Azərbaycan Respublikasının Torpaq
Məcəlləsi ilə bağlı bəzi normativ
hüquqi aktlar haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikasının
1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli, 176
nömrəli Fərmanının icrası ilə
əlaqədar Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. "Kənd təsərrüfatı
və meşə təsərrüfatı istehsalı
itkilərinin və ziyanının miqdarının
müəyyən edilməsi və ödənilməsi
Qaydaları", "Torpaq sahələrinin geri
alınması, dövlət ehtiyacları üçün
ayrılması barədə vəsatətlərin
qaldırılması və onlara baxılması
Qaydaları", "Örüş, otlaq və
biçənək sahələrini istifadəyə və
icarəyə verilməsi, habelə istifadə edilməsi
Qaydaları" və "Sənaye, nəqliyyat, rabitə
və digər təyinatlı torpaqların istifadəsi
Qaydaları" təsdiq edilsin (əlavə olunur).[1]
2. Dövlət qeydiyyatına alına
bilən torpaq sahəsinin minimum həddi sənaye,
nəqliyyat, rabitə, istehsal, xidmət, sahibkarlıq və
digər məqsədlə fəaliyyət göstərən obyektlərə
dair münasibətdə ayrı-ayrılıqda həmin
obyektlərin fəaliyyəti üçün zəruri olan
texniki, sanitar, mühafizə şərtləri
nəzərə alınmaqla onların baş planlarında
müəyyən edilmiş torpaq sahəsi, qalan hallarda isə
1 (bir) kvadrat metr qəbul edilir.
3. "Azərbaycan SSR-nin yay və
qış otlaqları haqqında Əsasnaməsi
barədə" Azərbaycan SSR Nazirlər Sovetinin 1972-ci il
27 oktyabr tarixli, 346 nömrəli qərarı və "Kənd
təsərrüfatı və meşə
təsərrüfatı istehsalı itkilərinin
miqdarının müəyyən edilməsi
ödənilməsi qaydası və toplanmış
vəsaitin təyinatı" haqqında Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1992-ci il 24 yanvar tarixli, 37
nömrəli qərarı (4-cü bənd istisna olmaqla)
qüvvədən düşmüş hesab edilsin.
4. Bu qərar
imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri A. Rasİzadə
Bakı şəhəri, 15 mart
2000-ci il
¹ 42
|
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15
mart tarixli, 42 nömrəli qərarı ilə TƏSDİQ edİlmİşdİr |
Kənd
təsərrüfatı və meşə
təsərrüfatı istehsalı itkilərinin və
ziyanının miqdarının müəyyən edilməsi
və ödənilməsi
QAYDALARI
I.
Kənd təsərrüfatı və meşə
təsərrüfatı İstehsalı
İtkİlərİnİn müəyyən
edİlməsİ və ödənİlməsİ
1. Kənd
təsərrüfatı və meşə təsərrüfatı
ilə əlaqədar olmayan məqsədlər
üçün kənd təsərrüfatı və
meşə təsərrüfatı torpaqlarının geri
alınması, habelə istifadə sahəsində hüquqi
və fiziki şəxslərin fəaliyyətinin təsiri
ilə yaranan məhdudiyyətlər nəticəsində
baş verən kənd təsərrüfatı və
meşə təsərrüfatı itkilərini həmin
torpaqları xeyrinə geri alan, habelə obyektlərin
ətrafında mühafizə, sanitariya və qoruyucu zonalar
müəyyənləşdirilərkən kənd
təsərrüfatı və meşə torpaqlarını
dövriyyədən çıxaran və ya onları daha az
qiymətli torpaqlara keçirən hüquqi və fiziki
şəxslər ödəyirlər. Həmçinin
hüquqi və fiziki şəxslərin fəaliyyətinin
təsiri nəticəsində kənd
təsərrüfatı və meşə
təsərrüfatı yerlərinin keyfiyyəti
pisləşdikdə də kənd təsərrüfatı
və meşə təsərrüfatı istehsalı
itkiləri onlar tərəfindən kompensasiya edilir.
2. Kənd
təsərrüfatı torpaqlarının qeyri-kənd
təsərrüfatı məqsədləri üçün
geri alınması müqabilində yeni torpaqların kənd
təsərrüfatı dövriyyəsinə cəlb
edilməsinin normativ qiyməti Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli, 158 nömrəli
qərarı ilə təsdiq edilmiş Kadastr qiymət
rayonları və yarımrayonları üzrə torpaqların
normativ qiymətinin 20 faizi həcmində qəbul edilir.
3.
Meşə fondu torpaqlarının geri alınması ilə
əlaqədar meşə təsərrüfatına
dəyən zərərin və itkilərin
ödənilməsi qaydası Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1999-cu il 4 oktyabr tarixli, 161 nömrəli
qərarı ilə tənzimlənir.
4. Kənd
təsərrüfatı ilə əlaqədar olmayan
məqsədlər üçün kənd
təsərrüfatı təyinatlı torpaqlar geri alındıqda,
xeyrinə torpaq alan hüquqi və fiziki şəxslər
tərəfindən torpağın ayrılması
barədə qərar qəbul edildiyi gündən 2 ay
müddətində ayrılmış kənd
təsərrüfatı təyinatlı torpaqların
müqabilində itkilərin ümumi dəyəri
Azərbaycan Respublikası Əmlak
Məsələləri Dövlət Komitəsinin
xüsusi hesabına keçirildikdən sonra həmin
sahələrdən istifadə hüququna icazə verilir.[2]
5.
Azərbaycan Respublikası Əmlak
Məsələləri Dövlət Komitəsinin
xüsusi hesabına yığılan vəsait
aşağıdakı işlərin yerinə
yetirilməsinə yönəldilir:
suvarma
sistemlərinin və mənbələrinin tikintisinə və
yenidən qurulmasına, kənd təsərrüfatına
yararlı torpaqların daşqın və sel sularından
mühafizəsinə;
tarlalararası yolların
təmirinə və yeni dövriyyəyə verilmiş
torpaqlara yolların çəkilişinə;
tarlaqoruyucu meşə
zolaqlarının yaradılmasına, yararsız torpaq
sahələrində meşələrin salınmasına,
dərə və yarğanların bərkidilməsinə,
erroziyaya qarşı hidrotexniki qurğuların tikintisinə;
az
məhsuldar kənd təsərrüfatı torpaqlarında
torpağın münbit qatının
yaxşılaşdırılmasına, səth
sularının kənara axıdılmasına,
toplanmış münbit torpaq qatının digər
sahələrə daşınmasına və
yayılmasına, sahələrin münbitliyinin
artırılması üçün üzvi və mineral
gübrələrin, habelə əhəng
materiallarının alınmasına, saxlanılmasına
və torpağa verilməsinə, yeni torpaqların kənd
təsərrüfatında mənimsənilməsinə və
onların münbitliyinin artırılması işlərinin
aparılmasına;
suvarma
məqsədi ilə artezian quyularının qazılmasına
və suvarma şəbəkələrinin yaradılmasına;
torpaq
ehtiyatlarının öyrənilməsinə, onların
münbitliyinin artırılması ilə bağlı
topoqrafiya-geodeziya, torpaq-geobotanika və başqa
layihə-axtarış işlərinin aparılmasına;
torpaq
kadastrının və monitorinqinin aparılmasına;
kənd
təsərrüfatına yararlı torpaq
sahələrində mədəni-texniki işlərin
aparılmasına (kol-kosdan, kötüklərdən,
daşdan təmizlənməsinə və sair);
korlanmış torpaqların
yenidən yararlı hala salınmasına (rekultivasiya
olunmasına).
6. Kənd
təsərrüfatı istehsalı itkilərinin
ödənilməsi ilə əlaqədar daxil olmuş
vəsaitdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin
razılığı əsasında başqa məqsədlər
üçün də istifadə oluna bilər.
II.
Torpaq mülkİyyətçİlərİnə,
İstİfadəçİlərİnə və
İcarəçİlərİnə vurulan zİyanın
müəyyən edİlməsİ və
ödənİlməsİ
7. Torpaq
sahələrinin geri alınması (məcburi satın
alınması) və ya müvəqqəti tutulması,
habelə torpaq mülkiyyətçilərinin,
istifadəçilərinin və icarəçilərinin
hüquqlarının məhdudlaşdırılması, yaxud
hüquqi və fiziki şəxslərin fəaliyyətinin
təsiri ilə torpaqların keyfiyyətinin
pisləşməsi nəticəsində dəymiş
zərər və əldən çıxmış gəlir
bu itkilərə məruz qalmış torpaq
mülkiyyətçilərinə,
istifadəçilərinə və
icarəçilərinə həmin torpaq sahələrini
əldə etmiş, habelə fəaliyyəti torpaq mülkiyyətçilərinin,
istifadəçilərinin və icarəçilərinin
hüquqlarının məhdudlaşdırılmasına,
yaxud həmin torpaqların keyfiyyətinin pisləşməsinə
səbəb olan hüquqi və fiziki şəxslər
tərəfindən ödənilir.
8.
Meşə fondu torpaqlarının geri alınması ilə
əlaqədar meşə təsərrüfatına
dəyən ziyanın ödənilməsi qaydası
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 8 noyabr
tarixli, 174 nömrəli qərarı ilə tənzimlənir.
9. Torpaq
mülkiyyətçilərinə, istifadəçilərinə
və icarəçilərinə vurulan ziyan və
əldən çıxmış gəlir yerli icra
hakimiyyətinin və ya bələdiyyənin təşkil
etdiyi qiymətləndirmə komissiyası tərəfindən
torpağın geri alındığı vaxtda
qüvvədə olan bazar qiyməti ilə hesablanır və
qiymətləndirmə komissiyasının aktı müvafiq
yerli icra hakimiyyəti və ya bələdiyyə
tərəfindən təsdiq edilir.
10.
Xeyrinə torpaq alan hüquqi və fiziki şəxslər
torpaq mülkiyyətçilərinə,
istifadəçilərinə və
icarəçilərinə dəymiş ziyanı və
əldən çıxmış gəliri torpaqdan
istifadə edilməsinə və ya tikintiyə
başlanmasına 3 ay qalmış ödəməlidir.
11.
İtkilərin, ziyanın və əldən
çıxmış gəlirin ödənilməsinə dair
mübahisələr məhkəmə qaydasında həll
edilir.
|
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart
tarixli, 42 nömrəli qərarı ilə TӘSDİQ
edİlmİşdİr |
Torpaq sahələrinin geri
alınması və dövlət və ictimai ehtiyaclar
üçün ayrılması barədə
vəsatətlərin qaldırılması və onlara
baxılması[3]
QAYDALARI
Ümumİ
müddəalar
Bu Qaydalar,
Azərbaycan Respublikasının Torpaq
Məcəlləsinə və digər qanunvericilik
aktlarına uyğun olaraq, Azərbaycan Respublikasında torpaq
sahələrinin geri alınması və dövlət
ehtiyacları üçün ayrılması barədə
vəsatətlərin qaldırılması və onlara
baxılması qaydalarını tənzimləyir.[4]
1. Torpaq
sahələrinin geri alınması və ayrılması
haqqında vəsatətə baxmaq üçün
yerquruluşu işi tərtib edilir. Yerquruluşu işini
torpaq sahəsinin geri alınması və ayrılması
haqqında vəsatət qaldıran
aidiyyəti orqanların hüquqi və fiziki
şəxslərin (sifarişçinin)
nümayəndələrinin bilavasitə iştirakı
ilə müvafiq rayon, şəhər torpaq
şöbələri hazırlayırlar.[5]
2.
Sənaye obyektlərinin tikintisi dəmir və avtomobil
yollarının, elektrik və rabitə xətlərinin,
magistral boru kəmərlərinin çəkilişi,
habelə kənd təsərrüfatı və meşə
təsərrüfatı istehsalı ilə əlaqədar
olmayan ehtiyaclar üçün torpaq sahələri
əsasən kənd təsərrüfatına yararsız
və ya az yararlı torpaqlardan ayrılır.
Göstərilən məqsədlər üçün
meşə fondu torpaqlarından torpaq sahələri, bir qayda
olaraq, meşə bitkiləri ilə örtülü olmayan
sahələrdən, yaxud meşəbitmə
şəraitinə görə yararsız və ya az
yararlı sahələrdən ayrılır.
3.
Faydalı qazıntıların hasilatı üçün
tikinti işlərinə torpaq sahələrinin
ayrılması yerin təki haqqında qanunvericiliklə müəyyən
olunmuş qaydada həyata keçirilir.
4. Elektrik
və rabitə xətləri, digər xətti kommunikasiyalar
başlıca olaraq yollar, kanallar, mövcud xətlər boyunca
çəkilir və kənd təsərrüfatı
işlərinin aparılmasına maneçilik
törətməməlidir.
5. Dövlət və ya
bələdiyyə mülkiyyətində olan fiziki və
hüquqi şəxslərə istifadəyə verilmiş
torpaq sahələri dövlət ehtiyacları üçün
torpaq sahələri istifadəçilərinin
razılığı olduqda, yerli icra hakimiyyəti
orqanı və ya bələdiyyənin qərarı
əsasında Azərbaycan Respublikasının Torpaq
Məcəlləsində nəzərdə tutulmuş
şərtlərlə geri alına bilər. Əvəzsiz istifadədə olan
torpaqların məcburi geri alınması yerli icra
hakimiyyəti orqanının və ya bələdiyyənin
vəsatəti əsasında məhkəmənin
qərarı ilə həyata keçirilir. [6]
6. Hüquqi və ya fiziki
şəxslərin mülkiyyətində olan və onlara
icarəyə verilmiş torpaq sahələrinin dövlət ehtiyacları üçün geri alınması şərtləri və halları
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
ilə tənzimlənir.[7]
7.
Qeyri-kənd təsərrüfatı və qeyri-meşə
təsərrüfatı məqsədləri üçün
torpaq sahəsinin ayrılması iki mərhələdə
aparılır:
obyektin
yerləşdirilməsinin əvvəlcədən
razılaşdırılması
/layihələşdirilməsi/;
torpaq
sahəsinin ayrılmasının
rəsmiləşdirilməsi.
Obyektİn
yerləşdİrİlməsİnİn
əvvəlcədən razılaşdırılması
/layİhələşdİrİlməsİ/
8. Torpaq
sahələrinin geri alınması və dövlət
ehtiyacları üçün ayrılmasında marağı olan aidiyyəti orqanlar
hüquqi və fiziki şəxslər məqsədli
təyinatını göstərməklə, torpaq
sahəsinin ayrılması haqqında həmin torpağın
yerləşdiyi ərazinin yerli icra hakimiyyəti və ya
bələdiyyə orqanlarına vəsatət
göndərirlər.[8]
Vəsatətə
aşağıdakı sənədlər əlavə edilir:
obyektin
layihələşdirilməsi və tikintisi nəzərdə
tutulan dövlət orqanının qərar və ya
sərəncamlarından çıxarış;
obyektin
tikintisi üçün tələb olunan torpaq sahəsinin
təxmini ölçüsü və onun
yerləşəcəyi sahənin cizgisi (planı);
neft və
qaz istisna olmaqla faydalı qazıntılar
çıxarılması üçün torpaq sahəsinin
ayrılması tələb olunduqda, faydalı qazıntıların
təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin
məqsədəuyğunluğu haqqında Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin rəyi;
meşə fondundan torpaq
sahələri ayrıldıqda həmin sahələrin
texniki-müayinə aktı.
9. Yerli
icra hakimiyyəti və ya bələdiyyə orqanları torpaq
istifadəçilərinin,
habelə sifarişçilərin iştirakı ilə
vəsatətə 10 gün müddətində baxır.
Qaldırılmış məsələnin həllinə
razılıq verildikdə sifarişçiyə
aşağıdakı sənədlər təqdim edilir:
torpaq
mülkiyyətçisinin, istifadəçisinin və
icarəçisinin razılığı;[9]
ayrılması nəzərdə
tutulan sahələrin rayon, şəhər torpaq
şöbəsi tərəfindən təsdiq edilmiş
1:10000 və ya 1:25000 miqyasında planı;
şəhərlərin və
qəsəbələrin hüdudu daxilində
yerləşən obyektlər üzrə baş plandan
memarlıq və şəhərsalma xidmətinin
rəhbəri tərəfindən təsdiq edilmiş
çıxarış;
yerli icra
hakimiyyəti və ya bələdiyyə orqanının
rəyi.
10.
Sifarişçi təşkilat, həmçinin obyektin
yerləşəcəyi sahəni, bir qayda olaraq, Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, şəhər və qəsəbə
hüdudlarında yerləşəcək obyektlərə dair
münasibətdə — öz
səlahiyyətləri daxilində Fövqəladə Hallar
Nazirliyi, Dövlət Şəhərsalma və
Arxitektura Komitəsi, meşə fondu torpaqlarında
yerləşəcək obyektlərə dair
münasibətdə — Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, habelə
mənafeyinə toxunulan digər hüquqi və fiziki
şəxslərlə razılaşdıraraq onların
rəylərini alır.[10]
11. Torpaq sahələrinin dövlət
ehtiyacları üçün ayrılması ilə
əlaqədar bu Qaydaların 9 və 10-cu
bəndlərində göstərilmiş sənədlər
sifarişçi tərəfindən öz
səlahiyyətləri daxilində baxılıb obyektin
layihələşdirilməsinə icazə verilməsi
üçün müvafiq yerli icra hakimiyyətinə,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin və
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin
səlahiyyətinə aid olan halda isə 2 nüsxədən
ibarət olmaqla müvafiq olaraq Azərbaycan
Respublikasının Dövlət Torpaq Komitəsinə və
Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq
Komitəsinə (obyektlə əlaqədar sifarişçinin
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və
Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabinetinə ünvanlanmış izahlı məktubu və torpaq
sahəsinin ayrılması ilə bağlı itkilərin
və ziyanın habelə qanunvericiliklə nəzərdə
tutulmuş digər xərclərin ödənilməsinə
dair zəmanəti sənədlərə əlavə
edilməklə) təqdim edilməlidir.[11]
Azərbaycan Respublikasının
Dövlət Torpaq Komitəsi və Naxçıvan Muxtar
Respublikasının Dövlət Torpaq Komitəsi həmin
sənədlərə 15 gün müddətində baxaraq,
öz rəyi ilə birlikdə sənədlərin birinci
nüsxəsini müvafiq olaraq Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə və
Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabinetinə təqdim edir.
Obyektin
layihələşdirilməsinə dair icazə verilməsi
bir ay müddətində həyata keçirilir.
12. Yerli
icra hakimiyyətləri, bələdiyyələr,
Azərbaycan Respublikasının Nazirlər Kabineti və
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
tərəfindən obyektin
layihələşdirilməsinə dair verilmiş icazə
həmin torpaq sahəsində tikinti işlərinin
başlanmasına əsas vermir və verildiyi gündən
başlayaraq 1 il ərzində etibarlıdır.
13. Obyektin
tikiləcəyi yerin və ayrılması nəzərdə
tutulan sahənin təxmini ölçüsünün
qabaqcadan razılaşdırılması (layihələşdirilməsi)
haqqında yerli icra hakimiyyətlərinin,
bələdiyyələrin, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin icazəsi həmin sahədə
layihə-axtarış işləri aparmaq və bu işləri
maliyyələşdirmək üçün əsasdır.
14.
Sututarların olacağı yer və su altında qalması
nəzərdə tutulan sahələrin təxmini
ölçüləri əvvəlcədən hidrotexniki
qurğular tikintisinin texniki-iqtisadi cəhətdən
əsaslandırılması mərhələsində torpaq
mülkiyyətçiləri, istifadəçiləri və
icarəçiləri ilə razılaşdırılır.
15. Yay
və qış otlaqlarından torpaq sahələrinin
ayrılması haqqında vəsatət
ayrı-ayrılıqda həmin otlağın yerləşdiyi
və müvəqqəti istifadə üçün
təhkim edildiyi yerli icra hakimiyyətlərinə və ya
bələdiyyələrə göndərilir. Bu halda torpaq
ayrılması barədə qərar otlaq sahələrinin
yerləşdiyi ərazinin yerli icra hakimiyyəti və ya
bələdiyyələr tərəfindən torpaq
istifadəçilərinin rəyi nəzərə
alınmaqla qəbul edilir.[12]
Torpaq
sahəsİnİn ayrılmasının
rəsmİləşdİrİlməsİ
16. Torpaq
sahəsinin ayrılmasına marağı
olan aidiyyəti orqanlar hüquqi və fiziki şəxslər
(sifarişçi) əvvəlcədən
razılaşdırılmış obyektin
layihələşdirilməsi qurtardıqdan sonra torpaq
sahəsinin ayrılması barədə müvafiq yerli icra
hakimiyyətləri və ya bələdiyyələr
qarşısında vəsatət qaldırırlar.[13]
Vəsatətə
aşağıdakı sənədlər əlavə edilir:
obyektin
yerləşəcəyi sahənin əvvəlcədən
razılaşdırılması
(layihələşdirilməsi) barədə ilkin
sənədlər;
obyektin
baş planı (xətti qurğularda isə onların
istiqamətinin uzununa profilli en kəsiyi);
tikintinin
təsdiq edildiyi titul siyahısından çıxarış
və ya tikintinin həyata keçirilməsi üçün
zəruri vəsaitin olması barədə sifarişçinin
arayışı;
torpaq
ayrılması ilə əlaqədar olaraq torpaq
mülkiyyətçilərinə,
istifadəçilərinə və
icarəçilərinə vurulacaq ziyanın,
qanunvericiliklə nəzərdə tutulmuş digər
xərclərin habelə kənd təsərrüfatı
və meşə təsərrüfatı itkilərinin
ödəniləcəyi və obyektin layihələşdirilməsi
müddətində mənafeyinə toxunulan hüquqi və
fiziki şəxslərin tikinti ilə bağlı
qoyduqları tələblərin yerinə yetiriləcəyi
barədə zəmanət məktubu.[14]
Torpaq
sahəsi faydalı qazıntı çıxarmaqdan
ötrü tələb olunduqda dağ-mədən
işləri üçün müəyyən olunmuş razılıq
sənədi, habelə açıq üsulla faydalı
qazıntı çıxarılması və ya
torpağın üst qatını pozmaqla əlaqədar olan
tikinti aparılması üçün torpaq
ayrıldığı halda, həmin torpaqların rekultivasiyası
layihəsi təqdim edilir.
17. Yerli
icra hakimiyyətləri və ya bələdiyyələr
vəsatətə və ona əlavə edilmiş
sənədlərə sifarişçinin iştirakı
ilə 10 gün müddətində baxaraq:
a) obyektin
yerləşdirilməsinin razılaşdırılması
barədə ilkin sənədlərdə Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin və mənafeyinə toxunulan digər hüquqi
və fiziki şəxslərin qoyduqları şərtlər
yerinə yetirildiyi halda, öz səlahiyyətlərinə aid
olan sənədləri təsdiq edir və qanunvericiliklə
nəzərdə tutulmuş sənədlərin
hazırlanması üçün qəbul etdiyi
qərarın surətini və ayrılan torpağın
miqyaslı planını müvafiq olaraq Azərbaycan Respublikasının
Dövlət Torpaq Komitəsinə və Naxçıvan
Muxtar Respublikasının Dövlət Torpaq Komitəsinə
təqdim edir;[15]
b)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin və
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin
səlahiyyətinə aid olan sənədləri isə
aidiyyəti üzrə təqdim etmək üçün
yerli icra hakimiyyəti öz qərarı ilə birlikdə iki
nüsxədən ibarət olmaqla sifarişçiyə
qaytarır.
18.
Sifarişçi yerli icra hakimiyyətindən
aldığı sənədləri müvafiq olaraq Azərbaycan
Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabinetinin adına izahlı məktubu
(vəsatəti) ilə birlikdə iki nüsxədən
ibarət olmaqla müvafiq olaraq Azərbaycan
Respublikasının Dövlət Torpaq Komitəsinə və
Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq
Komitəsinə təqdim edir.
19.
Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsi
və Naxçıvan Muxtar Respublikasının Dövlət
Torpaq Komitəsi sifarişçi tərəfindən
təqdim olunmuş sənədləri 20 gün
müddətində ekspertizadan keçirir və öz
rəyi ilə birlikdə sənədlərin birinci
nüsxəsini müvafiq olaraq Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə və
Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabinetinə təqdim edir.
20. Torpaq
sahələrinin geri alınması və dövlət
ehtiyacları üçün ayrılması barədə
Azərbaycan Respublikasının Nazirlər Kabineti və
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
tərəfindən qərar qəbul edildikdən sonra
Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsi
və Naxçıvan Muxtar Respublikasının Dövlət
Torpaq Komitəsi 10 gün müddətində torpaq
sahəsinin planının, ölçüsünün
hazırlanması, təsdiqi və sifarişçiyə
təqdim edilməsi üçün müvafiq rayon (şəhər)
şöbəsinə göndərir.[16]
Torpaq üzərində hüquqlar
həmçinin daşınmaz əmlakın dövlət
reyestrində qeydiyyata alınmalıdır.[17]
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2000-ci
il 15 mart tarixli, 42 nömrəli qərarı ilə
TƏSDİQ edİlmİşdİr
Örüş, otlaq və
biçənək sahələrinin istifadəyə və
icarəyə verilməsi, habelə istifadə edilməsi
QAYDALARI [18]
I.
Ümumİ müddəalar
1.
Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid
olan yay və qış otlaqları, mal-qara
düşərgələri və köç yolları dövlətin
müstəsna mülkiyyətindədir. Örüş
sahələri və biçənəklər yerli icra
hakimiyyəti orqanlarının idarəçiliyində və
ya bələdiyyələrin mülkiyyətindədir.
Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara
uyğun olaraq mülkiyyətində və istifadəsində
mal-qara və davarlar olan fiziki və hüquqi
şəxslərin istifadəsinə qanunvericiliklə
müəyyən edilmiş qaydada verilir. Bələdiyyə
mülkiyyətində olan örüş sahələri
və biçənəklər istifadəyə yalnız
mülkiyyətində mal-qara və davarlar olan
bələdiyyə müəssisələrinə,
icarəyə isə qanunvericiliklə müəyyən
edilmiş qaydada verilir. Mal-qara düşərgələri
və köç yolları yalnız təyinatı
üzrə istifadə edilir. [19]
2. Yay
və qış otlaq sahələrinin, mal-qara
düşərgələrinin və köç
yollarının başqa məqsədlər üçün
istifadəsinə və kateqoriyalarının
dəyişdirilməsinə müvafiq olaraq Azərbaycan Respublikası Əmlak
Məsələləri Dövlət Komitəsinin və
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak
və Torpaq Məsələləri üzrə Dövlət
Komitəsinin vəsatətinə və
Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin razılığına
əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin
və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin
sərəncamı ilə icazə verilir.[20]
3. Yerli
icra hakimiyyəti orqanlarının idarəçiliyində
və ya bələdiyyələrin mülkiyyətində olan
kəndyanı örüş sahələri əhalinin
mal-qarası üçün ümumi istifadəyə
ayrılır. Ümumi istifadədə olan örüş
sahələri əhalinin istifadəsinə müddətsiz
verilir.
Ehtiyat fondu
torpaqlarında qalan örüş sahələri və
biçənəklər hüquqi və fiziki
şəxslərin icarəsinə yalnız açıq
torpaq hərracları və ya müsabiqələri
vasitəsilə verilir.[21]
Dövlət
mülkiyyətində olan örüş,
biçənək, yay və qış otlaq sahələrinin
icarəyə verilməsi “Torpaq icarəsi haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
həyata keçirilir.[22]
4.
Örüş otlaq sahələrinin və
biçənəklərin təyinatı üzrə
istifadə edilməsinə dövlət nəzarətini
öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının
Əmlak Məsələləri Dövlət Komitəsi
və Naxçıvan Muxtar Respublikasının Daşınmaz
Əmlak və Torpaq Məsələləri üzrə
Dövlət Komitəsi, habelə yerli icra
hakimiyyəti orqanları və bələdiyyələr həyata
keçirirlər.[23]
5.
Örüş, otlaq və biçənək
sahələrinin məhsuldarlığı və münbitliyi
təbii amillərin təsiri nəticəsində
itirilərsə, bu sahələr müvafiq yerli icra
hakimiyyəti orqanının və ya bələdiyyənin
vəsatətinə əsasən dövriyyədən
çıxarılaraq konservasiya edilir. Həmin
sahələrin sağlamlaşdırılması qaydası
müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
II.
Yay və qış otlaqlarının bölünməsİ
6. Yay
və qış otlaqları mülkiyyət formasından
asılı olmayaraq heyvandarlığın inkişafı
üçün təbii yem mənbəyi olmaqla, yem
ehtiyatının artırılması məqsədi ilə
istifadə edilir.
7. Yerli
icra hakimiyyəti orqanlarının və bələdiyyələrin
vəsatəti, habelə Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin, Azərbaycan Respublikası Əmlak
Məsələləri Dövlət Komitəsinin,
Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin, Naxçıvan Muxtar
Respublikası Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsinin
və Naxçıvan Muxtar Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin təklifləri
əsasında yay və qış otlaq sahələrinin
inzibati ərazi vahidləri üzrə bölgüsünü
Azərbaycan Respublikasının Nazirlər Kabineti və
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
təsdiq edir.[24]
8. Yay
və qış otlaq sahələrinin ərazi vahidinin
vahidlərinin arasında bölüşdürülməsi
zamanı aşağıdakı şərtlər
nəzərə alınır:[25]
a)
damazlıq heyvandarlıq təsərrüfatlarının
və bələdiyyə mülkiyyətində olan
müəssisələrin yay və qış otlaqlarına
olan tələbatı;[26]
b)mülkiyyət formasından
asılı olmayaraq, fiziki və hüquqi şəxslərin
yay və qış otlaqlarına tələbatı;
c)otlaq
sahələrinin yerləşdiyi yer;
ç)otlaq sahəsində
müvafiq tikililərin olması;
d)fiziki
və hüquqi şəxslərin mülkiyyətində,
yaxud istifadəsində olan otlaq sahələrində
davarların saxlanılması imkanı;
e)davarların sayı;
ə)otlaq
sahəsinin tutumu;
f)köç yolu ilə mal-qara
düşərgəsinin mövcud vəziyyəti.
9.
Dövlət, bələdiyyə və ya xüsusi
mülkiyyət formalı təsərrüfatların,
eləcə də digər fiziki və hüquqi
şəxslərin yay və qış otlaq
sahələrinə olan tələbatı haqqında
məlumatlar həmin təsərrüfatların
yerləşdiyi rayon (şəhər) icra hakimiyyəti
orqanları tərəfindən öyrənilərək,
hər ilin 1 mart tarixinə müvafiq siyahılar təsdiq
edilir və 10 gün müddətində yay və qış
otlaq sahələrinin yerləşdiyi rayon (şəhər)
icra hakimiyyəti orqanlarına və
bələdiyyələrə göndərilir.[27]
10. Bu
Qaydaların 9-cu hissəsində qeyd olunan siyahılar yay
və qış otlaq sahələrinin yerləşdiyi rayon
(şəhər) icra hakimiyyəti orqanlarına və ya
bələdiyyələrə təqdim olunduqdan sonra 20 gün
müddətində həmin
rayon (şəhər) üzrə Azərbaycan Respublikası
Əmlak Məsələləri Dövlət Komitəsinin
ərazi bölmələri və Naxçıvan Muxtar
Respublikası Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsinin
yerli bölmələri tərəfindən müvafiq torpaqayırma
sənədləri hazırlanır və təsdiq edilməsi
üçün yerli icra hakimiyyəti orqanlarına təqdim
edilir.[28]
Yerli icra
hakimiyyəti orqanları və ya bələdiyyələr 15
gün müddətində həmin müraciətə və
hazırlanmış sənədlərə baxaraq müvafiq
qərar qəbul edirlər.
Qərarda
aşağıdakılar göstərilir:
a) fiziki
və hüquqi şəxslərin istifadəsinə və ya
icarəsinə veriləcək otlaq sahəsinin nömrəsi
və adı;
b) otlaq
sahəsinin ölçüsü və yerləşdiyi
ərazi;
c)
sahənin torpaq və bitki örtüyünün
vəziyyəti;
ç)
həmin torpağın normativ qiyməti (dəyəri) barədə
nümunəsi əlavədə göstərilmiş
qaiməyə (sertifikata) uyğun olaraq məlumat;
d)
otlağın tutumu və su təminatı;
e) otlaq
sahəsində olan müvafiq tikili və obyektlərin adı,
sayı və ölçüsü;
ə)
tikili və obyektlərin mövcud istifadəyə
yararlılıq vəziyyəti.
11. Yerli
icra hakimiyyəti orqanının və ya
bələdiyyənin sərəncamı ilə
ayrılmış otlaq sahəsinin sərhədi yerquruluşu
xidməti tərəfindən yerdə (naturada) qoyulduqdan sonra
istifadəçi (icarəçi) ilə icarə
(istifadə) müqaviləsinin bağlanması
qanunvericiliklə müəyyən edilmiş qaydada həyata
keçirilir. [29]
12. Otlaq
sahəsindən müvəqqəti istifadə və icarə
müddəti başa çatdıqda, yeni müddət
üçün həmin sahənin istifadəsində və icarəsində
üstünlük hüququ əvvəlki
istifadəçiyə və icarəçiyə verilir.
İcarəyə verilmiş
bələdiyyə ehtiyat fondunun örüş və
biçənək sahələrinin icarə müddəti
başa çatdıqda, müqavilə qanunvericiliklə
müəyyən edilmiş qaydada keçirilən torpaq
hərracı və ya müsabiqəsi nəticəsində
uzadıla bilər. [30]
III.
Yay və qış otlaqlarının İstİfadəsİ
və İcarəsİ
13.
Dövlət və bələdiyyə mülkiyyətində
olan müəssisələrə yay və qış otlaq
sahələri qısa müddətli istifadəyə verilir,
digər hüquqi və fiziki şəxslərin
icarəsinə isə bir qayda olaraq 10 ildən 15 ilədək
verilir. Yay və qış otlaq sahəsinin üzərində
istifadə, icarə hüquqlarının qeydiyyatı
qanunvericiliklə nəzərdə tutulmuş qaydada
daşınmaz əmlakın dövlət reyestrində
aparılır. İcarənin şərtləri tərəflərin
razılığı ilə müəyyən edilir və
icarə müqaviləsində təsbit olunur. [31]
Qış otlaqlarına
tələbat hesablanarkən otlaqların bitki
örtüyündən, keyfiyyətindən, tutumundan,
habelə torpaqların mexaniki tərkibindən və humus
qatının qalınlığından asılı olaraq
hər hektara 1—4 baş, yay otlaqlarında isə iki
dəfə artıq davar otarılması nəzərdə
tutulur.
14.
Davarların baş sayı azaldıqda, yaxud sürü
tamamilə sıradan çıxdıqda və ya onların
mülkiyyətçisi dəyişdikdə istifadəsiz
qalmış otlaq sahələrindən (yaxud onun bir
hissəsindən) istifadə hüququna yerli icra hakimiyyəti
orqanının və ya bələdiyyənin
sərəncamı ilə xitam verilir. Əgər belə bir
hal bütövlükdə hər hansı inzibati ərazi
vahidinin ərazisində baş verərsə, onda otlaqların
istifadə edilməyən hissəsi Azərbaycan
Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
və Naxçıvan Muxtar Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin təklifi, Azərbaycan Respublikası Əmlak
Məsələləri Dövlət Komitəsinin və
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak
və Torpaq Məsələləri üzrə Dövlət
Komitəsinin razılığı
əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin
və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin
sərəncamı ilə həmin inzibati ərazi vahidinin
istifadəsindən geri alınıb, ehtiyacı olan digər
inzibati ərazi vahidinə verilir.[32]
15. Yay
və qış otlaqlarının istifadəsi və
icarəsi zamanı inzibati ərazi vahidləri daxilində
yaranmış mübahisə barədə müvafiq rayon,
şəhər torpaq şöbəsinə müraciət olunur.
Torpaq şöbəsində 10 gün müddətində
məsələ torpaq qanunvericiliyinin tələblərinə
uyğun olaraq araşdırılır və konkret
təkliflə müvafiq yerli icra hakimiyyəti orqanı və
ya bələdiyyə qarşısında vəsatət
qaldırılır.
16. Yeri
icra hakimiyyəti orqanı və ya bələdiyyə 15
gün ərzində həmin vəsatətə baxıb
müvafiq qərar qəbul edir.
Yay və
qış otlaqlarının istifadəsində inzibati
ərazi vahidləri arasında baş verən
mübahisələrə Azərbaycan
Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının
Daşınmaz Əmlak və Torpaq Məsələləri
üzrə Dövlət Komitəsi,
habelə Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi və Naxçıvan Muxtar
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
tərəfindən birgə baxılır və həll
edilir.[33]
17. Yay və qış otlaq
sahələrindən istifadəyə görə vergi
tutulması Azərbaycan Respublikasının Vergi
Məcəlləsi ilə, icarə haqqının
müəyyən edilməsi isə Azərbaycan
Respublikasının Torpaq Məcəlləsi ilə
tənzimlənir. [34]
IV.
Örüş sahələrİnİn və
bİçənəklərİn İstİfadəsİ
və İcarəsİ
18. Yerli
icra hakimiyyəti orqanlarının idarəçiliyində
və bələdiyyə mülkiyyətində olan
örüş sahələri və biçənəklər
ümumi istifadəyə, dövlət və
bələdiyyə mülkiyyətində olan
müəssisələrə qısamüddətli
istifadəyə yerli icra hakimiyyəti orqanlarının və
ya bələdiyyələrin sərəncamı
(qərarı) ilə bələdiyyənin ehtiyat torpaq fondunda
qalan örüş və biçənək
sahələrinin digər hüquqi şəxslərin
icarəsinə verilməsi qanunvericiliklə müəyyən
edilmiş qaydada həyata keçirilir. Ümumi
istifadəyə ayrılmış örüş
sahələri torpaq vergisinə cəlb edilmir. [35]
19.
Örüş sahələrinin və
biçənəklərin fiziki və hüquqi
şəxslərin istifadəsinə və ya icarəsinə
verilməsi üçün tələbat hesablanarkən
mal-qaranın sayından, torpaq ehtiyatlarının
həcmindən, sahənin tutumundan, coğrafi
yerləşməsindən, suvarma imkanından asılı
olaraq bu torpaqların dəmyə sahəsində hər
hektarda 2—3 baş davar və 1 baş iribuynuzlu mal-qara,
suvarılan sahəsində isə müvafiq olaraq iki
dəfə artıq davar və iribuynuzlu mal-qara
otarılması (yemləndirilməsi) nəzərdə
tutulur.
20.
İstifadəyə və icarəyə verilmiş
örüş sahələrinin və
biçənəklərin sərhədləri naturada mərz
nişanları ilə ayrılır,
istifadəçilərə və icarəçilərə
qanunvericiliyə uyğun olaraq müvafiq hüquqi
sənədlər verilir. [36]
21. Örüş sahələrinin
və biçənəklərin istifadəyə və
icarəyə verilməsi bu Qaydaların II və III
bölmələrinə uyğun olaraq həyata keçirilir.
V. Yay
və qış otlaqlarından, örüş
sahələrİndən və
bİçənəklərdən İstİfadədə
qanunverİcİlİyə əməl edİlməsİ
22. Fiziki
və hüquqi şəxslər onların istifadəsinə
və ya icarəsinə verilmiş yay və qış otlaq
sahələrindən, habelə örüş və
biçənəklərdən təyinatına uyğun olaraq
səmərəli istifadə etməlidirlər.
23. Yay
və qış otlaqlarını istifadəyə və
icarəyə götürən fiziki və hüquqi
şəxslər həmin sahənin 20—25 faizini dincə qoya
bilər və tələbata uyğun olaraq çoban
evləri, heyvandarlıq və digər
mədəni-məişət və istehsalat təyinatlı
tikililər tikə bilərlər (əsaslı tikinti aparmamaq
şərti ilə). Həmin tikintilər üçün
torpaq sahəsi yerli icra hakimiyyəti orqanının və ya
bələdiyyənin sərəncamı ilə torpaqayırma
qaydasında ayrılır.
24.
Otlaqların istifadə və ya icarə müddəti
qurtardıqdan sonra həmin sahə qanunvericiliklə
müəyyən edilmiş qaydada başqa istifadəçiyə
və ya icarəçiyə verildikdə, yaxud bu Qaydaların
14-cü maddəsinə əsasən otlaq sahələri geri
alındıqda yataqda olan tikililərin dəyəri
qarşılıqlı razılaşma əsasında yeni
istifadəçi və ya icarəçi tərəfindən
ödənilir. Razılaşma mümkün olmadıqda,
tikinti əvvəlki istifadəçi və ya icarəçi
tərəfindən sökülüb aparılır. [37]
25. Torpaq
istifadəçiləri və ya icarəçiləri
aşağıdakı şərtlərə əməl
etməyə borcludurlar:
a) otlaq
sahələrindən təyinatı üzrə
istifadəyə;
b) otlaq
sahələrindəki su mənbəyindən
səmərəli istifadəyə və onların qorunub
saxlanılmasına;
c) otlaq
sahələrindəki mərz nişanlarının
qorunmasına;
ç)
köç yolu və mal-qara düşərgəsinin
təyinatı üzrə istifadəsinə;
d) yataqlar
və otlaqlararası xüsusi yollardan istifadə
etməyə, lazımsız yol və cığırların
salınmasına yol verməməyə;
e)
otlaqlarda baytarlıq-sanitariya tələblərinə ciddi
riayət etməyə;
ə)
otlaqlarda iribuynuzlu mal-qaranın sürü halında
otarılmamasına.
26.
Quzuları və boğaz heyvanları yaşıl yemlə
təmin etmək məqsədi ilə istifadəyə və
ya icarəyə verilmiş qış otlağının
ümumi sahəsinin 3 faizindən çox olmayan hissəsi
yaşıl yem üçün arpa əkini altında
istifadə edilə bilər.
27. Fiziki
və hüquqi şəxslərin istifadəsinə və ya
icarəsinə verilmiş örüş, otlaq və
biçənək sahələrinin sərhədlərinin
dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanının
və ya bələdiyyənin sərəncamı ilə,
inzibati ərazi vahidlərinin arasında bu cür
dəyişikliklər müvafiq olaraq Azərbaycan Respublikası
Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin sərəncamı ilə həyata
keçirilir.
28.
Örüş, otlaq və biçənək
sahələrinin istifadəçiləri və
icarəçiləri tərəfindən həmin
sahələrin alınıb-satılmasına, girov
qoyulmasına, özbaşına dəyişdirilməsinə
və torpaq qanunvericiliyinin digər tələblərinin
pozulmasına yol verilmir.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
2000-ci il 15 oktyabr tarixli, 42 nömrəli
qərarı ilə
təsdiq edilmiş Qaydalarına
ƏLAVƏ
İSTİFADƏYƏ VƏ
İCARƏYƏ VERİLMİŞ OTLAQ SAHƏSİNİN
QAİMƏSİ (SERTİFİKATI)[38]
|
Sıra ¹-si |
Yaylaq və
qışlaq sahələrinin adı və nömrəsi |
Otlaq
tiplərin adı |
Otlağa
yararlı sahələr (hektarla) |
Yerüstü
kütləvi ot məhsuldarlığı (sentnerlə) |
Ümumi yem
ehtiyatı |
Otlağın
tutumu (xırda buynuzlu mal-qaranın baş hesabı ilə) |
|||
|
|
|
|
|
|
Quru yeyilən
kütlə |
Yem vahidi |
Mənimsənilən
protein |
1 hektarda |
Cəmi
sahədə |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
_____________________Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət
Komitəsinin ərazi bölməsinin müdiri Kadastr və
Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi M.Y._________________________________________________ M.Y.________________________________________ imza,
soyadı, adı və atasının adı imza, soyadı, adı
və atasının adı “________”________________________________2000-ci
il “________”___________________________2000-ci
il |
|
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart
tarixli, 42 nömrəli qərarı ilə TƏSDİQ
edİlmİşdİr |
Sənaye, nəqliyyat, rabitə
və digər təyinatlı torpaqların istifadəsi
QAYDALARI
1.
Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq
Məcəlləsinə və digər qanunvericilik
aktlarına uyğun olaraq Azərbaycan Respublikasının
ərazisində sənaye, nəqliyyat, rabitə və digər
təyinatlı torpaqların istifadəsi qaydalarını
tənzimləyir.
2.
Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai iaşə
və digər istehsal və xidmət obyektlərinin
yerləşdirilməsi (tikinti, yenidənqurma,
genişləndirmə işlərinin aparılması) və
fəaliyyəti üçün qanunvericiliklə
müəyyən edilmiş qaydada ayrılan və əldə
edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə
və digər təyinatlı torpaqlar sayılır.
3.
Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı
torpaqların fiziki və hüquqi şəxslərin (bundan
sonra — sifarişçi) istifadəsinə və
icarəsinə verilməsini öz səlahiyyəti
daxilində yerli icra hakimiyyəti orqanları və
bələdiyyələr qanunvericiliklə müəyyən
edilmiş qaydada həyata keçirirlər.[39]
4.
Ayrılmış torpaqdan tam və səmərəli
istifadə etmək üçün sifarişçi
tikiləcək obyektin əsas texniki-iqtisadi parametrlərini
müəyyənləşdirmək üçün
layihəqabağı araşdırmalar aparır. Təqribi
hesablamalar əsasında aparılan bu araşdırmalar
nəticəsində obyektin təyinatı, istehsalat və
həndəsi parametrləri, suya, elektrik enerjisinə,
istiliyə və s. tələbatı, istehsal və
məişət tullantılarının həcmi, nəqliyyat
kommunikasiyalarına qoşulma ehtiyacı, tikinti
üçün ayrılacaq torpaq sahəsinin
ölçüləri və digər ilkin texniki-iqtisadi
göstəricilər müəyyən edilir.
Aparılmış
layihəqabağı araşdırmalar nəticəsində
sifarişçi tikiləcək obyekt üçün torpaq
sahəsinin ayrılmasına dair müvafiq vəsatət hazırlayır.
Torpaq
sahəsinin ayrılması haqqında sifarişçinin
vəsatətinə yerli icra hakimiyyəti orqanları və
bələdiyyələr 30 gün müddətində
baxır və müvafiq qərar qəbul edirlər. Digər
təyinatlı torpaqlar «Bələdiyyə torpaqlarının
ayrılmasına dair sənədlərin hazırlanması
və razılaşdırılması qaydaları haqqında
Əsasnamə»yə uyğun olaraq qanunvericiliklə
müəyyən edilmiş qaydada həyata keçirilir.[40]
5.
Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı
obyektlər əsasən təsdiq olunmuş rayon planlaşma
layihəsində və yaşayış
məntəqələrinin baş planlarında nəzərdə
tutulmuş ərazilərdə Dövlət
Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, Əmlak
Məsələləri Dövlət Komitəsi və mənafeyinə toxunulan digər
təşkilatlarla razılaşdırılmaqla
yerləşdirilməlidir.[41]
6.
Layihəqabağı araşdırmalara istinad edərək,
sənaye obyektləri üçün ayrılmış
torpaq sahəsi istehsalatın nəqliyyat və mühəndis
xətlərinin əhatədəki müəssisə və
yaşayış məntəqələri ilə
əlaqəli təşkilini, eyni zamanda həmin
müəssisənin fəaliyyətinə lazım olan
suburaxma, təmizləyici qurğu və başqa obyektlərin
yerləşdirilməsini təmin etməlidir.
7.
Sənaye obyektləri yerləşdirildikdə torpaqdan
istifadə daha səmərəli və iqtisadi
cəhətdən əlverişli olmalı, habelə torpaq
istifadəçisinə vurulan ziyan və əldən
çıxan gəlir ödənilməlidir.
8.
Layihələşdirmə zamanı tikiləcək (qurulacaq)
obyektlər arasında istifadəsiz torpaq sahəsinin
yaranmasına yol verilməməlidir.
9.
Sənaye obyektləri yerləşdirilərkən onların
arasındakı tələb olunan sanitar və yanğından
mühafizə məqsədi ilə verilən
məsafələr normadan artıq olmamalı və
kommunikasiya xətləri maksimum qısa olmalıdır.
10.
Sənaye müəssisələri texnoloji proseslərlə
əlaqədar olaraq ətraf mühitə ziyan verdiyi
üçün yaşayış və ictimai binalardan
sanitar-mühafizə zonası ilə ayrılmalıdır.
Mühafizə zonasının hüdudlarında torpaq
mülkiyyətçiləri, istifadəçiləri və
icarəçiləri bu zonalar üçün təsdiq
edilmiş qaydalara əməl etməyə borcludurlar.
11.
Sənaye, nəqliyyat, rabitə və digər
təyinatlı, torpaqların istifadəsi
nəticəsində yaranan istehsal tullantıları və
çirkab suları ilə əlaqədar ətraf mühitin
çirklənməsinə qarşı tədbirlər
görülməli, həmin obyektlərin yerləşəcəyi
torpağın 15—20 sm-lik yuxarı (üst) məhsuldar qatı
götürülərək az məhsuldar sahələrə
köçürülməli və planlaşma həllinin
texniki-iqtisadi cəhətdən ən əhəmiyyətlisi
seçilməlidir.
12.
Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı
obyektlərin yerləşdirilməsi üçün torpaq
sahəsinin sərhədləri yerli icra hakimiyyətinin və
bələdiyyənin müvafiq xidmətləri
(memarlıq-tikinti, yerquruluşu) tərəfindən naturada
(yerdə) müəyyən edilərək, torpaqdan istifadə
hüququna dair müvafiq sənədlə (dövlət
aktı, şəhadətnamə) və tikinti aparmaq üçün
zəruri şərtlərlə birlikdə
sifarişçiyə təhvil verilir.
13.
Sifarişçiyə mənsub olan torpaq sahəsində yeni
təyinatlı obyekt tikintisi aparmaq üçün bu Qaydalara
uyğun yenidən razılaşdırmalar
aparılmalıdır.
Torpaq
sahəsinin ayrılması və mövcud istifadədən
çıxarılması ilə əlaqədar
torpağın qiymətinin, dəyəcək ziyanın və
əldən çıxacaq gəlirin sifarişçi
tərəfindən torpaq sahibinə ödənilməsi
qaydası qüvvədə olan normativ hüquqi aktlarla
tənzimlənir.
14.
Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı
obyektlərin tikintisi üçün torpaq sahələrinin
ayrılması ilə əlaqədar texniki-iqtisadi
göstəricilərin və digər sənədlərin
hazırlanması, razılaşdırılması,
tərtibatı və sair xərclər sifarişçinin
vəsaiti hesabına həyata keçirilir. Torpaq sahəsi ayrılarkən həmin
torpaq sahəsində həyata keçirilməsi
nəzərdə tutulan tikinti niyyətinin müvafiq
ərazinin şəhərsalma sənədlərinə (qüvvədə
olan müfəssəl plana, belə plan olmadıqda və ya
onun müddəti bitdikdə, tikintiyə icazə
verilməsinin mümkünlüyünün Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti
Məcəlləsinin 11-ci maddəsinə, o
cümlədən ərazilərin
zonalaşdırılması, tikintinin növü və
miqyası ilə bağlı müfəssəl qaydalara və
yaşayış məntəqələrində yanaşı
sahələrdə tikinti aparılmasının əsas
şərtlərinə) uyğunluğu barədə rəy
verilməsinə görə sifarişçi Azərbaycan
Respublikasının Torpaq Məcəlləsinin 56-cı
maddəsinin 10-cu bəndi ilə müəyyən edilən
qaydada xidmət haqqı ödəyir.[42]
15.
Torpaqların vəziyyətinə zərərli təsir
göstərə bilən təzə tikililər, qurğular
və yenidən qurulan obyektlər
yerləşdirilərkən, layihələşdirilərkən,
tikilərkən və istismara verilərkən, habelə yeni
texnologiyalar tətbiq edilərkən torpaqların
mühafizəsi sahəsində tədbirlər
nəzərdə tutulmalı və həyata
keçirilməlidir.
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1. 1 may 2000-ci il
tarixli 79 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 5, maddə 360)
2. 22 fevral 2001-ci il tarixli 38 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 2, maddə 116)
3. 30 iyul 2002-ci il
tarixli 118 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 7, maddə 455)
4. 6 sentyabr 2004-cü il tarixli 123 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 9, maddə 741)
5. 7 yanvar 2005-ci il
tarixli 5 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 1, maddə 49)
6. 14 dekabr 2005-ci
il tarixli 228 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 12, maddə 1228)
7. 13 sentyabr
2006-cı il tarixli 207 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 9, maddə 822)
8. 20 noyabr
2006-cı il tarixli 242 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə 994)
9. 5 fevral 2008-ci il
tarixli 27 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 108)
10. 23 aprel 2008-ci il
tarixli 94 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 4, maddə 314)
11. 6 may 2008-ci il
tarixli 109 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 5, maddə 432)
12. 17 fevral 2009-cu
il tarixli 29 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009-cu il, ¹02, maddə 152)
13. 23 avqust 2010-cu
il tarixli 156 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, ¹08, maddə 765)
14. 21 iyun 2013-cü il tarixli 156 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 iyun
2013-cü il, ¹ 139; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 06,
maddə 767)
15. 4 noyabr 2015-ci il tarixli 354 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11, maddə 1418)
16. 28 avqust 2018-ci il tarixli 362 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 avqust 2018-ci il,
¹ 192, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹8, maddə 1813)
17. 13 iyun 2019-cu il
tarixli 268 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 15 iyun 2019-cu il, ¹ 129, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹6, maddə 1157)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 5 fevral
2008-ci il tarixli 27 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 108) ilə 1-ci
bəndində “və ictimai
ehtiyaclar” sözləri “ehtiyacları”
sözü ilə əvəz edilmişdir.
23
avqust 2010-cu il tarixli 156
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹08, maddə)
ilə 1-ci bəndindən “Torpaq
sahələrinin geri alınması, dövlət
ehtiyacları üçün ayrılması barədə
vəsatətlərin qaldırılması və onlara
baxılması Qaydaları” sözləri
çıxarılmışdır.
[2] 4
noyabr 2015-ci il tarixli 354
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11,
maddə 1418) ilə “Kənd təsərrüfatı
və meşə təsərrüfatı istehsalı
itkilərinin və ziyanının miqdarının
müəyyən edilməsi və ödənilməsi
Qaydaları”nın 4-cü və 5-ci hissələrində “Dövlət Torpaq Komitəsinin
yerli xəzinədarlıqda olan” sözləri “Əmlak Məsələləri
Dövlət Komitəsinin” sözləri ilə
əvəz edilmişdir.
[3]
7 yanvar 2005-ci il tarixli 5 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 1, maddə 49) ilə
"Torpaq sahələrinin geri alınması və
dövlət və ictimai ehtiyaclar üçün
ayrılması barədə vəsatətlərin
qaldırılması və onlara baxılması
Qaydaları"nın 8-ci bəndinin beşinci abzasında "Dövlət Geologiya və
Mineral Ehtiyatlar Komitəsinin" sözləri, 10-cu
bəndində "Dövlət
Ekologiya və Təbiətdən İstifadəyə
Nəzarət Komitəsi, Dövlət Geologiya və Mineral
Ehtiyatlar Komitəsi" və
"Azərbmeşə" İstehsalat Birliyi"
sözləri, 17-ci bəndinin "a"
yarımbəndində "Dövlət
Ekologiya və Təbiətdən İstifadəyə
Nəzarət Komitəsinin, Dövlət Geologiya və Mineral
Ehtiyatlar Komitəsinin" sözləri ismin müvafiq
hallarında "Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
[4]
5 fevral 2008-ci il tarixli 27 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 108) ilə "Torpaq sahələrinin geri alınması
və dövlət və ictimai ehtiyaclar üçün
ayrılması barədə vəsatətlərin
qaldırılması və onlara baxılması
Qaydaları"nın preambulasında “və ictimai ehtiyaclar” sözləri “ehtiyacları” sözü ilə əvəz
edilmişdir.
[5]
6 sentyabr 2004-cü il tarixli 123 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 9, maddə 741) ilə "Torpaq sahələrinin geri alınması
və dövlət və ictimai ehtiyaclar üçün
ayrılması barədə vəsatətlərin
qaldırılması və onlara baxılması
Qaydaları"nın 1-ci bənddə "vəsatət qaldıran" sözləri "vəsatət qaldıran
aidiyyəti orqanların" sözləri ilə
əvəz edilmişdir.
[6]
14 dekabr 2005-ci il tarixli 228 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 12, maddə 1228) ilə "Torpaq sahələrinin geri alınması
və dövlət və ictimai ehtiyaclar üçün
ayrılması barədə vəsatətlərin
qaldırılması və onlara baxılması
Qaydaları"nın 5-ci bəndində «Hüquqi və fiziki
şəxslərə istifadəyə verilmiş torpaq
sahəsi dövlət, bələdiyyə və ictimai
ehtiyaclar» sözləri «Dövlət
və ya bələdiyyə mülkiyyətində olan fiziki
və hüquqi şəxslərə istifadəyə
verilmiş torpaq sahələri dövlət və ictimai
ehtiyaclar» sözləri ilə əvəz edilmişdir.
5 fevral 2008-ci il tarixli 27 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 2, maddə 108) ilə "Torpaq
sahələrinin geri alınması və dövlət və
ictimai ehtiyaclar üçün ayrılması barədə
vəsatətlərin qaldırılması və onlara
baxılması Qaydaları"nın 5-ci bəndində
“və ictimai ehtiyaclar
üçün” sözləri “ehtiyacları üçün torpaq sahələri
istifadəçilərinin razılığı olduqda,”
sözləri ilə əvəz edilmişdir və bu
bəndə ikinci cümlə əlavə edilmişdir.
[7]
6 sentyabr 2004-cü il tarixli 123 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 9, maddə 741) ilə "Torpaq sahələrinin geri alınması
və dövlət və ictimai ehtiyaclar üçün
ayrılması barədə vəsatətlərin
qaldırılması və onlara baxılması
Qaydaları"nın 5-ci və 6-cı bəndlər yeni
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
5.
Mülkiyyətdə, istifadədə və icarədə olan
torpaqların məcburi geri alınması Azərbaycan
Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabinetinin və ya
bələdiyyənin vəsatəti əsasında
məhkəmənin qərarı ilə həyata
keçirilir.
6.
Xüsusi mülkiyyətdə olan torpaqların məcburi
satın alınmasına yalnız mühüm dövlət,
bələdiyyə və ictimai obyektlərin
yerləşdirilməsi məqsədi ilə yol verilir.
6 sentyabr 2004-cü il tarixli 123 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2002-ci il, ¹ 9, maddə 741) ilə "Torpaq
sahələrinin geri alınması və dövlət və
ictimai ehtiyaclar üçün ayrılması barədə
vəsatətlərin qaldırılması və onlara
baxılması Qaydaları"nın 6-cı
bəndində «özgəninkiləşdirilməsi»
sözü «geri alınması»
sözləri ilə əvəz edilmişdir.
5
fevral 2008-ci il tarixli 27 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 108) ilə "Torpaq sahələrinin geri alınması
və dövlət və ictimai ehtiyaclar üçün
ayrılması barədə vəsatətlərin
qaldırılması və onlara baxılması
Qaydaları"nın 6-cı bəndində “və ictimai ehtiyaclar”
sözləri “ehtiyacları”
sözü ilə əvəz edilmişdir.
[8]
6 sentyabr 2004-cü il tarixli 123 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 9, maddə 741) ilə "Torpaq sahələrinin geri alınması
və dövlət və ictimai ehtiyaclar üçün
ayrılması barədə vəsatətlərin
qaldırılması və onlara baxılması
Qaydaları"nın 8-ci bəndin birinci abzasında və
16-cı bəndin birinci abzasında "marağı olan" sözləri "marağı olan aidiyyəti
orqanlar" sözləri ilə əvəz edilmişdir.
5
fevral 2008-ci il tarixli 27 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 108) ilə "Torpaq sahələrinin geri alınması
və dövlət və ictimai ehtiyaclar üçün
ayrılması barədə vəsatətlərin
qaldırılması və onlara baxılması
Qaydaları"nın 8-ci bəndində “və ictimai ehtiyaclar”
sözləri “ehtiyacları”
sözü ilə əvəz edilmişdir.
[9]
6 sentyabr 2004-cü il tarixli 123 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 9, maddə 741) ilə "Torpaq sahələrinin geri alınması
və dövlət və ictimai ehtiyaclar üçün
ayrılması barədə vəsatətlərin
qaldırılması və onlara baxılması
Qaydaları"nın 9-cu bəndin birinci abzasında "mülkiyyətçilərinin,
istifadəçilərinin və icarəçilərinin"
sözləri "istifadəçilərinin"
sözü ilə, ikinci abzasında "mülkiyyətçisinin, istifadəçisinin və
icarəçisinin" sözləri "istifadəçilərinin" sözü ilə
əvəz edilmişdir.
[10]
13 sentyabr 2006-cı il tarixli 207 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 9, maddə 822) ilə "Torpaq sahələrinin geri alınması
və dövlət və ictimai ehtiyaclar üçün
ayrılması barədə vəsatətlərin
qaldırılması və onlara baxılması
Qaydaları"nın 10-cu
bəndində “şəhər
və qəsəbə hüdudlarında
yerləşəcək obyektlərə dair
münasibətdə -” sözlərindən sonra “öz səlahiyyətləri
daxilində Fövqəladə Hallar Nazirliyi,”
sözləri əlavə edilmişdir.
6
may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 5, maddə 432) ilə «Torpaq sahələrinin
geri alınması və dövlət ehtiyacları
üçün ayrılması barədə vəsatətlərin
qaldırılması və onlara baxılması
Qaydaları»nın 10-cu bəndində «Dövlət Tikinti və Arxitektura Komitəsi»
sözləri «Dövlət
Şəhərsalma və Arxitektura Komitəsi»
sözləri ilə əvəz edilmişdir.
[11]
30 iyul 2002-ci il tarixli 118 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 7, maddə 455) ilə "Torpaq sahələrinin geri alınması
və dövlət və ictimai ehtiyaclar üçün
ayrılması barədə vəsatətlərin
qaldırılması və onlara baxılması
Qaydaları"nın 11-ci bəndin birinci abzasında
"və ziyanın"
sözlərindən sonra "habelə
qanunvericiliklə nəzərdə tutulmuş digər
xərclərin" sözləri əlavə
edilmişdir.
6
sentyabr 2004-cü il tarixli 123 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 9, maddə 741) ilə "Torpaq sahələrinin geri alınması
və dövlət və ictimai ehtiyaclar üçün
ayrılması barədə vəsatətlərin
qaldırılması və onlara baxılması
Qaydaları"nın 11-ci bəndin birinci abzasından
"geri alınması və" sözləri
çıxarılmışdır.
5
fevral 2008-ci il tarixli 27 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 108) ilə "Torpaq sahələrinin geri alınması
və dövlət və ictimai ehtiyaclar üçün
ayrılması barədə vəsatətlərin
qaldırılması və onlara baxılması
Qaydaları"nın 11-ci bəndində “və ictimai ehtiyaclar”
sözləri “ehtiyacları”
sözü ilə əvəz edilmişdir.
[12] 22 fevral 2001-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2001-ci il, ¹ 2, maddə 116) ilə "Torpaq
sahələrinin geri alınması və dövlət və
ictimai ehtiyaclar üçün ayrılması barədə
vəsatətlərin qaldırılması və onlara
baxılması Qaydaları"nın 15-ci bənddən
"inzibati ərazisində"
sözləri çıxarılsın və həmin
bəndə "sahələrinin
yerləşdiyi" sözlərindən sonra "ərazinin" sözü
əlavə edilmişdir.
[13]
6 sentyabr 2004-cü il tarixli 123 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 9, maddə 741) ilə "Torpaq sahələrinin geri alınması
və dövlət və ictimai ehtiyaclar üçün
ayrılması barədə vəsatətlərin
qaldırılması və onlara baxılması
Qaydaları"nın 16-cı bəndin birinci abzasında
"marağı olan"
sözləri "marağı
olan aidiyyəti orqanlar" sözləri ilə
əvəz edilmişdir.
[14]
30 iyul 2002-ci il tarixli 118 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 7, maddə 455) ilə "Torpaq sahələrinin geri alınması
və dövlət və ictimai ehtiyaclar üçün
ayrılması barədə vəsatətlərin
qaldırılması və onlara baxılması
Qaydaları"nın 16-cı bəndin altıncı
abzasında "ziyanın"
sözündən sonra "qanunvericiliklə
nəzərdə tutulmuş digər xərclərin"
sözləri əlavə edilmişdir.
[15]
20 noyabr 2006-cı il tarixli 242 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə 994) ilə "Torpaq sahələrinin geri alınması
və dövlət və ictimai ehtiyaclar üçün
ayrılması barədə vəsatətlərin
qaldırılması və onlara baxılması
Qaydaları"nın 17-ci bəndin “a”
yarımbəndində “torpağa
mülkiyyət və istifadə hüququna dair Dövlət
aktının və ya Şəhadətnamənin ”
sözləri “qanunvericiliklə
nəzərdə tutulmuş sənədlərin”
sözləri ilə əvəz edilmişdir.
[16]
1 may 2000-ci il tarixli 79 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 5, maddə 360) ilə "Torpaq sahələrinin geri alınması
və dövlət və ictimai ehtiyaclar üçün
ayrılması barədə vəsatətlərin
qaldırılması və onlara baxılması
Qaydaları"nın 20-ci bəndində "təsdiq etmək və
sifarişçiyə təqdim etmək üçün
müvafiq yerli icra hakimiyyətlərinə və ya
bələdiyyələrə" sözləri "torpaq üzərində
hüquqların dövlət qeydiyyatına alınması
və sifarişçiyə təqdim edilməsi
üçün müvafiq rayon (şəhər) torpaq
şöbəsinə" sözləri ilə
əvəz edilmişdir.
20
noyabr 2006-cı il tarixli 242 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə 994) ilə "Torpaq sahələrinin geri alınması
və dövlət və ictimai ehtiyaclar üçün
ayrılması barədə vəsatətlərin
qaldırılması və onlara baxılması
Qaydaları"nın 20-ci bəndin birinci abzasında “torpağa mülkiyyət və
istifadə hüququna dair Dövlət aktı və ya
Şəhadətnamə hazırlayır, onu torpaq
üzərində hüquqların dövlət qeydiyyatına
alınması və sifarişçiyə təqdim
edilməsi üçün müvafiq rayon (şəhər)
torpaq şöbəsinə” sözləri “torpaq sahəsinin planının,
ölçüsünün hazırlanması, təsdiqi
və sifarişçiyə təqdim edilməsi
üçün müvafiq rayon (şəhər) şöbəsinə
” sözləri ilə əvəz edilmişdir.
5
fevral 2008-ci il tarixli 27 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 108) ilə "Torpaq sahələrinin geri alınması
və dövlət və ictimai ehtiyaclar üçün
ayrılması barədə vəsatətlərin
qaldırılması və onlara baxılması
Qaydaları"nın 20-ci bəndində “və ictimai ehtiyaclar”
sözləri “ehtiyacları”
sözü ilə əvəz edilmişdir.
[17]
30 iyul 2002-ci il tarixli 118 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 7, maddə 455) ilə "Torpaq sahələrinin geri alınması
və dövlət və ictimai ehtiyaclar üçün
ayrılması barədə vəsatətlərin
qaldırılması və onlara baxılması
Qaydaları"nın 20-ci bəndinə ikinci abzas
əlavə edilmişdir.
[18] 20 noyabr 2006-cı il tarixli 242 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı
il, ¹ 11, maddə 994) ilə “Örüş, otlaq və
biçənək sahələrinin istifadəyə və
icarəyə verilməsi, habelə istifadə edilməsi
Qaydaları ”nda Qaydaların
mətnində ismin müvafiq hallarında “Dövlət Torpaq Komitəsi ” sözləri
müvafiq olaraq “Dövlət
Torpaq və
Xəritəçəkmə Komitəsi ” sözləri
ilə əvəz edilmişdir.
[19] 17 fevral 2009-cu il tarixli 29 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il,
¹02, maddə 152) ilə 1-ci
bəndin üçüncü cümləsi yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Onlar bu Qaydalara
uyğun olaraq mülkiyyətində və istifadəsində
mal-qara və davarlar olan fiziki və hüquqi
şəxslərin haqqı ödənilməklə
istifadəsinə və ya icarəsinə verilir.
[20] 4
noyabr 2015-ci il tarixli 354
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11,
maddə 1418) ilə 2-ci hissədə “Azərbaycan Respublikası Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsinin və
Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsinin” sözləri
“Azərbaycan Respublikası
Əmlak Məsələləri Dövlət Komitəsinin
və Naxçıvan Muxtar Respublikası Daşınmaz
Əmlak və Torpaq Məsələləri üzrə
Dövlət Komitəsinin” sözləri ilə
əvəz edilmişdir.
[21] 17 fevral 2009-cu il tarixli 29 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il,
¹02, maddə 152) ilə
3-cü bəndin ikinci abzasında «haqqı ödənilməklə» sözləri «yalnız açıq torpaq
hərracları və ya müsabiqələri
vasitəsilə» sözləri ilə əvəz
edilmişdir.
[22] 28 avqust 2018-ci il tarixli 362 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 avqust 2018-ci il,
¹ 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹8, maddə 1813) ilə “Örüş, otlaq
və biçənək sahələrinin istifadəyə
və icarəyə verilməsi, habelə istifadə
edilməsi Qaydaları”nın 3-cü hissəsinə yeni məzmunda
üçüncü abzas əlavə edilmişdir.
[23] 4
noyabr 2015-ci il tarixli 354
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11,
maddə 1418) ilə 4-cü hissədə “Azərbaycan Respublikasının Dövlət Torpaq
və Xəritəçəkmə Komitəsi və
Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq
və Xəritəçəkmə Komitəsi”
sözləri “Azərbaycan
Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi və Naxçıvan Muxtar
Respublikasının Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsi”
sözləri ilə əvəz edilmişdir.
[24] 4
noyabr 2015-ci il tarixli 354
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11,
maddə 1418) ilə 7-ci hissədə “Azərbaycan Respublikası Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsinin” sözləri
“Azərbaycan Respublikası Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət
Komitəsinin” sözləri ilə, “Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq
və Xəritəçəkmə Komitəsinin”
sözləri “Naxçıvan
Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsinin”
sözləri ilə, “razılığı”
sözü “təklifləri”
sözü ilə əvəz edilmişdir.
[25] 22 fevral 2001-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2001-ci il, ¹ 2, maddə 116) ilə "Torpaq
sahələrinin geri alınması və dövlət və
ictimai ehtiyaclar üçün ayrılması barədə
vəsatətlərin qaldırılması və onlara
baxılması Qaydaları"nın 8-ci bəndin 1-ci
abzasında "inzibati
ərazinin" sözləri "ərazi vahidinin" sözləri ilə
əvəz edilmişdir.
[26] 23 aprel 2008-ci il tarixli 94 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 4, maddə 314) ilə
«Örüş, otlaq və biçənək
sahələrinin istifadəyə və icarəyə
verilməsi, habelə istifadə edilməsi Qaydaları»
nın 8-ci bəndinin a) yarımbəndində «dövlət damazlıq
təsərrüfatlarının» sözləri «damazlıq heyvandarlıq
təsərrüfatlarının» sözləri ilə
əvəz edilmişdir.
[27] 21
iyun 2013-cü il tarixli 156
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti, 29 iyun 2013-cü il, ¹ 139; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 06,
maddə 767) ilə 9-cu hissə yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
9. Yay və qış otlaq
sahələrinin yerlərdə dövlət,
bələdiyyə və ya xüsusi mülkiyyət
formalı təsərrüfatlar, eləcə də digər
fiziki və hüquqi şəxslər arasında
bölüşdürülməsi yerli icra hakimiyyəti
orqanlarının və ya bələdiyyələrin
sərəncamı ilə həyata keçirilir.
[28] 21
iyun 2013-cü il tarixli 156
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti, 29 iyun 2013-cü il, ¹ 139; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 06,
maddə 767) ilə 10-cu hissənin birinci abzası
yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
10. Fiziki və
hüquqi şəxslər onların yay və qış otlaq
sahələrinə olan tələbatlarının
ödənilməsi barədə yerli icra hakimiyyəti
orqanlarına və ya bələdiyyələrə
müraciət edirlər. Bu müraciətlərin
əsasında Azərbaycan Respublikası Dövlət Torpaq
və Xəritəçəkmə Komitəsinin və
Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsinin yerli torpaq
şöbələri tərəfindən müvafiq
torpaqayırma sənədləri hazırlanır.
4
noyabr 2015-ci il tarixli 354
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11,
maddə 1418) ilə 10-cu hissənin birinci abzasında “Azərbaycan Respublikası
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin və Naxçıvan Muxtar Respublikası
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin həmin rayon (şəhər) torpaq
şöbələri” sözləri “həmin rayon (şəhər) üzrə Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət
Komitəsinin ərazi bölmələri və
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak
və Torpaq Məsələləri üzrə Dövlət
Komitəsinin yerli bölmələri” sözləri ilə
əvəz edilmişdir.
[29] 20 noyabr 2006-cı il tarixli 242 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 11, maddə 994) ilə “Örüş, otlaq
və biçənək sahələrinin istifadəyə
və icarəyə verilməsi, habelə istifadə
edilməsi Qaydaları ”nda 11-ci bənddə “istifadəçiyə (icarəçiyə) otlaq
torpaqlarından müvəqqəti istifadə hüququna dair
Şəhadətnamənin hazırlanması və
verilməsi (icarə müqaviləsinin bağlanması)”
sözləri “istifadəçi
(icarəçi) ilə icarə (istifadə)
müqaviləsinin bağlanması” sözləri ilə
əvəz edilmişdir.
[30] 17 fevral 2009-cu il tarixli 29 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il,
¹02, maddə 152) ilə 12-ci
bəndə yeni məzmunda ikinci abzas əlavə
edilmişdir.
[31] 20 noyabr 2006-cı il tarixli 242 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 11, maddə 994) ilə “Örüş, otlaq
və biçənək sahələrinin istifadəyə
və icarəyə verilməsi, habelə istifadə
edilməsi Qaydaları ”nda 13-cü bəndin birinci
abzasının ikinci cümləsi aşağıdakı
redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Yay və
qış otlaq sahəsinin istifadəsi və ya icarəsi
«Torpaqdan müvəqqəti istifadə hüququna dair
Şəhadətnamə» və ya torpağın
icarəyə verilməsinə dair «Müqavilə» ilə
rəsmiləşdirilir.
[32] 4
noyabr 2015-ci il tarixli 354
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11,
maddə 1418) ilə 14-cü hissədə “Azərbaycan Respublikası
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin və Naxçıvan Muxtar Respublikası
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin”
sözləri “Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət
Komitəsinin və Naxçıvan Muxtar Respublikası Daşınmaz
Əmlak və Torpaq Məsələləri üzrə
Dövlət Komitəsinin” sözləri ilə
əvəz edilmişdir.
[33] 4
noyabr 2015-ci il tarixli 354
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11,
maddə 1418) ilə 16-cı hissənin birinci ikinci abzasında “Azərbaycan Respublikasının
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi və Naxçıvan Muxtar Respublikasının
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi” sözləri “Azərbaycan
Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi və Naxçıvan Muxtar
Respublikasının Daşınmaz Əmlak və Torpaq
Məsələləri üzrə Dövlət Komitəsi”
sözləri ilə əvəz edilmişdir.
[34] 20 noyabr 2006-cı il tarixli 242 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 11, maddə 994) ilə “Örüş, otlaq
və biçənək sahələrinin istifadəyə
və icarəyə verilməsi, habelə istifadə
edilməsi Qaydaları ”nda 17-ci bənddə “Torpaq vergisi
haqqında ” Azərbaycan
Respublikasının Qanunu” sözləri “Azərbaycan Respublikasının Vergi Məcəlləsi” sözləri ilə
əvəz edilmişdir.
[35] 17 fevral 2009-cu il tarixli 29 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il,
¹02, maddə 152) ilə 18-ci
bənddə «və digər
hüquqi şəxslərin icarəsinə verilməsi yerli
icra hakimiyyəti orqanlarının və ya
bələdiyyələrin sərəncamı (qərarı)
ilə» sözləri «yerli
icra hakimiyyəti orqanlarının və ya
bələdiyyələrin sərəncamı (qərarı)
ilə bələdiyyənin ehtiyat torpaq fondunda qalan
örüş və biçənək sahələrinin
digər hüquqi şəxslərin icarəsinə
verilməsi qanunvericiliklə müəyyən edilmiş
qaydada» sözləri ilə əvəz edilmişdir.
[36] 20 noyabr 2006-cı il tarixli 242 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 11, maddə 994) ilə “Örüş, otlaq
və biçənək sahələrinin istifadəyə
və icarəyə verilməsi, habelə istifadə
edilməsi Qaydaları ”nda 20-ci
bəndin birinci abzasında “hüquqi
” sözü çıxarılmışdır.
[37] 17 fevral 2009-cu il tarixli 29 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il,
¹02, maddə 152) ilə
24-cü bəndin birinci cümləsində «həmin sahə» sözlərindən sonra «qanunvericiliklə
müəyyən edilmiş qaydada» sözləri
əlavə edilmişdir.
[38] 4
noyabr 2015-ci il tarixli 354
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11,
maddə 1418) ilə “İstifadəyə və ya
icarəyə verilmiş otlaq sahəsinin qaiməsi
(sertifikatı)”nda “rayon torpaq
şöbəsinin” sözləri “Azərbaycan Respublikası Əmlak
Məsələləri Dövlət Komitəsinin ərazi
bölməsinin” sözləri ilə, “Dövlət Yerquruluşu Layihə İnstitutu”
sözləri “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat
Mərkəzi” sözləri ilə əvəz
edilmişdir.
[39] 17 fevral 2009-cu il tarixli 29 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il,
¹02, maddə 152) ilə
3-cü bənddə «yerli icra
hakimiyyəti orqanları və bələdiyyələr»
sözlərindən sonra «qanunvericiliklə
müəyyən edilmiş qaydada» sözləri
əlavə edilmişdir.
[40] 17 fevral 2009-cu il tarixli 29 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il,
¹02, maddə 152) ilə
4-cü bəndin üçüncü abzasından «və bələdiyyələr»
sözləri çıxarılmışdır və bu
bəndə yeni məzmunda ikinci cümlə əlavə
edilmişdir.
[41]
7 yanvar 2005-ci il tarixli 5 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 1, maddə 49) ilə
"Sənaye, nəqliyyat, rabitə və digər
təyinatlı torpaqların istifadəsi
Qaydaları"nın 5-ci bəndində "Dövlət Ekologiya və Təbiətdən
İstifadəyə Nəzarət Komitəsi"
sözləri "Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyi" sözləri ilə əvəz
edilmişdir.
6 may 2008-ci il tarixli 109 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 5, maddə 432) ilə
«Sənaye, nəqliyyat, rabitə və digər
təyinatlı torpaqların istifadəsi Qaydaları»nın
5-ci bəndində «Dövlət
Tikinti və Arxitektura Komitəsi» sözləri «Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi» sözləri ilə
əvəz edilmişdir.
4
noyabr 2015-ci il tarixli 354
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11,
maddə 1418) ilə “Sənaye, nəqliyyat, rabitə və
digər təyinatlı torpaqların istifadəsi
Qaydaları”nın 5-ci hissəsində “Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi” sözləri “Əmlak
Məsələləri Dövlət Komitəsi”
sözləri ilə əvəz edilmişdir.
[42] 13
iyun 2019-cu
il tarixli 268 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyun 2019-cu il, ¹ 129,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹6, maddə 1157) ilə “Sənaye, nəqliyyat, rabitə
və digər təyinatlı torpaqların istifadəsi
Qaydaları”nın 14-cü hissəsinə yeni məzmunda
ikinci cümlə əlavə edilmişdir.