Azərbaycan
Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına
dəyişikliklər edilməsi və bəzi qərarlarının
qüvvədən düşmüş hesab edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
ĞAzərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 23 may tarixli, 485 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
I. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına aşağıdakı dəyişikliklər edilsin:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 17 yanvar tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş Suların dövlət uçotu Qaydasının 5-ci bəndində Dövlət Hidrometeorologiya Komitəsi tərəfindən Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi (yeraltı sular bölməsi üzrə)" sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi (yerüstü və yeraltı sular bölmələri üzrə)" sözləri ilə, 7-ci bəndində Dövlət Hidrometeorologiya Komitəsi (yerüstü sular bölməsi üzrə) və Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi (yeraltı sular bölməsi üzrə)" sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi (yerüstü və yeraltı sular bölmələri üzrə) sözləri ilə, 8-ci bəndin birinci abzasında Dövlət Hidrometeorologiya Komitəsi" sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilsin, üçüncü abzasında Dövlət Hidrometeorologiya Komitəsinin təsdiq etdiyi forma və müddətlərdə həmin Komitənin" sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi forma və müddətlərdə həmin Nazirliyin" sözləri ilə, 9-cu bəndin birinci abzasında Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi" sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə, üçüncü abzasında Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin" sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin" sözləri ilə, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi tərəfindən Dövlət Hidrometeorologiya Komitəsi ilə razılaşdırılmaqla" sözləri isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən" sözləri ilə, dördüncü abzasında Dövlət Hidrometeorologiya Komitəsini" sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyini" sözləri ilə, 10-cu bəndin birinci abzasında Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi, Dövlət Hidrometeorologiya Komitəsi, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi" sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə, 11-ci bəndin üçüncü abzasında Dövlət Hidrometeorologiya Komitəsi və Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi (yeraltı sular üzrə) ilə razılaşdırmaqla" sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi (yerüstü və yeraltı sular bölmələri üzrə)" sözləri ilə, altıncı abzasında Dövlət Hidrometeorologiya Komitəsini və Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsini" sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyini" sözləri ilə, 12-ci bəndin ikinci abzasında Dövlət Hidrometeorologiya Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi (yeraltı sular üzrə)" sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi (yerüstü və yeraltı sular bölmələri üzrə)" sözləri ilə əvəz edilsin, dördüncü abzasında Dövlət Hidrometeorologiya Komitəsinə, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinə və Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə" sözləri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə" sözləri ilə, beşinci abzasında Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə, Dövlət Hidrometeorologiya Komitəsinə, [1]Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə[2] və Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinə (yeraltı sular üzrə)" sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (yeraltı və yerüstü sular üzrə) və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasında heyvanlar aləmi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 117 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
a) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş Dövlət əhəmiyyətli təbii sərvətlərə aid edilən heyvanlar aləmi obyektlərinin növləri, bələdiyyə və ya xüsusi mülkiyyət hüququnda ola bilən heyvan növlərinin sənədlərinin forması və siyahısı"nın III bölməsinin 2-ci bəndində və Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserni tərəfindən səlahiyyətləri daxilində verdikləri" sözləri tərəfindən verilən" sözləri ilə əvəz edilsin, 3-cü bəndində və ya Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfat Konserninin yerli balıq mühafizə xidmətinə" sözləri, 4-cü bəndində və Azərbalıq DK-nin" sözləri çıxarılsın, 5-ci bəndinin birinci abzasında və ya Azərbalıq" DK-nin verdikləri" sözləri verdiyi" sözü ilə əvəz edilsin, ikinci abzasında isə və Azərbalıq" DK-nin" sözləri çıxarılsın;
b) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş Heyvanlar aləmindən ümumi və xüsusi istifadə Qaydaları"nın III bölməsinin 4-cü bəndində və ya Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserni" sözləri çıxarılsın;
c) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş Zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi, dövlət uçotuna alınması, onların ticarət, habelə Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılması Qaydaları"nın II bölməsinin 3-cü bəndində və Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin" sözləri çıxarılsın;
ç) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş Ekoloji təhlükəsizlik normativləri və vəhşi heyvanların əldə edilməsi limitləri"nin III bölməsinin 4-cü bəndində və Azərbaycan Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun rəyləri" sözləri rəyi" sözü ilə, 5-ci bəndinin b) yarımbəndində Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserni" sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə, c) yarımbəndində Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserni" sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilsin və və Azərbaycan Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun" sözləri çıxarılsın, ç) yarımbəndində Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserni" sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri ilə əvəz edilsin və və Azərbaycan Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun" sözləri və 6-cı bəndindən və Azərbalıq" Dövlət Balıqçılıq Təsərrüfatı Konserni" sözləri çıxarılsın.
II. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş hesab edilən bəzi qərarlarının Siyahısı" təsdiq edilsin (əlavə olunur).
III. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 6 fevral
2002-ci il
№ 22
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin
2002-ci il 6 fevral
tarixli, 22 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qüvvədən düşmüş hesab edilən
bəzi qərarlarının
SİYAHISI
1. Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Meşə Təsərrüfatı İdarəsinin kollegiya üzvlərinin təsdiq edilməsi barədə" Azərbaycan SSR Nazirlər Sovetinin 1961-ci il 28 avqust tarixli, 743 nömrəli qərarı.
2. Azərbaycan SSR Nazirlər Sovetinin Təbiəti Mühafizə Dövlət Komitəsi haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1967-ci il 9 avqust tarixli, 408 nömrəli qərarı.
3. Azərbaycan SSR Meşə və Ağac Emalı Sənayesi Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan SSR Nazirlər Sovetinin 1970-ci il 13 mart tarixli, 86 nömrəli qərarı.
4. Respublikada təbiəti mühafizəyə və təbii sərvətlərdən səmərəli istifadəyə nəzarətin gücləndirilməsi haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1980-cı il 1 fevral tarixli, 62 nömrəli qərarı (18-ci bəndi istisna olmaqla).
5. SSRİ Nazirlər Sovetinin 1969-cu il 23 sentyabr tarixli, 762 nömrəli qərarı ilə təsdiq edilmiş SSRİ Meşə Təsərrüfatı üzrə Dövlət Komitəsinin Əsasnaməsinə əlavə və dəyişikliklər edilməsi barədə SSRİ Nazirlər Sovetinin 1982-ci il 3 may tarixli, 370 nömrəli qərarı haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 13 may tarixli, 234 nömrəli qərarı.
6. Azərbaycan SSR Təbiəti Mühafizə Dövlət Komitəsinin idarə edilməsinin baş sxemi və wwwmərkəzi aparatının strukturu barədə" Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 15 dekabr tarixli, 440 nömrəli qərarı.
7. Azərbaycan SSR Meşə Təsərrüfatı İstehsalat Birliyinin Nizamnaməsinin təsdiq edilməsi barədə" Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 20 dekabr tarixli, 511 nömrəli qərarının 1-ci bəndi.
8. Azərbaycan SSR Azərbmeşə" Meşə Təsərrüfatı İstehsalat Birliyi Şurasının təsdiqi haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 29 may tarixli, 217 nömrəli qərarı.
9. Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 8 noyabr tarixli, 372 nömrəli qərarının 1-ci bəndi.
10. Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin kollegiya üzvlərinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 31 dekabr tarixli, 441 nömrəli qərarı.
11. Azərbaycan Respublikası Dövlət Hidrometeorologiya Komitəsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 14 fevral tarixli, 91 nömrəli qərarı (16-cı bəndi istisna olmaqla).
12. Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 20 dekabr tarixli, 511 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR Meşə Təsərrüfatı İstehsalat Birliyinin Nizamnaməsinə əlavə edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 28 fevral tarixli, 83 nömrəli qərarı.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi normativ aktlarına əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 may tarixli, 50 nömrəli qərarının 1-ci bəndi.
14. Azərbaycan Respublikası Dövlət Hidrometeorologiya Komitəsi haqqında Əsasnaməyə əlavələr edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 1 may tarixli, 100 nömrəli qərarının 1-ci bəndi.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1. 29 iyun
2005-ci il tarixli 122 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, № 6, maddə 558)
2. 8 aprel
2006-cı il tarixli 100 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 29 iyun 2005-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2005-ci il, № 6, maddə 558) ilə 1-ci bəndində "Meliorasiya
və Su Təsərrüfatı Komitəsinə" sözləri
"Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət
Meliorasiya və Su Təsərrüfatı Agentliyinə"
sözləri ilə əvəz edilmişdir.
[2] 8 aprel
2006-cı il tarixli 100 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 370)
ilə 1-ci bəndində
"Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su
Təsərrüfatı Agentliyinə" sözləri
"Azərbaycan Meliorasiya
və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinə" sözləri ilə əvəz edilmişdir.