar olmadıqda;
ekspertin həyatı və
sağlamlığı üçün real
təhlükə mövcud olduqda.
Belə hallarda ekspert bu
barədə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqana və
ya şəxsə yazılı formada məlumat verir.
Ekspertə
aşağıdakıları etmək qadağandır:
məhkəmə ekspertizası
idarəsinin ekspertlərinə
həmin idarənin rəhbərindən başqa, hər
hansı şəxsdən və ya orqandan məhkəmə
ekspertizasının aparılması haqqında
tapşırıq almaq;
məhkəmə
ekspertizası idarəsinin ekspertlərinə başqa idarənin
əməkdaşı qismində, həmçinin özəl
ekspert kimi məhkəmə ekspertizası fəaliyyətini
həyata keçirmək;[19]
məhkəmə
ekspertizasının aparılması ilə bağlı
işin gedişatında maraqlı olduğunu güman
etməyə əsas verən proses
iştirakçıları ilə şəxsi
əlaqələr yaratmaq;
məhkəmə
ekspertizasını aparmaq üçün müstəqil
olaraq material toplamaq;
təhqiqat aparan şəxsin,
müstəntiqin və ya prokurorun icazəsi olmadan təhqiqat
və ibtidai istintaqın məlumatlarını yaymaq;
dövlət, qulluq, peşə
və kommersiya sirri təşkil edən və qanunla qorunan
məlumatları, habelə məhkəmə
ekspertizasının aparılması ilə əlaqədar ona məlum
olan və açıqlanması insan və vətəndaş
hüquqlarının və azadlıqlarının
pozulmasına səbəb ola bilən məlumatları yaymaq;
məhkəmə
ekspertizasını təyin (sifariş)
etmiş orqanın və ya şəxsin
razılığı olmadan tədqiqat obyektini məhv
etmək və ya onun xassəsini əhəmiyyətli
dərəcədə dəyişdirmək.
Ekspertin aşağıdakı
vəzifələri vardır:
Azərbaycan Respublikasının
prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş
hallarda, məhkəmə ekspertizasının
aparılmasından özü-özünə etirazetmə
haqqında məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan və
ya şəxsə, yaxud məhkəmə ekspertizası
idarəsinin rəhbərinə məlumat vermək;
məhkəmə
ekspertizasının aparılmasında ekspert kimi
iştirakını rədd edən hallar olmadıqda, ona
tapşırılmış məhkəmə
ekspertizasını aparmaq;
təqdim edilmiş obyektlərin
və iş üzrə materialların tam və
hərtərəfli tədqiqatını aparmaq və
qoyulmuş suallar üzrə əsaslandırılmış
və obyektiv rəy vermək;
təhqiqat aparan şəxsin,
müstəntiqin, prokurorun və ya məhkəmənin
(hakimin) çağırışı üzrə
gəlmək;
aparılmış tədqiqat
və verilmiş rəylə əlaqədar
məsələlər üzrə təhqiqat, ibtidai istintaq
zamanı və ya məhkəmədə ifadə vermək;
məhkəmə
ekspertizasının aparılmasından imtina etməyə
əsas verən bu Qanunun 12-ci maddəsində
nəzərdə tutulmuş hallar olduqda rəy verməyin
qeyri-mümkünlüyü barədə məhkəmə ekspertizasını təyin
(sifariş) etmiş orqan və ya şəxsə
yazılı formada məlumat vermək;[20]
təqdim edilmiş tədqiqat
obyektlərinin və iş üzrə materialların qorunub
saxlanılmasını təmin etmək.
Ekspert Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş
digər vəzifələri də həyata keçirir.[21]
Ekspertin rəyi kifayət
qədər aydın olmadıqda və ya həmin rəydə
əlavə tədqiqatlar aparılmasını tələb
etməyən boşluqlar olduqda, habelə rəydə
istifadə olunmuş terminlərin və tətbiq edilən
metodların dəqiqləşdirilməsinə zərurət
yarandıqda təhqiqat aparan şəxs, müstəntiq
və ya məhkəmə (hakim) Azərbaycan
Respublikasının prosessual qanunvericiliyinə uyğun olaraq
eksperti dindirə bilər. [22]
Barəsində məhkəmə
ekspertizası aparılan şəxsə dair həmin
məhkəmə ekspertizasının predmetinə aid olmayan
məlumatlarla əlaqədar ekspert dindirilə bilməz.
Ekspert tərəfindən rəy
verilənədək onun dindirilməsi qadağandır.
Məhkəmə ekspertizası
aşağıdakı növlərdən ibarətdir:
1) ilkin məhkəmə
ekspertizası;
2) əlavə məhkəmə
ekspertizası;
3) təkrar məhkəmə
ekspertizası;
4) komission məhkəmə
ekspertizası;
5) kompleks məhkəmə
ekspertizası.
İş üzrə icraat
zamanı əhəmiyyət kəsb edən hər hansı
məsələnin həlli üçün elm,
incəsənət, texnika və ya sənət sahəsində
xüsusi bilik tələb edildikdə, həmin
məsələnin aydınlaşdırılması
məqsədi ilə birinci dəfə təyin (sifariş) edilən ekspertiza
ilkin məhkəmə ekspertizası adlanır.
İlkin məhkəmə
ekspertizasının rəyi kifayət qədər aydın
olmadıqda, ekspert qoyulmuş sualları tam həll
etmədikdə və ya tədqiqat aparılmış obyektlərə
dair əlavə suallar yarandıqda, aparılmış
tədqiqatın və ya rəydəki boşluğun aradan
qaldırılması üçün əlavə
məhkəmə ekspertizası təyin (sifariş) edilir və onun aparılması həmin
ekspertə və ya başqa ekspertə həvalə edilir.[23]
Ekspertin rəyi kifayət
qədər əsaslı olmadıqda və ya şübhə
doğurduqda, yaxud onun əsaslandığı sübutlar
etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya
ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda
təkrar ekspertiza aparılır. Təkrar ekspertizanın aparılması
başqa ekspertə və ya ekspertlərə
tapşırılır. Əvvəlki ekspertizam aparmış
ekspertlər təkrar ekspertizanın aparılmasında
iştirak edə və izahlar verə bilərlər, lakin
tədqiqat zamanı və rəy tərtib edilərkən
onlar iştirak etmirlər.
Təkrar ekspertizanın
aparılması haqqında qərarda əvvəlki
ekspertizaların nəticələri ilə razı
olmamağın motivləri göstərilməlidir. Təkrar
ekspertiza təyin (sifariş)
edilərkən ekspert qarşısında əvvəllər
tətbiq edilmiş tədqiqat üsullarının elmi
əsaslılığı barədə sual qoyula bilər. [24]
Ekspertlər arasında fikir
ayrılığı olduqda hər bir ekspert buna səbəb
olan məsələ barəsində yazılı formada öz
rəyini ayrıca tərtib edir.
Komission məhkəmə
ekspertizası eyni ixtisas üzrə sayı iki
nəfərdən az olmayan ekspertlər tərəfindən
aparılır.
Məhkəmə
ekspertizasının komission xarakteri onu təyin (sifariş) etmiş orqan və
ya şəxs, yaxud məhkəmə ekspertizası
idarəsinin rəhbəri tərəfindən müəyyən
edilir.
Komission məhkəmə
ekspertizasının təşkil edilməsi və
aparılması onu təyin (sifariş)
etmiş orqan və ya şəxs tərəfindən
məhkəmə ekspertizası idarəsinin
rəhbərinə həvalə edilir.
Şəxsin
anlaqlı olub-olmaması ilə bağlı
məhkəmə-psixiatrik ekspertizasının
aparılması üçün ən azı üç
məhkəmə ekspertindən ibarət tərkibdə
komissiya təşkil edilir.[25]
Verilən sualların həll
edilməsi zərurəti nəzərə alınaraq
ekspertlər qarşıda duran tədqiqatın
ardıcıllığını və həcmini
razılaşdırırlar.
Komissiya tərkibində
məhkəmə ekspertizasının aparılması
həvalə edilmiş hər bir ekspert müstəqildir
və sərbəst olaraq özünün əldə etdiyi
və başqa ekspertlər tərəfindən əldə
olunmuş nəticələri qiymətləndirir və öz
zəruri biliyi hüdudlarında qoyulmuş suallara cavab verir.
Komission məhkəmə
ekspertizası aparılarkən onu təyin (sifariş) etmiş orqan və ya şəxs, yaxud
məhkəmə ekspertizası idarəsinin rəhbəri
ekspertlərin fəaliyyətini əlaqələndirmək,
ümumi tədqiqat planını işləyib hazırlamaq, ekspertizanın
aparılmasının ümumi müddəti daxilində
ayrı-ayrı tədqiqatların icra müddətlərini
təyin etmək və onlara əməl olunmasına nəzarət
etmək və ekspertlərin müşavirəsinə
rəhbərlik etmək üçün ekspertlərdən
birini rəhbər təyin edir. Komissiya rəhbərinin
səlahiyyətləri digər ekspertlərin
səlahiyyətlərindən fərqlənmir.[26]
Ekspertlər rəy
verməmişdən qabaq öz aralarında
məsləhətləşirlər. Ümumi rəyə
gəldikdə, rəyə bütün ekspertlər
tərəfindən imza edilir.
Ekspertlər arasında fikir
ayrılığı olduqda hər bir ekspert buna səbəb
olan məsələ barəsində yazılı formada öz
rəyini ayrıca tərtib edir.
İş üçün
əhəmiyyətli olan halların
aydınlaşdırılması müxtəlif bilik və ya
elm sahələri, yaxud biliyin bir sahəsi daxilində
müxtəlif üsullar sistemi əsasında yalnız bir
neçə tədqiqat aparılmaqla həyata
keçirilə bildikdə kompleks məhkəmə
ekspertizası təyin (sifariş)
edilir. [27]
Kompleks məhkəmə
ekspertizasının təşkili və aparılması,
ekspertlərin fəaliyyəti ilə əlaqədar
məsələlər bu Qanunun 19-cu maddəsində
müəyyən edilmiş qaydada həll edilir.
Kompleks məhkəmə
ekspertizasının aparılmasında iştirak edən
ekspertlərin rəyində hər bir ekspertin
apardığı tədqiqatın növü və həcmi,
müəyyən etdiyi faktlar və əldə etdiyi
nəticələr göstərilir. Hər bir ekspert onun
tərəfindən aparılmış tədqiqatı əks
etdirən hissəsində rəyi imzalayır və ona
görə məsuliyyət daşıyır.
Alınmış
nəticələrin qiymətləndirilməsində və
yekun nəticənin formalaşdırılmasında
ekspertlər ümumi nəticəyə gəlirlər.
Əgər ümumi nəticənin əsasını bir və
ya bir neçə ekspert tərəfindən
müəyyənləşdirilən faktlar təşkil
edirsə, bu rəydə öz əksini tapmalıdır.
Maddə 21. Məhkəmə ekspertizasının
aparılmasının əsasları
Məhkəmə
ekspertizası Azərbaycan Respublikasının prosessual
qanunvericiliyində nəzərdə tutulmuş hallarda
təhqiqatçının, müstəntiqin və ya
prokurorun qərarı, yaxud məhkəmənin (hakimin)
qərarı (qərardadı) ilə təyin edilir.
Təhqiqatçının, müstəntiqin və ya
prokurorun qərarı, yaxud məhkəmənin (hakimin)
qərarı (qərardadı) ilə təyin edilmiş
ekspertiza məhkəmə ekspertizası idarələrinin
ekspertləri tərəfindən həyata keçirilir.
Azərbaycan
Respublikasının Mülki Prosessual, İnzibati Prosessual
və İnzibati Xətalar məcəllələrində
nəzərdə tutulmuş hallarda fiziki və ya hüquqi
şəxslər, həmin şəxslərin vəkilləri
və nümayəndələri (qanuni
nümayəndələri) məhkəmə
ekspertizasının aparılmasını sifariş vermək
üçün məhkəmə ekspertizası
idarələrinə və ya özəl məhkəmə
ekspertlərinə rəsmi müraciət etmək hüququna
malikdir. Bu halda məhkəmə ekspertizası həmin
şəxslərlə məhkəmə ekspertizası
idarəsinin rəhbəri və ya özəl
məhkəmə ekspertləri arasında bağlanan
müqavilə əsasında məhkəmə ekspertizasını
sifariş edən şəxslərin hesabına həyata
keçirilir. Müqavilədə ekspertin bilə-bilə yalan
rəy verməyə görə məsuliyyət
daşıması barədə
məlumatlandırıldığı onun imzası ilə
təsdiq edilməlidir.
Azərbaycan
Respublikasının Cinayət-Prosessual
Məcəlləsinə əsasən cinayət təqibi
xüsusi ittiham qaydasında həyata keçirildiyi halda
şübhəli, təqsirləndirilən şəxs və
ya onların müdafiəçisi, yaxud mülki cavabdeh məhkəmə
ekspertizasının aparılmasını məhkəmə
ekspertizası idarələrinə sifariş vermək
üçün rəsmi müraciət etmək hüququna
malikdir.
Maddə 22. Məhkəmə ekspertizasının aparılması
Məhkəmə
ekspertizasını təyin (sifariş) etmiş orqan və ya
şəxs tədqiqatın aparılması və ekspert
rəyinin verilməsi üçün suallar siyahısını,
tədqiqat obyektləri və iş üzrə materialları
məhkəmə ekspertizası idarəsinə və ya
özəl məhkəmə ekspertinə təqdim edir.
Məhkəmə
ekspertizasını təyin (sifariş) etmiş orqan və ya
şəxs Azərbaycan Respublikasının prosessual
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
müqayisəli tədqiqat üçün
nümunələr götürür və onları
işə əlavə edir. Nümunənin
götürülməsi məhkəmə ekspertizası fəaliyyətinin
bir hissəsidirsə, bu hərəkət məhkəmə
ekspertizasını aparan ekspert tərəfindən həyata
keçirilir.
Tədqiqat prosesində ekspert
tərəfindən eksperimental nümunələr hazırlana
bilər və bu hal ekspertin rəyində
göstərilməlidir. Ekspertizanı təyin etmiş orqan
və ya şəxs bu cür nümunələrin
hazırlanmasında iştirak edə bilər və onun bu
hərəkəti tərtib etdiyi protokolda əks etdirilir.
Məhkəmə
ekspertizasının aparılması müddətləri
Azərbaycan Respublikasının Cinayət-Prosessual, Mülki
Prosessual və İnzibati Xətalar
məcəllələrinə müvafiq olaraq
müəyyən edilir.[28]
Maddə 22-1. Cinayət təqibi xüsusi ittiham
qaydasında həyata keçirildiyi halda müdafiə
Tərəfinin təşəbbüsü ilə
ekspertizanın aparılması[29]
Cinayət təqibi xüsusi ittiham qaydasında
həyata keçirildiyi halda müdafiə Tərəfinin
mənafeyinə xidmət edə biləcək halların
müəyyən edilməsi üçün
müdafiəçi öz təşəbbüsü ilə
bir və ya bir neçə ekspertə, ekspert idarəsinə
ekspert işinin müqavilə əsasında ödənilməsi
şərti ilə ekspertizanın aparılması
barədə rəsmi müraciət etmək hüququna
malikdir.
Cinayət təqibi xüsusi
ittiham qaydasında həyata keçirildiyi halda ekspertizanın
müdafiə Tərəfinin təşəbbüsü
ilə və onun hesabına aparılması zamanı
ekspertlə həmin tərəf arasında müqavilə
bağlanır. Müdafiə tərəfi ekspertizanın
aparılması üzrə xərcləri ödəyir və
ekspertə suallar siyahısını və tədqiqat
üçün obyektləri verir.[30]
Maddə 23. Məhkəmə ekspertizası fəaliyyətinin
təşkili
Məhkəmə
ekspertlərinin fəaliyyəti müvafiq icra hakimiyyəti
orqanının məhkəmə ekspertizası
idarələrində, elmi müəssisə və
təşkilatlarda, ali təhsil
müəssisələrində, “Uyğunluğun
qiymətləndirilməsi sahəsində akkreditasiya
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında,
özəl hüquqi şəxslərdə, habelə
özəl məhkəmə eksperti tərəfindən
ayrıca şəkildə təşkil edilə bilər.
Məhkəmə-tibb
(məhkəmə-psixiatriya), məhkəmə-ballistik,
məhkəmə partlayış-texniki, pul nişanları
və qiymətli kağızların, narkotik
vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının, güclü təsir edən və
zəhərli maddələrin, dərman vasitələrinin
məhkəmə ekspertizaları yalnız məhkəmə
ekspertizası idarələri tərəfindən həyata
keçirilir.
Məhkəmə
ekspertizası fəaliyyətini həyata keçirən
şəxslər və qurumlar məhkəmə
ekspertizasının aparılması üzrə
fəaliyyətini ekspert təcrübəsinin
ümumiləşdirilməsi, ekspertlərin peşəkar
hazırlığı və onların
ixtisaslaşdırılması, î cümlədən ekspert
praktikasının vahid elmi-metodik üsullarla
öyrənilməsi əsasında həyata
keçirirlər.
Məhkəmə
ekspertizası idarələri məhkəmə
ekspertlərinə metodik köməklik göstərir.
Məhkəmə
ekspertizası idarələrində məhkəmə
ekspertizası fəaliyyəti ilə əlaqədar
göstərilən xidmətlərə görə
ödənilən haqqın məbləği müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.[31]
Məhkəmə ekspertizası
idarəsi rəhbərinin işdə maraqlı olduğunu
təsdiq edən hallar müəyyən edilərsə,
məhkəmə ekspertizasının aparılması
həmin idarəyə tapşırıla bilməz,
başlanılmış tədqiqat isə dərhal
dayandırılmalıdır.
Ekspert, Azərbaycan
Respublikasının prosessual qanunvericiliyində
göstərilən əsaslar mövcud olduqda,
məhkəmə ekspertizasının aparılmasında
iştirakdan özü-özünə etiraz etməlidir,
məhkəmə ekspertizası ona tapşırıldıqda
isə onun aparılmasını dərhal
dayandırmalıdır.
Məhkəmə
ekspertizasının aparılması, bu maddənin birinci
və ikinci hissələrinin tələblərinin
pozulması ilə həyata keçirilmişdirsə, o, icra
edilməmiş hesab olunur və ekspertin rəyi sübut kimi
istifadə edilə bilməz. Belə olduqda, məhkəmə
ekspertizasının təyin (sifariş)
edilməsi məsələsi yenidən həll edilir.
Yalnız Azərbaycan
Respublikasının prosessual qanunvericiliyi ilə belə
hüquqları nəzərdə tutulmuş proses
iştirakçıları məhkəmə
ekspertizasını təyin (sifariş)
etmiş orqanın və ya şəxsin icazəsi ilə
məhkəmə ekspertizasının aparılmasında
iştirak edə bilərlər.
Məhkəmə
ekspertizasının aparılmasında iştirak edən proses
iştirakçıları tədqiqatın gedişatına
müdaxilə edə bilməzlər, lakin məhkəmə
ekspertizasının predmetinə dair ekspertə suallar və
izahatlar verə bilərlər.
Ekspert rəyini tərtib etdiyi
zaman, həmçinin məhkəmə ekspertizası
ekspertlər tərəfindən aparıldıqda
ekspertlərin müqaviləsi və əldə edilmiş
nəticələrin yekunlaşdırılması
mərhələsində proses
iştirakçılarının iştirakına yol verilmir.
Proses iştirakçısı
məhkəmə ekspertizası aparıldığı zaman
ekspertə mane olduqda, ekspert tədqiqatı dayandıra
bilər və həmin şəxsə verilmiş icazənin
ləğv edilməsi barədə məhkəmə
ekspertizasını təyin (sifariş)
etmiş orqan və ya şəxs qarşısında
vəsatət qaldıra bilər.
Aparılmış tədqiqatlar
əsasında əldə edilmiş nəticələr
nəzərə alınmaqla, məhkəmə eksperti
(ekspertləri) öz adından yazılı rəy verir və
onu imzalayır. Məhkəmə ekspertinin (ekspertlərinin)
imzaları məhkəmə ekspertizası idarəsinin
möhürü ilə təsdiq olunur.
Məhkəmə ekspertinin
(ekspertlərinin) rəyində aşağıdakılar
göstərilir:
məhkəmə
ekspertizasının aparıldığı tarix və yer;
məhkəmə
ekspertizasının aparılmasının əsasları;
məhkəmə
ekspertizasını təyin (sifariş)
etmiş orqan və ya şəxs haqqında məlumat;
məhkəmə
ekspertizasının aparılması həvalə edildiyi
məhkəmə ekspertizası idarəsi və
məhkəmə eksperti haqqında (soyadı, adı və
atasının adı, təhsili, ixtisası, ekspert kimi iş
stajı, elmi vəzifəsi və elmi dərəcəsi,
tutduğu vəzifə) məlumat;
Azərbaycan Respublikasının
prosessual qanunvericiliyinə uyğun olaraq ekspertin
bilə-bilə yalan rəy verməsinə görə
məsuliyyət barədə ona xəbərdarlıq
edilməsi;
məhkəmə eksperti
(ekspertləri) qarşısında qoyulmuş suallar;
məhkəmə
ekspertizasının aparılması üçün
məhkəmə ekspertinə təqdim edilmiş tədqiqat
obyektləri və iş üzrə materiallar;
məhkəmə
ekspertizasının aparılması zamanı iştirak
etmiş proses iştirakçıları haqqında
məlumat;
istifadə edilən metodlar
göstərilməklə tədqiqatın məzmunu və
nəticələri;
tədqiqatın
nəticələrinin qiymətləndirilməsi, qoyulmuş
suallar üzrə yekun nəticələrinin
əsaslandırılması və dürüst ifadə
olunması.
Məhkəmə ekspertinin
(ekspertlərinin) rəyini əks etdirən materiallar
rəyə əlavə edilir və onun tərkib hissəsini
təşkil edir. Tədqiqatın gedişatı, şəraiti
və nəticələrini özündə əks etdirən
sənədlər məhkəmə ekspertizası
idarəsində saxlanılır. Məhkəmə
ekspertizasını təyin (sifariş)
etmiş orqanın və ya şəxsin tələbi ilə
həmin sənədlər işə əlavə olunmaq
üçün onlara göndərilə bilər.
Tədqiqat zamanı təqdim
edilmiş materialların və ekspertin xüsusi biliklərinin
kifayət qədər olmaması aşkar edildikdə ekspertin
rəyində onun qarşısına qoyulmuş sualların
hamısına və ya bir qisminə cavab verməyin
qeyri-mümkünlüyünü əsaslandıran
müddəa öz əksini tapır.[32]
Canlı şəxslər
barəsində məhkəmə ekspertizası
məhkəmə icraatının bütün növləri
üzrə həyata keçirilir. Məhkəmə ekspertizasına
göndərilməli olan şəxslərin dairəsi
Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə
müəyyən edilir.
Canlı şəxslər
barəsində məhkəmə ekspertizası tibbi və
başqa idarələrdə, habelə müvafiq
tədqiqatın aparılması və ekspertizanın
aparıldığı şəxslərin
hüquqlarının və qanuni mənafelərinin
qorunmasının təmin edilməsi üçün
zəruri olan şəraitin olduğu başqa yerlərdə
aparıla bilər.
Məhkəmə ekspertizası
aparılarkən şəxsin stasionar müayinəsi
zərurəti yaranarsa, həmin şəxs bu Qanunda və
Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə
nəzərdə tutulmuş qaydada tibbi stasionara
yerləşdirilə bilər.
Məhkəmə ekspertizasına
göndərilmiş şəxsin məcburi qaydada tibbi və
ya başqa idarəyə yerləşdirilməsi
məhkəmə ekspertizasını təyin etmiş orqan
və ya şəxs tərəfindən təmin edilir.
Canlı şəxslər
barəsində məhkəmə ekspertizası
könüllü və yaxud məcburi qaydada həyata
keçirilir.
Məhkəmə ekspertizası
könüllü qaydada həyata keçirildikdə,
məhkəmə ekspertizası idarəsinə haqqında
məhkəmə ekspertizası aparılan şəxsin
yazılı formada razılığı təqdim edilməlidir.
Əgər haqqında
məhkəmə ekspertizası aparılan şəxs on
altı yaşına çatmamışdırsa və ya
məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti
olmayan şəxs hesab edilmişdirsə, məhkəmə
ekspertizasının aparılmasına yazılı formada
razılıq həmin şəxsin qanuni nümayəndəsi
tərəfindən verilir.
Məcburi qaydada
məhkəmə ekspertizasına göndərilən
şəxslərin dairəsi Azərbaycan Respublikasının
prosessual qanunvericiliyi ilə müəyyən edilir.
Azərbaycan Respublikasının prosessual qanunvericiliyində
şəxsin məcburi qaydada məhkəmə ekspertizasına
göndərilməsi haqqında birbaşa göstəriş
olmadıqda, məhkəmə ekspertizası idarəsi
həmin şəxs barəsində məcburi qaydada
məhkəmə ekspertizasını apara bilməz.
Məhkəmə-tibbi və ya
məhkəmə-psixiatriya ekspertizası təyin
edilərkən şəxsin stasionar müayinəsi
zərurəti yaranarsa, o, məhkəmə
ekspertizasının təyin edilməsi barədə qərar
əsasında müvafiq tibbi stasionara yerləşdirilir.
Şəxsin tibbi stasionara yerləşdirilməsi qaydası
Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə
müəyyən edilir.
Həbsdə saxlanılan
şəxslər barəsində məhkəmə
ekspertizası aparıldıqda, onlar bu məqsədlə
xüsusi yaradılmış tibbi stasionara yerləşdirilir.
Məhkəmə-psixiatriya
ekspertizasının aparılması üçün
şəxs yalnız məhkəmənin (hakimin) qərarı
əsasında psixiatriya stasionarına və yaxud
məhkəmə-psixiatriya ekspertizası stasionarına
yerləşdirilə bilər.
Məhkəmə
ekspertizasını təyin etmiş və məcburi qaydada
şəxsi tibbi stasionara yerləşdirmiş orqan və ya
şəxs iyirmi dörd saat müddətində həmin
şəxsin yaxın qohumlarına və ya onun
göstərdiyi hər hansı şəxsə, bu cür adam
olmadıqda isə onun yaşadığı yer üzrə
daxili işlər orqanına məlumat verməlidir.
Şəxs məhkəmə
tibbi ekspertizası aparılması üçün otuz
gün müddətinədək tibbi stasionara
yerləşdirilə bilər.
Zərurət olduqda, ekspertin
(ekspertlərin) əsaslandırılmış
vəsatətinə əsasən şəxsin tibbi stasionarda
qalma müddəti göstərilən stasionarın yerləşdiyi
rayon məhkəməsi hakiminin qərarı ilə daha otuz
gün müddətinə uzadıla bilər.
Tibbi stasionarda qalma
müddətinin uzadılması barədə ekspertin
(ekspertlərin) təqdimatı otuz gün müddətinin
başa çatmasına üç gün qalmış
həmin stasionarın yerləşdiyi rayonun məhkəməsinə
təqdim edilməlidir.
Hakim təqdimatı aldıqdan
sonra üç gün ərzində qərar
çıxarır və bu barədə ekspertə
(ekspertlərə) məlumat verir.
Şəxsin tibbi stasionarda qalma
müddətinin uzadılmasından hakim tərəfindən
imtina edildikdə həmin şəxs oradan dərhal
çıxarılmalıdır.
Məhkəmə ekspertizası
idarəsinin rəhbəri hakimin qərarı barədə
tibbi stasionarda olan şəxsə, həmçinin
məhkəmə ekspertizasını təyin etmiş orqana
və ya şəxsə məlumat verir.
Tibbi stasionarda qalma müddəti
pozulduqda, şəxs, onun müdafiəçisi, qanuni
nümayəndəsi və ya işdə iştirak etmək
üçün buraxılmış digər nümayəndələri
bu barədə stasionarın yerləşdiyi rayonun
məhkəməsinə şikayət edə bilər.
Canlı şəxslər
barəsində məhkəmə ekspertizası
aparıldıqda aşağıdakıları etmək
qadağandır:
məlumat almaq məqsədi
ilə onun hüquqlarını məhdudlaşdırmaq,
aldatmaq, hədə-qorxu gəlmək, zor və digər
qanunsuz tədbirlər tətbiq etmək;
üzərində yeni dərman
vasitələrini, diaqnostik metodları, xəstəliklərin
profilaktikasını və müalicəsini sınaqdan
keçirmək, həmçinin şəxsdən obyekt kimi
istifadə olunmaqla biotibbi eksperimental tədqiqatlar aparmaq.
Barəsində məhkəmə
ekspertizası aparılan şəxs ekspertə həmin
məhkəmə ekspertizasının predmetinə aid olan
izahatlar verə bilər.
Tibbi stasionarda
yerləşdirilmiş şəxslə onun
müdafiəçisinin, qanuni nümayəndəsinin və
ya işdə iştirak etmək üçün
buraxılmış digər nümayəndələrinin
görüşü, üçüncü şəxslər
tərəfindən informasiya əldə olunmasını
istisna edən şəraitdə təşkil edilir.
Şikayət, ərizə və
vəsatət vermək üçün tibbi stasionarda
yerləşdirilmiş şəxsə real imkanlar
yaradılmalıdır. Azərbaycan Respublikasının prosessual
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
verilmiş şikayət senzuradan keçirilmir və iyirmi
dörd saat ərzində aidiyyatı üzrə
göndərilir.
Həbsdə olmayan
şəxslər barəsində məhkəmə-psixiatriya
ekspertizası həm müvafiq məhkəmə-psixiatriya
ekspertizası stasionarında, həm də digər psixiatriya
stasionarlarında həyata keçirilir. Həbsdə olan
şəxslərin yuxarıda göstərilən stasionarlarda
yerləşdirilməsinə yol verilmir.
Həbsdə olmayan
şəxslərin digər psixiatriya stasionarlarda
yerləşdirilməsi onların barəsində
məhkəmə ekspertizasının aparılmasına
çətinlik törətməməlidir.
Həbsdə olmayan şəxs
məhkəmə-psixiatriya ekspertizası aparılan
müddətdə psixiatriya stasionarların
pasiyentlərinə şamil olunan hüquqlardan istifadə
edirlər.
Həbsdə olmayan, ağır
psixi pozuntulardan əziyyət çəkməyən
şəxs tərəfindən ətrafdakıların
həyat və sağlamlığına təhlükə
törədən və ya psixiatriya stasionarının iş
rejimini ciddi pozan hərəkətlərə yol
verilərsə, həmin stasionarın müdiriyyəti bu
hərəkətlərin qarşısının
alınması məqsədi ilə zəruri tədbirlərin
görülməsi üçün Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanına
məlumat verir.
Haqqında
məhkəmə-psixiatriya ekspertizasının
könüllü qaydada aparıldığı şəxs
tərəfindən bu cür hərəkətlərə yol
verilərsə, o, psixiatriya stasionarından
çıxarıla bilər və bu barədə
stasionarın müdiriyyəti məhkəmə
ekspertizasını təyin etmiş orqana və ya
şəxsə yazılı formada məlumat verir.
Həbsdə olan
şəxslər barəsində məhkəmə-psixiatriya
ekspertizası həmin şəxslərin saxlanması
üçün müəyyən edilmiş
məhkəmə-psixiatriya ekspertizası stasionarlarında
aparılır. Bu stasionarların təhlükəsizliyinin
təmin edilməsi və mühafizəsi həbsdə saxlanma
yerlərinin təhlükəsizliyinin təmin edilməsi və
mühafizəsi vəzifələrini yerinə yetirən
orqanlar tərəfindən həyata keçirilir.
Məhkəmə-psixiatriya ekspertiza
stasionarlarının təhlükəsizliyini və
mühafizəsini həyata keçirən
şəxslərlə həmin stasionarların tibb
işçilərinin birgə fəaliyyət qaydası
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Məhkəmə-psixiatriya
ekspertizası stasionarlarında yerləşdirilən
həbsdə olan şəxslərə Azərbaycan
Respublikasının cinayət prosessual qanunvericiliyinin
normaları şamil edilir. Belə hallarda açıq-aşkar
ağır psixi pozuntusu olan şəxslərə tənbeh
və maddi məsuliyyət tədbirləri nəzərdə
tutan normalar, həmçinin silah işlədilməsi
tətbiq edilmir.
Məhkəmə-psixiatriya
ekspertizası stasionarlarında saxlanılan
şəxslərin maddi-məişət və tibbi-sanitar
təminatı Azərbaycan Respublikasının qanunvericiliyi
ilə psixiatriya stasionarları üçün
müəyyən edilmiş normalar və qaydalar üzrə
həyata keçirilir.
Canlı şəxs
barəsində məhkəmə ekspertizası
aparılarkən güclü ağrıverici
təsirlərə malik olan və yaxud şəxsin
sağlamlığına mənfi təsir edə biləcək
tədqiqat metodlarının, həmçinin Azərbaycan
Respublikasının qanunvericiliyi ilə səhiyyə
praktikasında istifadə edilməsi qadağan olunan
metodların tətbiqinə yol verilmir.
Haqqında məhkəmə
ekspertizası aparılan şəxs ona qarşı tətbiq
olunan tədqiqat metodları və mümkün ola
biləcək ağrıverici təsirlər barədə
məlumatlandırılmalıdır. Eyni məlumatlar
haqqında məhkəmə ekspertizası aparılan şəxsin
müvafiq vəsatətlə müraciət etmiş qanuni
nümayəndəsinə də verilir.
Canlı şəxslər
barəsində məhkəmə ekspertizası aparılarkən
tədqiqat aparılması məqsədi ilə tibb
idarəsində onlardan zəruri olan nümunələr
götürülür və bu barədə ekspertin
rəyində göstərilir. Nümunələr həmin
tibb idarəsinin iki nəfər tibb işçisinin
iştirakı ilə həkim və ya digər
mütəxəssis tərəfindən götürülür.
Könüllülük qaydasında məhkəmə
ekspertizasına göndərilmiş şəxslərdən
məcburi qaydada nümunələrin
götürülməsinə yol verilmir.
Canlı şəxslər
barəsində aparılan məhkəmə ekspertizasında
yalnız Azərbaycan Respublikasının prosessual
qanunvericiliyi ilə belə hüququ olan proses
iştirakçıları iştirak edə bilərlər.
Digər şəxslərin
iştirakına məhkəmə ekspertizasını təyin
etmiş orqanın və ya şəxsin, yaxud haqqında
məhkəmə ekspertizası aparılan şəxsin və
ya onun qanuni nümayəndəsinin razılığı
ilə yol verilir.
Haqqında məhkəmə
ekspertizası aparılan şəxsin soyunması ilə
müşayiət olunan tədqiqatlar həyata
keçirilərkən yalnız eyni cinsdən olan
şəxslər iştirak edə bilərlər. Bu
məhdudiyyət həmin tədqiqatların
aparılmasında iştirak edən həkimlərə və
tibb işçilərinə aid edilmir.
Məhkəmə ekspertizası
idarəsinin fəaliyyəti dövlət büdcəsinin
vəsaiti hesabına maliyyələşdirilir.
Məhkəmə
ekspertizasının lazımi səviyyədə
aparılmasını təmin etmək məqsədi ilə
məhkəmə ekspertizası idarəsinin müasir texnika
və avadanlıqlarla təchiz edilməsi üçün
dövlət büdcəsindən vəsait ayrılması
nəzərdə tutulur.
Məhkəmə ekspertizası
idarəsinin əməkdaşlarının əməyinin
ödənilməsi, tabeliyində olduqları müvafiq icra
hakimiyyəti orqanlarının əməkdaşları
üçün müəyyənləşdirilmiş
əməyin ödənilməsi şərtlərinə
və formasına uyğun olmalıdır.
İşin xarakteri və
şəraiti nəzərə alınmaqla, məhkəmə
ekspertizası idarəsinin əməkdaşlarının
əməyinin ödənilməsi zamanı ixtisas, xüsusi
rütbələrinə və elmi
dərəcələrinə görə əlavələr
müəyyən edilməlidir.[33]
Məhkəmə ekspertizası
fəaliyyətinin maddi-texniki, elmi-metodik və təşkilati
təminatı məhkəmə ekspertizası idarəsinin
tabe olduğu müvafiq icra hakimiyyəti orqanı
tərəfindən həyata keçirilir.
Məhkəmə ekspertizası
idarəsinin yaradılması və ləğv edilməsi
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanı tərəfindən həyata keçirilməklə,
onun fəaliyyət qaydası haqqındakı əsasnamə
həmin müvafiq icra hakimiyyəti orqanı
tərəfindən qəbul edilir.[34]
Məhkəmə ekspertizası
idarəsinin rəhbərinin sorğusu əsasında
mülkiyyət formasından asılı olmayaraq bütün
idarə, təşkilat və müəssisələr
məhkəmə ekspertizasının aparılması
üçün zəruri olan etalon nümunələrini
və texniki məlumatları məhkəmə ekspertizası
idarəsinə təqdim etməyə borcludurlar, bu zaman
mülkiyyətçinin qanunla müəyyən edilmiş
mülkiyyət hüququnun pozulmasına yol verilmir.
Azərbaycan Respublikasının
tərəfdar çıxdığı
dövlətlərarası beynəlxalq
müqavilələrə uyğun olaraq məhkəmə
ekspertizası fəaliyyəti sahəsində Azərbaycan
Respublikasının məhkəmə ekspertizası
idarələri xarici dövlətlərin müvafiq
orqanları ilə, habelə beynəlxalq təşkilatlarla
əməkdaşlıq edir.
Bu Qanunun pozulmasına görə
şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulmuş qaydada məsuliyyət daşıyırlar.[35]
Azərbaycan
Respublikasının Prezidenti Heydər
Əlİyev
Bakı
şəhəri, 18 noyabr 1999-cu il
¹ 758-IQ
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 30 dekabr 2003-cü il tarixli 568-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 2, maddə 57)
2. 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3,
maddə 133)
3. 10 oktyabr 2006-cı il tarixli 161-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə 928)
4. 29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 1, maddə 4)
5. 16 fevral 2007-ci il tarixli 244-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 3, maddə 211)
6. 15 dekabr 2017-ci il tarixli 935-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 4 fevral 2018-ci il, ¹ 26, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə 147)
7. 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 dekabr 2019-cu il, ¹ 283, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə 1896)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 29
noyabr 2019-cu il tarixli 1709-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr
2019-cu il, ¹ 283,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1896) ilə
Qanunun adında “Dövlət məhkəmə ekspertizası”
sözləri “Məhkəmə
ekspertizası” sözləri ilə əvəz
edilmişdir.
[2] 29
noyabr 2019-cu il tarixli 1709-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr
2019-cu il, ¹ 283,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1896) ilə
Preambulanın birinci abzasında “Dövlət məhkəmə
ekspertizası fəaliyyətinin (bundan sonra -
məhkəmə ekspertizası fəaliyyəti)”
sözləri “məhkəmə
ekspertizası fəaliyyətinin” sözləri ilə
əvəz edilmişdir.
[3] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 dekabr 2019-cu il, ¹ 283, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə 1896) ilə
1-ci maddənin
dördüncü abzasda “marağı
olmayan” sözlərindən sonra “, məhkəmə eksperti şəhadətnaməsi
almış” sözləri əlavə edilmişdir,
beşinci abzasda “təyin”
sözündən sonra “(sifariş)”
sözü əlavə edilmişdir və yeddinci abzasın
sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilmişdir və yeni
məzmunda səkkizinci abzas əlavə edilsin:
[4] 30 dekabr 2003-cü il tarixli 568-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 2, maddə 57) ilə 2-ci
maddədə "İnzibati
hüquqpozmalar haqqında Azərbaycan Respublikasının"
sözləri "Azərbaycan
Respublikasının İnzibati Xətalar"
sözləri ilə əvəz edilmişdir.
[5] 29
noyabr 2019-cu il tarixli 1709-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu
il, ¹ 283,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1896)
ilə 6-cı maddənin birinci
hissəsinin birinci cümləsində, 8-ci maddənin
üçüncü hissəsinin birinci cümləsində,
dördüncü və beşinci hissələrində, 9-cu
maddənin ikinci hissəsinin üçüncü
abzasında, üçüncü hissəsinin
üçüncü abzasında, 10-cu maddənin birinci
hissəsinin yeddinci abzasında, 12-ci maddənin birinci
hissəsinin doqquzuncu abzasında, üçüncü
hissəsinin ikinci abzasında, dördüncü
hissəsində, beşinci hissəsinin səkkizinci
abzasında, 13-cü maddənin birinci hissəsinin ikinci
abzasında, 16-cı maddədə, 17-ci maddədə, 18-ci
maddənin ikinci hissəsinin ikinci cümləsində, 19-cu
maddənin ikinci, üçüncü hissələrində
və altıncı hissəsinin birinci cümləsində
(birinci halda), 20-ci maddənin birinci hissəsində, 24-cü
maddənin üçüncü hissəsinin ikinci
cümləsində, 25-ci maddənin birinci və
dördüncü hissələrində, 26-cı maddənin
ikinci hissəsinin dördüncü abzasında,
üçüncü hissəsinin üçüncü
cümləsində “təyin”
sözündən sonra “(sifariş)”
sözü əlavə edilmişdir.
[6] 29
noyabr 2019-cu il tarixli 1709-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu
il, ¹ 283,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1896)
ilə 8-ci maddənin
üçüncü hissəsinin ikinci cümləsinə “(qərardadda)”
sözündən sonra “və
ya məhkəmə ekspertizasının sifariş edilməsi
barədə müqavilədə” sözləri
əlavə edilmişdir.
[7] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 dekabr 2019-cu il, ¹ 283, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə 1896)
ilə 9-cu maddəsinin birinci
hissədə “(qərardadı)
aldıqdan” sözlərindən sonra “və ya məhkəmə ekspertizasının
sifariş edilməsi barədə müqavilə
bağlandıqdan” sözləri əlavə edilmişdir.
[8] 29
noyabr 2019-cu il tarixli 1709-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr
2019-cu il, ¹ 283,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1896)
ilə 9-cu maddəsinin ikinci
hissənin ikinci abzasında “icra
edilmədən” sözlərindən sonra “və ya məhkəmə ekspertizasının
sifariş edilməsi barədə rəsmi müraciəti
təmin edilmədən” sözləri əlavə
edilmişdir.
[9] 29
noyabr 2019-cu il tarixli 1709-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu
il, ¹ 283,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1896)
ilə 9-cu maddəsinin ikinci
hissənin dördüncü abzasında “(qərardadda)” sözündən sonra “və ya məhkəmə
ekspertizasının sifariş edilməsi barədə
müqavilədə” sözləri əlavə
edilmişdir.
[10] 29
noyabr 2019-cu il tarixli 1709-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr
2019-cu il, ¹ 283,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1896)
ilə 9-cu maddəsinin
üçüncü hissənin ikinci abzasında "(qərardad)”
sözündən sonra “və
ya məhkəmə ekspertizasının sifariş edilməsi
barədə müqavilə” sözləri əlavə
edilmişdir.
[11] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 dekabr 2019-cu il, ¹ 283, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə 1896)
ilə 10-cu maddənin birinci
hissəsinin ikinci abzasda “(qərardadı)
aldıqdan” sözlərindən sonra "və ya məhkəmə ekspertizasının
sifariş edilməsi barədə müqavilə
bağlandıqdan” sözləri əlavə edilmişdir.
[12] 30 dekabr 2003-cü il tarixli 568-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 2, maddə 57) ilə 10-cu
maddənin birinci hissəsinin dördüncü abzasında
"cinayət məsuliyyəti"
sözləri "məsuliyyət"
sözü ilə əvəz edilmişdir.
5
mart 2004-cü il tarixli 598-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 3, maddə 133) ilə 10-cu
maddənin birinci hissəsinin dördüncü abzası yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
eksperti bilə-bilə yalan rəy verməyə və
ya rəy verməkdən imtina etməyə görə məsuliyyət
haqqında xəbərdar etmək və bu barədə ondan
məhkəmə ekspertizasını təyin etmiş orqana
və ya şəxsə rəylə birlikdə göndərməklə
müvafiq iltizam almaq;
29
noyabr 2019-cu il tarixli 1709-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr
2019-cu il, ¹ 283,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1896)
ilə 10-cu maddənin birinci
hissəsinin dördüncü abzasda “qərarda” sözündən sonra “(qərardadda) və ya məhkəmə
ekspertizasının sifariş edilməsi barədə
müqavilədə” sözləri əlavə
edilmişdir.
[13] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3,
maddə 133) ilə 10-cu maddəyə
yeni ikinci hissə əlavə edilmişdir. Maddənin
əvvəlki ikinci hissəsi üçüncü hissə
hesab edilmişdir.
[14] 10 oktyabr 2006-cı il tarixli 161-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə 928) ilə
11-ci maddənin dördüncü hissəsində
“rütbə dərəcələri” sözləri “xüsusi
rütbələr” sözləri ilə əvəz
edilmişdir.
29 dekabr 2006-cı il tarixli 220-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 1, maddə 4) ilə 11 -ci maddəsinə yeni məzmunda beşinci
hissə əlavə edilmişdir.
29
noyabr 2019-cu il tarixli 1709-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu
il, ¹ 283,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1896)
ilə 11-ci maddə yeni redaksiyada
verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
Ali təhsili olan,
müəyyən ekspertiza ixtisası üzrə müvafiq
peşə hazırlığı keçmiş Azərbaycan
Respublikasının vətəndaşı ekspert ola bilər.
ixtisaslaşmasından və
hazırlıq səviyyəsindən asılı olaraq
ekspertlərə ixtisas dərəcəsi verilir.
Attestasiyanın
keçirilməsi və ixtisas dərəcəsinin
verilməsi qaydası Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Tutduğu vəzifə,
peşə qabiliyyəti və əmək stajı
nəzərə alınmaqla məhkəmə ekspertizası
idarəsinin ekspertlərinə tabeliyində olduqları
müvafiq icra hakimiyyəti orqanlarının
işçiləri üçün Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada xüsusi
rütbələr verilir.
Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarəsinin ekspertlərinə
"Ədliyyə orqanlarında qulluq keçmə
haqqında" Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş məhdudiyyətlər
tətbiq edilir.
[15] 29
noyabr 2019-cu il tarixli 1709-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr
2019-cu il, ¹ 283,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1896)
ilə yeni məzmunda 11-1 – 11-5-ci
maddələr əlavə edilmişdir.
[16] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3,
maddə 133) ilə 12-ci maddənin
birinci hissəsinin beşinci abzası yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
məhkəmə ekspertizasının predmetinə aid
olan məlumatların aydınlaşdırılması
üçün məhkəmə ekspertizasını
təyin etmiş orqanın və ya şəxsin icazəsi
ilə məhkəmə və istintaq
hərəkətlərinin icraatında iştirak etmək;
[17] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3,
maddə 133) ilə 12-ci maddəyə
yeni ikinci hissə əlavə edilmişdir. Maddənin
əvvəlki ikinci-dördüncü hissələri
müvafiq olaraq üçüncü-beşinci
hissələr hesab edilmişdir.
[18] 15 dekabr 2017-ci il tarixli 935-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 4 fevral 2018-ci il, ¹ 26, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 2, maddə 147) ilə
12-ci maddənin
üçüncü hissəsinin birinci abzasında “edə bilər” sözləri
“edir” sözü ilə
əvəz edilmişdir.
[19] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 dekabr 2019-cu il, ¹ 283, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə 1896)
ilə 12-ci maddənin beşinci
hissəsinin ikinci abzasda “idarəsinin”
sözündən sonra “ekspertlərinə həmin
idarənin” sözləri əlavə edilsin və
üçüncü abzasda “başqa”
sözündən əvvəl “məhkəmə
ekspertizası idarəsinin ekspertlərinə”
sözləri əlavə edilmişdir.
[20] 29
noyabr 2019-cu il tarixli 1709-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr
2019-cu il, ¹ 283,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1896)
ilə 13-cü maddənin birinci
hissəsinin yeddinci abzasında “təhqiqat
aparan şəxsə, müstəntiqə və ya
məhkəməyə (hakimə)” sözləri “məhkəmə
ekspertizasını təyin (sifariş) etmiş orqan və ya
şəxsə” sözləri ilə əvəz
edilmişdir.
[21]
5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 3, maddə 133) ilə 13-cü
maddəyə ikinci hissə əlavə edilmişdir.
[22]
5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 3, maddə 133) ilə 14-cü
maddənin birinci hissəsində "olmadıqda və ya" sözlərindən sonra
"həmin rəydə
əlavə tədqiqatlar aparılmasını tələb
etməyən boşluqlar olduqda, habelə"
sözləri əlavə edilmişdir.
[23] 5
mart 2004-cü il tarixli 598-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 3, maddə 133) ilə 17-ci
maddədə "əvvəlki
tədqiqatla bağlı əlavə sualların həll
edilməsi zərurəti olduqda" sözləri "tədqiqat aparılmış
obyektlərə dair əlavə suallar yarandıqda,
aparılmış tədqiqatın və ya rəydəki
boşluğun aradan qaldırılması üçün"
sözləri ilə əvəz edilmişdir.
[24] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3,
maddə 133) ilə 18-ci maddənin
birinci və ikinci hissələri yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Əvvəllər verilmiş
rəyin doğruluğu və əsaslılığı
təhqiqat aparan şəxsdə, müstəntiqdə,
prokurorda və ya məhkəmədə (hakimdə) şübhə
doğurduqda, məhkəmə ekspertizasının
aparılmasının Azərbaycan Respublikasının
prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş
qaydaları pozulduqda, eyni suallar üzrə təkrar
məhkəmə ekspertizasının aparılması
təyin edilir və onun aparılması başqa ekspertə
və ya ekspertlərə həvalə edilir.
Təkrar məhkəmə ekspertizasının
təyin edilməsi barədə qərarda (qərardadda)
əvvəlki ekspertizanın rəyi ilə
razılaşmamağın səbəbləri
göstərilir.
[25] 29
noyabr 2019-cu il tarixli 1709-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr
2019-cu il, ¹ 283,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1896)
ilə 19-cu maddənin
dördüncü-səkkizinci hissələr müvafiq olaraq
beşinci-doqquzuncu hissələr hesab edilmişdir və yeni
məzmunda dördüncü hissə əlavə
edilmişdir.
[26] 29 noyabr 2019-cu il tarixli 1709-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 dekabr 2019-cu il, ¹ 283, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə 1896)
ilə 19-cu maddənin altıncı
hissənin birinci cümləsində “işləyib hazırlamaq” sözlərindən sonra
“, ekspertizanın
aparılmasının ümumi müddəti daxilində
ayrı-ayrı tədqiqatların icra müddətlərini
təyin etmək və onlara əməl olunmasına nəzarət
etmək” sözləri əlavə edilmişdir.
[27] 5
mart 2004-cü il tarixli 598-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 3, maddə 133) ilə 20-ci
maddənin birinci hissəsində "sahələrindən istifadə etməklə
tədqiqat aparılmasını tələb edərsə,"
sözləri "və ya elm
sahələri, yaxud biliyin bir sahəsi daxilində
müxtəlif üsullar sistemi əsasında yalnız bir
neçə tədqiqat aparılmaqla həyata
keçirilə bildikdə" sözləri ilə
əvəz edilmişdir.
[28] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 3,
maddə 133) ilə 21-ci maddədən
"təhqiqat aparan
şəxsin, müstəntiqin, prokurorun, hakimin qərarı
və ya məhkəmənin qərardadı ilə"
sözləri çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Məhkəmə ekspertizası Azərbaycan
Respublikasının prosessual qanunvericiliyi ilə
nəzərdə tutulmuş hallarda və qaydada təhqiqat
aparan şəxsin, müstəntiqin, prokurorun, hakimin
qərarı və ya məhkəmənin qərardadı
ilə təyin edilir.
5
mart 2004-cü il tarixli 598-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 3, maddə 133) ilə 22-ci
maddənin birinci hissəsində "məhkəmənin qərardadı"
sözlərindən sonra “,
habelə bu Qanunun 22-1-ci maddəsində nəzərdə
tutulmuş müraciət” sözləri əlavə
edilmişdir.
29
noyabr 2019-cu il tarixli 1709-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu
il, ¹ 283,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1896)
ilə 21-ci və 22-ci maddələr
yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Məhkəmə ekspertizası
Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə
nəzərdə tutulmuş hallarda və qaydada təyin
edilir.
Təhqiqat aparan şəxsin,
müstəntiqin, prokurorun, hakimin qərarı və ya
məhkəmənin qərardadı, habelə bu Qanunun 22-1-ci
maddəsində nəzərdə tutulmuş müraciət
məhkəmə ekspertizasının aparılması
üçün əsas sayılır.
Məhkəmə
ekspertizasını təyin etmiş orqan və ya şəxs
tədqiqatın aparılması və rəy verilməsi
üçün zəruri olan tədqiqat obyektləri və
iş üzrə materialları məhkəmə
ekspertizası idarəsinə təqdim edir.
Məhkəmə
ekspertizasını təyin etmiş orqan və ya şəxs
Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada müqayisəli tədqiqat
üçün nümunələr götürür və
onları işə əlavə edir. Zəruri hallarda,
nümunələrin götürülməsi
məhkəmə ekspertizasını aparan ekspertin
iştirakı ilə həyata keçirilir.
Məhkəmə ekspertizası idarəsində
məhkəmə ekspertizasının aparılması
müddətləri Azərbaycan Respublikasının prosessual
qanunvericiliyinə müvafiq olaraq müəyyən edilir.
[29] 5
mart 2004-cü il tarixli 598-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 3, maddə 133) ilə 22-1-ci
maddə əlavə edilmişdir.
[30] 29
noyabr 2019-cu il tarixli 1709-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr
2019-cu il, ¹ 283,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1896)
ilə 22-1-ci maddə ləğv
edilmişdir.
[31] 29
noyabr 2019-cu il tarixli 1709-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr
2019-cu il, ¹ 283,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1896)
ilə 23-cü maddə yeni redaksiyada
verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Məhkəmə ekspertizası
fəaliyyəti Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanlarının məhkəmə ekspertiza
idarələri tərəfindən həyata keçirilir.
Məhkəmə ekspertizası idarələri
məhkəmə ekspertizasının aparılması
üzrə fəaliyyətini ekspert təcrübəsinin
ümumiləşdirilməsi, ekspertlərin peşəkar
hazırlığı və onların
ixtisaslaşdırılması, o cümlədən ekspert
praktikasının vahid elmi-metodik üsullarla öyrənilməsi
əsasında həyata keçirirlər.
[32]
5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 3, maddə 133) ilə 26-cı
maddəyə dördüncü hissə əlavə
edilmişdir.
[33] 10 oktyabr 2006-cı il tarixli 161-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə 928) ilə
39-cu maddənin ikinci hissəsində “rütbə”
sözü “xüsusi rütbələrinə” sözləri
ilə əvəz edilmişdir.
[34] 16 fevral 2007-ci il tarixli 244-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 3, maddə
211) ilə 40-cı maddəsinin ikinci hissəsi
çıxarılmışdır.
[35] 29
noyabr 2019-cu il tarixli 1709-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr 2019-cu
il, ¹ 283,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1896)
ilə 43-cü maddədə “vəzifəli şəxslər
və vətəndaşlar” sözləri “şəxslər” sözü ilə əvəz
edilmişdir.