"Polis haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 noyabr tarixli, 205 nömrəli Fərmanının 1-ci bəndinin 7-ci, 8-ci, 9-cu və 10-cu abzaslarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin polis əməkdaşına xidmət xüsusiyyətlərindən asılı olaraq, məharət dərəcəsinə, şifrlə daimi işləməyə, post-patrul xidmətində itlərlə xidmət aparanlara, itlərə qulluq və təlim keçirilməsinə, suvari-nizami hissələrdə atlara və ləvazimatlara qulluğa, ayıltma məntəqəsində işləməyə, sürücü əməkdaşlara dərəcəyə görə, xidmət sahəsi ilə əlaqədar işi gediş-gəliş xarakteri daşıyanlara gündəlik yemək xərci əvəzinə, vəzifədən azad edilərək müvəqqəti sərəncamda saxlanmaya, xidmətdən tərxis olunmaya görə, xəstəlik, təhsil, məzuniyyət vaxtı verilən əlavələr, ödənişlər və respublika qanunvericiliyində nəzərdə tutulmuş digər əlavələr, müavinətlər, ödənişlər verilir.
1.1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqqların; kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları bu qərarın 1 nömrəli əlavəsinə müvafiq müəyyən edilsin.[1]
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi normalar və dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlara ərzaq məhsullarının topdan satış qiymətlərinə nəzarət komissiyasının müəyyənləşdirdiyi qiymətlər əsasında Daxili İşlər Nazirliyinin polis əməkdaşına ərzaq payı və ya ərzaq payı əvəzinə müvafiq pul kompensasiyası verilsin.
1.3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilsin ki, müəyyən olunmuş müvafiq fondları dairəsində, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və ən azı bir aylıq vəzifə maaşları həcmində mükafat versin, habelə onlara hər ay əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən, müxtəlif adda yüksək ixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlarına onların iki aylıq vəzifə maaşı məbləğindən müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən, tərcüməçilərə isə onların aylıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavələr təyin etsin, daxili normativ aktla müəyyən edilmiş yaş həddinə çatdığına görə xidmət yeri xüsusitəyinatlı nizami polis hissələrindən başqa struktur qurumlara dəyişdirilən əməkdaşların sonuncu xidmət yeri üzrə vəzifə maaşının saxlanılması barədə qərar qəbul etsin.[2]
1.4. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən, nəqliyyat vasitələrinin müşayiət olunması və haqqı ödənilən digər əlavə xidmətlərdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin II hissəsinə əsasən müəyyən edilən hesabına köçürülən vəsaitin 25 faizi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsi üçün istifadə olunur. Verilən əlavələr həmin əməkdaşların təminat xərcliyinə və aylıq əməkhaqqı məbləğinə daxil edilmir.[3]
1.5. Azərbaycan Respublikası
vətəndaşının şəxsiyyət
vəsiqəsinin və Azərbaycan Respublikasının
vətəndaşlarına xaricə getmək hüququ
verən ümumvətəndaş pasportlarının
verilməsinə və ya dəyişdirilməsinə
görə ödənilən dövlət rüsumunun 20 faizi
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
pasport və qeydiyyat qurumlarının xüsusi rütbəsi
olan əməkdaşlarının (“ASAN xidmət”
mərkəzlərində fəaliyyət göstərən
işçilər istisna olmaqla) sosial müdafiəsini
gücləndirmək, maddi təminatını
yaxşılaşdırmaq məqsədi ilə xüsusi
hesaba köçürülür.[4]
2. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş "(vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına və ya onun ailəsinə:[5]
xidmət vəzifələrin icrası ilə əlaqədar polis əməkdaşı həlak olduqda (vəfat etdikdə) ailəsinə, habelə öhdəsində olanlara dövlət büdcəsinin vəsaiti hesabına ərzaq payı əvəzinə pul kompensasiyası istisna olmaqla, onun aylıq təminat xərclərinin yetmiş misli miqdarında birdəfəlik komepensasiya ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur;
xidməti vəzifələrin icrası ilə əlaqədar polis əməkdaşı xidməti davam etdirməsinə imkan verməyən dərəcədə xəsarət (yaralanma, travma, kontuziya) aldıqda, xəstələndikdə dövlət büdcəsinin vəsaiti hesabına ərzaq payı əvəzinə pul kompensasiyası istisna olmaqla, onun aylıq təminat xərclərinin əlli misli miqdarında birdəfəlik kompensasiya ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur.[6]
2.1. Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş polis əməkdaşına və onun ailəsinə birdəfəlik kompensasiyaların müəyyən edilməsi üçün tələb olunan sənədlər bu qərarın 2 nömrəli əlavəsinə əsasən müəyyən edilsin.[7]
3. Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi qaydası bu qərarın 4 nömrəli əlavəsinə müvafiq olaraq müəyyən edilsin. (əlavə olunur)[8]
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşına polisdə xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar köç pulunun və birdəfəlik kompensasiyaların miqdarı və verilməsi Qaydaları bu qərarın 3 nömrəli əlavəsinə əsasən müəyyən edilsin.
5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri
A. Rasİzadə
Bakı
şəhəri, 20 aprel 2000-ci il
¹ 73
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarı
ilə 1 nömrəli əlavə |
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarının xidmət xüsusiyyətlərini nəzərə alaraq, təminat xərcliyi* və başqa ödənişlər aşağıdakı qaydada təyin edilir:
1. Fasiləsiz xidmət illərinə görə verilən haqq vəzifə və xüsusi rütbəyə görə maaşlardan hesablanaraq aşağıdakı məbləğdə ödənilir:[10]
1 ildən 2 ilə qədər fasiləsiz xidmət illərinə görə - 5 faiz
2 ildən 5 ilə qədər fasiləsiz xidmət illərinə görə - 10 faiz
5 ildən 10 ilə qədər fasiləsiz xidmət illərinə görə - 15 faiz
10 ildən 15 ilə qədər fasiləsiz xidmət illərinə görə - 20 faiz
15 ildən 20 ilə qədər fasiləsiz xidmət illərinə görə - 25 faiz
20 ildən 25 ilə qədər fasiləsiz xidmət illərinə görə - 30 faiz
25 ildən 30 ilə qədər fasiləsiz xidmət illərinə görə - 40 faiz
30 ildən yuxarı fasiləsiz xidmət illərinə görə - 50 faiz
2. Məharət dərəcəsinə görə verilən əlavə, vəzifə maaşına hesablanaraq aşağıdakı məbləğdə ödənilir:
1) Orta, böyük və ali rəis heyətinə mənsub şəxslərə;[11]
II məharət dərəcəsinə görə -15 faiz
I məharət dərəcəsinə görə - 25 faiz
usta məharət dərəcəsinə görə - 35 faiz
2) Sıravi və kiçik rəis heyətinə mənsub şəxslərə;
II məharət dərəcəsinə görə -10 faiz
I məharət dərəcəsinə görə - 15 faiz
usta məharət dərəcəsinə görə - 25 faiz
3. Şifrləmə işində fasiləsiz xidmət etməyə görə pul əlavəsi vəzifə maaşına hesablanaraq, aşağıdakı məbləğdə ödənilir:
1 ildən 3 ilə qədər - 10 faiz
3 ildən 6 ilə qədər - 15 faiz
6 ildən yuxarı - 20 faiz
4. Post-patrul xidmətində itlərlə xidmət aparanlara, itlərə qulluq və təlim keçirilməsinə, suvari-nizami hissələrində atlara və ləvazimatına qulluğa və ayıltma məntəqəsində işləməyə görə əməkdaşların aylıq vəzifə maaşının 20 faizi məbləğində əlavə ödənilir.
5. Sürücülərə dərəcəyə görə əlavə, vəzifə maaşına hesablanaraq, aşağıdakı məbləğdə ödənilir:
II dərəcəyə görə - 10 faiz
I dərəcəyə görə - 25 faiz
6. Xidmət sahəsi ilə əlaqədar işi gediş-gəliş xarakteri daşıyan əməkdaşlara gündəlik yemək xərci əvəzinə ödənişlərin məbləği və verilməsi müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilir.
7. Tutduğu vəzifədən azad edilən daxili işlər orqanlarının əməkdaşlarına sərəncamda olduqları iki aydan artıq olmayan müddətdə tam həcmdə əmək haqqı (sonuncu vəzifə maaşı, xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə əlavə haqq və ərzaq payı əvəzinə verilən pul kompensasiyası) ödənilir.[12]
8. Xidmətdən tərxis olunmaya görə ödəniş xüsusi rütbəsi olan əməkdaşlara aşağıdakı məbləğdə və qaydada ödənilir:
a) pensiya almaq hüququ olan yaş həddi, səhhəti və ya ştat ixtisarı ilə əlaqədar xidmətdən tərxis olunanlara vəzifə və rütbə maaşlarının beş aylıq məbləğində, başqa əsaslara görə tərxis edilənlərə isə (barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərara əsasən tərxis edilənlər istisna olmaqla) vəzifə və rütbə maaşlarının iki aylıq məbləğində;
b) pensiya almaq hüququ olmadan tərxis edilən xidmət müddəti dörd ildən az olanlara aylıq vəzifə və rütbə maaşlarının yarısı məbləğində, xidmət müddəti dörd il və daha çox onlara aylıq vəzifə, rütbə maaşları və dörd ildən əlavə hər il üçün həmin maaşların beşdə biri məbləğində.
9. Müvəqqəti əmək qabiliyyətinin itirilməsinə və ya xəstə ailə üzvünə qulluğa görə xəstəlik vərəqəsi əsasında xidmətdən azad edilən, yaxud xəstəlik məzuniyyətində olan xüsusi rütbəli əməkdaşlara qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, altı aydan artıq olmamaq şərtilə xəstəlik gününədək aldıqları təminat xərcliyi saxlanılır.
Daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir.[13]
10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və digər dövlətlərin ali və orta ixtisas xüsusi polis tədris müəssisələrində əyani təhsil alanlara:
sıravi və kiçik rəis heyətinə mənsub əməkdaşlara daxil olandan əvvəl son iş yerindəki vəzifə və xüsusi rütbə maaşları, fasiləsiz xidmət illərinə və məharət dərəcəsinə görə əlavə haqlar ödənilir;[14]
orta ümumtəhsil məktəbini bitirmiş vətəndaşların sıralarından qəbul edilənlərə respublikada ali və orta ixtisas tədris müəssisələri üçün müəyyən edilmiş məbləğdə təqaüd ödənilir.
11. Daxili İşlər Nazirliyinin ibtidai hazırlıq kursuna çağırılmış əməkdaşlarına həmin müddətdə təyin olunduğu vəzifə maaşı və ərzaq payı və ya ərzaq payı əvəzinə pul kompensasiyası, təkmilləşdirmə və ixtisas artırmağa çağırılmış əməkdaşlara isə işlədiyi vəzifə üzrə aldıqları təminat xərcliyi ödənilir.
12. Daxili İşlər Nazirliyinin və respublikanın digər ali məktəblərində qiyabi təhsil alan əməkdaşlara imtahan sessiyası müddətində işlədikləri vəzifə üzrə aldıqları təminat xərcliyi saxlanılır.
13. Növbəti və qısamüddətli məzuniyyət dövründə əməkdaşlara sonuncu tutduğu vəzifə üzrə müəyyən edilmiş məbləğdə təminat xərcliyi ödənilir.
Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir.
Əməkdaşlara məzuniyyət dövründə ildə bir dəfə respublika daxilində nəqliyyat xərcləri təqdim edilən sənədlər əsasında ümumi istifadədə olan hava, dəmir yolu, su və avtomobil (taksidən başqa) nəqliyyat ilə gedişin dəyəri miqdarında ödənilir.
Daxili işlər orqanlarının əməkdaşı müvafiq iş ilində (iş illərində) əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla hesablanaraq ödənilir.
İstifadə olunmamış
məzuniyyət əvəzi verilən kompensasiya yalnız
xidmətdən tərxis olunmuş əməkdaşlara
vəzifə və xüsusi rütbə maaşları
əsasında müəyyənləşdirilir.[15]
14. Yüksəkliyə görə əlavə qanunvericiliklə müəyyən olunmuş məbləğdə vəzifə, xüsusi rütbə maaşlarından, fasiləsiz xidmət illərinə və məharət dərəcəsinə görə əlavə haqlardan hesablanır.[16]
15. Digər əlavə haqlar və ödənişlər qanunvericiliklə müəyyən olunmuş məbləğdə vəzifə maaşından hesablanır.
16. Daxili İşlər Nazirliyinin əməkdaşlarına müavinətlərin verilməsi Azərbaycan Respublikasının qanunvericiliyə ilə müəyyənləşdirilmiş qaydada və məbləğdə ödənilir.
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarı
ilə
|
1. Polis əməkdaşı həlak olduqda, vəfat etdikdə:[18]
ölüm haqqında şəhadətnamə;
əməkdaşın ölümünün bilavasitə xidməti vəzifəsinin icrası ilə bağlı olduğu haqqında Daxili İşlər Nazirliyi tərəfindən müəyyən olunmuş müvafiq xidmətin rəyi;
ailə üzvlüyünü təsdiq edən arayış;
vərəsəlik hüququna malik ailə üzvünün ərizəsi.
2. Polis əməkdaşı əlillik dərəcəsi aldıqda:
Tibbi Sosial Ekspert Komissiyasının əlilliyin müəyyən edilməsi haqqında qərarı; [19]
əməkdaşın əlilliyinin bilavasitə xidməti vəzifəsinin icrası ilə bağlı olduğu haqqında Daxili İşlər Nazirliyi tərəfindən müəyyən olunmuş müvafiq xidmətin rəyi;
əməkdaşın raportu.
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarı
ilə 3 nömrəli əlavə |
I.
Ümumİ müddəalar
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşının xidməti yerdəyişmə və təyin olunması ilə bağlı yaşayış yerinin bir məntəqədən başqa məntəqəyə dəyişilməsi ilə əlaqədar ödənilən köç pulunun və birdəfəlik kompensasiyaların tərkibinə aşağıdakılar daxildir:
a) əməkdaşa və onun ailə üzvlərinə ödənilən nəqliyyat xərci;
b) yolda olan müddət üçün gündəlik xərc;
c) ev əşyalarının gətirilməsi üçün nəqliyyat xərci;
ç) əməkdaşa birdəfəlik kompensasiya;
d) əməkdaşın ailə üzvlərinə birdəfəlik kompensasiya.
2. Polis əməkdaşına birdəfəlik kompensasiya yeni təyin olunduğu iş yerindəki vəzifə və xüsusi rütbə maaşlarından hesablanır. Ailə üzvlərinə isə birdəfəlik kompensasiya köçüb gəldikləri günə əməkdaşın aldığı vəzifə və xüsusi rütbə maaşlarından hesablanır.
3. Köç pulu və birdəfəlik kompensasiyalar (50 km-dən çox yol qət etmək şərtilə) bir yaşayış məntəqəsindən digər yaşayış məntəqəsinə daimi xidmət yerinə getmək üçün, aşağıda göstərilən yerdəyişmə və təyin olunma halları zamanı verilir:
a) Daxili İşlər Nazirliyinin bir orqanından başqa bir orqanına ştat vəzifəsinə təyin edilərkən;
b) Daxili İşlər Nazirliyinin orqanlarının daimi dislokasiya yerinin dəyişməsi zamanı;
c) Daxili İşlər Nazirliyinin orqanlarında xidmət keçmək üçün ştat vəzifəsinə yeni təyin olunmuş əməkdaş başqa yaşayış məntəqəsinə köçərsə.
4. Xidməti yerdəyişmə və təyin olunması ilə əlaqədar bir yaşayış məntəqəsindən başqa yaşayış məntəqəsinə getmək üçün 50 km-dən çox yol qət edərkən, əməkdaşa və ailə üzvlərinə bu qayda ilə müəyyən edilmiş normalar üzrə yola çəkilmiş faktiki xərc ödənilir.
II.
Köç pulu və bİrdəfəlİk
kompensasİyaların mİqdarı
1. Köç pulu və birdəfəlik kompensasiyalar aşağıdakı miqdarda ödənilir:
a) əməkdaşa və onun ailə üzvlərinə nəqliyyat xərcləri, təqdim edilən sənədlər əsasında ümumi istifadədə olan hava, dəmir yolu, su və avtomobil (taksidən başqa) nəqliyyatı ilə gedişin dəyəri miqdarında, nəqliyyatda sərnişinlərin dövlət icbari sığortası üzrə tədiyələr, biletlərin qabaqcadan satışı üzrə xidmət və qatarlarda yatacaq ləvazimatından istifadə üçün xərclər də daxil olmaqla ödənilir;
b) əməkdaşa yerdəyişmə və təyin olunma zamanı 50 km-dən çox məsafə qət edilərsə, birdəfəlik kompensasiya 1 aylıq yeni təyin olunduğu vəzifəsi üzrə vəzifə maaşı və 1 aylıq xüsusi rütbə maaşı məbləğində;
c) Daxili İşlər Nazirliyinin orqanlarının dislokasiya yerinin dəyişməsi ilə əlaqədar olan yerdəyişmə vaxtı əməkdaşa məsafədən asılı olmayaraq vəzifə və xüsusi rütbə maaşlarının 50 faizi məbləğində;
ç) ailə üzvlərinin hər birinə bütün hallarda əməkdaşın 1 aylıq vəzifə və xüsusi rütbə maaşının 25 faizi məbləğində;
d) əməkdaşa 3000 kq-dək ev əşyalarını gətirmək üçün çәkdiyi faktiki xərc, yükün daşınması barədə qaimə təqdim edilməklə, müvafiq yükdaşıma müəssisələrinin müəyyən etdiyi tariflər müqabilində.
III. Yolda
olan vaxt üçün gündəlİk xərcİn
verİlməsİ
1. Xidməti yerdəyişmə və təyinolunma ilə əlaqədar olaraq, bir yaşayış məntəqəsindən başqa yaşayış məntəqəsinə gələrkən, əməkdaşa yolda olduğu bir sutkalıq müddət üçün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş xidməti ezamiyyətlər zamanı ödənilən gündəlik xərc normaları miqdarında vəsait verilir.
IV.
Köç pulunun və bİrdəfəlİk
kompensasİyaların ödənİlmə qaydası
1. Köç pulu və birdəfəlik kompensasiya əməkdaşa aşağıdakı qaydada ödənilir:
a) ştat vəzifəsinə təyin edilərkən xidməti yerdəyişmə zamanı təyinolunma barədə əmr əsasında yeni iş yerində;
b) Daxili İşlər Nazirliyinin orqanının daimi dislokasiya yerinin dəyişməsi zamanı müvafiq əmr əsasında orqanın yeni dislokasiya yerində.
2. Əməkdaşın ailə üzvlərinə birdəfəlik kompensasiya yeni vəzifəyə təyin olunduğu gündən 1 il müddətinə əməkdaşın ailə köçüb onun xidmət etdiyi yerə gələrkən (əgər əməkdaş yeni xidmət yerində mənzil ilə təmin olunmayıbsa və yaxud uşaqları ali və orta ixtisas tədris müəssisələrinin əyani şöbəsində və ümumtəhsil məktəblərinin axırıncı siniflərində oxuyursa, mənzil ilə təmin edildiyi və uşaqların təhsil müəssisələrini bitirdiyi gündən 1 il müddətinə) ödənilir.
3. Birdəfəlik kompensasiyalar əməkdaşın himayəsində olan aşağıdakı ailə üzvlərinə verilir:
a) yaşından və əmək qabiliyyətindən asılı olmayaraq arvadına (ərinə);
b) əməkdaşın himayəsində olan uşaqlara;
c) əməkdaşın pensiya yaşına çatmış və yaşından asılı olmayaraq I və II dərəcə əlilliyi olan valideynlərinə.[20]
4. Köç pulu və birdəfəlik kompensasiyalar əməkdaşın raportu, təyin olma barədə əmr, ailə üzvlərinin köçüb gəlməsi və yeni ünvanda qeydiyyata alınmaları barədə arayış əsasında verilir.
5. Köç pulu və birdəfəlik kompensasiyalar aşağıdakı hallarda ödənilmir:
a) Daxili İşlər Nazirliyinin təhsil müəssisəsinin əyani şöbəsini bitirdikdən sonra həmin müəssisənin ştat vəzifəsinə təyin olunan əməkdaşa;
b) əməkdaşın xidmət etdiyi yerə müvəqqəti olaraq gələn ailə üzvlərinə.
6. Verilmiş köç pulu və birdəfəlik kompensasiyalar əməkdaş yerdəyişmə və təyin olunmadan sonra işə başlamaqdan imtina edərsə qaytarılmalıdır.
*Təminat
xərcliyi vəzifə və xüsusi rütbəyə
görə maaşlardan, fasiləsiz
xidmət illərinə görə haqdan, ərzaq payı
əvəzinə verilən pul kompensasiyasından və
əməkdaşa verilən digər əlavələrdən
ibarətdir. [21]
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2008-ci il 13 fevral tarixli 44 nömrəli
qərarına ƏLAVƏ Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli
qərarına 4
nömrəli ƏLAVƏ |
Daxili işlər orqanlarında
xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar
yaşayış yeri olmayan daxili işlər orqanları
əməkdaşlarına və onların ailə
üzvlərinə xidmət keçdiyi dövr ərzində
kirayəyə götürülmüş yaşayış
sahəsindən istifadə haqqı (kirayə haqqı)
üçün yaşayış məntəqəsindən
asılı olaraq, pul kompensasiyasının məbləği
və verilməsi[22]
Q A Y D A S I
1. Daxili işlər orqanlarında (Daxili
İşlər Nazirliyinin Daxili Qoşunları istisna olmaqla)
xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar
yaşayış yeri olmayan daxili işlər orqanları
əməkdaşlarına və onların ailə
üzvlərinə xidmət keçdiyi dövr ərzində
kirayəyə götürülmüş yaşayış
sahəsindən istifadə haqqı (kirayə haqqı)
üçün yaşayış məntəqəsindən
asılı olaraq pul kompensasiyası hər ay
aşağıdakı məbləğdə ödənilir:
Bakı şəhərində - 150 manat; [23]
Gəncə,
Naxçıvan, Sumqayıt, Xırdalan
şəhərləri və Abşeron rayonunda – 100 manat [24]
başqa şəhər və rayon
mərkəzlərində - 75
manat; [25]
digər yaşayış
məntəqələrində - 55
manat. [26]
Daxili işlər orqanları
əməkdaşlarına onlarla birlikdə yaşayan hər
bir ailə üzvü üçün onlara yuxarıda
göstərilən müvafiq kompensasiya məbləğinin
50 faizi miqdarında əlavə pul kompensasiyası
ödənilir.
2. Daxili işlər orqanlarında
xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar
yaşayış yeri olmayan daxili işlər orqanları
əməkdaşlarına və onların ailə
üzvlərinə xidmət keçdiyi dövr ərzində
kirayəyə götürülmüş yaşayış
sahəsindən istifadə haqqı (kirayə haqqı)
üçün yaşayış məntəqəsindən
asılı olaraq, pul kompensasiyasının verilməsi
üçün tələb olunan sənədlər:
əməkdaşın raportu;
Azərbaycan Respublikasının
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin
müvafiq şəhər, rayon ərazi
idarələrindən əməkdaşın xidmət etdiyi müvafiq
daxili işlər orqanının yerləşdiyi
ərazidə onun və yetkinlik yaşına
çatmış ailə üzvlərinin
mülkiyyətində yaşayış sahəsinin
olub-olmaması haqqında arayış;[27]
yaşayış sahəsinin onun
mülkiyyətçisindən və ya sosial kirayə
müqaviləsi üzrə yaşayış sahəsinin
kirayəçisindən (bundan sonra — müvəqqəti
mənzil) kirayə götürülməsi barədə
notariat qaydasında təsdiq edilmiş sənəd;[28]
xidmət yeri üzrə
yaşayış sahəsi ilə təmin olunub olunmaması
haqqında arayış;[29]
əməkdaşın ailə
üzvlərinin şəxsiyyət vəsiqəsinin, 16
yaşına çatmamış uşaqlarının
doğum haqqında şəhadətnamələrinin və
ailə üzvlərinə aid olması barədə digər
sənədlərin notariat qaydasında təsdiq edilmiş
surəti;
əməkdaşın ailə
üzvlərinin onun xidmət yerinə köçüb
gəlməsi və yeni ünvanda qeydiyyata alınması
barədə arayış.
3. Yeni xidmət yerinə gəlmiş
daxili işlər orqanının əməkdaşı
kirayədə yaşaması barədə raportla
müraciət etdikdən sonra bu Qaydanın 2-ci bəndində
müəyyən olunmuş sənədləri təqdim
etməlidir. kirayəyə götürülmüş
yaşayış sahəsindən istifadə haqqı
(kirayə haqqı) üçün pul kompensasiyası
müvəqqəti mənzilin kirayə
götürülməsi barədə notariat qaydasında
təsdiq olunmuş sənədin imzalandığı gündən,
lakin yeni vəzifəyə təyin olunma günündən
tez olmayaraq, əməkdaşın xidmət etdiyi daxili
işlər orqanının rəhbərinin kirayəyə
götürülmüş yaşayış sahəsindən
istifadə haqqı (kirayə haqqı) üçün pul
kompensasiyasının verilməsi barədə əmrindən
sonra ödənilir.
4. Yuxarıda qeyd edilən
sənədlər hər il yenidən toplanaraq, daxili
işlər orqanının maliyyə xidmətinə
təqdim edilməlidir.
5. Daxili işlər orqanı
əməkdaşının ailə tərkibində
dəyişiklik baş verdikdə o, bu barədə
rəhbərliyə məruzə etməli və pul
kompensasiyası ilə bağlı müvafiq
sənədləri təqdim etməlidir.
6. kirayəyə
götürülmüş yaşayış sahəsindən
istifadə haqqı (kirayə haqqı) üçün pul
kompensasiyası əməkdaşın kirayə
üçün faktiki ödədiyi haqq
məbləğində, lakin bu Qaydanın 1-ci bəndi ilə
müəyyən edilmiş məbləğlərdən
artıq olmamaq şərti ilə ödənilir.
7. Daxili
İşlər Nazirliyi tərəfindən xidməti
yaşayış sahəsi ilə (digər yaşayış
sahəsi ilə) təmin edilmiş əməkdaşlara
kirayəyə götürülmüş yaşayış
sahəsindən istifadə haqqı (kirayə haqqı)
üçün pul kompensasiyası ödənilmir.[30]
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 22 yanvar 2004-cü il tarixli 4
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 1,
maddə 51)
2. 22 iyul 2004-cü il tarixli 98
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 7,
maddə 589)
3. 25 noyabr 2004-cü il tarixli 185
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 11,
maddə 970)
4. 20 iyul 2005-ci il tarixli 144 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 7, maddə 677)
5. 26 sentyabr 2006-cı il tarixli 217
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 9,
maddə 830)
6. 11 may
2007-ci il tarixli 74 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 544)
7. 13 fevral 2008-ci il tarixli 44 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 124)
8. 9 noyabr 2009-cu il tarixli 177 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 11, maddə
937)
9. 14 aprel 2010-cu il tarixli 68 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2010-cu il, ¹ 4, maddə 359)
10. 30 dekabr 2011-ci il tarixli 215 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2011-ci il, ¹ 12, maddə 1260)
11. 29 aprel 2014-cü il tarixli 116 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 may
2014-cü il, ¹ 92, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 04,
maddə 460)
12. 8 may 2014-cü il tarixli 138 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 05, maddə 565)
13. 29 may 2014-cü il tarixli 169 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2014-cü il, ¹ 05, maddə 593)
14. 22 iyun 2016-cı il tarixli 236 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 25 iyun 2016-cı il, ¹ 136, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6,
maddə 1212)
15. 22 sentyabr 2017-ci il tarixli 383 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 sentyabr 2017-ci il, ¹ 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹9, maddə 1738)
16. 28 sentyabr 2017-ci il tarixli 408 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 oktyabr 2017-ci il,
¹ 214, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 9, maddə 1763)
17. 9 oktyabr 2018-ci il tarixli 431 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 oktyabr 2018-ci il,
¹ 227, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 10, maddə 2146)
18. 7 mart 2019-cu il tarixli 78 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, ¹
59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu
il, ¹ 3, maddə 512)
19.
22 aprel 2019-cu il tarixli 183 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 aprel 2019-cu il, ¹
87, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹4, maddə 776)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 22 iyul 2004-cü il tarixli
98 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 7,
maddə 589) ilə 1.1-ci
bəndində "xidmət
illərinə" sözlərinin əvvəlinə "fasiləsiz"
sözü əlavə edilmişdir.
[2] 9 noyabr 2009-cu il tarixli 177 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 11, maddə
937) ilə 1.3-cü bəndində "25 faizindən" sözlərindən sonra ", müxtəlif adda yüksək
ixtisaslı proqramçı və elektronçu
vəzifələrində çalışan
əməkdaşlarına onların iki aylıq vəzifə
maaşı məbləğindən,
tərcüməçilərə isə onların aylıq
vəzifə maaşı məbləğindən"
sözləri əlavə edilmişdir.
8 may 2014-cü
il tarixli 138 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 05, maddə 565) ilə
1.3-cü bəndinə “habelə
onlara” sözlərindən sonra “hər ay” sözləri əlavə edilmişdir.
29 may 2014-cü
il tarixli 169 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 05, maddə 593) ilə
1.3-cü bəndinə “iki
aylıq vəzifə maaşı məbləğindən”
sözlərindən sonra “müstəntiqlərə,
təhqiqatçılara və kriminalistlərə
(ekspertlərə) onların bir ay yarımlıq vəzifə
maaşı məbləğindən” sözləri
əlavə edilmişdir.
22 sentyabr 2017-ci il tarixli 383 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 sentyabr 2017-ci il, ¹ 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017-ci il, ¹9, maddə 1738) ilə 1.3-cü bəndə “təyin etsin”
sözlərindən sonra “,
daxili normativ aktla müəyyən edilmiş yaş
həddinə çatdığına görə xidmət
yeri xüsusitəyinatlı nizami polis hissələrindən
başqa struktur qurumlara dəyişdirilən
əməkdaşların sonuncu xidmət yeri üzrə
vəzifə maaşının saxlanılması
barədə qərar qəbul etsin” sözləri
əlavə edilmişdir.
[3]
30 dekabr 2011-ci il tarixli 215
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹ 12, maddə
1260) ilə 1.4-cü bənd əlavə edilmişdir.
28
sentyabr 2017-ci il tarixli 408
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 1 oktyabr 2017-ci il, ¹ 214, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 9, maddə
1763) ilə 1.4-cü bəndin birinci
cümləsi yeni redaksiyada verilmişdir.
əvvəli
redaksiyada deyilirdi:
1.4. “Yol hərəkəti haqqında”
Azərbaycan Respublikası Qanununun müddəalarının
pozulmasına görə fiziki və hüquqi
şəxslər tərəfindən ödənilən
cərimələrdən daxil olan vəsaitin 25 faizi
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol
patrul xidmətini həyata keçirən və yol
hərəkətinin tənzimlənməsinə cəlb olunan
əməkdaşların aylıq vəzifə
maaşlarına əlavələrin verilməsi üçün
istifadə olunur.
9 oktyabr 2018-ci il tarixli 431 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 10 oktyabr 2018-ci il,
¹ 227, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 10, maddə 2146) ilə 1.4-cü bəndin birinci
cümləsində “və yol
hərəkəti təhlükəsizliyinin təmin
edilməsi” sözləri “,
yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi
və avtomobil yollarından istifadə” sözləri
ilə əvəz edilmişdir.
[4]
29 aprel 2014-cü il tarixli 116
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti, 4 may 2014-cü il, ¹ 92, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 04,
maddə 460) ilə 1.5-ci
bənd əlavə edilmişdir.
22
iyun 2016-cı il tarixli 236
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 25 iyun 2016-cı il, ¹ 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 6, maddə 1212) ilə
1.5-ci bənd ləğv edilmişdir.
[5] 11 may 2007-ci il tarixli 74 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 544) ilə 2-ci
bəndin birinci abzasında ", bədən xəsarəti
almış" sözləri "(vəfat etmiş),
xəsarət (yaralanma, travma, kontuziya) almış"
sözləri ilə əvəz edilmişdir.
[6] 11 may
2007-ci il tarixli 74 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 5, maddə 544) ilə 2-ci bəndin
üçüncü abzasında "zədələndikdə, yaralandıqda, kontuziya
aldıqda, xəsarət aldıqda" sözləri "xəsarət (yaralanma, travma,
kontuziya) aldıqda" sözləri ilə əvəz edilmişdir.
[7] 11 may 2007-ci il tarixli 74 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 544) ilə 2.1-ci bənddə ", bədən xəsarəti
almış" sözləri " (vəfat etmiş), xəsarət (yaralanma, travma,
kontuziya) almış" sözləri ilə əvəz edilmişdir.
[8] 13 fevral 2008-ci il tarixli 44 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 124) ilə 3-cü
bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi.
3. Polisdə xidmət yerinin
dəyişdirilməsi ilə yaşayış yeri olmayan
və bu səbəbdən kirayədə yaşamağa
məcbur olan polis əməkdaşına 1 aydan çox olmamaq
şərti ilə, Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş xidməti
ezamiyyət zamanı respublika daxilində kommunal
xərclərin normaları həddində ödəniş
verilsin.
14
aprel 2010-cu il tarixli 68
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 4, maddə
359) ilə 3-cü bənddə "müvəqqəti mənzilin kirayəsi"
sözləri "kirayəyə
götürülmüş yaşayış sahəsindən
istifadə haqqı (kirayə haqqı)" sözləri
ilə əvəz edilmişdir.
[9] 22 iyul 2004-cü il tarixli 98
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 7,
maddə 589) ilə 1 nömrəli
əlavəsinin adında "xidmət illərinə"
sözlərinin əvvəlinə
"fasiləsiz"
sözü əlavə edilmişdir.
[10] 22 iyul 2004-cü il tarixli 98
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 7,
maddə 589) ilə 1-ci
bəndində "xidmət
illərinə" sözlərinin əvvəlinə "fasiləsiz" sözü əlavə
edilmişdir.
22
iyul 2004-cü il tarixli 98 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 7, maddə 589) ilə 1-ci bəndində "iş stajına görə" sözləri "fasiləsiz xidmət
illərinə görə" sözləri ilə
əvəz edilmişdir.
[11] 20
iyul 2005-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2005-ci il, ¹ 7, maddə 677) ilə Azərbaycan Respublikası
Daxili İşlər Nazirliyinin polis
əməkdaşlarına verilən xidmət illərinə
görə haqqın, əlavə haqların, kompensasiyaların,
müavinətlərin və başqa ödənişlərin
məbləği və təyin edilməsi Qaydaları”nın
(1 nömrəli əlavə) 2-ci bəndinin 1-ci yarımbəndində
“Orta və böyük”
sözləri “Orta, böyük
və ali” sözləri ilə əvəz edilmişdir.
[12] 22 yanvar 2004-cü il tarixli 4
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 1,
maddə 51) ilə 1 nömrəli əlavənin 7-ci
bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi.
Tutduğu vəzifədən azad edilən
xüsusi rütbəsi olan əməkdaşlara
sərəncamda olduqları müddətdə
aşağıdakı ölçüdə
ödənişlər ödənilir:
a) orta, böyük və ali rəis
heyətinə mənsub əməkdaşlara:
birinci iki ay müddətində sonuncu
vəzifə maaşı, xüsusi rütbəyə
görə maaşı, xidmət illərinə görə
əlavə haqq və ərzaq payı əvəzinə
verilən pul kompensasiyası;
üçüncü və
dördüncü aylarda xüsusi rütbəyə
görə maaşı, ona hesablanan xidmət illərinə
görə əlavə haqq və ərzaq payı əvəzinə
verilən pul kompensasiyası;
dördüncü ayından sonra - bir
ildən artıq olmamaq şərti ilə ərzaq payı
əvəzinə verilən pul kompensasiyası.
b) sıravi və kiçik rəis
heyətinə mənsub əməkdaşlara:
bir ay
müddətində sonuncu vəzifə maaşı, xüsusi
rütbəyə görə maaşı, xidmət
illərinə görə əlavə haqq və ərzaq
payı əvəzinə pul kompensasiyası.
22
iyul 2004-cü il tarixli 98 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 7, maddə 589) ilə 7-ci bəndində "xidmət illərinə"
sözlərinin əvvəlinə "fasiləsiz"
sözü əlavə edilmişdir.
[13] 25 noyabr 2004-cü il tarixli 185
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 11,
maddə 970) ilə 9-cu
bəndə yeni məzmunda ikinci abzas əlavə edilmişdir.
[14] 22 iyul
2004-cü il tarixli 98 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 7, maddə 589) ilə 10-cu bəndinin ikinci abzasında "xidmət
illərinə" sözlərinin əvvəlinə "fasiləsiz" sözü əlavə
edilmişdir.
[15] 25 noyabr 2004-cü il tarixli 185
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 11,
maddə 970) ilə 13-cü
bəndə yeni məzmunda ikinci abzas əlavə edilmişdir. ikinci və üçüncü abzaslar
müvafiq olaraq üçüncü və
dördüncü abzaslar hesab edilmişdir.
13
fevral 2008-ci il tarixli 44 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 124) ilə 1
nömrəli əlavənin 13-cü bəndinin
dördüncü abzası yeni redaksiyada verilmişdir.
[16] 22 iyul
2004-cü il tarixli 98 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 7, maddə 589) ilə 14-cü bəndində "xidmət illərinə" sözlərinin
əvvəlinə
"fasiləsiz"
sözü əlavə edilmişdir.
[17] 11 may 2007-ci il tarixli 74 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 544) ilə 2 nömrəli əlavənin
- "Xidməti vəzifələrinin icrası zamanı
həlak olmuş, bədən xəsarəti almış,
sağlamlığına digər zərər dəymiş
polis əməkdaşına və onun ailəsinə
birdəfəlik kompensasiyanın müəyyən edilməsi üçün
tələb olunan sənədlər"in: adında ", bədən xəsarəti
almış" sözləri " (vəfat etmiş), xəsarət (yaralanma, travma,
kontuziya) almış" sözləri ilə
əvəz edilmişdir.
[18] 11 may 2007-ci il tarixli 74 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 544) ilə 2 nömrəli əlavənin
- "Xidməti vəzifələrinin icrası zamanı
həlak olmuş, bədən xəsarəti almış,
sağlamlığına digər zərər dəymiş
polis əməkdaşına və onun ailəsinə
birdəfəlik kompensasiyanın müəyyən edilməsi
üçün tələb olunan sənədlər"in:
1-ci bəndində "həlak
olduqda" sözlərindən sonra "vəfat etdikdə" sözləri əlavə edilmişdir.
[19] 7
mart 2019-cu il tarixli 78
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 14 mart 2019-cu il, ¹ 59, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə
512) ilə 2 nömrəli əlavə - “Xidməti
vəzifələrinin icrası zamanı həlak olmuş
(vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya)
almış, sağlamlığına digər zərər
dəymiş polis əməkdaşına və onun
ailəsinə birdəfəlik kompensasiyanın
müəyyən edilməsi üçün tələb
olunan sənədlər”in 2-ci hissəsinin ikinci abzasında “təyin edilməsi haqqında
(əlilliyin qrupu, səbəbi və təyin edilməsi
tarixini göstərməklə) arayışı”
sözləri “müəyyən
edilməsi haqqında qərarı” sözləri ilə
əvəz
edilmişdir.
[20] 26 sentyabr 2006-cı il tarixli 217
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 9,
maddə 830) ilə “Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin polis əməkdaşına köç pulu və
birdəfəlik kompensasiyaların ödənilməsi
Qaydası və miqdarı haqqında” 3 nömrəli
əlavənin IV bölməsinin 3- cü bəndinin “c”
yarımbəndindən “Azərbaycan
Respublikasının Mülki Məcəlləsində
qadın və kişilər üçün
nəzərdə tutulmuş” sözləri
çıxarılmışdır.
7
mart 2019-cu il tarixli 78
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 14 mart 2019-cu il, ¹ 59, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə
512) ilə 3 nömrəli əlavə – “Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin polis
əməkdaşına köç pulu və
birdəfəlik kompensasiyaların ödənilməsi Qaydası
və miqdarı haqqında”nın IV bölməsinin 3-cü
hissəsinin “c” bəndində “qrup
əlil” sözləri “dərəcə
əlilliyi olan” sözləri ilə əvəz edilmişdir.
[21] 22 iyul 2004-cü il tarixli 98
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, ¹ 7,
maddə 589) ilə ulduz işarəsi altında olan cümləsində "xidmət illərinə"
sözlərinin əvvəlinə "fasiləsiz"
sözü əlavə edilmişdir.
[22]
14 aprel 2010-cu il tarixli 68
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 4, maddə
359) ilə "4 nömrəli əlavə — "Daxili
işlər orqanlarında xidmət yerinin
dəyişdirilməsi ilə əlaqədar
yaşayış yeri olmayan daxili işlər orqanları
əməkdaşlarına və onların ailə
üzvlərinə xidmət keçdiyi dövr ərzində
müvəqqəti mənzilin kirayəsi üçün
yaşayış məntəqəsindən asılı
olaraq, pul kompensasiyasının məbləği və
verilməsi Qaydası"nın adında, 1-ci və 2-ci
bəndlərin birinci abzaslarında, 3-cü bəndin ikinci
cümləsində (hər iki halda), 6-cı və 7-ci
bəndlərdə "müvəqqəti
mənzilin kirayəsi" sözləri "kirayəyə
götürülmüş yaşayış sahəsindən
istifadə haqqı (kirayə haqqı) " sözləri
ilə əvəz edilmişdir.
[23] 22
aprel 2019-cu il tarixli 183
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
23 aprel 2019-cu il, ¹ 87, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹4, maddə 776) ilə 4 nömrəli əlavə - “Daxili
işlər orqanlarında xidmət yerinin
dəyişdirilməsi ilə əlaqədar
yaşayış yeri olmayan daxili işlər orqanları
əməkdaşlarına və onların ailə
üzvlərinə xidmət keçdiyi dövr ərzində
kirayəyə götürülmüş yaşayış
sahəsindən istifadə haqqı (kirayə haqqı)
üçün yaşayış məntəqəsindən
asılı olaraq, pul kompensasiyasının məbləği
və verilməsi Qaydası”nın 1-ci hissəsinin ikinci abzasında
“
[24] 22
aprel 2019-cu il tarixli 183
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 23 aprel 2019-cu il, ¹ 87, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹4, maddə 776)
ilə 4 nömrəli əlavə -
“Daxili işlər orqanlarında xidmət yerinin
dəyişdirilməsi ilə əlaqədar
yaşayış yeri olmayan daxili işlər orqanları
əməkdaşlarına və onların ailə
üzvlərinə xidmət keçdiyi dövr ərzində
kirayəyə götürülmüş yaşayış
sahəsindən istifadə haqqı (kirayə haqqı)
üçün yaşayış məntəqəsindən
asılı olaraq, pul kompensasiyasının məbləği
və verilməsi Qaydası”nın 1-ci hissəsinə yeni
məzmunda üçüncü abzas əlavə edilmişdir və üçüncü-beşinci abzaslar
dördüncü-altıncı abzaslar hesab
edilmişdir.
[25] 22
aprel 2019-cu il tarixli 183
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq” qəzeti,
23 aprel 2019-cu il, ¹ 87, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹4, maddə 776) ilə 4 nömrəli əlavə - “Daxili
işlər orqanlarında xidmət yerinin
dəyişdirilməsi ilə əlaqədar
yaşayış yeri olmayan daxili işlər orqanları
əməkdaşlarına və onların ailə
üzvlərinə xidmət keçdiyi dövr ərzində
kirayəyə götürülmüş yaşayış
sahəsindən istifadə haqqı (kirayə haqqı)
üçün yaşayış məntəqəsindən
asılı olaraq, pul kompensasiyasının məbləği
və verilməsi Qaydası”nın 1-ci hissəsinin üçüncü
abzasında “
[26] 22
aprel 2019-cu il tarixli 183
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 23 aprel 2019-cu il, ¹ 87, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹4, maddə 776)
ilə 4 nömrəli əlavə -
“Daxili işlər orqanlarında xidmət yerinin
dəyişdirilməsi ilə əlaqədar
yaşayış yeri olmayan daxili işlər orqanları
əməkdaşlarına və onların ailə
üzvlərinə xidmət keçdiyi dövr ərzində
kirayəyə götürülmüş yaşayış
sahəsindən istifadə haqqı (kirayə haqqı)
üçün yaşayış məntəqəsindən
asılı olaraq, pul kompensasiyasının məbləği
və verilməsi Qaydası”nın 1-ci hissəsinin
dördüncü abzasına “
[27] 14 aprel 2010-cu il tarixli 68 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2010-cu il, ¹ 4, maddə 359) ilə "4 nömrəli
əlavə — "Daxili işlər orqanlarında xidmət yerinin
dəyişdirilməsi ilə əlaqədar
yaşayış yeri olmayan daxili işlər orqanları
əməkdaşlarına və onların ailə
üzvlərinə xidmət keçdiyi dövr ərzində
müvəqqəti mənzilin kirayəsi üçün
yaşayış məntəqəsindən asılı
olaraq, pul kompensasiyasının məbləği və
verilməsi Qaydası"nın 2-ci bəndin
üçüncü abzasda "mənzilin
(yaşayış sahəsinin)" sözləri "yaşayış sahəsinin"
sözləri ilə əvəz edilmişdir.
[28]
14 aprel 2010-cu il tarixli 68
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 4, maddə
359) ilə "4 nömrəli əlavə — "Daxili
işlər orqanlarında xidmət yerinin
dəyişdirilməsi ilə əlaqədar
yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına
və onların ailə üzvlərinə xidmət
keçdiyi dövr ərzində müvəqqəti
mənzilin kirayəsi üçün yaşayış
məntəqəsindən asılı olaraq, pul
kompensasiyasının məbləği və verilməsi
Qaydası"nın 2-ci bəndin dördüncü abzasda
"müvəqqəti
mənzilin" sözləri "yaşayış sahəsinin onun
mülkiyyətçisindən və ya sosial kirayə
müqaviləsi üzrə yaşayış sahəsinin
kirayəçisindən (bundan sonra — müvəqqəti
mənzil)" sözləri ilə əvəz
edilmişdir.
[29] 14
aprel 2010-cu il tarixli 68
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 4, maddə
359) ilə "4 nömrəli əlavə — "Daxili
işlər orqanlarında xidmət yerinin
dəyişdirilməsi ilə əlaqədar
yaşayış yeri olmayan daxili işlər orqanları
əməkdaşlarına və onların ailə
üzvlərinə xidmət keçdiyi dövr ərzində
müvəqqəti mənzilin kirayəsi üçün
yaşayış məntəqəsindən asılı
olaraq, pul kompensasiyasının məbləği və
verilməsi Qaydası"nın 2-ci bəndin beşinci abzasda
"mənzillə
(yaşayış sahəsi ilə)" sözləri
"yaşayış sahəsi
ilə" sözləri ilə əvəz edilmişdir.
[30] 14 aprel 2010-cu il tarixli 68 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2010-cu il, ¹ 4, maddə 359) ilə "4 nömrəli
əlavə — "Daxili işlər orqanlarında xidmət
yerinin dəyişdirilməsi ilə əlaqədar
yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına
və onların ailə üzvlərinə xidmət
keçdiyi dövr ərzində müvəqqəti
mənzilin kirayəsi üçün yaşayış
məntəqəsindən asılı olaraq, pul
kompensasiyasının məbləği və verilməsi
Qaydası"nın 7-ci bənddə "xidməti mənzillə" sözləri "xidməti yaşayış
sahəsi ilə" sözləri ilə əvəz
edilmişdir.