Bələdiyyə
üzvünün statusu haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bələdiyyə
üzvünün statusu Azərbaycan Respublikasının
Konstitusiyası, bu Qanun və Azərbaycan Respublikasının
digər qanunvericilik aktları, habelə bələdiyyənin
nizamnaməsi ilə müəyyən edilir.
Bələdiyyə
üzvlərinin səlahiyyətləri yalnız
bələdiyyənin səlahiyyət müddətində
qüvvədədir.[1]
Bələdiyyə
üzvünün səlahiyyətlərinin itirilməsinin
və onun səlahiyyətlərinə xitam verilməsinin
əsasları “Bələdiyyələrin statusu haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə
tənzimlənir.
Ərazi
seçki komissiyası tərəfindən
bələdiyyə üzvünə seçkilərin
yekunları elan olunduqdan sonra 5 gün müddətində
Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası tərəfindən müəyyən edilmiş
nümunədə vəsiqə verilir.
Bələdiyyə
üzvü bələdiyyənin fəaliyyəti ilə
bağlı aşağıdakı hüquqlara malikdir:
bələdiyyənin
daimi və digər komissiyalarına üzvü seçmək
və seçilmək;
bələdiyyənin
və onun orqanlarının iclaslarında müzakirə
üçün məsələlər təklif etmək,
müzakirə olunan məsələlər barəsində
çıxış etmək, təkliflər və
düzəlişlər vermək, qeydlər etmək,
çıxış edənlərə və ya təyin
edilməsinə razılıq verilən
vəzifələrlə göstərilmiş
namizədlərə sual vermək, arayış vermək,
səsvermədə iştirak etmək;
bələdiyyənin
iclaslarında müzakirə üçün qərar
layihələrini hazırlamaq;
bələdiyyənin
daimi və başqa komissiyalarının iclaslarına
təqdim edilmiş məsələlərin
müzakirəsində iştirak etmək və
təkliflər vermək;
bələdiyyənin
fəaliyyəti ilə əlaqədar zəruri məlumat
almaq;
sorğu
vermək;
qanunvericiliyə
müvafiq surətdə yerli radio və televiziyadan, mətbu
nəşrlərdən istifadə etmək.
Bələdiyyə
üzvü yerli məsələlərlə bağlı
bələdiyyənin vəzifəli şəxslərinə,
bələdiyyənin icra orqanlarına, bələdiyyə müəssisə,
idarə və təşkilatlarına sorğu ilə
müraciət etmək hüququna malikdir.
Bələdiyyə
üzvünün sorğusuna ən geci on beş gün
müddətində, məsələnin əlavə
öyrənilməsi və (və ya) yoxlanılması
tələb edildiyi hallarda isə bir aydan gec olmayaraq cavab
verilməlidir.
Bələdiyyə
üzvü bələdiyyə tərəfindən onun
səlahiyyətləri daxilində və qanunvericiliyə
müvafiq olaraq qəbul etdiyi qərarlarının
pozulmasını aşkar etdikdə onun ərazisində yerləşən
həmin pozuntulara yol vermiş şəxslərdən
onların aradan qaldırılmasını tələb edə
bilər.
Bələdiyyə
üzvləri bələdiyyənin iclaslarında iştirak
etməyə borcludurlar.
Bələdiyyə
üzvlərinin bələdiyyə orqanlarının
iclaslarında bələdiyyənin
səlahiyyətlərinə aid məsələlərin
müzakirəsində iştirak etmək hüququ vardır.
Bələdiyyə
üzvü bir və ya bir neçə bələdiyyənin
daimi və başqa komissiyasının üzvü ola
bilər.
Bələdiyyə
üzvü müvafiq icra hakimiyyəti orqanlarına yerli
əhəmiyyətli məsələlərlə bağlı
müraciət edə bilər.
Bələdiyyə
üzvü seçicilərlə mütəmadi olaraq
əlaqə saxlamalı, görüşlər
keçirməli, onların təkliflərinə,
müraciətlərinə və şikayətlərinə
baxmalıdır.
Bələdiyyə
üzvü 6 ayda bir dəfədən az olmayaraq
seçicilərinə hesabat verir.
Bələdiyyə
ərazisində yerləşən bələdiyyə
müəssisə, idarə və təşkilatları
bələdiyyə üzvünü seçicilərlə
görüşmək üçün köməklik
göstərməlidirlər.
Bələdiyyə
üzvünün səlahiyyətlərinin maneəsiz və
səmərəli həyata keçirilməsinə, onun
hüquqlarının, şərəf və ləyaqətinin
qorunmasına dövlət tərəfindən təminat
verilir.
Maddə 10-1. Bələdiyyə üzvünün peşə
hazırlığı və ixtisasının
artırılması
Bələdiyyə
üzvləri mütəmadi olaraq müvafiq icra hakimiyyəti
orqanının tədris-elm müəssisəsində
peşə hazırlığına və ixtisasının
artırılmasına cəlb edilirlər.[2]
Səlahiyyət
müddətində bələdiyyə üzvü
bələdiyyənin, bələdiyyənin iclasları
arasındakı dövrdə isə bələdiyyə
sədrinin qabaqcadan razılığı olmadan əmək
müqaviləsi ilə işlədiyi yerdə
müdiriyyətinin təşəbbüsü ilə
işdən çıxarıla, yaxud intizam tənbehi
qaydasında azmaaşlı işə keçirilə
bilməz.
Müəssisə,
idarə və təşkilat yenidən təşkil olunduqda,
struktur dəyişikliyi edildiyi hallarda da bu təminat tətbiq
olunur.
Bələdiyyənin
sədri və müavini, bələdiyyənin icra aparatı
bələdiyyə üzvlərini lazımi sənədlərlə
və bələdiyyənin rəsmi nəşrləri ilə
təmin edir, köməyə ehtiyac olan
məsələlərlə bağlı onlara yardım
göstərir və onların yerli özünüidarə
orqanlarının qərar və sərəncamları ilə
tanış olmalarına şərait yaradır.
[4]Əmək
haqqını bələdiyyədən alan
bələdiyyə üzvünün əsas iş yerli
bələdiyyə hesab olunur. Əmək haqqı
bələdiyyə tərəfindən
ödənilməyən bələdiyyə üzvü öz
səlahiyyətlərini həyata keçirərkən
istehsal və ya xidmət, eləcə də elmi, təhsil
və yaradıcılıq fəaliyyətini
dayandırmır. Bələdiyyə üzvü
bələdiyyənin və ya onun daimi komissiyalarının
iclasları zamanı öz daimi iş yerindəki
vəzifələrinin yerinə yetirilməsindən azad olunur.
Bələdiyyə üzvü
“Azərbaycan Respublikasının Mərkəzi Bankı
haqqında” Azərbaycan Respublikası Qanununun 21.3-cü
maddəsinə müvafiq olaraq Azərbaycan
Respublikası Mərkəzi
Bankının
İdarə Heyətinin üzvü ola bilməz. Bələdiyyə
üzvü bələdiyyə qulluqçusu kimi
fəaliyyət göstərə bilməz.
Bələdiyyə qulluqçusu bələdiyyə
üzvü seçildikdə, 3 gün müddətində
öz ərizəsinə əsasən bələdiyyə
qulluğundan azad edilir.[5]
Bələdiyyə
üzvü barəsində bələdiyyədə
fəaliyyəti ilə əlaqədar aşağıdakı
hallarda intizam tədbirləri tətbiq edilir:
bələdiyyənin
iclaslarının aparılmasına mane olduqda;
bələdiyyənin
və onun komissiyalarının iclaslarında insanın
şərəf və ləyaqətinə xələl gətirən
kobud, təhqiramiz sözlərə və
hərəkətlərə yol verdikdə,
başqalarını bu cür hərəkətlər
etməyə çağırdıqda;
bələdiyyənin
nizamnaməsində göstərilən
müddətlərdə bələdiyyənin və onun daimi
və başqa komissiyalarının iclaslarında
üzürsüz səbəbə görə iştirak etmədikdə;
Korrupsiyaya
qarşı mübarizə haqqında” Azərbaycan
Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən
edilmiş tələblərə əməl etmədikdə
və ya həmin Qanunun 9-cu maddəsində
göstərilən hüquqpozmaları törətdikdə
(onlar inzibati və ya cinayət məsuliyyəti
yaratmadıqda). [6]
Bələdiyyə
üzvü barəsində aşağıda
göstərilən intizam tədbirlərinin tətbiq
edilməsi qaydası bələdiyyənin nizamnaməsi
ilə tənzimlənir: xəbərdarlıq, söz
kəsmə, iclas zalından çıxarma, töhmət,
bələdiyyə üzvünün
səlahiyyətlərinə xitam verilməsi.
Bu
Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı
şəhəri, 18 aprel 2000-ci il
¹ 863-IQ
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 30 dekabr 2003-ci il tarixli 569-IIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 1,
maddə 10)
2. 23 dekabr 2005-ci il tarixli 36-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 2,
maddə 67)
3. 23 oktyabr 2007-ci il tarixli 465-IIIQD
nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə 1081)
4. 27 oktyabr 2009-cu il tarixli 901-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 25 noyabr 2009-cu il, ¹ 246, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 11, maddə
878)
5. 5
mart 2010-cu il tarixli 972-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il, ¹ 81, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 04, maddə
276)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK
VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 30 dekabr 2003-ci il
tarixli 569-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 1, maddə 10) ilə 2-ci maddənin birinci
hissəsi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada
deyilirdi:
Bələdiyyə
üzvünün səlahiyyət müddəti onun
səlahiyyətləri təsdiq edildiyi gündən
başlanır və bələdiyyənin yeni tərkibinin
işə başladığı gün qurtarır.
[2] 27 oktyabr 2009-cu il
tarixli 901-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 noyabr 2009-cu il, ¹ 246,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹
11, maddə 878) ilə 10-1-ci maddə əlavə
edilmişdir.
[3] 5 mart 2010-cu il
tarixli 972-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 aprel 2010-cu il,
¹ 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu
il, ¹ 04, maddə 276) ilə 13-cü maddəsində “Milli
Bankı” sözləri “Mərkəzi Bankı”
sözləri ilə, “Milli Bankının”
sözləri “Mərkəzi Bankının”
sözləri ilə əvəz edilmişdir.
[4] 3 mart 2006-cı
il tarixli 82-IIIQD
nömrəli (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 3, maddə 225) ilə 13-cü maddəsinə
aşağıdakı məzmunda dördüncü cümlə əlavə
edilmişdir.
[5] 23 dekabr 2005-ci il tarixli 36-IIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 2,
maddə 67) ilə 13-cü maddəyə
dördüncü və beşinci cümlələr
əlavə edilmişdir.
[6] 23 oktyabr 2007-ci il tarixli 465-IIIQD
nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə 1081) ilə
14-cü maddəsinin dördüncü abzasının sonunda
nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilmişdir və
maddəyə yeni məzmunda beşinci abzas əlavə
edilmişdir.