Borcların
icra qeydləri əsasında mübahisəsiz qaydada
alınmasına əsas olan sənədlərin
Siyahısının təsdiq edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Notariat
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 18 yanvar tarixli, 261 nömrəli Fərmanının
icrasını təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1.
Borcların icra qeydləri əsasında mübahisəsiz
qaydada alınmasına əsas olan sənədlərin
Siyahısı təsdiq edilsin (əlavə olunur).
2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
aşağıda göstərilən qərarları
qüvvədən düşmüş hesab edilsin:
“Borcun icra
qeydləri əsasında mübahisəsiz qaydada tutulmasına
əsas olan sənədlərin siyahısının təsdiq
edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin
1978-ci il 14 mart tarixli, 92 nömrəli qərarı;
“Notariat
orqanlarının icra qeydləri əsasında borcların
mübahisəsiz qaydada tutulmasına əsas olan
sənədlərin siyahısına əlavə və
dəyişikliklər edilməsi barədə” Azərbaycan
SSR Nazirlər Sovetinin 1984-cü il 11 iyul tarixli, 249 nömrəli
qərarı;
Azərbaycan
SSR Nazirlər Sovetinin 1985-ci il 26 iyun tarixli, 211 nömrəli
qərarı ilə təsdiq edilmiş “Mədəniyyət
məsələlərinə dair Azərbaycan
Hökumətinin qərarlarına edilən
dəyişikliklər”in 11-ci bəndi;
“SSRİ
Ali Sovetinin Rəyasət Heyətinin 1984-cü il 13 mart tarixli
Fərmanı ilə əlaqədar Azərbaycan Respublikası
Hökumətinin bəzi qərarlarının dəyişdirilməsi
və qüvvədən düşməsi barədə”
Azərbaycan SSR Nazirlər Sovetinin 1987-ci il 9 fevral tarixli, 45
nömrəli qərarı;
“Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarlarına
əlavələr və dəyişikliklər edilməsi
və bəzi qərarlarının qüvvəsini itirmiş
hesab edilməsi barədə” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1997-ci il 1 iyul tarixli, 68 nömrəli
qərarının 2-ci bəndi;
“Azərbaycan
SSR Nazirlər Sovetinin 1987-ci il 9 fevral tarixli, 45 nömrəli
qərarına dəyişiklik edilməsi və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin bəzi
qərarlarının qüvvədən düşmüş
hesab edilməsi barədə” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1999-cu il 21 may tarixli, 84 nömrəli
qərarının 1-ci bəndi.
3. Bu
qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan
Respublikasının Baş naziri
A.RASİZADӘ
Bakı
şəhəri, 2 sentyabr 2000-ci il
¹ 156
|
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli
qərarı ilə TƏSDİQ
edİlmİşdİr |
Borcların
icra qeydləri əsasında mübahisəsiz qaydada
alınmasına əsas olan sənədlərin
SİYAHISI
I. Notariat qaydasında təsdiq
edilmiş əqdlər üzrə borcun alınması
1. Pulun
ödənilməsini, əmlakın qaytarılmasını
və ya verilməsini tələb edən notariat qaydasında
təsdiq olunmuş əqdlər.
İcra
qeydi almaq üçün aşağıdakılar təqdim
olunur:
a) notariat
qaydasında təsdiq edilmiş əqdin əsli;
b)
ödəniş müddətinin keçirilməsi (əmlakın
qaytarılması və ya verilməsi) haqqında notarius
vasitəsi ilə kreditorun borcluya göndərdiyi
yazılı bildiriş. [1]
1-1. İpoteka predmetinə tutmanın
yönəldilməsi ilə əlaqədar
sənədlər.[2]
İcra qeydi almaq üçün
aşağıdakılar təqdim olunur:
a) ipoteka kağızının əsli
və ipoteka saxlayanın hüquqlarının müvafiq
reyestrdə dövlət qeydiyyatını təsdiq edən
sənədin əsli və ya daşınmaz əmlak
üzərində ipoteka hüququnu təsbit edən ipoteka
kağızının elektron sistemindən müvafiq
çıxarış və ya ipoteka müqaviləsinin
əsli və onun müvafiq reyestrdə dövlət
qeydiyyatına alınması barədə müvafiq
sənədin əsli;[3]
b) ipoteka saxlayanın “İpoteka haqqında”
Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində
nəzərdə tutulan məlumatları əks etdirən
və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd
olunan digər şəxsin ünvanına
göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə
alınmış bildirişinin əsli; bildirişin
surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka
saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara,
habelə “Daşınar əmlakın yüklülüyü
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilən yüklülük sahiblərinə
sifarişli poçt göndərişi (məktubu) və
elektron üsulla göndərilməsi barədə
sənədin əsli. Sənədin elektron üsulla
göndərilməsini təsdiq edən sənəd “Notariat
haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü
maddəsinə uyğun olaraq əldə edilir.[4]
II. Hesablaşma və kredit
münasibətlərindən irəli gələn əsaslarla
borcun alınması
2. Borclular
və onlara tapşırıq verənlər
tərəfindən kredit idarələrinin kredit əməliyyatları
üzrə ödəniş müddətinin
keçirilməsinə yol verilməsi ilə əlaqədar
sənədlər.
İcra
qeydi almaq üçün aşağıdakılar təqdim
olunur:
a) əsasında borcun
alındığı sənədlərin, o
cümlədən kredit xətti müqaviləsinin əsli; [5]
b) müddəti
keçirilmiş borcun məbləği
göstərilməklə, borclunun hesabından tələbkar
tərəfindən təsdiq olunmuş
çıxarış;
c) alınmış borc üzrə faiz
və cərimələrin hesablanma tarixi və
məbləğləri göstərilməklə,
tələbkar tərəfindən tərtib olunmuş
təfsilatlı maliyyə arayışı;[6]
3.
Fərdi mənzil tikintisi və ya yaşayış
evlərinin əsaslı təmiri üçün, habelə
təsərrüfat yaratmaq üçün
təsərrüfat hesablı
müəssisə və təşkilatlar tərəfindən
bu müəssisə və təşkilatların
fəhlələrinə, mühəndis-texniki
işçilərinə və qulluqçularına
verilmiş kredit üzrə borcu müəyyən edən
sənəd.
İcra
qeydi almaq üçün aşağıdakılar təqdim
olunur:
a) borclunun
öhdəliyinin əsli;
b)
müddəti keçirilmiş borcun məbləği
göstərilməklə, borclunun şəxsi hesabından
tələbkar tərəfindən təsdiq olunmuş
çıxarış.
4.
Yaşayış evi tikintisi üçün kooperativə
verilmiş kreditin ödənişi üzrə
mənzil-tikinti kooperativləri üzvlərinin borcunu
müəyyən edən sənədlər.
İcra
qeydi almaq üçün aşağıdakılar təqdim
olunur:
a) borclunun
öhdəliyinin əsli;
b)
müddəti keçirilmiş borcun məbləği
göstərilməklə, borclunun şəxsi hesabından
tələbkar tərəfindən təsdiq olunmuş
çıxarış.
5.
Ödənişə təqdim olunan, ödənilmədiyi
notarius, ödəyici və ya hesablaşma idarəsi
tərəfindən, çeklərdə müvafiq qeydlər
etməklə təsdiq olunmuş çeklər.
6.
Qarşılıqlı yardım kassası
tərəfindən verilmiş kreditlər üzrə borcu
müəyyən edən sənədlər.
İcra
qeydi almaq üçün aşağıdakılar təqdim
olunur:
a) borclunun
öhdəliyinin əsli;
b)
müddəti keçirilmiş borcun məbləği
göstərilməklə, borclunun şəxsi hesabından
tələbkar tərəfindən təsdiq olunmuş
çıxarış və ya mühasibatın
arayışı.
7.
Məsuliyyət altında saxlanmaq üçün təhvil
verilmiş, lakin haqqı ödənilmədən istifadə
olunmuş yükün dəyərini və istifadə
edilmiş yükün dəyərinin müqavilədə
müəyyən olunmuş miqdarında cəriməni tutmaq
haqqında müəssisə, idarə və
təşkilatların alıcılarla bank vasitəsilə
həyata keçirilən hesablaşmalar üzrə
tələbləri.
İcra
qeydi almaq üçün aşağıdakılar təqdim
olunur:
a)
akseptdən imtina haqqında bankın bildirişi və ya
ödəyicinin ərizəsi əlavə olunmaqla,
yükverənin ödəniş tələbinin surəti
(burada tələbin inkassoya qəbulu barəsində bankın
qeydi olmalıdır);
b)
yükün alıcıya təhvil verilməsi barədə
nəqliyyat müəssisəsinin arayışı;
c)
məsuliyyət altında saxlanmaq üçün qəbul
edilmiş yükdən tamamilə və ya qismən
istifadə olunması (sonuncu halda dəyər və ya miqdar
göstərilməklə) haqqında alıcının
yazılı məlumatı (arayışı);
ç)
saxlama müqaviləsinin bir nüsxəsi.
III. Sosial sığorta ilə
əlaqədar tətbiq olunan maliyyə sanksiyalarının (o
cümlədən hesablanmış müamilələrin)
alınması[7]
8.
Dövlət Sosial Müdafiə Fondu orqanlarının
sığorta qaydalarını pozan, hüquqi şəxs
olmayan və ya bankda müvafiq hesabı olmayan
sığortaedənə tətbiq etdikləri maliyyə
sanksiyalarının (o cümlədən hesablanmış
müamilələrin) tutulmasının həyata keçirilməsi
ilə əlaqədar icra qeydinin alınmasını
müəyyən edən sənədlər.
İcra
qeydi almaq üçün aşağıdakılar təqdim
olunur:
a)
sığortaedənin Azərbaycan Respublikası Dövlət
Sosial Müdafiə Fondu orqanlarında uçota durması
barədə bildirişin sığortaçı
tərəfindən təsdiq olunmuş surəti, yaxud
sığortaedənin uçota durmaqdan imtina etməsi
barədə aktın sığortaçı
tərəfindən təsdiq olunmuş surəti;
b)
sığortaedən məcburi dövlət sosial
sığorta orqanlarında uçota durursa, bu barədə
sənəd;
c)
sığortaedənin məcburi dövlət sosial
sığortası qaydalarını mütəmadi olaraq
pozduğunu sübut edən sənəd
(xəbərdarlığın təsdiq olunmuş surəti);
ç)
maliyyə sanksiyasının (o cümlədən
hesablanmış müamilənin) tətbiqi üçün
sığortaçının tərtib etdiyi protokol;
d)
maliyyə sanksiyalarının (o cümlədən
hesablanmış müamilənin) tətbiq olunması
haqqında qərarın əsasının təsdiq
olunmuş surəti.
IV. Nisyə alınmış
mallar üçün borcun və müamilənin
alınması
9.
Alıcıların nisyə mallar alarkən ticarət
müəssisələrinə verdikləri
tapşırıq-öhdəliklər. Növbəti
ödənişlərin müddətini keçirməyə
görə vətəndaşlardan borcu və müamiləni
tutmaqdan ötrü icra qeydi almaq üçün
aşağıdakılar təqdim olunur:
a) borclunun
tapşırıq-öhdəliyinin əsli;
b) borclunun
işdən azad edilməsi haqqında müəssisənin,
idarənin, təşkilatın arayışı;
c) borcun
(müamilənin) məbləği və ödənilməsi
müddətləri göstərilməklə, borclunun
şəxsi hesabından tələbkar tərəfindən
təsdiq olunmuş çıxarışı.
V. Yüklərin
daşınmasından əmələ gələn borcun
və müəyyən edilmiş müddət ərzində mübahisə
doğurmayan dispaşa üzrə çatası
məbləğlərin alınması[8]
10.
Yüklərin daşınması ilə əlaqədar olaraq
verilmiş pretenziyaların ödənilməsi haqqında
dəmir yolları idarələrinin,
şöbələrinin, stansiyalarının, çay və
dəniz gəmiçilik idarələrinin, dəniz liman idarələrinin,
hava-nəqliyyat müəssisələrinin, avtomobil
nəqliyyatı müəssisələrinin və
təşkilatlarının müştərilərə
göndərdikləri bildirişlər.[9]
İcra
qeydi almaq üçün verilmiş pretenziyanın
məbləği göstərilməklə, dəmir yolu
idarəsinin, şöbəsinin, stansiyasının, çay
və dəniz gəmiçilik idarəsinin, dəniz liman idarəsinin,
hava-nəqliyyat müəssisəsinin, avtomobil
nəqliyyatı müəssisəsinin və ya
təşkilatının müştərilərə
göndərdiyi bildirişin əsli təqdim olunur.
11.
Ticarət gəmiçiliyində müəyyən edilmiş
müddət ərzində mübahisə doğurmayan
dispaşa.
İcra
qeydi almaq üçün aşağıdakılar təqdim
olunur:
a)
dispaşa;
b)
dispaşanın ləğv edilməməsi və
məhkəmə tərəfindən
dəyişdirilməməsi haqqında —
dispaşaçının arayışı.
VI. Taranı vaxtında
qaytarmamağa görə cərimənin alınması
12.
Taranı vaxtında qaytarmamağa görə
malverənlərin alıcılara cərimə
məbləğində verdikləri, ödənilməmiş
hesablar.
İcra
qeydi almaq üçün aşağıdakılar təqdim
olunur:
a) taralar
üzrə alıcının borcunun vəziyyəti
haqqında onun malverən tərəfindən aparılan
şəxsi hesabı;
b) tara
üzrə borc üçün qarşılıqlı
hesablaşmanın tutuşdurulması aktının surəti
və ya göstərilən aktın tərtib edilməsi
üçün alıcının nümayəndəsinin
gəlməməsi haqqında arayış;
c)
taranı vaxtında qaytarmamağa görə
alıcının cərimə edilməsi haqqında ona
xəbərdarlığın surəti.
VII. Yaşayış və
qeyri-yaşayış sahələrindən kirayə
müqavilələri üzrə, habelə kommunal
xidmətləri üçün borcun alınması
13. Dövlət və ya
bələdiyyə mənzil fondunun yaşayış
sahələrində sosial kirayə müqaviləsi və ya
kirayə müqaviləsi üzrə yaşayan kirayəçi
tərəfindən yaşayış sahəsinə
görə, yaşayış sahəsinin saxlanması və
təmirinə görə haqq ödənilmədikdə. [10]
İcra qeydi almaq üçün
aşağıdakılar təqdim olunur:
a) yaşayış sahəsinə
və yaşayış sahəsinin saxlanması və
təmirinə görə dövlət mənzil fonduna
münasibətdə Azərbaycan Respublikasının
Nazirlər Kabineti, bələdiyyə mənzil fonduna
münasibətdə isə müvafiq bələdiyyə
tərəfindən təsdiq edilmiş haqqın
ödənilməməsi barədə qəbzin surəti:
b) borcun məbləği göstərilməklə
və onun ödənilmədiyi qeyd olunmaqla,
tələbkarın arayışı.
13-1. Kommunal xidmətlərə
görə - məişətdə istehlak edilmiş təbii
qaz, su, elektrik və ya istilik enerjisinin haqqının
ödənilməsi barədə tələblər. [11]
İcra qeydi almaq üçün
aşağıdakılar təqdim olunur:
yaşayış sahəsinin sosial
kirayə müqaviləsi üzrə kirayəçi
üçün – belə müqavilə
bağlandığı andan müvafiq kommunal xidmətin
göstərilməsi barədə müqavilə;
dövlət və ya
bələdiyyə mənzil fondunun yaşayış
sahəsinin kirayə müqaviləsi üzrə
kirayəçi üçün – belə müqavilə
bağlandığı andan müvafiq kommunal xidmətin
göstərilməsi barədə müqavilə;
mənzil-tikinti kooperativi üzvləri
üçün – mənzil-tikinti kooperativi
tərəfindən yaşayış sahəsinin verildiyi andan
müvafiq kommunal xidmətin göstərilməsi barədə
müqavilə;
yaşayış sahəsinin
mülkiyyətçisi üçün – yaşayış
sahəsinə mülkiyyət hüququ əmələ
gəldiyi andan müvafiq kommunal xidmətin
göstərilməsi barədə müqavilə və
yaranmış borcun məbləği
göstərilməklə və onun ödənilmədiyi qeyd
olunmaqla, tələbkarın arayışı. [12]
Bu Siyahının 13-1-ci hissəsinin
üçüncü-altıncı abzaslarında
nəzərdə tutulmuş sənədlərin təqdim
edilməsi mümkün olmadıqda, yaşayış sahəsinin
faktiki istifadəçisi və müvafiq kommunal xidmətin
göstərilməsi barədə tələbkarın
arayışı.[13]
Bu hissədə nəzərdə tutulan
kommunal xidmətlərin istifadə edilməsi ilə
bağlı istehlakçının kodu üzrə ona
təqdim edilən son hesab (tələbin əhatə etdiyi
dövr üzrə aylarla) və təchizatçının
müvafiq informasiya sistemindən tələbin əhatə
etdiyi dövr üzrə (aylarla) borcun məbləği
göstərilməklə təfsilati çıxarış
əlavə olaraq təqdim edilir.[14]
14.
Yaşayış sahələrinin və ümumi istifadə
yerlərinin kirayəçilər tərəfindən
özbaşına başqa şəklə
salınmasını və planının
dəyişdirilməsini, qızdırıcı və
sanitariya-texniki cihazların yerlərinin
dəyişdirilməsi, yaxud sakinlərin və
icarəçilərin tutduqları yaşayış və
qeyri-yaşayış sahələrinin və onların
avadanlığının həmin şəxslər
tərəfindən zədələnməsini, bunun
nəticəsində sahələri əvvəlki
vəziyyətinə salmaq və ya zədələri aradan
qaldırmaq üçün kirayədarın 50000 manatdan
artıq xərc çəkməsini təsdiq edən
sənədlər.
Xərcləri
kirayəçidən almaqdan ötrü icra qeydi almaq
üçün yaşayış sahəsinin və ümumi
istifadə yerinin özbaşına başqa şəklə
salınması və ya planının
dəyişdirilməsi, qızdırıcı və
sanitariya-texniki cihazların yerlərinin dəyişdirilməsi
və ya yaşayış sahəsinin, yaxud
avadanlığın zədələnməsi haqqında
kirayədarla kirayəçinin tərtib etdiyi akt təqdim
olunur. Aktda vurulmuş zərər üçün
məsuliyyət daşıyan kirayəçinin soyadı,
adı, atasının adı, vurulmuş zədəni aradan
qaldırmaq üçün kirayədarın xərcinin
miqdarı göstərilməlidir.
Xərcləri
icarəçidən almaqdan ötrü icra qeydi almaq
üçün sahənin və ya onun avadanlığının
zədələnməsi haqqında icarədar
tərəfindən, icarəçinin nümayəndəsinin
iştirakı ilə tərtib olunmuş və onun
tərəfindən imzalanmış akt təqdim edilir və
aktda vurulmuş zərəri aradan qaldırmaq
üçün icarədarın xərcinin miqdarı
göstərilməlidir.
15. Yaşayış
evlərində qeyri-yaşayış sahələri
üçün icarə haqqı, kommunal və istismar
xərcləri üzrə borcu müəyyən edən
sənədlər. [15]
İcra
qeydi almaq üçün aşağıdakılar təqdim
olunur:
a)
icarə müqaviləsinin surəti;
b) borcun
məbləği göstərilməklə və icarəçi
yazılı surətdə xəbərdar edildikdən sonra
borcun ödənilmədiyi qeyd olunmaqla, tələbkarın
arayışı. [16]
16.
Nəqliyyat vasitələrindən ötrü açıq
və örtülü dayanacaqlar üçün
ödəniş üzrə borcu müəyyən edən
sənədlər.
İcra
qeydi almaq üçün aşağıdakılar təqdim
olunur:
a)
ödənilməmiş qəbzin surəti;
b) borcun
məbləği göstərilməklə və borclu
yazılı surətdə xəbərdar edildikdən sonra,
borcun ödənilmədiyi qeyd olunmaqla, tələbkarın
arayışı.
17.
Xüsusi mülkiyyət hüququ əsasında
özlərinə məxsus olan evlərin sahiblərinin və
icarədarların bu evlərin su kəməri suyundan
istifadə etməyə və başqa kommunal
xidmətlərə: bacaları, çirkab quyularını
təmizləməyə, dezinfeksiya, deratizasiya və s.
etməyə görə borcunu müəyyən edən
sənədlər.
İcra
qeydi almaq üçün ev sahibinə və ya
icarəçiyə göndərilən hesabın
tələbkar tərəfindən təsdiq edilmiş
surəti təqdim olunur. Burada ev sahibinə və ya
icarəçiyə yazılı xəbərdarlıq
təqdim edildikdən sonra borcun ödənilmədiyi
barədə tələbkarın qeydi olmalıdır. [17]
18.
Qiymətləndirmə və inventarlaşdırma
işləri üçün mənzil-kommunal
təsərrüfatının inventarlaşdırma
orqanlarına borcu müəyyən edən
sənədlər.
İcra
qeydi almaq üçün aşağıdakılar təqdim
olunur:
a)
hesabın tələbkar tərəfindən təsdiq
edilmiş surəti;
b)
hesablaşmanın surəti. Buraya qiymətləndirmə
və ya inventarlaşdırma işlərinin
aparıldığı obyektin ünvanı, işlərin
adları və miqdarı, işlər üçün tarif
dərəcələri və borcun ümumi məbləği
daxildir.
19.
Mülkün xərclərinin ödənilməsi hesabına
vaxtı keçirilmiş ödənişlər üzrə
mənzil-tikinti kooperativləri və bağ-tikinti
kooperativləri üzvlərinin borcunu müəyyən
edən sənədlər.
İcra
qeydi almaq üçün aşağıdakılar təqdim
olunur:
a)
hesabın tələbkar tərəfindən təsdiq
edilmiş surəti;
b)
mənzil-istismar sahəsinin xərclərini ödəmək
üçün tədiyələrin müəyyən
olunmuş müddətdə ödənilməsi haqqında
kooperativin üzvünə tələbkarın yazılı
xəbərdarlığının surəti və bu
xəbərdarlığı alması barədə kooperativ
üzvünün qəbzi və ya
xəbərdarlığı qəbul etməkdən imtina haqqında
tələbkarın qeydi.
20.
Özbaşına tikilmiş binanı və ya onun bir
hissəsini sökmək xərclərinin ödənişi
üzrə mənzil-kommunal orqanlarına borcu
müəyyən edən sənədlər.
İcra
qeydi almaq üçün aşağıdakılar təqdim
olunur:
a)
hesabın tələbkar tərəfindən təsdiq
edilmiş surəti;
b)
özbaşına tikilmiş binanı və ya onun bir
hissəsini özbaşına tikənin hesabına
sökmək haqqında məhkəmə
qərarının surəti; [18]
c)
hesablaşmanın surəti. Buraya sökülmüş
tikilinin nömrəsi və ünvanı, işlərin
adları və miqdarı, iş üçün tarif
dərəcələri və borcun ümumi məbləği
daxildir.
VIII. Radiotranslyasiya
xəttindən istifadə etməyə görə abonent
haqqı üzrə borcun alınması
21. Radiotranslyasiya
xəttindən istifadə etməyə görə abonent
haqqı üzrə müəssisələrin,
idarələrin və şəxslərin borcunu
müəyyən edən sənədlər və abonent
haqqını vaxtında ödəməməyə
görə müamilələr.
İcra
qeydi almaq üçün aşağıdakılar təqdim
olunur:
a)
radiotranslyasiya xəttindən istifadə etməyə
görə abonentlə bağlanan müqavilənin təsdiq
edilmiş surəti;
b) icra
qeydi almaq üçün borcun məbləği və onu
ödəmə müddətləri haqqında borcluya
göndərilmiş bildirişin tələbkar
tərəfindən təsdiq olunmuş surəti. [19]
IX. Müəlliflik hüququ
ilə əlaqədar münasibətlərdən
əmələ gələn borcun alınması
22. Musiqi
əsərlərinin kütləvi ifasına, radio və
televiziya ilə efirə verilməsinə və səsyazma
formasında surətinin çıxarılmasına
(çoxaldılmasına) görə Azərbaycan Respublikasının
Əqli Mülkiyyət Agentliyinə
ödənilməli olan müəllif qonorarı üzrə
istifadəçi təşkilatların borcunu
müəyyən edən sənədlər. .[20]
İcra
qeydi almaq üçün borcun miqdarı
göstərilməklə istifadəçi
təşkilatın rəhbərinin və mühasibat
xidmətinin rəhbərinin imzaladığı və
möhürlə təsdiq edilmiş hesablaşma
vərəqi təqdim olunur.
23.
Təsviri və dekorativ tətbiqi sənət
(rəssamlıq, heykəltəraşlıq, qrafika)
əsərlərinin surətinin çıxarılması
və nəşrinə görə Azərbaycan Respublikasının
Əqli Mülkiyyət Agentliyinə
ödənilməli olan müəllif qonorarı üzrə
istifadəçi təşkilatların borcunu
müəyyən edən sənədlər.
İcra
qeydi almaq üçün borcun miqdarı
göstərilməklə istifadəçi
təşkilatın rəhbərinin və mühasibat
xidmətinin rəhbərinin imzaladığı və
möhürlə təsdiq edilmiş hesablaşma
vərəqi təqdim olunur.
X. Məişət birovuzu
müqaviləsi üzrə verilmiş, lakin
qaytarılmamış əmlakın dəyərinin və
verilmiş əmlakdan istifadə, onun təmiri üzrə
borcun vətəndaşlardan alınması
24.
Müəssisə və təşkilatlar tərəfindən
şəxslərə verilmiş ev əşyalarından,
musiqi alətlərindən, idman inventarından və digər
şəxsi əmlakdan istifadə (məişət birovuzu)
haqqının ödənilməsi üzrə
şəxslərin borcunu müəyyən edən
sənədlər.
İcra
qeydi almaq üçün tutulan məbləğ
göstərilməklə, borcun ödənilməsi
haqqında yazılı xəbərdarlıqdan sonra
məişət birovuzu müqaviləsinin surəti və ya
qəbzin surəti təqdim edilir.
25.
Məişət birovuzu müqaviləsi üzrə
şəxslərə verilmiş, lakin onlar
tərəfindən qaytarılmamış və ya korlanmış
şəxsi istifadə əmlakı üzrə
şəxslərin borcunu müəyyən edən
sənədlər.
İcra
qeydi almaq üçün aşağıdakılar təqdim
olunur:
a)
məişət birovuzu müqaviləsinin surəti;
b) birovuz
müqaviləsi üzrə verilmiş əşyanın
qaytarılmaması və ya korlanması haqqında akt. Aktda
zədələrin aradan qaldırılması işlərinin
dəyəri göstərilməli və borclunun aktı
aldıqdan sonra borcu ödəmədiyi barədə
tələbkarın qeydi olmalıdır.
XI. Kitabxana fondlarına məxsus
çap əsərlərinin və digər materialların
itirilməsi və ya yararsız vəziyyətə
salınmasına görə dövlət
kitabxanalarının tələblərinə əsasən
borcun alınması
26.
Hüquqi və fiziki şəxslərdən itirilmiş
və ya yararsız vəziyyətə salınmış
kitabxana fonduna məxsus çap əsərlərinin və
digər materialların (milli mədəni sərvətlər
reyestrinə daxil edilən nadir nüsxələr istisna
olunmaqla) yeni qiymətləndirmə əmsalları
nəzərə alınmaqla, qiymətinin 10 misli
həcmində alınması haqqında dövlət kitabxanalarının
tələbləri.
İcra
qeydi almaq üçün aşağıdakılar təqdim
olunur:
a)
çap əsərinin və ya digər materialın
kitabxanadan alındığı və onun vaxtında
qaytarılmadığını müəyyən edən
sənəd;
b)
qaytarılmamış, yararsız vəziyyətə
salınmış çap əsərinin və digər
materialın başqa müvafiq çap əsərləri,
materialları ilə əvəz edilməsi barədə, yaxud
çap əsəri və digər materialın
qaytarılması, dəyişdirilməsi mümkün
olmadıqda, onların qiymətinin 10 misli həcmində borcun
ödənilməsi barədə yazılı
xəbərdarlığın surəti;
c)
çap əsərinin və ya digər materialın
qaytarılması, dəyişdirilməsi mümkün
olmadıqda borcun ödənilməsi haqqında yazılı
xəbərdarlığın təqdim edilməsi
barədə poçt bildirişinin surəti;
ç)
qaytarılmamış və yararsız vəziyyətə
salınmış çap əsərinin və digər
materialın qiyməti barəsində yeni
qiymətləndirmə əmsalları nəzərə
alınmaqla, sifarişçi tərəfindən
təsdiqlənmiş kitabxananın inventar kitabından
çıxarışı.
XII. Uşaqları uşaq
tərbiyə müəssisələrində saxlamağa
görə valideynlərdən borcun alınması
27.
Uşaqları körpələr evində, uşaq
bağçasında və internat məktəblərində
saxlamağa görə valideynlərin və ya onları
əvəz edən şəxslərin borcunu
müəyyən edən sənədlər.
İcra
qeydi almaq üçün valideynin və ya onu əvəz
edən şəxsin adına açılmış
şəxsi hesabdan (şəxsi vərəqədən,
dövriyyə cədvəlindən, tabulyaqramdan)
çıxarış təqdim olunur.
Çıxarışda yazılı xəbərdarlıq
təqdim edildikdən sonra borcun ödənilmədiyi
barədə qeyd olmalıdır. [21]
XIII. Uşaqları Azərbaycan
Respublikası Təhsil Nazirliyinin xüsusi
məktəblərində saxlamağa görə
valideynlərdən borcun alınması
28.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin xüsusi
məktəblərində uşaqları saxlamağa
görə valideynlərdən borcunu müəyyən
edən sənədlər.
İcra
qeydi almaq üçün rayon (şəhər) maliyyə
idarələrində (şöbələrində)
açılmış şəxsi hesabdan
çıxarış təqdim olunur.
Çıxarışda uşaqların xüsusi
məktəblərdə saxlanması üçün
valideynlərin yazılı xəbərdarlıqdan sonra borcu
ödəmədikləri barədə qeyd olmalıdır.
XIV. Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi orqanlarının tələbi ilə
borcun alınması
29.
Əlaqədar müəssisədə, idarədə,
təşkilatda islah işlərini çəkən
fəhlə və qulluqçuların qazancından
tutulmuş məbləğin köçürülməsini
uzun müddət (bir aydan çox) gecikdirilmiş
müəssisə, idarə və təşkilatların
vəsaitindən həmin məbləğin alınması
haqqında məhkəmələrin azadlıqdan məhrum
etmədən islah işlərinə dair hökmlərinin
icrası ilə məşğul olan orqanların
tələbləri.
İcra
qeydi almaq üçün aşağıdakılar təqdim
olunur:
a) məhkəmələrin
azadlıqdan məhrum etmədən islah işlərinə
dair hökmlərinin icrası ilə məşğul olan
orqanın islah işlərini çəkən şəxslərin
iş yerinə göndərdiyi bildirişin surəti;
b)
məbləğ hansı ay üçün
alınmalıdırsa, həmin ay ərzində islah
işlərini çəkən şəxsin əlaqədar
müəssisədə, idarədə, təşkilatda
işləməsi və bu müddətdə
aldığı qazancın miqdarı haqqında
müəssisənin, idarənin, təşkilatın
arayışı.
XV. Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyi orqanlarının tələbi
ilə borcun alınması
30.
Sıravi heyətdən və komanda heyətindən olan
şəxslər törətdikləri cinayətlərə
görə məhkum olunmaqla və ya adlarını
ləkələyən xəta etməklə əlaqədar
olaraq daxili işlər orqanlarından azad edildikdə
onların borcu, habelə sıravi heyətdən və
kiçik komanda heyətindən olan şəxslər intizamı
pozduqlarına və ya işə
uyğunlaşmadıqlarına görə xidmətə
götürüldükləri müddətdən tez azad
edildikdə, onlara verilmiş qiymətli paltarın
dəyəri notariusların və notariat
hərəkətlərini aparan digər vəzifəli
şəxslərin verdikləri icra qeydlərinə
əsasən, qiymətli paltarın geyilməsi
müddətinin qurtarmasına qalan vaxta uyğun surətdə
hesablanmış məbləğdə mübahisəsiz
qaydada onlardan tutulmalıdır. Bunun üçün borcun
məbləği haqqında tələbkarın
arayışı və onun ödənilməsi barədə
işçiyə yazılı xəbərdarlıq təqdim
edilməlidir.
31.
Şəxslərin xüsusi əmlakı ilə birlikdə
mənzillərin və başqa binaların mühafizəsi
haqqında müqavilələr üzrə
vətəndaşların borcunu müəyyən edən
sənədlər.
İcra
qeydi almaq üçün aşağıdakılar təqdim
olunur:
a)
müqavilənin əsli,
b) borcun
miqdarı göstərilməklə, daxili işlər
orqanlarının mühafizə şöbəsi
(bölməsi) rəisinin imzası və möhürlə
təsdiq olunmuş arayış.
XVI. Müalicə
müəssisələrinin tələbilə borcun
alınması
32.
Xuliqanlıq və ya digər cinayətkar
hərəkətlərinin qarşısını almaq
məqsədi ilə bədəninə xəsarət
yetirilmiş şəxsləri müalicə etməyə
görə müalicəxanaların tələbi ilə borcu
müəyyən edən sənədlər.
İcra
qeydi almaq üçün aşağıdakılar təqdim
olunur:
a) borclunun
xuliqanlıq və ya digər cinayətkar
hərəkətlər törətdiyini təsdiq edən
təhqiqat və ya ibtidai istintaq orqanlarının
qərarlarından, yaxud məhkəmənin
hökmündən və ya qərardadından
çıxarış;
b) borcun
məbləği haqqında müalicəxananın
rəhbərinin və mühasibat xidmətinin
rəhbərinin imzaları ilə təsdiq olunmuş
arayış.
XVII. Hərbi qulluqçular ehtiyata
və ya istefaya buraxıldıqda onlardan və təlim
toplanışlarına çağırılmış
hərbi vəzifəli şəxslərdən borcun
alınması
33.
Təlim toplanışına
çağırılmış və dövlətə
vurduğu zərərə görə müəyyən
olunmuş qaydada maddi məsuliyyətə cəlb edilmiş
hərbi vəzifəli şəxslərin borcunu
müəyyən edən sənədlər.
İcra
qeydi almaq üçün alınmalı olan borcun
məbləği haqqında Azərbaycan Respublikası
Müdafiə Nazirliyi hərbi hissəsinin, idarəsinin,
hərbi təhsil müəssisəsinin,
müəssisə və təşkilatının
arayışı təqdim olunur.
34.
Gizirlər və miçmanlar törətdikləri
cinayətə görə məhkum edilməklə
əlaqədar olaraq (o cümlədən şərti
məhkum edilməklə əlaqədar olaraq) və hərbi
qulluqçu adını ləkələyən
hərəkətlərə görə həqiqi hərbi
xidmətdən həmin xidmətə qəbul edildikləri
müddətdən tez azad olunduqda, onların ilk
təsərrüfat yaratmaq üçün birdəfəlik
müavinət üzrə borcunu müəyyən edən
sənədlər.
İcra
qeydi almaq üçün alınmalı olan borcun
məbləği haqqında Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin hərbi hissəsinin, idarəsinin,
hərbi təhsil müəssisəsinin,
müəssisə və təşkilatının, Azərbaycan Respublikası Milli
Təhlükəsizlik Nazirliyinin hərbi hissəsinin,
idarəsinin, təhsil müəssisəsinin,
müəssisə və təşkilatının, Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin hərbi hissəsinin, idarəsinin,
təhsil müəssisəsinin, müəssisə və
təşkilatının, Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyinin hərbi hissəsinin,
idarəsinin, təhsil müəssisəsinin,
müəssisə və təşkilatının, Fövqəladə Hallar
Nazirliyinin hərbi hissəsinin, idarəsinin, təhsil
müəssisəsinin, müəssisə və
təşkilatının, Azərbaycan
Respublikasının Dövlət Təhlükəsizliyi
Xidmətinin hərbi hissəsinin, idarəsinin, təhsil
müəssisəsinin, müəssisə və
təşkilatının, habelə Azərbaycan
Respublikasının Xarici Kəşfiyyat Xidmətinin hərbi
hissəsinin, idarəsinin, təhsil müəssisəsinin,
müəssisə və təşkilatının, Azərbaycan Respublikası
Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin,
idarəsinin, təhsil müəssisəsinin,
müəssisə və təşkilatının
arayışı təqdim olunur. [22]
35.
Dövlətə vurduqları zərərə görə
müəyyən edilmiş qaydada məsuliyyətə
cəlb olunmuş müddətdən artıq xidmətdə
olan hərbi qulluqçuların, gizirlərin,
miçmanların, zabitlərin, generalların, admiralların
ehtiyata buraxıldıqları və ya istefaya
çıxdıqları günədək onların
öhdəsində qalan borcu müəyyən edən
sənədlər.
İcra
qeydi almaq üçün alınmalı olan borcun
məbləği haqqında Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin hərbi hissəsinin, idarəsinin,
hərbi təhsil müəssisəsinin,
müəssisə və təşkilatının, Azərbaycan Respublikası Milli
Təhlükəsizlik Nazirliyinin hərbi hissəsinin
idarəsinin, təhsil müəssisəsinin,
müəssisə və təşkilatının, Azərbaycan Respublikası
Ədliyyə Nazirliyinin hərbi hissəsinin, idarəsinin,
təhsil müəssisəsinin, müəssisə və
təşkilatının, Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyinin hərbi hissəsinin,
idarəsinin, təhsil müəssisəsinin,
müəssisə və təşkilatının, Fövqəladə Hallar
Nazirliyinin hərbi hissəsinin, idarəsinin, təhsil
müəssisəsinin, müəssisə və
təşkilatının, Azərbaycan
Respublikasının Dövlət Təhlükəsizliyi
Xidmətinin hərbi hissəsinin, idarəsinin, təhsil
müəssisəsinin, müəssisə və
təşkilatının, habelə Azərbaycan
Respublikasının Xarici Kəşfiyyat Xidmətinin hərbi
hissəsinin, idarəsinin, təhsil müəssisəsinin,
müəssisə və təşkilatının, Azərbaycan Respublikası
Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin,
idarəsinin, təhsil müəssisəsinin,
müəssisə və təşkilatının
arayışı təqdim olunur. [23]
XVIII. Teatr-tamaşa
müəssisələrinin və teatr kassalarının
tələbi ilə borcun alınması
36.
Teatr-tamaşa müəssisələrinin (teatrların, konsert
təşkilatlarının, sirklərin, bədii
kollektivlərin və s.) və teatr kassalarının
biletləri yayan ştatdankənar müvəkkilləri borcu
ödəmək haqqında öhdəlik
götürmüşlərsə, satış
üçün alınmış biletlər üzrə
onların borcunu müəyyən edən sənədlər.
İcra
qeydi almaq üçün aşağıdakılar təqdim
olunur:
a) borcu
ödəmək haqqında müvəkkilin yazılı
öhdəliyi;
b) teatr
biletlərini yayan ştatdankənar müvəkkilin
şəxsi hesabından teatr-tamaşa müəssisəsi
və ya teatr kassası rəhbərinin və mühasibat
xidməti rəhbərinin imzaları ilə təsdiq
edilmiş çıxarış;
c)
müvəkkilin maddi məsuliyyəti haqqında
teatr-tamaşa müəssisəsi və ya teatr kassası
ilə ştatdankənar müvəkkil arasındakı
müqavilədən çıxarış.
XIX. İşçilər
əmək münasibətlərini pozduqda, onların
müəssisəyə, idarəyə və təşkilata
ödəmədikləri borcun alınması
37.
Sənayedə, tikintidə və ya nəqliyyatda
işləmək haqqında mütəşəkkil
işçi toplanması qaydasında əmək
müqaviləsi bağlanarkən, əmək haqqı
hesabına verilmiş, lakin işləməklə
əvəzi ödənilməmiş avansı,
birdəfəlik müavinəti, yol xərclərini və
gündəlik xərcləri iş yerinə getməməsi
ilə əlaqədar olaraq qaytarmalı olan işçinin
borcunu müəyyən edən sənədlər.
İcra
qeydi almaq üçün aşağıdakılar təqdim
olunur:
a)
işçi ilə bağlanmiş əmək
müqaviləsinin əsli;
b)
alınacaq məbləğləri alması haqqında
işçinin qəbzi;
c)
işçinin iş yerinə gəlməməsi haqqında
müəssisə, idarə və ya təşkilat
müdiriyyətinin arayışı.
38.
İşçiyə verilmiş, lakin işdən azad
edilərkən onun tərəfindən qaytarılmamış
yataq ləvazimatı üçün onun dövlət
müəssisəsinə, idarəsinə,
təşkilatına borcunu müəyyən edən
sənədlər.
İcra
qeydi almaq üçün aşağıdakılar təqdim
olunur:
a)
işçi ilə bağlanmış əmək
müqaviləsinin əsli;
b) yataq
ləvazimatını alması haqqında işçinin
qəbzi;
c)
qaytarılmamış yataq ləvazimatının
dəyəri haqqında və işçinin işdən azad
edilməsi barəsində müəssisə, idarə,
təşkilat müdiriyyətinin rəhbərinin və
mühasibat xidmətinin rəhbərinin imzası ilə
təsdiq olunmuş arayış.
39.
Xüsusi formalı geyim tətbiq olunduğu idarənin,
müəssisənin və təşkilatın işdən
azad edilən işçisində qalmış həmin geyim
üçün borcu müəyyən edən
sənədlər.
İcra
qeydi almaq üçün aşağıdakılar təqdim
olunur:
a)
aldığı geyimin dəyərini hissə-hissə
ödəmək haqqında işdən azad edilmiş
işçinin yazılı öhdəliyi;
b)
işçinin işdən azad edilməsi haqqında
arayış;
c)
işdən çıxarılanın öhdəsində
qalmış borc haqqında onun şəxsi hesabından
tələbkar tərəfindən təsdiq olunmuş
çıxarış.
XX.
Lisenziyalaşdırılan telekommunikasiya xidmətinin
göstərilməsinə görə borcun alınması[24]
40. Lisenziyalaşdırılan
telekommunikasiya xidmətinə görə müvafiq
təşkilatın borcu müəyyən edən
sənədləri.
İcra
qeydi almaq üçün borclunun ödəməli olduğu
məbləğə dair hesabın surəti təqdim edilir.
Qeyd. Tələbkar bu Siyahı ilə müəyyən
edilmiş sənədlərlə icra qeydinin aparılması
üçün notariat ofisinə müraciət etdiyi
gündən ən azı 20 gün əvvəl sifarişli
poçt vasitəsilə borcluya tələbin icra
edilmədiyi halda icra qeydinin aparılacağı barədə
bildiriş göndərməlidir. İpoteka predmetinə
tutmanın yönəldilməsi barədə bildirişin
göndərilməsi qaydası “İpoteka haqqında”
Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Bildiriş, onun borcluya
çatdırıldığını təsdiq edən
sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu
halda) bu Siyahı ilə müəyyən edilmiş icra
qeydinin aparılması üçün digər
sənədlərə əlavə olunmalıdır.[25]
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 9 mart 2002-ci il tarixli 42 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 03, maddə 145)
2. 2 iyun 2003-cü il tarixli 73 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 06, maddə 342)
3. 5 avqust 2005-ci il tarixli 151 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2005-ci il, ¹ 08, maddə 782)
4. 19 oktyabr 2006-cı il tarixli 227 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 10, maddə 903)
5.
2 fevral 2008-ci il
tarixli 24 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 106)
6.
29 mart 2010-cu il tarixli 53 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 3, maddə 264)
7.
24 dekabr 2010-cu il tarixli 242 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 12, maddə 1123)
8.
23 oktyabr 2014-cü il tarixli 345 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 26 oktyabr 2014-cü il, ¹ 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 10, maddə 1315)
9.
22 sentyabr 2016-cı
il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti 30 sentyabr 2016-cı il, ¹ 214, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 9, maddə 1585)
10. 26 dekabr 2017-ci
il tarixli 599 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti 28 dekabr 2017-ci il, ¹ 288, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 12, II kitab,
maddə 2544)
11. 18 dekabr 2018-ci il tarixli 539 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il,
¹ 288, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹12, II kitab,
maddə 2735)
12. 24 yanvar 2019-cu il tarixli 25 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 yanvar 2019-cu il,
¹ 21,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
01, maddə 169)
13. 27 mart 2019-cu il tarixli 122 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 mart 2019-cu il, ¹
67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu
il, ¹ 3, maddə 555)
14. 20 may 2019-cu il
tarixli 233 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 22 may 2019-cu il, ¹ 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 5, maddə 967)
15. 29 iyun 2019-cu il
tarixli 283 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 3 iyul 2019-cu il, ¹ 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹6, maddə 1172)
16. 19 iyul 2019-cu il
tarixli 316 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 21 iyul 2019-cu il, ¹ 157, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə
1338)
17. 17 fevral 2020-ci il tarixli 51 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 fevral 2020-ci il, ¹
37, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, ¹ 2, maddə 202)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 24 yanvar 2019-cu il tarixli 25 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 yanvar 2019-cu il,
¹ 21,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
01, maddə 169) ilə “Borcların
icra qeydləri əsasında mübahisəsiz qaydada
alınmasına əsas olan sənədlərin
Siyahısı”nın 1-ci və 19-cu hissələrin “b)”,
26-cı hissənin “c)”, 29-cu hissənin “a)” abzasları
ləğv edilmişdir.
[2] 5 avqust 2005-ci il tarixli 151 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2005-ci il, ¹ 08, maddə 782) ilə “Borcların icra
qeydləri əsasında mübahisəsiz qaydada
alınmasına əsas olan sənədlərin
Siyahısı”nın I bölməsinə yeni məzmunda
1-1-ci bənd əlavə edilmişdir.
[3] 26 dekabr 2017-ci
il tarixli 599 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti 28 dekabr 2017-ci il, ¹ 288, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 12, II kitab, maddə
2544) ilə “Borcların icra qeydləri
əsasında mübahisəsiz qaydada alınmasına əsas
olan sənədlərin Siyahısı”nın 1-1-ci
hissəsinin “a” abzasında “qeydiyyatını”
sözü “dövlət
qeydiyyatını” sözləri ilə, “qeydə (qeydiyyata)” sözləri isə “dövlət qeydiyyatına”
sözləri ilə əvəz edilmişdir.
27
mart 2019-cu il tarixli 122
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 30 mart 2019-cu il, ¹ 67, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə
555) ilə “Borcların icra qeydləri əsasında
mübahisəsiz qaydada alınmasına əsas olan
sənədlərin Siyahısı”nın 1-1-ci hissəsinin
“a)” abzasına “ipoteka
kağızının əsli” sözlərindən sonra “və ya daşınmaz əmlak
üzərində ipoteka hüququnu təsbit edən ipoteka
kağızının elektron sistemindən müvafiq
çıxarış” sözləri əlavə
edilmişdir.
20
may 2019-cu
il tarixli 233 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 may 2019-cu il, ¹ 111,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
5, maddə 967) ilə “Borcların icra qeydləri əsasında
mübahisəsiz qaydada alınmasına əsas olan
sənədlərin Siyahısı”nın 1-1-ci hissəsinin
“a)” və “b)” abzasları yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
a) ipoteka predmetinə tutmanın
yönəldilməsinə dair ipoteka saxlayanın
hüquqlarının məhkəməyə müraciət
edilmədən həyata keçirilməsi barədə qeyd
olunan ipoteka kağızının əsli və
ya daşınmaz əmlak üzərində ipoteka hüququnu
təsbit edən ipoteka kağızının elektron
sistemindən müvafiq çıxarış və onun
müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən
sənədin əsli; və (və ya) ipoteka predmetinə
məhkəməyə müraciət edilmədən
tutmanın yönəldilməsi barədə müddəa
nəzərdə tutulan ipoteka müqaviləsinin əsli
və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması
barədə müvafiq sənədin əsli;
b) tutmanın ipoteka predmetinə notariusun
icra qeydi əsasında yönəldilməsi barədə
xəbərdarlıq əks etdirən və müvafiq
reyestrə təqdim edilməsi təsdiqlənmiş ipoteka
saxlayanın bildirişinin əsli; ipoteka predmetinə
tutmanın yönəldilməsi haqqında bildirişin
surətinin ipoteka qoyana, ipoteka saxlayana, məlum olan sonrakı
ipoteka saxlayanlara (sonrakı ipoteka saxlayanlar olduğu halda), o
cümlədən birgə ipoteka saxlayanlara (birgə ipoteka
saxlayanlar olduğu halda) göndərilməsi (təsdiq
etmə üsulu ilə verilməsi) barədə
sənədin əsli.
[4] 19
iyul 2019-cu
il tarixli 316 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 iyul 2019-cu il, ¹ 157,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
7, maddə 1338) ilə “Borcların icra qeydləri
əsasında mübahisəsiz qaydada alınmasına əsas
olan sənədlərin Siyahısı”nın 1-1-ci
hissəsinin “b)” abzasının birinci cümləsindən “o cümlədən”
sözləri çıxarılmışdır və
həmin cümləyə “saxlayanlara”
sözündən sonra “,
habelə “Daşınar əmlakın yüklülüyü
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilən yüklülük
sahiblərinə” sözləri əlavə edilmişdir.
[5] 24 yanvar 2019-cu il tarixli 25 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 yanvar 2019-cu il,
¹ 21,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
01, maddə 169) ilə “Borcların
icra qeydləri əsasında mübahisəsiz qaydada
alınmasına əsas olan sənədlərin
Siyahısı”nın 2-ci hissənin “a)” və “b)” abzasları
yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
a)
əsasında borcun alındığı sənədin
əsli;
b)
müddəti keçirilmiş borcun məbləği
göstərilməklə, borclunun şəxsi hesabından
tələbkar tərəfindən təsdiq olunmuş
çıxarış.
[6]
24
yanvar 2019-cu il tarixli 25
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 27 yanvar 2019-cu il, ¹ 21, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə 169) ilə “Borcların icra qeydləri əsasında
mübahisəsiz qaydada alınmasına əsas olan
sənədlərin Siyahısı”nın 2-ci hissəyə
yeni məzmunda “c)” abzası əlavə edilmişdir.
[7] 9 mart 2002-ci il tarixli 42 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, ¹ 03, maddə 145) ilə
"Borcların icra qeydləri əsasında
mübahisəsiz qaydada alınmasına əsas olan
sənədlərin Siyahısı"nın III
bölməsi çıxarılmışdır.
[8]
24
yanvar 2019-cu il tarixli 25
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
27 yanvar 2019-cu il, ¹ 21, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə 169) ilə “Borcların icra qeydləri əsasında
mübahisəsiz qaydada alınmasına əsas olan
sənədlərin Siyahısı”nın V
bölməsinin adından və 11-ci hissənin birinci
abzasından “mübahisə
doğurmayan” sözləri
çıxarılmışdır.
[9] 23 oktyabr 2014-cü il tarixli 345 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 26 oktyabr 2014-cü il, ¹ 233, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 10, maddə 1315) ilə “Borcların
icra qeydləri əsasında mübahisəsiz qaydada
alınmasına əsas olan sənədlərin
Siyahısı”nın 10-cu bəndinin birinci abzasında “dəniz ticarət
limanlarının” sözləri “dəniz liman idarələrinin” sözləri
ilə, ikinci abzasında "dəniz
ticarət limanının” sözləri “dəniz liman idarəsinin” sözləri ilə
əvəz edilmişdir.
[10] 24 yanvar 2019-cu il tarixli 25 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 yanvar 2019-cu il,
¹ 21,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
01, maddə 169) ilə “Borcların
icra qeydləri əsasında mübahisəsiz qaydada
alınmasına əsas olan sənədlərin
Siyahısı”nın 13-cü hissə yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
13.
Yaşayış sahələri kirayəçilərinin
mənzil haqqı üçün qanunla müəyyən
edilmiş müddətdə ödəmədikləri hesablar
və kommunal xidmətləri: su kəməri, kanalizasiya,
kanalizasiyanın olmadığı evlərdə çirkab
quyularının maye çirkablardan təmizlənməsi,
elektrik enerjisi, radio, qaz və sairə üçün
müddəti keçirilmiş ödənişlərin
hesabları.
İcra
qeydi almaq üçün kirayəçiyə
göndərilmiş hesabın tələbkar
tərəfindən təsdiq olunmuş surəti təqdim
edilir, burada kirayə haqqının miqdarı barədə
məhkəmə mübahisəsinin olmaması haqqında
və kirayəçiyə yazılı xəbərdarlıq
verildikdən sonra borcun ödənilməməsi haqqında
tələbkarın qeydi olmalıdır.
[11] 24 yanvar 2019-cu il tarixli 25 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 yanvar 2019-cu il,
¹ 21,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
01, maddə 169) ilə “Borcların
icra qeydləri əsasında mübahisəsiz qaydada
alınmasına əsas olan sənədlərin
Siyahısı”na yeni məzmunda 13-1-ci hissə
əlavə edilmişdir.
[12] 29 iyun 2019-cu il
tarixli 283 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
3 iyul 2019-cu il, ¹ 141, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹6, maddə
1172) ilə “Borcların icra qeydləri əsasında
mübahisəsiz qaydada alınmasına əsas olan
sənədlərin Siyahısı”nın 13-1-ci hissəsinin
altıncı abzasından “və
yaranmış borcun məbləği
göstərilməklə və onun ödənilmədiyi qeyd
olunmaqla, tələbkarın arayışı”
sözləri çıxarılmışdır.
[13] 29 iyun 2019-cu il
tarixli 283 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 3 iyul 2019-cu il, ¹ 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹6, maddə 1172)
ilə “Borcların icra qeydləri
əsasında mübahisəsiz qaydada alınmasına əsas
olan sənədlərin Siyahısı”nın 13-1-ci
hissəsinin yeddinci abzası yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Borclu barəsində bu
Siyahının 13-1-ci hissəsində göstərilən
tələblər üzrə müvafiq sənədlərin
təqdim edilməsi mümkün olmadıqda, yaşayış
sahəsinin faktiki istifadəçisi barəsində
yaranmış borcun məbləği
göstərilməklə və onun ödənilmədiyi qeyd
olunmaqla, tələbkarın arayışı.
[14] 29 iyun 2019-cu il
tarixli 283 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 3 iyul 2019-cu il, ¹ 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹6, maddə 1172)
ilə “Borcların icra qeydləri
əsasında mübahisəsiz qaydada alınmasına əsas
olan sənədlərin Siyahısı”nın 13-1-ci
hissəsinə yeni məzmunda səkkizinci abzas əlavə
edilmişdir.
[15] 24 yanvar 2019-cu il tarixli 25 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 yanvar 2019-cu il,
¹ 21,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
01, maddə 169) ilə “Borcların
icra qeydləri əsasında mübahisəsiz qaydada
alınmasına əsas olan sənədlərin
Siyahısı”nın 15-ci hissənin birinci abzasından
“, kommunal” sözü
çıxarılmışdır.
[16] 24 yanvar 2019-cu il tarixli 25 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 yanvar 2019-cu il,
¹ 21,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
01, maddə 169) ilə “Borcların
icra qeydləri əsasında mübahisəsiz qaydada
alınmasına əsas olan sənədlərin
Siyahısı”nın 15-ci hissənin “b” abzasından “icarəçi yazılı surətdə
xəbərdar edildikdən sonra” sözləri
çıxarılmışdır.
[17] 24 yanvar 2019-cu il tarixli 25 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 yanvar 2019-cu il,
¹ 21,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
01, maddə 169) ilə “Borcların
icra qeydləri əsasında mübahisəsiz qaydada
alınmasına əsas olan sənədlərin
Siyahısı”nın 17-ci hissənin ikinci
abzasının ikinci cümləsindən “ev sahibinə və ya icarəçiyə yazılı
xəbərdarlıq təqdim edildikdən sonra”
sözləri çıxarılmışdır.
[18]
2 fevral 2008-ci il tarixli 24 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 106) ilə
“Borcların icra qeydləri əsasında mübahisəsiz
qaydada alınmasına əsas olan sənədlərin
Siyahısı”nın 20-ci bəndinin “b”
yarımbəndində “rayon
(şəhər) icra hakimiyyəti
başçısının sərəncamının”
sözləri “məhkəmə
qərarının” sözləri ilə əvəz
edilmişdir.
[19] 24 yanvar 2019-cu il tarixli 25 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 yanvar 2019-cu il,
¹ 21,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
01, maddə 169) ilə “Borcların
icra qeydləri əsasında mübahisəsiz qaydada
alınmasına əsas olan sənədlərin
Siyahısı”nın 21-ci hissənin “b” abzasından “və onu ödəmə
müddətləri haqqında borcluya göndərilmiş
bildirişin tələbkar tərəfindən təsdiq
olunmuş surəti” sözləri
çıxarılmışdır.
[20] 18 dekabr 2018-ci il tarixli 539 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il,
¹ 288, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹12, II kitab,
maddə 2735) ilə “Borcların icra
qeydləri əsasında mübahisəsiz qaydada
alınmasına əsas olan sənədlərin
Siyahısı”nın 22-ci və 23-cü hissələrinin
birinci abzaslarında “Respublika
Müəllif Hüquqları Agentliyinə”
sözləri “Azərbaycan
Respublikasının Əqli Mülkiyyət Agentliyinə”
sözləri ilə əvəz edilmişdir.
[21] 24 yanvar 2019-cu il tarixli 25 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 yanvar 2019-cu il,
¹ 21,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
01, maddə 169) ilə “Borcların
icra qeydləri əsasında mübahisəsiz qaydada
alınmasına əsas olan sənədlərin
Siyahısı”nın 27-ci və 28-ci hissələrin
ikinci abzasları və 30-cu hissənin ikinci cümləsi
çıxarılmışdır.
[22]
2 iyun 2003-cü il tarixli 73
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 06,
maddə 342) ilə "Borcların icra qeydləri
əsasında mübahisəsiz qaydada alınmasına əsas
olan sənədlərin Siyahısı"nın 34-cü
və 35-ci bəndlərinə "Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin hərbi hissəsinin, idarəsinin, tədris
müəssisəsinin, müəssisə və
təşkilatının" sözlərindən sonra
"Azərbaycan Respublikası
Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin,
idarəsinin, tədris müəssisəsinin,
müəssisə və təşkilatının"
sözləri əlavə edilmişdir.
19 oktyabr 2006-cı il tarixli 227 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 10, maddə 903) ilə Borcların icra qeydləri əsasında
mübahisəsiz qaydada
alınmasına əsas olan sənədlərin
Siyahısı"nın 34-cü bəndində
"Azərbaycan Respublikası
Milli Təhlükəsizlik Nazirliyinin hərbi hissəsinin, idarəsinin,
tədris müəssisəsinin, müəssisə və
təşkilatının, " sözlərindən sonra "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
hərbi hissəsinin, idarəsinin, tədris
müəssisəsinin, müəssisə və
təşkilatının, "
sözləri əlavə edilmişdir.
24 dekabr 2010-cu il tarixli 242 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 12, maddə 1123) ilə
təsdiq edilmiş "Borcların icra qeydləri
əsasında mübahisəsiz qaydada alınmasına əsas
olan sənədlərin Siyahısı"nın 34-cü
və 35-ci bəndlərinin ikinci abzaslarında "Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin hərbi hissəsinin, idarəsinin,
təhsil müəssisəsinin, müəssisə və
təşkilatının," sözlərindən sonra
"Fövqəladə Hallar
Nazirliyinin hərbi hissəsinin, idarəsinin, təhsil
müəssisəsinin, müəssisə və
təşkilatının," sözləri əlavə
edilmişdir.
22
sentyabr 2016-cı il tarixli 360 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr
2016-cı il, ¹ 214, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 9,
maddə 1585) ilə “Borcların icra qeydləri
əsasında mübahisəsiz qaydada alınmasına əsas
olan sənədlərin Siyahısı”nın 34-cü və
35-ci hissələrinin ikinci abzaslarından “Azərbaycan Respublikası Milli Təhlükəsizlik
Nazirliyinin hərbi hissəsinin, idarəsinin, təhsil
müəssisəsinin, müəssisə və
təşkilatının,” sözləri
çıxarılmışdır və həmin abzaslara “Fövqəladə Hallar
Nazirliyinin hərbi hissəsinin, idarəsinin, təhsil
müəssisəsinin, müəssisə və
təşkilatının,” sözlərindən sonra “Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi
hissəsinin, idarəsinin, təhsil müəssisəsinin,
müəssisə və təşkilatının, habelə
Azərbaycan Respublikasının Xarici Kəşfiyyat
Xidmətinin hərbi hissəsinin, idarəsinin, təhsil müəssisəsinin,
müəssisə və təşkilatının,”
sözləri əlavə edilmişdir.
[23]
19 oktyabr 2006-cı il tarixli 227 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 10, maddə 903) ilə Borcların icra qeydləri
əsasında mübahisəsiz
qaydada alınmasına əsas olan sənədlərin
Siyahısı"nın 35-ci bəndində
"Azərbaycan Respublikası
Milli Təhlükəsizlik Nazirliyinin hərbi hissəsinin, idarəsinin,
tədris müəssisəsinin, müəssisə və
təşkilatının, " sözlərindən sonra "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
hərbi hissəsinin, idarəsinin, tədris
müəssisəsinin, müəssisə və
təşkilatının, "
sözləri əlavə edilmişdir.
29
mart 2010-cu il tarixli 53
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 3, maddə
264) ilə 33-cü bəndinin ikinci abzasında, 34-cü
və 35-ci bəndlərinin ikinci abzaslarının
mətnlərində «tədris»
sözü «təhsil»
sözü ilə əvəz edilmişdir.
[24] 24 yanvar 2019-cu il tarixli 25 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 yanvar 2019-cu il,
¹ 21,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
01, maddə 169) ilə “Borcların
icra qeydləri əsasında mübahisəsiz qaydada
alınmasına əsas olan sənədlərin
Siyahısı”nın XX bölməsi yeni redaksiyada
verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
XX. Şərti və
qısaldılmış ünvanları olan teleqramları
çatdırmağa görə borcun alınması
40.
Şərti və qısaldılmış ünvanları
olan teleqramları çatdırmağa görə rabitə
müəssisələrinin borcu müəyyən edən
sənədləri.
İcra
qeydi almaq üçün borclunun ödəməli olduğu
məbləğə dair hesabın surəti təqdim edilir.
[25]
24
yanvar 2019-cu il tarixli 25
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 27 yanvar 2019-cu il, ¹ 21, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 01, maddə 169) ilə “Borcların icra qeydləri əsasında
mübahisəsiz qaydada alınmasına əsas olan
sənədlərin Siyahısı”na yeni məzmunda
“Qeyd” əlavə edilmişdir.
17
fevral 2020-ci il tarixli 51 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 fevral 2020-ci il, ¹
37, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, ¹ 2, maddə 202) ilə “Borcların icra qeydləri
əsasında mübahisəsiz qaydada alınmasına əsas
olan sənədlərin Siyahısı”nın XX
bölməsinin “Qeyd”inin birinci cümləsində “kontoruna” sözü “ofisinə” sözü ilə
əvəz edilmişdir.