Bələdiyyələrin
birgə fəaliyyəti, birləşməsi, ayrılması
və ləğv edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bələdiyyələr
onlarda yaranan sosial-iqtisadi vəziyyətlə əlaqədar,
tarixi və digər yerli xüsusiyyətləri, müvafiq
yerli əhalinin rəyini nəzərə almaqla birləşərək,
yaxud ayrılaraq yeni bələdiyyə təşkil edə
bilərlər.
Bələdiyyələrin
birləşməsi aşağıdakı qaydada həyata
keçirilir:
1)
Birləşən hər bir bələdiyyədə onun
ərazisində yaşayan və səsvermə hüququna
malik olan vətəndaşların azı 25 faizinin
bələdiyyələrin birləşməsi
məsələsinə münasibət bildirməsini təmin
edən yığıncaq (yığıncaqlar)
keçirilir;[1]
2) Yığıncaqda
(yığıncaqlarda) iştirak etmiş vətəndaşların
yarısından çoxu bələdiyyələrin
birləşməsinin “lehinə” səs verdikdə,
bələdiyyələr tərəfindən onların
birləşməsi haqqında qərar qəbul edilir və
baxılmaq üçün Azərbaycan Respublikası Milli
Məclisinə təqdim olunur; [2]
3)
Azərbaycan Respublikasının Milli Məclisi
bələdiyyələrin birləşməsi ilə
bağlı Azərbaycan Respublikası qanunvericiliyinə
müvafiq surətdə qərar qəbul edir.
Bələdiyyələrin
birləşməsi ilə bağlı mülkiyyət,
maliyyə və başqa məsələlərin həlli
üçün bələdiyyə tərəfindən
bələdiyyə üzvlərindən ibarət müvafiq
komissiya yaradılır. Həmin komissiya mülkiyyət,
maliyyə və başqa məsələlərlə
bağlı bələdiyyəyə təkliflər verir.
Bələdiyyələrin
ayrılması bu Qanunun 2-ci maddəsində
göstərilmiş qaydada və ardıcıllıqla
həyata keçirilir.
Bələdiyyələrin
ayrılması ilə bağlı mülkiyyət, maliyyə
və başqa məsələlərin həlli
üçün bələdiyyə tərəfindən bələdiyyə
üzvlərindən ibarət müvafiq komissiya
yaradılır. Həmin komissiya mülkiyyət, maliyyə
və başqa məsələlərlə bağlı
bələdiyyəyə təkliflər verir. [3]
Birləşmiş,
yaxud ayrılmış hər bir bələdiyyəyə
seçkilərin keçirilməsi Azərbaycan
Respublikasının Seçki Məcəlləsi ilə
tənzimlənir.[4]
Birləşmiş,
yaxud ayrılmış bələdiyyənin statusu
Azərbaycan Respublikasının Konstitusiyası və
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan
Respublikası Qanunu ilə tənzimlənir.
Birləşən
bələdiyyələrin hər birinin mülkiyyəti
və onunla bağlı hüquqlar (vəzifələr)
hüquq varisliyi qaydasında yeni yaradılmış
bələdiyyəyə keçir.
Bələdiyyələr
ayrıldıqda bələdiyyə mülkiyyətinin
bölünməsi məsələsi bu Qanunun 8-1-ci
maddəsində göstərilmiş qaydada həll edilir.[5]
Bələdiyyələrin
səlahiyyətlərinə aid edilən iqtisadi, sosial,
mədəni, ekoloji və digər sahələrdə
fəaliyyətin səmərəsini artırmaq və qarşılıqlı
əlaqələri möhkəmləndirmək məqsədi
ilə bələdiyyələr birgə fəaliyyət
göstərə bilərlər.
Bələdiyyələrin
birgə fəaliyyət göstərməsi
bələdiyyələrin qərarına əsasən
həyata keçirilir.
Birgə
fəaliyyət göstərmək üçün
bələdiyyələr arasında müqavilə
bağlanılır. Müqavilədə birgə
fəaliyyətin sahələri, maliyyələşdirmə
qaydaları, müddətlər və digər
şərtlər göstərilir.
Bələdiyyələr
birgə fəaliyyət göstərdikdə onların
əraziləri dəyişilmir.
Bələdiyyələr
aşağıdakı hallarda ləğv edilə bilər:
1)
Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş qaydada bələdiyyənin
yerləşdiyi müvafiq yaşayış
məntəqəsi ərazi vahidi kimi ərazi vahidlərinin və
inzibati ərazi dairələrinin Dövlət
reyestrindən çıxarıldıqda Azərbaycan
Respublikasının Milli Məclisi bələdiyyə
ərazilərinə Azərbaycan Respublikası qanunvericiliyinə
müvafiq surətdə dəyişikliklər edir.[6]
2)
müvafiq ərazidə əhali yerli
özünüidarənin təşkilindən imtina
etdikdə “Yerli rəy sorğusu haqqında” Azərbaycan
Respublikası Qanununa müvafiq yerli rəy sorğusu
keçirilir. Yerli rəy sorğusu nəticəsində
bələdiyyənin ləğv edilməsi barədə
müsbət nəticə əldə edildikdə,
bələdiyyə tərəfindən ləğv edilməsi
haqqında qərar qəbul edilir və baxılmaq
üçün Azərbaycan Respublikası Milli
Məclisinə
təqdim olunur. Azərbaycan Respublikasının Milli
Məclisi bələdiyyənin ləğv edilməsi ilə
bağlı Azərbaycan Respublikası qanunvericiliyinə
müvafiq surətdə qərar qəbul edir.
Ərazi
vahidi kimi ərazi vahidlərinin və inzibati ərazi
dairələrinin Dövlət reyestrindən
çıxarılan və ərazisi hüdudlarında
bələdiyyənin mövcud olduğu digər ərazi
vahidinin (şəhər, qəsəbə, kənd) ərazisinə
birləşdirilən yaşayış məntəqəsinin
hüdudlarında ləğv edilmiş bələdiyyənin
mülkiyyəti və onunla bağlı hüquqlar (vəzifələr)
hüquq varisliyi qaydasında müvafiq
bələdiyyəyə keçir. Digər hallarda
ləğv edilərək mövcudluğuna xitam verilmiş
bələdiyyənin daşınar və daşınmaz
əmlakı müvafiq icra hakimiyyəti orqanının
sərəncamına verilir.[7]
Ləğvetmə
prosesində kreditorla hesablaşmalarda bələdiyyə
torpaqlarından istifadəyə yol verilmir.
Ləğv edilmiş
bələdiyyənin səlahiyyət müddəti bu
barədə Azərbaycan Respublikasının Milli Məclisi
tərəfindən bu maddənin birinci hissəsinə uyğun
olaraq qəbul edilmiş qərar qüvvəyə mindiyi
gündən bitmiş hesab edilir. [8]
Maddə 8-1. Bələdiyyələrin
birləşməsi, ayrılması və ləğvi ilə
bağlı komissiyalar
Azərbaycan Respublikasının
Milli Məclisi tərəfindən bələdiyyələrin
birləşməsi, ayrılması və ləğv
edilməsi ilə bağlı qəbul edilmiş qərar
qüvvəyə mindikdən sonra bələdiyyələrin
birləşməsi, ayrılması və ləğvi ilə
bağlı mülkiyyət, maliyyə və başqa
məsələlərin həlli üçün müvafiq
icra hakimiyyəti orqanının qərarı əsasında
müvafiq icra hakimiyyəti orqanlarının
nümayəndələri və bələdiyyə
üzvlərindən ibarət komissiyalar yaradılır. [9]
Bu
Qanunun tələblərinin pozulması Azərbaycan
Respublikası qanunvericiliyinə müvafiq surətdə
məsuliyyətə səbəb olur.
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əlİyev
Bakı
şəhəri, 14 aprel 2000-ci il
¹ 858-IQ
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 25 aprel 2008-ci il tarixli 596-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 14 may 2008-ci il, ¹ 103)
2. 25 aprel 2008-ci il tarixli 596-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹5, maddə 354)
3. 17 mart
2009-cu il tarixli 777-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel
2009-cu il, ¹ 82, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 04, maddə 213)
4. 1 fevral 2010-cu il tarixli 948-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 mart 2010-cu il, ¹ 64, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 03, maddə
169)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK
VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 25 aprel
2008-ci il tarixli 596-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti 14 may 2008-ci il, ¹ 103) ilə 2-ci maddənin birinci hissəsində
1-ci bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1) Birləşən
bələdiyyələrin ərazilərində “Yerli rəy
sorğusu haqqında” Azərbaycan Respublikası Qanununa
müvafiq yerli rəy sorğusu keçirilir;
[2]
25 aprel 2008-ci il tarixli 596-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti 14 may 2008-ci il, ¹ 103) ilə 2-ci bənddə "Yerli rəy sorğusu nəticəsində"
sözləri "Yığıncaqda
(yığıncaqlarda)" sözləri ilə
əvəz edilmişdir.
17
mart 2009-cu il tarixli 777-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 18 aprel 2009-cu il, ¹ 82,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹
04, maddə 213) ilə 2-ci
maddənin birinci hissəsinin 2-ci bəndində “bələdiyyələrin
birləşməsi barədə müsbət nəticə
əldə edildikdə” sözləri “iştirak etmiş vətəndaşların
yarısından çoxu bələdiyyələrin
birləşməsinin “lehinə” səs verdikdə”
sözləri ilə əvəz edilmişdir və həmin
maddənin ikinci hissəsi
çıxarılmışdır.
[3]
17 mart 2009-cu il tarixli 777-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel
2009-cu il, ¹ 82, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 04, maddə 213) ilə 3-cü maddənin ikinci
hissəsi çıxarılmışdır.
[4]
25 aprel 2008-ci il tarixli 596-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti 14 may 2008-ci il, ¹ 103) ilə 4-cü maddədə "Bələdiyyələrə
seçkilərin qaydaları haqqında" Azərbaycan
Respublikasının Qanunu" sözləri "Azərbaycan Respublikasının
Seçki Məcəlləsi" sözləri ilə
əvəz edilmişdir.
[5]
17 mart 2009-cu il tarixli 777-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel
2009-cu il, ¹ 82, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 04, maddə
213) ilə 6-cı
maddədə “3-cü”
sözü “8-1-ci”
sözü ilə əvəz edilmişdir.
[6]
17 mart 2009-cu il tarixli 777-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel
2009-cu il, ¹ 82, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 04, maddə
213) ilə 8-ci
maddənin birinci hissənin 1-ci bəndində “müvafiq uçot
məlumatından” sözləri “ərazi vahidi kimi ərazi vahidlərinin və inzibati
ərazi dairələrinin Dövlət reyestrindən”
sözləri ilə əvəz edilmişdir.
1 fevral 2010-cu il
tarixli 948-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 mart 2010-cu il,
¹ 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu
il, ¹ 03, maddə 169) ilə 8-ci maddəsinin birinci
hissəsinin 1-ci bəndindən və ikinci hissəsindən “və
inzibati ərazi dairələrinin” sözləri
çıxarılmışdır.
[7]
17 mart 2009-cu il tarixli 777-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel
2009-cu il, ¹ 82, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 04, maddə
213) ilə 8-ci
maddənin ikinci hissə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Bələdiyyənin
ləğvi ilə bağlı mülkiyyət, maliyyə
və başqa məsələlərin həlli
üçün bələdiyyə üzvlərindən
ibarət müvafiq komissiya yaradılır. Həmin komissiya
mülkiyyət, maliyyə və başqa
məsələlərlə bağlı
bələdiyyəyə təkliflər verir.
[8]
17 mart 2009-cu il tarixli 777-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel
2009-cu il, ¹ 82, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 04, maddə
213) ilə 8-ci
maddəyə yeni məzmunda üçüncü və
dördüncü hissələr əlavə edilmişdir.
[9]
17 mart 2009-cu il tarixli 777-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel
2009-cu il, ¹ 82, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 04, maddə
213) ilə 8-1-ci maddə əlavə edilmişdir.