Bu Qanunda
istifadə olunan anlayışlar aşağıdakı
mənaları ifadə edir:
su təchizatı sistemi - suyu mənbədən
götürən, təmizləyən və
istehlakçıya çatdıran bir və ya bir qrup
qurğu, o cümlədən magistral
(ümumiləşdirilmiş) və paylayıcı (daxili) su
kəmərləri (xətləri) şəbəkəsidir;
kanalizasiya sistemi - yaşayış məntəqəsində
və ya sənaye müəssisələrinin fəaliyyəti
nəticəsində əmələ gələn tullantı
sularını tullantı təmizləyən
məntəqəyə nəql etdirən
şəbəkədir;
su təchizatı və kanalizasiya
müəssisələri (su təchizatı müəssisələri,
kanalizasiya müəssisələri) - mülkiyyət və
təşkilati-hüquqi formasından asılı olmayaraq
müəyyən ərazi (zona) hüdudlarında su
təchizatının və tullantı sularının axıdılmasını
təmin edən hüquqi şəxsdir;
istehlakçı - su təchizatı və kanalizasiya müəssisəsinin
xidmətlərindən istifadə edən hüquqi və
fiziki şəxsdir;
su təchizatı və tullantı
sularının axıdılması obyektləri (su
təchizatı obyekti, tullantı sularının
axıdılması obyekti, obyekt) - daxili (paylayıcı) su kəmərləri
və kanalizasiya şəbəkəsi ümumi (magistral) su
təchizatı və kanalizasiya sistemlərinə
qoşulmuş və ya qoşulmalı olan hər hansı
müəssisə, idarə, təşkilat, yaşayış
binası, torpaq sahəsi, qurğu, binadır;
məişət
(təsərrüfat)-içməli su - yaşayış
məntəqəsində yaşayan əhalinin və sənaye
müəssisələri işçilərinin
məişət (təsərrüfat) və içmək
məqsədləri üçün istifadə olunan sudur;
istehsalat məqsədli su - istehsalat, sənaye, texnoloji və
başqa texniki məqsədlər üçün istifadə
etdiyi sudur;
tullantı suları - istehlakçıların istifadə
edərək çirkləndirdiyi sular, sənaye
texnologiyası ilə əlaqədar olaraq
çirklənmiş sular, həmçinin yaşayış
məntəqəsində insanların fizioloji qalıqları
(ifraz maddələri) ilə qarışmış mayelər,
baş vermiş qəzalar zamanı ətraf mühitə və
kanalizasiya sisteminə atılan şərti təmiz
sulardır;
su (kanalizasiya) müəssisəsinin
nümayəndəsi -
səlahiyyətləri bu Qanunun 49-cu və 50-ci
maddələrində nəzərdə tutulmuş
vəzifəli şəxsdir;
yerli orqanlar - Azərbaycan Respublikasının Su
Məcəlləsi, digər qanunvericilik aktları və bu
Qanunla su təchizatı sahəsində
səlahiyyətləri müəyyən edilmiş müvafiq
icra hakimiyyəti orqanları və
bələdiyyələrdir;
su təchizatı və kanalizasiya obyektinin
(obyektin) sahibləri -
su təchizatı və kanalizasiya obyektlərinin və ya su
təchizatı və kanalizasiya xidmətlərindən
istifadə edən obyektlərin (müəssisələrin,
qurğuların, binaların, evlərin, mənzillərin)
mülkiyyətçiləri, icarəçilərdir;
su təsərrüfatı
pasportu
– əhali qrupuna aid olan istehlakçılar istisna olmaqla, su
təchizatı və kanalizasiya obyektinin fəaliyyət,
istismar və texniki xüsusiyyətlərindən asılı
olaraq istifadə etdikləri (edəcəkləri) suyun,
kanalizasiya sistemlərinə axıdılan (axıdılacaq)
tullantı sularının normativ həcmini və
tərkibindəki çirkləndirici maddələrin yol
verilən qatılıq həddini
müəyyənləşdirən texniki sənəddir. [2]
Qanunun
məqsədi istehlakçıların dövlət standartlarının
tələblərinə cavab verən keyfiyyətli və
lazımi miqdarda su ilə təmin edilməsi, tullantı
sularının axıdılması sahəsində
münasibətlərin tənzimlənməsidir. [3]
1. Su
təchizatı və tullantı sularının
axıdılması haqqında qanunvericilik bu Qanundan,
Azərbaycan Respublikasının Su Məcəlləsindən
və digər normativ hüquqi aktlardan ibarətdir.
2. Bu Qanunun
müddəaları Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq hüquq
normaları və ya Azərbaycan Respublikasının
beynəlxalq müqavilələri ilə ziddiyyət
təqşkil edərsə, beynəlxalq hüququn və
Azərbaycan Respublikasının beynəlxalq
müqavilələrinin müddəaları tətbiq olunur.
1. Fiziki və
hüquqi şəxslər bu Qanunda və digər normativ
hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və
şərtlərlə su ehtiyatlarından istifadə etmək
və bu məqsədlə su kəmərləri və
kanalizasiya qurğularını tikmək və istismar
etmək, tullantı sularını və tullantıları atmaq
hüquqlarına malikdirlər.
2. Su
təchizatı və kanalizasiya müəssisəsinin
əldə etdiyi su (təmizlədiyi tullantı suları) onun
məhsulu hesab edilir və bu sudan məqsədli istifadə
olunur.
3. Hüquqi və
fiziki şəxslər tərəfindən su təchizatı
müəssisələrindən alınan su həmin
şəxslərin mülkiyyətidir və bu Qanunda
nəzərdə tutulan hallar istisna olunmaqla, bu sudan onlar
tərəfindən istədikləri şəkildə
istifadə olunur.
1. Su
təchizatı və kanalizasiya müəssisələri
öz vəzifələrini həyata keçirərkən
aşağıdakı prinsiplərə əsaslanırlar:
a) su
təchizatı, tullantı sularının
axıdılması və tullantıların atılması
xidmətlərinin göstərilməsində öz
xərcinin çıxarılması;
b)
istehlakçıların müvafiq keyfiyyətli və
lazımi miqdarda su ilə, ilk növbədə içməli
su ilə təmin olunması;
c) su
ehtiyatlarından səmərəli istifadə olunması;
ç)
tullantı suları və tullantıların
təmizlənməsi və atılmasının etibarlı
sisteminin yaradılması.
2. Su
təchizatı və kanalizasiya müəssisələri
öz hüquqlarını, səlahiyyətlərini və
vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci
bəndinin “a” yarımbəndində nəzərdə tutulan
xidmətlərin göstərilməsi haqqında
istehlakçılar və ya müvafiq icra hakimiyyəti
orqanı (bələdiyyə) ilə bağladıqları
müqavilə şərtlərinə riayət etməklə
həyata keçirirlər.
3. Su təchizatı müəssisəsi ilə
istehlakçı arasında suyun alqı-satqısı
müqavilə əsasında həyata keçirilir. Su
təchizatı müəssisəsi ilə istehlakçı
arasında suyun alqı-satqı müqaviləsinin
nümunəsi, suyun qiyməti, şəbəkəyə
qoşulma və şəbəkədən ayırma
şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin
ödəmə şərtləri və digər
məsələlər sudan istifadə qaydaları ilə
tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.[4]
Su təchizatı
və kanalizasiya müəssisələri
aşağıdakı funksiyaları həyata
keçirirlər:
a)
nizamnamələrində nəzərdə tutulmuş qaydada
və vəzifələrə uyğun olaraq xidmətlər
göstərirlər;
b)
müəssisənin istifadəsinə verilmiş su
ehtiyatlarını, su təchizatı və kanalizasiya
qurğularını idarə edirlər;
c) müvafiq icra
hakimiyyəti orqanının su təchizatı və
kanalizasiya müəssisələrinin
vəzifələrinə aid qərarlarını həyata
keçirirlər.
1. Su
təchizatı və tullantı sularının
axıdılması sistemlərinin layihələndirilməsi
və tikilməsi, əhalinin, müəssisə, idarə
və təşkilatların məişət
(təsərrüfat)-içməli, sənaye-texnoloji və
digər məqsədlər üçün su ilə
təmin olunması, həmçinin tullantı
sularının axıdılması, nəqli, təmizlənməsi,tullantıların
zərərsizləşdirilməsi və atılması
prosesləri su təchizatı və kanalizasiya
təsərrüfatlarının yerləşdirilməsi və
inkişafı respublika və regional sxemlərinə
müvafiq olaraq həyata keçirilir.
2. Respublika
sxemləri müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyənləşdirilmiş
qaydada Azərbaycan Respublikasının bütün ərazisi
üçün hazırlanır və təsdiq edilir.
3.
Naxçıvan Muxtar Respublikasının regional sxemləri
Naxçıvan Muxtar Respublikasının müvafiq icra
hakimiyyəti orqanları tərəfindən hazırlanır
və təsdiq edilir.
4.
Şəhərlərin, rayonların regional sxemləri
müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş
qaydada müvafiq icra hakimiyyəti orqanları
tərəfindən bələdiyyələrin iştirakı
ilə hazırlanır və təsdiq edilir.
5. Şəhərlərin su təchizatı
və kanalizasiya sistemləri kompleksinin
layihələndirilməsi zamanı “Ətraf mühitə
təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
qaydada strateji ekoloji qiymətləndirilmə
aparılmalıdır.[5]
1.
Mərkəzləşdirilmiş su təchizatı və
kanalizasiya sistemlərinin etibarlı fəaliyyətini və
inkişafını təmin etmək, təbii
fəlakətlərin nəticələrini aradan qaldırmaq
məqsədi ilə su təchizatı və kanalizasiya
müəssisələrinə dövlət yardımı
göstərilə bilər.
2. Su
təchizatı və kanalizasiya müəssisələri
üçün nəzərdə tutulmuş vəsaitdən
səmərəsiz istifadə edildikdə, müvafiq icra
hakimiyyəti orqanının qərarına əsasən
dövlət yardımı azaldıla bilər,
vəsaitdən məqsədyönlü istifadə
olunmadıqda isə tamamilə dayandırıla bilər.
3. Dövlət
yardımı dotasiya və kredit şəklində verilə
bilər. Dövlət yardımının konkret növü,
şərtləri və həcmi müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
4. Əhalinin
müəyyən kateqoriyalarına imtiyazlı xidmət
nəticəsində su təchizatı və kanalizasiya
müəssisəsi tərəfindən çəkilmiş
xərclərin ödənilməsi müvafiq qanunvericiliyə
uyğun olaraq həyata keçirilir.
1. Bu Qanuna
əsasən müvafiq icra hakimiyyəti orqanı ölkə
ərazisinin su təchizatı və (və ya) tullantı
sularının axıdılması zonalarına
bölünməsini təmin edir, o cümlədən bir
və ya bir neçə zonada su təchizatına və
(və ya) tullantı sularının axıdılmasına
cavabdeh olan müəssisələri təyin edir.
Müəyyən ərazidə su təchizatına və
tullantı sularının axıdılmasına cavabdeh olan su
təchizatı və kanalizasiya müəssisəsi
qanunvericilikdə və müvafiq icra hakimiyyəti orqanı
ilə bağlanmış müqavilədə nəzərdə
tutulan vəzifələri icra edir və
səlahiyyətləri həyata keçirir.
2. Müvafiq icra
hakimiyyəti orqanı su təchizatı və kanalizasiya
müəssisəsinə müvafiq normativ hüquqi aktlarla
müəyyənləşdirilmiş qaydada və
şərtlərlə, bələdiyyələrlə
razılaşdırılmaqla, müəssisənin xidməti
zonasının hüdudlarından kənarda onun
fəaliyyətini həyata keçirməyə
səlahiyyət verə bilər.
Müvafiq icra
hakimiyyəti orqanı qanunvericiliklə nəzərdə
tutulmuş qaydada və şərtlərə əsasən
bələdiyyələrlə razılaşdırmaqla
aşağıdakılara icazə verir:
a)
müəyyən miqdarda yerüstü və yeraltı suyun
qəbuluna;
b) tullantı
sularının hər hansı yerüstü və yeraltı
su hövzələrinə axıdılmasına,
həmçinin tullantıların (o cümlədən maye
tullantıların) daşınmasına, torpaqda və ya su
hövzələrində basdırılmasına;
c) su bəndlərinin,
su anbarlarının və digər hidrotexniki qurğuların
tikintisinə.
1. Bu
maddədə fövqəladə hallar dedikdə böyük
miqyaslı qəzalar, təbii fəlakətlər
nəzərdə tutulur ki, onlar aşağıdakı
nəticələrə gətirə bilər:
a) su
təchizatı və tullantı suları axıdan
qurğuların işinin ciddi şəkildə pozulmasına;
b) əhalinin
hamısının və ya əksər hissəsinin
mənafeyinə toxunan maddi zərər, dağıntı
və insan tələfatına, yaxud fövqəladə ekoloji
böhrana.
2.
Fövqəladə hallar baş verdiyi zaman müvafiq icra
hakimiyyəti orqanı müvafiq su təchizatı və
kanalizasiya müəssisəsi, bələdiyyə birgə
fəaliyyət göstərirlər.
3. Müvafiq icra
hakimiyyəti orqanı fövqəladə halların
nəticələrinin aradan qaldırılması ilə
əlaqədar su təchizatı və kanalizasiya
müəssisələri tərəfindən
çəkilmiş xərclərin ödənilməsi
məqsədi ilə dövlət vəsaiti ayırır.
Hər bir su
təchizatı müəssisəsi öz zonası
hüdudlarında səmərəli və qənaətcil su
təchizatı sistemini yaratmaq və saxlamaqla
aşağıdakıları təmin etməlidir:
a)
məqsədlərindən asılı olaraq keyfiyyət
normalarına və müvafiq dövlət
standartlarının tələblərinə cavab verən
və lazımi miqdarda istehlakçıların
məişət (təsərrüfat)-içməli,
istehsalat və digər məqsədlər üçün müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilən miqdarda su ilə
təmin olunmasını; [6]
b) su
kəmərlərindən ətraf mühitə su
sızmasının aradan qaldırılmasını və
belə halların baş verməsinin qarşısının
alınmasını;
c) əsas
vəsaitlərin lazımi qaydada saxlanılmasını və
onların təkmilləşdirilməsini, xidmətlərin
genişləndirilməsini və
yaxşılaşdırılmasını, həmçinin su
təchizatı sahəsində bu Qanuna müvafiq olaraq
digər vəzifələrin yerinə yetirilməsini.
1. Su
tәchizatı müəssisələri
aşağıdakı hallarda özünün xidməti
zonasının konkret ərazisində məişət
(təsərrüfat)-içməli su ehtiyaclarının
ödənilməsi üçün obyektləri lazımi
miqdarda su ilə təmin etməli, habelə su kəmərləri
xətlərini quraşdırmalıdırlar:
a)
müəssisənin xidməti zonasında yerləşən
tələbatçıların (istehlakçıların)
sifarişini aldıqda;
b) su
təchizatının yeni su kəmərləri xətləri
vasitəsi ilə təmin olunması nəzərdə tutulan
obyektlər, binalar, o cümlədən tikilməkdə olan
və ya layihələşdirilən binalar mövcud olduqda;
c) həmin
ərazidə obyektlərin su ilə təchizatından
əvvəl müvafiq normativ hüquqi aktlarla
müəyyən edilən tələblərin yerinə
yetirilməsini və xidmət haqqının
ödənilməsini nəzərdə tutan lazımi
müqavilələr bağlandıqda.
2. Su
təchizatı müəssisələri su
kəmərlərinə ehtiyacları olan
istehlakçılardan su kəməri istifadəyə
verildikdən sonra razılaşdırılmış
müddət ərzində ona çəkilən
xərclərin ilbəil ödənilməsi haqqında
öhdəliklər də daxil olmaqla su kəmərinin
tikintisi zamanı su təchizatı müəssisəsi
üçün zəruri olan zəmanətlərin
(maliyyə və digər xarakterli) və ya başqa
öhdəliklərin yerinə yetirilməsi haqqında zəmanətlərin
verilməsini qanunvericiliklə və ya müvafiq
müqavilələrlə nəzərdə tutulmuş qaydada
tələb edə bilərlər. [7]
3. Yeni su
kəmərlərinin tikintisi və onların istismara
verilməsinə aid bütün məsələlər
üzrə müddətlər və şərtlər
tərəflərin bağladığı müqavilə
ilə, belə müqavilə olmadığı hallarda
isə qanunvericiliklə nəzərdə tutulmuş qaydada
müəyyənləşdirilir.
4. Su
təchizatı müəssisələri obyektləri
məişət (təsərrüfat)-içməli
məqsədlər üçün su ilə yuxarıda qeyd
olunan tələblərin yerinə yetirildiyi təqdirdə
və ancaq bu maddədə nəzərdə tutulan
obyektlərin təchizi hallarında təmin etməyə
borcludurlar.
5.
İstehlakçı bu Qanunda nəzərdə tutulmuş
haqları vaxtında ödəmədikdə su
təchizatı müəssisələri bu maddədə
nəzərdə tutulmuş vəzifələrini həyata
keçirməkdən imtina edə bilərlər.
6.
Məişət (təsərrüfat)-içməli
məqsədlər üçün su ilə təmin olunan
istehlakçılar tərəfindən bu sudan
müqavilədə göstərilməyən
məqsədlər üçün istifadə edilməsi
və digər istehlakçılara belə istifadəyə
icazə verilməsi qadağan olunur.
1. Bu maddənin
müddəaları o vaxt tətbiq oluna bilər ki, obyektin
sahibi tərəfindən su təchizatı
müəssisəsinə obyektin su ilə təchizatı
barədə sifariş verilmiş olsun və:
a) obyekt
tamamilə və ya əsasən qeyri-yaşayış
binası olsun;
b) su
təchizatı məişət
(təsərrüfat)-içməli məqsədlər
üçün deyil, digər ehtiyacları ödəmək
üçün nəzərdə tutulsun.
2. Su
təchizatı müəssisəsi
razılaşdırılmış müddətlərə
və şərtlərə uyğun olaraq bu maddənin
şamil olunduğu hər hansı obyekti su ilə təchiz
etməyə borcludur.
3. Su
təchizatı müəssisəsi aşağıdakı
hallarda su ilə təchiz etməkdən imtina edə bilər:
a) əgər yeni
yaradılacaq su təchizatı sistemi, su təchizatı
müəssisəsinin digər istehlakçıları
məişət (təsərrüfat)-içməli və
başqa məqsədlər üçün su ilə
təminetmə sahəsində mövcud (sifarişin verildiyi
vaxt) və proqnoz öhdəlikləri nəzərə
alınmaqla, həddən artıq əlavə məsrəflərə
səbəb olarsa;
b) əgər bu
su təchizatı müəssisəsinin indiki və
gələcək məişət
(təsərrüfat)-içməli məqsədli su
istehlakçıları qarşısındakı
öhdəliklərinin yerinə yetirilməsinə
maneələr yaradarsa;
c) əgər
istehlakçının daxili su paylayıcı
şəbəkəsinin vəziyyəti su kəmərləri
xətlərinin texniki istismarı üzrə normativ hüquqi
aktlara uyğun gəlmirsə.
4. Bu
maddədə nəzərdə tutulan obyektlərin su ilə
təchiz olunması şərtləri və
müddətləri tərəflərin
bağladığı müqaviləyə əsasən,
belə müqavilə olmadıqda isə qanunvericiliklə
nəzərdə tutulmuş qaydada
müəyyənləşdirilir.
1. Su
təchizatı müəssisələri təqdim olunmuş
sifarişlər əsasında kanalizasiya,
yaşıllaşdırma, yol təsərrüfatı
müəssisələrini və yerli orqanları
(bələdiyyələri) ictimai ehtiyaclar üçün su
ilə təchiz edirlər. Buna kanalizasiya borularının
və drenaj axarlarının təmizlənməsi, şose
yollarının yuyulması və isladılması,
həmçinin böyük su sərfi tələb edən
digər ictimai məqsədlər üçün, o
cümlədən parkların, hovuzların, hamamların,
camaşırxanaların və qızdırıcı
sistemlərin su ilə təchizatı aid edilir.
2. Bu
maddəyə əsasən su təchizatı
müəssisələri tərəfindən su
təchizatı bütün maraqlı tərəflər
üçün qarşılıqlı əlverişli
və sərfəli hesab olunan müqavilə
şərtlərinə əsasən təmin edilir.
3. Bu
maddəyə əsasən su təchizatı
müəssisəsi müqavilədə
göstərilməyən hər hansı əlavə
xərclərin və işlərin görülməsini
nəzərdə tutan su təchizatını həyata
keçirməyə borclu deyil. Lakin tərəflərin
razılığına əsasən belə işlər
sifarişçinin (tamamilə və ya qismən) hesabına
su təchizatı müəssisəsi tərəfindən
aparıla bilər.
1. Müvafiq icra
hakimiyyəti orqanı aşağıdakı hallarda su
təchizatı müəssisələrindən biri (bir
neçəsi) tərəfindən digərinin
(digərlərinin) su ilə topdan təchiz edilməsinə
dair qərar qəbul edə bilər:
a) suyun
verilməsi nəticəsində su verən
müəssisənin özünün su təchizatında
qıtlıq yaranmadıqda və həmin müəssisə
maddi ziyan çəkmədikdə;
b) su
təchizatı müəssisələri (tərəflər)
arasında suyun verilməsi barədə müvafiq
müqavilənin bağlanması mümkün olmadıqda.
2. Bu
maddəyə uyğun olaraq müvafiq icra hakimiyyəti
orqanı tərəfindən qəbul edilmiş qərarda, bu
qərarla əlaqədar su təchizatı
müəssisəsi tərəfindən çəkilmiş
xərclərin ödənilməsi nəzərdə
tutulmalıdır.
1. Su
təchizatı müəssisələri Azərbaycan
Respublikasının Su Məcəlləsi ilə
nəzərdə tutulmuş sanitar mühafizə
zonalarının yaradılması və rejiminin həyata
keçirilməsi məqsədi ilə qanunvericiliklə
müəyyən edilmiş qaydada torpaq sahələri
mülkiyyətçilərinin (istifadəçilərinin,
icarəçilərinin), həmçinin digər
şəxslərin bu zonalarda fəaliyyətlərini
qadağan etmək hüquqlarına malikdirlər.
2. Su
təchizatı müəssisəsi sanitar mühafizə
zonası rejimini mövcud tikinti normalarına və
qaydalarına uyğun həyata keçirir.
1. Su
təchizatı müəssisəsi məişət
(təsərrüfat)-içməli ehtiyacları
üçün suyun keyfiyyətinə qoyulan
tələblərin təmin olunması məqsədi ilə
aşağıdakı tədbirləri həyata
keçirməlidir:
a) paylayıcı
su kəmərləri şəbəkəsinə
verilənə qədər suyun keyfiyyətli olmasını
təmin etmək;
b) verilən suyun
keyfiyyətinin müvafiq dövlət standartlarına
uyğunluğuna nəzarət etmək;
c) suyun
götürüldüyü yerdə onun keyfiyyətinə
nəzarət etmək və onun keyfiyyətinin müvafiq
dövlət standartlarına uyğun gəlmədiyi hallarda
ondan istifadəyə imkan verməmək.
2. Su
təchizatı müəssisələri məişət
(təsərrüfat)-içməli ehtiyacları
üçün obyektləri su ilə təmin etməkdən
ötrü bir və ya bir neçə mənbədən
götürülərək magistral kəmərlərə
verilən suyun keyfiyyətinin pisləşməsinin
qarşısını almaq məqsədi ilə vaxtında
təxirəsalınmaz tədbirlər həyata
keçirməlidirlər.
3. Su
təchizatı müəssisələri, onların təqsiri
üzündən baş verən hadisələr istisna
olunmaqla, magistral kəmərdən istehlakçının
paylayıcı şəbəkəsinə verildikdən sonra
suyun keyfiyyətinin pisləşməsinə görə
məsuliyyət daşımırlar.
4. Su
təchizatı müəssisəsinin təqsiri
üzündən suyun magistral kəmərdən
istehlakçının paylayıcı sisteminə
verilməsi anında onun keyfiyyətinin pisləşməsi
təhlükəsi olduqda, həmin müəssisə belə
təhlükənin aradan qaldırılması və ya onun
minimuma endirilməsi üçün zəruri
tədbirləri həyata keçirməlidir.
1. Su
təchizatı müəssisələri məişət
(təsərrüfat)-içməli məqsədli magistral
və digər su kəmərlərində və ya onlara
qoşulmuş yanğın əleyhinə istifadə olunan
çıxışlarda müəyyən edilmiş
normativlərə uyğun minimum sabit təzyiqi təmin
etməlidirlər.
2. Bu
maddəyə əsasən su təchizatı
müəssisələri qəzaların aradan
qaldırılması və təmir-profilaktika işlərinin
aparılması məqsədi ilə su təchizatının
dayandırılması və ya
məhdudlaşdırılması zamanı su
təchizatının sabitliyinə cavabdehlik
daşımırlar.
3. Müvafiq icra
hakimiyyəti orqanının su təchizatının
təzyiqi və sabitliyinin əlavə olaraq daha yüksək
səviyyədə saxlanılması haqqında
qərarında su təchizatı müəssisəsində bu
qərarın yerinə yetirilməsi üçün
zəruri olan pul kompensasiyasının verilməsi
nəzərdə tutulmalıdır.
1.
Nəzərdə tutulmuş xərclər hesabına magistral
su xətləri ilə bu Qanunun 12-ci maddəsinin “a” yarımbəndinə
uyğun olaraq müəyyən edilən miqdarda və tələb olunan
keyfiyyətdə suyun verilməsi mümkün olmadıqda, su
təchizatı müəssisəsi yerli orqanların
(bələdiyyələrin) müraciətinə əsasən
və onların hesabına tərəflər arasında
razılaşdırılmış yerlərə, yaxud
birbaşa obyektlərə suyun digər üsullarla
(sudaşıyan maşınların köməyi ilə
və ya su üçün tutumların aparılması)
çatdırılmasını təmin edir. [8]
2. Bu maddənin
1-ci bəndinin müddəaları o vaxt tətbiq edilir ki:
a)
məişət (təsərrüfat)-içməli
ehtiyacları üçün suyun təchizatı
keyfiyyətinin aşağı səviyyədə olması
və ya suyun qıtlığı insanların
sağlamlığını və həyatlarını
təhlükə altına alsın. Bu halda yerli orqanlar
(bələdiyyələr) bu barədə su təchizatı
müəssisələrinə məlumat verir və öz
tələblərini irəli sürürlər ki, su
təchizatı müəssisəsi bu tələblərin
yerinə yetirilməsi imkanlarını
müəyyənləşdirə bilsin;
b) su
təchizatı müəssisəsi alternativ vasitələrin
köməyi ilə bu bəndin “a” yarımbəndində qeyd
olunan tələblərin yerinə yetirilməsi
üçün maliyyə və texniki ehtiyatlara malik olsun;
c) yerli orqanlar (bələdiyyələr)
alternativ su təchizatı dövründəki xərclərin
müəyyən müddətdə ödənilməsi
və kompensasiyanın müddətləri barədə su
təchizatı müəssisəsi ilə müqavilə
bağlasın.
3. Əhalinin
alternativ su təchizatı ilə əlaqədar,
mərkəzləşdirilmiş su təchizatının qiymətindən
əlavə xərclər müvafiq büdcə vəsaiti
hesabına su təchizatı müəssisəsinə
ödənilir.
Su təchizatı
müəssisəsi su təchizatı zonası və ya onun
bir hissəsində su təchizatı sisteminin istismara
verilməsi barədə yerli orqanlara
(bələdiyyələrə) rəsmi məlumat verir və
kütləvi informasiya vasitələrində elan edir.
Su təchizatı
sistemlərinin yaradılmasına və ya tikintisinə
çəkilən xərclər su təchizatı
müəssisəsi tərəfindən
aşağıdakı mənbələrdən
ödənilə bilər:
a) su
təchizatı obyektlərinin sahiblərinin
ödəmələrindən;
b) su
təchizatı müəssisəsinin ümumi
gəlirlərindən və fondlarından;
c) su
təchizatı sisteminin inkişafı və əsaslı
tikintisinə sərf olunan xərclərin qismən
ödənilməsi üçün ayrılan dövlət
vəsaitindən və digər ödəmələrdən.
1. Su
təchizatı müəssisəsi öz su təchizatı
zonasında yerləşən hər hansı
istehlakçının müraciətinə əsasən onu
aşağıdakı şərtlərlə su
təchizatı sisteminə qoşmalıdır:
a) müraciət
edən istehlakçı mövcud və ya tikilməsi
planlaşdırılan obyektin və ya onun bir hissəsinin
sahibi olsun;
b) qoşulma, fiziki şəxs
olan istehlakçılar istisna edilməklə digər
istehlakçı qruplar üzrə istehlakçının
hesabına aparılsın.[9]
2.
Müraciətlə əlaqədar su təchizatı
müəssisəsi aşağıdakıları
tələb edə bilər:
a) su
təchizatı sisteminə qoşulma üçün
zəruri olan məlumatların, habelə su
təsərrüfatı pasportunun təqdim olunmasını; [10]
b)
istehlakçı tərəfindən aparılan işlər
zamanı qoşulmaya dair müvafiq norma, qayda və
tələblərə riayət olunmasını. [11]
3. Xidmətlər
göstərilərkən su təchizatı
müəssisəsi səbəbsiz olaraq hər hansı
istehlakçılar qrupuna və ya potensial
istehlakçılara ayrı seçkilik etməməlidir.
Ayrı-ayrı istehlakçıya və ya
istehlakçılar qrupuna ilkin xidmətlərin
göstərilməsinə qanunvericiliklə nəzərdə
tutulmuş şərtlərlə və qaydada etiraz edilə
bilər.
4. Yaşayış binaları, o cümlədən mənzillər yalnız su təchizatı sisteminə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün Dövlət qəbul komissiyasına təqdim edilə bilərlər. Yaşayış binalarının, o cümlədən mənzillərin su təchizatı sisteminə qoşulma qaydası və haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[12]
5. İstehlakçının su
təchizatı və tullantı sularının
axıdılması sistemlərinə qoşulması
üçün texniki şərtlərin verilməsi, habelə su
təsərrüfatı pasportunun nümunəsi, tərtibi
və razılaşdırılması
qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.[13]
1. Su
təchizatı müəssisələri öz xidməti
zonası hüdudlarındakı istehlakçılardan
aşağıdakıları rəsmi qaydada tələb
edə bilər:
a) su
təchizatı sisteminə qanuni əsaslarla
qoşulmalarını;
b) hər hansı
qanunsuz və ya müəyyən olunmuş norma, qayda və
tələblərə uyğun gəlməyən
qoşulmanın ləğv olunmasını;
c) su
təchizatı xidmətlərinin göstərilməsi
üçün zəruri işlərin görülməsini.
;
d)
su təsərrüfatı pasportunun tərtib edilməsini.[14]
2.
İstehlakçılar su təchizatı sisteminə
qoşulmaq istəmələri barədə su təchizatı
müəssisəsinə yazılı müraciət edə
bilərlər.
Su təchizatı
müəssisəsi on gün müddətində
müraciətə baxaraq obyektin su təchizatı sisteminə
qoşulmasına razılıq verir və ya
əsaslandırılmış qaydada burdan imtina edir.
Qoşulmağa
imtinadan qanunvericiliklə nəzərdə tutulmuş qaydada
şikayət edilə bilər.
3. Su
təchizatı müəssisəsi istehlakçılara
onların su təchizatı sisteminə birgə
qoşulduğu barədə, qoşulmanın müddətini
göstərməklə, bildiriş göndərə
bilər.
4.
İstehlakçılar tərəfindən qoşulma
üçün zəruri olan işlərin nəzərdə
tutulmuş müddətlərdə görülməsi
haqqında su təchizatı müəssisələrinin
tələbləri yerinə yetirilmədikdə və ya
qismən yerinə yetirildikdə, su təchizatı
müəssisələri bu işləri həmin
istehlakçıların hesabına apara bilərlər.
5. Su
təchizatı müəssisələrinin qoşulmağa, o
cümlədən əvəzçilik qaydasında
qoşulmağa çəkdiyi xərclər, belə
qoşulma nəticəsində sudan istifadə edən
bütün istehlakçılar tərəfindən
ödənilir.
1. Su
təchizatı sistemi olmayan ərazilərdə
yerləşən obyektlərin sahibləri və ya yerli
orqanlar (bələdiyyələr) mövcud su təchizatı
sisteminin genişləndirilməsi barədə su
təchizatı müəssisəsinə yazılı
müraciət edə bilərlər. Su təchizatı
sisteminin genişləndirilməsi və obyektlərin
qoşulması işləri bu barədə müraciət
etmiş orqan və ya obyekt sahibi hesabına aparılır.
2. Mövcud su
təchizatı sisteminin genişləndirilməsinin (magistral
su kəmərləri də daxil olmaqla) dəyəri
istehlakçılardan alınacaq ödənişlərin miqdarından
artıq olduqda su təchizatı müəssisələri
müraciət edənlərdən su təchizatı sisteminin
genişləndirilməsinə tələb olunan
xərclərin bir hissəsini qabaqcadan ödəməyi
tələb edə bilərlər. Bu halda belə
ödəniş adi qoşulmağa tələb olunan
ödənişə əlavə kimi götürülür.
1. Su təchizatı müəssisəsi
aşağıdakı hallarda istehlakçının su
təchizatını dayandıra bilər:
istehlakçının müvafiq
yazılı müraciəti (su təchizatının
dayandırılmasının səbəbi və
müddəti göstərilməklə) olduqda;
tikinti, təmir-profilaktika və qəza
işlərinin görülməsinə və su
tutumlarının təmizlənməsinə ehtiyac
yarandıqda;
su götürülən yerlərdə
səth sularının bulanıqlıq dərəcəsi
artdıqda və ya su hövzəsində fövqəladə
ekoloji böhran vəziyyəti yarandıqda;
istehlakçının paylayıcı
su kəmərləri şəbəkəsi, su tutarları (su
anbarları), qoşulmalar, siyirtmələr, kranlar müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi
dövlət standartlarının tələblərinə
cavab vermədikdə;
su təchizatı müəssisəsinin
istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su
təchizatı müəssisəsi tərəfindən
təqdim edildikdən (göndərildikdən) sonra bir ay
müddətində tam məbləğdə
ödənilmədikdə;
su təchizatı müəssisəsi
ilə müvafiq müqavilə bağlanmadıqda;
məişət (təsərrüfat) -
içməli su ehtiyacları üçün
nəzərdə tutulmuş magistral su
kəmərlərindəki sudan digər
məqsədlərlə istifadə olunduqda;
məhkəmənin qərarı ilə;[15]
dini ekstremizm əleyhinə xüsusi
əməliyyat aparıldıqda, həmin
əməliyyatın aparılma zonasında, dini ekstremizm
əleyhinə xüsusi əməliyyat aparan orqanın
göstərişi əsasında.[16]
2. Su
təchizatı müəssisəsi bu maddənin 1-ci
bəndinin altıncı və yeddinci
abzaslarına əsasən su
təchizatını dayandırdıqda və ya
məhdudlaşdırdıqda o, istehlakçıdan su
təchizatının dayandırılması ,
məhdudlaşdırılması və bərpası
ilə əlaqədar xərclərin ödənilməsini
tələb edə bilər.[17]
3. İstehlakçıya suyun verilməsinin
dayandırılması (dini ekstremizm əleyhinə xüsusi
əməliyyatın aparılması ilə əlaqədar
dayandırma halı istisna olmaqla) yalnız fərdi
qaydada həyata keçirilir. Suyun dəyərini ödəməyən
istehlakçıya suyun verilməsinin dayandırılması,
suyun dəyərini vaxtında ödəyən digər
istehlakçıların hüquqlarının pozulması
ilə nəticələnməməlidir. [18]
4. Su təchizatı müəssisəsinin
səlahiyyətli şəxsinin bu Qanunun
tələblərinin pozulmasının
qarşısını almağa istehlakçı
tərəfindən mane olma qanunla müəyyən edilmiş
məsuliyyətə səbəb olur.[19]
1. Zəruri
işlərlə əlaqədar su təchizatının
dayandırılması hallarında su təchizatı
müəssisəsi aşağıdakıları yerinə
yetirməlidir:
a) qeyd olunan
işlərin müəyyən edilmiş
müddətlərdə yerinə yetirilməsini təmin
etmək;
b) müvafiq
işlərin görülməsi üçün 24 saatdan
artıq müddətə obyektin məişət
(təsərrüfat)-içməli su təchizatının
dayandırılmasını yalnız həmin obyektin qəza
su təchizatının (müvəqqəti
kəmərlər və ya digər üsullarla) təmin
ediləcəyi şərti ilə həyata keçirmək.
2.
İstehlakçı tərəfindən, tarixi
göstərilməklə su təchizatından imtina etməsi
barədə qabaqcadan məlumatın daxil olduğu halda, su
təchizatı müəssisəsi su təchizatını
dayandırmalıdır.
Fövqəladə
və dini ekstremizm
əleyhinə xüsusi əməliyyatın
aparıldığı hallar və ya su
təchizatının cüzi dayandırılması halları istisna olunmaqla, su təchizatı
müəssisəsi bu Qanunun 28-ci maddəsində
nəzərdə tutulanlara əsasən istehlakçıya
yalnız qabaqcadan xəbərdarlıq etdikdən sonra suyun
verilməsini dayandıra bilər. [20]
1. Su
təchizatı müəssisəsi, istehlakçını
mütləq qaydada xəbərdar etmək şərti ilə
bu Qanunda nəzərdə tutulmuş hallarda su
təchizatını dayandırır ,
məhdudlaşdırır və ya tənzimləyir.
2.
Xəbərdarlıqda aşağıdakılar
göstərilir:
a)
xəbərdarlığın aid olduğu su təchizatı
zonası;
b) su
təchizatının dayandırılması ,
tənzimlənməsi və ya
məhdudlaşdırılması müddəti
(günlər və saat göstərilmədikdə);
c)
xəbərdarlığın tələblərinin yerinə
yetirilməsinin qaydaları;
ç) belə
fəaliyyətin həyata keçirilməsinin
məqsədləri;
d) belə
fəaliyyətlə әlaqәdar digər
məsələlər.
3.
Xəbərdarlıq istehlakçıya
aşağıdakı üsullarla çatdırıla
bilər:
a) kütləvi
informasiya vasitələri ilə;
b) su
təchizatı zonasında hərəkət edən
səsgücləndirici vasitələrlə;
c) poçt və
ya digər rabitə vasitələri ilə.
4. Bütün
istehlakçılar xəbərdarlıqda nəzərdə
tutulan tələbləri yerinə yetirməlidirlər.
1.
İçməli su təchizatının ciddi
qıtlığı yarandıqda, su təchizatı
müəssisəsi aşağıdakı
məqsədlər üçün verilən suyu dayandıra
və ya ondan istifadəni məhdudlaşdıra
bilər:
a) fərdi
bağların suvarılmasına verilən suyu;
b) ictimai
məqsədlər üçün verilən suyu.
2. Su
təchizatı müəssisələri kütləvi
informasiya vasitələri ilə su təchizatının məhdudlaşdırılması
və ya dayandırılması nəzərdə tutulan
müddət, ərazi və tarix haqqında
əvvəlcədən kütləvi informasiya
vasitələri ilə məlumat verirlər.
3. Su
təchizatının dayandırılması və ya
məhdudlaşdırılması müddətində bu
maddənin müddəalarını pozan şəxslər
qanunvericiliklə nəzərdə tutulmuş qaydada
məsuliyyət daşıyırlar.
4. Su
təchizatının dayandırılması və ya
məhdudlaşdırılması haqqında məlumat bu
maddəyə uyğun olaraq elan olunduqda su təchizatı
müəssisəsi tərəfindən bu müddət
ərzində alınacaq ödəniş əsaslandırılmış
şəkildə ixtisar olunmalıdır. Əgər avans
ödəmələri tutulubsa, onda bu məbləğ bundan
sonrakı dövrdə tutulacaq ödəmələrə aid
edilir.
1. Su
təchizatı müəssisəsi istehlakçıya
verilən suyun həcmini suölçən cihazlar vasitəsi
ilə və ya müvafiq normativ hüquqi aktlarla
nəzərdə tutulmuş qaydada hesablama yolu ilə
müəyyənləşdirir. Su
təchizatı müəssisəsi istehlakçıya verdiyi
suyun dəyərini tam hesablamalıdır və hər ay
istehlakçıya məlumat (hesab) təqdim etməlidir
(göndərməlidir). İstehlakçı
tərəfindən suyun hesabı tam ödənildikdən
sonra, su təchizatı müəssisəsi
tərəfindən yol verilmiş səhvə görə
düzgün hesablanmamış suyun dəyərini su
təchizatı müəssisəsi istehlakçı
tərəfindən ödənilməsini tələb edə
bilməz.[22]
2.
Suölçən cihazlar quraşdırılmadan yeni obyektlərin
istifadəyə verilməsi qadağan olunur.
1. Fiziki
şəxs olan istehlakçıların suölçən
cihazlarla təchiz edilməsi, onların
quraşdırılması və dəyişdirilməsi su
təchizatı müəssisəsinin hesabına həyata
keçirilir. [23]
2.
Suölçən cihazlar qanunvericiliklə nəzərdə
tutulmuş hallarda su təchizatı müəssisəsinin
vəsaiti hesabına quraşdırılır. [24]
3. Su
təchizatı müəssisəsi bütün
quraşdırılmış suölçən cihazların
hesabatını aparmalıdır.
4. Su
təchizatı müəssisəsinin səlahiyyətli
nümayəndəsi suölçən cihazların
göstəricilərinin qeydə alınması, onların
quraşdırılması, təmiri, dəyişdirilməsi,
çıxarılması, yerlərinin
dəyişdirilməsi, onlara xidmət göstərilməsi
və onlardan göstəricilərin silinməsi məqsədi
ilə qanunvericiliklə müəyyən edilmiş qaydada su
təchizatı cihazının yanına buraxılmaq
hüququna malikdir.
5. Su
təchizatının düzgün ölçülməsini
və qeydiyyatını təmin etmək məqsədi ilə
suölçən cihazın yerinin dəyişdirilməsi,
təmiri, çıxarılması, quraşdırılması,
onun fəaliyyətinə mane olan amillərin aradan
qaldırılması və ya hər hansı digər
işlər su təchizatı müəssisəsinin
səlahiyyətli nümayəndəsi tərəfindən
və ya onun iştirakı ilə aparılır.
6.
İstehlakçının suölçən cihazın
dəqiqliyinin yoxlanılması üçün su
təchizatı müəssisəsinə yazılı
şəkildə müraciət etmək hüququ var. Su
təchizatı müəssisəsi müraciət daxil
olduğu gündən üç həftə
müddətində istehlakçının vəsaiti
hesabına belə yoxlamanı həyata keçirməyə
borcludur.
1.
İstehlakçılar verilən suyun həcminin
hesablanması ilə əlaqədar
aşağıdakıları həyata
keçirməlidirlər:
a)
suölçən cihazın mühafizəsini təmin
etmək və onu lazımi texniki vəziyyətdə saxlamaq;
b)
suölçən cihazın göstəricilərinin
təhrif olunmasının qarşısını almaq
məqsədi ilə zəruri tədbirlər həyata
keçirmək;
c) bu Qanunun 31-ci
maddəsində nəzərdə tutulan səlahiyyətli
nümayəndənin suölçən cihazların yanına
buraxılmasını təmin etmək;
ç)
suölçən cihazın istifadə olunan suyun
miqdarını əks etdirən göstəricisini və
cihazın vəziyyəti haqqında lazımi məlumatı
su təchizatı müəssisəsinə təqdim etmək.
2.
İstehlakçı suölçən cihazların
mühafizəsi tələblərinə əməl etmədikdə,
su təchizatı müəssisəsinin səlahiyyətli
nümayəndəsi istehlakçının vəsaiti
hesabına onların təmirini, yenidən
quraşdırılmasını və onların işinə
mane olan səbəblərin aradan qaldırılmasını
və ya su təchizatının ölçülməsi
və düzgün qeydiyyatının təmin edilməsi
üçün zəruri olan digər işləri yerinə
yetirə bilər.
Suölçən
cihazın göstəricisi pozulduğu halda su təchizatı
müəssisəsi bu dövrdə istifadə olunmuş suyun
həcmini əvvəlki müvafiq dövrdəki göstəricini
nəzərə almaqla, borunun suburaxma qabiliyyətinə əsasən
müəyyənləşdirir. Suölçən cihazın
göstəricisinin pozulması dövrünün
müəyyənləşdirilməsi qaydası müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
3.
Suölçən cihazın yenidən
quraşdırılmasına ehtiyacı olan istehlakçı
bu barədə həmin ehtiyacın yarandığı
gündən yeddi gündən gec olmayaraq qabaqcadan su
təchizatı müəssisəsinə yazılı
müraciət etməlidir. Suölçən cihazın
göstəricisi onun yenidən qurulması anında
götürülür.
İstehlakçılar
aşağıdakı hüquqlara malikdirlər:
a) su
obyektlərindən xüsusi məqsədlərlə
istifadəni həyata keçirmək üçün
müvafiq qurğular və tikililər inşa etmək;
b)
qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna
olmaqla, müqavilədə nəzərdə tutulan miqdarda
almadığı suyun əvəzini tələb etmək;
c) su təchizatı
müəssisələri ilə su almaq üçün su
kəmərinə qoşulması barədə müqavilə
bağlamaq;
ç)
keyfiyyət standartlarına uyğun məişət
(təsərrüfat)-içməli məqsədlər
üçün suyu almaq;
d) istehsalat
zərurəti ilə əlaqədar sudan təkrar istifadə
etmək;
e) Azərbaycan Respublikasının
Su Məcəlləsi və digər qanunvericilik aktları
ilə nəzərdə tutulmuş digər hüquqları
həyata keçirmək.
1. Kanalizasiya
müəssisələrinin əsas vəzifələri
aşağıdakılardır:
a) tullantı
sularının nəqli, təmizlənməsi,
zərərsizləşdirilməsi və ətraf
mühitə və ya su hövzələrinə
axıdılması;
b) ümumi
istifadədə olan kanalizasiya qurğularının
genişləndirilməsi və yenidən qurulmasının
təmin olunması, onlara texniki xidmətlərin
göstərilməsi;
s) kanalizasiya
sistemlərindən ətraf mühitə tullantı
sularının sızmasını aradan qaldırmaq və
əvvəlcədən qarşısını almaq
üçün tədbirlərin görülməsi.
2. Kanalizasiya
müəssisəsi tərəfindən su obyektlərinə
tullantı sularının axıdılması
qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata
keçirilir.
1. Kanalizasiya
qurğularının tikintisi başa çatdıqdan və
onları öz balanslarına qəbul etdikdən sonra
kanalizasiya müəssisələri bu qurğuların
xidməti ərazisindəki tullantı sularını qəbul
etməyə hazır olduqlarını elan edir və
obyektlərin bu qurğulara qoşulmasını təmin edir.
Yeni kanalizasiya
qurğularının istismara verilməsi müvafiq normativ
hüquqi aktlarla müəyyən edilmiş qaydada həyata
keçirilir.
2. Obyektlərin
kanalizasiya qurğularına qoşulmasından sonra onların
sahibləri bu Qanuna müvafiq olaraq
müəyyənləşdirilmiş ödənişləri
verməlidirlər.
3. Kanalizasiya
qurğularının istismara verilməsi elan edildikdən sonra
kanalizasiya müəssisəsinin xidməti ərazisində
tikilməkdə və yenidən qurulmaqda olan bütün
obyektlər kanalizasiya sisteminə qoşulmalıdır.
Tullantı sularının axıdılması üçün
istifadə olunan hər hansı fərdi qurğu isə ancaq
müvafiq dövlət standartları və müvafiq normativ
hüquqi aktlarla müəyyənləşdirilmiş qaydaların
gözlənilməsi şərti ilə kanalizasiya
müəssisələrinin icazəsinə əsasən
istismar oluna bilər.
4. Obyektin sahibi
kanalizasiya sisteminə obyektin qoşulmasına etiraz etdiyi halda
da, kanalizasiya müəssisəsinin kanalizasiya sistemindən
istifadəyə görə ondan qanunvericiliklə
nəzərdə tutulmuş qaydada haqqın
ödənilməsini tələb etmək hüququ var.
Obyektlərin
tikintisi aparılan və ya planlaşdırılan
ərazilərdə ümumi istifadədə olan kanalizasiya
sistemləri olmadıqda, yerli orqanlar
(bələdiyyələr) və ya obyektlərin sahibləri
kanalizasiya müəssisəsinə obyektlərin ümumi
istifadədə olan kanalizasiya sisteminə qoşulması
məqsədi ilə onların hesabına kanalizasiya
kəmərlərinin çəkilməsi və ya kanalizasiya
qurğularının tikintisinin təmin olunması haqqında
yazılı sifarişlə müraciət edə
bilərlər.
1. Ayrıca
kanalizasiya sistemlərinin və tullantı suları
axıdılan obyektlərin ümumi istifadədə olan
kanalizasiya sistemlərinə birləşdirilməsi
üçün:
a) obyektin sahibi
kanalizasiya müəssisəsinə müəyyən
edilmiş qaydada müraciət etməli, habelə su
təsərrüfatı pasportunu tərtib və təqdim
etməli; [25]
b) belə
qoşulmanın ümumi istifadədə olan kanalizasiya
sisteminin istismarının vəziyyətinə mənfi
təsir göstərməyəcəyi barədə kanalizasiya
müəssisəsi zəmanət verməli;
c) qoşulacaq
obyektin kanalizasiya qurğularının vəziyyətinin
və konstruksiyasının müvafiq tələblərə
cavab verməsini təsdiq etmək üçün kanalizasiya
müəssisəsi müraciət edənin hesabına
obyektdə zəruri yoxlamanı keçirməli;
ç) müraciət
edən obyektin ümumi istifadədə olan kanalizasiya
sisteminə qoşulması üzrə bütün
xərcləri (o cümlədən yollarda torpaq işləri
xərclərini) ödəməlidir.
2. Müraciət
edən tərəfindən kanalizasiya sistemlərinə
qoşulmanın qaydaları və tələbləri
pozulduğu hallarda kanalizasiya müəssisəsi obyekti
qoşmaqdan, onun olduğu ərazidə tullantı
sularının axıdılmasını və drenaj
işlərinin aparılmasını yerinə yetirməkdən
imtina edə bilər.
3. Müraciət
edən ümumi istifadədə olan kanalizasiya sisteminə onun
obyektinin qoşulmasına və tullantı sularının
axıdılmasına imtina haqqında qərardan
qanunvericiliklə nəzərdə tutulmuş qaydada
şikayət edə bilər.
1. Ümumi
istifadədə olan kanalizasiya sisteminə qoşulmaq
məqsədi ilə:
a) qoşulacaq
obyektin sahibi kanalizasiya müəssisəsindən cavab
alındığı gündən və ya özünün
müraciət etdiyi gündən bir ay müddətində
həmin müəssisəyə obyektin qoşulması
planını (layihəsini) və su
təsərrüfatı pasportunu təqdim edir. Kanalizasiya müəssisəsi
bir ay müddətində bu plana baxır və onu təsdiq
(lazım gələrsə, dəyişikliklər
etməklə) edir. Obyektin sahibi təsdiqlənmiş plana və
razılaşdırılmış su
təsərrüfatı pasportuna uyğun olaraq qoşulmanı yerinə yetirir; [26]
b) kanalizasiya
müəssisəsi qoşmaqdan əsassız imtina
edilməsinə yol verməmək üçün qoşulma
haqqında müraciəti obyektiv araşdırmalıdır;
c) müraciət
edənin obyektini qoşmaq məqsədi ilə mövcud
kanalizasiya sisteminin genişləndirilməsinin dəyəri bu
obyektdən tullantı sularının axıdılmasına görə
alınması nəzərdə tutulmuş
məbləğdən həddən artıq çox olduqda,
kanalizasiya müəssisəsi, müraciət edəndən
kanalizasiya sisteminin genişləndirilməsinə tələb
olunan məbləğin bir hissəsinin
əvvəlcədən ödənilməsini tələb
edə bilər;
ç) obyektin
sahibi obyektin qoşulması ilə əlaqədar
işlərin nəzərdə tutulmuş müddətdə
yerinə yetirilməsini təmin edə bilmədikdə,
belə işlər kanalizasiya müəssisəsi
tərəfindən qeyd olunan obyektin sahibinin hesabına
görülə bilər.
1. Ümumi
istifadədə olan kanalizasiya sistemlərinə
istehlakçılar tərəfindən
aşağıdakıların axıdılması
(atılması) qadağandır:
a)
yağış sularının;
b) tullantı
sularının emalına və ya axmasına mane olan,
kanalizasiya borularını sıradan çıxaran hər
hansı maddələrin;
c) neft
məhsullarının və kalsium karbidin;
ç)
insanların sağlamlığı üçün
təhlükəli maddələrin;
d) yoluxucu
xəstəxanaların
zərərsizləşdirilməmiş tullantı
sularının;
e) kanalizasiya
müəssisəsi ilə bağlanmış
məişət və istehsalat tullantı sularının
axıdılması haqqında müqavilədə
nəzərdə tutulan hallar istisna olunmaqla, qadağan
olunmuş tullantıların, tullantı sularının və
maddələrin.
2. Tullantı
sularının yağış kanalizasiya sisteminə
axıdılması qadağan edilir.
3. İstehsalat
tullantılarının axıdılması (atılması)
qadağan edilən istehsalat və müəssisə
növləri və ya konkret müəssisələr normativ
hüquqi aktlarla müəyyən edilir.
1. Ayrıca
kanalizasiya qurğusunun sahibi özünə məxsus
kanalizasiya qurğusunun kanalizasiya müəssisəsinə
verilməsi barədə müraciət edə bilər.
2. Kanalizasiya
müəssisəsi ayrıca kanalizasiya qurğusunun
sahibinə həmin qurğunu almaq niyyətini bildirir. Bundan sonra
iki ay müddətində kanalizasiya müəssisəsi və
ayrıca kanalizasiya qurğusunun sahibi qurğunun verilməsi
şərtlərini, o cümlədən kompensasiyanın
ödənilməsinin mümkünlüyünü
razılaşdırırlar.
3.
Qanunvericilikdə başqa hal nəzərdə tutulmadıqda,
ayrıca kanalizasiya qurğusu kanalizasiya
müəssisəsinə təhvil verildikdən sonra onun
istismarı, texniki xidməti və təmiri üçün
lazım olan torpaq sahəsi ilə birlikdə əvvəlki
sahibinin hüquq və vəzifələri kanalizasiya
müəssisəsinə keçir.
1. Ümumi
istifadədə olan kanalizasiya sisteminə qoşulması
məqsədi ilə ayrıca kanalizasiya sisteminin tikintisi
və ya avadanlığın qurulması kanalizasiya
müəssisəsinin razılığı ilə müvafiq
normativ hüquqi aktlara uyğun olaraq aparılır.
2. Kanalizasiya
müəssisəsinin səlahiyyətli nümayəndəsi
aşağıdakı hüquqlara malikdir:
a) ayrıca
kanalizasiya sisteminin tikintisinə dair norma və qaydalara,
avadanlığın quraşdırılmasına və
təhlükəsiz istismarına dair tələblərə
riayət olunmasına nəzarət etmək məqsədi
ilə tullantı suları axıdılan obyektə girmək;
b) sulardan və
tullantı sularından nümunələr götürmək;
c) obyektin ümumi
istifadədə olan kanalizasiya sisteminə qoşulması
ilə əlaqədar obyekt sahibinə verdiyi bildirişdə
müəyyənləşdirilmiş müddətlərdə
aşağıdakı tədbirləri həyata
keçirməyi tələb etmək:
avadanlığın
təmizlənməsinin, təmirinin və ya ona texniki
xidmətin həyata keçirilməsini;
avadanlıq
müəyyən edilmiş normalara uyğun
gəlmədikdə onun istismarının
dayandırılmasını (tamamilə və ya qismən,
daimi və ya müvəqqəti);
suların
çirklənməsinin qarşısını almaq və ya
dayandırmaq məqsədi ilə digər zəruri
tələblərin həyata keçirilməsini.
3. Tullantı
sularını axıdan obyektin və ya ayrıca
kanalizasiyanın sahibi bu maddənin 2-ci bəndinin "c"
yarımbəndində nəzərdə tutulan
tədbirləri yerinə yetirmədikdə kanalizasiya
müəssisəsi obyektin sahibinin vəsaiti hesabına
lazımi işləri görə bilər.
1.
Aşağıdakı hallarda ümumi istifadədə olan
kanalizasiya müəssisəsinin ayrıca kanalizasiya
sistemlərinə baxış keçirməyə və bu
məqsədlə torpaq işləri də daxil olmaqla
zəruri işlərin aparılmasına hüquqları var:
a) ümumi
istifadədə olan kanalizasiya sistemlərinə
qoşulmuş kanalizasiya sistemlərinin və qurğuların
texniki vəziyyəti insanların sağlamlığı
üçün təhlükə yaratdıqda və
əhəmiyyətli dərəcədə narahatlığa
səbəb olduqda;
b) tullantı
suları kanalizasiya sistemlərindən sızaraq qrunt
sularını çirkləndirdikdə.
2.
Aşağıdakı sübuta yetirilmiş hallar istisna
olunmaqla, aşkar edilmiş nasazlıqların aradan
qaldırılması üzrə bu maddənin 1-ci
bəndində qeyd olunan işlərlə əlaqədar
bütün xərclər ayrıca kanalizasiyanın (obyektin)
sahibləri tərəfindən ödənilir:
a) obyektin sahibi
tərəfindən zəruri işlərin müəyyən
edilmiş müddətlərdə yerinə yetirilməsi
haqqında ona əvvəl təqdim olunmuş bütün
tələblərin dəqiq yerinə yetirilməsi;
b) kanalizasiya
müəssisəsinin obyektin sahibindən qeyd olunan
işlərin yerinə yetirilməsini tələb
etməsinə kifayət qədər əsasının
olmaması;
c) kanalizasiya
müəssisəsinin gördüyü işlərin
zəruri olmaması və ya bu işlərin
görülməsi üçün vəsaitdən
səmərəli istifadə olunmaması.
1. Kanalizasiya
müəssisəsi ancaq aşağıdakı hallarda
kanalizasiyadan istifadəni qadağan edə və ya onun
istismarını müvəqqəti dayandıra bilər:
a)
avadanlıqların quraşdırılması, onlarda təmir
və texniki xidmət işləri görüldükdə;
b)
avadanlıqların qoşulması və istismara verilməsi
zamanı;
c) tullantı
sularının sızması və suların
çirklənməsinin qarşısını almaq
zərurəti olduqda.
2.
Müəyyən ərazilərdə kanalizasiya sisteminin
ləğvi və ya onun fəaliyyətinin uzun müddətli
dayandırılması zərurəti yarandıqda, kanalizasiya
müəssisələri bu Qanunda nəzərdə
tutulmuş qaydada həmin ərazidəki obyektləri öz
hesablarına digər kanalizasiya sisteminə
qoşmalıdırlar.
1. Kanalizasiya
müəssisələri hər hansı istehlakçı
ilə (hüquqi və fiziki şəxslərlə) onların
obyektlərindən istehsalat tullantı sularının
axıdılması, saxlanması və təmizlənməsi
barədə müqavilə bağlaya bilərlər.
2. İstehsalat
və məişət tullantı sularının
təmizlənməsi və təkrar istifadəsi üzrə
layihələrin “Ətraf mühitə təsirin
qiymətləndirilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda nəzərdə tutulmuş
qaydada ətraf mühitə təsirinin
qiymətləndirilməsi aparılır. Kanalizasiya
müəssisəsi ümumi istifadədə olan kanalizasiya
sisteminə obyektdən axıdılan tullantı
sularının tərkibini nəzarətdə saxlamaq
məqsədi ilə bu obyektlərdə müntəzəm
olaraq müşahidə aparır. [27]
İstehsalat
və məişət tullantı sularının
təmizlənməsi və təkrar istifadəsi
sahəsində fəaliyyət göstərən mövcud
obyektlər ətraf mühitə təsir göstəricilərinə
dair ekoloji tələblərə uyğun olduqda, həmin
obyektlərin yenidən qurulması və ya həmin
obyektlərdə mövcud qurğu və avadanlıqların
dəyişdirilməsi üçün ətraf mühitə
təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin
hazırlanması tələb olunmur, lakin həmin obyektlərə
dair müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən
verilən sənədlərdə (atıla bilən
tullantı həddi (ABTH), buraxıla bilən axıntı
həddi (BBAH), ekoloji pasport) ətraf mühitin
mühafizəsi sahəsində normativ hüquqi aktların
və texniki normativ hüquqi aktların tələbləri
nəzərə alınmaqla müvafiq dəyişikliklər
edilir.
İstehsalat
və məişət tullantı sularının
təmizlənməsi və təkrar istifadəsi
sahəsində fəaliyyət göstərən mövcud
obyektlərin fəaliyyəti zamanı təbiətdən
istifadə şərtləri ətraf mühitə təsir
göstəricilərinə dair ekoloji tələblərə
uyğun olmadıqda və ya ilkin layihədə
nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji
üsullar tətbiq edildikdə, həmin fəaliyyətə
dair yenidən ətraf mühitə təsirin
qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.
İstehsalat
və məişət tullantı sularının
təmizlənməsi və təkrar istifadəsi sahəsində
fəaliyyət göstərən obyektlərə dair
ətraf mühitə təsirin qiymətləndirilməsi
(ƏMTQ) həyata keçirilərkən onların
transsərhəd təsiri müəyyən edildikdə,
həmin obyektlərlə bağlı transsərhəd
təsirlərin qiymətləndirilməsi
məsələləri Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə uyğun olaraq həll olunur.
3. Kanalizasiya
müəssisələri hər hansı istehsalat tullantı
sularını kanalizasiyaya axıtmazdan əvvəl obyektin
sahibindən onların ilkin təmizlənməsini
tələb edə bilərlər. Bu tullantı suları
(özləri və ya digər maddələrlə
birləşmədə) aşağıdakılara
təhlükə yaratdıqda kanalizasiya
müəssisələri istehsalat tullantı sularının
axıdılması üçün müqavilənin
bağlanmasından imtina edə bilərlər:
a) bu sularla
təmasda olan insanların həyatına,
sağlamlığına, əmlakına və ətraf
mühitə;
b) kanalizasiya
müəssisəsinin avadanlıqlarının
təhlükəsiz istismarına və texniki
vəziyyətlərinə;
c) tullantı
sularının təmizlənməsi və emalının
texnoloji proseslərinə.
Bu cür imtina
istehsalat tullantı sularının daşınması və
emalı xərcləri ilə bağlı razılıq
əldə edilmədiyi halda da edilə bilər.
4.
İstehlakçılar:
a) istehsalat
tullantı sularının axıdılması haqqında
müqavilənin bağlanmasından kanalizasiya
müəssisəsinin imtinası ilə;
b) belə
müqavilənin şərtləri ilə;
c) istehsalat
tullantı sularının axıdılması ilə
əlaqədar ödəmələrin məbləği
ilə razılaşmadıqda kanalizasiya
müəssisəsinin qərarından qanunvericiliklə
nəzərdə tutulmuş qaydada məhkəməyə
şikayət edə bilərlər.
1. Su
təchizatı və kanalizasiya müəssisələri
öz vəzifələrini həyata keçirmək
məqsədi ilə su təchizatı və kanalizasiya
qurğularının tikilməsini təmin edir və bu
məqsədlərlə müvafiq qanunvericiliklə
nəzərdə tutulmuş qaydada torpaqlardan istifadə
etmək hüququna malikdirlər.
2. Dövlət
və ya bələdiyyələrin mülkiyyətində olan
torpaqların ayrılması müvafiq icra hakimiyyəti
orqanının və (və ya) bələdiyyə
orqanının razılığına əsasən
qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata
keçirilir.
Torpaq
qanunvericiliyinə zidd olmayan hallarda xüsusi
mülkiyyətdə olan torpaqlardan qeyd olunan
məqsədlərlə istifadə torpaqların
mülkiyyətçisi ilə bağlanmış
müqaviləyə əsasən onların satın
alınması, icarəyə götürülməsi və
ya kompensasiyanın verilməsi yolu ilə həyata
keçirilir.
Hüquqi
və fiziki şəxslərin mülkiyyətində olan
torpaqların dövlət ehtiyacları üçün
alınmasına Azərbaycan Respublikasının Mülki
Məcəlləsində və “Torpaqların dövlət
ehtiyacları üçün alınması haqqında”
Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş hallarda və şərtlərlə yol verilir.[29]
1. Su
kəmərləri və ya kanalizasiya sisteminin tərkib
hissəsi olan və su təchizatı və kanalizasiya
müəssisəsi tərəfindən alınmış
və ya tikilmiş mühəndis-texniki qurğular, su
kəmərləri, avadanlıq və digər əmlak
ayrıca müqavilədə digər şərtlər
nəzərdə tutulmayıbsa, onların əmlakı hesab
olunur.
2.
Qanunvericiliyə zidd olmayan hallarda su təchizatı və
kanalizasiya müəssisəsi tərəfindən və ya
onun tapşırığı ilə başqasının
mülkiyyətində olan torpaq sahəsində
quraşdırılmış qurğu və digər əmlak
müəssisənin mülkiyyəti hesab olunur.
Qanunvericiliklə müəyyən olunmuş hallarda və
qaydada müəssisə ilə torpaq mülkiyyətçisi
arasında bağlanmış müqavilədə başqa
şərt nəzərdə tutulmadıqda, belə
qurğular torpaq mülkiyyətçisinə keçmir
və ona onların istismarından əldə olunmuş
gəlirdən pay almağa hüquq verilmir.
3. Su
təchizatı və kanalizasiya müəssisəsi
tərəfindən tikilmiş, alınmış və ya
istismar olunan mühəndis-texniki qurğular bu
müəssisənin su təchizatı və tullantı
sularının axıdılması zonasından kənarda
yerləşə bilər.
1. Su
təchizatı və kanalizasiya müəssisəsinin
bildiriş vasitəsi ilə obyektin sahibindən
aşağıdakıları tələb etmək hüququ
var:
a) daxili su
təchizatı və kanalizasiya sisteminin ümumi
istifadədə olan su təchizatı və kanalizasiya
sistemlərinə birləşməsi üçün
istifadə edilən avadanlıqların
nasazlıqlarını müəyyən
müddətlərdə aradan qaldırmaq. Ümumi sistemə
bir neçə sahibin daxili sistemlərinin ardıcıl olaraq
qoşulduğu halda su təchizatı və kanalizasiya
müəssisəsi belə nasazlıqların aradan
qaldırılmasını bir neçə sahibdən və
ya onların hamısından tələb edə bilər;
b) bu Qanuna
müvafiq olaraq xidmətlərin göstərilməsi
haqqında bağlanmış müqavilənin
şərtlərinin və bu Qanunun müddəalarının
yerinə yetirilməsi üçün zəruri olan
vəzifələrin vaxtında yerinə yetirilməsini.
2. Bildirişin
tələblərinin yerinə yetirilmədiyi hallarda su
təchizatı və kanalizasiya müəssisəsi
aşağıdakıları edə bilər:
a) bildiriş
almış və müvafiq tələblərin yerinə
yetirilməsinə cavabdeh sahibin hesabına nasazlıqların
aradan qaldırılması üçün zəruri
işləri görmək;
b) obyekti ümumi
su təchizatı sistemindən ayırmaq və ya
xidmətlərin göstərilməsini dayandırmaq və bu
Qanunda nəzərdə tutulmuş qaydada
görülmüş işlərin dəyərinin
ödənməsini obyektin sahibindən tələb etmək;
c)
bildirişdə göstərilmiş tələblərin
yerinə yetirilməsi üçün qanunvericiliklə
müəyyən olunmuş qaydada məhkəməyə
müraciət etmək.
1. Su
təchizatı və kanalizasiya müəssisələri bu
Qanuna uyğun olaraq hüquq və vəzifələrin
həyata keçirilməsini həvalə etməklə
səlahiyyətli nümayəndələrini təyin edirlər.
2.
Səlahiyyətli nümayəndəyə onun fotoşəkli
və şəxsi imzası olan müəyyən olunmuş
formada vəsiqə verilir.
3. Zəruri hallarda
səlahiyyətli nümayəndə və ya ona bu
səlahiyyəti verən su təchizatı və kanalizasiya
müəssisəsi kömək məqsədi ilə
müvafiq icra hakimiyyəti orqanına müraciət edə
bilər. Müvafiq icra hakimiyyəti orqanı
qanunvericiliklə nəzərdə tutulmuş hallarda və
qaydada ona lazımi kömək göstərməlidir.
1.
Qanunvericilikdə müəyyən edilmiş qaydada sahibə
əvvəlcədən bildirməklə səlahiyyətli
nümayəndə öz vəsiqəsini təqdim
edərək, aşağıdakıları həyata
keçirmək üçün su təchizatı və
tullantı suları axıdılan obyektə buraxılmaq
hüququna malikdir:
a) obyekti su
təchizatı və (və ya) kanalizasiya sistemlərinə
qoşmaq və ya borcların alınması məqsədi
ilə onu sistemlərdən ayırmaq;
b) su və ya tullantı
sularından nümunə götürmək, analiz aparmaq,
baxış və ölçü işləri aparmaq,
fotoşəkil çəkmək və məlumat toplamaq;
c) obyekt sahibi
və ya su təchizatı (kanalizasiya) xidmətlərini
göstərən müəssisələrin
işçiləri tərəfindən bu Qanunla
müəyyənləşdirilmiş vəzifələrin
və müvafiq tələblərin yerinə
yetirilməsinə nəzarət etmək;
ç)
suölçən cihazı təmir etmək, onu
sökmək və ya onun göstəricilərini
götürmək;
d) su
təchizatı və tullantı sularının
axıdılması sahəsinə aid olan qurğulara,
cihazlara, mexanizmlərə və qovşaqlara baxış
keçirmək;
e) su
təchizatı və kanalizasiya müəssisəsinin
funksiyaları ilə əlaqədar hər hansı zəruri
işləri yerinə yetirmək;
ə) su
təchizatının ehtiyacları üçün
torpağın əldə olunmasının
məqsədyönlüyünü araşdırmaq
məqsədi ilə torpaq sahələrinə və
onların üzərindəki su mənbələrinə
baxmaq;
f) bu Qanunun
müddəalarının icrasının və ya
işlədiyi su təchizatı və kanalizasiya
müəssisəsinin maraqlarının mühafizəsinin
təmin olunmasına nəzarət etmək.
2.
Aşağıdakı hallarda qanunvericiliklə
müəyyən edilmiş qaydada su təchizatı və
kanalizasiya müəssisələrinin səlahiyyətli
nümayəndələri bu maddədə nəzərdə
tutulmuş məqsədlər üçün
obyektlərə əvvəlcədən bildirmədən daxil
ola bilərlər:
a)
fövqəladə hadisə zamanı;
b) obyekt sahibi
işlərin aparılmasına etiraz etmədikdə;
c) suyun
çirklənməsini, ondan qeyri məqsədlər
üçün və səmərəsiz istifadəni aradan
qaldırmaq və həmçinin bu Qanunun
müddəalarının pozulmasının
qarşısını almaq üçün.
3.
Yaşayış binalarının və mənzillərin
sahibləri (icarəçiləri) tərəfindən sudan
istifadəyə qoşulmuş məhdudiyyətlərə
riayət olunmadığı, sudan səmərəsiz və
qeyri-məqsədlər üçün istifadə
olunduğu və bu Qanunun müddəalarının
pozulduğu haqqında əsaslı məlumatların
olduğu hallar istisna olunmaqla, su təchizatı və
kanalizasiya müəssisələrinin səlahiyyətli
nümayəndələrinə yaşayış binalarına
saat iyirmi birdən sonra və səhər saat doqquza kimi daxil
olmağa icazə verilmir.
1. Su
təchizatı və kanalizasiya müəssisələrinin
işlərin yerinə yetirilməsi üzrə
aşağıdakı hüquqları vardır:
a) torpaq
işlərini yerinə yetirmək;
b)
özünün funksiyalarının icrası
üçün zəruri olan texniki qurğuları qurmaq,
istifadə və istismar etmək, quyular qazmaq;
c) torpaqdan,
tullantılardan və tullantı sularından zəruri
nümunələr götürmək;
ç) su
təchizatı-kanalizasiya qurğularını tikmək,
onları istismar və ya idarə etmək və bu Qanuna
uyğun olaraq öz səlahiyyəti daxilində digər
müvafiq fəaliyyəti həyata keçirmək.
1. Su
təchizatı və kanalizasiya müəssisələri
müvafiq normativ hüquqi aktların tələblərinə
uyğun olaraq dövlət torpaqlarında və yollarda
zəruri işlərin görülməsi üçün
tədbirlər həyata keçirirlər.
2. Su
təchizatı və kanalizasiya müəssisələri:
a) işləri
görərkən və onları başa
çatdırdıqdan sonra vətəndaşlar və
dövlət torpaqlarının və yolların digər
istifadəçiləri üçün təhlükənin
aradan qaldırılması məqsədi ilə bütün
zəruri tədbirləri həyata keçirməyə;
b) tikinti zibilini
daşımağa;
c) iş
aparılan yeri işlər başlanandan əvvəlki
vəziyyətinə qaytarmağa;
ç) yol
örtüklərinin bərpası ilə əlaqədar
müvafiq orqanların, yol xidmətinin və
vətəndaşların xərclərini
ödəməyə;
d) işləri
ən qısa müddətlərdə və maksimum
səmərəliliklə görməyə borcludurlar.
3. Su
təchizatı və kanalizasiya müəssisələri,
başqalarına məxsus su kəmərləri, drenaj
sistemləri və digər əmlakla əlaqədar, bu
maddədə nəzərdə tutulan tədbirləri həyata
keçirdikləri hallarda öz xərclərini qeyd olunan
əmlak sahibinin hesabına ödətdirmək hüququna
malikdirlər.
İstehlakçıların
mənafelərinə toxunan işlərin
görüldüyü hallarda su təchizatı və
kanalizasiya müəssisələri onları
aşağıdakı müddətlərdə
xəbərdar etməlidirlər:
a) adi hallarda -
işləri başlamazdan əvvəl 7 gündən gec
olmayaraq;
b)
fövqəladə vəziyyətdə - işləri
başlamazdan əvvəl imkan daxilində tez, bu mümkün
olmadıqda işləri başlayandan dərhal sonra.
1.
Qanunvericiliyə zidd olmayan hallarda mülkiyyətində (istifadəsində,
icarəsində) torpaq sahəsi olan hüquqi və ya fiziki
şəxs, boru kəmərlərinin və ya
qurğuların yerləşdiyi ərazidə
müəyyən işlərin (o cümlədən tikinti)
görülməsinin planlaşdırılması ilə
əlaqədar su təchizatı və kanalizasiya
müəssisəsindən bu torpaq sahəsində
yerləşən və bu müəssisənin
mülkiyyətində olan və ya onun xidmət
göstərdiyi boru kəmərlərinin (kollektor, kanal), yaxud
digər qurğuların yerinin dəyişdirməsini
tələb edə bilərlər. Bu zaman boru
kəmərlərinin və digər qurğuların yerinin
dəyişdirilməsi üzrə xərclər və su
təchizatı müəssisəsinə su təchizatında
baş verən fasilələrə görə dəyən
ziyan belə tələbi qoyan şəxslərin hesabına
ödənilir.
2. Belə
tələblər alındıqdan sonra su təchizatı
və kanalizasiya müəssisələri yerinə
yetirilməsi mümkün olmayan və ya səmərəsiz
olanlar istisna olunmaqla, yerdə qalan bütün
tələbləri yerinə yetirməlidir.
3. Əgər bu,
mütləq zəruriyyətdən irəli gəlirsə, su
təchizatı və kanalizasiya müəssisəsi yol
xidməti və ya digər kommunal xidmətləri (elektrik
təchizatı, qaz, istilik təchizatı, telefon rabitəsi)
müəssisələrinin tələbi ilə öz
qurğularını köçürməli və ya
götürməlidir. Bu zaman qurğu və avadanlıqların
köçürülməsi üzrə bütün
işlər belə tələbi qoyan
müəssisələrin hesabına aparılır.
4. Su
təchizatı və kanalizasiya müəssisəsi
qurğuların köçürülməsi tələbini
qoyan hüquqi və fiziki şəxslərdən
qanunvericilikdə müəyyən edilmiş qaydada pul və
ya digər şəkildə girov təminatını
verməyi tələb edə bilər. Təminatın
miqdarı planlaşdırılan işlərin
dəyərindən asılıdır.
Su təchizatı
və kanalizasiya müəssisələri hər hansı
istehlakçının xahişi ilə onların hesabına
və ya öz təşəbbüsü ilə (özünün
hesabına), öz səlahiyyətləri
çərçivəsində
aşağıdakıları edə bilər:
a) hər hansı
avadanlığı modernləşdirmək və ya təmir
etmək;
b) hər hansı
tədqiqatı və ya baxışı keçirmək;
c) öz
səlahiyyətlərinə aid olan hər hansı digər
işləri görmək.
1. Su
təchizatı və kanalizasiya obyektlərinin layihələrinin “Ətraf
mühitə təsirin qiymətləndirilməsi haqqında”
Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada ətraf mühitə təsirinin
qiymətləndirilməsi (ƏMTQ) aparılır və
həmin obyektlərin layihələndirilməsi və
tikintisi qanunvericiliklə nəzərdə tutulmuş qaydada
müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırılmaqla həyata keçirilir. [30]
Müvafiq icra
hakimiyyəti orqanı layihələndirmə və tikinti
haqqında müvafiq müraciətlərə baxır və Azərbaycan Respublikasının
Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci
maddəsi ilə müəyyən edilmiş qaydada
qəbul edilmiş qərar barədə məlumat verir.[31]
2.
İstehlakçıların birbaşa və dolayısı
ilə su təchizatına, tullantı sularının
axıdılmasına, subasmanın qarşısının
alınmasına təsir göstərən tikinti və təsərrüfat
fəaliyyəti qanunvericiliklə nəzərdə tutulmuş
qaydada müvafiq su təchizatı və kanalizasiya
müəssisələri, bələdiyyələrlə
razılaşdırılmaqla həyata keçirilir.
1. Su
təchizatı və kanalizasiya müəssisələri,
həmçinin ayrıca su təchizatı və kanalizasiya
sistemlərinin (obyektlərin) sahibləri tikinti və
memarlıq sahəsində dövlət standartlarına və
normalarına riayət etməlidirlər.
2. Həmin norma
və standartlara riayət edilməklə aparılan
işlər:
a) müvafiq
ixtisaslı və işlərin aparılmasına icazəsi
olan mütəxəssislər tərəfindən və ya
onların başçılığı altında yerinə
yetirilməlidir;
b) su
təchizatı və kanalizasiya müəssisələrini
məlumatlandırmaqla işlərin yerinə
yetirilməsinə onlardan razılıq alındıqdan sonra
başlanılmalıdır;
c) su
təchizatı və kanalizasiya müəssisəsinin
səlahiyyətli nümayəndəsinin
göstərişlərinə müvafiq onun iştirakı
ilə və nəzarəti altında aparılmalıdır;
ç) su
təchizatı və kanalizasiya müəssisəsinin
səlahiyyətli nümayəndəsi tərəfindən
qəbul edilməlidir.
Ödənişlər
aşağıdakılara görə
müəyyənləşdirilir:
a) bu Qanuna
müvafiq olaraq verilmiş icazəyə əsasən suyun
götürülməsinə görə;
b) bu Qanuna
müvafiq olaraq verilmiş icazəyə əsasən
tullantı sularının və tullantıların
atılmasına görə.
Ödənişlərin
miqdarı, onların hesablanması və ödənilməsi
qaydaları müvafiq normativ hüquqi aktlarla
müəyyənləşdirilir.
1. Müvafiq
normativ hüquqi aktlarla nəzərdə tutulmuş
şərtlərlə və qaydada su təchizatı və
kanalizasiya müəssisələri aşağıdakı
hüquqlara malikdir:
a) bu Qanuna
müvafiq olaraq onların fəaliyyəti prosesində
bağlanılan müqavilədə göstərdikləri
hər hansı xidmət növü üçün
ödəmələrin və əvvəlcədən
ödəmənin (avans) miqdarının
müəyyənləşdirilməsinə dair
təkliflər vermək;
b) su
təchizatı və kanalizasiya müəssisəsinin
xidmətlərindən istifadə edən hər hansı
istehlakçıdan bu Qanuna müvafiq olaraq
müəyyənləşdirilmiş ödəmələri
götürmək və onların ödənilməsini
tələb etmək;
c) qeyd olunan
ödənişlərin
müəyyənləşdirilmiş
müddətlərdə verilməməsinə,
həmçinin vəzifələrin hər hansı formada
yerinə yetirilməməsinə görə qanunvericiliklə
nəzərdə tutulmuş qaydada əlavə
yığımlar və ya gecikdirilmiş borclar üzrə
faizlər şəklində cərimə
məbləğləri almaq;
ç) su
təchizatı və tullantı sularının
axıdılması obyektlərinin ilkin və ya təkrar
qoşulmasına görə qanunvericiliklə müəyyən
edilmiş qaydada ödəməni
müəyyənləşdirmək, tələb etmək
və almaq.
2. Kanalizasiya
müəssisələri göstərdiyi xidmətlərin
müvafiq qaydada ödənilməsi şərti ilə leysan
axarları vasitəsi ilə suların axıdılması
üçün yol xidməti (müəssisələri)
ilə müqavilə bağlaya bilərlər.
3. Su
təchizatı və kanalizasiya müəssisələrinin
xidmətlərinə görə ödəmələrin
məbləği aşağıdakılara əsasən
hesablanır:
a)
suölçən cihazların göstəricilərinə
görə verilən suyun həcminin və ya
obyektlərdən axıdılan tullantı sularının
miqdarının uçotuna;
b) müvafiq
normativ hüquqi aktlarla müəyyənləşdirilmiş
qaydalara.
1. Su
təchizatı və kanalizasiya müəssisələri
istehlakçıların bütün kateqoriyaları
üçün göstərdiyi xidmətlərə
görə ödəmələrin aşağıdakı
növlərini, müddətlərini və
məbləğini müqavilədə təklif edə
bilərlər:
a) mövcud
qaydalara uyğun suölçən cihazların
göstәricilәrinә və ya hesabat
göstəricilərinə əsasən
götürülmüş suyun və axıdılmış
tullantı sularının miqdarına görə
ödəmə;
b) su
təchizatı və kanalizasiya sistemlərinə
qoşulmağa görə ödəmə;
c) su
təchizatı və kanalizasiya sistemlərinə
qoşulmağa görə birdəfəlik ödəmə;
ç) su
təchizatı və kanalizasiya müəssisələri
tərəfindən texniki vasitələrin, o
cümlədən suölçən cihazların quraşdırılmasına
görə əvvəlcədən (avans) ödəmə (fiziki şəxs olan istehlakçılar istisna
olmaqla). [32]
2. Suyun
keyfiyyətindən, tullantı sularının və
tullantıların xüsusiyyətlərindən, xidmətin
göstərilməsinin yerindən və
mövsümündən, su təchizatının 24 saat
ərzində və ya rejimli (fasilələrlə)
olmasından asılı olaraq, su təchizatı və
kanalizasiya müəssisələri bu maddənin 1-ci
bəndində göstərilən müvafiq normativ hüquqi
aktlarla müəyyən edilmiş ödəmələrə
(tariflərə) artırılma və ya azaldılma əmsalları
tətbiq edə bilərlər.
3. Su
təchizatı və kanalizasiya müəssisələri,
zərurət olduqda hər hansı istehlakçıya
əlavə xidmət göstərmək üçün
onunla əlavə müqavilə bağlamaqla, əlavə
ödəmələrin verilməsini təklif edə
bilərlər.
4. Həmin
müqavilə, ilkin və təkrar qoşulma da daxil olmaqla,
istehlakçı tərəfindən xidmətlərin
ödənilməsi üzrə öhdəlikləri
nəzərdə tuta və xidmət göstərilməsi
prosesində ortaya çıxan su təchizatı və
kanalizasiya müəssisələri ilə istehlakçı
arasında münasibətləri tənzimləyə
bilər.
5.
Müqaviləyə görə istehlakçı su
təchizatı və kanalizasiya müəssisəsi
tərəfindən materialların alınması və
işlərin görülməsi də daxil olmaqla, ilkin
qoşulmağa çəkdiyi faktiki xərclərə
əsasən təqdim olunmuş hesabı ödəyir.
6.
Qanunvericiliklə müəyyən edilmiş qaydada su
təchizatı və kanalizasiya müəssisəsi vaxtı
keçmiş ödənişlərin məbləğini
istehlakçının akkreditiv hesabından silmək
hüququna malikdir. Akkreditiv hesabın məbləği
borcların ödənilməsinə kifayət deyildirsə,
su təchizatı və kanalizasiya müəssisəsi borcların
ödənilməməsi məsələsini
məhkəmə qaydasında həll edə bilər. Bu qayda
ödənişin hesabın ödənilmək
üçün təqdim edildiyi gündən otuz gün
keçdikdən sonra tətbiq olunur.
7. Akkreditivin
məbləği göstərilmiş xidmətlərə
görə borclar həcmində azalarsa, onda istehlakçı
su təchizatı və kanalizasiya müəssisəsinin
tələbinə əsasən akkreditivin depozit
məbləğini nəzərdə tutulmuş
səviyyəyə qədər çatdırmalıdır.
8. Akkreditivin
məbləği bu Qanunla nəzərdə tutulmuş
aylıq xidmətlərə görə bütün
ödənişlərin cəminin iki misli
səviyyəsində müəyyənləşdirilir. Orta
aylıq ödənişlərin hesabatı, bu
istehlakçının daxil olduğu kateqoriyanın
istifadə normalarını da nəzərə almaqla,
əvvəlki altı ayın istehlakının orta
qiymətinə və ya suölçən cihazın
göstəricilərinə əsasən aparılır.
Akkreditivin
məbləği su təchizatı və kanalizasiya
müəssisəsinin razılığına əsasən
hissə-hissə keçirilə bilər.
9. Su
təchizatı və kanalizasiya müəssisələrinin
xidmətlərinə görə akkreditiv hesablaşmalar
üzrə bu Qanunda öz əksini tapmayan
məsələlər mövcud qanunvericiliklə
müəyyənləşdirilir.
1. Su
təchizatı və kanalizasiya müəssisəsi ilə
fərdi istehlakçı arasında müqavilənin
olub-olmamasından asılı olmayaraq, xidmətlərin
haqqının ödənilməsi üzrə
istehlakçıların vəzifələri onların
obyektdə yaşaması, obyektin icarəçisi olması
və ya onlar tərəfindən su təchizatı
obyektlərindən hər hansı digər
məqsədlər üçün istifadə faktına
əsaslanır.
2. Su
təchizatı və kanalizasiya müəssisəsi mövcud
qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən
xidmətə görə ödənişi, obyektdən
istifadənin dayandırılması haqqında
istehlakçının azı dörd iş günündən
gec olmayaraq su təchizatı və kanalizasiya
müəssisəsinə məlumat verməsi halı istisna
olmaqla, istehlakçı tərəfindən obyektdən
istifadə dayandırıldıqdan sonra da alına bilər.
Qanunvericiliklə
başqa hallar nəzərdə tutulmadıqda
istehlakçı su təchizatı və kanalizasiya
müəssisələrinə, onların
göstərdikləri xidmətlərə görə borcu,
hesabın ödənilməsinə təqdim olunduğu
gündən bir ay müddətində
ödəmədikdə, su təchizatı və kanalizasiya
müəssisəsi qanunvericilikdə nəzərdə
tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların
bütün məbləğinin ödənilməsi
tələbi yerinə yetirilmədikdə, su təchizatı
və kanalizasiya müəssisəsinin
ödənilməyən məbləği məhkəmə
qaydasında tələb etmək, o cümlədən
qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin
borclunun əmlakı hesabına ödənilməsi
barədə iddia qaldırmaq hüququ vardır.[33]
1. Su
təchizatı və kanalizasiya müəssisələri
aşağıdakı məqsədlər üçün su
təchizatı və tullantı sularının
axıdılması üzrə xidmətlərinə və işlədilmiş
suyun miqdarına görə haqq almırlar:
a)
yanğının söndürülməsinə və ya
fövqəladə vəziyyətlər zamanı
yanğınsöndürmə xidmətlərinin
ehtiyaclarını ödəməyə xidmət etdikdə;
b)
yuxarıdakı məqsədlər üçün su
ehtiyatları yaradıldıqda.
2. Bu maddənin
1-ci bəndində nəzərdə tutulan hallarda su
təchizatı və kanalizasiya müəssisələrinin
xərcləri müvafiq normativ hüquqi aktlarla
müəyyən edilmiş qaydada dövlət büdcəsi
hesabına ödənilir.
1.
Büdcədən maliyyələşdirilən
müəssisə, idarə və təşkilatlar
(büdcə müəssisələri) bu Qanunda
nəzərdə tutulmuş qaydada su təchizatı və
kanalizasiya müəssisəsinin onlara göstərdikləri
bütün xidmətlərin dəyərini
ödəməlidirlər.
2. Büdcə
müəssisələri nəzərdə tutulmuş
müddətdə ödənişləri
köçürmədikdə su təchizatı və
kanalizasiya müəssisəsi qanunvericiliklə müəyyən
olunmuş qaydada büdcəyə maliyyə
öhdəliklərini büdcə müəssisəsi ilə
qarşılıqlı razılaşma əsasında
əvəz edə bilər.
1. Hüquqi və
fiziki şəxslər qanunvericiliyə müvafiq olaraq
aşağıdakılara görə məsuliyyət
daşıyırlar:
a) sudan
səmərəsiz, israfçılıqla istifadə
etdikdə və ya öz hərəkətləri ilə buna
başqaları üçün imkan yaratdıqda;
b) sudan, ondan
istifadəyə verilmiş icazədə və ya su
təchizatı müəssisəsi tərəfindən
nəzərdə tutulmuş məqsədlərdən
fərqli məqsədlər üçün istifadə
etdikdə;
c) suyun
götürülməsi və təmizlənməsi
üzrə hər hansı işlərin yerinə
yetirilməsinə mane olduqda;
ç) su
təchizatı və kanalizasiya müəssisələrinin
səlahiyyətli nümayəndələrinin bu Qanun
çərçivəsində öz vəzifələrini
yerinə yetirməsinə mane olduqda.
2. Bu
maddədə nəzərdə tutulan hallarda maddi zərər
vurmuş şəxslər qanunvericilikdə müəyyən
edilmiş qaydada zərəri ödəməlidirlər.
Sudan istifadənin
aşağıdakı halları istisna olmaqla,
istehlakçı tərəfindən su təchizatı
müəssisəsinin qanuni istehlakçısı olmayan
üçüncü şəxsi su ilə təmin etməsi
və ya sudan istifadəyə icazə verməsi qadağan edilir:
a) su
kəmərləri şəbəkəsinə qoşulmuş
obyektdə suyun istifadəsi;
b)
yanğının söndürülməsi üçün
suyun istifadəsi;
c) su
təchizatı müəssisəsi ilə
müqaviləyə əsasən suyun istifadəsi.
1. Bu Qanunda
nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı
və kanalizasiya müəssisəsinin razılığı
olmadan su təchizatı və kanalizasiya sisteminə
qoşulmaq qadağandır.
2.
Küçələrdə quraşdırılmış
supaylayıcı kranlarından suyu ancaq məişət
(təsərrüfat) - içməli məqsədlər
və ya su təchizatı müəssisəsi
tərəfindən müəyyənləşdirilmiş
digər məqsədlər üçün
götürməyə icazə verilir.
1. Bu Qanuna və
müvafiq qanunvericiliyə zidd olmayan hallar istisna olmaqla, su
təchizatı və kanalizasiya sisteminin texniki
qurğularının müəyyənləşdirilmiş
ərazilərində, su təchizatı və kanalizasiya
müəssisələrinin razılığı olmadan
hər hansı işlərin görülməsi qadağandır.
2. Su
təchizatı və kanalizasiya sistemlərinin texniki
qurğularının zədələnməsi (qəsdən
və ya ehtiyatsızlıq üzündən) və ya
sıradan çıxarılması qanunvericiliyə
müvafiq olaraq məsuliyyətə cəlb edilməyə
səbəbdir.
3. Su
təchizatı və kanalizasiya sistemlərinin hər hansı
texniki qurğusuna dəyişdirici, zədələyici və
ya dağıdıcı təsir göstərə
biləcək və onun sanitariya mühafizə zonasında
yerləşən hər hansı tikili və avadanlıq,
əks halların lehinə sübutlar yoxdursa, bu tikili və
avadanlığa görə texniki qurğunun korlanmasına
sübut kimi qəbul edilə, bundan irəli gələn
və qanunvericiliklə nəzərdə tutulmuş prosessual
nəticələrin əmələ gəlməsinə səbəb
ola bilər.
4.
Aşağıdakı hallara yol vermək qadağan olunur:
a) sanitariya
mühafizəsi zonasında su kəmərləri və kanalizasiya
borularının və yeraltı texniki qurğuların
mühafizə hasarlarının dağıdılması;
b) yeraltı
texniki qurğuların, su kəmərləri və kanalizasiya
borularının, kommunikasiyaların qəsdən və ya
ehtiyatsızlıq üzündən sıradan
çıxarılması, onların açılması, zədələnməsi
və ya digər formada onlara təsir edilməsi;
c) texniki su
kəmərinin içməli su kəmərinə
qoşulması;
ç)
suölçən cihazların göstəricilərinin
dəyişdirilməsi;
d)
suölçən cihazların normal fəaliyyətinə
təsir göstərən və onların
çıxarılmasını tələb edən işlərin
və fəaliyyətin həyata keçirilməsi.
Fiziki və
hüquqi şəxslər qanunvericiliklə nəzərdə
tutulmuş qaydada aşağıdakı hallarda müvafiq
məsuliyyət daşıyır:
a) şəxsin
təqsiri üzündən su itkisi baş verdikdə, sudan
qeyri məqsədlər üçün istifadə olunduqda;
b) şəxsin
götürdüyü suyun həcmi icazə veriləndən
artıq olduqda;
c) qəsdən
və ya ehtiyatsızlıq üzündən fəaliyyəti
nəticəsində içməli su mənbəyi
çirkləndirildikdə və ya onun çirklənmə
təhlükəsi yarandıqda;
ç) təqsiri
üzündən şəxsin tabeliyində olan su
kəmərləri şəbəkəsi sıradan
çıxdıqda və nəticədə su
kəmərləri magistralındakı və ya ona
qoşulmuş borulardakı su çirklənməyə
məruz qaldıqda və ya çirklənmə
təhlükəsi altında olduqda.
Su təchizatı
və kanalizasiya müəssisəsinin rəsmi (yazılı)
icazəsi olmadan aşağıdakılar qadağan edilir:
a) su
təchizatı və kanalizasiya sistemlərinin texniki
qurğularının ətrafında müəyyən
olunmuş ərazilər hüdudlarında, həmçinin su
kəmərləri və kanalizasiya sistemlərinə aid olan
magistrallardan, boru kəmərlərindən və digər
texniki qurğulardan beş metrdən az olan məsafədə
hər hansı torpaq və tikinti işlərini yerinə
yetirmək;
b) su
kəmərləri və kanalizasiya texniki
qurğularının hər hansı torpaq, daş və
digər mühafizə örtüklərini, hasar və
dayaqlarını dağıtmaq və ya çıxarmaq.
1. Su
təchizatı və kanalizasiya müəssisələrinin
tabeliyində olan texniki qurğuların boru və ya kanalizasiya
kollektorlarının, mərkəzi su kəmərləri
və kanalizasiya magistrallarının hər iki
tərəfində beş metrə qədər
məsafədə ağacların, kolların və kənd
təsərrüfatı bitkilərinin (bundan sonra
əkmələr) əkilməsi qadağan olunur.
2.
Əkmələr su kəməri magistralına, kanalizasiya
kollektoruna və ya digər texniki qurğuya
yaxınlaşmağa mane olduqda və ya onların
zədələnməsinə səbəb olduqda su təchizatı
və kanalizasiya müəssisəsi əkmələr olan
torpaq sahəsinin mülkiyyətçisinə
(istifadəçisinə, icarəçisinə)
aşağıdakı tələbləri irəli
sürə bilər:
a)
əkmələrin çıxarılması;
b)
qurğuların zədələnməsi ilə
əlaqədar zərərin ödənilməsi;
c)
tələbdə göstərilən müddətdə
zədələnmiş obyektin öz hesabına
bərpası.
3. Torpaq
mülkiyyətçisi (istifadəçisi,
icarəçisi) tələbdə
göstərilənləri yerinə yetirmədikdə, su
təchizatı və kanalizasiya müəssisəsi onun
hesabına zəruri işləri görmək hüququna
malikdir.
Bu Qanunun
tələblərinin pozulmasında təqsirkar olan
şəxslər yol verdikləri pozuntu nəticəsində
su təchizatı və kanalizasiya müəssisəsinə
vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə
müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət
daşıyırlar.
Su təchizatı
və kanalizasiya müəssisələri bu Qanunun
tələblərini pozduqlarına görə
qanunvericiliyə uyğun olaraq məsuliyyət
daşıyırlar.
Azərbaycan
Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 28 oktyabr 1999-cu il
¹ 723-IQ
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1. 17 aprel 2007-ci il tarixli 314-IIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə
436)
2. 1 aprel 2008-ci il tarixli 588-IIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹5, maddə 348)
3. 30 sentyabr 2009-cu il tarixli 881-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr
2009-cu il, ¹ 247, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, ¹ 10, maddə 768)
4. 2 aprel 2010-cu il tarixli 980-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may
2010-cu il, ¹ 113, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010-cu il, ¹ 5, maddə 374)
5. 18 mart 2011-ci il tarixli 90-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 aprel 2010-cu
il, ¹ 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 4, maddə 263)
6. 20 aprel 2012-ci il tarixli 339-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyun 2012-ci
il, ¹ 122, “Azərbaycan” qəzeti 6 iyun 2012-ci il, ¹ 123,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹
6, maddə 505)
7. 30 may 2014-cü il tarixli 970-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, ¹ 137,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 6, maddə 617)
8. 28 oktyabr 2016-cı il tarixli 374-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr
2016-cı il, ¹ 277, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12, maddə 1992)
9. 3 aprel 2018-ci il
tarixli 1063-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 6 mart 2018-ci il, ¹ 102, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹5, maddə 854)
10. 3 may 2019-cu il
tarixli 1580-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 iyun 2019-cu il, ¹ 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 6, maddə
989)
QANUNA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 30
sentyabr 2009-cu il tarixli
881-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr 2009-cu il, ¹ 247,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹
10, maddə 768)
ilə 19-cu maddənin 2-ci bəndindən “və ya məhdudlaşdırılması”
sözləri, 26-cı maddənin adından “məhdudlaşdırılması və”
sözləri və 2-ci bəndindən “və ya məhdudlaşdırdıqda”
sözləri, “,
məhdudlaşdırılması” sözü, 27-ci
maddənin adından “məhdudlaşdırılması
və” sözləri, 28-ci maddənin 1-ci bəndindən “, məhdudlaşdırır
və ya tənzimləyir” sözləri, 2-ci bəndinin “b”
yarımbəndindən “,
tənzimlənməsi və ya məhdudlaşdırılması”
sözləri, 29-cu maddənin 1-ci bəndindən “və ya ondan istifadəni
məhdudlaşdıra” sözləri, 2-ci bəndindən “məhdudlaşdırılması
və ya” sözləri, 3-cü və 4-cü
bəndlərindən “və ya
məhdudlaşdırılması” sözləri
çıxarılmışdır.
[2] 30 may 2014-cü il tarixli 970-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, ¹ 137,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 6, maddə 617) ilə 1-ci maddənin
on ikinci abzasının sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir
və yeni məzmunda on üçüncü abzas
əlavə edilmişdir.
[3] 30 may 2014-cü il tarixli 970-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, ¹ 137,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 6, maddə 617) ilə 2-ci
maddədə “əhalinin,
müəssisə, idarə və təşkilatların”
sözləri “istehlakçıların”
sözü ilə əvəz edilmişdir.
[4] 30
sentyabr 2009-cu il tarixli
881-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr 2009-cu il, ¹ 247,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹
10, maddə 768) ilə 5-ci maddəyə 3-cü bənd
əlavə edilmişdir.
[5] 3
may 2019-cu il tarixli 1580-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun
2019-cu il, ¹ 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 6, maddə
989) ilə 7-ci
maddəyə yeni məzmunda 5-ci hissə əlavə edilmişdir.
[6] 30 may 2014-cü il tarixli 970-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, ¹ 137,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 6, maddə 617) ilə 12-ci maddənin
“a” yarımbəndində “lazımi
miqdarda” sözləri çıxarılmışdır,
“məqsədlər
üçün” sözlərindən sonra “müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilən
miqdarda” sözləri əlavə edilmişdir.
[7] 18 mart 2011-ci il tarixli 90-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 aprel 2010-cu
il, ¹ 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 4, maddə 263) ilə 13-cü maddənin 2-ci
bəndi çıxarılmışdır.
[8] 30 may 2014-cü il tarixli 970-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, ¹ 137,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 6, maddə 617) ilə 20-ci maddənin
1-ci hissəsində “lazımi”
sözü “bu Qanunun 12-ci
maddəsinin “a” yarımbəndinə uyğun olaraq
müəyyən edilən” sözləri ilə
əvəz edilmişdir.
[9] 18 mart 2011-ci il tarixli 90-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 aprel 2010-cu
il, ¹ 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 4, maddə 263) ilə 23-cü maddənin 1-ci
bəndin “b” yarımbəndi aşağıdakı redaksiyada
verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
b)
qoşulma istehlakçının hesabına aparılsın.
[10] 30 may 2014-cü il tarixli 970-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, ¹ 137,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 6, maddə 617) ilə 23-cü
maddənin 2-ci hissənin “a” yarımbəndinə “məlumatların”
sözündən sonra “, habelə
su təsərrüfatı pasportunun” sözləri
əlavə edilmişdir.
[11] 18
mart 2011-ci il tarixli
90-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 aprel 2010-cu il, ¹ 82, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 4, maddə
263) ilə 23-cü maddənin 2-ci bəndin “b”
yarımbəndi çıxarılmışdır.
[12] 2
aprel 2010-cu il tarixli
980-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may 2010-cu il, ¹ 113,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹
5, maddə 374) ilə 23-cü
maddəsinə 4-cü bənd əlavə edilmişdir.
[13] 18
mart 2011-ci il tarixli
90-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 aprel 2010-cu il, ¹ 82, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 4, maddə
263) ilə 23-cü maddəyə yeni məzmunda 5-ci
bənd əlavə edilmişdir.
30 may 2014-cü il tarixli 970-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, ¹ 137,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 6, maddə 617) ilə 23-cü
maddənin 5-ci hissəyə “verilməsi”
sözündən sonra “,
habelə su təsərrüfatı pasportunun nümunəsi,
tərtibi və razılaşdırılması”
sözləri əlavə edilmişdir.
[14] 30 may 2014-cü il tarixli 970-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, ¹ 137,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 6, maddə 617) ilə 24-cü
maddənin 1-ci hissəsinin “c” yarımbəndinin sonunda
nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilmişdir və yeni
məzmunda “d” yarımbəndi əlavə edilmişdir.
[15] 30
sentyabr 2009-cu il tarixli
881-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr 2009-cu il, ¹ 247,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹
10, maddə 768) ilə 26-cı maddə üzrə 1-ci
bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
1. Su təchizatı
müəssisələri aşağıdakı hallarda bu
Qanunla və digər normativ hüquqi aktlarla nəzərdə
tutulmuş vəzifələrini yerinə yetirməmək
və ya su təchizatını məhdudlaşdırmaq
hüququna malikdirlər:
a) məişət
(təsərrüfat)-içməli su ehtiyacları
üçün nəzərdə tutulmuş magistral su
kəmərlərindəki sudan digər
məqsədlərlə istifadə olunduqda;
b) su təchizatının
məhdudlaşdırılmasını və ya
kəsilməsini tələb edən tikinti,
təmir-profilaktika və qəza işlərinin
görülməsinə və su tutumlarının
təmizlənməsinə ehtiyac yarandıqda;
c) su götürülən
yerlərdə səth sularının bulanıqlıq
dərəcəsi artdıqda və ya su hövzəsində
fövqəladə ekoloji böhran vəziyyəti yarandıqda;
ç) su təchizatı
müəssisəsinin xidmət haqqı istehlakçı
tərəfindən ödənilmədikdə. Suyun
kəsilməsi ilə əlaqədar xərclər də daxil
olmaqla bütün borcların istehlakçı
tərəfindən ödənilməsindən sonra su
təchizatı bərpa oluna bilər;
d)obyektdə paylayıcı su
kəmərləri şəbəkəsi, su tutarları (su
anbarları), qoşulmalar, siyirtmələr, kranlar yararsız
vəziyyətdə olduqda və ya müvafiq dövlət
standartlarının tələblərinə cavab
vermədikdə;
e) obyektdə suyun itkisi və
çirklənməsinə qarşı zəruri
tədbirlər həyata keçirilmədikdə və su
təchizatı müəssisəsinin qanuni tələbləri
istehlakçı tərəfindən yerinə
yetirilmədikdə;
ə) istehlakçı bu Qanunun
sudan səmərəli istifadə və onun
çirklənmədən mühafizəsi haqqında
müddəalarını pozduqda;
f) qoşulma qanunsuz olduqda;
g) istehlakçı
səlahiyyətli şəxsin bu Qanunun tələblərinin
pozulmasının qarşısını almaq və
dayandırmaqla əlaqədar vəzifələrinin həyata
keçirilməsinə mane olduqda;
ğ) istehlakçı bu Qanunda
nəzərdə tutulan digər tələbləri yerinə
yetirmədikdə;
h) istehlakçının yazılı xahişi
olduqda.
[16] 28
oktyabr 2016-cı il tarixli 374-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2016-cı
il, ¹ 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 12, maddə 1992) ilə 26-cı
maddənin 1-ci hissənin doqquzuncu abzasının sonunda
nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilmişdir və yeni
məzmunda onuncu abzas əlavə edilmişdir.
[17] 30
sentyabr 2009-cu il tarixli
881-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr 2009-cu il, ¹ 247,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹
10, maddə 768) ilə 26-cı maddə üzrə 2-ci
bənddə “a”, “ç” və
“f” yarımbəndlərinə” sözləri “altıncı və yeddinci
abzaslarına” sözləri ilə əvəz
edilmişdir.
[18] 28
oktyabr 2016-cı il tarixli 374-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2016-cı
il, ¹ 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 12, maddə 1992) ilə 26-cı
maddənin 3-cü hissədə “dayandırılması”
sözündən sonra “(dini
ekstremizm əleyhinə xüsusi əməliyyatın
aparılması ilə əlaqədar dayandırma halı
istisna olmaqla)” sözləri əlavə edilmişdir.
[19] 30
sentyabr 2009-cu il tarixli
881-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr 2009-cu il, ¹ 247,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹
10, maddə 768) ilə 26-cı maddə üzrə 3-cü
və 4-cü bəndlər yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
3. Su təchizatı
müəssisəsinin hər hansı obyektin su
təchizatını dayandırmaq hüquqları bu və ya
digər obyektlər istehlakçıya məxsus olduqda və
bir paylayıcı boru vasitəsi ilə təmin olunduqda,
digər obyektlərə də tətbiq oluna bilər.
4.Bu maddənin tələbləri obyektdə (bir
binada, evdə) olan bir və ya bir neçə
istehlakçı tərəfindən yerinə
yetirilmədikdə, su təchizatı müəssisəsi
həmin obyektin su təchizatını dayandıra bilər. Bu
halda obyektin istismarına cavabdeh olan təşkilat suyun dayandırılması
haqqında normativ hüquqi aktlarla digər şərtlər
qoyulmadıqda, suyun kəsilməsinə səbəb olan
istehlakçıdan, çəkə biləcəyi əlavə
xərclər də daxil olmaqla, suyun kəsilməsi və onun
təkrar verilməsi ilə əlaqədar su təchizatı
müəssisəsinin çəkdiyi bütün
xərcləri tələb edə bilər.
[20] 28
oktyabr 2016-cı il tarixli 374-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2016-cı
il, ¹ 277, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 12, maddə 1992) ilə 27-ci
maddənin 2-ci hissəsinin ikinci abzasında “Fövqəladə” sözündən sonra “və dini ekstremizm əleyhinə
xüsusi əməliyyatın aparıldığı”
sözləri əlavə edilmişdir.
[21] 30
sentyabr 2009-cu il tarixli
881-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr 2009-cu il, ¹ 247,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹
10, maddə 768) ilə 27-ci maddənin 2-ci bəndinin ikinci
abzasında və 28-ci maddənin adında “məhdudlaşdırılması” sözü “dayandırılması”
sözü ilə əvəz edilmişdir.
[22] 30
sentyabr 2009-cu il tarixli
881-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr 2009-cu il, ¹ 247,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹
10, maddə 768) ilə 30-cu maddənin birinci bəndinə
ikinci və üçüncü cümlələr
əlavə edilmişdir.
[23] 18 mart 2011-ci il tarixli 90-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 aprel 2010-cu
il, ¹ 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 4, maddə 263) ilə 31-ci maddənin 1-ci
bənd yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
1.
Suölçən cihazlar su təchizatı müəssisəsinin
bu Qanuna uyğun tələblərinə və yaxud
istehlakçının müraciətinə əsasən
istehlakçının hesabına quraşdırılır.
[24] 18 mart 2011-ci il tarixli 90-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 aprel 2010-cu
il, ¹ 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 4, maddə 263) ilə 31-ci maddənin 2-ci
bənd çıxarılmışdır.
[25] 30 may 2014-cü il tarixli 970-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, ¹ 137,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 6, maddə 617) ilə 37-ci maddənin
1-ci hissəsinin “a” yarımbəndinə “müraciət etməli”
sözlərindən sonra “,
habelə su təsərrüfatı pasportunu tərtib və
təqdim etməli” sözləri əlavə edilmişdir.
[26] 30 may 2014-cü il tarixli 970-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 1 iyul 2014-cü il, ¹ 137,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, ¹ 6, maddə 617) ilə 38-ci maddənin
1-ci hissəsinin “a” yarımbəndinin birinci
cümləsinə “(layihəsini)”
sözündən sonra “və
su təsərrüfatı pasportunu” sözləri,
üçüncü cümləsində “təsdiqlənmiş plana” sözlərindən sonra
“və
razılaşdırılmış su
təsərrüfatı pasportuna” sözləri
əlavə edilmişdir.
[27] 3
may 2019-cu il tarixli 1580-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun
2019-cu il, ¹ 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 6, maddə
989) ilə 44-cü
maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
Kanalizasiya müəssisəsi ümumi
istifadədə olan kanalizasiya sisteminə obyektdən axıdılan
tullantı sularının tərkibinə nəzarət
etmək məqsədi ilə bu obyektlərdə
müntəzəm olaraq müşahidə aparır.
[28] 17 aprel 2007-ci il tarixli 314-IIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə
436) ilə 46-cı maddəsinin mətni yeni redaksiyada
verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
Torpaq qanunvericiliyinə zidd olmayan
hallarda torpaq mülkiyyətçisi ilə razılığa
gəlmək mümkün olmadıqda, dövlət və
ictimai mənafelərin təmin olunması, təbii
fəlakətlərin nəticələrini və ya
təhlükəsini aradan qaldırmaq məqsədi ilə
torpaq sahəsi onun mülkiyyətçisindən
qanunvericiliklə müəyyən edilmiş qaydada
dövlət mülkiyyətinə məcburi satın alına
bilər. Bu halda itirilmiş faydanı da nəzərə almaq
şərti ilə torpağın əvvəlki
mülkiyyətçisinə qanunvericiliklə
müəyyən edilmiş qaydada kompensasiya ödənilir
və ya onun arzusu ilə ona digər torpaq sahəsi verilir.
[29] 1 aprel 2008-ci il tarixli 588-IIIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹5,
maddə 348) ilə 46-cı maddəsindən "və ya ictimai ehtiyaclar"
sözləri çıxarılsın.
20 aprel 2012-ci il tarixli 339-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Respublika”
qəzeti, 5 iyun 2012-ci il, ¹ 122, “Azərbaycan” qəzeti 6 iyun
2012-ci il, ¹ 123, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012-ci il, ¹ 6, maddə 505) ilə 46-cı
maddəsinin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Hüquqi və fiziki şəxslərin
mülkiyyətində olan torpaqların dövlət
ehtiyacları və ya ictimai ehtiyaclar üçün
özgəninkiləşdirilməsinə Azərbaycan
Respublikasının Mülki Məcəlləsində
nəzərdə tutulmuş hallarda və
şərtlərlə yol verilir.
[30] 3
may 2019-cu il tarixli 1580-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyun
2019-cu il, ¹ 128, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 6, maddə
989) ilə 56-cı
maddənin 1-ci hissəsində “layihələndirilməsi”
sözündən əvvəl “layihələrinin
“Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda
nəzərdə tutulmuş qaydada ətraf mühitə
təsirinin qiymətləndirilməsi (ƏMTQ) aparılır
və həmin obyektlərin” sözləri əlavə
edilmişdir.
[31] 3 aprel 2018-ci il tarixli 1063-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 mart
2018-ci il, ¹ 102,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹5, maddə 854) ilə 56-cı
maddənin 1-ci hissəsinin ikinci abzasında “müraciəti alan gündən bir ay
müddətində” sözləri “Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsinin 75-ci maddəsi ilə
müəyyən edilmiş qaydada” sözləri ilə
əvəz edilmişdir.
[32] 18 mart 2011-ci il tarixli 90-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 22 aprel 2010-cu
il, ¹ 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 4, maddə 263) ilə 60-cı maddənin 1-ci
bəndinin ç) yarımbəndində “ödəmə” sözündən sonra “(fiziki şəxs olan
istehlakçılar istisna olmaqla)” sözləri
əlavə edilmişdir.
[33] 30
sentyabr 2009-cu il tarixli
881-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 noyabr 2009-cu il, ¹ 247,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹
10, maddə 768) ilə 62-ci maddənin birinci
cümləsində “30 gün
müddətində ödənilmədikdə, su
təchizatı və kanalizasiya müəssisəsinin azı
üç gün əvvəlcədən borcluya
xəbərdarlıq etmək şərti ilə onun obyektini
su təchizatı sistemindən ayırmaq hüququ vardır”
sözləri “bir ay
müddətində ödəmədikdə, su
təchizatı və kanalizasiya müəssisəsi
qanunvericilikdə nəzərdə tutulmuş müvafiq
tədbirləri görməlidir” sözləri ilə
əvəz edilmişdir.