Notariat
qaydasında təsdiq edilmiş sənədlərə
bərabər tutulan sənədlərin müvafiq
vəzifəli şəxslər tərəfindən təsdiq
edilməsi Qaydasının təsdiq edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Notariat
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 18 yanvar tarixli, 261 nömrəli
Fərmanının icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1.
Notariat qaydasında təsdiq edilmiş sənədlərə
bərabər tutulan sənədlərin müvafiq
vəzifəli şəxslər tərəfindən təsdiq
edilməsi Qaydası təsdiq edilsin (əlavə olunur).
2. Bu
qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan
Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı
şəhəri, 10 iyul 2000-ci il
¹ 116
|
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 iyul tarixli, 116 nömrəli qərarı
ilə TƏSDİQ EDİLMİŞDİR |
I. Ümumİ müddəalar
1. Bu
Qayda Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar
tarixli, 261 nömrəli Fərmanının icrasını
təmin etmək məqsədi ilə Azərbaycan
Respublikası Mülki Məcəlləsinin və "Notariat
haqqında" Azərbaycan Respublikası Qanununun
tələblərinə uyğun olaraq notariat qaydasında
təsdiq edilmiş sənədlərə bərabər
tutulan sənədlərin (vəsiyyətnamələrin
və etibarnamələrin) müvafiq vəzifəli
şəxslər tərəfindən təsdiq edilməsi
qaydasını müəyyən edir.
2.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.3,
1181-ci maddələrinə əsasən bu Qaydanın 2-ci
hissəsinin 1-ci bəndində və 3-cü hissəsinin 1-ci
bəndində göstərilən vəzifəli
şəxslər tərəfindən təsdiq edilmiş
vəsiyyətnamə və etibarnamələr notariat
qaydasında təsdiq edilmiş vəsiyyətnamə və
etibarnamələrə bərabər tutulur və
gələcəkdə bu Qaydada həmin şəxslər
"müvafiq vəzifəli şəxs"
adlandırılacaq.
3.
Müvafiq vəzifəli şəxs notariat qaydasında
təsdiq edilmiş sənədlərə bərabər
tutulan sənədləri təsdiq edərkən öz
fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını,
"Notariat haqqında" Azərbaycan Respublikasının
Qanununu, Azərbaycan Respublikasının digər
qanunlarını, habelə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin və Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin öz səlahiyyətləri
daxilində qəbul etdikləri normativ hüquqi aktları
rəhbər tutur.
4.
Müvafiq vəzifəli şəxs təsdiq etdiyi
vəsiyyətnamələrin və etibarnamələrin sirrini
saxlamağa borcludur.
Təsdiq
edilmiş etibarnamə haqqında məlumat, arayış
və sənədlər yalnız etibar edən və ya etibar
edilən şəxslərə verilir.
Təsdiq
edilmiş etibarnamə haqqında məlumat, arayış
və sənədlər məhkəmənin, istintaq və
təhqiqat orqanlarının tələbi ilə onların
icraatında olan konkret cinayət və ya mülki
işlərlə əlaqədar yalnız həmin
orqanların yazılı tələbləri əsasında
verilir.
Vəsiyyətnamənin
olması, onun məzmunu və s. haqqında arayışlar
və məlumatlar yalnız vəsiyyətçinin
ölümündən sonra onun ölümü haqqında
şəhadətnamə təqdim edildikdə verilir.
Müvafiq
vəzifəli şəxs, şahid, habelə
vəsiyyətnaməni vəsiyyət edənin
əvəzinə imzalamış şəxslər
vəsiyyətnamənin məzmununa, tərtibinə,
dəyişdirilməsinə və ya ləğvinə aid
məlumatları miras açılanadək açıqlaya
bilməzlər.
Təsdiq
edilmiş sənədlərin sirrinin saxlanılması
qaydaları xidməti vəzifələrini yerinə
yetirmələri ilə əlaqədar olaraq bu
sənədlər barəsində məlumatı olan
şəxslərə də şamil edilir.
Təsdiq
edilmiş sənədlərin sirrinin açılmasında
təqsirli olan şəxslər qanunvericilikdə
nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
5.
Vəsiyyətnamələri və etibarnamələri
təsdiq edən müvafiq vəzifəli şəxs bu məqsədlə
ona müraciət etmiş şəxslərə öz
hüquqlarının həyata keçirilməsində və
qanuni mənafelərinin müdafiə edilməsində yardım
göstərməyə, hüquq və vəzifələrini
izah etməyə, təsdiq edilmiş sənədlərin
nəticələri barədə xəbərdarlıq
etməyə borcludur ki, hüquq qaydalarını
bilməməkdən onların zərərinə istifadə
etmək mümkün olmasın.
Müvafiq
vəzifəli şəxs lazımi hallarda
vəsiyyətnamə və etibarnamə təsdiqi
üçün müraciət etmiş şəxslərin
xahişi ilə vəsiyyətnamə və etibarnamənin
layihələrini tərtib etməli, habelə notariat
hərəkətlərinin aparılmasına dair izahat
verməlidir.
Zəruri
hallarda müraciət etmiş şəxslərin xahişi
ilə müvafiq vəzifəli şəxs
vəsiyyətnamə və ya etibarnamənin layihəsini
tərtib etməlidir.
6.
"Notariat haqqında" Azərbaycan Respublikası Qanununun
13-cü maddəsinə uyğun olaraq təsdiq edilən
vəsiyyətnamə və etibarnamələr üzrə
kargüzarlıq Azərbaycan Respublikasının
dövlət dilində aparılır.
Əgər
müraciət etmiş şəxs bu dili bilmirsə və ya
bu sənədlərin hər hansı bir başqa dildə
rəsmiləşdirilməsini xahiş edirsə, müvafiq
vəzifəli şəxs imkan daxilində bu sənədi
həmin dildə tərtib etməli və ya
tanıdığı tərcüməçi vasitəsi
ilə həmin sənədlərin mətnini arzu edilən
dildə tərtib etməli və ya mətn tərcümə
edilməlidir.
Əgər
şəxs sənədin tərtib olunduğu dili bilmirsə,
o, sənədə ona məlum olan dildə imza edir.
7.
Müvafiq vəzifəli şəxs
vəsiyyətnamələri və etibarnamələri
təsdiq edərkən bunun üçün müraciət
etmiş şəxslərin, iştirakçıların
və şahidlərin şəxsiyyətini müəyyən
edir.
Fiziki
şəxslərin şəxsiyyəti şəxsiyyət vəsiqəsi və ya
şəxsiyyəti təsdiq edən digər sənəd
əsasında müəyyən edilir.[1]
Hərbi
qulluqçuların şəxsiyyəti hərbi
hissələrin və hərbi idarələrin
komandanlığı tərəfindən verilən
şəxsi vəsiqə və hərbi bilet əsasında
müəyyən edilir.
Azadlıqdan
məhrum etmə müəssisələrində cəza
çəkən şəxslərin şəxsiyyəti
onların həmin müəssisələrdəki
şəxsi işlərində saxlanan şəxsiyyəti
təsdiq edən sənədlər əsasında
müəyyən edilir.
Vəsiyyətnamə
və etibarnaməni təsdiq edərkən müvafiq
vəzifəli şəxs, bunun üçün
müraciət etmiş şəxslərin,
iştirakçıların və şahidlərin
fəaliyyət qabiliyyətini aydınlaşdırır
və onların imzalarının həqiqiliyini yoxlayır.
8.
Müvafiq vəzifəli şəxs 18 yaşına
çatmış, 18 yaşına çatmayan, lakin
qüvvədə olan qanunvericiliyə uyğun olaraq tam
həcmdə fəaliyyət qabiliyyəti əldə etmiş
şəxslərin vəsiyyətnamələrini və
etibarnamələrini təsdiq edir.
9.
Vəsiyyətnamə və etibarnamə təsdiq
edilərkən bu sənədlərdə şəxsin
soyadı, adı, atasının adı, yaşayış yeri
onun şəxsiyyətini
təsdiq edən
sənədə uyğun olaraq tam göstərilir. [2]
Vəsiyyətnamələr
və etibarnamələr müvafiq vəzifəli
şəxsin iştirakı ilə imzalanır. Əgər
vəsiyyətnamə və etibarnamə müvafiq vəzifəli
şəxsin iştirakı olmadan imzalanmışsa, onu
imzalayan şəxs sənədi özünün
imzaladığını şəxsən təsdiq
etməlidir.
10.
Etibarnamə nümayəndə vasitəsi ilə verildikdə
onun səlahiyyəti yoxlanılır. Nümayəndənin
səlahiyyəti onun adına verilmiş etibarnamə ilə
müəyyən edilir.
11.
Vəsiyyətnamənin və etibarnamənin təsdiqi
üçün müraciət etmiş şəxsin,
iştirakçının və şahidlərin
fəaliyyət qabiliyyəti
aydınlaşdırılarkən müvafiq vəzifəli
şəxs əqd iştirakçılarının
yaşı göstərilən sənədi tələb edir.
12.
Məhkəmənin qanuni qüvvəyə minmiş
qətnaməsi ilə ruhi xəstəlik və ya əqli
zəiflik nəticəsində fəaliyyət qabiliyyəti
olmayan hesab edilmiş, eləcə də vəsiyyətnamə
ya etibarnamə tərtib olunan zaman öz
hərəkətlərinin mənasını başa
düşməyən, yaxud öz
hərəkətlərinə rəhbərlik edə bilməyən
şəxslərin vəsiyyətnamələri və
etibarnamələri təsdiq oluna bilməz.
Əgər
müraciət edən şəxsi spirtli
içkilərdən və ya narkotik vasitələrdən, psixotrop
maddələrdən sui-istifadə etməsinə, habelə
qumara qurşanmasına görə məhkəmənin qanuni
qüvvəyə minmiş qətnaməsi ilə
fəaliyyət qabiliyyətinin
məhdudlaşdırıldığı müvafiq
vəzifəli şəxsə məlumdursa, o,
vəsiyyətnaməni təsdiq etməkdən imtina edir,
əmlak üzərində sərəncam verilməsi
üçün etibarnamə isə yalnız onun
himayəçisinin razılığı ilə təsdiq
oluna bilər.[3]
13.
Müvafiq vəzifəli şəxs bu Qaydanın 2-ci
hissəsinin 1-ci bəndində və 3-cü hissəsinin 1-ci
bəndində göstərilən şəxslərin
şifahi müraciətlərinə və ya
ərizələrinə əsasən onların vəsiyyətnamələrini
və etibarnamələrini təsdiq edir.
14.
Əgər vəsiyyətnamə və etibarnamə təsdiqi
üçün müraciət etmiş şəxs cismani
qüsuruna, xəstəliyinə və ya hər hansı
başqa səbəbə görə özü imzalaya
bilmirsə, vəsiyyətnamə və ya etibarnaməni onun
tapşırığı və iştirakı ilə,
həmçinin müvafiq vəzifəli şəxsin
iştirakı ilə, müraciət etmiş şəxsin
sənədi özünün imzalaya bilmədiyinin səbəbi
göstərilməklə, başqa şəxs imzalaya
bilər.
15.
Müvafiq vəzifəli şəxs öz adına və
öz adından, öz ərinin (arvadının), onun və
özünün qohumlarının (valideynlərinin,
uşaqlarının, nəvələrinin, babalarının,
nənələrinin, qardaşlarının,
bacılarının, əmilərinin, dayılarının,
bibilərinin, xalalarının, onların
uşaqlarının) adına və onların adından,
həmin müvafiq vəzifəli şəxs ilə bir
yerdə işləyənin adına və onun adından
vəsiyyətnamə və etibarnamə təsdiq edə
bilməz.
Bu
bənddə müəyyən edilən qaydaları pozmaqla
təsdiq edilmiş vəsiyyətnamə və etibarnamə
etibarsızdır və məhkəmənin qərarı
ilə ləğv edilməsi üçün əsasdır.
16.
Sözləri pozulmuş, təsdiq edilməmiş
əlavə yazıları olan, sözlərin
üstündən qələm çəkilmiş və
şərtləşdirilməmiş digər
düzəlişləri olan, zədələndiyinə
görə mətninin oxunması mümkün olmayan,
habelə karandaşla yazılmış sənədləri
müvafiq vəzifəli şəxs təsdiq üçün
qəbul etmir.
Etibarnamədə
edilmiş əlavələr və digər
düzəlişlər müvafiq vəzifəli şəxs
tərəfindən təsdiq qeydində
şərtləndirilməlidir.
Əgər
təsdiq olunmalı sənəd düzgün ifadə
edilməmiş və ya savadsız yazılmışsa,
müvafiq vəzifəli şəxs müraciət etmiş
şəxsə onu düzəltməyi və ya yenisini
tərtib etməyi təklif edir.
17.
Vəsiyyətnamə və etibarnamələrin mətni
aydın və dürüst yazılmalı, sənədin
mətninə aid olan tarixlər və müddətlər
heç olmasa bir dəfə sözlərlə, hüquqi
şəxslərin adları isə onların
orqanlarının ünvanı göstərilməklə
ixtisarsız yazılmalıdır.
Vəsiyyətnamə
və etibarnamə iki nüsxədə tərtib və
təsdiq edilir. Əqddə onun tərtib edildiyi yer və vaxt
göstərilməlidir. Bütün nüsxələr vəsiyyət
edən və ya etibar edən tərəfindən imzalanır.
Vəsiyyətnamə
və etibarnamələrdə axıradək doldurulmamış
sətirlərə və digər boş yerlərə
xətt çəkilir, əlavə və
düzəlişlərə yol verilmir.
Təsdiq
edilən vəsiyyətnamə və etibarnamə bir
neçə ayrı-ayrı vərəqdə ifadə
olunduqda, həmin vərəqlər nömrələnməli
və qaytanlanmalı, bu barədə müvafiq qeyd
yazılmalı, həmin qeyd vəzifəli şəxsin
imzası ilə və gerbli möhürü ilə təsdiq
edilməlidir. Məsələn: "Beş vərəq
nömrələnmiş və qaytanlanmışdır".
İmza və möhür.
18.
Vəsiyyətnamə və etibarnamə qanuna ziddirsə, bu
sənədləri başqa vəzifəli şəxs
təsdiq etməli olduqda, sənədlərin təsdiqi
üçün fəaliyyət qabiliyyəti olmayan
şəxs və ya lazımi səlahiyyəti olmayan
nümayəndə müraciət etdikdə, qanunun
tələblərinə uyğun olmayan əqd
bağlandıqda, təqdim olunan sənədlər
qanunvericiliyin tələblərinə zidd olduqda və ya
həmin sənədlərdə ayrı-ayrı şəxslərin
şərəf və ləyaqətini ləkələyən
məlumatlar olduqda, vəsiyyətnamənin və
etibarnamənin məzmunu tərəflərin həqiqi
niyyətinə uyğun olmadıqda, müvafiq vəzifəli
şəxs sənədləri təsdiq etməkdən imtina
edir.
Müvafiq
vəzifəli şəxs vəsiyyətnamə və
etibarnamə təsdiqinə rədd cavabı almış
şəxsin xahişi ilə üç gün
müddətində imtinanın səbəbləri
barəsində əsaslandırılmış qərar
çıxarmalı və ondan şikayət verilməsi
qaydasını izah etməlidir. Vəsiyyətnamə və
etibarnamənin təsdiqi və onların təsdiq
edilməsindən imtinanı düzgün saymayan şəxsin
bu barədə məhkəməyə şikayət vermək
hüququ vardır. Həmin şikayətə Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin
342--344-cü maddələri ilə nəzərdə
tutulmuş qaydada baxılır.
19.
Vəsiyyətnamə vəsiyyət edən şəxs,
etibarnamə etibar edən şəxs tərəfindən
imzalandıqdan sonra müvafiq vəzifəli şəxs onu
təsdiq etməlidir.
20.
Vəsiyyətnaməni və ya etibarnaməni təsdiq
etməzdən əvvəl müvafiq vəzifəli
şəxs vəsiyyətnamənin və ya etibarnamənin
layihəsinin məzmununu vəsiyyətnamə qoyan və ya
etibarnamə verən şəxsə ucadan oxuyur və ya bu
şəxslər həmin layihələri özləri
oxuyurlar. Vəsiyyət edən və ya etibarnamə verən
şəxslər vəsiyyətnamənin və ya
etibarnamənin layihəsi ilə razılaşarsa, müvafiq
vəzifəli şəxsin iştirakı ilə həmin
sənədləri imza etməlidirlər.
21.
Vəsiyyətnamə və etibarnamə təsdiq
edilərkən müvafiq vəzifəli şəxs
sənədi imzalamaqla və təşkilatın (idarənin)
gerbli möhürünü vurmaqla, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin müəyyən etdiyi forma üzrə
sənəddə təsdiq qeydi aparır.
Təsdiq
qeydi vəsiyyətnamə və ya etibarnamənin bütün
nüsxələrində yazılır.
Təsdiq
qeydinin mətni makinada çap edilə və ya əl ilə
aydın şəkildə, pozulmuş sözlərə yol
vermədən yazıla bilər, doldurulmamış
yerlərə xətt çəkilməli, əlavə
yazılar və digər düzəlişlər şərtləşdirilməlidir.
Təsdiq
qeydinin aparılması üçün müvafiq qeydin
mətni olan ştamplardan da istifadə edilə bilər.
Təsdiq
qeydinin mətnində qaralamalar edilməsinə yol verilmir.
Təsdiq
qeydi vəsiyyətnamədə və etibarnamədə
şəxsin imzasından sonra eyni səhifədə və ya
sənədin arxa tərəfində, yaxud ayrıca
vərəqdə yerləşdirilir. Təsdiq qeydi ayrıca
vərəqdə edildikdə, habelə təsdiq edilən
sənədin məzmunu bir neçə vərəqdə
ifadə olunduğu hallarda bütün vərəqlər
nömrələnməli və qaytanlanmalı, bu
barədə müvafiq qeyd yazılaraq, vəzifəli
şəxsin imzası və gerbli möhürü ilə
təsdiqlənməlidir.
22.
Əgər təsdiq qeydi müvafiq sənəddə
yerləşmirsə, o, sənədə bənd edilən
vərəqdə davam etdirilə və ya tam ifadə oluna
bilər. Bu halda sənədin mətni ifadə edilmiş
vərəqlər və təsdiq qeydi qaytanlanır və
nömrələnir, vərəqlərin sayı müvafiq
vəzifəli şəxsin imzası və gerbli
möhürü ilə təsdiqlənməlidir.
Təsdiq
qeydinin ifadə və ya davam etdirilməsi üçün,
ottiski kağız vərəqində qismən
götürülməli olan gerbli möhür vurulmaqla,
kağız vərəqini yapışdırmağa yol
verilir.
Vəsiyyətnamə
və etibarnamədə təsdiq qeydi onların tərtib
olunduğu gün yazılmalıdır.
23.
Müvafiq vəzifəli şəxs tərəfindən
təsdiq edilən vəsiyyətnamələr və
etibarnamələr müəyyən edilmiş forma
üzrə aparılan qeydiyyat kitabına (əlavə olunur)
qeyd edilir və təsdiq qeydlərində mütləq
müstəqil nömrə verilir.
Təsdiq
edilmiş vəsiyyətnamə və etibarnamənin kitaba
qeydə alınıb nömrələnməsi hər
təqvim ilinin əvvəlindən birinci nömrədən
aparılır.
Kitablar
qaytanlanmalı, vərəqləri
nömrələnməlidir. Kitab vərəqlərinin
sayı idarənin (təşkilatın) yuxarı
orqanının rəhbəri tərəfindən gerbli
möhür vurulmaqla təsdiq edilməlidir. Müvafiq
vəzifəli şəxs tərəfindən
sənəddə təsdiq qeydi aparıldıqdan və ya
verilən sənədlər onun tərəfindən
imzalandıqdan sonra kitabda mürəkkəblə (və ya
pastalı qələmlə) qeyd yazılır. Kitablarda
karandaşla qeyd yazılmasına, sözlərin pozulmasına
yol verilmir. Doldurulmamış yerlərdən xətt
çəkilməli, edilmiş düzəlişlər
müvafiq vəzifəli şəxsin imzası ilə
şərtləşdirilməlidir.
24.
Müvafiq vəzifəli şəxs təsdiq edilmiş
etibarnamə haqqında etibar etmiş və ya etibar edilmiş
hüquqi və fiziki şəxslərin yazılı
ərizəsinə əsasən, habelə
məhkəmənin, istintaq və təhqiqat
orqanlarının tələbi ilə bu Qaydanın 4-cü
bəndində göstərilən qaydada qeydiyyat kitabından
çıxarış verir.
25.
Müvafiq vəzifəli şəxsin təsdiq etdiyi və ya
verdiyi etibarnamə itirildikdə, etibar etmiş və ya etibar
edilmiş hüquqi və fiziki şəxsin yazılı
ərizəsinə əsasən, müvafiq vəzifəli
şəxs itirilmiş sənədin dublikatını verir.
Sənədin
dublikatında təsdiq edilmiş və ya verilmiş
sənədin tam mətni olmalıdır.
26.
Vəsiyyətnamə və etibarnamə təsdiqi
üçün müraciət etmiş şəxslərin,
onların nümayəndələrinin, şahidlərin
şəxsiyyətini təsdiq edən sənədlərin
surətləri saxlanılmadan geri qaytarılır, lakin
sənədin adı, nömrəsi, verildiyi tarix və
sənədi vermiş idarənin adı qeydiyyat kitabına
yazılır.
II.
Vəsİyyətnamə təsdİqİnİn
xüsusİ qaydaları
1.
Vəsiyyətnamə təsdiqlənərkən
aşağıdakılar notariusa bərabər tutulurlar:
xəstəxananın,
hospitalın, digər müalicə müəssisəsinin,
sanatoriyanın baş həkimi, rəisi, onların tibbi hissə
üzrə müavinləri və növbətçi
həkimi və ya ahıllar və əlilliyi olan
şəxslər üçün sosial xidmət
müəssisəsinin baş həkimi, xüsusi
təhsil müəssisəsinin rəhbəri -- əgər
vəsiyyət edən bu müəssisədə
müalicə edilirsə və ya yaşayırsa; [4]
axtarış,
coğrafi və digər bu cür ekspedisiyaların rəisi --
əgər vəsiyyət edən belə ekspedisiyadadırsa;
dəniz
və ya hava gəmisinin kapitanı -- əgər
vəsiyyət edən dəniz və hava
gəmisindədirsə;
hərbi
hissənin, birləşmənin, müəssisənin və
məktəbin komandiri (rəisi) -- əgər hərbi
hissənin yerləşdiyi məntəqədə notarius
yoxdursa və əgər vəsiyyət edən hərbi
hissədə hərbi qulluqçudursa və ya həmin
hissədə qulluq edən mülki şəxs, yaxud onun
ailə üzvüdürsə;
azadlıqdan
məhrumetmə yerinin rəisi -- əgər vəsiyyət
edən azadlıqdan məhrumetmə yerindədirsə.
2.
Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz
hərəkətləri barəsində şüurlu
mühakimə yürüdə bilən və öz
iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına
çatmış fəaliyyət qabiliyyətli şəxs
vəsiyyət edə bilər.
3.
Müvafiq vəzifəli şəxslər fəaliyyət
qabiliyyətli olan şəxslərin Azərbaycan
Respublikası Mülki Məcəlləsinin müvafiq
maddələrinin tələblərinə uyğun
surətdə tərtib olunmuş və şəxsən onlar
tərəfindən müvafiq vəzifəli
şəxslərə təqdim olunan
vəsiyyətnamələrini təsdiq edirlər.
4.
Təsdiq edilən vəsiyyətnamə bir şəxsin
adından tərtib olunmalıdır. Bir neçə
şəxsin (qardaşların, bacıların və s.)
adından tərtib olunmuş vəsiyyətnamələr
təsdiq edilə bilməz. Qüvvədə olan
qanunvericiliyə uyğun olaraq vəsiyyətnamə yalnız
vəsiyyət edənin iştirakı ilə təsdiq
olunduğuna görə, qəyyum tərəfindən
qəyyumluqda olanın adından, eləcə də
etibarnaməyə əsasən nümayəndə vasitəsi
ilə vəsiyyətnamənin təsdiq olunmasına yol
verilmir. Yalnız ərlə arvad qarşılıqlı
vərəsəlik haqqında birgə vəsiyyətnamə
tərtib edə bilərlər.
5.
Xeyrinə əmlakın vəsiyyət olunduğu şəxs
vəsiyyətnamə təsdiq olunarkən iştirak edə
bilməz və vəsiyyətnaməni
vəsiyyətçinin əvəzinə imzalaya bilməz.
Müvafiq
vəzifəli şəxs də vəsiyyətnaməni
vəsiyyətçinin əvəzinə imzalaya bilməz.
6.
Müvafiq vəzifəli şəxs bu Qaydanın 1-ci
hissəsinin 5-ci bəndinə uyğun olaraq
vəsiyyətnamənin təsdiqi barədə xahişlə
müraciət edən şəxsi qanun üzrə
vərəsələrin Mülki Məcəllənin
müvafiq maddələri ilə, müəyyən olunmuş
dairəsi ilə tanış etməli və vəsiyyət edənə
onun aşağıdakı hüquqlarını izah
etməlidir:
a)
bütün əmlakını və ya onun bir hissəsini
qanun üzrə vərəsələr dairəsinə həm
daxil olan və həm də daxil olmayan bir və ya bir
neçə şəxsə, dövlətə və ya
ayrı-ayrı təşkilata vəsiyyət üzrə
verə bilər, vəsiyyətnamədə qanun üzrə
vərəsələrin birini, bir neçəsini və ya
hamısını vərəsəlik hüququndan məhrum
edə bilər;
b)
vəsiyyət bir neçə şəxsin xeyrinə
edildikdə vəsiyyət edən vəsiyyətnamədə
mirasdan onların hər birinə düşən payı
göstərə bilər;
c)
istənilən vaxt bu barədə ərizə verməklə
və ya yeni vəsiyyətnamə tərtib etmək yolu
ilə qoyulmuş vəsiyyətnaməni dəyişə
və ya ləğv edə bilər. Vəsiyyət edən
həmçinin bu Qaydanın 2-ci hissəsinin 13-cü
bəndinə uyğun olaraq, vəsiyyətnamənin
saxlanılmaq üçün göndərildiyi notariat ofisinə və ya
dövlət notariat arxivinə ərizə vermək yolu
ilə də vəsiyyətnaməni ləğv edə
bilər.[5]
Müvafiq
vəzifəli şəxs vəsiyyət edənə izah
etməlidir ki, Mülki Məcəllənin 1193-cü
maddəsinə əsasən vəsiyyət edənin
uşaqlarının, valideynlərinin və arvadının
(ərinin) vəsiyyətnamənin məzmunundan asılı
olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun
üzrə vərəsəlik zamanı onlara çatası
payın yarısını (məcburi pay) təşkil
etməlidir.
7.
Vəsiyyətnamə təsdiq olunarkən vəsiyyət
edəndən vəsiyyət etdiyi əmlak üzərində
mülkiyyət hüququnu, eləcə də onun xeyrinə
vəsiyyət olunan şəxslə qohumluq əlaqəsini
təsdiq edən sənəd tələb olunmur.
Vəsiyyətnamə kənar şəxsin xeyrinə də
təsdiq oluna bilər.
8.
Vəsiyyətnaməni vəsiyyət edənin
sözlərindən müvafiq vəzifəli şəxsin iki
şahidin yanında yazmasına yol verilir.
Vəsiyyətnamənin yazılması zamanı
hamılıqla qəbul olunmuş texniki vasitələr
tətbiq edilə bilər.
Vəsiyyət
edənin sözlərindən müvafiq vəzifəli
şəxsin yazdığı vəsiyyətnaməni
vəsiyyət edən oxumalı və müvafiq
vəzifəli şəxsin, şahidlərin yanında
imzalamalıdır.
9.
Əgər vəsiyyət edən lal-kardırsa və ya
lal-kar və savadsızdırsa, vəsiyyət
sərəncamını o, müvafiq vəzifəli
şəxsin, iki şahidin və işin məğzini ona izah
edə bilən və vəsiyyətnamənin məzmununun
vəsiyyət edənin iradəsinə uyğunluğunu
öz imzası ilə təsdiqləyə bilən bir
nəfər şəxsin yanında tərtib etməlidir.
Kor
və ya savadsız olan vəsiyyət edən vəsiyyət
sərəncamını müvafiq vəzifəli
şəxsin və üç şahidin yanında tərtib
etməlidir. Bu barədə müvafiq qeyd yazılıb ona
oxunmalıdır.
Əgər
vəsiyyət edən lal-kar-kordursa və ya lal-kar-kor və
savadsızdırsa, vəsiyyət sərəncamını
müvafiq vəzifəli şəxsin, dörd şahidin
və işin məğzini ona izah edə bilən və
vəsiyyətnamənin məzmununun vəsiyyət edənin
iradəsinə uyğunluğunu öz imzası ilə
təsdiqləyə bilən bir nəfər şəxsin
yanında tərtib etməlidir.
Vəsiyyətnaməni
şahidlər yaza və oxuya bilərlər, lakin
vəsiyyətnaməni onu yazan oxumamalıdır.
Qeyddə
onu kimin yazdığı və vəsiyyət edənə
oxuduğu göstərilməlidir. Qeyd şahidlər
tərəfindən imzalanmalı və müvafiq vəzifəli
şəxs tərəfindən təsdiqlənməlidir.
10.
Yetkinlik yaşına çatmayanlar, fəaliyyət
qabiliyyəti olmayan sayılmış şəxslər,
vəsiyyət üzrə vərəsələr və
onların yüksələn və enən xətt üzrə
qohumları, bacıları, qardaşları, arvadı
(əri) və vəsiyyət tapşırığını
alan (leqatari) vəsiyyətin şahidi ola bilməzlər.
11.
Vəsiyyət edən öz əli ilə yazdığı
və imzaladığı vəsiyyətnaməni zərfə
qoyub bağlayaraq, üç şəxsin yanında
müvafiq vəzifəli şəxsə verə bilər;
həmin şəxslərin orada olması onların
zərfdəki imzaları ilə təsdiqlənir.
Bu
növ vəsiyyətnamənin saxlanması onun müvafiq
vəzifəli şəxs tərəfindən notariat ofisinə rəsmən
depozitə qoyulması ilə təmin edilməlidir. Bu
barədə qeydiyyat kitabında müvafiq qeyd edilməlidir.[6]
12.
Vəsiyyətnamənin mətni hamılıqla qəbul
olunmuş texniki vasitələrin köməyi ilə ifadə
edilə bilər, lakin imzanı vəsiyyət edən
qoymalıdır. Bu halda vəsiyyət edən
vəsiyyətnaməni iki şahidin yanında tərtib
etməli və imzalamalıdır. Həmin şahidlər
təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların
yanında texniki vasitədən istifadə edilməklə
tərtib olunmuşdur. Vəsiyyət edən
vəsiyyətnaməni imzaladıqdan dərhal sonra
şahidlər vəsiyyətnamədə öz
adlarını, soyadlarını və yaşayış
yerlərini göstərməklə müvafiq qeyd vasitəsi ilə
vəsiyyətnaməni təsdiqləməlidirlər.
13.
Müvafiq vəzifəli şəxs vəsiyyətnaməni
təsdiq etdikdən sonra onun bir nüsxəsini vəsiyyət
edənə verir, digərini isə saxlanmaq üçün
dərhal vəsiyyət edənin sonuncu daimi yaşayış
yeri üzrə notariat ofisinə
verir (göndərir).
Əgər
vəsiyyət edənin Azərbaycan Respublikasında daimi
yaşayış yeri yoxdursa və ya vəsiyyət edənin
daimi yaşayış yeri məlum deyilsə,
vəsiyyətnamə dövlət notariat arxivinə
göndərilir.
14.
Vəsiyyət edən vəsiyyətnaməni
aşağıdakı üsullarla həmişə
dəyişdirə və ya ləğv edə bilər:
əvvəlki
vəsiyyətnaməni və ya onun yeni
vəsiyyətnaməyə zidd hissəsini birbaşa
ləğv edənin yeni vəsiyyətnamə tərtib
etməsi ilə;
notariat
orqanına ərizə verməklə;
vəsiyyətnamənin
bütün nüsxələrinin vəsiyyət edən
tərəfindən və ya onun sərəncamı ilə
notarius tərəfindən məhv edilməsi ilə.
15.
Müvafiq vəzifəli şəxs vəsiyyətin
ləğv olunması və ya dəyişdirilməsi
haqqında ərizə aldıqda, eləcə də
əvvəlki edilmiş vəsiyyətnaməni ləğv
edən və ya dəyişdirən yeni vəsiyyətnamə
aldıqda, bu barədə qeydiyyat kitabında qeydiyyat
aparır. Əgər vəsiyyətçi
vəsiyyətnamənin onda olan nüsxəsini təqdim
edərsə, vəsiyyətnamənin ləğvi haqqında
qeyd bu nüsxədə də edilir. Bundan sonra həmin
nüsxə ərizə ilə birlikdə (əgər
vəsiyyətnamə ərizə ilə ləğv
olunmuşsa) vəsiyyət edənin sonuncu daimi
yaşayış yeri üzrə notariat
ofisinə və ya dövlət notariat arxivinə
göndərilir.
III.
Etİbarnamə təsdİqİnİn xüsusİ
qaydaları
1.
Aşağıdakılar notariat qaydasında
təsdiqlənən etibarnamələrə bərabər
tutulur:
hospitallarda,
sanatoriyalarda və digər hərbi-müalicə
müəssisələrində müalicədə olan
hərbi qulluqçuların və başqa
şəxslərin həmin müəssisənin rəisi, onun
tibbi hissə üzrə müavini, böyük və ya
növbətçi həkim tərəfindən
təsdiqlənmiş etibarnamələri;
hərbi
qulluqçuların etibarnamələri, hərbi
hissələrin, birləşmələrin, idarələrin
və hərbi təlim məktəblərinin
yerləşdiyi, lakin notariat ofislərinin
və notariat hərəkətləri aparan digər
orqanların olmadığı məntəqələrdə
isə həmçinin fəhlə və
qulluqçuların, onların ailə üzvlərinin və
hərbi qulluqçuların ailə üzvlərinin bu
hissənin, birləşmənin, idarənin və ya
məktəbin komandiri (rəis) tərəfindən
təsdiqlənmiş etibarnamələri;[7]
azadlıqdan
məhrumetmə yerlərində olan şəxslərin
müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi
tərəfindən təsdiqlənmiş etibarnamələri;
əhalinin
sosial müdafiəsi müəssisələrində olan yetkinlik
yaşına çatmış fəaliyyət qabiliyyətli
fiziki şəxslərin həmin müəssisənin
müdiriyyəti və ya müvafiq əhalinin sosial
müdafiəsi orqanının rəhbəri (onun müavini)
tərəfindən təsdiqlənmiş etibarnamələri.
2.
Müvafiq vəzifəli şəxs bir şəxsin
adından digər şəxsin adına, bir neçə
şəxsin adından bir şəxsin adına və bir
şəxsin adından bir neçə şəxsin adına
etibarnamə təsdiq edə bilər.
Bir
neçə şəxsin adından etibarnamə yalnız
həmin etibarnamədə nəzərdə tutulan
hərəkətlər etibar edən bir şəxsin deyil,
etibar edən bütün şəxslərin ümumi
mənafeyinə uyğun olduqda təsdiq edilir
(məsələn, bu şəxslərin birlikdə
müəyyən işi yerinə yetirdiyi müəssisədən
əmək haqqının tutulması haqqında
məhkəmədə işin aparılması
üçün verilən etibarnamə).
3. 14
yaşından 18 yaşınadək olan yetkinlik yaşına
çatmayanlar yalnız öz qazancı, təqaüdü
üzərində sərəncam verilməsinə, yaxud
özlərinin müəlliflik və ya
ixtiraçılıq hüquqlarının həyata
keçirilməsinə sərbəst surətdə
etibarnamə vermək hüququna malikdirlər.
Göstərilən şəxslər tərəfindən
digər hərəkətlərin aparılmasına
etibarnamələr onların valideynlərinin,
övladlığa götürənlərin və yaxud
himayəçilərin razılığı ilə, bu barədə
etibarnamədə qeyd edilməklə verilə bilər.
14
yaşınadək olan yetkinlik yaşına çatmayanlar
adından etibarnamələri yalnız onların qanuni
nümayəndələri: valideynlər, övladlığa
götürənlər və yaxud himayəçilər
verə bilərlər.
16
yaşı tamam olmuş yetkinlik yaşına çatmayan
əmək müqaviləsi üzrə işləyirsə
və ya valideynlərinin, övladlığa
götürənlərin və ya qəyyumun
razılığı ilə sahibkarlıq fəaliyyəti
ilə məşğul olursa, tam fəaliyyət
qabiliyyətli sayılır və öz şəxsi
əmlakı üzərində sərəncam verməkdə
müstəqildir.
4.
Müvafiq vəzifəli şəxs bu Qaydanın 1-ci
hissəsinin 5-ci bəndinə uyğun olaraq, etibarnamənin
təsdiqi barədə xahişlə müraciət edən
şəxsə onun aşağıdakı
hüquqlarını izah etməlidir:
a)
etibar edilənin etibarnamə ilə ona verilən
səlahiyyətləri başqasına etibar etmək hüququ
olduğunu etibarnamədə göstərə bilər;
b)
verilmiş etibarnaməni ləğv edə bilər. Bu halda
etibar edən şəxs etibarnamənin ləğv edilməsi
barədə onun təqdim olunacağı idarə,
müəssisə və təşkilata yazılı
ərizə göndərməlidir.
5.
Əgər etibarnamənin təsdiqi üçün
müraciət etmiş şəxs savadsız və ya kordursa,
müvafiq vəzifəli şəxs ona sənədin
mətnini oxumağa və bu barədə sənəddə qeyd
yazmağa borcludur.
Əgər
etibarnamənin təsdiqi üçün müraciət
etmiş kar, kor və kar-lal şəxs savadsızdırsa,
etibarnamə təsdiq edilərkən belə
şəxsləri başa salmağı bacaran savadlı
şəxs mütləq iştirak etməli və öz
imzası ilə təsdiq etməlidir ki, etibarnamənin
məzmunu kar, kor və kar-lal şəxsin iradəsinə
uyğundur.
6.
Etibarnamənin qüvvədə olma müddəti
sözlə yazılmalı və etibarnamə
istənilən (nəqliyyat
vasitəsinə dair sərəncam vermə hüququnu
nəzərdə tutan etibarnamə istisna olmaqla) müddətə verilə bilər.[8]
Nəqliyyat
vasitəsinə dair sərəncam vermə hüququnu
nəzərdə tutan etibarnamə bir ildən artıq
müddətə verilə bilməz.[9]
Etibarnamədə
müddət göstərilməmişdirsə, o,
bağlandığı gündən bir il ərzində
qüvvəsini saxlayır.
Tərtib
olunduğu tarix göstərilməyən etibarnamə
etibarsızdır.
7.
Etibar edilmişi başqasına etibar etmə qaydasında
verilən etibarnamə yalnız etibar edilmişi
başqasına etibar etmə hüququ
şərtləşdirilmiş əsas etibarnamə təqdim
olunduqda və ya əsas etibarnamə üzrə
nümayəndənin etibarnaməni verənin mənafeyinin
mühafizəsini tələb edən şəraitin
(nümayəndənin tapşırığı yerinə
yetirə bilməsinə imkan verməyən ağır
xəstəliyin, təbii fəlakətin və s.) təsiri
altında buna məcbur olması haqqında sübutlar
təqdim edildikdən sonra notariat qaydasında təsdiq edilir.
Etibar edilmişi başqasına etibaretmə qaydasında
verilmiş etibarnamə əsas etibarnamə üzrə
verildiyindən artıq hüquqlar ehtiva etməməlidir.
Etibar
edilmişi başqasına etibar etmə qaydasında
verilmiş etibarnamələrin qüvvədə olma
müddəti onun verilməsi üçün əsas
götürülmüş etibarnamənin qüvvədə
olma müddətindən artıq ola bilməz.
Etibar
edilmişi başqasına etibar etmə qaydasında
verilmiş etibarnamədə əsas etibarnamənin təsdiq
olunduğu vaxt və yer, əsas etibarnamənin verildiyi
şəxsin və onun öz səlahiyyətini etibar etdiyi
şəxsin soyadı, adı, atasının adı və
yaşadığı yer, lazımi hallarda isə onların
vəzifəsi göstərilməlidir.
Əsas
etibarnamə və etibar edilmişi başqasına etibar
etmə qaydasında verilmiş etibarnamənin bir
nüsxəsi etibarnaməni təsdiq etmiş müvafiq
vəzifəli şəxsin rəhbərlik etdiyi idarədə
saxlanılır.
8.
Müvafiq vəzifəli şəxs etibarnaməni təsdiq
etdikdən sonra onun bir nüsxəsini etibar edənə verir,
digərini isə öz işlədiyi idarədə
saxlayır.
9.
Etibarnamə etibar edənin xahişi ilə və onun
hesabına etibar edilən şəxsin ünvanına
göndərilə bilər.
Notariat qaydasında təsdiq edilmiş
sənədlərə
bərabər tutulan sənədlərin müvafiq
vəzifəli şəxslər
tərəfindən təsdiq edilməsi Qaydasına
Əlavə
|
Qeydiyyat nömrəsi |
Sənədin təsdiq olunduğu tarix |
Sənədlərin təsdiq olunması
üçün müraciət edən şəxslər
və ya onların nümayəndəsi, onların
yaşayış yeri |
Sənədlərin təsdiq olunması
üçün müraciət edən şəxslərin
şəxsiyyətini təsdiq edən sənədlər |
Sənədin məzmunu |
Sənədlərin təsdiq olunması
üçün müraciət edən şəxslərin
imzaları |
|
1 |
2 |
3 |
4 |
5 |
6 |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1. 3 noyabr 2005-ci il tarixli 201 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 11, maddə 1061)
2. 14 dekabr 2005-ci il tarixli 228
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005-ci il, ¹12, maddə 1228)
3. 20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə 787)
4. 6 iyul 2012-ci il tarixli 149 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 07, maddə 775)
5. 11 dekabr 2012-ci il tarixli 289 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 13 dekabr
2012-ci il, ¹ 278, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 12, maddə 1353)
6. 7 mart 2019-cu il tarixli 79 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, ¹ 59, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹ 3, maddə 513)
7. 28 mart 2019-cu il
tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 31 mart 2019-cu il, ¹ 68, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə
565)
QƏRARA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 11 dekabr 2012-ci il tarixli 289 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 13 dekabr
2012-ci il, ¹ 278, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 12, maddə
1353) ilə “Notariat qaydasında təsdiq edilmiş
sənədlərə bərabər tutulan
sənədlərin müvafiq vəzifəli
şəxslər tərəfindən təsdiq edilməsi
Qaydası”nın 7-ci hissənin ikinci abzasında “pasport” sözü “şəxsiyyət vəsiqəsi”
sözləri ilə əvəz edilmişdir.
[2] 11 dekabr 2012-ci
il tarixli 289 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 13 dekabr 2012-ci il, ¹ 278, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 12, maddə
1353) ilə “Notariat qaydasında təsdiq edilmiş
sənədlərə bərabər tutulan
sənədlərin müvafiq vəzifəli
şəxslər tərəfindən təsdiq edilməsi
Qaydası”nın 9-cu hissənin birinci abzasında “pasportuna və yaxud pasportu
əvəz edən digər” sözləri “şəxsiyyətini təsdiq
edən” sözləri ilə əvəz edilmişdir.
[3] 3
noyabr 2005-ci il tarixli 201 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 11, maddə 1061) ilə Notariat qaydasında təsdiq
edilmiş sənədlərə
bərabər tutulan sənədlərin müvafiq
vəzifəli şəxslər tərəfindən təsdiq edilməsi
Qaydası"nın 12-ci bəndinin ikinci abzasına "narkotik" sözündən sonra "vasitələrdən, psixotrop" sözləri
əlavə edilmişdir.
[4] 20 avqust 2008-ci il tarixli 192 nömrəli Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 8, maddə 787) ilə «Notariat qaydasında
təsdiq edilmiş sənədlərə bərabər
tutulan sənədlərin müvafiq vəzifəli
şəxslər tərəfindən təsdiq edilməsi
Qaydası»nın II bölməsinin 1-ci bəndinin ikinci
abzasında «və qocalar evinin
baş həkimi» sözləri «, sağlamlıq imkanları məhdud uşaqlar, qocalar
evinin baş həkimi, xüsusi təhsil
müəssisəsinin rəhbəri» sözləri ilə
əvəz edilmişdir.
7
mart 2019-cu il tarixli 79
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 14 mart 2019-cu il, ¹ 59, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə
513) ilə “Notariat qaydasında
təsdiq edilmiş sənədlərə bərabər
tutulan sənədlərin müvafiq vəzifəli
şəxslər tərəfindən təsdiq edilməsi
Qaydası”nın II bölməsinin 1-ci hissəsinin ikinci
abzasında “əlillər,
sağlamlıq imkanları məhdud uşaqlar, qocalar evinin”
sözləri “ahıllar və
əlilliyi olan şəxslər üçün sosial
xidmət müəssisəsinin” sözləri ilə
əvəz edilmişdir.
[5] 28
mart 2019-cu
il tarixli 132 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 mart 2019-cu il, ¹ 68,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
3, maddə 565) ilə “Notariat qaydasında təsdiq edilmiş
sənədlərə bərabər tutulan
sənədlərin müvafiq vəzifəli
şəxslər tərəfindən təsdiq edilməsi
Qaydası”nın II bölməsində 6-cı hissənin “c”
bəndinin ikinci cümləsində, 13-cü hissənin
birinci abzasında və 15-ci hissənin üçüncü
cümləsində “dövlət
notariat kontoruna” sözləri “notariat
ofisinə” sözləri ilə əvəz edilmişdir.
[6] 28
mart 2019-cu
il tarixli 132 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 mart 2019-cu il, ¹ 68,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
3, maddə 565) ilə “Notariat qaydasında təsdiq edilmiş
sənədlərə bərabər tutulan
sənədlərin müvafiq vəzifəli
şəxslər tərəfindən təsdiq edilməsi
Qaydası”nın II bölməsində 11-ci hissənin ikinci
abzasının birinci cümləsində “kontoruna” sözü “ofisinə”
sözü ilə əvəz edilmişdir.
[7] 28
mart 2019-cu
il tarixli 132 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 mart 2019-cu il, ¹ 68,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
3, maddə 565) ilə “Notariat qaydasında təsdiq edilmiş
sənədlərə bərabər tutulan
sənədlərin müvafiq vəzifəli
şəxslər tərəfindən təsdiq edilməsi
Qaydası”nın III bölmənin 1-ci hissəsinin
üçüncü abzasında “kontorlarının” sözü “ofislərinin” sözü ilə əvəz
edilmişdir.
[8] 14 dekabr 2005-ci il tarixli 228
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005-ci il, ¹12, maddə 1228) ilə “Notariat
qaydasında təsdiq edilmiş sənədlərə
bərabər tutulan sənədlərin müvafiq
vəzifəli şəxslər tərəfindən təsdiq
edilməsi Qaydası”nın III bölməsinin 6-cı
bəndində “üç
ildən artıq ola bilməz” sözləri “etibarnamə istənilən
müddətə verilə bilər” sözləri ilə
əvəz edilmişdir.
6 iyul 2012-ci il tarixli 149 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 07, maddə 775) ilə birinci
abzasa “istənilən”
sözündən sonra “(nəqliyyat
vasitəsinə dair sərəncam vermə hüququnu
nəzərdə tutan etibarnamə istisna olmaqla)”
sözləri əlavə edilmişdir.
[9]
6 iyul 2012-ci il tarixli 149 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2012-ci il, ¹ 07, maddə 775) ilə 6-cı hissəyə ikinci
abzas əlavə edilmişdir.